Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§ 3.  Məcburi vərəsələr və məcburi  pay



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə43/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   54
§ 3.  Məcburi vərəsələr və məcburi  pay

Məcbu  i 

Məcburi  vərəsələr  qanun  üzrə  vərəsələrin  xüsusi  kateqori-

vərəsələr 

yasım  təşkil  edir.  Bildiyimiz  kimi,  vəsiyyət  azadlığı  prinsipi 

vərəsəlik hüququnun  əsas  prinsiplərindən  biri hesab olunur. 

Bu  prinsip  şəxsə  imkan  verir  ki,  o,  özünə  məxsus  olan  əmlakı  barəsində  öz 

mülahizəsinə  və  istəyinə  görə  vəsiyyət  sərəncamı  etsin.  Vəsiyyət  azadlığı 

prinsipinə  görə,  vəsiyyət edən  şəxs vəsiyyətnamədə qanun üzrə vərəsələrdən 

birini,  bir  neçəsini  və  ya  hamısını  vərəsəlik  hüququndan  məhrum  edə  bilər. 

Lakin  vəsiyyət  edən  şəxsin  bu  cür  hüquqları  mütləq,  qeyri-məhdud  xarakter 

daşımır.  Belə  ki,  mülki  qanunvericiliyin  müəyyən  etdiyi xüsusi  xarakterli qayda 

müəyyən  hallarda  vəsiyyət edənin  hüquqlarını,  ümumiyyətlə,  vəsiyyət azadlığı 

prinsipinin  tətbiq  sferasını  məhdudlaşdırır.  Həmin  qayda  müəyyən  edir ki,  mi­

ras  qoyana  (vəsiyyət  edənə)  nisbətən  yaxın  olan  şəxsləri  miras  əmlak 

hesabına,  vəsiyyətnam ənin  məzmunundan  asılı  olmayaraq  maddi  cəhət­

dən  təm in  etmək,  yəni  mirasdan  pay  ayırmaq  lazımdır.  Həmin  qaydaya 

görə,  miras  qoyana  (vəsiyyət  edənə)  nisbətən  yaxın  olan  qanun  üzrə vərəsə­

lər  sayılan  şəxsləri  vərəsəlikdən  məhrum  etmək  və  kənarlaşdırmaq  olmaz. 

Göstərilən  qaydanın  ifadə etdiyi  məcburi-imperativ göstərişə görə bu şəxslərin 

mirasdan  müəyyən  pay  almaq  hüququ  vardır.  Mülki  hüquq elmində  (doktrina­

sında),  qanunvericilikdə və  məhkəmə  praktikasında  bu  pay məcburi  pay,  hə­

min  payı  almaq  hüququ  olan  şəxslər  isə  məcburi  vərəsələr adlanır.  Vəsiyyət 

edən  vəsiyyətnamə  ilə  məcburi  vərəsələri  məcburi  pay  hüququndan  məhrum 

edə  bilməz.  Əgər  edərsə,  vəsiyyətnamənin  həmin  hissəsi  etibarsız  sayılacaq­

dır.  Bununla  mülki  qanunvericilik  mirasdan  maddi  təminat  almağa  ehtiyacı 

olan  vərəsələrin  mənafeyini  nəzərə alır.

Məcburi  pay  haqqında  qayda  vacib  hüquqi  vasitədir.  Elə  bir  vasitə  ki,  bu 

vasitənin  sayəsində  mirasdan  maddi  təminat  almağa  ehtiyacı  olan  və  miras 

qoyana  nisbətən  daha  yaxın  olan  qanun  üzrə  vərəsələrin  mənafeyi  üçün  və­

siyyət azadlığı  prinsipi  məhdudlaşır.  Söhbət elə bir vasitədən  gedir ki,  bu vasi­

tə  şəxsin  özünəməxsus  olan  əmlakı  barəsində  öz  mülahizəsinə  və  istəyinə 

görə  vəsiyyət  sərəncamı  etmək  hüququ  ilə  onun  ailə-hüquqi  və  əxlaqi  vəzifə­

lərini,  vərəsəliyin  cəmiyyətdə  yerinə  yetirdiyi  maddi  təminat  funksiyasını  uy­

ğunlaşdırmağa  imkan verir.

M irasdan  m əcburi  pay  almaq  hüququ  olan  qanun  üzrə  vərəsələrə 

m əcburi vərəsələr deyilir.

Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  məcburi  vərəsələrin  dəqiq 

və  qəti  siyahısını  v e rir (MM-in  1193-cü maddəsi).  Həmin siyahıya daxildir:

•  vəsiyyət edənin  uşaqları;

•   vəsiyyət edənin valideynləri;

•   vəsiyyət edənin arvadı  (əri).

Göstərilən  siyahıdan  məlum  olur  ki,  məcburi  vərəsə  rolunda  yalnız  birinci 

növbə  üzrə  vərəsələr  sırasına  däxjTöjan  şəxslər  çıxış  edə  bilərlər.  Bu  o  de­

məkdir ki,  nə  ikinci,  nə  üçüncü  və s.  növbə  üzrə  vərəsələr tərkibinə aid  edilən 

şəxslər məcburi vərəsə ola bilərlər.

581


Məcburi vərəsələrin dairəsini  nəzərdə tutan siyahını  nə  genişləndirici,  nə də 

məhdudlaşdırıcı  təfsir etmək  olar.  Bəzi  müəlliflərin  məcburi  vərəsələrin  siyahı­

sını  genişləndirməyə təşəbbüs göstərmələrinin  heç  bir əsası yoxdur.

M əcburi  vərəsələr  m əcburi  pay  alm aq  hüququ  olan  şəxslər- 



əc  url 

dir.  Azərbaycan  Respublikasının  mülki  qanunvericiliyi  həmin 

pay 

şəxsləri məcburi  payla təmin  edir.  Məcburi  pay nədir və o,  nə cür 



hüquqi  təbiətə  malikdir?  Məcburi  pay  miras  payıdırmı,  yoxsa  yalnız  vərəsəyə 

olan  tələb  (öhdəlik)  hüququnu  ifadə  edirmi?  Başqa  sözlə  desək,  məcburi  pay 

almaq  hüququna  malik  olan  şəxs  vərəsədirmi,  yoxsa,  tələb  (öhdəlik)  hüququ­

nun  daşıyıcısı rolunda çıxış edən  kreditordurmu?

Mülki  qanunvericilik  müəyyən  edir  ki,  məcburi  vərəsələrin  (vəsiyyət edənin 

uşaqlarının,  valideynlərinin  və  arvadının  və  ya  ərinin)  vəsiyyətnamənin  məz­

munundan  asılı  olmayaraq  mirasda  məcburi  payı  vardır  (MM-in  1193-cü  mad­

dəsi).  Bu  hüquqi  göstərişdən  aydın  olur  ki,  Azərbaycan  Respublikasının  vərə­

səlik hüququ  m əcburi  pay adı  altında  m əhz  m iras  payını  nəzərdə tutur.  De­

məli,  məcburi  pay hüququna  malik olan  şəxs vərəsələrdən tələb  etmək  (öhdə­

lik) hüququna  malik olarr kreditor yox,  tam   h ü q uq lu   vərəsədir.  Özü  də  o,  elə 

bir vərəsədir  ki,  vəsiyyət  edənin  iradəsi  ilə  vərəsəlikdən  kənarlaşdırıla  bilməz. 

Hətta o, vəsiyyət edən  şəxsin  iradəsi  əleyhinə olan vərəsədir.  Ona  görə  də  bu 

cür  vərəsəlik  müasir  hüquqda  məcburi  vərəsəlik  və  ya  və siyyə td ən   yan 

keçən  v a ris lik  adlanır1.

Məcburi  pay  haqqında  qayda  vəsiyyət  sərəncamına  edilən  və  qanunla  mü­

əyyənləşdirilən  düzəlişdir.  Həmin  qaydanın  tətbiqi  onu  ifadə  etmir  ki,  qanun 

üzrə  vərəsəlik  haqqında  norma  tətbiq  ediləcəkdir.  Əksinə,  miras  qoyanın  və­

siyyətnaməsi  qüvvədə  qalır.  Amma  o  hissədə  qüvvədə  qalır  ki,  məcburi  pay 

haqqında  qaydada  nəzərdə tutulan  düzəlişin  edilməsi tələb olunmur.  Vəsiyyət­

namənin yalnız məcburi  paya toxunan  hissəsi etibarsız  hesab  edilə  bilər2.

Məcburi  payın  həcmi  nə  qədərdir?  Azərbaycan  Respublikasının  vərəsəlik 

hüququ  bu  suala  dəqiq  cavab  verir:  hər  b ir  m əcburi  vərəsəyə  düşən  pay

qanun  üzrə  vərəsəlik  zamanı  onlara  çatası  payın  ya rısından,  y ə n i i h i s ­

səsindən  ib a rə td ir  (MM-in  1193-cü  maddəsi).  Başqa  sözlə  desək,  məcburi 

vərəsələr  onlardan  hər  birinə  qanun  üzrə  vərəsəlik  zamanı  çatası  payın  i

hissəsini  (ikidə  bir hissəsini) alırlar.  Misal  çəkməklə  bu  məsələnin  mahiyyətinə 

aydınlıq  gətirək.  Məsələn,  ər  (vəsiyyət  edən)  ümumi  qiyməti  100  min  manat 

olan  əmlakının  hamısını  öz qonşusuna  vəsiyyət edir.  Onun  iki  valideyni,  arvadı 

və  iki  uşağı  var  (cəmi  5  nəfər vərəsə).  Əvvəlcə  qanun  üzrə  vərəsələrdən  hər 

birinə  (valideynlərə,  uşaqlara  və  arvada)  qanun  üzrə  vərəsəlik  zamanı  çatası 

payı  hesablayaq.  Bunun  üçün  miras əmlak  qanun  üzrə  həmin  vərəsələrin  sa­

yına  bölünür:  50  min  manat  :  5  =  10  min  manat  (mirasın  yarısı,  yəni  50  min



Чезаре Санфилиппо.  Курс римского  частного  права.  Учебник (перевод с  итальянского) /Под 



рсц.^Ц.В.Дождева. М., 2002, с. 321.

Вах:  п.  6  постановления  Пленума  Верховного  Суда  СССР  от  1  июля  1966  г.,  Ns  б  «О 

судебной практике по делам о наследовании»// Бюллетень Верховного Суда СССР,  1966. № 4

582


manat  arvadın  payı  olduğuna  görə vəsiyyətnamənin  predmeti ola  bilməz).  Bu­

nu  nəzərə  almaqla  məcburi  vərəsələrdən  hər  birinə  düşəsi .məcburi  payı  he­

sablayaq:  10  min  manat  -— = - ^ - ^  = 5  min  manat.  Deməli,  hər  bir  məcburi 

2



vərəsəyə düşən  məcburi  pay 5 min manatdan ibarətdir1.

§ 4.  Himayədə olan şəxslərin vərəsəliyi.

Ləyaqətsiz vərəsələr

Himavədə 

Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  himayədə 

olan səxslərin 

olan  ?əxslərın  vərəsəliyə  çağırılması  üçün  xüsusi  qayda 

vərəsəliyi 

müəyyən edir (MM-in  1161-ci maddəsi).  Bu  qaydaya görə 

m iras  qoyanın  himayəsində  olm uş  şəxslərin  miras­

dan  dolanacaq  təm inatı  (aliment)  almaq  hüququ  vardır.  Dolanacaq  təmi­

natı  dedikdə,  şəxsin  saxlanması  üçün  vəsait  başa  düşülür.  Göstərilən  halda 

yaranmış  münasibəti  vərəsəlik,  həmin  şəxsi isə vərəsə hesab etmək olarmı?

Köhnə  qanunvericilik  bu  suala  cavab  verərək  müəyyənləşdirirdi  ki,  şəxsin 

(miras  qoyanın)  ölümünə  qədər  bir  ildən  az  olmayaraq,  onun  himayəsində 

olan,  əmək  qabiliyyəti  olmayan  vətəndaş  qanun  üzrə  vərəsələr sırasına  daxil­

dir.  Digər vərəsələr  olduqda,  onlar öz  növbəsində  vərəsəliyə  çağırılan  vərəsə­

lər  ilə  bərabər vərəsə  olurdular  (köhnə  1964-cü  il  MM-in  534-cü  maddəsi).  Bi­

rinci  növbə  vərəsələr  olduqda  himayədə  olan  vətəndaşlar  birinci  növbə  vərə­

sələrlə  bərabər,  ikinci  növbə  vərəsələr  olduqda  isə  ikinci  növbə  vərəsələrlə 

bərabər  vərəsəliyə  çağırılırdılar.  Əgər  nə  birinci  növbə  vərəsələr,  nə  də  ikinci 

növbə  vərəsələr olardısa,  onda  himayədə olan  şəxslər birinci növbə vərəsələr 

kimi  vərəsəliyə  çağırılırdılar.  Belə  təsəvvür  yaranır  ki,  köhnə  qanunvericiliyə 

görə,  himayədə  olan  şəxslərlə  bağlı  münasibət  vərəsəlik,  həmin  şəxsin  özü 

isə vərəsə  sayılırdı.

Yeni  qanunvericiliyin  müəyyən  etdiyi  qaydaya  gəldikdə  isə  qeyd  etmək  la­

zımdır ki,  bu  qaydaya  görə,  himayədə olan şəxslə bağlı olan  münasibət vərəsə­

lik  xarakterli  m ünasibətdir.  Bu  halda  sinqulyar vərəsəlik varisliyi göz qaba­

ğındadır.  Dolanacaq  təminatı  almaq  kimi  konkret  əmlak  hüququna  malik  olan 

həmin  şəxsə  isə  sinqulyar (xüsusi)  vərəsə  kimi baxmaq  lazımdır.  Digər tərəf­

dən,  himayədə  olan  şəxs  sinqulyar  vərəsədən  savayı,  həm  də  kreditor  kimi 

(tələb etmək  hüququna  malik olan şəxs kimi) çıxış edir.  Bu  hal isə  həmin şəxsin 

öz  hüquqi  vəziyyətinə  görə  ikili  təbiətə  malik  olmasını  və vərəsəlik hüququnun 

spesifik  subyekti  kimi  çıxış  etməsini  şərtləndirir.  Belə  ki,  o,  mirası  qəbul  etmiş 

vərəsələrdən  (borclu  şəxslərdən)  aliment  (dolanacaq təminatı) verilməsini  tələb 

etmək  hüququna  malikdir.  Bu  isə  onu  göstərir ki,  himayədə  olan şəxslə  mirası 

qəbul etmiş vərəsələr arasında öhdəlik hüquq münasibəti (öhdəlik) yaranır.

Yalnız  müəyyən  şərtlər  olduğu  halda,  şəxs  sinqulyar  (xüsusi)  vərəsə  kimi 

mirasdan  aliment  (dolanacaq  təminatı)  tələb  edə  bilər.  Birinci  şərtə  görə,



Толстой Ю.К.  Определение размера обязательной доли  при  наследовании // В книге:  Наука 

и практика в  разрешении гражданских правовых споров. Л.  1970, с. 60.

583


şəxs  m iras  qoyanın  him ayəsində  (öhdəsində)  olm alıdır.  M iras  qoyanın 

him ayəsində  olm aq  dedikdə,  şəxsin  miras  qoyanın  hesabına  yaşaması  (ta­

mamilə  miras qoyan tərəfindən  saxlanması,  onun  öhdəsində olrfıası) və ya  mi­

ras  qoyanın  etdiyi  elə  bir  kömək  (yardım)  başa  düşülür  ki,  bu  kömək  (yardım) 

həmin  şəxsin  yaşaması  üçün  əsas  və  daimi  vəsait  mənbəyi  olm alıdır.  Miras 

qoyanın  bəzi  məqamlarda  göstərdiyi  ayrı-ayrı  maddi  yardım  hallan  şəxsin  mi­

ras  qoyanın  himayəsində  olması  faktına  dəlalət  etmir1

 2.  Əgər  himayədə  olan 

şəxs  hər  hansı  əmlaka  və  ya  yaşamaq  üçün  əlavə  mənbəyə  malik  olarsa, 

onda  bu  hal  onu  vərəsəlik  hüququndan  məhrum  etmir3.  Miras  qoyanla  hima­

yədə  olan  şəxs  arasında  qohumluq  münasibətlərinin,  habelə  onların  birgə  ya­

şamaq faktının  hüquqi əhəmiyyəti yoxdur.

Himayədə  olmaq  faktı  aşağıdakı  sənədlərlə  sübut  oluna  bilər:  mənzil-istis­

mar sahəsinin  verdiyi  arayışla;  miras  qoyanın  iş yerindən  müvafiq  şəxsin  onun 

himayəsində  olması  barəsində  verilən  arayışla;  əhalinin  sosial  müdafiəsi  mər­

kəzinin  ailə  başçısının  ölümü  ilə  pensiya  təyin  edilməsi  barədə  verdiyi  arayış­

la4.  Əgər göstərilən  sənədlərlə  sübut olunmazsa,  onda  himayəçilik faktı  (öhdə­

də olmaq  faktı)  mülki-prosessual  qanunvericiliyə  uyğun  olaraq  məhkəmə  qay­

dasında  müəyyənləşdirilir5.

İkinci  şərtə görə,  miras qoyanın  himayəsində  olan  şəxsin  əm ək  q a b iliy y ə ­

ti  olm am alıdır.  Əmək qabiliyyəti  olmayan  şəxslərə  aid edilir6:

•  55  yaşa  çatan  qadınlar,  60  yaşa  çatan  k iş ilə r  (söhbət  şəxslərin  onlara 

yaşa  görə  pensiya  almaq  hüququ verən  müəyyən  yaş  həddinə çatmasın­

dan  gedir.  Köhnə  qanunvericilik  göstərilən  yaş  hədlərini  nəzərdə  tutdu­

ğuna  görə,  Plenum  qərarı  məhz  həmin  yaş  hədlərinə  əsaslanırdı.  Şəxsin 

pensiya  yaşına  çatmasından  sonra  əmək  fəaliyyətini  davam  etdirməsi 

əhəmiyyətə  malik olmayıb,  məsələyə dəxli yoxdur7.  Azərbaycan  Respub­

likasının  yeni  qanunvericiliyi  isə  həmin  yaş  həddini  qadınlar  üçün  56,5, 

kişilər üçün  61,  5 müəyyənləşdirir)8.

1  Гущин В.В.  Наследственное право. Учебное пособие. М., 2003, с.  57.



Зайцева Т.И., Крашенинников П.В.  Наследственное право.  М., 2003, с. 97.

3  Власов  Ю.Н.,  Калинин  В.В.  Наследственное  право  Российской  Федерации.  Учебно- 

методическое пособие.  М., 2002, с.  89.

«Azərbaycan  Respublikasında  notariat  hərəkətlərinin  aparılması  qaydaları  haqqında  təlimat»ın 

103-cü bəndi.

5 Azərbaycan  Respublikasının  M ülki  -  Prosessual  Məcəlləsinin  307-ci  maddəsinin  1-ci  bəndi // AR 

Q K,  l xüsusi buraxılış, s. 454.

6  Bax:  n.  2  постановления  Пленума Верховного Суда СССР  «О судебной  практике по делам о 

наследовании»  от  I  июля  1966  г.  //  Бюллетень  Верховного  Суда СССР.  1966.  №  4;  Власов Ю.Н., 

Калинин  В.В.  Наследственное  право  Российской  Федерации.  Учебно-методическое  пособие.  М., 

2002,  с.  89;  Зайцева  Т.И.,  Крашенинников П.В.  Наследственное  право.  М.,  2003, с.  97; Гущин В.В. 

Наследственное право.  Учебное пособие.  М., 2003, с. 57.

Гущин В.В.  Наследственное право.  Учебное пособие.  М., 2003, с. 57.

Azərbaycan  Respublikasının «Vətəndaşların pensiya  təminatı  haqqında» 23  sentyabr  1992-ci  il ta­

rix li qanunun  12-ci maddəsinə əsasən  yaşa (qocalığa) görə  kişilər 60 yaşına, qadınlar isə  55  yaşına çat­

dıqda pensiya almaq hüququna malik idilər. 03.07.1997-ci  il tarixində bu qanunun  12-ci maddəsinə belə 

bir dəyişiklik  edilmişdir:  yaş  həddi  1997-ci  ilin avqust ayının  1-dən başlayaraq  2000-ci  ilin  avqustun  1- 

nə  kimi  hər il  6 ay artırılsın.  Bunu nəzərə alsaq  hal-hazırda pensiya  hüququ kişilər üçün 61,5  yaşdan, 

qadınlar üçün isə 56,5 yaşdan hesablanır.

584


•  I,  U və  III  q ru p   ə lillə r (həmin şəxslərə yaşa və əlilliyə görə  pensiya təyin 

edilməsinin  məsələyə  dəxli yoxdur,  yəni  pensiya təyin  edilməsindən  asılı 

olmayaraq əlillər qeyri-əmək qabiliyyətli sayılırlar);

•  16 yaşına çatmayan  şəxslər (şagirdlər üçün isə  18 yaş həddi əsas götü­

rülür).

Şəxsin  əmək  qabiliyyətinə  malik  olmaması  müvafiq  sənədlərlə  təsdiqlənə 



bilər:  pensiya  vəsiqəsi  ilə;  pasportla;  tibbi-sosial  ekspertizanın  rəyi  ilə;  əlillik 

haqqında  arayışla;  tibb-əmək  ekspert  komissiyasının  arayışı  ilə;  doğum  haq­

qında  şəhadətnamə  ilə  (yetkinlik yaşına  çatmayan  uşaqlar  üçün);  məktəb mü­

diriyyətinin  (təhsil yerinin) verdiyi arayışla (şagirdlər üçün)'.

Üçüncü  şərtə  görə,  himayədə  olan  şəxsin  adı  vəsiyyətnamədə  çəkil­

m əm əlidir. Vəsiyyətnamədə adı çəkilməmək dedikdə,  şəxsin vəsiyyətnamədə 

vərəsə  kimi  göstərilməməsi  başa  düşülür.  Başqa  sözlə  desək,  himayədə olan 

şəxs vəsiyyət üzrə vərəsə qismində çıxış etməməlidir.

Müəyyən  kateqoriya  elə  şəxslər  vardır  ki,  həmin  şəxsləri

əyaqə  sız 

Azarbaycan  Respublikasının  Mülki  Məcəlləsi vərəsəlik hüqu- 

vərəsə 


1

qundan  (vərəsə  olmaq  hüququndan)  məhrum  edir.  Bu  şəxs­



lər mülki  qanunvericilikdə  ləyaqətsiz vərəsə adlanır.

Ləyaqətsiz  vərəsə  dedikdə,  müəyyən  hallara  görə,  vərəsəlikdən  kə- 

narlaşdırılan  və  buna  görə  də  vərəsəlik  hüququndan  məhrum  edilən 

şəxs  başa düşülür.

Ləyaqətsiz  vərəsə  mirası  əldə  etmək  və  almaq  hüququna  malik  olmayan 

şəxsdir.  O,  cəmiyyətdəki  birgə  yaşayış  qaydaları  baxımından  özünün  nalayiq 

davranışına  görə  vərəsəlikdən  kənarlaşdırılır1

 2.  Bu  kateqoriyadan  olan  şəxslər 

özünün  etdiyi  hüquqa  və  ya  əxlaqa  zidd  hərəkətlərin  nəticəsində  vərəsə  ol­

maq  imkanından  məhrum  olurlar.  Köhnə  mülki  qanunvericilik  ləyaqətsiz vərə­

sə  sırasına  üç  kateqoriya  şəxsi  aid  edirdi:  qanunsuz  hərəkət etməklə özlərinin 

vərəsəliyə  çağırılmasına  imkan  yaradan  vətəndaşları;  valideynlik  hüququndan 

məhrum  edilən  vətəndaşları;  miras  qoyan  şəxsi  saxlamaq  üzrə  öz vəzifələrini 

qəsdən  yerinə  yetirməyən  vətəndaşları  (MM-in  531-ci  maddəsi).  Lakin  indiki, 

müasir  qanunvericilik  valideynlik  hüququndan  məhrum  edilən  şəxslərin  ləya­

qətsiz  vərəsə  kateqoriyasına  aid  edilməsi  barədə  konkret və  birbaşa  göstəriş 

ifadə  etmir.  Amma  buna  baxmayaraq elə  hesab edirik  ki,  valideynlik hüququn­

dan  məhrum  edilmiş şəxslər,  miras qoyan şəxsi saxlamaq üzrə  öz vəzifələrini 

yerinə yetirməkdən  qəsdən  boyun  qaçıran şəxslər də ləyaqətsiz vərəsə sırası­

na  daxildir.  Yeri  gəlmişkən,  RF-in  yeni  mülki  qanunvericiliyi  köhnə  qanunveri­

cilik kimi  məsələyə  bu cür yanaşır (RF  MM-in  1117-ci maddəsi).

Beləliklə,  Azərbaycan  Respublikasının vərəsəlik hüququna  görə,  ləyaqətsiz 

vərəsə  kateqoriyasına  aiddir:

•  müəyyən  hallara  görə  vərəsə  olmayan  şəxslər (MM-in  1137-ci maddəsi) 

-  I  qrup ləyaqətsiz vərəsələr;

1  «Azərbaycan  Respublikasında  notariat  hərəkətlərinin  aparılması  qaydaları  haqqında  təlimabnn 

103-cü bəndi.

2 Советское гражданское право. Учебник. Том 2 / Под ред. О.А.Красавчикова. М.  1985. с. 512.

585


•  valideynlik  hüququndan  məhrum  edilmiş  şəxslər  (MM-in  1138-ci  maddə­

si) -  II  qrup  ləyaqətsiz vərəsələr;

•  miras qoyanın saxlanması  üzrə öhdələrinə  qoyulmuş vəzifələrdən  qəti  su­

rətdə  boyun  qaçıran  şəxslər (MM-in  1138-ci  maddəsi) -   III  qrup  ləyaqət­

siz vərəsələr.

Fiziki  şəxsin  I  qrup  ləyaqətsiz  vərəsə  kimi  tanınması  üçün  həmin  şəxsin 

iki alternativ  hərəkətdən  birini etməsini müəyyənləşdirmək lazımdır:

•  birincisi, fiziki  şəxsin  miras  qoyanın  son  iradəsini  həyata  keçirməsinə  ma­

neə  olması  və  bununla  özünün  və  ya  özünə  yaxın  şəxslərin  vərəsəliyə 

çağırılmasına  və  ya  miras  paylarının  artırılmasına  imkan  yaratması.  Söh­

bət  fiziki  şəxsin  hüquqazidd  hərəkətlər  etməsindən  gedir.  Həmin  hərə­

kətlər  isə  ifadə  oluna  bilər:  saxta  vəsiyyətnamə  tərtib  etməkdə;  əsl  və 

həqiqi  vəsiyyətnamənin  gizlədilməsində;  şəxsi  konkret  vətəndaşın  xeyri­

nə  vəsiyyətnamə  yazmağa  məcbur  etmədə;  vəsiyyət  üzrə  vərəsələrdən 

kimsəni  mirasdan  imtina olunmasına  vadar etmədə;  şəxsi  leqat (vəsiyyət 

tapşırığı)  nəzərdə  tutuna  vəsiyyətnamə  yazmağa  məcbur  etmədə;  leqa- 

tarini  leqatdan  imtina  etməyə  məcbur  etmədə;  leqat  barədə  məlumatı 

gizlətməkdə;  vəsiyyətnaməni saxtalaşdırmaqda;  başqa  vərəsələrin olma­

sı  barədə  məlumatın gizlədilməsində və s'.

•  ikincisi,  fiziki  şəxsin  vəsiyyət  edənin  vəsiyyətnamədə  ifadə  edilmiş  son 

iradəsinə  qarşı cinayət və ya  digər əxlaqsız hərəkət törətməsi1

 2.


Amma  göstərilən  hərəkətlərdən  birinin  edilməsi  şəxsin  ləyaqətsiz  vərəsə 

hesab  olunması  üçün  yetərli  deyildir və  kifayət  etmir.  Bunun  üçün  həm  də  iki 

əlavə  şərtin  olması  lazımdır3.  B irin ci  şərt ondan  ibarətdir ki,  şəxsin  vərəsəlik 

hüququndan  məhrum  edilməsinə  səbəb  olan  h a lla r  (hərəkətlər)  məhkəmə 

tərəfindən  təsdiq  olunm alıdır.  Həmin  halın  (miras  qoyanın  əleyhinə  yönələn 

hüquqazidd  hərəkətin)  müəyyənləşdirilməsi  barədə  qanuni  qüvvəyə  minmiş 

məhkəmə  aktı  mübahisəsiz  olaraq  şəxsi  vərəsəlikdən  kənarlaşdırmaq  üçün 

əsas  rolunu  oynayır.  Vərəsəlik şəhadətnaməsi  verən  zaman  notarius  müstəqil 

surətdə  həmin  akta  əsasən  şəxsi  ləyaqətsiz vərəsə  hesab  edir  (əgər vərəsəlik 

barədə  mübahisə  olmazsa).  Belə  hallarda  məhkəmənin  şəxsi  vərəsəlikdən 

kənarlaşdırmaq  barədə  əlavə  qərar  çıxarması  tələb  edilmir4.  Başqa  sözlə  de­

sək,  lazım  deyildir ki,  məhkəmə  şəxsin  ləyaqətsiz vərəsə  hesab edilməsi  barə­

də  hər hansı xüsusi  akt qəbul  etsin.  Vərəsənin  miras  qoyanın  ölümünə  səbəb 

olan  cinayət törətməkdə  təqsirli  bilinməsi  barədə  məhkəmə  hökmünün olması

1  Советское  гражданское  право.  У чеб ник.  Том  2 /   П од  ред. 

В.П.Гоибанова,  С.М.Корнеева.

  М ., 


1980, с. 484; 

Гущин В.В.

  Наследственное право.  Учебное пособие.  М ., 2003, с.  15; 



Зайцева Т.И., Кра­

шенинников П.В.

  Наследственное право. М ., 2003, с. 38.

2  SSRİ  A li  M ə hkəm əsi  öz qərarında  göstərirdi  k i,  şəxsi  və rə səlik  hüququndan  m əhrum   edilməsinə 

səbəb  olan  qanunsuz  h ə rə kə tlə r  (hüquqa  zidd  hərəkə tlər)  dedikdə,  cinayət  qaydasında  cəzalandırılan 

hərəkə tlər  başa  düşülür  (bax:  постановления  Пленума 

Верховного  Суда  СССР  «О  судебной 

практике  по делам  о  наследовании»  от  1  июля  1966  г.  №  б  //  Бюллетень  Верховного  Суда СССР. 

1966. № 4).  Azərbaycan  Respublikasının və rə səlik  hüququ bu göstərişi  nəzərə alm ışdır.

3  Г

рудцынаЛ.10.

  Наследование (в вопросах и  ответах).  М .,  2002,  с.  79.



Власов  Ю.Н.,  Калинин  В.В.

  Наследственное  право  Р оссийской  Федерации.  У чебно- 

методическое  пособие.  М .,  2002, с.  22.

586


kifayətdir  ki,  notarius  müvafiq  şəxsi  ləyaqətsiz  vərəsə  kimi tanısın.  Cinayət işi 

üzrə  məhkəmə  hökmü  vərəsəni  (şəxsi) vərəsəlikdən  kənarlaşdırmaq  üçün  pro­

sessual  sənəd  rolunu oynayır1.  Əgər məhkəmə məsələni cinayət-hüquqi qayda­

da  yox,  mülki-hüquqi  qaydada  həll  etmişsə,  onda  vərəsəni  vərəsəlik  hüququn­

dan  məhrum  etmək  üçün  prosessual  sənəd  kimi  məhkəmə  qərarı  çıxış  edir1

 2. 


RF-nin  Ali  Məhkəməsi  isə  izah  edərək  göstərmişdir  ki,  məsələ  (hərəkət,  hal) 

məhkəmə hökmü ilə müəyyənləşdirilməlidir3. Bu isə dəqiq olmayan mövqedir.

İkinci şərt isə ondan  ibarətdir ki,  şəxsin vərəsəlikdən kənarlaşdınlmasına sə­

bəb  olan  hərəkətlər  qəsdən  edilm əlidir və  xüsusi  olaraq  ya  miras  qoyanın 

əleyhinə (məsələn,  miras qoyanı öldürmək), ya vərəsələrdən hər hansı birinin 

əleyhinə (məsələn,  vərəsəni  hədələməklə mirasdan əl  çəkməyə məcbur etmək; 

bu  isə mirasın  hədələyən, yəni  hədə təsiri göstərən şəxsə keçməsini təmin edir), 

ya  da vəsiyyət edənin  vəsiyyətnamədə  ifadə edilmiş axırıncı  iradəsinin  hə­

yata  keçirilm əsi  əleyhinə  (məsələn,  əsl  və  həqiqi  vəsiyyətnamənin  saxta və­

siyyətnamə  ilə  əvəz  olunmasına  cəhd  göstərmək) yönəlməlidir4.  RF  Ali  Məhkə­

məsi  Plenumu  izah  edərək göstərmişdir ki,  həmin  hərəkətlər yalnız qəsdən edil­

məlidir5.  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  bu  göstərişi rəsmən  nə­

zərə  almışdır.  Bu  göstəriş  köhnə  qanunvericilikdə (köhnə  1964-cü il  MM-in  531- 

ci maddəsində) ifadə olunmamışdı.  RF Ali Məhkəməsi Plenumu daha sonra izah 

etmişdir ki,  şəxs ehtiyatsızlıqdan törədilən cinayətə görə (məsələn, avtomobil qə­

zası  nəticəsində  miras  qoyanın  ölümünə  görə)  məhkum  edilərsə,  onda  həmin 

hal  göstərilən  şəxsin  ləyaqətsiz vərəsə  kimi vərəsəlikdən  kənarlaşdırılması üçün 

əsas ola bilməz.  Mülki  hüquq elmi də həmin mövqedə durur6 * * * 1

0

.

Göstərdiyimiz  hallardan  biri  olduqda  və  həmin  hal  məhkəmə  qaydasında 



təsdiqləndikdə,  hüquq  pozuntusu  törədən  şəxs  ləyaqətsiz  vərəsə  kimi  nə  qa­

nun  üzrə,  nə  də  vəsiyyət  üzrə  vərəsə  ola  bilmir,  vərəsəlik  hüququndan  məh­

rum edilir.

İkinci  q ru p   ləyaqətsiz  vərəsələrə  valideynlik  hüququndan  məhrum  edil­

miş  şəxslər  daxildir.  Bir  sıra  hallar  mövcud  olduqda  valideynlər  (və  ya  onlar­

dan  biri)  məhkəmə  qaydasında valideynlik hüququndan  məhrum  edilə bilərlər.

1  P .S .N İkilyu k  g östə rir  k i,  ə m ə lin   cinayəl  olması  nəinki  məhkəmə  hökmü  ilə ,  habelə  istintaq  -  

p rokurorluq orqanlarının qərarı  ilə  də  m üəyyənləşdirilə b ilə r 



(,Никитине П.С.

  Наследственное право и 

наследственный  процесс.  Киш инев.  1973, с. 54,57).



Зайцева Т.И., Крашенинников П.В.

  Наследственное право.  М ., 2003, с. 38.

3  Постановления  Пленума  Верховного  Суда  СССР  «О  некоторых  вопросах,  возникающих  в 

практике  судов  по  делам  о  наследовании»  от  23  апреля  1991  г.  №   2  (пун кт  2)  //  Судебная 

практика  по  гражданским делам.  М ., 2001, с. 424.



Иоффе О С.

  Советское гражданское  право.  Курс лекций.  Часть 3. Л .,  1965, с.290.

5  Постановления  Пленума  Верховного  Суда  СССР  «О  некоторых  вопросах,  возникающих  в 

практике  судов  по  делам  о  наследовании»  от  23  апреля  1991  г.  №  2  //  Судебная  практика  по 

гражданским делам.  М ., 2001, с.  259-260.



Никитюк П.С.

  Наследственное  право  и  наследственный  процесс.  Кишинев.  1973,  с.  55-56;

Гражданское  право.  У чебник.  Часть  3  /   Под  ред. 



А.П.Сергеева,  Ю.К.Толстого.

  М.,  1998,  с.  512;



Власов Ю.Н.,  Калинин  В.В.

  Наследственное  право  Российской  Федерации.  Учебно-методическое

пособие.  М .,  2002,  с.  19; 

Зайцева  Т.И.,  Крашенинников П.В.

  Наследственное  право.  М ., 2003, с.36.

10  fevral  1971-ci  il  tarixində  RSFSR  Ə d liyyə   N a zirliyi  Kemerovo  vilayət  məhkəməsinə  izah  etmişdir 

k i,  ehtiyatsızlıqdan miras qoyanın öldürülm əsi  vərəsəni vərəsəlik hüququndan  məhrum etmir.

587


Həmin  hallar ailə  qanunvericiliyi  ilə  müəyyən  edilir1:  şəxsin  öz valideynlik vəzi­

fələrini  yerinə  yetirməməsi:  alimenti  qəsdən  ödəməməsi;  şəxsin  öz valideynlik 

hüquqlarından  sui-istifadə  etməsi  və  s.  Bu  hallardan  biri  olduqda,  məhkəmə 

şəxsin  va lid e yn lik  hüququndan  m əhrum   edilm əsi  barədə  qərar  qəbul 

edir.  Bu  qərar əsas  verir və  kifayətdir  ki,  öz  uşaqlarının  ölümündən  sonra  hə­

min şəxs vərəsəlik  şəhadətnaməsi  verilən  zaman  notarius tərəfindən  müstəqil 

surətdə  ləyaqətsiz  vərəsə  hesab  edilsin  və  vərəsələrin  sırasından  çıxarılsın, 

yəni  vərəsəlikdən  kənarlaşdırılsın.  Vərəsəlik  şəhadətnaməsinin  alınması  lazım 

olmadığı  hallarda  isə  bu  məsələni  həmin  qərar əsasında  vərəsələrin  özləri  həll 

edirlər.  Digər  məhkəmə  aktının  (prosessual  sənədin),  yəni  valideynlik  hüqu­

qundan  məhrum  edilmiş şəxsin vərəsəlikdən  kənarlaşdırılması  barədə  məhkə­

mə  qərarının olması tələb edilmir1

 2.

Valideynlik  hüququndan  məhrum  edilmiş  şəxsi  vərəsəlikdən  kənarlaşdır­



maq  üçün  əlavə  şərtin  olması  lazımdır.  Bu  şərt m irasın  açıldığı  günədək va ­

lideynlik  hüquqlarının  bərpa edilm əm əsindən  ib a rə td ir.  Əgər miras açıldığı 

günədək  şəxsin  valideynlik  hüquqları  bərpa  edilərsə,  onda  həmin  şəxs  ləya­

qətsiz vərəsə  kimi  tanınmır.  Valideynlik  hüquqlarının  bərpası  isə  ailə  qanunve­

riciliyi  ilə  müəyyən  edilir3.

Valideynlik  hüquqlarından  məhrum  edilmiş şəxslərin vərəsəlikdən  kənarlaş- 

dırılması  yalnız  qanun  üzrə  vərəsəlik  zamanı  m ə cb u rid ir.  Söhbət  həmin 

şəxslərin  öz  uşaqlarının  ölümündən  sonra  qanun  üzrə  vərəsəliyə  çağırılması­

nın  qadağan  edilməsindən  gedir.  Vəsiyyət  üzrə  vərəsəlik  zamanı  isə  vali­

deynlik  hüquqlarından  məhrum  edilən  şəxsin  vərəsəlikdən  kənarlaşdırılması 

məcburi  deyil.  Miras  qoyan  sağlığında  onun  barəsində  nalayiq  hərəkətlərə  yol 

verən  valideynləri  ilə  necə  davranmağı  özü  həll  edir.  Onun  ixtiyarı  çatır  ki,  öz 

valideynlərinin  bu  cür  hərəkətlərini  nəzərə  almasın  və  əmlakını  valideynlik  hü­

quqlarından  məhrum  edilmiş  şəxslərə  vəsiyyət  etsin4.  Başqa  sözlə  desək,  va­

lideynlik  hüquqlarından  məhrum  edilmiş  şəxslər  üçün  vəsiyyət  üzrə  vərəsəlik 

istisna  olunmur,  bu,  mümkündür5.  Məsələn,  şəxs  öz  əmlakını  valideynlik  hü­

quqlarından  məhrum edilmiş atasına vəsiyyət edə  bilər.

Valideynlik  hüquqlarından  məhrum  edilmiş  şəxsin  öz  övladlarının  ölümün­

dən  sonra  qanun  üzrə  vərəsəlikdən  kənarlaşdırılması  öz  növbəsində  övladla­

rın  valideynlik  hüquqlarından  məhrum  edilmiş  öz  valideynlərinin  ölümündən 

sonra  vərəsəlikdən  kənarlaşdırılmasına  səbəb olmur.  Həmin  övladlar valideyn­

lik hüquqlarından  məhrum  edilmiş öz valideynlərinin ölümündən  sonra vərəsə-

1  A ilo   M ə cə llə sin in  64-cü  maddəsi // A R   Q K ,  I  xüsusi  buraxılış, s.  789.

Иоффе  О.C. 

Советское  гражданское  право.  К ур с  лекций.  Часть  3.  Л .,  1965,  с.289; 



Никитюк 

П  

С .  

Наследственное  право  и  наследственный  процесс.  К иш инев.  1973,  с.  57;  Советское  граждан­

ское  право.  У чеб ник.  Том  2  /   Под  ред. 

О.Л.Красавчикова.

  М .,  1985,  с.  512; 



Зайцева  Т.И.,  Краше­

нинников П.В.

  Наследственное  право.  М .,  2003, с.  38; 



Власов 10.Н.,  Калинин В.В.

  Наследственное 

право  Российской  Федерации.  М .,  2002,  с.  22; 

Грудцына Л.Ю.

  Наследование  (в  вопросах  и  от­

ветах).  М ., 2002, с.  80.

J A ilə   M ə cə llə sinin  64-cü  maddəsi / /  A R  Q K ,  I  xüsusi  buraxılış, s.  789.

Советское  гражданское  право.  У чебник.  Том  2  /П о д   ред. 

В.П.Грибанова,  С.М.Корнеева.

  М.. 


1980, с. 485.

5 Советское  гражданское  право.  У чеб ник. Том   2 /   Под ред. 



О.А.

Красавчикова.

  М .,  1985, с.  512.

588


lik  hüququna  malik  olurlar1.  Məsələn,  valideynlik  hüquqlarından  məhrum edil­

miş ata ölür.  Onun uşaqları qanun üzrə vərəsəliyə çağırılırlar.



Üçüncü  qrup  ləyaqətsiz  vərəsələr  kateqoriyasına  o  şəxslər  daxildir  ki, 

onların  üzərinə miras qoyanı saxlamaq vəzifəsi (ailə öhdəliyi) qoyulsun (bu və­

zifə  qanunla  onlara  həvalə  edilir).  Həmin şəxslər miras qoyanı  saxlamaq üçün 

aliment ödəməyə borclu olan şəxslərdir.  Əgər göstərilən şəxslər aliment öhdə­

liyini yerinə yetirməkdən  qəsdən,  qərəzli olaraq, qəti surətdə boyun qaçırsa­

lar,  ləyaqətsiz  vərəsə  kimi  miras  qoyanın  qanun  üzrə  vərəsəsi  ola  bilmirlər. 

Özü  də  dərhal  qeyd  edirik  ki,  aliment  ödəmək  vəzifəsini  yerinə  yetirməkdən 

boyun  qaçıran  şəxslərin vərəsəlikdən kənarlaşdırılması yalnız qanun  üzrə və­



rəsəlik  zamanı  məcburidir.  Vəsiyyət  üzrə  vərəsəlik  zamanı  isə  bu,  məcburi 

deyildir.  Belə  ki,  miras  qoyan  onu saxlamaqdan,  ona  aliment ödəməkdən qəs­

dən  boyun  qaçıran  şəxsin  nalayiq  və  qanunazidd  davranışını  nəzərə  almayıb, 

öz əmlakını  həmin  şəxsə  vəsiyyət edə  bilər.  Bu  şəxs üçün vəsiyyət üzrə vərə­

səlik qadağan edilmir1

 2.


Aliment  öhdəliyini  yerinə  yetirməkdən  qəti  surətdə  boyun  qaçırmaq

dedikdə,  şəxsin  həm  könüllü  yolla,  həm  də  məhkəmə  (məcburi) yolla  aliment 

verməkdən  qərəzli  olaraq,  qəsdən  imtina  etməsi  başa  düşülür.  Əgər şəxs ali- 

menti  məhkəmə  ilə ödəyərsə,  o, ləyaqətsiz vərəsə kimi tanına bilməz.

Notarius  və  ya  vərəsələr  aliment  ödəməkdən  boyun  qaçıran  şəxsləri  müs­

təqil  surətdə  ləyaqətsiz  vərəsə  kimi  vərəsəlikdən  kənarlaşdıra  bilməzlər.  Bu­

nun  üçün  müvafiq  məhkəmə  aktının  (prosessual  sənədin) -  məhkəmə qə­

rarının  olması  tələb  edilir.  Belə  ki,  miras  qoyanın  saxlanması  üçün  aliment 

ödəməkdən  boyun  qaçırmaq  faktı  boyun  qaçıran şəxsi  vərəsəlikdən  kənarlaş­

dırmaq  üçün  əsas  rolunu  oynayır.  Həmin fakt  isə yalnız  məhkəmə  qaydasın­

da  müəyyənləşdirilir.  Məhkəmə  bu  faktın  müəyyənləşdirilməsi  ilə  bağlı  ola­

raq  şəxsin  vərəsəlikdən  kənarlaşdırılması  barədə  qərar  çıxarır.  Yalnız  həmin 

qərar  qüvvəyə  mindikdən  sonra  notarius  şəxsi  ləyaqətsiz vərəsə  kimi  vərəsə­

lik  hüququndan  məhrum  edə  bilər3.  Məhkəmə  isə  həmin  qərarı  maraqlı  şəxs­

lərin  tələbi  ilə  qəbul  edir.  Maraqlı  şəxs  rolunda  adətən,  miras  qoyanın  digər 

vərəsələri çıxış edirlər.  O vərəsələr çıxış edirlər ki,  şəxsin  ləyaqətsiz vərəsə ki­

mi  tanınması onların  vərəsəlik hüququna təsir göstərir.

Bəzən  məhkəmə  hökmü  göstərilən  əsasa  görə  şəxsi  vərəsəlikdən  kənar­

laşdırmaq  üçün əsas rolunu oynaya  bilər4.  Belə ki, cinayət qanunvericiliyi müəy­

yən  şəxsləri  saxlamaq  üçün  onlara  maddi  kömək  göstərməkdən  (aliment ödə­

məkdən)  qərəzli  boyun  qaçırmaya  görə  cinayət  məsuliyyəti  nəzərdə tutur5.  Bo­

yun  qaçıran  şəxs  məhkəmə  hökmü  əsasında  cəzalandınlır.  Həmin  hökm  həm

1  A ilə   M ə cə llə sinin  66-cı  maddəsinin 4-cü bəndi  / /  A R  Q K ,  1 xüsusi buraxılış, s. 789.

2  Советское  гражданское  право.  Учебник.  Том  2  /Под  ред. 



В.П.Грибанова,  С.М Корнеева.

  М., 


1980,  с.  485;  Советское  гражданское  право.  Учебник.  Том  2  /   Под  ред. 

О.А.Красавчикова.

  М-, 


1985, с. 512.



Власов Ю.Н..  Калинин В.В.

  Наследственное право Российской Федерации. М-, 2002, с. 22.

4  Бюллетень  В ерховного  Суда  РСФСР.  1981.  №  11,  с.  9-10; 



Ннкитюк П.С. 

Наследственное 

право  и  наследственный  процесс.  Кишинев.  1973,  с.  57;  Советское  гражданское  право.  Учебник. 

Том  2 /  П од ред. 



О.А.Красавчикова.

  М .,  1985, с. 512.

5 Cinayət Məcəlləsinin  176-cı maddəsi 

II

 A R  Q K , I xiisusi buraxılış, s. 41.

589


də şəxsi  ləyaqətsiz vərəsə kimi vərəsəlikdən kənarlaşdırmaq  üçün əsasdır.

Tövsiyə olunan  əlavə ədəbiyyat

Серебровский  B.H.  Очерки  советского  наследственного  права.  M.,

1953 (гл.  3);

Антимонов  Б.С.,  Граве  К.А.  Советское  наследственное  право.  М.,

1955  (гл.  4);

Иоффе  О.С.  Советское  гражданское  право.  Курс  лекций.  Часть  3.  Л., 

1965 (разд.  3, гл.  2);

Гордон  М.В. Наследование по закону и по завещанию.  М.,  1967 (разд. 3). 

Н икитю к  П.С.  Наследственное  право  и  наследственный  процесс.  Ки­

шинев.  1973 (гл.  2).

Эйдинова  Э.Б.  Наследование  по  закону  и  по  завещанию.  М.,  1983

(разд.  3).

Зайцева  Т.И.,  Краш енинников  П.В.  Наследственное  право.  М.,  2003

(гл.  4);

Гущин  В.В.  Наследственное право.  Учебное пособие.  М.,  2003 (гл. 3); 

Власов  Ю.Н.,  Калинин  В.В.  Наследственное  право  Российской  Феде­

рации.  М.,  2002  (гл.  4);

Грудцы на  Л.Ю.  Наследование  (в  вопросах  и  ответах).  М.,  2002  (гл.  2, 

с.  95-109);

Л япунов  С.Г.  Наследование.  М.,  2003  (§  5);

Данилов  Е.П.  Наследование.  Нотариат.  Похороны.  М.,  2002 (гл.  1); 

Саломатова  Т.В.  Наследование  по  завещанию  и  по  закону.  М.,  2002

(гл.  1,  § 4);

Синайский  В.И.  Русское гражданское право.  М., 2002 (часть 5, гл.  1); 

Советское  гражданское  право.  Учебник.  Том  2  /  Под  ред.  В.А.Рясен- 

цева.  М.,  1976;

Советское  гражданское  право.  Учебник.  Том  2 /  Под  ред.  В.П .Гриба­

нова,  С.М.Корнеева.  М.,  1980;

Советсткое  гржданское  право.  Учебник.  Том  2 /  Под  ред.  О.А.Красав- 

чикова.  М.,  1985;

Гражданское  право.  Учебник.  Часть  3  /  Под  ред.  А.П.Сергеева,  Ю.К. 

Толстого.  М.,  1998;

Гражданское право. Учебник. Том.  1 / Под ред. Е.А.Суханова.  М.,  1998; 

Плетнев  М.Ю.  Нотариат.  Учебное  пособие.  М.,  2003  (гл.  6);

Власов Ю.Н., Калинин В.В. Нотариат (курс лекций). М., 2002 (лекция 23); 

Гомола А.И.  Нотариат. Учебное  пособие.  М.,  2003  (тема  9); 

Полтовская Н., Кузнецов В. Нотариат (курс лекций). М., 2002 (лекция  11); 

Корнеева  И.Л.  Наследственное  право.  Учебное  пособие.  М.,  2003  (те­

ма 6).

590


XIV  FƏSİL

VƏSİYYƏT  ÜZRƏ VƏRƏSƏLİK


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin