Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə6/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   2   3   4   5   6   7   8   9   ...   69
Pedaqogika imtahan cavabları

Kinestetik şagirdlər:
Əl ilə işləməyi sevir; 


Hərəkətə ehtiyacı var 
Jestlərdən istifadə edir; 
Diqqət çatışmazlığı ilə üzləşir; 
Əl və ayaqları ilə hərəkət edir 
Kinestetik öyrənməni işə salan siqnalların nümunələri
Mən bunu tutdum 
Bu, mövzunu əhatə etməyə imkan verir 
Razısınızsa, əlinizi qaldırın. 
6. Tədqiqat əsaslı təlimin məzmununu şərh edin. 
Tədqiqat metodu şagirdlərin prosesə cəlb olunmasını və məzmunun daha 
darindən qavranılmasını həqiqətin, məlumatın, biliklərin araşdırılmasını nəzərdə 
tutur. Uşaq dünyamı araşdıraraq kəşf edir və bu səbəbdən da anadan olduğu 
gündən etibarən axtarışdadır. Tədqiqat prosesi məlumatın toplanılması və 
insanın hissi orqanları vasitəsilə tətbiqi deməkdir. Müasir təhsilin əsas məqsədi 
şagirdlərə nəzəri biliklərin verilməsi deyil, onlarda müxtəlif bacarıqların 
formalaşması və fəaliyyətin təşkilidir. Hazırda istənilən məsələ haqqında evdən 
çıxmadan çox asan məlumat əldə etmək mümkündür. Lakin bu rahatlıqda öz 
növbəsində digər problem yaradır: məlumat bolluğunda düzgün olanı necə 
seçmək? Belə olan halda müəllim məlumat və biliklərin toplanılmasına deyil 
onların arasında faydalı və tətbiq oluna bilənlərə üstünlük verməlidir ki, bu da öz 
növbəsində tədqiqat əsaslı təlimin mahiyyətini təşkil edir. Tədqiqat prosesində 
şagirdlər dünya, ətraf aləm haqqında məlumat əldə etmə və anlama prosesi 
qururlar. Tədqiqat düzgün cavabı tapmaqdan daha çox sual və problemin uyğun, 
münasib həllinin axtarışı, şagirdlərin məlumatın faydalı biliklərə çevrilməsi üçün 
göstərdikləri səy, müxtəlif biliklərin yaranması və onların geniş tətbiqidir.
Tədqiqat əsaslı təlim şagirdyönümlü yanaşmanı əks etdirdiyi üçün məzmunun 
məlumat emalı və problem həlli vasitəsilə mənimsənilməsini təmin edir. Müəllim 
təlimdə şagirdlərə hazır biliklərin verilməsini deyil, onların şagirdlər tərəfindən 
əldə edilməsini, araşdırılmasnı təşkil edir. Şagirdlərin bu prosesə fəal qatılması 
təlimi onlar üçün daha maraqlı edir və əldə olunan biliklər isə daha dərin və uzun 
müddətli yaddaşda həkk olunur. Qiymətləndirmədə şagirdlərin bilik və 
bacarıqları qiymətləndirilir və ümumilikdə, inkişaf dinamikası izlənilir. Təlimin bu 
növü şagirdləri gələcək peşə fəaliyyətinə, həyata hazırlayır. O, həmçinin 


şagirdləri tədqiqat aparmağa, problem araşdırmağa həvəsləndirərək müxtəlif 
mənbələrdən olan resursların istifadəsini mümkün edir.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin