Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə41/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   54

hü 

un 

hüququn  yarımsahələrindən  biri  hesab  edilir.  Vərəsəlik  hü- 



insipləri 

ququnun  yarımsahə  kimi  ayrılmasına  dəlalət edən  əsas də-

lillərdən  biri  onun  özünəxas  prinsiplərə  malik  olmasıdır.



Məhz  bu  prinsiplərin  və  digər  amillərin  sayəsində  vərəsəlik  hüququ  mülki  hü­

quq yarımsahəsi  kimi  status əldə edir.

Vərəsəlik hüququnun  prinsipləri  onun  mahiyyətini  və  əsl  məğzini  ifadə  edir. 

Vərəsəlik  hüququnun  sosial  istiqaməti,  əsas  ideyası  bu  prinsiplərdə  təzahür 

edir.  Əsasən ayrı-ayrı  hüquq  normalarına  görə  həmin  prinsiplər üm um m əcbu- 

ri  qüvvəyə malikdir.

Vərəsəlik  hüququnun  prinsipləri  dedikdə,  vərəsəlik  hüququnun  mahiyyətini 

ifadə edən əsas  ideyalar və  rəhbər başlanğıclar başa  düşülür.

Universal  vərəsəlik  v a ris liy i  və  ya  vərəsəlik  v a ris liy in in   universallığı 

p rinsipi  (universallıq  p rinsipi)  vərəsəlik  hüququnun  əsas  və  fundamental 1

1  V ərəsə lik  hüquq  m ünasibətinin  ik i  cür o byektinin  fə rq lə n d irilm ə si  ideyast  O .S .lo ffc y ə   məxsusdur 

(Иоффе O.C.

  Советское гражданское право.  Курс лекций.  Часть 3.  Л .,  1965, с.  291)

558


prinsipi  sayılır1.  Onun  əsas  tezisini  hələ  neçə-neçə  əsr  bundan  əvvəl  Roma 

hüquqşünasları  formula  etmişlər1

 2.  Roma  hüququ  tərəfindən  vərəsəlik varisliyi­

nin  universallığı ideyası tam qəbul edilmişdi.

Universallıq  prinsipinin dörd  əsas təzahür forması vardır.  Bu  prinsipin birin­

ci təzahür formasına görə, vərəsəlik bilavasitə xarakterə malikdir. Bu o de­

məkdir  ki,  miras  qoyan  şəxsin  hüquq  və  vəzifələri  vərəsələrə  hər  hansı  bir 

üçüncü  şəxsin vasitəçiliyi və iştirakı olmadan  keçir.

Universallıq  prinsipinin  ikinci  təzahür  formasına  görə,  miras qoyanın  və­

rəsələrə  ayrı-ayrı  hüquq  və  vəzifələri  yox,  onların  bütöv  kompleksi  keçir 

Söhbət  miras  qoyanın  hüquq  və  vəzifələrinin  vərəsələrə  qismən  yox,  tam 

həcmdə  keçməsindən  gedir.  Hüquq  və vəzifələrin  bir hissəsini  qəbul  edib,  di­

gər hissəsindən  imtina etmək olmaz.

Universallıq  prinsipinin  üçüncü  təzahür  formasına  görə,  vərəsəlik  birdə­

fəlik  xarakter  daşıyır.  Bu  o  deməkdir  ki,  miras  qoyanın  hüquq  və  vəzifələri 

bir  dəfədə,  eyni  bir  aktla  qəbul  edilir.  Buna  mirası  qəbul  etmək  aktı  deyilir. 

Mirası  qəbul  etmək  aktı  bütün  hüquq  və  vəzifələrə  şamil  olunur.  Mirası  qis­

mən,  şərtlə  və  ya  qeydlə  qəbul  etmək olmaz.  Mülki  hüquq  və vəzifənin  ayrıca 

olaraq  qəbul edilməsinə yol verilmir.

Universallılıq  prinsipinin  dördüncü  təzahür  formasına  görə,  vərəsələrə 

miras  qoyanın  təkcə  hüquqları  yox,  həm  də  vəzifələri  keçir.  Vərəsəlik qayda­

sında  hüquqlar vəzifələrsiz,  vəzifələr isə hüquqlarsız keçmir.



Vəsiyyət  azadlığı  prinsipi  vərəsəlik  hüququnun  əsas  prinsiplərindən  biri 

sayılır3.  O,  mülki  qanunvericilikdə  birbaşa  formula  edilir  (MM-in  1166-cı  mad­

dəsi).  Bu  prinsip  haqqında  da əsas  müddəalar Roma  hüququnda formula edil­

mişdi.  Roma  hüququ  şəxsə  ölüm  hadisəsi  olacağı  halda  xüsusi  aktın -  vəsiy­

yətin  ("testamentunY'un)  vasitəsi  ilə  öz  əmlakının  hüquqi  taleyini  müəyyənləş­

dirmək  imkanı  verirdi4.  Bu  hüquqi  imkan  vəsiyyət  azadlığı  prinsipinin  əsasını 

təşkil edirdi.

Vəsiyyət  azadlığı  prinsipi  bilavasitə  mülkiyyət  azadlığı  prinsipindən  irəli  gə­

lir.  Bu  prinsip  həm  də  müqavilə  azadlığı  prinsipi  kimi  böyük əhəmiyyətə malik­

dir.  Vəsiyyət azadlığı  prinsipi  həmin  prinsiplərlə  birlikdə müasir vətəndaş (sivil) 

cəmiyyətinin təməl daşını təşkil edir5.

Vəsiyyət azadlığı  prinsipinin  iki əsas təzahür forması vardır.  Bu  prinsipin  bi­



rinci  təzahür  formasının  mahiyyəti  ondan  ibarətdir  ki,  şəxs  ölüm  hadisəsi 

olacağı  halda  öz  əmlakının  gələcək  hüquqi  taleyi  barədə  heç  kəsdən  asılı  ol-

1  B əzi  m ü ə lliflə r  universallıq  prinsipini  vərəsəlik  hüququnun prinsipi  kim i  qəbul etm irlər (məsələn, 

bax: 


Рубанов  А. А. 

Наследование  n  международном  частном  праве  (отношения  между 

капиталистическими  странами).  М .,  1966,  с.  225-226; 

Никитюк  П С. 

Наследственное  право  и 

наследственный  процесс.  Киш инев.  1973, с.  15-18).

2 Новицкий И.Б. 

Основы римского гражданского права.  М .,  I960, с. 228,280,291.

3  M ü ə lliflə rd ə n   P .S .N ikityuk  göstərir  ki,  vəsiyyət  azadlığı  prinsipini  vərəsəlik  hüququnun  prinsipi 

hesab  etmək  olm az 



{Никипиок  П.С. 

Наследственное  право  и  наследственный  процесс.  Кишинев. 

1973, с.  14).  Bu  fik rin  əsasız olmasını  sübuta yetirmək, elə hesab edirik k i,  lazımsız işdir.

Чезаре  Санфилиппо. 

Курс  римского  частного  права.  Учебник.  М .,  2002,  с.  302;  Римское 

частное право.  У чеб ник /  П од ред. 

И.Б. Новицкого. И.С. Перетерского. 

М .,  1999, с.  237.



Покровский И.А. 

Основные проблемы  гражданского права. М.,  1998, с. 300.

559


madan,  kənar müdaxiləyə yol  verilmədən  sərəncam verə  bilər.  Belə  ki,  o,  əm­

lakını  ölümündən  sonra  xüsusi  aktın  vasitəsi  ilə  öz  istəyi  və  mülahizəsinə  uy­

ğun  olaraq  ayrı-ayrı  subyektlərə  vermək  imkanına  malikdir.  Söhbət  əmlakın 

mülki  hüququnun  istənilən  subyektinə  -   fiziki  və  hüquqi  şəxslərə,  dövlətə 

(Azərbaycan  Respublikasına),  bələdiyyələrə,  xarici  şəxslərə  və  dövlətlərə,  ha­

belə beynəlxalq təşkilat və qurumlara verilmək imkanından  gedir.  Şəxs ölümün­

dən  sonra  əmlakının  hüquqi taleyi  barədə  sərəncam  verərkən  öz  iradəsi  ilə  hə­

rəkət edir.  Həmin  sərəncam  onun  iradəsini  ifadə  edir.  Heç  kəs  onu  bu cür sə­

rəncam  verməyə  məcbur  edə  bilməz.  Hədə,  zorakılıq,  yalan,  yanılma  və  digər 

halların təsiri altında verilən sərəncam (vəsiyyət sərəncamı) etibarsız sayılır.

Vəsiyyət  azadlığı  prinsipinin  ikinci  təzahür  formasına  görə,  şəxs  öz  istəyi 

və mülahizəsinə  uyğun  olaraq,  heç kəsdən  asılı olmadan vəsiyyətnaməni  dəyiş­

dirə və ya  ləğv edə  bilər.  Belə halda şəxs yalnız öz iradəsi  ilə  hərəkət edir.  Ləğv 

edilmiş  vəsiyyətnamənin  bərpasına  yol  verilmir.  Şəxs  vəsiyyətnaməni  dəyişdi­

rərkən və ya  ləğv edərkən qanunda nəzərdə tutulan  üsullardan  istifadə edir.

Vəsiyyət azadlığı  prinsipinin  qüvvəsi  mütləq xarakter daşımır.  Bu,  o demək­

dir  ki,  qanunda  nəzərdə  tutulan  halda  o,  məhdudlaşır.  Belə  ki,  həmin  prinsip 

miras  qoyana  öz  yaxın  qohumlarının  mənafeləri  ilə  hesablaşmadan  istənilən 

şəxsi  vərəsə  kimi  göstərmək  imkanı  verir.  Amma  vəsiyyət  azadlığı  prinsipi  mi­

ras  qoyanın  ailəsinin  xeyrinə  məhdudlaşır.  Söhbət  vərəsəlik  hüququnda  möv­

cud  olan  məcburi vərəsəlik və  mirasda  məcburi  pay halından  gedir.

Məcburi vərəsəlik vəsiyyət azadlığı  prinsipinin  miras qoyan  şəxsin  (vəsiyyət 

edənin)  ailə  mənafeləri  ilə toqquşmasından  yaranmışdır.  Belə  ki,  şəxs vəsiyyət 

azadlığı  prinsipindən  istifadə  edərək  əmlakı  öz  istədiyi  şəxsə  vəsiyyət  edir və 

yaxın  qohumlarının  (ailə  üzvlərinin  və  s.)  mənafeyini  nəzərə  almır.  Amma  bu­

na  baxmayaraq,  həmin  şəxslərə  (yəni  mənafeləri  nəzərə  alınmayan  şəxslərə) 

mirasdan  məcburi  pay  çatır.  Həmin  şəxslər  məcburi  vərəsələr  adlanır.  Məhz 

bu  kateqoriya  vərəsələrin  olması  vəsiyyət  azadlığı  prinsipinin  məhdudlaşdırıl- 

masını  şərtləndirir.

Vəsiyyət  azadlığı  prinsipi  xarici  ölkələrin  vərəsəlik  hüququnun  əsas  prinsip­

lərindən  biri  kimi  tanınır1.  Xüsusən  ingilis-amerikan  hüququnda  həmin  prinsipə 

mühüm  əhəmiyyət verilir.  Bu  onunla  izah  olunur ki,  ABŞ-da  və  İngiltərədə  mü­

bahisəsiz olaraq  əsas  rol vəsiyyət üzrə vərəsəliyə  məxsusdur.

Məcburi  vərəsələrin  hüquq  və  mənafelərinin  təmin  olunması  prinsipi 

vərəsəlik  hüququnun  prinsiplərindən  biridir.  Özü  də  dərhal  buradaca  qeyd  et­

məliyik  ki,  bu  prinsip  vəsiyyət  azadlığı  prinsipi  ilə  daha  çox  bağlı  olan  prinsip­

dir.  Ona  görə  ki,  həmin  prinsip  vəsiyyət  azadlığı  prinsipini  məhdudlaşdıran 

prinsip kimi  çıxış edir.

Göstərilən  prinsip  mülki  qanunvericilikdə  birbaşa  formula  edilir  (MM-in 

1193-cü  maddəsi).  Onun  əsas  mahiyyəti  bundan  ibarətdir  ki,  vəsiyyət  edənin 

yaxın  qohumları  sayılan  bəzi  kateqoriya  şəxslərin  (uşaqlarının,  valideynlərinin 

və  arvadının-ərinin) vəsiyyət  sərəncamının  məzmunundan  asılı  olmayaraq

1  Гражданское  и  торговое  право  капиталистических  государств.  У чеб ник.  Часть  2  /   Отв.  рсд. 



Р.Л.Нарышкина.

  М .,  1984, с.  278.

560


mirasdan  məcburi  pay almaq hüququ vardır. Belə ki, şəxs vəsiyyət azadlığı 

prinsipini  əldə  əsas  tutaraq  və  onu  həyata  keçirərək,  əmlakı  bəzən  tamamilə 

kənar şəxslərə  (qohum  sayılmayan,  ailə  üzvləri  olmayan  şəxslərə),  hətta  belə 

təsadüfi  şəxslərə vəsiyyət edir, yaxın  qohumların  (ailə  üzvlərinin)  mənafelərini 

isə  nəzərə  almır.  O  yaxın,  qohum  şəxslərin  (ailə  üzvlərinin)  ki,  həmin  şəxslə­

rin  miras  əmlakın  yaranmasında  xeyli zəhməti və əməyi  olmuşdur.  Şəxsin və­

siyyəti  isə  göstərilən  şəxslərə  miras  əmlakdan  pay almağa  imkan  vermir.  Bu 

cür vəziyyətdə onların hüquq və mənafelərinin təmin olunmasına ehtiyac yara­

nır.  Bunu  nəzərə  alaraq  qanun  həmin  şəxslərə  hüquq  verir  ki,  onlar vəsiyyət 

sərəncamının  məzmunundan  asılı  olmayaraq  mirasdan  məcburi  pay  alsınlar. 

Bu  kateqoriya  şəxslər  (vəsiyyət edənin  uşaqları,  valideynləri və ya  arvadı -  əri) 

mülki  hüquq  elmində  (doktrinasında)  məcburi  vərəsələr  adlanır.  Qanunun  mü­

əyyən  etdiyi  qayda  da  məhz  məcburi vərəsələrin  hüquq və  mənafelərini təmin 

etməyə  yönəlmişdir.  Göstərilən  prinsipin  mahiyyəti  də  bundan  ibarətdir.  Bu 

prinsipə görə,  məcburi vərəsələrin mirasdan məcburi  pay almaq hüququ vardır.

Məcburi  pay  miras  əmlakın  elə  bir hissəsidir ki,  məcburi vərəsələr vəsiyyət 

sərəncamının  vasitəsi  və  köməyi  ilə  həmin  paydan  məhrum  edilə  bilməz. 

Əgər  məhrum  edilərsə,  onda  vəsiyyət  sərəncamının  həmin  hissəsi  etibarsız 

hesab ediləcəkdir.

Vərəsəliyin  mülkiyyət  hüququ  ilə  bağlı  olması  prinsipi  vərəsəlik  hüqu­

qunun  prinsipləri  sırasına  daxil  edilir.  Bu  prinsipə  görə,  vərəsəliklə  mülkiyyət 

hüququ  arasında  sıx  və  qarşılıqlı  əlaqə  vardır.  Onlar  bir-birini  tamamlayaraq 

qarşılıqlı  surətdə şərtləndirir.

Vərəsəliklə  mülkiyyət  hüququnun  bağlılığı  və  əlaqəsi  iki  aspektdə  təzahür 

edir.  Birincisi,  vərəsəlik  mülkiyyət  hüququnun  əmələ  gəlməsinin  ən  vacib 



törəmə  üsullarından  biridir.  Bu  üsul  əsasında  vərəsə  miras  qoyanın  əmlakı 

üzərində mülkiyyət hüququ əldə edir.

İkincisi,  vərəsəlik  mülkiyyət  hüququnun  elementlərindən  biri  olan  sə­

rəncam  səlahiyyətlərinin  formalarından  biridir.  Belə ki,  şəxs ölüm  hadisəsi 

olacağı  halda  öz  əmlakı  barəsində vəsiyyət sərəncamı  edir.  Bununla  o,  əmla­

kın  hüquqi taleyini  müəyyənləşdirir.

Vərəsəliyin  ailə-qohumluq  münasibətlərinə  əsaslanması  prinsipi  onu 

ifadə  edir  ki,  vərəsəlik  ailə-qohumluq  xarakterinə  malikdir.  Buna  görə  də  hü­

quq  ədəbiyyatı  səhifələrində  bu  prinsip  «vərəsəliyin  ailə-qohumluq  xarak­

terli  olması  prinsipi»  adı altında da nəzərdə tutulur1.

Göstərilən  prinsip  onu  ifadə  edir  ki,  vərəsəliyə,  hər  şeydən  əvvəl,  ailə-qo­

humluq  əlaqələrinə görə  miras qoyana  nisbətən daha yaxın olan şəxslər çağı­

rılırlar.  Söhbət  miras  qoyanın ailə üzvlərinin  (ərin,  arvadın,  uşaqların,  övladlığa 

götürülənlərin),  miras  qoyanın  yaxın  qohumlarının  (valideynlərinin,  qardaş  və 

bacılarının  və  s.),  habelə  onunla  qohumluq  əlaqəsində  olan  digər  şəxslərin 

(xalaların,  bibilərin,  dayıların,  əmilərin  və onların  uşaqlarının  və s.)  vərəsə sta­

tusu  əldə  etmək,  vərəsə  olmaq  hüququndan  gedir.  Buna  görə  də hüquq  ədə­

biyyatında  çox vaxt həmin prinsip  «miras  qoyana  nisbətən  daha yaxın olan



Никитюк П.С.

  Наследственное право  и  наследственный процесс.  Кишинев.  1973, с. 12,15.

561


şəxslərin  vərəsəlik  hüququnun tanınması  prinsipi»  adlandırılır1.

Göstərilən  prinsipə  görə,  miras  qoyana  nisbətən  daha  yaxın  olan  şəxslər 

beş  növbə  üzrə  vərəsələr  sırasına  daxil  edilirlər  (MM-in  1159-cu  maddəsi). 

Belə  ki,  birinci  növbədə  miras  qoyanın  uşaqları,  əri  (və  ya  arvadı),  valideynlər 

və  s.  vərəsə  olurlar.  İkinci  növbədə  miras  qoyanın  qardaş  və  bacıları  vərəsə 

olurlar və  s.  Bu  kateqoriya  şəxsləri  miras  qoyanla  ailə-qohumluq  əlaqələri  bir­

ləşdirir.  Onlar bir qayda  olaraq,  öz zəhmət,  fəaliyyət və  əməkləri  ilə  miras əm­

lakın  yaranmasında  bu  və  ya  digər dərəcədə  iştirak  edən  şəxslərdir.  Məhz  bu 

səbəbdən  də  həmin şəxslər vərəsə olmaq  hüququna  malikdirlər.

Göstərilən  prinsipin  əsas  təyinatı  miras  qoyanla  ailə-qohumluq  əlaqəsində 

olan  şəxslərin  mənafelərini  təmin  və  mühafizə  etməkdən  ibarətdir.  Buna  görə 

də həmin  prinsip  bir qayda  olaraq,  inkişaf etmiş xarici ölkələrin vərəsəlik  hüqu­

qunda  «ailə  mənafeyinin  qorunması  prinsipi»  adlanır1

 2.  Bu  prinsip  vəsiyyət 

azadlığı  prinsipi  ilə  birlikdə  həmin  ölkələrin  vərəsəlik  hüququnun  əsasını  təşkil 

edən  prinsip sayılır.



Vərəsəliyin  maddi-təminat təyinatlı  olması  prinsipi  onda  ifadə  olunur ki, 

vərəsəlik əsasında  fiziki  şəxs ölüm  hadisəsi  olacağı  halda  öz  ailə  üzvlərinə və 

digər  qohumlarına,  habelə  tanış-bilişlərinə,  yoldaş  və  dostlarına  maddi  kömək 

və  yardım  etmək  imkanı  əldə  edir.  Vərəsəlik  üzrə  daşınmaz  əmlak,  qiymətli 

kağızlar (səhmlər,  istiqraz vərəqələri,  depozit sertifikatları  və  s.),  nağd  pul,  xa­

rici  valyuta,  əmanətlər və s.  həmin  şəxslərə  keçir ki,  bu,  maddi  cəhətdən  onla­

rın  normal  yaşamasını  təmin  edir.  K.Marks  vərəsəliyin  maddi-təminat  təyinatlı 

olmasını xüsusilə qeyd  edirdi.



Qanun  üzrə  vərəsəlik zamanı  miras  paylarının  bərabərliyi  prinsipi  mül­

ki  qanunvericilikdə  birbaşa formula  edilir (MM-in  1159-cu  maddəsi).  Bu  prinsip 

onda  ifadə  olunur  ki,  qanun  üzrə  vərəsəlikdə  miras  əmlak  vərəsələr  arasında 

bərabər  paylara  bölünür.  Başqa  sözlə  desək,  qanun  üzrə  vərəsəlik  zamanı 

vərəsələr  miras  əmlakdan  bərabər  pay  almaq  hüququna  malikdirlər.  Əgər və­

rəsəliyə  birinci  növbə  üzrə  vərəsələr  çağırılmışdırsa,  onların  hər  birinin  payı 

bərabər olur.  Əgər vərəsəliyə  ikinci  növbə  üzrə  vərəsələr çağırılmışdırsa,  onda 

miras əmlak onlar arasında  bərabər paylara  bölünür və s.



Vərəsəliyə  çağırılan  şəxslərin  seçim  azadlığı  prinsipi  onda  ifadə  olunur 

ki,  həmin  şəxslər  mümkün  olan  iki  alternativ variantdan  birini  sərbəst  və  müs­

təqil  surətdə,  heç  kəsdən  asılı  olmadan  seçmək  hüququna  malikdirlər.  Söhbət 

mirası  qəbul  etmək və  ya  mirasın  qəbulundan  imtina  etmək  kimi  alternativ va­

riantlardan  birinin  seçilməsindən  gedir.  Özü  də  seçim  hər hansı  motiv,  dəlil və 

arqumentdən  asılı  deyildir.  Seçim  zamanı vərəsələrin  daxili  iradəsi  sərbəst su­

rətdə,  kənar  təsirlər  olmadan  formalaşır  və  ifadə  olunur.  Əgər  belə  olmazsa, 

sərbəst  seçim  hüququndan  danışmaq  olmaz.  Bu  hal  isə  əqdin  etibarsızlığı

1  M əsələn,  bax: 

Антимонов Б.С.,  Граве  K.A.

  Советское  наследственное  право.  M .,  1955,  с.  30- 

3 1; 

Немков A M.

  Основные принципы  советского  наследственного  права / /  У ч .  записки Пермского 

ун-та.  №  129,  1965,  с.  109; 

Никитюк  П.С.

  Наследственное  право  и  наследственный  процесс. 

Кишинев.  1973, с.  15.

2  Гражданское  и  торговое  право  капиталистических  государств.  У чеб ник.  Часть  2  /   П од  ред. 



Р.Л.Нарышкина.

  М .,  1984, с. 278.

562


haqqında  qaydaların tətbiqinə səbəb olur.  Axı, mirası qəbul  etmək və ya mira­

sı  qəbulundan  imtina  birtərəfli əqddir.  Ona görə də  hədə, zorakılıq və sair hal­

ların təsiri altında bağlanan bu cür əqdlər etibarsız sayılır.

Mirasın  qorunması  prinsipi vərəsəlik hüququnun prinsiplərindən biri sayı­

lır.  O,  mühafizəedici  xarakter  daşıyır.  Həmin prinsipə  görə,  miras  həm  qoru­

nur,  həm  də  idarə  olunur.  Məqsəd  vərəsələrin  və  digər  kateqoriya  şəxslərin 

mənafelərini  qorumaqdan  ibarətdir.

Mirasın  açıldığı yerdəki  notarius mirasın qorunması üçün zəruri tədbirlər gö­

rür.  Əmlakın  qorunması  məqsədilə  miras  siyahıya  alınır və  saxlanmaq  üçün 

vərəsəyə  və  ya  başqa  şəxsə verilir.  Əmlakın  idarə olunmasına zərurət yarana 

bilər.  Belə  halda  notariat orqanı  əmlak idarəçisini təyin edir.  Mirasın  qorunma­

sı  prinsipi  də  göstərilən  bu  tədbirləri  nəzərdə tutan  hüquq normalarında  (MM- 

in  1317-1320-ci  maddələri)  ifadə olunur.



Vərəsələrin  növbə  əsasında vərəsəliyə  çağırılmaları  prinsipini vərəsə­

lik  hüququnun  prinsipləri  sırasına  daxil  edə  bilərik1.  Bu  prinsip  onu  ifadə  edir 

ki,  hər  bir  növbə  üzrə  vərəsələr özündən  əvvəlki  növbə  üzrə vərəsələr olma- 

dıqda  və  ya  ləyaqətsiz  vərəsə  hesab  edildikdə  (vərəsəlikdən  kənarlaşdırıldıq- 

da) və ya  vərəsəlikdən  məhrum edildikdə və ya mirası qəbul etmədikdə və ya­

xud  mirasdan  imtina etdikdə vərəsəliyə çağırılırlar.  Əvvəlki növbə üzrə vərəsə­

lərdən  heç  olmazsa,  birinin  olması  sonrakı  növbə  üzrə  vərəsələrin  vərəsəliyə 

çağırılmalarını  qeyri-mümkün  edir.  Məsələn,  ata  öldükdən  sonra  onun  birinci 

növbə  üzrə vərəsəsi  (məsələn,  oğlu) olarsa,  onda atanın  ikinci növbə üzrə və­

rəsələri  (yəni,  qardaş-bacıları) vərəsəliyə çağırıla bilməzlər.



§ 3.  Vərəsəliyin  əhəmiyyəti

Vərəsəlik  vacib  ictimai-faydalı  funksiya  yerinə  yetirən  sosial  fenomendir. 

Onun  malik olduğu  sosial əhəmiyyət kifayət qədər böyükdür.  «.Marks vərəsə­

liyin  sosial  əhəmiyyətini  qeyd  edərək  göstərirdi  ki,  məhz  vərəsəlik  sayəsində 

ölmüş  şəxsin  hələ  sağlığında  (ölməmişdən  qabaq)  malik  olduğu  hüquqlar və­

rəsələrə keçir1

 2.

Vərəsəliyin  mühüm  əhəmiyyəti  ondan  ibarətdir ki,  onun əsasında  vərəsələr 



ölmüş şəxsin əmlakı  üzərində mülkiyyət hüququ əldə edirlər.  Miras qoyan şəx­

sin  mülkiyyətində  olan  ayrı-ayrı  əmlak  növləri  (yaşayış  evi,  qaraj,  minik  avto­

mobili,  səhmlər,  sertifikatlar,  istiqraz vərəqələri,  nağd  pul və s.) məhz vərəsəli­

yin  vasitəsi  və  köməyi  ilə vərəsələrin  mülkiyyətinə keçir.  Deməli,  o, mülkiyyət 



hüququnun  əldə  edilməsinin  törəmə  üsulu  kimi  çıxış  edir.  Demək  olar  ki. 

bütün xarici ölkələrin hüquq sistemlərində vərəsəlik mülkiyyət hüququnun əldə 

edilməsinin  ən  vacib  üsullarından  biri  kimi  tanınır3.  Vərəsəlik  hüququnun  real 

əhəmiyyəti  ondan  ibarətdir  ki,  o,  yeni  hüququn -  mülkiyyət  hüququnun əmələ 

gəlmə  əsasıdır4.  Bunun  sayəsində  mülkiyyət  münasibətlərində  varislik  məsə-

1  Bu  barədə  bax: 



Гомопо А.И. 

Нотариат.  М ., 2003, с.  120.

2

 

К.Маркс и Ф.Энгельс.



 Соч., том  16, с. 383.

3  Гражданское  и  торговое  право  капиталистических  государств.  Учебник.  Часть  2  /   Под  ред. 



Р.Л.Нарышкина.

 

М .,  1984, с. 278.



4

 Иоффе О.С.

  Правоотношение по советскому гражданскому праву. Л.,  1949, с.  138.

563


ləsi təmin  olunur.  Bu  yolla  isə  cəmiyyətin  iqtisadi  quruluşu  möhkəmlənir.  Bun­

dan  belə  bir  nəticə  çıxara  bilərik  ki,  vərəsəliyin  əsas  məqsədi  mülkiyyət  mü­



nasibətlərinə  əsaslanan  cəmiyyətdəki  istehsal  münasibətlərini  qorumaq 

və  möhkəmləndirməkdən  ibarətdir.

Digər tərəfdən vərəsəliyin əhəmiyyəti  onunla  şərtlənir ki,  o,  mülkiyyət hüqu­

qunun  məzmununa  daxil  olan  «üçlük»  səlahiyyətlərdən  birinin  -   sərəncam- 

vermə  səlahiyyətinin  realizə  olunma  formasıdır.  Söhbət  vərəsəliyin  əmlak 

barəsində  sərəncam  səlahiyyətinin  həyata  keçirilməsinə  imkan  verməsindən

gedir.


Vərəsəliyin  başqa  mühüm  əhəmiyyəti  ondan  ibarətdir ki,  o,  maddi-teminat 

funksiyasını  yerinə  yetirir.  Belə  ki,  vərəsəlik vərəsələrə  maddi  kömək və  yar­

dım  göstərilməsini təmin  edən vasitədir.  Miras qoyanın əmlakı  onun ailə  üzvlə­

rinə,  yaxın  qohumlarına və  digər şəxslərə  keçir.  Bu  isə  onlara  göstərilən  mad­

di  köməklikdir.  Həmin  köməklik isə vərəsəlik sayəsində  təmin olunur.

Vərəsəlik  hər  bir fiziki  şəxsi  belə  bir  ümidlə  yaşamaq  və  işləmək  imkanı  ilə 

təmin  edir:  ölüm  hadisəsi  baş  verəcəyi  halda  fiziki  şəxsin  bütün  ömrü  və  hə­

yatı  boyu  əldə  etdiyi  nemətlər onun  ölümündən  sonra  ailə  üzvlərinə  və  yaxın 

qohumlara,  habelə  vəsiyyət  olunan  digər  şəxslərə  keçəcəkdir.  O,  insanın  öz 

yaxınlarının xoşbəxtliyi və  rifahı  naminə  çalışması  üçün  güclü stimul yaradır1.

Tövsiyə olunan  əlavə ədəbiyyat

Antimonov  B.S.,  Qrave  K.A.  Sovetskoe  nasledstvennoe  pravo.  M.,  1955 

(ql.  1,2,3);



Serebrovskiy  V.l.  Oçerki  sovetskoqo  nasledstvennoqo  prava.  M.,  1953 

(ql. 


1 ,2);

Ioffe  O.S.  Sovetskoe  qrajdanskoe  pravo.  Kurs  leküiy.  Çastğ  3.  L ,  1965 

(razd.  3, ql.  1);

Qordon  M.V.  Nasledovanie  po zakonu i  po zavehaniö.  M.,  1967 (§  1);

Nikitök  P.S.  Nasledstvennoe  pravo  i  nasledstvennıy  proüess.  Kişinev. 

1973 (ql.  1);



Gydinova  G.B.  Nasledovanie  po zakonu  i  po zavehaniö.  M.,  1983  (ql.  1,2);

Sovetskoe  qrajdanskoe  pravo.  Uçebnik.  Tom  2 / Pod  red.  V.A.Rəsenüeva. 



M„  1976 (ql.  28,  §  1,2);

Sovetskoe  qrajdanskoe  pravo.  Uçebnik.  Tom  2 /  Pod  red.  V.P.Qribanova, 



S.M.Korneeva.  M.,  1980 (ql.  26,  §  1,2,3).

Sovetstkoe  qrjdanskoe  pravo.  Uçebnik. Tom  2 /  Pod  red.  O.A.Krasavçiko- 



va.  M.,  1985 (ql.  53,  §  1,  2,  3);

Qrajdanskoe  pravo.  Uçebnik.  Çastğ 3 /  Pod  red.  A.P.Serqeeva,  Ö.K. Tols- 



toqo.  M.,  1998 (ql.  62,  § 2);

Qrajdanskoe  pravo.  Uçebnik.  Tom.  1  /  Pod  red.  E.A.Suxanova.  M.,  1998 

(ql. 

17,  § 


1);

Zayüeva  T.I.,  Kraşeninnikov  P.V.  Nasledstvennoe  pravo.  M.,  2003  (ql.  1,

2

);

564

Синайский В.И.

  Русское гражданское право.  М ., 2002, с. 559.



Salomatova T.V.  Nasledovanie  po zavehaniö i  po zakonu.  M  ,  2002 (ql.  1,


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin