Avropa şurasi (AŞ pa)



Yüklə 373.02 Kb.
Pdf просмотр
səhifə1/5
tarix03.07.2017
ölçüsü373.02 Kb.
  1   2   3   4   5

AVROPA ŞURASI (AŞ PA) 

 

Əsrlər boyu baş vermiş amansız müharibələr, münaqişələr ucbatından bəşər sivilizasiyası zərər çəkmiş, yüz 



milyonlarla insanın həyatına son qoyulmuş, planetin gələcəyi sual altında qalmışdır. XX əsr Avropasının da 

taleyi belə faciəvi olmuşdu. Qitə  iki dünya müharibəsinin meydanına çevrilmiş, kütləvi dağıntılara, on 

milyonlarla iman tələfatına məruz qalmışdır. 

İkinci  Dünya müharibəsindən sonra Avropa dövlətləri bir daha faciələrə yol verməmək, qitənin  etibarı 

gələcəyini  təmin etmək, silahlı qarşıdurmaları istisna etmək və sabit inkişafı təmin etmək üçün yeganə vasitə 

kimi insan fəaliyyətinin bütün sahələrində 

SIX 

əməkdaşlıq əlaqələri yaratmağa başladılar. Bu işi həyata keçirmək 



və qitədə inteqrasiyanı dərinləşdirmək məqsədilə Avropa regional təşkilatları yaradıldı,  1949-cu il mayın 5-də 

təsis edilmiş Avropa Şurası (AŞ) tezliklə Avropanın nüfuzlu regional təşkilatlarından birinə çevrildi. 

XX  əsrin sonlarında dövlət müstəqilliyi  əldə  etmiş  Azərbaycan  dünya birliyinin tamhüquqlu üzvü

 

olmaq, 



beynəlxalq proseslərdə  bütün ölkələr və xalqlar ilə  çiyin-çiyinə  yaxından iştirak etmək xəttini fəal surətdə 

həyata keçirir. 

Azərbaycan Respublikasının Prezidenti Heydər  Əliyev 1993-cü ilin iyunundan xalqın yekdil iradəsi ilə 

Azərbaycana yenidən rəhbərliyə  başladıqdan sonra dünya və regional beynəlxalq strukturlar ilə  əməkdaşlığın 

genişləndirilməsi sahəsində daha məhsuldar, ardıcıl  səmərəli səylər göstərilmişdir. 

Ötən dövrdə Prezident Heydər Əliyev Avropa dövlətlərinin başçıları, Avropa təşkilatlarının nümayəndələri 

ilə intensiv görüşlər, danışıqlar keçirmiş, müzakirələr aparmışdır. Prezident Heydər  Əliyevin Azərbaycanı 

dünyaya, o cümlədən Avropaya tanıtmaq, onun strukturlarına inteqrasiya etmək sahəsindəki gərgin diplomatik 

səyləri nəhayət öz nəticəsini vermişdir. 1996-cı il iyunun 28-də Avropa Şurası  Parlament Assambleyasının 

Bürosu Azərbaycana Avropa Şurasında "Xüsusi qonaq'' statusunun verilməsi barədə qərar qəbul etmişdir. 

O vaxtdan bəri ölkəmizin bu təşkilata tamhüquqlu üzv olması istiqamətində məqsədyönlü iş aparılır. Söhbət ilk 

növbədə  milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, demokratik proseslərin sürətləndirilməsi, 

cəmiyyətin humanistləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı tədbirlərdən gedir. 

Fransa Respublikasının Prezidenti Jak Şirakın dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti Heydər 

Əliyevin Avropa Şurasının üzvü olan ölkələrin dövlət və  hökumət  başçılarının 1997-ci il oktyabrın 10-11-da 

Strasburqda keçirilmiş ikinci zirvə görüşündə iştirakı ölkəmizin Avropa Şurası ilə əməkdaşlığı tarixində yeni bir 

dövrün başlanğıcını qoymuşdur. 

Azərbaycan Prezidentinin Avropa Şurasının zirvə görüşündə iştirakı tarixi hadisə idi. Müstəqil Azərbaycan 

Respublikasının Prezidenti ilk dəfə idi ki, Avropa Şurasının zirvə görüşündə iştirak edirdi və orada çıxış edərək 

ölkəmiz haqqında danışmaq, həmçinin Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması sahəsindəki vəziyyəti 

və bu problemin tezliklə həllində Azərbaycanın mövqeyini açıqlamaq imkanı əldə etmişdi. 

Zirvə görüşü zamanı Avropanın kütləvi informasiya vasitələrinin nümayəndələri Prezident Heydər Əliyevin 

keçirdiyi görüşlərə, xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə  bağlı  məsələlərə  böyük maraq 

göstərirdilər. 

Prezident Heydər  Əliyev Avropa Şurası ilə  əməkdaşlığın genişləndirilməsi və  dərinləşdirilməsi 

istiqamətində  bir sıra tədbirlər həyata kecirmis, sərəncamlar imzalamışdır. Məqsəd Azərbaycanın Avropa 

Şurasına mexaniki şəkildə  daxil olmasından deyil, Avropa standartlarına həqiqətən uyğunlaşdırılmasından 

ibarətdir. Azərbaycan dövləti  çalışır ki, həmin səviyyəyə nail olsun və Azərbaycanın Avropa Şurasına  qəbul 

edilməsi bunun məntiqi yekununa çevrilsin. 

2000-ci il iyunun 26-30-da Fransanın Strasburq səhərində  Avropa  Şurası Parlament Assambleyasının 

növbəti  sessiyası keçirildi. Sessiyanın gündəliyinə  daxil edilmiş  məsələlərdən biri də Azərbaycan 

Respublikasını təşkilata tamhüquqlu üzv qəbul olunması idi. 

Azərbaycanın Avropa Şurasına qəbulu haqqında məsələ  sessiyanın 28 iyun tarixli iclasının  gündəliyinə 

daxil edilmişdi. 

Səsvermənin nəticələri gözlənilməz olmadı. Azərbaycanın Avropa Şurasına qəbulu lehinə 120 nəfər, 

əleyhinə 1 nəfər səs verdi, 5 nəfər isə bitərəf qaldı. Beləliklə, Azərbaycan Respublikasının Avropa Şurasına 

tamhüquqlu üzv seçilməsinə qitə ölkələri tam dəstək verdilər. 

Bu hadisə dövlətimizin başçısının apardığı düzgün, ölçülüb-biçilmiş xarici siyasətin məntiqi nəticəsi idi və 

Azərbaycan diplomatiyasının tarixində öz yerini tutacaqdır. 

Bu gün Azərbaycan böyük Avropa ailəsinə  daxil olur. Ölkəmizin Avropa Şurası  sıralarına qoşulması 

mühüm hadisədir. Azərbaycan təkcə coğrafi Avropanın yox, həm də demokratik Avropanın bir hissəsi olmaq 

əzmindədir. 

Azərbaycan cəmiyyəti Avropa dəyərlərini  əldə  rəhbər tutaraq, Avropa təcrübəsindən bəhrələnərək tərəqqi 

etmək, müasir cəmiyyət qurmaq niyyətindədir və demokratiya prinsiplərinə daim sadiq qalacaqdır.  



Avropa Şurası və Azərbaycan 

 

24 yanvar 1992-ci il - Azərbaycan Respublikasının Parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu 

almaq üçün Avropa Şurasına müraciət etmişdir.  

10 noyabr 1994-cü il - Avropa  Şurası Parlament Assambleyası Azərbaycan-Ermənistan cəbhəsində 

atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluq hisslərinin ifadə olunduğu 1047 saylı qətnamə qəbul etmişdir. 



3 fevral 1995-ci il - AŞPA Bürosu 1994-cü ildə  qəbul edilmiş və  üç Cənubi Qafqaz dövlətinin Avropa 

Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə  tutan 1247 saylı tövsiyəyə  uyğun olaraq 

Azərbaycanın “xüsusi dəvət edilmiş qonaq” statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü 

ilə çıxış etmişdir.  



17- 18 mart 1996-cı il - Avropa  Şurasının Demokratiya uğrunda Venesiya Komissiyasının iclasında 

Azərbaycan bu komissiyaya üzv qəbul edilmişdir.  



5-6 iyun 1996-cı il - Azərbaycan Respublikasının Xarici İşlər Naziri H.Həsənov Strasburqa səfər edərək 

AŞ Nazirlər Komitəsində Azərbaycanın Avropa ilə tarixi əlaqələri, dövlətimizin xarici siyasəti, ölkəmizdə 

demokratik dəyişikliklərin gedişi haqda müzakirələr aparmışdır. Bu görüşün nəticələri ilə əlaqədar olaraq AŞ və 

Azərbaycan arasında Əməkdaşlıq Proqramı tərtib edilmişdir.  



28 iyun 1996-cı il - Avropa  Şurası Parlament Assambleyasının Bürosu Azərbaycana “xüsusi dəvət 

edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul etmişdir.  



12-14 iyul 1996-cı il - AŞ Nazirlər Komitəsinin Sədri, Estoniya Xarici İşlər Naziri S.Kelas və Avropa 

Şurasının Baş katibi D.Tarşısın başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edərək Azərbaycan 

Respublikasının Prezidenti, Milli Məclisin Sədri, Xarici İşlər, Daxili İşlər və  Ədliyyə nazirləri ilə  görüşlər 

keçirmiş və Azərbaycanın AŞ-da iştirakı perspektivlərini müzakirə etmişdir. 



13 iyul 1996-cı il - Azərbaycan Respublikasının Prezidenti H.Əliyev Avropa Şurası Baş katibinin adına 

məktub göndərərək Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi 

İnsan hüquqları və azadlıqları haqda Avropa konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirmişdir. 

11 sentyabr 1996-cı il - Avropa  Şurası Nazirlər Komitəsinin 573-cü iclasında Azərbaycanın Avropa 

Şurasına daxil olması, Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan 

hakimiyyət dairələri ilə  danışıqların intensivləşdirilməsi,  əməkdaşlıq proqramları formasında yardımın 

edilməsini nəzərdə tutan ( 96) 32 saylı qətnamə qəbul edilmişdir.  



Yanvar 1997-ci il - Azərbaycan Respublikası Milli Məclisinin Sədri M.Ələsgərovun başçılıq etdiyi 

nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının Sədri xanım Leni Fişerin dəvəti ilə Strasburqda 

keçirilən Qafqaz problemlərinə dair seminarda iştirak etmişdir.  

22 aprel 1997-ci il-  Strasburqda Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyasında Cənubi 

Qafqaz münaqişələri ilə  əlaqədar olaraq sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhü mühafizə  qüvvələrinin 

vasitəçiliyi ilə  münaqişə zonalarında təhlükəsizliyin təminatı, bütün əlaqədar tərəflər arasında danışıqlardan 

sonra Abxaziya və  Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu, qaçqınlar və  məcburi köçkünlərin öz 

yerlərinə qayıtmaq hüququ ilə bağlı prinsiplərin əks olunduğu 1119 saylı qətnamə qəbul edilmişdir.  

25 aprel 1997-ci il - Azərbaycan Respublikası Avropa Mədəniyyət Konvensiyasına qoşulmuşdur. 

10-11 oktyabr 1997-ci il - Azərbaycan Respublikasının Prezidenti H.Əliyev Avropa Şurası üzvü olan 

ölkələrin dövlət və  hökumət başçılarının Strasburqda keçirilən 2-ci zirvə  toplantısında iştirak etmiş, Avropa 

Şurasının rəhbərləri ilə Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları ilə əlaqələri 

barədə fikir mübadiləsi aparmış, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini açıqlamışdır.  



20 yanvar 1998-ci il - Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikası ilə Avropa 

Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə 

edilməsi sahəsində tədbirlər haqqında” sərəncam imzalamışdır.  

3 fevral 1998-ci il - Azərbaycan Respublikasının Milli Məclisi Respublika Prezidentinin qanunvericilik 

təşəbbüsü  əsasında ölüm hökmünün ləğv edilməsinə dair qərar qəbul etmişdir (1993-cü ildən etibarən ölüm 

hökmünün icrasına faktiki surətdə moratorium qoyulmuşdur.)  

Avqust 1998-ci il - Avropa Şurasının baş katibi D.Tarşisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana 

dair ətraflı məlumat toplamaq üçün Bakıya səfər edərək bir sıra rəsmi görüşlər keçirmişdir. 



16 avqust 1998-ci il - Azərbaycanda mətbuat üzərində senzura ləğv olunmuşdur.  

11 sentyabr 1998-ci il - Avropa  Şurasının yardımçı  və  məsləhətçi orqanı olan Qanun vasitəsilə 

Demokratiya uğrunda Avropa Komissiyasının (Venesiya Komissiyası) nümayəndə heyəti Belçikanın 

Konstitusiya və Arbitraj Məhkəməsinin Sədri M.Melşorun başçılığı altında Azərbaycanda olmuşdur. 

Noyabr 1998-ci il - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri X.Hacıyev Strasburqa 

səfər etmiş, Avropa Şurasının Baş Katibi D.Tarşis və Avropa  Şurası Parlament Assambleyasının Hüquq 

məsələləri və  insan hüquqları komitəsinin Sədr müavini ilə  keçirdiyi görüşlərdə Azərbaycanda Konstitusiya 


Məhkəməsinin təşkili, formalaşması  və  fəaliyyəti barədə  məlumat vermiş, Azərbaycanın bu mötəbər quruma 

üzvlüyə hazır olduğunu bəyan etmişdir.  



15  – 18 sentyabr 1999-cu il - Avropa  Şurası Parlament Assambleyasının Sədri cənab Lord Rassel-

Conston Azərbaycana səfər etmişdir.  



21 oktyabr 1999-cu il - Azərbaycan Respublikasının Prezidenti “Avropa Şurasında Azərbaycan 

Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncam vermişdir.  



2-3 mart 2000-ci il - Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini A.Əzimov Strasburqa səfər 

edərək Avropa Şurası Nazirlər Komitəsinin Avropada demokratik sabitlik üzrə Komitəsinin iclasında çıxış 

etmiş, AŞ-nın yüksək vəzifəli  şəxsləri və bu təşkilatın üzvü olan dövlətlərin daimi nümayəndələri ilə 

Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı müzakirələr aparmışdır.  



18 mart 2000-ci il - Azərbaycan Respublikasının Prezidenti “Avropa Şurasının fəaliyyətinə  və 

Azərbaycan Respublikası ilə  Avropa  Şurası arasındakı  əməkdaşlığa dair məlumatların yayılması barədə” 

sərəncam imzalamışdır.  

23, 25 mart 2000-ci il - Avropa  Şurası Siyasi Komitəsi Azərbaycan Respublikası Milli Məclisinə 

Azərbaycan Avropa Şurasına tam hüquqlu üzv qəbul edildikdən sonra yerinə yetirilməli olacağı öhdəliklərin 

siyahısını göndərmiş və bu sənəd Milli Məclisdə təmsil olunmuş siyasi partiyaların nümayəndələri tərəfindən 

imzalanmışdır.  



27–28 mart 2000-ci il  - Azərbaycan Respublikasının Xarici İşlər Naziri V.Quliyev Strasburqa səfər 

edərək Milli Məclisdə  təmsil olunmuş siyasi partiyalar tərəfindən imzalanmış öhdəliklərin siyahısını  və 

Azərbaycanın 8 Avropa Şurası konvensiyasına qoşulması barədə ratifikasiya sənədlərini Avropa Şurasının Baş 

Katibinə təqdim etmişdir.  



5-6 may 2000-ci il - Azərbaycan Respublikası Milli Məclisinin Sədri M.Ələsgərov Strasburqa səfər 

edərək Avropa dövlətləri Parlamentləri başçılarının Konfransı, üç Cənubu Qafqaz respublikası  və Fransa 

Parlament nümayəndə heyətləri arasında, eləcə  də  Cənubi Qafqaz dövlətlərinin parlament nümayəndələri və 

AŞPA arasında keçirilən görüşlərdə iştirak etmişdir.  



15 may 2000-ci il - Avropa  Şurası Siyasi Komitəsinin Dublində  keçirilmiş iclasında Azərbaycan üzrə 

məruzəçi J.Bomelin hesabatı dinlənilmiş və Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsi ilə 

bağlı müsbət rəy verilmişdir.  

22 may 2000-ci il - Avropa Şurası Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin Limasolda (Kipr) 

keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsi üçün müəyyən şərtlər irəli 

sürülmüşdür.  

1 iyun 2000-ci il - AŞPA Hüquq Məsələləri və  İnsan Hüquqları Komitəsinin Limasol görüşünün 

nəticələrinə  əsasən, Azərbaycan  Respublikasının  Ədliyyə Nazirliyi Beynəlxalq Qızıl Xaç Komitəsi ilə 

azadlıqdan məhrumetmə yerlərində  saxlanılan  şəxslərlə  görüşlərə dair səlahiyyətlərin həyata keçirilməsi 

haqqında saziş imzalamışdır.  



12  – 13 iyun 2000-ci il - AŞ Siyasi Komitəsinin Romada növbəti iclası keçirilmiş  və Azərbaycanın 

Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsi ilə bağlı müsbət rəy verilmişdir. 



13  – 14 iyun 2000-ci il - AŞ Hüquq məsələləri və  insan hüquqları Komitəsinin Parisdə  növbəti görüşü 

keçirilmiş  və Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzvlüyü məsələsi ilə  bağlı Limasol görüşünün 

qərarları qüvvədə saxlanılmışdır.  

13 - 14 iyun 2000-ci il - Avropa  Şurası Nazirlər Komitəsinə  sədrlik edən  İtaliyanın nümayəndə heyəti 

İtaliyanın Xarici İşlər Nazirinin müavini U.Ranyerinin başçılığı ilə Azərbaycanda səfərdə  olmuşdur. AŞ 

Katibliyi və Nazirlər Komitəsinin məsul  şəxslərindən təşkil edilmiş nümayəndə heyətinin Azərbaycan 

Respublikasının Prezidenti, Milli Məclisin sədri, Xarici İşlər Naziri və Konstitusiya Məhkəməsinin sədri ilə 

keçirdiyi görüşlərdə Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsi istiqamətində atılmış son 

addımlara dair müzakirələr aparılmışdır.  



26 – 28 iyun 2000-ci il - Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyası keçirilmişdir; 126 

nəfər deputatın iştirak etdiyi səsvermədə 120 nəfər lehinə, 1 nəfər  əleyhinə, 5 nəfər isə bitərəf qalmaqla 

Azərbaycan Respublikasının Avropa Şurasının tam hüquqlu üzvlüyünə  qəbul edilməsinə  dair müsbət rəy 

verilmişdir.  



6 sentyabr 2000-ci il - Avropa  İttifaqının üzvü olan ölkələr adından Sədrlik (Fransa) tərəfindən 

Azərbaycan və Ermənistanın Avropa Şurasına üzvlük üçün müraciətləri ilə bağlı bəyanat qəbul edilmişdir. Bu 

dövlətlərdə  mövcud olan siyasi şəraitin müəyyən zaman kəsiyində  Avropa  Şurası  tərəfindən  müdafiə olunan 

dəyər və prinsiplərə uyğun şəkildə inkişaf edəcəyinə ümidin ifadə olunduğu bu bəyanatda bildirilir ki, Katiblik 

tərəfindən göstərilən məsələyə haqqında hazırlanmış təhlillərin bu iki dövlətin qoşulmasının siyasi və maliyyə 

tərəfləri ilə əlaqədar olaraq, Avropada Demokratik Sabitlik üzrə Məruzəçilər Qrupunun (GR-EDS) 15 sentyabr 

2000-ci il tarixində  keçiriləcək iclasında nəzərdən keçirilməsi üçün ona ötürülməsi və onun tərəfindən bu 


məsələyə  dair hazırlanmış məruzənin Nazirlər Komitəsində  nəzərdən keçirilməsi Avropa İttifaqının üzvü olan 

dövlətlər tərəfindən məqsədəuyğun hesab edilir.  



6 sentyabr 2000-ci il - Avropa  Şurası Nümayəndələr Komitəsinin 719-cu görüşündə  Nümayəndələr: 1. 

Demokratik Sabitlik üzrə  Məruzəçilər Qrupunu (GR-EDS) Ermənistan və Azərbaycanın Avropa Şurasına 

üzvlük üçün müraciətlərini özünün 15.09.2000 tarixli görüşündə  nəzərdən keçirmək və bu barədə  məruzə 

etməyə dəvət etmişlər. 2. Bu məsələnin nəzərdən keçirilməsini özünün cari ilin oktyabr ayının 4-də keçiriləcək 

724-cü iclasında Demokratik Sabitlik üzrə  Məruzəçilər Qrupunun məruzəsi  əsasında yekunlaşdırmaq barədə 

razılığa gəlmişlər.  



15 sentyabr 2000-ci il - Avropa  Şurası Avropada Demokratik Sabitlik üzrə  Məruzəçilər Qrupunun 

iclasında Azərbaycan və Ermənistanın bu təşkilata üzv qəbul edilməsi məsələsi nəzərdən keçirilmiş və bununla 

bağlı müzakirələrin həmin qurumun cari ilin sentyabr ayının 29-da keçiriləcək iclasında davam etdirilməsi 

barədə qərar qəbul edilmişdir.  



10 oktyabr 2000-ci il  -  Azərbaycan Respublikası Xarici İşlər Naziri cənab V.Quliyev Strasburqa səfər 

etmiş  və bu təşkilatın Nazirlər Komitəsinin iclasında çıxış etmişdir. Nazir V.Quliyev səfər çərçivəsində  üzv 

dövlətlərin Səfirləri, Avropa Şurasının Baş Katibi V.Şvimmer, Avropa Şurası Parlament Assambleyasının Sədri 

Lord Rassel-Conston, Avropa Şurası Katibliyinin Siyasi məsələlər üzrə Baş Direktoru Fürer, Avropa Şurasının 

Nazirlər Komitəsinin Katibi Devis ilə görüşərək qarşılıqlı maraq doğurun bir sıra məsələləri müzakirə etmişdir.  

2-4 noyabr 2000-ci il - Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini cənab M.Məmməd-

Quliyev və Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq  Əlaqələr  Şöbəsi rəisinin müavini cənab 

İ.Fərzəliyev Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və  İnsan Hüquqları Komitəsinin 

iclası  və  Avropa  İnsan Hüquqları Konvensiyasının imzalanmasının 50-ci ildönümü münasibətilə Roma 

şəhərində keçirilmiş İnsan Hüquqları üzrə Nazirlər Konfransında iştirak etmişlər. 

7-9 noyabr 2000-ci il - Avropa  Şurası Nazirlər Komitəsinin 107-ci sessiyasında Azərbaycanın Avropa 

Şurasına üzv olmağa dəvət edilməsi adlı (2000)14 saylı  Qətnamə  qəbul edilmişdir. Bu sənəddə  aşağıdakı 

qərarlar öz əksini tapmışdır:  

1. Azərbaycanın Avropa Şurasına üzv olmağa və Nizamnaməyə qoşulmağa dəvət edilməsi;  

 2.  Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndələrinin sayının 6 nəfər 

həddində müəyyənləşdirilməsi;  

3. Bu qətnamənin  əlavəsinə  uyğun  şəkildə Azərbaycanın Avropa Şurasına müxtəlif bölgülü maliyyə 

ödəmələrinin miqdarının müəyyənləşdirilməsi.  

Bu sessiyada qəbul olunmuş “Ermənistan və Azərbaycan: Avropa Şurasının üzvlüyünə  dəvət” adlı 

Qərarda Azərbaycanla bağlı aşağıdakı müddəalar təsbit edilmişdir:  

-Nazirlər Komitəsinin Sədri və Azərbaycanın Xarici İşlər Naziri arasında 2000-ci ilin oktyabrında 

aparılmış  məktub mübadilələrinə  uyğun olaraq, ölkənin demokratik inkişafının müntəzəm  şəkildə, zərurət 

yaranarsa bu məqsədlə təsis edilmiş işçi qrupların köməyi ilə izlənməsi;  

-Azərbaycan hökumətindən bir ay ərzində  seçkiləri müşahidə  üzrə beynəlxalq missiya tərəfindən ilkin 

qeyd və  yekunlar üzrə  bəyanatda edilmiş  tənqidlərə cavab məruzəsinin təqdim olunması  və qeyd edilən 

saxtakarlıqlarda düzəlişlərin edilməsinin xahiş edilməsi; 

-Nümayəndələrin, Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasından  əvvəl keçiriləcək 

737-ci (17 yanvar 2001-ci il) iclasına qədər məruzə edəcək monitorinq qrupunun yaradılması; 

-Venesiya Komissiyasını Konstitusiya, seçki qanunu və  mətbuat haqqında qanunda Avropa Şurası 

standartlarına uyğun  şəkildə  islahatların aparılması  məqsədilə Azərbaycan hakimiyyət orqanlarına yardım 

göstərməyə dəvət edilməsi;  

-Həm Nazirlər Komitəsi, həm də  Parlament Assambleyası qarşısında götürülmüş öhdəliklərə  müvafiq 

olaraq, Azərbaycan hökumətindən Dağlıq Qarabağ münaqişəsinin dinc nizamlanmasına nail olmaq üçün 

Ermənistan hökuməti ilə birgə səylərini gücləndirməyin xahiş edilməsi. 

 

20 noyabr 2000-ci il - Avropa Şurası Nazirlər Komitəsinin Nümayəndələr səviyyəsində keçirilmiş 730-cu 

görüşündə Azərbaycanla bağlı aşağıdakılar qərara alınmışdır:  

1.  Avropada Demokratik Sabitlik üzrə  Məruzəçilər Qrupunun (GR-EDS), özünün, Avropa Şurası 

Parlament Assambleyasının 2001-ci ilin yanvar ayında keçiriləcək növbəti sessiyasına qədər bütün 

iclaslarının gündəliyinə “Ermənistan və Azərbaycanın demokratik inkişafının müşahidə edilməsi” adlı 

bənd daxil etməyə dəvət edilməsi;  



2.  Monitorinq Qrupunun ("AQO" qrupu) İtaliyanın Daimi Nümayəndəsinin Sədrliyi ilə Avstriya, 

Fransa, Gürcüstan, Yunanıstan,  İtaliya, Latviya, Niderland, Rumıniya, Rusiya Federasiyası,  İsveç, 

İsveçrə, Türkiyə  və  Almaniya (Avropada Demokratik Sabitlik üzrə  Məruzəçilər Qrupunun Sədri 

qismində) nümayəndələrindən təşkil edilməsi.  



3-4 yanvar 2001-ci il - Avropa Şurası Nazirlər Komitəsinin Sədri, Latviyanın Xarici İşlər Naziri cənab İ. 

Berzinş Latviya, Almaniya, Niderland və  İsveçin həmin təşkilat yanında Səfirləri ilə birlikdə  Bakıda səfərdə 

olmuşdur. Nümayəndə heyəti Bakıda Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin Sədri, Xarici İşlər 

Naziri, Konstitusiya Məhkəməsinin Sədri və digər şəxslərlə görüşlər keçirmişdir.  



6-9 yanvar 2001-ci il - İtaliyanın Avropa Şurası yanında Daimi Nümayəndəsi P.Erkole Aqonun rəhbərlik 

etdiyi və  Niderland,  İsveç, Türkiyə, Yunanıstan Səfirlərindən təşkil edilmiş digər nümayəndə heyəti yuxarıda 

qeyd edilən məsələlərlə  əlaqədar olaraq Bakıda səfərdə  olmuş, Azərbaycan Respublikasının Prezidenti, Milli 

Məclisin Sədri, Xarici İşlər Naziri, Konstitusiya Məhkəməsinin Sədri, Mərkəzi Seçki Komissiyasının Sədri və 

digər şəxslərlə görüşlər keçirmişdir.  

17 yanvar 2001-ci il - Avropa  Şurası Nazirlər Komitəsinin Nümayəndələr səviyyəsində  keçirilmiş 

iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul 

edilmişdir.  

25 yanvar 2001-ci il - Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul 

edilməsinə həsr olunmuş rəsmi mərasim keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab 

Heydər Əliyevin rəhbərlik etdiyi geniş nümayəndə heyəti iştirak etmişdir.  

24-27 aprel 2001-ci il - Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar sessiyası keçirilmişdir. 

Azərbaycan Respublikasının AŞPA-da nümayəndə heyəti ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv 

kimi iştirak etmişdir. Sessiya zamanı 9 ölkə  və  AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 

nümayəndə  tərəfindən imzalanmış “Ermənilər tərəfindən Azərbaycanlı  əhaliyə  qarşı törədilmiş soyqırımın 

tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və 

Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları” adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri 

qismində  yayılmışdır. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı  əhalisinin tamamilə  qətlə yetirilməsi, 

Ermənistan tərəfindən Azərbaycan  ərazisinin 20%-nin işğal edilməsi, Ermənistan və işğal edilmiş Azərbaycan 

torpaqlarında uşaq, qadın və  yaşlı insanların da daxil olduğu 783 Azərbaycanlı girovun saxlanılması faktı  və 

digər vacib məsələlər xüsusi vurğulanmışdır.  





Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə