Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə39/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   54

1  Антимонов  Б.С..  Граве  К.А. 

Советское  наследственное  право.  М .,  1955,  с.  48; 



Иоффе  О.С. 

Советское  гражданское  право  (кур с  лекций).  Часть  3.  Л .,  1965,  с.  291;  Советское  гражданское 

право.  У чебник.  Том  2  /   Под  ред. 

В.А.Рясенцева. 

М .,  1976,  с.  487;  Советское  гражданское  право. 

У чебник.  Том  2  /   Под  ред. 

В.П.Грибанова,  С.М.  Корнеева. 

М .,  1980,  с.  474;  Гражданское  право. 

У чебник.  Часть  3  /   Под  ред. 

А.П.  Сергеева,  Ю.К.Толстого. 

М .,  1998,  с.  496;  Гражданское  право. 

У чебник.  Том  1  /   Под  ред. 

Е.А.Суханова. 

М .,  1998,  с.  533; 



Саломатова  Т.В. 

Наследование  по 

завещанию и по закону.  М .,  2002, с. 4,  8.

2  M əsələn, bax: 



Гордон М.В. 

Наследование по закону и по завещанию.  М.,  1967, с. 8.

539


Bununla  belə,  bəzi  elə  şəxsi  (qeyri-əmlak)  hüquqlar  var  ki,  bu  hüquqların 

məxsus  olduğu  vətəndaşın  (bu  hüquqların  daşıyıcısının)  ölümü  həmin  hüquq­

ların  «ölməsinə»  -  ləğv edilməsinə  səbəb olmur.  Bu  hüquqlar  mövcud  olmaq­

da  davam  edir,  özgəninkiləşdirilir,  başqa  şəxslərə  verilir və  nəhayət,  vərəsəlik 

üzrə  keçir.  Bununla  da  onlar vərəsəliyin  obyekti  olur və  mirasa  daxil  edilir.  Bu 

cür  hüquqlara  ölmüş  ixtiraçının  vərəsəsinin  ixtiraya  (məsələn,  soyuducuya, 

kompüterə,  saata,  kondensionerə  və  s.)  patent  alm aq  və  onu  rə sm ilə şd ir­

mək  hüququnu  misal  çəkmək  olar.  Belə  ki,  şəxs  etdiyi  ixtiraya  patent  alma­

mış və onu  rəsmiləşdirməmiş ölür.  Onun  patenti almaq  və  rəsmiləşdirmək kimi 

şəxsi  (qeyri-əmlak)  hüququ  vərəsəlik  üzrə  keçir1.  Patenti  aldıqdan  sonra vərə­

sə  patent  sahibi  olur  və  ixtiradan  əmlak  xarakterli  istifadə  hüququnu  həyata 

keçirir  (məsələn,  o,  ixtiranı  təsərrüfat  dövriyyəsinə  buraxır  və  s.).  Göründüyü 

kimi,  ölmüş  ixtiraçının  şəxsi  (qeyri-əmlak)  hüququ  vərəsəyə  keçməsəydi,  ixti- 

raçının  ixtiradan  istifadə  ilə  bağlı əmlak  hüququ  həyata  keçə  bilməzdi.  Deməli, 

O.S.loffenin  haqlı  mövqeyincə,  şəxsi  qeyri-əm lak  h ü q uqlarının  vərəsəliyin 

obyekti  olm ası  ö lm üş  şəxsin  vərəsəlik  üzrə  keçən  ə m lak  hüquqlarının 

həyata  ke çirilm ə si  üçün  lazım dır1

 2.


Başqa  bir  misalda  müəllif yazdığı  əsəri  nəşr  etdirməmiş  (surətini  çıxartma­

mış)  ölür.  Müəllifin  əsərini  müvafiq  d ö v lə t  orqanında  qeydiyyatdan  ke çir­

mək  və  şəhadətnam ə  alm aq  kim i  şəxsi  (qeyri-əm lak)  hüq uq u   onun  vərə­

səsinə  keçir3.  Bundan  sonra  vərəsə əsərin  əlyazmasını  nəşr olunmaq  (surətini 

çıxarmaq)  üçün  nəşriyyata  verir.  Belə  halda  müəllifin  surətçıxarma  kimi  şəxsi 

qeyri-əmlak  hüququ  (eyni  zamanda  həm  də  əmlak  hüququ)  vərəsəyə  keçmiş 

olur4.  Əsərin surəti çıxardıldıqdan  sonra onun  nüsxələri dövriyyəyə (satışa) bu­

raxılır.  Bu  cür  halda  isə  müəllifin  iqtisadi  (əmlak)  hüquqları  vərəsəyə  keçir  və 

mirasa  daxil  edilir.  Göründüyü  kimi,  müəllifin  hüquqları  vərəsələrə  şəxsi  qeyri-

1  Patent  qanunvericiliyi  müəyyənləşdirir ki, patent sənaye m ülkiyyəti obyektinin m ü ə llifin in  vərəsəsinə də 

verilə b ilər («Patent haqqında» qanunun  12-ci maddəsi. / /A R  Q K , I I I  cild).

Иоффе О.C. 

Советское гражданское право (курс лекций). Часть 3. Л .,  1965, с. 291.

3 Azərbaycan  Respublikasının  m ü ə lliflik   hüququ  barədə q an un ve riciliyin ə   görə,  m ü ə llifin   icra  h aki­

m iyyə ti  orqanında  (Azərbaycan  Respublikasının  M ü ə llif H üquqları  A g e n tliy in d ə )  qeydiyyatdan  keçir­

mək və şəhadətnamə alm aq  hüququ v a rd ır (« M ü ə lliflik  hüququ və ə la q ə li  h üquqlar haqqında» qanunun 

8-ci  maddəsinin 4-cü bəndi // A R  Q K ,  I I I  kitab).

4  Surətçıxarma  hüququnun əm lak  və ya şəxsi  qeyri-ə m la k  hüququ olm asına m ü ə lliflə rin   münasibəti 

birm ənalı  d eyil.  O.S.İofFc və  B .B .Ç crcpaxin onu  m ü ə llifin   şəxsi  q eyri-ə m la k  hüququ  hesab  e dir (



Иоф­

фе O.C. 

Советское  гражданское право  (курс лекций).  Часть 3.  Л .,  1965,  с 291; 



Черепахин Б.Б. 

Пра­


вопреемство  по  советскому  гражданскому  праву / /   В  книге : 

Черепахин  Б.Б. 

Труды  по  гражданс­

кому  праву.  М .,  2001,  с.  399).  A n tim o n o v   B .S .  və   Q ra v e   К .А .  kim i  m ü ə lliflə r  d ə   a n a lo ji  m ö vq e d ə  

d u ru rla r  (



Антимонов Б.С., Граве К.А. 

Советское  наследственное  право.  М .,  1955,  с.  73).  RF-in  mü­

ə lliflik   hüququ  haqqında qanunu  (16-cı  maddə),  A R -in  m ü ə lliflik   hüququ  haqqında qanunu  (15-ci  mad­

də) surətçıxarma  hüququnu  m ü ə llifin   ə m lak (iqtisa di) hüquqlarına  aid  edir.  Y .K .T o ls to y   isə surətçıxar­

ma  hüququnu  m ü ə llifin   həm   əm lak,  həm  də  şəxsi  qeyri-əm lak  hüququ  sayır  (Гражданское  право. 

Учебник.  Часть  3 



Под  рсд. 



А.П.Сергеева,  Ю.К.Толстого. 

М .,  1998,  с.  496).  B izim   fıkrim izcə  

Y.Tostoyun  sö yləd iyi  fik ird ə   həqiqətə  daha  yaxınlıq  var.  Belə  k i,  surətçıxarma  hüququ  m ü ə llifin   həm 

əmlak,  həm də şəxsi qeyri-əm lak  hüququnun elem entlərini b irlə şd irə n  kom pleks xarakterli  institutdur.

540


əmlak və  əmlak  hüquqlarının  müəyyən  kompleksi kimi keçir1.

Azərbaycan  Respublikasının  mülki  qanunvericiliyi  kontinental  Avropa  ölkə­

lərinin  qanunvericiliyinə  əsaslanaraq  passivi  mirasa  daxil  edir  (MM-in  1151-ci 

maddəsinin  1-ci  bəndi).  Əgər vərəsə  mirası  qəbul  etmişsə,  deməli  o,  bununla 

birlikdə eyni zamanda  passivi də qəbul etmişdir.

Passiv  dedikdə,  m iras qoyanın  əmlak vəzifələri  və borcları  başa düşü­

lür.  Söhbət mülki xarakterli vəzifə və borclardan  (öhdəliklərdən) gedir.

Passivə,  hər  şeydən  əwəl,  müxtəlif  növ  mülki-hüquqi  müqavilələrdən 

irə li  gələn  əm lak  (m ülki) vəzifələri  (öhdəlikləri)  aiddir.  Miras qoyanın  kirayə 

(icarə)  müqaviləsi  üzrə  kirayə  (icarə)  haqqını ödəmək və əşyanı  kirayəyə  (ica­

rəyə)  verənə  qaytarmaq,  yük  daşıma  müqaviləsi  üzrə  daşıma  haqqını  ödə­

mək,  borc (kredit)  müqaviləsi  üzrə  borcu  (krediti)  qaytarmaq  və s.  kimi əmlak 

(mülki)  vəzifələri  vərəsəliyin obyekti ola  bilər və  buna  görə  də  mirasa (passivə) 

daxil edilir.  Bundan  əlavə,  girov və ipoteka müqavilələri üzrə  miras qoyanın  əm­

lak vəzifələri  (girov və ipoteka yükləmələri) miras passivinin tərkibi sayılır.

Miras  qoyanın  əmlak  vəzifələri  müqavilədənkənar  (qeyri-müqavilə)  öh­

dəliklərindən  də əmələ  gələ  bilər.  Delikt öhdəliyi  üzrə əmlaka vurulmuş zərə­

rin  əvəzini  ödəmək  vəzifəsi1

 2,  mənəvi  zərərin  əvəzini  ödəmək vəzifəsi3,  əsas­

sız  varlanma  (kondikasiya)  öhdəliyi  üzrə  hüquqi  əsas  olmadan  əldə  edilmiş 

əşyanın  sahibinə  qaytarmaq vəzifəsi və s.  passivin tərkibinə daxildir.

Miras  qoyanın  əmlak  vəzifələri  məhdud  əşya  hüquqlarından  da  yarana  bi­

lər.  S u p e rfitsi  (tikiliyə   vərəsəlik)  hüququ  üçün  haqq  ödəmək  vəzifəsi  mi­

ras  passivinin tərkibi  hesab edilir.  Belə ki, superfitsi  hüququ vərəsələrə keçdik­

də həmin  hüquqa  görə haqq ödəmək vəzifəsi də vərəsəliyin obyekti olur.

S e rvitu t  kim i  məhdud  əşya  hüququndan  irəli  gələn  vəzifə  də  mirasa 

daxil  edilir.  Belə  ki,  miras qoyanın  servitut vermək vəzifəsi vərəsələrə  keçə bi­

lər.  Ona  görə  ki,  servitutla  yüklü  edilmiş  daşınmaz  əşyaya  hüquqlar  başqa 

şəxsə  keçdikdə  servitut  saxlanılır  (MM-in  255-ci  maddəsinin  7-ci  bəndi).  Mə­

sələn,  şəxs  öz  torpaq  sahəsindən  qonşusuna  ümumi  istifadəyə  olan  (ictimai) 

yola  çıxmaq  üçün  keçid  verir  (MM-in  175-ci  maddəsinin  1-ci  bəndi).  Bununla 

qonşu  qanuni  servitut hüququ  əldə edir.  Daşınmaz əşya  (torpaq sahəsi) isə bu 

hüquqla  yüklənir.  Əgər  həmin  əşyanın  mülkiyyətçisi  ölərsə,  torpaq  sahəsi 

onun  vərəsələrinə  keçir.  Vərəsələr qonşuya  verilən  servitutu  saxlamaq vəzifə­

si daşıyırlar.

Bununla  belə,  miras  qoyanın  bütün  əmlak  vəzifələrinin  hamısının  istinasız 

olaraq,  vərəsəlik  qaydasında  keçməsi  mümkün  deyil.  Belə  ki,  miras  qoyanın 

bəzi  əmlak  vəzifələrinin  vərəsəlik  üzrə  verilməsinə  yol  verilm ir  və  buna



Антимонов  Б.С.,  Флейи/щ  E.A.

  Авторское  право.  M .,  1956,  с.  143-146; 



Корецкий  В.И. 

А вторские  правоотношения  в  СССР.  Сталинабад,  1959,  с.  290; 



Никитюк  П.С.

  Наследственное 

право  и  наследственный  процесс.  Кишинев.  1973, с. 45.

2  Belə  b ir  fik irlə   razılaşmaq  olm az  k i,  guya  vurulmuş  zərərin  əvəzini  ödəmək  vəzifəsi  keçmir 

(Советское  гражданское  право.  Учебник.  Том  2  /   Под  ред. 

В.П.Грибанова.  С.М.Корнеева.

  М., 


1980,  с. 476).

1  RF-in  A li  M ə hkəm əsi  izah  e dir  ki,  mənəvi  ziyanın  əvəzini  pul  formasında  ödəməyə  borclu  olan 

zərər  vuran  şəxs,  əgər ölərsə,  onun  mənəvi  ziyana  görə  pul  kompensasiyasını  ödəmək  vəzifəsi  əmlak 

vəzifəsi  kim i  onun  vərəsələrinə keçir (Бюллетень Верховного Суда РФ.  2000, 



Ns

 9, с.  12).

541


görə  də onlar miras  passivinə daxil  edilmir.  Bu vəzifələr şəxsi xarakter daşıya­

raq,  yalnız  miras  qoyan  tərəfindən  şəxsən  icra  edilə  bilən  vəzifələrdir.  Həmin 

vəzifələr miras qoyanın  şəxsiyyəti  ilə  sıx surətdə  bağlı olub,  yalnız miras qoya­

nın sağlığında  mövcud olur və onun ölümü  ilə də xitam  edilir.

Miras  qoyanın  alim ent  ödəmək vəzifəsi  vərəsəliyin  obyekti  ola  bilməz və 

ona  görə  də  miras  passivinə  daxil  edilmir.  Bu  vəzifə  aliment  öhdəliyindən  ya­

ranır. Aliment öhdəliyi  isə  son  dərəcə şəxsi xarakterli  öhdəlikdir'.

Tapşırıq  m üqaviləsi  üzrə  vəkalət  verənin  (tapşıranın)  və  vəkalət  alanın 

(nümayəndənin)  əmlak  vəzifələri  bir qayda  olaraq,  vərəsəlik  üzrə  keçmir.  Mə­

sələn,  məlum  məsələdir  ki,  nümayəndə  öldükdə,  əqd  bağlamaq  və  onu  icra 

etmək  kimi  vəzifəni  onun  vərəsəsi  yerinə  yetirə  bilməz.  Qanunun  ifadə  etdiyi 

göstərişə  görə,  nümayəndə  ölən  kimi  tapşırıq  müqaviləsi  ləğv  edilir.  Tapşırıq 

müqaviləsi  fidusiar (şəxsi-etibar) xarakterli  əqd  olduğuna  görə tərəflərin  əmlak 

vəzifələri  vərəsələrə  keçmir.  Amma  tərəflərin  sağlığında  yaranan  əmlak  vəzi­

fələri  (məsələn,  tapşırıq  haqqını  ödəmək vəzifəsi,  əqdin  icrasından  əldə edilən 

əmlakı və pulu vermək vəzifəsi) vərəsəliyin  predmeti ola  bilər.

Kom issiya  m üqaviləsi  kom isyonçunun  ö lüm ü  ilə   ləğv  ed ilir.  Ona  görə 

də  əmlak  xarakterli  tapşırığı  icra  etmək  vəzifəsi  komisyonçunun  vərəsəsinə 

keçmir.  Amma  komisyonçunun  sağlığında  tapşırığın  icrasından  əldə  edilən 

əmlakı  vermək  vəzifəsi  vərəsəlik  üzrə  keçir.  Komissiya  müqaviləsi  də  fidusiar 

əqddir.

Zam inlik  m üqaviləsi  üzrə zam inin  əm lak vəzifəsi  vərəsəliyin  obyekti  ola 



bilməz.  Zamin  ölən  kimi  müqavilə  ləğv  edilir  və  onun  vəzifəsi  vərəsəlik  üzrə 

keçmir.  Bu onunla  əlaqədardır ki,  zaminlik  şəxsi xarakterli öhdəlikdir.

M üəllif  m üqaviləsi  üzrə  m üəllifin  əsər yaratm aq  və zifə si  vərəsəlik  üzrə 

keçmir.  Müəllif  müqavilələri  də  şəxsi  xarakterli  öhdəlik  kateqoriyasına  aid  edi­

lir.  Ona  görə  də  öhdəliyi  yalnız  müəllif  şəxsən  özü  icra  edə  bilər.  Rəssamın 

rəsm  yaratmaq  vəzifəsinin,  yazıçının  dram  əsəri  yaratmaq  öhdəliyinin,  bəstə­

karın  mahnı  bəstələmək  vəzifəsinin  və  s.  vərəsələrə  keçməsini  təsəvvürə  gə­

tirmək  qeyri-mümkündür.  Məhz  bu  səbəbdən  müəllifin  öhdəliyi  miras tərkibinə 

daxil  edilmir və onun  ölümü  ilə xitam edilir2,

Miras  qoyanın  şəxsi  qeyri-əm lak  vəzifələri,  bir  qayda  olaraq,  vərəsəlik 

üzrə  keçmir və  mirasa  daxil  edilmir.

Vərəsəlik  hüququ  (mirası  qəbul  etm ək  hüququ)  da  mirasa  daxil  edilir3. 

Söhbət  vərəsə  tərəfindən  həyata  keçirilməmiş  mirası  qəbul  etmək  hüququn­

dan  gedir.  Vərəsə  ölür və  mirası  qəbul  etməyə  macal  tapmır.  Mirası  qəbul  et­

mək  hüququ  onun vərəsələrinə  keçir (vərəsəlik transmissiyası). 1

1  Bəzi  ö lkə lə rin ,  məsələn,  A lm aniyanın  m ü lk i  qan un ve riciliyin ə   görə  nikahdan  kənar  (qeyri-nikah 

yolu  ilə ) doğulan uşağa alim ent ödəmək və zifəsi  vərəsələrə ke çir və və rə sə liyin  o byekti o lu r (A lm aniya 

M ü lk i  Qanunnaməsinin  1172-ci  maddəsi).  Bu  barədə  bax: 



Синайский  В.И.

  Русское  гражданское 

право.  М ., 2002,  с.  548.

Новицкий И.Б., ЛунцЛ.А.

  Общее учение об обязатслствс.  М .,  1950, с. 410.



Серебровский  В.И.

  Очерки  советского  наследственного  права.  М .,  1953,  с.  197; 



Синайский 

В.И.

  Русское  гражданское  право.  М ., 2002, с. 587.

542


Miras  o  an 

®'z’ tez",ez т *

 qanunvericilikdə və sivilistika doktrinasın-

vsfvə'rəsə'1 

da  <

Həmin  anlayışlar  vərəsəlik  hüququnun  əsas  anlayışları  sı­

rasına  daxildir.

Miras  qoyan  dedikdə,  elə  bir  fiziki  şəxs  başa  düşülür  ki,  həmin  şəxs 

öldükdən  və ya  məhkəmə yolu  ilə ölm üş elan  edildikdən  sonra  onun  əm­

lak  (m ülki)  hüquq  və  vəzifələri  vərəsəlik  qaydasında  başqa  şəxslərə  ke­

çir.  Mülki  hüquq  doktrinasında  (elmində)  o,  vərəsəlik  hüququnun  mərkəzi  fi­

qurlarından  biri  kimi xarakterizə olunur1.

Qeyd etdik ki, vərəsəlik,  vərəsəlik  hüquqları və vərəsəlik hüquq münasibəti, 

bir  sözlə,  şəxsin  vərəsə  olmaq  imkanı  qanunda  nəzərdə  tutulan  hüquqi faktla­

rın  tərkibi  (məcmusu) -  hüquqi  tərkib əsasında  yaranır1

 2.  Bu  hüquqi faktlar ara­

sında  ölüm  faktı  mühüm  yer  tutur3.  Ölüm  faktı  vərəsəliyin  əsasını  təşkil  edir4. 

Yalnız  fiziki  şəxslər ölə  bilərlər,  yəni  ölmək  ancaq fiziki  şəxslərə  xas olan  əla­

mətdir.  Məhz  bu  səbəbdən  miras  qoyan  rolunda  yalnız  və  yalnız  fiziki 

şəxslər  çıxış  edə  bilərlər.  Ölmək  kimi xüsusiyyət  hüquqi  şəxslərə xas deyil­

dir.  Ona  görə də  hüquqi şəxslərin  miras qoyan  qismində çıxış etməsi mümkün 

deyil.  Bu,  istisna edilir.

Mülki  hüququn  digər subyektləri olan  dövlət və  bələdiyyələr də  miras  qo­

yan  rolunda  çıxış  edə  bilməz.  Bu,  bir  az  bundan  əvvəl  yuxanda  göstərdiyi­

miz  səbəblə  izah  olunur.  Ümumiyyətlə,  mülki  hüququn  insan  cinsindən və ka­

teqoriyasından  olmayan,  bioloji  (fizioloji),  ictimai və  psixoloji varlıq sayılmayan 

hər hansı  subyektinin  miras qoyan olması qeyri-mümkündür.

Miras  qoyan  qismində  əsasən  Azərbaycan  Respublikasının  vətəndaşı 

olan  fiz ik i  şəxslər  çıxış  edirlər.  Bununla  belə,  xarici  ölkə  vətəndaşları  və  və­

təndaşlığı  olmayan  şəxslər  (apatridlər)  də  miras  qoyan  ola  bilərlər.  Ümumi 

qaydaya  görə,  şəxsin  m iras  qoyan  rolunda  çıxış  etmək  imkanı  miras  qo­

yanın  vətəndaşlığından  asılı  deyil,  yəni  şəxsin  vətəndaşlığının  onun  miras 

qoyan  olması  üçün əhəmiyyəti yoxdur5.

Şəxsin  miras  qoyan  olmaq  imkanı  vətəndaşlıq  məsələsindən  başqa,  digər 

amildən  də  asılı  deyil.  Bu,  mülki  fəaliyyət  qabiliyyətidir.  Mülki  fəaliyyət  qabi­

liyy ə tin in   m üəyyən  şəxsin  miras  qoyan  rolunda  çıxış  etməsi  üçün  əhə­

m iyyəti  yoxdur.  Bu  o  deməkdir  ki,  şəxsin  miras  qoyan  olmasına  onun  tam 

mülki  fəaliyyət  qabiliyyətli  olub-olmamasının  (yaşın,  sağlamlıq  vəziyyətinin) 

dəxli yoxdur.  Məhz bu səbəbdən tam  mülki fəaliyyət qabiliyyətli şəxslərlə (yaşı 

18-dən yuxarı  olan  şəxslərlə) bərabər,  məhdud fəaliyyət qabiliyyətli şəxslər də 

miras qoyan  ola  bilərlər:

1  Гражданское  право.  У чебник.  Часть  3  /   Под  ред. 



Л.П.Сергеева,  Ю.К.Топстого.

  M.,  I99S,  с. 



5 10

.



Черепахин  Б. Б.

  Правопреемство  по  советскому  гражданскому  праву.  M .,  1962.  / /   В   книге: 

Черепахин Б.Б.

  Труды  по  гражданскому праву.  M ., 200 I,  с. 408.



Иоффе  О.С.

  Правоотношение  по  советскому  гражданскому'  праву.  Л.,  I949  //  В  книге: 



Иоффе 

О.С.

  Гражданское право. Избранные труды.  М. 2000, с. 644.

т  Советское гражданское право. Учебник. Том 2 /П о д  ред. 

ОЛ  Красавчикова.

  M.,  I985,с. 5 I I.



Иоффе О.С.

  Советское гражданское право.  Курс лекций.  Часть 3. Л.,  I965, с. 288; 



Никитюк П С. 

Наследственное право  и  наследственный процесс.  Кишинев.  I973, с.  50.

543


görə də onlar miras  passivinə  daxil  edilmir.  Bu vəzifələr şəxsi  xarakter daşıya­

raq,  yalnız  miras  qoyan  tərəfindən  şəxsən  icra  edilə  bilən  vəzifələrdir.  Həmin 

vəzifələr miras qoyanın  şəxsiyyəti  ilə  sıx surətdə  bağlı  olub,  yalnız  miras qoya­

nın  sağlığında mövcud olur və onun ölümü  ilə  də xitam edilir.

Miras  qoyanın  alim ent ödəm ək vəzifəsi  vərəsəliyin  obyekti  ola  bilməz və 

ona  görə  də  miras  passivinə  daxil  edilmir.  Bu  vəzifə  aliment  öhdəliyindən  ya­

ranır. Aliment öhdəliyi isə son  dərəcə şəxsi xarakterli öhdəlikdir1.

Tapşırıq  m üqaviləsi  üzrə  vəkalət  verənin  (tapşıranın)  və  vəkalət  alanın 

(nümayəndənin)  əmlak  vəzifələri  bir qayda  olaraq,  vərəsəlik  üzrə  keçmir.  Mə­

sələn,  məlum  məsələdir  ki,  nümayəndə  öldükdə,  əqd  bağlamaq  və  onu  icra 

etmək  kimi  vəzifəni  onun  vərəsəsi  yerinə  yetirə  bilməz.  Qanunun  ifadə  etdiyi 

göstərişə  görə,  nümayəndə  ölən  kimi  tapşırıq  müqaviləsi  ləğv  edilir.  Tapşırıq 

müqaviləsi  fidusiar (şəxsi-etibar) xarakterli  əqd  olduğuna  görə tərəflərin əmlak 

vəzifələri  vərəsələrə  keçmir.  Amma  tərəflərin  sağlığında  yaranan  əmlak  vəzi­

fələri  (məsələn, tapşırıq  haqqını  ödəmək vəzifəsi,  əqdin  icrasından  əldə  edilən 

əmlakı və  pulu vermək vəzifəsi) vərəsəliyin  predmeti  ola  bilər.

Kom issiya  m üqaviləsi  ko m isyonçunun  ö lüm ü  ilə  ləğv  ed ilir.  Ona  görə 

də  əmlak  xarakterli  tapşırığı  icra  etmək  vəzifəsi  komisyonçunun  vərəsəsinə 

keçmir.  Amma  komisyonçunun  sağlığında  tapşırığın  icrasından  əldə  edilən 

əmlakı  vermək  vəzifəsi  vərəsəlik  üzrə  keçir.  Komissiya  müqaviləsi  də  fidusiar 

əqddir.

Z am inlik  m üqaviləsi  üzrə  zam inin  əm lak  vəzifəsi  vərəsəliyin  obyekti  ola 



bilməz.  Zamin  ölən  kimi  müqavilə  ləğv  edilir  və  onun  vəzifəsi  vərəsəlik  üzrə 

keçmir.  Bu onunla  əlaqədardır ki,  zaminlik  şəxsi xarakterli  öhdəlikdir.

M üəllif  m üqaviləsi  üzrə  m üəllifin  əsər  yaratm aq  və zifə si  vərəsəlik  üzrə 

keçmir.  Müəllif müqavilələri  də  şəxsi  xarakterli  öhdəlik  kateqoriyasına  aid  edi­

lir.  Ona  görə  də  öhdəliyi  yalnız  müəllif  şəxsən  özü  icra  edə  bilər.  Rəssamın 

rəsm  yaratmaq  vəzifəsinin,  yazıçının  dram  əsəri  yaratmaq  öhdəliyinin,  bəstə­

karın  mahnı  bəstələmək  vəzifəsinin  və  s.  vərəsələrə  keçməsini  təsəvvürə  gə­

tirmək  qeyri-mümkündür.  Məhz  bu  səbəbdən  müəllifin  öhdəliyi  miras  tərkibinə 

daxil  edilmir və onun ölümü  ilə xitam  edilir1

 2.


Miras  qoyanın  şəxsi  qeyri-əm lak  vəzifələri,  bir  qayda  olaraq,  vərəsəlik 

üzrə  keçmir və  mirasa  daxil  edilmir.

Vərəsəlik  hüququ  (mirası  qəbul  etmək  hüququ)  da  mirasa  daxil  edilir3. 

Söhbət  vərəsə  tərəfindən  həyata  keçirilməmiş  mirası  qəbul  etmək  hüququn­

dan  gedir.  Vərəsə  ölür və  mirası  qəbul  etməyə  macal  tapmır.  Mirası  qəbul  et­

mək hüququ onun vərəsələrinə  keçir (vərəsəlik transmissiyası).

1  Bəzi  ö lk ə lə rin ,  məsələn,  A lm aniyanın  m ü lk i  qan un ve riciliyin ə   görə  nikahdan  kənar  (qeyri-nikah 

yolu  ilə ) doğulan uşağa alim ent ödəm ək və zifəsi vərəsələrə ke çir və v ə rə sə liyin  o byekti  o lu r (A lm aniya 

M ü lk i  Qanunnaməsinin  1172-ci  maddəsi).  Bu  barədə  bax: 

Синайский  В.И.

  Русское  гражданское 

право.  М ., 2002, с.  548.



Новицкий И.Б.. ЛунцЛ.А.

  Общее учение об обязатслствс.  М .,  1950,  с. 410.



Серебровский  В.И.

  Очерки  советского  наследственного  права.  М .,  1953,  с.  197; 

Синайский 

В. И.

  Русское гражданское право.  М ., 2002, с.  587.

542


Miras  o 

Biz,  tez' tez mülki qanunvericilikdə və sivilistika doktrinasın-



Z

Z

Z

T

 

da  «miras  qoyan»,  «vərəsə»  kimi  anlayışlarla  rastlaşırıq.



Həmin  anlayışlar  vərəsəlik  hüququnun  əsas  anlayışları  sı­

rasına  daxildir.

M iras  qoyan  dedikdə,  elə  bir  fiziki  şəxs  başa  düşülür  ki,  həmin  şəxs 

öldükdən  və ya  məhkəmə yolu  ilə  ölm üş elan edildikdən  sonra onun əm­

lak  (m ülki)  hüquq  və  vəzifələri  vərəsəlik  qaydasında  başqa  şəxslərə  ke­

çir.  Mülki  hüquq  doktrinasında  (elmində)  o,  vərəsəlik  hüququnun  mərkəzi  fi­

qurlarından  biri  kimi  xarakterizə olunur1.

Qeyd  etdik ki, vərəsəlik, vərəsəlik hüquqları və vərəsəlik hüquq  münasibəti

bir  sözlə,  şəxsin  vərəsə  olmaq  imkanı  qanunda  nəzərdə tutulan  hüquqi faktla­

rın  tərkibi  (məcmusu) -  hüquqi  tərkib əsasında yaranır1

 2.  Bu  hüquqi faktlar ara­

sında  ölüm  faktı  mühüm  yer  tutur3.  Ölüm  faktı  vərəsəliyin  əsasını  təşkil  edir4. 

Yalnız  fiziki  şəxslər  ölə  bilərlər,  yəni  ölmək  ancaq  fiziki  şəxslərə  xas olan  əla­

mətdir.  Məhz  bu  səbəbdən  m iras  qoyan  rolunda  yalnız  və  yalnız  fiziki 

şə xslə r  çıxış  edə  bilərlər.  Ölmək  kimi  xüsusiyyət  hüquqi  şəxslərə  xas deyil­

dir.  Ona  görə də  hüquqi  şəxslərin  miras qoyan  qismində çıxış etməsi mümkün 

deyil.  Bu,  istisna edilir.

Mülki  hüququn  digər subyektləri olan  dövlət və bələdiyyələr də  miras qo­

yan  rolunda  çıxış  edə  bilməz.  Bu,  bir  az  bundan  əvvəl  yuxarıda  göstərdiyi­

miz  səbəblə  izah  olunur.  Ümumiyyətlə,  mülki  hüququn  insan  cinsindən  və ka­

teqoriyasından  olmayan,  bioloji  (fizioloji),  ictimai  və  psixoloji  varlıq  sayılmayan 

hər hansı  subyektinin  miras qoyan  olması qeyri-mümkündür.

Miras  qoyan  qismində  əsasən  Azərbaycan  Respublikasının  vətəndaşı 

olan  fiz ik i  şəxslər  çıxış  edirlər.  Bununla  belə,  xarici  ölkə  vətəndaşları  və  və­

təndaşlığı  olmayan  şəxslər  (apatridlər)  də  miras  qoyan  ola  bilərlər.  Ümumi 

qaydaya  görə,  şəxsin  m iras  qoyan  rolunda  çıxış  etmək  imkanı  miras  qo­

yanın  vətəndaşlığından  asılı  deyil,  yəni  şəxsin  vətəndaşlığının  onun  miras 

qoyan olması  üçün  əhəmiyyəti yoxdur5.

Şəxsin  miras  qoyan  olmaq  imkanı  vətəndaşlıq  məsələsindən  başqa,  digər 

amildən  də  asılı  deyil.  Bu,  mülki  fəaliyyət  qabiliyyətidir.  Mülki  fəaliyyət  qabi­

liy y ə tin in   m üəyyən  şəxsin  miras  qoyan  rolunda  çıxış  etməsi  üçün  əhə­

m iyyəti  yoxdur.  Bu  o  deməkdir  ki,  şəxsin  miras  qoyan  olmasına  onun  tam 

mülki  fəaliyyət  qabiliyyətli  olub-olmamasının  (yaşın,  sağlamlıq  vəziyyətinin) 

dəxli yoxdur.  Məhz bu  səbəbdən tam mülki fəaliyyət qabiliyyətli şəxslərlə (yaşı 

18-dən yuxarı olan  şəxslərlə) bərabər,  məhdud fəaliyyət qabiliyyətli şəxslər də 

miras qoyan  ola  bilərlər:

1  Гражданское  право.  Учебник.  Часть  3  /   Под  ред. 

А.П.Сергеева,  Ю.К.Толстого. 

M ,   1998.  с. 

5 10

.


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin