Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə35/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   54
§  1.  Kəşf hüququnun anlayışı, 

obyekti və subyektləri

Kəşf hüququnun 

Kəşf  hüc>uclu  mülki  hüququn,  daha  dəqiq  söyləsək, 

9 anlavısı 

onun  yarlmsahəsi  olan  əqli  mülkiyyət  hüququnun  su-

y ş 


binstitutlanndan  biridir.  O,  əqli  mülkiyyət  hüququnun,

necə deyərlər,  dördüncü əsas institutuna -  qeyri-ənənəvi  obyektləri  qoruma 

in stitu tun a   (qeyri-standart obyektlərin  mühafizəsi  institutu) aiddir.

Kəşf hüququ  iki  mənada  işlədilir: obyektiv mənada;  subyektiv mənada.

O byektiv  mənada  kəşf hüququ  dedikdə,  kəşfin qorunması  ilə bağlı olaraq 

yaranan  münasibətləri  tənzimləyən  hüquq  normalarının  məcmusu  başa  düşü­

lür.  Məhz  bu  mənada  kəşf hüququ  əqli  mülkiyyət  hüququnun  subinstitutu  kimi 

tanınır  və  kəşf  münasibətlərini  tənzimləyir.  Kəşf  münasibətlərini  tənzimləyən 

normalar sovet dövründə qəbul edilmiş xüsusi hüquqi aktda  ifadə olunur. Söh­

bət  SSRİ  Nazirlər  Sovetinin  1973-cü  il  avqust  ayının  21-də  təsdiq  etdiyi  və 

«Kəşflər,  ix tira la r  və  səmərələşdirici  təkliflər  haqqında  əsasnamə»  kimi 

aktdan  gedir1.

Əsasnamənin  bir  çox  normalarının  faktiki  olaraq  qüvvəsi  yoxdur.  Məsələ 

burasındadır  ki,  həmin  normaların  indiki  şəraitdə  həyata  keçirilmə  mexanizmi, 

necə  deyərlər,  pozulmuş,  yox  edilmişdir.  Digər tərəfdən, əsasnamənin  norma­

larının  xeyli  hissəsi  indiki  münasibətlər  baxımından  öz  əhəmiyyətini  və  rolunu 

itirmişdir.  Lakin  ölkəmizdə  müasir  dövrdə  kəşfin  qorunmasını  tənzimləyən xü­

susi  qanunun  olmadığı  şəraitdə,  sözsüz,  əsasnaməyə  daxil  olan  normaların 

bəziləri  indi  də öz aktuallığını saxlayır.

Köhnə  Mülki  Məcəllə  (1964)  özünün  beşinci  bölməsini  kəşf  hüququnun 

tənzimlənməsinə  həsr  etmişdi.  Bu  bölməyə  daxil  olan  maddələr  (516-518) 

kəşf müəllifinin  hüquqlarını  və  həmin  hüquqların  vərəsəlik qaydasında  keçmə­

sini və digər məsələləri tənzimləyirdi.  Köhnə məcəllədən fərqli olaraq yeni  mə­

cəllədə  kəşf hüququna  aid olan hər hansı bir normaya rast gəlmirik.

S ubyektiv  mənada  kəşf hüququ  dedikdə,  kəşf müəllifinin onun  barəsində 

malik  olduğu  hüquqi  imkanlar başa  düşülür.  Bu  mənada  o,  müstəqil  subyek­

tiv  hüquq  sayılır.

Bununla  belə,  bəzən  ədəbiyyatda  kəşf  hüququ  müstəqil  subyektiv  hüquq 

kimi  tanınmır.  Sovet  dövrünün  alimlərindən  B.S.  Antimonov  və  E.A.Fleyşis 

kəşf  hüququna  subyektiv  müəlliflik  hüququnun  xüsusi  növü  kimi  baxırlar1

 * 3.  Bu 

cür  mövqe  ilə  çətin  razılaşmaq  olar.  Düzdür,  onlar arasında  ümumi əlamətlər

1 СП  СССР,  1973, №   19, ст.  109.

1 Иоффе О.C.

  Сиротское гражданское право.  Курс лекций. Л , часть 3,  1965, с.  153.



Антимонов Б .С ,  ФлейшицЕЛ

  Изобретательское право.  М .,  I960, с.  120.

503


mövcuddur  ki,  həmin  əlamətlər  kəşflə  əsər  arasındakı  ümumi  cəhətdən  irəli 

gəlir.  Belə  ki,  həm  əsər,  həm  də  kəşf qeyri-m addi  nem ətdir.  Həm  kəşf mü­

əllifi,  həm  də əsərin  müəllifi  müəlliflik hüququna  (əsərin və ya  kəşfin  müəllifi  ki­

mi  tanınmaq  hüququna)  malikdirlər.  Tədris  ədəbiyyatında  göstərilir  ki,  kəşf el­

mi  əsərdir1.  Lakin  əsərdən  fərqi  olaraq  kəşf  m üə llifin   fə rd i  yaradıcılıq  tərzi, 

üsul və qaydasını  əks etdirm ir.

Bəzi  müəlliflər  kəşf  hüququnu  ixtira  hüququnun  tərkib  hissəsi  kimi  tanıyır­

lar1


 2.  Bu  da  həqiqətə  uyğun  olmayan  mövqedir.  Belə  ki,  kəşf  hüququ  və  ixtira 

hüququ  arasında  nə  qədər oxşarlıq  olsa  da  onlar ayrı-ayrı  subyektiv  hüquqlar­

dır.  Həmin  hüquqlar  arasında  oxşarlıq  onların  obyektləri  olan  kəşf  və  ixtira 

arasındakı  ümumi  əlamətlə  şərtlənir.  Belə  ki,  həm  kəşf,  həm  də  ixtira  əqli 

m ülkiyyət o byekti  sayılır;  digər tərəfdən,  əsərə xas  olan  təkrarolunmazlıq  ki­

mi  xüsusiyyətə  həm  kəşf,  həm  də  ixtira  malik  deyil.  Belə  ki,  onlar təkrar  olun­

maq əlaməti  ilə xarakterizə olunurlar.

Bununla  yanaşı,  kəşf və  ixtira  arasında  fərqli  cəhətlər də vardır.  Belə  ki,  ixti­

ra  praktik  fəaliyyət  qaydasıdır.  O,  texniki,  praktiki  məsələnin  və  problemin  həl­

lini  verir.  Kəşf isə  ixtiradan  fə rq li  olaraq  elm i  m əsələnin  və  pro b le m in   həl­

lini ve rir3.

Kəşf və  ixtira  bir-biri  ilə  qarşılıqlı  surətdə  bağlı  olan  əqli  mülkiyyət  obyektlə­

ridir.  Xüsusən  də  kəşf  ixtiranın  yaradılmasının  bazasını  təşkil  edir.  Belə  ki,  bir 

sıra  hallarda  kəşf  hər  hansı  bir  ixtiranın  yaradılması  üçün  stimul  rolunu  oyna­

yır.  Məsələn,  rentgen  şüalarının  aşkar edilməsi  kəşfdir.  Bunun  əsasında  rent­

gen  aparatı  yaradılmışdır ki,  o,  ixtira sayılır.

Subyektiv  kəşf hüququ  kəşf barəsində  yaranır.  Buna 

görə  də  kəşf həmin  hüququn  obyekti sayılır.

S ubyektiv  kəşf  hüq uq u n u n   o b ye kti  dedikdə, 

həmin hüququn yaranmasına  səbəb olan  kəşfin özü  başa  düşülür.

«Kəşf»  müxtəlif mənalarda  işlədilən  anlayışdır.  Kəşf dedikdə,  mülki  qanun­

vericilik,  habelə  sivilistika  doktrinası  məhz elm i  kəşfi  nəzərdə  tutur.  Yalnız  el­

mi  kəşf mülki-hüquqi  əhəmiyyətə malik olub,  qorunur.

Kəşfin  leqal  anlayışı  kəşf  haqqında  əsasnamədə  verilmişdir4:  kəşf  maddi 

aləmin  əvvəllər m əlum   olm ayan  o b ye ktiv  qanun a u yğ u n lu qların ın ,  xassə­

lərinin  və  təzahürlərinin  elə  m üəyyən  e d ilm ə sid ir  ki,  bunun  nəticəsində 

b ilik  səviyyəsinə  köklü  d ə y iş ik lik lə r edilir.  Burada  «müəyyən  edilməsi»  ter­

mini  «aşkar edilməsi»,  «üstünün  açılması»  kimi  mənalarda  işlədilir.  Maddi alə­

min qanunauyğunluqlarının  (qanunlarının),  xassələrinin və təzahürlərinin  məhz 

aşkar edilməsi,  üstünün  açılması  kəşf deməkdir5.



Subyektiv kəşf 

hüququnun obyekti



Гуев A.H.

  Гражданское право.  У чебник. Том  3, М ., 2003, с.  239.



Рясеицеа  В.Л.

  Советское  изобретательское  право.  М .,  1961,  с. 

15; 


Корецкий  В.И. 

Изобретательское право на  новом этапе. Душанбе.  1961, с.  57.

5  Научно-практический  комментарий  к  Основам  граж данского  законодательства  СССР  и 

союзных  республик.  М ,,  1962, с.  370.

4  K oşllor,  ixtira la r vo səınoroloşdirici  to k liflo r haqqında  osasnamo.

s  Н аучно-практический  комментарий  к  Основам  граж данского  закополатслства  СССР  и 

союзных  республик.  М .,  1962, с.  370.

504


Kəşfin əlamətləri 

(qorunma şərtləri)

Anlayışdan  görürük  ki,  kəşfin  üç  obyekti  vardır’ :  qanunauyğunluq;  xassə; 

təzahür.  Kəşfin  məzmunu  da  məhz  həmin  obyektləri  müəyyənləşdirməkdən 

ibarətdir.

Elmi  kəşf  yaradıcılıq  (əqli)  fəaliyyətinin  nəticələrindən  biridir.  Ümumdünya 

Əqli  Mülkiyyət  Təşkilatlarını  təsis  edən  konvensiya  onu  intellektual  mülkiyyət 

obyektləri  sırasına  aid  edir1

 2.  Eynşteynin  nisbilik  nəzəriyyəsi,  D.I.Mendeleyevin 

kimyəvi elementlərin  dövriliyi qanunu,  Darvinin təkamül  nəzəriyyəsi və s. yara­

dıcılıq fəaliyyətinin  nəticəsi olduğu  üçün elmi  kəşf hesab edilir.

Elmi  kəşf hüquqi  mühafizənin  müstəqil  obyektidir.  Hüquqi  mühafizə ob­

yekti  kimi  o,  bir  sıra  spesifik  əlamətlərə  (qorunma  şərtlərinə)  malik  olmalı­

dır.  Bu əlamətlərə  (qorunma şərtlərinə) cavab verməyən kəşf qorunmur, hüqu­

qi  mühafizə  ilə təmin edilmir.

Kəşf  elmi  nailiyyətdir,  elmi  nəticədir.  Lakin  istənilən 

hər  hansı  elmi  nailiyyət  (nəticə),  necə  deyərlər,  avto­

matik  surətdə,  özlüyündə  kəşf  kimi  tanına  bilməz.  El­

mi  nailiyyətin  (nəticənin)  kəşf  hesab  edilməsi  üçün  onun  bir  sıra  əlamətlərə 

malik olması tələb edilir.  Onlara  kəşfin əlamətləri deyilir3.

Kəşfin  əlamətləri  dedikdə,  elmi  nailiyyətin  (nəticənin)  kəşf kimi  tanın­

masına  səbəb  olan  xüsusiyyətlər başa düşülür.

Yalnız kəşfin  əlamətlərinə  cavab verən  elmi  nailiyyətlər (nəticələr) qorunur. 

Buna  görə  də  kəşfin  əlamətləri  eyni  zamanda  kəşfin  qorunma  şərtlərinin 

özü  dem əkdir4.

Kəşfin  birinci  əlaməti  ondan  ibarətdir  ki,  o,  hər  hansı  bir  elmi  problemin 

(məsələnin)  həllini  verən  elmi  müddəadır.  Elmi  problemin  (məsələnin) həllini 

vermək  dedikdə,  müəyyən  növ  elmi  faktların  müəyyənləşdirilməsi,  aşkar  edil­

məsi,  üzə  çıxanlması  başa  düşülür.  Elmi  problem  (məsələ)  maddi  aləmin  dərk 

olunması,  başa  düşülməsi  problemidir (məsələsidir).  Buna  görə  də  kəşf maddi 

aləmin  dərk olunma problem inin  (məsələsinin) həlli deməkdir. Bu səbəbdən 

o,  maddi aləmin,  obyektiv gerçəkliyin dərk olunmasının nəticəsi sayılır.

Kəşf  nəsə  yeni  bir  şey  yaratmır.  O,  ancaq  artıq  maddi  aləmdə,  obyektiv 

gerçəklikdə  müəyyən  obyektlərin  (qanunauyğunluqların,  xassələrin  və  təza­

hürlərin)  mövcud  olmasını  üzə  çıxara,  aşkar edə  bilər.  Özü  də  yalnız obyektiv 

olaraq  mövcud  olan  obyektlərin  aşkar edilməsi  mümkündür.  Buna  görə  də el­

mi  fərziyyələr,  hipotezalar və s.  elmi kəşf kimi tanınmır.

Elmi  problemin  (məsələnin)  həllini  vermədiyinə  görə  qanunun  birbaşa  gös­

tərişi  ilə  bəzi  kəşflər  m ülki-hüquqi  mənada  elmi  kəşf anlayışına  daxil  edil­

mir:  coğrafi  kəşflər (məsələn,  qitənin aşkar edilməsi); arxeoloji  kəşflər (mə­

sələn,  qədim  şəhərin qalıqlarının  üzə çıxarılması); paleontoloji  kəşflər (məsə­

lən,  ən  qədim  insanın  skeletinin  aşkar  edilməsi).  Faydalı  qazıntı  yataqlarının 

müəyyən edilməsi  də eyni vəziyyətdədir.  Belə ki,  coğrafiya, arxeologiya və pa-



Мамиофа И.Э.

  О ткрытие и его объскт//Вопросы  изобретательства.  1976. №  7.

2

  Ümumdünya Ə q li  M ü lkiyyə t Təşkilatını  tosis cdon konvensiyanın 2-ci maddəsinin 8-ci  bəndi.

3 Советское  гражданское право.  Учсбник/Отв.  ред. 

О.Н.Садиков.

  М.,1983, с.  368.

4  K əşfin  qorunma şərtləri  barədə bax: 

Мамиофа И.Э.

  Условия  правовой  охраны открытий// Воп­

росы  изобретательства.  1977, №1, с.  17-18.

505


leontologiya  sahəsində  olduğu  kimi,  faydalı  qazıntı  yataqlarının  müəyyən  edil­

məsi  sahəsində  də  müddəalar  mülki-hüquqi  mənada  kəşf sayılmır.  Buna  görə 

də onlar hüquqi  mühafizə  ilə təmin  edilmirlər.

Bunlardan  əlavə,  praktiki  məqsədə  çatmağın  konkret  üsulunu  müəyyən 

edən,  hər  hansı  bir  praktiki  fəaliyyət  qaydası  formula  edən  elmi-texniki  nailiy­

yət  də  kəşf  hesab  edilmir.  Məsələ  burasındadır  ki,  belə  nailiyyətlər  onlardan 

praktikada  istifadə  olunması  üzrə  texniki  problemi  (məsələni)  həll  etdiyinə  gö­

rə  ixtira  sayılır.  Məsələn,  hər  hansı  xəstəliyin  yaranmasına  səbəb  ola  bilən 

mikrobun  mövcud  olması  faktını  aşkar etmək  kimi  elmi  nailiyyət  ixtira  yox,  kəşf 

sayılır.  Ona  görə  ki,  mikrobun  mövcud  olma  faktının  aşkar edilməsi  hər  hansı 

praktiki,  texniki  problemi  (məsələni)  həll  etmir.  Amma  xəstəliyin  müalicə  olun­

masının  yeni,  əvvəllər tətbiq  olunmayan  üsulunu  yaratmaq  ixtiradır.  Ona  görə 

ki,  ixtira  konkret  praktiki,  texniki  problemi  (məsələni)  həll  edən  nailiyyətdir.  Baş­

qa  bir misalda  daxili atom  enerjisinin aşkar edilməsi  kəşfdir.  Amma  həmin  ener­

jidən  həm  hərbi  məqsədlər  üçün  praktikada  istifadə  edilməsi  (məsələn,  atom 

bombası),  həm  də  onun  dinc  məqsədlər  üçün  praktikada  tətbiq  olunması  (mə­

sələn, atom elektrik stansiyası,  atom enerjisi ilə işləyən gəmi və s.) ixtira sayılır.

Kəşf  dərk  etmə  məsələsi  ilə  sıx  surətdə  bağlıdır.  Belə  ki,  o,  əqli,  dərketmə 

fəaliyyətinin  nəticəsidir.  Digər  tərəfdən,  kəşf  elmi  dərketmə  prosesini  ifadə 

edir.  Maddi aləmin  obyektiv olaraq  mövcud olan  qanunauyğunluqlarını, xassə­

lərini  və təzahürlərini  dərk etməklə  insan  kəşf edir.  Kəşf dərketmə  əhəmiyyəti­

nə,  ixtira  isə  praktiki  əhəmiyyətə  malikdir.  Kəşf  nəticəsində  elmi  anlayış,  ixtira 

nəticəsində  isə praktiki  iş  (fəaliyyət)  üsulu və  qaydası  yaradılır.

Lakin  kəşf və  ixtira  arasında  sıx bağlılıq  vardır.  Qeyd etdiyimiz  kimi,  kəşf ix­

tiradan  fərqli  olaraq  texnika  sferası  ilə  bağlı  deyil.  Onlar arasında  əlaqə  bunda 

ifadə  edilir  ki,  ixtira  ya  əvvəllər edilmiş  kəşfə  əsaslanır,  yaxud  da  özündə  həm 

də  kəşfi  birləşdirir,  bu  şərtlə  ki,  həmin  kəşf  ilk  dəfə  edilsin.  Bəzən  əldə  olun­

muş  nailiyyət özündə  həm  kəşfi,  həm  də  ixtiranı  birləşdirir'.  Məsələn,  süni  yol­

la  yaradılan  kimyəvi  elementlərin  müxtəlif izotopları  kimi  kəşf,  bu  şərtlə  ki,  on­

dan  həm  də  praktiki  məqsədlər üçün  istifadə edilsin1

 2.

Kəşfin  ikin ci  əlam əti  ondan  ibarətdir  ki,  o,  b ilik   sə viyyə sin ə   köklü  dəyi­



ş ik lik   edən  n a iliyyətdir,  m üddəadır.  Bu  əlamət  qanunvericilikdə  kəşfə  veri­

lən  leqal  anlayışda  birbaşa  nəzərdə  tutulmuşdur.  Elmi  nailiyyət  və  müddəa 

əgər  bilik  səviyyəsinə  köklü  dəyişiklik  gətirərsə,  kəşf  hesab  edilir.  Bu  səbəb­

dən  bilik  səviyyəsinə  adi  dəyişiklik  edən  elmi  nailiyyət və  müddəa  məlum  mə­

sələdir ki,  kəşf kimi tanına bilməz.

Qanunvericilik  «bilik  səviyyəsinə  köklü  dəyişiklik  gətirmək»  anlayışının  ma­

hiyyətinə  aydınlıq  gətirmir.  Amma  mülki  hüquq  elmində  (doktrinasında)  həmin 

anlayışın məzmununun açıqlanmasına təşəbbüs göstərilir3.



Иоффе О.C.

  Советское  гражданское  право.  К ур с лекций.  У чебное пособие.  Часть 3. Л .,  1963, 

с.  156.

Bəzən  əsassız  olaraq  bu  k im i  k ə ş flə r  ix tira   ilə   e y n ilə ş d irilir 



{Антимонов  Б.С.,  Флейщиц  E.A. 

Изобретательское право.  M .,  1960, с.  110-111).



Сергеев  А.П.

  Право  интеллектуальной  собственности  Российской  Федерации.  У чебник.  М., 

1999, с. 658; 

Гуев А.Н.

  Гражданское право.  У чебник. Том  3, М ., 2003, с.  234.

506


B ilik   səviyyəsinə  köklü  dəyişikliklər  gətirmək  dedikdə,  bilik  səviyyəsini 

mahiyyətcə, yeni mərhələyə qaldırmaq, bizi əhatə edən aləmin elmi dərk olun­

masına  mühüm  töhfə  vermək  başa  düşülür.  Köklü  dəyişiklik  əsaslı,  funda­

mental  d ə yişiklik  dem əkdir  və  belə  dəyişiklik  obyektiv  gerçəkliyin,  maddi 

aləmin  özünün  dəyişməsini  ifadə  edir.  Belə  dəyişiklik  nəticəsində  bizi  əhatə 

edən  maddi aləm  haqqında, obyektiv gerçəklik barədə yeni biliklər  əldə edirik, 

dünyanın  dərk  olunması  genişlənir  və  dərinləşir.  Yalnız  maddi  aləmin  dərk 

edilməsinin  bu  və ya digər sahəsi  üçün  böyük əhəmiyyəti olan elmi nəticə kəşf 

kimi tanına  bilər.

Yenilik  kəşfin  üçüncü  əlaməti  sayılır.  Yalnız  yeni  olan  elmi  nailiyyət  və 

müddəa,  kəşf hesab edilir.  Bu əlamət də  kəşfə verilən  leqal anlayışda birbaşa 

nəzərdə tutulur.

Kəşf elmi  problem in  (məsələnin) yeni  həllini verən  nailiyyətdir, müddə­

adır.  Kəşfin yeni olması (yeniliyi) onu ifadə edir ki,  o,  maddi aləmin əvvəllər mə­

lum  olmayan  obyektlərini  (obyektiv  olaraq  mövcud  olan  qanunauyğunluqları, 

xassələri  və  təzahürləri)  aşkar  edir,  üzə  çıxarır,  obyektiv gerçəklik  barədə  yeni 

biliklər verir.  Bu,  ölkədaxili  lokal  xarakterli  yenilik yox,  dünya  miqyaslı  yenilik­

dir.  Deməli,  qanunvericilik  mütləq  dünya  yeniliyi  prinsipindən  çıxış  edir.  Bu 

prinsipə görə kəşf mütləq dünya yeniliyi əlaməti ilə xarakterizə olunur1.

Mütləq  dünya yeniliyi onu  ifadə edir ki,  əldə olunan vaxta kimi  müvafiq elmi 

nəticə  həm  ölkə  elminə,  həm  də  xarici  ölkələrin  elminə,  bir sözlə,  dünya  elmi­

nə məlum olmazsa,  kəşf sayılır1

 2; elmi nəticə dünya elminin inkişafı baxımından 

müəyyən  sıçrayış  edərsə,  kəşf kimi tanınır3.  Deməli,  kəşfin  yeniliyi,  onun  yeni 

olması  məsələsi  həll edilərkən ölkə elminin yox,  dünya elminin  inkişaf səviy­

yəsi  əsas  götürülür.  Deməli,  kəşfin  yeniliyi  dünya  elminin  inkişaf səviyyəsi  ilə 

müəyyən  edilir.

Kəşfin  yeniliyi  isə  öz  növbəsində  elmi  ilkinlik  tarixinə  görə  təyin  olunur. 

Belə  ki,  müəllifə  kəşfdə  elmi  ilkinlik,  yəni  elmi birincilik  məxsusdur.  Elmi  ilkinlik 

(birincilik) tarixi  isə müəyyən edilir:

•   ya  kəşfin  ilk dəfə formula edilməsi tarixi ilə;

•   ya  kəşfin  dərc edilməsi tarixi  ilə;

•   ya  kəşfin  üçüncü  şəxslərə  bildirilməsi tarixi ilə;

•   ya  da  kəşf  üçün  diploma  almaq  məqsədilə  səlahiyyətli  dövlət orqanına

iddia  sənədinin verilməsi tarixi ilə.

Praktikada  elmi  ilkinlik  (birincilik)  tarixini  müəyyən  etmək  üçün  müxtəlif ta­

rixlər  əsas  götürülə  və  nəzərə  alına  bilər:  elmi  məqalənin  dərc olunma  tarixi; 

elmi  məqalənin  redaksiyaya  daxil olma (göndərilmə) tarixi;  elmi nailiyyət barə­

də  seminarda  məruzə  edildiyi  tarix;  elmi  müddəanı  ifadə  edən  diplomun  mü­

dafiə olunduğu tarix və s.

Kəşfin  dördüncü  əlaməti  ondan  ibarətdir  ki,  o,  həqiqi  olmalıdır.  Yalnız 

həqiqi  olduqda,  elmi  müddəa  və  nailiyyət  kəşf  kimi  tanınır.  Həqiqi  olmaq  de­

1 Советское гражданское право.  Учсбник/Отв.  ред. 

О.Н.Садиков.

  М .,  1983, с.  368.

2  Научно-практический  комментарий  к  Основам  гражданского  законодательства  СССР  и 

союзных  республик.  М .,  1962, с. 370.



Иоффе О.С.

  Советское гражданское право.  Курс лекций.  Часть 3. Л .,  1965, с.  157.

507


dikdə,  kəşfin  həqiqətə  uyğun olması  başa  düşülür.  Buna  görə də  kəşf həqiqə- 

təuyğun  olan  elmi  müddəadır.

Elmi  müddəanın  həqiqiliyi  eksperim ent yolu  ilə sübut edilməli,  təsdiq  olun­

malı,  obyektiv yoxlamadan  keçməlidir.  Buna  görə  də  kəşf nəzəri  və ya  praktik 

(eksperiment)  cəhətdən  sübut  edilmiş,  təsdiq  olunmuş  və  yoxlanılmış  elmi 

müddəa  deməkdir.  Bu  səbəbdən  də,  yəni  nəzəri  və  ya  praktiki  (eksperiment) 

cəhətdən  sübut  olunmadıqları,  yoxlamadan  keçmədikləri  üçün  elmi  fərziyyələr 

və  hipotezalar,  habelə  ictimai  elmlər  (məsələn,  fəlsəfə,  hüquq,  siyasi  iqtisad 

və  s.)  sahəsində  elmi  müddəalar  kəşf  sayılmır.  Məsələ  burasındadır  ki,  kəşf 

təbii-texniki  elm lər  sahəsinə  aiddir.  İctimai  elmlər  sahəsinə  aid  olan  elmi 

müddəalar təbii  elmlər sahəsindəki  elmi  nailiyyətlər kimi  həqiqi  və  dəqiq  surət­

də  sübut  edilə  bilmir.  Belə  ki,  həmin  sahədəki  yeni  müddəalar  yalnız  uzun 

müddətli  diskussiya  və  çoxillik  praktika  əsasında  yoxlama  nəticəsində  təsdiq­

lənə  bilər.  Başqa  sözlə  desək,  belə  müddəaların  həqiqiliyi  obyektiv  yoxlama 

ilə sübut olunmur və  ancaq  uzunmüddətli  ictimai  praktika  ilə təsdiqlənə  bilər.

Kəşfin  edilməsinin  yolları,  yəni  kəşfin  hansı  yollarla  edilməsinin  əhəmiyyəti 

yoxdur.  Buna  görə  də  tapıntı,  müşahidə  və  ya  tədqiqat  nəticəsində  kəşf edil­

məsi  mümkündür1.

Kəşfin  beşinci  əlam əti  ondan  ibarətdir ki,  o,  qanunda  g ö stərilə n   o b ye kt­

lərin  aşkar  edilm əsidir.  Həmin  obyektlərə  aiddir:  qanunauyğunluqlar;  xassə­

lər;  təzahürlər.  Kəşfə  verilən  leqal  anlayışda  həmin  obyektlər  sadalanır.  Onlar 

kəşfin  ayrı-ayrı  obyektləridir.  Digər  tərəfdən,  həmin  obyektlərə  görə  kəşf  üç 

növə  bölünür.

Kəşfin  ob ye kti  kim i  m addi  aləm in  q a n un auyğunluqları  dedikdə,  maddi 

aləmin xassə  və təzahürləri  arasında  sabit,  mühüm  və  universal xarakterli,  bir- 

birini  qarşılıqlı  surətdə  şərtləndirən  elə  əlaqəsi  başa  düşülür  ki,  belə  əlaqə  əv­

vəllər məlum  olmayaraq obyektiv surətdə  mövcud  olur.  Obyekti  qanunauyğun­

luqlardan  ibarət  olan  kəşflər  ən  əhəmiyyətli  kəşflər  hesab  edilir.  Belə  kəşflər 

təbiətin  sirlərini  onun  mahiyyəti  baxımından  açılmasını  təmin  edir.  Mexanika, 

termodinamika,  əsəb  fəaliyyəti,  canlı  orqanizmin  inkişafı  və  digər  məsələlər 

barədə  qanunlar bu kəşflərə misal  ola  bilər.

Kəşfin  obyekti  kim i  m addi  aləmin  xassələri  dedikdə,  maddi  aləmin  ob­

yektlərinin  keyfiyyət  tərəfi  başa  düşülür  ki,  o,  əvvəllər  məlum  olmayaraq  ob­

yektiv  mövcud  olur.  Obyektin  keyfiyyət  tərəfi  onun  mühüm  xüsusiyyətlərinin 

məcmusundan  ibarətdir.

Kəşfin  ob ye kti  kim i  m addi  aləmin təzahürləri  dedikdə,  maddi  aləmin ob­

yektlərinin  mahiyyətini  ifadə  edən  formalar  başa  düşülür  ki,  onlar əvvəllər  mə­

lum  olmayaraq  obyektiv  mövcud  olur.  Maddi  aləmin  obyektinin  mahiyyəti  və 

onu  ifadə  edən  təzahürlər fəlsəfi  baxımdan,  necə  deyərlər,  fəlsəfi  planda  ma­

hiyyət və təzahür kimi  kateqoriyalar arasındakı  münasibətin  eynidir.  Buna görə 

də onlar üzvü  surətdə  bir-birilə  bağlıdır.



Ионас  В.Я.

  Изобретательское  правоотношение  в  советском  гражданском  нраве.  Авторсф. 

канд.дисс. Л .,  1965, с.  4.

508


., 

... 


Kəşflə  bağlı  olaraq  müəyyən  növ  hüquq  münasibəti

subvektlər-Un 

əmələ 9Əİİr' ° na kəşf hüquq münasibəti deyilir. 

s  ye  ərl 

Öz  hüquqi təbiətinə  görə  kəşf hüquq münasibətləri

mülki  hüquq  münasibətinin bir növü hesab edilir. Buna görə kəşf hüquq müna­

sibəti  də  mülki  hüquq  münasibəti  kimi  quruluşca  üç  elementdən  ibarətdir  ki, 

subyekt onlardan  biridir.  Söhbət kəşf hüququnun subyektlərindən gedir.

Kəşf  hüququnun  subyektləri  dedikdə,  həmin  hüququn  daşıyıcıları  başa 

düşülür.  Subyektlər subyektiv  kəşf  hüququnun  məxsus  olduğu  şəxslərə  deyi­

lir.  Üç  kateqoriya  şəxs  kəşf  hüququnun  subyekti  sayılır:  müəllif;  şərik  müəllif­

lər;  vərəsələr.  Müəllif  kəşf  hüququnun  əsas  və  başlıca,  mərkəzi  subyektidir. 

Bu,  məlum  məsələdir.  Belə ki,  kəşfi müəllif edir.

Kəşfin  m üəllifi  dedikdə,  öz  yaradıcı  əməyi  ilə  kəşf edən  şəxs  başa  düşü­

lür.  Elə  buradaca  dərhal  qeyd etməliyik ki, yalnız fiziki  şəxslər kəşfin  müəlli­

fi  ola  bilərlər.  Fiziki  şəxs  sayılmayan  şəxslər,  məsələn,  elmi  tədqiqat  institut­

ları, ali təhsil  məktəbləri və digər təşkilatların (müəssisələrin) bir sözlə,  hüquqi 

şəxslərin  kəşfin  m üəllifi  olması  qeyri-mümkündür.  Hətta  işçi  kimi  fiziki 

şəxs  qulluq  tapşırığı  qaydasında  kəşf  etsə  də,  kəşfin  müəllifi  həmin  tapşırığı 

verən  müəssisə və təşkilat yox,  kəşfi edən işçi sayılacaqdır.

Yalnız kollektiv yaradıcılığın nəticəsi olan kəşfə ayrı-ayrı şəxslərin  müəllifliyini 

müəyyənləşdirmək  mümkün  olmadığı  hallarda,  diplom  (diplom  kəşfə  müəllifliyi 

və digər halları təsdiq edən sənəddir) kəşfin edildiyi müəssisənin (təşkilatın) adı­

na verilir1.  Belə  halda kəşfə fiziki şəxsin yox1

 2,  hüquqi şəxsin müəllifliyi yaranır3.

Kəşf müəllifi  olmaq  hüququ  fiziki  şəxslərin  mülki  hüquq  qabiliyyətinin  məz­

mununa  aid  olan  hüquqi  imkanlardan  biridir.  Fiziki şəxslərin  mülki  hüquq qabi­

liyyəti  isə onların  nə yaşından,  nə  də  sağlamlıq vəziyyətindən  asılıdır.  Deməli, 

fiz ik i  şəxslər yaşından  və  sağlamlıq  vəziyyətindən  asılı  olmayaraq  kəşfin 

m üəllifi  ola  bilərlər.  Məhz  bu  səbəbdən  istənilən  fiziki  şəxsin,  məsələn,  yet­

kinlik yaşına  çatmayan  şəxslərin  və ya  ruhi xəstələrin  də  kəşf müəllifi  olmaları 

mümkündür.  Bir  sözlə,  istənilən  fiziki  şəxs  mülki fəaliyyət  qabiliyyətindən  asılı 

olmayaraq  kəşfin  müəllifi ola  bilər.

Amma  bununla  belə,  müasir  dövrdə  kəşf edilməsi,  adətən,  kifayət dərəcə­

də  elmi  hazırlıq  və  erudisiya  tələb  edir.  Buna  görə  də  praktiki  olaraq  kəşfin 

müəllifi  kimi  ilk  növbədə,  elmi  işçilər -   müvafiq  bilik  sahəsinin  mütəxəssisləri 

tanınırlar.

Çox  vaxt  kəşfi  elmi  tədqiqat  institutlarının,  ali  təhsil  məktəblərinin  və  digər 

təşkilatların  elmi  işçiləri  edirlər.

Xarici  vətəndaşlara  (əcnəbilərə)  gəldikdə  isə  qeyd  etməliyik  ki,  bir  qayda 

olaraq,  kəşfin  m üəllifi  olmaq  hüququ  vətəndaşlıq  məsələsindən  asılıdır 

Məsələ  burasındadır  ki,  xarici  ölkələrin  çoxunda  kəşf müəlliflərinin  hüquqları 

tanınmır və  qorunmur.  Buna  görə  də  bu  məsələdə  qarşılıqlı  olmaq  prinsipinə

1  Научно-практический  комментарий  к   Основам  гражданского  законодательства  СССР  и 

союзных  рсспублик/Под ред. 

С.Н.Братуся и Е.А.Флешциц.

  М.,  1962, с. 371.

2  V .j.S crcbrovski  göstərir  ki,  belt»  lıalda  necə  olur-olsun  kəşfin  m ü ə llifi  ayrı-ayrı  vətəndaşlar hesab 

e d ilir 



(Серебровский В.И.

  Правовая охрана научных открытий  в СССР, с. 39-40).



Иоффе О С.

  Советское гражданское право.  Курс лекций.  Часть 3. Л .,  1965, с.  162.

509


əməl  olunmalıdır.  Belə  ki,  kəşfin  müəllifi  xarici  vətəndaş  olarsa,  onun  hüquqlan 

yalnız göstərilən prinsip əsasında  hüquqi mühafizə ilə təmin oluna bilər.

Vərəsələr  kəşf  hüququnun  subyektləri  sırasına  daxildir.  Söhbət,  hər  şey­

dən  əvvəl,  kəşf müəllifinin  qanun  üzrə  vərəsələrindən  gedir.  Vərəsə  qismin­

də həm də vəsiyyət üzrə vərəsələr çıxış edə  bilərlər.

Yalnız  kəşf  müəllifinin  əmlak  hüquqlarının  vərəsəliyin  predmeti  olması 

mümkündür.  Belə  ki,  kəşfin  müəllifi  öldükdə,  onun  əmlak  hüquqları  (məsələn, 

kəşf  üçün  diplom  almaq  hüququ,  haqq  almaq  hüququ  və  s.)  vərəsəlik  hüquq 

normaları ilə müəyyən edilmiş qaydada  vərəsələrə  keçir.

Kəşf  müəllifinin  qeyri-əmlak  hüquqlarına  (məsələn,  kəşfin  müəllifi  kimi  ta­

nınmaq  hüququna,  ad  hüququna  və  s.)  gəldikdə  qeyd  edə  bilərik  ki,  belə  hü­

quqlar  şəxsi  xarakterə  malik  olduğuna  görə  müəllifin  ölümü  ilə  ləğv  edilir  və 

buna  görə  də  vərəsələrə  keçmir.  Lakin  müəllifin  vərəsələri  belə  hüquqları  ic ti­

mai  cəhətdən  əhəm iyyəti olan  mənafe  kim i  qoruyurlar.

Bəzən  kəşf kollektiv elmi  yaradıcılıq,  yəni  bir  neçə  şəxsin  yaradıcılıq  fəaliy­

yəti nəticəsində edilir.  Belə halda  kəşfə  şərikli  müəlliflik yaranır.

İki və ya daha artıq şəxsin  birgə elmi əməyi  ilə edilən kəşfə  müəlliflik şərikli 

m üə lliflik adlanır.  Bir neçə  şəxsin  birgə  elmi əməyi,  onlardan  hər birinin  kəşfin 

müəyyən  edilməsində  öz  elmi  töhfəsini  verməsi  belə  müəllifliyin  yaranmasının 

labüd  (məcburi) şərtidir.

Şərikli  müəlliflik  zamanı  birgə  elmi  əmək  prosesində  iştirak  edən  şəxslər 

şərik  m üəlliflər  adlanır.  Belə  ki,  əgər  kəşf  iki  və  daha  artıq  şəxs  tərəfindən 

edilərsə,  onların  hamısı  edilmiş  kəşfin  şərik  müəllifi  kimi  tanınırlar.  Onlardan 

hər  biri  kəşf üçün  diplom  almaq  hüququna  malikdir.  Kəşfin  müəllifinə  (müəllif­

lərinə)  yalnız  texniki  kömək  göstərən  şəxs  şərik  müəllif  sayılmır.  Bu,  məlum 

məsələdir.  Belə  ki,  kəşfin  edilməsində  yalnız  öz  yaradıcı,  elmi  əməyi  ilə  iştirak 

edən  şəxs şərik  müəllif statusu  əldə edə  bilər.


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin