Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§ 9.  Subyektiv patent hüquqlarının  müdafiəsi



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə32/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   54
§ 9.  Subyektiv patent hüquqlarının  müdafiəsi

Subyektiv patent 

hüquqlarının 

müdafiəsi anlayışı. 

Müdafiə hüququnun 

subyektləri

Müəllif  yaratdığı  sənaye  mülkiyyəti  obyekti  üçün 

dövlətdən  (səlahiyyətli  dövlət  orqanından)  ona  görə 

patent  adlı  sənəd  alır  ki,  onu  (yəni  sənaye  mülkiy­

yəti obyektini)  həmin  sənədin  köməyi  və  vasitəsi  ilə 

qoruya  bilsin.  Sənaye  mülkiyyəti  obyektinin  (sub­

yektiv  patent  hüquqlarının)  patentlə  qorunması  əv­

vəldə  qeyd  etdiyimiz  kimi,  onu  ifadə  edir  ki,  sənaye  mülkiyyəti  obyektindən 

(patent hüquqlarından)  istifadə  etmək istəyən  hər bir şəxs istifadə  üçün  patent 

alan  şəxsdən  (patent  sahibindən)  icazə  (razılıq)  almalıdır.  Belə  icazə  alınma­

dan  patentləşdirilmiş  sənaye  mülkiyyəti  obyektindən  (patent  hüquqlarından) 

hər  hansı  bir  şəxsin  istifadə  etməsi  hüquqazidd  hərəkətdir  və  buna  görə  də 

patent  hüquqlarının  pozulması  sayılır.  Patent  hüquqlarının  pozulması  isə  hə­

min  hüquqların müdafiə olunmasını  şərtləndirir.

Deməli,  patent  hüquqlarının  (sənaye  mülkiyyəti  obyektinin)  qorunmasından 

yalnız  o  halda  danışmaq  olar  ki,  patent  hüquqlarından  (sənaye  mülkiyyəti  ob­

yektindən)  qanunsuz  (icazəsiz)  istifadə  olunmasın,  yəni  patent  hüquqları  po­

zulmasın  (patent  inhisarı  pozulmasın).  Patent  hüquqlarının  (sənaye  mülkiyyəti 

obyektinin)  müdafiəsindən  isə yalnız  həmin  hüquqlar  pozulduğu  hallarda  söh­

bət gedə bilər.

Patent  hüquqlarını  müdafiə  etmək  patent  hüququ  institutunun  yerinə  ye­

tirdiyi  əsas  funksiyalardan  biridir.  Patent  hüququ  institutu  ilə  həm  şəxsi  hü­

quqlar,  həm  də  əmlak  hüquqları  müdafiə  oluna  bilər.  Bəzən  (subyektiv  pa­

tent  hüququ  ləğv  edildiyi  halda,  məsələn,  patentləşdirilmiş  məmulat  məhv  ol­

duğu  halda)  müdafiənin  müstəqil  predmetini  qanunla  qorunan  mənafe  təşkil 

edir.  Patent  hüququ  ilə  m üdafiənin  əsas  məqsədi  isə  pozulmuş  patent  hü­

quqlarını və  qanunla  qorunan  mənafeyi  bərpa  etməkdən,  mübahisə  yarandıq­

da patent hüquqlarını tanıtdırmaqdan  ibarətdir.

Subyektiv  patent  hüquqları  pozulduqda  (patent  hüquqları  barədə  mü-

382


bahisə  yarandıqda)  həmin  hüquqların  (qanunla  qorunan  mənafeyin)  bər­

pa  olunm asına  (patent  hüquqlarının  tanınmasına)  yönələn  tədbirlərin 

məcmusuna  patent hüquqlarının  müdafiəsi  deyilir

Müdafiə  hüququnun  subyekti  rolunda,  hər  şeydən  əvvəl,  sənaye mülkiy­

yəti  obyektinin  müəllifi  çıxış  edir.  Xüsusən  də  müəllifin  şəxsi  qeyri-əmlak  hü­

quqları  (sənaye  mülkiyyəti  obyektinin  müəllifi  kimi tanınmaq  hüququ, ad  hüqu­

qu  və  s.)  pozulduğu  hallarda,  o,  müdafiə  hüququnun  subyekti  olur.  Bundan 

əlavə,  müəllifin  əmlak  hüquqları  pozulduğu  hallarda da  o,  müdafiə  hüququ  ilə 

təmin  edilir.  Məsələn,  işəgötürən  işçiyə  (müəllifə)  sənaye  mülkiyyəti  obyekti 

yaratdığına  görə  haqq  ödəməlidir.  Bu  məsələ  barədə  mübahisə  yarana  bilər. 

Tutalım  ki,  işəgötürən  müəllifə şərtləndirilmiş məbləğdə haqq ödəməkdən imti­

na  edir.  Bununla  o,  müəllifin  əmlak  hüququnu  pozur.  Müəllifin  hüququ  var  ki, 

pozulmuş əmlak  hüququnu  müdafiə etsin.

Patent  sahibləri  m üdafiə  hüququnun  əsas  subyektidir  Bu, onunla  izah 

edilir ki,  sənaye  mülkiyyətindən istifadə üçün müstəsna hüquq (patent inhisarı) 

ona  məxsusdur.  Patent hüquqlarının  pozulması hallan məhz sənaye mülkiyyə­

ti  obyektindən  qanunsuz  (icazəsiz)  istifadə faktları  ilə  bağlıdır.  Belə faktlar pa­

tent  sahibinin  əmlak  hüquqlarının  pozulması  deməkdir.  Patent sahibinin əmlak 

hüquqlarına  toxunan  pozuntu  hallan  patent  sahibinə  hüquq verir ki,  o,  öz əm­

lak  mənafelərini  müdafiə etsin.

Digər  tərəfdən,  müdafiə  predmeti  olan  subyektiv  patent hüququ  patent  hü­

ququ  münasibəti  çərçivəsində  mövcud  olur.  Belə  ki,  o,  həmin  münasibətin 

məzmununu  təşkil  edən  elementlərdən  biridir.  Subyektiv  patent  hüququ  səla­

hiyyətli  şəxsə  -   patent  sahibinə  məxsus  olub,  bir neçə  səlahiyyətdən  (hüquqi 

imkandan)  ibarətdir.  Belə  səlahiyyətlərdən  biri  müdafiə  hüququ  (səlahiyyəti, 

hüquqi  imkanı)  hesab  edilir  ki,  o,  subyektiv  patent hüququnun  daşıyıcısı  (sahi­

bi) olan  patent sahibinə (səlahiyyətli şəxsə) məxsusdur.

M üdafiə  hüququ  dedikdə,  patent  sahibinə  (patent  hüquq  münasibəti­

nin  səlahiyyətli  şəxs  sayılan  tərəfinə)  verilən  elə  bir  səlahiyyət  (hüquqi 

im kan)  başa  d ü şü lü r  ki,  bu  səlahiyyətdən  istifadə edərək o,  öz pozulmuş 

patent  hüquqlarının  bərpası  və  ya  mübahisə  edilən  patent  hüquqlarının 

tanınm ası  üçün  hüquqqoruyucu  tədbirlər tətbiq edir.

Bunlardan  əlavə,  həm  müəllifin,  həm  də  patent sahiblərinin  hüquqi  varis­

ləri  (vərəsələri)  m üdafiə  hüququnun  subyekti  sayılırlar  Belə  ki,  sənaye 

mülkiyyəti  obyektinin  müəllifi  öldükdən  sonra  onun  şəxsi  hüquqlarının  müdafi­

əsini vərəsələri  həyata  keçirirlər.  Belə  halda  müəllifin vərəsələri  müdafiə hüqu­

qunun  subyekti  kimi  çıxış  edirlər.  Özü  də  vərəsələrin  müdafiə  etmək  hüququ 

müddətlə  məhdudlaşdırılmır.

Patent  sahibinin  vərəsələri  isə  ölümündən  sonra  onun  əmlak  hüquqlarını 

(müstəsna  istifadə  hüququnu,  haqq  almaq  hüququnu)  müdafiə  edirlər.  Bildiyi­

miz  kimi,  ölümündən  sonra  patent  sahibinin  əmlak  hüquqları  onun  vərəsələri­

nə  keçir.  Həmin  hüquqlar pozulduğu  halda,  vərəsələr onları müdafiə edə bilər­

lər.  Belə  halda  patent  sahibinin  vərəsələri  müdafiə  hüququnun  subyekti  qis­

mində çıxış edirlər.  Özü  də  onların əmlak xarakterli  patent hüquqlarını müdafiə 

etmək  hüququ  müddətlə  məhdudlaşdırılır.  Belə  ki,  patentin  qüvvədə  olma

383


patentin  etibarsız  sayılmasına əsas ola  bilən  hallar göstərilir ki,  biz,  bir az öncə 

həmin  hallaıdan danışdıq.

Patentin  qismən  etibarsız  sayılması  dedikdə,  patentin  yalnız  bir  hissəsi­

nin  ümumiyyətlə  qüvvəyə  mindiyi  andan  mövcud  olmaması  başa  düşülür. 

Onun  hüquqi  nəticəsi  isə  bundan  ibarətdir ki,  subyektiv patent  hüquqlarının  bir 

hissəsi  ləğv  edilir,  digər  hissəsi  isə  qüvvədə  qalmaqda  davam  edir.  Məsələn, 

ixtiranın  düsturunun  bir və ya  bir  neçə  bəndinin  ləğv  edilməsi  patentin  qismən 

etibarsız sayılmasına  səbəb olur.

Patenıin etibarsız  sayılması həm də patentə  sərəncam  verilm əsinə  yönə­

lən  m ülki-hüquqi  m üqavilələrin  etibarsızlığına  səbəb  olur.  Söhbət  hər 

şeydən  əvvəl,  patentin  (patent  hüquqlarının)  güzəşti  (sessiya)  müqaviləsin­

dən,  habelə  sənaye  mülkiyyəti  obyektindən  istifadə  hüququnun  verilməsi  ba­

rədə  lisenziya  müqaviləsindən  gedir.  Patent  hüququnu  özgəninkiləşdirən  şəxs 

əldə  etdiklərinin  hamısını  müqavilə  üzrə  kontragentinə  (patent  hüququnu  əldə 

edən  şəxsə və ya  istifadəçiyə)  qaytarmalıdır (restitusiya).

§ 9.  Subyektiv patent  hüquqlarının  müdafiəsi

Müəllif  yaratdığı  sənaye  mülkiyyəti  obyekti  üçün 

dövlətdən  (səlahiyyətli  dövlət orqanından) ona  görə 

patent  adlı  sənəd  alır  ki,  onu  (yəni  sənaye  mülkiy­

yəti  obyektini)  həmin  sənədin  köməyi  və vasitəsi  ilə 

qoruya  bilsin.  Sənaye  mülkiyyəti  obyektinin  (sub­

yektiv  patent  hüquqlarının)  patentlə  qorunması  əv­

vəldə  qeyd  etdiyimiz  kimi,  onu  ifadə  edir  ki,  sənaye  mülkiyyəti  obyektindən 

(patent hüquqlarından)  istifadə etmək  istəyən  hər bir şəxs  istifadə  üçün  patent 

alan  şəxsdən  (patent  sahibindən)  icazə  (razılıq)  almalıdır.  Belə  icazə  alınma­

dan  patentləşdirilmiş  sənaye  mülkiyyəti  obyektindən  (patent  hüquqlarından) 

hər  hansı  bir  şəxsin  istifadə  etməsi  hüquqazidd  hərəkətdir  və  buna  görə  də 

patent  hüquqlarının  pozulması  sayılır.  Patent  hüquqlarının  pozulması  isə  hə­

min  hüquqların  müdafiə olunmasını  şərtləndirir.

Deməli,  patent  hüquqlarının  (sənaye  mülkiyyəti  obyektinin)  qorunmasından 

yalnız  o  halda  danışmaq  olar  ki,  patent  hüquqlarından  (sənaye  mülkiyyəti  ob­

yektindən)  qanunsuz  (icazəsiz)  istifadə  olunmasın,  yəni  patent  hüquqları  po­

zulmasın  (patent  inhisarı  pozulmasın).  Patent  hüquqlarının  (sənaye  mülkiyyəti 

obyektinin)  müdafiəsindən  isə  yalnız  həmin  hüquqlar  pozulduğu  hallarda  söh­

bət gedə bilər.

Patent  hüquqlarını  müdafiə  etmək  patent  hüququ  institutunun  yerinə  ye­

tirdiyi  əsas  funksiyalardan  biridir.  Patent  hüququ  institutu  ilə  həm  şəxsi  hü­

quqlar,  həm  də  əmlak  hüquqları  müdafiə  oluna  bilər.  Bəzən  (subyektiv  pa­

tent  hüququ  ləğv  edildiyi  halda,  məsələn,  patentləşdirilmiş  məmulat  məhv  ol­

duğu  halda)  müdafiənin  müstəqil  predmetini  qanunla  qorunan  mənafe  təşkil 

edir.  Patent  hüququ  ilə  müdafiənin  əsas  məqsədi  isə  pozulmuş  patent  hü­

quqlarını  və  qanunla  qorunan  mənafeyi  bərpa  etməkdən,  mübahisə  yarandıq­

da  patent hüquqlarını tanıtdırmaqdan  ibarətdir.

Subyektiv  patent  hüquqları  pozulduqda  (patent  hüquqları  barədə  mü- 

382


Subyektiv patent 

hüquqlarının 

müdafiəsi anlayışı. 

Müdafiə  hüququnun 

subyektləri


bahisə  yarandıqda)  həmin  hüquqların  (qanunla  qorunan  mənafeyin)  bər­

pa  olunm asına  (patent  hüquqlarının  tanınmasına)  yönələn  tədbirlərin 

məcmusuna  patent  hüquqlarının  müdafiəsi  deyilir.

M üdafiə  hüququnun  subyekti  rolunda, hər şeydən  əvvəl,  sənaye mülkiy­

yəti  obyektinin  müəllifi  çıxış  edir.  Xüsusən  də  müəllifin  şəxsi  qeyri-əmlak  hü­

quqları  (sənaye  mülkiyyəti  obyektinin  müəllifi  kimi  tanınmaq  hüququ,  ad  hüqu­

qu  və  s.)  pozulduğu  hallarda,  o,  müdafiə  hüququnun  subyekti  olur.  Bundan 

əlavə,  müəllifin  əmlak  hüquqları  pozulduğu  hallarda  da  o,  müdafiə  hüququ  ilə 

təmin  edilir.  Məsələn,  işəgötürən  işçiyə  (müəllifə)  sənaye  mülkiyyəti  obyekti 

yaratdığına  görə  haqq  ödəməlidir.  Bu  məsələ  barədə  mübahisə yarana  bilər. 

Tutalım  ki,  işəgötürən  müəllifə  şərtləndirilmiş məbləğdə haqq ödəməkdən imti­

na  edir.  Bununla  o,  müəllifin  əmlak  hüququnu  pozur.  Müəllifin  hüququ  var ki, 

pozulmuş əmlak hüququnu  müdafiə etsin.

Patent  sahibləri  m üdafiə  hüququnun  əsas  subyektidir  Bu, onunla  izah 

edilir ki, sənaye  mülkiyyətindən  istifadə  üçün müstəsna hüquq (patent inhisarı) 

ona  məxsusdur.  Patent hüquqlarının pozulması halları məhz sənaye mülkiyyə­

ti  obyektindən  qanunsuz  (icazəsiz)  istifadə  faktları  ilə  bağlıdır.  Belə  faktlar  pa­

tent sahibinin  əmlak  hüquqlarının  pozulması  deməkdir.  Patent sahibinin  əmlak 

hüquqlarına  toxunan  pozuntu  halları  patent  sahibinə  hüquq  verir  ki,  o,  öz əm­

lak mənafelərini  müdafiə etsin.

Digər  tərəfdən,  müdafiə  predmeti  olan  subyektiv  patent  hüququ  patent  hü­

ququ  münasibəti  çərçivəsində  mövcud  olur.  Belə  ki,  o,  həmin  münasibətin 

məzmununu  təşkil  edən  elementlərdən  biridir.  Subyektiv  patent  hüququ  səla­

hiyyətli  şəxsə  -   patent  sahibinə  məxsus  olub,  bir neçə  səlahiyyətdən  (hüquqi 

imkandan)  ibarətdir.  Belə  səlahiyyətlərdən  biri  müdafiə  hüququ  (səlahiyyəti, 

hüquqi  imkanı)  hesab  edilir ki, o,  subyektiv patent hüququnun  daşıyıcısı (sahi­

bi) olan  patent sahibinə (səlahiyyətli şəxsə) məxsusdur.

Müdafiə  hüququ  dedikdə,  patent  sahibinə  (patent  hüquq  münasibəti­

nin  səlahiyyətli  şəxs  sayılan  tərəfinə)  verilən  elə  bir  səlahiyyət  (hüquqi 

im kan)  başa  d ü şü lü r  ki,  bu  səlahiyyətdən  istifadə edərək o, öz pozulmuş 

patent  hüquqlarının  bərpası  və  ya  mübahisə  edilən  patent  hüquqlarının 

tanınması  üçün  hüquqqoruyucu tədbirlər tətbiq edir.

Bunlardan  əlavə,  həm  müəllifin,  həm  də  patent  sahiblərinin  hüquqi  varis­

ləri  (vərəsələri)  müdafiə  hüququnun  subyekti  sayılırlar  Belə  ki,  sənaye 

mülkiyyəti  obyektinin  müəllifi  öldükdən  sonra  onun  şəxsi  hüquqlarının  müdafi­

əsini vərəsələri  həyata  keçirirlər.  Belə halda  müəllifin vərəsələri müdafiə hüqu­

qunun  subyekti  kimi  çıxış  edirlər.  Özü  də  vərəsələrin  müdafiə  etmək  hüququ 

müddətlə məhdudlaşdırılmır.

Patent  sahibinin  vərəsələri  isə  ölümündən  sonra  onun  əmlak  hüquqlarını 

(müstəsna  istifadə  hüququnu,  haqq  almaq  hüququnu)  müdafiə  edirlər.  Bildiyi­

miz  kimi,  ölümündən  sonra  patent  sahibinin  əmlak  hüquqları  onun  vərəsələri­

nə keçir.  Həmin  hüquqlar pozulduğu halda, vərəsələr onları müdafiə edə bilər­

lər.  Belə  halda  patent  sahibinin  vərəsələri  müdafiə  hüququnun  subyekti  qis­

mində çıxış edirlər.  Özü  də onların əmlak xarakterli patent hüquqlarını müdafiə 

etmək  hüququ  müddətlə  məhdudlaşdırılır.  Belə  ki,  patentin  qüvvədə  olma

383


Subyektiv patent 

hüququnun 

müdafiə forma 

və vasitələri

müddəti  başa  çatdıqda  sənaye  mülkiyyəti  obyekti  (patent  hüquqları)  qorun­

mur,  cəmiyyətin  ümumi  istifadəsinə  verilir və  sərbəst  istifadə  obyektinə  çevri­

lir.  Buna  görə  də  sənaye  mülkiyyəti  obyektindən  icazəsiz  (qanunsuz)  istifadə, 

yəni  patent  hüquqlarının  pozulması  halları  yaranmır.  Belə  halda  isə  əlbəttə, 

müdafiə hüququndan  danışmaq  olmaz.

İstifadəçi  (lisenziat)  rnüdafiə  hüququnun  subyekti  ola  bilər.  Belə  ki,  pa­

tent  sahibi  (lisenziar)  ilə  lisenziya  müqaviləsi  bağladıqdan  sonra  sənaye  mül­

kiyyəti  obyektindən  istifadə  hüququ  ona  keçir.  Əgər  həmin  hüquq  pozularsa, 

istifadəçi (lisenziat) onu müdafiə edir.

Patent  m üvəkkilini  müdafiə  hüququnun  subyekti  sırasına  daxil  etmək 

üçün  kifayət  qədər  əsaslar  vardır.  O,  peşəkar  nümayəndədir,  yəni  təmsilçidir. 

Buna  görə  də  patent  müvəkkili  məhkəmədə  patent  sahibinin  mənafelərini  mü­

dafiə  edir və səlahiyyətləri  çərçivəsində  işləri  yerinə  yetirir1.

Subyektiv  patent  hüququ  öz  hüquqi  təbiətinə  görə 

subyektiv  mülki  hüquq  sayılır.  Subyektiv  mülki  hüquq­

lar isə iki  formada  müdafiə olunur1

 2:

•   yurisdiksiya  formasında;



•   qeyri-yurisdiksiya  formasında.

Subyektiv patent  hüquqları da məhz göstərilən formalarda  müdafiə edilir.

Patent  hüquqlarının  yurisdiksiya  form asında  m üdafiəsi  səlahiyyətli 

dövlət  orqanlarının  köməyi  və  vasitəsi  ilə  həyata  keçirilir.  Belə  ki,  patent  hü­

quqları  pozulduqda  maraqlı  şəxs  (patent sahibi,  müəllif və  s.)  həmin  orqanlar­

dan  birinə  müraciət  edir.  Göstərilən  orqan  məsələyə  baxaraq  pozulmuş  hüqu­

qu  (mənafeyi)  bərpa  edir.  Patent mübahisələrinə  əsasən  müdafiənin  yurisdik- 

siyası formasında  baxılır.

Patent  hüquqlarının  yurisdiksiya  formasında  müdafiəsi  iki  qaydada  həyata 

keçirilir:

•   inzibati yurisdiksiya  qaydasında  (xüsusi  qaydada);

•   məhkəmə yurisdiksiya qaydasında  (ümumi  qaydada).

İnzibati  yurisdiksiya  dedikdə,  hüquqların  inzibati  qaydada,  yəni  Apellyasi- 

ya  Komissiyası  tərəfindən  müdafiə  olunması  başa  düşülür.  Yalnız  patent  haq­

qında  qanunda  birbaşa  nəzərdə  tutulduğu  hallarda,  patent  mübahisələrinə  in­

zibati qaydada  (Apellyasiya  Komissiyasında)  baxılır.  İnzibati  yurisdiksiya  həya­

ta  keçirilərkən  etiraz  kimi  hüquqi  vasitədən  istifadə  olunur.  İnzibati  qaydada 

müdafiə  de  məhz  etirazla  Apellyasiya  Komissiyasına  müraciət  olunmasını  ifa­

də edir.

Etirazın  predmeti  müxtəlif  məsələlər  ola  bilər.  Patent  haqqında  qanunda 

həmin  məsələlərin  dairəsi göstərilir.

Patentin  verilm əsindən  im tina  etirazın  predmeti  ola  bilən  məsələlərdən 

biridir.  Bildiyimiz  kimi,  iddia  sənədinin  ekspertizası  (həm  formal  ekspertiza, 

həm  də  patent  ekspertizası)  aparılarkən,  əgər  ekspertizanın  nəticəsi  mənfi

1 «Palcnt haqqında» qanunun 6-cı maddəsi.

2  Гражданское  право.  Учебник.  Часть  З/Под  рсд. 



А.П.Сергеева.  Ю.К.Толстого.

  М .  1998; 

Гражданское  право.  Учебник.  Том  I /   Под  ред. 

Е.А.Суханова.

  М .  1998; 



Allahverdiyev  S.S. 

Azərbaycan  Respublikasının  m ü lki hüququ.  Dərslik.  I cild.  1 kitab.  2003.

384


olarsa,  patent verilməsindən  imtina  olunması  barəsində  qərar qəbul  edilir.  Bu 

qərar barəsində  iddiaçı  2  ay ərzində Apellyasiya  Komissiyasına  etirazla müra­

ciət  edə  bilər.  2  aylıq  müddət  iddiaçının  qərarı  aldığı  gündən  hesablanır,  yəni 

başlayır* 1.  İddiaçı  müvafiq rüsum ödəməlidir.

Etirazın  predmeti  olan  digər  məsələ  sənaye  mülkiyyəti  obyekti  barəsin­

də  iddia  sənədinə aiddir.  Söhbət iddia sənədinə etirazdan gedir.  Belə ki.  istə­

nilən  maraqlı  şəxs dərc olunmuş iddia  sənədi barəsində əsaslandırılmış etiraz­

la  Apellyasiya  Komissiyasına  müraciət  edə  bilər.  Qanun  iddia  sənədinə  etiraz 

üçün  6  aylıq  müddət  müəyyən  edir.  Maraqlı  şəxs  məhz həmin  müddət ərzində 

Apellyasiya  Komissiyasına  etirazla  müraciət  edə  bilər.  6  aylıq  müddət  iddia  sə­

nədinin  patent  idarəsinin rəsmi bülletenində dərc olunduğu tarixdən hesablanır2.

Apellyasiya  Komissiyası  etiraza  baxaraq  iki  mümkün  olan  qərardan  birini 

qəbul  edir.  Əgər etiraz əsaslıdırsa,  Apellyasiya  Komissiyası  etirazın  tam və ya 

qismən  təmin  olunması  barədə  qərar  qəbul  edir.  Əksinə,  etiraz  əsassızdırsa, 

onda Apellyasiya  Komissiyası  etirazın  təmin olunmaması barədə qərar çıxarır.

Etirazın  predmeti  olan  digər  məsələ  iddiaçıların  ilkinlik  barəsində  müba­

hisələrinə  aiddir.  Belə  ki,  ilkinlik  barəsində  iddiaçılar  arasında  mübahisə  ya­

randığı hallarda,  həmin  mübahisəyə Apellyasiya Komissiyasında baxılır3.

Etirazın  predmetini  nəhayət,  patent  verilməsi  məsələsi  təşkil  edə  bilər. 

Əgər  patent  qanunun  tələblərinin  pozulması  ilə  verilərsə,  onda  istənilən  ma­

raqlı  şəxs  əsaslandırılmış  etirazla  Apellyasiya  Komissiyasına  müraciət edə  bi­

lər.  Biz,  bu barədə  əvvəlki yarımbaşlıqda danışmışıq.

Patent  hüquqlarının  m üdafiəsinin  məhkəmə  yurisdiksiyası  patent  mü­

bahisələrinin  həll  olunması  üçün  bilavasitə  məhkəmə  orqanlarına  müraciət 

edilməsidir.  Mübahisəyə  məhkəmə  qaydasında  baxmaq  məhkəmə yurisdiksi- 

yasının  mahiyyətini təşkil  edir.  Belə forma  iddia  kimi  hüquqi  vasitənin  kömə­

yi  ilə  həyata  keçirilir.  Məhkəmə qaydasında  baxılan  patent mübahisələrinin da­

irəsi  patent  haqqında qanunla  müəyyən edilir.  Onlara aiddir:

•   sənaye  mülkiyyəti  obyektlərinin  istifadəsi  ilə  bağlı  müəlliflə  patent sahi­

bi  (işəgötürən  olmayan)  arasındakı  mübahisələr (qanunun  11-ci mad­

dəsinin  4-cü  bəndi);

•   işəgötürən və  işçi  arasındakı  sənaye m ülkiyyəti obyektinə  dair yara­

nan  m übahisələr (qanunun  13-cü maddəsinin 9-cu bəndi);

•   sənaye  m ülkiyyəti  obyektindən  istifadə olunması  ilə  bağlı  olaraq ya­

ranan  m übahisələr (qanunun  14-cü maddəsinin 1-cü bəndi);

•   sənaye  mülkiyyəti  obyekti  barəsində  patent sahibləri  arasında  yaranan 

m übahisələr (qanunun  15-ci  maddəsinin 2-ci bəndi);

•   ilkin  istifadəçi  iiə  patent sahibi  arasında  yaranan  mübahisələr;

•   milli  təhlükəsizlik  maraqlarını  təmin etmək  məqsədilə  patent sahibinin  ra­

zılığı  olmadan  sənaye  mülkiyyəti  obyektindən  istifadə zamanı  patent sa­

hibinə  ödənilən  kompensasiya  məbləği  barədə  mübahisələr  (qanu­

nun  18-ci  maddəsi);

1 «Patent haqqında» qanunun 29-cu maddəsinin 6-cı  bondi. 

: «Patent haqqında» qanunun  31-ci  maddəsi.

1 «Patent  haqqında» qanunun 28-ci  maddəsinin  I  l-c i  bəndi.

385


•   lisenziya  müqaviləsi  ilə  bağlı  m übahisələr  (qanunun  19-cu  maddəsi­

nin 5-ci  bəndi);

•   patent sahibinin  sənaye  mülkiyyəti  obyektindən  istifadə  edə  bilmədiyi  hal­

larda  lisenziya  m üqaviləsi  bağlanması  ilə  əlaqədar  olaraq  yaranan 

mübahisələr (qanunun  20-ci  maddəsinin  2-ci  bəndi);

•   patent  hüquqlarının  pozulması  ilə  patent  sahibinə  dəym iş  zərərin  əvə­

zinin  ödənilməsi  barədə  m übahisələr (qanunun  24-cü  maddəsi).

Bunlardan  əlavə,  sənaye  mülkiyyəti  obyektinə  müəlliflik  hüququnun  tanın­

ması,  patent  sahibinin  müəyyən  edilməsi  və  digər  məsələlər  də  məhkəmə 

qaydasında  baxılır.  Bir sözlə,  patent haqqında  qanundan  irəli  gələn  patent mü­

bahisələrinə  (patentlə  bağlı  mübahisələrə)  məhkəmədə  baxılır’ .

Beləliklə,  hər  hansı  patent  mübahisəsinin  məhkəmə  qaydasında  və  ya  inzi­

bati  qaydada  həll  edilməsi  məsələsini  müəyyən  edərkən  patent  haqqında  qa­

nunun,  habelə  Mülki  Məcəllənin  göstərişlərini  əsas  tutmaq  lazımdır.  Həmin 

göstərişlərə  əsasən  patent  mübahisələrinin  qoxusunun  hansı  qaydada  həll 

edilməsini  müəyyənləşdirmək  mümkün  olur.  Bununla  belə,  praktikada  elə  pa­

tent  mübahisələri  yaranır  ki,  onların  hansı  qaydada  (məhkəmə  yurisdiksiyası 

və  ya  inzibati  yurisdiksiya  qaydasında)  həll  olunmasını  patent  haqqında  qa­

nunla  müəyyən  etmək  mümkün  olmur.  Belə  halda  həmin  mübahisələrin  yuris­

diksiya formasını təyin  etmək üçün  pozulmuş hüququn  təbiətini,  yəni  subyektiv 

mülki  hüquqa  və  ya  subyektiv inzibati  hüquqa  aid  olmasını  müəyyənləşdirmək 

lazımdır2 3

.  Əgər  inzibati  subyektiv  hüquq  pozularsa,  onda  həmin  hüquq  inzibati 

hüquqi  qaydada  müdafiə  olunmalıdır2.  Məsələn,  səlahiyyətli  dövlət  orqanı  sə­

naye mülkiyyəti  obyektinin  rəsmi  tanınma  (qiymətvermə)  aktını  həyata  keçirər­

kən,  pozulan  hüquq  subyektiv  inzibati  hüquq  olduğuna  görə  inzibati  qaydada 

müdafiə  edilməlidir.

Əksinə,  subyektiv  mülki  hüquqlar  pozularsa,  onda  həmin  hüquqlar  məhkə­

mə  qaydasında  müdafiə  olunmalıdır.  Məsələn,  sənaye  mülkiyyəti  obyekti  ilə 

bağlı  patent sahibinə əmlak zərəri vurulması  hallarında,  subyektiv  mülki  hüquq 

pozulduğuna  görə məsələ məhkəmə qaydasında  həll edilməlidir.

Göstərilən  yurisdiksiya  formalarından  başqa,  patent  mübahisələrinin  həll 

edilməsində  qarışıq  və  alternativ  kimi  yurisdiksiya  formalarından  da  istifadə 

edilə  bilər4.

Qarışıq  yu risdiksiya  elə  bir  müdafiə  formasıdır  ki,  bu  forma  patent  müba­

hisəsinin  məhkəmə  qaydasında  həllindən  əvvəl  (qabaq)  maraqlı  şəxsin  ilk 

növbədə  etirazla  Apellyasiya  Komissiyasına  müraciət  etməsini  nəzərdə  tutur. 

Başqa  sözlə  desək,  maraqlı  şəxs  məhkəmədə  iddia  verməmişdən  qabaq  inzi­

bati  yurisdiksiya  müdafiə  formasından  istifadə  etməlidir.  Buna  görə  də  qarışıq 

yurisdiksiya formasına  görə inzibati yurisdiksiya  məhkəmə yurisdiksiyasının  la­

büd  (məcburi)  şərti  sayılır.  Maraqlı  şəxs  əvvəlcə  etirazla  Apellyasiya  Komissi­

'  «Patent haqqında» qanunun 40-cı  maddosi.



Иоффе O.C.

  Советское гражданское право.  К ур с лекций.  Часть 3. Л .  1965, с.  142.



Юрченко А.К.

  Проблемы советского  изобретательского права. Л.  1963, с. 43.

4  Bu  formalar  barodo  bax: 

Allahverdiyev S.S.

  Azərbaycan  Respublikasının  m ü lki  hüququ.  Dərslik. 

Bakı  2 0 0 3 .1 cild .  I kitab.

386


yasına  müraciət  etməlidir.  Əgər o,  Apellyasiya  Komissiyasının  qərarından  razı 

qalmazsa,  məhkəmə qaydasında iddia verməlidir.

A lternativ  yurisdiksiya  patent  mübahisəsinin  həll  olunması  üçün  maraqlı 

şəxsə  mümkün  olan  iki  variantdan  -  ya  inzibati  yurisdiksiya, ya  da  məhkəmə 

yurisdiksiyasından  istifadə  etmək hüququ  (imkanı) verir.  Maraqlı şəxs  öz istək 

və  mülahizəsi  ilə  yurisdiksiya  formalarından  birini  seçir.  Məsələn,  patentin  eti­

barsız  sayılmasına  dair yaranan  mübahisələrə Apellyasiya  Komissiyasında və 

ya  məhkəmədə baxılır'.

Patent  hüquqları  həm  də  qeyri-yurisdiksiya  formasında  müdafiə  oluna 

bilər.  Lakin  patent  hüquqlarının  müdafiəsi  sahəsində  qeyri-yurisdiksiya  forma­

sının  rolu  və  əhəmiyyəti  yurisdiksiya formasına  nisbətən  müqayisəedilməz də­

rəcədə  azdır.  Belə  müdafiə formasından  nadir hallarda,  son dərəcə az-az mə­

qamlarda  istifadə  olunur.

Patent  hüquqlarının  qeyri-yurisdiksiya  forması  dedikdə,  zərərçəkən 

şəxsin  müstəqil  surətdə zəruri  tədbirlər görməklə,  səlahiyyətli dövlət orqanları­

nın  köməyi  olmadan  öz  pozulmuş  hüquqlarını  bərpa  etməsi  başa  düşülür. 

Özünüm üdafiə  qeyri-yurisdiksiya  formasının  növlərindən biridir.  Məsələn, hər 

hansı  şəxs  mühəndisin  etdiyi  ixtiranın  çertyojlarını  və  başqa  materiallarını  gö­

türür və  onları  qaytarmaqdan  imtina edir.  Çertyojların və digər materialların xa­

rab olmaq  (korlanmaq) təhlükəsi  yaranır.  Ixtiraçı öz səyi və  qüvvəsi  ilə,  müstə­

qil  surətdə  onları  geri  alır.  Belə  halda  özünümüdafiə  (özünəyardım) formasın­

dan  istifadə  olunur.

O perativ  tə sir  tədbirləri  qeyri-yurisdiksiya  formasının  digər  növüdür.  Mə­

sələn,  patent sahibi  lisenziat  (istifadəçi) vicdansız olduğuna görə lisenziya mü­

qaviləsinin  icrasından  imtina edir.  Başqa bir misalda işəgötürən (patent sahibi) 

müəllifin  (işçinin)  öz  üzərinə  düşən  vəzifəsini  lazımınca  yerinə  yetirmədiyinə 

görə ona  haqq  ödəməyi  ləngidir və s.

Patent  hüquqları  subyektiv  mülki  hüquqlar sırası­

na  daxil  olduğuna  görə onların  müdafiəsi zamanı 

mülki-hüquqi  müdafiə  üsulları  tətbiq  edilir.  Patent 

hüquqları  pozulduqda  məhz  həmin  üsulların  kö­

məyi  ilə  bərpa  olunur və  ya  mübahisə olunan  hü­

quqlar tanınır,  bir sözlə,  müdafiə olunur.

Patent  hüquqlarının  müdafiə  üsulları  dedikdə,  tətbiq  olunan  elə mülki- 

hüquqi  m üdafiə  üsulları  başa  düşülür  ki,  bu  üsulların  köməyi  ilə  onlar 

bərpa  o lunur və ya tanınır.

Müdafiə  hüququnun  subyekti  kimi  əlamətə  görə  patent  hüquqlarının 

müdafiə  olunmasında  istifadə olunan  mülki-hüquqi üsulları əsasən  iki yerə böl­

mək olar:

•   müəllifin  hüquqlarının  mülki-hüquqi müdafiə üsullarına;

•   patent sahibinin  hüquqlarının  mülki-hüquqi müdafiə  üsullarına.

Belə  bölgünün  praktiki  baxımından  böyük  əhəmiyyəti vardır.  Belə ki,  prakti­

kada  müəllifin  əsasən  şəxsi  qeyri-əmlak  hüquqları  pozulur.  Ona  görə  də  belə

Patent hüquqlarının 

müdafiəsində 

istifadə olunan mülki- 

hüquqi  üsullar

«Patcnl  haqqında» qanunun  37-ci  maddəsinin 3-cü  bəndi.

387


hüquqların  müdafiə  olunmasında  qeyri-əmlak  xarakterli  m ülki-hüquqi  mü­

dafiə  üsullarından  istifadə  olunmalıdır.  Digər  tərəfdən,  müəllifin  şəxsi  qeyri- 

əmlak  hüquqları  (məsələn  .müəlliflik  hüququ,  ad  hüququ  və  s.)  mütləq  xarak­

terə  malik  olduğuna  görə  istənilən  şəxs  tərəfindən  pozula  bilər.  Deməli,  belə 

hüquqlar istənilən şəxsdən  (hamıdan və hər kəsdən) müdafiə olunmalıdır.

Praktikada  patent  sahibinin  isə  əsasən  əmlak  (istifadə)  hüquqları  pozulur. 

Ona  görə  də  belə  hallarda  əmlak  xarakterli  m üdafiə  üsulları  tətbiq  edilməli­

dir.  Digər  tərəfdən,  patent  sahibinin  əmlak  hüquqları,  adətən,  konkret  şəxs, 

yəni  lisenziya  müqaviləsi  üzrə  istifadəçi  (lisenziat)  tərəfindən  pozula  bilər.  Bu­

na  görə  də  belə  hüquqlar konkret şəxs tərəfindən  müdafiə  edilməlidir.

Bunlara  görə  də  tətbiq  olunmaq  üçün  konkret  mülki-hüquqi  müdafiə  üsul 

növünün  seçilməsi  məsələsi  kimin,  yəni  müəllifin  və  ya  patent  sahibinin  hü­

quqlarının  pozulmasından  asılı  olaraq  müəyyənləşdirilir.  Digər tərəfdən,  həmin 

məsələnin  həlli  hüquq  pozuntusunun  növündən  və  nəticəsindən  asılıdır.  Pa­

tent  hüquqlarının  müdafiəsi  sahəsində  istifadə  olunan  mülki-hüquqi  müdafiə 

üsulları  isə  bunlardan  ibarətdir:

•   hüququn  tanınması;

•  hüquqların  pozulmasınadək  mövcud olan vəziyyətin  bərpa  edilməsi;

•   hüquqları pozan  hərəkətlərin  qarşısının  alınması;

•   vəzifənin  icrasının  natura  ilə  müəyyən edilməsi

•   hüququ  pozulmuş  şəxsdən  zərərin  əvəzinin  alınması  (zərərin  əvəzini

ödəmə);


•   mənəvi zərərin  kompensasiyası;

•   dəbbə pulu (cərimə,  penya) və s.

Mülki  hüquq  nəzəriyyəsində  mülki-hüquqi  müdafiə  üsulları  iki  yerə  bölünür: 

məsuliyyət  tədbirlərinə  (zərərin  əvəzinin  alınması;  mənəvi  zərərin  kompen­

sasiyası;  dəbbə  pulu);  müdafiə  tədbirlərinə  (siyahıda  göstərilən  qalan  müda­

fiə  üsulları  və  digərləri)1.  Patent  hüquqlarının  müdafiəsində  həm  məsuliyyət 

tədbirləri,  həm də müdafiə tədbirləri tətbiq  edilə  bilər.

Müdafiə üsulları,  digər tərəfdən,  əmlak və  qeyri-əm lak  xarakterli  üsullara 

bölünür.  Patent  hüquqlarının  müdafiəsində  həm  əmlak  xarakterli  (məsələn, 

zərərin  əvəzini  ödəmə),  həm  də  qeyri-əmlak  xarakterli  mülki-hüquqi  müdafiə 

üsullarının (məsələn,  hüququn tanınması və s.) istifadə olunması  mümkündür.

Hüququn  tanınması  müəllifin  hüquqlarının  müdafiə­

si  sahəsində  istifadə  olunan  əsas  mülki-hüquqi  mü­

dafiə  üsullarından  biridir.  Bu  üsul  əsasən  o  halda 

tətbiq olunur ki,  sənaye  mülkiyyəti  obyektinə  müəllif­

lik  hüququnun  kimə  məxsus  olması  barədə  mübahi­

sə  yaransın,  həmin  hüquq  tanınmasın  və  inkar  olunsun.  Hüququn  tanınması 

mülkiyyət hüququnun və  digər müstəsna  hüquqların  (o cümlədən  sənaye  mül­

kiyyəti obyektlərinə  müəlliflik  hüququnun  )  müdafiəsi  sahəsində  geniş yayılmış 

mülki-hüquqi  üsul kimi  məlumdur.



Müəllifin

hüquqlarının mülki- 

hüquqi üsullarla 

müdafiəsi

!  МисЬПо  və  məsuliyyət  tədbirləri  arasındakı  fərqli  cəlıətlərə  bax: 

Allahverdiyev S.S.

  Azərbaycan 

Respublikasının mülk;  hüququ.  Dərslik.  Bakı.  I  cild.  I kilab.  2003.

388


Sənaye  mülkiyyəti  obyektinə müəlliflik hüququ  (müəlliflik)  barədə mübahisə 

o halda  yaranır ki,  başqa  b ir şəxs özünü  sənaye  mülkiyyəti  obyektinin  hə­

qiqi  (əsl)  m üəllifi  kim i  qələmə  verir.  Başqa  sözlə  desək,  müəyyən  edilir ki, 

sənaye  mülkiyyəti  obyektini  öz adına rəsmiləşdirən şəxs yox, tamamilə  başqa 

şəxs  həmin  obyektin  həqiqi  (əsl)  müəllifidir.  Söhbət özgə  şəxsin  yaratdığı  sə­

naye  m ülkiyyəti  obyektinin  mənimsənilməsi  məsələsindən  gedir.

Mübahisə  sənaye  mülkiyyəti  obyektinə  şərikli  müəlliflik məsələsi  barəsində 

də yarana  bilər.  Belə  ki,  iddiaçılardan  biri  hesab edir ki,  sənaye  mülkiyyəti ob­

yektinin  yaradılmasında  şəxsən  onun da  yaradıcı  əməyi olmuşdur və  buna  gö­

rə  də şərik müəllif kimi tanınmalıdır.  Özünü sənaye mülkiyyəti obyektinin yega­

nə  (tək)  müəllifi  sayan  şəxs  isə  iddia  edir  ki,  həmin  şəxsin  sənaye  mülkiyyəti 

obyektinin yaradılmasında  şəxsən yaradıcı əməyi olmamışdır,  ona yalnız texni­

ki yardım  etmişdir və buna  görə də o, sənaye  mülkiyyəti obyektinin şərik müəl­

lifi  sayıla  bilməz.  Göstərilən  şəxslər  arasında  bununla  mübahisə yaranır.  Baş­

qa  bir  misalda  patent  almaq  (iddia  sənədi  vermək)  hüququnun  kimə  məxsus 

olması  barədə  işəgötürənlə işçi  (müəllif) arasında mübahisə əmələ gəlir.

Mübahisəni  həll  etmək  üçün  hüququn  tanınması  kimi  müdafiə  üsulundan 

istifadə  olunur.  Bu  üsul  öz  təbiətinə  görə  yalnız  yurisdiksiya  (məhkəmə) 

qaydasında  həyata  keçirilə  bilər.  Onun  qeyri-yurisdiksiya  formasında  (mə­

sələn,  iddiaçının  hər  hansı  bir  müstəqil  birtərəfli  hərəkət  etməsi  formasında, 

yəni özunəyardım formasında  və s.)  realizə olunması  qeyri-mümkündür.

Maraqlı  şəxs  məhkəməyə  m üəlliflik  hüququnun  tanınması  barədə  iddia 

verməlidir.  Onun  tələbi  cavabdehə  yox,  məhkəməyə  yönəlir.  Belə  ki,  məhkə­

mə  iddiaçının  mübahisəli  hüquqa  malik olub-olmamasını rəsmən təsdiq edir.

Müəlliflik  hüququnun  tanınması  barədə iddia  patent almaq  üçün  iddia  sənə­

di verildiyi andan  patentin qüvvədə olduğu  müddət ərzində verilə bilər.

Müəlliflik  barədə  mübahisə  əsasən  sənaye  mülkiyyəti  obyekti  rəsmiləşdiri- 

lənə  kimi  yaranır.  Belə  halda  da  şəxs  hüququn  tanınması  barədə  iddia  ilə 

məhkəməyə  müraciət  edə  bilər. Amma  məsələ  burasındadır ki,  məhkəmə onu 

həll  edə  bilməz.  Belə  ki,  təklif  edilmiş  nailiyyətin  (həllin)  rəsmən  sənaye  mül­

kiyyəti  obyekti  kimi  tanınması  (qiymətləndirilməsi)  həmin  vaxtda  hələlik  bəlli 

(məlum) olmur.  Məhkəmənin  isə rəsmi tanıma (qiymətvermə) aktını həyata  ke­

çirmək  səlahiyyəti  yoxdur.  Buna  görə  də  göstərilən  hallarda  məhkəmə  iş  üzrə 

icraatı  dayandırır.  Patent  idarəsi  isə  təklif  olunan  nailiyyətin  (həllin)  sənaye 

mülkiyyəti  obyekti  kimi  tanınması  (qiymətləndirilməsi)  üçün  zəruri  olan  bütün 

hərəkətləri  müəllifin  kim  olmasından  asılı  olmayaraq  yerinə  yetirir.  Patent ida­

rəsi  müsbət  qərar  qəbul  etdikdə  iş  üzrə  məhkəmə  icraatı  təzələnir.  Məhkəmə 

öz qərarı  ilə sənaye  mülkiyyəti obyektinə müəllifliyi  müəyyən edir.

Hüquqların  pozulmasınadək  mövcud  olan  vəziyyətin  bərpa  olunması 

(restitusiya)  müəllifin  hüquqlarının  müdafiəsində  tətbiq  olunan  mülki-hüquqi 

üsullardan  biridir.  Bu  üsuldan  əsasən  sənaye  mülkiyyəti obyekti  müəllifinin ad 

hüququ  pozulduğu  hallarda  istifadə olunur.  Müəllifin ad hüququ  isə adətən, üç 

halda  pozulur.

Birincisi,  öz yaradıcı əməyi  ilə  sənaye  mülkiyyəti obyektini yaratmış  müəl­

lifin   həqiqi  (əsl)  adı tə h rif edilir.  Müəllifin adı toxunulmazdır və onun toxunul-

389


mazlığı  qorunur.  Buna  görə  də  müəllifin  adının  işarəsinə  (yəni  adının  göstəril­

məsinə)  hər hansı  bir dəyişiklik  etmək  qadağandır.  Həm  rəsmi,  həm  də  qeyri- 

rəsmi  məlumatlarda  müəllifin  adı  düz  və  dəqiq,  necə  deyərlər,  olduğu  kimi 

göstərilməlidir.  Əgər göstərilən  tələblərə  əməl  olunmazsa,  bu,  müəllifin  ad  hü­

ququnun pozulması  deməkdir.

ikincisi,  patent idarəsinin  rəsmi  bülletenində  iddia  sənədi  barəsində,  habe­

lə patent haqqında  məlumatlar dərc edilən  zaman  sənaye  m ülkiyyə ti  obyek­

ti  m üəllifinin  adı  göstərilm əlidir.  Sənaye  mülkiyyəti  obyektinə  istinad  edən 

bütün  şəxslər  müəllif  qismində  yalnız  o  şəxsi  göstərməlidirlər  ki,  onun  həmin 

obyektə  müəllifliyi  rəsmən  tanınsın.  Əgər  məlumatlarda  müəllifin  adı  göstəril­

məzsə.  bu,  müəllifin  ad hüququnun  pozulmasını  ifadə  edir.

Üçüncüsü,  sənaye  mülkiyyəti  obyektini  yaradan  şəxs  iddia  sənədi  və veril­

miş patent  barəsində  dərc olunmuş məlumatlarda özünün  m ü ə llif kim i  göstə­

rilməsindən  imtina  edə  bilər.  Onun  belə  hüququ  vardır.  Əgər müəllifin  imtina 

hüququ  həyata  keçirilməzsə,  yəni  məlumatlarda  müəllifin  adı  göstərilərsə,  bu, 

onun ad  hüququnun  pozulmasını  bildirir.

Hər  üç  halda  müəllifin  ad  hüququnun  pozulması  davam edici  xarakterə 

malik  olur,  yəni  pozuntu  kəsilməyərək  mövcud  olmaqda  davam  edir.  Hüquq 

pozuntusunun  nəticəsini  aradan  qaldırmaq  yolu  ilə,  yəni  məlumatlarda  düzə­

lişlər  etməklə  müəllifin  pozulmuş  ad  hüququ  real  surətdə  bərpa  oluna  bilər. 

Göstərilən  üsulun mahiyyəti  də  bundan  ibarətdir.  Həmin  üsul  həm yurisdiksiya 

formasında,  həm  də  qeyri-yurisdiksiya  form asında  tətbiq  edilə  bilər.  Yuris­

diksiya  forması  tətbiq  ediləndə  müdafiə  vasitəsi  hüquqların  pozulmasınadək 

mövcud olan  vəziyyətin  bərpa edilməsi  barədə  iddia vermək  hesab olunur.

Hüququ  pozan  hərəkətlərin  qarşısının  alınması  müəllifin  hüquqlarının 

müdafiəsində  istifadə  oluna  bilən  üsullardan  biridir.  Bu  da  subyektiv  hüquqla­

rın  geniş  yayılmış  müdafiə  üsuludur.  Göstərilən  üsuldan,  adətən,  müəllifin  pa­

tent  almaq  (patent  almaq  üçün  iddia  sənədi  vermək)  hüququ  pozulduğu  hal­

larda  istifadə  olunur.  Belə  ki,  bəzən  sənaye  mülkiyyəti  obyektini  yaradan  şəx­

sin  (həqiqi  müəllifin) yaradıcılıq  ideyası  başqa  hər hansı  bir şəxsə  məlum  olur. 

Həmin  şəxs  öz  adına  patent  almaq  üçün  iddia  sənədi  verir  və  sənaye  mülkiy­

yəti  obyektini  özününkü  hesab  edir.  Belə  halda  həqiqi  müəllifin  patent  almaq 

hüququ  (patent  almaq  üçün  iddia  sənədi  vermək  hüququ)  pozulur.  Pozulmuş 

hüququnu  müdafiə  etmək  üçün  o,  hüququ  pozan  şəxsdən  qanunsuz  hərə­

kətin  qarşısının  alınması  (dayandırılması)  barədə  iddia verir.  Belə  iddianın 

istər patent alınmasından əvvəl,  istərsə də patent alınmasından  sonra verilmə­

si  mümkündür.  Özü  də  bir qayda  olaraq,  həmin  iddia  müəlliflik  hüququnun  ta­

nınması  barədə  iddia  ilə  eyni  vaxtda  verilir.  Məsələn,  sənaye  mülkiyyəti  ob­

yektinin  yaradılmasında  şəxsən  yaradıcı əməyi  olmayan  müəllifə  yalnız texniki 

yardım  edən  şəxs  patent  almaq  üçün  iddia  sənədi  verir  və  iddia  sənədində 

özünü  sənaye  mülkiyyəti  obyektinin  müəllifi  kimi  göstərir.  Göstərilən  halda 

müəllifin  iki  növ  hüququ  pozulur:  müəlliflik  hüququ  (sənaye  mülkiyyəti  obyekti­

nin  müəllifi  kimi  tanınmaq  hüququ);  patent  almaq  üçün  iddia  sənədi  vermək 

hüququ  (patent  almaq  hüququ).  Buna  görə  də  müəllif iki  cür iddia  verir:  müəl­

liflik hüququnun tanınması  barədə  iddia;  hüququ  pozan  (qanunsuz)  hərəkətlə­

390


rin  qarşısının alınması  (dayandırılması) barədə iddia.

Barəsində  danışdığımız  iddia  müstəqil  əhəmiyyətə  də  malik  ola  bilər,  yəni 

müstəqil  iddia  kimi  də  verilə  bilər.  Məsələn,  müəssisədə  işləyən  müəllif (işçi) 

xidməti  olmayan  sənaye  mülkiyyəti  obyekti yaradır.  Müəssisə  (işəgötürən) id­

dia  edir  ki,  xidməti  sənaye  mülkiyyəti  obyekti  yaradılmışdır  və  buna  görə  də 

patent  almaq  hüququ  ona  məxsusdur.  Buna  istinad edərək işəgötürən  (müəs­

sisə)  patent  almaq  üçün iddia  sənədi verir və müəllifin  patent almaq hüququnu 

(iddia  sənədini  vermək  hüququnu)  pozur.  Müəllif onun  hüququnu  pozan  hərə­

kətlərin  qarşısının  alınması  barədə  iddia verir.  Əgər müəllifin patent almaq hü­

ququ  (iddia  sənədi  vermək  hüququ)  pozulmazsa,  sadəcə olaraq  həmin  hüqu­

qun  kimə  məxsus  olması  barədə  mübahisə yaranarsa,  onda patent almaq hü­

ququnun  (patent sahibi olmaq  hüququnun) tanınması barədə iddia verilməlidir.

Verilm iş  patentin  etibarsız  sayılması  kimi  mülki-hüquqi  üsul  müəllifin  hü­

quqlarını  müdafiə  etmək üçün  istifadə oluna  bilər.  Bu  üsuldan müəllif o halda  is­

tifadə edə  bilər ki,  patent onu almaq  hüququ olmayan şəxsə verilsin. Belə halda 

müəllif  patentin  etibarsız  hesab  edilməsi  barədə  iddia  ilə  məhkəməyə müraciət 

edə  bilər.  Patent yalnız yurisdiksiya formasında etibarsız hesab edilir.

Real  icra  m ülki-hüquqi  üsulu  ilə də müəllif öz pozulmuş hüququnu  müda­

fiə edə  bilər.  Ona  vəzifənin  icrasının  natura  ilə  müəyyən  edilməsi  üsulu  da 

deyilir.  Real  icra  üsulunun  mahiyyəti  ondan  ibarətdir ki,  müəllifin tələbi  ilə  hü­

quq  pozuntusu  törədən  şəxs  onları  bir-birinə  bağlayan  öhdəliyə  görə,  yerinə 

yetirməyə  borclu olduğu  hərəkəti  real surətdə icra etməlidir.  Hüquq  pozuntusu 

törədən  şəxs  öhdəliyin  obyekti  olan  hərəkəti  faktiki  olaraq  yerinə  yetirməlidir. 

Məsələn,  qanun  müəyyən  edir ki,  işəgötürən  işçiyə sənaye  mülkiyyəti obyekti­

nə  görə  aralarında  bağlanmış  müqavilənin  şərtlərinə  uyğun  olaraq  müvafiq 

məbləğdə  haqq  ödəməlidir.  Onlar arasında  pul  öhdəliyi  yaranır ki,  ödəmək  ki­

mi  hərəkət  həmin  öhdəliyin  obyektini  təşkil  edir.  İşəgötürən  müəllifə  pul  ver­

mir.  Bu  isə  müəllifin  haqq  almaq  kimi hüququnun  pozulması  deməkdir.  Müəllif 

pozulmuş  hüququnu  müdafiə etmək  üçün  öhdəliyin  (vəzifənin) real surətdə ic­

ra olunması  barədə  iddia  ilə  məhkəməyə  müraciət edir.

Mülki-hüquqi  müdafiə  üsulları  o  halda  tətbiq  edilə  bi­

lər  ki,  patent  sahibinin  hüquqları  (patent  hüquqları) 

pozulsun.  Yalnız  patent  hüquqları  pozulduğu  hallar­

da,  mülki-hüquqi üsullarla  müdafiədən istifadə olunur. 

Patent  hüquqlarının  pozulmasına  səbəb  ola  bilən 

halların  dairəsi  kifayət  qədər  genişdir.  Belə  hallar  həm  müqavilədənkənar, 

həm  də  lisenziya  müqaviləsi  çərçivəsində  yarana  bilər.  Müqavilədənkənar 

pozuntu  hallan  dedikdə,  sərbəst istifadə  halları istisna olmaqla,  patentləşdiril- 

miş  (patentlə qorunan) sənaye  mülkiyyəti obyektindən  hər hansı  bir şəxsin pa­

tent  sahibinin  razılığı  (icazəsi)  olmadan  istifadə  (qanunsuz  istifadə)  halları  ba­

şa  düşülür.  Patent sahibinin  razılığı olmadan  istifadə,  yəni  qanunsuz  istifadə 

dedikdə  isə  patentləşdirilmiş  sənaye  mülkiyyəti  obyektinin  icazəsiz  təsərrüfat 

dövriyyəsinə  daxil  edilməsi  başa düşülür.  Təsərrüfat dövriyyəsinə sənaye mül­

kiyyəti obyektinin  icazəsiz daxil edilməsinin  halları isə müxtəlifdir.  Həmin halla-

Patent sahibinin 

hüquqlarının 

mülki-hüquqi 

üsullarla müdafiəsi

391


mazlığı  qorunur.  Buna  görə  də  müəllifin  adının  işarəsinə  (yəni  adının  göstəril­

məsinə)  hər  hansı  bir  dəyişiklik  etmək  qadağandır.  Həm  rəsmi,  həm  də  qeyri- 

rəsmi  məlumatlarda  müəllifin  adı  düz  və  dəqiq,  necə  deyərlər,  olduğu  kimi 

göstərilməlidir.  Əgər göstərilən  tələblərə  əməl  olunmazsa,  bu,  müəllifin  ad  hü­

ququnun pozulması  deməkdir.

İkincisi,  patent  idarəsinin  rəsmi  bülletenində  iddia  sənədi  barəsində,  habe­

lə patent haqqında  məlumatlar dərc edilən  zaman  sənaye  m ülkiyyəti  obyek­

ti  müəllifinin  adı  göstərilm əlidir.  Sənaye  mülkiyyəti  obyektinə  istinad  edən 

bütün  şəxslər  müəllif  qismində  yalnız  o  şəxsi  göstərməlidirlər  ki,  onun  həmin 

obyektə  müəllifliyi  rəsmən  tanınsın.  Əgər  məlumatlarda  müəllifin  adı  göstəril­

məzsə,  bu,  müəllifin ad  hüququnun  pozulmasını  ifadə edir.

Üçüncüsü,  sənaye  mülkiyyəti  obyektini  yaradan  şəxs  iddia  sənədi  və  veril­

miş patent  barəsində  dərc olunmuş məlumatlarda  özünün  m üə llif kim i  göstə­

rilməsindən  im tina  edə  bilər.  Onun  belə  hüququ  vardır.  Əgər müəllifin  imtina 

hüququ  həyata  keçirilməzsə,  yəni  məlumatlarda  müəllifin  adı  göstərilərsə,  bu, 

onun  ad  hüququnun  pozulmasını  bildirir.

Hər  üç  halda  müəllifin  ad  hüququnun  pozulması  davam edici  xarakterə 

malik  olur,  yəni  pozuntu  kəsilməyərək  mövcud  olmaqda  davam  edir.  Hüquq 

pozuntusunun  nəticəsini  aradan  qaldırmaq  yolu  ilə,  yəni  məlumatlarda  düzə­

lişlər  etməklə  müəllifin  pozulmuş  ad  hüququ  real  surətdə  bərpa  oluna  bilər. 

Göstərilən  üsulun  mahiyyəti  də  bundan ibarətdir.  Həmin  üsul  həm  yurisdiksiya 

formasında,  həm  də  qeyri-yurisdiksiya  formasında  tətbiq  edilə  bilər.  Yuris­

diksiya  forması  tətbiq  ediləndə  müdafiə  vasitəsi  hüquqların  pozulmasmadak 

mövcud olan vəziyyətin  bərpa edilməsi  barədə iddia vermək hesab olunur.

Hüququ  pozan  hərəkətlərin  qarşısının  alınması  müəllifin  hüquqlarının 

müdafiəsində  istifadə  oluna  bilən  üsullardan  biridir.  Bu  da  subyektiv  hüquqla­

rın  geniş yayılmış  müdafiə  üsuludur.  Göstərilən  üsuldan,  adətən,  müəllifin  pa­

tent  almaq  (patent  almaq  üçün  iddia  sənədi  vermək)  hüququ  pozulduğu  hal­

larda  istifadə olunur.  Belə  ki,  bəzən  sənaye  mülkiyyəti  obyektini  yaradan  şəx­

sin  (həqiqi  müəllifin) yaradıcılıq ideyası  başqa  hər hansı  bir şəxsə  məlum  olur. 

Həmin  şəxs öz  adına  patent  almaq  üçün  iddia  sənədi  verir  və  sənaye  mülkiy­

yəti  obyektini  özününkü  hesab  edir.  Belə  halda  həqiqi  müəllifin  patent  almaq 

hüququ  (patent  almaq  üçün  iddia  sənədi  vermək  hüququ)  pozulur.  Pozulmuş 

hüququnu  müdafiə  etmək  üçün  o,  hüququ  pozan  şəxsdən  qanunsuz  hərə­

kətin  qarşısının  alınması  (dayandırılması) barədə  iddia verir.  Belə  iddianın 

istər patent alınmasından əvvəl,  istərsə də patent alınmasından sonra verilmə­

si  mümkündür.  Özü  də  bir qayda  olaraq,  həmin  iddia  müəlliflik  hüququnun  ta­

nınması  barədə  iddia  ilə  eyni  vaxtda  verilir.  Məsələn,  sənaye  mülkiyyəti  ob­

yektinin  yaradılmasında  şəxsən  yaradıcı  əməyi  olmayan  müəllifə  yalnız texniki 

yardım  edən  şəxs  patent  almaq  üçün  iddia  sənədi  verir  və  iddia  sənədində 

özünü  sənaye  mülkiyyəti  obyektinin  müəllifi  kimi  göstərir.  Göstərilən  halda 

müəllifin  iki  növ hüququ  pozulur:  müəlliflik  hüququ  (sənaye  mülkiyyəti obyekti­

nin  müəllifi  kimi  tanınmaq  hüququ);  patent  almaq  üçün  iddia  sənədi  vermək 

hüququ  (patent  almaq  hüququ).  Buna  görə  də  müəllif iki  cür iddia  verir:  müəl­

liflik  hüququnun  tanınması  barədə  iddia;  hüququ  pozan  (qanunsuz)  hərəkətlə­

390


rin  qarşısının  alınması (dayandırılması) barədə iddia.

Barəsində  danışdığımız  iddia  müstəqil  əhəmiyyətə  də  malik  ola  bilər,  yəni 

müstəqil  iddia  kimi  də  verilə  bilər.  Məsələn,  müəssisədə  işləyən  müəllif (işçi) 

xidməti  olmayan  sənaye  mülkiyyəti  obyekti  yaradır.  Müəssisə  (işəgötürən)  id­

dia  edir  ki,  xidməti  sənaye  mülkiyyəti  obyekti  yaradılmışdır  və  buna  görə  də 

patent  almaq  hüququ  ona  məxsusdur.  Buna  istinad  edərək işəgötürən  (müəs­

sisə)  patent  almaq  üçün  iddia sənədi verir və müəllifin  patent almaq hüququnu 

iddia  sənədini  vermək  hüququnu)  pozur.  Müəllif onun  hüququnu  pozan  hərə­

kətlərin  qarşısının  alınması  barədə  iddia  verir.  Əgər müəllifin  patent almaq hü­

ququ  (iddia  sənədi  vermək  hüququ)  pozulmazsa,  sadəcə  olaraq  həmin  hüqu­

qun  kimə  məxsus  olması  barədə  mübahisə yaranarsa,  onda  patent almaq hü­

ququnun  (patent sahibi olmaq  hüququnun) tanınması barədə iddia verilməlidir.

Verilm iş  patentin  etibarsız  sayılması  kimi  mülki-hüquqi  üsul  müəllifin  hü­

quqlarını  müdafiə etmək üçün istifadə oluna  bilər.  Bu  üsuldan  müəllif o halda  is­

tifadə  edə  bilər ki,  patent onu almaq  hüququ olmayan şəxsə verilsin. Belə halda 

müəllif  patentin  etibarsız  hesab  edilməsi  barədə  iddia  ilə  məhkəməyə  müraciət 

edə  bilər.  Patent yalnız yurisdiksiya formasında etibarsız hesab edilir.

Real  icra  m ülki-hüquqi  üsulu  ilə də müəllif öz pozulmuş hüququnu  müda­

fiə  edə  bilər.  Ona vəzifənin  icrasının  natura  ilə  müəyyən  edilməsi  üsulu  da 

deyilir.  Real  icra  üsulunun  mahiyyəti  ondan  ibarətdir  ki,  müəllifin  tələbi  ilə  hü­

quq  pozuntusu  törədən  şəxs  onları  bir-birinə  bağlayan  öhdəliyə  görə,  yerinə 

yetirməyə  borclu  olduğu  hərəkəti  real  surətdə icra  etməlidir.  Hüquq pozuntusu 

törədən  şəxs  öhdəliyin  obyekti  olan  hərəkəti  faktiki  olaraq  yerinə  yetirməlidir. 

Məsələn,  qanun  müəyyən edir ki,  işəgötürən  işçiyə sənaye mülkiyyəti obyekti­

nə  görə  aralarında  bağlanmış  müqavilənin  şərtlərinə  uyğun  olaraq  müvafiq 

məbləğdə  haqq  ödəməlidir.  Onlar  arasında  pul  öhdəliyi  yaranır  ki.  ödəmək  ki­

mi  hərəkət  həmin  öhdəliyin  obyektini  təşkil  edir.  İşəgötürən  müəllifə  pul  ver­

mir.  Bu  isə  müəllifin  haqq  almaq  kimi  hüququnun  pozulması  deməkdir.  Müəllif 

pozulmuş  hüququnu  müdafiə  etmək  üçün öhdəliyin  (vəzifənin)  real  surətdə ic­

ra  olunması  barədə iddia  ilə  məhkəməyə müraciət edir.

Mülki-hüquqi  müdafiə  üsulları  o  halda  tətbiq  edilə  bi­

lər  ki,  patent  sahibinin  hüquqları  (patent  hüquqları) 

pozulsun.  Yalnız  patent  hüquqları  pozulduğu  hallar­

da,  mülki-hüquqi üsullarla  müdafiədən  istifadə olunur. 

Patent  hüquqlarının  pozulmasına  səbəb  ola  bilən 

halların  dairəsi  kifayət  qədər  genişdir.  Belə  hallar  həm  müqavilədənkənar, 

həm  də  lisenziya  müqaviləsi  çərçivəsində  yarana  bilər.  Müqavilədənkənar 

pozuntu  halları  dedikdə,  sərbəst istifadə  halları istisna  olmaqla,  patentləşdiril- 

miş (patentlə qorunan) sənaye  mülkiyyəti obyektindən hər hansı bir şəxsin pa­

tent  sahibinin  razılığı (icazəsi)  olmadan  istifadə  (qanunsuz  istifadə)  hallan  ba­

şa  düşülür.  Patent  sahibinin  razılığı  olmadan  istifadə,  yəni  qanunsuz  istifadə 

dedikdə  isə  patentləşdirilmiş  sənaye  mülkiyyəti  obyektinin  icazəsiz  təsərrüfat 

dövriyyəsinə daxil edilməsi  başa düşülür.  Təsərrüfat dövriyyəsinə sənaye mül­

kiyyəti obyektinin  icazəsiz daxil edilməsinin  halları isə  müxtəlifdir.  Həmin  halla-

Patent sahibinin 

hüquqlarının 

mülki-hüquqi 

üsullarla  müdafiəsi

391


rın  təxmini  siyahısı  qanunda  göstərilmişdir'.  Onlara  aiddir:  tərkibində  patent- 

ləşdirilmiş  sənaye  mülkiyyəti  obyekti  olan  məhsulun  (məmulatın)  icazəsiz  ha­

zırlanması;  belə  məhsulun  (məmulatın)  icazəsiz  tətbiqi;  belə  məhsulun  (mə­

mulatın)  icazəsiz  idxalı;  belə məhsulun  (məmulatın)  icazəsiz  satışı;  belə  məh­

sulun (məmulatın)  icazəsiz satış  üçün  təklif olunması;  belə  məhsulu  (məmula­

tı) təsərrüfat dövriyyəsinə  daxil  etmək məqsədilə  icazəsiz saxlanılması və  s.

Patent  hüquqlarının  müqavilə  çərçivəsində  pozulması  halları  (müqavi­

lə  pozuntu  halları)  dedikdə,  patent  sahibinin  hüquqlarının  onun  bağlandığı  li­

senziya  müqaviləsi  üzrə  kontragenti,  yəni  lisenziat  (istifadəçi)  tərəfindən  yol 

verilən  pozuntu  halları  başa  düşülür.  Həmin  hallara  aiddir;  lisenziatın  lisenziya 

müqaviləsi  əsasında  ona  verilən  istifadə  hüququndan  kənara  çıxması  (məsə­

lən,  lisenziatın  məmulatı  hazırlamaq  hüququ  olduğu  halda,  həm  də  onu  satır 

və  s.);  lisenziatın  müqavilə  öhdəliyini  yerinə  yetirməməsi;  lisenziatın  müqavilə 

öhdəliyini lazımi  qaydada yerinə yetirməməsi.

Patent  hüquqlarının  pozulması  dedikdə,  p a ten tlə şd irilm iş  sənaye  m ül­

kiyyəti  obyektindən  hər  hansı  bir  şəxsin  patent  sa h ib in in   icazəsi  (razılı­

ğı)  olmadan  istifadə  etməsi  (sənaye  m ülkiyyəti  obyektini  icazəsiz  təsər­

rüfatı  dövriyyəsinə daxil  etməsi),  habelə  lisenziatın  öz  m üqavilə  ö h d ə liy i­

ni  pozması  başa  düşülür.

Patent sahibinin  sənaye  mülkiyyəti  obyektindən  müstəsna  istifadə  hüquqları 

pozulur.  İstifadə  hüquqlarının pozulması  isə  patent sahibinin  əmlak  hüquqlarının 

pozulması  deməkdir.  Əmlak  hüquqları  pozulduqda  tətbiq  edilən  əsas  mülki-hü­

quqi  müdafiə  üsulu  hüququ  pozmuş  (hüquq  pozuntusu  törətmiş)  şəxsdən  vur­

duğu zərərin əvəzinin alınmasıdır,  yəni zərərin əvəzinin ödənilməsidir.

Zərərin  əvəzini  ödəmə  pozulmuş  patent  hüquqlarının  müdafiəsində  istifa­

də  olunan  əsas  mülki-hüquqi  üsullardan  biridir.  Bu  üsul  ilk  növbədə,  patent 

hüquqlarının  müqavilədənkənar  pozulması  hallarında  tətbiq  edilir.  Belə  ki,  pa­

tent  sahibinin  icazəsi  (razılığı)  olmadan  sənaye  mülkiyyəti  obyektindən  hər 

hansı  bir  şəxs  istifadə  edə  bilər.  Bu,  qeyd  etdiyimiz  kimi,  patent  hüquqlarının 

(patentin)  pozulması  deməkdir.  Belə  halda  patent  sahibi  hüququ  pozmuş 

şəxsdən  patent  hüquqlarının  pozulması  ilə  bağlı  olaraq  dəymiş  zərərin  əvəzi­

nin  ödənilməsini  tələb  edə  bilər.  Əgər  o,  zərərin  əvəzini  könüllü  surətdə  ödə­

məzsə,  məsələ  məhkəmə  qaydasında  həll olunur.  Özü  də  çox vaxt  patent  sa­

hibinə  hüquq  pozuntusu  törədən  şəxs  əldən  çıxm ış  fayda  (əldə  edilm əm iş 

gəlir)  şəklində  zərər  vurur.  Ona  görə  də  hüquq  pozuntusu  törədən  şəxs  əl­

dən çıxmış faydada  ifadə olunan zərərin əvəzini ödəyir.

Zərərin  əvəzini  ödəmə  mülki-hüquqi  üsulun  məsuliyyət  tədbiri  kimi  növünə 

aid  edilir.  Məsuliyyət  tədbiri  isə  yalnız o  halda  tətbiq  edilə  bilər  ki,  həm  məsu­

liyyətin əsası,  həm  də məsuliyyətin şərtləri  mövcud olsun.  M əsuliyyətin  əsası 

patent  hüquqlarının  pozulması  (icazəsiz  istifadə)  ilə  bağlı  olaraq  əldən  çıxmış 

fayda şəklində  patent sahibinə  zərər vurmaq faktından  ibarətdir.  Belə  faktı  sü­

but etmək yükünü patent sahibi çəkməlidir.

M əsuliyyətin  şərtlərinə  isə  aiddir:  hüquqazidd  hərəkət;  səbəbli əlaqə;  təq-

«Patent haqqında» qanunun  22-ci maddəsi.

392


Hüquqazidd  hərəkət  patentləşdirilmiş  sənaye  mülkiyyəti  obyektindən  ica­

zəsiz  istifadənin  istənilən  halında  ifadə  oluna  bilər.  Səbəbli  əlaqə  əldən  çıx­

mış  fayda  (əldə  edilməmiş  gəlirlər)  ilə  hüquqazidd  hərəkət  (hüquq  pozuntusu 

törədən  şəxsin  hərəkəti)  arasındakı  bağlılıqdır.  Belə  bağlılığı sübut etmək vəzi­

fəsi  patent  sahibinin  üzərinə  düşür.  Patent  sahibi  əldən  çıxmış  faydanın  miq­

darını  əsaslandırmalıdır.  Təqsir  məsuliyyətin  subyektiv  şərtidir.  Patent  hüquq­

larının  təqsirin  həm  qəsd  formasında,  həm  də  kobud  ehtiyatsızlıq formasında 

pozulması  mümkündür.  Patent  hüquqlarını  pozan  şəxs  təqsirin  formasından 

asılı  olmayaraq  zərərin  əvəzini  ödəməlidir.  Deməli,  patent  hüquqlarının  müda­

fiəsi  sahəsində  mülki  hüququn  ənənəvi  təqsir  prinsipi  (təqsirə  görə  məsu­

liyyət  p rinsipi)  əsas  götürülür.  Lakin  bu  sahəyə  təqsirsiz  məsuliyyət,  yəni 

təqsirdən asılı olmayan  məsuliyyət halı məlum deyildir.

Patent  hüquqları  lisenziya  müqaviləsi  çərçivəsində  pozulduğu  hallarda  da 

zərərin  əvəzini  ödəmə  üsulu  (məsuliyyət tədbiri) tətbiq  edilə bilər.  Belə ki,  lisen- 

zıat  (istifadəçi)  lisenziarın  (patent  sahibinin)  hüquqlarını  poza  bilər.  Bunun  nəti­

cəsində  patent sahibinə zərər  vurularsa, o,  lisenziya müqaviləsində nəzərdə tu­

tulmasından  asılı olmayaraq zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Dəbbə  pulu  (cərimə,  penya)  patent  sahibinin  hüquqlarının  (pozulmuş  pa­

tent  hüquqlarının)  müdafiə olunmasında  istifadə oluna  bilən  mülki-hüquqi üsul­

lardan  biridir.  Özü  də  o,  əmlak  xarakterli  müdafiə  üsuludur.  Digər  tərəfdən, 

dəbbə  pulu  (cərimə,  penya)  məsuliyyət tədbiridir.  Buna görə də o,  zərərin əvə­

zini  ödəmə  kimi  patent  hüququnu  pozan  şəxs  üçün  mənfi  yük,  yəni  müəyyən 

məbləğdə  pul  ödəməkdə  ifadə olunan əlavə vəzifə (öhdəlik) yaradır.

Dəbbə  pulu  (cərimə,  penya)  yalnız  patent  hüquqları  lisenziya  müqaviləsi 

çərçivəsində  pozulduğu  hallarda  tətbiq  edilə  bilər.  Söhbət  patent  hüququnu 

pozan  lisenziata  m üqavilə  dəbbə  pulu  tətbiq  edilməsindən  gedir.  Patent 

hüquqlarının  müdafiəsi  sahəsində  qanuni  dəbbə  pulunun  tətbiq  olunması 

nəzərdə  tutulmur.

Dəbbə  pulu  kimi  məsuliyyət tədbiri  o  halda  tətbiq edilə  bilər ki,  bu,  lisenziya 

müqaviləsində  nəzərdə  tutulsun.  Əgər  nəzərdə  tutulmazsa,  onda  belə  məsu­

liyyət  tədbirindən  istifadə  edilməsi  mümkün  olmur.  Lisenziya  müqaviləsində 

tərəflər (patent  sahibi  və  lisenziat) dəbbə  pulunun  məbləği  barədə şərt də mü­

əyyənləşdirirlər.  Bunlardan  əlavə,  onlar  müqavilədə  dəbbə  pulunun  növünü 

(əvəzləşdirmə  dəbbə  pulunu,  cərimə  dəbbə  pulunu,  müstəsna  dəbbə  pulunu 

və  ya alternativ dəbbə  pulunu) də göstərməlidirlər.

Hüququ  pozan  hərəkətlərin  (kontrafakt  hərəkətlərin)  dayandırılması 

(qarşısının  alınması)  patent  sahibinin  hüquqlarının  müdafiəsində  geniş  tət­

biq  edilən  üsuldur.  Patent  sahibinin  müstəsna  hüquqlarını  pozan  hərəkətlərə 

kontrafakt  hərəkətlər  deyilir.  Məsələn,  icazəsiz  patentləşdirilmiş  üsulla  məh­

sul  istehsal  etmək,  icazəsiz  patentləşdirilmiş  məhsul  hazırlamaq  və  s.  kontra­

fakt  hərəkətlər  hesab  edilir.  Patent  sahibinin  müstəsna  hüquqlarının  pozulma­

sına  isə  kontrafaktasiya  deyilir.

Göstərilən  üsulun  tətbiqi  nəticəsində  patent  hüququnu  pozan  şəxs  üçün 

mənfi yük (əlavə vəzifə) yaranmır.  Buna görə də o, müdafiə üsulunun məsuliy-

s ı r .

393


yət tədbiri  yox,  müdafiə tədbiri  kimi növünə aid edilir.

Göstərilən  üsul  hər  şeydən  əvvəl,  müstəqil  əhəmiyyətə  malik  olub,  digər 

müdafiə  üsullarından  ayrıca  olaraq  tətbiq  edilə  bilər.  Bu,  o  halda  mümkün  ola 

bilər  ki,  patent  hüquqlarının  pozulmasında  (kontrafakt  hərəkətlərin  edilməsin­

də)  hüququ  pozan  şəxsin təqsiri  olmasın və  həmin  şəxs öz təqsirsizliyini  sübut 

edə  bilsin.  Təqsir  hüququ  pozan  şəxsdən  zərərin  əvəzinin  alınmasının  labüd 

(məcburi)  şərtidir.  Əgər  təqsir  yoxdursa,  zərərin  əvəzi  ödənilmir.  Belə  halda 

zərərin  əvəzini  ödəmə  kimi  məsuliyyət  tədbirindən  istifadə  edilməsi  mümkün 

olmur.  Buna  görə də patent sahibi  hər hansı əmlak  pret'enziyası  irəli sürmədən 

hüququ  pozan  (kontrafakt)  hərəkətlərin  dayandırılmasını  pozuntu  törədən 

şəxsdən  tələb  edə  bilər.  Bu  tələbin  həm  yu risdiksiya  (məhkəmə),  həm  də 

qeyri-yurisdiksiya  form asında  irəli  sürülməsi  mümkündür.  Bundan  əlavə, 

patent  sahibi  patent  hüquqlarının  pozulması  ilə  ona  vurulmuş  zərərin  (əldən 

çıxmış faydanın,  yəni  əldə edilməmiş gəlirin) miqdarını  əsaslandıra  bilmir və ya 

kontrafakt  hərəkətlərlə  əldən  çıxmış fayda  arasında  səbəbli  əlaqəni  sübut  edə 

bilmir və s.  Belə hallarda  da  sözsüz,  patent sahibi  hər hansı əmlak  pretenziya- 

sı  irəli  sürmədən  pozuntu  törədən  şəxsdən  kontrafakt  hərəkətlərin  dayandırıl­

masını tələb edə bilər.

Bəzən  göstərilən  müdafiə  üsulu  müstəqil  surətdə yox,  başqa  müdafiə  üsul­

ları  ilə  birlikdə tətbiq edilir.  Məsələn,  o, zərərin  əvəzini ödəmə və ya  dəbbə  pu­

lu  (cərimə,  penya)  kimi  müdafiə üsulu  ilə  birlikdə tətbiq  edilir.

Mənəvi  zərərin  kompensasiyası  patent  sahibinin  hüquqlarının  müdafiə­

sində  istifadə  oluna  bilən  mülki-hüquqi  üsullardan  biridir.  O,  əmlak  xarakterli 

mülki-hüquqi  məsuliyyət tədbiridir.

Patent  sahibinin  hüququnun  pozulması  nəticəsində  onun  keçirdiyi  fiziki  və 

ya  mənəvi  sarsıntılara  (iztirablara)  görə  hüququ  pozan  şəxsin  patent  sahibinə 

pul  kompensasiya  ödəməsi  göstərilən  müdafiə  üsulunun  mahiyyətini  təşkil 

edir.  Elə  buradaca  dərhal  qeyd  etməliyik  ki,  patent  sahibinin  bütün  hüquqları 

yox,  yalnız  şəxsi  qeyri-əmlak  hüquqları  pozulduğu  hallarda  mənəvi  zərər 

kompensasiya  edilir.  Ona  görə  ki,  mənəvi  zərəri  kompensasiya  etmək  üçün 

pozulmuş  hüququn  ümumi  qaydaya  görə  şəxsi  qeyri-əmlak  xarakterinə  malik 

olması  tələb  edilir.  Məsələ  burasındadır  ki,  mənəvi  zərərin  kompensasiyası  ki­

mi  müdafiə  üsulunun tətbiqi,  adətən,  pozulmuş  hüququn  şəxsi  qeyri-əmlak  hü­

ququ  olması  ilə  məhdudlaşır.  Patent  sahibinin  şəxsi  qeyri-əmlak  hüququ  isə  o 

halda  pozula  bilər  ki,  o,  sənaye  mülkiyyəti  obyektinin  müəllifi  olsun.  Məsələn, 

patent sahibinin  müəlliflik  hüququ  pozulur.  Bundan  o, çox  mütəəssir olur,  daxi­

lən  sarsılır,  mənəvi  iztirab  keçirir,  yəni  patent  sahibinə  mənəvi  zərər  (ziyan) 

vurulur.  O,  mənəvi  zərərin kompensasiya  edilməsini tələb  edə  bilər.

Patent  sahibinin  əmlak  hüquqları  pozulduqda  mənəvi  zərərin  kom pen­

sasiyası  üsulu  tətbiq  edilmir.  Əgər patent haqqında  qanunda  birbaşa  nəzər­

də  tutularsa,  patent  sahibinin  əmlak  hüquqlarının  pozulmasına  görə  mənəvi 

zərər kompensasiya edilə  bilər.

Patent sahibi  olmaq  barədə də  mübahisə  yarana  bilər.  Mübahisə  hər hansı 

bir hüququn  pozulması  ilə bağlı olmur.  Məsələn, xidməti  sənaye  mülkiyyəti ob­

yekti yaradan  işçi  (müəllif)  ilə  işəgötürən  arasında  patent  sahibi  olmaq  barədə

394


mübahisə  yaran  bilər.  Bu  cür  hallarda  hüququn  tanınması  kimi  müdafiə  üsulu 

rətbiq  edilir.  Bunun  üçün  işəgötürən  hüququn  tanınması  və ya  patent sahi­

binin  m üəyyən  edilm əsi  barədə  məhkəməyə  iddia verir

Patent  sahibinin  (müəllifin)  şəxsi-qeyri  əmlak  hüquqları  (müəlliflik  hüququ, 

sənaye  mülkiyyəti  obyektinə  toxunulmazlıq  hüququ  və  s.)  pozulduğu  halda, 

nelə  hüquqlar  iddia  m üddəti  ilə  məhdudlaşdırılmadan  müdafiə  olunur 

Ona  görə  ki,  şəxsi  qeyri-əmlak  hüquqlarının  müdafiəsi  haqqında  tələblərə  id­

dia  müddəti  şamil  edilmir  (MM-in  384-cü  maddəsi).  Digər  tərəfdən,  patent 

haqqında  qanun  müəyyən  edir ki,  sənaye mülkiyyəti obyektinə müəlliflik  hüqu- 

ru  


müddətsiz qorunur’ .

Patent  sahibinin  əmlak  hüquqlarına  gəldikdə  isə  qeyd  etmək  lazımdır  ki, 

belə  hüquqlar  yalnız  üm um i  iddia  müddəti  çərçivəsində  müdafiə  oluna  bi­

lər1


 2.  Ona  görə  ki,  patent  haqqında  qanun,  habelə  Mülki  Məcəllə  əmlak  xarak­

terli  patent  hüquqlarının  müdafiəsi  üçün  hər  hansı xüsusi  (qısaldılmış)  müddət 

müəyyənləşdirmir.


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin