Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§ 3.  Mirasın  qəbul  edilməsinin  hüquqi  nəticələri



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə52/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   54
§ 3.  Mirasın  qəbul  edilməsinin  hüquqi  nəticələri

Qeyd etdiyimiz kimi,  mirasın  qəbul  edilməsi əqddir.  Əqd  isə xü-

Umumi 

susi  olaraq  hüquqi  nəticə  əldə  edilməsinə  yönələn  hərəkətdir,



müddəalar 

g u  bərəkət  nəticəsində  mülki  hüquq  və  vəzifələr  yaranır  (o

cümlədən  dəyişir və  ya  xitam  olunur).  Bəs,  mirası  qəbul  etmək  kimi  əqd  nəticə­

sində hansı hüquqi  nəticə əldə edilir,  hansı mülki  hüquq və vəzifələr yaranır?

Mirasın  qəbul  edilməsi  yalnız  yeganə  hüquqi  nəticənin  əmələ  gəlməsinə 

səbəb  olur:  vərəsələr  əvvəllər  m iras  qoyana  m əxsus  olan  və  vərə sə lik 

qaydasında  onlara  keçən  bütün  m ülki  h ü quq  və  və z ifə lə rin   daşıyıcıları 

o lu rlar1,  yəni  vərəsələr  üçün  həm  mülki  hüquqlar,  həm  də  vəzifələr  yaranır. 

Özü  də bu  hüquq  və  vəzifələrin  həcmi  dəyişmir.  Vərəsəlik  üzrə  keçən  hüquqla­

rın  həcminin  dəyişməməsi  onu  ifadə  edir  ki,  həmin  hüquqlar  vərəsələr  tərəfin­

dən  miras qoyan  üçün  mümkün olan  həddə həyata  keçirilə bilər.  Vərəsəlik  üzrə 

keçən  vəzifələrin  həcminin  dəyişməməsi  isə  onu  ifadə  edir  ki,  həmin  vəzifələr 

vərəsələr tərəfindən  miras qoyan üçün məcburi olan  həddə icra  olunmalıdır.

Digər tərəfdən  vərəsəlik  universal  hüquq  varisliyidir.  Buna  görə  də  vərəsə­

lərə  miras qoyanın  həm  mülki  hüquqları,  həm  də  mülki vəzifələri  keçir.  Mirasın 

açılması  ilə  eyni  vaxtda  vərəsələrə  bütün  hüquq  və  vəzifələr  keçir2.  Miras 

ölən  şəxsin  mülki  hüquq  və vəzifələrinin  məcmusu  olub,  vərəsələrə  tam  halın­

da  keçir.  Başqa  sözlə  desək,  vərəsələrə  miras  aktivi  (miras  qoyanın  öldüyü 

ana  kimi  malik  olduğu  əmlak  hüquqları)  miras  passivi  (miras  qoyanın  öldüyü 

ana  kimi  daşıdığı  əmlak  vəzifələri)  ilə  birlikdə  keçir.  Aktiv  passivsiz,  passiv  də 

öz  növbəsində  aktivsiz vərəsəlik  qaydasında  keçə  bilməz.  Buna  görə  də  mira­

sın  qəbulu  vərəsəyə  təkcə  miras  qoyanın  əvvəllər  malik  olduğu  mülki  (əmlak) 

hüquqlar  vermir,  həm  də  onun  üzərinə  miras  qoyanın  əvvəllər  daşıdığı  əmlak 

vəzifələri  qoyur,  yəni  vərəsəni  miras  qoyanın  öldüyü  ana  kimi  daşıdığı  vəzifə­

lərlə  yüklü  edir.  Bu  o  deməkdir  ki,  vərəsələr  miras  qoyanın  vəzifələrini  (öhdə­

liklərini)  icra  etməli,  borclarını ödəməlidirlər.  Miras qoyanın  borcları  mirasın tər­

kib (passiv) hissəsini  təşkil  edir.

Beləliklə,  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  müəyyən  edir  ki, 

mirası  qəbul  edən  kim i  vərəsələrin  üzərinə  yük,  yəni  m ə s u liy y ə t  düşür.

Bu məsuliyyət ibarətdir:

•  birincisi,  vərəsənin  v ə siyyə t tapşırığının  (leqatın)  icrasına  görə  m əsu­

liyyəti:


•   ikincisi,  vərəsənin  m iras  qoyanın  borclarına  (öh d ə liklə rin ə ,  v ə z ifə lə ri­

nə)  görə  m əsuliyyəti;

•  üçüncüsü,  m iras  qoyanın  ölüm ü  ilə  bağlı  olaraq  yaranan  xərclərə   g ö ­

rə  m əsuliyyət.



Иоффе O.C.

  С о в е т с к о е  г р а ж д а н с к о е   п р а в о .  К у р с  л е к ц и й .   Ч а с т ь  3 .  Л . ,   1 9 6 5 , с .3 3 7 .



Сакао Нагацума,  Тору Аричдзумч.

  Г р а ж д а н с к о е   п р а в о   Я п о н и и .   К н и г а   2 .  М - ,   1 9 8 3 , с .  2 7 7 .

672


Vərəsənin  üzərinə  vəsiyyət tapşırığının  (leqatın)  icrası  vəzifəsi  qoyulduqda, 

o,  leqatari  qarşısında  məsuliyyət  daşıyır.  Belə ki.  bu vərəsə  miras qoyan  şəx­

sin  həmin  vərəsəyə  olan  borcunu  çıxmaqla,  leqatı  (vəsiyyət  tapşırığını),  ona 

çatası  miras əmlakın  həqiqi  dəyəri  həcmində icra etməlidir.  Biz bu  barədə  əv­

vəlki  fəsillərin  birində danışmışıq.

Vərəsə  həm  də  m iras  qoyanın  borclarına  (öhdəliklərinə)  görə  onun 

k re d ito rla rı  qarşısında  m əsuliyyət daşıyır.  Söhbət miras qoyanın  kreditorla­

rı  qarşısında  məsuliyyət daşımaqdan  gedir.  Miras qoyanın  kreditorları  dedik­

də,  miras  qoyanın  öldüyü  anadək onun  iştirakçısı  olduğu  müxtəlif mülki (öhdə­

lik)  hüquq  münasibətlərindən  irəli  gələn  tələb  etmək  hüququna  malik  olan 

şəxslər  başa  düşülür.  Onlar  həmin  münasibətlərdə  tərəf  rolunda  çıxış  etmiş 

olan  şəxslərdir.  Bu  münasibətlərdən  miras qoyanın  borcları  (öhdəlikləri) yara­

nır.  Onlara  aiddir:  miras  qoyanın  borc  müqaviləsindən  irəli  gələn  borcları;  mi­

ras  qoyanın  nisyə  alqı-satqı  və  ya  icra  olunmamış  alqı-satqı  müqaviləsindən 

irəli  gələn  borcları;  miras  qoyanın  əmlak  kirayə  və  ya  icarə  müqaviləsindən 

irəli  gələn  borcları;  miras  qoyanın  kredit  müqaviləsindən  irəli  gələn  borcları; 

miras qoyanın  delikt  hüquq  münasibətindən  irəli gələn  borcları və s.

Miras  qoyanın  borcları  bir  qayda  olaraq,  pul  formasında  olur.  Bunlara  pul 

bo rcla rı  (ö h d ə lik lə ri) deyilir.  Onun  borcları  natural formada  da  ola bilər.  Bun­

lara  natural  b o rcla r  deyilir.  Məsələn,  kirayəçi  rolunda  çıxış  edən  miras  qoya­

nın  kirayəyə  götürdüyü  əmlakı  qaytarmaq  öhdəliyi  natural  borcdur.

Miras  qoyanın  öz  kreditorlarına  olan  borclarına  görə  m əsuliyyətin  subyek­

ti  və siyyə tn am ə   icraçısı  və  vərəsələrdir.  Miras  qoyanın  kreditorları  öz  pre- 

tenziyalarını  (tələblərini)  irəli  sürə  bilərlər1:

•   vərəsələr tərəfindən  miras qəbul edilənədək -  vəsiyyətnamə icraçısına;

•   vərəsələr  tərəfindən  miras  qəbul  edildikdən  sonra  -   mirası  qəbul  etmiş

vərəsələrə.

Mirası  qəbul  etməyən  vərəsə  miras  qoyanın  borclarına  görə  məsuliyyətə 

cəlb  edilə  bilməz.  Bu  o  deməkdir  ki,  miras  qoyanın  bütün  vərəsələri  yox,  yal­

nız  m irası  qəbul  edən  vərəsələri  m əsuliyyət  daşıyırlar.  Məhz mirası  qəbul 

etmək  nəticəsində  vərəsə  üçün  miras  qoyanın  borclarına  görə  məsuliyyət  ya­

ranır.  Özü  də  vərəsənin  məsuliyyətin  subyekti  kimi  tanınmasına  təsir  göstər­

mir:  vərəsəyə  mirasın  qanun  üzrə  vərəsəlik qaydasında  keçməsi; vərəsəyə mi­

rasın vəsiyyət üzrə  vərəsəlik qaydasında  keçməsi; vərəsəyə bütün mirasın hamı­

sının  keçməsi;  vərəsəyə  onun  payına düşən  miras hissəsinin  keçməsi;  vərəsəyə 

konkret  müəyyən  əşya  verilməsi.  Vərəsə  bunlardan  asılı  olmayaraq  məsuliyyət 

daşıyır.  Əgər  vərəsə  mirası  qəbul  etməyə  öz  razılığını  bildirmişsə,  bununla  o, 

öz  üzərinə  miras qoyanın  borclarına  görə  məsuliyyət götürmüş olur.

Dövlət  (Azərbaycan  Respublikası)  öz  orqanlarının  simasında  vərəsəsiz əm­

lak üzrə vərəsəlik zamanı  vərəsə  kimi çıxış edir.  Dövlətin vərəsəsiz əmlaka olan 

hüququ  isə vərəsəlik hüququdur.  Məhz bu səbəbdən  dövlət məsuliyyətin sub­

yekti  sayılır.  Buna  görə  də Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  mü­

əyyən  edir  ki,  vərəsələri  olmayan  əmlak  dövlətə  keçdikdə,  miras qoyanın  borc-



Зайцева  Т.И.,  Крашенинников П.В.

  Н а с л е д с т в е н н о е   п р а в о .  М . ,   2 0 0 3 ,  с.  I 6 3 .

673


lari  üzrə o, vərəsə  kimi məsuliyyət daşıyır (MM-in  1314-cü  maddəsi).

Vəsiyyət tapşırığı  alan  (leqatari)  m iras  qoyanın  bo rcla rın a   görə  m əsu­

liyyətin  subyekti  hesab  edilm ir.  Ona  görə  ki,  leqatari vərəsədən tələb etmək 

hüququna  (öhdəlik  hüququna)  malik  olan  şəxsdir.  O,  vərəsəyə  münasibətdə 

kreditor kimi  çıxış  edir.  Leqatari  yalnız tələb  hüququ  əldə  edir və  miras  qoya­

nın  borclarına  görə  məsuliyyət daşımır.  Buna görə  də öz borclarını  almaq  üçün 

miras  qoyanın  kreditorları  leqatariyə  yox,  vərəsəyə  tələb  irəli  sürməlidirlər.  Bir 

sözlə,  leqatari  miras  qoyanın  borclarına  görə  onun  kreditorları  qarşısında  mə­

suliyyət daşıya  bilməz.

Miras qovanın  öz 

Vərəsələr  mirası  qəbul  etdikdən  sonra  miras  qo- 

kreditorlarına olan 

yanın  borclarına  görə  hansı  həddə  məsuliyyət  da- 

borclarına  görə 

şıyırlar? Vərəsələrin  üzərinə  hansı  həcmdə  məsu- 

vərəsələrin  m əsuliyyəti 

liyyət düşür?

Elə  hesab  edirik  ki,  mirası  qəbul  edən  vərəsə­

nin  üzərinə  onun  miras  qoyanın  bütün  borclarını  ödəmək  vəzifəsi  qoymağın 

heç  bir  əsası  yoxdur.  Bu  halda  vərəsə  qeyri-məhdud  məsuliyyət  daşıyardı. 

Q eyri-m əhdud  m əsu liyyət  dedikdə,  vərəsənin  miras  qoyanın  kreditorlarının 

bütün  tələblərini  istisnasız  olaraq,  miras  əmlak  hesabına,  miras  əmlak  çatış- 

madıqda  isə  öz  şəxsi  əmlakı  hesabına  təmin  etməsi  başa  düşülür.  Başqa  söz­

lə  desək,  qeyri-məhdud  məsuliyyətə  görə,  vərəsə  miras  qoyanın  bütün  borcla­

rını  həm  miras  əmlak  hesabına,  bu  əmlak  çatışmadıqda  isə  öz  şəxsi  əmlakı 

hesabına  tamamilə  ödəməlidir.

Vərəsənin  üzərinə  miras  qoyanın  borclarına  görə  qeyri-məhdud  məsuliyyət 

qoymaq  açıq-aşkar  insafsızlıq  və  ədalətsizlik  demək  olardı.  Axı,  belə  halda, 

əgər  ödənilməli  olan  borc  məbləği  vərəsənin  əldə  etdiyi  miras  əmlakın  məblə­

ğindən  çox  olarsa  (yəni  passiv  aktivdən  çox  olarsa),  vərəsə  özünəməxsus 

olan  şəxsi  əmlakını  itirə  bilər.  Bundan  əlavə,  miras  artıq  qəbul  edildikdən  son­

ra  miras  qoyanın  əvvəllər məlum  olmayan  borcları  aşkar edilə  bilər.  Bu  borcla­

rın  hamısının  ödənilməsi  isə  vərəsəni şübhəsiz  ki,  maddi  cəhətdən çətin vəziy­

yətə  salardı,  onu  öz  şəxsi  əmlakından  məhrum  edərdi.  Bunu  nəzərə  alaraq 

Azərbaycan  R espublikasının  və rə sə lik  hüq uq u   m ira s  q oyanın  b o rc la rı­

na  görə vərəsənin  qeyri-m əhdud  m əsu liyyət daşım aq  p rin s ip in i  qəbul  e t­

mir,  ondan  imtina  edir.  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  belə  bir 

prinsipdən  çıxış edir ki,  vərəsə  miras qoyanın  borclarına  görə  m əhdud  m əsu ­

liyyət  daşıyır:  hər  bir vərəsə  öz  şəxsi  əmlakı  ilə  yox,  ya ln ız  ona  m ira s  a k ti­

vindən  düşən  h issə sin in   dəyəri  həddində  cavab  v e rir.  Məsuliyyət  vərəsə­

nin  aldığı  məbləğlə  məhdudlaşır. Vərəsə yalnız real  və  həqiqi  olaraq ona  keç­

miş miras əmlakı  həcmində (ölçüsündə) məsuliyyət daşıyır:

Başqa  sözlə  desək,  vərəsə  miras qoyanın  kreditorlara  olan  borcunu  miras 

aktivindən  həmin  vərəsənin  payına  düşən  hissəsinin  dəyəri  həcmində  ödəmə­

lidir.  Məsələn,  mirası  birinci  növbə  vərəsələr sırasına  daxil  olan  üç vərəsə qə­

bul  edir.  Miras aktivi 60  min  manatdan  ibarətdir.  Miras  aktivindən  hər bir vərə­

sənin  payına  düşən  hissə  20  min  manatdır (60  min:  3=20  min).  Hər  bir vərəsə 

20 min  manat  həddində  miras  qoyanın  borclarına  görə  məsuliyyət daşıyır.  Və­

rəsələrin  məsuliyyətinin həcmi  həmin  həddi aşa,  ondan  çox ola  bilməz.

674


Lakin  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququnun  məhdud  məsuliy­

yət  prinsipini  müəyyənləşdirməsi  onu  ifadə  etmir  ki,  miras  qoyanın  borcları 

təkcə  yalnız  miras  əmlak  (vərəsəliyin  obyekti  olan  əmlak)  hesabına  ödənilə 

bilər,  yəni  miras  qoyanın  kreditorları  yalnız,  təkcə  miras  əmlaka  tələb yönəldə 

bilərlər.  Onlar öz  istəyi  və  seçimi  ilə  vərəsənin  şəxsi  əmlakına  da  tələb yönəl­

də  bilərlər1  (məsələn,  vərəsələrə  vərəsəlik  qaydasında  yaşayış  evi  keçir.  Am­

ma  kreditorlara  olan  borc  vərəsələrin  nağd  pulu  hesabına  ödənilir).  Amma 

və rəsələr  həm işə  və  bütün  hallarda  m iras  əmlakın  (miras  payının)  dəyə­

rindən  çox və  artıq  həddə  m əsuliyyət daşımır.

Göründüyü  kimi,  Azərbaycan  Respublikasının vərəsəlik hüququna görə və­

rəsələrin  məsuliyyəti  onlara  keçən  miras  əmlakın  dəyəri  ilə  məhdudlaşır.  Hər 

b ir  vərəsə  aldığı  pay  -   m iras  aktivindən  onun  payına  düşən  hissə  həd­

dində  m əsu liyyət  daşıyır.  Əgər həmin  hissə  kreditorların  pretenziyalarını  (id­

dialarını)  təmin  etmək  üçün  kifayət  edərsə,  onda  miras  qoyanın  kreditorlarına 

olan  borclar tam  həcmdə  ödənilir.  Əksinə,  kifayət etmədiyi  hallarda  isə  borcun 

bir  hissəsi  ödənilməmiş  qalır.  Həmin  hissəni  vərəsə  ödəməli  deyildir  və  bu, 

mülki  hüquq  pozuntusu  sayılmır.  Kreditor  isə  göstərilən  hissə  barəsində  hər 

hansı  tələb  irəli  sürə  bilməz.  Ona  görə  ki,  borcun  ödənilməmiş  hissəsi  «ara­

dan  qalxır»,  «yox olur»,  bir sözlə,  ləğv edilir.  Göstərdiyimiz  bu  qayda  istənilən 

vərəsəyə  - fiziki  şəxslərə,  hüquqi  şəxslərə,  habelə vərəsəsiz əmlak  üzrə vərə­

sə  olan  dövlətə  də  aiddir.  Dövlət vəsiyyət  üzrə  vərəsə  oiduğu  hallarda  həmin 

qayda  tətbiq  edilir* 2.  Lakin  göstərilən  qaydanı  düzgün  tətbiq  etmək  lazımdır. 

Bunun  üçün  m ira s  əmlakın  dəyərinin  hesablanması  barədə  qayda  nəzərə 

alınmalıdır.

Miras  əmlakın  dəyəri  miras  açıldığı  ana  görə  müəyyənləşdirilir.  O,  nə  miras 

qəbul  olunduğu  ana  görə,  nə  də  kreditorların  vərəsələrə  tələb  və  ya  iddia 

irəli  sürdükləri  ana  görə  müəyyən  oluna  bilər.  Miras  açılan  ana  görə  mirasın 

tərkibinə  daxil  olan  həm  aktiv  (əmlak  hüquqları),  həm  də  passiv (əmlak vəzifə­

ləri,  borclar) qiymətləndirilməlidir.

Miras  əmlak  hər  şeydən  əvvəl,  vərəsəlik  şəhadətnaməsi  verilən  zaman 

dövlət  notariusu  tərəfindən  qiymətləndirilir.  Vərəsəlik  şəhadətnaməsinin  alın­

ması  tələb edilməyən  hallarda  mirası  qəbul edən  vərəsələr özləri  miras əmlakı 

qiymətləndirə  bilərlər.  Belə  ki,  onlar  mirasın  bölüşdürülməsi  barədə  bağladıq­

ları  sazişdə  bu  məsələni  həll  edirlər.  Əgər vərəsələr arasında  mübahisə yara­

narsa,  miras  əmlak  qiymətləndirici  tərəfindən  məcburi  qaydada  qiymətləndiri­

lir3.  Bu,  mümkün  olmadıqda  miras  əmlakın  dəyəri  məhkəmə  tərəfindən  qiy­

mətləndirilməlidir.

Miras  əmlak  (aktiv)  qiymətləndirilərkən  nəzərə  alınır:  vərəsəlik  üzrə  keçən 

əşyalar  (ev,  minik  avtomobili,  qaraj,  nağd  pul,  qiymətli  kağızlar  və  s);  miras 

qoyanın  ölüm  anında  yaranan  bəzi  ödənişlər almaq  hüququ  (borc  müqaviləsi, 

kirayə  müqaviləsi,  icarə  müqaviləsi,  miras  qoyanın  xeyrinə  olan  əmlak sığorta

. . .   1 



Серебровский  В.И.

  О ч е р к и   с о в е т с к о г о   н а с л е д с т в е н н о г о   п р а в а .  М . ,   1 9 5 3 ,  с .2 1 5 ; 



Иоффе О.С. 

С о в е т с к о е   г р а ж д а н с к о е   п р а в о .  К у р с  л е к ц и й .   Ч а с т ь   3 .  Л . ,   1 9 6 5 , с .3 3 9 .



Иоффе О.С.

  С о в е т с к о е   г р а ж д а н с к о е  п р а в о .  К у р с  л е к ц и й .  Ч а с т ь  3  Л . ,   1 9 6 5 , с .  3 3 8 .

3  « Q iy m ə t l ə n d i r m ə   f ə a l i y y ə t i   h a q q ın d a »  q a n u n u n   5 - c i  m a d d ə s i  / / A R   Q K ,   V   k it a b ,   s.  6 7 8 .

675


müqaviləsi və s.  üzrə ödənişləri almaq  hüququ).

Qeyd  etdik  ki,  vərəsələrin  miras  qoyanın  borclarına 

Vərəsələrin  paylı 

görə  daşıdıqları  məsuliyyət  məsələsini  həll  etmək 

məsuliyyəti 

üçün 


m jr a s  

gmiakm  həqiqi  dəyərini  müəyyənləşdir- 

barədə qayda 

mə|<  |azlmcj|r  Miras əmlakın  həqiqi  dəyərini  müəyyən­

ləşdirmək  üçün  isə  əvvəlcə  təyin  etmək  vacibdir  ki,  miras  əmlakın  tərkibinə 

məhz nə  daxildir.  Söhbət miras  aktivinin  və  miras  passivinin  müəyyənləşdiril- 

məsindən  gedir.  Daha  sonra  aktiv  qiymətləndirilir.  Bundan  sonra  məsuliyyət 

məsələsinin  həll  olunması  və  borcların  ödənilməsi  qaydası  mirasın  bir  və  ya 

bir  neçə  (iki  və  daha  artıq)  vərəsəyə  keçməsindən  asılıdır.  Əgər  miras  yalnız 

bir vərəsəyə  keçərsə,  onda  yeganə  olan  vərəsə  miras  qoyanın  bütün  borcları­

na  görə  (mirasa  daxil  olan  borclara  görə,  mirası  yüklü  edən  borclara  görə)  mi­

ras əmlakın  (aktivin)  dəyəri  həddində məsuliyyət daşıyır.

Əgər  miras  bir  neçə  vərəsəyə  (iki  və  daha  artıq  vərəsəyə)  keçərsə,  onda 

sual  yaranır:  hər  bir vərəsə  hansı  həddə  məsuliyyət  daşıyır?  Qanun  üzrə  və­

rəsəlik  zamanı  bu  məsələ çox asanlıqla  həll  olunur.  Belə  ki,  miras  əmlak vərə­

səliyə  çağırılmış  şəxslər  arasında  bərabər  paylarla  bölünür  (MM-in  1159-cu 

maddəsinin  1-ci  bəndi).  Buna  uyğun  olaraq  aktiv  və  passiv  bölünür.  Aktiv  60 

min  manat,  passiv  isə  20  min  manatdan  ibarətdir.  Qanun  üzrə  vərəsələrdən 

hər  biri  miras  qoyanın  borclarına  görə özünün  aktivdəki  payının  dəyəri  həddin­

də  məsuliyyət daşıyır.  Məsələn,  qanun  üzrə vərəsəliyə  iki  vərəsə  çağırılır.  Hər 

bir vərəsənin  miras  aktivindəki  payını  müəyyənləşdirmək  üçün  aktiv  vərəsə­

lərin  sayına  (ikiyə)  bölünür:  1: 2 = ~

Deməli,  vərəsələrdən  hər  biri  aktivin 

hissəsinin  dəyəri  həddində  məsu­

liyyət  daşıyır.  Onda  həmin  dəyərin  qiyməti  30  min  manata  (60  min  manat 

-  = 30  min  manata)  bərabərdir;  passiv  də vərəsələrin  sayına  bölünür:  20  min 

:  2=10 min  manat.

Hər  bir  vərəsə  miras  qoyanın  kreditorlarına  10  min  manat  ödəyəcəkdir. 

Hər  bir  vərəsənin  kreditorlara  ödəməli  olduğu  məbləğ  30  min  manatdan  çox 

ola  bilməz.

Qanun  üzrə  vərəsəlik zamanı  vərəsənin  m ira s  p a s s iv in d ə k i  payı  həm i­

şə  onun  m iras  aktivin d ə ki  payına  m ü tə n a s ib d ir1.  Məsələn,  əgər vərəsənin

miras aktivindəki  payı -   hissədən  və ya  -   hissədən  ibarətdirsə,  onda  onun

2  


3

miras  passivindəki  payı  ^   hissəyə və ya  i   hissəyə  bərabər olur.

Vəsiyyət  üzrə  vərəsəlik  zamanı  isə  vərəsələrin  miras  passivindəki  payı 

qeyri-bərabər  və  hətta  miras  aktivindəki  paylarına  qeyri-mütənasib  ola  bilər.

Məsələn,  vəsiyyət  üzrə  vərəsənin  miras  aktivindəki  payı  ^  hissədən,  digər

676


Антимонов Б.С.,  Граве К.А.

  С о в е т с к о е   н а с л е д с т в е н н о е   п р а в а .  M . ,   I 9 5 5 ,   с . 2 5 2 .



vərəsənin  payı  i  hissədən,  üçüncü  vərəsənin  payı  -   hissədən  ibarət  ola  bi-

6



lər.  Göründüyü  kimi,  vəsiyyət  üzrə  vərəsələrdən  hər  birinin  miras  aktivindəki 

payı  qeyri-bərabərdir.  Vəsiyyət edən  hər bir vərəsənin  miras passivindəki  pa­

yını  da  qeyri-bərabər  qaydada  müəyyənləşdirə  bilər.  Məsələn,  vəsiyyətnamə­

də  göstərilir  ki,  birinci  vərəsənin  miras  passivindəki  payı  i  hissə,  ikinci vərə­

sənin  payı  ^  hissə,  üçüncü  vərəsənin  payı  isə 

hissə  müəyyənləşdirilsin. 

Göründüyü  kimi,  göstərilən  halda  hər  bir  vərəsənin  miras  passivindəki  payı

miras aktivindəki  payına  mütənasib deyildir ( -  və  - ;   -  və -   ;  -  və  — ),

2  

3  


3  

4  


6  

1 2


Bəzən vəsiyyət edən vəsiyyətnamədə hər bir vərəsənin  payını göstərir, am­

ma  vərəsələr arasında  passivin  bölüşdürülməsi  məsələsinə toxunmur.  Bu  cür 

halda  vəsiyyət  üzrə  vərəsələrdən  hər birinin  miras  passivindəki  payı  onun mi­

ras aktivindəki  payına  mütənasib olacaqdır.  Məsələn,  vəsiyyətnamədə göstəri­

lir:  bütün  əmlakımın  -^hissəsini  qızıma,  |h is s ə s in i  oğluma, 

hissəsini  isə 

qardaşıma  vəsiyyət  edirəm.  Hər  bir vərəsənin  miras  passivindəki  payı  həmin 

paylara  mütənasib  olacaqdır,  miras  qoyanın  qızı  borcun  -^--dən  çox  olmayan

2

hissəsini,  miras  qoyanın  oğlu  -j-d ə n   çox  olmayan  hissəsini,  miras  qoyanın



qardaşı  isə 

-dən  çox olmayan  hissəni ödəməlidir.

Miras  bir  yox,  bir  neçə  vərəsə  tərəfindən  qəbul  olunduğu  hallarda,  vərəsə­

lər  miras  qoyanın  kreditorları  qarşısında  hansı  növ  məsuliyyət  daşıyır?  Başqa 

sözlə  desək,  mirası  qəbul  edən  vərəsələr  miras  qoyanın  borclarına  görə bir­

gə  (solidar)  məsuliyyətdən  və  ya  paylı  məsuliyyətdən  hansını daşıyır?

Fransa  vərəsəlik  hüququ  bu  suala  cavab  verərək  göstərir  ki,  vərəsələrin 

(borcluların)  məsuliyyəti  paylı  məsuliyyətdir. Almaniya  və  İsveçrə vərəsəlik hü­

ququna  görə  isə vərəsələr  miras qoyanın  kreditorları qarşısında,  bir qayda ola­

raq,  birgə  (solidar)  məsuliyyət  daşıyırlar1.  RF-in  vərəsəlik  hüququna  görə  də 

vərəsələr  miras  qoyanın  borclarına  görə  birgə  (solidar)  cavab  verirlər.  (RF 

MM-in  1175-ci  maddəsi).  Yaponiya  MM-İ  isə  bu  barədə  hər  hansı  göstəriş  ifa­

də  etmir.  Məhkəmə  praktikasına  görə  isə  öhdəlik  bölünərsə,  paylı  məsuliyyət, 

əgər bölünməzsə,  solidar  məsuliyyət yaranır1

 2.

Köhnə  sovet  mülki  məcəllələri  (1964)  göstərilən  suala  cavab  vermirdi. 



Azərbaycan  Respublikasının  müasir vərəsəlik  hüququnda  da  bu  suala  aydın 

və  birmənalı  şəkildə  cavab  tapmaq  qeyri-mümkündür.  Lakin  mülki  hüquq  el­

1  Г р а ж д а н с к о е   и   т о р г о в о е   п р а в о   к а п и т а л и с т и ч е с к и х   г о с у д а р с т в .   У ч е б н и к .   Ч а с т ь   2   /   П о д   ре д  

Р.Л.Нарышкина.

  M .   I 9 8 4 ,   с ,   2 9 6 ;  



Грудцшю Л Ю

  Н а с л е д о в а н и е   ( в   в о п р о с а х   и   о т в е т а х ) .  М „  



2002. 

с . I 3 3 .



Сакаэ Вагачума.  Тору Ариидзуми.

  Г р а ж д а н с к о е   п р а в о  Я п о н и и .   К н и г а  2 .  M . ,   I9 S 3 ,  с.  2 6 5 .

677


mində  həmin  məsələnin  mahiyyətinə aydınlıq  gətirilmişdir.

Birgə  məsuliyyətin  əmələ  gəlməsinin  üç  əsası  vardır:  müqavilə;  qanun;  öh­

dəliyin  predmetinin  bölünməsinin  mümkün  olmaması  (MM-in  493-cü  maddəsi­

nin  2-ci  bəndi).  Göstərilən  halda  (yəni  vərəsələrin  miras  qoyanın  borclarına 

görə  məsuliyyət  daşımaq  haqqında)  aydın  və  məlum  məsələdir  ki,  müqavilə 

əsasında  vərəsələrin  birgə  məsuliyyəti  əmələ  gələ  bilməz.  Qanun  da  ümumi 

qayda  kimi  vərəsələrin  birgə  məsuliyyəti  barədə  göstəriş  ifadə  etmir.  Deməli, 

qanun  əsasında  da  vərəsələrin  birgə  məsuliyyəti  yaranmır1.  Digər  tərəfdən 

hər  bir  vərəsə  miras  qoyanın  borclarına  özünün  miras  aktivindəki  payına  uy­

ğun  olaraq  məsuliyyət  daşıyır,  həmin  pay  həddində  cavab  verir.  Mülki  qanun­

vericilik  müəyyən  edir  ki,  kreditorlardan  hər  birinə  borcu  tələb  etmək  hüququ 

yalnız  vərəsənin  miras  payına  uyğun  hissəsi  keçir  (MM-in  498-ci  maddəsi), 

yəni  hər  b ir vərəsə  m iras  qoyanın  kred ito rla ra   olan  b o rc u n u   öz  m ira s  pa­

yına  uyğun  hissədə  ödəm əlidir.  Borcun  vərəsələr  arasında  bölünməsinin 

özü  isə  naturada  yox,  ideal,  yəni  pay  ifadəsi  ilə  həyata  keçirilir.  Deməli,  vərə­

sələr miras  qoyanın  borclarına  görə  kreditorlar  qarşısında  b irgə   (so lid a r)  m ə­

su liyyə t  yox,  paylı  m əsu liyyət  daşıyırlar1

 2.  Belə  halda  məlum  məsələdir  ki, 

paylı  məsuliyyət yaranır3.

Ö hdəliyin  və  və rəsəliyin  predm eti  bölünm əz  əşya  o ld u q d a   isə vərə sə ­

lərin  paylı  yox,  birgə  m əsu liyyəti  yaranır4.  Belə  ki,  hər  bir vərəsə  kreditorlar 

qarşısında  birgə  məsuliyyət  daşıyırlar.  Məsələn,  vətəndaş  minik  avtomobilini 

(o,  bölünməz  əşyadır)  öz  qonşusuna  satır  və  pulunu  alır.  Lakin  o,  minik  avto­

mobilini  alıcıya  verməyə  macal  tapmamış,  ölür.  Alıcı  (qonşu)  kreditordur  və 

vətəndaşın  vərəsələri  onun  qarşısında  minik  avtomobilini  verməyə  görə  birgə 

məsuliyyət daşıyırlar.

Birgə  məsuliyyət daşıyan vərəsələrdən  biri  kreditorların tələbini  birgə  məsu­

liyyət  prinsipi  əsasında  təmin  edir,  yəni  borcu  ödəyir.  Bundan  sonra  o,  qalan 

vərəsələrə  onların  paylarına  mütənasib  surətdə,  lakin  öz  payı  çıxılmaqla  req- 

res qaydasında  tələb  (iddia)  irəli  sürə  bilər (MM-in  509.1-ci  maddəsi).

Bəzən  vərəsələrdən  biri  miras  qoyanın  borclarını  özü  təkcə  ödəyir.  Bu  za­

man  həmin vərəsə öz payına  düşən  miras əmlakın  dəyərindən  (miras  aktivin­

dəki  payın  dəyərindən)  çox  pul  ödəyə  bilər.  Məsələn,  vərəsənin  (onların  sayı 

altı  nəfərdən  ibarətdir)  miras  payının  dəyəri  6  min  manat  məbləğindədir.  Bor­

cun  məbləği  isə  otuz  min  manatdan  ibarətdir.  Həmin  məbləğin  hamısını  o, 

ödəyir.  Bu  halda  o,  qalan  vərəsələrdən  (beş  vərəsədən)  artıq  ödədiyi  məblə­

1  Серебровский В И. 

О ч е р к и  с о в е т с к о г о  н а с л е д с т в е н н о г о   п р а в а .  М . ,   1 9 5 3 , с .  2 1 7 .

2  С о в е т с к о е   г р а ж д а н с к о е   п р а в о .  У ч е б н и к .   Т о м   2 .  М . ,   1 9 5 1 ,  с .  4 7 9 ;  

Антгшонов Б.С.,  Граве К.А. 

С о в е т с к о е   н а с л е д с т в е н н о е   п р а в о .  М . ,   1 9 5 5 ,  с . 2 5 4 ;  



Черепахин  Б.Б. 

П р а в о п р е е м с т в о   п о   с о в е т с к о м у  

г р а ж д а н с к о м у  

п р а в у .   М . ,   1 9 6 2   / /   В   к н и г е :  



Черепахин  Б.Б. 

Т р у д ы   п о   г р а ж д а н с к о м у   п р а в у .   М . ,  

2 0 0 1 ,  с .  4 2 9 ;  

Власов 10.Н.,  Калинин В.В. 

Н а с л е д с т в е н н о е   п р а в о   Р о с с и й с к о й   Ф е д е р а ц и и   ( у ч е б н о ­

м е т о д и ч е с к и е   п о с о б и е ) .   М . ,   2 0 0 2 ,   с .  1 4 6 .

3  Иоффе О.С. 

С о в е т с к о е   г р а ж д а н с к о е   п р а в о .  К у р с   л е к ц и й .   Ч а с т   3 .  Л . ,   1 9 6 5 ,  с .  3 3 9 ;   С о в е т с к о е  

г р а ж д а н с к о е   п р а в о .  У ч е б н и к .   Т о м   2   /   П о д   р е д . 



О.А.Красавчикова. 

М . ,   1 9 8 5 ,  с .  5 3 2 ;   Г р а ж д а н с к о е  

п р а в о .  У ч е б н и к .   Ч а с т  3   /   П о д   р е д . 

А.П.  Сергеева.  Ю.  К.  Толстого. 

М . ,   1 9 9 8 , с .  5 6 5 .



Серебровский  В. И. 

Н а с л е д с т в е н н о е  

п р а в о . 

М . ,  


1 9 2 5 , 

с . 6 6 ;  



Серебровский  В. И.

Н а с л е д с т в е н н о е   п р а в о .  М . ,   1 9 4 8 ,  с .5 7 .

678


Vərəsələrə tələb 

İrəli  sürülm əsi 

qaydası  və müddəti

ğin  verilməsini  tələb  edə  bilər.  Hər bir vərəsə  kreditora  altı  milyon manat ödə­

məlidir.  (30  min  manat:  5=6  min  manat).  24 min  manat  məbləğində artıq ödə­

diyi  pulu vərəsə digər vərəsələrdən tələb edə bilər.

Bununla  yanaşı  qeyd  etmək  lazımdır ki,  son zamanlar Mülki  Məcəlləyə edil­

miş əlavəyə (MM-in  1306-cı  maddəsinin  1-ci bəndinə) əsasən,  qanunverici və­

rəsələrin  miras  qoyanın  borclarına  görə  birgə  (solidar)  məsuliyyəti  haqqında 

qayda  nəzərdə  tutmağa  cəhd  edir.  Lakin  o,  dolaşıqlığa  yol  verərək  buna  nail 

ola  bilmir.  Əgər  qanunverici  həmin  qaydanı  belə  formula  etsəydi,  söz  yox  ki, 

məqsədinə  çatardı:  «mirası  qəbul  etmiş  vərəsələr,  miras  qoyanın  kreditorlara 

olan  borcları  üçün,  birgə  məsuliyyət daşıyırlar.  Vərəsələrdən  hər biri miras qo­

yanın  borcları  üçün,  onun  payına  düşən  miras əmlakının  həqiqi  dəyəri  həcmin­

də  (həddində)  məsuliyyət daşıyır».

Yaxın  vaxtlara  qədər  mülki  qanunvericiliyə  görə  mi­

ras  qoyanın 

borclarına  görə  vərəsələrin  üzərinə 

m əsuliyyət  qoymağın  vacib  şərti  kreditorların 

vaxtında  pretenziya  (tələb)  vermələrindən  ibarət 

idi.  Belə  ki,  kreditorlar  öz  tələblərini  qanunla  müəyyənləşdirilən  müddət ərzin­

də  irəli  sürməli  idilər.  Tələb  miras  hesabına  kreditorlara  olan  borcun  ödənil­

məsi  barədədir.

Son  zamanlar  qanunvericiliyə  edilən  dəyişikliyə  kimi  Azərbaycan  Respubli­

kasının  vərəsəlik  hüququ  kreditorların  tələblərinin  (pretenziyalarının)  irəli 

s ü rü lm ə si  üçün  altı  aylıq  m üddət  m üəyyənləşdirirdi.  Kreditorlar  məhz  bu 

müddət  ərzində  öz  tələblərini  -vərəsələrə  bildirə  bilərdilər  (MM-in  1310-cu 

maddəsi).  Altı  aylıq  müddət  miras  açıldığı  gündən  yox,  mirasın  açıldığının 

vərəsələrə  m əlum   olduğu  gündən  hesablanır və  başlanırdı.

Kreditorlar  üçün  nəzərdə  tutulan  altı  aylıq  müddətin  ötürülməsinin  (keçmə­

sinin)  hüquqi  nəticəsi  ondan  ibarət  idi  ki,  kreditorlar  malik  olduqları  tələb 

h ü quqlarını  itirird ilə r.  Bu,  onları  öz hüquqlarının  məhkəmə qaydasında  həya­

ta  keçirilməsini tələb etmək  imkanından  məhrum edirdi.  Müddətin ötürülməsin­

dən  (keçməsindən)  sonra  məhkəməyə  verilən  iddianın  perspektivi  yox  idi. 

Əgər  məhkəmə  altı  aylıq  müddətin  ötürülməsini  (keçməsini)  müəyyən  edərdi­

sə,  iddiadan  imtina  edirdi.  Yaxın  vaxtlarda  mülki  məcəlləyə  dəyişiklik 

edilmişdir.  Bu  dəyişikliyə  görə,  indi  kreditorların  vərəsələrə  öz  tələblərini 

bildirmələri  üçün  hər  hansı  müddət  nəzərdə  tutulmur.  Odur  ki,  onlar 

vərəsələrə  istənilən vaxt öz tələblərini  bildirə bilərlər.

Mülki  qanunvericiliyə  görə  isə  m iras  qoyanın  kreditorları  yalnız  mirası 

qəbul  e tm iş   vərəsələrə  öz  tələblərini  (pretenziyalarını)  irəli  sürə  bilərlər 

Kreditorların  tələblərinin  ünvanı  ancaq  onlardır.  Bununla  belə,  kreditorlar  öz 

tələblərini  mirası  vərəsələr  qəbul  edənə  kimi  vəsiyyətnamə  icraçısına  bildirə 

bilərlər.  Belə  ki,  vəsiyyətnamə  icraçısının  üzərinə  vərəsələr  arasında  miras 

əmlakı  bölüşdürmək  vəzifəsi  düşür.  Bu  isə  əlbəttə,  miras  qoyanın  borclarının 

qabaqcadan  ödənilməsini  nəzərdə tutur.

Tələblərin  ödənilməsi  zamanı  miras  əmlak  barəsində  eyni  vaxtda  həm  mi­

ras  qoyanın  kreditorlannın,  həm  də  vərəsənin  kreditorlannın  tələbləri  ola  bilər. 

Belə halda  kimin tələbi  birinci növbədə ödənilir? Həmin suala cavab verərək mül­

679


ki  qanunvericilik  miras  qoyanın  kreditorlannın  tələblərinin  üstünlüyü  haqqında 

qayda  müəyyən  edir  (MM-in  1313-cü  maddəsi).  Bu  qaydaya  görə  birinci  növ­

bədə  miras  qoyanın  kreditorlarının  tələbləri  təmin  edilir.  Bundan  sonra  vərəsə­

nin  kreditorlarının  tələbləri ödənilir.

Kreditorların  tələb  irəli  sürmək  müddəti  həm  də  aşağıdakı  tələblər  üçün 

müəyyənləşdirilmir:

•  miras  qoyanın  sonuncu  xəstəliyi  zamanı  ona  qulluq  edilməsi  və  onun 

müalicəsi  ilə  bağlı xərclər haqqında tələblər;

•  miras qoyanın  dəfni  ilə  bağlı xarclər haqqında tələblər;

•  miras qoyanın  işçilərinə əmək  haqqı verilməsi  haqqında  tələblər;

•  mirasın  mühafizə  və  idarə edilməsi  ilə  bağlı xərclər haqqında tələblər;

•  üçüncü  şəxslərin  əşya-hüquqi  iddiaları  (mülkiyyət  hüququnun  tanınması 

barədə  iddia;  özgəsinin  qanunsuz  sahiblərindən  əşyanın  tələb  edilməsi 

barədə iddia).




Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin