Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə42/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   54
§

1

.

2

);

Sinayskiy V.l.  Russkoe qrajdanskoe pravo. M.,  2002 (§ 47);

Quhin V.V. Nasledstvennoe pravo. Uçebnoe posobie. M., 2003 (ql. 1); 

Ləpunov  S.Q.  Nasledovanie.  M.,  2003 (§  1, § 2,  § 3);

Vlasov  Ö.N.,  Kalinin  V.V.  Nasledstvennoe  pravo  Rossiyskoy  Federaüii. 

M.,  2002 (ql.  1,2).



Pletnev  M.Ö.  Notariat.  Uçebnoe posobie.  M., 2003 (ql. 

6).


Vlasov Ö.N., Kalinin V.V. Notariat (kurs leküiy). M., 2002 (leküiə 20,21).

Poltovskaə N., Kuzneüov V. Notariat (kurs leküiy). M., 2002 (leküiə 11). 

Korneeva I.L.  Nasledstvennoe pravo.  Uçebnoe posobie.  M., 2003 (tema  1, 

tema  2, tema 4).

565


XIII  FƏSİL

QANUN  ÜZRƏ VƏRƏSƏLİK

§  1.  Qanun  üzrə vərəsəliyin  anlayışı,  əmələ 

gəlmə əsası  və şərtləri,  subyektləri

Qanun  üzrə  vərəsəlik  iki  əsas  fərqli  xüsusiyyətinə  görə 

vəsiyyət  üzrə vərəsəlikdən  ayrılır.  Birincisi,  qanun  üzrə və­

rəsəlik  zamanı  vərəsəliyin  şərtləri  və  qaydası  qanunla, 

vəsiyyət  üzrə  vərəsəlik  zamanı  isə  qanunla  yox,  miras  qo­

yanın  iradəsi  ilə  müəyyən  edilir.  İkincisi,  qanun  üzrə  vərəsəlik  halında  vərəsə­



liyin  şərtləri  və  qaydası  miras  qoyan  tərəfindən  dəyişdirilə  bilməz.  Vəsiy­

yət  üzrə  vərəsəlik  növündə  isə  miras  qoyan  vərəsəliyin  şərtlərini  və  qaydasını 

dəyişdirmək  hüququna  malikdir.

Qanun  üzrə  vərəsəlik  odur  ki,  həmin  vərəsəliyin  şərtləri  və  qaydası 

miras  qoyan  tərəfindən  dəyişdirilməsi  mümkün  olmayıb,  qanunla  müəy­

yənləşdirilir1.

Qanun  üzrə  vərəsəlik  zamanı  ölən  şəxsin  əmlakı  (hüquq  və  vəzifələri)  və­

siyyət  sərəncamında  yox,  qanunda  göstərilən  şəxslərə  keçir.  Miras  əmlakı 

əldə  etmək  hüququ  olan  şəxslərin  dairəsini  vəsiyyət  yox,  məhz  qanunun  özü 

müəyyənləşdirir.  Bununla  qanun  ölən  şəxsin  olmayan  iradəsini  tamamlayır. 

Ölən  şəxsin  olmayan  iradəsi  dedikdə  isə  onun  vəsiyyət  sərəncamında  ifadə 

edilməyən  iradəsi  başa  düşülür.  Belə təsəvvür yaranır ki,  qanun  üzrə vərəsəlik 

sözün  həqiqi  mənasında  vəsiyyətsiz vərəsəlikdir.

Göstərilən  vərəsəlik  növləri  arasında  əsas  fərq  ondan  ibarətdir  ki,  vəsiyyət 

üzrə  vərəsəlik  zamanı  miras  qoyan  (vəsiyyət  edən)  şəxs öz vəsiyyət  sərənca­

mı  ilə  qanunda  nəzərdə tutulan  hədlərdə  vərəsələrin  dairəsini  bu  və  ya  digər 

dərəcədə  dəyişə  bilər:  onun  vərəsələrin  sırasını  həm  məhdudlaşdırmaq,  həm 

də  genişləndirmək  hüququ  vardır.  Digər  tərəfdən,  vəsiyyət  edən  vəsiyyətdə 

göstərilən  hər bir şəxsə  miras əmlakdan  çatası  payın  həcmini  də  müəyyənləş­

dirir.  Lakin  qanun  üzrə  vərəsəlik  zamanı  vərəsələrin  dairəsi,  habelə  onlardan 

hər  birinə  miras  əmlakdan  düşəsi  payın  həcmi  dəqiq  və  qəti  olaraq  qanunla 

müəyyən ediiir.

Qanun  üzrə 

vərəsəliyin 

anlayışı

Qanun  üzrə 

vərəsəliyin 

əsası

Qanun  özü  bilavasitə  vərəsəlik  yaratmır.  Başqa  sözlə  de­

sək,  qanunun  özü  bilavasitə  vərəsəliyin  əmələ  gəlməsi­

nin  əsası  kimi  çıxış etmir.  Məsələyə diqqətlə yanaşsaq  gö­

rərik  ki,  bilavasitə  qanunun  özü  yox,  qanunda  nəzərdə  tu­

tulan  bir  neçə  fakt  onun  yaranmasına  səbəb  olur.  İHəmin  faktların  məcmusu 

mürəkkəb  hüquqi tərkib sayılır.

Qanun  üzrə  vərəsəliyin  əmələ  gəlməsinə  səbəb  olan  hüquqi  tərkibə



Иоффе О.C.

  Советское  гражданское  право.  К ур с лекций.  У чебное пособие.  Часть  3. Л .,  1965,

с.  298.


566

qanun  üzrə vərəsəliyin  əsası  deyilir.

Hüquqi tərkibə  daxil  olan  birinci hüquqi fakt vərəsənin  miras qoyan  şəxs­

lə  yaxın  əlaqədə  (qohumluq  münasibətində)  olmasından  ibarətdir.  Bu

əlaqə qan  qohumluğu,  nikah,  övladlığa götürmə və ya himayədə olmaqla bağlı 

ola  bilər.  Məsələn,  ər-arvad  nikaha  görə  bir-birinə  yaxın  olan  şəxslər sayılır­

lar.  Ata  (miras qoyan) ilə  övladı  (vərəsələri)  bir-birinə yaxın edən  qan  qohum­



luğudur.  Övladlığa  götürmə  faktı  isə  övladlığa  götürülən  şəxsin  vərəsə  ol­

ması  üçün  əsasdır.  Miras  qoyanın  himayəsində  olmaq faktı  isə  himayə olan 

şəxsə  mirasdan  dolanacaq təminat olmaq hüququ verir.

Hüquqi  tərkibə  daxil  olan  ikinci  hüquqi  fakt  miras  qoyan  şəxsin  ölməsin­



dən  (və ya  məhkəmə qaydasında  ölmüş elan edilməsindən) ibarətdir. Vərəsə­

lik  yalnız  müəyyən  mülki  hüquq  və  vəzifələrin  daşıyıcısı  olan  şəxsin  öldüyü 

halda  yarana  bilər.  Sağ  olan  şəxslər arasındakı  münasibətə vərəsəlik  haqqın­

da  qaydanın  şamil  edilməsinə  göstərilən  hər  bir  təşəbbüs  tamamilə  əsassız­

dır1.  Azərbaycan  SSR-in  xalq  məhkəmələrindən  biri  50-ci  illərdə  atanın  sağlı­

ğında  onun  əmlakına  oğlunun  borclarına  görə tələb yönəlmişdi.  Məhkəmə be­

lə  hesab  etmişdi  ki,  oğul  atanın vərəsəsidir və  buna  görə  də  ona  atanın əmla­

kından  müəyyən  pay  düşür.  SSRİ  Ali  Məhkəməsinin  mülki  işlər  üzrə  məhkə­

mə  kollegiyası  məhkəmənin bu qərarını ləğv edərək göstərmişdir ki, mülkiyyət­

çinin  sağlığında  ona  məxsus  olan  əmlak  vərəsəlik  üzrə  başqa  şəxsə  (şəxslə­

rə) verilə  bilməz1

 2.


Hüquqi  tərkibə  daxil  olan  üçüncü  hüquqi  fakt  mirasın  qəbul  edilməsi  ak­

tından  ibarətdir.  Bu  akt vərəsənin  iradəsini ifadə edir və  mirasın  əldə edilmə­

sinə yönəlir.

Göstərilən  üç fakt olduqda  qanun  üzrə vərəsəlik göz qabağındadır.

«Qanun  üzrə  vərəsəliyin  şərtləri»  anlayışım  «qanun  üzrə



Qanun  uzrə 

vərəsəliyin  əsası»  anlayışından  fərqləndirmək  lazımdır.



vərəsəliyin 

Onlar mənaca  bir-biri  ilə  üst-üstə düşməsələr də,  sinonim 



şərtləri 

(eynimənalı) anlayışlar hesab edilməsələr də sıx, qarşılıqlı 

əlaqəsi olan anlayışlardır.

Qanun  üzrə  vərəsəliyin  şərtləri  dedikdə,  qanunda  göstərilən  elə  tələblər 

başa  düşülür  ki,  həmin  tələblər vərəsəliyin  əsasını  xarakterizə  edir və şəxsin 

qanun  üzrə vərəsə olmasına dəlalət edir.

Elə  hesab  edək  ki,  qanun  üzrə vərəsəliyin yaranmasına  səbəb olan  əsas -  

yuxarıda göstərdiyimiz üç fakt (hüquqi tərkib) vardır.  Belə  halda  müəyyən şəxs 

vərəsə  ola  bilərmi?  Mülki  qanunvericilik  bu  suala  cavab  verərək  göstərir  ki, 

şəxsin  vərəsə  olması  üçün  həm  də vərəsəliyin  şərtlərinin  mövcudluğu  gərək­

dir.  Məhz  bu şərtlər əsasında  miras  qoyana  yaxın  olan şəxslər vərəsə  statusu 

əldə  edirlər.  Əgər  bu  şərtlər  olmazsa,  həmin  şəxslər vərəsə  olmaq  hüququn­

dan  məhrum edilirlər.

Qanun  üzrə  vərəsəliyin  birinci  şərti  əmlak  barəsində  vəsiyyət  sərənca-



Иоффе O.C.

  Советское гражданское право.  Курс лекции.  Учебное пособие.  Часть 3. Л.,  1965, 

с.  281.

2 «Судебная  практика».  1952. 



  11, с. 32.

567


minin  olmamasından  ibarətdir1.  Belə  ki,  miras  qoyan  vəsiyyətnamə  tərtib 

etmir.  Ona  görə  də  qanun  йггэ  vərəsəlik  halı  yaranır,  yəni  miras  qoyanın  heç 

bir vəsiyyətnamədə  ifadə  olunmayan  iradəsini  qanun  tamamlayır.  Əgər vəsiy­

yət olarsa,  qanun  üzrə vərəsəlikdən  söhbət gedə  bilməz.

Qanun  üzrə vərəsəliyin  ikinci  şərti  ondan  ibarətdir ki,  əmlak  barəsində edi­

lən  vəsiyyət  sərəncamı  tamamilə  etibarsız  hesab  edilsin.  Vəsiyyət  sərən­

camı  əqddir.  Buna  görə  də  əqdin  etibarsızlığına  səbəb  olan  hallardan  biri  ol­

duqda,  o,  etibarsız  hesab  edilə  bilər.  Məsələn,  mülki  fəaliyyət  qabiliyyəti  olma­

yan  şəxsin  etdiyi  vəsiyyət  etibarsız  sayılır.  Vəsiyyət  sərəncamı  tamamilə  eti­

barsız sayıldıqda  miras  qoyana  yaxın  olan  şəxslər yalnız  qanun  üzrə  vərəsəli­

yə çağırılırlar.

Qanun üzrə vərəsəliyin  üçüncü  şərti vəsiyyət sərəncamının tamamilə yox,  qis­



mən  etibarsız hesab edilməsindən  ibarətdir.  Vəsiyyət sərəncamının  qismən  eti­

barsızlığı o deməkdir ki, onun yalnız bir hissəsi etibarsız sayılır, qalan hissəsi isə eti­

barlı hesab edilir. Vəsiyyət sərəncamının  etibarsız sayılan  hissəsi  miras əmlaka  aid 

edilmir və vəsiyyət üzrə vərəsəlik yaratmır.  Ona görə də miras əmlakın vəsiyyət sə­

rəncamının  etibarsızlığına  aid  olan  hissəsi  qanun  üzrə  vərəsəlik  qaydasında  vərə­

sələrə keçir.  Bununla  da  qanun  üzrə vərəsəlik yaranır.  Məsələn,  lingi  şəxs yaşayış 

evini öz qonşusuna, minik avtomobilini, zinət şeylərini, qiymətli kağız və nağd pulla- 

n  isə oğlanlanna vəsiyyət edir. Qonşu özünün vərəsəliyə çağınlmasını tezləşdirmək 

üçün vəsiyyət edən şəxsi qəsdən öldürür.  Buna görə də vəsiyyətnamənin qonşuya 

aid  olan  hissəsi  etibarsız  sayılır.  Qonşuya  vəsiyyət  olunmuş  yaşayış  evi  isə  qa­

nun  üzrə  vərəsəlik  qaydasında  onun  oğlanlarına  keçir.  Belə  halda  qanun  üzrə 

vərəsəlik  göz qabağındadır.

Qanun  üzrə  vərəsəliyin  dördüncü  şərti  əmlakın  yalnız  bir  hissəsinin  və­

siyyət  edilməsindən  ibarətdir.  Başqa  sözlə  desək,  şəxs  öz  əmlakının  bir  his­

səsini  vəsiyyət  edir,  digər  hissəsini  isə  vəsiyyət  etmir.  Deməli,  belə  halda  və­

siyyət  sərəncamı  bütün  miras  əmlakı  əhatə  etmir.  Mirasın  vəsiyyət  sərəncamı 

ilə  əhatə  olunan,  yəni  vəsiyyət  olunan  hissəsi  vəsiyyətnamədə  göstərilən 

şəxslərə  keçir.  Buna  görə  də  qanun  üzrə vərəsəlik yaranmır.  Mirasın  vəsiyyət­

namə  ilə  əhatə  olunmayan,  yəni  vəsiyyət  edilməyən  hissəsinə  gəldikdə  isə 

qeyd etmək lazımdır ki,  həmin  hissə qanun  üzrə  vərəsəlik qaydasında  müvafiq 

şəxslərə  keçir  və  buna  görə  də  qanun  üzrə  vərəsəlik  yaranır.  Beləliklə,  bu 

halda  eyni  vaxtda  həm  vəsiyyət  üzrə,  həm  də  qanun  üzrə  vərəsəlik  (qarışıq 

və ya  qatışıq  vərəsəlik)  göz qabağındadır.

Qanun  üzrə vərəsəliyin  beşinci  şərti  vəsiyyət sərəncamında  göstərilən  şəx­



sin  mirasın  qəbulundan  imtina  etməsindən  (boyun  qaçırmasından)  ibarət­

dir.  Vəsiyyət olunan  şəxs müxtəlif motivlərə  görə mirası  qəbul  etməkdən  boyun 

qaçıra  bilər.  Məsələn,  vəsiyyət olunan  istəyir ki,  miras əmlakın  hamısı  ölən  şəx­

sin  uşaqlarına  keçsin  və  bu  məqsədlə  o,  mirasın  qəbulundan  imtina  edir.  Belə 

halda vəsiyyət olunan əmlak qanun üzrə vərəsəlik qaydasında  keçir.

Qanun  üzrə vərəsəliyin  altıncı  şərti vəsiyyətnamədə  vərəsə  kimi  göstərilən

1  O .S .İoffc  vo siyyət  sərəncamının  olmaması  şə rtin i  qanun  üzrə  v ə rə sə liyin   əsasını  təşkil  edən 

hüquqi  tərkibə  d axil  e dir 

(Иоффе  O.C.

  Советское  гражданское  право.  К ур с  лекций.  Учебное 

пособие.  Часть  3.  Л .,  1965, с.  298).  Hesab edirik  k i, bu, dəqiq sö ylən ilm əyə n   fik ird ir.

568


şəxsin  mirasın  açılmasından  əvvəl  ölməsindən ibarətdir.  Miras isə əvvəldə 

qeyd etdiyimiz kimi, miras qoyanın ölümü (və ya ölmüş elan edilməsi) ilə açılır. De­

məli,  vəsiyyət olunan  şəxs vəsiyyət edən  şəxsdən  (miras  qoyandan) əvvəl və qa­

baq ölərsə, vəsiyyət üzrə vərəsəlik yaranmır.  Ona görə ki, vəsiyyət üzrə vərəsəlik- 

də yalnız miras qoyan şəxs ölən zaman sağ olan şəxslər vərəsə ola bilərlər.  Məhz 

bu səbəbdən vəsiyyət üzrə vərəsəlik yaranmır və vəsiyyət olunan əmlak qanun üz­

rə vərəsəlik qaydasında keçir. Məsələn, ata bütün əmlakını arvadına və övladlanna 

yox, öz qonşusuna vəsiyyət edir. Ata ölənə kimi qonşu vəfat edir. Belə halda vəsiy­

yətnamə öz hüquqi  qüvvəsini  itirir və  qanun  üzrə vərəsəlik yaranır, yəni vəsiy­

yət olunan  bütün əmlak atanın arvadına və övladlanna  keçir.

Göstərilən  şərtlərdən  biri  olduqda,  qanun  üzrə  vərəsəlik  yaranır.  Belə  ki, 

ölən  şəxsin  əmlakı  qanunda  göstərilən  şəxslərə  keçir.  Belə  təsəvvür  yaranır 

ki,  vəsiyyət  üzrə  vərəsəlik aparıcı  rol oynayır.  Qanun  üzrə vərəsəlik isə mahiy­

yətcə  subsidiar (köməkçi, yardımçı) əhəmiyyətə  malikdir. Qanun üzrə vərə­

səlik yalnız o  halda  yarana  bilər ki,  miras qoyan  öz əmlakı  barəsində vəsiyyət 

sərəncamı  etməsin  və  ya  bu  sərəncam  etibarsız  sayılsın  və  ya  miras  əmlak 

həmin  sərəncamla  əhatə  olunmasın.

§ 2.  Qanun  üzrə vərəsəliyin subyektləri və 

onların vərəsəliyə çağırılması  qaydası

Qanun  üzrə 

Qanun  üzrə  vərəsəlik  zamanı  ölən  şəxsin  əmlakı  (hüquq 



vərəsəliyin 

və  vəzifələri)  qanunda  göstərilən  şəxslərə  keçir.  Həmin 



subyektləri 

şəxslərə ölənin arvadı (ölən arvaddırsa, onun əri), uşaqla­

rı,  qardaş -  bacıları və digər kateqoriya şəxslər daxildirlər. 

Bu  kateqoriya  şəxslər vərəsə olmaq  hüququ  əldə edirlər.  Onların  dairəsi qeyd 

etdiyimiz kimi,  qanunla  müəyyənləşdirilir.

Qanun  üzrə vərəsəlik zamanı  vərəsə olmaq  hüququ  əldə  edən və dai­

rəsi  birbaşa  qanunun  özü  ilə  müəyyənləşdirilən  şəxslərə  qanun  üzrə və­

rəsəliyin  subyektləri  deyilir.  Bu  kateqoriya  şəxslər  qanun  üzrə  vərəsələr 

də  adlanır.  Qanun  üzrə  vərəsə  olmaq  hüququna  malik  şəxslərin  qrupuna  isə 



qanun  üzrə  vərəsələrin  dairəsi  deyilir.  Qanun  üzrə vərəsələrin  dairəsi dəqiq 

və  qəti  olaraq  qanunla  müəyyənləşdirilir.  Bu,  qanunun  imperativ  göstərişidir. 

Onun  vərəsələr  tərəfindən  nə  genişləndirilməsi,  nə  də  məhdudlaşdırılması 

mümkündür.  Ümumiyyətlə,  vərəsəlik  hüququnun  qanun  üzrə  vərəsələrin  dai­

rəsini  müəyyənləşdirən  normasını  nə məhdudlaşdırıcı,  nə  də genişləndirici təf­

sir etmək olar.  Həmin  norma analogiya  üzrə də tətbiq edilə bilməz'.

Qanun  üzrə vərəsələrin  dairəsini müəyyənləşdirərkən Azərbaycan Respub­

likasının vərəsəlik hüququ vərəsənin  miras  qoyanla yaxın  qohumluq faktını 

əsas  meyar  və  əlamət  kimi  nəzərdə  tutur.  Başqa  sözlə  desək,  bizim  ölkənin 

vərəsəlik  hüququna  görə,  yaxın  qohumluq  münasibətinə  əsasən  ölən  şəxsə 

nisbətən  daha  yaxın  olan  şəxslər qanun  üzrə  vərəsə  ola  bilərlər.  Qanun  üzrə 

vərəsələr  ölən  şəxslə  yaxın  qohumluq  əlaqəsi  olan  şəxslərdir.  O  şəxslər  ki, 

onlar  əsasən  ailə  münasibətlərinə  görə  miras  qoyana  yaxın  şəxslər sayılırlar.

Иоффе O.C.

  Советское гражданское право.  Курс лекций.  Часть 3. Л.,  1965, с. 299.

569


Söhbət  miras  qoyanın  sağlığında,  yəni  ölümündən  əvvəl  onunla  bir  ailədə  ya­

şayan  şəxslərdən  gedir,  Bu  şəxslərə  həm  məhdud  mənada  ailə  (“balaca  ai­

lə")  üzvləri  (ər  və  ya  arvad,  qan,  yəni  doğma  uşaqları  və  övladlığa  götürülən 

uşaqlar),  həm  də  geniş  mənada  ailə  (“geniş  ailə")  üzvləri  (nəvə  və  nəticələr) 

d a xild ir.  Deməli,  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququna  görə,  qa­

nun  üzrə  vərəsələr vaxtilə  miras  qoyanın  sağlığında  onunla  bir ailədə  yaşayan 

şəxslərdirlər.  Bu  isə  onu  göstərir  ki,  qanun  üzrə  vərəsəlik  ailə  xarakterinə 

malikdir2.  O,  hər şeydən  əvvəl,  ailənin  mənafeyini təmin  edir.

Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  qanun  üzrə  vərəsələrin  dai­

rəsini  müəyyənləşdirərkən  təkcə  ailə-nikah  münasibətlərini  nəzərə  almır.  O, 

həm  də  digər  qohumluq  münasibətlərinə  əsaslanır.  Digər  qohumluq  münasi­

bətləri  miras  qoyanın  sağlığında  onunla  qeyri-ailə  üzvləri  (ailə  üzvləri  sırasına 

daxil  edilməyən  şəxslər)  arasında  əmələ  gəlir.  Məsələn,  miras  qoyanın  xalala­

rı,  bibiləri,  əmiləri,  dayıları,  qardaş-bacıları və  digər kateqoriya  şəxslər ailə  üzv­

ləri  dairəsinə  daxil  edilməsələr  də,  miras  qoyanla  qohumluq  münasibətində 

olub,  ona  yaxın  şəxslər  sayılırlar.  Həmin  şəxslər  də  qanun  üzrə  vərəsələrin 

dairəsinə  aiddirlər.  Beləliklə,  qanun  üzrə  vərəsələrin  dairəsini  müəyyənləşdi­

rərkən  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  başlıca  olaraq  vərəsə­



lərin  miras  qoyanla  qohumluq  münasibətində  olması  mülahizəsindən  çı­

xış  edir.  Bu  isə  təsadüfi  olmayıb,  təbiidir.  Belə  ki,  miras  qoyanın  əmlakının  ya­

ranmasında,  hər  şeydən  əvvəl,  əsasən  onun  ailə  üzvlərinin,  habelə  yaxın  qo­

humlarının  əməyi  və  zəhməti  olmuşdur.  Miras  əmlakın  əmələ  gəlməsində zərrə 

qədər fəaliyyəti olmayan  kənar şəxslərə  həmin  əmlakın  vərəsəlik  üzrə  keçməsi 

məntiqə uyğun  gəlmir.  Haqq-ədalət və  insaf baxımından  da  bu,  düzgün deyil.

Bununla  belə,  miras  qoyanla  qohumluq  əlaqəsində  olmayan  şəxslər də  qa­

nun  üzrə  vərəsə  ola  bilərlər.  Söhbət  miras  qoyanın  himayəsində  olan  şəxslər­

dən  gedir.  Həmin  şəxslərin  miras  qoyanla  qan  qohumluğu  əlaqəsində  olması 

tələb  edilmir.  Onlar  mirasdan  dolanacaq  təminatları  ala  bilərlər  (MM-in  1161-ci 

maddəsi).

Qanun  üzrə vərəsələrin dairəsini  müəyyənləşdirərkən Azərbaycan  Respub­

likasının vərəsəlik  hüququ  ailə-qohumluq  və  himayədə  olmaq  hallarından  baş­

qa,  digər  hər  hansı  faktı  nəzərə  almır.  Birgə  yaşamaq,  miras  qoyana  qayğı 

göstərmək,  onu  saxlamaq,  şəxsi  dostluq-yoldaşlıq  əlaqələrinə  malik  olmaq  və 

digər  əlavə  faktların  müvafiq  şəxsin  qanun  üzrə  vərəsə  hüququ  əldə  etməsi 

üçün  əhəmiyyəti  yoxdur.

Qanun  üzrə  vərəsələr  növbə  qaydasında  vərəsəliyə  çağırılırlar.  Bu  növbə 

qanunla  müəyyən  edilir.  Məsələn,  ölənin  əri  (və  ya  arvadı)  və  uşaqları  birinci 

növbə  üzrə,  onun  bacı və  qardaşları  isə ikinci növbə  üzrə vərəsə sayılırlar.



Qanun  üzrə  vərəsələrin  qanunun  müəyyən  etdiyi  növbə  qaydası  ilə 

vərəsəliyə  çağırılmasına  vərəsəliyin  növbəliyi  deyilir.

Vərəsəliyin  növbəliyi  məsələsinin  mahiyyəti  ondan  ibarətdir  ki,  qanun  üzrə 

vərəsələr  vərəsəliyə  eyni  vaxtda  yox,  ardıcıl  surətdə  (bir-birinin  ardınca)

570


Антимонов Б.С.,  Граве К.А.

  Советское  наследственное  право.  М .,  1955, с.  117. 



Никитюк П С.

  Наследственное  право и  наследственный  процесс.  К иш инев.  1973, с.  62.



çağırılırlar:  əvvəlcə  birinci  növbə  üzrə vərəsələr vərəsəliyə  çağırılırlar;  sonra, 

əgər  birinci  növbə  üzrə  vərəsələr  yoxdursa  və  ya  onlar  mirasın  qəbulundan 

imtina  etmişlərsə,  ikinci  növbə  üzrə vərəsələr vərəsəliyə çağırılırlar və s,

Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  vərəsəliyin  beş  növbəsini 

nəzərdə tutur.  Buna  uyğun  olaraq  qanun  üzrə vərəsələr beş növbə  üzrə vərə­

sələrə  bölünürlər (MM-in  1159-cu  maddəsi):

•  birinci  növbə üzrə vərəsələr;

•  ikinci  növbə  üzrə vərəsələr;

•  üçüncü  növbə üzrə vərəsələr;

•  dördüncü  növbə üzrə vərəsələr;

•  beşinci  növbə  üzrə vərəsələr.

Deməli,  yeni  Mülki  Məcəllə köhnə  1964-cü il  Mülki  Məcəlləsindən fərqli ola­

raq,  qanun  üzrə  vərəsələrin  beş  növbəsini  müəyyənləşdirir.  Köhnə  məcəllə 

isə  qanun  üzrə  vərəsələrin  yalnız  iki  növbəsini  nəzərdə  tuturdu.  Belə  ki,  onlar 

ancaq  iki  növbə  üzrə  vərəsə  ola  bilərdilər:  birinci  növbə  üzrə  vərəsələr;  ikinci 

növbə üzrə vərəsələr.

.  . 


Qanun  üzrə  vərəsələr  dairəsinə  şamil  edilən  vərəsələrin

ırıncı  nov  ə 

|  к ifay at  qədər  çoxdur.  Amma  onların  miras  qoyan

şəxsə  yaxınlıq  dərəcəsi  eyni  deyildir.  Buna  görə də  mülki 

qanunvericilik  yalnız  qanun  üzrə  vərəsələrin  siyahısını  müəyyən  etməklə  kifa­

yətlənə  və  qane  ola  bilməz.  Bundan  əlavə,  lazımdır  ki,  vərəsəliyə  çağırılma­

ğın  müəyyən  ardıcıllığı  müəyyənləşdirilsin.  Həmin  ardıcıllıq  qanun üzrə vərə­

sələrin  ayrı-ayrı  qruplarının  miras qoyana yaxınlıq dərəcəsi  ilə uyğunlaşdırılma­

lıdır.  Bu  məqsədlə  mülki  qanunvericilik  vərəsələrin  növbəliyini  və  bəzi  kate­

qoriya  şəxslərin  (himayədə  olanların,  nəvə  və  nəticələrin)  vərəsəliyi  üçün  xü­

susi  qayda  müəyyən edir.

Bütün  qanun  üzrə  vərəsələr,  nəvə-nəticələr və  himayədə  olanlar istisna  ol­

maqla,  beş  növbəyə  bölünürlər.  Hər bir növbə  üzrə vərəsələrin  dairəsi, yuxa­

rıda  qeyd  etdiyimiz  kimi,  ya  miras  qoyan  və vərəsələr arasında  ailə-nikah  mü­

nasibəti  ilə,  yaxud  da  qohumluq  əlaqəsi  ilə  müəyyən  edilir.  Növbəlik isə  miras 

qoyan  və vərəsələr arasında  qohumluq  dərəcəsindən asılıdır.



Qohumluq  dedikdə,  ümumi  əcdada  malik olan  şəxslərin  qan  əlaqəsi  başa 

düşülür.  Qohumluq  iki  cür  olur:  düzünə  xətt  üzrə  qohumluq;  yanakı  xətt  üzrə 

qohumluq.  Düzünə  xətt  üzrə  qohumluq  dedikdə,  müəyyən  bir  şəxsin  digər 

şəxsdən  törəməsi  başa  düşülür.  Bu  qohumluğun özünün  iki  növü fərqləndirilir: 

qalxan  (yüksələn)  xətt  üzrə  qohumluq;  enən  xətt  üzrə  qohumluq.  Qalxan 

(yüksələn)  xətt  üzrə  qohumluq  nəsillərdən əcdada doğru  istiqamətlənən qo­

humluqdur.  Məsələn,  öz  oğlanlarına  münasibətdə  ata,  öz  nəvələrinə  münasi­

bətdə  baba  onların  qalxan  xətt  üzrə  qohumudur.  Enən  xətt  üzrə  qohumluq 

əcdaddan  nəsillərə doğru olan qohumluqdur.  Məsələn, öz atasına və ya  baba­

sına  münasibətdə  oğul  və  ya  nəvə  onunla  enən  xətt  üzrə  qohumluq  münasi- 

bətindədir.  Yanakı  xətt  üzrə  qohumluq  müxtəlif  şəxslərin  ümumi  əcdaddan 

törəməsi  başa  düşülür1.  Məsələn,  qardaş  öz  bacısına  münasibətdə  onun ya-

Корнеева И.Л.

  Наследственное право Российской  Федерации.  М ., 2003, с.  135.

571


İkinci növbə 

üzrə vərəsəlik

nakı xətt  üzrə qohumudur.

Birinci  növbədə  vərəsəliyə  çağırılan  qanun  üzrə  vərəsələrə  birinci 

növbə  üzrə vərəsələr deyilir.

Birinci  növbə üzrə vərəsələrin tərkibi kifayət qədər genişdir.  Buraya daxildir:

•   ölən  (miras qoyan)  şəxsin  uşaqları;

•  ölən  (miras qoyan) şəxsin  ölümündən  sonra  doğulmuş  uşaq;

•   ölən  (miras qoyan)  şəxsin arvadı  (ölən  əgər arvaddırsa,  onun  əri);

•   ölən (miras qoyan) şəxsin övladlığa  götürdüyü  şəxs (övladlığa  götürülən);

•  ölən  (miras  qoyan)  şəxsin  valideynləri;

•   ölən  (miras qoyan) şəxsi  övladlığa  götürən  şəxslər (övladlığa  götürənlər). 



İkinci  növbədə  vərəsəliyə  çağırılan  vərəsələrə  ikinci 

növbə  üzrə  vərəsələr  deyilir.  Onlar  qanun  üzrə  vərəsə­

lər kateqoriyasına aid  edilirlər.

İkinci  növbə  üzrə  vərəsələrin  dairəsi  geniş  deyil.  Azərbaycan  Respublikası­

nın  vərəsəlik  hüququ  buraya  aid  edir  (MM-in  1159-cu  maddəsinin  2-ci  bəndi); 

ölənin  bacılarını;  ölənin  qardaşlarını.

Ailə  hüququnda  qardaş və bacılar iki yerə bölünürlər1:

•  tam  doğma  qardaş və bacılar;

•  tam  doğma olmayan  qardaş və  bacılar.



Tam  doğma  qardaş  və  bacılar  o  şəxslər  sayılırlar  ki,  onların  həm  ana, 

həm  də  atası  ümumi  olsun.  Məsələn,  iki  vətəndaş  evlənirlər  və  nikahdan  iki 

qız,  iki  oğlan  olur.  Həmin  qız  və  oğlanlar tam  doğma  qardaş  və  bacılar  hesab 

edilir,  çünki onların  ata və  anası  ümumidir,  eyni  şəxslərdir.

Ümumi  ata  və  anaya  malik olmayan  qardaş və  bacılara  tam  doğma  olma­

yan  qardaş və  bacılar deyilir.  Bu  kateqoriya  qardaş və  bacılar iki  qrupa  bölü­

nürlər:


•   eyni qandan  olan  qardaş və  bacılar;

•  eyni anadan  doğulan qardaş və bacılar.



Eyni  qandan  olan  qardaş  və  bacılar  atadan  bir,  anadan  ayrı  (atabir,  ana 

ayrı)  olan  qardaş  və  bacılardır.  Onların  ataları  bir,  anaları  isə  ayrıdır.  Məsələn, 

vətəndaş  nikaha  girir və  bu  nikahdan  onun  iki  oğlu  olur.  Bir müddətdən  sonra 

onun  arvadı  ölür.  Həmin  vətəndaş  ikinci  dəfə  nikaha  girir.  Bu  nikahdan  isə 

onun  iki  qızı  olur.  Birinci  nikahdan  olan  iki  nəfər  oğlan  uşağı  və  ikinci  nikah­

dan  olan iki  nəfər qız uşağı  eyni qandan olan  qardaş və  bacılar hesab edilirlər. 

Ona  görə ki,  onların ataları  bir,  anaları  isə ayrıdır.

Eyni  anadan  doğulan  qardaş və  bacılar o şəxslərdir  ki,  onlar anadan  bir, 

atadan  ayrıdırlar  (anabir,  ata  ayrı).  Bu  kateqoriya  qardaş  və  bacıların  anaları 

bir,  ataları  isə  ayrıdır.  Məsələn,  qız  nikaha  girir  və  bu  nikahdan  bir  qız  uşağı 

olur.  5  ildən  sonra  həmin  qadın  boşanır  və  buna  görə  də  nikah  xitam  olunur. 

O,  ailə  qurmaq  məqsədilə  ikinci  nikaha  girir.  İkinci  nikahdan  isə  bir  oğlan 

uşağı  olur.  Birinci  nikahdan  olan  qız. uşağı,  ikinci  nikahdan  olan  oğlan  uşağı 

eyni  anadan  doğulan  qardaş və  bacılar (anabir,  ata  ayrı)  hesab edilirlər.

Mülki  hüquq  elmi  (sivilistika  doktrinası)  vərəsəlik  hüququ  baxımından  tam



Mamyev Q.

 /.  Sovet a ilə  hüququ.  D ə rslik.  Bakt.  1989.  s.  50-51.

572


doğma  və  tam  doğma  olmayan  qardaş  və  bacılara fərq  qoymur,  hüquqi  əhə­

miyyət  vermir1.  Bu  o  deməkdir  ki, tam  doğma  və tam  doğma  olmayan  qar­

daş-bacıların vərəsəlik  sahəsində  qanun  üzrə vərəsələr kimi  fərqləndiril­

məsi  hüquqi  əhəm iyyət  kəsb  etmir.  Buna  görə  də  əgər  ailədə  həm  tam 

doğma,  həm  də  tam  doğma  olmayan  qardaş-bacılar  olarsa,  onlardan  biri  öl­

dükdə onun tam  doğma və tam  doğma olmayan qardaş-bacıları eyni əsaslarla 

vərəsə  olurlar1

 2.  Qardaş-bacılardan  birinin  ölümündən  sonra  onun  sağ  qalan 

bütün  qardaş  və  bacıları,  tam  doğma  və ya tam  doğma  olmayan qardaş-bacı­

lar  olmasından  asılı  olmayaraq  eyni  vaxtda  qanun  üzrə  vərəsəliyə çağınlırlar. 

Vərəsə  olmaq  hüququ  sahəsində  hər hansı  üstünlüyə,  birinciliyə və ayrı-seçki­

liyə  yol  verilmir.  Bütün  qardaş-bacılar  bir-birlərinin  ölümündən  sonra  qa­

nun  üzrə  vərəsə  statusu  əldə edə  bilərlər.  Qanun tam  doğma  qardaş-bacı­

ların  xeyrinə  hər  hansı  imtiyaz  və  güzəşt  müəyyənləşdirmir.  Tam  doğma  və 

tam  doğma  olmayan  qardaş-bacılar  vərəsəlik  hüququndan  bərabər  qaydada 

istifadə  edirlər3,  Məsələn,  ata  iki  dəfə  nikaha  girir.  Birinci  nikahdan  bir  oğlan 

uşağı,  ikinci  nikahdan  isə  bir  qız  uşağı  olur.  Qız  və  oğlan  tam  doğma  olma­

yan  qardaş-bacılardır  (atabir,  ana  ayrı).  Əgər  onlardan  biri  ölərsə,  sağ  qalan 

şəxs (qız və ya  oğlan) ölənin  qanun üzrə vərəsəsi olacaqdır.

Ögey qardaş-bacılar bir-birinin ölümündən sonra qanun üzrə  vərəsə ola bi­

lərmi?  Bu  suala  cavab  verməmişdən  əvvəl  «ögey  qardaş-bacılar»  anlayışının 

məzmun və mahiyyətinə aydınlıq gətirək.

Ümumi  yox,  müxtəlif  ata  və  anaya  malik  olan  qardaş-bacılara  ögey  qar­

daş-bacılar  deyilir.  Bu  qardaş-bacılar  həm  atadan,  həm  də  anadan  ayrıdırlar. 

Belə  halda,  əlbəttə,  qardaş-bacılar arasında  hər hansı qan  qohumluğu  əlaqəsi 

(ümumi  ata-babadan,  yəni,  ümumi əcdaddan törəmə) yaranmır.  Onlan heç bir 

qan  qohumluğu  münasibəti  birləşdirmir  və  bağlamır.  Məhz  bu  səbəbdən  ögey 

qardaş-bacılar bir-birlərinin  ölümündən  sonra qanun  üzrə  vərəsə ola bilmir­

lər4.  Məsələn, atanın bir oğlu vardır. Onun arvadı ölür. Bundan sonra o, bir qız uşa­

ğı olan dul qadınla (ana ilə) nikaha girir, evlənir və bununla bir ailədə birləşirlər.  Oğ­

lan və qız uşaqlan ögey qardaş-bacılar hesab edilirlər. Ona görə ki, onlann hər biri­

nin atası da ayndır, anası da. Qız uşağına münasibətdə kişi ögey ata (qız isə atanın 

ögey  qızı  sayılır),  oğlan  uşağına  münasibətdə  qadın  ögey ana  (oğlan  isə ananın 

ögey  oğlu  sayılır)  hesab edilir,  yəni  kişi  qız  uşağının  ögey atası,  qadın  isə  oğlan

1  Məsələn,  bax:  Серебровский  В.И.  Очерки  советского  наследственного  права.  М.,1953, с.  67; 

Антимонов  Б.С.,  Граве  К.А.  Советское  наследственное  право.  М.,  1955,  с.  127-128;  Иоффе  О С. 

Советское  гражданское  право.  Курс  лекций.  Часть  3.  Л.,  1965,  с.  127;  Научно-практический 

комментарий к Г К РСФСР / Под ред. Е.А.  Флейщиц. М.,  1966, с. 605.

2  Hüquq  ədəbiyyatında  belə  bir  əsassız  fikrə  rast  gəlmək  mümkündür ki,  guya  yalnız  tam  doğma 

qardaş-bacılar olmadıqda tam doğma olmayan qardaş-bacılar bir-birindən sonra vərəsə ola bilərlər (Ам­

фитеатров Г.Н.  Право наследования в СССР. М.,  1946, с.  15). Bu, həqiqətə uyğun olmayan fikirdir.

3 Бюллетень Верховного Суда РСФСР,  1968, № 3, с. 5.

4  M ülki hüquq elmi də bu mövqedə durur. Məsələn, bax:  Никитюк П.С.  Наследственное право и 

наследственный  процесс.  Кишинев.  1973,  с.  28;  Советское  гражданское  право.  Учебник.  Том  2 /  

Под  ред.  В.П.Грибанова,  С.М.Корнеева.  М.,  1980,  с.  487;  Гражданское  право.  Учебник.  Том  1  / 

Под ред. Б.А.Суханова.  М.,  1998, с.  550; Гражданское право.  Учебник.  Часть 3 / Под ред. А.П.Сер­



геева,  Ю.К.Толстого. М.,  1998, с. 534.

573


İkinci  növbə 

üzrə vərəsəlik

nakı xətt üzrə  qohumudur.

B irin ci  növbədə  vərəsəliyə  çağırılan  qanun  üzrə  vərəsələrə  birinci 

növbə  üzrə vərəsələr deyilir.

Birinci növbə üzrə vərəsələrin tərkibi kifayət qədər genişdir.  Buraya daxildir:

•   ölən  (miras qoyan)  şəxsin  uşaqları;

•  ölən  (miras qoyan) şəxsin ölümündən  sonra  doğulmuş  uşaq;

•   ölən  (miras qoyan)  şəxsin arvadı (ölən  əgər arvaddırsa,  onun əri);

•  ölən  (miras qoyan) şəxsin  övladlığa  götürdüyü şəxs  (övladlığa  götürülən);

•   ölən  (miras  qoyan)  şəxsin  valideynləri;

•  ölən  (miras  qoyan)  şəxsi övladlığa  götürən  şəxslər (övladlığa  götürənlər). 

İkinci  növbədə  vərəsəliyə  çağırılan  vərəsələrə  ikinci 

növbə  üzrə  vərəsələr de yilir.  Onlar  qanun  üzrə  vərəsə­

lər kateqoriyasına  aid edilirlər.

İkinci  növbə  üzrə  vərəsələrin  dairəsi  geniş  deyil.  Azərbaycan  Respublikası­

nın  vərəsəlik  hüququ  buraya  aid  edir  (MM-in  1159-cu  maddəsinin  2-ci  bəndi); 

ölənin  bacılarını;  ölənin  qardaşlarını.

Ailə  hüququnda  qardaş və hacılar iki yerə  bölünürlər1:

•   tam  doğma  qardaş və bacılar;

•   tam doğma  olmayan  qardaş və  bacılar.

Tam  doğm a  qardaş  və  bacılar  o  şəxslər  sayılırlar  ki,  onların  həm  ana, 

həm  də  atası  ümumi  olsun.  Məsələn,  iki  vətəndaş  evlənirlər  və  nikahdan  iki 

qız,  iki  oğlan  olur.  Həmin  qız  və  oğlanlar  tam  doğma  qardaş  və  bacılar  hesab 

edilir,  çünki onların  ata  və anası  ümumidir,  eyni  şəxslərdir.

Ümumi  ata  və  anaya  malik  olmayan  qardaş  və  bacılara  tam   doğm a  olm a­

yan  qardaş və  bacılar deyilir.  Bu  kateqoriya  qardaş və  bacılar iki  qrupa  bölü­

nürlər:


•   eyni  qandan  olan  qardaş və bacılar;

•  eyni anadan  doğulan  qardaş və  bacılar.

Eyni  qandan  olan  qardaş  və  bacılar atadan  bir,  anadan  ayrı  (atabir,  ana 

ayrı)  olan  qardaş və  bacılardır.  Onların  ataları  bir,  anaları  isə  ayrıdır.  Məsələn, 

vətəndaş  nikaha  girir və  bu  nikahdan  onun  iki  oğlu  olur.  Bir müddətdən  sonra 

onun  arvadı  ölür.  Həmin  vətəndaş  ikinci  dəfə  nikaha  girir.  Bu  nikahdan  isə 

onun  iki  qızı  olur.  Birinci  nikahdan  olan  iki  nəfər  oğlan  uşağı  və  ikinci  nikah­

dan olan  iki  nəfər qız uşağı  eyni  qandan  olan  qardaş və  bacılar hesab edilirlər. 

Ona görə  ki, onların  ataları  bir,  anaları  isə ayrıdır.

Eyni  anadan  doğulan  qardaş və  bacılar o şəxslərdir  ki,  onlar  anadan  bir, 

atadan  ayrıdırlar  (anabir,  ata  ayrı).  Bu  kateqoriya  qardaş  və  bacıların  anaları 

bir,  ataları  isə  ayrıdır.  Məsələn,  qız  nikaha  girir  və  bu  nikahdan  bir  qız  uşağı 

olur.  5  ildən  sonra  həmin  qadın  boşanır  və  buna  görə  də  nikah  xitam  olunur. 

O,  ailə  qurmaq  məqsədilə  ikinci  nikaha  girir.  İkinci  nikahdan  isə  bir  oğlan 

uşağı  olur.  Birinci  nikahdan  olan  qız, uşağı,  ikinci  nikahdan  olan  oğlan  uşağı 

eyni anadan  doğulan qardaş və  bacılar (anabir,  ata  ayrı)  hesab edilirlər.

Mülki  hüquq  elmi  (sivilistika  doktrinası)  vərəsəlik  hüququ  baxımından  tam

1  Manuyev Q.l.  Sovet ailə hüququ. Dərslik. Bakı.  1989. s. 50-51.

572


doğma  və  tam  doğma  olmayan  qardaş və  bacılara  fərq  qoymur,  hüquqi  əhə­

miyyət  vermir1.  Bu  o  deməkdir  ki,  tam  doğma  və tam  doğma  olmayan  qar­

daş-bacıların  voreselik  sahesinde  qanun  üzrs verəsələr kimi  fərqləndiril­

məsi  hüquqi  əhəm iyyət  kəsb  etmir.  Buna  görə  də  əgər  ailədə  həm  tam 

doğma,  həm  də  tam  doğma  olmayan  qardaş-bacılar olarsa,  onlardan  biri  öl­

dükdə onun tam  doğma və tam  doğma olmayan qardaş-bacıları eyni əsaslarla 

vərəsə  olurlar1

 2.  Qardaş-bacılardan  birinin  ölümündən  sonra  onun  sağ  qalan 

bütün  qardaş  və  bacıları,  tam  doğma  və  ya  tam  doğma olmayan  qardaş-bacı­

lar  olmasından  asılı  olmayaraq  eyni  vaxtda  qanun  üzrə  vərəsəliyə  çağırılırlar. 

Vərəsə olmaq  hüququ  sahəsində hər hansı üstünlüyə,  birinciliyə və ayrı-seçki­

liyə  yol  verilmir.  Bütün  qardaş-bacılar  bir-birlərinin  ölümündən  sonra  qa­

nun  üzrə  vərəsə  statusu  əldə  edə  bilərlər.  Qanun tam  doğma  qardaş-bacı­

ların  xeyrinə  hər  hansı  imtiyaz  və  güzəşt  müəyyənləşdirmir.  Tam  doğma  və 

tam  doğma  olmayan  qardaş-bacılar  vərəsəlik  hüququndan  bərabər  qaydada 

istifadə  edirlər3.  Məsələn,  ata  iki  dəfə  nikaha  girir.  Birinci  nikahdan  bir  oğlan 

uşağı,  ikinci  nikahdan  isə  bir  qız  uşağı  olur.  Qız  və  oğlan  tam  doğma  olma­

yan  qardaş-bacılardır  (atabir,  ana  ayrı).  Əgər  onlardan  biri  ölərsə,  sağ  qalan 

şəxs (qız və ya  oğlan) ölənin qanun üzrə vərəsəsi olacaqdır.

ö g e y qardaş-bacılar bir-birinin ölümündən sonra qanun üzrə  vərəsə ola bi­

lərmi?  Bu  suala  cavab  verməmişdən  əvvəl  «ögey  qardaş-bacılar»  anlayışının 

məzmun və  mahiyyətinə aydınlıq gətirək.

Ümumi  yox,  müxtəlif  ata  və  anaya  malik  olan  qardaş-bacılara  ögey  qar­

daş-bacılar  deyilir.  Bu  qardaş-bacılar  həm  atadan,  həm  də  anadan  ayrıdırlar. 

Belə  halda,  əlbəttə,  qardaş-bacılar arasında  hər hansı qan  qohumluğu əlaqəsi 

(ümumi  ata-babadan,  yəni,  ümumi əcdaddan törəmə) yaranmır.  Onlan heç bir 

qan  qohumluğu  münasibəti  birləşdirmir  və  bağlamır.  Məhz  bu  səbəbdən  ögey 

qardaş-bacılar bir-birlərinin  ölümündən  sonra qanun  üzrə  vərəsə ola bilmir­

lər4.  Məsələn, atanın bir oğlu vardır. Onun arvadı ölür.  Bundan sonra o, bir qız uşa­

ğı olan dul qadınla (ana ilə) nikaha girir, evlənir və bununla bir ailədə birləşirlər. Oğ­

lan və qız uşaqlan ögey qardaş-bacılar hesab edilirlər.  Ona görə ki, onların hər biri­

nin atası da ayndır, anası da. Qız uşağına münasibətdə kişi ögey ata (qız isə atanın 

ögey  qızı  sayılır),  oğlan  uşağına  münasibətdə  qadın ögey ana  (oğlan  isə ananın 

ögey  oğlu  sayılır)  hesab edilir,  yəni  kişi  qız  uşağının  ögey  atası,  qadın  isə  oğlan

1  Məsələn,  bax:  Серебровский  В.И.  Очерки  советского  наследственного  права.  М.,1953, с. 67; 

Антимонов  Б.С.,  Граве  К.А.  Советское  наследственное  право.  М.,  1955,  с.  127-128;  Иоффе  ОС. 

Советское  гражданское  право.  Курс  лекций.  Часть  3.  Л.,  1965,  с.  127;  Научно-практический 

комментарий к ГК  РСФСР / Под рсд. Е.А.  Флейщиц.  М.,  1966, с. 605.

2  Hüquq  ədəbiyyatında  belə  bir əsassız  fikrə  rast  gəlmək  mümkündür  ki,  guya  yalnız tam  doğma 

qardaş-bacılar olmadıqda tam doğma olmayan qardaş-bacılar bir-birindən sonra vərəsə ola bilərlər (Ам­

фитеатров Г.Н.  Право наследования в СССР. М.,  1946, с.  15). Bu, həqiqətə uyğun olmayan fikirdir.

3 Бюллетень Верховного Суда РСФСР,  1968, № 3, с. 5.

4  M ülki hüquq elmi də bu mövqedə durur.  Məsələn, bax: НикитюкП.С.  Наследственное право и 

наследственный  процесс.  Кишинев.  1973,  с.  28;  Советское  гражданское  право.  Учебник.  Том  2 / 

Под  ред.  В.П.Грибанова,  С.М.Корнеева.  М.,  1980,  с.  487;  Гражданское  право.  Учебник.  Том  I  / 

Под ред.  Б.А.Суханова.  М.,  1998, с. 550; Гражданское право.  Учебник.  Часть 3 / Под рсд. А.П.Сер- 



геева, Ю.К.Толстого. М.,  1998, с. 534.

573


uşağının  ögey  anası  sayılır.  Əgər  qız  uşağı  ölərsə,  onun  ögey  qardaşı  qanun 

üzrə vərəsəliyə  çağırıla  bilməz.

Ögey  ata  və  ana  öldükdən  sonra  ögey  oğul  və  ögey  qız  da  qanun  üzrə  və­

rəsəliyə  çağırıla  bilməz.  Ögey oğul  və  ögey  qız öldükdə  ögey  ata  və  ögey  ana 

qanun  üzrə  vərəsə  hüququ  əldə  etmir1.  Ona  görə  ki,  onlar  arasında  qan  qo­

humluğu  əlaqəsi  yoxdur.

Miras  qoyanın  qardaş  və  bacıları  onun  yanakı  x ə tt  üzrə  vərəsələri  hesab 

edilirlər.  Onlar ikinci  növbədə qanun  üzrə vərəsəliyə  çağırılırlar.  Bu,  yalnız mü­

əyyən  hallarda  mümkün  ola  bilər.  Həmin  hallara  aiddir:

•   birinci  növbə  üzrə vərəsələr olmadığı  halda;

•   miras əmlakı  birinci  növbə üzrə vərəsələr qəbul  etmədiyi  halda;

•  birinci  növbə  üzrə  vərəsələrin  hamısı  vəsiyyət  edən  tərəfindən  vərəsəlik

hüququndan  məhrum edildiyi  halda;

•   birinci  növbə  vərəsələrin  və ya  vəsiyyət  üzrə  vərəsələrin  ikinci  növbə  və­

rəsələrin xeyrinə mirasdan  imtina etdiyi halda.

Yalnız bu hallardan  biri olduqda  qardaş və  bacılar ikinci  növbə  üzrə vərəsə­

lər  rolunda  qanun  üzrə  vərəsəliyə çağırılırlar.  Özü  də  eyni  vaxtda,  yəni  hamı 

birdən vərəsəliyə çağırılırlar.

, . .............  

Üçüncü  növbədə  qanun  üzrə  və rə sə liyə   çağırılan

Uçuncu  novbə 

şgxsiara  üçüncü  növbə  üzrə  və rə sə lə r de yilir.

Üçüncü  növbə  üzrə  vərəsələr  kateqoriyası  bizim  ölkə 

qanunvericiliyində  yeni  haldır.  Belə  ki,  köhnə  1964-cü  il  MM-i  yalnız  birinci  və 

ikinci  növbə üzrə vərəsələr kateqoriyasını  nəzərdə tuturdu.  Bu  məcəllə  üçüncü 

növbə  üzrə  vərəsələr anlayışını  tanımırdı.  Bizim  yeni  MM-in  üçüncü  növbə  üz­

rə  vərəsələr  kateqoriyasına  daxil  etdiyi  şəxslər  köhnə  MM-ə  görə  ikinci  növbə 

üzrə  vərəsələr sırasına aid  edilmişdi.  Yeni  MM  həmin  şəxsləri  ikinci növbə üz­

rə  vərəsələr, sırasından  çıxararaq  yeni  müstəqil  növbə  üzrə  -   üçüncü  növbə 

üzrə  vərəsələr tərkibinə daxil edir.

Üçüncü  növbə  üzrə  verəsələr  tərkibinə  aid  olunan  şəxslər  miras  qoyanın 

yüksələn  (qşlxan)  xətt  üzrə  qohumlarıdırlar.  Onların  dairəsi  geniş  deyil.  Mülki 

qanunvericilik üçüncü  növbə  üzrə vərəsələrin tərkibinə daxil  edir (MM-in  1159- 

cu  maddəsinin  3-cü bəndi);

•   ölənin  (miras qoyanın) babasını;

•  ölənin  (miras qoyanın)  nənəsini.

Bu,  onu  ifadə  edir  ki,  nəvələrinin  ölümündən  sonra  baba  və  nənə  qanun 

üzrə vərəsə olurlar. B aba  dedikdə,  miras qoyanın  həm  ata tərəfindən,  həm  də 

ana  tərəfindən  babası  başa  düşülür.  Söhbət  miras  qoyan  şəxsin  həm  atasının 

atasından,  həm də anasının atasından  gedir.

Nənə  dedikdə,  miras  qoyanın  həm  ata  tərəfindən,  həm  də  ana  tərəfindən 

nənəsi  başa  düşülür.  Söhbət  miras  qoyan  şəxsin  həm  atasının  anasından, 

həm də anasının anasından gedir.

Miras  qoyanla  (nəvə  ilə)  baba-nənə  arasında  qan  qohumluğu  mövcuddur.

Bax:  n 3  постановления  Пленума Верховного Суда СССР от  1  июля  1966 г. № 6 «О судебной 

практике  по  делам  о  наследовании»  //  Бюллетень  Верховного  Суда  СССР.  1966.  №  4;  Сборник 

постановлений Пленума, с.  178.

574


Qan  qohumluğu  ümumi  ata-babadan  (əcdaddan) törəmə ilə  şərtlənən qohum­

luq  əlaqəsidir.  Buna  görə  də  nəvənin  ölümündən  sonra  baba  və  nənə qanun 

üzrə vərəsə olurlar.

Ana  tərəfindən  baba  və  nənə  nəvə  öldükdən  sonra  həmişə  və  bütün  hal­

larda  qanun  üzrə vərəsəliyə çağırılırlar. Ata tərəfindən baba və nənə isə yalnız 

o  halda  qanun  üzrə vərəsə ola  bilərlər ki,  atalıq  hüquqi cəhətdən  rəsmiləşdiril- 

s in ',  yəni  atalıq  qanunda  nəzərdə tutulan  qaydada  müəyyənləşdirilsin.  Başqa 

sözlə  desək,  əgər miras qoyan  (nəvə) qeydiyyata alınmış nikahdan olarsa, on­

da  həm ata tərəfindən,  həm də ana tərəfindən baba və nənə vərəsəliyə çağınlır- 

lar.  Miras  qoyan  (nəvə)  qeydiyyata  alınmamış nikahdan  (faktiki  nikahdan) oldu­

ğu  hallarda  isə  ata tərəfindən  baba  və  nənə nəvə öldükdən sonra o vaxt vərə­

sə ola  bilərlər ki, atalıq qanunda nəzərdə tutulan qaydada müəyyən edilsin2.

Baba  və  nənə  yalnız  aşağıdakı  hallarda  üçüncü  növbə  üzrə  vərəsələr  ro­

lunda  vərəsəliyə çağırıla  bilərlər:

•   birinci və ikinci  növbə üzrə  vərəsələr olmadığı halda;

•   birinci  və  ikinci  növbə  üzrə vərəsələr tərəfindən  miras əmlak qəbul  olun­

madığı  halda;

•   birinci və ikinci  növbə üzrə vərəsələrin  hamısı vəsiyyət edən tərəfindən

•   birinci  və  ya  ikinci  növbə  üzrə  vərəsələr  tərəfindən  üçüncü  növbə  üzrə 

vərəsələrin  xeyrinə  miras əmlakdan  imtina olunduğu halda;

•   vəsiyyət  üzrə  vərəsələr tərəfindən  üçüncü  növbə  üzrə  vərəsələrin  xeyri­

nə miras əmlakdan  imtina olunduğu halda.

Göstərilən  hallardan  biri  olduqda,  üçüncü  növbə  üzrə  vərəsələr  kimi  baba 

və  nənə vərəsəliyə çağırılırlar.

Dördüncü 

Dördüncü 

növbədə  qanun  üzrə  vərəsəliyə  çağırılan

növbə üzrə 



Şəxslərə dördüncü  növbə üzrə vərəsələr deyilir.

vərəsələr 

Dördüncü  növbə  üzrə  vərəsələr  anlayışı  da  Azərbaycan 

Respublikasının  vərəsəlik  hüququnda  yeni  haldır.  Qanun  üz­

rə  vərəsələrin  bu  kateqoriyası  köhnə  vərəsəlik  hüququna  məlum  deyildi.  Dör­

düncü  növbə  üzrə  vərəsələr  köhnə  vərəsəlik  hüququna  görə,  ümumiyyətlə, 

qanun  üzrə  vərəsəliyə  çağırıla  bilməzdilər.  Bu  hal  isə  vətəndaşların  hüquq  və 

mənafelərini  tam təmin olunmasına  maneçilik törədirdi.

Dördüncü  növbə  üzrə vərəsələr kateqoriyasının  nəzərdə tutulması  onu  ifadə 

edir ki,  Azərbaycan  Respublikasının  müasir vərəsəlik  hüququ qanun  üzrə vərə­

sələrin  dairəsini xeyli genişləndirmişdir.  Bu isə vərəsəlik hüququnun inkişafında, 

vətəndaşlann hüquq və mənafelərinin təmin olunmasında mütərəqqi addımdır.

Dördüncü  növbə  üzrə vərəsələrin dairəsi kifayət qədər genişdir.  Buraya da­

xildir (MM-in  1159-cu  maddəsinin 4-cü bəndi);

•   miras qoyanın  xalaları;

•   miras qoyanın  bibiləri;

•   miras qoyanın dayıları;

•   miras qoyanın əmiləri.

Иоффе O.C.  Советское гражданское право. K>pc леший. Часть 3. Л.,  1965, с.  301.

Советское гражданское право. Учебник. Том 2 / Под ред. О.А.Красавчикова. M.,  I985, с. 520.

575


Xala  dedikdə,  miras  qoyan  şəxsin  anasının  bacısı  başa  düşülür.  Xalalar  iki 

cür  olurlar:  tam  doğma  xalalar;  tam  doğma  olmayan  xalalar.  M iras  qoyanın 

tam  doğma  xalaları  bir-biri  ilə  tam  doğma  bacı  münasibətində  olan  şəxslər­

dir.  Həmin  bacıların  ümumi  ata  və  anası  vardır.  M iras  qoyanın  tam   doğma 

olmayan  xalaları  isə  bir-birinə  münasibətdə  tam  doğma  olmayan  bacılardır. 

Həmin  bacılar  atadan  bir,  anadan  ayrı  və  yaxud  anadan  bir,  atadan  ayrıdırlar. 

Tam  doğma  və  tam  doğma  olmayan  bacılar,  əvvəllərdə  qeyd  etdiyimiz  kimi, 

eyni  və bərabər vərəsəlik  hüququna  malikdirlər’ .  Deməli,  onlar bacısı  uşaqla­

rı  öldükdə  vərəsə  ola  bilərlər.  Bu  isə  o  deməkdir  ki,  m iras  qoyanın  ham  tam 

doğma  xalası,  həm  də  tam   doğma  olm ayan  xalası  heç  b ir  ayrı-seçkiliyə 

yol  verilm ədən  vərəsəliyə  çağırılırlar.

Bibi  dedikdə,  miras  qoyanın  atasının  bacısı  başa  düşülür.  Bibilər  də  iki  cür 

olur:  tam doğma  bibilər;  tam  doğma  olmayan  bibilər.  M iras  qoyanın tam   d o ğ ­

ma  bib ilə ri  tam  doğma  bacı  münasibətində  olan  şəxslərdir.  M iras  qoyanın 

tam  doğma  olm ayan  b ib ilə ri  isə  bir-birinə  münasibətdə  tam  doğma  olmayan 

bacılardır.  Ona  görə  də öz qardaş uşaqlarının  ölümündən  sonra  həm tam  doğ­

ma,  həm  də  tam  doğma  olmayan  bacılar  vərəsə  olurlar.  Deməli,  miras  qoya­

nın  həm  tam   doğm a  b ib ilə ri,  həm  də  tam   doğm a  olm ayan  b ib ilə ri  qanun 

üzrə vərəsəliyə  çağırılırlar.

Dayı  dedikdə,  miras  qoyan  şəxsin  anasının  qardaşı  başa  düşülür.  Dayılar  da  iki 

cür olur  tam  doğma  olan dayı;  tam  doğma olmayan  dayı.  Onlar öz  bacısı  uşaqları 

öldükdən  sonra  qanun  üzrə  vərəsəliyə çağırılırlar.

Əmi  dedikdə,  miras  qoyanın  atasının  qardaşı  başa  düşülür.  Əmilər  də  iki 

yerə  bölünür:  tam  doğma  əmilər;  tam  doğma  olmayan  əmilər.  Tam  doğma 

əmilər bir-birinə  münasibətdə tam  doğma  qardaşlar,  tam  doğma olmayan əmi­

lər isə  tam  doğma  olmayan  qardaşlardır.  Ona  görə  də  həm  tam  doğma  əmi­

lər,  həm  də tam doğma olmayan əmilər qanun  üzrə vərəsəliyə çağırılırlar.

Bibilər və əmilər yalnız o halda vərəsə ola  bilərlər ki,  miras qoyanın  ata tərəf­

dən  mənşəyi  (atalıq)  qanunda  nəzərdə tutulan  qaydada  müəyyenləşdirilsin.  Xa­

lalar və  dayılar  isə  bundan  asılı  olmayaraq  vərəsə  olurlar.  Bu,  məlum  məsələ­

dir.  Belə  ki,  xalalar  və  dayılar  miras  qoyanın  ata  tərəfdən  yox,  ana  tərəfindən 

qohumlarıdırlar.  Buna görə də atalığın  müəyyənləşdirilməsinə ehtiyac yoxdur.

Yalnız  aşağıdakı  hallardan  biri  olduqda  dördüncü  növbə  üzrə  vərəsələr 

(əmilər,  dayılar,  xalalar və  bibilər)  qanun  üzrə vərəsəliyə  çağırılırlar:

•   birinci,  ikinci və  üçüncü  növbə üzrə verəsələr olmadığı  halda;

•   birinci,  ikinci  və  üçüncü  növbə  üzrə  vərəsələr miras  əmlakı  qəbul  etmədi­

yi  halda;

•  birinci,  ikinci  və  üçüncü  növbə  üzrə  vərəsələrin  hamısı  vəsiyyət  edən  tə­

rəfindən vərəsəlik hüququndan  məhrum  edildiyi  halda;

•   birinci,  ikinci  və  üçüncü  növbə  üzrə  vərəsələr tərəfindən  dördüncü  növbə 

üzrə vərəsələrin xeyrinə  mirasdan  imtina  olunduğu  halda;

•  vəsiyyət  üzrə  vərəsə  tərəfindən  miras  əmlakdan  dördüncü  növbə  üzrə 

vərəsələrin xeyrinə  imtina olunduğu  halda.

576


Советское гражданское право.  Учебник. Том  2 / Под ред. О.А.Красавчикова. М.,  1985, с. 519.

Göstərilən  hallardan  biri  olduqda,  miras  qoyanın  dayıları,  əmiləri,  bibiləri və 

xalaları  qanun  üzrə  vərəsəliyə  çağırılırlar.  Özü də onlar vərəsəliyə  növbə  qay­

dasında və  bir-birinin ardınca yox, eyni vaxtda,  hamı birdən çağırılırlar.

g  


Vərəsəlik  hüququnun  beşinci  növbədə vərəsəliyə ça-



üzr^ə vərəsələ^ 

ğtrılan  subyektlərinə  beşinci  növbə  üzrə  vərəsələr

deyilir.  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ 

onların dairəsini  belə müəyyənləşdirir (MM-in 1159-cu maddəsinin 5-ci bəndi);

•   miras qoyanın xala uşaqları;

•   miras qoyanın  dayı  uşaqları;

•   miras  qoyanın  bibi  uşaqları;

•   miras qoyanın  əmi  uşaqları’ .

Göstərilən  şəxslər  köhnə  qanunvericiliyə  görə,  qanun  üzrə  vərəsə  ola  bil­

məzdilər.  Yeni  mülki  qanunvericilik  onlara  qanun  üzrə  vərəsə  olmaq  hüququ 

verməklə  vərəsələrin  sırasını  lazımınca,  xeyli  genişləndirmişdir.  Məsələyə  bu 

cür  yanaşma  isə  bir çox  sivil  və  qabaqcıl ölkələrin  qanunvericilik  ənənələrinə 

uyğun  gəlir.  Belə  hal  vətəndaş  (sivil)  cəmiyyəti  üçün  mühüm  əhəmiyyət  kəsb 

edir.  Belə  ki,  vərəsələrin  dairəsinin  genişləndirilməsi  istər-istəməz miras əmla­

kın  dövlət  mülkiyyətinə  keçməsini  şərtləndirən  halların  məhdudlaşdırılmasına 

gətirib  çıxardır.  Bu  hallar demək olar ki,  heçə endirilmişdir.

Şəxslərin  beşinci  növbə  üzrə vərəsə qismində vərəsəliyə çağırılmaları üçün 

müvafiq  hallardan  birinin olması gərəkdir.  Həmin hallara aiddir:

•   birinci,  ikinci,  üçüncü və dördüncü  növbə üzrə vərəsələr olmadığı  halda;

•   birinci,  ikinci,  üçüncü  və  dördüncü  növbə  üzrə  vərəsələr  mirası  qəbul  et­

mədikləri  halda;

•   birinci,  ikinci,  üçüncü  və dördüncü  növbə üzrə vərəsələrin  hamısı vəsiyyət 

edən tərəfindən  vərəsəlik  hüququndan  məhrum edildikdə;

•   birinci,  ikinci,  üçüncü  və  dördüncü  növbə  üzrə  vərəsələr,  habelə vəsiyyət 

üzrə  vərəsələr  beşinci  növbə  üzrə  vərəsələrin  xeyrinə  mirasdan  imtina 

etdiyi  halda.

Beşinci  növbə  üzrə  vərəsələr də  vərəsəliyə  eyni  vaxtda,  hamısı  birdən  ça­

ğırılırlar.

Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  qanun  üzrə 

vərəsələr  tərkibində  elə  vərəsələr  kateqoriyası  nəzərdə  tu­

tur  ki,  onlar  başqa  vərəsələrlə  bir  bərabərdə  tanınmırlar. 

Həmin  kateqoriya vərəsələrin vərəsə olmaq  hüququ  başqa­

larının  hüququ  ilə  müqayisədə  eyni  deyildir.  Onlar yalnız  qanunda  nəzərdə tu­

tulan  şərtlər  mövcud  olduqda,  xüsusi  (spesifik)  qayda  əsasında  vərəsə  statu­

su  əldə  edirlər.  Həmin  qayda  mülki  hüquq  elmində  (doktrinasında) təmsiletmə 

hüququ  üzrə  vərəsəlik  adlanır.  Təmsiletmə  hüququ  üzrə  vərəsəlik  qanun  üzrə 

vərəsələrin  vərəsəliyə çağırılmasının yalnız xüsusi  (spesifik) qaydasıdır.

Bəzən  həyatda  oğul  və  ya  qız  öz  valideynlərindən,  məsələn,  öz  atasından

Təmsiletmə 

hüququ  üzrə 

vərəsələr 1

RF-in  yeni  mülki  qanunvericiliyini!  göm  (MM-in  1144-cii  maddəsinə  görə),  göstərilən  dörd 



kateqoriya  şəxslər  təmsiletmə  hüququ  üzrə  vərəsəlik  qaydasında  vərəsə  olurlar  (Гущин  В.В. 

Наследственное  право.  Учебное  пособие. 

М-, 

2003,  с.  55;  Власов  Ю.Н.,  Калинин  В.В. 



Наследственное право Российской Федерации. М.,  2002, с.  83).

577


tez  ölür.  Elə  hesab  edək  ki,  atanın  üç  oğlu  vardır.  Oğlanlardan  biri  ölür  və 

onun  iki  qızı (atanın  nəvələri)  qalır.  Bundan  xeyli  müddət  keçmiş  (məsələn,  bir 

il)  atanın  özü  ölür  və  bunun  nəticəsində  miras  açılır.  Belə  halda  miras  qoyan 

atanın  sağ  olan  iki  oğlu  vərəsəliyə  çağırılırlar.  Onlarla  birlikdə,  eyni  vaxtda 

həm  də ölən  oğlun  sağ  olan  iki  qızı,  yəni  miras  qoyan  atanın  iki  qız  nəvəsi  də 

vərəsəliyə  çağırılırlar.  Həmin  qızlar  miras  qoyan  atanın  vərəsəsi  ola  bilən  öz 

ölmüş valideyninin  (əlbəttə,  o,  ölməsəydi  atanın  ölümündən  sonra  vərəsə  ola­

caqdı)  vərəsəlik  münasibətində  yerini  tutur,  onu  əvəz  edir  və  buna  görə  də 

miras  əmlakdan  müəyyən  pay  (qanun  üzrə  vərəsəlik  əsasında  ölmüş  validey­

nə düşəsi  hissəyə  bərabər olan  pay) alırlar.  Bununla  onlar qanun  üzrə vərəsə 

olurlar.  Bu cür vərəsəlik təmsiletmə hüququ  qaydasında vərəsəlik adlanır.  Qız­

lara  isə təmsiletmə  hüququ  üzrə vərəsələr deyilir.  Elə  bil  ki,  onlar  miras əmlak 

bölünərkən  öz  ölmüş  valideynini  (atasını)  vərəsəlik  münasibətlərində  təmsil 

edir,  onun  nümayəndəsi  (təmsilçisi)  rolunda  çıxış  edirlər.  Vərəsəliyin  «təmsi­

letmə hüququ  üzrə vərəsəlik»  adlanması  da məhz bununla  bağlıdır.

Lakin  göstərilən  halda  yaranan  münasibəti  mülki-hüquqi  təmsilçilik  (nüma­

yəndəlik)  münasibəti  hesab  etmək olmaz.  Belə vəziyyətdə  hər hansı  mülki  nü­

mayəndəlik  münasibəti  yaranmır.  Təmsiletmə  hüququ  əsasında  vərəsə  olan 

şəxs  isə  təmsilçi  (nümayəndə)  deyildir.  O,  xüsusi  (spesifik)  qaydada  qanun 

üzrə vərəsə statusu əldə edən şəxsdir.

Təm siletm ə  hüququ  üzrə  vərəsəlik  dedikdə,  x ü s u s i  (spe sifik)  xarak­

terli  elə  b ir  qayda  başa  d ü ş ü lü r  ki,  bu  qaydaya  görə,  m üəyyən  şəxslər 

m iras  açılan  zaman  ölm üş  olan,  əgər ölm əsəydi  və  sağ  qalsaydı,  vərəsə 

ola  bilən  valid e yn lə rin ə   m iras  əmlakdan  qanun  üzrə  v ə rə s ə lik   əsasında 

düşəsi  hissəyə  bərabər  olan  pay  alırlar.  Həmin  şəxslər  isə  təmsiletmə  hü­

ququ  üzrə  vərəsəliyə  çağırılan  vərəsələr  adlanırlar.  Onlar  miras  açılana  kimi 

ölmüş öz valideynini əvəz edərək vərəsəliyə çağırılırlar.

Təmsiletmə  hüququ  üzrə vərəsəliyin  üç  əsas  anlayışı  vardır:  vərəsə;  təmsi­

letmə  hüququ  üzrə  vərəsə;  miras  qoyan  şəxs.  Təmsiletmə  hüququ  üzrə  vərə­

səlik  də  məhz  bunlarla  bağlı  olaraq  yaranır.  Vərəsə  dedikdə,  təmsiletmə  hü­

ququ  üzrə  vərəsənin,  əgər ölməsəydi,  miras  qoyanın  qanun  üzrə  vərəsəsi  ola 

bilən  valideyni  (ata və ya  anası)  başa  düşülür.  Vərəsə  miras  açılan  zaman  ar­

tıq  sağ  olmur.  Əgər  o,  sağ  olsaydı  miras  qoyanın  vərəsəsi  ola  bilərdi.  Ölüm 

onu  miras qoyanın  vərəsəsi  olmaq  imkanından  məhrum  edir.

Təm siletm ə  hüququ  üzrə vərəsə  dedikdə,  vərəsəlik  münasibətlərində və­

rəsəni  -   öz  ölmüş  valideynini  təmsil  və  onu  əvəz  edən,  bu  münasibətlərdə 

onun  yerini  tutan  və  buna  görə  də  vərəsəlik  hüququ  əldə  edən  şəxs  başa  dü­

şülür.  O,  özünün  ölmüş  valideyninin  yerinə  və  əvəzinə  qanun  üzrə  vərəsəliyə 

çağırılan şəxsdir.

Miras  qoyan  dedikdə,  elə  bir şəxs başa  düşülür ki,  məhz onun  ölümü  təm­

siletmə  hüququ  üzrə  vərəsəliyin  yaranmasına  səbəb  olur.  Əgər  vərəsə  ölmə­

səydi,  məhz  onun  vərəsəsi  olacaqdı.  Bu  məsələləri  konkret  misal  çəkməklə 

aydınlaşdıraq.

Kənd  sakininin  bir  oğlu  və  bir  qızı  vardır.  Oğul  ölür.  Onun  üç  uşağı  qalır. 

Oğulun  ölümündən  sonra  kənd  sakini  (ata)  da  ölür.  Bunun  nəticəsində  vərə­

578


səlik yaranır və  miras açılır. Vərəsəliyə həm  kənd sakininin (atanın) sağ qalmış 

qızı,  həm  də  onun  ölmüş  oğlunun  (əgər  sağ  qalsaydı,  məlum  məsələdir ki,  o, 

kənd  sakininin  vərəsəsi olacaqdı) əvəzinə üç uşağı çağırılır.  Burada kənd saki­

ni  (ata)  miras  qoyan,  onun  ölmüş oğlu  vərəsə,  üç uşaq isə  təmsiletmə hüqu­

qu  üzrə vərəsələrdir.

Yalnız  qanun  üzrə  vərəsəlik  halında təmsiletmə  hüququ  üzrə vərəsəli­

yə  yol  v e rilir’ .  Vəsiyyət  üzrə  vərəsəlik  halına  gəldikdə  isə qeyd  etmək  lazım­

dır  ki,  vərəsəliyin  bu  halında  təmsiletmə  hüququ  tətbiq  edilmir1

 2.  Vəsiyyət  üzrə 

vərəsəlik zamanı  təmsiletmə  hüququ  üzrə  miras payının  keçməsinin mümkün­

lüyünü  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  nəzərdə  tutmur3.  Belə 

ki,  əgər vəsiyyətnamədə  vərəsə  kimi göstərilən  şəxs  vəsiyyət edəndən (miras 

qoyan  şəxsdən)  əvvəl  ölərsə,  miras  təmsiletmə  hüququ  üzrə  həmin  şəxsin 

uşaqlarına  keçməyəcəkdir.

.. 


Qeyd  etmək  lazımdır ki,  əvvəllərdə  göstərdiyimiz kimi,

Qanun  uzrə 

,

vərəsələrin  miras 



4anun  uzre  vərəsələr  vərəsəliyə  müəyyən  olunmuş 

əmlakındakı  payı 

növbə  qaydasında  çağırılırlar.  Bu  qaydanın  mahiyyəti 

ondan  ibarətdir  ki,  qanun  üzrə  vərəsələr  vərəsəliyə 

eyni  vaxtda  və  b ir  dəfədə  yox,  ardıcıl  surətdə,  yəni  bir-birlərinin  ardınca 

çağırılırlar:  əvvəlcə  birinci  növbə  üzrə  vərəsələr  vərəsəliyə  çağırılırlar;  sonra 

ikinci  növbə  üzrə  vərəsələr,  daha  sonra  üçüncü  növbə  üzrə  vərəsələr  və  s. 

vərəsəliyə  çağırılırlar.  Amma  hər bir növbə  çərçivəsində  qanun  üzrə vərəsələr 

vərəsəliyə  eyni  vaxtda,  yəni  hamı  birdən  çağırılırlar4.  Belə  ki,  söhbət  əgər bi­

rinci  növbə  üzrə vərəsələrin  miras əldə etməsindən  gedərsə, onda birinci növ­

bə  üzrə vərəsələrin  hamısı  birdən,  eyni  vaxtda vərəsəliyə çağırılacaqlar.

Növbə  qaydasında  vərəsəliyə  çağırılan  vərəsələrin  hər birinə  mirasdan  dü­

şən  pay  necə  müəyyən  edilir?  Miras  həmin  vərəsələr arasında  necə  bölünür? 

Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  bu  suala  cavab  verərək  müəy­

yən  edir  ki,  qanun  üzrə  vərəsələrin  hamısı  bərabər  pay  hüququna  malikdirlər 

(MM-in  1159-cu  maddəsinin  1-ci  bəndi).

Vərəsələrin  hamısının  bərabər  pay  hüququna  malik  olması  nə  deməkdir? 

Bu,  o  deməkdir ki,  qanun  üzrə  vərəsələrin  hər birinə  miras  əmlakdan  düşən 

pay  (m iras  payı)  bərabərdir5.  Başqa  sözlə  desək,  miras  əmlak  qanun  üzrə 

vərəsələr  arasında  bərabər  paylara  bölünür,  yəni  vərəsələr  miras  əmlakı  öz 

aralarında  bərabər  qaydada  bölürlər.  Özü  də  dərhal  qeyd  etməliyik  ki,  miras 

əmlak  yalnız  müvafiq  növbə  üzrə  vərəsəliyə  çağırılan vərəsələr arasında  bə­

1  Антимонов  Б.С.,  Граве  K.A.  Советское  наследственное  право.  M.,  1955,  с.  131;  Советское 

гражданское  право.  Учебник.  Том  2  /  Под  ред.  В.А.Рясенцева.  М.,  1976,  с.  493; Антимонов Б.С. 

Наследственное  право  в  Основах  гражданского  законодательства  //  Советское  государство  и 

право.  1962. № 5, с. 84.

Серебровский В.И.  Очерки советского наследственного права.  М.,  1955, с. 493.

3 Bir sıra xarici ölkələrin qanunvericiliyinə görə  vəsiyyət üzrə vərəsəlik zamanı da təmsiletmə  hü­

ququ  üzrə vərəsəlik yarana  bilər.  Bu, o  halda mümkün olar ki,  vəsiyyət üzrə vərəsələr konkret şəxslər 

kim i yox. qrup halında göstərilsin. Məsələn, vəsiyyətnamədə göstərilir ki, əmlak vəsiyyət edənin bütün 

uşaalanna vəsiyyət olunur {ГрудцинаЛ.Ю.  Наследование (в вопросах и ответах). М., 2002, с.  129).

Д Советское гражданское право. Учебник. Том 2 /  Под ред. В.А.Рясенцева. М.,  1985, с. 492.

Ио<1)фе О.С. Советское гражданское право. Курс лекций. Часть 3. Л.,  1965, с.307.

579


rabər  qaydada  bölünür.  Belə  ki,  əgər vərəsəliyə  birinci  növbə  üzrə  vərəsələr 

çağırılarsa,  miras  əmlak  onlar  arasında  bərabər  qaydada  bölünəcəkdir.  Yox, 

əgər vərəsəliyə  ikinci  növbə  üzrə vərəsələr çağırılarsa,  miras əmlak  həmin və­

rəsələr arasında  bərabər surətdə  bölünəcəkdir və  s.  Bu  qayda  xarici  ölkələrin 

nəzərdə  tutduğu  qaydaya  uyğundur.  Məsələn,  Yaponiya  vərəsəlik  hüququna 

görə,  hər bir növbə  üzrə vərəsənin  miras  payları  bərabərdir'.

Konkret  misala  müraciət edək.  Ata  ölmüşdür.  Vərəsəliyə  atanın  birinci  növ­

bə  üzrə  vərəsələri  çağırılırlar.  Onlar atanın  iki  oğlundan,  üç qızından  və  bir öv­

ladlığa  götürdüyü  şəxsdən  ibarətdir  (cəmi  6  nəfər).  6  nəfərin  hamısı  birdən, 

eyni  vaxtda  vərəsəliyə  çağırılırlar.  Miras  əmlak  onlar  arasında  bərabər  surət­

də  bölünür,  yəni  (

1: 6) = - .   Deməli,  miras  əmlakdan  hər  bir  vərəsəyə  düşən

pay  i  -ə  bərabərdir.

Başqa  bir  misalda  tutalım  ki,  miras  qoyanın  birinci  növbə  üzrə  vərəsələri 

yoxdur.  Belə  halda  ikinci  növbə  üzrə  vərəsələr,  yəni  miras  qoyanın  iki  bacısı 

və  iki  qardaşı vərəsəliyə  çağırılırlar.  Özü  də eyni vaxtda  və  hamı  birdən.  Miras 

əmlak dörd  nəfər (iki  bacı,  iki qardaş) arasında  bərabər qaydada  bölünür,  yəni

(1:4) = — .  Deməli,  miras əmlakdan  hər bir vərəsəyə  düşən  pay  -  -ə  bərabərdir



4

 

4

(məsələn,  əgər  miras  40  min  manat  məbləğində  bank  əmanətindən  ibarət 

olarsa,  onda  hər  bir vərəsəyə  düşən  pul  məbləği,  yəni  miras  payı  10  min  ma­

natdan  ibarət olacaqdır:  40  min:  4 = 1 0  min  manata).

Birinci  növbə  üzrə  vərəsələr  sırasına  daxil  edilən  sağ  qalan  ərin  (arvadın) 

miras  əmlakındakı  payının  təyin  edilməsi  müəyyən  xüsusiyyətlərə  malikdir. 

Məsələ  burasındadır  ki,  nikah  müddətində  ər-arvadın  əldə  etdikləri  əmlak  on­

ların  ümumi  birgə  mülkiyyəti  -   ümumi  birgə  əmlakı  sayılır.  Ər-arvaddan  hər  bi­

rinə  bu  ümumi  əmlakdan  müvafiq  pay  düşür.  Həmin  paya  ər-arvad  payı  deyi­

lir.  Ümumi  əmlakın  bölünməsi  zamanı  bu paylar bərabər  hesab  edilir,  bir şərtlə 

ki,  ər-arvad  arasındakı  müqavilədə  başqa  hal  nəzərdə tutulmasın2.

Ər-arvadın  ümumi  əmlakı  vərəsəlik  üzrə  keçdikdə,  sağ  qalan  ərin  (arvadın) 

ümumi  əmlakdan  ona  çatası  payı,  bir  sözlə,  ər-arvad  payı  mirasa  daxil  edilmir. 

Həmin pay vərəsəliyin obyekti (predmeti) ola  bilməz.  Başqa  sözlə desək, vərəsə­

lik hüququ  ər-arvad  payına şamil edilmir (MM-in  1162-ci  maddəsi).  Konkret  misal 

çəkməklə bu məsələnin mahiyyətinə aydınlıq gətirək. Tutaq ki,  ata (ər) ölür.  Nikah 

müddətində banka öz adına qoyduğu 50 min manat məbləğində əmanət onun bi­

rinci növbə üzrə vərəsələri (iki oğlan, iki qız və onun arvadı) arasında bölünür.

Nikah  müddətində  qazanılan  həmin  pul  ər-arvadın  ümumi  birgə  əmlakı  sa­

yılır.  Onun yarısı  (25 min  manat) sağ  qalan arvadın  payıdır və vərəsəliyin  pred­

meti  ola  bilməz.  Buna  görə  də  mirasa  daxil  edilmir.  Qalan  25  min  manat  pul 

isə  5  nəfər vərəsə  (iki oğul və  iki  qız və  arvad) arasından  bərabər surətdə  bö­

lünür,  yəni  (25  min  :  5)  =  5  min  manat.  Deməli,  arvad  cəmi  əldə  edir:  25  min 

manat +  5 min  manat =  30 min  manat. 1

1  Сакоо Вагацума,  Тору Ариидзуми.  Гражданское право Японии.  Книга 2. M.,  I983, с. 262. 

«Ailo Məcəlləsi»nin 37-ci maddəsinin  l-ci bəndi //A R  Q K, 1 xüsusi buraxılış, s. 784.

580



Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin