oriJİnal məqaləLƏr uot: 617. 764. 1-008. 811. 4: 681. 735-08



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
tarix07.01.2017
ölçüsü0,58 Mb.
#4747

16

2016/1 (20)

ORİJİNAL MƏQALƏLƏR

UOT: 617.764.1-008.811.4:681.735-08

Osmanova L.Y.

YUMŞAQ KONTAKT LİNZALARIN İSTİFADƏÇİLƏRİNDƏ QURU GÖZ 

SİNDROMUNUN MÜALİCƏ VƏ PROFİLAKTİKASI

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., Azərbaycan

Açar sözlər: quru göz sindromu, Xiloial mono, yumşaq kontak linzalar

Gözdə  quruluq  hissiyatı  kifayət  qədər  yayılmış  problemdir.  Əhalinin  təxminən  1/3  bu  problemlə  qarşılaşır. 

Bu  simptomların  inkişafı  bir  çox  faktorlarla  əlaqədardır:  yaş,  cins,  allergiya,  kompüterlə  işləmə,  hormonların 

səviyyəsi, bəzi medikamentlərin istifadəsi.

Təəsüf ki kontakt linzaların istifadəsi quru göz sindromunun yaranma riskini artıran faktorlardan biri olaraq 

qalmaqdadır [1].

Kontakt  linza  istifadəçiləri  arasında  quru  göz  sindromunun  inkişaf  faktorlarının  əsaslarından  biri  linzaların 

dehidratasiyasıdır. Kontakt linzanın materialından və maye tərkibindən asılı olmayaraq linzaüstü gözyaşı pərdəsi 

linzaaltı gözyaşı pərdəsinə nisbətən daha tez buxarlanır. Nəticədə kontakt linza istifadəçiləri quruluq və diskomfort 

hiss edir. Subyektiv olaraq aşağıdakı simptomlar: quruluq hissiyatı, gözdə linzanın hiss edilməsi, gözlərdə qızartı, 

qıcıqlanma, həssaslığın artması, göynəmə, qum hissiyatı, göz yorğunluğu ola bilər.

Diskomfortun səbəbləri:

1) 

linzanın ön səthinin islanması azalır;



2) 

linza ilə qapaq arasında qarşılıqlı təsir artır;

3) 

yuxarı göz qapağın daimi linzanı sürtməsi onun yerdəyişməsinə səbəb olur;



4) 

göz yaşının buxarlanması və linzanın quruması buynuz qişanın rənglənməsinə səbəb olur.

Quru göz sindromu gözyaşı pərdəsinin tamlığının pozulması ilə sıx bağlıdır. Kliniki nöqteyi nəzərdən vacibdir 

ki, kontakt linzanın bütün səthi göz yaşı pərdəsi ilə örtülsün. Məhz bu quruluq simptomlarının əmələ gəlməsinin 

qarşısını alır, komfort və aydın görməni təmin edir, qapaqların linzaya təsirini yumşaldır.

Müəyyən olunmuşdur ki, quruluq simptomları olan kontakt linza istifadəçilərində sekretor fosfolipaza A2-nin, 

lipazanın, lipokalinin, parçalanmış yağların azalması müşahidə olunur. Bu halda gözyaşı pərdəsinin qalınlığı və 

stabilliyi normadan aşağı olur və belə hesab olunur ki, praktikada sonuncu faktor quru göz sindromunun diaqnozu 

üçün  daha  vacibdir.  Quru  göz  sindromunun  yaratdığı  simptomlardan  can  qurtarmaq  üçün  xüsusi  nəmləndirici 

damcılardan istifadə etmək olar. Müasir nəmləndirici damcılarda linzanın səthinin hidrofilliyini artıran maddələr: 

surfaktanlar, Na hialuronat və s. Istifadə olunur [2].

Bunlardan Na hialuronat gözdaxili mayeyə yaxın xüsusiyyətlərə malikdir. Bu gözün toxumaları ilə tamamilə 

biouyğun təbii polimerdir.

Bu zaman dərman preparatının təkcə aktiv maddəsini deyil, həm də köməkçi komponentlərinin, ilk növbədə 

konservantının  farmakodinamik  xüsusiyyətlərini  nəzərə  almaq  lazımdır.  Belə  ki,  məhz  konservant  buynuz 

qişa  toxumasına  neqativ  təsir  göstərərək,  kontakt  linzanın  istifadəsini  çətinləşdirir.  Konservantlar  preparatda 

mikrofloranın  inkişafının  qarşısını  alır.  Yadda  saxlamaq  lazımdır  ki,  gün  ərzində  12  damcıdan  çox  hər  hansı 

konservantlı preparat istifadə olunarsa, buynuz qişa epitelinin zədələnmə riski əmələ gəlir. Konservantlar təkcə 

buynuz qişaya toksik təsir göstərməklə deyil, həm də allergik reaksiyaların əmələ gəlmə riskini əhəmiyyətli dərəcədə 

artırmaqla təhlükəlidir. Ona görə də konservantsız dərman vasitələrinə, xüsusən də kontakt linza istifadəçilərində, 

üstünlük vermək lazımdır [3-7].

Göz damarlarının daha yaxşı keçiriciliyi üçün izotonik və ya göz yaşına nisbətən hipotonik olmalıdır. Bu halada 

göz damcısının istifadəsi xoşagəlməz hissiyatlar vermir [4].

Xiloial (mono) preparatının konservantsız və tərkibində inyeksiya üçün suyun olması daha yaxşı keçiricilik 

xüsusiyyətinə malikdir.

Məqsəd – yumşaq kontakt linza istifadəçilərində quru göz sindromunun aradan qaldırılmasında Xiloial-mono 

preparatının effektivliyinin öyrənilməsi.



Material və metodlar

Tədqiqat 2014-2015-ci illər ərzində akad. Zərifə Əliyeva ad. Milli Oftalmologiya Mərkəzinin kontakt korreksiya 

şöbəsinə müraciət etmiş 50 xəstə üzərində aparılmışdır.


17

2016/1 (20)

ORİJİNAL MƏQALƏLƏR

Xəstələrin 38-i (76%) qadın, 12-i (24%) – kişi olmuşdur.

Bütün xəstələrə standart oftalmoloji müayinələr – vizometriya, skiaskopiya, refraktometriya, buynuz qışanın 

flüoresseinlə  boyanmasından  sonra  biomikroskopiya  ilə  yanaşı  Şirmer  (anesteziyasız)  və  Norn  sınağı  kimi 

müayinələr keçirilmişdir.

Xəstələr 2 qrupa bölünmüşdür. Hər qrupa 25 pasiyent daxil olmuşdur. I qrupa daxil olmuş pasiyentlərə heç 

bir preparat təyin olunmamışdır. İkinci qrupa daxil olan 25 pasiyentə “Farmigea” kompaniyasının istehsalı olan 

Xiloial-mono preparatı təyin edilmişdir. Pasiyentlər bir il müşahidə altında olmuşlar. Bütün pasiyentlər dar bəbəklə 

və sikloplegiyadan sonra refraktometriya olunmuşlar (cədvəl 1).

Cədvəl 1


Qruplar üzrə aşkar olunan refraksion pozuntular

Alınan nəticələr və onların müzakirəsi

Təcrübəmizdə  istifadə  etdiyimiz  Xiloial-mono  preparatının  tərkibində  olan  Na  hialuronat  mukomimetik  və 

nəmləndirici, TSP-qoruyucu və göz yaşının funksiyasını bərpaedici təsirə malikdir.

Na hialuronat biotexnoloji sintez nəticəsində alınmışdır, yüksək molekulyar kütləyə malikdir. Na hialuronat 

mukomimetik xüsusiyyətlərinə və özlülüyünə görə əla yayılma qabiliyyətinə malik olub, effektiv nəmləndirici 

təsir göstərir və göz yaşının stabilliyini təmin edir.

TS-polisaxaridi  Tamarinda  (Tamarindus  indica)  bitkisinin  tumalrından  alınan  təbii  maddədir,  buynuz  qişa-

konyunktiva səthinin qorunması üçün çox faydalıdır.

TS-polisaxaridi göz səthində  qoruyucu qat yaradaraq göz yaşı təbəqəsində və göz səthində fizioloji balansı 

bərpa edir.

Bütün xəstələrə Şirmer (anesteziyasız) və Norn sınağı aparılmışdır. 

Norn sınağının normada ≥15 saniyə, Şirmer sınağının normada isə ≥ 15 mm təşkil edir.

II qrupa daxil olan pasiyentlərdə müalicədən əvvəl Şirmer sınağının göstəricisi 20% hallarda 6-9 mm, 12% 

hallarda  10-14  mm,  68%  hallarda  15-19  mm  təşkil  etmişdir.  Müalicədən  sonra  həmin  sınağın  nəticələri  12% 

hallarda – 6-9 mm, 20% hallarda – 10-14 mm, 68% hallarda – 15-19 mm olmuşdur. Müalicə müddəti ərzində 

“quru göz” sindromunun ağırlıq dərəcəsindən asılı olmayaraq II qrupa aid olan bütün pasiyentlərdə prekorneal 

göz yaşı pərdəsinin stabilliyinin artması müşahidə olmuşdur. Belə ki, Norn sınağının nəticələri müalicədən əvvəl 

20% hallarda 4-7 saniyə, 32% hallarda – 8-9 saniyə, 12% hallarda – 10-11 saniyə; müalicədən sonra 4% hallarda 

5 saniyə, 8% hallarda – 8-9 saniyə, 88% hallarda – 10-11 saniyə olmuşdur.

II qrup xəstələrin 84%-də Xiloial-mono preparatının 2 ay istifadəsindən sonra bütün şikayətlər keçmiş, 12%-də 

şikayətlərin azalması, 4%-də müsbət dinamika izlənməmişdir.

Alınan nəticələrə əsasən demək olar ki, Xiloial-mono preparatının effektivliyi bir neçə faktorlarla əlaqədardır. 

Preparatın əsasını təbii polimer – hialuron turşusu təşkil edir. Hialuron turşusu heyvanların və insanların dərisində, 

oynaq mayesində, bağlarda, şüşəvari cisimdə və göbək ciyəsində olur. Onun funksiyaları müxtəlifdir: toxumalarda 

su tərkibinin tənzimlənməsindən başlamış, hüceyrələrin miqrasiyası və differensasiyasına qədər.

Hialuron turşusundan əlavə Xiloial-mono preparatının tərkibinə TS-polisaxarid daxildir. TS-polisaxaridi göz 

səthində qoruyucu qat yaradaraq göz yaşı təbəqəsinin sabitliyini təmin edir.


18

2016/1 (20)

ORİJİNAL MƏQALƏLƏR

Birlikdə bu iki aktiv maddə buynuz qişa konyunktiva səthində normal sinergetik fəaliyyət göstərir.

Beləliklə,  yumşaq  kontakt  linza  istifadəçilərində  quru  göz  sindromunun  profilaktikası  və  müalicəsi  üçün 

Xiloial-mono preparatının istifadəsi məqsədəuyğundur.

ƏDƏBİYYAT:

1. 


Контактные линзы и синдром сухого глаза // Глаз, 2009, №4, с.2-3.

2. 


Морган Ф., Добсон К. Белки слезной пленки и мягкие контактные линзы // Вестн. оптометрии, 

2010, №1, с.31-34.

3. 

Ставицкая Т.В. Офтальмофармакологические средства и ношение контактных линз // Глаз, 2011, 



№1, с.2-3

4. 


Troiano P., Monaco G. Effect of hyaluronic acid drops in dry eye patients: across over study // Cornea, 

2008, v.27(10), p.1126-1130.

5. 

Stern R., Frost G.L., Shuster S. et al. Hyaluronic acid and skin // Cosm. And Toil, 1988, v.113, p.43-48.



6. 

Полунин Г.С., Куренков В.В., Сафонова Т.Н. и др. Новая клиническая классификация синдрома 

сухого глаза // Рефракционная хирургия и офтальмология, 2003, №3(3), с.53-60.

7. 


Бржевский В.В., Сомов Е.Е. Синдром сухого глаза, 2002, №1, с.3-9.

8. 


Kanski I. Clinical oftalmology/ Butterworth-Heinemann, 1999, v.4, p.8-12.

Османова Л.Я.

ПРОФИЛАКТИКА И ЛЕЧЕНИЕ СИНДРОМА СУХОГО ГЛАЗА У 

ПОЛЬЗОВАТЕЛЕЙ МЯГКИХ КОНТАКТНЫХ ЛИНЗ 



Национальный Центр Офтальмологии имени акад. Зарифы Алиевой, Баку, Азербайджан

Ключевые слова: синдром сухого глаза, Xiloial-mono

РЕЗЮМЕ


Цель – изучить эффективность препарата Xiloial-mono у пользователей мягких контактных линз при 

синдроме сухого глаза.



Материал и методы

Материал исследования составили 50 пациентов обследованных за период с 2014-2015гг в Националь-

ном Центре Офтальмологии имени акад. Зарифы Алиевой. Пациенты были разделены на 2 группы. Паци-

ентам II группы был назначен препарат Xiloial-mono.



Результаты

У всех пациентов II группы, которые использовали Xiloial-mono отмечалась стабилизация прекорналь-

ной слезной пленки.

Заключение

Таким  образом,  считается  целесообразным  применение  препарата  Xiloial-mono  для  профилактики  и 

лечения синдрома сухого глаза у пользователей мягких контактных линз. 

Osmanova L.Y.

PROPHYLAXIS AND TREATMENT OF DRY EYE SYNDROMEIN IN THE 

WEARERS OF SOFT CONTACT LENSES 



National Centre of Ophthalmology named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan

Key words: dry eye syndrome, Xiloial-mono

19

2016/1 (20)

ORİJİNAL MƏQALƏLƏR

SUMMARY


Aim – to evaluate of the effectiveness of the preparation Xiloial-mono in the treatment of dry eye syndrome in 

soft contact lens wearers. 



Material and methods

50 patients examined at the National Centre of Ophthalmology named after acad. Zarifa Aliyeva during 2014-

2015 represented in the years of, treated the material of investigation. The patients were divided into 2 groups. 

Preparation Xiloial-mono by Farmigea were prescribed to 25 patients of the second group.



Results

The stability of precorneal tear film was noted in all patients who used the preparation Xiloial-mono.



Conclusion

So, it is advantageous to use Xiloial-mono for prophylaxis and treatment of dry eye syndrome in the wearers 

of soft contact lenses.

Korrespondensiya üçün: 



Osmanova Lamiyə Y , akad. Zərifə Əliyeva ad. Milli Oftalmologiya Mərkəzinin kontakt korreksiya şöbəsinəin 

həkim-oftalmoloqu

Ünvan: AZ 1114, Bakı şəh., Cavadxan küç., 32/15

Tel: (+99412) 569-09-07; (+99412) 569-09-47

E-mail: administrator@eye.az;

www.eye.az

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin