Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə20/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   54
§ 9.  Əsərdən  sərbəst istifadə

Ümumi 


Əvvəllərdə  qeyd  etdiyimiz  kimi,  müəlliflik  qanunvericiliyi 

müddəalar 

(müəlliflik  hüququ)  müəllifin  yaratdığı  əsərləri fiziki cəhətdən 

yox,  hüquqi  baxımdan  qoruyur,  mühafizə  edir.  Əsərin  hü­

quqi  cəhətdən  qorunm ası  (mühafizə  edilməsi)  onu  ifadə  edir  ki,  müəllifin 

(və  ya  müəlliflik  hüquqlarının  digər  sahibinin)  razılığı  olmadan  və  müəlliflik  qo­

norarı  (müəlliflik  haqqı)  verilmədən  heç kəs müəllifin  yaratdığı əsərdən istifadə 

edə  bilməz və  müəllifin  əsərdən  istifadəyə  inhisar (müstəsna)  hüququ var­

dır;  əsərdən  yalnız  müəlliflə  bağlanmış  müqavilə  əsasında,  onunla  razılaşdırıl­

mış şərtlərlə  istifadə oluna  bilər.  Bu,  müəlliflik qanunvericiliyinin  müəyyən etdi­

yi  ümumi  qaydadır.  Bununla  bərabər,  cəmiyyətin  mənafeyi  üçün,  ictimai  ma­

raq  naminə  müəlliflik  qanunvericiliyi  bir  sıra  hallarda  müəyyən  şəxslərə  icazə 

verir  ki,  onlar  müəllifin  yaratdığı  əsərdən  onun  razılığı  olmadan  və  müəllif qo­

norarı  verilmədən  istifadə  etsinlər.  Bu  cür  istifadəyə  müəlliflik  hüquq  doktrina­

sında  (elmində)  əsərdən  sərbəst  istifadə  deyilir.  Ayrı  cürə  də  ola  bilməz.  Axı, 

müəlliflik  qanunvericiliyi  (müəlliflik  hüququ)  belə  bir  prinsipdən  çıxış  edir  ki, 

m üəllifin  şəxsi  m ənafeyi  ilə  cəmiyyətin  mənafeyi  (ictimai  mənafe)  bir-bi­

rinə  uyğun  gəlm əlidir.  Müəlliflik  qanunvericiliyi  (müəlliflik  hüququ)  müəllifin 

şəxsi  mənafeyi  ilə  cəmiyyətin  mənafeyini  (ictimai  mənafeyi)  tarazlaşdırmaq 

(bərabərləşdirmək) vasitəsi və  alətidir.

Əsərdən  sərbəst  istifadə  dedikdə,  cəmiyyətin  mənafeyi  və  digər  ic ti­

mai  m əqsədlər üçün  m üəllifin  razılığı  olmadan  və  ona  m üəlliflik  qonorarı 

(m ü ə lliflik  haqqı) verilm ədən  əsərdən  m üə lliflik qanunvericiliyində  nəzər­

də tu tu lan   hallarda  maraqlı  şəxslərin  istifadə etməsi  başa  düşülür.

Əsərdən  sərbəst  istifadə  barədə  normalar dünyanın  bütün ölkələrinin  müəl­

liflik  qanunvericiliyinə  də  məlumdur.  Həmin normaları  müəlliflik hüququ  barədə 

vacib  beynəlxalq  konvensiyalar  da  tanıyır  (məsələn,  Bern  konvensiyasının  2 

və  10-cu  maddələri  əsərdən  sərbəst  istifadə  hallarını  nəzərdə  tutur)’ .  Bu  nor­

malar  beynəlxalq  müəlliflik  hüququnun  hamılıqla  qəbul  olunmuş  müddəaları­

dır.  Əsərdən  sərbəst  istifadə  hallarını  nəzərdə  tutsa  və  tənzimləsə  də  sovet 

dövrünün  müəlliflik  qanunvericiliyi  həmin  müddəalara  uyğun  gəlmirdi  (Azər­

baycan  SSR-in  1964-cü  il  MM-in  490-cı  maddəsi,  RSFSR-in  MM-in  492-ci 

maddəsi  və  s.)  Belə  ki,  sovet  müəlliflik  qanunvericiliyi  əsərdən  istifadə  halları­

nın  əhatə  dairəsini  mühüm  dərəcədə  genişləndirdi.  Bu  cür  genişləndirmə  isə 

sivil  cəmiyyətin  yol  verdiyi  istifadə  həddini  aşır və  beynəlxalq  standartlara  ca­

vab vermirdi.  Sovet  dövrünün  müəlliflik hüquq elminin tanınmış  nümayəndələri 

V.A.Dozortsev,  E.P.Qavrilov  və  başqaları  ardıcıl  surətdə  sovet  müəlliflik  qa­

nunvericiliyinin  beynəlxalq  müəlliflik  hüququnun  hamılıqla  qəbul  edilmiş  müd- 1

1  Бернская  конвенция  об  охране  литературных  и  хцдожествснных  произведений.  Женева. 

1990.


227

dəalarına uyğunlaşdırılmasını təklif edirdilər1.

Azərbaycan  Respublikasında,  Rusiya  Federasiyası  və  digər MDB  ölkələrin­

də  son  vaxtlar müəlliflik  hüququ  barədə  qəbul  olunan  qanunlar elə  bil  ki,  alim­

lərin  təkliflərini  nəzərə  alaraq  sovet  müəlliflik  hüququnun  qüsur  və  çatışmazlı­

ğını aradan qaldırmışdır,  Məsələ  burasındadır ki,  müəlliflik hüququ  barədə  mü­

asir  qanunvericilik  beynəlxalq  müəlliflik  hüququnun  əsərdən  sərbəst  istifadə 

məsələsi  barədə  hamılıqla  qəbul  olunmuş  normasından  çıxış  edir,  müəlliflik 

hüququ  ilə  mühafizə  sferasından  kanaretmə  və  çıxartma  hallarını  məhdudlaş­

dırır,  əsərdən sərbəst  istifadə  hallarını  beynəlxalq  standartlara  uyğun  gələn  si­

vil çərçivəyə salır.

Azərbaycan  Respublikasının  müəlliflik  hüququ  barədə  qanunvericilik  qəti 

və  dəqiq  olaraq  əsərdən  sərbəst  istifadə  hallarını  müəyyən  edir2.  Həmin 

halları nə genişləndirmək,  nə də onlara əlavələr etmək olar.

Əsərdən  sərbəst  istifadə  zamanı  maraqlı  şəxslər  müəllifin  razılığı  olmadan 

və  ona  müəlliflik  haqqı  verilmədən  əsər  barəsində  müxtəlif formalarda  sərən­

cam  verirlər.  Bu  isə onu  göstərir  ki,  göstərilən  halda  müəllifin  müstəsna  hüqu­

qu  məhdudlaşır.

Yalnız  qanuni  surətdə  açıqlanmış  əsər  sərbəst  istifa d ə nin   obyekti  ola 

bilər.  Başqa  sözlə  desək,  ancaq  qanuni  surətdə  açıqlanmış  əsər  barəsində 

sərbəst istifadə rejimi tətbiq edilə bilər. O ki qaldı açıqlanmamış əsərlərə,  onlar 

sərbəst istifadənin  predmeti  ola  bilməz.  Bu  növ  əsərlərdən  yalnız  müəllifin  ra­

zılığı  ilə  istifadə oluna  bilər.

Maraqlı  şəxslər  (istifadəçilər)  əsərdən  sərbəst  istifadə  hüququndan  sui-isti­

fadə  etməməlidirlər.  Əsərdən  sərbəst  istifadə  zamanı  onlar  müəllifin  qanunla 

qorunan  mənafeyinə  toxunmamalı,  müəllifin  şəxsi  qeyri-əmlak  hüquqlarını 

(müəllif  kimi  tanınmaq  hüququnu,  ad  hüququnu  və  s.)  pozmamalı  və  onları 

gözləməlidirlər.

Əsərlərdən  əxsi 

®u'  əsərbən  sərbəst  istifadənin  bir  növüdür.  Əsərdən

məasədlər ücün 

sərbəst  istifadənin  həmin  növü  müəlliflik  hüququ  haq-

sərbəst istifadə 

q|nda  qanunun  17-ci  maddəsində  nəzərdə  tutulmuş­

dur.


Göstərilən  növün  mahiyyəti  ondan  ibarətdir  ki,  müəllifin  (müəlliflik  hüquqla­

rının  digər  sahibinin)  razılığı  olmadan  və  müəllif  qonorarı  ödənilmədən  fiziki 

şəxsin  qanuni  dərc  edilm iş  əsərdən  yalnız  şəxsi  m əqsədlər  üçün  b ir 

nüsxə  hazırlanmasına  yol  verilir.  Bu,  onu  ifadə  edir ki,  ümumi  qaydaya  gö­

rə,  istənilən  maraqlı  şəxs özü  üçün əsərin  bir nüsxəsini  hazırlaya  və ondan  öz 

şəxsi  ehtiyaclarını  təmin  etmək  üçün  istifadə  edə  bilər.  Bəzi  başqa  şəxslərin 

də,  məsələn, yaxın  qohumlar,  tanış-bilişlər və ya  ailə  üzvlərinin  də  öz  tələbat­

larını  ödəmələri  üçün əsərin  nüsxəsindən istifadə etmələri  mümkündür.

Əsərdən  sərbəst  istifadənin  göstərilən  növü  kom m ersiya  m əqsədi  g ü d ­

məməlidir,  mənfəət  və  gəlir  götürm əklə  bağlı  olm am alıdır.  Əsərin  nüsxəsi

'  Məsolon,  bax: 

Дозорцев  В.А.

  Авторское  правомочис//Проблсмы  современного  авторского 

права/Отв.  рсл- 

М.М.Богусловский,  О.А.Красавчиков.

  Свердловск.  1980,  с.  139-143; 



Гаврилов Э.П. 

Советское авторское право.  М .,  1984, с.  44-46.

'   « M ü ə lliflik   hüqııqu vo olaqəli hüquqlar haqqında» qanunu  17-24-cü  maddələri.

228


h ə r  

hansı  haqq  əsasında  üçüncü  şəxslərə  verilməməlidir.  Ümumiyyətlə,  özgə 

ə s ə r i 

haqq  əsasında  digər  şəxslərə  hər  hansı  üsulla  çatdırılmamalıdır.  Bunlar 

ə s a s  

və  başlıca  şərtdir.  Əgər  həmin  şərtə  əməl  olunmazsa,  belə  hal  əsərdən 

ş ə x s i 

məqsədlər üçün  istifadəni  ifadə etmir və müəlliflik hüququnun  pozulması 

s a y ılır. 

Biz sözlə,  əsərdən  yalnız və yalnız şəxsi  məqsədlər  üçün istifadə olun­

malıdır.  Şəxsi  m əqsədlər  dedikdə  isə  yuxarıda  göstərdiyimiz  kimi,  maraqlı 

ş ə x s in  

əsərdən  öz  ehtiyac və tələbatını  ödəmək,  təmin  etmək  niyyəti  ilə  istifa­

d ə  


etməsi  başa  düşülür.  Məsələn,  şəxs əldə  etdiyi  kitabı oxuyur,  özgə əsərin­

d ə n  


özü  üçün  tərcümələr  edir,  lentaya  yazılmış  musiqi  əsərinə  qulaq  asır  və 

d ig ə r  

hallar əsərdən şəxsi  məqsədlər üçün istifadə olunmasını ifadə edir.

Bununla  belə,  elə  əsərlər də vardır ki,  onların yalnız şəxsi  məqsədlər üçün 

surətinin  çıxarılmasına  baxmayaraq  buna, yəni  surətçıxarmaya ancaq müəllifin 

razılığı  ilə  yol  verilir.  Bu  barədə  müəlliflik  qanunvericiliyində  birbaşa  göstəriş 

vardır1.  Həmin  əsərlərə aiddir:

•   arxitektura  əsərinin  bina  və  ona  oxşar  tikili  formasında  surətinin  çıxarıl­

ması;

•   məlumat  bazalarının və ya onların əsas hissələrinin surətinin çıxarılması;



•   kompüter  proqramlarının  surətinin  çıxarılması  (müəlliflik  hüququ  barədə 

qanunun  24-cü  maddəsində  nəzərdə tutulan hallar istisna olmaqla);

•   kitabların  (tam),  not  mətnlərinin  və  təsviri  sənət  əsərlərinin  orijinallannın 

reproqrafik surətinin çıxarılması (reprosurətçıxarma).

Şəxsi  məqsədlər  üçün  əsərdən  sərbəst  istifadə  rejimi  göstərdiyimiz  və  sa­

daladığımız  hallara  tətbiq  olunmur.  Həmin  hallarda  maraqlı  şəxslər tərəfindən 

əsərin  surətinin  çıxarılmasına  hökmən  və  mütləq  müəllifin  razılıq verməsi tələb 

olunur.  Əgər  müəllif  razılıq  verməmişsə,  belə  surətçıxarma  müəlliflik  hüququ­

nun  pozulması  hesab edilir.

Əsərdən  sərbəst  istifadənin  göstərilən  növü  müəl­

liflik  hüququ  barədə  qanunu  17-ci  maddəsinin  3-5- 

ci  bəndləri  ilə  tənzimlənir.  Bu  bəndlər  fonoqramda 

yazılmış  audiovizual  əsərlərin  surətinin  şəxsi  məq­

sədlər  üçün  çıxarılmasına  (və  digər  əsərlərin  səs- 

yazmasına)  həsr  edilmişdir.  Sərbəst  istifadənin  göstərilən  növün  müəlliflik  qa­

nunvericiliyinin tənzimləməsini  nə ilə  izah etmək olar?

Bildiyimiz  kimi,  audiovizual  əsərlərin  (kinofılmlərin,  videofilmlərin,  telefilmlə- 

rin  və  s.)  surəti  çox  vaxt  xüsusi  texniki  avadanlığın  (vasitənin)  və  aparatın  va­

sitəsilə  çıxardılır.  Söhbət  hər  şeydən  əvvəl,  audio və  videomaqnitofondan  ge­

dir.  Bu  cür avadanlıqlar  (aparatlar)  müasir dövrdə  demək  olar ki,  hər birimizin 

məişətinə  daxil  olaraq,  çox  geniş  yayılmışdır.  Şübhəsiz,  təxminən  hər bir  evdə 

işlədilən  və  istifadə olunan  audio və  videomaqnitofonlar açıqlanmış (dövriyyəyə 

buraxılmış)  əsərlərin  surətinin  ucuz  və  sadə  yolla  çıxarılması  üçün  münasib və 

əlverişli  şərait  yaradır,  ona  geniş  imkanlar verir.  Əlbəttə,  belə  şəraitdə  əsərdən 

maraqlı  şəxslərin  faktiki  istifadə  etmələrinin  həddini  və  miqyasını  müəyyənləş­

dirmək  praktiki  cəhətdən  mümkün  olmur.  Digər  tərəfdən,  mümkün  olmur  ki,

M üəllif qonorarı 

ödəməklə əsərdən 

şəxsi  məqsədlər 

üçün  sərbəst istifadə

« M ü ə lliflik  hüququ və  əlaqəli  hüquqlar haqqında» qanunun  17-ci maddəsinin 2-ci  bəndi.

229


əsərdən istifadə olunması üzərində fərdi (şəxsi) nəzarət həyata keçirilsin.

Audio və videomaqnitofonların  geniş yayılması və  onlardan  tez-tez hallarda 

surətçıxarma  üçün  istifadə  olunması  digər  tərəfdən,  audiovizual  əsərlərin  (ki- 

nofilmlərin,  telefilmlərin, videofilmlərin və s.) satış bazarına  mənfi təsir göstərir, 

onu  korlayır  və  pozur,  habelə  həmin  əsərlərə  olan  tələbatı  azaldır.  Nəticədə 

isə müəlliflik hüququnun,  fonoqram  istehsalçılarının və yayım  təşkilatlarının  hü­

quqlarının  qorunmasının  səviyyəsi  aşağı  düşür,  əsər  lazımi  hüquqi  mühafizə 

ilə təmin olunmur.

Göstərilən  məsələləri  həll  etmək  və  tənzimləmək  üçün  Azərbaycan  Res­

publikasının  müəlliflik  qanunvericiliyi  belə  bir norma  müəyyən  edir:  fonoqram - 

da  yazılmış  audiovizual  əsərlərin  surətini  m üəllifin  razılığı  olm adan  çı­

xarmaq  olar,  lakin  m üəllifə  hökmən  və  m ütləq  qon ora r  ve rilm ə lid ir.  Bu

normanı  dünyanın  bir çox  ölkələrinin  milli  müəlliflik  hüququ  da  tanıyır.  O,  bey­

nəlxalq sazişlərdə də nəzərdə tutulur.

Göstərilən  normanın  əsasını xüsusi xarakterli  mexanizm  təşkil  edir.  Bu  me­

xanizm  müəllif  qonorarının  alınmasını  təmin  edir.  Məsələ  burasındadır  ki, 

konkret  istehsalçını  müəyyənləşdirmək  və  ondan  müəllif  qonorarı  alınması 

mümkün  deyildir.  Buna  görə  əvvəlcə  istehsalçıdan  və  yaxud  audiovizual  əsə­

rin  surətçıxarması  üçün  istifadə  olunan  avadanlığın  (audio  və  videomaqnito­

fonların  və  digər  avadanlıqların)  və  maddi  daşıyıcıların  idxalçısından  müəllif 

qonorarı  alınır  (maddi  daşıyıcılar dedikdə,  səs  və  videolent  və  kasetlər,  lazer 

diskləri  və  digərləri  başa  düşülür).  Öz  növbəsində  ödənilmiş  qonorar  məbləği 

buraxılmış  məhsulun  maya  dəyərinə  daxil  edilir ki,  bu  da  həmin  məhsulun  hər 

bir konkret alıcı  üçün qiymətinin artırılması  deməkdir1.  Beləliklə,  ödənilmiş  mü­

əllif  qonorarı  məbləği  buraxılmış  məhsulun  qiymətinə  daxil  edilərək  sonradan 

həmin  məhsulları  (maddi  daşıyıcılar  olan  kasetləri  və  s.)  satın  alan  alıcıların 

hesabına  kompensasiya edilir* 2.

Fonoqramda  yazılmış  audiovizual  əsərlərin  surətini  çıxarmağa  görə  ödəni­

lən  (alınan) qonorar müqaviləyə  uyğun  olaraq  yığılır və  bölüşdürülür.  Müqavilə 

müəllif,  ifaçı  və  fonoqram  istehsalçılarının  əmlak  hüquqlarını  kollektiv  əsasda 

idarə edən təşkilatla onların arasında  bağlanılır.  Həmin  təşkilat  məhz  bu  müqa­

vilə  əsasında  qonorann  yığılmasını və  bölüşdürülməsini  həyata  keçirir.  Göstəri­

lən  müqavilədə  ilk  növbədə,  qonorarın  bölüşdürülməsi  qaydası  müəyyən  edilir. 

Əgər müəyyən edilməzsə, onda qonorar aşağıdakı qaydada  bölüşdürülür:

•   müəlliflərə -  40%;

•   ifaçılara -  30%;

•   fonoqram  istehsalçılarına -  30%.

Qonorarın  məbləği  və  ödənilməsi  də  müqavilə  ilə  müəyyən  edilir.  Belə  mü­

qavilə  isə  ya  istehsalçı  ilə  (və  ya  idxal  edən  şəxslə)  müəllif,  ifaçı  və  fonoqram 

istehsalçıları  arasında,  ya  da  onların  əmlak  hüquqlarını  kollektiv  əsasda  idarə 

edən təşkilatlar arasında  bağlanılır. Tərəflər razılıq əldə edə  bilmədikləri  hallar­

da  isə  məsələ Azərbaycan  Respublikasının  Müəllif Hüquqları  Agentliyi  tərəfin-



Сергеев А.П.

  Право интеллектуальной собственности  в Российской  Федерации, с.  239.

2  Гражданскос право. Том  I .  Учебник/Под ред. 

Е.А.Суханова.

  M .,  1998, с.  666.

230


dən  həll olunur.

İki  halda  qonorar ödənilmir:

•   surətçıxarma  üçün  istifadə  olunan  avadanlıq  (audio  və  videomaqnitofon 

və  digər  avadanlıq)  və  maddi  daşıyıcılar  ixrac  edildikdə  və  ev  şəraitində 

istifadə  üçün  nəzərdə tutulmayan  professional avadanlıq olduqda;

•   göstərilən  avadanlıqları  fiziki  şəxslər  yalnız  şəxsi  məqsədlər  üçün  idxal 

etdikdə.

Reprosurətini  çıxarmaq  yolu  əsərdən  sərbəst  istifadə­

nin  başqa  bir növüdür (halıdır).  Müəlliflik hüququ barə­

də  qanunun  18-ci  maddəsində  ifadə  olunan  norma 

əsərdən  sərbəst istifadənin  bu  növünün tənzimlənmə­

sinə  həsr edilmişdir.  Azərbaycan  Respublikasının  mü­

əlliflik  qanunvericiliyinə  belə  normanın  daxil  edilməsi  heç də təsadüfi  xarakter 

daşımır.  Məsələ  burasındadır ki,  müasir dövrdə elektroqrafik texnika xeyli  inki­

şaf etmişdir.  Son  zamanlar kseroks və digər texniki vasitələrdən  istifadə halla­

rı  daha  da  çoxalmış,  kopiya  texnikasının  tətbiqi  nisbətən  genişlənmişdir.  Foto­

aparatların  surətçıxarma  işində  rolu  artmışdır.  Kserokslar,  fotoaparatlar və  di­

gər vasitələr əsərin  faksimile  (eynən,  eynilə)  surətinin  çıxarılmasına  imkan ve­

rir.  Məhz  bu  vasitələrin  geniş tətbiq  edilməsi  kütləvi  surətdə əsərlərin  reprosu- 

rətinin  çıxarılmasına  (reprosurətçıxarmaya),  onların  nüsxələrinin  nəzarət olun­

maz dərəcədə çoxaldılmasına  və artırılmasına  səbəb olur.  Belə hal isə  müəllif­

lərin  hüquqları  üçün  ciddi  təhlükə  yaradır.  Bunun  üçün  bir  sıra  dövlətlərin,  o 

cümlədən  Azərbaycan  Respublikasının  müəlliflik  qanunvericiliyi  reprosurətçı- 

xarma  yolu  ilə əsərdən  istifadə  barədə  norma  nəzərdə tutur.  Bu  normaya görə 

müəllifin  razılığı  olmadan  və  müəllif qonorarı  verilmədən,  əsərin  reprosurətinin 

çıxarılmasına  (reprosurətçıxarmaya)  və  bu  yolla  həmin  əsərdən  sərbəst  istifa­

də olunmasına yol verilir.

Reprosurətçıxarm a  (və ya  reproqrafik surətçıxarma) dedikdə, fotosurət- 

çıxarma,  kserokopiya  və  ya  əsərin  faksimile  (eynilə)  surətçıxarmasının  digər 

üsulları  başa  düşülür.  Bu  üsulların  köməyi  ilə yazılı və digər qrafika  əsərin oriji­

nalının  və  ya  nüsxəsinin  surəti  çıxardılır.  Reprosurətçıxarma  əsərdən  istifadə 

üsuludur.  Qanunda  ifadə olunan  göstərişə görə nəşretmə  bu  üsula aid  deyil.

Yalnız  müəyyən  şərtlərə  əməl  olunduqda  əsərin  reprosurətinin  çıxarılması­

na  (reprosurətçıxarmaya)  yol  verilir və  bu,  əsərdən  sərbəst  istifadə  halı  hesab 

edilir.  Qanunda  həmin  şərtlər nəzərdə tutulmuşdur.

B irin c i  şərt  ondan  ibarətdir  ki,  reprosurətçıxarma  kitabxana  və  arxiv  işini 

inkişaf  etdirmək,  tədqiqat,  elmi,  tədris,  təhsil  və  maarifçilik  məqsədləri  üçün 

həyata  keçirilməlidir.  Təsadüfi  deyildir  ki,  reprosurətçıxarm anın  subyekti  ro­

lunda  yalnız  kitabxanalar,  arxivlər və  təhsil  müəssisələri  (məsələn,  məktəblər, 

litseylər) çıxış edə  bilərlər.  Qanun ancaq  onlara əsərlərin  reprosurətinin çıxarıl­

masına  icazə verir.

Kitabxanalara,  arxivlərə  və  təhsil  müəssisələrinə  qanun  üç  halda  əsərin 

reprosurətinin  çıxarılmasına  icazə  verir.  Birinci  hal  kitabxana  və  arxivlərdəki 

müəyyən  əsərin  nüsxələrinin  itməsindən,  məhv  edilməsindən  və ya  istifadəyə 

yaramamasından  ibarətdir.  Buna  görə  də  həmin  nüsxələrin  tamamlanmasına,

Reprosurətini 

çıxarmaq yolu ilə 

əsərdən  sərbəst 

istifadə

231


bərpa  olunmasına  və  ya  dəyişdirilməsinə  ehtiyac  yaranır.  Bu  məqsədlə  kitab­

xana  və  arxivlər  əsərin  reprosurətini  çıxarır.  Digər  tərəfdən,  başqa  kitabxana 

və arxivlərin  fondlarında əsərin  nüsxəsi  itir,  məhv edilir və  ya  istifadə  üçün  ya­

ramır.  Kitabxana  və arxivlər həmin fondlara əsərin  nüsxələrini  verirlər,  bu şərt­

lə ki,  adi şəraitdə belə nüsxələrin alınması  başqa yolla  mümkün olmasın.

İkinci  hal  tədris,  elmi,  tədqiqat  və  ya  şəxsi  məqsədlər  üçün  əsərin  və  ya 

onun bir hissəsinin  nüsxəsini  əldə  etmək  niyyəti  ilə  kitabxanalara  fiziki  şəxslə­

rin  sorğu göndərməsindən  ibarətdir.  Kitabxanalar toplularda,  qəzetlərdə  və  di­

gər dövri  nəşrlərdə  çap  edilmiş  ayrıca  məqalə  və  başqa  kiçik  həcmli  əsərlərin 

və ya əsərlərin  qısa  parçasının,  ya da yazılı əsərlərin (kompüter proqramları is­

tisna  olmaqla) qısa  hissələrinin  reprosurətini çıxarır.

Üçüncü  hal  ümumtəhsil  müəssisələrində  (məktəblərdə,  litseylərdə  və  s.) 

auditoriya  məşğələləri  keçməkdən  ibarətdir.  Bu  məqsədlə  ümumtəhsil  müəs­

sisələri  qəzet,  jurnal,  toplu  və  digər dövri  nəşrlərdə  çap  olunmuş  ayrı-ayrı  mə­

qalələrin  və  digər kiçik  həcmli  əsərlərin  və  ya  yazılı  əsərlərdən  qısa  parçaların 

reprosurətini çıxara  bilər.

İkinci  şərtə  görə  reprosurətçıxarma  gə lir  (mənfəət)  əldə  etmək  (kom ­

mersiya)  məqsədi  olmadan  həyata  keçirilm əlidir.  Kitabxanalar,  arxivlər  və 

təhsil müəssisələri  gəlir (mənfəət) əldə  etmək  (kommersiya)  məqsədi  ilə  əsər­

lərin  reprosurətini  çıxarda  bilməzlər.  Əsərlərin  reprosurətinin  gəlir  əldə  etmək 

məqsədi ilə çıxardılması  müəlliflik hüququnun  pozulması  sayılır.

Üçüncü  şərtə  görə,  yalnız qanuni  əsasda  çap  edilmiş  əsərlərin  reprosurə­

tinin  çıxarılmasına  yol  verilir.  Əgər  əsər  çap  edilməmişsə,  onda  reprosurətçı­

xarma  ancaq  müəllifin  razılığı  ilə  həyata  keçirilir  ki,  bu,  əsərdən  sərbəst  istifa­

də halı hesab edilmir.

Dördüncü  şərt  reprosurətçıxarma zamanı  istifadə olunan  əsərin  müəllifinin 

adının  götürülmə  mənbəyinin  mütləq  göstərilməsindən  ibarətdir.

Beşinci  şərtə  görə  isə  əsərin  müəyyən  məqsəd  üçün  lazım  olan  həcmdə 

reprosurətin  çıxarılmasına yol  verilir.

Əsərdən  sərbəst  istifadənin  göstərilən  növü  (halı)  mü­

əlliflik  haqqında  qanunun  19-cu  maddəsində  nəzərdə 

tutulmuşdur.  Həmin  maddədə  əsərdən  sərbəst  istifa­

dənin  bu  növünün  bir neçə  halı  sadalanır və göstərilir.

Birincisi,  sitat  kim i  verilm ə  əsərdən  sərbəst  istifa­

də  hallarından  biridir.  Sitat  tutalqa  da  adlanır.  Müəlliflik 

hüququnda  sitat  kimi  vermək  (sitat  gətirmək)  dedikdə,  hər  hansı  müəllifin  əsə­

rindən  müəyyən  qısa  parçanın  başqa  əsərə  daxil  edilməsi  başa  düşülür.  Elmi 

və  tənqidi  əsərlərin  yaradılmasında  stat  vacib  rol  oynayır.  Sitat  qanuni  dərc 

edilmiş  əsərdən,  həmçinin  qəzet  və  jurnallardan  gətirilir.  Özü  də  o,  elm i,  tə d ­

qiqat,  polemika,  tənqidi  və  inform asiya  m əqsədi  g üdm əlidir.  Sitat  məhz 

bu  məqsədlərə  müvafiq  həcmdə verilməlidir.

İkincisi,  əsərlərdən  misal  gətirm ək  sərbəst  istifadə  hallarından  biridir.  Mi­

sal  gətirmək dedikdə,  qanuni dərc edilmiş əsərlərdən  qısa  parçaları  istifadə et­

mək  başa  düşülür.  İstifadənin  bu  halı  sitat  kimi  verilmə  halından  iki  cəhətinə 

görə  fərqlənir.  Birinci  fərq  ondan  ibarətdir ki,  əsərlərdən  qısa  parçalar göstəri­

Əsərlərdən 

informasiya, elmi, 

tədris və digər 

məqsədlər üçün 

İstifadə


232

lən  halda  sitat  kimi  yox,  misal  qismində  istifadə  olunur.  Qısa  parçalann yalnız 

tədris  məqsədləri  üçün  istifadə  olunması  ikinci  fərqli  cəhəti təşkil edir.  Belə ki, 

əsərlərdən  qısa  parçaların  misal  gətirilməsi  yalnız  tədris  xarakterli  məqsədlər

güdməlidir.

Əsərlərdən  misal  gətirməklə  istifadə  üç formada həyata  keçirilir, nəşr etmə­

də;  radio və televerilişdə;  səs və videoyazmada.

Üçüncüsü,  dövri  nəşrlərdə çap etmək və ya kütləvi bildiriş əsərdən sərbəst 

istifadənin  başqa  bir  halıdır.  Belə  ki,  qanuni  əsasda  dərc  edilmiş cari  iqtisadi, 

siyasi,  sosial  və  dini  məsələlər  üzrə  məqalələrin,  yaxud efirlə verilmiş eyni xa­

rakterli  əsərlərin  qəzetlərdə,  jurnallarda  və  digər dövri  nəşrlərdə çap edilməsi­

nə və ya  kütləvi  bildirişinə yol verilir.  Belə halda müəllifin  razılığı tələb olunmur. 

Söhbət  yalnız  cari  məqalə  və  əsərlərdən  gedir.  Birbaşa  cari  anla  bağlı  olma­

yan  məqalə və  əsərlərdən yalnız müəllifin  razılığı  ilə  istifadə oluna bilər.

Sərbəst  istifadənin  göstərilən halının  əsas  məqsədi  ölkədə və dünyada baş 

verən  hadisələr  barədə  vətəndaşları  operativ  və  geniş  məlumatla  təmin 

etməkdən  ibarətdir.  Məqalə  və  əsərlərdən  o  zaman  sərbəst  şəkildə  istifadə 

oluna  bilər  ki,  müəllif  (və  ya  müəlliflik  hüquqlarının  digər  sahibi)  məqalə  və 

əsərlərin  dövri  nəşrlərdə  çap  edilməsini  və  ya  kütləvi  bildirişi  qadağan  etmə­

sin. Qadağan edərsə,  onda sərbəst istifadə  halından söhbət gedə bilməz.

D ördüncüsü,  cari  hadisələr  haqqında  icmalda  hadisələrin  gedişində  görü­

lənlərin  və  eşidilənlərin  surətinin  çıxarılması  və  ya  kütləvi  bildirişi  əsərdən  sər­

bəst  istifadənin  daha  bir  başqa  halıdır.  Sərbəst  istifadənin  bu  halının  əsas 

məqsədi  informasiyanı  sərbəst  şəkildə  yaymaqdan  ibarətdir,  yəni  surətçıxar- 

ma  və  ya  kütləvi  bildiriş  inform asiya  məqsədi  ilə  bağlı  olmalıdır.  Cari  hadi­

sələr  haqqında  icmal  fotoqrafiya,  kinematoqrafiya,  efir və  ya  kabel  televiziyası 

vasitələri  ilə  verilməlidir.

B e şin cisi,  açıq  siyasi  nitqlərin,  mülahizələrin,  müraciətlərin,  təbliğat xarak­

terli  fikirlərin  və  məhkəmənin  gedişində  söylənən  nitqlərin  dövri  nəşrlərdə  (qə­

zetlərdə,  jurnallarda  və  s.)  çap  edilməsi  və  ya  kütləvi  bildirişi  əsərdən  sərbəst 

istifadənin  başqa  bir halıdır.  Əsərdən  sərbəst  istifadənin  bu  halı  da  inform asi­

ya  m əqsədi  gü d ür

Altıncısı,  xüsusi  üsullarla  korlar  üçün  surətçıxarma  əsərdən  sərbəst  istifa­

də  hallarından  biridir.  Xüsusi  üsullara  əsasən  qabarıqlı-nöqtəli  şrift  aiddir. 

Digər  üsullardan  da  istifadə  oluna  bilər.  Yalnız  qanuni  dərc  edilmiş  əsərlərin 

surətinin  çıxarılmasına  yol  verir.  Özü  də  surətçıxarma  kommersiya  məqsədi 

(gəlir götürm ək)  m əqsədi  güdməm əlidir.

Göstərilən  hal  əsərdən  sərbəst  istifadənin  müstəqil 

növlərindən  biridir.  Bu  növlə  bağlı  olan  məsələlər 

müəlliflik  hüququ  haqqında  qanunun  20-ci  maddəsi 

ilə tənzimlənir.

Əsərdən  sərbəst  istifadənin  göstərilən  halı  yalnız 

müəlliflik hüququ  haqqında  qanunda nəzərdə tutulan konkret növ əsərlərə aid­

dir:

•   arxitektura  əsərlərinə;



•   fo to qra fiya   əsərlərinə;

Sərbəst giriş  üçün 

daim açıq olan 

yerlərdə əsərlərdən 

sərbəst istifadə

233


•  təsviri sənət əsərlərinə.

Sərbəst  giriş  üçün  daim  açıq  olan  yerlərdə  (məsələn,  şəkil  qalereyasında, 

sərgidə  və s.)  qoyulmuş  belə növ əsərlərin  surətinin  çıxarılmasına  və ya  kütlə­

vi  bildirişinə  müəllifin  (və  ya  müəlliflik  hüquqlarının  digər  sahibinin)  razılığı  ol­

madan  və  müəllif  haqqı  verilmədən  yol  verilir.  Əsərdən  sərbəst  istifadənin 

göstərilən  növünün mahiyyəti də məhz bundan  ibarətdir.  Məsələn,  sərgidə  nü­

mayiş  etdirilən  (göstərilən)  təsviri  sənət  əsəri  televiziya  vasitəsi  ilə  gösterilir, 

kütləyə çatdırılır (kütləvi  bildiriş).  Bu, əsərdən  sərbəst  istifadə  halı hesab edildi­

yinə görə müəlliflik hüququnun  pozulması sayılmır.

Başqa  bir misalda  müəlliflik  hüququ  ilə  qorunan  arxitektura  əsəri  epizodları 

həmin  əsərin  yerləşdiyi  şəhər  küçəsində  çəkilən  filmin  kadrlarına  düşür.  Bu, 

əsərdən  sərbəst  istifadə  halı  olub,  müəlliflik  hüququnun  pozulması  sayılmır və 

buna  görə  də onun  filmin  kadrlarına  düşməsinə  müəllifdən  razılıq  alınması  tə­

ləb edilmir.

Sərbəst giriş  üçün  daimi  açıq  olan  yerlərdə  qoyulmuş  arxitektura,  fotoqrafı­

ya  və  təsviri  sənət  əsərlərinin  surətinin  çıxarılmasına  və  ya  kütləvi  bildirişinə 

iki  şərtə əməl  etməklə  yol  verilir.  B irinci  şərt ondan  ibarətdir ki,  əsərin  təsviri 

surətçıxarma  və  ya  kütləvi  bildiriş  üçün  əsas  obyekt  olmamalıdır.  Əgər  əsas 

obyekt  olarsa,  əsərin  surətinin  çıxarılmasına  və  ya  kütləvi  bildirişinə  yol  veril­

mir.  ikinci  şərtə  görə,  əsərin  surətindən  kommersiya  məqsədi  ilə  (gəlir  götür­

mək məqsədi  ilə) istifadə olunmamalıdır.  Əgər  olunarsa,  əsərin  surətinin çıxarıl­

masına  yol verilmir.  Məsələn,  müəlliflik  hüququ  ilə  qorunan  əsərin  təsvirinin  su­

rətini  poçt  kartoçkasında,  təqvimdə  (kalendarda)  və  s.  çıxarmaq  və yaymaq  ol­

maz.  Çünki aydın  məsələdir ki,  belə hallarda  surətçıxarma  kommersiya  məqsə­

di güdür və bu səbəbdən əsərdən sərbəst istifadədən söhbət gedə  bilməz.

Rəsmi və diqər 

Göstərilən  hal  əsərdən  sərbəst  istifadənin  növlə-

mərasimlər zamanı 

rindən  biridir.  Müəlliflik  hüququ  barədə  qanunun

əsərlərin  kütləvi  ifası 

21-ci  maddəsi  bu  növ  istifadənin  tənzimlənməsinə 

həsr edilmişdir.

Göstərilən  növ sərbəst  istifadənin  obyekti  yalnız  m usiqi  əsərləri  ola  b i­

lər.  Özü  də  musiqi  əsəri  qanuni  surətdə  dərc  edilməlidir.  Ancaq  qanuni  dərc 

edilmiş  musiqili əsərlərin  kütləvi  ifasına  (sərbəst istifadəsinə) yol  verilir.  Demə­

li,  dərc edilməmiş əsər sərbəst istifadənin  obyekti ola  bilməz.  Bunun  üçün  mü­

əllifin  razılıq verməsi tələb olunur.

Musiqi  əsərindən yalnız üç yerdə  sərbəst istifadə oluna  bilər.  Həmin yerlərə 

aiddir:

•   rəsmi  mərasimlər;



•   dini  mərasimlər;

•   dəfn  mərasimləri.

Bu  onu  göstərir  ki,  əsərdən  sərbəst  istifadənin  göstərilən  növü  rəsm i  xa­

rakter daşıyır.

Musiqili  əsərdən sərbəst istifadənin  həcmi  rəsmi və  dini  mərasimlərin,  həm­

çinin  dəfn  mərasimlərinin  xarakteri  ilə  şərtlənir.  Başqa  sözlə  desək,  musiqili 

əsərləri  belə  mərasimlərin  xarakterinə  uyğun  həcmdə  kütləvi  ifa olunmalıdır.

234


Məhkəmə və inzibati 

məqsədlər üçün 

əsərin  sərbəst 

şəkildə surətinin 

çıxarılması

Efir yayımı 

təşkilatlarının 

qısamüddətli 

istifadə üçün 

yaratdıqları yazılmalar

Əsərdən  istifadənin  göstərilən  növü  müəlliflik hüqu­

qu  haqqında  qanunun  2-ci  maddəsi  ilə  tənzimlənir. 

Bu  maddədə  göstərilir  ki,  müəllifin  razılığı  (və  ya 

müəlliflik  hüquqlarının  digər  sahibinin  razılığı)  olma­

dan  və  müəlliflik  haqqı  verilmədən  əsərin  məhkə­

mə  və  inzibati  işləri  aparmaq  məqsədilə  surəti­

nin  çıxarılm asına  yol  verilir.  Elə  buradaca  dərhal  qeyd  etməliyik  ki,  sərbəst 

istifadənin obyekti  qismində həm  açıqlanmış,  həm  də açıqlanmamış əsərlər 

çıxış  edə  bilər.  Digər tərəfdən,  surətçıxarma  məhkəmə  və  inzibati  işləri  apar­

maq  məqsədi  güddüyünə görə əsərdən  istifadə rəsmi xarakter daşıyır.

Əsərin  surəti  yalnız  məhkəmə  və  inzibati  işlərin  aparılması  üçün lazım  olan 

həcmdə çıxarıla bilər.

Əsərdən  sərbəst  istifadənin  göstərilən  növü  müəl­

liflik  hüququ  barədə  qanunun  23-cü  maddəsi  ilə 

tənzimlənir.  Bu  maddəyə  görə  müəllifin (və ya mü­

əlliflik hüquqlannın digər sahibinin) razılığı olmadan 

və  əlavə  haqq  vermədən  efir  yayımı  təşkilatı  efir 

bildirişi  hüququ  aldığı  əsəri  qısa  m üddətli  istifadə 

üçün  yaza  bilər.  Bu  cür yazma  həm  əsərin  saxlanmasını  təmin  edir,  həm  də 

öz verilişlərinin  qrafıkini tərtib etməkdə efir yayımı təşkilatının  işini asanlaşdırır.

Yazılma  (yazma)  yalnız  dörd  şərtə  əməl  olunduqda  sərbəst  istifadə  halı 

(üsulu)  hesab  edilir.  Bu  şərtlər  müəlliflik  hüququ  haqqında  qanunda  göstəril­

mişdir.

B irin c i  şərtə görə,  efir yayımı təşkilatı o əsəri yaza  bilər ki,  həmin əsər ba­



rəsində o, efir bildirişi  hüququ əldə etmiş olsun.

İkin ci  şərtə  görə,  yazılma  (yazma)  yalnız  və  yalnız  efirlə  bildiriş  üçün  ol­

malıdır.  Özü  də  efir  yayımı  təşkilatı  yazılmanı  (yazmanı)  ancaq  öz  verilişləri 

üçün  hazırlamalı və  ondan  istifadə etməlidir.

Ü çüncü  şərtə  görə,  yazılma  yalnız  efir yayımı təşkilatının  öz  avadanlığı  ilə 

həyata  keçirilməlidir.

D ördüncü  şərtə görə, yazılma uzunmüddətli yox,  qısamüddətli istifadə üçün 

nəzərdə  tutulmalıdır.  Qanun  yazılmanın  saxlanmasının  maksimum  müddətini  6 

ay müəyyən  edir.  Lakin  bu  imperativ yox,  dispozitiv müddətdir.  Belə ki,  yazılmış 

əsərin  müəllifi  ilə daha  uzun müddət haqqında razılıq əldə oluna bilər.

Yazılma  6 ay müddətində məhv edilməlidir.  Əgər yazılma  müstəsna sənədli 

xarakter daşıyırsa,  müəllifin  razılığı olmadan rəsmi arxivlərdə saxlana  bilər.

Sərbəst  istifadənin  göstərilən  halı  müəlliflik  hüququ 

barədə  qanunun  24-cü  maddəsində  nəzərdə  tutul­

muşdur,  Bu  hal  kom püter  proqramlarına  və  mə­

lum at  bazalarına  aiddir.  Başqa  sözlə  desək,  sər­

bəst  istifadənin  obyekti  rolunda  kompüter  proqram­

ları və  məlumat  bazaları  çıxış edir.

K om püter  proqram ı  (EHM  üçün  proqram)  dedikdə,  maşınla  oxunan  for­

mada  ifadə  edilən və  müəyyən  məqsədə və ya  nəticəyə  nail  olmaq  üçün kom­

püteri  hərəkətə  gətirən  sözlər,  kodlar,  sxemlər  və  başqa  şəkildə  təlimatlar

Kompüter 

proqramlarının və 

məlumat bazalarının 

surətinin çıxarılması

235


məcmusu  başa  düşülür.

Məlumat  bazası  dedikdə  isə  materialların  seçilməsinə  və  ya  düzümünə 

görə  yaradıcı  əməyin  məhsulu  olan  və  kompüterin  (HEM-in)  köməyi  ilə  tapıla 

və işlənə  biləcək şəkildə  sistemləşdirilmiş məlumatların  (məqalələrin,  hesabla­

maların, faktların və başqa  materialların) məcmusu başa  düşülür.

Sərbəst istifadənin  göstərilən  halının  mahiyyəti  ondan  ibarətdir ki,  kompüter 

proqramını və ya məlumat bazasını qanuni əsasda əldə  edən  şəxs müəllifin və 

ya  müəlliflik  hüquqlarının  digər  sahibinin  razılığı  olmadan  və  müəlliflik  haqqı 

vermədən  kompüter  proqramının  və  ya  məlumat  bazasının  təyinatına  uyğun 

istənilən  hərəkəti  edə  bilər.  Həmin  hərəkətlərin  dairəsi  müəlliflik  hüququ  barə­

də qanunda göstərilmişdir.


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin