Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§  1.  Müəlliflik hüququnun anlayışı,  predmeti



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə13/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   54
§  1.  Müəlliflik hüququnun anlayışı,  predmeti, 

funksiyaları,  prinsipləri və mənbələri

Müəllifi  k 

Bundan  əvvəlki  fəsildə qeyd  etdik  ki,  müəlliflik hüququ və əla- 

hüququnun 

qəl'  hü4uqlar  əqli  mülkiyyət  hüququnun  əsas  institutlarından

anlavısı 

biridir və  bu  institutun  özü  iki  subinstitutdan  ibarətdir: müəlliflik 

hüququ subinstitutundan; əlaqəli hüquqlar subinstitutundan.

Müəlliflik  hüququ  iki  mənada  işlədilir:  subyektiv mənada; obyektiv mənada



Subyektiv  mənada  müəlliflik  hüququ  dedikdə,  konkret  subyektin  elm, 

ədəbiyyat və  incəsənət  əsərləri  ilə  bağlı  malik  olduğu  şəxsi  qeyri-əmlak və ya 

əmlak  hüquqları  başa  düşülür.  Subyektiv  mənada  müəlliflik  hüququ  elə  sub­

yektiv  müəlliflik  hüququnun  özü deməkdir.

İstənilən  subyektiv  mülki  hüquq kimi subyektiv müəlliflik hüququ öz tərkibi­

nə görə  mürəkkəb olub,  bir neçə səlahiyyətdən ibarətdir’ .  Həmin səlahiyyətlə­

rə aiddir:  davranış  səlahiyyəti  (əsərdən  istifadə və onun  barəsində sərəncam 

səlahiyyətləri,  müəlliflik  səlahiyyəti,  ad  hüququ  və  s.); tələb  etmək səlahiyyə­

ti  (borclu  şəxslərdən  müəlliflik  hüquqlarını  pozan  hərəkətlərdən  çəkinməyi  tə­

ləb  etmək  imkanı);  müdafiə  səlahiyyəti  (pozulmuş  hüquqların  bərpa olunma­

sı  və  ya  mübahisə  edilən  hüquqların  tanınması  üçün  hüquqqoruyucu  tədbirlər 

tətbiq  etmək imkanı).

Qeyd  etmək  lazımdır  ki,  subyektiv  müəlliflik  hüququ  yalnız  müəlliflik  hüquq 

münasibəti  çərçivəsində  yarana  və  mövcud  ola  bilər.  Müəlliflik hüquq  münasi­

bəti  isə  müəllifin  əsər  yaratması  ilə  onunla  əhatə  dairəsi  bilinməyən,  qeyri- 

məhdud  saylı  şəxslər  («hamı  və  hər  kəs»)  arasında  əsər  barəsində  yaranır. 

Əhatə  dairəsi  bilinməyən  qeyri-məhdud  saylı şəxslər («hamı və  hər kəs») mü­

əlliflik  hüquq  münasibətinin  borclu  tərəfi  sayılır.  Onlar  belə  bir  passiv  vəzifə 

daşıyırlar:  müəllifin  əsər  barəsində  malik  olduğu  hüquqları  pozmaqdan  çəkin­

mək və həmin  hüquqların  həyata keçirilməsinə mane olmamaq.

Müəlliflik  hüquq  münasibətlərinin  digər  tərəfi  (qarşı  tərəf)  isə  müəllifdən 

ibarətdir.  O,  müəlliflik  hüquq  münasibətinin  səlahiyyətli  şəxsidir.  Səlahiyyətli 

şəxs kimi  müəllif əsər barəsində  hüquqi  imkanlara  malikdir ki.  onların  məcmu­

su  subyektiv  müəlliflik  hüququ adlanır.  Subyektiv müəlliflik  hüququ  səlahiyyətli 

şəxsə  məxsus  olub,  müəlliflik  hüquq  münasibətinin  elementi  sayılır.  Müəllif­

lik  hüquq  münasibəti  isə  mütləq  hüquq  münasibəti  növünə  aid  edilir,  çünki 

həmin  hüquq  münasibətində yalnız  bir tərəf məlumdur.  Borclu tərəfi  isə təmsil 

edən  şəxslər naməlumdur.



Obyektiv  mənada  müəlliflik  hüququ  dedikdə,  elm,  ədəbiyyat  və  incəsə- 1

1  Никитина  M.И.  Авторское  право  на  произведения  науки,  литературы  и  искусства.  Казань. 

1982, с. 62. Гаврилов Э.П. Советское авторское право. М.,  1984. с.  133.

133


nəl əsərlərinin  yaradılması,  istifadəsi  və  hüquqi  mühafizəsi  ilə  bağlı əmələ  gə­

lən  ictimai  münasibətləri  tənzimləyən  mülki  hüquq  normalarının  məcmusu  ba­

şa  düşülür.  Bu  normalar  müəlliflik  hüququ,  memarlıq,  mədəniyyət,  reklam  və 

digər  məsələlər barədə  qanunlarda,  habelə  qanun  qüvvəli  aktlarda  ifadə  olu­

nur.  Deməli,  obyektiv mənada  müəlliflik hüququ  müxtəlif normativ aktlarda  ifa­

də  olunan  mülki  hüquq  normalarından  ibarətdir.  Məhz  bu  səbəbdən  göstərə 

bilərik ki, obyektiv mənada  müəlliflik hüququ elə müəlliflik hüququ subinstitutu- 

nun  özü  deməkdir.  Hüquq  subinstitutu  kimi  isə  müəlliflik  hüququnun  işi  elm, 

ədəbiyyat və  incəsənət əsərlərinin  yaradılması  və  istifadəsi  prosesində  əmələ 

gələn əmlak və şəxsi qeyri-əmlak münasibətləri  ilə  bağlıdır.  Həmin  münasibət­

lər məhz müəlliflik hüququ subinstitutu ilə tənzimlənir.

Dediklərimizdən  belə  nəticə  çıxara  bilərik  ki,  məhz  obyektiv  mənada  müəl­

liflik hüququ  subinstitut kimi çıxış edir və əqli  mülkiyyət hüququ yarımsahəsinin 

sisteminə  tərkib  hissəsi  (elementi)  kimi  daxil  olur.  Hər  bir  hüquq  subinstitutu- 

nun  isə  özünün  nizamasalma  (tənzimetmə)  predmeti  olmalıdır.  Bəs,  müəlliflik 

hüququnun  nizamasalma  predmeti  nədən,  yəni  hansı  növ  ictimai  münasibət­

lərdən ibarətdir?

Müəlliflik

hüququnun

predmeti


Qeyd  etdik  ki,  elm,  ədəbiyyat  və  incəsənət  əsərlərinin  ya­

radılması  və  istifadəsi  prosesində  müəyyən  növ  ictimai 

münasibətlər  əmələ  gəlir.  Onlar  müəlliflik  münasibətləri 

adlanır.  Məhz  bu  münasibətlər  hüquq  subinstitutu  kimi 

müəlliflik  hüququnun  nizamasalma  (tənzimləmə)  predmetini  təşkil  edir. 

Məhz  həmin  münasibətlər  müəlliflik  hüququ  ilə  tənzimlənərək  onun  nizama­

salma predmetinə daxil olur.

Müəlliflik  münasibəti  ilk  növbədə,  şəxsi  qeyri-əmlak  münasibəti  növündə 

ola  bilər.  Bu  münasibət  isə  müəllifin  əsər  yaratması  ilə  əmələ  gəlir.  Əsər  işıq 

üzü  görən kimi onun  barəsində  müəlliflə  əhatə dairəsi  bilinməyən  şəxslər («ha­

mı və hər kəs») arasında  şəxsi qeyri-əmlak münasibəti yaranır.  Müəlliflik  müna­

sibəti  digər tərəfdən,  özündə  əmlak  elementlərini  birləşdirir.  Belə  ki,  o,  həm  də 

əmlak  münasibəti  növündə  də  ola  bilər.  Əmlak  münasibəti  əsərin  yaradılması 

ilə  yox,  əsərdən  istifadə  edilməsi  ilə  bağlı olaraq  əmələ  gəlir.  Məsələn,  əsər  ki­

tab  halında  nəşr olunur və onun çoxsaylı  nüsxələri oxuculara  satılır.  Bu  zaman 

alqı-satqı münasibəti yaranır ki, həmin münasibət əmlak münasibəti sayılır.

Müəlliflik  hüququ  ilə tənzimlənən  şəxsi  qeyri-əmlak və  əmlak  münasibətləri 

bir-biri  ilə  kompleks  halında  bağlıdır.  Lakin  şəxsi  qeyri-əmlak  münasibətləri 

əsas  rola  malikdir.  Əmlak  münasibəti  məhz  həmin  münasibətdən  törəyir  və 

ondan asılıdır.

Müəlliflik

hüququnun

funksiyaları

funksiyalara aiddir:

Hüquq  subinstitutu  kimi  müəlliflik  hüququnun  hansı  rolu 

yerinə yetirməsi  və  oynaması  onun  funksiyalarında  təza­

hür edir'.

Müəlliflik  hüququ  beş  funksiya  yerinə  yetirir.  Həmin 1

1  M üəlliflik  hüququnun  funksiyaları  barodə  bax:  Гражданское  право  Учебник.  Том  1 /Пол  рсд. 

Е А Суханова.  М „   1998, с. 638-639.

134


•   tanıtmaq funksiyası;

•   mühafizə etmək funksiyası;

•   müəyyən  etmək funksiyası;

•   təmin etmək funksiyası;

•   müdafiə funksiyası.

Müəlliflik  hüququnu  tanıtmaq  funksiyasının  mahiyyəti  ondan  ibarətdir 

ki,  əsəri  yaradan  şəxsə  əsərin  müəllifi  sayılması və  hesab  edilməsi  imkanı ve­

rilmişdir.  Müəllifin  hüququ vardır ki,  bu faktın, yəni əsərin  müəllifi sayılması fak­

tının  tanınmasını  başqa  şəxslərdən  tələb  etsin.  Deməli,  şəxs  yaratdığı  əsərin 

müəllifi  kimi  tanınmaq  hüququna  (imkanına)  malikdir.  Bu  hüquq  isə  əsərin 

özünün  yaranması  faktı  ilə  əmələ  gəlir  və  əsərin  dərc  olunub-olunmamasın­

dan,  istifadə  edilib-edilməməsindən  asılı  deyildir.  Şəxsi  əsərin  müəllifi  kimi ta­

nımaq  üçün  hər  hansı formal  proseduranın  yerinə yetirilməsi,  əsərin dövlət 

orqanlarında  qeydə alınması,  xüsusi olaraq  rəsmiləşdirilməsi və ya kiminsə ra­

zılıq (icazə) verməsi tələb olunmur.



Müəlliflik  hüququnu  mühafizə  etmək  funksiyasının  (qoruyucu  funksi­

yasının)  mahiyyəti  ondan  ibarətdir  ki,  müəlliflik  hüquq  normaları  elm,  ədəbiy­

yat  və  incəsənət  əsərlərini  hüquqi  cəhətdən  (fiziki  cəhətdən yox)  qoruyur.  Bu, 

o  deməkdir  ki,  əsər  müəllifin  razılığı  (icazəsi)  olmadan  və  ona  haqq  verilmə­

dən  istifadə  edilə  bilməz  (məsələn,  əsər nəşr oluna  və ya  başqa  dilə tərcümə 

oluna  bilməz və  s.).  Əgər müvafiq  şəxs əsərdən  müəllifin  razılığı olmadan  isti­

fadə  edərsə  (məsələn,  müəllifin  icazəsi  olmadan  əsəri  kitab  halında çap edər­

sə  və  s.),  bu  hal  qanunsuz  istifadə  (hüquq  pozuntusu)  hesab  ediləcəkdir.  Bu­

na görə də təqsirkar şəxsə  müvafiq  məsuliyyət tədbirləri tətbiq edilir.



Müəlliflik  hüququ  əsəri  yarandığı  andan  öz  mühafizə  sferasına  daxil 

edir.  Buna  görə  də  dərc edilən  əsər də,  dərc edilməyən  əsər də  müəlliflik  hü­

ququ  ilə  qorunur.  Məhz  bu  səbəbdən  əsərin  əlyazması  da  müəlliflik  hüququ­

nun  mühafizə sferasına aid edilir.

Müəlliflik  hüquq  normalarının  əsəri  qoruması  həmin  əsərin  yaradıldığı 

dövlətin  ərazisi  ilə  məhdudlaşır.  Məsələ  burasındadır  ki,  müəlliflik  hüququ 

ərazi  xarakterinə  malikdir.  Bu,  onu  ifadə  edir  ki,  başqa  dövlətin  ərazisində 

əsər müəllifin  razılığı  (icazəsi) olmadan və ona  haqq (qonorar) verilmədən sər­

bəst şəkildə  istifadə oluna  bilər.  Başqa sözlə desək,  müəyyən  bir dövlətin əra­

zisində  müəlliflik  hüququ  ilə  qorunan  əsər başqa  dövlətin  ərazisində  mühafizə 

edilmir (qorunmur).  Əsəri  başqa dövlətin  ərazisində qorumaq  üçün beynəlxalq 

müqavilələrin  (konvensiyaların),  eləcə  də  ikitərəfli  beynəlxalq  sazişlərin  bağ­

lanması tələb edilir.

Digər  tərəfdən  müəlliflik  hüquqlarının  qorunması  müddətlə  məhdudlaşır, 

yəni  müddətli  xarakter daşıyır.  Belə ki,  müəlliflik hüquqlan qanunda  nəzərdə 

tutulan  müddətdə  qorunur.  Bu  müddət  keçdikdən  sonra  onlar  müəlliflik  hüqu­

qu  ilə qorunmur.

Müəlliflik  hüququnun  müəyyən  etmək  funksiyasının  mahiyyəti  ondan 

ibarətdir ki,  müəlliflik  hüquq  normaları  əsərdən  istifadənin  hüquqi  rejimini  mü­

əyyənləşdirir.  Həmin  normalara  görə  əsərdən  istifadə  olunan zaman  müstəs­

na  hüquq  rejimi  tətbiq  edilir.  Həmin  rejimin  mahiyyəti  isə  ondan  ibarətdir  ki,

135


müəllifin  və  ya  əsərə  müəlliflik  hüququnun  digər  sahibinin  əsərdən  hər  hansı 

formada və üsulla istifadə etməyə  müstəsna  hüququ  vardır (bu  barədə müəl­

liflik hüququ birbaşa göstəriş ifadə edir)’ .  Başqa  hər hansı şəxsin  belə hüququ 

yoxdur.  Müəlliflik  hüququ  göstərir  ki,  qanunla  qorunan  əsərdən  kim  və  hansı 

şərtlərlə  istifadə  edə  bilər.  Əsərdən  başqa  şəxslərin  istifadəsi  yalnız  müəllifin 

və  ya  əsərə  müəlliflik  hüququnun  digər  sahibinin  razılığı  və  icazəsi  ilə  müm­

kündür.  Əsərdən  istifadə  və  onun  barəsində  sərəncam  səlahiyyətləri  ancaq 

həmin  şəxslərə  məxsusdur.  Müəlliflik  hüququ  onları  (müəllifi  və  s.)  leqal  (qa­

nuni) inhisar hüququ  ilə təmin edir ki,  bu hüquq əsərdən  istifadə üzrə müxtə­

lif hərəkətlər etməyə imkan verir.

M üəlliflik  hüququnun  təmin  etmək  funksiyasının  mahiyyəti  ondan  iba­

rətdir ki.  müəlliflik  hüququ  elm,  ədəbiyyat  və  incəsənət  əsərlərinin  müəlliflərini 

bir  sıra  hüquqlarla  təmin  edir.  Onlara  m ü ə lliflik  hüquqları  deyilir.  Müəlliflik 

hüquqları  elə subyektiv  hüquqlardır ki,  müəllif onları elm,  ədəbiyyat və  incəsə­

nət  əsərlərinin  yaradılması  nəticəsində  əldə  edir.  Həmin  hüquqlar  həm  şəxsi 

qeyri-əmlak xarakterli  (məsələn,  əsərin  müəllifi  kimi  tanınmaq  hüququ,  müəlli­

fin ad hüququ  və  s.),  həm  də əmlak  (iqtisadi) xarakterli  (məsələn,  əsərin  nüs­

xələrini satmaq və ya satmağa  icazə vermək və s.) ola  bilər.

M üəlliflik  hüququnun  müdafiə funksiyası  onda  ifadə olunur ki,  elm,  ədə­

biyyat  və  incəsənət  əsərlərinin  yaradılması  nəticəsində  müəllifin  əldə  etdiyi 

həm  şəxsi  qeyri-əmlak  hüquqları,  həm  də  əmlak  (iqtisadi)  hüquqları  müdafiə 

olunur.  Söhbət  müəlliflik  hüquqlarının  hüquqi  müdafiə  ilə  təmin  olunmasından 

gedir.  Belə  ki,  müəlliflik  hüquqları  pozulduğu  və  ya  mübahisə  edildiyi  hallarda 

pozulmuş  hüquqları  bərpa  etməyə  (və  ya  mübahisə  edilən  hüquqları  tanıma­

ğa) yönələn  tədbirlər tətbiq  edilir.  Bu  tədbirlərin  məcmusu  müəlliflik  hüquqları­

nın  müdafiəsi hesab edilir.

Müəlliflik hüququ göstərilən funksiyaları  üzərinə düşən vəzifələri həyata  ke­

çirmək  üçün  yerinə  yetirir.  Hüquq  ədəbiyyatında  müəlliflik  hüququnun  iki  əsas 

vəzifə  daşıması  göstərilir1

 2.  Onlardan  biri  stim ulla şdırm aq   (təkan  verm ək) 

vəzifəsi  adlanır.  Belə ki,  müəlliflik hüququ elm, ədəbiyyat və  incəsənət əsərlə­

ri yaratmağa yönələn fəaliyyəti, yəni yaradıcılıq fəaliyyətini stimullaşdırmalıdır.

İkincisi  isə  şərait  yaratmaq  vəzifəsi  adlanır.  Belə  ki,  müəlliflik  hüququ 

əsərdən  cəmiyyətin  mənafeyi  (ictimai  mənafe)  naminə  geniş  istifadə  etmək 

üçün şərait yaratmalıdır.

Müəlliflik  hüququnun  mahiyyəti  onun  prinsiplərində  təzahür 

edir.  Prinsiplər  onun  əsası  sayılır.  Müəlliflik  hüququ  məhz 

özünün  prinsiplərinə  söykənir.  Prinsiplər  müəlliflik  hüququ­

nun əsas başlanğıcları və çıxış ideyalarını təşkil edir. 

Müəlliflik hüququnun  prinsipləri  birbaşa və  konkret olaraq  qanunda  formula

Müəlliflik

hüququnun

prinsipləri

1 «M üəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun  15-ci maddəsi.

2 Гражланскос право. Учебник. Часть З/Полрсл. А.П.Сергееаа. Ю  К  Толстого. М .,  1999, с.  10.

136


edilmir.  Lakin  onlar  qanunun  bir çox  normalarında  ifadə  olunur’ .  Məhz  bu  sə­

bəbdən  müəlliflik hüququnun  prinsipləri imperativ olub,  ümumməcburi  (nor­



mativ)  qüvvəyə  malikdir,  hüquq  normasında  birbaşa  göstəriş olmasa  da tət­

biq  edilir.  Digər tərəfdən  prinsiplər müəlliflik hüquq normalarının təfsiri və tətbi­

qi  üçün əsasdır.

Müəlliflik  hüququnun  prinsipləri  dedikdə,  onun  elə  başlıca  (çıxış)  ide­

yaları  və  əsas  başlanğıcları  başa  düşülür ki,  həmin  başlanğıc və  ideyalar 

adətən,  birbaşa  qanunda  formula olunmasa  da  onun  bir çox  normaların­

da  ifadə edilir və  buna görə də ümumməcburi  qüvvəyə malik olur.

Müəlliflik hüququnun  prinsiplərinə aiddir:

•   müəlliflik  hüququnun tanınması prinsipi;

•   müəllifin əsərdən  istifadəyə  müstəsna hüququnun tanınması prinsipi;

•   müəlliflik  hüquqlarının verilməsi və  keçməsi  prinsipi;

•   müəllifin  şəxsi  qeyri-əmlak hüquqlarının özgəninkiləşdirilməməsi  prinsipi;

•   əsərdən  sərbəst istifadə prinsipi.

Müəlliflik  hüququnun  tanınması  prinsipi  müasir müəlliflik hüququnun va­

cib  prinsipləri  arasında  aparıcı yer tutur.  Bu  prinsip  bəzi xarici ölkələrin,  məsə­

lən,  İspaniyanın  müəlliflik  hüququnda  (əqli  mülkiyyət  haqqında  1987-ci il qanu­

nunda)  ifadə olunmuşdur.

Müəlliflik  hüququnun  tanınması  prinsipinə  görə  əsəri  yaradan  şəxs  onun 

müəllifi  sayılır və  həmin  şəxs  bu faktı  digər şəxslərdən  tələb  edə  bilər.  Onun 

əsərin  müəllifi  kimi  tanınması  üçün  yalnız  bircə  fakt  -   əsərin  yaradılması 



faktı  kifayət  edər.  Bunun  üçün  əsərin  qeydə  alınması  və  ya  hər  hansı  başqa 

üsulla  rəsmiləşdirilməsi  tələb olunmur.  Bir sözlə,  əsər yaradıldığı andan  müva­

fiq  şəxs onun  müəllifi  kimi tanınır və müəlliflik hüququ əmələ gəlir.

Müəllifin  əsərdən  istifadə  etməyə  müstəsna  hüququnun  tanınması 

prinsipinə  görə  öz  yaratdığı  əsərdən  istifadə  olunacağı  məsələsini  (əsərin 

açıqlanması  və  açıqlanmaması  və  ya  əsərin  nüsxələrinin  hazırlanması  və  ha- 

zırlanmaması  və  ya  əsərin  nüsxələrinin  satılması  və  satılmaması  və  digər mə­

sələləri)  yalnız  onun  müəllifi  həll  edə  bilər:  əgər əsərdən  istifadə  olunacaqsa, 

nə  vaxt,  hansı  formada  və  üsulla.  Müəllifin  yaratdığı  öz  əsərindən  istifadə 

etməyə  leqal  (qanuni) inhisar hüququ  vardır və bu hüquq tanınır.

Göstərilən  prinsip bəzi xarici ölkələrin,  məsələn,  İsveçrənin hüquq doktrina­

sında  da  ifadə olunmuşdur.

Müəlliflik  hüquqlarının  verilməsi  və  keçməsi  prinsipi  müəlliflik  hüququ 

barədə  qanunda  ifadə  olunmuşdur2.  Bu  prinsipə  görə  müəlliflik  hüquqlan  mü­

əllif müqavilələri  üzrə verilir və vərəsəlik qaydasında  (həm  qanun  üzrə vərəsə­

lik  qaydasında,  həm  də  vəsiyyət  üzrə  vərəsəlik  qaydasında)  keçir.  Müəlliflik 

hüquqları  qanunda ifadə olunan  göstərişə görə də keçə bilər (məsələn, xidmə- 1

1  Müəlliflərdən  prof.  A.P.Sergeyevin  dəqiq  söylənilməyən  belə  bir fikri  ilə  razılaşmaq  olmaz 

ki.  guya  m üəlliflik  hüququnun  prinsipləri  məcmu  halında  götürülmüş  bütün  müəlliflik  hüquq 

normalarının  (əhlilindən  irəli  gəlir  [Сергеев  А.П.  Право  интеллектуальной  собственности  в 

Российской  Федерации.  Учебник.  М..  1999, с.  21;  Гражданское право.  Учебник.  ЧастьЗ/Под рсд. 

А.П.Сергеева. Ю.К.Толстого. M.,  I99S,с.  10).

: «M üəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Qanunun 28-ci maddəsi.

137


ti  əsərdən  islifadə  hüquqları  bu  əsasa  görə  keçir).  Özü  də  buradaca  dərhal 

qeyd etməliyik ki, müəllifin yalnız əmlak (iqtisadi) hüquqları  keçə bilər.

Müəllifin  şəxsi qeyri-əmlak  hüquqlarına  gəldikdə  isə göstərə  bilərik  ki,  həmin 

hüquqlar nə müəllif müqavilələri üzrə verilir,  nə də vərəsəlik qaydasında keçir.

Beləliklə,  müəllifin əmlak hüquqlarının verilməsi  ilə əsərdən  istifadə  hüququ 

özgəninkiləşdirilir.  əsərin  hüquqi  taleyinə  sərəncam  verilir.  Müəllif  öz  əsərinin 

hüquqi taleyini  müəyyən  etməkdə  sərbəstdir.  O.  yaratdığı  əsərə  sərbəst şəkil­

də sərəncam verə bilər.  Buna  görə də göstərilən  prinsip  m üə llifin   sərbəst şə­

kildə öz əsərinin  hüquqi taleyini  müəyyən  etmək  p rin s ip i  də adlanır.

Müəllifin  şəxsi  qeyri-əmlak  hüquqlarının  özgəninkiləşdirilm əm əsi 

prinsipi  qanunda  birbaşa  ifadə  olunan  prinsiplərdəndir'.  Bu  prinsipə  görə, 

müəllifin şəxsi qeyri-əmlak hüquqları (əsərin müəllifi kimi tanınmaq  hüququ,  ad 

hüququ  və  s.)  bölünməz  və özgəninkiləşdirilməz  olub,  əmlak  (iqtisadi)  hüquq­

larından  asılı  olmayaraq  müəllifə  məxsusdur  və  əmlak  hüququnun  başqasına 

verildiyi hallarda  da  müəllifdə qalır.  Deməli,  müəllifin  şəxsi  qeyri-əmlak  hüquq­

ları  özgəninkiləşdirilməsi  qeyri-mümkün  olan  hüquqlardır.  Bu  isə  müəllifin  öz 

əsərinə tam («suveren») hüquqa malik olmasını ifadə edir.

Şəxsi qeyri-əmlak  hüquqları müəllifin əqli əməyinin yaradıcı xarakterə  malik 

olmasından irəli gəlir və onun şəxsiyyəti  ilə qırılmaz surətdə  bağlıdır.  Buna  gö­

rə də həmin hüquqlar müddətsiz qorunaraq özgəninkiləşdirilmir.

Bəzi  xarici  ölkələrin,  məsələn,  Fransanın  müəlliflik  hüququnda  müəllifin 

şəxsi  qeyri-əmlak  hüquqlarının  özgəninkiləşdirilməməsi  prinsipi  əsas  prinsip­

lərdən biri hesab edilir*.

Əsərdən  sərbəst  istifadə  prinsipinə  görə,  qanunda  nəzərdə  tutulan  hal­

larda  müəlliflik  hüquq  normaları  ilə  qorunan  əsərdən  müəllifin  (və  ya  müəlliflik 

hüququnun  digər  sahibinin)  razılığı  olmadan  və  müəllif  qonorarı  (haqqı)  veril­

mədən  istifadə  oluna  bilər.  Bu,  qanunsuz  istifadə  olmadığına  görə  hüquq  po­

zuntusu  sayılmır.  Məsələn,  hər hansı şəxs elmi və tədqiqat  məqsədi  ilə  qanun 

dərc edilmiş əsərdən sitat gətirə bilər.

Əsərdən  sərbəst  istifadə  zamanı  müəllifin  şəxsi  qeyri-əmlak  hüquqların, 

əməl  olunmalıdır,  bir sıra  hallarda  istifadə  olunan  əsərin  müəllifinin  adı  mütlət 

göstərilməlidir.

Qanun  əsərdən  sərbəst  istifadə  hallarının  qəti  və  dəqiq  siyahısını  ve ­

rir3.  Bu  siyahını  genişləndirmək olmaz.  Həmin  hallara  aiddir:  kitabxanalar,  ar­

xivlər və təhsil  müəssisələri tərəfindən əsərlərin  reprosurətinin çıxarılması  halı; 

əsərlərdən  informasiya,  elmi,  tədris  və  digər  məqsədlər  üçün  istifadə  halı; 

məhkəmə  və  inzibati  işlərin  aparılması  üçün  əsərin  surətinin  çıxarılması  halı; 

rəsmi  və  dini  mərasimlərdə,  həmçinin  dəfn  mərasimlərində  qanuni  dərc  edil­

miş musiqi əsərlərinin  kütləvi ifa edilməsi halı və s.

Əsərdən sərbəst  istifadə  prinsipi müəllifin  sərbəst şəkildə  öz  əsərinin  hüquqi 

taleyini müəyyən etmək hüququnu,  onun yaratdığı əsərə sərbəst surətdə sərən­

cam vermək səlahiyyətini məhdudlaşdırır.  Beləliklə,  qanunda xüsusi olaraq gös- 1

' «Müalliftik hüququ və əlaqoli hüquqlar haqqında» qanunun  14-cü maddəsi.

1 Основные институты гражданского права тарубежных стран. М ,   1999, с. 429. 

'  «Müalliftik hüququ vo olaqoli hüquqlar haqqında» qanunun  17-24-cü nıaddolori.

138


tərilən hallarda  müəlliflik hüququ  ictimai  mənafe üçün  məhdudlaşa bilər.

Bunlardan  əlavə,  əsərin  toxunulmazlığı  prinsipini,  müəlliflik hüquqlannın müd- 

dətsiz  qorunması  prinsipini  və  müəlliflik  hüquqlarının  müəyyən  müddət  ərzində 

qüvvədə olma prinsipini də müəllif hüququnun prinsiplərinə aid etmək olar.



Əsərin  toxunulmazlığı  prinsipinə  görə,  müəllifin  yaratdığı  əsər  toxunul­

mazdır və  buna  görə  də onun  mənasının dəyişməsinə,  təhrif olunmasına və ya 

hər hansı digər formada yenidən işlənməsinə yol verilmir.

Müəlliflik  hüquqlarının  müddətsiz  qorunması  prinsipinə  görə,  müəllifin 

şəxsi  qeyri-əmlak  hüquqları  (əsərin  müəllifi  kimi tanınması hüququ, ad  hüququ 

və  s.)  müddətlə  məhdudlaşdırılmadan,  yəni  müddətsiz  qorunur.  Məsələ  bura­

sındadır  ki,  əmlak  hüquqlarından  fərqli  olaraq,  müəllifin  şəxsi  qeyri-əmlak  hü­

quqları  vərəsəlik  üzrə  keçmir.  Müəllifin  vərəsələri  yalnız  həmin  hüquqlann  qo­

runmasını  həyata  keçirə  bilərlər  və  onların  bu  məsələ  barəsindəki  hüquqları 

müddətlə  məhdudlaşdırılmır.  Bir  sözlə,  müəllifin  şəxsi  qeyri-əmlak  hüquqları­

nın qorunması  müddətsizdir.

Göstərilən  prinsip qanun  normasında  ifadə olunmuşdur’ .

Müəlliflik  hüquqlarının  müəyyən  müddət ərzində  qüvvədə olma  prinsi­

pinə  görə,  müəllifin  əmlak  (iqtisadi)  hüquqları  müddətsiz  yox,  müəyyən  müd­

dət  ərzində  qüvvədə  olur.  Belə  ki,  müəllifin  şəxsi  (qeyri-əmlak)  hüquqlarından 

fərqli  olaraq,  onun  əmlak  hüquqlarının  müəlliflik  hüquq  normaları  ilə  qo­



runması  müddətlidir.  Qanunun  müəyyən  etdiyi  ümumi qaydaya  görə,  müəlli­

fin  əmlak  hüquqları  əsərin  yaradılması  ilə  yaranır,  müəllifin  bütün  həyatı  boyu 

və  onun  ölümündən  sonra  50  il  müddətində  qüvvədə  olur.  Bu  müddət ötüb 

keçdikdən  sonra  əsər  müəlliflik  hüquq  normaları  ilə  qorunmur  və  həmin  nor­

maların  hüquq  mühafizə  sferasına  daxil  edilmir.  Buna  görə  də əsər ictimai va­

ridata  keçir və  ümumxalq  malı  hesab  edilir.  Məhz  bu  səbəbdən  istənilən  şəxs 

müəllifin  vərəsəsindən  razılıq  almadan  və  onlara  müəllif qonorarı  (haqqı) ödə­

mədən əsərdən  sərbəst şəkildə istifadə edə bilər2.




Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin