Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§1. Vərəsəlik  hüquqlarının  həyata  keçirilməsi



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə48/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   54
§1. Vərəsəlik  hüquqlarının  həyata  keçirilməsi

Mümkün  vərəsə  tərəfindən  miras  əmlak  yalnız  o  halda 



ırasın  qə.  

əldə  edilə  bilər  ki,  o,  miras  əmlakın  əldə  edilməsinə 



e  ı  məsi 

öz

  razl|,ğlm  bildirsin  və  ifadə  etsin.  Razılığın  bu  cür 

ifadə  edilməsinə  mülki  qanunvericilikdə  və  sivilistika  elmində  (doktrinasında) 

mirasın  qəbulu  deyilir.

Mirasın  qəbulu  şəxsin  iradəsi  ilə  bağlı  olduğuna  görə  hüquqi  hərəkətdir. 

Bu  fakt  nəticəsində  vərəsəliyə  çağırılan  şəxsin  (mümkün  vərəsənin) subyektiv 

vərəsəlik  hüququ  realizə  olunur,  həyata  keçirilir.  Məhz  həmin  fakt  nəticəsində 

bu  şəxs  (mümkün  vərəsə)  əvvəllər sağlığında  miras qoyana  məxsus  hüquqla­

ra  (məsələn,  əşya  üzərində  mülkiyyət  hüququna,  öhdəlik  hüquq  münasibətlə­

rindən  irəli  gələn  tələb  etmək hüququna  və  s.)  malik  olur.  Başqa  sözlə  desək, 

mirası  qəbul  etməklə  şəxs  (mümkün  vərəsə)  miras  qoyanın  hələ  ölməmişdən 

qabaq  sağlığında  iştirakçısı  olduğu  mülki  (əmlak)  hüquq  münasibətlərinin  sub­

yektinə  çevrilir.  Bu  baxımdan  o,  həqiqi  vərəsə  (varis)  hesab  edilir.  Həqiqi  və­



rəsə  artıq  mirası  qəbul  etmiş  mümkün  vərəsəyə  deyilir.  Mümkün  vərəsə  isə 

yuxarıda  qeyd  etdiyimiz  kimi,  yalnız  vərəsəliyə  çağırılan  (subyektiv  vərəsəlik 

hüququna  malik olan),  lakin  hələ  mirası qəbul etməyən  şəxsdir.

Mirasın  qəbulu  dedikdə  elə  bir  hərəkət  başa  düşülür  ki,  bu  hərəkətin 

vasitəsilə vərəsəliyə  çağırılan  şəxs  (mümkün  vərəsə)  subyektiv vərəsəlik 

hüquqlarını  həyata  keçirir və  miras əmlakı  əldə  etmək  imkanı  qazanır.

Mirasın  qəbulu  elə  bir  hərəkətdir  ki,  bu  hərəkətin  vasitəsilə  vərəsə  özünün 

miras  əmlakı  əldə  etmək və  almaq  niyyətini  ifadə edir,  miras  qoyanın varisi  ol­

masına  öz  razılığını  bildirir.  Məhz  həmin  hərəkət  əsasında  vərəsə  miras  qoya­

nın  hüquq və vəzifələrinin  daşıyıcısı (subyekti) olur.

Öz hüquqi təbiətinə görə mirasın  qəbulu  birtərəfli  əqddir.  Ona görə  ki, mi­

rasın  qəbulu,  birincisi,  xüsusi  olaraq  miras  əmlakın  əldə  edilməsi  məqsədilə 

həyata  keçirilir,  ikincisi,  o,  yalnız  bir  tərəfin  -  vərəsəliyə  çağırılan  şəxsin  iradə­

sini  ifadə  edir.  Digər tərəfdən  həm  də  ona  görə  ki,  o,  hər  hansı  şəxsin  cavab 

və  qarşılıqlı  iradə  ifadəsindən  asılı  olmayaraq  hüquqi  nəticə  doğurur.  Mirasın 

qəbulu vərəsəliyə çağırılan digər vərəsələrin  iradə ifadəsindən  asılı deyil.

Mirasın  qəbulu  iradəvi aktdır.  Ona  görə  ki,  o, vərəsənin  iradəsi ilə  bağlıdır. 

Bu  aktda  vərəsənin  mirası  qəbul  etmək  arzusu,  istəyi  və  niyyəti  ifadə  olunur. 

Məhz  bu  səbəbdən  mirası  yalnız  tam  fəaliyyət  qabiliyyətli  şəxs  qəbul 



edə  bilər  (MM-in  1244-cü  maddəsi)'.  Fəaliyyət  qabiliyyəti  olmayan  şəxslərin 

(ruhi  xəstəlik və  ya  ağıl zəifliyi  nəticəsində  məhkəmə tərəfindən  fəaliyyət qabi- 1

Зайцева  Т.И., Крашенинников П. В.  Наследственное право. М-, 2003, 

с . 


113

637


liyyəti  olmayan  sayılan  şəxslərin)  ancaq  nümayəndələrinin  -   qəyyumlarının 

vasitəsilə  mirası  qəbul  etməsi  mümkündür.

14 yaşınadək  olan  y e tk in lik  yaşına  çatmayanların  əvəzinə mirası onların 

adından  yalnız  valideynləri,  övladlığa  götürənlər  və  ya  qəyyumlar,  bir  sözlə, 

onların  qanuni  nümayəndələri  qəbul  edirlər.  14  yaşından  18  yaşınadək  olan 

yetkinlik  yaşına  çatm ayanlar  mirası  öz  qanuni  nümayəndələrinin  (valideyn­

lərinin,  övladlığa  götürənlərin),  habelə  himayəçilərinin  yazılı  razılığı  ilə  qəbul 

edə bilərlər.

7  yaşınadək  azyaşlılar  da  mirası  öz  qanuni  nümayəndələrinin  vasitəsilə 

(valideynlərinin,  övladlığa  götürənlərin  və  ya  qəyyumların  vasitəsilə)  qəbul 

edirlər.  Bu  kateqoriya  azyaşlıların  fəaliyyət  qabiliyyəti  yoxdur.  Amma  buna 

baxmayaraq  onlar həm  qanun  üzrə,  həm  də  vəsiyyət  üzrə  vərəsə  ola  bilərlər. 

Məsələn,  baba  yaşayış  evini  6  yaşlı  nəvəsinə  vəsiyyət  edir.  Bu  halda  mirası 

nəvənin  adından  və onun  əvəzinə qanuni  nümayəndələr  qəbul  edəcəklər.

Spirtli  içkilərdən  və  ya  narkotik  vasitələrdən  sui-istifadə  etməsi,  habelə  qu­

mara  qurşanması  nəticəsində  öz  ailəsini  ağır  maddi  vəziyyətə  salan  və  buna 

görə  də  məhkəmə  tərəfindən  fəaliyyət  qabiliyyəti  məhdudlaşdırılan  şəxs­

lər  də  mirası  yalnız  himayəçisinin  razılığı  iiə  qəbul  edə  bilərlər.  Bildiyimiz  kimi, 

belə  şəxslərin  üzərində  himayəçilik təyin  edilir.  Himayəçilərin  razılığı  ilə  də  mi­

ras  qəbul  edilir.

Bir  qayda  olaraq,  m irası  vərəsənin  özü  şəxsən  qəbul  edir.  Bu  və  ya  di­

gər  səbəbə  görə  (xəstəliyə,  xarici  ölkədə  olmağa,  uzunmüddətli  ezamiyyətə 

getməyə  və  digər  səbəblərə  görə)  vərəsə  mirası  şəxsən  özü  qəbul  etmək  im­

kanına  malik olmadığı  hallarda  isə  miras  nümayəndə vasitəsilə  qəbul  edilir. 

Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  buna  yol  verir  (MM-in  1245-ci 

maddəsi).  Bundan  ötrü  vərəsə  nümayəndəyə  etibarnamə  verir.  Orada  xüsusi 

olaraq  göstərilir  ki,  nümayəndənin  (etibar  olunanın)  mirası  qəbul  etmək  səla­

hiyyəti  vardır1.  Bu  halda  müqavilə  (könüllü)  nümayəndəlik  münasibətləri  yara­

nır.  Belə  ki,  etibarnamənin  verilməsi  həmişə  vərəsə  ilə  (tapşıranla,  vəkalət ve­

rənlə)  nümayəndə  (vəkalət  alan)  arasında  tapşırıq  müqaviləsinin  (ya  şifahi,  ya 

da yazılı formada)  bağlanmasını sübut edir.

Mirası  qəbul  etmək birtərəfli  aktdır.  Bu  akt yalnız  bircə  şəxsin -  vərəsənin 

iradəsini  ifadə  edərək  konkret olaraq  kiməsə  ünvanlanmır və  başqa  şəxslərin 

iştirakını  və  ya  razılığını tələb  etmir.  Amma  buna  baxmayaraq,  həmin  akt  həm 

vərəsənin  özü  üçün,  həm  də  başqa  şəxslər  (başqa  vərəsələr,  miras  qoyanın 

kreditorları və s.) üçün  müəyyən  hüquqi  nəticələrə  səbəb  olur.

Mirası  qəbul  etmək  könüllü  aktdır.  Vərəsəni  mirası  qəbul  etməyə  heç  kəs 

məcbur  edə  bilməz.  O,  mirası  öz  istəyi,  arzusu  və  mülahizəsinə  görə  qəbul 

edir.  Əgər şəxsin  özünün  bu  və ya  digər üsulla  (formada)  mirası  qəbul  etmək 

niyyəti  ifadə  olunmazsa,  buna  razılıq  verilməsi  bildirilməzsə,  onda  mirasın  qə­

bulundan  danışmaq olmaz.

Yalnız  bircə  halda  mülki  qanunvericilik  mirasın  qəbulu  üçün  xüsusi  olaraq 

müəyyən  hərəkətin  yerinə  yetirilməsini  tələb  etmir.  Bu  hal  vərəsəsiz  əmlakın 1

1  Гущин В.В.  Наследственное  право. Учебное пособие. М., 2003, с.62.

638


dövlətə  keçməsindən  ibarətdir.  Həmin əmlak dövlətə bilavasitə, onun hər han­

sı  orqanı  tərəfindən  ifadə  olunan  istəyindən  asılı  olmadan  keçir’ .  RF-in  yeni 

MM-də  birbaşa  göstərilir ki,  vərəsəsiz əmlakı əldə etmək üçün mirası qəbul et­

mək tələb olunmur (MM-in  1152-ci maddəsi).

Mirası  qəbul  edərkən  vərəsənin  vəsiyyətnamə  icraçısı  ilə  razılığa  gəlməsi 

tələb olunmur.  Vəsiyyətnamə icraçısının hüquqi vəziyyəti onunla şərtlənir ki, o, 

yalnız vəsiyyət  edən  şəxsin  iradəsini  həyata  keçirir.  Vəsiyyətnamə  icraçısı və­

rəsənin  iradəsini  dəyişdirə  və  ya  məhdudlaşdıra  bilməz.  Ona  görə  də  mirası 

qəbul  edən  vərəsəyə  münasibətdə  vəsiyyətnamə  icraçısının  hər  hansı  funksi­

ya  yerinə  yetirməsi  istisna  olunur.  O,  vərəsənin  mirasın qəbulu  barəsində  ira­

də  ifadəsini  dəyişdirə  bilməz.

Mirasın  qəbulu  aktı  vərəsəliyin  növündən  asılı  olmayaraq  həyata  keçirilir. 

Bu  o  deməkdir  ki,  həm  qanun  üzrə  vərəsəlik,  həm  də  vəsiyyət  üzrə  vərə­

səlik zamanı  mirasın  qəbul  edilməsinə yol  verilir.  Azərbaycan  Respublika­

sı  vərəsəlik  hüququna  görə,  mirası  istər  qanun  üzrə,  istərsə  də  vəsiyyət  üzrə 

vərəsə  qəbul  edir (MM-in  1243-cü  maddəsinin  1-ci  bəndi).

Mirasın qəbulu mülki-hüquqi  əqddir.  Bu əqd  isə bir sıra 

cəhətlərlə xarakterizə olunur.

Birincisi,  mirasın  qəbul  edilməsi  aktı  (əqdi)  bö­

lünməzdir.  Bu  xüsusiyyət  vərəsəlik  varisliyinin  univer­

sal  xarakterə  malik  olmasından  irəli  gəlir1

 2.  Bölünməzlik 

onu  ifadə  edir  ki,  miras  əmlakın  yalnız  müəyyən  hissəsini  (qismini)  qəbul  et­

mək olmaz,  yəni  miras əmlakın  bir hissəsini  qəbul  edib,  digər hissəsinin qəbu­

lundan  imtina  etmək olmaz.

Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  müəyyən  edir  ki,  mirası  qis­

mən  qəbul  etmək  yolverilməzdir (MM-in  1257-ci  maddəsi)3.  Miras ancaq tam 



və  bütöv  halda  qəbul  edilə bilər.

Mirasın  qəbul  edilməsi  aktı  miras  əmlakın  hamısına  (bütün  mirasa)  şamil 

edilir.  Mirasın  nədə  ifadə edilməsinin  və  harada  olmasının  məsələyə dəxli yox­

dur4.  Məsələn,  Gəncə  şəhərində  yaşayan  vətəndaşın  yaşayış  evi  var  idi.  Öl­

məmişdən  qabaq  o, daimi yaşamaq  üçün  Bakı şəhərinə  gəlir. O,  Bakı şəhərin­

də  mənzil,  bağ  evi,  qaraj,  minik  avtomobili  və  digər  əmlak  növləri  əldə  edir, 

bank  əmanətinə  malik  olur.  Gəncədəki  evdə  isə  vətəndaşın  qızı  yaşamaqda 

davam  edir.  Atası  öldükdən  sonra  qızı  Gəncədəki evi miras əmlakın  bir hissəsi 

kimi  qəbul  edir.  Bununla  o,  bütün  mirasın  hamısını  (o  cümlədən  Bakı  şəhərin­

dəki  mirası) tam və  bütöv halda  qəbul etmiş olur.

Mirasın  qəbul  edilməsi  vərəsənin  iradə  ifadəsi  deməkdir.  İradə  ifadəsi  isə 

mirasın  hamısının tam və bütöv halda əldə edilməsinə yönəlir.  Qəbuletmə aktı­

Mirasın

qəbul  edilməsi 

aktının əsas 

xüsusiyyətləri

1  Гордон M.В.  Наследование по закону и по завещанию. M.,  1967, с.77.

2  Иоффе О.С.  Советское  гражданское  право.  Курс лекций.  Част 3. Л.,  1965,  с.332;  Советское 

гражданское  право.  Учебник. Том 2 /  Под рсд.О.Л.Красавчикова. М.,  1985, C.52S.

3  Mirası  qismən qəbul  etməyin yolverilməzliyi  haqqında qayda məhkəmə qərarında da  nəzərdə tu­

tulmuşdur  (Постановление  Пленума  Верховного  Суда  СССР  «О  судебной  практике  по делам  о 

наследовании» от  I  июля  1966 г. № б // Бюллетень Верховного Суда СССР.  1966. №4).

4  Бюллетень Верховного Суда РСФСР.  1978. №3, с. 14.

639


na  əsasən vərəsə miras açıldığı yerdə olmayan  və  ya  ümumiyyətlə,  hələ aşkar 

edilməyən  əmlak növlərini  də qəbul etmiş olur.

Mirası  qəbul  edən  vərəsə  bununla  elə  bil  ki,  hamının  nəzərinə  bütün  əmlak 

üzrə  miras  qoyanın  varisi  olmasını  çatdırır.  Əgər vərəsə  mirasın  yalnız  bir  his­

səsini  qəbul  etmək  niyyətində  olduğunu  bildirərsə,  onda  bu  cür qəbul  etməyə 

bütün  miras əmlakının  hamısının  qəbul edilməsi  kimi  baxmaq  lazımdır'.

Bölünməzlik  onu  ifadə  edir ki,  vərəsə  onun  payına  düşən  miras aktivinin  və 

passivinin  hamısını  birlikdə  qəbul  edir1

 2.  Aktivi  passivsiz,  passivi  isə  aktivsiz 

qəbul  etmək  olmaz3.  Bölünməzlik  kimi  xüsusiyyət  bəzən  hüquq  ədəbiyyatı  sə­

hifələrində  «mirası  qəbul  etm ək  aktının  universal  x a ra k te rli  olm ası»  kimi 

nəzərdə tutulur4 5

.

İkincisi,  m irasın  qəbul  edilm əsi  aktı  şərtsiz  xarakterə  m alik  olm alıdır3.



Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  göstərir  ki,  mirasın  hər  hansı 

şərtlə  qəbul  edilməsinə  yol  verilmir  (MM-in  1257-ci  maddəsinin  1-ci  bəndi). 

Şərtsizlik onu  ifadə  edir  ki,  vərəsə  mirası,  necə  deyərlər,  sözsüz,  danışıqsız və 

qeyd-şərtsiz qəbul  etməlidir.  Məsələn,  vərəsə  mirası  belə  bir şərtlə  (qeydlə)  qə­

bul  edir ki,  passiv aktivdən  çox olmasın.  Başqa  bir  misalda  vərəsə  mirası  qəbul 

edir,  bu  şərtlə  ki,  miras  passivi  ona  keçməsin,  miras  aktivi  passivsiz  keçsin.  Bu 

cür hallarda  mirasın qəbul edilməsi aktı hüquqi  əhəmiyyətə malik olmur.

Ü çüncüsü,  mirasın  qəbul  edilməsi  aktı  d ö n m ə zlik  xa ra kte rin ə   m alikd ir. 

Dönməzlik  həmişəlik olmaq,  qətilik,  geri  götürülməzlik deməkdir.  Bu,  onu  ifadə 

edir  ki,  əgər  vərəsə  artıq  m irası  qəbul  etm işsə,  o,  m irasdan  im tina  edə 

bilməz.  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  mirasın  qəbul  edilməsi 

aktının  göstərilən  xüsusiyyətini  birbaşa  rəsmən  qanunvericilik  qaydasında  ifa­

də  edir:  vərəsə  mirasın  açıldığı  yer  üzrə  notariat  orqanına  mirası  qəbul  etməsi 

barədə  ərizə  verdikdən  sonra  mirasdan  imtina  edilməsinə  yol  verilmir  (MM-in 

1267-ci  maddəsi).  Bu  halda  vərəsə  həmin  ərizəni  geri  götürə  bilməz.  Buna  gö­

rə  mirasın  qəbul  edilməsi  aktının  dönməzlik  xüsusiyyəti  bəzən  hüquq  ədəbiy­

yatı  səhifələrində  «geri  g ö türü lm ə zlik»   adı  ilə  də  nəzərdə tutulur6.

Dönməzlik  xüsusiyyəti  onu  ifadə  etmir  ki,  vərəsə  qəbul  olunmuş  və  ona 

keçmiş  miras  əmlakdan,  ümumiyyətlə,  imtina  edə  bilməz.  Əlbəttə,  ona  keçən 

əmlakı  qəbul  edən  vərəsə  sonra  mülkiyyətçi  kimi  həmin  əmlakdan  imtina  edə 

bilər  (dereliksiya  aktı).  Bu  cür  imtina  isə  mirası  əldə  etmək  hüququna  yox, 

məhz  mülkiyyət  hüququna  aiddir.  Göstərilən  halda  miras  əmlak  üzərində  mül­

kiyyət  hüququndan  imtina  olunur  ki,  bu,  mülkiyyət  hüququna  xitam  verilməsi 

əsaslarından  (üsullarından)  biridir.



Серебровский В. И.

  О черки советского  наследственного  права.  М .,  1953, с.  168.

2 Советское  гражданское право.  У че б н и к  .Том  2 /  П од ред. 

В.А.Рясенцева.

  М .,  1976, с.513.



Иоффе

 О.С.Советское гражданское право. Курс лекций. Часть З.Л., с.294.

Гражданское право. Учебник. Часть 3 /  Под ред. 

А Л . Сергеева, 10.К. Толстого

 М .,  1998, с.551.

5  Mirasın  hər  hansı  şərtlə  qəbul  edilm əsinin  y o lve rilm ə zliyi  haqqında  qayda m ə hkəm ə  qərarında  da 

nəzərdə  tutulm uşdur (bax:  постановление  Пленума  Верховного Суда С ССР от  1  июля  1966  г.  №6  «О 

судебной  практике  по делам  о наследовании» // Бюллетень Верховного Суда СССР.  1966. №4).

6  Гражданское право.  У чебник.  Часть 3 /  П од ред. 



А.П.Сергеева,  10.К. Толстого.

  M .,  1998, с.  5 5 1.

640


D ördüncüsü,  mirasın  qəbul  edilməsi aktının geriyə qüvvəsi vardır'.  Söh­

bət  zamana  (vaxta)  görə  geriyə  qüvvədən  gedir.  Mirasın  qəbul  edilməsi  aktı­

nın  geriyə  qüvvəsi  onda  ifadə  olunur  ki,  m iras  əmlak  vərəsəyə  mirasın  qə­

bul  e d ild iy i  andan  yox,  m irasın  açıldığı  andan keçir. Azərbaycan  Respubli­

kasının  vərəsəlik  hüququ  mirasın  qəbul  edilməsi  aktının  bu  xüsusiyyətini  də 

qanunvericilik  səviyyəsində,  rəsmi  surətdə  ifadə  edir  qəbul  edilmiş  miras 

onun  açıldığı  gündən  vərəsənin  mülkiyyəti  sayılır  (MM-in  1255-ci  maddəsi). 

Başqa  sözlə  desək,  qəbul  edilmiş  miras  onun  qəbul  olunduğu  vaxtdan  yox, 

miras  açıldığı  vaxtdan  vərəsəyə  məxsus hesab  edilir.  Məsələn,  miras qoyan  1 

sentyabr  2005-ci  ildə  ölmüşdür.  Bu,  mirasın  açıldığı  vaxtdır,  Vərəsə  isə  mirası 

qəbul  etmək  barədə  öz  razılığını  15  dekabr 2005-ci  ildə  bildirir.  Bu  isə  mirasın 

qəbul  edilmə vaxtıdır.  Belə  halda  miras onun açıldığı vaxtdan,  yəni  1  sentyabr 

2005-ci  il tarixindən  vərəsəyə keçmiş hesab edilir.

Mirasın  qəbul  edilməsi aktının  geriyə qüvvəyə malik olması həm  də onu  ifa­

də  edir ki,  birincisi,  mirası  qəbul edən vərəsə miras qəbul  edilən anda mövcud 

olan  əmlaka  hüquq əldə edir.

İkincisi,  mirası  qəbul edən vərəsə həm də miras açılan anda mövcud olmuş 

bütün  əmlaka  hüquq  əldə edir1

 2.  Bu onu göstərir ki, vərəsənin  bütün əmlak mü­

nasibətləri  mirasın  açıldığı  vaxta  görə  (mirasın  qəbul  olunduğu  vaxta  görə 

yox)  müəyyənləşdirilir:  xüsusən  də  bu  vaxtdan  miras  əmlakdan  əldə  edilən 

gəlir (kirayə  haqqı,  icarə  haqqı,  bank  əmanətləri  üçün  faiz,  istiqraz vərəqələri­

nə görə  uduş və s.) mirası  qəbul  edən vərəsəyə məxsus olur.

Mirası  qəbul  edən  vərəsələr  arasındakı  bütün  hesablaşmaların  hamısı  (mi­

ras  paylarının  həcminin  təyin  edilməsi,  miras  qoyanın  borclarına  görə  məsuliy­

yət və  s.)  məhz mirasın  açıldığı  anla  müəyyənləşdirilir.

Mirasın  açıldığı  anla  mirasın  qəbul  edilməsi  anı  arasındakı  vaxt  müddətində 

miras əmlak  hissəsi  itə  bilər.  Bu  halda  mirası qəbul edən vərəsə iki cür iddia ve­

rə  bilər:  əşyanın  özgəsinin  qanunsuz  sahibliyindən  geri  alınması  barədə  iddia 

(vindikasiya  iddiası);  zərərin  əvəzinin ödənilməsi barədə iddia (delikt iddiası).

Qeyd  etmək  lazımdır ki,  fiziki  şəxs  öldükdən  sonra  onun 

əmlakı  avtomatik  olaraq  vərəsənin  əmlakına  daxil  olmur. 

Miras  əmlakı  əldə  etmək  və  ona  mülkiyyətçi  kimi  sahib 

olmaq  üçün  vərəsənin  müəyyən  aktı  həyata  keçirməsi 

tələb olunur.  Buna  «qəbuletmə sistemi»  deyilir.

Q əbuletm ə  sistem i  dedikdə,  vərəsə  tərəfindən  miras  əmlakın  əldə 

edilm əsinə  yönələn  müəyyən  aktın  həyata  keçirilm əsi  başa  düşülür.

Qəbul  etmə  sistemi  vərəsənin  müəyyən  iradəvi  hərəkətinə  (davranışına) 

əsaslanır.  Əgər  bu  iradəvi  hərəkət  olmasa,  vərəsə  miras  əmlakı  əldə  etmir. 

Başqa  sözlə  desək,  əgər vərəsə  miras əmlakın  əldə  edilməsinə  yönələn  hərə­

kət  etməsə,  onda  həmin  əmlak  vərəsənin  iradəsi  olmadan  avtomatik  surətdə 

onun  əmlakına  daxil  olmur.

Mirasın  qəbul 

edilm əsinin 

qaydası



Серебровский  В.И.



  Наследственное  право.  M.,  I948,  с.  43-44; 

Серебровский  В. II.

  Очерки 

советского  наследственного права.  M .,  I953,  с. I63.



Антимонов Б.С.,  Граве К.А.

  Советское  наследственное  право,  М .,  1955,  с. 194;  Гражданское 

право.  У чебник.  Том  I  /  Подред 



[İA  Суханова

  M.,  I998,  C.55I.

641


Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  miras  əmlakı  eldə  etməyin 

yalnız  «qəbuletmə  sistemi»ni  tanıyır.  Sovet  vərəsəlik  hüququna  da  ancaq  bu 

sistem  məlum  idi.  Bu  sistem  mirasın  qəbul edilməsi  üsullarına  əsaslanır.  Məhz 

bu  üsullar sayəsində  miras qəbul edilir.

Azərbaycan  Respublikasının vərəsəlik hüququ  mirasın  qəbul  edilməsinin  iki 

üsulunu  müəyyənləşdirir:

• formal  üsulunu;

•  qeyri-formal  üsulunu.

Formal  üsul  mirasın  hüquqi  cəhətdən  qəbul  edilməsi,  qeyri-formal  üsul  isə 

mirasın faktiki cəhətdən  qəbul edilməsi  deməkdir1.

Mirasın  qəbul  edilm əsinin  fo rm a l  üsulu  dedikdə,  vərəsənin  notariat  kon­

toruna  mirası  qəbul  etdiyi  barədə  ərizə  verməsi  başa  düşülür.  Özü  də  dərhal 

qeyd  etməliyik  ki,  ərizə  istənilən  yox,  yalnız  m irasın  açıldığı  y e r  üzrə  n o ta ri­

at  kontoruna  ve rilir.  Formal  üsul  vərəsənin  birbaşa  iradə  ifadəsi  ilə  bağlı 

olub,  onun  miras əmlakın  mülkiyyətçisi  olmaq  niyyətini  mübahisəsiz olaraq  sü­

but edir.

Vərəsə  ərizəni  yalnız  yazılı  form ada  verməlidir.  Notariat  praktikası  mira­

sın  qəbul  edilməsi  barədə  şifahi  formada  ərizəyə  yol  v e rm ir.  Vərəsə  yazılı 

ərizədə göstərir ki,  o,  mirası  qəbul edir.  Əgər notariat kontoruna  vərəsənin  özü 

şəxsən  gələrsə,  notarius onun  şəxsiyyətini  müəyyənləşdirir,  yoxlayır və  bu  ba­

rədə  ərizədə  müvafiq  qeyd  edir.  Bu  halda  vərəsənin  ərizədəki  imzası  notariat 

qaydasında  təsdiqlənmir.  Notarius  vərəsənin  imzasının  həqiqiliyini  yoxlayır,  bu 

barədə  onun  şəxsiyyətini  müəyyənləşdirən  sənədi  və  bu  sənədin  rekvizitlərini 

göstərməklə  qeyd  edir.

Vərəsənin  ərizəsi  notariusa  başqa  şəxs  tərəfindən  də verilə  bilər.  Bu  halda 

vərəsənin  ərizədəki  imzası  notarius  tərəfindən təsdiqlənməlidir.

Mirası  qəbul  etmək  barədə  ərizə  nümayəndənin  vasitəsilə  də  verilə  bilər. 

Bu  halda  nümayəndənin  vərəsəlik  işinin  aparılması  barədə  notariat  qaydasın­

da təsdiqlənmiş etibarnaməsi  olmalıdır* 2

 3.


Bəzən  vərəsə  mirasın  açıldığı  yerdə  yaşamır  və  buna  görə  də  notariusa 

şəxsən  gəlmək  imkanına  malik  olmur.  Bu  halda  mirası  qəbul  etmək  haqqında 

ərizə  poçt vasitəsilə  göndərilə  bilər.  Teleqramadan  və  digər  rabitə  vasitələrin­

dən  də  istifadə  olunması  mümkündür.  Lakin  ərizənin  kim  tərəfindən  göndəril­

məsini  və  orada  kimin  imzasının  olmasını  sübut  etmək  lazımdır.  Ərizənin  həqi­

qətən  vərəsə  tərəfindən  göndərilməsi  məsələsi  barədə  mübahisəyə  yol  ver­

məmək  üçün  vacibdir  ki,  ərizədə  və  ya  teleqramda  vərəsənin  imzası  notariat 

qaydasında  təsdiqlənsin.  Əgər  ərizədə  vərəsənin  imzası  təsdiqlənməzsə,  bu, 

notariusa  həmin  ərizəni  geri  qaytarmağa  əsas  vermir.  Notarius  həmin  ərizəni 

vərəsəlik  işlərinin  uçotu  kitabında  qeydiyyata  almağa  və  vərəsəlik  işini  apar­

mağa  borcludur.  Lakin  vərəsəyə  təklif olunur  ki,  yeni  ərizə  təqdim  olunsun  və 

orada  vərəsənin  imzası  notariat  qaydasında  təsdiq  edilsin  və  ya  mirası  rəsmi-



Ляпунов C.Г.

  Наследование.  M ., 2003, с.  170.

2  Советская  юстиция.  1965  г., №  19, с.  32.

Эйдинова Э.Б.

  Наследование  по закону и завещанию.  M .,  I98 4 , с.  17.

642


ləşdirmək üçün şəxsən  gəlsin.

Bir  neçə  vərəsə  olduqda  vərəsələrdən  hər  biri  mirası  müstəqil  surətdə qə­

bul  etməlidir,  yəni  şəxsən  notariusa  ərizə  verməlidir.  Vərəsənin  birinin  ərizə 

verməsi qalan vərəsələr tərəfindən mirasın qəbul olunmasını  ifadə etmir.

Əgər vərəsəliyin  əsası  eyni  olarsa,  bir neçə vərəsə  notariusa  yalnız bir əri­

zə  verə  bilərlər.  Bu  halda  ərizə  bütün  vərəsələr tərəfindən  hamılıqla  imzala­

nır'.  Vərəsəliyin  əsası  eyni  olmadıqda  isə,  məsələn,  əgər  müxtəlif əşyalar və­

siyyət  olunarsa  (belə  halda  məlum  məsələdir  ki,  vərəsəliyin  əsası  eyni  deyil­

dir),  onda vəsiyyət üzrə vərəsələrdən hər biri  ayrıca olaraq ərizə verir.

M irasın  qəbul  edilm əsinin  qeyri-form al  üsulu  odur ki,  bu  üsula görə və­

rəsənin  konkret  hərəkətləri  və  rəftarı  onun  mirası  qəbul  etmək  niyyətini  açıq- 

aşkar təsdiqləyir və  sübut  edir.  Bu  hərəkətlərin  məzmunundan  belə  bir nəticə 

çıxarmaq  mümkün  olur ki, vərəsə  mirası  qəbul  etmək məqsədi  güdür. Ona gö­

rə də  qeyri-formal  üsula  konklyudent hərəkətlərlə edilən  üsul  da  deyilir1

 2.

Qeyri-formal  üsulun özü iki cür olur:



•   miras  əmlaka faktiki  sahiblik etmək üsulu;

•   miras  əmlakı faktiki  idarə etmək üsulu.

Faktiki  s a h ib lik  etm ək üsulu odur ki,  bu üsul əsasında vərəsə ölən şəxsin 

əmlakını  faktiki  cəhətdən  ələ  keçirir  və  ona  sahib  durur,  onun  üzərində  fiziki 

«ağalıq»  edir.  Öz hüquqi təbiətinə görə bu,  konklyudent hərəkətlərdir.  Ona gö­

rə  ki,  bu  hərəkətlərdən  vərəsənin  mirası  qəbul  etmək  niyyəti  açıq-aşkar görü­

nür və  bəlli  olur.  Bu  üsulla  miras  qəbul  etmək  halına  çoxlu  misallar çəkə  bilə­

rik.  Həmin  üsul  müxtəlif yollarla  həyata  keçirilir:  vərəsənin  miras  qoyanın  ya­

şadığı  evə  köçməsi;  miras  qoyanla  birlikdə  yaşayan  vərəsənin  sadəcə  olaraq 

həmin  mənzildə  yaşamaqda  davam  etməsi3;  əvvəllər  miras  qoyana  məxsus 

olan  əmlakdan  vərəsənin  faktiki  istifadə  etməsi;  vərəsənin  miras əmlakı  götü­

rüb öz evinə aparması;  miras qoyanın əmanət kitabçasını saxlamaq;  miras qo­

yanın  həyətyanı  sahəsində  işləmək4 və s.

Qeyri-formal  üsulun  ikinci növü  miras əmlakı faktiki  idarə etmək adlanır. Bir 

qayda  olaraq,  vərəsə  əmlaka  yiyələndikdən  sonra  onu  idarə  etməyə  başlayır. 

Vərəsə  bir  sıra  hallarda  miras  əmlakı  ona  yiyələnmədən  və  sahib  durmadan 

da  idarə  edə  bilər.  Məsələn,  vərəsə  özünün  yaşadığı  yerdən  başqa  yerdə 

olan əmlakı  idarə edə bilər.

M iras  əm lakı fa k tik i  idarə  etmək  dedikdə,  vərəsənin  etdiyi  elə  hərəkətlər 

başa  düşülür  ki,  bu  hərəkətləri  adətən,  mülkiyyətçi  öz  mənafeyi  üçün  əmlakın 

saxlanması  və  normal  təsərrüfatın  aparılması  üçün  edir.  Söhbət  o  hərəkətlər­

dən  gedir  ki,  bu  hərəkətlər vərəsənin  miras  əmlaka  özününkü  kimi  münasibət



Гущин В.В.

  Наследственное право.  Учебное пособие.  М-, 2003, с.  60;



Никитиче  П.С.

  Наследственное  право  и  наследственный  процесс.  Кишинев.  1973,  с. 183; 

Гражданское  право.  У чеб ник.  Часть  3  /   Под  ред. 

А.П.Сергеева,  Ю.К.Толстого.

  М.,  1998,  с.  550; 



Иоффе О.С.

  Советское  гражданское  право.  Курс лекций.  Часть 3. Л .,  1965, с.  331.

3  Вах:  постановления  Пленума  Верховного  Суда  СССР  от  10  апреля  1957  г.  / /   Бюллетень 

Верховного Суда СССР,  1957 г. № 2.

4  Вах:  разъяснения  отдела  нотариата Верховного Суда  РСФСР / /  Советская  юстиция.  1965. № 

20, с.  31;  1966, № 2 2 , с.З I .

643


bəsləməsini  ehtimal etməyə əsas verir.  Bu  hərəkətlərə  aiddir':

•  miras  qoyanın  əm lakını  lazımi  vəziyyətdə  saxlam aq;  əgər  miras  qoya­

nın  heyvanları  varsa,  heyvanları  lazımınca  bəsləmək  və  onlar  üçün  yem

almaq:


•  miras  qoyanın  əm lakını  (məsələn,  binanı)  tə m ir  etm ək  və  ya  m iras 

əmlakın  saxlanması  üçün  çəkilən  xərcləri  ödəmək:

•  miras  qoyanın  əmlakı  ilə  bağlı  vergi  ödəm ək,  sığorta  haqqı  və  digər 

ö dənişlər verm ək;

•  mənzil  kirayə  müqaviləsi  əsasında  miras qoyana  məxsus  olan  evdə yaşa­

yan  kirayəçilərdən  kirayə  haqqı  almaq,

•  miras  qoyanın  həyətyanı  təsərrüfatını  şəxsən  aparm aq  (həyətyanı  to r­

paq  sahəsini  becərmə,  m əhsulu  yığma  və  s.)  və  bunun  üçün  başqa 

şəxslərin  əməyindən  istifadə etmək və  s.

Miras  əmlakın  faktiki  cəhətdən  qəbul  edilməsini  şərtləndirən  siyahı  qəti  və 

dəqiq  xarakter daşımır* 2 *.  Bu  siyahıya  digər hərəkətləri  də əlavə  etmək  olar*.

Mirasın  qəbul 

Miras  həm  formal  üsulla  (mirasın  hüquqi  cəhətdən  qe-

edildivi  müddət 

bul  ec*ilməsi  'I0 )'  həm  de  qeyri-formal  üsulla  (mirasın 

faktiki  cəhətdən  qəbul  edilməsi  ilə)  yalnız  müəyyən



müddət ərzində  qəbul  edilə  bilər.  Həmin  müddətə  mirasın  qəbul  edilmə müd­

dəti  deyilir.

Mirasın  qəbul  edilm ə  m üddəti  dedikdə,  qanunda  nəzərdə  tu tu la n   elə 

b ir  vaxt  dövrü  başa  d ü ş ü lü r  ki,  həm in  d ö v r  ərzində  və rə s ə liy ə   çağırılm ış 

şəxslər m irası  qəbul  etm əyə yönələn  hərəkətlər edirlər.

Mirasın  qəbul  edilmə  müddəti  qanunla  müəyyənləşdirilir.  Mülki  Məcəllə  bu 

barədə  müvafiq  göstəriş  ifadə  edir.  Buna  görə,  yəni  qanun  (Mülki  Məcəllə) 

əsasında  müəyyənləşdirildiyinə  görə  həmin  müddət  qanuni  və  ya  n o rm a tiv 

m üddət  növünə  şamil  edilir.  Bu  müddətin  həm  müqavilə  əsasında,  həm  də 

məhkəmə qərarı  ilə  müəyyənləşdirilməsi  istisna olunur.

Öz  hüquqi  təbiətinə  görə  b irin cisi,  mirasın  qəbul  edilmə  müddəti  preklyu- 

ziv  m üddətdir.  İkincisi,  həmin  müddət  hüquqların  heyata  k e çirilm ə   m üddə­

tidir.  Ona  görə  ki,  preklyuziv  müddət  hüquqlann  həyata  keçinimə  müddətinə 

aiddir.  Üçüncüsü,  göstərilən  müddət  hüquqlann  m övcu d   olm a  m üddətidir. 

Ona  görə  ki,  preklyuziv  müddət  həm  də  hüquqlann  mövcud  olma  müddəti  sayı­

lır,  bir  şərtlə  ki,  bu  hüquqlar  həmin  müddət  ərzində  həyata  keçirilsin4.  D ördün­

cüsü,  mirasın  qəbul edilmə  müddəti  iddia  m üddəti  hesab edilm ir.



Серебровскчй  В I I

  О черки  советского  наследственного  права.  M ..  1953,  с.  170; 

Никитюк 

П С.

  Наследственное  право  и  наследственный  происсс.  К иш инев.  1973,  с.  183; 



Ляпунов  С Г

  Нас­


ледование.  М ..  2003,  с.  170; 

Власов  Ю  Н .  K

o

.

iuhuh

  В В

  Наследственное  право  Российской 

Федерации.  М .,  2002, с.  38-39.

2  Bəzi  m ü o lliflo r bu  siyahının doqiq  və  q ə li olması  fik rin i  s ö y lə y irlə r.  Zənn  e d irik  k i.  bu dəq iq   söy­

lə nilm ə yən   fik ir d ir  

(Зайцева  I I I .   К/юшснинников Г1.В

  Наследственное  право.  М ..  2003, с.  120).

Azərbaycan  Respublikası  A li  M ə h kəm ə si  Plenumunun  5  saylı  qərannda  g ö s tə rilir k i.  d ig ə r  hallar 

da  vərəsənin  mirası  fa k tik i  surətdə  idarə  etm əyə  başlamasını  və   ya  mirasa  y iy ə lə n m ə s in i  sübut  edən 

h ərəkə tlər kıın i q iym ə tlə n d irilə  b ilə r (« M ə h kə m ə lə r tərəfin d ən  və rə sə lik qanununun tə tb iq  edilm əsinin 

bəzi m ə sələləri  haqqında»  28 sentyabr  1979-cıı  il  ta rix li qərarın  1 l- c i  bəndi).



S.S. Allahverdiyev.

  G östərilən  əsər, s. 930-931.

644


Azerbaycan Respublikasının vərəsəlik hüququ nəzərdə lutur ki, miras üç ay 

ərzində  qəbul edilə  bilər  (MM-in  1246-cı  maddəsi).  Deməli,  mirası  qabul et­

mək  üçün  qanunla  üç  aylıq  müddət  m üəyyənləşdirilir'.  Həmin  müddət  isə 

mirasın  açıldığı  gündən  yox,  vərəsə  vərəsəliyə  çağrıldığını  bildiyi  və ya bilməli 

olduğu  gündən  hesablanır  (başlanır).  Məsələn,  yanvar  ayının  1-də  vətəndaş 

vərəsəliyə çağırılır.  Miras aprel  ayının  2-nə kimi qəbul edilə  bilər.  Əgər vərəsə 

yanvar  ayının  1-dən  aprel  ayının  2-nə  kimi  mirası  qəbul  etməzsə,  onda  o,  mi­

rası  qəbul  etmək  huququnu  itirir.  Çox  vaxt  vərəsənin  vərəsəliyə  çağırıldığını 

bildiyi  günlə  mirasın  açıldığı  gün  üst-üstə  düşür.  Belə  ki,  əksəriyyət  hallarda 

mirasın  açıldığı gündə vərəsə özunun vərəsəliyə çağınldığını bilir.

Üç  aylıq  m üddət  həm  qanun  üzrə vərəsəliyə,  həm  də vəsiyyət  üzrə və­

rəsəliyə  aiddir.  Verəsə  həmin  müddətin  istənilən  anında  mirası  həm  formal, 

həm  də  qeyri-formal  usulla  qəbul edə bilər.  Məsələn,  vərəsənin  mirası vərəsə­

liyə  çağrıldığını  bildiyi  gündən  bir  ay  sonra  və  ya  iki  ay  sonra  və ya  iki  ay  15 

gun  sonra  və  s.  qəbul  elmək  huququ  vardır,  özü  də  dərhal  qeyd etməliyik  ki, 

uç  aylıq  müddətin  hansı  anında  baş  verməsinə  baxmayaraq,  mirasın  qəbulu­

nun genyə  qüvvəsi vardır:  vərəsə  mirası,  miras açıldığı andan  əldə etmiş olur.

Bəzən  mirasın  qəbul  edilməsi  müddəti  haqqında  məsələ  mürəkkəbləşir və 

qəliz  xarakter alır.  Belə  ki,  bir  sıra  hallarda  vərəsənin  mirası almaq  hüququ  di­

gər  vərəsələrin  mirası  qəbul  etməmələri  nəticəsində  yaranır.  Mirası  qəbul  et­

məyən  vərəsələr  anlayışına  d axildir  (onlann  mirası  qəbul  etməmələri  vərə­

səliyə  gəlməmələn  ilə  və yə vərəsəlikdən imtina  etmələri  ilə bağlı ola bilər);

•  birincisi,  əvvəlki  növbə  vərəsələr  (məsələn,  birinci  növbə  vərəsələr  mi­

rası  qəbul  etmirlər  və  bunun  nəticəsində  ikinci  növbə  vərəsələrin  mirası 

əldə  etmək  hüququ  yaranır;  birinci  və ikinci  növbə vərəsələrin mirası  qə­

bul  etməmələri  nəticəsində  üçüncü  növbə  vərəsələrin  mirası  almaq  hü­

ququ əmələ gəlir və s.):

•  ikincisi,  vəsiyyət  üzrə vərəsəlik zamanı vərəsələr,  yəni  vəsiyyət üzrə və­

rə s ə lə r  (məsələn,  vəsiyyət  uzrə  vərəsələr  mirası  qəbul  etmirlər və  bunun 

nəticəsində qanun üzrə vəreselenn mirası əldə etmək hüququ yaranır);

•   üçüncüsü,  əsas  vərəsə3  (məsələn,  vəsiyyət  üzrə  əsas vərəsə  mirası qə­

bul  etmir  və  bunun  nəticəsində  vəsiyyətnamə  ilə  ehtiyat  vərəsə  təyin 

edilmiş şəxs  mirası almaq  hüququ əldə edir).

Göstərilən  kateqoriya  vərəsələrin  mirası  qəbul  etmədikləri  nəticəsində  mi­

rası  almaq  hüququ  əldə  edən  vərəsələrin  mirası  qəbul  etmələri  üçün müddət 

barədə  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  xüsusi  qayda  nəzərdə 

tutur  (MM-ın  1247-ci  maddəsi).  Buna  m irasın  qebul  edilm əsinin  xüsusi * 2

 3

Bun  xarici  öllcokrrin  qanunvericiliyi  daha  U7tm  müddot  nəanrdə  rulur  Masnlan. 



İtaliyanın 

vnmsnlik  hüququna pöm, mirasın qobu! olunma müddoti on ildir fОсновные институты фажданеггогп 

права зарубежных стран  М .  1999. с. 561).

2 Научно-практический комментарий к  ГК РСФСР / Отв. рсд. 



Е А Флейщиц

 

М.,  1966, с  616





Зайиева  Т И .  Крашенинников П.В

  Наследственное  право  (комментарий  за к о н о д а те л е м   и 

практика  его  применения).  М ..  2003,  с.  124;  Советское  гражданское  право.  Учебник  Том  2  Под 

рсд. 


В П Грибанова.  С  М  Корнеева

  М  .  1980.  с.  500;  Гражданское  право  Учебник  Часть  3  Под 

рсд. 

А П  Сергеева.  Ю  К. Толстого.

  М.,  1998. с.  552.



Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin