3. Müasir təlim texnologiyalarını dəyərləndirin.
Müasir pedaqogika peşə kompetensiyalarının və özünütəhsil bacarıqlarının
formalaşmasına güclü təsir göstərən şəxsiyyətyönümlü innovativ pedaqoji
texnologiyalardan istifadəni zamanın tələbi kimi qeyd edir. Bu texnologiyaların
əsas hissəsi fəal təlim metodlarıdır. Hazırda “avtoritar”, müəllimyönümlü
yanaşmadan
daha çox, yaradıcı təfəkkürünün inkişafına yönələn “subyekt-
subyekt” münasibətləri üzərində qurulan “şagirdyönümlü”, dialoji təlimə
üstünlük verilir. Müasir təlim texnologiyaları
hafizəyə əsaslanan ənənəvi
təlimdən fərqli olaraq birbaşa təfəkkürə köklənir. Məhz bu texnologiyalar
şagirdlərin artıq orta məktəbdən real peşə
problemlərinin həllinə qadir,
rəqabətədözümlü şəxsiyyət kimi formalaşmasına şərait yaradır. Fəal təlim
metodları bir sıra təlim məqsədlərinə nail olmaq üçün güclü vasitədir. Didaktik
nöqteyi-nəzərdən
idrak fəaliyyətinin, dünyagörüşünün genişlənməsi,
bilik və
bacarıqların təcrübədə tətbiq edilməsi, yaradıcı müstəqillik və peşəkarlıq kimi
keyfiyyətlərin yaranması fəal təlimin əsas üstünlüyüdür.
Fəal təlimin digər
təqdirəlayiq xüsusiyyətlərindən biri də şagirdlərin cəmiyyətə hazırlığı, ünsiyyət
qurması,
fikirlərini
ifadə
etməsi,
dinləmə,
inandırma,
sübutetmə,
özünüidarəetmə, empatiya, tolerantlıq kimi keyfiyyətlərə yiyələnməsidir. Müasir
təlim texnologiyaları
təkcə təlimdə deyil, eləcə də tərbiyə sahəsində
müstəqilliyin, fəallığın, kollektivdə işləmək, əməkdaşlıq etmək, ünsiyyət qurmaq
və s. kimi bacarıqların formalaşmasına zəmin yaradır.
Dostları ilə paylaş: