Azərbaycanin səHİYYƏ SİstemiNDƏ HƏKİMLƏRİn və Əhali sayi arasinda olan əlaqə VƏ ƏlaqəNİn qiYMƏTLƏNDİRİLMƏSİ



Yüklə 31,15 Kb.
səhifə1/2
tarix06.05.2023
ölçüsü31,15 Kb.
#108572
növüXülasə
  1   2
AZƏRBAYCANIN SƏHİYYƏ SİSTEMİNDƏ HƏKİMLƏRİN VƏ ƏHALİ SAYI ARASINDA OLAN ƏLAQƏ VƏ ƏLAQƏNİN QİYMƏTLƏNDİRİLMƏS


AZƏRBAYCANIN SƏHİYYƏ SİSTEMİNDƏ HƏKİMLƏRİN VƏ ƏHALİ SAYI ARASINDA OLAN ƏLAQƏ VƏ ƏLAQƏNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Bayramov Ruslan Aqil oğlu
Bakı Dövlət Universiteti
Magistr II kurs
ruslanbayramov500@gmail.com

Xülasə: Məqalədə səhiyyənin əhali üçün olan vacibliyi qeyd edilmiş, Azərbaycan Respublikasını “2030 Milli Prioritetlərin”dən hesab olunan insan və cəmiyyətin rifahının artırılması üçün əsas amillərdən biri kimi çıxış edən səhiyyə sistemində həkim sayının azalması bir problem məsələ kimi mərkəzə alınmış və məsələnin həlli üçün bir sıra təhlil və nəticələr qeyd olunmuşdur. Eyni zamanda həkim və əhali sayı arasında olan əlaqə korrelyasiya düsturu vasitəsilə qiymətləndirilmiş və problemin həlli üçün təkliflər irəli sürülmüşdür.
Açar sözlər: insan rifahı, səhiyyə, həkim, əhali, prioritet məsələ, korrelyasiya, diversifikasiyalaşdırılma, şaxələndirmə
Dayanıqlı inkişafın əsas tədbirlər planından biri də insan sağlamlığının qorunmasıdır (https://az.wikipedia.org/wiki/Dayanıqlı_inkişaf). Eyni zamanda Azərbaycan Respublikası 2030 prioritet məsələlərinin daxilində insan rifahının qorunması 5 əsas Milli Prrioritet daxilindədir. İnsan rifahının yüksəldilməsi üçün dövlətin adambaşına düşən gəliri, təhsil və səhiyyə siyasəti güclü olmalıdır (Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli sərəncamı). 2020-ci il yanvarın 1-də təsdiqini tapmış və tətbiq olunmağa başlayan Tibbi Sığorta əhalinin bir çox fiziki və mənəvi problemlərini həll etsə də, bu sahədə çalışan həkim sayı illər üzrə azalmağa başlayıb (https://its.gov.az/page/icbari-tibbi-sigorta).
Səhiyyə xidməti xəstəliklərin, zədələrin və digər fiziki və psixi pozğunluqların qarşısının alınması, diaqnoz və müalicə yolu ilə insanların sağlamlığının qorunması və ya yaxşılaşdırılmasıdır. Mümkün olan ən yaxşı sağlamlıq nəticələrini əldə etmək üçün şəxsi sağlamlıq xidmətlərinin zamanında istifadəsi lazımdır. Ümumdünya Səhiyyə Təşkilatına görə əsasən səhiyyənin düzgün inkişafı, strukturun qorunması üçün aşağıdakı əsas amillər nəzə alınmalıdır: sabit iqtisadi sistem, yaxşı təhsilə malik, yüksək maaşla işləyən kadr heyətinin təşkil edilməsi, düzgün aparılmış səhiyyə siyasəti, keyfiyyətli dərman əlçatanlığı üçün mühafizə oluna bilən sağlamlıq müəssisələrinin yaradılması və yeni texnologiyaların səhiyyə sisteminə planlı tətbiqi (https://tr.wikipedia.org/wiki/Sağlık_hizmetleri).
Sistemin təşkil olunması üçün 3 əsas element faktorunun olması vacib hal hesab olunur: bərabərlik, keyfiyyətqiymət. Lakin, dövlətlər bu element faktorlarından yalnız 2 elementi seçməyə məcbur olurlar. İkinci və Üçüncü Dünya dövlətləri xüsusilə, keyfiyyətqiymət faktorlarlarını öz səhiyyə sisteminə tətbiq edirlər (https://www.youtube.com/watch?v=sKjHvpiHk3s).


Yüklə 31,15 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin