Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Kooperativ təlimin mahiyyətini açıqlayın



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə4/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   2   3   4   5   6   7   8   9   ...   69
Pedaqogika imtahan cavabları

4. Kooperativ təlimin mahiyyətini açıqlayın. 
Kooperativ və ya əməkdaşlıq təlimi şagirdlərin qrup, komanda şəklində mühüm 
məsələlərin araşdırılmasını və ya layihələrin hazırlanmasını həyata keçirən 
metoddur. Təlimin bu növündə şagirdlərin kiçik qruplarda fəaliyyət göstərməsinə 
baxmayaraq, onların hər biri tapşırığın yerinə yetirilməsinə görə məsuliyyət 
daşıyır və birgə işləmək bacarığına yiyələnirlər. Şagirdlər qrup işində müsbət 
xüsusiyyətlərini təkmilləşdirir, komandada işləmək, əməkdaşlıq qurmaq, 
ziddiyyətli məsələləri həll etmək bacarıqlarını inkişaf etdirirlər. Kooperativ 
təlimdə məqsədlər dəqiq müəyyənləşdirildikdə şagirdlər fəaliyyətə daha həvəslə 
qatılır, problemin araşdırılmasına xüsusi maraq göstərirlər. 
Kooperativ təlim üçün müvafiq mühit yaradılmalı və burada üç aspekt nəzərə 
alınmalıdır:


-müəllim tərəfindən tapşırığın həllinə maraq yaradılması;
-qrupda hər bir şagirdin fəaliyyətini və fəallığını təmin etmək üçün onların sayının 
3-5 nəfər olması; 
-tapşırığın şərtinin aydın izah edilməsi. 
Kooperativ təlimin ənənəvi müəllimyönümlü yanaşmadan fərqi şagirdlərin fərdi, 
bir-biri ilə rəqabət şəklində deyil, birgə fəaliyyət göstərməsidir. Tədqiqatlar sübut 
edir ki, təlimin bu növü məzmunun dərindən öyrənilməsinə, şagird 
nailiyyətlərinin yüksəldilməsinə xidmət edir, fəallığa və yaradıcılığa həvəsləndirir, 
problem həlli və komandada iş bacarıqları formalaşdırır.
Kooperativ təlimin üstünlükləri:
Qrup işi şagirdlərə fərqli insanlarla işləmək imkanı verir. Bu zaman onlar müxtəlif 
mədəniyyət, fikir və düşüncə sahibləri ilə əlaqə və ünsiyyət qurur, hər kəsə 
empatiya ilə yanaşır, hamını olduğu kimi qəbul edir, istənilən məsələnin həllində 
fikir mübadiləsi aparır, çevik qərar qəbul edirlər. Şəxsiyyətlərarası əlaqənin 
qurulması şagirdlərdə sosial bacarıqları inkişaf etdirir, həmyaşıdları ilə əlaqə 
qurmağa zəmin yaradır, şagirdlərin öyrənmə prosesinə fəal qatılmasını təmin 
edir. Şagirdlər müxtəlif fərdi xüsusiyyətlərə və inkişaf səviyyəsinə malik olduqları 
üçün müəllim təlim prosesini planlaşdırarkən hər bir şagirdin üstünlük verdiyi 
öyrənmə üsulunu nəzərə almalı və ona əsas müvafiq yanaşmadan istifadə 
etməlidir. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin