Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə45/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   54

hesab  edilmir.  Buna  görə  də  həmin  məsələlər vərəsəlik  hüququnun  nizama­

salma  predmetinə  daxil  edilmir və mülki  hüquq  normaları  ilə tənzimlənmir.  Hə­

min  sərəncam  mənəvi-əxlaqi  qüvvəyə  (hüquqi  qüvvəyə yox)  malik  olub,  məi­

şət xarakterli  əqd  kimi  çıxış edir.

Bir qayda  olaraq,  vəsiyyət sərəncamının  predmetini əmlak hüquqları təşkil 

edir.  Belə  ki,  vəsiyyətdə  müəyyən  əmlakın  vərəsələrə  verilməsi  barədə  müs­

bət  göstəriş  ifadə  olunur.  Bu  vəziyyət  müsbət  məzmunlu  vəsiyyət  adlanır. 

Vəsiyyət  sərəncamının  predmeti  müəyyən  vərəsəni  vərəsəlik  hüququndan 

məhrum  etmək  də  ola  bilər.  Belə  halda  vəsiyyətdə  mənfi  xarakterli  göstəriş 

ifadə olunur.  Bu  baxımdan vəsiyyət «mənfi  məzmunlu vəsiyyət»  adlanır.

Vəsiyyət  sərəncamının  predmeti  əmlak  (mülki  xarakterli)  vəzifələrindən 

də  ibarət  ola  bilər1.  Məsələn,  vəsiyyət  edən  vəsiyyətnamədə  göstərir ki,  vərə­

sə  nisyə  (kreditlə) alınan  malın  pulunu  ödəsin və ya borc pulu qaytarsın və s.

Beləliklə,  miras  qoyanın  iradəvi  aktı,  əgər  ölüm  hadisəsi  olacağı  halda  mi­

ras  qoyanın  mülki  xarakterli  hüquq  və  vəzifələrinin  hüquqi  taleyini  müəyyən­

ləşdirərsə,  vəsiyyət  sayılır.  Əgər  mülki  hüquq  və  vəzifələrin  hüquqi  taleyi  ilə 

bağlı  olmazsa,  həmin  akt vəsiyyət hesab edilmir.



Beşinci  hüquqi  əlamətinə  görə,  vəsiyyət  fərdi  əqddir.  Bu,  o  deməkdir 

ki,  miras  qoyan  vəsiyyətnaməni  təkbaşına  tərtib  edir  və  orada  yalnız təkcə 

(bircə)  onun  sərəncamı  olur.  Vəsiyyətnamə  müəyyən  bir şəxs  tərəfindən  eyni 

bir  (vahid)  sənəd  şəklində  tərtib  olunmalıdır.  Bir  neçə  şəxs  tərəfindən  eyni 

bir  (vahid)  sənəd  şəklində  tərtib  olunan  vəsiyyətnamə  etibarsızdır.  Bir  sözlə, 

vəsiyyət təkbaşına,  fərdi  olaraq  həyata  keçirilən aktdır1

 2.  Azərbaycan  Respubli­

kasının  vərəsəlik  hüququ  müəyyən  edir  ki,  birgə  vəsiyyətnaməyə  yol  veril­

mir (MM-in  1169-cu  maddəsi)3.  Bununla sübut olunur ki,  Azərbaycan  Respub­

likasının  vərəsəlik  hüququna  birgə  vəsiyyətnamə  anlayışı  yaddır.  Birgə  vəsiy­

yətnamə  dedikdə  isə  iki  və  daha çox şəxs tərəfindən  birgə tərtib olunan vəsiy­

yətnamə  başa  düşülür.

Vəsiyyətnamənin  iki  və  daha  artıq  şəxs  tərəfindən  birgə  tərtibinə  yol  veril­

1  M .V .Q o rd o n   g östə rir  k i,  və siyyət  sərəncamının  predmeti  əmlak 



hüquqlarının  verilməsindən 

ib arətdir.  O,  ə m lak  və zifə sin i  buraya  d axil  e tm ir 



(Гордон M.В.

  Наследование  по закону  и  по  завеща­

нию.  M .,  1967, с.37).  Şübhəsiz ki,  m ü ə llif dəqiq  fik ir  söyləm ir.



Саломатова  ТВ.

  Наследование по завещанию и  по закону.  М ., 2002, с.  17.

3 Sovet dövrünün  hüquq ədəbiyyatı  səhifələrində vaxtı  ilə  birgə  vəsiyyətnaməni qadağan edən nor­

manın  m ü lk i  qan un ve riciliyə   d axil  edilməsi  barədə  tə k liflə r  edilird i 

(Никитюк П.С.

  Наследственное 

право  и  наследственный  процесс.  Киш инев.  1973, с.  114;  Советское  гражданское  право.  Учебник. 

Том  2  /   Под  ред. 



В.А.Рясеицева,

  с.  497;  Советское  гражданское  право.  Учебник.  Том  2 /   Под  ред. 



О.А.Красавчикова,

 с. 


501.

597


məməsi  haqqında  qanunun  müəyyən  etdiyi  ümumi  qaydadan  yalnız  bir  halda 

istisnaya  yol  verilir.  Belə  ki,  ərlə  arvad  qarşılıqlı  vərəsəlik  haqqında  birgə  və­

siyyətnamə tərtib edə  bilərlər (MM-in  1169-cu  maddəsi).

Altıncı  hüquqi  əlamətinə  görə,  vəsiyyət  ləğv e dilm əsi  və  ya  dəyişm əsi 

mümkün  olan  əqddir.  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  müəy­

yən edir ki,  vəsiyyət  edən  vəsiyyətnaməni  dəyişdirə  və  ya  ləğv  edə  bilər (MM- 

in  1220-ci  maddəsi).  Bu  onunla  izah  edilir  ki,  vəsiyyət  b irtə rə fli  aktdır,  b irtə ­

rəfli  sərəncamdır.  O,  vəsiyyət  edən  şəxsin  iradəsini  ifadə  edir.  Bu  iradə  ifa­

dəsi  bir  qayda  olaraq,  birtərəfli  xarakter  daşıyır.  Buna  görə  de  vəsiyyətnamə 

vəsiyyət  edən  şəxs  tərəfindən  birtərəfli  qaydada  ləğv  və  ya  dəyişdirilə  bilər. 

Digər tərəfdən,  vəsiyyətnamə  miras qoyanın  sağlığında  orada  nəzərdə tutulan 

hüquqi  nəticənin  (vərəsələr üçün  hüquq və  vəzifələrin) yaranmasına  səbəb ol­

mur.  Başqa  sözlə  desək,  vəsiyyətnamənin  hüququ  nəticəsi  onun  təsdiq  (tər­

tib)  edildiyi  gündən  deyil,  vəsiyyət  edənin  ölümündən  sonra  əmələ  gəlir  .  Bu­

na  görə  də o, vəsiyyət edən tərəfindən  istənilən vaxt  ləğv edilə və ya  dəyişdiri­

lə  bilər.

Yeddinci  hüquqi  əlam ətinə  görə,  və siyyə t  x ə lvə ti  (g izli)  əqddir.  Bu  o

deməkdir  ki,  vəsiyyətnamə  gizlicə  olaraq  tərtib  edilir.  Vəsiyyətin  ölüm  hadisə­

sindən  sonra  təsir  gücünə  və  qüvvəsinə  malik  olması  məhz  göstərilən  hüquqi 

əlaməti  şərtləndirir.  Maraqlı  şəxsləri  vəsiyyətnamə  ilə  tanış  etmək  yalnız  və 

yalnız vəsiyyət  edənin  özündən  asılıdır.  Notarius,  vəsiyyətnamənin  təsdiqində 

və  tərtibində  iştirak  edən  şəxslər vəsiyyətnamənin  məzmununa,  tərkibinə,  də­

yişdirilməsinə  və  ya  ləğvinə  aid  məlumatları  vəsiyyət  edən  şəxs  ölənə  kimi 

açıqlaya  bilməzlər  (MM-in  1184-cü  maddəsi).  Vəsiyyət  edən  yalnız  öldükdən 

sonra  notarius  gün  təyin  edərək  maraqlı  şəxsləri  vəsiyyətnamənin  məzmunu 

ilə tanış edir.  Bu  barədə  notarius tərəfindən  müvafiq  protokol tərtib  edilir.  Əgər 

vəsiyyətnamənin  qoyulduğu  zərf  möhürlənmişdirsə,  möhürün  salamat  olması 

protokolda  qeyd  edilir* 2.

Səkkizinci  hüquqi  əlamətə  görə,  və siyyə t  fo rm a l  ə q d dir.  Ona  görə  ki, 

vəsiyyət  yalnız  qanunda  nəzərdə tutulan  formada  tərtib  edildikdə,  hüquqi  əhə­

miyyət kəsb  edir,  hüquqi  nəticə  doğurur.  Qanunda  nəzərdə  tutulmayan  forma­

da  tərtib  edilən  vəsiyyətnamə  etibarsız  sayılır  və  hüquqi  əhəmiyyətə  malik  ol­

mur.  Buna  görə  də tələb  edilir ki,  vəsiyyətnam ə  qanunun  m ü ə y y ə n lə ş d ird i­

yi  m əcburi  form ada tə rtib  olunsun.

Vəsiyyətin  hüquqi  əlamətlərini  müəyyənləşdirdikdən  və  ona  mülki-hüquqi 

xarakteristika  verdikdən  sonra  elmi  (doktrinal)  tərif verə  bilərik.  Qüvvədə  olan 

mövcud  qanunvericilik ona  leqal anlayış vermir.

Beləliklə,  vəsiyyət  dedikdə,  vəsiyyət  edən  şəxsin  ölüm  hadisəsi  baş  verə­

cəyi  halda  özünəməxsus  və  vərəsəlik  üzrə  keçə  bilən  əmlak  və  bəzi  şəxsi 

qeyri-əmlak  hüquqlarının  və  vəzifələrinin  hüquqi  taleyi  barədə  verdiyi  şəxsi,

Azərbaycan  Respublikası  A li  M ə hkəm əsi  Plenumunun  « M ə h k ə m ə lə r  tərə fin d ə n   və rə səlik 

qanununun  tətbiq  edilm əsinin  bəzi  m ə sələləri  haqqında»  28  sentyabr  1979-cu  il   ta rix li  5  saylı  qərarının

4-cü  bəndi

2  «Azərbaycan  Respublikasının  notarial  h ərəkə tlə rin in   aparılması  qaydaları  haqqında  təlim a t»ın  95- 

ci  bəndi // Notariat  haqqında (sənədlər toplusu).  Bakı, 2002, s.  227.

598


birtərəfli,  xəlvəti, formal sərəncam aktı başa düşülür.

Vəsiyyətin  məzmunu  onun  əsas  elementlərindən  biridir.  Bu,

məzmunu 

məlum  məsələdir.  Belə  ki,  məzmunsuz  vəsiyyət  sərəncamı­

nın  mövcudluğundan  danışmaq olmaz.

Vəsiyyətin  məzmunu odur ki, o, vəsiyyət edən şəxsin ölüm hadisəsi olacağı 

halda  öz əmlakının  (hüquq  və vəzifələrinin) hüquqi taleyi  barədə,  habelə digər 

hərəkətlərin yerinə yetirilməsi  barədə verdiyi sərəncamı ifadə edir.

V ə siyyə t sərəncam ları  öz məzmununa görə iki cür olur:

•   mülki xarakterli vəsiyyət sərəncamları;

•   mənəvi-əxlaqi xarakterli vəsiyyət sərəncamları.

M ülki  xa ra kte rli  vəsiyyət  sərəncamları  odur ki,  onlar əmlak  hüquq və və­

zifələri  yaradır.  Məhz  bu  cür  vəsiyyət  sərəncamları  mülki-hüquqi  əhəmiyyətə 

malik olur,  sözün  hüquqi  mənasında vəsiyyətnamə sayılır.

M ənəvi-əxlaqi  xarakterli  vəsiyyətnam ə  sərəncamları  odur ki,  onlar özlə­

rində  mülki-hüquqi  (əmlak)  vəzifələr  barədə  göstəriş  ifadə  etmir.  Bu  növ  sə­

rəncamların  mülki-hüquqi  mənası  və  əhəmiyyəti  yoxdur.  Onlar  mülki-hüquqi 

vəzifə  və  hüquq  yaratmadığına  görə  sözün  hüquqi  mənasında  vəsiyyətnamə 

hesab  edilmir.  Miras  qoyanın  dəfn olunduğu  yer,  dəfn  üsulu,  müəyyən şəxslə­

rin fəaliyyət qabiliyyəti  olmayan  ailə  üzvləri  üzərində qəyyum  təyin  edilməsi və 

digər  məsələlər  barədə  göstərişlər  mənəvi-əxlaqi  xarakterli  vəsiyyət  sərən­

camlarına  misal  ola  bilər.

Mülki xarakterli vəsiyyət sərəncamlarının  məzmunu  iki cür olur:

•   vəsiyyətin  əsas  məzmunu;

•   vəsiyyətin  qeyri-əsas (xüsusi) məzmunu.

V ə siyyə tin   əsas  məzmunu  vəsiyyət  edənə  məxsus  olan  əmlakın  (hüquq 

və  vəzifələrin)  hüquqi  taleyini  müəyyənləşdirməkdən,  həmin  əmlakın  (hüquq 

və  vəzifələrin)  ölüm  hadisəsi  olacağı  halda  başqa  şəxslərə  keçməsi  qaydasını 

dəyişdirməkdən  ibarətdir.  Söhbət  vərəsələrin  təyin  edilməsindən  və  vəsiy­

yət  edən  şəxsə  m əxsus  əmlakın  (hüquq  və  vəzifələrin)  onlar  arasında 

b ö lü ş d ürü lm əsind ə n   gedir.  Başqa sözlə desək, vəsiyyət edən  müəyyən şəx­

sin  vərəsə təyin  edilməsi və  həmin  şəxsə çatası əmlak barədə  sərəncam verir. 

Bax,  bu  sərəncam  vəsiyyətin  əsas  məzmununu təşkil  edir.  Mülki  hüquq doktri­

nasında  qeyd  edilir  ki,  vərəsə  təyin  etmək  vəsiyyətin  labüd  (məcburi)  rek- 

v iz itid ir və vərəsəni  göstərməyən  sərəncam vəsiyyət hesab edilmir'.  Vəsiyyə­

tin  əsas məzmununa  vəsiyyətin  mühüm  bəndləri  də deyilir.

Beləliklə,  vəsiyyətdə  müəyyənləşdirilir;  birincisi,  vəsiyyətdə  göstərilən  əm­

lakı əldə  etmək  hüququ  olan  şəxslərin  dairəsi;  ikincisi,  vəsiyyət edənə  məxsus 

olan və vərəsəlik üzrə  keçən əmlak.  Bunlar birlikdə vəsiyyətin  əsas məzmunu­

nu təşkil  edir.

Vəsiyyət  edən  vərəsə  kimi  qanun  üzrə  vərəsələr  dairəsinə  həm  daxil 1



Флейщиц  E.

  Завещание  и  легат  в  советском  гражданском  праве  / /   Ученые  записки  ВИЮН. 

В ы п  V I.  М .,  1947,  с.  89-90; 



Антимонов  С ,  Герзои  Б..  Шлифер  Б.

  Наследование  и  нотариат.  М ,  

1946,  с.  10; 

Серебровский В.И.

  О черки советского  наследственного права.  М .,  1953, с. 110.

599


olan,  həm  də  daxil  olm ayan  şəxsləri  (kənar  şə xsləri)  təyin  edə  b ilə r1.  O,

vərəsənin  adı  və  familyasını  göstərməlidir.  Bu,  vərəsə  kimi  təyin  edilən  şəxsi 

digər şəxslərdən ayırmağa və  qarışıqlığa yol verməməyə  imkan  verir.

Vəsiyyət  edənin  hüququ  var  ki,  o,  dövləti  (Azərbaycan  R espublikasını), 

bələdiyyələri  və  hüquqi  şəxsləri  vərəsə  kimi  təyin  etsin2.  Belə  halda  vəsiy­

yət  edən  şəxsin  qanun  üzrə  vərəsələrinin  olub-olmamasının  məsələyə  dəxli 

yoxdur.  Bu  o  deməkdir  ki,  hər bir fiziki  şəxs öz  əmlakını  onun  qanun  üzrə  və­

rəsələri  olub-olmamasından  asılı  olmayaraq  mülki  hüququn  hər  hansı,  istəni­

lən subyektinə vəsiyyət edə bilər.

Vəsiyyətin  əsas  məzmunu  vərəsə  təyin  etməkdən  başqa,  həm  də  əm la­

kın  bölüşdürülm əsi,  onun  vərəsəlik  üzrə  ve rilm ə si  kimi  məsələlərlə  də 

bağlıdır.  Hər bir fiziki  şəxs öz əmlakının  hamısını  qanun  üzrə vərəsələrə  (və ya 

kənar şəxslərə) vəsiyyət edə bilər.  Bu  halda  o,  bir qayda  olaraq vəsiyyətnamə 

ilə təyin edilmiş vərəsələrdən  hər birinin  miras  payını  dəqiq  olaraq  ideal  hesab 

paylan  əsasında  müəyyənləşdirir.  Məsələn,  vəsiyyət  edən  şəxs  göstərir  ki,

əmlakımın 



-

  hissəsini  atama,  -   hissəsini  qardaşıma,  -   hissəsini  bacıma  və 



4  



3

s.  vəsiyyət  edirəm.  Paylar həm  bərabər,  həm  də  qeyri-bərabər müəyyənləşdi­

rilə  bilər.  Vəsiyyətnamədə  bir neçə  vərəsə  göstərildiyi  halda  onların  hər birinin

payı  ideal  (mütləq)  ifadə  ilə təyin  edilməlidir (məsələn,  evin  -   hissəsi,  əmanə-

4

tin  j   hissəsi və  s.).



Bəzən  vəsiyyət  edən  şəxs  hələ  sağlığında  özü­

nün  qanun  üzrə  vərəsələri  ilə  normal  münasibət­

də  olmur.  Həyatda  yaşadıqları  dövrdə  qanun  üz­

rə  vərəsələr  vəsiyyət  edən  şəxsə  münasibətdə 

nankorluğa,  təhqiramiz  hərəkətlərə,  yamanlığa,  pisliyə,  kobud  rəftara  və  s.  yol 

verə  bilərlər.  Buna  görə  də  vəsiyyət  edən  istəməz  ki,  onun  əmlakı  ölümündən 

sonra  həmin  nankor  şəxslərin  əlinə  keçsin.  Digər  tərəfdən,  qanun  üzrə  vərə­

sələr sırasından  elə  şəxslərə  rast gəlinir ki,  maddi  cəhətdən təmin  olunduqları­

na  görə,  həmin  şəxslərin  hər  hansı  əmlaka  ehtiyacı  və  tələbatı  olmur.  Göstər­

diyimiz  və ya  digər hallar vəsiyyət edənə  əsas verir ki,  o,  qanun  üzrə  vərəsə­

ləri  vərəsəlikdən  kənarlaşdırsın.  Azərbaycan  Respublikasının  vərəsəlik  hüqu­

qu  bunu  nəzərə alaraq vərəsəlik hüququndan  m əhrum etm ə  haqqında  qay­

da  m üə yyə n lə şd irir  (MM-in  1176-cı  maddəsi).  Bu  qaydanın  mahiyyəti  ondan 

ibarətdir  ki,  vəsiyyət  edən  qanun  üzrə  vərəsələrdən  birini,  bir  neçəsini  və  ya 1

Vəsiyyət üzrə 

vərəsəlik hüququndan 

məhrumetmə

1  SSRİ  A li  M əh kəm ə si  g östə rird i  k i,  və siyyət  edən  öz  ə m la kını  və siyyətn am ə   tə rtib   e d ild iy i  an 

qanun  üzrə  vərəsələrə  m a lik   olmasından  asılı  olm ayaraq  kə na r  şəxslərə  v ə s iy y ə t  edə  b ilə r  (bax:  n  6 

постановления  Пленума  Верховного  Суда  СССР  о т  20  ию ня  1947  г.  №   94  / /   Сборник 

действующ их  постановлений  Пленума  В ерховного  Суда  СС С Р   1924-1951  г г .  М .,  1952,  с.  149; 

«Azərbaycan  Respublikasında .notariat  h ərəkə tlə rin in   aparılması  qaydaları  haqqında  təlim a t»!!!  67-ci 

bəndi 

II

 N otariat haqqında (sənədlər toplusu).  Bakı.  2002, s. 218.

Şəxs bütün əm lakım  və ya onun b ir h issəsini d övlə tə  v ə  ya  h üquqi  şəxslərə (tə şkila tlara) v ə siyyə t 

edə  b ilə r.  Bu  barədə  bax:  «Azərbaycan  Respublikasında  notarial  h ə rə k ə tlə rin   aparılm ası  qaydaları 

haqqında təlim atım ı  67-ci bəndi 

II

 N o tariat haqqında (sənədlər toplusu).  B akt. 2002, s. 218).

600


hamısını  vəsiyyətnamə  ilə  mirasdan  məhrum  edə  bilər.  Məhrumetmə  zamanı 

vəsiyyət  edən  şəxsin  hər  hansı  xüsusi  motivə,  dəlil-səbəbə  və  arqumentə 

əsaslanması  lazımdırmı?  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  bu 

suala  cavab  verərək  göstərir  ki,  vəsiyyət  edən  vərəsələri  mirasdan  məhrum 

edərkən  bunu  əsaslandırmağa  borclu  deyildir (MM-in  1176-cı  maddəsinin  1-ci 

bəndi).  Bu,  o  deməkdir  ki,  m otivin  vərəsələri  vərəsəlik  hüququndan  məh­

rum  edən  vəsiyyətnam ənin  etibarlı  sayılması  üçün  hüquqi  əhəmiyyəti 

y o xd u r.  Vərəsəlik  hüququnun  (mülki  qanunvericiliyin)  məsələyə  bu  cür  ya­

naşmasını  başa  düşmək  olar.  Belə  ki,  vəsiyyət  ölüm  hadisəsi  olacağı  halda 

vəsiyyət  edənin  özünəməxsus  olan  əmlakının  hüquqi  taleyi  barədə  sərbəst 

iradəvi  aktıdır.  Ona  görə  də vəsiyyət edən  bu  əmlaka  öz mülahizəsinə və istə­

yinə  görə  sərəncam  vermək,  o  cümlədən  özünün  qanun  üzrə  vərəsələrinin 

hamısını və ya  bir neçəsini və  ya birini vərəsəlikdən  məhrum etmək hüququna 

malikdir.

Mülki  hüquq  elmində  (doktrinasında)  vərəsəlik  hüququndan  məhrumet­

m ənin  iki  üsu lu   (yolu)  göstərilir,  yəni  vərəsəlik  hüququndan  məhrumetmə­

nin  iki  üsulla  (yolla)  həyata  keçirilməsi  göstərilir’ :

•  düzünə  yo lla  vərəsəlikdən  məhrumetmə;

•  dolayı  yo lla   vərəsəlikdən  məhrumetmə.

Bunlara vərəsəlikdən  m əhrum etm ənin form aları  da deyilir.

B irin c i  üsula  görə,  vəsiyyət  edən  tərtib  etdiyi  vəsiyyətnamədə  vərəsəlik 

hüququndan  məhrum  edilən  şəxsləri  (şəxsi)  birbaşa  sadalayır.  Bu  halda  qa­

nun  üzrə  vərəsə  (vərəsələr) vəsiyyət  edənin vəsiyyətnamədə  birbaşa, düzünə 

ifadə  olunmuş  istək  və  arzusu  ilə  vərəsəlikdən  kənarlaşdırılır.  Vəsiyyət  edənin 

vərəsəlikdən  məhrumetmə  barədə  iradəsi  aydın  və  birmənalı  şəkildə  ifadə 

olunmalıdır.  Şübhə  yaranan  hallarda  vəsiyyət  edənin  həqiqi  və  əsl  iradəsi 

məhkəmə tərəfindən  müəyyənləşdirilir.

Düzünə yolla vərəsəlikdən  məhrumetmə  müxtəlif formalarda  ifadə oluna bi­

lər:  "bütün  qardaşlarımı  vərəsəlikdən  məhrum  edirəm”  və  ya  "bacım  Saranı 

qanun  üzrə vərəsələr sırasından  kənarlaşdırıram” və s.

Dolayı  yo lla   vərəsəlikdən  m əhrumetmənin  mahiyyəti  ondan  ibarətdir ki, 

vəsiyyət  edən  vəsiyyətnamə  ilə  təyin  etdiyi  vərəsələr  arasında  əmlakı  bölüş­

dürərkən və  ya bu  əmlakı  bir və ya  bir neçə vərəsəyə vəsiyyət edərkən ona la­

zım  olmayan  vərəsə  barəsində  sadəcə  olaraq  qəsdən  susur və  onun  qəsdən 

üstündən  sükutla  keçir.  Bu  halda  vəsiyyət  edən  həmin  vərəsə  haqqında  heç 

bir  fikir  söyləmir,  sadəcə  olaraq  qəsdən  susmaqla  ondan  yan  keçir.  Bununla 

vəsiyyət  edənə  lazım  olmayan  vərəsə  vərəsəlikdən  birbaşa  yox,  dolayı  yolla 

kənarlaşdırılır.  Məsələn,  vəsiyyətnamədə  göstərilir  ki,  miras  qoyanın  bütün 

əmlakı  onun  arvadına  vəsiyyət  edilir.  Vəsiyyət  edən  övladlan  haqqında  qəs­

dən  susmaqla  onlardan  yan  keçir.  Buradan  belə  çıxır  ki,  vəsiyyət  edənin  öv- 1



Серебровский В.И.

Очерки советского наследственного права. М .,  1953, с.  118-119; Советское 

гражданское  право.  У чеб ник.  Том  2  /   Под  ред. 

В.А.Рясенцева.

  М .,  1976,  с.  500;  Советское  граж­

данское  право.  У чеб ник.  Том  2.  /   Под  ред. 

В.П.  Грибанова.  С.М.Корнеева.

  M .,  1980,  с.  490;  Со- 

ветсткос  гражданское  право.  Учебник.  Том  2  /  Под  ред. 

О.А.Красавчикова.

  M .,  I9S5,  с.  523-524; 



Зайцева Г.И..  Крашенинников П.В.

  Наследственное право.  М ., 2003, с. 58.

601


ladları  vərəsəlikdən  məhrum  edilirlər.  Ona  görə  məhrum  edilirlər  ki,  vəsiyyət 

edənin əmlakı  başqa vərəsəyə (vərəsələrə) vəsiyyət olunur.

Vərəsəlikdən  məhrumetmənin  iki  üsulla  (birbaşa  üsulla  və  ya  dolayı  üsulla) 

həyata  keçirilməsinin  m ühüm   p raktiki  əhəm iyyəti  vardır.  Göstərilən  həmin 

üsullardan  hər biri  m ü x tə lif hüquqi  nəticələrə səbəb  olur.  Onların  doğurduğu 

hüquqi nəticə  həmişə eyni olmur.

Birbaşa  üsulla  vərəsəlikdən  m əhrumetmə  vərəsəni  tam   və  qəti  olaraq

vərəsəlikdən  kənarlaşdırır.  Bu  o  deməkdir  ki,  vəsiyyət  edənə  lazım  olmayan 

vərəsə  bütün  əmlakın  hamısının  və  ya  onun  bir  hissəsinin  vəsiyyət  edilməsin­

dən  asılı  olmayaraq  vərəsəlikdən  məhrum  edilir.  Belə  ki,  həmin  vərəsə  nəinki 

vəsiyyət olunmuş əmlakdan  məhrum  edilir,  həmçinin vəsiyyət olunmamış əmlak 

hissəsini (yəni vəsiyyətnaməyə daxil edilməmiş əmlak  hissəsini) əldə etməkdən 

kənarlaşdırılır.  Bu  onunla  izah  edilir  ki,  göstərilən  vərəsə  vəsiyyət  olunmamış 

əmlak  hissəsinin  (vəsiyyətnaməyə  daxil  edilməmiş  əmlak  hissəsinin)  qanun  üz­

rə  vərəsəsi  ola  bilməz  (MM-in  1176-cı  maddəsinin  2-ci  bəndi).  Məsələn,  vəsiy­

yətnamədə göstərilir ki,  minik avtomobili və  yaşayış evi  bacıma vəsiyyət edilsin; 

qardaşım  isə  vərəsəlik  hüququndan  məhrum edilsin.  Amma  bank əmanəti,  tor­

paq  sahəsi,  ev  avadanlıqları  və  məişət  predmetləri,  bağ  evi,  qaraj  isə  vəsiyyət 

olunmur,  yəni  vəsiyyətnamədə  həmin  əşyalar  barədə  göstəriş  ifadə  edilmir  və 

buna  görə  də  vəsiyyətnaməyə  daxil  edilməmiş  əmlak  hissəsi  sayılır.  Vəsiyyət 

edən şəxsin qardaşı  bu əmlak hissəsinin qanun üzrə vərəsəsi ola  bilmir.

Bəzən  vəsiyyət  üzrə  vərəsələr  mirası  qəbul  etməkdən  imtina  edirlər.  Bu 

halda  da  vərəsəlik  hüququndan  məhrum  edilmiş  şəxs  qanun  üzrə  vərəsəliyə 

çağırılmır (MM-in  1176-cı  maddəsinin  2-ci  bəndi).

Ümumi  qaydaya  görə,  vərəsəlik  hüququndan  məhrum  edilmiş  şəxsin  miras 

payı qanun  üzrə  digər vərəsələrin  payına  artırılır,  əlavə  edilir,  yəni  həmin vərə­

sələrə keçir'.  Amma vəsiyyət edən  vəsiyyət-namədə  göstərə  bilər ki,  vərəsəlik 

hüququndan  məhrum edilmiş vərəsənin  miras payı  vəsiyyət  üzrə vərəsələrdən 

birinin  və  ya  onların  hamısının  payına  əlavə  edilsin.  Vəsiyyətnamənin  mətnin­

dən  müəyyən etmək olar ki,  vəsiyyət edən özünün qanun  üzrə vərəsələrini və­

rəsəlik  hüququndan  məhrum  etməklə,  öz əmlakını  vəsiyyətnamə  ilə vərəsə tə­

yin  edilən  şəxslərə  vermək  niyyətindədir.  Belə  halda  vərəsəlik  hüququndan 

məhrum edilən  şəxsin  miras  payı vəsiyyət üzrə vərəsələrə  keçir.

Dolayı  yolla  (qəsdən  susm aqla)  vərəsəlikdən  m əhrum etm ə  isə  birbaşa 

yolla  vərəsəlikdən  məhrumetmədən  fərqli  olaraq,  qanun  üzrə  vərəsəni  tam 

və  qəti  olaraq  vərəsəlikdən  kənarlaşdırm ır.  Belə  ki,  o,  yalnız  vəsiyyətnamə 

ilə  bölüşdürülən  əmlak  hissəsini  (vəsiyyət  olunmuş  əmlak  hissəsini)  -  vəsiy­

yətnaməyə  daxil  edilmiş  əmlak  hissəsini  əldə  etmək  hüququndan  məhrum 

edilir.  Vəsiyyət  olunmamış  (vəsiyyətnaməyə  daxil  edilməmiş)  əmlak  hissəsinə 

gəldikdə  isə  qeyd  etmək  lazımdır ki,  həmin  əmlak  hissəsi  vəsiyyətnamədə  adı 

çəkilməyən,  üstündən  sükutla  keçilən  vərəsə  də  daxil  olmaqla  qanun  üzrə  di­

gər (yerdə  qalan) vərəsələr arasında  qanunda  nəzərdə tutulan  qaydada  (MM- 1



Серебровский  В.И

.Очерки  советского  наследственного  права.  М .,  1953,  с. 120;  Советское  граж­

данское право. Учебник. Том 2 /  Под рсд. 

В.А.Рясенцева.

 М.,  1976, с.500.

602


Vəsiyyətin

qeyri-əsas

məzmunu

in  1159-cu  maddəsi)  bərabər surətdə  (bərabər paylarla)  bölüşdürülür1.  Başqa 



sözlə  desək,  vərəsəlik  hüququndan  məhrum  edilm iş  vərəsə  vəsiyyət 

olunm am ış  əm lak hissəsi  bölüşdürülərkən  qanun  üzrə  yerdə  qalan vərə­

sələrlə  b irlik d ə   vərəsəliyə  çağırılır1

 2.  Həmin  vərəsə  başqa  vərəsələr tərəfin­

dən  qəbul  edilməmiş  miras  hissəsini  almaq  hüququna  malikdir3.  Misala müra­

ciət  edək.  Vətəndaş  vəsiyyətnamədə  göstərir  ki,  yaşayış  evini,  qarajı,  minik 

avtomobilini  bərabər  paylarla  arvadıma,  bacıma  və  qardaşıma  vəsiyyət  edi­

rəm.  Amma  o,  övladlığa  götürdüyü  şəxs  barədə  susur.  Övladlığa  götürülən 

şəxs vərəsəlik  hüququndan  bu yolla  məhrum edildiyinə görə yaşayış evi,  qaraj 

və  minik avtomobili vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülərkən vərəsəli­

yə  çağırılmır.  Amma  vəsiyyət  edənin  göstərilənlərdən  savayı,  digər  əmlakı  da 

(bank  əmanəti,  torpaq  sahəsi,  ev  avadanlıqları,  məişət  predmetləri,  zinət  şey­

ləri  və  s.)  vardır  ki,  onlar vəsiyyətnaməyə  daxil  edilməmişdir və vəsiyyət olun­

mamış  əmlak  sayılır.  Bunlar  qanun  üzrə  vərəsələr  arasında  bölüşdürülür.  Bu 

halda  vəsiyyətnamə  ilə  vərəsəlik  hüququndan  məhrum  olunmuş  övladlığa gö­

türülən  şəxs də onlarla  birlikdə vərəsəliyə çağırılır.

Vəsiyyətdə  vəsiyyət  edənin  yalnız  əmlakın  hüquqi taleyi  ba­

rədə  verdiyi  sərəncam  ifadə edilmir.  Burada  vəsiyyət edənin 

həm  də  digər  hərəkətlərin  yerinə  yetirilməsi  barədə  verdiyi 

müxtəlif  sərəncamlar  ifadə  oluna  bilər.  Həmin  sərəncamlar 

xüsusi  xarakterə  malik olub,  vəsiyyətin  qeyri-əsas məzmununu təşkil edir.

M ü x tə lif  hərəkətlərin  yerinə  yetirilm əsi  barədə  vəsiyyət  edənin verdiyi 

xü s u s i  xa ra kte rli  sərəncam lara vəsiyyətin  qeyri-əsas  məzmunu  deyilir.

Vəsiyyətin  qeyri-əsas  məzmununa  bir  neçə  xüsusi  xarakterli  vəsiyyət  sə­

rəncamları  daxildir:

•  ehtiyat vərəsə təyin etmək;

•  vəsiyyət tapşırığı;

•  vərəsəyə  həvalə etmək (vərəsənin  üzərinə qoymaq).

Vəsiyyətnamə  tərtib  edərkən  vəsiyyət  edən  düşünür  ki,  vəsiyyətnamə  ilə

təyin  etdiyi  vərəsə  miras  açılanadək  (yəni,  vəsiyyət  edənin  özünün  ölməsinə 

kimi) ölə  bilər və ya  mirası  qəbul etməz.  Başqa  sözlə  desək,  vəsiyyət edən tə­

yin  etdiyi  vərəsənin  gələcəkdə  miras  açılana  qədər ölməsi  və  ya  mirası  qəbul 

etməkdən  boyun  qaçırması  kimi  halların yaranması  barədə fikirləşə  bilər.  Bunu 

nəzərə  alaraq  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  həmin  halların 

baş  verəcəyi  ehtimal  olunduğu  təqdirdə  vəsiyyət  edənə  hüquq  verir  ki,  o,  və­

siyyətnamə  ilə  başqa  şəxsi  əlavə  (subsidiar)  vərəsə  kim i  təyin  etsin  (MM-in 

1192-ci  maddəsinin  1-ci  bəndi).  Vəsiyyətnamədə  əlavə  (subsidiar)  vərəsə 

kim i  g ö s tə rilm iş   şəxsə  ehtiyat  vərəsə  deyilir.  Ehtiyat  vərəsənin  təyin  edil­

məsinə  hüquq  ədəbiyyatı  səhifələrində  substitusiya,  ehtiyat vərəsənin özünə

1  Советское гражданское  право.  У чебник.  Том 2 /  Под ред. 



В.Л.Рясснцева.

  M .,  1976, с.  500; Со- 

встскос  гражданское право.  У чебник.  Том 2 /  Под ред. 

О.А.Красавчикова.

  М .,  1985, с. 524.



Антимонов Б.С.,  Граве К.А.

  Советское  наследственное право.  М .,  1955, с.  159.

3  Советское  гражданское  право.  Учебник.  Том 2 /   Под ред. 

В.П.Грибанова. С.М.  Корнеева.

  М., 


1980, с. 490.

603


isə  su b stitu t deyilir.  Bunlar Roma  hüququnun terminologiyasına  uyğundur'.

Kimlər ehtiyat  vərəsə  təyin  edilə  bilərlər?  İstənilən  fiziki  və  hüquqi  şəxs  eh­

tiyat  vərəsə  rolunda  çıxış  edə  bilər.  Mülki  qanunvericiliyə  görə,  vərəsə  ola  bi­

lən  istənilən  şəxsin  ehtiyat  vərəsə  olması  mümkündür  (MM-in  1134-1136-cı 

maddələri).  Qanun  üzrə  vərəsələr  dairəsinə  həm  d a xil  olan,  həm  də  daxil 

olmayan  şəxslər (kənar şəxslər)  ehtiyat vərəsə tə y in   edilə  b ilərlər.  Hüquq 

ədəbiyyatında  göstərilir ki,  dövlət də ehtiyat vərəsə təyin  edilə  bilər* 2.

Hansı  hallarda  ehtiyat  vərəsə  vərəsəliyə  çağırılır?  Mülki  qanunvericilik  hə­

min halları  dəqiq  olaraq  müəyyənləşdirir.  Söhbət ehtiyat vərəsə təyin  olunması 

barədə  qaydanın  tətbiq  edilməsini şərtləndirən  hallardan  gedir.

Birinci  hal  vəsiyyətnam ə  ilə təyin  e d ilm iş   əsas və rə sə n in   m iras  açılana 

qədər  ölm əsindən  və  ya  ölm üş  elan  edilm əsindən  ib a rə td ir  (MM-in  1192- 

ci  maddəsinin  1-ci  bəndi).  Belə  ki,  vəsiyyət  edən  ölənə  kimi  əsas  vərəsə  on­

dan  qabaq ölür.  Buna  görə də ehtiyat vərəsə  vərəsəliyə  çağırılır.

İkinci  hal  əsas vərəsənin  m irası  qəbul  etm əkdən  b oyun  qaçırm asından 

ibarətdir  (MM-in  1192-ci  maddəsinin  1-ci  bəndi).  Söhbət  əsas  vərəsənin  mi­

rasın  qəbulundan  imtina  etməsindən  gedir.  Bu  halda  da  ehtiyat  vərəsə  vərə­

səliyə  çağırılır.  Əgər  əsas  vərəsənin  vərəsələri  m irası  qəbul  etm ək  h ü q u ­

qundan  vərəsəlik tran sm issiya sı  qaydasında  (MM-in  1252-ci  m addəsi)  is ­

tifadə etsələr,  onda  m irası  qəbul  etm ək  hüququ  əsas və rə sə n in   və rə sə lə ­

rinə  keçir və  buna  görə də vərəsəliyə  ehtiyat vərəsə çağırılmır.  Bundan  əlavə, 

digər  tərəfdən  mirasın  qəbul  edilməməsi  dedikdə,  həm  də  mirasın  qəbulu 

üçün  nəzərdə tutulan  müddətin  ötürülməsi və  buraxılması  başa  düşülür3.

Üçüncü  hal  əsas  vərəsənin  vərə sə lik  hüq uq u n d a n   m əhrum   e d ilm ə s in ­

dən  ib a rə td ir (MM-in  1192-ci  maddəsinin  1-ci  bəndi).  Söhbət  ləyaqətsiz vərə­

sələrin  vərəsəlikdən  kənar  edilməsindən  gedir4.  Belə  ki,  vərəsə  vəsiyyət  edə­

nə  qarşı  qəsdən  cinayət  və  digər əxlaqsız  hərəkətlər törədir.  Buna  görə  də  o, 

ləyaqətsiz vərəsə sayılır.  Ləyaqətsiz vərəsə  isə  vərəsəliyə  çağırılmır.

Bundan  əlavə,  valideynlik  hüquqlarından  məhrum  edilmiş  və  mirasın  açıldı­

ğı  günədək  bu  hüquqları  bərpa  edilməmiş  valideynlər  də  qanun  üzrə  vərəsə 

ola  bilməzlər.  Zənn  edirik  ki,  bu  kateqoriya  valideynlər  vərəsəliyə  çağırıla  bil­

məzlər və  belə  halda  ehtiyat vərəsə vərəsəliyə  çağırılır.

Dördüncü  hal  miras  qoyanın  (vəsiyyət edənin) təxirəsalıcı  şərtlə  tərtib  e d il­

miş vəsiyyətnam ədə  ifadə  olunan  tə lə b in i  (şərtin i)  əsas və rə sə n in   yerinə 

yetirm əm əsindən  ibarətdir.  Bu  hal  mülki  qanunvericilikdə  yox,  mülki  hüquq

Римское  частное  право.  У чеб ник.  M .,  1948,  с.  247;  A n tim o n o v   B.S.  və   Q ravc  К . A .  g östə rirlər 

k i,  Roma  hüququ  term inologiyasından  istifadə  etm əyə  heç  b ir əsas  y o xd u r və  bu  term in olog iya nı  və rə ­

sə lik  hüququndan  çıxarmaq  lazımdır.  Xüsusən  də  ona  görə  k i,  Roma  hüququnda  substitusiya  başqa 

məna  ifadə edirdi 

(Антимонов Б.С..  Граве К.А.

  Советское  наследственное  право.  М .,  1955, с.  166).



Нцкчтюк  П.С.

  Наследственное  право  н  наследственный  процесс.  К иш инев.  1973,  с.  146; 

Совстсткое  гржданские  право.  У чеб ник. Том  2 /  Под рсд. 

О.А.Красавчикова.

  М .,  1985,  с.  525.

3  Научно-практический  комментарий  к  Г К   РСФСР /О тв.  ред. 

Е А.Фвейшиц

  M .,  1966, с. 6 11.

Bu  hal  hələ  sovet  dövrünün  m ü lk i  hüquq  elm ində  nəzərdə  tutulm uşdu  (С оветское  гражданское 

право.  Учебник.  Том  2  /   Под рсд. 



В.П.  Грибанова,  С.М. Корнеева.

  М .,  1980,  с.  491).  M ü a s ir  m ü ə l­

liflə r d ə   h ə m in   halı  n ə z ə rə   a lırla r  (Гражданское  право.  У чеб ник.  Т о м   1  /   П од  ред, 

Е.А.Суханова. 

М .,  1998, с.  545).

604


elmində  nəzərdə tutulur1.  Bildiyimiz kimi, təxirəsalıcı  şərtlə vəsiyyətnamə tərtib 

edilməsi  mümkündür.  Təyin edilmiş əsas vərəsə həmin şərtin yerinə yetirilmə­

sinə  kimi vəsiyyət olunmuş əmlakı  əldə etmir.  Əgər o, şərti yerinə yetirməzsə, 

onda vərəsəliyə ehtiyat vərəsə çağırılır.  Məsələn,  ata  minik avtomobilini öz oğ­

luna  bu  şərtlə vəsiyyət edir ki,  o, ali  məktəbə  qəbul  olsun.  Əgər bu şərt yerinə 

yetirilməzsə,  minik avtomobili ehtiyat vərəsəyə -   qardaşıma verilsin.

Vəsivvət 

Vəsiyyət  tapşırığı  vəsiyyət  edənin  xüsusi  xarakterli  vəsiyyət



ta 

rıäı 

sərəncamıdır.  Bu  cür  vəsiyyət  sərəncamına  kifayət  qədər tez- 

tez  hallarda  rast gəlinir.

Təbii  ki,  v ə siyyə t  tapşırığı  yalnız  vəsiyyətnam ə  əsasında  əmələ  gəlir.

Buna  görə  də  vəsiyyətnamə  olmadıqda,  qanun  üzrə  vərəsə  (daha  doğrusu 

vərəsə yox,  vərəsənin  miras  payı) vəsiyyət tapşırığı  ilə  yüklü edilə  bilməz. Və­

siyyətnamədən  kənar onun  hüquqi  qüvvəsi yoxdur.  Belə  ki,  vəsiyyət edən  hər 

hansı  bir  öhdəliyin  müəyyən  şəxsin  (şəxslərin)  xeyrinə  icra  olunmasını  vəsiy­

yət  üzrə vərəsəyə  həvalə edə,  yəni tapşıra  bilər.  Özü də öhdəlik miras hesabı­

na icra  edilir.  Məsələn,  vəsiyyət edən vərəsəyə  belə bir vəzifə  həvalə edə  bilər 

ki,  o,  mirasdan  hər hansı  bir əşya  versin  və  ya  qanun  üzrə vərəsələrdən  kim­

səni  ömürlük  saxlasın  və ya yaşayış evindən  hər hansı  şəxsə ömürlük istifadə 

hüququ versin.  Vəsiyyət edən təyin etdiyi vərəsənin  üzərinə belə bir vəzifə qo­

ya  bilər  ki,  o,  kiməsə  birdəfəlik  və  ya  hissə-hissə,  vaxtaşırı  olaraq  müəyyən 

məbləğdə  pul  ödəsin  (məsələn,  ayda  100  manat  pul  ödəsin).  Vəsiyyət  edən 

vəsiyyət üzrə  vərəsəyə tapşıra  bilər ki,  o,  hər hansı  predmeti  alqı-satqı  müqa­

viləsi  bağlanmaqla  üçüncü  şəxsdən  (satıcıdan)  əldə  etsin  və  onu  vəsiyyətna­

mədə  adı  çəkilən  şəxsin  mülkiyyətinə  versin.  Məsələn,  ata  vəsiyyətnamə  ilə 

vərəsə  təyin  edilən  qardaşına  belə  bir  vəzifə  həvalə  edir ki,  o,  kompüter alsın 

və  atanın  nəvəsinə  bağışlasın.

Göstərilən  hallarda  söhbət  məhz  xüsusi  xarakterli  vəsiyyət  sərəncamların­

dan  gedir.  Bu  sərəncam  nəticəsində  müvafiq  şəxs  miras  əmlak  hesabına 

maddi  (əmlak) cəhətdən  müəyyən  fayda  əldə edir.  Həmin sərəncam  mülki hü­

quq  elmində,  qanunvericilikdə  və  praktikada  vəsiyyət  tapşırığı  adlanır.  Vəsiy­

yət  tapşırığına  Roma  hüququ  terminologiyasına  uyğun  olaraq  leqat  deyilir. 

Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ vəsiyyət tapşırığı  alan şəxsi  le- 

qatari  adlandırır (MM-in  1206-cı  maddəsi).

Vəsiyyət  tapşırığı  dedikdə,  xüsusi  xarakterli  elə  b ir  vəsiyyət  sərənca­

mı  başa  d ü ş ü lü r  ki,  bu  sərəncama  görə  vəsiyyətnam ə  ilə  vərəsə  təyin 

edilən  şəxs  m iras  əm lak  hesabına  üçüncü  şəxslərin  xeyrinə  müəyyən 

hərəkətləri  yerinə ye tirir,  m üvafiq öhdəliyi  icra edir.

Vəsiyyət tapşırığı  ilə  bağlı  münasibətlər üç  kateqoriya  subyekt arasında ya­

ranır:  vəsiyyət  tapşırığı  (leqat)  müəyyənləşdirən  şəxs;  vəsiyyət  tapşırığını  (le- 

qatı)  icra  edən  şəxs;  leqatari.

Vəsiyyət  tapşırığı  (leqat)  müəyyənləşdirən  dedikdə,  vəsiyyət  edən  şəxs 

başa  düşülür.  O,  vəsiyyətnamə  ilə  vərəsə  təyin  etməklə  bərabər,  həm  də ona 

vəsiyyət  tapşırığı  verir.  Bu  tapşırığın  əsasında  vərəsə  müəyyən  öhdəliyi vəsiy-

Гражданское право.  У чебник. Том  1  /  П од рсд. 



Е.А.Суханова.

  М .,  1998, с. 545.

605


yətnamədə göstərilən  üçüncü şəxsin xeyrinə  icra  edir.

Vəsiyyət tapşırığını  (leqatı)  icra  edan  şəxs  dedikdə,  vəsiyyət  edənin  və­

siyyətnamə  ilə  təyin  etdiyi  vərəsə  başa  düşülür.  O,  leqatın  (vəsiyyət tapşırığı­

nın) icrası  üzrə  vəzifə daşıyan  şəxsdir.  Həmin  şəxs vəsiyyət tapşırığı  (leqat)  ilə 

yüklənir,  yəni  yüklü  edilir  (əslində  leqatla  vərəsə  yox,  onun  miras  payı  yüklə­

nir).  Qanun  üzrə vərəsə  heç vaxt vəsiyyət tapşırığı  ilə yüklənə  bilməz1.  Əgər o, 

vəsiyyətnamə  ilə  vərəsə  təyin  edilərsə  və  beləliklə,  vəsiyyət  üzrə  vərəsə  olar­

sa,  onda  vəsiyyət  tapşırığı  ilə  yüklənə  bilər.  Bu  onunla  izah  edilir  ki,  vəsiyyət 

tapşırığı  (leqat) vəsiyyətnamə  ilə  müəyyən  edilir.  Buna  görə  də  həmin  tapşırığı 

(leqatı)  icra  etməyə  yalnız  vəsiyyət  üzrə  vərəsələr  borclu  ola  bilərlər2.  M ülki 

hüququn  istənilən  subyekti  (fiziki  şəxslər,  hü q uq i  şəxslər)  leqatla  yüklənə 

bilər,  yəni  vəsiyyət  tapşırığını  (leqatı)  icra  edən  şəxs  qismində  çıxış  edə  bilər. 

Dövlət,  əgər  vəsiyyətnamədə  vərəsə  kimi  göstərilərsə,  onda  o,  da  leqatla 

yüklənə  bilər3.  V əsiyyət  üzrə  vərəsə  tə yin   edilm əyən  şə xslə rə   leqatı  icra 

efmək vəzifəsi  həvalə  oluna  bilm əz4.

• 

Vəsiyyət  tapşırığını  (leqatı)  icra  edən  şəxsi  nümayəndə  hesab  etmək  ol- 



imaZ^Ona  görə  ki,  həmin  şəxs  nümayəndənin  əlamətlərini  özündə  əks  etdir­

mir5.  u ,  icraçı  rolunda çıxış edən  vərəsədir.

Leqatari  dedikdə,  elə  bir  üçüncü  şəxs  başa  düşülür ki,  məhz onun  xeyrinə 

müəyyənləşdirilən  vəsiyyət tapşırığı yerinə yetirilir,  öhdəlik  icra  edilir.  İstənilən 

şəxs  vəsiyyətnam ə  ilə  leqatari  təyin  edilə  bilər.  Dövlətin  də  leqatari  rolun­

da  çıxış etməsi  mümkündür.  Bir sözlə,  vəsiyyətnamədə  leqat  alan  kimi  göstə­

rilən  şəxs  leqatari  sayılır6.  Leqatari  leqat  alan  şəxsdir.  Qanun  üzrə  vərəsələr 

sırasına  həm  daxil  olan,  həm  də  daxil  olmayan  şəxslər  leqatari  (leqat  alan) 

şəxs  rolunda  çıxış  edə  bilərlər7.  Leqatari  seçməkdə  və  müəyyənləşdirməkdə 

vəsiyyət  edən  müstəqil  və  azaddır.  Bu  məsələ  qanun  üzrə  vərəsələr  dairəsi 

ilə,  habelə  onların  növbə  ilə vərəsəliyə çağırılması  ilə  bağlı  deyil.  İstənilən  şəxs 

leqatari ola  bilər8.

Konkret misal  üzrə  göstərilən  şəxsləri  müəyyənləşdirək.  Vətəndaş öz əmla­

kını  vəsiyyətnamə  ilə  vərəsə  təyin  etdiyi  arvadına  vəsiyyət  edir.  Lakin  vəsiy­

yətnamə  ilə  arvada  belə  bir  vəzifə  (öhdəlik)  həvalə  edilir  ki,  o,  miras  əmlak 

hesabına  vətəndaşın  qardaşı  üçün  alınan  bir  otaqlı  mənzilin  pulunu  ödəsin. 

Burada  vətəndaşın  qardaşı  üçün  alınan  bir otaqlı  mənzilin  pulunu  ödəmək öh­



Антимонов Б.С., Граве K.A.

 Советское наследственное право.  M .,  1955, с. 171-172.

Советское  гражданское  право.  У чеб ник. Том  2 /  П од ред. 



В.А.Рясенцева.

  M .,  1976,  с.502. 



Иоффе О.С.

  Советское гражданское право.  Курс лекций. Часть 3. Л .,  1965, с.320.



Серебровский В.И.

О черки советского  наследственного  права.  M .,  I9 5 3 , с. 135.

Bu sə tirlə rin   m ü ə llifi  m ü lk i  hüquq barədə yazdığı d ərslikdə  «leqatı  (v ə s iy y ə t tapşırığını) icra edən 

şəxs»  ifadəsinin  əvəzin ə  səhvən  «leqatari» sözü  iş lə d ir 



(Allahverdiyev S.S.

  Azərbaycan  Respublikasının 

m ü lki  hüququ.  D ə rslik.  I  c ild .  I  kitab.  Bakı.  2003,  s.  833).  Burada  «leqatari»  ə və zin ə   «leqatı  (və siyyə t 

tapşırığını)  icra edən» ifadəsi  iş lə d ilm ə lid ir.



Сакаэ Вагацума,  Тору Ариидзуми.

  Гражданское право Я понии.  К н и га  2.  М .,  1983,  с.308. 

Советское  гражданское  право.  У чебник.  Том  2 /   Под  ред. 

В.П.Грибанова,  С.М.Корнеева.

  М ., 


1980, с. 493.

Советсткое  гражданское  право.  У чебник.  Том  2  /   П од  ред. 



О.А.Красавчикова.

  М .,  1985,  с.

493.

606


dəliyi  (vəzifəsi)  leqatdır  (vəsiyyət  tapşırığıdır).  Vətəndaş  vəsiyyət  tapşırığı  (le- 

qat)  müəyyənləşdirən  şəxsdir.  Onun  qardaşı  leqatari  (leqat  alan),  arvadı  isə 

leqatı icra  edən  (leqatla yüklü edilən) şəxs sayılır.  Leqatı icra  edən şəxs rolun­

da  ehtiyat  vərəsə  də  çıxış  edə  bilər.  Əgər vərəsəliyə  ehtiyat  vərəsə  çağınlar- 

sa,  onda  o, leqatı  icra edə  bilər.

Leqatın  predm eti  kifayət  qədər  geniş  və  müxtəlifdir  (MM-in  1206-cı  mad­

dəsi).  Leqatın  predmeti ola  bilər:

•   miras  əmlaka  daxil  olan  hər  hansı  əşyanın  leqatariyə  verilməsi  (məsə­

lən,  vəsiyyət  edən  vərəsəyə tapşırır ki,  onun  minik avtomobilini  qonşuya, 

yəni leqatariyə versin);

•  miras  əmlaka  daxil  olan  hər  hansı  bir  əşyanın  leqatariyə  istifadəyə ve­

rilm ə si  (məsələn,  vəsiyyət  edən  vərəsəyə  belə  bir vəzifə  həvalə edir  ki, 

vərəsə onun  qarajını dostunun -  leqatarinin ömürlük istifadəsinə versin);

•   mirasa  daxil  olan  müəyyən  məbləğdə  pulun  leqatariyə  verilməsi  (məsə­

lən,  vəsiyyət edən  vərəsənin  üzərinə  belə  bir vəzifə qoyur ki, vərəsə onun 

qardaşına -  leqatariyə  beş il ərzində hər ay 50 $ ABŞ dolları versin);

•   m iras  əmlaka  daxil  olm ayan  hər  hansı  b ir əşyanın  əldə  olunub,  leqa­

tariyə  verilm əsi  (məsələn,  vəsiyyət edən  vərəsəyə  tapşırır ki,  vərəsə mi­

ras hesabına  minik avtomobilini alıb, onun qardaşına -  leqatariyə versin);

•   leqatari  üçün  müəyyən  iş  görülm əsi  (məsələn,  vərəsəyə  vəsiyyət  edən 

belə  bir  vəzifə  həvalə  edir  ki,  vərəsə  onun  kənddə  yaşayan  qohumuna 

miras  hesabına  yaşayış evi tikdirsin);

•  leqatariyə  müəyyən  xid m ət  göstərilm əsi  (məsələn,  vətəndaş  əmlakını 

turizm  firmasına  vəsiyyət  edir  və  həmin  firmaya  belə  bir  vəzifə  həvalə 

edir  ki,  firma  onun  ailə  üzvlərinə  -   leqatarilərə  hər il  turist  xidməti göstə­

rərək ailə  üzvlərini  uzaq xarici ölkələrə səfərə aparsın) və s.

Leqatariyə yaşayış evindən  və ya  onun  b ir hissəsindən  ömürlük  istifa­

də  hüq uq u n u n   ve rilm ə si  praktikada  leqatın  nisbətən  daha geniş yayılmış ha­

lı  hesab  edilir.  Belə  ki,  vəsiyyət  edən  vərəsənin  üzərinə  -  vəsiyyət  üzrə  yaşa­

yış  evi  keçən  vərəsənin  üzərinə  müəyyən  şəxsə  (leqatariyə)  həmin  evdən  və 

ya onun  müəyyən  hissəsindən ömürlük istifadə etməyə  icazə vermək vəzifəsi­

ni  qoya  bilər  (MM-in  1207-ci  maddəsi).  Deməli,  yaşayış  evi  (və  ya  onun  bir 

hissəsi)  servitutla  yüklənir.  Buna  vəsiyyət  servitutu  deyilir.  Vəsiyyət servitu- 

tuna  görə,  leqatari servitut hüququ  əldə edir.

Şübhəsiz  ki,  göstərilən  halda  bütün  şəxslər  vəsiyyət  servitutu  əldə  edə  bil­

məzlər,  yəni  hamının,  istənilən  şəxsin  leqatari  qismində çıxış etməsi  istisna edi­

lir.  Mülki  qanunvericilik  bu  barədə  məhdudiyyət  nəzərdə  tutur.  Belə  ki,  yalnız 

m iras açılanadək b ir ildən  az olmayan  müddətə miras qoyanla  birlikdə  ya­

şamış  şəxs  vəsiyyət  servitutu  hüququ  əldə  edə  biləp.  Bu  tələbə  (şərtə) ca­

vab verməyən şəxsin vəsiyyət servitutu hüququ əldə etməsi mümkün deyil.

Həvaləetmə  (tapşırma)  xüsusi  xarakterli  vəsiyyət sərənca­

mıdır.  Məsələn,  hər hansı şəxs özünəməxsus  binanı musiqi 

məktəbinin  fəaliyyət  göstərməsi  üçün  rayon  mədəniyyət 

şöbəsinə  verir.  Göründüyü  kimi,  vəsiyyət  sərəncamının  bu 

növü  ümumi faydalı  məqsədlərlə  bağlıdır.

Vəsiyyət


həvaləetməsi

(tapşırma)

607


Həvaləetmə  (tapşırma)  xü su si  xarakterli  elə  b ir v ə siyyə t  sərəncam ıdır 

ki,  bu  sərəncama  görə  vəsiyyət  edən  şəxs  vərəsəyə  üm um i  faydalı  m əq­

sədlər üçün  hər hansı  hərəkətin  icrasını  tapşırır.

Həvaləetmə  (tapşırma)  vəsiyyət  edənin  vərəsəyə  bu  və  ya  digər  hərəkəti 

etmək  barədə  verdiyi  elə  bir  tapşırıqdır  ki,  bu  hərəkət  hər  hansı  ümumi  -   icti­

mai  faydalı  məqsədin  həyata  keçirilməsinə  yönəlir.  Deməli,  o,  üm um i  faydalı 

m əqsədlər  üçün  vəsiyyət  tapşırığı  (leqat)  dem əkdir.  Lakin  vəsiyyət  həva- 

ləetməsi ilə  leqat  (vəsiyyət tapşırığı) arasında  müəyyən  fərqli  cəhətlər vardır.

B irinci  fə rq li  cəhət  ondan  ibarətdir  ki,  leqat  ayrı-ayrı  şəxslərin  mənafeyi 

(faydası)  üçün,  vəsiyyət  həvaləetm əsi  isə  hər  hansı  üm um i  (ictim a i)  fa y ­

dalı  məqsədə  nail  olm aq  üçün  m ü ə y y ə n lə ş d irilir1.  Ümumi  faydalı  məqsəd 

vəsiyyət  həvaləetməsinin  labüd  (məcburi)  əlamətidir2.  Vəsiyyət  həvaləetməsi 

həmişə  ümumi  faydalı  məqsəd  güdür3.  Leqat  isə  həmişə  müəyyən  şəxsin  (le- 

qatarinin)  xeyrinə  müəyyənləşdirilir.  Ümumi  (ictimai)  faydalı  məqsəd  yox,  fər­

di-şəxsi fayda  məqsədi  leqatın  labüd  (məcburi) əlaməti  sayılır.

Həvaləetmənin  məzmunu  elə  bir  hərəkətdən  ibarətdir  ki,  bu  hərəkətdən 

ümumi  (ictimai)  faydalı  məqsədə  çatmaq  üçün  istifadə  olunur.  Həmin  məqsəd 

bütövlükdə cəmiyyət  və  dövlət  üçün,  qeyri-müəyyən  saylı  şəxslər üçün faydalı 

olmalıdır.  Məsələn,  evi  vəsiyyət  edərək  şəxs  vərəsəyə  tapşırır  ki,  vərəsə  hə­

min  evdə  kitabxana  və  ya  musiqi  məktəbi  yerləşdirsin.  Başqa  bir misalda  və­

siyyət  edən  vərəsənin  üzərinə  belə  bir vəzifə  qoyur  ki,  vərəsə  elmi  laboratori­

ya  üçün  avadanlıq  almaq  məqsədilə  miras  əmlakdan  müəyyən  məbləğdə  pul 

versin.  Bundan  fərqli  olaraq  leqatın  predmetini  isə fərdi-şəxsi faydalı  məqsədə 

çatmaq  üçün  istifadə  olunan  hərəkət təşkil edir.

ikin ci  fə rq li  cəhət  ondan  ibarətdir  ki,  leqatın  predmeti  rolunda  bir  qayda 

olaraq,  həmişə əmlak xarakterli  hərəkət çıxış edir.  O,  bütün  hallarda  əmlak xa­

rakterinə  malik  olur.  Belə  ki,  leqat  həmişə  əmlak  (maddi)  dəyəri  olan  nemət, 

müəyyən  şəxs  (leqatari)  üçün  maddi  (əmlak) fayda  deməkdir.  V ə siyyə t  həva­

ləetm əsinin  predm eti  rolunda  isə  həm  əm lak  xa ra kte rli,  həm  də  qeyri- 

əmlak  xarakterli  hərəkətlər  çıxış  edə  bilər  (MM-in  1219-cu  maddəsinin  1-ci 

bəndi).  Leqat  həmişə  maddi  (əmlak)  nəticə  güdür.  Vəsiyyət  həvaləetməsi  isə 

əsasən  maddi  (əmlak)  nəticə  əldə etmək  məqsədinə xidmət etmir;  çox vaxt o, 

qeyri-əmlak xarakterinə  malik olur,  ümumiyyətlə,  əmlak faydası  ilə  bağlı  olma­

ya  bilər.  Məsələn,  qiymətli  elmi  kitabxananı  öz arvadına  vəsiyyət edərək  miras 

qoyan tapşırır ki,  kitabxanadan  hamı və  hər kəs  istifadə  etsin.  Başqa  bir misal­

da  rəssam  vəsiyyət  edərək  vərəsələrə  tapşırır  ki,  onlar  miras  əmlak  tərkibinə 

daxil  olan  şəkillərdən  daimi  pulsuz  sərgi  təşkil  olunması  üçün  istifadə  etsinlər. 

Daha  başqa  bir misalda  miras  qoyan  bağ  evini  vərəsəyə  vəsiyyət  edərək  ona 

tapşırır ki,  bağ evindən vərəm xəstələri  üçün  istirahət evi  düzəltsin.



Иоффе О.C.

  Советское гражданское право. Курс лекций. Часть 3. Л .,  1965, с.321.

Hüquq  ədəbiyyatı  sə h ifə lə rin d ə   g ö s tə rilir  k i,  üm um i  faydalı  məqsəd  h əva ləetm ənin  m əcburi 

(labüd)  əlam əti  sayılm ır  və   buna  görə  də  həvaləetmə  başqa  m əqsədlər  üçün  də  nəzərdə  tutula  b ilə r 

(Советское  гражданское  право.  У чебное  пособие.  Т о м   2.  М .,  1951,  с.  167).  B u  f ik ir   həqiqətdən 

uzamdır.

Антимонов Б.С.,  Гоаве К.А.

  Советское  наследственное право.  М .,  1955, с.  174.

608


Vəsiyyət həvaləetməsinin  predmeti rolunda əmlak xarakterli hərəkətlərin də 

çıxış  etməsi  mümkündür.  Belə  halda  vərəsənin  üzərinə  əmlak xarakterli  hərə­

kətləri yerinə yetirmək vəzifəsi  qoyulur.  Məsələn, vəsiyyət edən vərəsəyə tap­

şırır ki,  o,  miras əmlak  hesabına  uşaq  bağçası, körpələr evi və ya idman  mək­

təbi  tikdirsin.  Bu zaman vəsiyyət həvalə etməsi əmlak xarakterinə malik olur’ . 

Belə  halda  isə  vəsiyyət  tapşırığını  tənzimləyən  normalar  tətbiq  edilir  (MM-in 

1219-cu  maddəsinin  2-ci  bəndi):  vərəsə  vəsiyyət  həvaləetməsini,  miras  qoya­

nın  borclarından  onun  ödəməli  olduğu  hissəni  çıxmaqla,  vəsiyyət edilmiş mi­

rasın  həqiqi  dəyəri  (m iras  aktivi)  həddində  icra  etməlidir.  Əgər  vəsiyyət 

həvalə  etməsinin  icrası  məcburi  vərəsəyə  tapşırılarsa,  məcburi  vərəsə  vəsiy­

yət həvaləetməsini yalnız vəsiyyət edilmiş  əmlakın  məcburi  paydan  artıq  (çox) 

aldığı  hissəsi  həddində  icra  edir5.

Mirası  qəbul  edən  vəsiyyət  üzrə vərəsə vəsiyyət  həvaləetməsini  icra  etmə­

lidir.  Əgər o,  ölərsə,  onda  həvaləetmənin  icrası  mirası qəbul  etmiş digər vərə­

sələrə  keçir (MM-in  1219-cu  maddəsinin  üçüncü  bəndi).

Madam  ki,  vəsiyyət  həvaləetməsi  ümumi  (ictimai)  faydalı  məqsədlər üçün 

müəyyənləşdirilir,  onda  cəmiyyət  bütövlükdə  bu  məqsədin  həyata  keçirilmə­

sində  maraqlıdır.  Buna  görə  də  hər  hansı  vərəsə,  habelə  maraqlı  siyasi  parti­

ya,  ictimai  birlik,  həmkarlar  ittifaqı  və  dini  təşkilat,  fond,  dövlət  hakimiyyəti  və 

ya  yerli  özünüidarə  orqanları  məhkəmə  yolu  ilə  vəsiyyət  həvaləetməsinin 

icrasını  tə lə b   edə  bilərlər.  Əgər  vəsiyyətnamə  icraçısı təyin  edilmişsə,  həva­

ləetmənin  icrasını o, tələb  edir (MM-in  1219-cu maddəsinin 4-cü  bəndi).

„   . 





Miras  qoyanın  xüsusi  xarakterli  vəsiyyət  sərəncamla-

s yy 


amə 

nndan  biri  vəsiyyət  icraçısının  təyin  edilməsi  adlanır.

Miras  qoyanın  vəsiyyətdə  ifadə  olunan  iradəsini  bir 

qayda  olaraq,  vəsiyyətnamə  ilə  təyin  olunmuş  vərəsələr  həyata  keçirirlər. 

Əgər  vəsiyyətnamədə  başqa  sərəncam  nəzərdə  tutulmazsa,  elə  hesab  edilir 

ki,  bütün  vərəsələr  eyni  dərəcədə,  bərabər  qaydada  vəsiyyət'sərəncamının 

yerinə yetirilməsinə çağırılmışlar.

Bununla  belə,  vəsiyyət edənin  hüququ vardır ki,  o, vəsiyyətnamədə vəsiy­

yə tin   icrasını  xü su si  şəxsə  tapşırsın.  Həmin  şəxsə  mülki  qanunvericilikdə 

və  sivilistika  doktrinasında  (elmində) vəsiyyətnamə  icraçısı deyilir.

M iras  qoyanın  vəsiyyətdə  ifadə  olunan  iradəsinin  həyata  keçirilm əsi­

nə  və siy y ə tin   icrası  de yilir.  Vəsiyyəti  həyata  keçirən  şəxs  isə  vəsiyyət­

namə  icraçısı  adlanır.

Vəsiyyətnamənin  icrası  iki  mənada  işlədilir:  hüquq  institutu  mənasında;  xü­

susi  xarakterli  vəsiyyət  sərəncamı  mənasında.  Hüquq  institutu  mənasında 

vəsiyyə tn am ə n in   icrası  dedikdə,  vəsiyyət  edənin  iradəsinin  həyata  keçiril- 1

 2

 3

1  A n tim o n o v   B.S.  və  Qravc  K .A .  qəti  formada  g östə rirlər  k i,  vəsiyyət  həvaləetməsi  qeyri-əmlak 



x a ra k te rlid ir  (

Антимонов Б.С..  Граве  K.A.

  Советское  наследственное  право.  M .,  1955,  с.  173).  Gö­

ründüyü  k im i  bu  f ik ir  heç də dəqiq sö ylənilm əyib.

2  Советское гражданское  право.  Учебник.  Том 2 /  Под ред. 



В.П. Грибанова, СМ . Корнеева.

 М., 


1980,  с.494; 

Иоффе О.С.

  Советское гражданское право.  К ур с лекций.  Часть 3. Л .,  1965, с.321.



Зайцева  Т.И..  Крашенинников  П.В

  Наследственное  право.  М .,  2003,  с.  62; 

Советское 

гражданское право.  У чеб ник.  Том  2 /  Под ред. 



В.П. Грибанова,  С.М.  Корнеева.

  М .,  1980, с. 494.

609


məsi  ilə  bağlı  olaraq  yaranan  münasibətləri  tənzimləyən  hüquq  normalarının 

məcmusu  başa  düşülür.  Həmin  normalar  MM-nin  69-cu  fəslinə  daxil  olan 

maddələrdə  (1232-1242-ci  maddələrdə)  ifadə olunmuşdur.

Xüsusi  xarakterli  vəsiyyət  sərəncamı  m ənasında  vəsiyyətnam ənin  ic ­

rası  dedikdə,  elə bir akt  başa  düşülür ki,  bu akt sayəsində  vəsiyyət edənin  ira­

dəsi yerinə  yetirilir.  Bu sərəncamın  verilməsini  şərtləndirən  və  zəruri  edən  hal­

lar isə  müxtəlif ola  bilər:  vərəsələrin  mənafelərinin  daha  yaxşı  təmin  olunması 

istəyi;  vəsiyyət  olunmuş  əmlakın  çoxsaylı  vərəsələr  arasında  asanlıqla  bölüş­

dürülməsi  mülahizəsi;  mirasın  qayğı  ilə  qorunması  və  idarə  edilməsi  niyyəti;  və­

siyyət edənin  iradəsinin  problem olmadan yerinə yetirilməsi  mülahizəsi və s.

Vəsiyyət  edənin  iradəsinin  yerinə  yetirilməsi  bir  qayda  olaraq,  xüsusi  çətin­

liklə  bağlı  olmur.  Buna  görə  də  xüsusi  şəxsin  -   vəsiyyətnamə  icraçısının  kö­

məyindən  istifadə  olunmasına  ehtiyac  yaranmır.  Odur  ki,  praktikada  vəsiyyət­

namə  icrası  təyin  edilməsini  nəzərdə  tutan  vəsiyyətə  az-az  hallarda  rast  gəli­

nir.  Adətən  vəsiyyət  edənin  sərəncamını  vərəsələrin  özləri  yerinə  yetirirlər. 

Mülki  qanunvericilik  buna  yol  verir.  Belə  ki,  vəsiyyətnamədə  göstəriş olmadığı 

halda  onun  icrası vəsiyyət  üzrə  vərəsələrin  öhdəsinə  qoyulur.  Bu,  ümumi  qay­

dadır  (MM-in  1232-ci  maddəsi).  Adətən  və siyyə tn am ə n in   icra  su b ye ktlə ri 

mirası  qəbul  edən  vərəsələrin  özləri  o lu rla r1.  Bununla  belə,  vərəsələr  öz 

aralarında  qarşılıqlı  razılığa  gələ  bilərlər  ki,  vəsiyyətnamə  onlardan  biri  tərəfin­

dən  icra  edilsin.  Bu  icraçı  həm  vərəsə,  həm  də  eyni  zamanda  vəsiyyət  üzrə 

qalan  vərəsələrin  tapşırığı  ilə  hərəkət  edən  nümayəndə  kimi  çıxış  edir2.  Vərə­

sələr  vəsiyyətnamənin  icrasını  qarşılıqlı  razılaşmaya  əsasən  başqa  şəxsə  eti­

bar  edə  bilərlər  (MM-in  1232-ci  maddəsi).  Bu  halda  həmin  şəxslə  vərəsələr 

arasında tapşırıq  müqaviləsi  bağlanılır və ona etibarnamə  verilir.

Bununla  bərabər,  bir sıra  hallarda  vəsiyyət sərəncamlarını  dəqiq  icra  etmək 

zərurəti  yaranır.  Bu  məqsədlə  vəsiyyət  edən  tərəfindən  xüsusi  şəxs  -   vəsiy­

yətnamə  icraçısı  təyin  edilir.  Hər  hansı  şəxs  yalnız  vəsiyyətnamə  ilə  icraçı  tə­

yin  edilə  bilər.  Amma  bu cür təyin  etmənin  etibarlı  olması  üçün  vəsiyyətnam ə 

icraçısının  razılığı  gərəkdir.  Özü  də  dərhal  qeyd  etməliyik  ki,  yalnız  vərəsə 

olmayan  şəxslər (kənar şəxslər) -  vəsiyyət  üzrə  vərəsə  sırasına  daxil  edilmə­

yən  şəxslər vəsiyyətnamə  icraçısı  təyin  edilərkən  ondan  razılıq  alınması  tələb 

edilir.  V əsiyyət  üzrə  vərəsələr  sırasından  v ə s iyyə tn am ə   icra çısı  təyin 

edildiyi  halda  isə ondan  razılıq alınması tə lə b  e d ilm ir.

Razılıq  yazılı  formada  verilməlidir.  O,  iki  yolla  həyata  keçirilir:  birincisi,  razı­

lıq  vəsiyyətnamənin  özündə  yazılmaqla  ifadə  olunur;  ikincisi,  icraçı  ayrıca  əri­

zədə  öz  razılığını  ifadə  edir  və  vəsiyyətnaməyə  qoşur.  İcraçı  öz  razılığını  bir 

qayda  olaraq,  vəsiyyət  edən  şəxs  ölənə  kimi  bildirir.  Amma  bununla  belə,  və­

siyyət edənin  ölümündən  sonra  da  icraçı  bu  cür təyinetməyə  öz  razılığını  ifadə 

edə bilər.  Bunu  etibarlı  hesab etmək lazımdır3.

Məlum  məsələdir  ki,  vəsiyyətnamə  icraçısının  üzərinə  müəyyən  vəzifələr 

düşür.  Onun  əsas  və  başlıca  vəzifəsi  və siyyə t  üzrə  vərəsələrə  çatası  m i­

1  Советское гражданское право.  У чеб ник. Том 2 /  Под ред. 

О.А.Красавчикова.

  М .,  1985, с.527.



Антимонов Б.С., Граве К.А.

  Советское  наследственное  право.  М .,  1955, с. 139.



Серебровский В.И.

  Очерки советского  наследственного  права.  М .,1953, с.  146.

610


ras  əmlakı  (vəsiyyətnam ədə  göstərilən  miras  paylarını)  onlara  vermək­

dən  ibarətdir.  Söhbət  miras  əmlakın  vəsiyyət  üzrə  vərəsələr arasında faktiki 

(real)  bölgüsündən  və  onların  sərəncamına  keçməsindən  gedir.  Lazım  olduq­

da  vəsiyyətnamə  icraçısı  miras  əmlakı  satır və  əldə  olunmuş  satış  pulunu  və­

rəsələr  arasında  bölüşdürür1.  Əgər vəsiyyətnamədə  bu və ya digər vərəsəyə 

çatası  miras  payı  yox,  konkret  predmetlər  (yaşayış  evi,  minik  avtomobili,  ev 

avadanlıqları,  məişət  predmetləri  və  s.)  göstərilərsə,  onda  vəsiyyətnamə  icra­

çısı  həmin  predmetləri  vəsiyyətnaməyə  uyğun  olaraq  vərəsələr  arasında  bö­

lüşdürür.


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin