Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§ 4. Vəsiyyətnamələrin  ləğvi və ya



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə47/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   54
§ 4. Vəsiyyətnamələrin  ləğvi və ya 

dəyişdirilməsi,  qüvvədən  düşməsi

Vəsiyyətnamə  şəxsin  ölüm  hadisəsi  olacağı  halda  öz 

əmlakı  barəsində  qanunla  müəyyən  edilmiş  qaydada 

verdiyi  sərəncamdır.  Bu  sərəncam  vəsiyyət  edən şəx­

sin  sağlığında  vərəsələr  üçün  hər  hansı  bir hüquq ya­

ratmır və  onların  üzərinə  heç  bir vəzifə  qoymur.  Vəsiyyətnamənin  hüquqi nəti­

cəsi  (hüquq  və  vəzifələr)  onun  təsdiq  (tərtib)  edildiyi  gündən  deyil,  vəsiyyət 

edənin  ölümündən  sonra  əmələ  gəlir3.  Vəsiyyətnamə  yalnız bircə tərəfin -  və­

siyyət  edənin  iradəsini  ifadə  etdiyinə  görə  birtərəfli  akt  hesab  edilir.  Belə  ki, 

vəsiyyət  edənin  vəsiyyətnamədə  əks  edilən  iradə  ifadəsi  birtərəfli  xarakterə 

malik olur.  Ona  görə  də vəsiyyət edən  şəxs istənilən vaxt onu  tamamilə və ya 

qismən  ləğv edə və ya  dəyişdirə  bilər.

Vəsiyyətnam ənin  ləğv  edilm əsi  və  dəyişdirilm əsi  vəsiyyət  edən  şəxsin 

hüququdur.  Bu  hüququ  yalnız vəsiyyət edənin  özü  həyata keçirə bilər.

Vəsiyyətnamənin  ləğv  edilməsi  onun  vəsiyyət edən  tərəfindən  geri  götürül­

məsi  deməkdir.  Bunun  nəticəsində  vəsiyyətnamənin  hüquqi  qüvvəsinə  xitam 

verilir.  Vəsiyyət  edənin  vəsiyyətnaməni  ləğv  etmə  imkanı  Azərbaycan  Res­

publikasının  vərəsəlik  hüququnun  vəsiyyətnamənin  geri  götürülməsi  prinsipi 

ilə  bağlıdır.  Bu  prinsip  isə  vəsiyyət  edənin  iradə  ifadəsinin  bir  qayda  olaraq, 

birtərəfli xarakter daşımasına və geri  götürülmək xüsusiyyətinə  malik olmasına 

əsaslanır.  Həmin  prinsipə  görə,  vəsiyyət  edən  nə  vaxta  kimi  sağdır,  o,  vəsiy­

yətnaməni  istənilən vaxt geri götürə  bilər.

Vəsiyyətnam ənin  ləğv  edilm əsi  dedikdə,  vəsiyyət  edən  tərəfindən  və­

siyyətnam ənin  geri  götürülm əsi  və  bunun  nəticəsində onun  hüquqi  qüv­

vəsinə xita m   ve rilm ə si  başa  düşülür.

Mülki  qanunvericilikdə  və  sivilistika  elmində  (doktrinasında) vəsiyyətnamə-



1

  Гражданское  и торговое  право капиталистических государств, с.  283.



Синайский В. И.

  Русское  гражданское  право.  М .,  2002, с.  559.

3  Azərbaycan  Respublikası  A li  M əhkəm əsi  Plenumunun  « M ə hkəm ələr tərəfindən vərəsəlik qanun­

unun  tətb iq   edilm ə sinin   bəzi  m əsələləri  haqqında»  28  sentyabr  1979-cu  il  ta rixli  5  saylı  qərarının 4-cü 

bəndi  / /   Azərbaycan  Respublikası  A li  M əhkəm əsi  Plenumunun  qərarlar  nıəcmuəsu  (1961-1997-ci  il). 

Bakı.  1998,  s.  101.

Vəsiyyətnamənin 

ləğvi  və ya 

dəyişdirilm əsi

623


nin  bir  neçə  üsulla  (yolla)  ləğv  edilməsi  göstərilir.  Yeni  və siyyətnam ənin  tə r­

tib   edilm əsi  bu  üsullardan  birincisidir  (MM-in  1220-ci  maddəsinin  1-ci  bəndi). 

Bu  üsul özü  iki yolla  həyata  keçirilir:  birbaşa  yolla;  dolayısı yolla.

Birbaşa  yolun  mahiyyəti  ondan  ibarətdir  ki,  vəsiyyət  edən  yeni  vəsiyyət­

namə tərtib  edir və orada  özünün  əvvəl tərtib etdiyi  vəsiyyətnamənin  ləğv edil­

məsini düzünə  göstərir və yeni  vərəsə təyin edir.  Başqa  sözlə desək,  vəsiyyət 

edən  sonradan  tərtib  etdiyi  vəsiyyətnamədə  birbaşa  göstərir  ki,  o,  əvvəl  tərtib 

edilən  vəsiyyətnaməni  (və ya  vəsiyyətnamələri)  ləğv edir  və yeni  vərəsə təyin 

edir.  Bu  halda  yeni  vəsiyyətnamə  əvvəlki  vəsiyyətnamənin  hüquqi  qüvvəsinə 

xitam  verilməsinə  səbəb  olur.  Amma  yeni  (sonradan  tərtib  edilmiş)  vəsiyyət­

namə özündə təzə vəsiyyət sərəncamı  ifadə  etməlidir.  Əgər vəsiyyət edən  yal­

nız  əvvəlki  vəsiyyətnamənin  ləğvini  yazılı  surətdə  bəyan  edərsə,  bu  bəyanata 

vəsiyyətnamə  kimi  baxmaq  olmaz.  Ona  görə  ki,  həmin  bəyanatda  vəsiyyətna­

mənin  labüd  (məcburi)  əlamətləri,  hər  şeydən  əvvəl,  vərəsə  teyin  etmək  əla­

məti  yoxdur1.

Dolayısı  yol  belə  bir qaydaya  əsaslanır ki,  bu  qaydaya  görə,  vəsiyyət edən 

tərəfindən  müxtəlif vaxtlarda  tərtib  olunan  və  eyni  bir  məsələyə  toxunan  iki  və 

ya  bir  neçə  vəsiyyətnamədən  tərtib  olunma  tarixinə  (müddətinə)  görə  sonrakı 

vəsiyyətnamə  (sonradan  tərtib  edilmiş  vəsiyyətnamə)  hüquqi  qüvvəyə və  əhə­

miyyətə  malik  olur2.  Məsələn,  ata  10  dekabr  2004-cü  ildə  yaşayış  evini  öz 

qonşusuna  vəsiyyət  edir.  Bir  ildən  sonra  12  dekabr  2005-ci  ii  tarixində  o,  hə­

min yaşayış evinin  kənd  sakininə  vəsiyyət edilməsi  barədə  yeni  vəsiyyətnamə 

yazır.  Bu  vəsiyyətnamə  əvvəlki  vəsiyyətnaməni  ləğv edir.

Bununla  bərabər,  ayrı-ayrı  vaxtlarda  müxtəlif iki  və  ya  bir  neçə  vəsiyyətna­

mə  tərtib  edilə  bilər.  Bu  vəsiyyətnamələrdən  hər  biri  m üxtəlif  məsələlərə  həsr 

edilə  bilər.  Məsələn,  vəsiyyət  edənin  əvvəl  tərtib  etdiyi  vəsiyyətnamə  yaşayış 

evinin,  sonradan  tərtib  etdiyi  vəsiyyətnamə  isə  minik avtomobilinin  hüquqi  tale­

yini  müəyyən  edir.  Bu  halda  sonradan  tərtib  edilmiş  vəsiyyətnamə  əvvəl  tərtib 

olunmuş vəsiyyətnamənin  ləğv edilməsinə səbəb olmur.  Onlardan  hər biri  m üx­

tə lif predm etlərə m alik olduğuna görə  m üstəqil surətdə  qüvvədə qalır.

Müxtəlif vaxtlarda  bir-birinin  ardınca  eyni  bir  şəxs tərəfindən  bir  neçə  və­

siyyət tərtib  edildikdə,  həmin  vəsiyyətnamələri  diqqətlə  qarşılaşdırmaq,  tutuş­

durmaq  və  müqayisə  etmək  lazımdır.  Bu  halda  gərəkdir  ki,  məsələyə  belə  bir 

ümumi  prinsip  əsasında  yanaşılsın:  vəsiyyət edənin  həqiqi  və  qəti  iradəsi  son­

radan,  yəni  sonrakı tarixlə tərtib  edilmiş vəsiyyətnamədə ifadə olunur.

Elə  hallar  olur  ki,  eyni  bir  şəxs  bir  neçə  vəsiyyətnamə  tərtib  edir.  Söhbət 

həm  ev  vəsiyyətnaməsinin,  həm  xüsusi  formalı  vəsiyyətnamənin  (məsələn, 

gəmi,  xəstəxana,  hərbi  və  s.  vəsiyyətnamələrin),  həm  də  notariat  vəsiyyətna­

məsinin tərtibindən  gedir.  Bu  halda  tərtib olunma  tarixinə  görə  axırıncı  (sonra­

kı) olan vəsiyyətnamə yox,  notariat vəsiyyətnaməsi  qüvvədə olur.  Ona  görə ki, 

Azərbaycan  R espublikasının  vərə sə lik  hüququ  n o ta ria t  və siyyə tn am ə si­

nə  ü stü nlük v e rir (MM-in  1223-cü  maddəsinin  1-ci  bəndi).

2

624


Антимонов Б.С., Граве K.A.

  Советское наследственное  право.  M .,  1955, с.  182. 



Иоффе О.С.

  Советское гражданское право.  К ур с лекций.  Часть 3.  Л .,  1965, с .3 12.



Xüsusi formalı vəsiyyətnamələr də göstərilən üsulla ləğv edilə bilər.  Belə ki, 

hərbi  vəsiyyətnamə  yeni  hərbi  vəsiyyətnamə  ilə,  konsul  vəsiyyətnaməsi  yeni 

konsul  vəsiyyətnaməsi  ilə,  gəmi  vəsiyyətnaməsi  yeni  gəmi  vəsiyyətnaməsi  ilə 

və  s.  ləğv edilə  bilər.  X üsusi vəsiyyətnam ənin  hər hansı  b ir növünün onun 

başqa  növü  ilə   ləğv  edilm əsi  müm kündür.  Ona  görə  ki,  həmin  növlər nota­

riat  vəsiyyətnamələrinə  bərabər tutulur.  Məsələn,  hərbi  vəsiyyətnamələrin  nə­

inki  hərbi  vəsiyyətnamələrlə,  habelə  konsul,  gəmi  və  s.  vəsiyyətnamələrlə,  o 

cümlədən  notariat  vəsiyyətnamələri  ilə  ləğv  olunması  mümkündür.  Notariat 

vəsiyyətnamələrinin  xüsusi  formalı  vəsiyyətnamələrlə  ləğv  edilməsinə  gəldik­

də,  qeyd  etmək  lazımdır  ki,  sovet  mülki  hüquq  elmi  bunun  mümkün  olmasını 

göstərirdi'.  Məsələn,  notariat  vəsiyyətnamələri  xəstəxana,  gəmi,  hərbi  vəsiy­

yətnamələrlə,  ümumiyyətlə,  istənilən  xüsusi  vəsiyyətnamə  növü  ilə  dəyişdirilə 

bilərdi.  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  bu  qaydanın  əksi  olan 

norma  nəzərdə tutur:  notariat vəsiyyətnam əsi  başqa form alı vəsiyyətnamə 

ilə  ləğv edilə  bilm əz (MM-in  1223-cü  maddəsinin  2-ci bəndi)* 2.

V ə siyyətnam ənin  ləğv  edilm əsinin  ikinci  üsulu  (yolu)  notariat  orqanı­

na  ərizə  verm əkdən  ib a rə td ir  (MM-in  1220-ci  maddəsinin  2-ci  bəndi).  Bu, 

vəsiyyətnamənin  ləğv  edilməsinin  birbaşa  üsuludur3.  Göstərilən  üsula  görə 

vəsiyyət  edən  notariat  kontoruna xüsusi  ərizə verir.  Ərizədə o,  göstərir ki,  əv­

vəl  tərtib  olunan  vəsiyyətnamə  ləğv  edilir  və  yeni  vəsiyyətnamə  ilə  əvəz  edil­

mir.  Bu  halda  həmin  şəxs  öldükdən  sonra  qanun  üzrə  vərəsəlik yaranır, yəni 

vərəsəliyə  qanun  üzrə vərəsələr çağırırlar.  Özü  də dərhal  qeyd etməliyik ki,  bu 

üsulla  notariat vəsiyyətnamələri  ləğv edilir.

Vəsiyyətnam ənin  bütün  nüsxələrinin  vəsiyyət  edən  tərəfindən  məhv 

edilm əsi  vəsiyyətnamənin  ləğv  edilməsinin  üçüncü  üsuludur  (MM-in  1220-ci 

maddəsinin  3-cü  bəndi).  Söhbət  fiziki  cəhətdən  məhv  edilmədən  gedir.  Fiziki 

cəhətdən  məhv  edilmənin  yolları  isə  müxtəlifdir:  vəsiyyətnamənin  nüsxələrini 

yandırmaq;  vəsiyyətnamənin  nüsxələrini  cırıb atmaq;  vəsiyyətnamənin  nüsxələ­

rini xətləyib oxunmaz hala  salmaq;  vəsiyyətnamənin nüsxələrini ştrixləmək və s.

Vəsiyyətnamənin  bir və  ya  bir  neçə  nüsxəsinin  yox,  yalnız  bütün  nüsxələri­

nin  məhv  edilməsi  onun  ləğvinə  səbəb  ola  bilər.  Məsələ  burasındadır ki,  nota­

riat  vəsiyyətnamələri  tərtib  edilən  zaman  vəsiyyət  edəndə  vəsiyyətnamənin 

ancaq  surəti  qalır,  onun əsli  isə notariat kontorunda  saxlanılır.

Saxlanm aq  üçün  notariusda  rəsmən  depozitə  qoyulm uş  vəsiyyətna­

m əni  depozitdən  götürm ə vəsiyyətnamənin  ləğv edilməsinin  üsullarından  bi­

ridir.  Bu  üsulu  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  birbaşa  konkret 

normada  nəzərdə tutmur.  Lakin  MM-in  1187-ci  maddəsini  təhlil  etsək  bu  üsul­

la  vəsiyyətnamənin  ləğv  edilməsinin  mümkünlüyünü  müəyyənləşdirə  bilərik.

'  

Серебровский  В.И.

  Очерки  советского  наследственного  права.  M .,  1953.  с.148; 



Антимонов 

Б. С..  Граве К.А.

  Советское  наследственное  право.  М .,  1955,  с. 184; 



Никитюк П.С.

  Наследственное 

право  и  наследственный  процесс.  Киш инев.  1973, с.257.

2  Yaponiya  və rə səlik  hüququna görə, d övlət aktı  formasında tərtib  edilən vəsiyyətnamə əllə yazılan 

vəsiyyətnam ə  ilə   və  ya  xüsusi  formalı  vəsiyyətnamə  ilə   ləğv  edilə  b ilə r 

(Сакаэ  Вагацума.  Тору 

Ариидзуми.

  Гражданское  право Японии.  Книга  2.  М .,  1983, с.ЗОб).



Иоффе О.С.

  Советское  гражданское право.  Курс лекций.  Часть 3. Л .,  1965, с. 312.

625


Amma  həmin  üsulu  bəzi  xarici  ölkələrin  vərəsəlik  hüququ  tanıyır.'  Məsələn, 

Almaniya  Mülki  Qanunnaməsinə  görə,  əgər  notariat  vəsiyyətnaməsi  saxlanıl­

dığı  idarədən  götürülüb  (alınıb)  vəsiyyət  edənə  qaytarılarsa,  vəsiyyətnamə 

ləğv edilir.

Vəsiyyət  edən  həm  də  istənilən  vaxt  ə w ə l  tərtib  etdiyi  vəsiyyətnaməni  də­

yişdirə  bilər.  Onun  bildiyimiz  kimi,  ə w ə l  tərtib  etdiyi  vəsiyyətnaməni  tam  ləğv 

etmək  hüququ  vardır.  Bu  hüquqdan  istifadə  edərək  o,  vəsiyyətnaməni  tam 

ləğv  edə  bilər.  Buna  vəsiyyətnam ənin  tam   ləğv  e d ilm əsi  deyilir.  Bununla 

belə,  vəsiyyətnaməni  vəsiyyət  edən  qismən  də  ləğv  edə  bilər.  Belə  ki,  vəsiy­

yət  edənin  əvvəl  tərtib  etdiyi  vəsiyyətnaməni  tam,  bütövlükdə  yox,  həmin  və­

siyyətnamədə  ifadə  olunan  ayrı-ayrı  vəsiyyət  sərəncamlarını  ləğv  edir.  Belə 

halda  vəsiyyətnamənin  mahiyyəti  dəyişmir.  Dəyişən  ancaq  ayrı-ayrı  vəsiyyət 

sərəncamları  olur2.  Bununla  o,  əvvəl  tərtib  etdiyi  vəsiyyətnamənin  yalnız  mü­

əyyən  hissəsini  dəyişdirir,  yəni  həmin  vəsiyyətnaməni  qismən  ləğv edir.  Buna 

vəsiyyətnam ənin  qism ən  ləğv olunm ası  deyilir.

V əsiyyət  edənin  əvvəl  tə rtib   e tdiyi  və siyyə tn am ə n i  q ism ən  ləğv  etm ə­

sinə,  yəni  həmin  vəsiyyətnam ədə  ifadə  olunan  ayrı-ayrı  v ə s iy y ə t  sərən­

camlarını  ləğv  etm əsinə vəsiyyətnam ənin  d ə y iş d irilm ə s i  d e yilir.

Vəsiyyətnamə  əsasən  iki  üsulla  dəyişdirilir.  Yeni  və siyyə tn a m ə   tə rtib   et­

mək  bu  üsullardan  biridir.  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  mü­

əyyən  edir ki,  vəsiyyətnamə yeni  vəsiyyətnamə tərtib  etmək yolu  ilə dəyişdiri­

lə  bilər (MM-in  1220-ci  maddəsinin  1-ci  bəndi).

Yeni  vəsiyyətnamədə  vəsiyyət  edən  göstərir  ki,  o,  ə w ə l  tərtib  etdiyi  vəsiy­

yətnamədə  hansı  dəyişiklik edir.  Ə w əl  tərtib  edilmiş vəsiyyətnamə o  halda  də­

yişilmiş  sayılır  ki,  sonradan  tərtib  edilmiş  yeni  vəsiyyətnamədə  əvvəl  tərtib 

edilmiş  vəsiyyətnamədə 

nəzərdə  tutulan  ayrı-ayrı  vəsiyyət  sərəncamlarını 

ləğv  edən  və  ya  dəyişdirən  yeni  vəsiyyət  sərəncamı  olsun.  Əvvəl  tərtib  olun­

muş vəsiyyətnaməni  ləğv  etməyən  bir neçə vəsiyyətnamə  olduqda,  həmin  və­

siyyətnamələrin  mətnini  diqqətlə tutuşdurmaq  və  müqayisə etmək  lazımdır.

Bəzən  vəsiyyət edən  ə w ə l  tərtib  etdiyi  vəsiyyətnamədə  hansı  dəyişiklik  et­

məsini  yeni  vəsiyyətnamədə  xüsusi  olaraq  göstərmir.  Bu  halda  ə w ə l  tərtib 

olunmuş  vəsiyyətnamə  sonradan  tərtib  edilən  (yeni)  vəsiyyətnaməyə  zidd  ol­

mayan  hissəsi  həddində  öz  qüwəsini  saxlayır,  zidd  olan  hissəsi  isə  ləğv  edilir 

və  beləliklə,  əvvəlki  vəsiyyətnamə  dəyişilir.  Başqa  sözlə  desək,  əvvəlki  və ye­

ni  vəsiyyətnamə,  əgər  bir-birinə  zidd  olmayan  sərəncamlar  nəzərdə  tutarsa, 

onda  onların  hər ikisi  də eyni vaxtda  qüw əyə  malik olur.

Əgər  sonradan  tərtib  edilən  yeni  vəsiyyətnamə  əvvəlki  vəsiyyətnaməni  ta­

mamilə  yox,  yalnız  onun  həm in  vəsiyyətnam əyə  zid d   olan  h is s ə s in i  ləğv 

edərsə,  bu,  o  d em əkdir ki,  əvvəlki vəsiyyətnam ədə  d ə y iş ik lik  e d ilm işd ir.

Bəzən  sonradan  tərtib  edilən  yeni  vəsiyyətnamədə  nəzərdə  tutulan  ayrı-ay­

rı  vəsiyyət  sərəncamları  əvvəlki  vəsiyyətnamədə  ifadə  olunan  bəzi  vəsiyyət 

sərəncamları  ilə  ziddiyyət  təşkil  edə  bilər.  Bu  halda  əvvəlki  vəsiyyətnamənin 1

1  Гражданское  и  торговое  право  капиталистических  государств.  У ч е б н и к.  Часть  2  /   Отв.  ред.



Р.Л.Нарышкина.

  М .,  1984, с.  289.

Г

ущин  В.В.

  Наследственное  право.  Учебное  пособие.  М .,  2003, с.  44.

626


yox,  yeni  vəsiyyətnamənin  müəyyənləşdirdiyi  vəsiyyət  sərəncamı  qüvvədə 

olur və əvvəlki vəsiyyətnamə dəyişilmiş hesab edilir'.

Vəsiyyətnamənin  dəyişdirilməsi  m üxtəlif  form alarda  ifadə  oluna  bilər* 2. 

Vərəsələrin  da irə sin i  dəyişm ək (onların  sırasını artırmaq və ya azaltmaq) bu 

formalardan  biridir.  Məsələn,  vətəndaş əmlakını  beş nəfər qohumuna vəsiyyət 

edir.  O,  sonradan vəsiyyətnamə tərtib edərək vərəsələrin  sayını üç nəfərə kimi 

azaldır.

Vərəsələrə  çatası  m iras  paylarını  dəyişmək  (bu  payları  artırmaq  və  ya 

azaltmaq)  vəsiyyətnamənin  dəyişdirilməsinin formalarından  biridir.  Söhbət mi­

ras  qoyana  (vəsiyyət  edənə)  məxsus  olan  hüquq  və vəzifələrin  vərəsələr ara­

sında  başqa  qaydada  (əvvəlki  vəsiyyətnamədə  nəzərdə tutulandan fərqli qay­

dada)  bölüşdürülməsindən  gedir.  Məsələn,  vətəndaş  əvvəl  tərtib  etdiyi vəsiy­

yətnamədə  göstərir  ki,  yaşayış  evi  onun  qardaşına,  minik  avtomobili  əmisinə 

verilsin.  Sonradan  tərtib  etdiyi  yeni  vəsiyyətnamədə  vətəndaş  göstərir ki,  ya­

şayış evi  onun  əmisinə,  minik avtomobili isə  qardaşına verilsin.

N otariat  orqanına  ərizə  verm əyi  mülki  qanunvericilikdə  və  sivilistika  el­

mində  (doktrinasında)  vəsiyyətnamənin  dəyişdirilməsinin  ikinci  üsulu  hesab 

edirlər3 4

.  Bu  üsula  görə  vəsiyyət  edən  notariat orqanına  (kontoruna) xüsusi əri­

zə  yazaraq  göstərir  ki,  o,  tərtib  etdiyi  əvvəlki  vəsiyyətnamənin  müvafiq  hissə­

sini  dəyişdirir.  Məsələn,  ərizədə  vəsiyyət  edən  vərəsələr  sırasından  hər hansı 

şəxsin  çıxarılmasını  göstərir və ya vərəsələrə çatası  miras  paylarının  dəyişdiril­

məsini  xahiş edir.

Xüsusi  formalı  vəsiyyətnamələr  dəyişdirilərkən  ərizə  həmin  vəsiyyətnamə­

ləri  təsdiq  etmiş  vəzifəli  şəxslərə  (notariusa  bərabər  tutulan  şəxslərə)  verilir'. 

Məsələn,  hərbi  vəsiyyətnaməni  dəyişdirmək  üçün  həmin  vəsiyyətnaməni  təs­

diq  edən  hərbi  hissə  komandirinə  ərizə  verilə  bilər.  Xəstəxana  vəsiyyətnamə­

sini  dəyişdirmək  üçün  ərizə  məlum  məsələdir  ki,  xəstəxananın  baş  həkiminə 

verilir  və  s.  Xüsusi  formalı  vəsiyyətnamələr  notariat  orqanına  ərizə  verməklə 

də  dəyişdirilə  bilər5.

Hüquq  ədəbiyyatında  göstərilir ki,  xüsusi  vəsiyyətnam ənin  müəyyən  nö­

Bu  qayda  A lm a n iya   və rə səlik  hüququnda  birbaşa  nəzərdə  tutulmuşdur:  əgər  sonradan  tərtib 

e dilm iş  və siyyətn am ən in   qaydaları  ə v v ə lk i  vəsiyyətnam ənin  qaydaları  ilə   ziddiyyət  təşkil  edərsə, 

ə v v ə lk i  və siyyətnam ənin  qaydaları  lə ğv edilmiş sayılır (A lm aniya M ü lk i Qanunnaməsi, § 2258).

2  B u  barədə  bax:  Советское  гражданское  право.  У чебник.  Том  2  /   Под  рсд. 

В.П.Грибанова. 

С.М.Корнеева.

  М .,  1980, с.49б.

3  Советское  гражданское  право.  У чебник.  Том  2  /   Пол  ред. 

В.А.Рясенцева.

  М.,  1976,  s.504; 

O .S .İo ffc   bunun  əksi  olan  mövqedə  durur.  O,  göstərir k i,  vəsiyyətnamənin  dəyişdirilm əsi  notariat kon­

toruna  ə rizə  verm ək  yo lu   ilə   həyata  ke çirilə   b ilm əz 



(Иоффе  O.C.

  Советское  гражданское  право. 

К ур с  лекций.  Часть  3.  Л .,  1965,  с.312).  Respublika  Notariat  idarəsi  də  belə  hesab  edir  ki,  göstərilən 

üsulla  və siyyətnam əni  dəyişd irm ək  olm az.  Azərbaycan  Respublikasının  «Notariat  haqqında»  qanunun 

4 8 -ci  maddəsinə  görə  notariusa  vəsiyyətnam ənin  dəyişdirilm əsi  barədə  ərizə  verilə  b ilə r  (AR  Q K .  III 

xüsusi  buraxılış,  s.  312;  «Azərbaycan  Respublikasında  notariat  hərəkətlərinin  aparılması  qaydaları 

haqgmda  təlim at»ın  74-cü bəndi / / Notariat haqqında sənədlər toplusu.  Bakı.  2002, s. 220).

4

 « N ota ria t qaydasında təsdiq  edilm iş sənədlərə  bərabər tutulan sənədlərin m üvafiq və zifəli şəxslər 

tərəfin d ən   təsdiq  edilm əsi  qaydası»nın  14-cü  və  15-ci  bəndləri  //  Notariat  haqqında  sənədlər  toplusu. 

B akı, 2002, s.  57.  Respublika  Notariat  İdarəsi  bunun əksi olan  mövqedə durur.

5 G östə rilən  qaydaların  14-cü bəndi.

627


vü  həm  həmin  növdən  olan  yeni  vəsiyyətnam ə  ilə,  həm  də  başqa  növdən 

olan  yeni  vəsiyyətnam ə  ilə  d ə yişd irilə   b ilə r1.  Məsələn,  hərbi  vəsiyyətnamə 

həm  hərbi  vəsiyyətnamə  ilə,  həm  konsul  vəsiyyətnaməsi  ilə,  həm  gəmi  vəsiy­

yətnaməsi  ilə  və s.,  həm  də  notariat vəsiyyətnaməsi  ilə dəyişdirilə  bilər.

Notariat  vəsiyyətnam əsi  yalnız  notariat  vəsiyyətnam əsi  ilə   dəyişdirilə 

bilər.  Bu  forma  vəsiyyətnamələrin xüsusi formalı vəsiyyətnamə  ilə dəyişdirilmə­

si  qeyri-mümkündür.  Ona  görə  ki,  Azərbaycan  Respublikasının  vərəsəlik  hüqu­

qu  birbaşa  müəyyən  edir:  notariat vəsiyyətnaməsi  başqa  formalı  vəsiyyətnamə 

ilə  ləğv edilə  bilməz  (MM-in  1223-cü  maddəsinin  2-ci  bəndi)2.  Vəsiyyətnamənin 

dəyişdirilməsi  vəsiyyətnamənin  qismən  ləğv  edilməsi  demək  olduğuna  görə  bu 

hüquqi göstəriş vəsiyyətnamənin  dəyişdirilməsi  halına da aiddir.

Tövsiyə  olunan əlavə ədəbiyyat

Халфина  P.O.  Право  наследования  в  СССР.  M.,  1951;

Серебровский  В.И. Очерки советского наследственного права. М.,  1953 (гл. IV);

Антимонов Б.С., Граве К.А. Советское наследственное право.  М.,  1955 (гл. V);

Гордон  М.В.  Наследование  по закону  и  по завещанию.  М.,  1967  (раздел  111);

Рясенцев  В.А.  Наследование  по закону  и  по завещанию в СССР.  М.,  1972;

Бондарев  Н.И.,  И льи н а  Г.Н.,  Ш им илевич  С.Я.  Удостоверение  и  исполне­

ние завещаний.  М.,  1965;

Гордон  М.В.  Особые  формы  завещания  по  новым  гражданским  кодексам 

//Правоведение.  1965. №3;

Грибанов  В.П.  Границы  свободы  завещания  вкладов  //  Советское  госу­

дарство  и  право.  1968, №3;

Дроников В.К.  Наследование  по завещанию  в советском  праве.  Киев  1957;

Никитине  П.С.  Наследственное  право  и  наследственный  процесс.  Кишинев. 

1973  (глава III);

Эйдинова Э.Б.  Наследование  по закону  и завещанию.  М.,  1984 (раздел IV);

С алом атова  Т.В.  Наследование  по завещанию  и  по  закону  М.,  2002  (глава

1



§  

3

);

Зайцева  Т.И., Крашенинников П.В. Наследственное право.  М., 2003  (глава 3);

Барщ евский  М.Ю .  Наследственное  право.  М.,  1996;

Власов Ю .Н .,  Калинин  В.В.  Наследственное  право  в  РФ.  М., 2002;

Толстой  Ю .К.  Наследственное право.  М.,  1999;

П летнев М .Ю .  Нотариат.  Учебное  пособие.  М., 2003  (гл.  6);

Класов Ю Л ., Калинин В.В. Нотариат (курс лекций). М., 2002 (лекция 22);

Гомола А.И.  Нотариат.  Учебное пособие.  М.,  2003  (тема 9).

Полтовская Н., Кузнецов В. Нсггариат (курс лекций). М., 2002 (лекция  11);

Корнеева И .Л.  Наследственное  право. Учебное  пособие.  М.,  2003  (тема 5).



Антимонов П.С.,  Граве К.А.

 Советское  наследственное  право.  M .,  1955, с. 184.

Sovet  dövrünün  m ü lk i  q an u n ve riciliyi  bu  cü r  hüquqi  göstəriş  ifadə  e tm ird i.  M ə h z   bu  səbəbdən 

sovet  hüquq  ə dəbiyyatı  sə hifə lə rin də   g ö stə rilird i  k i,  notariat  və siyyətn am əsi  istə nilən   növ 

vəsiyyətnam ə  ilə  əvəz edilə  b ilə r 



(Антимонов Б.С.,  Граве К.А.

  Советское  наследственное  право.  М., 

1955, с.  184).

628


XV  FƏSİL

VƏRƏSƏSİZ ƏMLAK ÜZRƏ VƏRƏSƏLİK

§  1. Vərəsəsiz əmlak üzrə vərəsəliyin  anlayışı, 

subyekti,  obyekti və əsas  cəhətləri

Vərəsəsiz əmlak 

üzrə vərəsəliyin 

anlayışı


Bəzən  mirası vərəsəlik qaydasında  qəbul  etmək hüqu­

qu  olan  fiziki  şəxslər olmur.  Bu  cür  hüquqa  malik  olan 

hüquqi  şəxsləri  də  tapmaq  qeyri  mümkün  olur.  Mirası 

vərəsəlik  qaydasında  qəbul  etmək  hüququndan  hər 

hansı  bələdiyyə  də  istifadə  edə  bilmir.  Belə  halda  həmin  miras  əmlak  mülki 

qanunvericilikdə və sivilistika  elmində  (doktrinasında) vərəsəsiz əmlak adlanır.

Vərəsəsiz əm lak  dedikdə,  elə  b ir miras  əmlak  başa  düşülür  ki,  bu  əm­

lakı  və rə sə lik  hüquq  norm ası  əsasında  hər  hansı  b ir fiziki  şəxsin,  habelə 

h ü q uq i  şəxsin  və  bələdiyyənin  qəbul  etmək  hüququ  olmur.

Hansı  hallarda  miras əmlak vərəsəsiz əmlak hesab edilir?  Bu  halların dəqiq 

və  qəti  siyahısını  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  müəyyənləş­

dirir (MM-in  1165-ci  maddəsi).  Həmin  siyahını  genişləndirmək olmaz.  Göstəri­

lən  hallara  aiddir:

B irin cisi,  əgər miras  açılan  zaman  miras qoyanın qanun  üzrə vərəsələrinin 

hamısı  (birinci,  ikinci,  üçüncü və s.  növbə üzrə vərəsələr,  habelə təmsiletmə hü­

ququ  üzrə  vərəsələr)  ölmüşsə  (və ya  ümumiyyətlə,  onun  qanun  üzrə  vərəsələri 

yoxdursa) və  miras qoyan  vəsiyyətnamə ilə vərəsə təyin etməmişsə (yəni vərə­

sə  təyin  edilməsi  barədə  vəsiyyətnamə  tərtib  etməmişsə),  onda  miras  əmlak 

vərəsəsiz  əmlak  hesab olunur.  Söhbət,  miras açılan anda  miras  qoyanın  nə 

qanun  üzrə,  nə  də vəsiyyət üzrə vərəsələrinin olmasından  gedir.

Bəzən  miras  açılan  anda  miras  qoyanın  qanun  üzrə  vərəsələri  olmur,  onun 

tərtib  etdiyi  vəsiyyətnamə  isə  bu və  ya  digər əsasa  görə  (məsələn,  vəsiyyət­

namə  fəaliyyət  qabiliyyəti  olmayan  şəxs  tərəfindən  tərtib  edildiyinə  görə,  ira­

dəsi  qüsurlu  olduğuna  görə  və  s) etibarsız  sayılır.  Bu  halda  miras  əmlak mə­

lum  məsələdir ki, vərəsəsiz əmlak sayılacaqdır.

Digər  başqa  bir  halda  miras  qoyanın  qanun  üzrə  vərəsələri  olmur.  Miras 

qoyanın  tərtib  etdiyi  vəsiyyətnamənin  icrası  isə  qeyri-mümkün  olur.  Məsələn, 

yeganə  vərəsə -  vəsiyyət  üzrə  vərəsə miras  açılanadək  (vəsiyyət edən  şəxs 

ölənədək) ölür.  Vəsiyyətnamənin  bu halda  icrası  qeyri-mümkündür.  Buna görə 

də  o,  etibarsız  sayılır (MM-in  1227-ci  maddəsi).  Məhz bu səbəbdən  miras əm­

lak  vərəsəsiz  əmlak  sayılır.  Əgər  vəsiyyət  edən,  təyin  etdiyi  vərəsənin  miras 

açılana  qədər  ölməsi  halı  üçün  ehtiyat  vərəsə  təyin  edərsə,  onda  vərəsəsiz 

əmlak  haqqında  söhbət gedə  bilməz.

Miras  qoyanın  sağlığında  mayası  bağlanan  və  ana  bətnində  olan,  miras 

açılan  ana  kimi  doğulmayan,  yalnız  miras açıldıqdan  sonra  dünyaya  necə de­

yərlər,  göz  açan  uşaqların  vərəsəlik  hüququnu  mülki  qanunvericilik  qoruyur.

629


Buna  görə də  göstərilən  halda  vərəsəsiz  əmlakdan  danışmaq olmaz.

İkincisi,  əgər vərəsələrdən  heç  biri,  miras  əmlakı  qəbul  etməzsə,  onda  hə­

min  əmlak  vərəsəsiz əmlak  hesab  edilir.  Söhbət vərəsələrin  (həm  qanun  üzrə 

vərəsələrin,  həm  də  vəsiyyət  üzrə  vərəsələrin)  hamısının  mirası  qəbul  etmə­

mələrindən  gedir.  Əgər miras  vərəsələrin  hamısı  tərəfindən  yox,  yalnız  bir  qis­

mi  (bəziləri)  tərəfindən  qəbul  edilməzsə,  onda  vərəsəsiz  əmlakdan  danışmaq 

olmaz.  Bu  halda  vərəsəsiz əmlak yaranmır.  Belə  ki,  mirası  qəbul  etməyən  və­

rəsənin  miras  payı vərəsəsiz əmlak  sayılmadığına  görə  dövlətə  keçmir.  Həmin 

pay miras əmlakı  qəbul edən  digər vərəsələrin  miras paylarına  artırılır.

Bəzən  vərəsələrin  hamısı  mirası  qəbul  etməkdən  boyun  qaçırsalar  (imtina 

etsələr)  də  vərəsəsiz  əmlak  yaranmır.  Belə  ki,  vəsiyyət  edən  vəsiyyətnamə  ilə 

təyin  etdiyi vərəsələrin  mirası  qəbul etməkdən  boyun  qaçırmaları  halı  üçün  eh­

tiyat vərəsə təyin  edə  bilər.  Bu  halda  isə  məlum  məsələdir ki,  vərəsəsiz əmlak 

yarana  bilməz.  Mirası ehtiyat vərəsə qəbul edir.

Üçüncüsü,  əgər bütün  vərəsələr  mirasın  qəbul  edilməsi  üçün  qanunla  mü­

əyyənləşdirilmiş  müddət  ərzində  (6  ay  ərzində)  mirası  qəbul  etmək  üçün  gəl­

məsələr,  miras əmlak vərəsəsiz  əmlak sayılır.  Bu  qayda  yerində  olmayan və­

rəsələrə  aiddir.  Əgər miras açılan zaman  vərəsə  miras  açıldığı  yerdə  olmazsa, 

həmin  vərəsəyə  ye rind ə   olm ayan  vərəsə  deyilir.  Məsələn,  ata  Bakı  şəhərin­

də  ölür.  Onun  üç  oğlu  Moskvada  yaşayır.  Oğlanlar  yerində  olmayan  vərəsə 

hesab  edilirlər  və  onlardan  heç  biri  mirası  qəbul  etmək  üçün  Bakıya  gəlmirlər. 

Bu halda  miras əmlak vərəsəsiz əmlak  sayılır.

Yerində  olan  vərəsələr  (heç  olmazsa  bir  vərəsə)  olduqda  isə  vərəsəsiz 

əmlak əmələ  gəlmir,  bir şərtlə  ki,  onlar mirası  qəbul  etməkdən  boyun  qaçırma­

sınlar.  Yerində  olmayan  vərəsələrin  isə  hamısının  istisnasız  olaraq,  mirası  qə­

bul  etmək  üçün  gəlməmələri  tələb  olunur.  Əgər  onlardan  biri  mirası  qəbul  et­

mək üçün  gələrsə,  onda  vərəsəsiz əmlak əmələ  gəlmir.

D ördüncüsü,  əgər  vəsiyyət  edən  qanun  üzrə  bütün  vərəsələri  vərəsəlik- 

dən  məhrum  etmişsə,  onda  miras  əmlak  vərəsəsiz  əmlak  sayılır.  Ləyaqətsiz 

vərəsələr  vərəsəlik  hüququndan  məhrum  edilmiş  sayılır.  Bu  kateqoriya  şəxs­

lər  nə  qanun  üzrə,  nə  də  vəsiyyət  üzrə  vərəsə  sayılır.  Bundan  əlavə,  bəzən 

vəsiyyət  edənin  məcburi  vərəsələrdən  savayı,  qanun  üzrə  vərəsəsi  olmur  və 

əgər  vəsiyyət  edən  bütün  məcburi  vərəsələri  vərəsəlik  hüququndan  məhrum 

edərsə,  onda  vərəsəsiz  əmlakdan  söhbət  gedə  bilməz.  Ona  görə  ki,  məcburi 

vərəsələrin  mffasda  məcburi  pay  hüququ vardır.

Göstərilən  dörd  haldan  biri  olduqda  miras  əmlak  vərəsəsiz  əmlak  statusu 

əldə  edir.  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  həmin  əmlakın  xəzi­

nəyə  keçməsi  barədə  qayda  müəyyən  edir  (MM-in  1165-ci  maddəsi).  Bu  qay­

daya  görə vərəsəsiz əmlak  dövlətə  keçir (bəzi  hallarda  hüquqi  şəxslərə  keçir). 

Dövlət  bu  halda  qanun  üzrə xüsusi  vərəsə  kim i  çıxış  edir.  O,  həmişə vərə­

səsiz  əmlakı  qəbul  edir.  Dövlətin  həmin  əmlakı  qəbul  etməsi  ilə  yeni  növ  vərə­

səlik yaranır ki, o,  vərəsəsiz əmlak  üzrə vərəsəlik  adlanır1.  Bu  növ vərəsəlik və- 

rəsəliyin- digər növlərindən (qanun  üzrə vərəsəlikdən) fərqli cəhətlərə malikdir.



Игх/)фе О С.

 Советское гражданское права Курс лекций.  Часть 3. Л .,  1965, с.326

630


Vərəsəsiz  əmlak  üzrə  vərəsəlik  qanun  üzrə  vərəsəlikdən  onunla  fərqlənir 

ki,  qanun  üzrə  vərəsəlik  haqqında  normalar  dispozitiv  xarakterə  malikdir.  Bu 

normalar,  əgər  miras  qoyanın  iradəsi  birbaşa  vəsiyyətnamədə  ifadə  olun­

mazsa,  həmin  iradənin  tamamlanmasına  xidmət  edir.  Vərəsəsiz  əmlak  üzrə 

vərəsəlik  barədə  normalar isə imperativdir.  Bu  normalar vərəsəliyin qanun üz­

rə vərəsəlik və  ya vəsiyyət  üzrə vərəsəlik  kimi  növləri  mövcud  olmadığı  və ya 

ləğv  edildiyi  (aradan  qaldırıldığı)  hallarda,  vərəsəsiz  əmlak  üzrə  vərəsəliyi 

son,  məcburi və  labüd  olaraq istifadə olunan,  aradan qaldırılması (ləğv edilmə­

si)  mümkün  olmayan  vasitə  kimi  nəzərdə  tutur.  Həmin  normaya  görə  dövlət 

vərəsəsiz əm lakı  hökm ən və  m ütləq əldə etm əlidir.  Bu əmlakı qəbul etmək 

onun  hüququ  yox,  borcu  və vəzifəsidir1.  Deməli,  vərəsəsiz əmlak statusu  əl­

də e tm iş  m iras  əm lak  məcburən  dövlətə (xəzinəyə) keçir.

Fərqli cəhətlərlə bərabər, onlar arasında oxşar xüsusiyyətlər də vardır. Belə 

ki,  hər iki  vərəsəlik  növündə  əmlak vərəsələrə  miras  qoyanın  iradəsindən asılı 

olmayaraq  keçir.  Digər  tərəfdən  hər  iki  vərəsəlik  növündə  miras  əmlakı  əldə 

edən  subyektlər qanun  üzrə  vərəsə  hesab  olunurlar.  Vərəsəsiz əmlak dövlətə 

məhz  qanun  üzrə  vərəsə  kimi  keçir1

 2.  Dövlət  bu  halda  qanun  üzrə  xüsusi  növ 

vərəsə  kimi  çıxış  edir3.  Buna  görə  onu  axırıncı (son) növbə  qanun  üzrə vərəsə 

hesab edirlər4.

Vəsiyyət  üzrə  vərəsəliklə  vərəsəsiz  əmlak  üzrə  vərəsəlik  arasındakı  fərqli 

cəhətlərə  gəldikdə  isə  qeyd  etmək  lazımdır ki,  vəsiyyət  üzrə  vərəsəlik  zamanı 

miras  əmlak  vərəsələrə  miras  qoyanın  (vəsiyyət  edənin)  iradəsi  ilə  keçir. 

Vərəsəsiz  əmlak  üzrə  vərəsəlik  halında  isə  əmlak  dövlətə  miras  qoyanın  ira­

dəsi  ilə verilmir.

Dediklərimizdən  belə  nəticə çıxara  bilərik ki,  ümumən  iki  halda  miras əmlak 

labüd olaraq  məcburən  dövlətə keçir:

•  birincisi,  vərəsəliyin  hər  iki  əsası  (həm  qanun  üzrə vərəsəlik,  həm də  və­

siyyət  üzrə vərəsəlik)  m övcud olm adığı  halda;

•  ikincisi,  vərəsəliyin  hər iki əsası  ləğv edildiyi (aradan  qaldırıldığı) halda.

V ə rə sə liyin   hər  iki  əsasının  -  həm  qanun  üzrə  vərəsəliyin,  həm  də və­

siy y ə t  üzrə və rə sə liyin   m övcud  olmadığı  və  ya  ləğv  edildiyi  (aradan  qal­

dırıldığı) halda,  m iras əmlakın  məcburən  labüd olaraq  dövlətə keçməsinə 

vərəsəsiz əm lak  üzrə vərəsəlik deyilir.

Miras  əmlakın  dövlətə  keçməsinin  hüquqi  təbiəti 

məsələsi  mülki  hüquq  elmində  (doktrinasında)  xeyli 

müddət  elmi  mübahisələrin 

predmeti  olmuşdur. 

Söhbət  dövlətin  vərəsəsiz  əmlaka  olan  hüququnun 

xarakteri  məsələsindən  gedir.  Sovet  dövründə  bəzi  müəlliflər  göstərirdilər  ki, 

dövlət ölən  şəxsin  əmlakını vərəsəsiz əmlak  kimi  əldə  edir və  belə halda və­

rəsəlikdən  danışmaq  olmaz.  Onların  fikrincə,  ölən  şəxsin  əmlakının  dövlətə

Miras  əmlakın 

dövlətə keçməsinin 

hüquqi təbiəti



Гомола А.И.

  Нотариат.  М ., 2003, с.  127.

2  Гражданское право.  Учебник.  Часть 3 /  Под ред. 



А.П.Сергеева, Ю.К.Толстого.

  М-,  1998, с.540



Антимонов Б.С.. Граве К.А.

  Советское наследственное  право.  M .,  1955, с. 236



4 Зайцева  Т.И..  Крашенинников Л.В.

  Наследственное  право.  М .,  2003, с.  111; Г



ордон М. В.

  Нас- 


ледование  по закону и  по завещанию М .,  1967, с.35

631


keçməsi vərəsəlik hesab  edilmir1.

Digər  qrup  müəlliflər  isə  bunun  əksi  olan  mövqedə  dururdular.  Öz  hüquqi 

təbiətinə görə  bu  münasibətləri  vərəsəlik  münasibətləri  saydıqlarına  görə onlar 

həmin  münasibətləri  «vərəsəlik»  adlandırmağı  təklif edirdilər1

 2.

Sovet  dövrünün  60-cı  il  mülki  məcəllələri,  məsələn,  RSFSR-in  MM-in  552- 



ci  maddəsi,  Azərbaycan  SSRl-in  MM-nin  587-ci  maddəsi  və  s.  rəsmən  məhz 

axırıncı  qrup müəlliflərin  mövqeyini  nəzərə alaraq  müəyyən  hallarda  miras əm­

lakın vərəsəlik hüququ  üzrə dövlətə  keçməsi  haqqında  qayda  nəzərdə tuturdu.

Azərbaycan  Respublikasının  yeni  mülki  qanunvericiliyi  ölmüş  şəxsin  əmla­

kının  dövlətə  (xəzinəyə) vərəsəsiz əmlak  kimi  keçməsi  haqqında  qayda  nəzər­

də tutur və  köhnə  1964-cü  il  MM-dən fərqli  olaraq  həmin  əmlakın  vərəsəlik  hü­

ququ  üzrə  dövlətə  keçməsi  barədə  göstəriş  ifadə  etmir.  Lakin  bu,  o demək de­

yildir ki,  dövlətin vərəsəsiz əmlaka  olan  hüququnu  vərəsəlik  hüququ  hesab et­

mək olmaz.  Düzdür,  bizim  ölkə  qanunvericiliyinin  işlətdiyi  «vərəsələri  olmayan 

əmlak»  («vərəsəsiz  əmlak»)  termini  uğursuz,  hüquqi  cəhətdən  dəqiq  olmayan 

və  qeyri-münasib  termin  saymaq  lazımdır3.  Ona  görə  ki,  həmin  əmlak  doğur­

dan  da  vərəsəsiz  əmlak^sayılmır.  Belə  ki,  axırıncı  növbə  vərəsə  kimi  dövlət 

həmin  əmlakı  əldə  edir.  Bu  əmlak  qanun  üzrə  xüsusi  növ  vərəsəyə  -  dövlətə 

məxsusdur.  Qanunda  göstərilir ki,  o,  dövlətə  keçir.

Lakin  «vərəsəsiz  əmlak»  termininin  adı  vacib  deyildir.  Əsas  və  başlıca  mə­

sələ  dövlətin  həmin  əmlaka  olan  hüququnun  mahiyyətindədir.  Bu  baxımdan 

etiraf etmək  lazımdır  ki,  vərəsəsiz  əmlakın  dövlətə  keçməsi  vərəsəlik  hüququ­

nun  bütün  əlamətlərini  əks  etdirir.  40-50-ci  illərdə  sovet  mülki  hüquq  elmində 

göstərildiyi  və  sübut  olunduğu  kimi4,  Azərbaycan  Respublikasının  yeni  Mülki 

Məcəlləsinin  vərəsəsiz əmlaka  dövlətin vərəsəlik hüququ  olması  haqqında  bir­

başa  göstəriş  ifadə  etməməsinə  baxmayaraq,  burada  vərəsəliyi  xarakterizə 

edən  bütün  əlamətlər vardır:

*  birincisi,  əmlak  dövlətə fiziki  şəxsin  ölməsi  nəticəsində  keçir;

* ikincisi,  əmlak  dövlətə  miras açıldıqdan  sonra  keçir;

*  üçüncüsü,  dövlət  miras  qoyanın  borcları  üzrə  vərəsə  kimi  məsuliy­

yət daşıyır.

Qeyd  etmək  lazımdır ki,  ölmüş  şəxsin  əmlakı  dövlətə  sahibsiz  əmlak  kimi 



yox,  vərəsəsiz  əmlak  kimi  vərəsəlik  qaydasında  (vərəsəlik  hüququ  üzrə)

keçir.  Əgər dövlət  həmin  əmlakı  sahibsiz əmlak kimi əldə edərsə,  onda vərəsəlik 

yaranmır və  buna  görə  də  o,  miras  qoyanın  borclarına  görə  məsuliyyət daşı­

1  Məsələn bax:  Б.Лшпимонов.  C . Герзон,  Б.Шлифер.  Наследование и нотариат.  М.,  1946, с.76



2Орлова Н.В.  Правовая  природа  выморочного  имущества //  В  сб.:  Вопросы советского  граж­

данского права.  М.,  1955, с.  117.

Hüquq  ədəbiyyatında  da  həmin  terminin  hüquqi  cəhətdən  qeyri-dəqiq  olması  göstərilir (Г ордон 



M.B.  Наследование  по  закону  и  по  завещанию.  М.,  1967,  с.34-36;  Никитюк П.С.  Наследственное 

право и наследственный процесс.  Кишинев.  1973, с. 107). Amma  bu terminin dəqiq işlədilməsi fikrini 

irəli sürən m üəlliflərə də rast g əlirik (məsələn, bax:  Гражданское право.  Учебник.  Часть 3. 540-541)

Məsələn,  bax:  И.С.Перетерский,  Б.С.Крылов.  Международное  частное  право.  М.,  1940,  с. 

170;  Ссребровский  В.И.  Очерки  советского  наследственного  права.  М.,  1953,  с.236; Лунц Л.  Меж­

дународное частное право.  Учебник М.,  1949, с. 326.

632


mır.  Öz hüquqi rejiminə görə vərəsəsiz əmlak sahibsiz əmlakdan fərqlənir1.

Birinci  fərq  ondan  ibarətdir  ki,  sahibsiz  əmlakın  hüquqi  taleyi  müəyyən de­

yildir.  Bu  əmlakın  kiməsə  məxsus  olması  barədə  danışmaq  olmaz.  Bundan 

fərqli  olaraq,  vərəsəsiz  əmlakın  hüquqi  taleyində  qeyri-müəyyənlik  yox­



dur.  Dövlət  həmişə  onu  qəbul  edir.  Miras əmlakın vərəsəsiz əmlak kimi tanın­

ması  eyni  zamanda  həmin  əmlakın  dövlət  əmlakı  hesab  edilməsi  deməkdir1

 2. 

Belə  ki,  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququnun  birbaşa ifadə etdiyi 



hüquqi  göstərişə  görə  vərəsəsiz  əmlak  dövlətə  (xəzinəyə)  keçir.  Bu  halda  isə 

qeyri-müəyyənlikdən  danışmaq olmaz.



İkincisi,  sahibsiz  əmlaka  mülkiyyət  hüququnun  əldə  edilməsi  ilkin  üsula 

(söhbət  mülkiyyət  hüququnun  əldə edilməsi  üsulundan  gedir),  vərəsəsiz əmla­

ka  isə mülkiyyət  hüququnun əldə edilməsi törəmə üsula aiddir3.

Üçüncüsü,  dövlət  əmlakı  sahibsiz  əmlak  kimi  əldə  etdikdə  hər  hansı 

borca  görə  məsuliyyət  daşımır.  Amma o,  əgər miras əmlakı  vərəsəsiz əmlak 

kimi əldə edərsə,  vərəsə  kimi  miras qoyanın borclarına görə məsuliyyət daşıyır.

Sahibsiz  əmlakla  vərəsəsiz  əmlakı  bir-birindən  fərqləndirməyin  mühüm  hü­

quqi  əhəmiyyəti  vardır.  Belə  ki,  onlardan  hər biri ayrı-ayrı,  müxtəlif praktiki-hü- 

quqi  nəticənin  baş verməsinə  səbəb olur.

Dövlət vərəsəlik 

Qeyd  etmək  lazımdır  ki,  dövlət  qanun  üzrə  xüsusi



hüauaunun xüsusi 

n° v vərəsədir.  Lakin vərəsə  kimi dövlətin  hüquqi və-

subyekti  kimi 

ziyyətini  qanun  üzrə  digər  vərəsələrin  hüquqi  vəziy­

yəti  ilə eyniləşdirmək və bərabərləşdirmək olmaz.

Vərəsəliyin  digər növləri  (yəni  qanun  üzrə vərəsəlik və ya vəsiyyət üzrə və­

rəsəlik  növü)  subyektlərin  çoxsaylı  olması  ilə  xarakterizə olunur.  Məsələn,  qa­

nun  üzrə  vərəsəlik  zamanı  miras  əmlak  bir  neçə  vərəsəyə  keçə  bilər.  Miras 

qoyan vəsiyyətnamə  ilə  bir neçə vərəsə təyin  edə bilər.  Bu  halda miras əmlakı 

bir  neçə  vərəsə  əldə  edir.  Vərəsəsiz əmlak  üzrə  vərəsəliyə  gəldikdə  isə  qeyd 

etməliyik  ki,bu  vərəsəlik  subyektin  çoxsaylı  olması  ilə  yox,  yeganə  və va­

hid  olması  ilə'xarakterikdir.  Belə  ki,  vərəsəsiz  əmlaka  münasibətdə  vərəsə 

qismində  adətən,  yalnız  bir  subyekt  -  Azərbaycan  Respublikası  (dövlət)  çıxış 

edir (bəzi  hallarda  vərəsə  kimi  hüquqi şəxslər də çıxış edə  bilər).  Bununla döv­

lət  mülki  hüquq  münasibətinin  bilavasitə  iştirakçısı  olur.

Həm  qanun  üzrə  vərəsələr,  həm  də  vəsiyyət  üzrə  vərəsələr  mirası  qəbul 

etməlidirlər  (MM-in  1243-cü  maddəsinin  1-ci  bəndi).  Bu,  birtərəfli  hüquqi  akt­

dır.  Amma  həyata  keçirilməsi  göstərilən  vərəsələr  üçün  zəruri  və  vacib  olan 

həmin  aktı  dövlətin  (və  ya  onun  adından  çıxış  edən  orqanın)  yerinə  yetirməsi 

tələb  edilmir4.  Mirası qəbul etmək aktı nəticəsində müvafiq şəxslər vərəsə sta­

1  Bu 


s ə tirlə rin  

m üəllifi  mülki  hüquq  barədə  yazdığı  dərslikdə  elmi  səhvə yox, 

texniki 

səhvə yol 

verir.  Buna  görə də cümlə belə oxunmalıdır: «Vərəsəsi olırmyan əmlaka yiyəsi (sahibi) olmayan əmlak 

deyilmir»,  yəni  «deyilmir»  ifadəsinin  yerinə  səhvən  «deyilir»  kəlməsi  işlədilir  (Allahverdiyev  S.S. 

Azərbaycan  Respublikasının mülki hüququ.  Dərslik.  I cild. I  kitab. Bakı. 2003, s. 641).

Антимонов Б.С.,  Граве К.А.  Советское наследственное  право. М.,  1955, с.236

3  Орлова  Н.В.  Правовая  природа  выморочного имущество // В  сб.:  Вопросы советского граж­

данского права.  М.,  1955, с.117-135.

4  Иоффе  О С.  Советское  гражданское  право.  Курс  лекций.  Часть  3.  Л. 1965, с.328;  Черепахин 

Б.Б.  Правопреемство по советскому  праву.  М.,  1963  (§3)

633


tusu  əldə  edirlər.  Dövlət  isə  bundan  fərqli  olaraq  notarius  tərəfindən  verilən 

vərəsəlik şəhadətnaməsi  (vərəsəlik  hüququ  haqqında  şəhadətnamə) əsasında 

və  sayəsində  vərəsə  olur.  Məhz  bu  sənəd  nəticəsində  miras  əmlak  dövlət 

mülkiyyətinə  keçir1.  Vərəsəlik  şəhadətnaməsinin  verilməsi  konstitutiv  (əsas) 

əhəmiyyətə  malik  olan  aktdır.  Bu  akt  miras  əmlak  üzərində  mülkiyyət  hüququ­

nun  dövlətə  keçməsinə  səbəb olur.

Vərəsəlik  şəhadətnaməsinin  geriyə  qüvvəsi  vardır.  Belə  ki,  dövlətin  vərəsə- 

siz əmlaka  mülkiyyət  hüququ  notarius tərəfindən  vərəsəlik  şəhadətnaməsi  ve­

rildiyi  andan  yox,  miras  açıldığı  andan  yaranır* 2.  Məhkəmə  praktikası  da  bu 

mövqedə  durmuşdur3.

Hüquqi vəziyyətinə  görə  dövləti  digər vərəsələrdən fərqləndirən  başqa  cəhət 

ondan  ibarətdir ki,  həmin  vərəsələrin  (qanun  üzrə vərəsələrin,  vəsiyyət  üzrə  və­

rəsələrin)  mirasdan  imtina  etmək  hüququ  olduğu  halda,  dövlətin  bu  cür 

hüququ  yoxdur.  Başqa  sözlə  desək,  vərəsəsiz  əmlak  dövlətə  keçdikdə  mülki 

qanunvericiliyin  mirasdan  imtina  barədə  norması  tətbiq  edilmir.  Vərəsəsiz  əm­

lakdan dövlət imtina edə  bilməz.  Bu əmlak dövlətə məcburi  qaydada  keçir.  Belə 

halda  dövlət  məcburi  vərəsə  kimi  çıxış edir4.  Yalnız ona  görə  ki,  vərəsələri  ol­

mayan  əmlak,  yəni  vərəsəsiz əmlak  hökmən,  mütləq və  məcburən  dövlət əmla­

kı olmalıdır.  Məhz bu baxımdan  dövləti  məcburi vərəsə hesab etmək olar.

Ölmüş şəxsin  əmlakına  münasibətdə  dövlətin  vərəsəliyi  həm tam,  həm 

də  qismən  ola  bilər.  Başqa  sözlə  desək,  miras  əmlakın  həm  hamısı  tam  və 

bütöv  halında,  həm  də  onun  yalnız  müəyyən  bir  hissəsi  qismən  halda  vərəsə­

siz əmlak  kimi  dövlət mülkiyyətinə keçə  bilər.

Vərəsəsiz  əmlaka  münasibətdə  dövlətin  qismən  vərəsəliyinin  əsas  halı  mi­

ras  qoyanın  qanun  üzrə  vərəsələrinin  olmamasından,  onun  tərtib  etdiyi  vəsiy­

yətnamənin  isə  miras  əmlakın  yalnız  bir  hissəsini  əhatə  etməsindən  ibarətdir. 

Qanun  üzrə  vərəsələrin  olmaması  dedikdə,  ümumiyyətlə,  onların  mövcud 

olmaması  və  ya  miras  açılana  kimi  onların  ölməsi  və  ya  vərəsəliyə  gəlməmə­

ləri və  mirasdan  imtina  etmələri  və  ya  ləyaqətsiz  vərəsələr olduğu  üçün  və- 

rəsəlikdən  məhrum  edilmələri  və  ya  vəsiyyətnamə  ilə  vərəsəlikdən  məhrum 

edilmələri  başa  düşülür5.  Məsələn,  vətəndaş  özünəməxsus  bağ  evini  qonşu­

suna  vəsiyyət  edir.  Lakin  onun  əmlakının  hamısı  bu  vəsiyyətnamə  ilə  əhatə 

olunmur.  Bu  halda  məlum  məsələdir  əmlakın  qalan  hissəsi  (məsələn,  yaşayış 

evi,  minik  avtomobili,  bank  əmanəti,  nağd  pul,  qaraj,  ev  avadanlıqları,  məişət 

predmetləri  və  s.)  vəsiyyətnamədən  kənarda  qalır.  Ona  əmlakın  vəsiyyət  edil­

məmiş  hissəsi  deyilir.  Bu  hissə  vərəsəsiz  əmlak  sayılır  və  dövlət  mülkiyyətinə 

keçir.  Həmin  hal  vərəsəsiz  əmlaka  münasibətdə  dövlətin  qismən  vərəsəliyi

* ’  1 

Сереороаский В.И.

 

Очерки советского наследственного права.  M.,  1953, с.236





Граве  К.А.

 

Вопросы  наследственного  права  в  практике  Верховного  Суда  СССР. 



М ., 

1949, 


с.237; 

Черепахин Б.Б.  Правопреемство по советскому гражданскому праву. 

М ., 


1962 (§ 3). 

t

 

3  SSRİ  A li  M ə h kəm ə si  izah  edərək  g östərirdi  k i,  d ö v lə tin   vərəsəsiz  ə m laka  m ü lk iy y ə t  hüququ 



miras  açıldığı  gündən  yaranır  (bax:  n.5 

постановления  №2  Пленума  Верховного  Суда  СССР  10

апреля  1957 

г.  «О  судебной  практике  по  делам  о  наследовании»  //  Бюллетень  Верховного  Суда 

СССР.  1957 

г. 


№2, 

с.24).


И(х/)фе О С.

 

Советское гражданское право. Курс лекций. Часть 3. Л.,  1965, с.328.



5  Никапиок П.С. Наследственное  право и наследственный  процесс Кишинев. 1973, с  109.

634


adlanır.  Belə  ki,  miras  əmlakın  yalnız bir hissəsi vərəsəsiz əmlak kimi vərəsə­

lik qaydasında  dövlətə  keçir.  Dövlətin vərəsəliyinin  bu  halına sinqulyar (xüsu­



si)  varislik,  dövlətin  özünə  isə  sinqulyar  (xüsusi)  vərəsə  deyilir.  Bundan 

əlavə,  vərəsə  öz  miras  payından  dövlətin  xeyrinə imtina  edə  bilər.  Belə  halda 

da  dövlətin sinqulyar vərəsəliyi yaranır.

Əvvəldə  de  biz,  göstərmişik  ki,  vərəsəlik  həm  sinqulyar  varislik,  həm  də 

universal  varislik  qaydasında  ola  bilər.  Buna  görə  də dövlətin  vərəsəsiz əm­

laka  münasibətdə  həm  universal  varis  kimi,  həm  də  sinqulyar varis  kimi 

çıxış  etməsi  istisna  olunmur,  bu,  mümkündür.

Vərəsəsiz  əmlak  dövlətə  miras  qoyana  məxsus  olan  həcmdə  (onunla  eyni 

həcmdə)  keçir.  Vəsiyyətnamədə  nəzərdə  tutulan  leqat və  həvalətetmə  öz 

qüvvəsini  saxlayır'.

Vərəsəsiz əmlak  üzrə  vərəsəliyin  böyük əhəmiyyəti  vardır.  Bu vərəsəlik ay­

rı-ayrı  şəxslərin  mənafeyi  ilə  ictimai  mənafeyi  uyğunlaşdırır.

Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  müəyyən  edir  ki,  əgər fiziki 

şəxsin  vərəsələri  yoxdursa,  onda  dövlət  vərəsə  sayılır.  O  dövlət  ki,  miras  qo­

yan  şəxs  digər şəxslərlə  birlikdə  bu  dövlətdə  yaşamış və  işləmişdir,  onun və­

təndaşı  olmuşdur.  O  dövlət  ki,  həmin  şəxsin  hüquq  və  mənafelərini  hərtərəfli 

qorumuşdur.  Bu  şəxs  öldükdən  sonra  onun  əmlakı,  əgər  vərəsələr  olmazsa, 

vərəsəsiz əmlak  kimi  dövlət  mülkiyyətinə  keçir.  Dövlət  mülkiyyəti  isə yalnız hü­

quqi  cəhətdən  dövlətə  məxsusdur.  Həmin  mülkiyyətin  faktiki  mülkiyyətçisi 

xalqdır.  Buna  görə  də  dövlət  mülkiyyətinə  çox  vaxt  ümumxalq  mülkiyyəti  də 

deyilir.  Dövlət  bu  mülkiyyətdən yalnız ümumxalq  mənafeyi  üçün,  bütün cəmiy­

yət  üzvlərinin  mənafeyi  üçün,  bir sözlə,  ictimai  mənafe  üçün  istifadə  edə bilər. 

Bütün  bunlar  onu  göstərir  ki,  vərəsəsiz  əmlak  fərdi  -  şəxsi  mənafe  ilə  icti­



mai  mənafeyi  uyğunlaşdırmağa  imkan verən  konstruksiyadır.

Lakin  hesab etmək olmaz ki,  vərəsəsiz əmlak konstruksiyasının  əsas və 



başlıca  xidməti  rolu  dövlətin  mülkiyyət  hüququ  (əmlak)  əldə  etməsindən 

ibarətdir.  Bu,  əslində  belə  deyildir.  Aydın  məsələdir ki,  vərəsəsi  olmayan  əmlakın 

sahibi olmur.  Bu baxımdan o, sahibsiz əmlak hesab edilir.  Belə vəziyyət səlahiyyəti 

olmayan  və  ixtiyan  çatmayan  şəxslərin  həmin  sahibsiz  əmlakı  ələ  keçirmələrinə 

faktiki şərait yaradır.  Dövlət buna yol verməmək üçün vərəsəsiz əmlakın sahibsizli- 

yini aradan qaldınr. Axı, sahibsiz əmlak arzuolunmaz nəticələrə səbəb ola bilər. So­

vet dövrünün hüquq ədəbiyyatında haqlı olaraq göstərilirdi ki,  məhz vərəsəsiz əm­

lakın  sahibsizliyini  və onun  arzuolunmaz nəticələrini aradan  qaldırmaq vərə­

səsiz əmlak konstruksiyasının başlıca xidməti  rolunu təşkil edir1

 2.

Vərəsəlik  hüququ  əsasında  əmlakın  dövlət  mülkiyyətinə  keçməsi  müəyyən 



nəticələrə  səbəb  olur.  Həmin  nəticələr,  Nazirlər Kabinetinin  2002-ci  il  18  aprel 

tarixli  69  nömrəli  qərarı  ilə təsdiq  edilmiş  müvafiq aktı ilə müəyyənləşdirilir3.  Bu

1  /7oО.C  Советское гражданское  право. Курс лекций. Часть 3. Л.,  I965, C.32S

Антимонов Б.С.. Граве К.А.  Советское наследственное право. M.,  I955, с.24б;  Черепахин Б.Б. 

Правопреемство  по  советскому  гражданскому  праву  //  Черепахин  Б.Б.  Труды  по  гражданскому 

праву.  М., 2001, с.435.

3  «Müsadirə  edilmiş,  sahibsiz qalmış,  vərəsəlik  hüququ əsasında dövlət mülkiyyətinə keçən  əmla­

kın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə əsasnamə».

635


akta  görə  notariat orqanları vərəsəlik hüququ əsasında  dövlət  mülkiyyətinə  ke­

çən  əmlakın  müvafiq  qaydada  saxlanılmasının  və  onun  uçotunun  aparılması­

nın təmin olunması  barədə  qərar qəbul edir və  bu  qərar haqqında  Maliyyə  Na­

zirliyinə  məlumat  verir.  Maliyyə  Nazirliyi  tərəfindən  həmin  əmlakın  operativ 

uçotunun  aparılması  müvafiq  normativ aktla  həyata  keçirilir'.

Vərəsəlik  hüququ  üzrə  dövlət  mülkiyyətinə  keçən  əmlak  qiymətləndirilir. 

Qiymətləndirmə  qüvvədə  olan  müvafiq  qanun  əsasında  həyata  keçirilir2.  Son­

ra  əmlak  təyinatı  üzrə  verilir.  Tarixi,  elmi,  bədii  və  mədəniyyət  baxımından  xü­

susi  əhəmiyyət  kəsb edən  vərəsəsiz qiymətli əşyalar və  sənədlər,  habelə  döv­

lət  əhəmiyyətli  vərəsəsiz  orden  və  medallar  əvəzsiz  olaraq  dövlət  muzeyləri­

nə,  kitabxanalarına,  arxivlərinə,  elmi  və  digər təşkilatlara  verilir.  Əgər  vərəsə­

siz  əmlak  milli  və  xarici  valyutada  pul  vəsaitindən  ibarət  olarsa,  onda  həmin 

vəsait  Maliyyə  Nazirliyi  yanında  Baş  Dövlət  Xəzinədarlığının  Milli  Bankdakı  he­

sabına  mədaxil  edilir.  Vərəsəsiz əmlak  dini  ibadət  (ayin)  əşyalarından  ibarət ol­

duğu  hallarda  isə  o,  Dini  Qurumlarla  iş  üzrə  Dövlət  Komitəsinin  sərəncamına 

verilir.  Dövriyyə  qabiliyyəti  olmayan  (yəni  qanunla  dövriyyəsi  qadağan  edilən) 

əmlak  vərəsəlik  hüququ  üzrə  dövlət  mülkiyyətinə  keçərsə,  onda  əmlak  müvafiq 

orqanlara təhvil  verilir.  O  orqanlara  verilir ki,  onlar həmin  əmlak  üzərində  sərən­

cam  vermək  səlahiyyətinə  malik  olsun.  Dövlət  mülkiyyətinə  keçən  vərəsəsiz 

əmlak satıldıqda  isə satışdan daxil olan vəsaitlər dövlət büdcəsinə  köçürülür.  Bu 

işə  nəzarəti  Maliyyə  Nazirliyi  həyata  keçirir.  Əmlak  İqtisadi  İnkişaf  Nazirliyinin 

nəzdində fəaliyyət göstərən  Respublika  Hərracı  Mərkəzi vasitəsi  ilə satılır.



Tövsiyə olunan  əlavə ədəbiyyat

Серсбровскнй 



В.И. 

Очерки советского наследственного  права. М.,  1953(главаХ);

Антимонов Б.С ,ГравеК.А . Советское наследственное  право. М.,  1953 (глава VII);

Черепахин Б.Б. Правопреемство по советскому' (ражаапскому  парву.М.,  1962 (§3);

Иоффе О.С. Советское гражданское право. Курс лекций.  Часть 3. Л.,  1965  (Раздел Ш, 

глав. 2, §3);

Никитюк П.С. Наследственное право и  наследственный  процесс.  Кишинев.  1973 (гл.

П,§4);


Гражданское  право.  Учебник.  Часть 3  / Под ред. А.П.Сергеева,  Ю.К. Толстого.  М., 

1998  (глава 63, §1); 

^

Зайцева 


Т.И., Крашенинников П.В. 

Наследственное  право. М., 2003 (глава 4, §10);

Гущин В Л  Наследственное право. Учебное пособие. М.,2003 (ппаваЗ, §4);

Ляпунов С.Г. Наследование. М. 2003 (§5); 

s "  '

Д анилов  Е.П.  Наследование.  Нотариат.  Похороны.  М.,  2002 (раздел  1,  глава



1

) .

«Müsadirə  edilmiş,  sahibsiz qalmış,  vərəsəlik  hüququ  əsasında dövlət m ülkiyyətinə  keçən  əmla­

kın 

v ə  


dəfinələrin uçotunun aparılması qaydaları».

i  

«Qiymətləndirmə  fəaliyyəti haqqında» qanun // 

A R  Q K , V  

kitab, s. 677.

636


XVI  FƏSİL

MİRASIN  QƏBUL EDİLMƏSİ VƏ 

ONDAN  İMTİNA OLUNMASI


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin