Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§  5.  Müəlliflik hüququnun  subyektləri



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə17/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   54
§  5.  Müəlliflik hüququnun  subyektləri

M üəlliflik  hüququ 

subyektlərinin 

anlayışı,  dairəsi 

və növləri

Əsərin  yaradılması  ilə  m üə lliflik  hüquq  münasibəti 

əmələ  gəlir  ki,  o.  mütləq  xarakter  daşıyır,  yəni  mütləq 

hüquq  m ünasibəti  sayılır:  Bu  münasibətin  bir tərəfin­

də  müəllif,  digər tərəfində  isə ona  qarşı  duran  və  pas­

siv  funksiya  yerinə  yetirən  borclu  şəxslər  («hamı  və 

hər kəs») dururlar.  Borclu  şəxslərin  («hamı və  hər kəsin») üstünə müəllifin ya­

ratdığı  əsərə  qəsd  edən  hər hansı hərəkətdən çəkinmək vəzifəsi  düşür.

Müəllif isə  müəlliflik  hüquq  münasibətində  səlahiyyətli  şəxs qismində çıxış 

edir.  Əsərə  subyektiv  müəlliflik  hüququ  məhz  ona  məxsusdur.  Başqa  sözlə 

desək,  müəllif subyektiv  müəlliflik  hüququnun daşıyıcısıdır.  Buna  görə o,  müəl­

liflik  hüquq  münasibətinin  iştirakçısı  olmaqla  müəlliflik  hüququnun  subyekti  he­

sab edilir.

Müəllifdən  başqa,  subyektiv  müəlliflik  hüququnun  daşıyıcıları  digər  şəxslər 

də  ola  bilərlər.  Belə  ki,  müxtəlif  hüquqi  faktlar  (müəlliflik  müqaviləsi,  vərəsəlik 

və  s.) əsasında  əsərə  subyektiv  müəlliflik  hüququnun  başqa  şəxslərə  keçməsi 

mümkündür.  Həmin  şəxslərə  əsərə  subyektiv  m üə lliflik  hüququnun  digər 

sahibləri  deyilir.  Onlar da  subyektiv müəlliflik  hüququnun  daşıyıcıları olduqları­

na  görə  müəlliflik  hüququnun  subyekti  kimi tanınırlar.

M üə lliflik  hüququnun  subyektləri  dedikdə,  əsərə  subyektiv  m üəlliflik 

hüququnun  daşıyıcıları  başa  düşülür.  Müəlliflik  hüququnun  subyektləri  o 

şəxslərdir  ki.  əsərə  subyektiv  müəlliflik  hüququ  məhz  həmin  şəxslərə  məxsus 

olur.  Onları  iki  kateqoriyaya  bölmək olar:

•   müəllifə;

•   subyektiv  müəlliflik  hüququnun  digər sahiblərinə.

Şübhəsiz,  müəllif müəlliflik  hüququnun  əsas  və  başlıca  subyektidir.  Bu,  ha­

mıya  məlum  olan  məsələdir.  Əsərin  yaradılması  kim i  hüquqi  fakt  imkan ve­

rir  ki,  müəllif müəlliflik  hüququnun  subyekti  olsun.  O  ki  qaldı  subyektiv  müəllif­

lik  hüququnun  digər sahiblərinə,  onlar müxtəlif hüquqi faktlar əsasında müəllif­

lik  hüququnun  subyekti  statusu əldə edirlər.  M üəlliflik m üqaviləsi  həmin fakt-

175


lardan  biridir.  Belə ki,  müəllif subyektiv müəlliflik  hüququnu  (müstəsna  müəllif­

lik  hüquqlarını)  başqa  şəxsə  (məsələn,  nəşriyyata)  verə  bilər.  Bununla  həmin 

şəxs subyektiv müəlliflik  hüququnun sahibi  (hüququ  əldə edən  şəxs) olur.

Hüquqi  varislik  subyektiv  müəlliflik  hüququnun  başqa  şəxslərə  keçməsini 

şərtləndirən  digər  hüquqi  faktdır.  Söhbət  hər  şeydən  əvvəl,  vərəsəlik  kimi  hü­

quqi  faktdan  keçir.  Müəllifin  vərəsələri  bu  cür  hüquqi  fakt  (vərəsəlik)  əsasında 

subyektiv  müəlliflik  hüququnun  sahibi  olur  və  subyekt  kimi  tanınırlar.  Belə  ki, 

subyektiv  müəlliflik  hüququnun  (müstəsna  müəlliflik  hüquqlarının)  vərəsəlik 

qaydasında  keçməsinə qanun yol verir.

Qanunda  ifadə olunan  göstəriş  subyektiv müəlliflik  hüququnun  əldə olun­

masını şərtləndirən  daha  başqa  hüquqi  faktdır.  Bu  fakt  əsasında  müəyyən  qu­

rumlar  müəlliflik  hüququnun  subyekti  olurlar.  Başqa  sözlə  desək,  müvafiq  qu­

rumlar  qanunda  ifadə  olunan  göstəriş  əsasında  (qanuna  görə)  subyektiv  mü­

əlliflik  hüququnu  əldə  edirlər.  Məsələn,  qanun  göstərir  ki,  Azərbaycan  müəllif­

lərinin  ictimai  varidat  dairəsinə  aid  edilən  əsərlər  dövlət  varidatı  elan  edilə  bi­

lər1.  Belə  halda  əsərdə subyektiv müəlliflik  hüququnun  sahibi  dövlət olur2.

Beləliklə,  əsərə  subyektiv  müəlliflik  hüququ  əsasən  dörd  hüquqi  fakt  əsa­

sında  əmələ gəlir.  Həmin faktlar isə  göstərdiyimiz kimi  bunlardan  ibarətdir:

•   əsərin yaradılması faktı;

•   müəlliflik  müqaviləsi

•   hüquqi varislik  (vərəsəlik);

•   qanunda  ifadə olunan  göstəriş.

Göstərilən  hüquqi  faktlar  əsasında  müəlliflik  hüququnun  subyekti  rolunda 

həm  fiziki  şəxslər,  həm  bələdiyyələr,  həm  hüquqi  şəxslər,  həm  də  dövlət 

(Azərbaycan  Respublikası) çıxış  edə  bilərlər.  Fiziki  şəxslər sırasına  həm  Azər­

baycan  Respublikasının  vətəndaşları,  həm  əcnəbilər,  həm  də  vətəndaşlığı  ol­

mayan şəxslər daxildir.

Hüquq ədəbiyyatında  müəlliflik  hüququnun  subyektləri  iki  yerə  bölünür3:

•   ilkin  müəlliflik hüququnun subyektinə;

•   törəmə müəlliflik  hüququnun subyektinə.

İlkin  m üə lliflik  hüququnun  subyekti  dedikdə,  öz  şəxsi  (xüsusi)  hərəkəti­

nin  köməyi  və  vasitəsi  ilə  əsərə  müəlliflik  hüququ  əldə  edən  şəxs  başa  düşü­

lür.  Yalnız  əsəri  yaradan  m üəllif  (fiziki  şəxs)  ilkin  m ü ə lliflik   hüququnun 

subyekti  ola  bilər.  Belə  ki,  əsərin  müəllifi  rolunda  yalnız  onu  yaradıcı  əməyi 

ilə  yaradan  fiziki  şəxsin  çıxış  etməsi  mümkündür.  Həqiqətən  əsərin  yaradıcısı 

konkret  fiziki  şəxs  ola  bilər.  Bu  barədə  qanunda  birbaşa  göstəriş  vardır4.  Biı 

sıra  alimlər də  məsələyə  məhz  bu  cür yanaşaraq  göstərirlər  ki.  əsərin  özünüı

^ «M üəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 27-ci maddəsinin 2-ci bəndi.

Hüquq  ədəbiyyatında  söylənilən  belə  bir  fikir dəqiqlikdən  uzaqdır  ki.  şəxslər  əsərin  yaradılması 

və  hüquqi  varislik  kim i  faktlar  əsasında  m üəlliflik  hüququnun  subyekti  olurlar  (Табачпшков  И Г  

Литературная, музыкальная и художественная собственность. СПБ,  1878, с.  508-509).

'  Иоффе  О С.  Советское  гражданское  право.  Курс  лекций.  Часть  3.  Л..  1965,  с.  27;  Гаврилов 



Э.П.  Вступительная  статья//Закон  об  авторском  праве  и  смежных  правах.  М.,  1993,  с.  XII. 

Г аврилов Э.П.  Советское авторское право. Основные положения. Тенденция  развития.  М.,  1984, с 

114-132.

«Müəliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 4-cü maddəsi.

176


yaradılması  ayrı-ayrı  fiziki  şəxslərin  işidir1  və  buna  görə  də  yalnız  onlar  ilkin 

müəlliflik hüququnun  subyekti kimi tanına  bilərlər1

 2.

Hüquqi  şəxslərə  gəldikdə  isə qeyd  edə  bilərik ki,  bəzi  alimlər onları  da  ilkin 



müəlliflik  hüququnun  subyekti  hesab  edirlər3.  Biz  isə  bu  fikri  inkar  edirik.  Mə­

sələ  burasındadır ki,  yaradıcılıq  (əqli) qabiliyyətinə yalnız bioloji  (fizioloji) -  psi­

xoloji  (mənəvi)  varlıq  (canlı  varlıq)  sayılan  fiziki  şəxslər  (insan  cinsindən  olan 

varlıq)  malik  ola  bilərlər.  Hüquqi  şəxslər  isə  qeyri-canlı  qurumlar  olub,  belə 

əlamətdən  məhrumdur.  Yaradıcılıq  (əqli) fəaliyyəti  və  hüquqi  şəxslər bir araya 

sığmayan  anlayışlardır.

Törəm ə  m ü ə lliflik   hüququnun  subyekti  dedikdə,  özü  əsər  yaratmayan, 

lakin  müxtəlif  hüquqi  faktlar  əsasında  ona  subyektiv  müəlliflik  hüququ  əldə 

edən  şəxs  başa  düşülür.  Söhbət  m üəlliflik  m üqaviləsi,  hüquqi  varislik  (və­

rəsəlik)  və  qanunda  ifadə  olunan  göstəriş  kimi  hüquqi  faktlar  əsasında 

subyektiv  müəlliflik  hüququnun  daşıyıcılarından  gedir.  Buna  görə  də  həmin 

faktların vasitəsi  ilə subyektiv müəlliflik hüququna sahib olan vərəsələr,  hüquqi 

şəxslər,  bələdiyyələr,  dövlət  (Azərbaycan  Respublikası)  və  fiziki  şəxslər törə­

mə  müəlliflik  hüququnun subyektləri  hesab olunurlar.

Müəlliflik hüququnun  subyektlərinin  bir neçə növü fərqləndirilir:

•   müəllif;

•   şərikli  müəlliflər;

•   mürəkkəb (qatışıq) əsərlərin  müəllifi;

•   törəmə əsərin  müəllifi;

•   audiovizual əsərin  istehsalçısı;

•   işəgötürən;

•   vərəsələr;

•   dövlət  (Azərbaycan  Respublikası).

Müəllif  m ü ə lliflik  hüququnun  mərkəzi  fiquru  sayılır

Müəllif m üəlliflik 

q

  mü


9||jfljk  hüquq  münasibətlərində  subyekt  qismin-

huququnun  əsas 

Ьэ  vacjb  və  m(jhüm  rol  oynayır.  Bu,  onunla  izah  edilir

su  ye  tı  ımı 

^   həmin  münasibətlərin  obyekti  olan  əsər  bilavasitə

müəllif  tərəfindən  yaradılır.  Müəlliflik  hüquq  münasibətləri  məhz  obyekt  kimi 

əsər barəsində və onunla  bağlı olaraq  əmələ  gəlir.  Şəxsi  (qeyri-əmlak) və əm­

lak  xarakterli  müstəsna  müəlliflik  hüquqları  məhz əsər barəsində yaranır.  Əgər 

əsər  olmazsa,  onda  nə  müəlliflik  hüquq  münasibətləri,  nə  də  müstəsna  müəl­

liflik  hüquqları  əmələ gələr.

1  Bir  sıra  xarici  ölkələrin  m üəlliflik  hüququna  görə  m üəllif dedikdə,  əsərin  yaradıcısından  başqa, 

ilkin  m üəlliflik  hüququnun  digər  sahibi  də  başa  düşülür.  Məsələn,  müəlliflik  hüququ  qanun  əsasında 

əmələ  gələn  təşkilat  m ü ə llif hesab  edilir  (Основные  институты  гражданского  права  зарубежных 

стран.  М.,  1999, с. 417).



2  Məsələn,  bax:  Гордон  М.В.  Советское  авторское  право.  М.,  1955,  с.  49-50;  Гаврилов  Э.П. 

Советское  авторское  право.  М.,  1955,  с. 125-132;  Савельева  И В.  Правовое  регулирование 

отношений  в  области  художественного  творчества.  М.,  1986,  с.  63-69;  Сергеев  А.П.  Право 

интеллектуальной собственности в Российской Федерации.  М.,  1999, с.  171.

1

  Антимонов  Б.С..  Флейщиц  Е.А.  Авторское  право.  М.,  1957,  с.  77;  Иоффе  ОС.  Советское 



гражданское  право.  Курс  лекций.  Часть  3.  Л.,  1965,  с.  27;  Никитина  М.И.  Авторское  право  на 

произведения науки, литературы и искуства. Казань,  1972, с. 2.

177


Müəllif  dedikdə,  əsərin  yaradıcısı  olan  fiziki  şəxs  başa  d üşülür.  O,

əsəri  yaradan  şəxsdir  (latınca  «au(c)tor»  -   əsərin  yaradıcısı)1.  Başqa  sözlə 

desək,  əsəri  yaradan  şəxs  onun  müəllifi  sayılır.  Nə  hüquqi  şəxslər,  nə  dövlət, 

nə  də  bələdiyyələr əsərin  müəllifi  ola  bilərlər.  Yalnız fiziki  şəxslərin  əsərin  mü­

əllifi  olmaları  mümkündür.  Belə  ki,  ancaq fiziki  şəxslər düşünmək və  yaratmaq 

qabiliyyətinə  malikdirlər2.  Digər  tərəfdən,  əsərin  yaradılması  əqli  (yaradıcılıq) 

fəaliyyət tələb edir.  Belə fəaliyyət ilə yalnız şüura və düşüncəyə  malik olan fizi­

ki  şəxslər  məşğul  ola  bilərlər.  Əsər yaratmaq  əqli-təfəkkür  (yaradıcılıq)  prose­

sidir.  Musiqi  bəsləyən,  kitab  yazan,  heykəl  ucaldan  və  s.  fiziki  şəxslər  əsərin 

müəllifidir.  Yetkinlik  yaşına  çatmayanlar və  mülki  fəaliyyət  qabiliyyəti  olmayan 

fiziki şəxslər əsərin  müəllifi ola  bilərlərmi, yəni əsər yarada  bilərlərmi?

Məsələ  burasındadır  ki,  əsər yaratmaq  üzrə  fəaliyyət  hüquqi  akt  (əqd)  yox, 

faktiki  xarakterli  hərəkət  hesab  edilir.  Bildiyimiz kimi,  hüquqi  akt xüsusi  ola­

raq  müəyyən  bir  hüquqi  nəticə  əldə  olunmasına  yönələn  mülki-hüquqi  əqddir. 

Hüquqi  akt (əqd) yox,  əsər yaratmaq  üzrə fəaliyyət (faktiki  hərəkət) iki amildən 

asılı  deyil:  fiziki  şəxsin  yaşından;  fiziki  şəxsin  sağlam lıq  vəziyyətindən. 

Deməli,  həmin  fəaliyyət fiziki  şəxsin  m ülki  fəaliyyət  qab iliyyə tin də n   asılı  de­

yil.  Məhz  bu  səbəbdən  yetkinlik  yaşına  çatmayan  və  ya  sağlamlıq  vəziyyətinə 

görə  fəaliyyət  qabiliyyəti  olmayan  (və  yaxud  məhdud  fəaliyyət qabiliyyətli)  fizi­

ki  şəxslər əsər yaratmaq  və  müəllif olmaq  hüququna  malikdirlər.  Bu  isə  o  de­

məkdir  ki,  istənilən  şəxs  yaşından,  sağlamlıq  vəziyyətindən,  bir  sözlə,  mülki 

fəaliyyət qabiliyyətindən asılı olmayaraq  əsər yarada  və  müəllif ola  bilərlər.

Digər tərəfdən,  elm,  ədəbiyyat və incəsənət  əsərlərinin  müəllifi  olmaq  imka­

nı  fiziki  şəxslərin  mülki  hüquq  qabiliyyətinin  məzmununa  daxil  olan  hüquqdur. 

Mülki  hüquq  qabiliyyəti  isə  fiziki  şəxsin  nə yaşından,  nə  də  sağlamlıq  vəziyyə­

tindən  asılıdır.  Bu  səbəbdən  yetkinlik yaşına  çatmayan  şəxslər də,  ruhi  xəstəli­

yinə və ya  ağıl  zəifliyinə  görə  məhkəmə  tərəfindən  fəaliyyət  qabiliyyətli  sayılan 

şəxslər  də,  habelə  spirtli  içkilərdən  və  ya  narkotik  vasitələrdən  sui-istifadəyə, 

qumara  qurşanmağa  görə  fəaliyyət  qabiliyyəti  məhdudlaşdırılan  şəxslər  də 

əsər  yarada  və  müəllif  ola  bilərlər.  Buna  görə  müəlliflik  hüququ  barədə  qanun 

yaş  senzi  və  müəllifin  sağlamlıq  vəziyyəti  barədə  hər  hansı  tələb  müəyyən  et­

mir.  Məsələn,  13 yaşlı şəxs  rəsm əsəri yaradır,  şer yazır,  musiqi  bəstələyir və s.

Göstərilən  kateqoriya  şəxslər  yaşlarından  və  sağlam lıq  vəziyyətindən 

asılı  olmayaraq  əsər  barəsində  konkret  su byektiv  m ü ə lliflik   hüquqları  əl­

də  edirlər.  Bununla  onlar  subyektiv  müəlliflik  hüququnun  daşıyıcıları  olurlar. 

Özü  də  həmin  şəxslərin  subyektiv  müəlliflik  hüququ  öz  məzmun  və  həcminə 

görə  tam  mülki  fəaliyyət  qabiliyyətli  şəxslərin  subyektiv  müəlliflik  hüququndan 

fərqlənmir.

Lakin  yetkinlik  yaşına  çatmayan  və  fəaliyyət  qabiliyyəti  olmayan  şəxslər 

əsər  barəsində  müəlliflik  hüquqlarına  malik  olsalar  da,  bu  hüquqları  onların 

özləri  həyata  keçirm irlər.  Çünki  müəlliflik  hüquqlarının  həyata  keçirilməsi 

faktiki  hərəkətlər  yox,  hüquqi  hərəkətlərdir  (əqdlərdir).  Hüquqi  hərəkətləri

Словарь  иностранных  слов.  M.,  1981,  с.  13;  Глоссарий  терминов  по  авторскому  и  смежным 



правам.  ВОИС, с.  17.

‘ 

Шершепевич Г.Ф.

  Авторское  право на литературные произведения.  Казань,  1891, с.  130.

178


isə  yalnız  tam  mülki  fəaliyyət  qabiliyyətli  şəxslər  yerinə  yetirə  bilərlər.  Buna 

görə  də  14  yaşınadək  olan  ye tkin lik  yaşına  çatmayan  şəxslərin,  habelə 

məhkəmə  tərəfindən  fəaliyyət  qabiliyyəti  olmayan  sayılan  şəxslərin  əvəzinə 

müəlliflik  hüquqlarını  onların  qanuni  nümayəndələri  (valideynləri,  övladlığa 

g ötürənlər və ya  qəyyum ları) həyata  keçirirlər. Qanuni nümayəndələr onlar 

adından  müəllif müqavilələri  bağlayır,  dəyişdirir və ya  ləğv edir,  habelə  müqa­

vilə  şərtlərini  müəyyənləşdirirlər.  Bu  zaman  müqavilənin  tərəfi  qismində  qanu­

ni  nümayəndə  yox,  onların  özləri  çıxış  edirlər.  Ona  görə  də  müqavilədən  irəli 

gələn  hüquq  və  vəzifələr  qanuni  nümayəndə  üçün yox,  həmin  şəxslərin  özləri 

üçün əmələ  gəlir.

14  yaşından  18  yaşınadək  olan  yetkinlik  yaşına  çatmayanlara  gəldikdə 

isə  qeyd  edə  bilərik  ki,  bu  kateqoriya  şəxslər elm,  ədəbiyyat və incəsənət əsər­

ləri  barəsində  öz  müəlliflik  hüquqlarını  sərbəst  şəkildə,  hər  hansı  bir  kimsənin 

razılığı  (icazəsi)  olmadan  müstəqil  surətdə  həyata  keçirə  bilərlər  (MM-in  30-cu 

maddəsinin  2-ci  bəndinin  2-ci  yarımbəndi).  Onlar  müəllif  müqavilələrini  vali­

deynlərin,  övladlığa götürənlərin və ya himayəçinin razılığı olmadan bağlayırlar.

Fiziki  şəxs  hansı  andan  öz yaratdığı  əsərin  müəllifi  kimi tanınır? O,  nə vaxt­

dan  müəllif  statusu  əldə  edir?  Qanun  müəyyən  edir  ki,  m üəlliflik  hüququ 

əsərin  yaradılm ası  faktı  ilə  əmələ g ə lir’ .  Fiziki şəxsi  əsərin  müəllifi  kimi tanı­

maq  üçün  yalnız  bu  faktın  özü  kifayət  edər.  Məhz  həmin  fakt  əsasında  əsəri 

yaradan  şəxs  müəllif  statusu  əldə  edir.  Özü  də  o,  bu  statusu  dərhal,  müəllifin 

yaradıcılıq  (əqli)  fəaliyyətinin  nəticəsi  bu  nəticəni  auditoriyanın  dərk  etməsinə 

və  başa  düşməsinə  imkan  verən  hər  hansı  bir  obyektiv  (xarici,  maddi) forma­

da ifadə  edildiyi  anda  qazanır.

Əsəri  yaradan  şəxs onun  açıqlanmasından  (dərc edilməsindən) və ya açıq- 

lanmamasından  (dərc  edilməməsindən)  asılı  olmayaraq  müəllif  statusu  əldə 

edir.  Belə  ki,  məsələn,  şəxs yaratdığı  əsərin  əlyazmasının  (açıqlanmamış,  dərc 

edilməmiş əsərin)  da,  nəşr edilmiş (açıqlanmış,  dərc edilmiş) əsərin  də müəllifi 

sayılır.

Əsərin təyinatı,  dəyəri,  məzmunu,  ictimai cəhətdən faydalı  olması və cəmiy­

yət tərəfindən  müsbət  qiymətləndirilməsi  kimi  amillər onu yaradan  şəxsin  mü­

əllif kimi tanınmasına  qətiyyən təsir göstərmir.

Fiziki  şəxslərin  əsərin  müəllifi  kimi  tanınması  vətəndaşlıq  məsələsindən 

də  asılı  deyildir.  Buna  görə Azərbaycan  Respublikasının  vətəndaşları  ilə  bəra­

bər,  xarici  ölkə  vətəndaşları  (əcnəbilər)  da,  vətəndaşlığı  olmayan  şəxslər  də 

əsərin  müəllifi  ola  bilərlər.

Fiziki  şəxslərin  əsərin  müəllifi  olmaq  imkanı  onların  cinsindən  də  asılı  de­

yildir.  Buna  görə  həm  kişi,  həm  də qadın  cinsinə  aid  olan  şəxslər əsər yarada 

və onun  müəllifi  ola  bilərlər.

Bütün  hüquqların,  o cümlədən  əsərin  müəllifi  kimi tanınmaq  hüququnun ya­

ranması  üçün  hüquqi  fakt  lazımdır.  Belə  fakt  rolunda  əsərin  yaradılması  çıxış 

edir.  Əsərin  yaradılması  şəxsin  onun  müəllifi  kimi  tanınmasını  şərtləndirən  ye­

ganə  hüquqyaradıcı  faktdır.  Buna  görə  də  qanun  müəlliflik  hüququnun  sub­

« M ü ə lliflik   hüququ və əlaqəli  hüquqlar haqqında» qanunun 25-ci  maddəsinin  l-c i  bəndi.

179


yektlərini  hər hansı amillə məhdudlaşdırmır.

Müəlliflik (yaradıcılıq) əsəri orijinallıq, təkrarolunmazlıq,  nadirlik və yenilik ki­

mi  əlamətlərlə  xarakterizə  olunur.  Məhz  bu  səbəbdən  müəyyən  şəxsin  əsərin 

müəllifi  olmasının  məcburi,  xüsusi  dövlət  qeydiyyatına  alınması  tələb  edilmir. 

Məsələ  bundadır  ki,  qanun  hüquqi  mühafizə  şərti  kimi  müəlliflik  hüququnun 

hökmən qeydiyyata alınmasını  nəzərdə tutmur.

Əsərin  məcburi  və xüsusi  olaraq  dövlət  qeydiyyatına  alınması  lazım  gəlmə­

sə  də  müəllif  (müstəsna  müəlliflik  hüququnun  digər  sahibi)  m ü ə lliflik   hüqu­

qunu  qoruma  nişanından  istifadə  edə  bilər.  Bu,  onun  vəzifəsi  yox,  hüququ­

dur.  Əsəri  belə  nişanla  təmin  etməyin  əsas  və  başlıca  məqsədi  auditoriyaya 

(hamıya  və  hər  kəsə)  belə  bir  məlumat  çatdırmaqdan  ibarətdir  ki,  əsər  m üəl­

liflik  hüququ  ilə  (qanunla)  qorunur  və  adı  qorum a  nişanına  daxil  edilən 

şəxs  müstəsna  m üəlliflik  hüququnun  sahibidir.  Başqa  sözlə  desək,  qoru­

ma  nişanından  istifadə  etməyin  məqsədi  müstəsna  müəlliflik  hüququnun  sahi­

bi  olan  şəxsin  əsərə  öz  hüquqlarını  bildirməsindən  ibarətdir.  Bunun  bir  tərəf­

dən  özgəsinin  müəlliflik  hüququnun  pozulmasının  qarşısının  alınmasında,  di­

gər  tərəfdən  isə  müəlliflik  hüququ  pozulduğu  halda  sübutetmə  prosesinin 

asanlaşdırılmasında  böyük əhəmiyyəti vardır.

Qoruma  nişanından  istifadə olunması  məsələsi  müstəsna  müəlliflik  hüququ 

sahibinin istək və  mülahizəsindən  asılı  olaraq  həll  edilir.  O,  həmin  nişandan  is­

tifadə edə  də  bilər,  etməyə də  bilər.  Bu  isə onu  göstərir ki,  qoruma  nişanından 

istifadə  olunması  əsərin  müəlliflik  hüququ  ilə  qorunmasının  labüd  və  məcburi 

şərti  sayılmır.  Bu  səbəbdən  həm  qorum a  nişanı  olan  əsər,  həm  də  qorum a 

nişanı  olmayan  əsər  m üəlliflik  hüququ  tərəfindən  eyni  dərəcədə  q o ru ­

nur,  hüquqi  mühafizə  ilə  təmin  edilir.  Digər tərəfdən,  əsərin  yaradıcısının  mü­

əlliflik  hüququnun  qoruma  nişanından  istifadə  etməsi  və  ya  istifadə  etməməsi 

onun həmin  əsərin  müəllifi  kimi tanınmasına  qəti  təsir göstərmir.

Qanun  m üəlliflik  prezumpsıyası  müəyyənləşdirir’ .  Buna  görə  əksi  sübut 

edilənə  kimi  (əgər  başqa  sübut  yoxdursa),  adı  altında  açıqlanmış  şəxs  əsərin 

müəllifi sayılır və əsərə müəlliflik hüququ ona  məxsusdur.

.. 

Şərikli  müəlliflər  müəlliflik  hüququnun  əsas  sub-



.. 

lJIUƏ  1  ər 

yektlərindən  biri  sayılırlar.  Onların  hüquqi  statusu 

subvekti  kimi 

müəlliflik  huququ  barədə  qanunun  9-cu  maddəsi 

ilə  müəyyən edilir.



Bəzən  yaradıcılıq  əsərləri  bir  şəxs  tərəfindən  yox,  iki  və  ya  daha  çox  şəxs 

tərəfindən yaradılır.  Belə halda  şərikli  müəlliflik yaranır.

Şərikli  m üəlliflik  dedikdə,  iki  və  daha  çox  şəxsin  birgə  əməyi  ilə  yaradılmış 

əsərə müəlliflik hüququ başa düşülür.  Həmin şəxslər isə şərikli müəlliflər adlanır.

Şərikli  m üəlliflər o  şəxslərdir ki,  məhz onların  birgə  əməyi  nəticəsində  şə­

rikli  əsər yaradılır.  Onlar  şərikli  əsərin  birgə  yaradıcılarıdır.  Əsər  isə  yalnız  b ir 

neçə əlamətə  (meyara) uyğun  olduqda şərikli  əsər statusu  əldə  edir.

Birinci  əlamətə  görə,  şərikli  əsər vahid,  tam   və  b ü töv  k o lle k tiv   əsər o l­

1  Bax  « M ü ə lliflik   hüququ və ə laqəli  hüquqlar haqqında» qanunun 8-ci  maddəsi.

180


m alıdır1.  Əsərin tamlığı,  bütövlüyü və vahidliyi onun məzmunu və daxili forma­

sı  nəzərə  alınmaqla  müəyyən  edilməlidir.  Əsərin  məzmunu  ilə  daxili  forması 

arasında  qaışılıqlı  əlaqə  elə  olmalıdır  ki,  əsər  auditoriya  tərəfindən  vahid  əsər 

kimi  qəbul  oluna  bilsin.  Məsələn,  fəsilləri  kafedranın  ayrı-ayrı  əməkdaşları  tə­

rəfindən  yazılan  dərslik  və  ya  musiqi  mətni  və  liberettosu  iki  şəxs  tərəfindən 

yaradılan opera  kollektiv əsərə misal ola  bilər.

Kollektiv  əsərdən  hər  hansı  bir  hissəsinin  çıxarılması  ondan  tam  və  bütöv 

əsər kimi  istifadə  olunmasını qeyri-mümkün edir.

İkinci  əlamətə  görə,  şərikli  əsər iki və ya  daha  çox  şəxsin  birgə yaradı­

cılıq  fə a liyyə tin in   nəticəsi  olmalıdır.  Başqa  sözlə  desək,  bir neçə şəxsin  bir­

gə yaradıcı  əməyi  nəticəsində yaranan əsər şərikli əsər hesab edilir.

Birgə  əmək  şərikli  əsərin  əsas  əlamətlərindən  biridir.  Belə  ki,  bu  növ əsər 

bir  neçə  şəxsin  yaradıcılıq  zəhmət  və  səylərini  ifadə  etməlidir.  Bu  əlamətdən 

məhrum  olan  əsər  şərikli  əsər  sayılmır.  Məsələn,  liberetto  və  musiqisi  bəstə­

kar  F.Əmirov tərəfindən yazılmış  «Sevil»  operası  C.Cabbarlının  eyni  adlı  dram 

əsəri  əsasında  yaradılmışdır.  Onlar məzmunca  üst-üstə  düşürlər.  Lakin  bu  hal 

əsas  vermir ki,  «Sevil»  operası  şərikli  əsər,  C.Cabbarlı  isə  həmin  operanın şə­

rikli  müəllifi  hesab  edilsin.  Ona  görə  ki,  musiqili  dram formasında  yaradılan ye­

ni  əsərdə  C.Cabbarlının  yaradıcılıq  əməyi və zəhməti  olmamışdır.  Vahid  əsərin 

yaradılmasında  bir  neçə  şəxsin  yaradıcı  surətdə  iştirakı  əsərin  həm  məzmunu 

baxımından,  həm  də  mütləq  daxili  forması  baxımından  yeni  (təzə)  olmasında 

ifadə  edilməlidir.

Üçüncü  əlamətə  görə,  şərikli  əsəri  yaradan  şəxslərdən  hər  birinin  əsərə 

qoyduqları  əmək  yaradıcı  xarakterə  m alik  olmalıdır.  Şərikli  müəlliflik o hal­

da  yaranır ki,  şəriklərdən  hər biri  həmin  əsərə öz yaradıcılıq  payını və töhfəsini 

vermiş  olsun* 2.  Əgər  əsərin  yaradılmasına  verilən  pay  və  töhfə  yaradıcılıq  xa­

rakterinə  malik olmasa,  onda  şərikli  müəlliflik  əmələ  gəlmir.  Belə  halda  əmək­

daşlıq  m ünasibəti  əmələ  gəlir  ki,  həmin  münasibət  əsərin  yaranma  prosesi­

nə  və  yaradıcılıq  nəticəsinin  əldə  olunmasına  həlledici  təsir  göstərmir.  Buna 

görə  müəllifə  (və  ya  şərikli  müəlliflərə)  materialların  seçilməsində,  sxem,  diaq­

ram  və  qrafiklərin  çəkilməsində  və  s.  texniki  köməklik göstərən3,  habelə  müəl­

lifə  sponsorluq  (maliyyə  köməyi)  edən,  məsləhət  verən,  maddi-texniki  cəhət­

dən  yardım  edən,  onu  ədəbiyyatla  təmin  edən  və  digər  hərəkətləri  yerinə yeti­

rən  şəxslərin  əməyi  şərikli  əsərin  yaranmasına  gətirib  çıxarmır.  Yalnız  yaradı­

cılıq  xarakterli  əməkdaşlıq  münasibətləri  şərikli  əsərin  əmələ  gəlməsinə səbəb 

ola  bilər4.

Dördüncü  əlamətə  görə,  şərikli  əsər  qarşılıqlı  razılıq  əsasında  yaradıl­



Иоффе О.C.

  Советское гражданское право.  К ур с лекций.  Часть 3. Л .,  1965, с.  173.

-

  Постановление  Пленума  Верховного  Суда  СССР  от  18  апреля  1986  г.  №  8.  «О  применении 

судами  законодательства  при  рассмотрении  споров  возникающих  из  авторских  правоотношс- 

иии»//С борник  постановлений  Пленума  Верховного Суда СССР.  1924-1986. М .,  1987, с. 232.

3  Вах:  п у н кт   I,  Постановления  Пленума  Верховного  Суда  СССР  о т  19  декабря  1967  г.  «О 

практике  рассмотрения  судами  споров  вытекающнхея  из  авторского  права»//  Бюллетень 

Верховного Суда СССР,  1968.



Махагонова Н.В.

  Авторское  право.  Учебное пособие.  М ,   2000, с. 92.

181


malıdır.  Şərikli  əsər  o  halda  yaradılmış  sayılır  ki,  şəxslərdən  hər  biri  qarşılıqlı 

razılıq  əsasında  həmin  əsərə  yaradıcılıq  payı qoysun1.  Bu  məsələdə  hər  hansı 

məcburiyyət  halına yol vermək  olmaz.  Bir sözlə,  şərikli  əsər  məcburiyyət  prin­

sipi  əsasında  yox,  könüllülük  prinsipi  əsasında  yaradılmalıdır.  Könüllülük 

prinsipinin  isə mahiyyəti  ondan  ibarətdir ki,  bir neçə  şəxs qarşılıqlı  surətdə  öz 

iradələrini  bildirərək  birgə yaradıcılıq  fəaliyyəti  barədə  razılığa  gəlirlər.  Bu  razı­

lıq  şərikli  m üəlliflik  barədə  saziş  adlanır.  Şərikli  müəlliflik  barədə  saziş  həm 

şifahi,  həm də yazılı formada  bağlana  bilər.

Şərikli  müəlliflik  barədə  saziş  bir  qayda  olaraq,  əsər  üzərində  iş  başlanana 

kimi  bağlanır.  Sazişin  işin  ortasında  və  ya  axırında  da  bağlanması  mümkün­

dür.  Ümumiyyətlə,  məhkəmə  praktikasına  görə  şərikli  müəlliflik  barədə  saziş 

əsərin  yaradılmasının  istənilən  mərhələsində  bağlana  bilər.  Hətta  əsər 

üzərində  iş  başa  çatdıqdan  sonra  da  belə  sazişin  bağlanması  mümkündür. 

Məsələn,  əsər  üzərində  iş  başa  çatdıqdan  sonra  həmin  əsərə  yaradıcılıq  xa­

rakterli  əlavə  və  dəyişiklik edilməsinə  zərurət yaranır.  Bunun  üçün  müəlliflə  di­

gər hər hansı şəxs arasında  şərikli  müəlliflik  barədə saziş  bağlanılır.

Şərikli  müəlliflik  barədə  saziş  bağlanmadan  da  şərikli  əsərin  yaradılması 

mümkün  olan  məsələdir1

 2.  Məsələn,  bəstəkar  opera  növündə  mətnli  musiqi 

əsəri  (musiqili-dram  əsəri)  yaratmaq  üçün  dramarturqun  yazdığı  dram  əsərin­

dən  istifadə edir3.  Belə hallarda  şərikli əsər saziş əsasında  yox,  qanunda  ifadə 

edilən göstəriş əsasında yaranır.

Beləliklə,  bir neçə  şəxs  qarşılıqlı  razılıq  əsasında  həqiqətən  kollektiv  əsərin 

yaranması  üzərində  birgə  yaradıcılıq  işi  görərlərsə,  şərikli  əsər  əmələ  gəlir. 

Həmin şəxslər isə bu əsərin şərikli  müəllifləri  sayılırlar.

Şərikli  müəlliflərin  hüquqi  vəziyyətinin  əsas  xüsusiyyəti  ondan  ibarətdir  ki, 

onlar şərikli əsərə  birgə  (birlikdə)  m üə lliflik  hüququna  m a lik d irlə r4.  Belə  ki, 

şərikli  əsərə  müəlliflik  hüququ  birgə  (birlikdə)  şərik  müəlliflərə  məxsusdur.  Bu­

na  görə  şərikli  əsərlə  bağlı  olan  münasibətə  birgə  (birlikd ə )  istifadə  rejim i 

tətbiq  edilir.  Bu  rejimin  isə  əsas  mahiyyəti  ondan  ibarətdir  ki,  əsərdən  tam  və 

bütöv halda  istifadə  hüququ  birgə (birlikdə) şərik  müəlliflərə  məxsusdur.  Şərikli 

müəlliflər həmin  rejimə  əsaslanaraq  şərikli  əsərin  istifadəsi  haqqında  məsələni 

səs  çoxluğu  ilə  yox,  ye kd illik əsasında  həll edir,  həmin  əsər  barəsində olan 

bütün  hüquqlarını  qarşılıqlı  razılıq  əsasında  həyata  keçirirlər5.  Əgər  bu  müm­

kün olmazsa, onda  məsələ  məhkəmə qaydasında həll  edilir.

Bir  qayda  olaraq,  şərik  müəlliflər tam  və  bütöv  halda  şərikli  əsərə  münasi­

bətdə  bərabər  hüquqlara  malikdirlər.  Xüsusən  də  onların  şərikli  əsərə  bəra­

bər əmlak  hüquqları vardır (məsələn,  müəlliflik qonorarı  almaqda  və  s.).  Şərikli

1 Постановления Пленума  Верховного суда СССР от  18 апреля  1986 г. «О применении судами 

законодательства при рассмотрении споров, возникающих из авторских  правоотношений».

2  Постановление  Пленума  Верховного  Суда  СССР  «О  применении  судами  законодательства 

при рассмотрении споров, возникающих из авторских правоотношений».

1 Гражданское право. Учебник. Том  1/Под рсд. Е.А.Су.ханова.  М.,  1998, с. 650.

* «M üəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 9-cu maddəsi.

Сергеев А.П.  Право интеллектуальной собственности  в Российской Федерации.  Учебник.  М., 

1999, с.  177.

182


müəlliflərin  adları  əlifba  sırası  ilə  göstərilir.  Lakin  şərik  müəlliflər  aralannda 

qarşılıqlı  saziş  bağlayaraq  şərikli  əsərdən  istifadənin,  öz  müəlliflik hüquqları­

nın  həyata  keçirilməsinin  başqa  qaydasını  müəyyən  edə  bilərlər.  Bu  saziş şə­

rikli  müəlliflər  arasındakı  qarşılıqlı  münasibətləri  tənzim  edir.  Qanun  belə  sazi­

şin  bağlanmasına yol verir1. Amma  qanunda sazişin hansı formada bağlanma­

sı  barədə  göstərişə  rast  gəlmirik.  Əlbəttə,  sazişin  yazılı  formada  bağlanması­

nın  mübahisəsiz  olaraq  öz  üstünlüyü  vardır.  Məsələ  burasındadır ki,  yazılı for­

ma  yersiz mübahisə və ixtilafların yaranmasının  qarşısını alır.

Sazişdə  müəyyən  edilir:  şərik  müəlliflərdən  hər birinin əsərə qoyduğu yara­

dıcılıq  payı;  müəlliflik  hüquqlarının  həyata  keçirilməsi  (məsələn,  sazişlə bu mə­

sələnin  həlli  şərik  müəlliflərdən  birinə  həvalə oluna  bilər və s.);  müəlliflik qono­

rarının  bölüşdürülməsi;  əsərin  şərik  müəlliflərin  adı  ilə  dərc  edilməsi  və ya şə­

rikli  əsərdən  təxəllüslə,  yaxud  adsız (anonim)  istifadə  edilməsi;  şerik  müəlliflə­

rinin  adlarının  hansı  qaydada  göstərilməsi və s.

Şərik  müəlliflərin  aralarında  bağladıqları  qarşılıqlı  sazişin  hüquqi  təbiəti  və 

mülki  hüquqi  xarakteristikası  hüquq  doktrinasında  mübahisə  doğurur.  Bu  mə­

sələdə  o  müəlliflərin  mövqeyi  əsaslı  və  inandırıcıdır  ki,  həmin  sazişi  onlar  hü­

quqdan  istifa d ə   haqqında  müqavilə  növünə aid edirlər.

Şərikli  müəlliflər  şərikli  müəllifliyin  (şərik  əsərin)  növündən  asılı  olaraq  iki 

kateqoriyaya  bölünürlər:

•   bölünməz şərikli  əsərin  müəllifləri  (birinci kateqoriya);

•   bölünən  şərikli  əsərin  müəllifləri  (ikinci kateqoriya);

B irin c i  kateqoriya  şərik  m üəlliflər tam,  bütöv və vahid  olan,  ayrı-ayrı  his­

sələri  (fəsilləri,  bölmələri)  müstəqil  əhəmiyyət  kəsb  etməyən  bölünməz  şərikli 

əsərin  yaradıcılarıdır.  Məsələn,  R.Əkbərov,  S.Səlimov  «Azərbaycan  dövləti  və 

hüquq tarixi»  adlı  bölünməz şərik əsərinin  müəllifidirlər.

İkinci  kateqoriya  şərik  m üəlliflər  ayrı-ayrı  hissələri  (fəsilləri,  bölmələri) 

müstəqil  əhəmiyyət  kəsb  edən,  lakin  tam  və  bütöv olan  bölünən  şərik əsərinin 

yaradıcılarıdır.  Belə  əsərin  ayrı-ayrı  hissələri  (fəsilləri,  bölmələri)  şərik  müəllif­

lər tərəfindən  yaradılır.  Özü  də  hansı şərik müəllifin əsərin hansı  hissəsini (böl­

məsini,  fəslini)  yaratması  məlum  olur.  Məsələn,  dərslik  kimi  bölünən  şərikli 

əsəri  yazan  kafedra  əməkdaşları  bu  kateqoriya şərik müəlliflərə misaldır.

Şərik  müəlliflərinin  iki  kateqoriyaya  bölünməsinin  vacib  praktiki  əhəmiyyəti 

vardır.  Məsələ  burasındadır ki, onlar ayrı-ayrı hüquqi statusa  malikdirlər.

Birinci  kateqoriya  şərik  müəlliflər həm  bütöv və tam  halında əsərə olan,  həm 

də  onun  ayrı-ayrı  hissələrinə  münasibətdə  m üəlliflik  hüquqlarını  birgə  (birlik­

də)  həyata  keçirirlər,  yəni əsərin  istifadəsi  ilə bağlı olan bütün məsələlər şərikli 

müəlliflərin  hamısının  qarşılıqlı  razılığı  ilə  həll edilir.  Şərik  müəlliflərdən hər hansı 

biri  əsərin  hissələrindən  müstəqil  surətdə  istifadə  edə  və  ona  sərəncam  ve­

rə  bilməz.  Çünki  həmin  hissələr müstəqil əhəmiyyət kəsb etmədiyindən  istifadə 

etmənin  və  sərəncam  vermənin  müstəqil  predmeti  ola  bilməz.  Digər tərəfdən, 

şərikli  müəlliflərdən  kimsə  əsərin  yaradılması  üzrə  öhdəliyi  pozarsa,  yalnız  o, 

yox,  bütün şərik müəlliflərin hamısı məsuliyyət daşıyacaqlar.

« M ü ə lliflik  hüququ və  əlaqəli  hüquqlar haqqında» qanunun 9-cu maddəsi.

183


İkinci  kateqoriya  şərik  müəlliflər  də  bölünən  şərikli  əsərə  birgə  (birlikdə) 

müəlliflik  hüququna  malikdirlər.  Əsərdən tam  və  bütöv  halda  (bütövlükdə)  isti­

fadə  olunması  məsələsi  onların  hamısının  qarşılıqlı  razılığı  ilə  həll  edilir.  Lakin 

şərik  müəlliflərdən  hər  biri  əsərin  özünün  m üstəqil  əhəm iyyət  daşıyan  his­

səsindən  öz  istəyinə  uyğun  şəkildə  m üstəqil  surətdə,  digər  m üəlliflərin 

razılığını  almadan  istifadə  edə  bilər.  Onlar  yalnız  əsərin  özlərinə  aid  olan 

hissəsinə görə  məsuliyyət daşıyırlar.  Bundan  əlavə,  əgər birinci  kateqoriya  şə­

rik  müəllifləri  ilə  vahid  m üə llif m üqaviləsi  bağlanılırsa,  ikinci  kateqoriya  şərik 

müəlliflərindən  hər biri  ilə ayrıca olaraq  m üə llif m üqaviləsi  bağlanılır.

Tərtibatçı  müəlliflik  hüququnun  subyektlərindən  bi- 

..  :? ,rtiba*Ç,'ar 

ridir.  O,  mürəkkəb  (qatışıq)  əsərin -  tərtib  olunmuş

müəlliflik huququnun 

(tərtibatçılıq)  əsərin  müəllifidir.  Müəllif  kimi  tərtibat- 

su  ye  ı  ımı 

çmm  hüquqi  statusu  müəlliflik  hüququ  haqqında

qanunun  10-cu maddəsi  ilə  müəyyən  edilir.

Tərtibatçılıq  (tərtib  olunm uş)  əsərləri  materialların  seçilməsi  (məcmuə­

lər,  toplular,  yəni  ensiklopediyalar,  antologiyalar,  məlumat  bazaları  və  s.)  və 

ya  düzümü  şəklində  olan  əsərlərə  deyilir.  Onlar yaradıcılıq  fəaliyyətinin  (emə­

yinin)  nəticəsi  olmalıdır.  Müəllif-tərtibatçının  yaradıcılıq  fəaliyyətinin  (işinin  nəti­

cəsi)  rolunda  onun  tərəfindən  işlənilmiş  materialların  seçilm ə  və  ya  düzülmə 

sisteminin  özü  çıxış  edir.  Bu  zaman  ayrı-ayrı  əsərlər (bu  əsərlərin  müəllifi  tər­

tibatçı  yox,  özgə  şəxslərdir)  yaradıcı  surətdə  vahid  və  bütöv  halda  birləşdirilir 

ki,  məhz  həmin  əsər tərtibatçılıq  (tərtib  olunmuş)  əsəri  adlanır.  Müəllif-tərtibat­

çının  sadə texniki  işi  yaradıcılıq  fəaliyyətinin  nəticəsi  kimi  tanınmır və  buna  gö­

rə  də  hüquqi  mühafizə  ilə  təmin  olunmur.  Məsələn,  xronoloji  qaydaya  düzlə­

nən  normativ aktların  məcmuəsi yaradıcılıq  fəaliyyətinin  nəticəsi  yox,  texniki  iş 

hesab edilir.  Buna  görə  də o, tərtibatçılıq  əsəri  kimi tanınmır və  hüquqi  mühafi­

zədən  istifadə  etmir.  Yaradıcılıq  fəaliyyətinin  nəticəsi  sayılan,  materialların  se­

çilməsi  və  ya  düzümü  şəklində  olan  hər hansı  məcmuə  (toplu)  isə  tərtibatçılıq 

əsəri sayılır və  hüquqi  mühafizə ilə təmin  olunur.  Məcmuələr (toplular) tərtibat- 

çılıq əsərinin  ən geniş yayılmış və əsas növüdür.

Toplulara  və  digər  tərtibatçılıq  əsərinə  müəlliflik  hüququ  tərtibatçıya  məx­

susdur.  Topluya  tərtibatçı  ona  daxil  edilən  əsərlərin  (materialların)  müəlliflik 

hüququ ilə qorunub- qorunmaması  məsələsindən  asılı olmayaraq  müəlliflik  hü­

ququna  malikdir.  Belə  ki,  topluya  həm  müəlliflik  hüququ  ilə  qorunan,  həm  də 

qorunmayan  əsərlər  (materiallar),  məsələn,  normativ  aktlar,  xalq  yaradıcılığı 

əsərləri,  məhkəmə  qətnamələri  və  s.  daxil  edilə  bilər.  Bu  isə  onu  göstərir  ki, 

tərtibatçı  topluya  hüquqi  mühafizədən  istifadə  etməyən  əsərlər  (materiallar) 

daxil  edildiyi  hallarda  da  müəlliflik  hüququ  əldə  edir.  Amma  bunun  üçün  vacib 

və zəruridir ki, toplu yaradıcılıq fəaliyyətinin  (əm əyinin)  nəticəsi  olsun.

Tərtibatçının  m üə lliflik  hüququ  yalnız  bütövlükdə  to p lu   əsərinin  (to p lu ­

nun) özünə  şamil  edilir.  Topluya  daxil  edilən  əsərlərə  (materiallara)  gəldikdə 

isə qeyd edə  bilərik  ki, onlara tərtibatçının  müəlliflik  hüququ  aid  olunmur.  Tərti­

batçı  məhz  öz yaradıcılıq  əməyinin  nəticəsi  olan  toplunun  özünə  müəlliflik  hü­

ququna  malikdir.  Topluya  daxil  edilm iş  əsərlərə  m ü ə lliflik   hüququ  isə  hə­

min  əsərləri  yaradan  şəxslərə  m əxsusdur.  Bu  şəxslər topluya  daxil  edilmiş

184


əsərlərin  müəllifləri  sayılmaqda  davam  edirlər.  Buna  görə  də onlar toplu əsər­

dən  (topludan)  asılı  olmayaraq  öz  əsərlərindən  (topluya  daxil  edilmiş  əsərlər­

dən)  öz  istədikləri  qaydada  istifadə  edə  və  həmin  əsərlərə  sərəncam verə  bi­

lərlər.  Bu,  imperativ  yox,  dispozitiv  normadır.  Belə  ki,  müəllif  müqaviləsində 

başqa  qayda  da  müəyyən  edilə  bilər.  Bu  müqavilə isə tərtibatçı  ilə topluya da­

xil  edilmiş  hər  bir  əsər  müəllifi  arasında  bağlanılır.  O,  tərtibatçı  və  müəlliflər 

arasında  qarşılıqlı  münasibətləri tənzimləmək  işinə xidmət edir.

Tərtibatçının  topluya  müəlliflik  hüququnun  əmələ  gəlməsi  təkcə  belə  bir 

şərtdən  asılı  deyildir  ki,  toplu  yaradıcılıq  fəaliyyətinin  nəticəsi  olsun.  Bunun 

üçün  həm  də  belə  bir şərtin olması vacibdir ki, tərtibatçı topluya daxil edilmiş 

hər  b ir  əsərin  m ü ə llifin in   hüquqlarına  riayət  etməlidir.  Bu  şərtə  əməl  et­

məzsə, onda tərtibatçı topluya  müəlliflik  hüququndan istifadə edə bilməz.

Tərtibatçının  topluya  olan  müəlliflik  hüququ  mane  olmur  ki,  başqa  şəxslər 

həmin  topluya  daxil  edilmiş  materiallar əsasında  yeni  tərtibatçılıq  əsəri -  toplu 

yaratsın.  Amma  bunun  üçün  vacibdir  ki,  həmin  materiallar  m üstəqil  surətdə 

s e çilsin   (işlə n ilsin )  və  ya  düzülsün  (sistem ləşdirilsin)1.  Bu,  onunla  izah 

edilir  ki,  qeyd  etdiyimiz  kimi,  yalnız  materialların  seçilməsi  (işlənilməsi)  və  ya 

düzlənməsi  (sistemləşdirilməsi)  sisteminin  özü  əsər  (yaradıcılıq  fəaliyyətinin 

nəticəsi)  sayılır.  Digər  tərəfdən  tərtibatçı  topluya  daxil  edilmiş  materiallara 

(əsərlərə)  müəlliflik  hüququna  malik  deyildir.  Bunlara  görə  başqa  şəxslər  hə­

min  materialları  müstəqil  surətdə  seçməklə  (işləməklə)  və  ya  düzməklə  (sis­

temləşdirməklə)  yeni to p lu   yarada  bilərlər.

Nəşriyyat  müəlliflik  hüququnun  subyektlərindən  biridir. 

Əsas  fəaliyyəti  əsərləri  nəşr  etməkdən  (çap  etmək­

dən)  ibarət  olan  təşkilata  nəşriyyat  deyilir.  Nəşriyyat 

rolunda  bir qayda  olaraq,  hüquqi  şəxslər çıxış  edir.  Bu 

isə  onu  göstərir  ki,  hüquqi  şəxslər  də  müəlliflik  hüqu­

qunun  subyektidir.  Bununla  bərabər,  fiziki  şəxslər  hüquqi  şəxs  yaratmadan 

nəşr etmək  işi  ilə  məşğul  olaraq,  qəzet, jurnal və  digər dövri  nəşrlər buraxa  bi­

lərlər.  Belə fiziki  şəxslər naşir (nəşr edən) adlanır.

Nəşriyyatın  fəaliyyəti  nəticəsində  ensiklopediyalar,  ensiklopedik  lüğətlər, 

dövri  və  davamlı  olan  elmi  əsərlərin  topluları  (külliyatları),  məcmuələr,  qəzet­

lər,  jurnallar və  digər dövri  nəşrlər  buraxıla  bilər.  Belə  halda  mürəkkəb  (qatı- 

şıq) əsərlər yaranır.  Onlar həm də kollektiv əsərlər sayılır.

Nəşriyyat öz yaratdığı  mürəkkəb əsərdən  bütövlükdə  istifadəyə  müstəsna 

hüquqa  m alikdir.  Bu,  o deməkdir ki,  yalnız  nəşriyyatın  özü -  başqa heç kəs -  

ensiklopediyalar,  ensiklopedik  lüğətlər  və  digər  mürəkkəb  əsərlərdən  istifadə 

edilməsi  ilə  bağlı  olan  məsələni  həll  edə  bilər.  Deməli,  göstərilən  əsərlərdən 

bütövlükdə  istifadəyə  m üstəsna  hüquq  nəşriyyata  məxsusdur.  Nəşriyya­

tın  istifadəyə  müstəsna  hüququ  mürəkkəb  (kollektiv)  əsərlərə  daxil  edilmiş

Nəşriyyat (hüquqi 

şəxs) m üəlliflik 

hüququnun 

subyekti  kimi

Üm um i  qayda  belədir  ki,  topluya daxil  edilmiş  material  (əsər) əgər müstəqil  surntdə  işlənildikda  və 



ya  sistem ləşdirildikdə  tərtibatçı  topluya  m ü ə lliflik   hüququ  əldə  edir  (постановление  №8  от  18  апреля 

1986  г.  Пленума  Верховного  Суда  СССР  «О  применении  судами  законодательства  при  рассмотре­

нии  споров,  возникающ их  из  авторских  правоотиошсннй»//Сборник  постановлений  пленумов 

Верховных судов СССР и  РСФСР (Российской  Федерации) по гражданским делам. М., 1995, с.  163).

185


əsərlərə  yox,  yalnız  mürəkkəb  (kollektiv)  əsərin  özünə  şamil  edilir.  Mürəkkəb 

(kollektiv)  əsərə  daxil  edilmiş  əsərlərə  istifadəyə  müstəsna  hüquq  isə  həmin 

əsərlərin  müəlliflərinə  məxsusdur.  Onlar  mürəkkəb  (kollektiv)  əsərdən  asılı  ol­

mayaraq,  öz əsərlərindən  istifadəyə  müstəsna  hüququnu  saxlayırlar.

Nəşriyyatın  özünün  yaratdığı  mürəkkəb  (kollektiv)  əsərə  xüsusi  mənada 

müəlliflik  hüququna,  yəni  mürəkkəb  (kollektiv)  əsərin  müəllifi  kimi  tanınmaq 

hüququna  (o,  şəxsi  qeyri-əmlak  hüquqlarından  biridir)  gəldikdə  isə  göstərə  bi­

lərik  ki,  bu,  mülki  hüquq  elmində  (müəlliflik  hüquq  doktrinasında)  mübahisəyə 

səbəb  olan  məsələdir.  Sovet  dövrünün  bir qrup aiimi  göstərirdilər ki,  nəşriyya­

tın  (hüquqi şəxsin) ayrı-ayrı  müəlliflərin  müstəqil  əsərlərini tam,  bütöv və  vahid 

əsər  halında  birləşdirilməsinə  yönələn  yaradıcılıq  fəaliyyəti  nəticəsində  onun 

üçün  müəlliflik  hüququ  əmələ  gəlir1.  Bununla  həmin  alimlər nəşriyyatın  (hüqu­

qi  şəxsin)  yaratdığı  mürəkkəb (kollektiv) əsərin  müəllifi  kimi  tanınmaq  hüququ­

nu  qəbul  edir,  bu  hüququ  inkar etmirdilər, yəni  nəşriyyatı  (hüquqi  şəxsi)  burax­

dıqları  nəşrlərin  müəllifi  sayırdılar.  Onlar öz mövqelərində  sovet  dövrünün  mü­

əlliflik  qanunvericiliyində  ifadə  olunan  belə  bir göstərişə  əsaslanırdılar  ki,  nəş­

riyyatın  köməyi  ilə  elmi  külliyyatlar,  ensiklopediya  lüğətləri,  məcmuələr  buraxan 

təşkilatlar,  bu  nəşrlər üzərində  bütövlükdə müəlliflik hüququna  malikdir* 2.  Müasir 

müəlliflərdən  də bəziləri  məsələyə  məhz bu  cür yanaşaraq  göstərirlər ki,  göstə­

rilən nəşrlərə müəlliflik hüququ nəşriyyata (hüquqi şəxsə)  məxsusdur3.

ikinci qrup alimlər isə  göstərirlər ki,  ensiklopediyalar,  ensiklopediya  lüğətləri 

və  digər nəşrlər buraxan  nəşriyyat,  bu  nəşrlər üzərində  müəlliflik  hüququ  (nəş­

rin  müəllifi  kimi tanınmaq  hüququ) əldə  etmir4,  yəni  həmin  nəşrlərin  müəllifi  sa­

yılmır.  Bir sıra  müasir müəlliflər də analoji  mövqedə  dururlar5.

Biz,  ikinci  qrup  alimlərin  fikirlərini  daha  düzgün  hesab  edirik.  Məsələ  bura­

sındadır  ki,  əsərin  müəllifi  rolunda  yalnız  insan  cinsindən  və  kateqoriyasından 

olan konkret fiziki  şəxs çıxış edə  bilər.  Yalnız onun  hər hansı  əsərin  müəllifi  ki­

mi  tanınmaq  hüququ  vardır.  Yaradıcılıq  təkcə  fiziki  şəxsə  məxsus  olan  əlamət 

və  xüsusiyyətdir.  Ensiklopediyaları,  ensiklopedik  lüğətləri,  elmi  külliyatları  və 

digər  nəşrləri  buraxan  nəşriyyat  (hüquqi  şəxs)  həm in  nəşrlərin  m üəllifi 

kimi  tanına  bilməz.  Belə  nəşrlərin  m üəllifi  yoxdur.  Belə  ki,  müəlliflik qanun­

vericiliyinə  görə  yalnız  əsərin  yaradıcısı  olan  fiziki  şəxs  əsərin  müəllifi  ola  bi­

lər6.  Buna  görə  də  nəşriyyat  (hüquqi  şəxs)  əvvəldə  qeyd  etdiyimiz  kimi,  ilkin



Антимонов Б.С.,  Флейщиц E.A. 

А вторское  право.  M .,  1957,  с.  77; 

Райгородский Н.А. 

Ю риди­


ческое  лицо  как  субъект  авторского  права//В  книге:  Очерки  по  гражданскому  праву/Под  рсд. 

О С.Иоффе. 

Л .,  I957,  с.  207; 



Чернышева С.А. 

Правоотношения  в  среде  художественного творчес­

тва.  М.,  1979,  с.  6 1 -62; 

Никитина  М.И. 

Авторское  право  на  произведения  н а уки,  литературы  и 

исскуства.  Казань,  1972, с. 2 и др.

"  Belə  b ir göstəriş  Azərbaycan  SSR-in  1964-cü  il  M ü lk i  M əcə llə sinin   483-cü  maddəsində  də  ifadə 

edilmişdi.

3  Гражданское право.  Учебник. Том  1/Под ред. 



Е.А.Суханова. 

М .,  1998, с.  651.

4  Г ордон М.В. 

Советское авторское  право.  М .,  1955, с.  49-50; 



Гавралов Э.П. 

Советское  авторс­

кое  право,  М .,  1985; 

Савельева И.В. 

Правовое  регулирование  отношений  в  области  художествен­

ного творчества.  М .,  1986, с.  63-69 и др.

Сергеев А.П. 

Право  интеллектуальной собственности  в  Российской  Федерации.  У чебник.  М., 

1999, с.  171; 

Макагонова Н.В. 

Авторское  право.  Учебное пособие,  М .,  2000, с.  98.

6 « M ü ə lliflik  hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 4-cü maddəsi.

186


yox,  qanunda  ifadə  olunan  göstərişə  görə törəmə  subyektiv  müəlliflik  hüququ 

əldə  etməklə  subyekt  qismində  çıxış  edir.  O,  subyektiv  müəlliflik  hüquqlarını 

müəyyən  hüquqi  faktlar əsasında  əldə  edə  bilər.  Həmin faktlara  aiddir:  nəşriy­

yatın  (hüquqi  şəxsin)  müəlliflə  bağladığı  müəllif  müqaviləsi;  işəgötürən  müəs­

sisənin  (hüquqi  şəxsin) qulluq  (xidməti) tapşırığı;  hüquqi varislik; vəsiyyət üzrə 

vərəsəlik və s.

Vərəsələr və digər 

hüquqi varislər 

m üəlliflik hüququnun 

subyekti  kimi

Bəzi  kateqoriya  şəxslər  hüquqi  varislik  kimi  hü­

quqi fakt əsasında subyektiv müəlliflik  hüquqları əl­

də  edirlər  ki,  həmin  hüquqlar  ilkin  yox,  törəmə  xa­

rakterə malikdir.  Söhbət hər şeydən əvvəl, vərəsə­

lik  faktlarından  gedir.  Bu  faktlar  əsasında  ölmüş 

müəllifin  vərəsələri  törəmə  subyektiv  müəlliflik  hüquqları  əldə  edir və  bununla 

müəlliflik  hüququnun  subyekti  rolunda  çıxış  edirlər.  Qanun  göstərir ki,  subyek­

tiv  müəlliflik  hüquqları vərəsəlik  qaydasında  keçə  bilər1.  Buna  görə  də subyek­

tiv müəlliflik  hüquqları vərəsəliyin  predmet (obyekti) tərkibinə daxil  olan hüquq­

lardır2.  Elə  buradaca  dərhal  qeyd  etməliyik  ki,  vərəsəlik  qaydasında  vərəsələ­

rə  yalnız  müəllifin  müstəsna  əmlak  hüquqları  (əsərdən  istifadəyə  müstəsna 

hüququ)  keçir.  O  ki  qaldı  müəllifin  şəxsi  qeyri-əmlak hüquqlarına  (əsərin  müəl­

lifi  kimi  tanınmaq  hüququ,  ad  hüququ  və  şöhrətinə  hörmət  edilməsi  hüququ­

na),  onlar vərəsəliyin  predmet tərkibinə  daxil edilmir. Vərəsəlik qaydasında  mü­

əllifin  xüsusilə  əsəri  açıqlamaq,  qonorar  almaq  və  əsərdən  istifadə  etmək  kimi 

əmlak hüquqları  keçir.  Qonorar almaq hüququ tam halında mirasa daxil edilir.

Müəllifin  əmlak  (iqtisadi)  hüquqları  hər  şeydən  əvvəl,  vəsiyyətnamə  üzrə 

verilir.  Bunun  üçün  müəllif sağlığında  vəsiyyətnamə  tərtib  etməlidir.  Müəllif öl­

dükdən  sonra  onun  əmlak  hüquqları  vəsiyyətnamədə  adı  çəkilən  şəxsə  keçir 

ki,  həmin  şəxsə və siyyə t üzrə vərəsə deyilir.

Müəllifin  əmlak  hüquqları  həm  müəlliflik vəsiyyətnaməsi  ilə,  həm  də  ümumi 

(adi)  vəsiyyətnamə  ilə  verilə  bilər.  Əgər  müəllifin  tərtib  etdiyi  vəsiyyətnamənin 

məzmunu  yalnız  onun  müəlliflik  hüquqlarının  verilməsindən  ibarət  olarsa,  ona 

m ü ə lliflik   vəsiyyətnam əsi  d e y ilir (məsələn,  müəllif vəsiyyətnamədə  göstərir 

ki,  onun  əmlak  xarakterli  müəlliflik  hüquqları  «Diqesta»  nəşriyyatına  verilsin). 

Müəllif  bütün  əmlakına  sərəncam  verilməsi  barədə  vəsiyyətnamə  tərtib  edər­

sə,  ona  üm um i  (adi)  vəsiyyətnam ə  deyilir.  Məsələn,  vəsiyyətnamədə  göstə­

rilir ki,  bütün  əmlakımı  qonşuma vəsiyyət edirəm.

Müəllifin  xüsusi  form alı  vəsiyyətnamədən  də istifadə etməsi mümkündür. 

Məsələn,  o,  xəstəxanada  olarkən  və  ya  dəniz  gəmisində  səfərdə  olan  zaman 

və  digər  hallarda  öz  əmlak  xarakterli  müəlliflik  hüquqlarının  hər  hansı  şəxsə 

verilməsini  yazılı  formada  vəsiyyət  edə  bilər.  Birinci  halda  vəsiyyətnamə  xəs­

təxananın  baş  həkimi  (və ya  növbətçi  həkim),  ikinci  halda isə gəmi  kapitanı tə­

rəfindən  təsdiq  edilir.

Müəllifin  əmlak xarakterli  müəlliflik  hüquqları digər tərəfdən  qanun  üzrə və­

rəsəlik  qaydasında  başqa  şəxslərə  keçə  bilər.  Əgər  müəllif  vəsiyyətnamə * 3

1 « M ü ə lliflik   hüququ və ə laqəli  hüquqlar haqqında» qanunun 28-ci  maddəsi.



Allahverdiyev S.S.

  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ.  Dərs  vəsaiti.  Mühazirə  kursu. 

Bakı. 2004.

187


tərtib  etməzsə,  onda qanun  üzrə  vərəsəlik yaranır.  Bu  zaman  əmlak  xarakterli 

müəlliflik hüquqları qanunda  (Mülki  Məcəllədə)  göstərilən  şəxslərə  keçir ki,  hə­

min  şəxslərə  qanun  üzrə  vərəsələr  deyilir.  Qanun  üzrə  vərəsələr  sırasına  o 

şəxslər  daxildir  ki,  onlar  qohumluq,  ailə-nikah  və  digər  münasibətlərə  görə 

müəllifə yaxın  olsunlar.

Qanun  üzrə  vərəsələrə  birinci  növbə  vərəsələr  (məsələn,  ölən  müəllifin 

uşaqları,  əri  və  ya  arvadı,  valideynləri  və  s.),  ikinci  növbə  vərəsələr (məsələn, 

ölən  müəllifin  bacı  və  qardaşları),  üçüncü  növbə  vərəsələr (məsələn,  ölən  mü­

əllifin  nənə  və  babaları),  habelə  dördüncü  və  beşinci  növbələr  üzrə  vərəsələr 

daxildir.  Əgər  birinci  növbə  vərəsələr  yoxdursa  və  ya  miras  qəbul  etməkdən 

imtina edərlərsə,  onda  ikinci növbə vərəsələr,  əgər ikinci  növbə  vərəsələr yox­

dursa  və  ya  mirası  qəbul  etməkdən  imtina  edərlərsə,  belə  halda  üçüncü  növ­

bə vərəsələr və s.  vərəsəliyə çağrılırlar* 1.

Qanun  üzrə  vərəsələrin  mirasdakı  paylan  bərabərdir,  yəni  miras  onlar  ara­

sında  bərabər paylarla  bölüşdürülür.  Müəllifin  vərəsəlik  üzrə  keçən  qonorar al­

maq hüququ  məhz  bərabər  pay  qaydasında  vərəsələr arasında  bölünür.  Be­

lə  ki,  qonorar vərəsələrin  sayına  bölünməklə  onların  hər  birinə  çatası  pay  mü­

əyyən  olunur.  Vəsiyyətnamə  tərtib  edildiyi  hallarda  isə  qonorar  vəsiyyət  üzrə 

vərəsələr arasında orada  göstərilən  hissələrə  uyğun  olaraq  bölünür.

O  ki  qaldı  müəllifin  əmlak  xarakterli  digər  müəlliflik  hüquqlarına,  qeyd  edə 

bilərik  ki,  həmin  hüquqlar  vərəsələrə  bərabər  pay  qaydasında,  ü m u m iyyə t­

lə,  pay  qaydasında  yox,  tam,  vahid  və  bütöv  halda  keçir.  Buna  görə  onlar­

dan  nə  pay  ayırmaq,  nə  də  onları  paylara  bölmək  mümkündür.  Məsələ  bura­

sındadır  ki,  vərəsəlik  qaydasında  keçən  m üə lliflik   hüquqları  bölgü  pred- 

meti  ola  bilməz.  Məsələn,  əsəri  dərc etdirmək  hüququnun  və  ya  əsərdən  isti­

fadəyə  icazə verilməsi  hüququnun vərəsələr arasında  bölüşdürülməsini  təsəv­

vürə  gətirmək belə,  mümkün deyildir.  Hüquq  ədəbiyyatında  haqlı olaraq  göstə­

rilir ki,  vərəsəlik  qaydasında  keçən  müəlliflik  hüquqlarına  vərəsələr  birgə  (b ir­

likdə) və  qarşılıqlı  razılıq  əsasında sərəncam verirlər2.  Əgər belə  razılıq əldə 

olunmazsa  (məsələn,  vərəsələrdən  biri  əsərdən  istifadə  hüququnun  hər  hansı 

nəşriyyata verilməsindən  imtina edir və ya əsərin  nəşr olunmasına  etirazını  bil­

dirir və  s.),  onda  məsələ  məhkəmə  qaydasında  həll  edilir.

Qanun  üzrə  bir sıra vərəsələr (ölən  şəxsin  uşaqları,  valideynləri  və arvadı və 

ya  əri) ölən  şəxsin  sağlığında  tərtib  etdiyi vəsiyyətnamənin  məzmunundan  asılı 

olmayaraq mirasdan  m əcburi  pay almaq  hüququna  malikdirlər.  Buna  görə  də 

onlara  məcburi  vərəsələr  deyilir.  Məcburi  vərəsələr  vərəsəlik  qaydasında  ke­

çən  müəlliflik  hüquqları  barədə  tələb  irəli  sürə  bilərlərmi?  Qeyd  etmək  lazımdır 

ki,  bu,  müəlliflik  hüquq  doktrinasında  mübahisə  predmetinə  çevrilən  məsələdir. 

Müəlliflərdən  E.P.Qavrilov göstərir ki,  vərəsəlik zamanı  əmlak xarakterli  müəllif­

lik  hüquqları  qiymətləndirilmir  və  məcburi  pay  hesablanarkən  nəzərə  alınmır3. 

Bununla o, demək istəyir ki,  məcburi vərəsələr vərəsəlik qaydasında  keçən  əm­

Qanun üzrə vərəsəlik, vəsiyyətnamə və digər məsələlər dərsliyin «Vərəsəlik hüququ» adlı bölmə­

sində işıqlandırılmışdır.

2  Гражданское право.  Учебник.  Часть З/Под рсд. А.П.Сергеева, Ю.К.Толстого. М.,  1998, с. 68.

Гавралов Э.П.  Комментарий к Закону об авторском праве и смежных  правах. М.,  1996, с.  132. 

188


lak xarakterli müəlliflik hüquqları barədə tələb irəli sürə bilməzlər.

Alimlərdən  A.P.Sergeyev  isə  qeyd  edir  ki,  qonorar  almaq  hüququ  mirasın 

tərkibinə  daxil  edilir  və  buna  görə  də  məcburi  vərəsələrin  yalnız  qonorar  al­

maqda  məcburi  pay  hüququ  vardır1.  Qalan  digər  müəlliflik  hüquqları  barədə 

onlar hər hansı tələb  irəli sürə  bilməzlər.

Müəlliflərdən  N.V.Makaqonova  məsələyə tamamilə ayrı cür yanaşaraq gös­

tərir  ki,  müəllifin  ölümündən  sonra  əmlak  hüquqlarının  vərəsəliyi  ümumi  mülki 

qaydalarla  tənzimlənir və  məcburi  vərəsələr həmin  hüquqlar  barədə tələb irəli 

sürə bilərlər1

 2.


Biz,  prof.  A.P.Sergeyevin  mövqeyinə  üstünlük verərək,  onu daha əsaslı he­

sab  edirik.  Məsələ  burasındadır  ki,  bir az  bundan  əvvəldə  göstərdiyimiz  kimi, 

müəlliflik  hüquqları  vərəsəlik  qaydasında vərəsələrə tam  və  bütöv  halda  keçir. 

Bu  hüquqlar  nə  ayırma  (ümumidən  bir hissənin  ayrılıb  başqa  şəxsə verilməsi), 

nə  də  bölgü  predmeti  ola  bilər.  Qonorar  almaq  hüququ  isə  istisna  təşkil  edir. 

Belə  ki,  qonorardan  m əcburi  vərəsələrə  pay  (məcburi  pay)  ayrılması 

m üm kün  olan  m əsələdir.

Vərəsələrdən  başqa  digər  hüquq  varisləri  də  subyektiv  müəlliflik  hüquqları 

əldə  edə  və  bununla  müəlliflik  hüququnun  subyekti  ola  bilərlər.  Həmin  kateqo­

riya  subyektlərə  aiddir:  nəşriyyat;  teatr;  kinostudiya;  telestudiya;  əsərdən  isti­

fadə ilə  məşğul olan  digər təşkilatlar.

Göstərdiyimiz  subyektlər  müəlliflik  hüquqlarını  müəllif  müqaviləsi  əsasında 

əldə  edir və  həmin  hüquqların  daşıyıcıları  olurlar.  Məhz onun  əsasında  müəlli­

fin  əmlak  xarakterli  hüquqları  həmin  subyektlərə  keçir.  Qanun  müəyyən  edir 

ki,  müəlliflik  hüquqları  müəllif müqavilələri  üzrə verilə  bilər3.  Bu  isə o deməkdir 

ki,  müəlliflik  hüquqlarının  hüquq  v a risliyi  qaydasında  verilməsi  mümkündür. 

Lakin  bu,  ümumi  (universal)  hüquq  varisliyi  (vərəsəlik)  yox,  sinquiyar  (xüsu­

si) və ya  m üqavilə  hüquq v a risliyid ir.

Göstərilən  subyektlərlə  müəllif  müqaviləsini  adətən,  müəllifin  özü  bağlayır. 

Müəllif öldükdən  sonra  isə bu  məsələ  onun vərəsələri tərəfindən  həll  edilir.

Audiovizual  əsərlər  (kinofllmlər,  televiziya  filmləri, 

videofilmlər və  s.)  bir yox,  bir  neçə  şəxsin  (quruluş­

çu  rejissorun,  ssenari  müəllifinin,  quruluşçu  rəssa­

mın,  quruluşçu operatorun, xüsusi olaraq audiovizu­

al  əsər  üçün  yaradılmış  musiqili  əsərini  yaradan 

şəxsin,  yəni  bəstəkarın  və  s.)  birgə  əməyi  nəticəsində  yaradılır.  Buna  görə 

onlar şə rik li  əsər sırasına  daxildir.  Özlərinin  birgə  əməyi  ilə audiovizual əsəri 

yaradan  şəxslər  (rejissor,  rəssam,  operator,  bəstəkar və  s.)  şərikli  m üəlliflər 

hesab  edilirlər.  Onların  müəllifliyi  bölünməzdir.  Belə  ki,  audivizual  əsər  tam 

və  bütöv olub,  bölünmür.

Audiovizual  əsərdə  şərik  müəlliflərin  yaradıcılıq  payları  üzvü  surətdə  birlə­

şir.  Başqa  sözlə  desək,  bu  növ  əsərdə  müxtəlif şəxslərin  (rejissorun,  rəssa-

Audiovizual  əsərin 

m üəllifləri  m üəlliflik 

hüququnun 

subyekti  kimi

Сергеев А.П.  Право интеллектуальной собственности в Российской Федерации.  Учебник, М., 

1999, с.  183.



2 Махагонова И.В.  Авторское право, М., 2000, с.  112-113.

3 «M üəlliflik hüququ vo əlaqəli hüquqlar haqqında» qanunun 28-ci maddəsi.

189


min,  bəstəkarın  və  digər  şəxslərin)  yaradıcılıq  əməyi,  necə  deyərlər,  toplanır. 

Buna görə audiovizual əsər sintetik əsərdir.

Audiovizual əsərin yaradılmasında  həm  əvvəllər yaradılmış əsərlərdən  (mə­

sələn,  ssenarinin  əsasını  təşkil  edən  romandan  və  s.),  həm  də  həmin  əsər 

üzərində  iş  prosesində  yaranan  əsərlərdən  (məsələn,  quruluşçu  rəssamın 

əsərindən  və  s.)  istifadə  oluna  bilər.  Bu  baxımdan  audiovizual  əsər  törəm ə 

əsər  hesab  edilir.  Həmin  əsərlər  audiovizual  əsərə  onun  tərkib  hissəsi  kimi 

daxil  olunur.  Bu  baxımdan  isə  audivizual  əsər  m ürəkkəb  (qatışıq,  düzəltmə) 

əsər kimi çıxış edir.

Audiovizual  əsərin  yaradılmasında  şərikli  müəlliflərdən  başqa,  audiovizual 

əsərin  istehsalçısı  (istehsalçı)  adlı  fiqur  da  iştirak  edir.  O,  əsərin  yaradılma­

sında vacib  rol oynayır.

İstehsalçı  elə şəxsdir ki,  o, audiovizual  əsərin  yaratmaq  məsuliyyətini və tə­

şəbbüsünü  öz  üzərinə  götürür.  Ona  prodüsser də  deyilir.  İstehsalçı  qismində 

həm  fiziki  şəxslər,  həm  də  hüquqi  şəxslər (kinostudiya,  telestudiya  və  s.) çıxış 

edə  bilər.  Onun  əsas  funksiyası  təşkilati,  maliyyə,  texniki,  təsərrüfat,  inzibati 

və digər hərəkətləri yerinə yetirməkdən  ibarətdir.

Şərik  müəlliflərlə  istehsalçı  arasındakı  qarşılıqlı  münasibətlər  müəllif  müqa­

viləsi  ilə tənzimlənir.  Bu müqavilə audiovizual  əsərin yaradılması  barədədir.

Audiovizual  əsəri  yaradan  şəxslər  (rejissor,  ssenari  yazan,  rəssam,  opera­

tor,  bəstəkar,  əvvəl yaradılmış və audiovizual əsərə tərkib  hissəsi  kimi  daxil ol­

muş  əsəri  yaradan  şəxs)  həmin  əsərə  şərikli  müəlliflik  hüququna,  yəni  əsərin 

şərik  m üəllifləri  kim i  tanınmaq  hüququna  malikdirlər.  Başqa  sözlə  desək, 

onlar audiovizual  əsərin  şərik  müəllifidirlər.

Şərik  müəlliflər arasında  yalnız  bəstəkar im tiyazlı  hüquqa  malikdir.  Məsələ 

burasındadır ki,  qanuna  görə o, audiovizual  əsərin  kütləvi  ifası,, kütləvi  bildirişi, 

həmçinin  audiovizual  əsərin  nüsxələrinin  kirayəyə  verilməsi  zamanı  həmin 

əsərlərdən  istifadəyə  görə  müəllif qonorarı  almaq  hüququnu saxlayır’ .

Bəstəkar  yalnız  xüsusi  olaraq  audiovizual  əsər  üçün  m u s iq ili  əsər 

(mətnli,  yaxud  mətnsiz)  yaratdığı  halda  şərik  müəlliflərdən  biri  kimi  tanınır. 

Belə  ki,  o,  audiovizual  əsərə  xüsusi  olaraq  daxil  edilmək  üçün  musiqili  əsəri 

yaratmalıdır.  Bu, audiovizual  əsərə onun şərikli  müəlliflik  hüququnun yaranma­

sı  üçün  vacib  şərtdir.  Əgər  audiovizual  əsərə  bəstəkarın  əvvəllər  açıqlanmış 

və  xüsusi  olaraq  audiovizual  əsər  üçün  yaradılmamış  musiqili  əsəri  daxil  edi 

lərsə,  o,  audiovizual  əsərin  müəllifi  kimi  tanınmır.  Bir  sözlə,  bəstəkar  musiqil 

əsərini xüsusi  olaraq  audiovizual  əsər üçün  yaratm alıdır.

Göründüyü  kimi,  istehsalçının  audiovizual  əsərin  müəllifi  kimi  tanınmaq  hü 

ququ yoxdur.  İstehsalçı  audiovizual  əsərdən  istifadəyə  m üstəsna  hüquqla 

ra  malikdir.  Bu  hüquqlara  görə  o,  audiovizual  əsərin  surətinin  çıxarılması,  ya 

yılması,  kütləvi  ifası,  kütləvi  nümayişi,  kabel televiziyası  ilə  kütləvi  bildirişi,  efirə 

verilməsi  və  digər  məsələləri  həll  edə  bilər.  İstehsalçıya  audiovizual  əsərdən 

istifadəyə  müstəsna  hüquqları  şərik  müəlliflər  verirlər.  Müstəsna  hüquqların 

verilməsi  audiovizual  əsərin  yaradılmasına  dair  istehsalçı  ilə  müəlliflər  arasın-

190


« M ü ə lliflik  hüququ və əlaqəli hüquqlar haqqında» qanunun  12-ci m addəsinin  3-cü bəndi.

da  bağlanmış  m ü ə llif m üqaviləsində  nəzərdə tutulur.  Bu, yəni əsərdən istifa­

dəyə  müstəsna  hüquqların  istehsalçıya verilməsi  barədə  qayda  imperativ yox, 

dispozitiv  xarakterə  malikdir.  Buna  görə  müəllif  müqaviləsində  başqa  qayda 

da  müəyyənləşdirilə  bilər.

Həm  audiovizual  əsərin  şərik  müəllifləri,  həm  də  onun  istehsalçısı  (prodüs- 

ser)  subyektiv  müəlliflik  hüquqları əldə etdiklərinə və onların  daşıyıcıları olduq­

larına görə  müəlliflik hüququnun  subyektləri sayılırlar.

Bəzi  xarici  ölkələrdə  audiovizual  əsər  yaradılan  zaman  istehsalçı,  ssenari 

müəllifi  və  rejissor  funksiyalarını  yalnız  bir  şəxs  yerinə  yetirir.  Həmin  şəxsə 

tam  m ü ə llif  deyilir.  Azərbaycan  Respublikasının  müəlliflik  hüququna  belə  an­

layış məlum  deyil.

Xidməti (qulluq) əsərin 

m üəllifi və  işəgötürən 

m üəlliflik hüququnun 

subyekti  kimi

Müəlliflik  hüququnun  subyekti  kimi  xidməti  (qul­

luq) əsər müəllifinin və işəgötürənin  hüquqi statu­

su  müəlliflik  qanunvericiliyi  ilə  müəyyən  edilir. 

Müəlliflik  hüququ  barədə  qanunun  13-cü  maddə­

si  məhz bu məsələyə həsr edilmişdir.

Xidm əti  (qu lluq )  əsər  m üə llifin in   hüquqi  statusunun  əsas  xüsusiyyəti on­

dan  ibarətdir  ki,  o,  əmlak  (iqtisadi)  xarakterli  hüquqlara  yox,  yalnız şəxsi  qey- 

ri-əm lak  hüquqlarına  m alikdir.  Belə  ki,  xidməti  əsərə  müəlliflik  hüququ,  yəni 

əsərin  müəllifi  kimi  tanınmaq  hüququ,  habelə  onu  açıqlamaq  hüququ  xidməti 

əsərin  müəllifinə  məxsusdur.  Bunlar  isə  onu  göstərir  ki,  xidməti  əsər  barəsin­

də  müəllifin  hüquqları  məhduddur.  Lakin  bu  hal  xidməti  (qulluq)  əsər  müəllifi­

nin  müəlliflik  hüququnun  subyekti  hesab  edilməsinə  mane  olmur.  Məsələ  bu­

rasındadır  ki,  xidməti  (qulluq) əsərin  müəllifi  məhdud  da  olsa,  şəxsi  qeyri-əm- 

lak xa rakterli  su b ye ktiv  m ü ə lliflik hüquqlarının  daşıyıcısıdır.

Xidməti  (qulluq)  əsər  barəsində yaranan  əmlak  (iqtisadi)  xarakterli  müəl­

liflik   hüquqlarına,  yəni  ondan  istifadəyə  müstəsna  hüquqlara  gəldikdə  isə 

qeyd  edə  bilərik  ki,  həmin  hüquqlar  müəllifə  yox,  işəgötürənə  -   müəllifin 

əmək  m ünasibətində  olduğu  şəxsə  m əxsusdur.  Bu,  dispozitiv  normadır. 

Ona  görə  də  müəlliflə  işəgötürən  arasında  bağlanan  əmək  müqaviləsində ayrı 

hal  da  nəzərdə  tutula  bilər.  Məsələn,  müqavilədə  müəyyən  edilə  bilər  ki,  xid­

məti  əsərdən  istifadəyə  müstəsna  hüquq  müəllifə  məxsusdur.

Lakin  xidməti  (qulluq)  əsərin  hüquqi  rejimi  qulluq  (xidməti)  vəzifəsini  və ya 

işəgötürənin  xidməti  (qulluq) tapşırığını  yerinə  yetirmək qaydasında  yaradılmış 

kollektiv  əsərə  (ensiklopediyalara,  ensiklopedik  lüğətlərə,  dövri  və  davamlı 

olan  elmi  əsərlərin  toplularına,  dövri  nəşrlərə)  şamil  olunmur.  Belə  ki,  kollektiv 

əsərlərdən  bütövlükdə  istifadəyə  müstəsna  hüquq  həmin  əsəri  buraxan  (nəşr 

etdirən) şəxslərə məxsusdur.

Törəmə əsərin  müəllifi  (tərcüməçi,  musiqi əsərini aran­

jeman  edən  şəxs,  əsərləri  yenidən  işləyən  şəxs və s.) 

müəlliflik  hüququnun  subyektlərindən  biridir.  O,  özgə­

sinin  orijinal  (əsas)  əsəri  əsasında  yaratdığı  törəmə 

əsərə  müəlliflik  hüququna  malikdir.  Həmin  şəxs  törə­

mə  əsərə  müəlliflik  hüququndan  yalnız  bu  şərtlə  istifadə  edə  bilər  ki,  orijinal 

(əsas)  əsərin  m ü ə llifin in   hüquqlarına  riayət  etm iş  olsun.  Bu,  məlum  mə-

Törəmə əsərin 

m üəllifi  m üəlliflik 

hüququnun 

subyekti  kimi

191


sələdir.  Belə  ki,  törəmə  əsərin  müəllifləri  həmişə  mütləq  özgəsinin  əsərini  ya 

başqa  dilə  tərcümə  edir,  ya  dəyişdirir,  ya  yenidən  işləyir,  ya  səhnələşdirir,  ya 

aranjeman edir və  s.  Məsələn,  dramaturq  hər hansı  naşirin  (yazıçının)  poema­

sı əsasında  kinossenari yazır və s.

Müəllif  törəmə  əsərin  yaradılmasına  yönələn  hərəkətləri  (tərcümə  etməni, 

səhnələşdirməni,  aranjeman  etməni,  yenidən  işləməni  və  s.)  həyata  keçirmək 

üçün  hökmən  orijinal  (əsas)  əsərin  m üəllifinin  razılığını  (icazəsini)  alm alı­

dır.  Belə  razılıq  (icazə)  onlar  arasında  bağlanan  müəllif  müqaviləsində  ifadə 

olunur.  Əgər orijinal  (əsas) əsərə əmlak xarakterli  müəlliflik  hüququnun  qüvvə­

də  olma  müddəti  ötərsə  (keçərsə),  onda  müəllif  müqaviləsinin  bağlanması  tə­

ləb  edilmir.  Məsələ  burasındadır  ki,  tərcümə  hüququ,  dəyişdirmək  hüququ 

aranjeman  etmək  hüququ  və  s.  qanuna  görə  müəllifin  müddətlə  məhdudlaşdı­

rılan  (yəni  müddətli  olan)  əmlak  hüquqlarına  aiddir.  Nəzərdə  tutulan  müddət 

ötərsə,  müəllifin  əsəri  müəlliflik  hüquq  normaları  ilə  qorunmur.  Qorunmayan 

əsərdən  isə  müəllifin  və  onun  vərəsələrinin  razılığını  almadan  sərbəst  şəkildə 

istənilən  şəxs istifadə  edə  bilər.

Orijinal  əsər  başqa  dilə tərcümə  olunaraq  və  ya  yenidən  işlənilərək  törəmə 

əsər yaradıldığı  halda,  o, digər şəxs tərəfindən  tərcümə  edilə  və  ya  yenidən  iş­

lənilə  bilər.  Törəmə  əsər  müəllifinin  (tərcüməçinin  və  orijinal  əsəri  yenidən  iş­

ləyən  şəxsin)  həmin  əsərə  müəlliflik  hüququ  buna  mane olmur.

Dövlət  (Azərbaycan  R espublikası)  müəlliflik  hü­

ququnun  xüsusi  subyekti  sayılır.  Ona  görə  ki,  siya­

si  hakimiyyət  daşıyıcısı  olan  dövlətin  müəlliflik  hü­

quq  münasibətlərində  subyekt  qismində  çıxış  et­

məsi adi  olmayan  haldır.

Müəlliflik  qanunvericiliyinə  görə,  fiziki  və  hüquqi  şəxslərlə  bərabər,  dövlət 

də  subyektiv  müəlliflik  hüququna  malik və  onun  daşıyıcısı  ola  bilər.  Buna  görə 

o, müəlliflik hüququnun  subyektlərindən  biri  kimi tanınır.

Müəlliflik  hüquq  nəzəriyyəsində  dövlətə  ilkin  su b ye ktiv  m ü ə lliflik   hüqu­

qunun  yox,  törəm ə  subyektiv  m üə lliflik  hüququnun  daşıyıcısı  kim i  baxı­

lır.  Belə  ki,  dövlət  özü  əsər yaratmır.  Qeyd  etdiyimiz  kimi,  yalnız  fiziki  şəxslər 

əsər yaradaraq  müəllif ola  bilərlər.  Buna  görə də dövlətin  müəllif olması  istisna 

edilir.  Məhz  bu  səbəbdən  onun  subyektiv  müəlliflik  hüququ  əsərin  yaradılması 

faktı əsasında yox,  digər hüquqi faktlar əsasında əmələ  gəlir.

M üəllif  m üqaviləsi  dövlətin  subyektiv  müəlliflik  hüququ  əldə  etməsinə  sə­

bəb olan hüquqi faktlardan  biridir.  Müəllif subyektiv  müəlliflik hüquqlarını  müəl­

lif müqaviləsi  əsasında  dövlətə  verə  bilər.  Əlbəttə,  müqaviləni  müəlliflə  dövlə­

tin  özü  yox,  dövlətin  adından  onu  təmsil  edən  m üvafiq  sə la h iyyə tli  orqanlar 

bağlayırlar.  Bununla  dövlət subyektiv müəlliflik hüququnun  daşıyıcısı  olur.

Vərəsəlik  dövlətin  subyektiv  müəlliflik  hüququna  malik  olmasını  şərtləndi­

rən  ikinci  hüquqi  faktdır.  Bu  fakt  əsasında  dövlət  subyektiv  müəlliflik  hüququ­

nun  daşıyıcısı  olur.  Söhbət  hər şeydən  əvvəl,  vərəsəliyin  və siyyə t  üzrə  vərə­

səlik  növündən  gedir.  Belə  ki,  müəllif  əsərdən  istifadə  hüququnun  dövlətə 

keçməsi (verilməsi)  barədə vəsiyyətnamə tərtib edə  bilər.

Vərəsəliyin  qanun  üzrə vərəsəlik növünə gəldikdə  isə qeyd  etmək lazım-

Dövlət (Azərbaycan 

Respublikası) 

müəlliflik hüququnun 

subyekti  kimi

192


dır  ki,  1964-cü  il  MM-nin  565-ci  maddəsinə  görə  dövlət  qanun  üzrə vərəsəlik 

qaydasında  subyektiv  müəlliflik  hüququ  əldə  edə  bilməzdi.  Həmin  maddədə 

müəyyən  edilirdi  ki,  əgər ölmüş müəllifin  qanun  üzrə  vərəsəsi  olmazdısa və o, 

vəsiyyətnamə  tərtib  etməzdisə,  onun  müəlliflik  hüquqları  dövlətə  keçmirdi,  xi­

tam olunurdu.

Yeni  Mülki  Məcəllə  belə  norma  nəzərdə tutmur.  Ona  görə  də dövlət qanun 

üzrə  vərəsəlik  qaydasında  subyektiv  müəlliflik  hüququ  əldə  edə  bilər.  Belə  ki, 

miras  qoyan  (ölmüş)  müəllifin  nə  qanun  üzrə,  nə  də  vəsiyyət  üzrə  vərəsələri 

yoxdursa,  onun  əmlak  xarakterli  subyektiv  müəlliflik  hüquqları  vərəsəlik hüqu­

qu  üzrə dövlətə  keçir.

Q anunda  ifadə  e d ilm iş  göstəriş  dövlətin  subyektiv  müəlliflik  hüququ əldə 

etməsinə  əsas  olan  üçüncü  hüquq  faktdır.  Bu  göstərişə  görə,  müəlliflik  hüqu­

qunun  qüvvədə  olma  müddəti  başa  çatdıqda  (qurtardıqda),  əsər  dövlət vari­

datı  (malı)  elan  edilə  b ilə r’ .  Bu  zaman  dövlət  subyektiv  müəlliflik  hüququnun 

daşıyıcısı olur.


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin