Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§ 6.  Sənaye mülkiyyəti obyekti müəllifinin  hüquqları



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə29/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   54
§ 6.  Sənaye mülkiyyəti obyekti müəllifinin  hüquqları

Sənaye mülkiyyəti 

obyekti  m üəllifinin 

hüququnun tesnifi

Sənaye  mülkiyyəti  obyektinin  yaradılması,  hüquqi cə­

hətdən  qorunması  və  istifadəsi  ilə  bağlı olaraq  müəllif 

üçün  bir  sıra  hüquqlar əmələ  gəlir.  Onlar  hər şeydən 

əw əl,  öz hüquqi təbiətinə görə m ülki hüquq növünə 

aid  edilir,  yəni  mülki  hüquqlar sayılır.  Bu  hüquqlar sənaye mülkiyyəti hüquqla­

rı və ya  patent hüquqlan adlanır.  Sənaye mülkiyyəti hüquqlan (patent hüquqla­

rı) vacib  mülki  hüquqlardan  biridir.  Məhz sənaye  mülkiyyəti obyektinin yaradıl­

ması  həmin  hüquqların  əmələ gəlməsinə səbəb olur.

Digər  tərəfdən,  sənaye  mülkiyyəti  hüquqları  (patent  hüquqları)  subyektiv 

xarakterli  hüquqlardır.  Onlar  subyektiv  hüquqlar  kimi  mövcud  olur,  qorunur, 

pozulduqda  isə  müdafiə edilir.  Buna  görə də həmin  hüquqlar subyektiv səna­

ye  m ülkiyyeti  hüquqları  adlanır.  Subyektiv  sənaye  mülkiyyəti  hüquqlan (sub­

yektiv patent hüquqları) ixtiralann (sənaye nümunəsi və faydalı  modellərin) ya­

radılması,  qorunması  (hüquqi  mühafizə) və  istifadəsi  ilə  bağlı olaraq əmələ gə­

lən  münasibətlərin  patent hüquq  normalan  ilə tənzimlənməsi nəticəsində yara­

nır.  Buna  görə  de onlar yalnız  həmin  münasibətlər çərçivəsində əmələ gələ bi­

lər.  Subyektiv  sənaye  mülkiyyeti  hüquqlarının  göstərilən  münasibətlərdən  kə­

narda  yaranması  qeyri-mümkündür.  Onlar  bu  münasibətlərdə  subyekt qismin­

də  çıxış  edən  səlahiyyətli  şəxsə  verilən  hüquqi  im kanlardır  (səlahiyyətlər­

dir).  Vəzifələrlə  birlikdə  subyektiv  sənaye  mülkiyyəti  hüquqlan  ixtira  (faydalı 

model,  sənaye  nüm unəsi)  hüquq  m ünasibətinin  məzmununu təşkil edir.

Subyektiv  sənaye  mülkiyyəti  hüquqlan  müstəsna  xarakterə  malikdir,  yəni 

m üstəsna  hüquqlardır.  Bu,  hamıya  məlum  olan  məsələdir.  Belə  ki,  müəllifin 

əldə  etdiyi  öz yaradıcılıq  (əqli)  fəaliyyətinin  nəticələrinə  müstəsna  hüququ  var­

dır.  Digər  tərəfdən,  subyektiv  sənaye  mülkiyyəti  hüquqları  subyektiv  əqli  mül­

kiyyət  hüququnun  bir  növüdür.  Subyektiv  əqli  mülkiyyət  hüquqları  isə  müstəs­

na  hüquqlardır.

Hüquq  institutu  kimi  patent  hüququnun  yerinə  yetirdiyi  əsas  funksiyalardan 

biri  ondan  ibarətdir ki,  o, müəllifi  subyektiv sənaye  mülkiyyəti  (patent) hüquqlan 

ilə  təmin  edir.  İnkişaf etmiş  və  mütərəqqi xarici ölkələrin  patent  hüququ  da  mü­

əllif üçün sənaye mülkiyyəti obyektləri barəsində bir sıra  hüquqlar nəzərdə tutur.

Müəllif  üçün  subyektiv  sənaye  mülkiyyəti  hüquqlarının  hamısı  eyni  vaxtda, 

necə  deyərlər,  birdən-birə  əmələ  gəlmir.  Bu,  patent  hüquq  münasibətinin  (sə­

naye  nümunəsinin,  faydalı  model  və  ixtira  hüquq  münasibətlərinin)  inkişaf 

m ərhələsi  kim i  məsələdən  asılıdır.  Belə  ki,  patent  hüquq  münasibəti  öz inki­

şafında  üç  əsas  mərhələdən  keçir.  Həmin mərhələlərə  aiddir:

•   sənaye  mülkiyyəti  obyektinin yaradılması  və obyektiv formada  ifadə olun­

ması;


•   sənaye  mülkiyyəti  obyektinin  qeydiyyata  alınması  (rəsmən tanınması);

•   sənaye  mülkiyyəti obyektindən  istifadə olunması.

Sənaye  m ülkiyyeti  obyektinin  yaradılması  mərhələsində  müəllif  üçün 

müəlliflik  hüququ,  sənaye  mülkiyyəti  obyektinin  rəsmən  tanınması  üçün  müra­

ciət  etmək  hüququ,  patent  almaq  üçün  iddia  sənədi  vermək  hüququ  və  digər

347


hüquqlar  əmələ  gəlir  Bu  mərhələdə  sənaye  m ülkiyyəti  o byektinin  yaradıl­

ması  kimi  hüquqi fakt bu cür hüquqların əmələ gəlməsinə səbəb olan  hüquqi

fakt rolunu oynayır.

Sənaye  mülkiyyəti  obyektinin  qeydiyyata  alınması  (rəsmən  tanınması)

mərhələsində  müəllif  üçün  sənaye  mülkiyyəti  obyektindən  istifadə  (əmlak) 

hüququ  yaranır  Bu  mərhələdə  qeydiyyata  almaq  (rəsmən  tanımaq)  sənaye 

mülkiyyəti obyektindən  istifadə  hüququnun yaranmasına  əsas olan  hüquqi  fakt

sayılır.


Sənaye  m ülkiyyəti  obyektindən  istifadə olunması  m ərhələsində  müəllif

üçün  ixtira,  faydalı  model  və  sənaye  nümunəsindən  istifadə  nəticəsində  haqq 

almaq hüququ,  patenti  güzəşt etmək  hüququ  və s.  əmələ gəlir  İstifadə  etmək 

kimi  hüquqi fakt  həmin  hüquqların yaranmasına  səbəb olur 

Sənaye  mülkiyyəti  hüququnun  iki əsas  növü fərqləndirilir':

»  şəxsi qeyri-əmlak  hüquqları;

•  əmlak hüquqları;

Belə  bölgünün  praktik  baxımdan  böyük  əhəmiyyəti  vardır.  Belə  ki,  şəxsi 

qeyri-əmlak hüquqları  ümumi qaydaya  görə,  yalnız  sənaye  mülkiyyəti obyekti­

ni  bilavasitə  yaradan  şəxsə  məxsus  ola  bilər.  Belə  hüquqlar  özgəninkiləşdiril- 

mir,  m üəllifin  şəxsiyyətindən  ayrılmır.  Buna  görə  də  onlar  nə  mülki-hüquqi 

müqavilə,  nə  də vərəsəlik  üzrə  başqa  şəxslərə verilə  bilər.  Bundan  əlavə,  şəx­

si  qeyri-əmlak  hüquqları  vərəsələr və  digər şəxslər tərəfindən  müddətsiz,  yəni 

hər hansı  müddətlə  məhdudlaşdırılmadan qorunur.

Müəllifin  əmlak  hüquqlarına  gəldikdə  isə  qeyd  etmək  lazımdır  ki,  onlar  sər­

bəst  şəkildə  özgəninkiləşdirilə  bilər.  Belə  hüquqların  həm  mülki-hüquqi  müqa­

vilə,  həm də vərəsəlik əsasında  başqa şəxslərə verilməsi  mümkündür.

Digər tərəfdən,  müəllifin  əmlak  hüquqları  müəyyən  müddətə  qüvvədə  olur, 

yəni  qanunda  göstərilən  müəyyən  müddət  həddində  hüquqi  cəhətdən  qoru­

nur.  Həmin  müddət ötüb-keçdikdə  əmlak  hüquqları  qorunmur və  patent  hüqu­

qunun  hüquqi  mühafizə  sferasından  çıxaraq  ümumi  mülki  dövriyyəyə  daxil 

olur1


 2, yəni ümumi  istifadəyə  keçir3.

Müəllifin  şəxsi qeyri-əmlak hüquqlarına aiddir4:

•  müəlliflik  hüququ;

•   ad hüququ;

•   sənaye  mülkiyyəti obyektinə toxunulmazlıq  hüququ.

Müəllifin əmlak hüquqlarına  isə  şamil  edilir:

•   sənaye  mülkiyyəti obyekti  üçün  patent almaq  hüququ;

•   sənaye  mülkiyyəti obyektindən  istifadə  hüququ;

•  sənaye  mülkiyyəti obyektindən  istifadəyə görə haqq almaq  hüququ;

1

 

Рясенцев В.А.  Советское изобретательское право.  M.  1961, с. 123-124; Иоффе О.С.  Советское 

гражданское право.  Курс лекций. Л.  1965, масть 3, с.  139.

Андрей Минков.  Международная охрана интеллектуальной собственности. М.  2001, с.  13.

3  Сергеев А.П.  Право  интеллектуальной  собственности  в  Российской  Федерации.  Учебник,  с.

26.

Рясенцев  В.А.  Неимущественные  права  авторов  изобретений  //Вопросы  изобретательства.

1978, >'24.

348


•   p a t e n t i  g ü z ə ş t   e t m ə k   h ü q u q u   v ə   s.

м и ц и и к ш .  

'

Müəlliflik hüququ 



'aydalı  modelin  və  sənaye  numunəsının)  yaradıcısı ol-

M üəlliflik  hüququ  onda  ifadə  olunur  ki,  ixtiranı,  faydalı  modeli  və  sə­

naye  nüm unəsini  yaradıcı  əməyi  ilə yaradan  şəxs onun  m üəllifi  kimi tanı­

nır,  yəni  m üəllifi  sayılır.

Müəlliflik  hüququ  şəxsi  hüquq  kateqoriyasına  aid  edilir.  Buna  görə  də  o, 

müəllifin  şəxsiyyətindən  ayrılmır  və  özgəninkiləşdirilmir.  Məhz  bu  səbəbdən 

onun  həm  müqavilə,  həm  də  vərəsəlik  üzrə  başqa  şəxslərə  verilməsi  qeyri- 

mümkündür.  Sənaye  mülkiyyəti  obyektindən  istifadə  hüququnun  başqa  şəxs­

lərə  keçməsi  müəlliflik  hüququnun  verilməsinə  səbəb  olmur.  Belə  halda  səna­

ye  mülkiyyəti  obyektinin  yaradıcısı  olan  şəxs  yenə  də  həmin  obyektin  müəllifi 

olmaqda  davam  edir.

Şəxsi  hüquq  olduğuna  görə  müəlliflik  hüququ  müəllifin  ölümü  ilə  ləğv  edilir 

və  buna  görə  də vərəsəlik əsasında  vərəsələrə keçmir.

Sənaye  mülkiyyəti  obyektinə  müəlliflik  hüququ  mütləq  hüquqdur.  Belə  ki, 

sənaye  mülkiyyəti  obyektinin  yaradılması  faktı  ilə  onun  müəllifi  ilə  qeyri-məh­

dud  sayda  şəxslər,  yəni  qeyri-müəyyən  dairə şəxslər («hamı və hər kəs») ara­

sında  m ütləq  xarakterli  hüquq  münasibəti  (məsələn,  ixtira  hüquq  münasi­

bəti  və  s.)  əmələ  gəlir’ .  Bu  münasibətdə  səlahiyyətli  şəxs  (tərəflərdən  biri)  ro­

lunda  müəllif çıxış  edir  ki,  o,  subyektiv  hüquqlara  malikdir.  Borclu  şəxs  (tərəf­

lərdən  digəri)  qismində  isə  həmin  münasibətdə  qeyri-müəyyən  dairə  şəxslər 

(«hamı  və  hər  kəs»)  iştirak  edir  ki,  onların  üzərinə  vəzifələr  düşür.  Müəllif 

borclu  şəxsdən  onun  sənaye  mülkiyyəti  obyektinin  müəllifi  kimi tanınmasını tə­

ləb  etmək  hüququna  malikdir.  Borclu  şəxs  isə  onun  müəllifliyini  tanımaq  və 

onu  pozan  hər hansı  hərəkətdən çəkinmək vəzifəsi  daşıyır.

Bunlardan  əlavə,  müəlliflik  hüququ  müstəsna  hüquq  kateqoriyasına  aid 

olan  hüquqdur.  Bu,  onda  ifadə  olunur ki,  öz yaradıcı əməyi  ilə  sənaye  mülkiy­

yəti  obyektini  yaradan  şəxsdən  başqa  heç  kəs,  heç vaxt  və  heç  bir halda  hə­

min  obyektin  müəllifi  kimi  tanına  bilməz.  Müəllif  statusunu  yalnız  o  şəxs  əldə 

edə  bilər ki,  həmin  şəxs  özünün  əqli (yaradıcılıq) fəaliyyəti  nəticəsində sənaye 

mülkiyyəti  obyektini  yaratsın,  necə  deyərlər,  onun  yaradıcısı  olsun.  Heç  kəs 

özgəsinin  yaratdığı  sənaye  mülkiyyəti  obyektinə  müəllifliyi  mənimsəyə  bilməz 

(məsələn,  başqasının  ixtirasını öz adına  rəsmiləşdirmək yolu  ilə və s.).

Müəlliflik  hüququ  nə  vaxt  yaranır?  Bu  sual  mülki  hüquq  elmində  (doktrina­

sında)  geniş  mübahisə  doğuran  məsələdir.  Bu  məsələ  barədə  biz,  o  müəlliflə­

rin  fikrini  əsaslı  və  həqiqətə  uyğun  sayırıq  ki,  onlar  m üəlliflik  hüququnun 

əmələ  gəlm əsini  sənaye  m ülkiyyəti  obyektinin  yaranması  və  obyektiv 1





Наменгенов  К.И.  Абсолютные  и  относительные  изобретательские  правоотношения.  Алма- 

Ата.  1978.

maq  imkanıdır.

349


formada  ifadə olunması  ilə bağlayırlar1.  Doğrudan  da müəllifliyin  əmələ gəl­

məsi  patent  hüquq  münasibətinin  inkişafının  birinci  mərhələsinə,  yəni  sənaye 

mülkiyyəti obyektinin  yaranması  və  obyektiv formada  ifadə  olunması  mərhələ­

sinə  təsadüf edir.  Məhz  sənaye  mülkiyyəti  obyekti  yaradıldığı  və  obyektiv for­

mada  ifadə olunduğu  andan  müəlliflik hüququ  əmələ  gəlir* 2.  Ona  görə  ki,  məhz 

həmin andan  özgə  şəxslərin  başqasının  yaratdığı  sənaye  mülkiyyəti obyektini 

öz  adına  rəsmiləşdirməsinə  və  özünü  həmin  obyektin  müəllifi  kimi  tanıtdırma- 

sına  imkan yaranır.

Sənaye  mülkiyyəti  obyektinə  müəlliflik  hüququnun  yaranmasını  həmin  hü­

ququn  təsdiqlənməsi  halından  fərqləndirmək  lazımdır.  M ü ə lliflik  hüququnun 

təsdiqlənməsi  dedikdə,  səlahiyyətli  dövlət  orqanı  tərəfindən  iddia  sənədində 

göstərilən (təklif edilən) obyektin  rəsmi surətdə  patentə  layiq  olan  ixtira,  fayda­

lı  model  və  ya  sənaye  nümunəsi  kimi  tanınması  və  patent  verilməsi,  yəni  hə­

min  obyektin  patentlə  rəsmiləşdirməsi  başa  düşülür.  Məhz  bu  andan  sənaye 

mülkiyyəti  obyektinə  müəlliflik  hüququ  təsdiqlənir.  Belə  ki,  patent  sənaye 

m ülkiyyəti  obyektinə  m üəllifliyi  təsdiq  edən  sənəddir.  Deməli,  müəlliflik 

hüququ  patent  hüquq  münasibətinin  inkişafının  ikinci  mərhələsində  (sənaye 

mülkiyyəti obyektinin qeydə alınması  mərhələsində) təsdiqlənir.

Müəlliflik  hüququnun  təsdiqlənməsi  onu  ifadə  edir  ki,  iddia  sənədində  gös­

tərilən  (təklif  edilən)  obyekt  həqiqətən  də  ixtira,  faydalı  model  və  ya  sənaye 

nümunəsidir:  həmin  obyekti  yaradıcı əməyi  ilə  yaradan  şəxs  isə  onun  müəllifi­

dir və indi artıq  heç kəs onu  öz adına  rəsmiləşdirə  bilməz3.

Müəlliflik  hüququ  şəxsi  xarakterli  hüquq  olduğuna  görə  müəllifin  ölümü  ilə 

ləğv  edilir  və  buna  görə  də  vərəsəlik  qaydasında  vərəsələrə  keçmir.  Amma 

ləğv  edilməsinə  baxmayaraq  müəlliflik  hüququ  müddətsiz,  yəni  hər  hansı 

müddətə  məhdudlaşdırılmadan  qorunur.  Belə  halda  o,  subyektiv  mülki  hüquq 

kimi  yox  (artıq  müəllifin  ölümü  ilə  o,  subyektiv  hüquq  kimi  ləğv  edilmişdir),  hü­

quqi  fakt  (sənaye  mülkiyyəti  obyektini  müəllifin  yaratması  faktı)  və  ictimai  cə­

hətdən əhəmiyyəti olan  mənafe  kimi  qorunur.

Ad 


Ad  hüququ  sənaye  mülkiyyəti  obyekti  müəllifinin  malik  olduğu 

hüququ 


Şəxsi  qeyri-əmlak  hüquqlarından  biridir.  Müəllifin  ad  hüququ 

onun  digər  hüququ  ilə  -   müəlliflik  hüququ  ilə  sıx  surətdə  bağlı­

dır.  Müəlliflik  hüququna  görə,  sənaye  mülkiyyəti  obyektinə  istinad  edən  bütün 

şəxslər  («hamı  və  hər  kəs»)  onun  müəllifi  qismində  yalnız  o  şəxsin  adını  gös­

tərməlidirlər ki,  həmin  şəxs müəllif kimi tanınsın.

Ad  hüququ  dedikdə,  sənaye  m ülkiyyəti  obyektini  yaradıcı  əməyi  ilə 

yaradan  şəxsin  hər yerdə  onun  adının  göstərilm əsini  tələb  etmək  imkanı

'  Иоффе  ОС.  Советское  гражданское  право.  Курс  лекций.  Л.  I965,  часть  3,  с.  124;  Сергеев 

А.П.  Право интеллектуальной собственности в Российской Федерации, с.  504.

Яичное  К.К.  Изобретение и  его  прававая  охрана  в СССР.  M.  1961, с.  I77-178.;  Рясенцсв  В.А. 

Неимущественные права авторов изобретений // Вопросы изобретательства.  I978. №4, с.  I9.

3  Hüquq  odobiyyalı  səhifələrində  belo  bir  fikro  rast  gəlirik  ki,  guya  müəlliflik  hüququ  səlahiyyətli 

dövlət orqanı  təklif olunmuş obyektin  patent qabiliyyətli sənaye mülkiyyəti obyekti  kimi tanınmaq barə­

də  qərar  qəbul  etdiyi  andan  yaranır  (məsələn,  bax:  Юрченко  А.К.  Проблемы  советского  изобрета­

тельского права Л.  I963, с.  I04-I05;  Гаврилов Э.П.  К  вопросу разработки  закона  об изобретатель­

ства // Вопросы изобретательства.  I985. №3, с. 20).

350


başa  düşülür.

Hər  şeydən  əvvəl,  patent  almaq  üçün  verilmiş  iddia  sənədində  müəllifin 

adı  g ö stərilm əlidir.  Bu, qanunun  məcburi göstərişidir1.  Digər tərəfdən, patent 

idarəsinin  rəsmi  bülletenində  dərc  olunmuş  iddia  sənədi  barəsində  məlu­

matda  m üəllifin  adı  göstərilm əlidir.  Əgər sənaye  mülkiyyəti  obyektini  yara­

dan  şəxs  müəllif kimi  göstərilmək hüququndan  imtina  edərsə,  onda  məlumat­

da  müəllifin  adı göstərilmir.

Bunlardan  əlavə,  həm  patentdə,  həm  də  patent idarəsinin rəsmi  bülletenin­

də  patent  barəsində  dərc olunmuş  məlumatda müəllifin adı göstərilir.  Əgər im­

tina  edərsə,  patentdə,  habelə  patent  barəsində  dərc olunmuş  məlumatda  mü­

əllifin  adı  göstərilmir,  yəni  müəllif patentdə  və  patent barəsində  məlumatda öz 

adının  göstərilməsindən  imtina  edə  bilər.  Bunlara  əsasən  deyə  bilərik  ki,  ad 

hüququ  müəllifin  həm  də  müəyyən  hallarda  öz  adının  göstərilməsindən  im­

tina  etmək  im kanını  bildirir.

Ad  hüququ,  digər  tərəfdən,  sənaye  m ülkiyyəti  obyektini  müəllifin  öz adı

ilə  adlandırm aq  im kanını  ifadə  etmək  səlahiyyətini  ifadə  edir.  Başqa  sözlə 

desək,  müəllif özünün  yaratdığı  sənaye  mülkiyyəti  obyektinə  öz adını  qoya  bi­

lər.  Düzdür,  qanunvericilik  müəllifə  bu  cür  hüquq  vermir.  Qanunvericilik  eyni 

zamanda  müəllif tərəfindən  belə hüquqdan  istifadə olunmasını  qadağan da et­

mir.  Qanunla  qadağan  edilməyən  hər  şeyə  icazə  verilir.  Buna  görə  də  bizim 

fikrimizcə,  müəllif yaratdığı  sənaye  mülkiyyəti obyektini  öz adı  ilə  adlandıra  bi­

lər.  Mülki  hüquq  elmində  (doktrinasında)  məsələyə  bu  cür  yanaşmanın  həm 

tərəfdarları1

 2,  həm  də əleyhdarları3 vardır.

Müəllifin  ad  hüququ  onun  şərti  addan  (təxəllüsdən)  istifadə etmək imka­

nını  ifadə  etmir.  Qanun  ona  belə hüquq vermir4.

Ad  hüququ  həm  də  müəllifin  bütün  digər şəxsləri  patentin verildiyi ölkə əra­

zisində özlərini  müəllif kimi adlandırmalarını  qadağan etmək imkanını bildirir.

Ad  hüququ  bir  sıra  konvensiyalarda,  məsələn,  Paris  konvensiyasında  da 

nəzərdə  tutulmuşdur.  Konvensiyaya  görə,  müəllif patentdə  müəllif kimi göstə­

rilməsini tələb etmək hüququna  malikdir5.

Müəllif  göstərilənlərdən  başqa,  digər  şəxsi  qeyri- 

əmlak  hüquqlarına  da  malikdir.  Sənaye  mülkiyyəti 

obyektinə  toxunulmazlığı  hüququ  həmin  hüquq­

lardan  biridir.  Düzdür,  patent  haqqında  qanun  mü­

əllif üçün  belə hüquq  müəyyən  etmir.  Lakin  yaradı­

cılıq  (əqli)  fəaliyyətinin  nəticəsi  olan  sənaye  mülkiyyəti  obyektinin  mahiyyətin­

dən  və təbiətindən  irəli gəlir ki,  müəllifin  yaratdığı sənaye mülkiyyəti obyektinə

Müəllifin sənaye 

m ülkiyyəti obyektinə 

toxunulmazlıq 

hüauau


1 «Patenl haqqında» qanunun 27-ci maddəsi.

2  Иоффе  О.C.  Советское  гражданское  право.  Курс лекций.  Часть  3,  Л.  1965,  с.  126;  Сергеев

А.П.  Право  интеллектуальной  собственности  в  Российской  Федерации.  Учебник.  M.I999, с.  505-

506; Киселев В.  Специальные названия изобретений, полезных моделей, промышленных образцов 

//Интеллектуальная собственность.  1998. №4, с. 4 1 -42.

Гусе А.Н.  Гражданское право. Учебник. М. 2003, с. 242.

Л  Müəlliflərdən  Qucv  A.N.  (Гражданское  право.  Учебник  М.  2003,  с.  242)  göstərir  ki,  müəllif 

loxəllüsdon  istifadə cdo bilər.

5 Bax; 

c t




4.  Парижской  Конвенции.

351


toxunulmazlıq  hüququ vardır.

Sənaye  m ülkiyyəti  obyektinə  toxunulm azlıq  hüququ  onu  ifadə  edir  ki, 

həmin  obyektdən  istifadə  olunduqda  m üəllifin  razılığı  olm adan  sənaye 

m ülkiyyəti  obyektinə  hər  hansı  b ir  dəyişiklik  etmək  qadağan  edilir.  Dəyi­

şikliyin  qadağan  edilməsi  sənaye  mülkiyyətinin  istənilən  elementinə  aiddir. 

Hətta sənaye  mülkiyyəti obyektinin  müəllifinin  adının  ifadə edilməsinə  hər han­

sı  bir dəyişiklik etmək  qadağan  edilir.

Müəllifin  ölümündən  sonra  da  sənaye  mülkiyyəti  obyektinin  toxunulmazlığı 

qorunur.  Bu,  müəllifin  vərəsələri tərəfindən  həyata  keçirilir.

Əmlak  hüquqları  müəllifin  əmlak  mənafeyini  təmin 

Müəllifin  əmlak 

edjr.  onların  məzmunu  əmlak (maddi) xarakterlidir.

hüquqları. Sənaya 

Sənaye  m ülkiyyətinə  patent  alm aq  hüququ

mülkiyyətinə  patent 

m(jə||jfjn  əmlak  hüquqlarından  biridir.  Elə  buradaca 

a  maq  uququ 

dərfıat  qeyd  edərək  göstəririk  ki,  bu  hüququ  müəlli­

fin,  necə  deyərlər,  «xalis»  və  «təmiz»  şəkildə  əmlak  hüququ  hesab  etmək  ol­

maz  Məsələ  burasındadır ki,  sənaye  mülkiyyətinə patent almaq  hüququ öz tə­

biətinə  görə  şəxsi  xarakterli  qeyri-əmlak  hüququdur1.  Lakin  o,  «xalis»  və  «tə­

miz»  şəkildə  şəxsi  qeyri-əmlak  hüququ  da  sayılmır.  Ona  görə  ki,  həmin  hüquq 

özündə həm  şəxsi  (qeyri-əmlak),  həm də əmlak elementlərini  birləşdirir.

Digər tərəfdən,  müəllifin  ölümündən  sonra  sənaye  mülkiyyəti  obyektinə  pa­

tent  almaq  hüququ  vərəsəlik  üzrə  vərəsələrə  keçir* 2  və  mirasa  daxil  edilir. 

Ümumi  qayda  isə  bundan  ibarətdir  ki,  müəllifin  şəxsi  qeyri-əmlak  hüquqları 

onun ölümü  İlə  ləğv  edilir.  Göründüyü  kimi,  sənaye  mülkiyyətinə  patent almaq 

hüququ  həmin  hüquqlar arasında  istisnalıq təşkil  edir.

Bunlardan  əlavə,  əgər  sənaye  mülkiyyətinə  patent  almaq  hüququ  həyata 

keçirilməzsə,  onda  müəllifin  əmlak  hüquqları  yaranmaz  və  həyata  keçirilə  bil­

məz.  Buna  görə  həmin  hüquq  əmlak  hüquqlarının  əmələ  gəlməsinin  labüd 

(məcburi) şərtidir.

Göstərdiyimiz  səbəblərə  görə,  sənaye  mülkiyyətinə  patent  almaq  hüququ­

nu  biz,  müəllifin  əmlak  hüquqlarına  aid  edirik.  Müasir  dövrün  bəzi  müəllifləri, 

məsələn,  A.N.Quev də məsələyə mehz bu  cür yanaşır3.

Sənaye  m ülkiyyəti  obyektinə  patent  almaq  hüququ  dedikdə,  tə k lif 

olunmuş  nəticənin  rəsmən  tanınması  üçün  m üəllifin  səlahiyyətli  dövlət 

orqanına  m üraciət  etmək,  həmin  orqana  iddia  sənədi  verm ək  və  gö stəri­

lən  nəticəni  rəsm iləşdirm ək  imkanı  başa  düşülür.  Bu  hüquq  müəllifin  pa­

tent sahibi olmaq  imkanı deməkdir.

Müəllifin  sənaye  mülkiyyəti  obyektinə  patent  almaq  hüququ  m üstəsna  xa­

rakterli  hüquqdur.  Bu,  onu  ifadə  edir  ki,  yalnız  sənaye  mülkiyyəti  obyektini 

yaradıcı  əməyi  ilə yaradan  şəxsin  patent almaq  hüququ  vardır;  müəllifin  razılığı 

olmadan  hər  hansı  bir  şəxs,  heç  bir  halda  və  heç  vaxt  sənaye  mülkiyyəti  ob­

yekti  üçün  patent  ala  bilməz;  başqa  şəxslərin  sənaye  mülkiyyəti  obyekti  üçün 

patent  almaq  yalnız  müəllifin  razılığı  (icazəsi)  ilə  mümkün  ola  bilər.  Müəllif  öl-



'  Allahverdiyev S.S.  Azerbaycan Respublikasının vərəsəlik hüququ.  Dərs vəsaiti.  Bakı. 2004.

2 «Patent haqqında» qanunun  17-ci maddəsinin 2-ci bəndi.

Гуев Л.Н.  Гражданское право. Учебник. Том 3.  2003, с. 243.

352


düyü  hallarda  isə vərəsələr sənaye  mülkiyyəti obyekti  üçün patent ala bilərlər. 

Ona  görə ki, göstərilən  hüquq vərəsəlik qaydasında keçən hüquqdur.

Sənaye  mülkiyyətinə  patent  almaq  hüququ  iki  mənada  başa  düşülür;  pro­

sessual  mənada;  maddi  mənada.

Prosessual  mənada  patent  almaq  hüququ  dedikdə,  müəllifin  qanunda 

nəzərdə  tutulan  qaydada  iddia  sənədi  tərtib  etmək  və  onu  səlahiyyətli  dövlət 

orqanına  vermək  imkanı  başa  düşülür.  Bu  imkan  patent  almaq  hüququnun 

prosessual-hüquqi tərəfidir.

Maddi  mənada  patent  almaq  hüququ  dedikdə,  müəllifin öz əməyi  ilə  ya­

ratdığı  obyekti  rəsmi  surətdə  ixtira, faydalı  model və ya sənaye  nümunəsi  kimi 

tanıtdırmağa  və  onu  müvafiq  dövlət  reyestrində  qeydə  aldırmağa  nail  olmaq 

imkanı  başa  düşülür.  Bu  imkan  isə  patent  almaq  hüququnun  maddi  tərəfini

təşkil  edir.

Qanunda  nəzərdə  tutulan  hallarda  müəllifin  patent  almaq  kimi  müstəsna 

hüququ  məhdudlaşır.  Belə  ki,  xidməti  vəzifələrinin  həyata  keçirilməsi  və  ya 

işəgötürənin tapşırığı  ilə əlaqədar işçinin yaratdığı  sənaye  mülkiyyəti obyektinə 

patent  almaq  hüququ  işəgötürənə  məxsusdur’ .  Bununla  belə,  işəgötürənlə iş­

çi  (müəllif)  arasında  müqavilədə  nəzərdə tutularsa,  müəllif həmin  hüquqa  ma­

lik  ola  bilər.

Sənaye  mülkiyyəti  obyektinə  şərikli  müəlliflik  yaranan  hallarda  patent  al­

maq  hüququ  kimə  məxsus  olur?  Qeyd  etmək  lazımdır  ki,  sənaye  mülkiyyəti 

obyektinə şərikli  müəlliflik iki, ya  daha  artıq şəxsin birgə əməyi ilə yaradılır.  Bu­

na  görə  də  sənaye  mülkiyyətinə  patent  almaq  hüququ  şərik  müəlliflərin  ha­

mısına  birgə  məxsus olur.

Haqq  almaq  hüququ  müəllifin  əmlak  hüquqları  sırasına



almaq  hüququ 

aid olan  hüc1ucldur-

M üəilifin  haqq  almaq  hüququ  dedikdə,  onun  pa­

tent  sahibindən  və  ya  sənaye  m ülkiyyəti  obyektindən  istifadə  edən  baş­

qa  şəxslərdən  m üvafiq məbləğdə  pul almaq  imkanı  başa  düşülür.

Patent  haqqında  qanun  müəyyən edir ki,  hansı hallarda müəllif haqq ala  bi­

lər.  Xidməti  vəzifəsinin  həyata  keçirilməsi  və  ya  işəgötürənin  tapşırığı  ilə  əla­

qədar  işçinin  sənaye  mülkiyyəti  obyekti yaratması  həmin  hallardan  biridir.  Hə­

min  obyektin  müəllifi  işçi  sayılsa  da,  patent  almaq  hüququ  işəgötürənə  məx­

sus  olur.  İşəgötürən  sənaye  mülkiyyəti  obyekti  yaratdığına  görə  müəllifə  (işçi­

yə)  haqq  ödəyir.  Haqqın  məbləği  və digər məsələlər işəgötürənlə  işçi arasında 

bağlanmış müqavilə ilə  müəyyən edilir.

Sənaye  mülkiyyəti  obyektlərindən  istifadə  hüququ müəl­

lifin  əmlak  hüquqlarından  biridir.  Müəllif  belə  hüquqa 

yalnız o halda  malik ola  bilər ki,  sənaye mülkiyyəti  üçün 

patent  alsın  və  patent sahibi  qismində  çıxış  etsin.  Buna 

görə  də  sənaye  m ülkiyyəti  obyektindən  istifadə 

üçün  müstəsna  hüquq  patent sahibi  kimi ona məxsus olur.

İstifadə  hüququ  dedikdə,  müəilifin  (patent  sahibinin)  sənaye  mülkiy­

Sənaye 


mülkiyyəti 

obyektlərindən 

istifadə  hüququ

«Patcnl haqqında» qanunun  13-cü maddosinin  l-c i  bondi.

353


yəti  obyektinin  öz mülahizəsinə  görə tətbiq etmək im kanı  başa düşülür.

İstifadə hüququ  müstəsna  hüquq sayılır.  Ona  görə ki,  müəllifin  (patent sahi­

binin)  razılığı  olmadan  heç  kəs  patentlə  qorunan  sənaye  mülkiyyəti  obyektin­

dən  istifadə edə  bilməz;  başqa  şəxslər yalnız  razılıq  (icazə) olduqda  həmin ob­

yektdən  istifadə edə  bilərlər.  Buna  görə  də müəllif sənaye  mülkiyyəti  obyektin­

dən  istifadəyə müstəsna  hüquqa  malikdir.

Sənaye  mülkiyyəti  obyektindən  istifadəyə  müstəsna  hüquq  həm  də  müəlli­

fin  həmin  obyektdən  başqa  şəxslərin  istifadə  etm əsini  qadağan  etmək 

imkanı  deməkdir.


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin