Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§  1.  Mirasın  bölüşdürülməsi və  onun  qaydaları



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə50/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   54
§  1.  Mirasın  bölüşdürülməsi və  onun  qaydaları

Mirasın 


Adətən,  həm  qanun  üzrə,  həm  də  vəsiyyət  üzrə  vərəsə-

bölüsdürülm əsi 

liyə  bir  neçə  (iki  və  daha  artlq)  vərəsə  Çağırılır.  Miras 

əmlak  da  həmin  vərəsələr tərəfindən  qəbul  edilir.  Bu  və­



rəsələrə  miras şərikləri  deyilir.  M iras  şə riklə ri  dedikdə,  eyni  vaxtda  vərəsəliyə 

çağırılan  bir  neçə  (iki  və  daha  çox) şəxs  başa  düşülür.  M iras  qəbul  o lu n d u q ­

dan  sonra  m iras  kü tlə si  vahid  əm lak  kim i  həm in  m ira s  ş ə rik lə rin ə   m əx­

sus  o lu r  (MM-in  1157-ci  maddəsi).  Miras  onlar  arasında  bölüşdürülənədək 

harada  olmasından,  tərkibinə  hansı  hüquq və vəzifələrin  daxil  olmasından,  nə­

də  ifadə  edilməsindən  asılı  olmayaraq,  hüquqi  cəhətdən  vahid  kompleks  kimi 

çıxış  edir.  Ona  görə  ki,  vərəsəlik  universal  varislikdir  və  miras  da  bu  vərəsəli- 

yin obyektidir.

Hüquq  ədəbiyyatında  göstərilir  ki,  miras  qoyanın  mülkiyyətində  olan  əmlak 

miras  şəriklərinə  keçdikdə,  onda  onların  həmin  əmlaka  ümumi  mülkiyyət  hü­

ququ’ ,  daha  doğrusu,  ümumi  paylı  mülkiyyət  hüququ  yaranır2.  Bəzən  miras 

əmlaka  miras  şəriklərinin  ümumi  mülkiyyət  hüququ  əmələ  gəlmir.  Məsələn, 

vəsiyyət  edən  tərtib  etdiyi  vəsiyyətnamədə  hansı  konkret  əmlakın  hansı  vərə­

sənin  mülkiyyətinə  keçməsini  dəqiq  olaraq  göstərir.  Aydın  məsələdir  ki,  bu 

halda  ümumi  mülkiyyət  hüququnun  əmələ  gəlməsindən  söhbət  gedə  bilməz.

Miras  şəriklərinin  miras  əmlaka  ümumi  paylı  mülkiyyət  hüququ  həmin  əm­

lak  bölüşdürülənədək  mövcud  olur.  Əgər  miras  əmlak  bölüşdürülərsə,  onda 

ümumi  paylı  mülkiyyət  hüququ  da  ləğv  edilir.  Hər  bir  miras  şərikinin  ümumi 

paylı  mülkiyyət  hüququnun  iştirakçısı  kimi  hüququ  var ki,  m ira s  əm lakının  b ö ­

lünm əsini  və  ya  bu  əm lakdan  onun  payına  düşən  m ira s  h is s ə s in in   a y rıl­

masını  tələb  etsin.  Həm  miras  əmlakının  bütün  vərəsələr  arasında  bölünmə­

si,  həm  də  hər bir vərəsəyə  düşən  miras  paylarının  ayrılması  zamanı  mülki  qa- 

nunverciliyin  müvafiq  normaları  tətbiq  edilir.  Bu  normalar  paylı  mülkiyyətdə 1

1  Серебровский В.И. 

Очерки  советского  наследственного права.  М .,  1953, с.  223.  R om a^üququna 

görə,  mirası  alan  anda  miras  şə riklə rin in   üm um i  m ü lk iy y ə ti  yaranırdı.  M iras  ş ə riklə ri  isə  ümumi 

m ü lkiyyə tçilə r hesab e d ilird ilə r (

Пухан II., Паленок- Акимовская. 

M .  Римское право.  M ., 2000, с.  328).



Антимонов  Б.С.  Граве  К.А 

Советское  наследственное  право.  М .,  1955,  с.221-222;  Гр аж ­

данское право.  У чебник.  Том  1  /  П од ред. 

Е.А.Суханова. 

М .,  1998,  с.  553.

658


olan  əşyanın  bölünməsi  və  ondan  payın  ayrılması  qaydasını  müəyyənləşdirir'. 

Həmin  normalar  Azərbaycan  Respublikasının  MM-in  220-ci  maddəsində  nə­

zərdə tutulmuşdur.  Beləliklə,  m iras əmlakı  bölünərkən və ya  ondan  pay ay­

rılarkən  üm um i  paylı  m ülkiyyətin  bölünm əsi  barədə  normalardan  istifa­

də  o lu n u r1

 2.  Lakin  miras  əmlakın  bölünməsinin  və  ya  ondan  pay  ayrılmasının 

müəyyən xüsusiyyətləri vardır.

Vərəsəliyə  yalnız  bir vərəsə  çağırıldığı  hallarda,  miras əmlakının  bölünmə­

si  məsələsi  ortaya  çıxmır.  Bu,  məlum  məsələdir.  Özü  də  söhbət  həm  vəsiyyət 

üzrə,  həm  də  qanun  üzrə  vərəsəliyə  yeganə vərəsənin  çağırılmasından  gedir. 

Əgər  vərəsəliyə  iki  və  daha  çox  vərəsə  çağırılarsa,  onda  miras  əmlakının  bö­

lünməsi  haqqında  məsələ yaranır.

Əgər vərəsəliyə  qanun  üzrə vərəsələr çağırılarsa,  miras əmlak onlar arasın­

da  bərabər  paylarla  b ölünür.  Məsələn,  vətəndaş ölür.  Vərəsəliyə onun birin­

ci  növbə  beş  vərəsəsi  (arvadı,  atası və  üç  övladı)  çağırılır.  Miras  əmlak onlar

arasında  bərabər qaydada  bölünür,  yəni  1 : 5 = - -   Deməli,  miras əmlakdan hər

bir vərəsənin  payına  düşən  miras  hissəsi  -  -  ə  (20  1 .-ə)  bərabərdir.  Göstərilən

qayda  vərəsəliyə  ikinci,  üçüncü  və  s.  növbə  vərəsələri  çağırıldığı  hallarda  da 

tətbiq  edilir.

Əgər vərəsəliyə  vəsiyyət  üzrə vərəsələr çağırılarsa,  hər  bir vərəsəyə  çata­

sı  m iras  payı  vəsiyyətnam ə  ilə  m üəyyənləşdirilir.  Belə  ki,  vəsiyyət  edən 

tərtib  etdiyi  vəsiyyətnamədə  vərəsələri  təyin  edir  və  həmin  vərəsələrə  düşən 

miras  paylarını  müəyyənləşdirir.  Məsələn, vətəndaş bu məzmunda  belə bir və­

siyyətnamə  tərtib  edir:  «Öz əmlakımın  hamısının  -i- hissəsini oğluma,  ^   hissə­

sini  qardaşıma,  —  hissəsini  bacıma vəsiyyət edirəm».  Bununla  bərabər, vəsiy- 

4

yət edən  vəsiyyətnamədə  konkret olaraq  göstərə  bilər ki,  hansı  vərəsəyə  han­



sı  əmlak  verilsin.  Məsələn,  vəsiyyət  edən  göstərir  ki,  yaşayış  evi  oğluma,  mi­

nik  avtomobili  qardaşıma,  bağ evi  bacıma,  qaraj isə qonşuya vəsiyyət edilsin.

Bəzən  vəsiyyətnamədə  miras  paylarının  müəyyənləşdirilməsi  və  ya  hansı 

vərəsəyə  hansı  əmlakın  verilməsi  barədə  konkret  göstəriş  olmur.  Əgər  bu  cür 

göstəriş  yoxdursa,  onda  miras  əmlak  vəsiyyət  üzrə  vərəsələr  arasında  bəra­

bər paylarla  bölüşdürülür (MM-in  1170-ci  maddəsi).

Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  miras  əmlakının  bölüşdürül­

məsi  zamanı  m ayası  bağlanan,  lakin  hələ  doğulmayan  vərəsənin  (hüqu­

qun  gələcək  su b y e k tin in )  m ənafeyini  qoruyur.  Miras əmlak yalnız o, doğul­



Антимонов Б.С.,  Граве K.A.

  Советское  наследственное  право.  M .,  1955,  с.  222;  Научно-прак­

тический  комментарий  к   Г К   РСФСР /  Под ред. 



Е А.Флейщиц.

  М .,  1966, с.  624;  Советское  граждан­

ское  право.  У че б н и к.  Том  2 /  П од ред. 

О.А.Красавчикова.

  М .,  1985, с.  530; 



Эйдинова Э.Б.

  Наследо­

вание  по зако ну и  по завещанию.  М .,  1984,  с.97.

2  R F-in  yeni  M M - i  ( 1 164-cü  maddə)  göstərir  k i,  miras  əmlaka  vərəsələrin  ümumi  m ülkiyyətinə 

M M -in   üm u m i  m ü lk iy y ə ti  tənzim ləyən  normalan  tətbiq  edilir.  Bununla  m ü lk i  hüquq  elm inin  mövqeyi 

rəsmən  nəzərə alınm ışdır.

659


duqdan  sonra  bölünür.  Əgər  uşaq  doğulmamışdan  əvvəl  mirasın  bölgüsü  ba­

rədə  vərəsələr  saziş  bağlayarsa,  həmin  əqd  etibarsız  (puç  əqd)  hesab  edilir. 

Bu  saziş əsasında  əldə  etdiklərini  vərəsələr naturada  geri  qaytarır və ya  onun 

dəyərini  pulla  ödəyirlər1.  Uşaq  doğulduqdan  sonra  həmin  uşağa  (vərəsəyə) 

düşən  miras  payı  ayrılır.  Yalnız  bundan  sonra  miras  əmlak  qalan  vərəsələr 

arasında  bölüşdürülür.  Bu onunla  bağlıdır ki,  miras açılan anda  uşağın  sağ do­

ğulması  məlum  olmur.  Ona  görə  də  uşağın  d oğulm asm a  k im i  m ira s  əm la­

kın  bölgüsü  dayandırılır.  Mirasın  bölüşdürülməsində  yeni  doğulan  vərəsənin 

qanuni  nümayəndələri  (valideynləri,  övladlığa  götürənlər)  iştirak  edirlər.  Nü­

mayəndə  həmin  vərəsənin  mənafelərini  müdafiə  edir.  Əgər mayası  bağlanmış 

vərəsə  sağ  doğulmazsa  (yəni,  ölü  doğularsa),  onda  o,  miras  bölgüsündə  işti­

rak etmir və onun  üçün  miras payı ayrılmır.

Ər və  arvaddan  biri  ölərkən  miras  əmlakın  bölünməsi  müəyyən  xüsusiyyət­

lərə  malik olur.  Bildiyimiz  kimi,  nikah  müddətində  ər-arvadın  əldə  etdikləri  əm­

lak onların  ümumi  birgə  mülkiyyəti  (əmlakı)  hesab  edilir.  Əgər ər-arvad  arasın­

dakı  müqavilədə  başqa  hal  nəzərdə  tutulmayıbsa,  onların  ümumi  əmlakdakı 

payları  bərabər  hesab  edilir2.  Ona  görə  də  vərəsəliyin  obyekti  yalnız  ölmüş

ərin  (və  ya  arvadın)  ümumi  əmlakdakı  payı  (50  %,  yəni 

hissəsi)  olur  (yəni

mirasa  daxil  edilir).  Məhz  bu  pay vərəsəliyə  çağırılmış vərəsələr arasında  bö­

lünür.  Həmin  paydan  qanun  üzrə  vərəsə  kimi  sağ  qalan  arvada  (ərə)  da  mi­

ras  hissəsi  düşür.  Sağ  qalan  arvadın  (ərin)  ümumi  əmlakdakı  (mülkiyyətdəki)

payı  (50  %,  yəni  -h is s ə s i)  isə  vərəsəliyin  obyekti  sayılmır  (yəni  mirasa  daxil

edilmir)  və  buna  görə  də  miras  bölgüsünün  obyekti  olmur.  Misala  müraciət 

edək.  Ər ölür.  Miras əmlakın  hamısı  ər-arvadın  nikah  müddətində  əldə edilmiş­

dir.  Ölənin  dörd  nəfərdən  ibarət  birinci  növbə  vərəsəsi  (arvadı  və  üç  oğlu) var­

dır.  Miras əmlakın  yarısı  (50  %,  -h is s ə s i)  vərəsəliyin  və  buna  görə  bölgünün

obyekti  ola  bilməz,  çünki  həmin  hissə  sağ  qalan  arvadın  ümumi  əmlakdakı 

(mülkiyyətdəki)  payını  ifadə  edir.  Deməli,  bölgünün  obyekti  qismində  ölmüş

ərin  ümumi  əmlakdakı  (mülkiyyətdəki)  payı,  yəni  əmlakın  ^-hissəsi  çıxış  edir. 

Bu  hissə  dörd  vərəsə  (arvad  və  üç  nəfər  oğul)  arasında  bölünür:  - i :  4  =  i .

Hər bir vərəsənin  miras payı  -  -ə  bərabərdir.

8

Vərəsənin  hüququ  var ki,  onun  payına  düşən  miras  hissəsinin  (miras  payı­



nın)  naturada  ayrılmasını  tələb  etsin.  Buna  real  bölg ü   də  deyilir.  Miras  əmla­

kın  daşınar  əmlak  və  ya  daşınmaz  əmlak  olmasının  məsələyə  dəxli  yoxdur,

660

Гущин В.В.

  Наследственное право.  М ., 2003, с.  86.

«A ilə  M əcəlləsi»nin 37-ci maddəsinin  1-ci bəndi / /A R  Q K , I xüsusi buraxılış, s. 784.


yəni  vərəsə  həm  daşınar,  həm  də  daşınmaz  əmlakdan  öz  payının  naturada 

ayrılm asını  tələb  edə  bilər.  Bu  tələbin  təmin  edilməsi  üçün  üç  şərtin  olması 

vacibdir:  birincisi,  miras  əmlakdan  payın  naturada  aynlması  mümkün  olmalıdır 

(məsələn,  minik  avtomobilinin,  pianinonun,  konsert royalının və s.  naturada böl­

güsü  mümkün  deyil);  ikincisi,  əmlak  payının  naturada  ayrılması  qanunla  qada­

ğan  edilməməlidir;  üçüncüsü,  əmlakdan  payın  naturada  ayrılması  əmlakın  tə­

sərrüfat təyinatının  itirilməsinə  səbəb  olmamalıdır,  bu  təyinata  zidd  olmamalıdır 

və ona  zərər vurmamalıdır1.  Misala  müraciət  edək. Vətəndaş ölür.  Onun iki  oğ­

lu  vardır.  Miras  əmlak  isə yalnız dörd  otaqlı yaşayış  evindən  ibarətdir.  Naturada 

bölgü  (real  bölgü) aparılır və bunun  nəticəsində hər bir vərəsəyə iki otaq düşür.

Bəzən  miras  əmlakı  naturada  bölmək  mümkün  olmur,  yəni  əmlakdan  vərə­

sənin  payına  düşən  miras  hissəsini  naturada  ayırmaq  qeyri-mümkün  olur. 

Söhbət  paylara  bölünməsi  mümkün  olmayan  miras  əmlakdan  gedir.  Bu  cür 

halda  vərəsəliyə  çağırılmış  şəxslərin  arasında  qarşılıqlı  hesablaşma  aparılır. 

Məsələn,  miras  əmlak  bir otaqlı  mənzildən  ibarətdir.  Bu  mənzil  paylara  bölün­

məsi  mümkün  olmayan  əmlak  sayılır  və  onun  naturada  bölgüsü  qeyri-müm­

kündür.  Vərəsəliyə  iki vərəsə çağırılır.  Bu halda  mənzil vərəsələrdən  birinə ve­

rilir.  Həmin  vərəsə o biri vərəsəyə müvafiq  pul  kompensasiyası  ödəyir.

Başqa  bir  misalda  miras  əmlak  içərisində  ən  qiymətlisi  minik  avtomobili 

hesab  edilir.  Vərəsəliyə  iki  vərəsə  çağırılır.  Bu  halda  minik  avtomobili  vərəsə­

lərdən  birinə  verilir.  Digər  vərəsə  isə yerdə  qalan  miras  əmlakını  alır.  Əgər  bu 

əmlakın  dəyəri  minik  avtomobilinin  dəyərindən  aşağı  olarsa,  onda  çatışmayan 

hissə  minik avtomobilini alan vərəsə tərəfindən  pulla  kompensasiya edilir.

Bəzən  bütün  miras  əmlakın  hamısı  vərəsələrdən  (miras  şəriklərindən)  biri­

nə  verilir.  Bunun  üçün  qalan  vərəsələrin  razılığı  lazımdır.  Miras  əmlakın  hamı­

sını  əldə  edən  vərəsə  hər  bir  vərəsəyə  pul  kompensasiyası  ödəyir  (MM-in 

1279-cu  maddəsi).  Məsələn,  miras əmlak  beş otaqlı  yaşayış evindən  ibarətdir. 

Ayrı-ayrı  başqa  şəhərdə  yaşayan  beş  vərəsə  razılığa  gəlirlər ki,  həmin  ev  mi­

ras  qoyanla  birlikdə  yaşayan  vərəsəyə  verilsin.  Bu  vərəsə  isə  öz  növbəsində 

beş  vərəsənin  hər  birinə  (miras  şəriklərinin  hər  birinə)  pul  kompensasiyası 

ödəyir.  Göstərilən  hallarda  məsələ  Azərbaycan  Respublikasının  vərəsəlik  hü­

ququnun  müəyyənləşdirdiyi  ü stü nlük  hüququ  haqqında  qayda  əsasında 

(1302-1305-ci  maddələr)  həll edilir.  Bu  qaydaya  görə,  miras əmlakı almaqda o 

və rə sə n in   ü s tü n lü k   hüququ  vardır  ki,  həmin  vərəsənin  m iras  qoyanla 

b irlik d ə   əm laka  üm um i  m ülkiyyə t  hüququ  olsun.  Məsələn,  ata  ilə  oğulun 

minik  avtomobilinə  ümumi  mülkiyyət  hüququ  vardır.  Atanın  başqa  şəhərdə 

daha  iki  oğlu  vardır.  Ata  öldükdən  sonra  başqa  şəhərdə  yaşayan  oğlanların 

yox,  o  biri  oğulun  minik  avtomobilini  almaqda  üstünlük  hüququ  yaranır.  Bölgü 

predmeti  yaşayış  evi,  mənzil,  ev  avadanlıqları  və  məişət  predmetləri  olduğu 

hallarda  da  üstünlük  hüququ  haqqında  qayda  tətbiq  edilir.  Əmlak  bölgüsü za­

manı  mirasdan  göstərilən obyektləri  (əşyaları) almaqda  o vərəsənin  üstünlük 

hüq uq u   v a rd ır  ki,  həm in  vərəsə  m iras açılanadək  azı  b ir il  miras  qoyanla



Серебровский  В.И.

  Очерки  советского  наследственного  права.  М .,  1953,  с.  224;  Советское 

гражданское  право.  У чеб ник.  Том  2 /  П од ред. 

В.А.Рясенцева.

  М .,  1976, с.  515.

661


birlikdə  yaşamış  olsun.  Üstünlük  hüququnu  həyata  keçirərək  vərəsə  həmin 

əşyaları  alır.  Bu zaman  miras  bölgüsündə  iştirak edən  digər vərəsələrin  əmlak 

mənafeləri  nəzərə  alınır.  Belə  ki,  onlara  mirasdan  üstünlük  hüququnu  həyata 

keçirən  vərəsənin  aldığı  əmlaka  qiymətcə  bərabər  olan  başqa  əşyalar  verilir. 

Əgər  həmin  əmlak  mirasdan  vərəsələrə  çatası  payı  almağa  kifayət  etməzsə, 

onda  üstünlük  hüququnu  həyata  keçirən  vərəsə  onlara  pul  və  ya  əmlak  kom­

pensasiyası  verir.  Əgər  kompensasiyanın  məbləği  çox  olarsa,  məhkəmə  hə­

min vərəsəyə  on  ildən  çox olmayan  müddətə  möhlət verə  bilər.

Elə  hallar da  olur ki,  bütün  miras  əmlakın  hamısının  satılması  barədə  miras 

şərikləri  razılığa  gəlirlər.  Bu  halda  miras  əmlak satılır.  Satışdan  əldə edilən  pul 

miras  şərikləri  arasında  bölüşdürülür.  Bölüşdürmə  zamanı  miras  şəriklərinin 

payı  nəzərə  alınır.  Başqa  sözlə  desək,  pul  o nların  paylarına  u yğun  b ö lü ş ­

dürülür.  Məsələn,  vəsiyyət  edən  bu  məzmunda  vəsiyyətnamə  tərtib  edir:

«Yaşayış  evinin 



j

  hissəsini  böyük  qardaşıma,  ^   hissəsini  kiçik  qardaşıma, 



~

hissəsini  bacıma  vəsiyyət edirəm».  Onun  məcburi vərəsələri yoxdur.  Miras şə­

rikləri  (miras  qoyanın  qardaşları  və  bacısı)  razılığa  gəlirlər  ki,  yaşayış  evi  satıl­

sın.  Yaşayış  evi  60  min  manata  satılır.  Miras  qoyanın  böyük  qardaşına  30  min

manat (60 m in:  - ) ,  kiçik qardaşına  15 min manat (60 min :  - ) ,  bacısına  15 min manat

4



(60 m in:  —) pul çatır.

4

Bölünməz  əmlakın  (minik  avtomobili,  kitabxana,  əmlak  kompleksi  kimi  mü­



əssisə1  və  digərlərinin)  bölüşdürülməsi  onun  təsərrüfat təyinatını  itirməsinə  və 

ya  zəifləməsinə  səbəb  olur.  Buna  görə  də  bu  əmlak  növü  vərəsələr  arasında 

bölgünün  obyekti  ola  bilməz.  Əgər bölünməz əmlak vərəsəliyin  obyekti olarsa 

(mirasa  daxil  edilərsə),  onda  həmin  əmlaka  vərəsələrin  öz  paylarına  uyğun 

olaraq  ümumi  paylı  mülkiyyəti  yaranır  (MM-in  1281-ci  maddəsi).  Bu  məsələ 

barədə  vərəsələr  ayrı  qayda  müəyyənləşdirmək  barədə  razılığa  da  gələ  bilər­

lər.  Məsələn,  vərəsələr belə  bir razılığa  gələ  bilərlər  ki,  bölünməz əmlak  satılsın 

və  satışdan əldə edilən  pul vərəsələr arasında öz paylarına  uyğun  olaraq  bölüş­

dürülsün  və  ya  bölünməz  əmlak  üstünlük  hüququna  malik  olan  vərəsəyə  veril­

sin və  bu vərəsə digər vərəsələrə müvafiq  məbləğdə kompensasiya ödəsin.

Üstünlük  hüququ  haqqında  qayda  vərəsə  (miras  şəriki) tərəfindən  öz  miras 

payına  sərəncam  verildiyi  hallarda  da  tətbiq  edilir.  Belə  ki,  miras  şərikinin  öz 

miras  payı  barəsində  sərəncam  vermək  hüququ  vardır.  Bunun  üçün  o,  müva­

fiq  sərəncam  əqdləri  (alqı-satqı,  bağışlama,  dəyişmə  və  s.  müqavilələr)  bağla­

ya  bilər.  Həmin  əqdlər üçün  mülki  qanunvericilik  notariat forma  nəzərdə tutur. 

Həmin forma  əqdin  notariat qaydasında təsdiqlənməsini tələb  edir.

Göstərilən  halda,  yəni  miras şəriki  öz  payına  dair sərəncam  verərkən  mülki 

qanunvericilik  digər  miras  şəriklərini  üstünlük  hüququ  ilə  təmin  edir.  Bu  hüqu­

qa  görə  onların  miras  şərikinin  payını  almaqda  üstünlük  hüququ  vardır.  Üstün-

V .İ.S İnayski  müəssisəni  bölünm əz  əm lak  kateqoriyasına  aid  e d ir 



(Синайский  В.И.

  Русское 

гражданское  право.  М .. 2002, с.  I35).  Müəssisə həm  də m ü rokkəb əşya kateqoriyasına aid e d ilir.

662


lük  hüququndan  istifadə  olunduqda,  yəni  pay  miras  şərikinə  verildikdə  həmin 

hüquqa  xitam  verilir  (MM-in  1293-cü  maddəsi).  Əgər  bu  hüquqdan  istifadə 

olunmazsa  və  bu  hüquq  sahibi  ölərsə,  onda  həmin  hüquq  vərəsəliyin  obyekti 

olur,  yəni vərəsəlik  üzrə onun vərəsələrinə  keçir (MM-in  1292.3-cü maddəsi).

Miras  əmlak  üç  qaydada  bölüşdürülür.  Onlara  miras 

ln 



əmlakın  bölüşdürülm əsinin  növləri  deyilir,

bölüşdürülm əsi 

.   qarşl|lq|,  razl|,q  əsasında bölgü;

qaydaları (yolları) 

.   notariat qaydasında  bölgü (notarial  bölgüsü);

•   məhkəmə  qaydasında  bölgü  (məhkəmə  bölgüsü).

Q arşılıqlı  razılıq  əsasında  bölgü  odur  ki,  bu  yolla  bütün  vərəsələr  birgə 

saziş  əsasında  notariat  və  ya  məhkəmənin  iştirakı  olmadan  miras  əmlakı  bö­

lüşdürürlər.  Bu,  ümumi  qayda  olub,  mülki  qanunvericilikdə  nəzərdə  tutulur 

(MM-in  1274-cü  maddəsi).  Həmin  yoldan  həm  qanun  üzrə,  həm  də  vəsiyyət 

üzrə  vərəsəlik  zamanı  miras  əmlak  bölüşdürülərkən  istifadə  olunur.  Belə  ki, 

miras  əmlak  bütün  qanun  üzrə  vərəsələrin  və  ya  bütün  vəsiyyət  üzrə  vərəsə­

lərin  qarşılıqlı  razılığı  ilə  onlardan  hər  birinə  qanun  və  ya  vəsiyyətnamə  üzrə 

düşən  paya  uyğun  olaraq  bölüşdürülür.

Q arşılıqlı  razılaşm a  yolundan  o  halda  istifadə  o lunur ki,  miras əmlakın 

bö lg ü sü   barədə  vərəsələr  arasında  m übahisə  yaranmasın.  Vərəsələr  öz­

ləri  müəyyənləşdirirlər:  mirasdan  payın naturada ayrılmasını;  bütün  mirasın sa­

tılmasını  və  satışdan  əldə  edilən  pulun  vərəsələr  arasında  onların  paylarına 

uyğun  bölüşdürülməsini;  bütün  mirasın  bir miras şərikinə verilməsini və həmin 

şərikin  digər  miras  şəriklərinə  müvafiq  kompensasiya  ödəməsini;  bölünməz 

əmlaka  paylı  mülkiyyətin  müəyyən  edilməsini;  vərəsələr  arasında  kompensa­

siya  ödənilməsi  və  qarşılıqlı  hesablaşma  məsələlərini;  miras  qoyanın  kreditor­

larının  borc  tələblərinin  hansı  vərəsənin  öhdəsinə  qoyulmasını;  miras  qoyanın 

borclularının  borcun  vərəsələrdən  kimə  ödəməsini,  öhdəliyin  hansı  vərəsəyə 

icra  etməsini və s.

Vərəsələrin  qarşılıqlı  razılığa  gəlmələri  onu  ifadə  edir  ki,  onlar arasında  m i­

rasın  b ö lg ü sü   barədə  əqd  (m üqavilə,  saziş)  bağlanmışdır.  Əgər  həmin 

əqd  bağlandığı  anda  da  icra  edilərsə,  o, şifahi formada  bağlanılır.  Bununla  bə­

rabər,  mirasın  bölgüsü  barədə  əqd  həm  sadə  yazılı  formada,  həm  də  notarial 

formada  bağlana  bilər.

Miras  əmlakın  bölüşdürülməsinin  ikinci  növü  notarial  bölgü  (notariat qayda­

sında  bölgü)  adlanır.  Notarial  bölgü  dedikdə,  miras  əmlakın  notariat  kontoru­

nun  (notariusun)  iştirakı  ilə  bölüşdürülməsi  başa  düşülür.  Bu  bölgüdən  yalnız 

iki  şə rt  old u q da   istifadə  olunur:  birincisi,  vərəsələr  arasında  miras  əmlakın 

b ö lü ş d ü rü lm ə s i  barədə  m übahisə yaranm asın1;  ikincisi,  mirasa elə bir əm­

lak  daxil  edilsin  ki,  bu  əmlaka  sərəncam  verilm əsi  və  ya  həmin  əmlakın 

alınm ası  n o ta ria t  ko n toru n u n   vərəsəlik  şəhadətnam əsi  olmadan  qeyri- 

m üm kün  o ls u n 1

 2.  Yaşayış  evi,  minik  avtomobili  və  bank  əmanəti  belə  əmlak



Эйдинова Э.Б.

  Наследование по закону и  по завещанию.  M .,  I984, с.  97.



Эйдинова  Э.Б.

  Наследование  по  закону  и  по  завещанию.  М .,  1984,  с.97; 

Иикипиок  П.С. 

Наследственное  право  и  наследственный  процесс.  Киш инев.  1973,  с.  204; 



Гордон  М.В. 

Наследование  пр. закону  и  по завещанию.  M .,  1967, с.  97.

663


hesab  edilir.  Notariat  kontorunun  verdiyi  vərəsəlik  şəhadətnaməsi  olmadan 

həmin  əmlak  növlərini  almaq  və  əldə  etmək  mümkün  deyildir.  Məsələn,  bank 

əmanətini  vərəsənin  bankdan  alması  üçün  onun  notariat  kontorunun  vərəsəlik 

şəhadətnaməsini  banka  təqdim  etməsi tələb olunur.

Göstərilən  iki  şərt  olduqda,  miras  əmlakın  bölüşdürülməsi  notariat  qayda­

sında  həyata  keçirilir.  Başqa  sözlə  desək,  vərəsələrin  vərəsəlik  hüququnu  təs­

diq  edən  sənədin  (vərəsəlik  şəhadətnaməsinin)  alınması  məcburi  olan  hallar­

da,  notarial  bölgü yolu  ilə  miras əmlak  bölüşdürülür.

Notariat  kontorunun  miras  əmlakın  naturada  bölgüsünü  (real  bölgü)  həyata 

keçirmək  hüququ  vardır.  Belə  ki,  o,  ölən  şəxsin  hansı  əşyasının  kimə  keçməsi­

ni  müəyyənləşdirə  bilər.  Bununla  belə,  notariat  kontorunun  miras  qoyanın 

borclarının  hansı  vərəsənin  ödəməsini təyin  etmək hüququ  da  vardır.

Notariat  orqanı  miras  əmlakı  vərəsələrdən  hər  birinə  qanun  və  ya  vəsiyyət­

namə  üzrə  düşən  paya  uyğun  bölüşdürür.  Buna  görə  də  real  bölgü  (naturada 

bölgü)  zamanı  vərəsəyə  onun  miras  payının  dəyərinə  uyğun  əmlak  verilir.  La­

kin  bu,  miras  əmlakın  vərəsələrin  razılığı  ilə  onların  miras  paylarına  uyğun  ol­

mayan  qaydada  bölgüsünü  qadağan  etmir,  aradan  qaldırmır.  Belə  ki,  ümumi 

mülkiyyət  iştirakçıların  paylarına  uyğun  olmadan  da  bölünə  bilər.  Məsələn,  mi­

ras  əmlak  20  min  manatlıq  evdən,  10  min  manatlıq  minik  avtomobilindən  və 

konkret  dəyəri  olmayan  müəlliflik  hüququndan  ibarətdir.  Miras  əmlak  üç  vərə­

sə  arasında  bölündüyünə  görə  vərəsələrdən  hər  birinin  miras  payı  (ideal  pay)

j   hissədən  ibarətdir.  Notariat kontoru  bu cür bölgü  aparır (əlbəttə,  vərəsələrin

razılığı  ilə):  yaşayış  evi  vərəsələrdən  birinə,  minik  avtomobili  digər  vərəsəyə, 

müəlliflik  hüququndan  istifadə  hüququ  isə  üçüncü  vərəsəyə verilir.  Bu  isə  onu 

göstərir  ki,  m iras  əm lakın  bö lg ü sü   və rə sə lə rin   m ira s  p a ylarına  uyğun  o l­

maya  da  b ilə r'.

Notarial  bölgü  hüquqi  cəhətdən  mirasın  bölgüsü  barədə  əqd  (müqavilə,  sa­

ziş) vasitəsilə  rəsmiləşdirilir.  Həmin əqd  bölgünün  şərtlərini  müəyyənləşdirir və 

vərəsələr  tərəfindən  imzalanır.  Bundan  sonra  o,  notarius  tərəfindən  təsdiqlə­

nir.  Əgər  əqd  miras  qoyanın  borclarının  ödənilməsi  qaydasını  müəyyənləşdi­

rərsə,  onda  əqdə  kreditorların  verdiyi arayış  (razılıq)  da  əlavə  edilir.

Miras  əmlakın  bölüşdürülməsinin  üçüncü  yolu  məhkəmə  qaydasıdır.  Əgər 

miras  əmlak  məhkəmənin  iştirakı  ilə  iddia  icraatı  qaydası  əsasında  bölünərsə, 

buna  məhkəmə  yolu  ilə  m iras  əmlakın  b ö lü ş d ü rü lm ə s i  deyilir.  Bu  yoldan 

yalnız  o  halda  istifadə  olunur  ki,  m iras  şə riklə ri  arasında  m ira sın   b ö lü ş d ü ­

rülm əsi  haqqında  ix tila f yaransın.  Başqa  sözlə  desək,  miras əmlakın  bölüş­

dürülməsi  barədə  vərəsələr  arasında  razılıq  olmadığı  hallarda,  bölgü  məhkə­

mə  qaydasında  aparılır.  Bu  qayda  mülki  qanunvericilikdə  birbaşa  nəzərdə  tu­

tulur  (MM-in  1291-ci  maddəsi).  Plenum  qərarı  da  məsələyə  məhz  bu  cür  ya­

naşır:  miras  əmlak  üzrə  mübahisə  olarsa,  vərəsə  mirasın  bölünməsi  üçün  no-

M ü ə lliflə rd ə n   N .İ.Bondarev  bunun  əksi  olan  f ik ir   s ö y lə y ir.  O ,  g ö stə rir  k i, 

m iras  əm lakın 

vərəsələrin  miras  paylarına  uyğun  gəlm əyən  qaydada  bölgüsünə  y o l  v e rilm ir 

(Бондарев  Н.И., 

'Ш ипова Э.Б.. Яковлева А Л.

  Нотариат.  М .,  1968).  Şübhəsiz k i, bu  f ik ir  həq iq ətd ən   uzaqdır.

664


tariat  kontoruna yox,  iddia  ərizəsi  ilə  məhkəməyə  müraciət edir1.

Məhkəmə  təkcə  vərəsələr  arasındakı  mübahisələrə  baxmır.  Vərəsələrlə 

üçüncü  şəxslər arasındakı  mübahisələr də  məhkəmə  araşdırmasının  predmeti 

ola  bilər.  Bundan  əlavə,  vərəsəlik  hüququ  barədə  vərəsələr  və  notarius  ara­

sında yaranan  mübahisəyə  məhkəmədə  (iddia icraatı  qaydasında) baxılır1

 2.


Məhkəmə  mübahisəyə  baxaraq qəbul  etdiyi  qərarda,  hər şeydən əvvəl,  bü­

tün  vərəsələrin  m iras  paylarını  (ideal  paylarını)  dəqiq  olaraq  göstərməli­

d ir.  Məhkəmə  miras əmlakın  real  bölgüsünü  (naturada  bölgüsünü) də apa­

ra  bilər.  Bu  halda  hər  bir  vərəsənin  mülkiyyətinə  verilən  əmlak  sadalanır. 

Məhkəmə  miras  qoyanın  borclarının  ödənilməsi  qaydasını  da  müəyyənləşdirə 

bilər.  Lakin  o,  bu  məsələdə  kreditorların  (yəni  miras  qoyanın  kreditorlarının) 

mövqeyini  nəzərə  almalıdır.

Miras  əmlakın  bölüşdürülməsi  barədə  mübahisə  proses  iştirakçılarının  bağ­

ladıqları  barışıq  sazişi  vasitəsi  ilə  də  həll  edilə  bilər.  Bu  saziş yalnız  məhkəmə 

tərəfindən  təsdiqləndikdən  sonra  hüquqi əhəmiyyət kəsb edir.




Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin