Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§ 1. Vəsiyyət üzrə vərəsəliyin anlayışı



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə44/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   54
§ 1. Vəsiyyət üzrə vərəsəliyin anlayışı, 

əsasları və subyektləri

Vəsiyyət üzrə 

vərəsəliyin 

anlayışı və 

əsas cəhətləri

Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  qanun üz­

rə  vərəsəliklə  bərabər və yanaşı,  vəsiyyət üzrə vərəsəliyi 

də  nəzərdə tutur (MM-in  1133-cü  maddəsinin  1-ci bəndi). 

Vəsiyyət  üzrə  vərəsəlik  vərəsəliyin  növlərindən  biri  sayı­

lır.


Şəxs  hələ  öz  sağlığında  ölüm  hadisəsi  olacağı  halda  öz  əmlakının  hüquqi 

taleyi  barədə  sərəncam  verə  bilər.  Göstərilən  şəxs  öldükdə  onun  hüquq  və 

vəzifələri  həmin  sərəncamda  göstərilən  şəxslərə  keçir.  Bu  cür vərəsəlik mülki 

hüquq  elmində  (doktrinasında),  qanunvericilikdə  və  məhkəmə  praktikasında 

vəsiyyət  üzrə vərəsəlik adlanır.

Vəsiyyət  üzrə  vərəsəlik,  onu  ifadə  edir ki, vəsiyyət  edənin  (miras  qoyanın) 

vərəsələri  olan  şəxslərin  dairəsi,  vərəsəliyin  şərtləri  və  qaydası  bilavasitə  qa­

nunun  özü  ilə  yox,  miras  qoyanın  iradəsi  ilə  müəyyən  edilir.  Amma  miras 

qoyanın  (vəsiyyət  edənin)  iradəsi  öz  ifadə  formasına  görə  qanuna  uyğun  ol­

malı,  məzmununa  görə  isə  qanunla  ziddiyyət təşkil  etməməlidir.  Əgər qanuna 

uyğun  olmazsa,  miras  qoyanın  iradəsi  hüquqi  əhəmiyyətə  malik olmur.  Buna 

görə də vəsiyyət  üzrə vərəsəlik yaranmır.

Digər  tərəfdən,  vəsiyyət  edən  (miras  qoyan)  şəxsin  ölüm  hadisəsi  olacağı 

halda öz əmlakının  hüquqi taleyi  barədə etdiyi sərəncam  iradəvi aktdır.  Iradə- 

vi  aktın  isə  hüquqi  əhəmiyyət  kəsb  etməsi,  hüquqi  nəticə  doğurması  üçün 

onun  qanuna,  hüquqa  uyğun  olması  lazımdır.  Əgər  qanuna  zidd  olarsa,  miras 

qoyanın  iradəsi  vəsiyyət  üzrə  vərəsəliyin  yaranmasına  səbəb  olmur.  Deməli, 

miras  qoyanın  sərəncamı  hüquqa  uyğun  iradəvi  akt  kimi  qanunla  ziddiyyət 

təşkil  etməməlidir.  Bu  isə onu  göstərir ki,  vəsiyyət  üzrə vərəsəlik sözün həqiqi 

mənasında  qanuna  uyğun  olan  vərəsəlikdir.  Bu  vərəsəlik  qanun  əsasında  və 

ona  müvafiq  olaraq  həyata  keçirilir.

Şərtləri  və  qaydaları  qanuna  uyğun  olaraq  miras  qoyanın  iradəsi  ilə 

müəyyən  edilən vərəsəliyə vəsiyyət üzrə vərəsəlik deyilir'.

Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  vəsiyyət  üzrə  vərəsəliyin 

tənzimlənməsinə  lazımi diqqət yetirir.  Mülki Məcəllənin 64-69-cu fəsillərinə da­

xil olan  normalar (1166-1242-ci  maddələr) xüsusi olaraq vəsiyyət üzrə vərəsə­

lik  münasibətlərinin  nizama  salınmasına həsr edilmişdir.

MM-in vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyən  normalarının sa­

yı  kifayət qədər artmışdır.  Burada  vəsiyyət azadlığı, vəsiyyətnamənin qapalı ol­

ması  kimi  prinsiplər  təsbit  edilir,  vəsiyyətnamənin  gizli  saxlanmasına  təminat 1



Иоффе O.C.

  Советское гражданское право (курс лекций). Л ., част 3,  1965. C.30S.

591


verilir,  məcburi  miras  payının  miqdarı  azaldılır,  onun  müəyyənləşdirilməsi  qay­

dası  dəyişir,  vəsiyyət  edənə  vəsiyyətnamənin  formasını  seçmək  imkanı  verilir 

və  s.  Mülki  Məcəllənin  əsas  istiqaməti  vəsiyyət  azadlığı  ideyasından  çıxış  et­

məkdən  ibarətdir.  Lakin  bunlar əsas  vermir ki,  vəsiyyət  üzrə  vərəsəlik  əsas və 

aparıcı  rola  malik  olan vərəsəlik  növü  hesab edilsin.

Vəsiyyət  üzrə  vərəsəlik  dedikdə,  vərəsəlik  hüquq  müna-

Voslyyat üzrə 

sibəti  başa  düşülür.  Hüquq  münasibəti  isə  müəyyən  hü- 

vərəsəlıyin 

f a ^ \ a r

  esasında  əmələ  gəlir.  Həmin  faktlar  vəsiyyət

osası 

üzrə 


v e r e s e |iyjn 

asası  hesab edilir.

Vəsiyyət üzrə vərəsəliyin  əsası  dedikdə,  elə hüquqi  faktlar başa  düşülür ki, 

bu  faktlar vərəsəlik  hüquq  münasibətinin əmələ gəlməsinə  səbəb  olur.

Vəsiyyət  üzrə  vərəsəliyin  yaranması  üçün  bir  neçə  hüquqi  faktın  olması  tə­

ləb  edilir.  Bu  faktların  məcmusu  mürəkkəb  hüquqi  tərkib əmələ  gətirir.

Vəsiyyət  üzrə  vərəsəliyin  yaranmasını  şərtləndirən  mürəkkəb  hüquqi  tərki­

bə  daxil  olan  birinci  hüquqi  fakt  vəsiyyətnamədir'.  Vəsiyyətnamədə  vərəsəlik 

hüquq  münasibətinin  əmələ  gəlməsi  əsasının  spesifikliyi  ifadə  olunur2.  O,  mi­

ras  qoyanın  (vəsiyyət  edənin)  sağlığında  tərtib  edilir.  Amma  vəsiyyətnamə  öz­

lüyündə  avtomatik  olaraq,  vəsiyyət  üzrə  vərəsəliyin  əmələ  gəlməsinə  səbəb 

olmur.  Bunun  üçün  digər hüquqi faktların  da olması  vacibdir.

Mürəkkəb  hüquqi  tərkibə  daxil  olan  ikinci  hüquqi  fakt vəsiyyət  edənin  (mi­

ras qoyanın)  ölməsidir.  Əgər vəsiyyət edən  ölməzsə,  onda  vəsiyyət  üzrə  və- 

reseliyin  yaranmasından söhbət gedə  bilməz.  Azerbaycan  Respublikasının  və­

rəsəlik  hüququna  vəsiyyət  edənin  sağlığında  vəsiyyət  üzrə  vərəsəliyin  yaran­

ması  halı  məlum  deyildir.  Digər  tərəfdən,  vəsiyyət  edənin  ölmüş  elan  edilməsi 

də vəsiyyət üzrə vərəsəliyin yaranmasına  səbəb  ola  bilər.

Mürəkkəb  hüquqi  tərkibə  daxil  olan  üçüncü  hüquqi  fakt  vəsiyyət  olunan 



şəxsin  miras  açılan  anda  vərəsə  olmaq  hüququnun  olmasından  ibarətdir. 

Başqa  sözlə  desək,  müəyyən  şəxs  miras  açılan  zaman  xeyrinə  vəsiyyət  edilə 

bilən  şəxslərin  sırasına  daxil  edilməlidir3.  Əgər  daxil  edilməzsə,  həmin  şəxs 

vəsiyyət  üzrə  verəsə  statusu  əldə  etmir  və  beləliklə  də  vərəsəlik  yaranmır. 

Məsələn,  ləyaqətsiz  vərəsələr  xeyrinə  vəsiyyət  edilə  bilən  şəxslər  dairəsinə 

aid  edilmirlər.  Buna  görə  de  həmin  şəxslərin  vəsiyyət  üzrə  vərəsə  olmaq  hü­

ququ yoxdur.

Vəsiyyət üzrə 

vərəsəliyin 

subyektləri



Vəsiyyət üzrə  vərəsəliyin  subyektləri  dedikdə,  vərəsəlik 

hüquq  münasibətinin  iştirakçıları  başa  düşülür,  Onlar  və­



siyyət  üzrə  vərəsələr  adlanırlar.  Vəsiyyət  üzrə  vərəsələr 

o  şəxslərdir  kl,  məhz  onların  xeyrinə  vəsiyyətnamə  tərtib 

edilir.  Bu şəxslər vəsiyyətnamədə miras qoyanın hüquq varisi  kimi  göstərilir.

Vəsiyyət  edən  şəxsə  gəldikdə  isə,  o,  vərəsəlik  hüquq  münasibətinin  sub­

yekti ola bilmir.  Belə  ki,  vəsiyyət edənin ölümü  hüquqi fakt  kimi vərəsəlik  hüquq 

münasibətinin əmələ gəlməsini şərtləndirir,  ölən  şəxsin  İsə  mülki  hüquq  qabilly-

'I

i

'

im



hiixuii

 UM.

  Пракомрссмсчко м о со ка ско м у ı раждамекому  мраку.  M .,  I% 2 .//  M  к и т е : 



414

mm 

лип li  li 

I рулы no 

1

 раждамекому мраку. M ,, 7.001, с, 409.



\  Иофф1‘ ОС.

 

(!окек;к«к: фаждамское мрако^курс лекмий).  Л., част 3,  1%*), 



с .

ЗОИ,


'  ( ‘i’/K'0//tıtK:nııh 

Н И

  Очерки с о кс тс ко ю  иаслсдетисммого  мрака.  М .,  1953, с.  7.5.



yətlnə,  bununla da  mülki  hüquq subyektliyine xitam verilir. Mülki hüquq subyekt- 

liyi xitam olunmuş şəxs isə vərəsəlik hüquq münasibətinin subyekti ola bilməz.



Vəsiyyət  edən  rolunda  yalnız  fiziki  şəxslər  çıxış  edə  bilər.  Bu.  məlum 

məsələdir.  Biz  bu  barədə  danışmışıq  (bax:  fesli  1,  «Miras  qoyan  və  verəsə» 

adlı  yarımbaşlığa).  Hüquqi  şəxslərin,  bələdiyyələrin  və  dövlətin  vəsiyyət  edən 

rolunda  çıxış etməsi  istisna  olunur, yəni  mümkün deyildir.

Vəsiyyət edən  qismində  bir qayda olaraq,  yalnız tam  mülki fəaliyyət qabiliy­

yətli  şəxslər çıxış edə  bilərlər.  Tam  mülki fəaliyyət qabiliyyətinə malik olmayan 

şəxs vəsiyyət edə bilməz.

Vəsiyyət üzrə verəsə  qismində mülki  hüququn  istənilən subyekti çıxış edə bi­

lər.  Söhbət  hüquqi  şəxslərdən,  bələdiyyələrdən,  fiziki  şəxslərdən  və  dövlətdən 

gedir.  Onların  hər birinin vəsiyyət üzrə vərəsə olmalarına qanunla yol verilir.

Vəsiyyət  edənin  sağlığında  mayası  bağlanmış  və  onun  ölümündən  sonra 

doğulan  uşaqlar vəsiyyət  üzrə vərəsə ola bilərlər.  Azərbaycan  Respublikasının 

mülki  qanunvericiliyi  onların  vərəsə  olmaq  hüququnu  tanıyır  (MM-in  1134-cü 

maddəsinin  2-ci  bəndi).  Miras  qoyanın uşaqları olmayan şəxslər de  belə halda 

vəsiyyət  üzrə  verəsə  ola  bllərlərmi?  Başqa  sözlə  desək,  miras qoyan öz əmla­

kını  başqa  kişidən  mayası  bağlanmış,  başqa  ananın  bətnində  olan və  hələ  do­

ğulmayan  uşağa  vəsiyyət edə  bilərml? Bu  məsələ sovet dövrünün  mülki hüqu­

qunda  müəyyən  müddət  mübahisə  predmeti  olmuşdu.  Bəzi  müəlliflər  göstə­

rirdilər  ki,  təkcə  miras  qoyanın  uşaqları  yox,  həm  də  bütün  uşaqlar  miras  qo­

yan  öldükdən  sonra  onun  vəsiyyət  üzrə  vərəsəsi  ola  bilərlər’ .  Azerbaycan 

Respublikasının  vərəsəlik  hüququ  həmin  müəlliflərin  mövqeyini  qanunvericilik 

səviyyəsində  nəzərə  almışdır:  miras  qoyanın  sağlığında  mayası  bağlanmış və 

onun  ölümündən  sonra  doğulmuş şəxslər,  bu şəxslərin  miras qoyanın uşaqları 

olub-olmamasına  baxmayaraq,  onun  vəsiyyət  üzrə  vərəsəsi  ola  bilərlər  (MM- 

In  1134-cü  maddəsinin  2-cl  bəndi).  Bu  göstərişə  əsasən  şəxs tamamilə  başqa 

ailəyə  mənsub olan ananın  bətnində olan uşağı  özünün vəsiyyət üzrə vərəsəsi 

kimi  göstərə  bilər.

Vəsiyyət  üzrə  vərəsə  rolunda  yalnız  artıq  doğulmuş  və  miras  açılan  anda 

sağ  olan  (ölməmiş)  şəxslər çıxış edə  bilər,  Vəsiyyət  edən  ölən  anda  vəsiyyət 

üzrə  verəsə  sağ  olmalıdır.  Əgər  verəsə  sağ  olmazsa,  yəni  vərəsə  vəsiyyət 

edəndən  əvvəl ölərsə, onda  əmlak qanun  üzrə  vərəsələrə keçir.

Bəzi  kateqoriya  şəxslər vəsiyyət üzrə vərəsə ola  bilməzlər.  Söhbet ləyaqət­

siz vərəsələrdən gedir.

§ 2. Vəsiyyətnamənin anlayışı,  məzmunu, 

formaları  və əsas xüsusiyyətləri

Əmlakı  vəsiyyət  etmək  klml  hüquqi  imkan  fiziki  şexs-

Voslyyotnamonln 

|0r|n  mü|k|  ^[jqyq  qabiliyyətinin  məzmununa  daxildir.

anlayışı  vo osas 

Bu  İS0 


fjz jk j  ş 0XS|e r ə  

hüquq  verir  ki,  onlar  özlərinə

cehotlorl 

məxsus  olan əmlak  barəsində  öz istəyinə  və mülahi­

zəsinə  görə  sərəncam  versinlər.  Onlar vərəsəlik  hüququnun  qanun  üzrə vərə- 1

Антимонаa ИХ'.. Г/ш т  K A   Сойотское 

ımcııcAcnıcııııoc 

пряно. M,, 

1955, 

e. Mt,



593

səlik barədə  hüquqi göstərişləri  ilə  razılaşmayaraq,  əmlakın  bölünməsi  qayda­

sını  dəyişə,  yeni  vərəsələr  təyin  edə  bilərlər.  Bunun  üçün  fiziki  şəxslər  yazılı 

sərəncam yazmalıdırlar.  Həmin  sərəncam vəsiyyət adlanır.  Beləliklə,  fiziki  şəx­

sə  hüquqi  imkan  verilir  ki,  o,  özünəməxsus  olan  əmlakın  hüquqi  taleyini  öz 

mülahizəsinə görə həll etsin.

Hüquq ədəbiyyatı  səhifələrində  «vəsiyyət» termini  iki  mənada  işlədilir1:

•   birincisi,  sənəd  mənasında;

•   ikincisi,  hüquqi akt mənasında.



Sənəd  mənasında vəsiyyət dedikdə,  vəsiyyət edənin  iradəsini  xaricən  ifa­

də  edən  yazılı  sənəd  başa  düşülür.  Bu  baxımdan  həmin  sənəd  «vəsiyyətna­

mə»  anlayışı  ilə  əhatə olunur.  Deməli,  vəsiyyətnamə dedikdə, vəsiyyət edə­

nin  iradəsini xaricən  ifadə edən  yazılı  sənəd  başa düşülür.

Hüquqi  akt  mənasında vəsiyyət dedikdə  isə vəsiyyət edənin  iradəsini  ifa­

də  edən  iradəvi  hərəkət  başa  düşülür.  Bu  baxımdan  o,  mülki-hüquqi  əqd  he­

sab  edilir.  Belə  ki,  vəsiyyət  xüsusi  olaraq  hüquqi  nəticə  doğurmaq  və  yarat­

maq məqsədilə edilir.

Vəsiyyətdə  yalnız  bir  şəxsin  -   miras  qoyan  şəxsin  iradəsi  ifadə  olunur.  Və­

siyyətin  edilməsi  və  onun  hüquqi  qüvvəyə  minməsi  üçün  yalnız  həmin  şəxsin 

iradə ifadəsi kifayətdir.  Buna  görə də vəsiyyət öz hüquqi təbiətinə görə  birtərəf­

li  əqddir.  Məhz  bu  səbəbdən  onun  hüquqi  qüvvəyə  minməsi  üçün  hər  hansı 

şəxsin  iradə ifadəsi tələb edilmir.  Başqa sözlə desək,  vəsiyyətin  hüquqi əhəmiy­

yət  kəsb  etməsi  və  etibarlı  sayılması  üçün  vəsiyyətnamədə  göstərilən  şəxslərin 

-  vərəsələrin  razılıq  vermələrinə  ehtiyac  yoxdur.  Bu  şəxslərin  razılıq  verməmə­

ləri  vəsiyyətin  etibarsız  hesab  edilməsinə  qətiyyən  təsir  göstərmir.  Hətta  vəsiy­

yət  edən  öldükdən  və  bununla  miras  açıldıqdan  sonra  həmin  şəxslərin  mirasın 

qəbulundan imtina etmələri də vəsiyyətin etibarsızlığına səbəb olmur.

Vəsiyyətin  etibarlı  sayılması  üçün  həm  də  belə  bir  halın  əhəmiyyəti  yoxdur 

ki,  onun  məzmunu  ümumiyyətlə,  vərəsələrə məlumdur və ya  məlum  deyil.  Və­

rəsələrin  vəsiyyətin  məzmunu  ilə  razı  olmamaları  da  onun  etibarsız  sayılması­

na  dəlalət  edə  bilməz.  Bundan  əlavə,  vəsiyyətin  mövcud  olma  faktının  özü 

onu  rəsmiləşdirən  və  ya  onun  rəsmiləşdirilməsində  iştirak  edən  şəxslərdən 

gizli  saxlanılır.  Ümumiyyətlə,  vəsiyyət  belə  bir  haldan  asılı  olmayaraq  həmişə 

etibarlıdır ki,  vəsiyyətnamədə  göstərilən  şəxs vərəsə olmağa  razıdırmı? Vəsiy­

yət  edənin  özünün  hüququ  var  ki,  o,  maraqlı  şəxsləri  vəsiyyətnamənin  məz­

munu  ilə tanış etsin və vəsiyyətnaməni onlara versin.

Vəsiyyət  bir  neçə  hüquqi  əlamətə  malikdir.  Həmin  əlamətlər  vəsiyyətə 

mülki-hüquqi xarakteristika verilməsinə  hərtərəfli  imkan verir.



Birinci  hüquqi  əlamətə  görə,  vəsiyyət  şəxsi  xarakterli  əqddir,  yəni  və­

siyyət edənin  şəxsiyyətilə  bilavasitə  bağlı olan  əqddir.  Ona  görə  ki,  həmin  əqd 

yalnız  və  yalnız,  müstəsna  olaraq  miras  qoyanın  şəxsi  iradəsini  ifadə  edir2. 

Vəsiyyətdə  miras  qoyanın  şəxsi  iradəsinin  tam  və  dəqiq  ifadəsi  öz  əksini  tap­



Серебровский В.И.

  Очерки  советского  наследственного права.  М .,  1953, с.93; 



Никитюк П.С. 

Наследственное  право  и  наследственный  процесс.  Киш инев.  1973,  с. 113; 



Эйдинова Э.Б. 

Наследо­


вание  по закону и  по завещанию.  М .,  1984, с. 38.

Иоффе О С.

  Советское гражданское право (кур с лекций). Л .,  част 3,  1965, с.309.

594


malıdır.  Ona  görə  də  vəsiyyətnaməni  şəxsən  vəsiyyət  edən  tərtib  etməlidir 

(MM-in  1168-ci  maddəsi)'.  Başqa  sözlə  desək,  vəsiyyətnaməni  yalnız o şəxs 

tərtib  edə  bilər  ki,  məhz  həmin  şəxsin  adından  sərəncam  verilir.  Məhz  bu  sə­

bəbdən  Azərbaycan  Respublikasının vərəsəlik  hüququ  vəsiyyətnamənin  nü­



mayəndə  vasitəsilə tərtibinə  yol  vermir  (MM-in  1168-ci  maddəsi)1

 2.  Söhbət 

həm  könüllü  (müqavilə),  həm  də  məcburi  (qanuni)  nümayəndələrdən  (məsə­

lən,  qəyyumlardan,  valideynlərdən)  gedir.  Məsələn,  qəyyumlar qəyyumluq  al­

tında  olan  şəxslərin  adından  vəsiyyətnamə  yaza  bilməzlər.  Etibarnamə  əsa­

sında da  vəsiyyətnamənin tərtib edilməsi  mümkün deyil.  Son dərəcə şəxsi  hü­

quq  olan vəsiyyət etmək  hüququ başqa şəxslərin  razılığı və sazişi ilə məhdud­

laşdırıla  bilməz.  Vəsiyyət  etmək  hüququndan  imtina  etmək və  vəsiyyətin  ləğv 

edilməzliyi  haqqında  qeyd-şərt də  etibarsızdır3.  Bundan  əlavə, vəsiyyətnamə­

nin vasitəçi tərəfindən  də tərtib olunması mümkün deyil4.



ikinci  hüquqi  əlamətə  görə,  vəsiyyət  ölüm  hadisəsi  baş  verəcəyi  hal 

üçün  nəzərdə  tutulan  əqddir.  Vəsiyyət  yalnız  və  yalnız  ölüm  hadisəsi  baş 

verəcəyi  hal  üçün  edilir.  Söhbət  vəsiyyət  edənin  ölüm  halından  gedir.  Məhz 

vəsiyyət edənin  ölüm  anından  vəsiyyət  üzrə  vərəsəlik əmələ gəlir,  vəsiyyətdə 

adı  göstərilən  şəxslərin  vərəsə  olmaq  hüququ  yaranır.  Məhz  bu  andan  vəsiy­

yət hüquqi təsirə və effektə malik olur, onun hüquqi  nəticəsi  realizə edilir.

Azərbaycan  Respublikasının vərəsəlik hüququ  müəyyən  edir ki,  vəsiyyət fi­

ziki şəxsin ölüm  halı üçün edilir (MM-in  1166-cı maddəsi).  Buna görə də vəsiy­

yət  onda  göstərilən  hüquqi  nəticənin  əmələ  gəlməsinə  yalnız vəsiyyət edənin 

ölməsi  anından  səbəb  olur.  Vəsiyyət  edənin  sağlığında  həmin  hüquqi  nəticə 

yaranmır.  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququna  vəsiyyət  edənin 

sağlığında  vəsiyyət  üzrə  vərəsəliyin  yaranma  halı  məlum  deyildir.  Deməli,  və­

siyyət, vəsiyyət edənin ölüm  halı  üçün nəzərdə tutulan əqddir.

Bəzi  müəlliflər  göstərirlər  ki,  vəsiyyət  öz  hüquqi  təbiətinə  görə,  təxirəsalıcı 

şərtlə  bağlanan  əqddir5.  Bu,  həqiqətə  uyğun  olmayan  mövqedir.  Ona  görə  ki, 

birincisi,  təxirəsalıcı  şərtlə  bağlanan  əqdlərdə  şərt  kimi  götürülən  hal  ehtimala 

əsaslanmalıdır,  həmin  halın baş verib-verməyəcəyi yəqin olunmalıdır. O, qeyri- 

müəyyənlik  əlaməti  ilə  xarakterizə  edilir.  Ona  görə  də  baş  verməsi  mütləq 

gözlənilən  və  labüd  olan  hallar şərt kimi çıxış edə  bilməz.  Məhz  bu  səbəbdən 

müddət,  tarix və s.  hallardan  şərt kimi istifadə etmək olmaz6.  Vəsiyyətə müna­

1  A lm a n iya   M ü lk i  Qanunnaməsi  belə  b ir im perativ  norma  nəzərdə  tutur k i,  bu normaya  görə  miras 

qoyan və siyyətn am ən i şəxsən özü tə rtib  etm əlidir (§ 2 0 6 4 ) 

II

 Германское право.  Гражданское уложс- 

ние.  М .,  Часть  1,  1996.

2  Bu  qayda  bəzi  xa rici  ö lk ə lə rin   qanunvericiliyində  də  nəzərdə  tutulm uşdur.  Alm aniya  M ü lki 

Qanunnaməsi  (§2064);  İspaniya  M ü lk i  M əcəlləsi  (669-cu  maddə);  Polşa  M ü lk i  Məcəlləsi  (94I-ci 

maddə).  Bu  barədə bax: 



ГрудцинаЛ.Ю.

  Наследование.  M ., 2002, c.  63.



Эйдинова Э.Б.

  Наследование по закону и  по завещанию.  М .,  1984, с.  38.

Bu qayda  bəzi  xa rici ö lk ə lə rin  qanunvericiliyində də nəzərdə tutulmuşdur.  A lm aniya M ü lk i Qanun­

naməsi  (§2064);  İspaniya  M ü lk i  M əcəlləsi  (669-cu  maddə);  Polşa  M ü lk i  M əcəlləsi  (941-ci  maddə).  Bu 

barədə bax: 

ГрудцинаЛ.Ю.

  Наследование.  M ., 2002, c. 63.



Гомола А.И.

  Нотариат.  Учебное пособие.  M ., 2003, с.  129.

5 M əsələn,  bax: 

Хитев B.K.

  Вопросы  наследственного права в судебной  практике.



Allahverdiyev S.S.

  Azərbaycan  Respublikasının  m ü lki  hüququ.  I   cild .I  kitab.  Dərslik.  Bakı.  2003, 

s.  748-749.

595


sibətdə  isə vəsiyyət edənin  ölümü  müddət  kimi  çıxış edir.  Elə  bir müddət  ki,  o, 

təqvim  tarixi  ilə  yox,  hadisə  ilə  müəyyənləşdirilir.  Vəsiyyət  edənin  ölümü  la­

büddür (ehtimala  əsaslanmır),  amma onun  dəqiq ölüm  anı  bilinmir.

İkincisi,  təxirəsalıcı  şərtlə  bağlanan  əqdlərdə  şərt  kimi  götürülən  halın  əsas 

əlaməti onun əlavə xarakterə malik olmasından  ibarətdir.  Bu  hal tərəflərin  razı­

lığı  ilə  müəyyən  edilən  əlavə  andır.  Buna  görə  də  həmin  hal  olmazsa,  əqd adi 

(şərti olmayan)  əqd  kimi  çıxış  edir.  Ölüm  halı  isə vəsiyyətin  təsadüfi  yox,  məc­

buri,  zəruri  və  labüd  elementi  sayılır,  onun ayrılmaz  hissəsi  hesab  edilir'.



Üçüncü  hüquqi  əlamətinə  görə,  vəsiyyət  bir  qayda  olaraq,  müddətli 

əqd  kateqoriyasına  aid  edilir1



 2.  Belə  ki,  qeyd  etdiyimiz  kimi,  vəsiyyət  edənin 

ölümü  vəsiyyətə  münasibətdə  müddət  kimi  çıxış  edir.  Özü  də  o,  təxirəsalıcı 

müddət  hesab  edilir.  Vəsiyyətdə  nəzərdə  tutulan  hüquqi  nəticənin  yaranması 

məhz  həmin  müddətdən  asılı olub,  onunla  bağlıdır.  Məlum  məsələdir ki,  vəsiy­

yətdə  nəzərdə  tutulan  hüquqi  nəticənin  əmələ  gəlməsi  bu  müddətə  kimi 

təxirə  salınır.  Həmin  müddət yetişdikdə  hüquqi  nəticə  də yaranır.

Dördüncü  hüquqi  əlamətinə  görə,  vəsiyyət  sərəncam  əqdidir.  Ona  gö­

rə  ki,  miras  qoyan  (vəsiyyət  edən)  onun  vasitəsilə  öz əmlakı  (hüquq  və vəzifə­

ləri)  barədə  sərəncam  verir.  Vəsiyyət  miras  qoyana  (vəsiyyət  edənə)  imkan 

verir ki,  o,  ölüm  hadisəsi  olacağı  halda  öz əmlakının  (hüquq  və vəzifələrin)  hü­



quqi  taleyi  barədə  sərəncam  versin.  O,  vəsiyyət  edənə  məxsus  əmiak  və 

şəxsi  qeyri-əmlak  hüquqlarının  mülki-hüquqi  müqəddəratını  müəyyənləşdi­

rir.  Qeyd  etmək  lazımdır  ki,  mülkiyyətçinin  ölüm  hadisəsi  olacağı  halda  öz  əm­

lakının  (hüquq  və  vəzifələrin)  hüquqi  taleyini  müəyyənləşdirən  hər  hansı  sə­

rəncamına  vəsiyyət  kimi  baxmaq  lazımdır.  Həmin  sərəncam  aktının  etibarlı  ol­

ması  vərəsəlik  haqqında  qaydalarla  müəyyən  edilir.  Məsələn,  ölüm  hadisəsi 

olacağı  hal  üçün  nəzərdə  tutulan  bağışlama  müqaviləsi  əslində,  həqiqətən  və­

siyyətdir3.  Bu  müqavilədə 

hədiyyənin  (bağışlamanın  predmetinin)  hədiyyə 

alanın mülkiyyətinə yalnız hədiyyə verənin  ölümündən  sonra  keçməsi  nəzərdə 

tutulur.  Burada  söhbət  mahiyyətcə,  vəsiyyətdən  gedir.  Ölüm  hadisəsi  olacağı 

halda şəxsin (mülkiyyətçinin) öz əmlakının  hüquqi taleyi  barədə sərəncam ver­

məsi  üçün  nəzərdə  tutulan  vəsiyyət  olan  yerdə  başqa  əqdlərdən  istifadə  et­

məyə  ehtiyac  varmı?  Zənn  edirik  ki,  bağlanması  prinsip  etibarı  ilə  mümkün 

olan  həmin  əqdlər,  həqiqətdə  vəsiyyət  olduqlarına  görə,  etibarsızdır.  Bağışla­

ma  müqaviləsi  şəxsin  ölüm  halı  üçün  yox,  onun  sağlığı  müddəti  üçün  nəzərdə 

tutulan  əqddir.

Vəsiyyət  sərəncamının  predmeti  vəsiyyət  edənə  məxsus  olan  istənilən 



əmlak  (əmlak  hüquqları)  ola  bilər (məsələn,  yaşayış  evi,  minik  avtomobili,  mə­



Серебровский В.И.

  Очерки советского  наследственного права.  М .,  1953, с.94-95; 

Иоффе О.С. 

Советское гражданское право (кур с лекций).  Л .,  част 3,  1965, с.  308.



2

  Гражданское  право.  У чеб ник.  Часть  3  /   П од   ред. 



А.П.Сергеева,  Ю.К.Толстого.

  М .,  1998,  с. 

542; 

Гущин В.В.

  Наследственное право.  Учебное пособие. М ., 2003, с.  27.

3  Ö lüm   halı  üçün  bağışlama  m üqaviləsi  bəzi  xa rici  ö lk ə lə rin   (A lm a n iya n ın ,  M acarıstanın  və   s.),  o 

cümlədən  b izim   ö lkən in  qan un ve riciliyin ə  də  (M M -in   670-ci  m addəsinin  2 -ci  bən di)  m əlum dur.  M ü ə l­

liflə r  haqlı  olaraq  göstə rirlər  k i,  həm in  əqd  vəsiyyətdən  başqa  ayrı  b ir  şey  d e y ild ir 

(Иоффе  O.C. 

Советское  гражданское  право  (кур с  лекций).  Л .,  часть  2,  1961,  с.  143;  Г



ордон  М В.

  Наследование 

по закону и  по завешанию.  М .,  1967, с.  38).

596


işət  predmetləri,  ev  avadanlıqları  və  s.).  Şəxsi  xarakter  daşıyan  və  yalnız və­

siyyət  edənə  mənsub  ola  bilən  əmlak  hüquqları  (məsələn,  aliment  almaq hü­

ququ  və  s.) vəsiyyət sərəncamının  predmeti qismində çıxış edə bilməz.

Qeyri-əmlak  xarakterli  məsələlər  də  (məsələn,  vəsiyyət  edənin  harda  bas­

dırılması  barədə,  əsərin  əlyazmasının  qaydaya  salınması  barədə,  uşaqların 

tərbiyə  olunması  barədə,  uşaqların  bir-biri  ilə  qarşılıqlı  şəxsi  münasibətləri  ba­

rədə  və  s.  məsələlər)  vəsiyyət  sərəncamının  predmeti  ola  bilər.  Bu  baxımdan 

və  belə  halda  həmin  sərəncam  sözün  əsl  mənasında  mülki-hüquqi  vəsiyyət 



Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin