Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§ 2.  Patent hüququnun subyektləri



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə26/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   54
§ 2.  Patent hüququnun subyektləri

Patent hüququ 

subyektlərinin 

anlayışı və dairəsi

Sənaye  mülkiyyəti  obyektlərinin  yaradılması,  hüquq 

mühafizəsi  və  onlardan  istifadə  olunması  ilə  bağlı  ola­

raq  hüquq  münasibəti  əmələ  gəlir.  Həmin  münasibət 

çərçivəsində  subyektiv  sənaye  m ülkiyyə ti  hüquqla­

rı  (məsələn,  sənaye  mülkiyyəti  obyektinin  müəllifi  kimi  tanınmaq  hüququ,  ad 

hüququ, iddia  sənədi vermək hüququ,  haqq  almaq  hüququ,  istifadə  hüququ və 

s.) yaranır ki, onların daşıyıcıları patent hüququnun  subyektləri  adlanır.

Patent  hüququnun  subyektləri  dedikdə,  subyektiv  sənaye  m ülkiyyəti 

hüquqlarının  məxsus olduğu  şəxslər başa  düşülür.

1  Q .M .Velyaminov  konvensiyanın  9  iştirakçısı  olmasını  göstərir 



(Вельяминов  Г.М.

  Мсждународ- 

нос  экономическое  право  и  процесс.  Учебник.  М .,  2004,  с.  343).  О ,  Ukraynanı  iştirakçılar  sırasına 

daxil etmir.

302


Patent hüququnun subyektlərinin dairəsi kifayət qədər genişdir. Onlara aiddir:

•   sənaye mülkiyyəti obyektinin  müəllifi;

•   patent sahibləri;

•   hüquq varisləri  (vərəsələr);

•   Azərbaycan  Respublikası (dövləti).

Patent  hüququnun  ayrı-ayrı  subyektləri  müxtəlif  hüquqi  faktlar  əsasında 

subyektiv  hüquqlara  malik  olur,  həmin  hüquqları  əldə  edir,  bir  sözlə,  onların 

daşıyıcıları  olurlar.  Məsələn,  sənaye  m ülkiyyəti  obyektini  yaratmaq  kimi 

hüquqi  fa kt  müəllifin  patent  hüququnun  subyekti  hesab  edilməsinə  səbəb 

olur.  Səlahiyyətli  dövlət  orqanından  sənaye  mülkiyyəti  obyekti  üçün  patent al­

maq  faktı  patentin  sahibini  patent  hüququnun  subyekti  kimi tanıtdırır.  Vərəsə­

lərin  patent  hüququnun  subyekti  kimi  tanınmasına  səbəb  olan  hüquqi  fakt və­

rəsəlik hesab edilir.  M ülki-hüquqi  əqdlər (müqavilələr)  kimi  hüquqi fakt sə­

naye  mülkiyyəti  obyektindən  istifadə  hüququnun istifadəçiyə keçməsinə səbəb 

olur.  Söhbət  sənaye  mülkiyyəti  obyektindən  istifadə  hüququnun  verilməsi  ba­

rədə  lisenziya  m üqavilələrindən  gedir.  Belə  halda  istifadəçi  (fiziki və  hüquqi 

şəxslər)  patent  hüququnun  subyekti  olurlar.  Hüquqi  faktlardan  biri  qanunda 

ifadə  olunan  g ö stə riş  hesab  edilir  ki,  həmin  göstəriş  əsasında  müxtəlif  qu­

rumlar,  məsələn,  dövlət  patent  hüququnun  subyekti  olur.  Dövlət  milli  təhlükə­

sizlik  maraqlarını  təmin  etmək  məqsədilə  sənaye  mülkiyyəti  obyektlərindən  is­

tifadə  hüququ  əldə  edə  bilər1.

Müəllif patent hüququnun  əsas və  başlıca subyekti  hesab 

uə  ı  pa  en 

0|unur.  Belə  ki,  subyektiv  hüquqlar  sənaye  mülkiyyəti ob-

su bvektilüm i 

yekt'  (ixtira’  faydaİ1  model  və  sənaye  nümunəsi)  barəsin- 

"  

də və onunla  bağlı olaraq yaranır. Obyekt olmadan  nə pa­



tent hüquq  münasibətləri,  nə də subyektiv sənaye  mülkiyyəti  hüquqları (patent 

hüquqları)  əmələ  gələ  bilər.  Sənaye  mülkiyyəti  obyektlərini  isə  məhz  müəllif 

yaradır.  Patent  hüququnun  subyekti  kimi  müəllifin  hüquqi  statusu  patent haq­

qında  qanunla  müəyyən olunur1

 2.  Qanunda  müəllifə anlayış da verilir.

M üəllif  dedikdə,  sənaye  m ülkiyyəti  obyektini,  yəni  ixtiranı,  faydalı  mo­

deli və  sənaye  nüm unəsini yaradıcı  əməyi  ilə yaradan şəxs başa düşülür.

Yalnız fiziki  şəxslər  müəllif qismində çıxış edə  bilərlər.  Hüquqi  şəxslərə  gəl­

dikdə  isə  qeyd  edə  bilərik  ki,  onlar  patent  hüququnun  subyekti  olsalar  da  sə­

naye  mülkiyyəti obyektinin  müəllifi  kimi tanına  bilməzlər.  Hüquqi şəxslər ancaq 

patent sahibi  və  hüquqi varis qismində patent hüququnun  subyekti ola  bilər.

Qeyd etmək  lazımdır ki,  əqli mülkiyyət obyektlərinin  (yaradıcılıq fəaliyyətinin 

nəticələrinin)  müəllifi  olmaq  imkanı  fiziki  şəxsin  hüquq  qabiliyyətinin  məzmu­

nunu  təşkil  edən  elementlərdən  biridir3.  Mülki  fəaliyyət  qabiliyyətindən  fərqli 

olaraq,  mülki  hüquq  qabiliyyəti,  birincisi,  fiziki  şəxslərin  yaşından  asılı  deyildir. 

Buna  görə  də  fiz ik i  şəxslər  yaşından  asılı  olmayaraq  sənaye  mülkiyyəti 

o byektinin  m üəllifi  ola  bilərlər.  Odur  ki,  həm  həddi-buluğa  çatan  şəxslərin,

1 «Patent haqqında» qanunun  18-ci  maddosi.

2  «Patent haqqında» qanunun  I  l-c i  maddəsi.

3  Y eni  M ü lk i  M əcəllədən  fərqli  olaraq,  köhnə  1964-cü  il  M ü lk i  M əcəllənin  10-cu  maddəsində  bu 

barədə  birbaşa göstəriş vardır.

303


həm  də yetkinlik  yaşına  çatmayan  şəxslərin  sənaye  mülkiyyəti  obyektinin  mü­

əllifi ola  bilməsi  mümkündür.

Digər tərəfdən,  mülki fəaliyyət qabiliyyətindən fərqli olaraq,  mülki  hüquq qa­

biliyyəti  fiziki  şəxslərin  sağlamlıq  vəziyyətindən  asılı  deyildir.  Bu  isə  o  demək­

dir ki,  fiziki  şəxslər özlərinin  sağlamlıq vəziyyətindən  asılı  olm ayaraq  səna­

ye  mülkiyyəti  obyektinin  m üəllifi  ola  bilərlər.  Məhz  bu  səbəbdən  ruhi-əqli 

cəhətdən  sağlam  olan  şəxslərin  də,  sağlam  olmayan  şəxslərin  də  sənaye 

mülkiyyəti obyektinin  müəllifi olması  mümkündür.

Əgər  sənaye  mülkiyyəti  obyektinin  müəllifi  olmaq  hüququ  fiziki  şəxsin  ya­

şından və sağlamlıq vəziyyətindən asılı  deyildirsə,  onda  belə  hüquq  onun  m ül­

ki  fəaliyyət  qabiliyyətindən  də  asılı  olmur.  Deməli,  həm  tam  mülki  fəaliyyət 

qabiliyyətli,  həm  də  mülki  fəaliyyət  qabiliyyəti  olmayan  fiziki  şəxslər  sənaye 

mülkiyyəti obyektinin  müəllifi ola bilərlər.

Lakin  tam  mülki  fəaliyyət qabiliyyəti olmayan  şəxslər sənaye  mülkiyyəti ob­

yektinin  müəllifi  olmaq  hüququna  malik  olsalar  da,  onlar  həmin  obyektlərlə 

bağlı olaraq yaranan  hüquqlarını  (sənaye  m ülkiyyəti  hüquqlarını)  m üstəqil 

surətdə  həyata  keçirə  bilməzlər.  Bu,  məlum  məsələdir.  Belə  ki,  hüquqları 

həyata  keçirmək  iradəvi  hərəkətdir.  Iradəvi  hərəkət  isə  fiziki  şəxsin  mülki  fəa­

liyyət qabiliyyətindən  asılıdır.  Ona  görə  də tam  mülki fəaliyyət qabiliyyəti  olma­

yan  fiziki  şəxslərin  (məsələn,  14 yaşa  kimi  azyaşlıların,  ruhi  xəstələrin,  əqli cə­

hətdən  zəif olan  şəxslərin)  sənaye  mülkiyyəti  hüquqlarını  onların  qanuni  nü­

mayəndələri  (valideynləri  və  qəyyumları)  həyata  keçirirlər.

Amma  natamam  (nisbi)  mülki  fəaliyyət  qabiliyyətli  şəxslərin,  yəni  14  yaşın­

dan  18 yaşınadək olan  yetkinlik yaşına çatmayanların  səlahiyyəti  vardır ki,  va­

lideynlərinin  və  ya  himayəçinin  razılığı  olmadan,  müstəqil  surətdə  ixtiranın  və 

ya  sənaye  mülkiyyətinin  digər  obyektlərinin  müəllifinin  hüquqlarını  həyata  ke­

çirsinlər. Qanun  buna yol verir (MM-in  30-cu  maddəsinin  2-ci  bəndinin  2-ci ya- 

rımbəndi).

Xarici  fiziki  şəxslərə  gəldikdə  isə  qeyd etmək  lazımdır ki,  onlar da  sənaye 

mülkiyyəti  obyektinin  müəllifi  olmaq  hüququna  malikdirlər.  Ona  görə  ki,  xarici 

fiziki  şəxslər  patent  haqqında  qanunda  nəzərdə  tutulan  hüquqlardan  (əlbəttə, 

sənaye  mülkiyyəti  obyektinin  müəllifi  olmaq  hüququndan)  Azərbaycan  Res­

publikasının  iştirak  etdiyi  beynəlxalq  m üqavilələrə  və  ya  qarşılıqlı  olma 

prinsipinə əsasən Azərbaycan  Respublikasının vətəndaşları  ilə  bərabər istifa­

də  edirlər'.  Qarşılıqlı  olma  dedikdə,  xarici  şəxsləri  müəyyən  rejimlə  (milli  re­

jimlə)  və  ya  hər  hansı  hüquqla  təmin  etmək  başa  düşülür.  Qarşılıqlı  olmanın 

mahiyyəti  xarici  dövlətin  şəxslərinə  müəyyən  hüquqlar  verməkdən  ibarətdir, 

bir şərtlə  ki,  bu  hüquqları  verən  dövlətin  şəxsləri  həmin  xarici  dövlətdə  analoji 

(eyni)  hüquqlardan  istifadə  edəcəkdir2.  Məsələn,  Azərbaycan  Respublikası 

Fransanın  şəxslərinə bu  şərtlə sənaye  mülkiyyəti obyektinin  müəllifi  olmaq  hü­

ququ  verir  ki,  Azərbaycan  Respublikasının  şəxsləri  Fransada  analoji  hüquq­

dan istifadə etsinlər.

"Patent haqqında» qanunun 42-ci maddəsi.



Б огусловскчй M .M .

  Международное частное право.  Учебник.  M ., 2002, с.  113.

304


Patent  hüququnun  subyekti  qismində  şərik  müəlliflər  də  çıxış  edə  bilərlər. 

Söhbət  sənaye  mülkiyyəti  obyektinin  yaradılmasında  birgə  əməyi  iştirak edən 

bir neçə (iki və ya  daha  artıq) şəxsdən  gedir.  Şərik müəlliflərə hər hansı konk­

ret elmi,  konstruktor və  ya  texnoloji  problemi  həll etmək  üçün  birləşərək  birgə 

ış 

görən  mütəxəssisləri  misal göstərmək olar.



Ö zlərinin  yaradıcı  əməyi  ilə  sənaye  m ülkiyyəti  obyektinin  yaradılma­

sında  iş tira k  edən  b ir neçə (iki və ya daha  artıq) fiziki  şəxsə  şərik müəllif­

lər  və  ya  m üştərək  m ü ə lliflə r  deyilir.  Qanunda  şərik  müəlliflərə  məhz  belə 

anlayış verilir'.

Şərik müəlliflər özlərinin birgə əməyi ilə yaratdıqları sənaye mülkiyyəti obyek­

tinə şərikli  m üə lliflik hüququna  (şərikli  m üəllifliyə)  malikdirlər.  Şərikli  müəllif­

lik hüququnun yaranması üçün bir neçə şərtə əməl olunması tələb edilir.

B irin c i  şərt  ondan  ibarətdir  ki,  sənaye  mülkiyyəti  obyektinin  yaradılmasın­

da  b ir  neçə  (iki,  ya  daha  çox)  şəxs  iştirak etməlidir.  Aydın  məsələdir ki,  bir 

şəxsin  iştirakı  ilə şərikli  müəlliflik yarana  bilməz.

İkinci  şərtə  görə,  sənaye  mülkiyyəti  obyekti  b ir  neçə  şəxsin  şəxsən  bir­

gə  yaradıcı  əm əyi  nəticəsində  yaradılmalıdır.  Onlardan  hər  biri  birgə  işə  öz 

yaradıcılıq  töhfəsini  verməlidir.  Həmin  şəxslər  sənaye  mülkiyyəti  obyektinin 

yaradılmasında  şəxsən  yaradıcı  əməyi  olan  şəxslərdir.  Buna  görə  də  sənaye 

mülkiyyəti  obyektinin  yaradılmasında  şəxsən  yaradıcı  əməyi  olmayan,  müəllif­

lərə  (müəllifə)  yalnız  texniki,  təşkilati  və  ya  maddi  yardım  etmiş,  yaxud  sə­

naye  mülkiyyəti  obyektinə olan  hüquqların  rəsmiləşdirilməsinə və ondan  istifa­

dəyə  kömək  göstərmiş fiziki  şəxslər şərik müəlliflər sayılmırlar1

 2.

Şərik  müəlliflərin  yaratdıqları  sənaye  mülkiyyəti  obyekti  barəsində  müəyyən 



hüquqları,  xüsusən  də  əmlak  (istifadə)  hüquqları  əmələ  gəlir.  Həmin  hüquq­

lardan  istifadə  qaydası  onların  razılıqları  ilə  müəyyən  edilir.  Bu  məqsədlə  şərik 

müəlliflər  öz  aralarında  m üqavilə  bağlayırlar.  İvləhz  həmin  müqavilə  əsasın­

da  müəlliflərin  sənaye  mülkiyyəti  obyekti  barəsində  yaranmış  hüquqlarından 

istifadə qaydası  ilə  bağlı münasibətlər tənzimlənir3.

Sənaye  mülkiyyəti  obyektlərinin  istifadəsi  ilə  bağlı  şərik  müəlliflər  arasında 

mübahisələr yarana  bilər.  Belə  mübahisələr məhkəmə qaydasında  həll edilir.

Sənaye  mülkiyyəti  obyektlərinin  qorunması  və  istifa­

dəsi  ilə  bağlı  münasibətlərdə  patent  sahibi  kimi  sub­

yekt  də  iştirak  edir.  Patent  sahibi  patent  hüququnun 

əsas  subyektlərindən,  onun  necə  deyərlər,  mərkəzi  fi­

qurlarından  biridir.  Ona  görə  ki,  qoruyucu  sənəd  olan  patent sənaye  mülkiyyəti 

obyektlərindən  istifadə  etmək  üçün  öz  sahibinə  (patent  sahibinə)  müstəsna 

hüquq  verir.  Kim  patentin  sahibidirsə,  o  da  sənaye  mülkiyyəti  obyektlərindən 

istifadəyə  müstəsna  hüquqa  malikdir.

Patent  sahibi  dedikdə,  sənaye  m ülkiyyəti  obyektlərini  qorumaq və on­

lardan  istifadə  etməyə  müstəsna  hüquq  əldə  etmək  üçün  səlahiyyətli 

dövlət orqanının  patent (qoruyucu  sənəd) verdiyi  şəxs  başa  düşülür.  Pa-

Patent sahibi 

patent hüququ­

nun  subyekti  kimi

1 «Patent haqqında» qanunun  ! l- c i maddəsinin  l- c i bəndi.

2 «Patent  haqqında» qanunun  !  l- c i  maddəsinin 2-ci  bəndi.

3 «Patent haqqında» qanunun  1 l- c i  maddəsinin  l- c i  bəndi.



tent sahibi  qanunda  nəzərdə tutulan  qaydada  patenti  əldə  edən  şəxsdir.  Həm 

fiziki  şəxslər,  həm  də  hüquqi  şəxslər  patent  sahibi  ola  bilərlər.  Bunlardan

əlavə,  dövlətin  də  patenti  (patent  hüquqlarını)  eldə  etməklə  patent  sahibi  kimi 

tanınması mümkündür.

Patent  sahibi  rolunda  hər  şeydən  əvvəl,  ilk  növbədə,  sənaye  m ülkiyyəti 

obyektinin  müəllifi  çıxış  edir.  Başqa  sözlə  desək,  patent  birinci  növbədə  sə­

naye  mülkiyyəti  obyektinin  müəllifinə  verilə  bilər.  Belə  halda  müəllif və  patent 

sahibi  eyni  şəxsdə  birləşərək  üst-üstə  düşürlər.  Bu  cür  vəziyyəti,  yəni  patent 

sahibi  ilə  müəllifin  eyni  şəxs  olmasını  başa  düşmək  olar.  Belə  ki,  öz  yaradıcı 

əməyi  ilə  sənaye  mülkiyyəti  obyektini  (məsələn,  yeni  təyinatlı  soyuducunu  və 

ya yeni təyinatlı saatı və s.) yaradan  şəxs dərhal  müəllif statusu əldə  edir.

Məlum  məsələdir  ki,  müəllif yaratdığı  obyekti  qorumaq  və  hüquqi  mühafizə 

ilə  təmin  etmək  üçün  səlahiyyətli  dövlət  orqanından  patent  almalıdır.  Obyekti 

yaratdığı andan  onun  patent almaq  hüququ  yaranır.  Bu hüququ  həyata  keçir­

mək  üçün,  yəni  patent  almaq  üçün  müəllif  səlahiyyətli  dövlət  orqanına  iddia 

sənədi  verir.  Həmin  orqan  sənaye  mülkiyyəti  obyektini  qeydə  alır  və  müəllifə 

patent verir.  Bu  andan  isə  o,  patent sahibi  kimi  tanınır.  Deməli,  eyni  şəxs  mü­

əllif və  patent sahibi  kimi  statusları  müxtəlif anlarda  (obyekt yarandığı  anda və 

həmin  obyekt qeydə alındığı anda) əldə edir1.

Digər  tərəfdən,  patent  sahibi  qismində  müəllifdən  başqa,  digər  şəxslər  də 

çıxış  edə  bilərlər.  Belə  ki,  qeyd  etdiyimiz  kimi,  müəllifin  öz  yaratdığı  sənaye 

mülkiyyətini  qorumaq  üçün  patent  almaq  hüququ  vardır.  O,  bu  hüququ  başqa 

şəxsə verə  bilər.  Qanun  buna yol  verir2.

Müəllif  patent  almaq  hüququnu  iki  yolla  başqa  şəxsə  verə  bilər.  Birinci 

yol  ondan  ibarətdir ki,  özünün yaratdığı sənaye  mülkiyyəti  obyektinə  patent al­

maq  üçün o,  səlahiyyətli  dövlət orqanına  verdiyi  iddia  sənədində  gələcək  pa­

tent  sahibinin  adını  göstərir.  Başqa  sözlə  desək,  iddia  sənədində  müəllif 

hansı şəxsin  gələcəkdə  patenti  əldə  etməsi  məsələsini  həll  edir.  Sənaye  mül­

kiyyəti obyekti  səlahiyyətli  dövlət orqanında  qeydə  alındıqdan  sonra  məhz  hə­

min şəxsin adına patent verilir.  Bununla o, patent sahibi olur.

Ərizə  vermək  müəllifin  patent  almaq  hüququnun  başqa  şəxslərə  verməsi­

nin  ikinci  yoludur.  O,  bu  yoldan  yalnız  üç  şərt  mövcud  olduğu  halda  istifadə 

edə  bilər.  Birinci  şərtə  görə,  müəllif  patent  verilməsi  barədə  iddia  sənədində 

gələcək  patent  sahibi  kimi  hər  hansı  şəxsin  adını  göstərm əm əlidir.  İkinci 

şərt  isə  ondan  ibarətdir  ki,  sənaye  mülkiyyəti  obyekti  hələlik  qeydə  alınm a­

malıdır.  Əgər  obyekt  qeydə  alınarsa,  onda  müəllif  həmin  yoldan  istifadə  et­

məklə  patent  almaq  hüququnu  başqa  şəxsə  verə  bilməz.  Üçüncü  şərtə  görə, 

sənaye  mülkiyyəti  obyekti  qeydiyyata  alınana  kimi  müəllifin  patent  almaq  h ü ­

ququnu  başqa  şəxsə vermək  niyyəti  olmalıdır.

Göstərilən üç şərt mövcud olduqda  müəllif sənaye  mülkiyyəti obyektini  qey­

də  alan  səlahiyyətli  dövlət orqanına ərizə verir.  O,  həmin  ərizədə  gələcək  pa­

tent sahibi kimi  istədiyi şəxsin adını göstərir.  Həmin şəxsə də patent verilir.

1  O.S.İoffc  haqlı  olaraq  yazır  ki,  ixtira  yaradıldığı  anda  şoxsin  onun  m ü ə llifi  k im i  tanımaq  hüququ 

əmələ gəlir {Иоффе O.C.

  Советское  гражданское право.  Часть 3. Л .,  1965, с.  124).

‘  «Patent haqqında» qanunun  12-ci  maddəsi.

306


Müəllif patent  almaq  hüququnu  başqa  şəxsə  (gələcək  patent sahibinə) yal­

nız  o  halda  verə  bilər  ki,  həmin  şəxs  buna  razılıq  versin,  öz  iradəsini  ifadə et­

sin.  Buna  görə  də  göstərilən  hüququn  verilməsi  üzrə  münasibətlər  müəlliflə 

gələcək  patent  sahibi  arasında  bağlanan  m ülki-hüquqi  əqd  (müqavilə)  ilə

rəsmiləşdirilir.

Bir sıra  hallarda  müəllif patenti  öz adına alır.  Sonradan  o,  müqavilə əsasın­

da  patenti  istənilən  şəxsə  güzəşt  edə  bilər.  Belə  halda  həmin  şəxs  patent sa­

hibi  olur.

.  .. 


Bəzən  sənaye  mülkiyyəti  obyektləri  işəgötürənlə

Işəgourən  paten 

gmək  münasibətində  olan  işçi  tərəfindən,  özü  də

əmək  sazişinə  (kontraktına)  əsasən  yaradılır.  Buna 

xidməti  sənaye mülkiyyəti obyekti deyilir.

Xidm əti  sənaye  m ülkiyyəti  obyekti  dedikdə,  işəgötürənlə  əmək  münasi­

bətində  olan  işçinin  öz  xidməti  (qulluq)  vəzifəsini,  yaxud  işəgötürənin  xidməti 

(qulluq) tapşırığını yerinə yetirmək qaydasında yaratdığı obyekt başa düşülür.

İşçi  dedikdə,  işəgötürənlə  əmək  münasibətində  olan  və onunla  əmək sazi­

şi  (kontraktı)  bağlayan fiziki şəxs  başa  düşülür.  O, sənaye mülkiyyəti obyektini 

yaradıcı əməyi ilə yaradan şəxsdir.

İşçi  sənaye  mülkiyyəti  obyektini  iki  qaydada  yarada  bilər:  öz xidməti (qul­

luq)  vəzifəsini  yerinə  yetirmək  qaydasında;  işəgötürənin  verdiyi  xidməti  (qul­

luq)  tapşırığı  yerinə  yetirmək  qaydasında  (istehsal,  elmi-tədqiqat,  bədii-qrafik 

və başqa  səpgidə  olan tapşırıq yazılı formada olmalıdır).

İşəgötürən  dedikdə,  işçinin  (müəllifin)  əmək  fəaliyyəti  göstərdiyi,  yəni 

əmək münasibətində olduğu müəssisənin (idarənin, təşkilatın) mülkiyyətçisi və 

ya onun təyin etdiyi  rəhbər,  səlahiyyətli orqan  başa düşülür.  Sahibkarlıq fəaliy­

yəti ilə  məşğul olan fiziki şəxslər də işəgötürən  sayılır.

Xidməti  sənaye  mülkiyyəti  obyekti  üçün  patent  almaq  hüququ  kimə  məx­

susdur: sənaye mülkiyyəti obyektinin  müəllifinə, yoxsa  işəgötürənə?

Dünya  praktikasına,  habelə  bir çox dövlətlərin  qanunvericilik ənənəsinə gö­

rə  xidm əti  sənaye  m ülkiyyəti  obyekti  üçün  patent  müəllifə  (işçiyə)  yox, 

işəgötürənə  verilir.  Xidməti  sənaye  mülkiyyəti  obyekti  üçün  patent  almaq 

məqsədi  ilə  müvafiq  orqana  iddia  sənədi  vermək,  patent  almaq  və  nəhayət, 

patentlə qorunan  həmin obyektdən  istifadə etmək hüquqları məhz işəgötürənə 

məxsusdur.  Xarici  qanunvericiliyin  məsələyə  bu  cür  yanaşmasını  başa  düş­

mək olar.  Məsələ burasındadır ki,  xidməti sənaye  mülkiyyəti obyektləri  bir qay­

da  olaraq,  işəgötürənin  maliyyə  dəstəyi  və  maddi  köməyi  ilə  yaradılır.  Hər 

hansı  konkret elmi,  konstruktor və ya texnoloji  problemi  həll etmək üçün  mütə­

xəssislərin  səylərini  məhz o,  birləşdirir.  Məhz işəgötürəni  patent  hüququ  ilə tə­

min  etmək  sənaye  mülkiyyəti  üzrə  fəaliyyətin  dəstəklənməsində  onda  maraq 

yarada  bilər.

Azərbaycan  Respublikasının  patent  hüququ  (patent qanunvericiliyi) də eyni 

mövqedə  durur:  işçinin  yaratdığı  xidm əti  sənaye  m ülkiyyəti  obyekti  üçün 

patent  alm aq  hüququ  işəgötürənə  m əxsusdur'.  Amma  bu,  imperativ  yox,

«Patent haqqında» qanunun  13-cü maddəsinin 2-ci  bəndi.

307


dispozitiv  normadır.  Belə  ki,  işəgötürənlə  müəllif  olan  işçi  arasındakı  münasi­

bətlər müqavilə  ilə tənzimlənir.  Həmin müqavilədə  ayrı  qayda  da  nəzərdə tu­

tula  bilər.  Məsələn,  müqavilədə  belə  şərtlər  müəyyən  edilə  bilər  ki,  patent  al­

maq  hüququ  müəllifə  məxsus  olsun  və  ya  patenti  işəgötürən  və  müəllif  birgə 

əldə  etsin  və  ona  sərəncam  versinlər  və  ya  patent  hüquqlarını  müəllif  xüsusi 

saziş əsasında  işəgötürənə  güzəşt  etsin  (versin)  və  s.  Əgər müqavilədə  bu  ki­

mi şərtlər olmazsa,  müəllif olan işçi xidm əti  sənaye  m ülkiyyəti  o byektini ya­

ratdığı  andan  işəgötürən  avtomatik  surətdə  patent  almaq  hüququ  əldə 

edir.  Bunun  üçün  işəgötürənlə  müəllif arasında  hər  hansı  xüsusi  sazişin  bağ­

lanması (patent almaq  hüququnun  işəgötürənə verilməsi  barədə) tələb edilmir. 

Ona  görə  ki,  qanun  patenti  almaq  hüququnun  işəgötürənə  məxsus  olması  ba­

rədə  birbaşa  göstəriş  ifadə  edir  və  belə  hüququn  yaranması  müqaviləyə  yox, 

həmin göstərişə əsaslanır.

Söz  yox  ki,  xidməti  sənaye  mülkiyyəti  obyekti  müəllifin  (işçinin)  yaradıcı 

əməyi  nəticəsində  yaradılır.  Buna  görə  də  onun  mənafeyi  nəzərə  alınmalı  və 

təmin  edilməlidir.  Odur  ki,  qanun  işəgötürən  üçün  m üəllifə  (işçiyə)  haqq 

ödəmək  vəzifəsi,  müəllif  üçün  isə  haqq  almaq  hüququ  müəyyənləşdirir. 

Haqqın  məbləği və ödəniş  şərtləri  işçi  (müəllif)  ilə  işəgötürən  arasında  bağlan­

mış  müqavilə  ilə  müəyyənləşdirilir.  Mübahisə  yarandıqda,  məsələ  məhkəmə 

qaydasında  həll olunur.

işəgötürənin  bəzən  sənaye  mülkiyyəti  obyekti  yaratdığına  görə  işçiyə  (mü­

əllifə) ödədiyi  haqqın  məbləği  onun  götürdüyü  gəlirə  uyğun  gəlmir.  Belə  halda 

işçi  (müəllif) ona  çatan  haqqın  m əbləğinin  artırılm asını tələb edə  bilər.

Bundan  əlavə,  qanun  işçini  (müəllifi)  əlavə  haqq  alm aq  hüququ  ilə  də tə­

min  edir.  Belə ki,  sənaye  mülkiyyəti  obyektinin  istifadəsi  zamanı  faktiki  müqa­

vilədə  nəzərdə  tutulandan  daha  çox  iqtisadi  səmərə  əldə  edilə  bilər.  Bu  əsas 

verir  ki,  işçi  (müəllif)  işəgötürəndən  əlavə  haqq  tələb  etsin.  Mübahisə  yaran­

dıqda,  məsələ məhkəmə qaydasında  həll olunur.

Müəllifin  (işçinin)  mənafeyi  həm də  bununla  təmin  edilir  ki,  iki  halda  patent 

almaq  üçün  iddia  sənədi  vermək  və  patent  almaq  hüquqları  m üəllifə  (iş­

çiyə)  keçir.  Birinci  hala  görə  sənaye  mülkiyyəti  obyekti  yarandıqdan  sonra 

işəgötürən  dövlət  orqanına  iddia  sənədi  verməkdən  im tina  edir.  Bunun  sə­

bəbi  müxtəlif ola  bilər.  Qanun  həmin  səbəbləri  müəyyən  etmir.  Özü  də imtina­

nın  səbəbinin  üzürlü  olub-olmamasının  məsələyə  dəxli  yoxdur.  Buna  görə  də 

işəgötürən  hər  hansı  dəlil-səbəb  gətirmədən,  motivə  əsaslanmadan  iddia  sə­

nədi verməkdən imtina  edə  bilər.

ikinci  hal  isə  işəgötürənin  patent  almaq  üçün  iddia  sənədi  verm ək  hüqu­

qundan  istifadə  etmək  niyyətini  3  ay  m üddətində  (m üəllifə)  işçiyə  b ild ir- 

məməsindən  ibarətdir.  3  ay  müddəti  işəgötürənin  müəllifdən  (işçidən)  yazılı 

bildiriş  aldığı  gündən  hesablanır.  Yazılı  bildiriş  isə  sənaye  mülkiyyəti  obyektini 

yaranması  barədə olub,  həmin  obyekt yarandıqdan  sonra  1  ay  ərzində  müəllif 

(işçi)  tərəfindən  işəgötürənə  göndərilir.  Əgər  işəgötürən  bildirişi  aldığı  gündən 

3 ay müddətində iddia vermək hüququndan  istifadə etmə  niyyətini  işçiyə  bildir­

məzsə,  onda  həmin  hüquq  işçiyə  keçir.  İşçi  (müəllif)  iddia  sənədi  verir  və  öz 

adına  patent alır.

308


natont 


Vərəsələr  də  patent hüququnun  subyektləri  sırasına aid

Əhücuiqunun 

edilirlər.  Onlar  vərəsəlik  kimi  hüquqi  fakt  əsasında

subvekti  kimi 

subyektiv  patent hüquqları  (sənaye mülkiyyəti  hüquqlan)

əldə  edir,  bununla  həmin  hüquqların  daşıyıcıları  olurlar.



Qanun  sənaye  mülkiyyəti  obyektləri  ilə bağlı hüquqların vərəsəlik üzrə keçmə­

si  barədə  göstəriş  ifadə edir’ .

Qeyd  etmək  lazımdır  ki,  ölümündən  sonra  vərəsələrinə  müəllifin  sənaye 

mülkiyyəti  obyektləri  ilə  bağlı bütün hüquqları (subyektiv sənaye mülkiyyəti hü­

quqları  və  ya  patent  hüquqları)  yox,  yalnız  onun  əmlak  xarakterli  hüquqları 

keçir.  Müəllifin əmlak mənafeyini təmin edən hüquqlar (əmlak hüquqları) onun 

ölümü  ilə  ləğv  olunmur.  Vərəsəliyin  predmeti  ola  bildiyinə  görə  həmin  hüquq­

lar vərəsələrə  keçir.  Belə  hüquqlara aiddir:

•   müəllifin  yaratdığı  sənaye  mülkiyyəti  obyektinə  patent  almaq  üçün  səla­

hiyyətli  dövlət orqanına  iddia  sənədi vermək hüququ  (müəllif ölür və id­

dia  sənədi verməyə  macal tapmır.  Onun  iddia  sənədi vermək hüququ  isə 

vərəsələrə keçir);

•   patent  alm aq  hüququ  (müəllif ölür  və  onun  həyata  keçirilməyən  patent 

almaq  hüququ vərəsələrə  keçir);

•   haqq alm aq  hüququ  (xidməti  sənaye mülkiyyəti obyekti yaratdığına görə 

müəllif olan  işçi  öldükdən sonra onun  işəgötürəndən  haqq almaq hüququ 

vərəsələrinə  keçir);

•   patentlə  qorunan  sənaye  m ülkiyyəti  obyektindən  istifadəyə  müstəs­

na  hüquq  (müəllif  sağlığında  yaratdığı  sənaye  mülkiyyəti  obyektinə  pa­

tent aldıqdan sonra ölür.  Belə halda patentlə qorunan obyektdən istifadə­

yə  müstəsna  hüquq vərəsələrə keçir).

Patent  sənaye  mülkiyyəti  obyektinin  müəllifinin  vərəsəsinə  (vərəsənin  adı­

na)  verilə  bilər.  Qanun  buna  yol  verir.  Belə  halda  vərəsə  patent  sahibi  olur. 

Bundan  əlavə,  patent  vərəsənin  göstərdiyi  şəxsə  də  verilə  bilər.  Bundan  ötrü 

vərəsə  patent  verilməsi  barədə  iddia  sənədində  yaxud  sənaye  mülkiyyəti  ob­

yektinin  qeydiyyata  alınana  kimi  səlahiyyətli  dövlət  orqanına  verdiyi  ərizədə 

həmin  şəxsin  (gələcək  patent sahibinin) adını göstərir2.  Bununla  vərəsə paten­

ti  istənilən  şəxsə  güzəşt edə (verə) bilər.

Müəllifin  əmlak  hüquqları  vərəsələrə  vəsiyyətnamə  yolu  ilə  keçir.  Belə  ki, 

o,  sənaye  mülkiyyəti  obyektləri  ilə  bağlı  patent hüquqlarını vermək üçün vəsiy­

yətnamə tərtib edir.

Əgər vəsiyyətnamə tərtib edilməyibsə,  onda  müəllifin  patent  hüquqları  (əm­

lak  hüquqları)  qanun  üzrə  vərəsəlik  əsasında  keçir.  Belə  halda  patent  hü­

quqları  mirasa  daxil edilir ki,  onu müəllifin qanun  üzrə vərəsələri əldə edirlər.

Vərəsələr patent  hüquqlarından  yalnız patentin  qüvvədə olma  müddəti 

ərzində  istifadə  edirlər.  Məsələn,  ixtiraya  patent  almaq  üçün  iddia  sənədi 

vermək  hüququ  vərəsəyə  keçir.  Vərəsə  bu  hüququ  həyata  keçirərək dövlət or­

qanından  patent alır.  Bununla  o,  patent sahibi olur.  Qanun  ixtira  üçün  patentin

«Patent haqqında»  qanunun  17-ci  maddəsinin 2-ci  bəndi. 

«Patent haqqında» qanunun  12-ci maddəsi.

309


qüvvədə  olma  müddətini  20  il  mü 

....  vərəsələr də  məhz  həmin  müd­

dət  ərzində  patentdən  (patent  hüquqlarından)  istifadə  edə  bilərlər.  Həmin 

müddət  başa  çatdıqda  (qurtardıqda) vərəsələr üçün  patent  hüquqları  ləğv edi­

lir,  sənaye mülkiyyəti  obyektləri  patentlə  qorunmur və  həmin  obyektlər cəmiy­

yətin ümumi istifadəsinə verilir.

Bəzən  vərəsəyə  patent  hüquqları  patentin  qüvvədə  old u ğ u   m üddətin 

qalan  hissəsi  qədər  keçir.  Başqa  sözlə  desək,  vərəsələr  patent  hüquqların­

dan  patentin  qüvvədə olduğu  müddətin  m üəllifin  ölüm ünədək  tamam   olm a­

mış  hissəsi  qədər  istifadə  edirlər.  Məsələn,  tutalım  ki,  ixtira  üçün  patentin 

qüvvədə  olma  müddəti  2021-ci  ilin  yanvarın  1-nə  qədər  qüvvədə  olmalıdır. 

Müəllif 2011 -ci  ilin yanvarın  1-də  ölür.  İxtira  üçün  patentin  20  illik  qüvvədə  ol­

ma  müddətinin  müəllifin  ölümünədək  tamam  olmamış  hissəsi,  yəni  20  illik 

müddətin  qalan  hissəsi  10  il  olacaqdır:  2021-ci  ilin  yanvarın  1-i  -   (minus) 

2011-ci  ilin  yanvarın  1-i=10  il.  Vərəsələr  üçün  patent  hüquqları  məhz  10  il 

müddəti ərzində  qüvvədə olacaqdır.

Vərəsələr  onlara  keçmiş  patent  hüquqlarından  qarşılıqlı  razılaşma  əsa­

sında  istifadə  edirlər.  Mübahisə yarandıqda  isə məsələ  məhkəmə  qaydasında 

həll edilir.

O  ki  qaldı  müəllifin  (patent  sahibinin)  şəxsi  qeyri-əm lak  hüquqlarına,  o n ­

lar  vərəsəliyin  predmeti  olm ur  və  buna  görə  də  vərəsəlik  üzrə  keçmir.

Söhbət şəxsin  sənaye  mülkiyyəti obyektinin  müəllifi olmaq  və onun  ad  hüquq­

larından  gedir.  Onlar  şəxsi  hüquqlar  olduğuna  görə  ayrılmaz  və  özgəninkiləş- 

dirilməzdir.  Elə  bu  səbəbdən  də  həmin  hüquqlar  müəllifin  (patent  sahibinin) 

ölümü ilə  ləğv edilir və vərəsələrə keçmir.

Lakin  belə  hal  müəllifin  şəxsi  qeyri-əmlak  hüquqlarının  qorunmasına  mane 

olmur.  Qanun  müəyyən  edir  ki,  m üəllifin  şəxsi  hüquqları  qorunur.  Özü  də 

şəxsi  hüquqların  qorunması  hər hansı müddətlə  məhdudlaşdırılmır,  yəni  onlar 

müddətsiz  qorunur’ .  Həmin  hüquqlar subyektiv  hüquqlar kimi  yox  (subyektiv 

şəxsi  hüquqlar  müəllifin  ölümü  ile  ləğv  edilir)  hüquqi  fakt  və  ictimai  cəhətdən 

əhəmiyyəti olan  mənafe kimi mühafizə edilir.

Müəllifin  patent  hüquqları  vərəsələrə  tam,  bütöv  və  kompleks  halda  keçir. 

Vərəsələr həmin  hüquqların  bir  hissəsini  qəbul  edib,  digər  hissəsindən  imtina 

edə bilməzlər.  Bu, vərəsəliyin universal  hüquq varisliyi olması  ilə izah  edilir.

Subyektiv patent  hüquqları  dövlətə  keçə  bilər.  Belə  halda

Dövlət patent 

dövlət  (Azərbaycan  Respublikası)  həmin  hüquqların

uququnun 

daşıyıcısı olur və  buna  görə də o,  patent  hüququnun  sub-

subyektı  kımı 

yekti kimi tan|nlr.

Dövlət  subyektiv  patent  hüquqlarını  m üxtəlif  hüquqi  faktlar  əsasında  əldə 

edə bilər.  Vərəsəlik həmin faktlardan  biridir.  Dövlət  hər şeydən  əvvəl,  subyektiv 

patent  hüquqlarını  (sənaye  mülkiyyəti  obyektlərindən  istifadəyə  müstəsna  hü­

quqları)  vəsiyyətnamə  əsasında  əldə  edə  bilər.  Belə  ki,  müəllif (patent  sahibi) 

patent hüquqlarının dövlətə verilməsi barədə vəsiyyətnamə tərtib edir.  Bu zaman 

dövlət vəsiyyət üzrə vərəsə olur. Müəllif öldükdə patent hüquqları ona keçir.

'  «Patent haqqında» qanunun  I  l-c i maddosinin  3-cü bondi.

310


Diger  tərəfdən,  dövlətə  patent  hüquqları  qanun  üzrə  vərəsəlik  əsasında 

keçə  bilər.  Belə  halda  o,  qanun  üzrə  vərəsə  olur.  Dövlət  isə  üç  halda  qanun

üzrə vərəsə ola  bilər:

•   miras qoyan  müəllifin  nə qanun üzrə,  nə  də vəsiyyət  üzrə vərəsələri yox­

dursa;

•   miras qoyan  müəllifin  vərəsələrindən heç biri miras əmlakını (miras əmla­



kının tərkibinə daxil  olan  patent hüquqlarını) qəbul etməzsə;

•   bütün vərəsələr vərəsəlik hüququndan  məhrum ediliblərsə.

Dövlət  patent  hüquqlarını  m ülki-hüquqi  müqavilə  əsasında  da  əldə  edə 

bilər.  Söhbət  hər şeydən  əvvəl,  lisenziya  müqaviləsindən  gedir.  Bu  müqavi­

lə  əsasında  sənaye  mülkiyyəti  obyektindən  istifadə  hüququnun  dövlətə  veril­

məsi  mümkündür.  Dövlət  həmin  hüququ  əldə etməklə  patent  hüququnun sub­

yekti olur.

Patent  hüquqları  dövlətə  patent  hüququnun  güzəşti  kimi  hüquqi  forma 

vasitəsilə  də  verilə  bilər.  Belə  halda  patent  sahibinə  məxsus  olan  patent hü­

quqları  tam  və  bütöv  halda  dövlətə  keçir.  Dövlət  patent  sahibi olur.  Patent hü­

ququ  dövlətə  güzəşt  olunan  zaman  müxtəlif  mülki  hüquqi  müqavilələrdən  isti­

fadə oluna  bilər;  alqı-satqı  müqaviləsindən;  patent hüquqlarının güzəşti barədə 

müqavilədən;  patent  hüquqlarının əvəzsiz güzəşti barədə müqavilədən və s.

Göstərilən  münasibətlərdə  dövlətin  özü  yox,  onun  sənaye  mülkiyyəti  sahə­

sində  müvafiq  icra  hakimiyyəti orqanı (patent idarəsi) çıxış edir.

Dövlət  həm  də  qanunda  ifadə olunan  göstəriş  kimi  hüquqi  fakt əsasın­

da  patent  hüquqları  əldə  edə  bilər.  Məsələn,  dövlət  özünün  milli  təhlükəsizliyi 

ilə  bağlı  xüsusi  elmi  tədqiqat  və  ya  layihə  konstruktor  işlərini  sifariş  edə  bilər'. 

Sifarişçi  qismində dövlətin özü yox, onu təmsil edən müvafiq icra hakimiyyəti or­

qanı çıxış edir.  İcraçı ona  tapşırılmış işləri görmək nəticəsində sənaye mülkiyyəti 

yaradır.  Həmin obyektdən  istifadəyə müstəsna hüquq dövlətə məxsusdur.


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin