Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§ 2.  Əlaqəli  hüququn  subyekti və obyektləri



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə24/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   54
§ 2.  Əlaqəli  hüququn  subyekti və obyektləri

_. 


.. 

İfalar,  fonoqramlar  və  verilişlər  barəsində  şəxsi  (qeyri-əm-

hüauaun 

lak)  və  əm'ak  xarakterli  subyektiv  əlaqəli  hüquq  yaranır.

subyektləri 

Həmin  hüququn  daşıyıcılarına  əlaqəli  hüququn  subyektləri 

deyilir.

Subyektiv  əlaqəli  hüququn  məxsus  olduğu  şəxslərə  əlaqəli  hüququn 

subyektləri  deyilir.

Subyektlər subyektiv  əlaqəli  hüququn  daşıyıcıları və  sahibləri  olan  şəxslərə 

deyilir.  Onları qanunvericilik üç kateqoriyaya  bölür (müəlliflik hüququ və əlaqəli 

hüquqlar barədə  qanunun  32-ci maddəsi):

•   ifaçılara;

•  fonoqram  istehsalçılarına;

•  yayım təşkilatlarına.

İfaçılar  dedikdə,  rol  oynayan,  oxuyan,  qiraət  edən,  deklamasiya  deyən, 

musiqi  aləti  çalan  və  ya  ədəbiyyat  və  incəsənət  əsərlərini  başqa  şəkildə  (o 

cümlədən  estrada,  sirk və ya  kukla teatrı  nömrələri) ifa edən aktyorlar,  müğən­

ni,  musiqiçi,  rəqqas və ya  digər şəxslər başa  düşülür.  Qanun  ifaçılara  belə  an- 1

1 « M ü ə llillik   hüququ  və əlaqəli hüquqlar haqqında» qanunun 33-cü,  34-cü və  35-ci  maddələri.

270


layış  verir1.  Buna  oxşar anlayışa  ÜƏMT-nin  müqaviləsində  də  rast gəlirik* 2.  Bu 

anlayışa  görə,  ifaçı  rol  oynayan  aktyordur,  mahnı  oxuyan  müğənnidir,  musiqi 

aləti  çalan  sənətçidir və  s.  Dirijor və  tamaşaların  quruluşçu  rejissorları  da  ifaçı 

kateqoriyasına  aiddirlər.

Fonoqram 3  istehsalçısı  dedikdə,  ifanın  və  ya  digər  səslərin  ilk dəfə  yazıl­

ması  təşəbbüsünü  və  məsuliyyətini  öz  üzərinə  götürmüş  şəxs  başa  düşülür. 

O, texniki  vasitələrin  köməyindən  istifadə etməklə  səsləri  hər hansı  maddi for­

mada  (kasset,  kompakt disk və digər formada) əks etdirir ki, belə forma həmin 

səsləri  dəfələrlə  qavramağa  (dərk  etməyə),  surətini  çıxarmağa,  yaxud  başqa 

şəxslərə  bildirməyə  imkan  verir.  Buna  yazılma  deyilir4.  ÜƏMT  müqaviləsində 

fonoqrama  və yazılmaya  buna  oxşar anlayış verilir5.

Fonoqram  istehsalçısı  ifaların  və  ya  digər  səslərin  yazılmasını  həyata  keçi- 

'ən  şəxsdir.  Həm  hüquqi  şəxslər,  həm  də  fiziki  şəxslər  fonoqram  istehsalçısı 

qismində çıxış edə  bilərlər.

Yayım  tə şkilatları  dedikdə,  radiostansiya  və teleşirkətlər,  habelə  digər təş­

kilatlar  başa  düşülür  ki,  onlar  səs  və  (və  ya)  təsvirlərin  yayılması  ilə  məşğul 

olurlar.  Belə təşkilatların  özü  iki yerə ayrılır:

•   efir yayımı təşkilatı;

•   kabel yayımı  təşkilatı.

Efir  yayımı  tə şkila tı  dedikdə,  səs  və  (və  ya)  təsvirləri  radio  və  televiziya 

vasitəsi  ilə  kütləyə  çatdıran təşkilat  başa  düşülür.  Məsələn, tele və radioverilişi 

idarəsi  şəbəkəsi  efir yayımı təşkilatına  misal ola bilər.

Kabel  yayımı  təşkilatı  dedikdə,  isə  səs  və  (və  ya)  təsvirləri  kabel,  naqil, 

optik  tel  və  digər oxşar  vasitələrlə  kütləyə  çatdıran  təşkilat  başa  düşülür.  Mə­

sələn,  kabel  televiziyası ona  misal ola  bilər.

Subyektiv  əlaqəli  hüquq  müəyyən  obyektlər  barəsin-

Əlaqəlı  huququn 

də  yaran|r 

0 gər  t,e|ə  obyektlər  olmazsa,  onda  sub- 

0  ye 


ərl 

yektiv  əlaqəli  hüquqlar  da  yaranmaz.  Onlara  subyek­

tiv əlaqəli  hüququn  obyektləri  deyilir.

S ubyektiv  əlaqəli  hüququn  obyektləri  elə  nemətlərdir  ki,  bu  nemətlər 

barəsində  subyektlərin  (ifaçıların,  fonoqram   istehsalçılarının  və  yayım 

təşkilatlarının)  həm  şəxsi  (qeyri-əmlak),  həm  də əmlak (iqtisadi) xarakter­

li  su byektiv  hüquqları  yaranır.

Qüvvədə  olan  qanunvericilik  subyektiv  əlaqəli  hüququn  obyektləri  sırasına 

aid  edir;

•   fonoqram;

•   ifa;

•   yayım təşkilatının  verilişi.

Göstərilən  obyektlərə  Azərbaycan  Respublikasının  müəlliflik  hüququ  və

'  « M ü ə lliflik   hüququ və əlaqəli  hüquqlar haqqında» qanunun 4-cü maddəsi. 

3  Bax: 

ct

.2 Договора  В ОИ С  по исполнениям  и фонограмам.



3 Fonoqram 

yunanca «plıonc»  iradəsindən 

olub, 

«səs» mənasım 



bildirir.

3  « M ü ə lliflik   hüququ və ə laqəli hüquqlar haqqında» qanunun 4-cü maddəsi.

3  Bax:  CT.2 Договора  ВОИС  по  исполнениям  и фонограмам.

271


əlaqəli  hüquqlar haqqında  qanunda',  habelə  əlaqəli  hüquqlar sahəsində  bey­

nəlxalq  sazişlərdə anlayış verilir2.  Özü  də Azərbaycan  Respublikasının  verdiyi 

leqal  tərif həmin  obyektlərin  beynəlxalq  anlayışına  əsasən  uyğun  gələrək  de­

mək olar ki, onu təkrarlayır.

Fonoqram  dedikdə,  ifaların  və  ya  digər səslərin  ancaq  səsli  yazılması

(səs  yazması)  başa  düşülür.  Səsli yazılma  texniki  vasitələrin  köməyi  ilə  səs­

lərin  hər  hansı  maddi  formada  əks  olunmasıdır.  Həmin  forma  isə  səslərin  də­

fələrlə dərk  olunmasına  (qavranılmasına),  surətinin  çıxarılmasına  və  ya  bildiril­

məsinə imkan verir.

Fonoqram,  hər  şeydən  əvvəl,  ifaların,  məsələn,  mahnının,  musiqinin  və  di­

gərlərinin səsli yazılmasıdır.  Bununla  belə, fonoqramda təbii  (əsl) səslər də (mə­

sələn  heyvan və ya quş səsləri,  bülbülün cəh-cəhi,  ağac yarpaqlarının və ya ot­

ların xışıltısı,  küləyin vıyıltısı, dəniz ləpələri və digər səslər də) əks oluna  bilər.

Fonoqramda  həm  qanunla  qorunan,  həm  də  qorunm ayan  ifaların  əks 

olunması  mümkündür.  Fonoqramın  özünün  hüquqi  mühafizə  ilə  təmin  olun­

ması bu  məsələdən asılı deyildir.

Fonoqram  istehsal  etmək  (hazırlamaq)  yaradıcılıq  fə a liyyə ti  yox,  texniki 

fəaliyyətdir.  Ona  görə  də  belə  halda  yaradıcılıq  nəticəsinin  yaranmasından 

söhbət  gedə  bilməz.  Məsələ  burasındadır  ki,  texniki  fəaliyyətin  həyata  keçiril­

məsi yaradıcılıq nəticəsinin  (yeni əsərin) əmələ gəlməsinə səbəb olmur.

Əlaqəli  hüququn  digər obyekti  ifa adlanır.  İfa  yaradıcılıq  (m ü ə lliflik)  əsəri­

nin  hər hansı  qayda və tərzdə təqdim  olunmasıdır.  Ona  aiddir:  aktyorun  rol 

oynaması;  müğənninin  mahnı  oxuması;  sənətçinin  (musiqiçinin)  musiqi  aləti 

çalması;  rəqqasın  rəqs  etməsi;  deklamatorun  (deklamasiya  deyən  şəxsin)  bə­

dii  əsəri  söyləməsi  və  ifadəli  oxuması;  qiraət  edənin  (qiraətçinin)  ədəbi  əsəri 

oxuması  (ədəbi  qiraət)  və  s.  Söhbət  bütün  yaradıcılıq  əsərlərinin  yox,  yalnız 

ədəbiyyat  və  incəsənət  əsərlərinin  hər  hansı  şəkildə  təqdim  olunmasından 

gedir.  Özü  də  istifadə olunan  əsərlərin  müəlliflik hüququ  ilə  qorunması  məcbu­

ri  deyildir.  Bu,  o deməkdir  ki,  müəlliflik  hüququ  ilə  qorunan,  həm  də  qorunma­

yan əsərlər ifa kimi təqdim oluna bilər.

ifanın  leqal  anlayışı  müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  barədə  qanunda 

verilmişdir3.  Daha  doğrusu,  burada  kütləvi  ifanın  tərifi  nəzərdə  tutulur.  Həmin 

tərifin əsasında  ifanın anlayışını vermək mümkündür:  ifa dedikdə,  əsərlərin,  fo- 

noqramların,  habelə  digər  ifaların  oyun,  rəqs,  oxu,  deklamasiya

4  və  başqa 

üsulla  həm  canlı  ifada (auditoriya  ilə  canlı  əlaqədə),  həm  də texniki  vasitələrin 

köməyi ilə  (yayım təşkilatının,  yəni  həm  efir yayımı,  həm  də  kabel  yayımı təşki­

latının  köməyi  ilə)  təqdim  olunması  başa  düşülür.  Lakin  bu  anlayış  mürəkkəb 

xarakterə  malikdir.  Ona  görə  ifaya  münasib  və  sadə  elmi  (doktrinal)  anlayış 

verilməsini zəruri hesab edirik. * 1

1 « M ü ə lliflik  hüququ vo əlaqəli  hüquqlar haqqında» qanunun 4-cü maddəsi.

'   Bax:  cT.3 

международной  конвенции  об  охране  прав  исполнителей,  создателей  фонограм  и 

организаций эфирного  вещания; ст.  2 Договора  ВОИС  по исполнениям  и  фонограмам.

1  « M ü ə lliflik   hüququ və  əlaqəli  hüquqlar haqqında» qanunun  4-cü maddəsi.

Deklamasiya  (latınca  «declamatio»  -  gözəl  və  aydın  danışma  q a b iliyyə tin i  öyrənm ə)  nəsr  əsərini 

və ya şer söyləmək sənəli (bədii söyləmək  sənəti) deməkdir.

272


İfa  dedikdə,  ifaçıların  -   aktyorun,  müğənninin,  sənətçinin  (musiqiçi­

nin),  rəqqasın,  deklam atorun1,  qiraətçinin  və  digər  şəxslərin  oynamaq, 

oxumaq,  m usiqi  alətini  çalmaq,  rəqs  etmək,  deklamasiya  (deklamasiya 

demək),  ədəbi  qiraət etm ək və  digər  üsulla  ədəbiyyat  və  incəsənət  əsər­

lərini  təqdim   etməsi  başa  düşülür.  Məsələn,  kinokonsert  zalında  müğənni 

mahnı  oxuyur,  dram  teatrında  aktyor  rol  oynayır,  filarmoniyada  rəqqasə  rəqs 

edir,  sənətçi  konservatoriyada  musiqi  aləti  çalır,  deklamator  şairin  yubileyinə 

həsr edilmiş yığıncaqda şer söyləyir və s.

Qeyd  etmək  lazımdır  ki,  qorunma  müddəti  (  müəlliflik  hüququnun  qüvvədə 

olma  müddəti)  ötmüş  (keçmiş)  əsərlər,  habelə  xalq  yaradıcılığı  əsərləri  də  ifa 

oluna  bilər.  Belə  ifa  hüquqi  mühafizə  ilə  təmin  olunur.  Bundan  əlavə,  xarici 

müəlliflərin  qorunmayan əsərlərinin  ifası da hüquqi  mühafizədən istifadə edir.

İfa  hər hansı  maddi  formada  (daşıyıcıda)  əks olunmalıdır.  Yalnız belə  halda 

o,  istifadə  olunan  əsərdən  necə  deyərlər,  «ayrılır»  və  hüquqi  mühafizənin 

müstəqil  obyekti  kimi  çıxış edir.  İfa  həmişə  konkret olmalıdır.

İfa  yaradıcılıq  xarakterinə  m alikdir.  Belə  ki,  ifalar  ifaçıların  (aktyorların, 

müğənnilərin  və  s.) yaradıcılıq  (müəlliflik) əsərlərindən yaradıcı surətdə  istifadə 

etmələri  nəticəsində yaranır.  Lakin  bu, əsas vermir ki,  bəzi  müəlliflərin söylədi­

yi  kimi,  ifaçıların  yaradıcılıq fəaliyyəti  nəticəsində müəlliflik hüququnun yeni ob­

yekti  -  ifaçılıq  sənəti  əsəri  yaranır1

 2.  Düzdür,  ifaçıların fəaliyyətinin  yaradıcılıq 

xarakterinə  malik  olmasını  inkar  etmək  olmaz  və  onların  hüquqları  sovet  hü­

quq  doktrinasında  haqlı olaraq  göstərildiyi kimi,  hüquqi  mühafizə  ilə təmin edil­

məlidir3.  Amma  ifanı  müəlliflik  hüququnun  yeni  obyekti  olan  əsər kimi  tanımaq 

həqiqətə  uyğun  gəlmir.

Əlaqəli  hüququn  üçüncü  qrup  obyekti  yayım  təşkilatının  verilişi  adlanır. 

Onun  anlayışı  müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  barədə  qanunun  4-cü 

maddəsində  verilmişdir4.

Yayım  təşkilatının  ve riliş i  dedikdə,  efir və  ya  kabel  yayımı  təşkilatının 

özünün  və  ya  onun  vəsaiti  hesabına  başqa  təşkilatın  hazırladığı  (yaratdı­

ğı) v e riliş   başa  düşülür.

Yayım  təşkilatının  hazırladığı  və  kütləyə  çatdırdığı  verilişlər  yaradıcılıq  xa­

rakterinə  m alik  deyildir.  Onlar  müəlliflik  hüququnun  obyekti  olan  əsərin  əla­

mətindən  məhrumdur.  Buna  görə də yayım təşkilatının verilişləri yaradıcılıq  nə­

ticəsi -  əsər hesab edilmir.  Belə ki, yayım təşkilatlarının  işi  qeyd etdiyimiz kimi, 

texniki fəaliyyət  sayılır; texniki fəaliyyət  isə yaradıcılıq  nəticəsinin (əsərin) əmə­

lə gəlməsinə  səbəb ola  bilməz.  Deməli,  yayım təşkilatlarının  özləri yaradıcı­

lıq  (m ü ə lliflik)  əsərləri  yaratm ırlar.  Onlar  yalnız  efirlə  bildiriş  və  ya  kabellə 

bildiriş vasitəsi  ilə  əsərlərdən  istifadə  olunmasını  həyata  keçirirlər.  Efirlə  bildi­

riş  əsərlərin  radio  və televiziya  vasitəsilə,  kabellə  b ild iriş  isə əsərlərin  kabel­

1  Deklamator və ya deklamasiyaçı -  deklamasiya söyləyən şəxs deməkdir.



Ионас В.Я.

  Произведения творчества  в гражданском праве, с.  82-83.



Серебровскчй  В.И.

  Вопросы  советского  авторского  права.  М .,  1955,  с.  86-88; 

Антимонов 

Б.С..  Флейщиц Е.А.

  А вторское  право.  М .,  1957,  с.  93; 



Иоффе  О С.

  Советское  гражданское  право. 

К ур с лекций.  Часть  3. Л .,  1965, с.  33-34.

Вах:  qanunun 4-cü  maddəsi.

273


lə və digər oxşar vasitələrlə kütləyə çatdırılmasıdır.

Yayım təşkilatlarının verilişlərinin özü iki cür olur:

•   efir yayımı təşkilatının verilişi (efir verilişləri);

•   kabel yayımı təşkilatının verilişi  (kabel  verilişləri).

Efir  verilişləri  dedikdə,  bilavasitə  efirə  göndərilən  səs  və  təsvir  siqnalları­

nın  məcmusu  başa  düşülür.  Peyk  vasitəsi  ilə  efirə  göndərilən  siqnallar  da  efir 

verilişi hesab  edilir'.  Belə  verilişlər felsiz  rabitə  vasitələri  ilə  kütləyə  çatdırılır. 

Efir verilişləri  məhz telsiz  rabitə  vasitələri  ilə  kütləyə  çatdırılan  verilişlərə  deyi­

lir.  Kabel  televiziyasından  istifadə  olunması  istisna  edilir.  Siqnal  dedikdə  isə 

elektron vasitələrinin köməyi ilə yaradılan  elə tezlik daşıyan  başa  düşülür ki,  o, 

proqram  ötürmək  qabiliyyətinə  malikdir* 2

 3.  Proqram  isə  səs  və  tesvirlərdən  iba­

rətdir.  Səs və təsvirlər (proqram) məhz siqnallar vasitəsi ilə ötürülür.

Kabel  verilişləri  dedikdə  isə  elə verilişlər  başa  düşülür  ki,  onlar kabel,  na­

qil,  optik tel və digər oxşar vasitələrlə  kütləyə çatdırılır.  Belə verilişlər kabel ya­

yımı təşkilatlan tərəfindən  hazırlanır.



§  3.  Əlaqəli  hüquq  subyektlərinin  hüquqları

İfa  barəsində  subyektlər (ifaçılar,  yəni  aktyorlar,  müğənnilər və



açmın 

s j  həm  şƏXSj  qeyn-əmiak  xarakterli,  həm  də  əmlak  (iqtisadi)

uquq arı 

xarakterli  bir sıra  subyektiv  hüquqlar  əldə  edirlər.  Mülki  hüquq 

elmi  (doktrinası),  habelə  qüvvədə  olan  qanunvericilik  ifaçıların  malik  olduqları 

həmin  hüquqları  iki yerə  bölür:

•  şəxsi  qeyri-əmlak hüquqlarına;

•   əmlak (iqtisadi) hüquqlarına.

Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  barədə  qanunun  33-cü  maddəsi 

məhz  ifaçının  şəxsi  qeyri-əmlak  və  əmlak  (iqtisadi)  hüquqlarının  tənzimlənmə­

sinə  həsr  edilmişdir.  Söhbət  qanunun  ifaçıları  hüquqlarla  təmin  etməsindən 

gedir.  Həmin  hüquqlar  müstəsna  xarakter  daşıyır.  Buna  görə  də  ifaçılar  ifa 

barəsində  müstəsna  şəxsi  qeyri-əmlak  və  əmlak  (iq tisad i)  hüquqlarına 

malikdirlər.

Qüvvədə olan qanunvericilik  ifaçının  şəxsi  qeyri-əmlak  hüquqlarına aid  edir:

•   ad hüququ;

•   ifaya toxunulmazlıq hüququ4.

Ad  hüququ  dedikdə,  ifaçının  ifadan  öz  adı  ilə  və  ya  təxəllüslə  istifadə  et­

mək  imkanı  başa düşülür.  Bundan  başqa,  ifaçının  hüququ  var ki,  ifadan  istifa­

də olunarkən istifadəçidən onun adının və ya təxəllüsünün  göstərilməsini tələb 

etsin.  İfaçının adı təhrif olunmamalıdır.

İfaya toxunulm azlıq  hüququ  dedikdə,  ifaçının  ifanı  şərəf,  ləyaqət və  nüfu-

'  Bax: 

c t


2. Договора  ВОИС  по исполнениям  и  фоиограмам.

2  Вах: ст. 2. Договора  ВОИС  по исполнениям  и фоиограмам.

Вах:  ст.  1.  Брюссельская  конвенция  о  распростронснии  несущих  программы  сигналов,  псрс- 

довасмых  через спутники.

4  Qanunda  «şöhrətinə  hörmət  edilməsi  hüququ»  k im i  münasib  olmayan  anlayış  iş lə d ilir.  «İfaya 

toxunulmazlıq  hüququ»  daha  uğurlu  anlayışdır.  Göstərilən  hüququn  məna  və  m a h iyyəti  belə  fik ir

söyləməyə əsas verir.

274


zuna zərər vura  biləcək hər hansı təhrif,  dəyişmə və digər qəsdlərdən  müdafiə 

etmək  imkanı  başa  düşülür,  İfa  auditoriyaya  ilkin  şəkildə  olduğu  kimi  çatdırıl­

malıdır.  İfaçının razılığı  olmadan  ifaya dəyişiklik və əlavələr etmək yolverilməz­

dir.  Bununla  belə,  əgər ifaçı  icazə versə,  ifaya dəyişiklik və əlavə etmək olar.

İfaçılıq  hüququ  ifaçının  malik olduğu  müstəsna  şəxsi qeyri-əmlak hüquqla­

rından biridir.  Düzdür,  müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunda 

bu  hüququn  birbaşa  adı  çəkilmir1.  Lakin  əlaqəli  hüquqlar  barədə  beynəlxalq 

sənədlərdə  ifaçılıq  hüququ  nəzərdə  tutulur.  Mülki  hüquq  elmində  (doktrinasın­

da) bəzi  müəlliflər göstərilən  hüququ  müəlliflik hüququ kimi tanıyırlar2.

İfaçılıq  hüququ  dedikdə,  şəxsin  ifanın  yaradıcısı (müəllifi) kimi tanınmaq im­

kanı  başa  düşülür.  Bu  hüquq  ifanın  hər  hansı  başqa  şəxs  tərəfindən  yox, 

məhz  ifaçı  tərəfindən  yaradılması  faktını  auditoriyanın  qəbul  etməsini  və tanı­

masını  təmin  edir.  Bəzən  hər  hansı  şəxs  özgəsinin  ifasını  özününkü  hesab 

edir.  Belə  halda  ifanın  həqiqi  yaradıcısı  olan  şəxs  onun  ifanın  əsl  müəllifi  kimi 

tanınmasını tələb edə  bilər.

Əmlak  hüquqlarından,  hətta  həmin  hüquqların  başqa  şəxslərə  verilməsin­

dən  asılı olmayaraq  ifaçının  öz ifasının yaradıcısı  (müəllifi) qismində tanınması­

nı tələb etmək  hüququ vardır.

İfaçının  şəxsi  qeyri-əm lak  hüquqları  vərəsəliyin  predmeti  (obyekti)  ola 

bilməz.  Bu,  o deməkdir ki,  həmin  hüquqlar ifaçı öldükdən  sonra vərəsəlik üzrə 

keçmir.  İfaçının  vərəsələri  yalnız  onun  şəxsi  qeyri-əmlak  hüquqlarının  qorun­

masını  həyata  keçirmək  hüququna  malikdirlər.  Vərəsələrin  bu  hüququ  müd­

dətlə  məhdudlaşdırılmır.  Deməli,  ifaçının  şəxsi  qeyri-əmlak  hüquqlarının 

qorunm ası  m üddətsizdir.  Özü  də  həmin  hüquqlar subyektiv  hüquq kimi yox, 

hüquqi  fakt  kimi  qorunur.  Məsələ  burasındadır  ki,  subyektiv  hüquq  olan  şəxsi 

qeyri-əmlak  hüquqları  ifaçının  ölümü  ilə  ləğv  edilir.  Axı,  onlar  öz  adından  gö­

ründüyü  kimi  şəxsi  hüquqlardır.

O  ki  qaldı  ifaçının  müstəsna  əmlak  (iqtisadi)  hüquqlarına,  bu  hüquqların 

əsas təyinatı  ifaçının  əmlak  mənafelərini təmin  etməkdən  ibarətdir.

İfaçının  m üstəsna  əmlak  (iqtisadi)  hüquqları  dedikdə,  ifadan  qanunda 

nəzərdə  tutulan  hallardan  başqa,  hər  hansı  formada  istifadəyə  müstəsna  hü­

ququ  başa  düşülür.  İfadan  istifadəyə  müstəsna  hüquq  isə  ifaçının  (və ya  di­

gər  müstəsna  hüquq  sahibinin)  bir  sıra  hərəkətlər  etməsini  və  ya  edilməsinə 

icazə verməyi  ifadə edir.

Ə vvəllər  yazılmam ış  ifanın  yazılması  göstərilən  hərəkətlərdən  biridir. 

Başqa  sözlə  desək,  əvvəllər  yazılmamış  ifanı  yazmaq  (ifanı  yazmağa  icazə 

vermək)  ifaçının  malik  olduğu  əmlak  (iqtisadi)  hüquqlardan  biri  sayılır.  Buna 

ifanı  yazmaq  hüququ  deyilir.  Bu  hüquq  beynəlxalq  sənədlərdə  ifaçının  əsas

I38.

Bax: 


c t

5. Д оговора  В ОИ С  по исполнениям  и фонограммам.



Сергеев А.П.

  Право  интеллектуальной  собственности  в  Российской  Федерации.  M .,  1999,  с.

275


əmlak hüquqlarından biri kimi nəzərdə tutulur1.

İfanı  yazmaq  iki  şəkildə  həyata  keçirilir:  videoyazılma  şəklində;  səsyazma 

şəklində.  Videoyazılma  dedikdə, texniki  vasitələrin  köməyi  ilə  səs  və  təsvirlə­

rin  hər  hansı  maddi  formada  əks  olunması  başa  düşülür.  Bunun  nəticəsində 

audiovizual  əsər yaranır.  Ona  görə də  ifanın  belə şəkildə  yazılmasına  əlaqəli 

hüquqlar  haqqında  yox,  müəlliflik  hüququ  barədə  normalar,  yəni  audiovizual 

əsərin hüquqi rejimi tətbiq edilir.

İfanı yazmaq  həm  də səsyazma  şəklində həyata  keçirilir.  Səsyazma  dedik­

də,  texniki  vasitələrin  köməyi  ilə  səslərin  hər  hansı  maddi  formada  əks  olun­

ması başa düşülür.  Videoyazılma yox,  məhz səsyazma  «ifanı yazmaq»  anlayı­

şının  mahiyyətini  təşkil  edir.  İfaçının  ifanı yazmaq  hüququ  da  məhz  səsyazma 

ilə  bağlıdır.  Məsələn,  aktyor tamaşanı,  müğənni  mahnını,  rəqqas  rəqsi,  dekla- 

mator söylədiyi  şeri  və  s.  yaza  bilər.  Özü  də  burada  söhbət  əvvəllər  yazılma­

mış ifanın  (mahnının, tamaşanın,  rəqsin və s.) yazılmasından  gedir.

Yazıldığı andan  ifa  necə deyərlər,  ifaçının  şəxsiyyətindən  «ayrılır»,  onun fə­

aliyyətindən  kənarda  mövcud  olmağa  başlayır.  Məhz  həmin  andan  ifa  geniş 

auditoriya  üçün  «əl  çatan»  olur,  ifaçının  özü  olmadan  ondan  istifadə  olunmaq 

imkanı  yaranır,  istifadəçilərin  dairəsi  xeyli  dərəcədə  genişlənir.  Buna  görə  də 

ifaçının  göstərilən  hüququnun vacib əhəmiyyəti vardır.

İfaçının  malik  olduğu  əmlak  (iqtisadi)  hüquqlardan  biri  yazılm ış  ifanın  su­

rətinin  çıxarılması  hüququ  (surətçıxarma  hüququ)  adlanır.  Yeri  gəlmişkən 

qeyd edək ki,  bu  hüquq  əlaqəli  hüquqlar barədə  beynəlxalq  sazişlərdə  ifaçının 

əsas əmlak hüquqlarından biri  kimi  nəzərdə tutulur1

 2.


Yazılmış  ifanın  surətinin  çıxarılması  dedikdə,  səsyazmanın  bir və  ya  da­

ha  çox  nüsxəsinin  hər  hansı  maddi  formada  (daşıyıcıda)  hazırlanması  başa 

düşülür.  Əgər eyni  bir ifanın  əks  olunduğu,  yəni  yazıldığı  maddi  forma  (daşıyı­

cı) çoxaldılar və artırılarsa,  buna ifanın yenidən yazılması  deyilir.

İfaçının  göstərilən  hüququ  (surətçıxarma  hüququ)  onun  razılığı  ilə  ifanın  ya­

zılması  halına  şamil  edilmir.  Digər tərəfdən,  yazılmış  ifanın  surəti  belə  yazılma 

zamanı  ifaçının  razılığı alınmış  məqsədə  uyğun  istifadə  üçün  çıxarıla  bilər.  Mə­

sələn,  ifaçı  razılıq  verir  ki,  yazılmış  ifa  efir  məqsədi  üçün  istifadə  olunsun.  Ya­

zılmış  ifanın  surəti  də  məhz  bu  məqsəd  üçün  çıxarılmalıdır.  Başqa  bir  misalda 

ifaçı  ifanın yazılmasına şəxsi  istifadə məqsədi  üçün  razılıq verir.  Yazılmış  ifanın 

surəti də məhz bu  məqsəd üçün çıxarılmalıdır.

İfanın  kütləvi  bild iriş  hüququ  ifaçının  malik olduğu  əmlak  hüquqları  sırası­

na  daxildir.  Kütləvi  b ild iriş  dedikdə,  ifanın  kütləyə  çatdırılması  başa  düşülür. 

İfa  isə iki  əsas formada kütləyə çatdırılır: efirlə bildiriş formasında;  kabel televi­

ziyası  ilə  bildiriş formasında.  İfaçının  ifanı həm  efirlə,  həm  də  kabel televiziyası 

ilə  kütləyə  çatdırmaq  hüququ  (kütləvi  bildiriş  hüququ)  vardır.  Bunlardan  əlavə, 

ifa digər formada da kütləyə çatdırıla  bilər. Belə ki,  ifaçının  ifanın efirlə,  kabel te­

1 Bax: 


c t

7 Международной  конвенции  по охране прав исполнителей, создателей фонограмм  и 



организаций  сфирного  вешания  (Римской  конвенции);  ст. 

Д оговора 



ВОИС 

по 


исполнениям  и 

фоногаммам  //  книге: 



Андрей  Минное.

  Международная  охрана  интеллектуальной  собственности. 

М ..С -П ., 2001.

2  Вах:  ст. 7.  Римской  конвенции; ст.  7. Договора ВОИС  по исполнениям и фонограммам.

276


leviziyası  ilə bildiriş, yaxud ifanın  başqa formada kütləvi bildiriş hüququ vardır.

Əgər ifaçının  razılığı  ilə əvvəllər həyata keçirilmiş və ya efirlə verilmiş ifa ya­

zısı  kütləvi  bildiriş  üçün  istifadə  olunarsa,  ifaçının  göstərilən  hüququ  məhdud­

laşır.  Məsələ  burasındadır ki,  hər bir yeni  ifa əlaqəli hüququn  müstəqil obyekti­

dir  Əgər  ifa  yazılmazsa,  yəni  hər  hansı  maddi formada  əks  olunmazsa,  onda 

o, təkrar efirlə verilə bilməz.

Kirayəyə verm ək  hüququ  ifaçının  malik olduğu əsas əmlak hüquqlanndan 

biri  sayılır.  Göstərilən  hüquqa  əlaqəli  hüquqlar  barədə  beynəlxalq  sazişlərdə 

də  rast  gəlinir1.  Həmin  hüququn  mahiyyəti  ifanın yazıldığı  fonoqramın kirayəyə 

verilməsindən  ibarətdir.  Elə buradaca  dərhal qeyd  etməliyik ki,  ifaçı bütün hal­

larda  yox,  yalnız  fonoqramı  özü  yaratdığı  hallarda  kirayəyə vermək  hüququna 

malik olur.

Qalan  hallarda, yəni fonoqram  ifaçının özü tərəfindən  hazırlanmadığı hallar­

da  isə  ifaçı  kirayəyə  vermək  hüququna  malik  olmur.  Belə  ki,  ifaçı  ilə fonoqram 

istehsalçısı  arasında  ifanın  fonoqram a  yazılması  barədə  müqavilə bağlanır. 

Həmin  müqavilə  əsasında  fonoqramın  kirayəyə verilməsi  hüququ fonoqram is­

tehsalçısına  keçir.  Göstərilən  hüquqa  məhz  o,  malik  olur.  Amma  ifaçının  hə­

min  fonoqram  nüsxələrinin  kirayəyə  verilməsinə  görə  qonorar  almaq  hüququ 

saxlanılır2.

Yaymaq  hüququ  ifaçının  əmlak  hüquqlanndan  biridir.  Düzdür,  müəlliflik 

hüququ  və  əlaqəli  hüquqlar  barədə  qanun  ifaçının  əmlak  hüquqları  sırasında 

belə  hüququn  adını  çəkmir.  Lakin  buna  baxmayaraq  ifaçının  yaymaq  hüququ­

na  malik  olmasını  inkar etmək olmaz.  Digər tərəfdən,  ifaçının  yaymaq  hüququ 

əlaqəli  hüquqlar barədə  beynəlxalq  sazişlərdə birbaşa  nəzərdə tutulur3.

İfaçının  yaymaq  hüququ  ifa  yazısının  artırılmış  və  çoxaldılmış  nüsxələrini 

yaymaq,  yazılmış ifanı yaymaq  imkanı deməkdir.  Söhbət  ifanın  istənilən yazısı­

nı  yox,  yalnız fonoqram yazısını yaymaq  imkanından  gedir.

Yaymaq  hüququ  b ir  neçə  elementdən,  yəni  hüquqi  imkandan  (səlahiy­

yətdən)  ibarətdir.  Alqı-satqı,  dəyişmə,  bağışlama  və  s.  hüquqi  imkana  (səla­

hiyyətə)  misal  ola  bilər.  İfanın  fonoqram  yazısını  (fonoqramı)  kirayəyə  vermək 

ifaçının yaymaq  hüququnun  ibarət olduğu  hüquqi  imkanlardan  biridir ki,  qanun 

onu  müstəqil və ayrıca  hüquq  kimi nəzərdə tutur.

İfaçıya  məxsus  olan əmlak  hüquqları  müəyyən  hallarda  başqa  şəxslərə ve­

rilə  bilər.  İfanın  efirlə  və  ya  kabel  televiziyası  ilə  b ild irişi  həmin  hallardan 

biridir.  Belə  bildiriş  üçün  ifaçı  ilə  yayım  təşkilatı  arasında  müqavilə  bağlanılır. 

Bu  müqaviləyə  görə  ifanın  yazılması  və  onun  surətinin  çıxarılması  hüquqları 

ifaçıdan  yayım  təşkilatına  verilir.  Həmin  müqavilə  əsasında  yayım təşkilatı  ifa­

çıdan  ifanın yazılmasına  və onun  surətinin çıxarılmasına  icazə  (razılıq) alır.

Göstərilən  halda  ifadan  istifadə olunur.  Bu cür istifadəyə görə ifaçı qonorar 

almaq  hüququ  əldə  edir.  Qonorarın  məbləği  ifaçı  ilə  yayım  təşkilatı  arasında 

bağlanmış  ifanın  efirlə  və  ya  kabel  televiziyası  ilə  b ild irişi  üçün  müqavilə

1  Bax: 


ct

.  9 Д оговора  ВОИС  по исполнениям  и фонограммам.

:  « M ü o lliflik   hüququ  vo o laqəli  hüquqlar haqqında» qanunun  33-cü maddəsinin 6-cı  bəndi.

}

  Bax: 


ct

.  8 Д оговора  ВОИ С  по исполнениям  и  фонограммам.

277


ilə  müəyyən edilir* 1.

Digər  hal  ifanın  audiovizual  əsərin  yaradılması  üçün  istifadə  olunm a­

sından  ibarətdir.  Belə  halda  ifa audiovizual əsərin  (məsələn,  kinofilmin, telefil- 

min,  videofilmin  və  s.)  tərkibində  istifadə  olunur.  Bunun  üçün  ifaçı  ilə  audiovi­

zual  əsərin  istehsalçısı  arasında  müqavilə  (audiovizual  əsərin  yaradılması 

barədə  müqavilə)  bağlanılır.  Həmin  müqaviləyə  görə  kütləvi  bildiriş  hüququ 

ifaçı  tərəfindən  audiovizual  əsərin  istehsalçısına  keçir.  Əgər  həmin  əsərin  nüs­

xələri kirayəyə verilərsə,  ifaçı  buna  görə  haqq alır.

İs te h s a lç ın ın   ə ld ə   e td iy i  h ü q u q   a u d io v iz u a l  ə s ə rin   is tifa d ə s i  ilə   m ə h d u d la ş ır. 

B u n a   g ö rə   d ə   h ə m in   ə s ə r d ə   ə k s   o lu n a n   s ə s   v ə   t ə s v ir lə r   a y rıc a   is tifa d ə   o lu n a   b il­

m ə z

2

  (m ə s ə lə n ,  k in o film ə   d a x il  e d ilm iş   ifa d a n   fo n o q r a m   is te h s a lı  ü ç ü n   is tifa d ə  



e d ilə   b ilm ə z ).  A y rıc a   is tifa d ə   ü ç ü n   ifa ç ıd a n   b u n a   x ü s u s i  o la r a q   ic a z ə   a lın m a lıd ır.

Göründüyü  kimi,  ifaçılar  əmlak  (iqtisadi)  hüquqlarını  fonoqram  istehsalçısı­

na,  yayım  təşkilatlarına,  habelə  audiovizual  əsərin  istehsalçısına  verə  bilərlər. 

Bununla  belə,  onların  əmlak  hüquqlarını  başqa  şəxslərə  də  verməsi  mümkün­

dür.  Qanun  buna  yol  verir3.  Göstərilən  halda  ifaçı  ilə  istifadəçi  (əmlak  hüquq­

larını  əldə  edən  şəxs)  arasında  münasibətlər  m üqavilə  ilə  rəsm iləşdirilir. 

Həmin  müqavilə  əsasında  ifaçının  əmlak  hüquqları  istifadəçilərə  verilir.  Hüquq 

ədəbiyyatında  o,  ifaçılıq m üqaviləsi  adlanır.

Fonoqram  əlaqəli  hüququn  obyektlərindən  biridir.  Bu ob­

yekt  barəsində,  onunla  bağlı  olaraq fonoqram  istehsalçı­

sının  müəyyən  hüquqları yaranır ki,  qanun  həmin  hüquq­

ları  hüquq  mühafizə  ilə  təmin  edir.  Müəlliflik  hüququ  və 

əlaqəli  hüquqlar  barədə  qanunun  34-cü  maddəsi  məhz fonoqram  istehsalçısı­

nın  hüquqlarının  tənzimlənməsinə  (qorunmasına)  həsr  edilmişdir.  Özü  də  qa­

nun  onun  yalnız əmlak  (iqtisadi)  hüquqlarını  tənzimləyir  (qoruyur).  Məsələ  bu­

rasındadır ki,  fonoqram   istehsalı  üzrə  fəaliyyət  yaradıcılıq  yox,  te xn iki  xa­

rakterə  malikdir.  Texniki  fəaliyyət  isə  əlbəttə,  şəxsi  (qeyri-əmlak)  hüquqlar 

yarada  bilməz, çünki belə fəaliyyət yaradıcılıq əlamətindən  məhrumdur4.

Amma  texniki  xarakterə  malik  olmasına  baxmayaraq,  fonoqram  hazırlan­

ması  üzrə fəaliyyət  istehsalçının  əmlak  mənafeləri  ilə  bilavasitə  bağlı  olan  fəa­

liyyətdir.  Əmlak  mənafeləri  əmlak  hüquqları  ilə  təmin  edilir ki,  qanun  fonoqram 

istehsalçısı  üçün  məhz  belə  hüquqlar  müəyyənləşdirir.  Onlar  m üstəsna  hü­

quqlar sayılır.

Fonoqram  istehsalçısının  müstəsna  əmlak  hüquqları  dedikdə,  başqa­

sının  yox,  yalnız onun  fonoqramdan  istənilən  form ada  istifa d ə  etmək  im ­

kanları  başa  düşülür. 

B a ş q a   ş ə x s lə r  f o n o q r a m d a n   y a ln ız   o n u n   ic a z ə   v ə   ra z ı­

lığı  ilə   is tifa d ə   e d ə   b ilə rlə r.

Q a n u n   fo n o q r a m   is te h s a lç ıs ı  ü ç ü n   b e ş   n ö v   ə m la k   h ü q u q u ,  y ə n i  f o n o q r a m ­

d a n   is tifa d ə   e tm ə k   h ü q u q u   m ü ə y y ə n   e d ir:

Fonoqram

istehsalçısının

hüquqları

1 « M ü ə lliflik  hüququ  və əlaqəli hüquqlar haqqında» qanunun 33-cü m addəsinin 4-cü bəndi.

" « M ü ə lliflik  hüququ və əlaqəli hüquqlar haqqında» qanunun  33-cü m addəsinin  5-ci  bəndi.

1 « M ü ə lliflik  hüququ və əlaqəli  hüquqlar haqqında» qanunun  33-cü m addəsinin  8-ci  bəndi.

Görünür belə  mülahizələrə  görə əlaqəli  hüquqlar  barədə  beynəlxalq  sazişlərdə  fonoqram  istehsal­

çısının şəxsi hüquqları  göstərilmir.

278


•   surətçıxarma  hüququ;

•   yaymaq  hüququ;

•   idxal  hüququ;

•   yenidən  işləmək hüququ;

•   haqq  almaq  hüququ.

Surətçıxarm a  hüququ  dedikdə,  fonoqram  istehsalçısının  fonoqramın  bir 

və  ya  daha  çox  nüsxəsini  hər  hansı  maddi  formada  hazırlamaq  imkanı  başa 

düşülür.  Fonoqramın  surətini  çıxarmaq,  yəni  fonoqramın  nüsxələrini  hazırla­

maq  kimi  hərəkəti  həyata  keçirmək (və ya  həyata  keçirilməsinə icazə vermək) 

imkanı  fonoqramdan  istifadə  hüququnu  (əmlak  hüququnu)  ifadə  edir.  Fonoq­

ram  nüsxəsi  dedikdə  isə fonoqramda yazılmış səslərin  hər hansı maddi daşı­

yıcıya  köçürülmüş surəti  başa  düşülür’ .

Fonoqrama  hər  şeydən  əvvəl,  qanunla  qorunan  ifa yazılır.  Belə  halda  ifaçı 

öz  ifasının  fonoqrama  yazılmasına  razılıq verməlidir,  istehsalçı  həmin fonoqra- 

mın  surətini  çıxararkən  qanunda  nəzərdə tutulan tələbə  (şərtə) əməl etməlidir. 

Bu  tələb  (şərt)  ondan  ibarətdir  ki,  fonoqramın  surəti  ifa fonoqrama  yazılan  za­

man  ifaçının  razılığı  alınmış  məqsədə  uyğun  istifadə  üçün  (məsələn,  kom­

mersiya  məqsədi  üçün,  şəxsi  istifadə  üçün,  arxiv  məqsədləri  üçün,  efirlə bildi­

riş  üçün  və  s.)  çıxarılmalıdır.  Fonoqramın  surətinin  çıxarılması  da  məhz  bu 

məqsəd  üçün  məhdudlaşır.

Digər tərəfdən,  fonoqrama  qanunla  qorunmayan  ifalar  da  yazıla  bilər.  Belə 

halda  hər  hansı  razılıq  alınması  tələb  edilmir və  məhdudiyyət  qoyulmadan  fo- 

noqramın  istənilən  sayda  nüsxəsinin  hazırlanması  mümkündür.  Özü  də  surət­

çıxarma  hər hansı məqsədlə şərtlənmir.

Kommersiya  baxımından  surətçıxarma  hüququ  fonoqram  istehsalçısının 

əmlak  mənafe və  maraqlan  ilə  daha çox  bağlı olan hüquqdur.  Buna  görə o,  fo­

noqram  istehsalçısının  vacib  hüquqlarından  biri  hesab  edilir.  Surətçıxarma  hü­

ququ  imkan  verir  ki,  istehsalçı  fonoqramın  nüsxələrinin  hazırlanmasına 

nəzarət etsin.

Yaymaq  hüququ  dedikdə,  istehsalçının  fonoqramın  surətçıxarma  nəticə­

sində  artırılmış  (çoxaldılmış)  nüsxələrini  mülki  dövriyyəyə  buraxmaq  imkanı 

başa  düşülür.  Bu  hüquq  müxtəlif üsullarla,  hər şeydən  əvvəl,  alqı-satqı,  kira­

yə  kim i va sitələrlə  həyata  keçirilir.  Biz,  dünyada  tanınmış məşhur müğənnilə­

rin,  habelə  Azərbaycan  Respublikası  müğənnilərinin  səslərinin  (ifalarının)  ya­

zıldığı  fonoqramların  satılmasının tez-tez hallarda şahidi oluruq.  Bunlardan əla­

və,  fonoqramlar  dəyişmə,  ssuda  (əvəzsiz  istifadə)  və  bağışlama  kimi  hü­

quqi  va sitələrlə  (üsullarla)  də  mülki  (əmlak)  dövriyyəyə  buraxıla  bilər.  Bu  ki­

mi  hərəkətlərlə  istehsalçı  fonoqram  nüsxələrinin  yayılması  üzərində  nəzarəti 

həyata  keçirir.

Yaymaq  hüququ  həm  də  istehsalçının  fonoqram  nüsxələrini  satmaq,  kira­

yəyə  vermək,  əvəzsiz istifadəyə vermək,  bağışlamaq,  dəyişmək və digər hərə­

kətlərin  həyata  keçirilməsinə  icazə vermək imkanını  əhatə edir.

Yenidən  işləm ək  hüququ  dedikdə,  istehsalçının  fonoqramdan  onun  ayrı-

« M ü ə lliflik   hüququ  və əlaqəli  hüquqlar haqqında» qanunun 4-cü maddəsi.

279


ayrı  hissələrini  çıxarmaq,  fonoqrama  əlavə  səslər  daxil  etmək,  fonoqramın 

səslənməsinin  özünə  dəyişikliklər  etmək  və  ya  bir  neçə  fonoqramı  ümumi  fo- 

noqram  halında  birləşdirmək  imkanı  başa  düşülür.  Fonoqram  istehsalçısının 

göstərilən  hüququ  müxtəlif hərəkətlərlə  həyata  keçirilə  bilər.  Onlara aiddir:  ifa­

nın  rifmini  dəyişdirmək:  ayrı-ayrı  səsləri  gücləndirmək;  ayrı-ayrı  səsləri  azalt­

maq və s.

İdxal  etmək  hüququ  dedikdə,  istehsalçının  yaymaq  məqsədi  ilə  fonoqram 

nüsxələrini,  habelə  onun  icazəsi  ilə  başqa  dövlət  ərazisində  istehsal  edilmiş 

fonoqram nüsxələrini xaricdən  gətirmək  imkanı başa  düşülür,  İstehsalçı  bu  hü­

quqdan o halda istifadə edə  bilər ki,  fonoqram   nüsxələri  xa rici  d ö vlə t ərazi­

sində  hazırlansın,  Fonoqram  nüsxələrinin  xarici  dövlət  ərazisində  hazırlan­

ması  isə orada  daha  təkmilləşdirilmiş texniki  bazanın  olması  ilə  izah  edilir.  Be­

lə  bazada  istehsal  olunan  fonoqram  nüsxələrinin  keyfiyyəti  şübhəsiz  ki,  yük­

sək olur.  Məhz  belə  baza  imkan  verir ki,  fonoqrama  yazılan  ifa  «canlı»  ifadan 

pis  səslənməsin.  Əlbəttə,  fonoqram  nüsxələrinin  yüksək  keyfiyyətli  olması 

onun rəqabət tablığını  (qabiliyyətini) artırır.

İdxal  hüququ  həm  də  istehsalçının  başqa  şəxslərin  icazəsiz  (razılıq  olma­

dan) xaricdən fonoqram  nüsxələrini gətirmələrini  qadağan  etmək  və  ona  ma­

ne  olmaq  imkanını  əhatə  edir.  İstehsalçı bu  imkandan  o halda  istifadə edə  bi­

lər  ki,  fonoqram  nüsxələri  xarici  dövlət  ərazisindən  fonoqramın  qorunduğu 

dövlətin  ərazisinə  yayılmaq  məqsədi  ilə  idxal  olunsun.  Söhbət  fonoqramın 

hüquqi  mühafizə  ilə  təmin  olunduğu  ölkənin  ərazisində  yayılmasından  gedir. 

Əgər fonoqram  nüsxələrinin  idxalı  yayılmaq  məqsədi  ilə yox,  başqa  məqsədlər 

(məsələn,  təhsil  və  ya  elmi  tədqiqat,  şəxsi  istifadə  və  s.  məqsədlər)  ilə  bağlı 

olarsa,  istehsalçı  fonoqram  nüsxələrinin  idxalına  mane  ola,  onu  qadağan  edə 

bilməz.  Məsələ  burasındadır  ki,  fonoqram  nüsxələri  fonoqramın  qorunduğu 

(mühafizə  edildiyi)  ölkənin  ərazisinə  yalnız  yayılmaq  məqsədi  ilə  idxal  olun­

duqda,  istehsalçı  bunu  qadağan  edə  bilər.

Haqq  (qonorar)  almaq  hüququ  fonoqram  istehsalçısının  əmlak  hüquqla­

rından  biridir.  Bu  hüquqa  görə fonoqram  istehsalçısının  qanunda  nəzərdə tutu­

lan  hallardan  başqa,  fonoqramın  hər  hansı  istifadəsinə  görə  haqq  almaq  səla­

hiyyəti (imkanı) vardır1.  Xüsusən  də komm ersiya  m əqsədi  ilə  buraxılm ış fo- 

noqramlardan  istifadə  zamanı  o,  belə  hüquqa  malik  olur.  Belə  ki,  əgər  fo­

noqram  kommersiya  məqsədi  ilə  buraxılarsa,  fonoqram  istehsalçısı  ifası  fo­

noqrama  yazılmış  ifaçı  ilə  birlikdə  fonoqramdan  istifadəyə  görə  qonorar  alır­

lar2.  Lakin  bu zaman fonoqram  istehsalçısından  və  ifaçıdan  razılıq  alınması  tə­

ləb edilmir.

Fonoqramdan  istifadə dedikdə,  başa düşülür:

•   fonoqramın  kütləvi  ifası;

•  fonoqramın  efirlə  kütləvi  bildirişi;

•   fonoqramın  kabellə kütləvi  bildirişi.

Fonoqramın  kütləvi  ifasına,  efirlə  və  kabellə  kütləvi  bildirişinə  görə  qonora­

'  « M ü ə lliflik   hüququ vo olaqoli  hüquqlar haqqında» qanunun  34-cü maddəsinin  l- c i  bond i.

2 « M ü ə lliflik  hüququ  və əlaqəli  hüquqlar haqqında» qanunun  37-ci  maddəsi.

280


rın  yığılması,  bölünməsi  və  ödənilməsi  kimi  məsələlər  müqavilə  ilə  həll  edilir. 

Müqavilə  fonoqram  istehsalçısı  ilə  ifaçıların  hüquqlarını  kollektiv  əsasda idarə 

edən təşkilat arasında  bağlanılır.

Müqavilə  hər şeydən  əvvəl,  qonorarın fonoqram  istehsalçısı  ilə  ifaçı arasın­

da  bölünməsi  qaydasını  müəyyən edir.  Məsələn,  müqavilədə  göstərilə bilər ki, 

qonorarın  75%-i  fonoqram  istehsalçısına,  25 %-i  ifaçıya və yaxud  qonorarın 60 

%-i fonoqram  istehsalçısına,  40  %-i ifaçıya və s.  çatır.

Əgər  müqavilədə  başqa  şərt  nəzərdə  tutulmazsa,  qonorar  fonoqram  is­

tehsalçısı  ilə  ifaçı  arasında yarıbayarı  (bərabər) bölünür, yəni qonorarın 50 

%-i fonoqram  istehsalçısına,  50 %-i isə ifaçıya verilir.

Qonorarın  m əbləği  və  ödənilm əsi  şərtləri  də  müqavilə  əsasında  müəy­

yən  edilir.  Bu  müqavilə  isə fonoqram  istifadəçisi  [və ya belə  istifadəçilərin  bir­

likləri  (assosiasiyaları)]  ilə  fonoqram  istehsalçıları  və  ifaçıların  hüquqlarını  kol­

lektiv  əsasda  idarə  edən  təşkilat arasında  bağlanılır.  Tərəflər (fonoqram  istifa­

dəçisi  və  təşkilat)  razılığa  gəlmədikləri  halda  isə  göstərilən  məsələ  Azərbay­

can  Respublikasının  Müəllif Hüquqları Agentliyi tərəfindən  həll  edilir.

Əlbəttə,  qonorarın  məbləği  bütün  hallarda  eyni  ola  bilməz.  Bu,  fonoqram- 

dan  istifadənin  növündən  asılıdır.  Belə  ki,  qonorarın  məbləği fonoqramdan  isti­

fadənin  hər növünə  görə  müəyyən  edilir* 1.

Bəzən  fonoqram  istehsalçısının  haqq  almaq  hüququ  istisna olunur.  Belə  ki, 

qanuni  surətdə  buraxılmış  fonoqram  nüsxələri  satış  vasitəsilə  (satılmaqla) 

mülki  (əmlak)  dövriyyəyə  buraxılır.  Bu  zaman  fonoqram  nüsxəsini  alan  şəxs, 

yəni  alıcı  həmin  fonoqram  nüsxəsinə  mülkiyyət hüququ əldə  edərək onun mül­

kiyyətçisi  olur.  Mülkiyyətçi  kimi o,  əldə etdiyi fonoqram  nüsxələrini satmaq,  ba­

ğışlamaq,  dəyişdirmək  və  digər  üsullarla  yaya  bilər.  Bu  zaman  fonoqram  is­

tehsalçısından  razılıq  alınm ır  və  ona  haqq  verilmir.  Lakin  mülkiyyətçi  fo­

noqram  nüsxələrini  kirayəyə  vermək  yolu  ilə  yaya  bilməz.  Məsələ  burasın­

dadır ki,  göstərilən  halda  (fonoqram  nüsxələrinə mülkiyyət hüququnun alıcılara 

keçməsinə  baxmayaraq)  fonoqram  istehsalçısının  fonoqram   nüsxələrini  ki­

rayəyə verm ək  yolu  ilə yaymaq  hüququ  saxlanılır2.

Qeyd  etmək  lazımdır  ki,  əlaqəli  hüquqlar  barədə  beynəlxalq  sazişlərdə  də 

fonoqram  istehsalçısının  surətçıxarma,  yaymaq,  kirayə  və  digər  hüquqları  nə­

zərdə tutulur3.

Fonoqram  istehsalçısı  fonoqramdan  istifadəyə  müstəsna  hüquqlarını  (müs­

təsna  əmlak  hüquqlarını)  başqa  şəxslərə  (istifadəçilərə)  verə  bilər.  Bu  zaman 

onunla tərəflər arasındakı  münasibətlər müqavilə ilə rəsmiləşdirilir.

Yayım  təşkilatının  yerinə  yetirdiyi  əsas  funksiyalardan  biri 

müxtəlif verilişlər  hazırlamaqdan  və  onları  kütləyə  çatdırmaq­

dan  ibarətdir.  Onlar  hazırlandığı  andan  hüquqi  mühafizə­

dən  istifadə  edir,  yəni  qanunla  qorunur.  Veriliş  efirlə  və 

ya  kabellə  b ild irild iy i  andan  isə  yayım  təşkilatının  onun  barəsində  yaranan 

hüquqları  hüquqi  mühafizə  ilə  təmin  olunur.  Müəlliflik  hüququ  və  əlaqəli  hü-

Yayım

təşkilatının



hüquqları

1  « M ü ə lliflik   hiiququ  və əlaqəli  hüquqlar haqqında» qanunun  37-ci maddəsinin 3-cü bəndi. 

: « M iıə llillik   hüququ  və əlaqəli hüquqlar haqqında» qanunun  ,14-cü maddəsinin  3-cü bəndi.

1  Hax: 


c t

11-14 Договора  ВОИС по исполнениям  и фонограммам.



281

quqlar  barədə  qanunun  35-ci  maddəsi  məhz  həmin  hüquqların  qorunmasına 

(mühafizə edilməsinə) həsr edilmişdir.

Yayım  təşkilatının  verilişi  çoxcəhətli  anlayışdır.  Veriliş,  hər  şeydən  əvvəl, 

yaradıcılıq  (müəlliflik)  əsərindən  ibarət  ola  bilər.  Belə  halda  yayım  təşkilatı­

nın  həmin  veriliş  barəsində  əlaqəli  hüququ  yaranmır.  Veriliş  isə  əlaqəli  hüqu­

qun  yox,  müəlliflik  hüququnun  obyekti  (efirlə  və  ya  kabellə  kütləyə  bildirilən 

əsər) hesab  edilir.  Buna görə  də o, müəlliflik  hüquq  normaları  (müəlliflik hüqu­

qu) ilə qorunur.

Bununla  belə,  əgər  efirlə  və  ya  kabellə  bildirilən  əsər  izahlarla,  şərhlərlə, 

əlavə  süjetlərlə  müşayiət  olunarsa,  onda  veriliş  müəlliflik  hüququnun  yox, 

əlaqəli  hüququn  obyekti  kimi  çıxış  edə  bilər  (əsər  isə  həmin  obyektin  elementi 

sayılır).  Belə  halda  yayım  təşkilatının  veriliş  barəsində  əlaqəli  hüququ  yaranır. 

Buna görə də o,  müəlliflik hüququ ilə yox, əlaqəli hüquq subinstitutu  ilə qorunur.

Digər tərəfdən,  yayım təşkilatı  hazırladığı  verilişin  tərkibinə  hər  hansı  yaradı­

cılıq  əsəri  daxil  etmir.  Başqa  sözlə  desək,  yayım  təşkilatı  hər  hansı  yaradıcılıq 

əsərindən  istifadə  etməyərək  veriliş  hazırlayır.  Belə  halda  veriliş  əlaqəli  hüqu­

qun obyekti sayılır və yayım təşkilatının onun  barəsində əlaqəli  hüququ yaranır.

Yayım təşkilatının verilişləri  üç əsas vasitə ilə yaradılır’ :

•   qulluq  (xidməti) tapşırığı  qaydasında;

•   sifariş qaydasında;

•  təşəbbüskarlıq  qaydasında.

Qulluq  (xidm əti)  tapşırığı  qaydasında  yaranan  v e riliş   dedikdə,  yayım 

təşkilatının tapşırığı əsasında  onun  öz işçiləri  tərəfindən  hazırlanan veriliş başa 

düşülür.  İşçi  yayım  təşkilatı  ilə  əmək  münasibətində  olmalı,  onun  ştatına  daxil 

edilməlidir.  Yayım təşkilatı veriliş hazırlanmasını  məhz ona tapşırır.

Sifariş  qaydasında  yaranan  ve riliş  dedikdə,  yayım  təşkilatının  sifarişi  və 

vəsaiti  hesabına  başqa  təşkilatın  hazırladığı  veriliş  başa  düşülür.  Belə  halda 

yayım təşkilatı sifarişçi,  digər təşkilat isə  sifariş qəbul  edən  müstəqil  şəxs sayı­

lır.  O, alınmış sifariş əsasında veriliş hazırlayır.

Təşəbbüskarlıq  qaydasında  yaranan  ve riliş   dedikdə,  müəyyən  bir  şəx­

sin  təşəbbüsü  əsasında  hazırlanır və  həmin  verilişdən  istifadə  hüququ  sonra­

dan yayım təşkilatına verilir.

Yayım  təşkilatı  verilişi  barəsində  bir sıra  əm lak  hüquqları  əldə  edir.  Əmlak 

hüquqları  yayım  təşkilatının  verilişdən  istənilən  formada  istifadəyə  müstəsna 

hüquqa  malik olmasını  ifadə edir.  Verilişdən  istifadəyə  m üstəsna  hüquq  isə 

yayım  təşkilatının  qanunda  göstərilən  bir  sıra  hərəkətləri  həyata  keçirmək  im­

kanı və ya  həyata  keçirilməsinə icazə vermək imkanı  deməkdir.

Veriliş yazmaq  hüququ  göstərilən  imkanlardan  biri  olub,  yayım təşkilatının 

əmlak  hüquqları  sırasına  daxildir.  V erilişi  yazmaq  dedikdə,  verilişin  ibarət  ol­

duğu  səs  və  (və  ya)  təsvirlərin  texniki  vasitələrin  köməyi  ilə  hər  hansı  maddi 

formada  əks  olunması  başa  düşülür.  Məsələn,  efirlə  və  kabellə  bildiriş  üçün 

hazırlanan verilişi  qabaqcadan  yazmaq  və  ya  hadisə  yerindən  birbaşa  yayım­

353.

282


Сергеев А.П.

  Право  интеллектуальной  собственности  в  Российской  Федерации.  М .,  1999,  с.



lanan verilişi yazmaq göstərdiyimiz hərəkəti  (verilişi yazmağı) ifadə edir.

Başqa  yayım  təşkilatı  verilişin  yazılmasından  sonradan  efirlə və ya  kabellə 

bildiriş  üçün  istifadə edə bilər.  Belə halda o, verilişə hüququ olan yayım təşki­

latının  razılığını  (icazəsini)  almalıdır.  Əgər almazsa,  göstərilən  hərəkət əla­

qəli  hüququn  pozulması  sayılacaqdır.

Surətçıxarm a  hüququ  yayım təşkilatının  malik olduğu digər imkandır. Söh­

bət  veriliş  yazısının  (yazılmasının)  surətinin  çıxarılması  imkanından  gedir.  Bu 

hüquq  onun  əmlak  mənafeyi  ilə  daha  sıx  bağlıdır.  Veriliş  yazısının  (yazılma­

sının)  s u rə tin i  çıxarm aq  dedikdə,  onun  bir  və  ya  daha  çox  nüsxəsinin  hər 

hansı  maddi  formada  hazırlanması  başa  düşülür.  Sonradan  həmin  nüsxələr 

satmaqla,  kirayəyə verməklə və digər vasitələrlə  mülki  (əmlak) dövriyyəyə bu­

raxıla  bilər.

Yayım təşkilatının surətçıxarma hüququ iki hala tətbiq edilmir:  veriliş yazısının 

(yazılmasının) yayım  təşkilatının  razılığı  ilə  həyata  keçirildiyi  hala  (yayım təşkilatı 

öz verilişinin yazılmasına  başqasına icazə verərsə, onda o, verilişin yazılmasının 

surətinin  çıxarılmasına  nəzarət  etməkdən  məhrum  olur);  verilişin  yazıldığı  məq­

səd  üçün  surətinin  çıxarılması  halına  (məsələn,  yayım  təşkilatı  elmi  məqsəd 

üçün  öz verilişinin  yazılmasına  başqasına  icazə verir.  Həmin  şəxs ondan  icazə 

almadan elmi  məqsəd üçün veriliş yazılmasının surətini çıxara bilər).

Öz  v e riliş in in   eyni  vaxtda  kütləvi  b ild iriş  üçün  başqa  yayım  təşkilatı 

vasitəsi  ilə  e fir  və  ya  kabellə  b ild iriş  hüququ  yayım  təşkilatının  malik  oldu­

ğu  başqa  bir hüquqdur.  Məsələn,  yayım təşkilatı  idman yarışı keçirildiyi yerdən 

(stadiondan)  veriliş  hazırlayır.  Həmin veriliş eyni  vaxtda  başqa  yayım  təşkilatı­

nın vasitəsilə  kütləvi bildiriş üçün istifadə edilir.

Yayım  təşkilatının  göstərilən  hüququ  retranslyasiya  hüququ  da  adlanır. 

R etranslyasiya  (latınca  «translation  -  veriliş)  dedikdə,  yayım  təşkilatının  veri­

lişinin  başqa  yayım  təşkilatı  tərəfindən  eyni  vaxtda  efirlə  (kabellə)  verilməsi 

başa  düşülür'.  Məsələn,  konsert  zalından,  teatrdan  və  digər  «canlı»  hadisə 

yerindən  yayım təşkilatının  hazırladığı veriliş eyni zamanda  başqa yayım təşki­

latı  tərəfindən  efirlə  (kabellə) verilir (yayımlanır).  Retranslyasiya  əvvəllər  hazır­

lanmış  və  yazılmış,  amma  birinci  dəfə  açıqlanan  verilişlər barəsində  də  müm­

kündür.


Kütləvi  b ild iriş   üçün  öz v e rilişin i  kabel  televiziyası  ilə göstərmək və ya 

efirə  verm ək  yayım  təşkilatının  malik  olduğu  hüquqlar  sırasına  daxildir.  Söh­

bət  bir tərəfdən  efir yayımı təşkilatının  öz verilişini  kabel televiziyası  ilə  göstər­

mək hüququndan  (efir yayımı təşkilatının  hüququndan),  digər tərəfdən,  kabel 

yayımı  təşkilatının  öz verilişini  efirə vermək  hüququndan  (kabel  yayımı  təşkila­

tının  hüququndan)  gedir.  Bu  hüquqlann  həyata  keçirilməsi  nəticəsində  yayım 

təşkilatlarının verilişlərinin dinləyici və tamaşaçı auditoriyası genişlənir.

Öz  v e riliş in in   g iriş i  pullu  olan  yerlərdə  kütləvi  bild iriş  hüququ  yayım 

təşkilatının  malik  olduğu  hüquqlar  sırasına  daxildir.  G irişi  pullu  olan  yerlər 

dedikdə,  konsert  zalları,  videosalonlar,  kinoteatrlar,  klublar və  digər yerlər  ba­

şa  düşülür.  Göstərilən  hüquq  restoran,  kafe,  mehmanxana,  istirahət  evləri və

« M ü ə lliflik   hüququ vo əlaqəli hüquqlar haqqında» qanunun 4-cü maddəsi.

283


Əlaqəli  hüquq 

obyektlərindən 

sərbəst istifadə 

halları


digər yerlərdə  həyata  keçirilmir.

Yayım  təşkilatı  həm  də qonorar almaq  hüququna  malikdir.  Q onorar almaq 

hüququ  dedikdə,  verilişdən  hər  hansı  istifadəyə  görə  yayım  təşkilatının  haqq 

almaq  imkanı başa  düşülür.

Əlaqəli  hüquq  subinstitutunun  əsas  prinsiplərindən  biri 

subyektlərin  (ifaçıların,  fonoqram  istehsalçılarının  və  ya­

yım  təşkilatlarının)  şəxsi  mənafeyi  ilə  cəm iyyətin  mə­

nafeyini  (ictimai  mənafeyi)  uyğunlaşdırm aqdan  iba­

rətdir.  Əlaqəli  hüquq  subyektlərinin  şəxsi  mənafeyi  on­

lara  müstəsna  əmlak  hüquqları  verməklə  təmin  edilir.  Cəmiyyətin  mənafeyi 

(elmin,  təhsilin  və  mədəniyyətin  inkişafı)  isə  bu  hüquqların  m üəyyən  hallarda 

məhdudlaşdırılması  ilə təmin olunur.  Belə məhdudlaşdırma zamanı subyektlər 

əlaqəli  hüquq  obyektlərindən  istifadəyə  nəzarət  etmək  hüququndan  məhrum 

olurlar.  Subyektlərin  əmlak  hüquqlarının  məhdudlaşdırılmasını  şərtləndirən  mə­

qamlara əlaqəli  hüquq obyektlərindən  sərbəst istifadə halları  deyilir.

Göstərilən  halları  dünyanın  demək  olar  ki,  əlaqəli  hüquqları  qoruyan  bütün 

ölkələrinin  qanunvericiliyi  də  tanıyır.  Onlar  əlaqəli  hüquqlar  barədə  əsas  bey­

nəlxalq  sazişlərə  də məlumdur1.  Sərbəst istifadə  halları  Azərbaycan  Respubli­

kasının  qanunvericiliyində  də  nəzərdə  tutulmuşdur.  Qanunun  36-cı  maddəsi 

məhz  həmin  halların  tənzimlənməsinə  həsr  edilmişdir* 2.  Göstərilən  hallar  təx­

mini yox, dəqiq və  qəti  hallardır.  Onları genişləndirici  təfsir etmək olmaz.

Əlaqəli  hüquq  obyektlərindən  sərbəst  istifadə  dedikdə,  həm in  o b ye kt­

lərdən  ifaçının,  fonoqram   istehsalçısının  və  yayım  təşkilatının  razılığı  o l­

madan  və  ona  haqq verilmədən  istifadə olunm ası  başa  düşülür.

Sərbəst  istifadə  hallarından  biri  əlaqəli  hüquq  obyektlərindən  elm i,  tə d q i­

qat,  polemika,  tənqid  və  inform asiya  m əqsədi  ilə  sitat  gətirilm əsindən 

ibarətdir.  Sitat  məqsədə  lazım  olan  həcmdə  qısa  parçalar  formasında  gətiril­

məlidir.


Əlaqəli  hüquq obyektlərindən  qısa  parçaların  cari  hadisələr  haqqında  ic ­

mala daxil  edilməsi  sərbəst istifadə hallarından  biridir.  Məqsəd  baş verən  ha­

disələr barədə ictimaiyyətə informasiya verməkdən ibarətdir.

Qanunun  elmi,  ədəbiyyat və  incəsənət  əsərləri  barəsində  müəyyənləşdirdiyi 

sərbəst istifadə halları əlaqəli hüquq obyektlərindən istifadə  hallarına da aiddir.

Qanunda  nəzərdə  tutulan  digər  hallarda  da  əlaqəli  hüquq  obyektlərindən 

sərbəst şəkildə  istifadə oluna  bilər.

Əlaqəli  hüquqlar (ifaçının, fonoqram  istehsalçısının  və ya­

yım  təşkilatının  hüquqları)  m üddətlə  m əhdudlaşan  hü­

quqlardır.  Bu  o  deməkdir  ki,  onlar  yalnız  müəyyən  müd­

dət ərzində  qüvvədə olur.

Əlaqəli  hüquqların  qüvvədə  olma  m üddəti  od u r  ki, 

həmin  müddət  ərzində  onlar  hüquqi  mühafizə  ilə  təm in  olunur,  yəni  qa­

nunla  qorunur.  Həmin  müddət  ötüb  keçdikdə  isə  əlaqəli  hüquqlar  qanunla

Əlaqəli 

hüquqların 

qüvvədə olma 

müddəti


'  Bax: 

ct

.  15  Международной  конвенции  об  охране  прав  исполнителей,  создателей 



фонограммы  и организации  сфирного вешания.

2 « M ü ə lliflik   hüququ vo əlaqəli  hüquqlar haqqında» qanunun  36-cı  maddəsi.

284


qorunmur,  hüquqi  mühafizədən  istifadə etmir.  Deməli,  əlaqəli  hüquqların  qo­

runması  (m ühafizə edilm əsi)  müddətsiz yox, m üddətli  xarakterə malikdir.

Bu  cəhət  əqli  mülkiyyət  hüquqlarının  bütün  hamısı  üçün ümumi  xüsusiyyətidir. 

Belə  xüsusiyyət  isə  əqli  mülkiyyət  hüququnun  sahibi  olan  şəxsin  xüsusi  (şəx­

si)  mənafeyini  cəmiyyətin  ümumi  mənafeyi  (ictimai  mənafe)  ilə  uyğunlaşdır­

maq  zərurəti  ilə  bağlıdır.  Məsələ  burasındadır  ki,  əqli  mülkiyyət  hüquqlarının 

qüvvədə  olma  müddəti  qurtardıqda  həmin  hüquqların obyektləri  (əsərlər və s.) 

ictimai varidata  keçir, yəni cəmiyyətin  («hamının və hər kəsin») malı olur.

Əlaqəli  hüquqların  qüvvədə  olma  müddəti  qanunla  müəyyən  edilir.  Buna 

görə  də  ona  qanuni  m üddət və  ya  norm ativ  müddət  deyilir.  Müəlliflik hüqu­

qu  və  əlaqəli  hüquqlar  barədə  qanunun  ayrıca  maddəsi  əlaqəli  hüquqların 

qüvvədə  olma  müddəti  ilə  bağlı  olan  münasibətlərin  tənzimlənməsinə  həsr 

edilmişdir’ .

Qeyd  etmək  lazımdır  ki,  yalnız  əmlak  (iqtisadi) xarakterli  əlaqəli  hüquq­

lar  qanunda  nəzərdə tutulan  müddət ərzində  qorunur.  Şəxsi (qeyri-əmlak) 

xarakterli  əlaqəli  hüquqlara  gəldikdə  isə onların  qorunması  müddətlə  məhdud­

laşdırılmır.  Belə hüquqlar müddətsiz qorunur.

İfaçıların  əmlak  (iqtisadi)  hüquqlarının  qüvvədə olma  müddəti  50  ildən  iba­

rətdir.  Onların  şəxsi qeyri-əmlak hüquqları  isə müddətsiz qorunur.

Fonoqram  istehsalçısının  da  əmlak  (iqtisadi)  hüquqları  50  il  müddətinə 

qüvvədə  olur.  Analoji  müddət  yayım  təşkilatının  əmlak  hüquqlarının  qüvvədə 

olması  üçün  nəzərdə tutulmuşdur.

Qanun  təkcə  əlaqəli  hüquqların  qüvvədə  olma  müddətini  müəyyən  etmir, 

həm  də  onun  hesablanm ası  haqqında  qayda  nəzərdə tutur.  Bu  qaydaya gö­

rə  əlaqəli  hüquqların  qüvvədə  olma  müddətləri  həmin  müddətlərin  əvvəli 

üçün  əsas  olan  hüquqi  faktın  baş  verdiyi  ildən  sonra  gələn  ilin  (sonrakı 

ilin )  yanvar ayının  1-dən  başlayır (hesablanır).  Müddətlərin  əvvəli  üçün əsas 

olan  hüquqi faktın  baş verdiyi  il  dedikdə,  başa düşülür:

•   ifanın  ilk dəfə  ifa  olunduğu  il;

•   fonoqramın  ilk  dəfə  dərc edildiyi  (buraxıldığı) il;

•   fonoqramın  ilk dəfə yazıldığı  il;

•   verilişin  ilk dəfə  efir (kabel televiziyası) vasitəsilə  həyata  keçirildiyi il.

İfaçıların  əmlak  hüquqlarının  qüvvədə olduğu  50 illik  müddət ifanın  ilk  dəfə

ifa  o lunduğu  ildən  sonra  gələn  ilin  yanvar ayının  1-dən  hesablanır.  Məsələn, 

ifa  ilk  dəfə  olaraq  2000-ci  ilin  may  ayının  13-də  ifa  olunur.  50  illik  müddət 

2001-ci  ilin  yanvar ayının  1-dən  hesablanır.  Həmin  müddət  2051-ci  ilin  yanva­

rın 

2-nə  kimi  davam edəcəkdir.



Fonoqram  istehsalçılarının  əmlak  hüquqları fonoqramın  ilk dəfə dərc edil­

diyi  ildən  sonra  gələn  ilin  yanvar ayının  1-dən  hesablanmaqla,  50 il  müddəti­

nə  qüvvədə  olur.  Məsələn,  elə  hesab  edək  ki,  fonoqram  ilk  dəfə  2003-cü  ilin 

avqust ayının  10-da dərc edilmişdir.  Fonoqram  istehsalçısının  əmlak  hüquqları 

2004-cü  ilin  yanvar  ayının  1-dən  hesablanmaqla,  50  il  müddətinə,  yəni  2054- 

cü ilin yanvar ayının 

2-nə kimi qüvvədə olacaqdır, yəni qorunacaqdır.

« M ü ə lliflik  hüququ və əlaqəli  hüquqlar haqqında» qanunun 39-cu maddəsi.

285


Ola  bilər ki,  50  il  müddəti  ərzində fonoqram  dərc  edilməsin.  Belə  halda fo- 

noqram  istehsalçısının  hüquqları  fonoqram ın  ilk  dəfə  yazıldığı  ildən  sonra 

gələn ilin yanvar ayının  1-dən  hesablanmaqla 50 il müddətinə qüvvədə olur.

Efir  yayımı  (kabel  televiziyası)  təşkilatının  hüquqlarının  qüvvədə  olduğu  50 

illik  müddət həmin təşkilatın  verilişi  birinci  dəfə e fir (kabel  televiziyası) vasi­

təsilə  həyata  keçirdiyi  ildən  sonra  gələn  ilin  yanvar ayının 

1-dən  hesablanır. 

Məsələn,  elə  hesab  edək  ki,  efir yayımı  təşkilatının  verilişi  birinci  dəfə  2002-ci 

ilin mart ayının  10-dan efir vasitəsilə göstərilir.  Müddət 2003-cü  ilin  yanvar ayı­

nın  1-dən  hesablanır və 2053-cü  ilin yanvar ayının  2-nə kimi  qüvvədə qalır.

Əlaqəli  hüquqların  qüvvədə  olma  müddəti  (50  il  müddəti)  ərzində  ifaçı,  fo­

noqram  istehsalçısı  ölə,  yayım  təşkilatı  (hüquqi  şəxs)  isə  yenidən  təşkil  oluna 

bilər.  Belə  halda  onların  əmlak  hüquqları  vərəsələrə,  təşkilata  (hüquqi  şəxsə) 

münasibətdə  hüquq  varislərinə  50  illik   m üddətlərin  qalan  hissələri  həddin­

də  (həmin  müddətlərin  əlaqəli  hüquq  subyektlərinin  ölümünədək  və  ya  yeni­

dən  təşkil olunmasınadək tamam  olmamış  hissəsi  qədər)  keçir.  Məsələn,  tuta­

lım  ki,  ifaçı  ilk  dəfə  ifanı  2002-ci  ilin  fevral  ayının  15-də  edir.  50  illik  müddət 

2003-cü  ilin  yanvar ayının  1-dən  hesablanmaqla,  2053-cü  ilin  yanvar ayının  2- 

nə kimi qüvvədə olmalıdır.  2013-cü  il yanvar ayının  1-də  ifaçı olur.  Onun  əmlak 

hüquqları  50  illik  müddətin  qalan  hissəsi  (2053-2013=40  il)  həddində  vərəsə­

lərinə  keçir.  Deməli,  vərəsələr  40  il  müddətində  ifaçının  ifa  barəsində  əmlak 

hüquqlarından  istifadə edəcəklər.

Beynəlxalq  sazişlərdə  də  əlaqəli  hüquqlar  müddətli  hüquqlar  kimi  nəzərdə 

tutulur.  Buna  görə  də  onların  qorunması  müddətli  xarakterə  malikdir.  Roma 

konvensiyasına  görə  əlaqəli  hüquqların  qorunma  müddəti  ən  azı 

20  il  müəy­

yən  edilir’ .  1971-ci  il  konvensiyası  da  analoji  minimum  müddət nəzərdə tutur1

 2. 


TRIPS  sazişi  ifa və fonoqramların  qorunma  müddətini  50  ilə  kimi  artırır (amma 

efir yayımı  təşkilatı  verilişləri  üçün  20  illik  müddət  nəzərdə  tutulur).  ÜƏMT-nin 

müqaviləsi də  50 illik qorunma  müddəti  müəyyən edir3.

Tövsiyə olunan  əlavə ədəbiyyat

Гаврилов  Э.П.  Комментарий  к закону об авторском  праве  и смеженых 

правах.  М.,  1996;

Сергеев  А.П.  Право  интеллектуальной  собственности  в  Российской 

Федерации. Учебник.  М.,  1999 (гл. 7);

Сергеев  А.П.,  Мэггс  П.Б.  Интеллектуальная  собственность.  М.,  2000 

(с.  302-327);

Андрей 


Минков. 

Международная 

охрана 

интеллектуальной 



собственности.  СПБ.,  2001  (гл.  1,2);

Белов  В.В.,  Виталиев  Г.В.,  Денисов  Г.М.  Интеллектуальная 

собственность.  М., 2006 (гл. 

8,  параграф 3,  5);

Вах:  ст.  14  Международной  конвенции  об  охране  интересов  артистов-исполнитслсй,  произ­



водителей фонограми  и  вещательных организации.

*  Вах:  ст.  4  Конвенции  об  охране  интересов  производителей  фонограмм  от  незаконного  вос­

производства их фонограмм.

3  Вах:  ст.  17 Договора  ВОИС по исполнителям  и фонограммам.

286


Гражданское  право.  Учебник.  Часть  3  /  Под  ред.  А.П.Сергеева, 

Ю.К.Толстого.  М.,  1998 

(гл.  53,  параграф 5);

Гражданское  право. Учебник Том  1  / Под ред.  Е.А. Суханова.  М.,  1998 

(гл.  23,  параграф 6);

Гуев А.Н.  Гражданское право. Учебник. Том 3.  М.,  2003 (гл.9); 

A llah ve rd iye v  S.S.  Əqli  mülkiyyət  hüququ.  Dərs  vəsaiti.  Bakı.  2006  (fəsil

3).


287

VI  FƏSİL

PATENT  HÜQUQU


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin