Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


barəsində  yayılan  məlumatlar  doğru  (həqiqətə  uyğun)  olmasın  və ya  lə-



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə10/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   54

barəsində  yayılan  məlumatlar  doğru  (həqiqətə  uyğun)  olmasın  və ya  lə- 

kələyici olsun.  Yayılmış məlumatlar ləkələyici olmaya da bilər.

Üçüncü  şərtə  görə,  fiziki  şəxs  barəsində  yayılan  məlumatlar  onun  hüquq­

larına  və  ya  qanunla  qorunan  mənafelərinə  toxunmalıdır,  yəni  onları  pozmalı­

dır.  Məlumatlar  mülki  xarakterli  istənilən  hüquqa  (həm  əmlak  hüquqlarına, 

həm  də  qeyri-əmlak  hüquqlarına) toxuna bilər.  Məlumatların qanunla qorunan 

istənilən  mənafeyə toxunduğu  hallarda (məsələn,  şəxsi, ailə,  peşə və ya kom­

mersiya  sirrinin yayıldığı və digər hallarda) cavabı  dərc etdirmək  üsulundan is­

tifadə olunması mümkündür.

Bu  şərtlər olduqda  barəsində  məlumatlar yayılmış fiziki  şəxsin  öz cavabını 

dərc  etdirmək  hüququ  yaranır.  Cavab  kommentariya,  replika  və  digər  forma­

larda  ola  bilər.  Özü  də  o,  cavabı  məlumatı  yaymış  şəxsin  təqsirindən  asılı 



olmayaraq  dərc  etdirir.  Ona  görə  ki,  cavabı  dərc  etdirmə  təkzib  etmə  kimi 

mülki-hüquqi  sanksiya  olsa  da,  mülki-hüquqi  məsuliyyət tədbiri  sayılmır və 



mülki-hüquqi  müdafiə tədbiri  hesab edilir.

Cavabı  dərc  etdirmək  üsulunun  əsas  və  başlıca  məqsədi  istənilən  səhvi, 

təhrifi,  yanlışlığı  və  dəqiq  (dürüst)  olmama  halını  aradan  qaldırmaqdan  ibarət­

dir.  Məhz onun  nəticəsində  bu və ya  digər məsələ barəsində düzgün təsəvvür 

yaranır.

Şərəf,  ləyaqət və  işgüzar nüfuzun  müdafiəsi üçün xüsusi  müdafiə üsullann- 

dan  başqa,  ümumi  xarakterli  istənilən  mülki-hüquqi  müdafiə  üsulundan  istifa­

də oluna  bilər.  Şərəfi,  ləyaqəti  və  işgüzar nüfuzu  ləkələyən və pozan  hərəkət­



lərin  qarşısının  alınması  həmin  üsullardan  biridir’ .  Bu  üsuldan,  bir  qayda 

olaraq,  o  halda  istifadə  olunur ki,  yalan  (doğru  olmayan)  məlumatların  yayıl­



ması  vaxt  baxımından  davamedici  (uzanan)  xarakterə  malik olsun.  Məsə­

lən,  məhkəmənin  qərarı  ilə  qəzet,  jurnal  və  kitabların  tirajlan  müsadirə  olunur 

və  ya  kitabın  ikinci  dəfə  nəşr  olunması  qadağan  edilir,  divar  qəzeti  götürülür, 

filmin  nümayiş etdirilməsi dayandırılır və s.

Bundan  əlavə,  şərəfin,  ləyaqətin  və  işgüzar nüfuzun  müdafiəsində  iki  əsas 

(ənənəvi)  ümumi  mülki-hüquqi  müdafiə  üsulundan  da  istifadə  oluna  bilər.  Hə­

min  üsullara  aiddir:

•  şərəfi,  ləyaqəti  və  işgüzar nüfuzu  pozmuş şəxsdən  vurduğu zərərin  əvə­



zinin  alınması  üsulu;

•  şərəfi,  ləyaqəti  və  işgüzar nüfuzu  pozmuş  şəxsin  vurduğu  mənəvi  zərəri 



kompensasiya etməsi  üsulu.

İndi  də  gəlin  şərəfin,  ləyaqətin  və  işgüzar nüfuzun  müdafiəsinə  münasibət- 1



Белявский А. В.  Судебная  защита чести  и достоинства  граждан.  М.,  1966,  C.47-4S;  Белявский 

А.В .'ПриОворов Н.А.  Охрана чести и достоинства личности в СССР.  М.,  1971. с. 119-120; Коммен­

тарий  к   Гражданскому  Кодексу  Российской  Федерации  части  первой/Отв.  рсд.  О.Н.Садиков  М., 

1999, с.337

99


də həmin  üsulların əsas xüsusiyyətləri ilə tanış olaq.

Göstərdiyimiz  iki  müdafiə  üsulundan  o  halda  isti­

fadə  olunur ki,  şəxsin  şərəfini,  ləyaqətini  və  işgü­

zar  nüfuzunu  ləkələyən  m əlum atların  yayılm a­

sı  nəticəsində  həmin  şəxsə  zərər  vurulsun. 

Söhbət  şəxsə  həm  əmlak  (maddi)  zərəri,  həm  də 

mənəvi  (qeyri-əmlak,  qeyri-maddi)  zərər  vurul­

masından  gedir’ .  Qanun  müəyyən  edir  ki,  şəxs 

şərəf,  ləyaqət  və  işgüzar  nüfuzunu  ləkələyən  məlumatların  yayılması  nəticə­

sində  ona  vurulmuş  zərərin  əvəzinin  ödənilməsini  tələb  edə  bilər  (MM-in  23- 

ci)  maddəsinin  4-cü  bəndi).  Əmlak  zərəri  vurulduqda  zərərin  əvəzini  ödə­

mə  üsulu,  mənəvi  zərər  vurulduğu  hallarda  isə  m ənəvi  zərərin  kom pen­

sasiyası  üsulu  tətbiq  edilir.

Əgər  şərəfin,  ləyaqətin  və  işgüzar  nüfuzun  ləkələnməsi  nəticəsində  əmlak 

(maddi) zərəri vurularsa,  bu zərər ümumi  əsaslarla  ödənilir.  Söhbət  həmin  zə­

rərin  əvəzinin  d elikt  öhdəliyi  (zərər  vurm aq  nəticəsində  əmələ  gələn  ö h ­

dəlik)  normaları  əsasında  ödənilm əsindən  gedir  (MM-in  1097-ci  maddəsi­

nin  1-ci  bəndi)2.  Ona  görə  ki,  hüquq  pozuntusu  ilə  zərər  vurulmuş  şəxsi  ne­

mətlər  (şərəf  və  digərləri)  zərər  vurm aq  nəticəsində  yaranan  öh d əliklə  

(delikt  öhdəliyi  ilə)  q o ru n u r3.  Digər  tərəfdən  ləkələyici  məlumatlar  yaymaq 

(nüfuzdan  salma,  nüfuzu  pozma)  şəxsiyyətə  zərər  vurulmasının  xüsusi  halı­

dır'*.  Şəxsiyyətə  və  işgüzar  nüfuza  zərər vurulmasına  görə  isə  mülki  qanunve­

ricilik  delikt  m əsuliyyəti  nəzərdə  tutur  (MM-in  1097-ci  maddəsinin  1-ci  bən­

di).  Mülki  qanunvericilik  məhz  şəxsiyyətə,  eləcə  də  hüquqi  şəxsin  işgüzar  nü­

fuzuna  vurulmuş  zərərə  görə  delikt  məsuliyyəti  haqqında  göstəriş  ifadə  edir. 

Şərəf,  ləyaqət və işgüzar nüfuz isə şəxsiyyətin ayrılmaz atributudur.  Bu  məsu­

liyyətin  mahiyyəti  ondan  ibarətdir  ki,  hüquq  pozuntusu  (delikt)  nəticəsində 

şəxsiyyətə  və  işgüzar  nüfuza  vu ru lm u ş  zərərin  əvəzi  zərərvuran  tə rə fin ­

dən  tam  həcmdə  ödənilm əlidir.  Məsələn,  vətəndaşın  şərəf və  ləyaqətini  lə­

kələyən  belə  bir məlumat yayılır ki.  guya  o,  cinayət əməli törətmişdir və  əxlaq­

sız hərəkətlərlə  məşğul olur.  Bunun  nəticəsində  vətəndaş əsəb  sarsıntısı  keçi­

rir,  xəstələnir,  aylarla  işə  çıxmır,  peşə  əmək  qabiliyyətini  itirir,  müalicəyə  və 

dərman  alınmasına  xeyli  məbləğdə xərc çəkir,  bununla  ona  əmlak  (maddi) zə­

rəri vurulur. Zərərin əvəzi ödənilməlidir.

Zərərvuran  zərərin  hər  iki  hissəsinin  əvəzini,  yəni  həm  əldən  çıxm ış  fa y ­

danın,  həm  də real zərərin  əvəzini  ödəm əlidir.

Şərəfi, ləyaqəti və 

işgüzar nüfuzu 

ləkələyən məlumatların 

yayılması  nəticəsində 

vurulmuş  zərərin 

əvəzinin ödənilməsi

Azərbaycan  Respublikası  Konstitusiya  M əhkəməsinin  31  m ay  2002-ci  il  tarixli  qərarına 

əsəsən  şərəfin,  ləyaqətin  və  işgüzar  nüfuzun  ləkələnməsi  nəticəsində  şəxsə  vurulm uş  zərər 

dedikdə, həm əmlak (maddi) zərəri, həm də mənəvi (qeyri-maddi) zərər başa düşülür.

  Sovel  dövrünün  tanınmış alimləri  M.M.Aqarkov,  S.N.Bratus  və  E.A.Fleyşils  hələ  XX  əsrin 

40-60-cı  illərində  göstərirdilər  ki,  yalan  ləkələyici  m əlum atlar  yayılması  nəticəsində  əmlak 

(maddi) zərər vurulduğu halda, delikt öhdəliyini lənzim ləyən ümumi qayda tətbiq edilm əlidir.

Агарков  M.M  Обязательство  по  советскому  гражданскому  праву//В  книге:  Агарков  M.M 

Избранные труды но гражданскому праву. Том  I , М., 2002, с.406.



Агарков  М М   Обязательств  из  причинения  прела  //  Проблемы  социалистического  права. 

1939,№1,с.71.72.

100


Barəsində  ləkələyici  məlumatlar yayılmış  şəxsə vurulmuş zərər,  bir qayda 

olaraq,  əldən  çıxmış fayda  adlı  hissədən  ibarət olur.  Məsələn,  soyuducu is­

tehsal  edən  müəssisə  müştərilərə  (istehlakçılara)  satmaq  üçün  univermağa 

100  ədəd  soyuducu  göndərmək  barədə  müqavilə  (mal  göndərmə  müqaviləsi) 

bağlayır.  Bu  zaman  qəzetdə  belə  bir  məlumat  yayılır  ki,  soyuducu  istehsal 

edən  müəssisə  guya  zay  və  keyfiyyətsiz  mal  buraxır.  Beləliklə,  müəssisənin 

(hüquqi  şəxsin)  işgüzar nüfuzu ləkələnir,  Univermaq  bundan  sonra  soyuducu­

ları  qəbul  etmir.  Bunun  nəticəsində  soyuducu  istehsal  edən  müəssisəyə  əl­

dən  çıxmış  fayda  formasında  əmlak  (maddi)  zərəri  vurulur.  Belə  ki,  əgər  mü­

əssisə  100  ədəd  soyuducunu  univermağa  satsaydı,  50  min  manat  xalis  mən­

fəət  (gəlir)  götürəcəkdi  (müəssisə  hər bir soyuducunun  satışından  50 min ma­

nat  xalis  mənfəət  götürsə,  onda  xalis  mənfəətin  cəmi:  500  manat  x  100 ədəd 

soyuducu  =  50  min  manat).  Qəzet  redaksiyası  50  min  manat  məbləğində  əl­

dən  çıxmış fayda  şəklində  müəssisəyə vurduğu zərərin əvəzini ödəməlidir.

Başqa  bir misalda qəzetdə belə bir məlumat yayılır ki, guya filan mağazada 

müştərilərə  keyfiyyətsiz,  ekoloji  cəhətdən  təmiz olmayan  ərzaq  məhsulları sa­

tılır.  Bununla  hüquqi  şəxs  statuslu  mağazanın  işgüzar  nüfuzu  pozulur,  ləkələ­

nir və ona əldən çıxmış fayda  şəklində əmlak (maddi)  zərəri dəyir.  Belə ki, qə­

zetdə  işgüzar  nüfuzu  ləkələyən  məlumatların  yayılması  nəticəsində  müştərilər 

həmin  məhsulları  almırlar.  Əgər  mağaza  onları  müştərilərə satsaydı,  müəyyən 

məbləğdə  mənfəət  əldə  edəcəkdi.  Qəzet redaksiyası əldən çıxmış fayda şəklin­

də  mağazaya vurduğu əmlak (maddi) zərərinin əvəzini ödəməlidir.  Əldən çıxmış 

fayda şəklində zərərin əvəzi sübut olunduğu həcmdə və miqdarda ödənilir'.

Şərəfi,  ləyaqəti  və  işgüzar nüfuzu  ləkələyən  məlumatların  yayılması nəticə­

sində  şəxsə  vurulmuş  zərər  real  zərər şəklində  də ola  bilər.  Real  zərər hər 

şeydən əvvəl,  əmlakın  xarab  olmasında  (korlanmasında)  ifadə oluna  bilər 

Məsələn,  televiziya vasitəsilə yayımlanan verilişlərin  birində belə bir fikir səslə­

nir  ki,  guya  filan  mağaza  alıcılara  onların  sağlamlığı  üçün  təhlükə  törədən, 

ekoloji  cəhətdən  təmiz  olmayan  və  zərər vuran  ərzaq  məhsulları  satır.  Bu xə­

bərdən  sonra  alıcılar  həmin  mağazadan  ərzaq  məhsulları  almırlar.  Onlar  tez 

xarab  olan  məhsullar olduğuna  görə  tez bir zamanda  korlanır və  istifadə üçün 

tam  yararsız  hala  düşür.  Bunun  nəticəsində  xarab  olmuş  və  korlanmış  ərzaq 

məhsullannın  dəyəri  həcmində  mağazaya  real  zərər  şəklində  ziyan  vurulur. 

Həmin zərərin əvəzi  mağazaya ödənilməlidir.

Real  zərər  müəyyən  xərclər  çəkilməsində  də  ifadə  oluna  bilər.  Məsələn, 

yayılmış  yalan  məlumatla  işgüzar  nüfuzu  ləkələnmiş  alqı-satqı  müəssisəsinin 

satdığı  mallara  (guya  o.  keyfiyyətsizdir) tələb  aşağı düşür,  satılmamaq  nəticə­

sində  mallar  yığılıb  qalır.  Həmin  malların  saxlanması  isə  müəyyən  xərclər çə­

kilməsini  tələb  edir (yəni  müəssisə  malların  başqa  şəxsə məxsus olan anbar­

da  saxlanmasına  görə  haq  ödəyir).  Belə  halda  alqı-satqı  müəssisəsinə  saxla­

ma  xərci  çəkilməsində  ifadə  olunan  real  zərər  vurulur.  Həmin  zərərin  əvəzi 

ödənilməlidir. 1



Гусе  Л.Н.  Постатейный  комментарий  к  части  первой  Гражданского  кодекса  РФ.  М „  2000, 

с.292.


101

Sovet  dövrünün  1964-cü il  mülki  məcəllələrində  şərəf və  ləyaqəti  ləkələyən 

məlumatların yayılması nəticəsində vurulmuş əmlak  (maddi) zərərinin əvəzinin 

ödənilməsi  barədə  norma  nəzərdə  tutulmamışdı.  Amma  o  dövrün  məhkəmə 

təcrübəsində  zərərçəkənin  təkzib  etmə  ilə  bərabər,  əmlak  (maddi)  zərərinin 

əvəzinin  ödənilməsi  barədə  də  məhkəmədə  məsələ  qaldırması  hallarına  rast 

gəlirik.  Digər tərəfdən,  hüquq  ədəbiyyatı  səhifələrində  təklif olunurdu  ki,  şərəf 

və  ləyaqətin  pozulması  nəticəsində  vurulmuş  əmlak  (maddi)  zərərinin  əvəzi 

ödənilməlidir və  zərərin  əvəzinin  hüququ  pozan  şəxsdən  alınması  kimi  müda­

fiə  üsulu  şərəf  və  ləyaqətin  qorunmasında  tətbiq  edilə  bilər'.  RF-in  və  AR-in 

mülki məcəllələri  bu  təklifi  rəsmi surətdə qanunvericilik  qaydasında  nəzərə al­

mışdır.

Əmlak  (maddi) zərərinin  əvəzi  yayılm ış  yalan  m əlum atların  tə kzib  e d il­



məsindən  asılı  olm ayaraq  ödənilir.  Bu  o  deməkdir  ki,  zərərçəkən  (iddiaçı) 

şəxs məhkəmə qarşısında  eyni vaxtda  həm yayılmış yalan  məlumatların  təkzib 

olunması  barədə,  həm  də  bu  məlumatların  yayılması  nəticəsində  vurulmuş 

əmlak  (maddi)  zərərinin  əvəzinin  ödənilməsi  haqqında  məsələ  qaldıra  bilər. 

Məsələn,  ev sahibi təmir işləri görməyi  bacaran  vətəndaşla  evin təmir olunma­

sı  barədə  razılığa  gəlir (təmir  işlərinin  qiyməti  2  min  manat  məbləğində  müəy­

yən  edilir).  Qəzetlərin  birində  həmin  vətəndaşın  guya  dələduz,  avara,  müftə- 

xor,  iş  görməyi  bacarmayan,  səhlənkar  və  öz  işinə  son  dərəcə  laqeyd  yana­

şan  şəxs  olması  barədə  ləkələyici  məlumat  yayılır.  Bu  məlumatı  alan  kimi  ev 

sahibi  vətəndaşla  müqavilə  bağlamaqdan  imtina  edir.  Belə  halda  vətəndaşa 

əldən  çıxmış  fayda  şəklində  2  min  manat  məbləğində  zərər vurulur.  Vətəndaş 

məhkəmə  qarşısında,  bir  tərəfdən,  həmin  zərərin  əvəzinin  ödənilməsi,  digər 

tərəfdən,  onun  barəsində  yayılmış  ləkələyici  yalan  məlumatların  təkzib  olun­

ması  barədə məsələ qaldırır.

Vətəndaşın şərəfini,  ləyaqətini  və  işgüzar nüfuzunu  ləkələyən  məlumatların 

yayılması  nəticəsində  vurulan  ziyan  (zərər)  həm  də  m ənəvi  (qeyri-əm lak) 

zərər  növündə  ola  bilər.  Belə  ki.  vətəndaşın  şərəf  və  ləyaqətini  alçaltma, 

onun  işgüzar  nüfuzunu  qiymətdən  (gözdən)  salma  həmin  vətəndaşın  mənəvi 

iztirab,  psixi  (ruhi)  həyəcan  və  əsəb  sarsıntısı  keçirməsinə,  ona  mənəvi  yara 

vurulmasına  səbəb olur.

Əgər şəxs  mənəvi  iztirab  keçirirsə,  bu  o  deməkdir ki,  ona  mənəvi  zərər vu­

rulmuşdur.  Mənəvi  iztirab isə müxtəlif hallarla  bağlı ola  bilər ki,  işgüzar nüfuzu, 

şərəfi və ləyaqəti  ləkələyən  yalan  məlumatların  yayılması  bu  hallardan  biridir'. 

RF Ali məhkəməsinin  Plenum qərarında çox düzgün olaraq göstərilir ki,  mənə­

vi  zərər şərəfi,  ləyaqəti  və  ya  işgüzar  nüfuzu  ləkələyən  həqiqətə  uyğun  olma­

yan  (yalan)  məlumatların  yayılmasında  ifadə  oluna  bilər3.  Bu  cür məlumatların * 2

Советское  гражданское  право.  Учебник.  Том  I/Пол  рсд.  В.П Грибанова.  С.М.Корнеева.  М.. 

1979, С.200.

Гуча А И  Гражданское право. Учебник. Том  I. М., 2003, с. 19 1.

Вах:  пункт  1  и  2  постановления  Пленума  Верховного  Суда  РФ  «Некоторые  вопросы 

применения  законодательства  о  компенсации  моральною  вреда»  от  20  декабря 

1994 


г.//Бюллетень  Верховного  Суда  РФ,  1995,  X»  I,  с.9;  Малеин  И.С.  О  моральном  вреде  // 

Государство и право,  1993, Х?3.

102


yayılması,  habelə  şərəfə,  ləyaqətə  və  işgüzar  nüfuza  edilən  digər qəsdlər və­

təndaşa  mənəvi  zərərin  vurulmasının  xüsusi  halıdır'.  Buna  görə  də  Azərbay­

can  Respublikasının  Konstitusiya  Məhkəməsi öz qərarında  haqlı olaraq göstə­

rir  ki.  vətəndaşların  şərəfini,  ləyaqətini  və  ya  işgüzar  nüfuzunu  ləkələyən 



yalan  məlumatların  yayılması  nəticəsində  həm  əmlak  (maddi)  zərəri, 

həm  də  mənəvi  zərər vurula  bilər2.  Buna görə də vətəndaş şərəfini,  ləyaqə­

tini  və  ya  işgüzar  nüfuzunu  ləkələyən  yalan  məlumatların  yayılması  nəticəsin­

də ona  vurulmuş mənəvi  zərərin əvəzinin ödənilməsini tələb  edə bilər.

Mənəvi  zərərin  əvəzinin  ödənilməsinə  mənəvi  zərərin  kompensasiyası 

deyilir.  Mənəvi  zərərin  kompensasiyası  isə yalnız pul formasında  həyata  ke­

çirilir,  yəni  mənəvi  zərər yalnız  pul  formasında  kompensasiya  edilir və ya  mə­

nəvi  zərərin əvəzi ancaq pulla ödənilir.

Sovet  dövrünün  mülki  qanunvericiliyi  nə  mənəvi  zərər,  nə də mənəvi  zərə­

rin  kompensasiyası  anlayışını  tanıyırdı.  «Mənəvi  zərər»  anlayışının  özünə  an­

caq  sovet  cinayət  hüququnda  rast  gəlinirdi1

 2

 3 4



.  Sovet  mülki  hüququnda  isə  belə 

termin  işlədilmirdi.  Mənəvi  zərər  burada  «şəxsi  qeyri-əmlak  hüquqlarının  və 

mənafelərinin  pozulması»  kimi anlayışla əhatə olunurdu.

Bəzi  sovet  alimləri  mənəvi  zərərin  pulla  kompensasiyasına  son  dərəcə 

mənfi  münasibət  bəsləyirdilər.  Onlar  hesab  edirdilər  ki,  insan  ləyaqətini  pula 

çevirmək  sosialist  etikasına,  sosialist  cəmiyyətində  yaşayan  vətəndaşın  ləya­

qətinə  ziddir3;  şərəf  və  ləyaqəti  pulla  qiymətləndirmək  olmaz  və  şərəfin  alçal­

dılmasına görə  pul (haqq) almaq əxlaq  qaydaları ilə bir araya sığmır5 6

.

Amma  bunlara  baxmayaraq,  sovet  dövrünün  hüquq  ədəbiyyatı  səhifələrin­



də  mənəvi  zərərin  maddi  formada  kompensasiya  edilməsi  barədə fikirlər  söy­

lənilirdi5.  Bəzi  müəlliflər  göstərirdilər  ki,  mənəvi  zərərin  maddi  formada  kom­

pensasiya  edilməsi  (o  cümlədən  şərəf  və  ləyaqətə  qəsd  olunduğu  hallarda) 

sosialist  hüququna  yad  sayıla  bilməz7.  Onlar  təklif edirdilər  ki,  qanunvericili­



yə  mənəvi  zərərin  pul  formasında  kompensasiya  edilməsi  barədə  norma 

daxil  edilsin.  Bu  təklif  həm  RF-in,  həm  də  AR-in  müasir  mülki  qanunvericili­

yində öz  rəsmi  ifadəsini tapmışdır.

Bir  sıra  xarici  hüquq  sistemləri  (xüsusən  də  ingilis  hüquq  sistemi)  şərəfə 

qəsd  olunduğu  hallarda  vurulmuş  zərərin  əvəzinin  pulla  ödənilməsinə  yol  ve­

rir.  Almaniya  mülki  qanunvericiliyi  şərəfə  zərər  vuran  yalan  (doğru  olmayan)

1  Белявский  A.ft..  Придворов  H.A.  Охрана  чести  н  достоинства  личности  в  СССР.  М.,  1971, 

с. 124.

2 Azərbaycan  Respublikası  Konstitusiya Məhkəməsinin 31  may 2002-ci il tarixli qərarı.

3 Bax:  ст.24 Основ уголовного судопроизводства СССР и союзных республик.

4  Агарков  М М   Предмет  и  система  советского  гражданского  права//!)  книге:  Агарков  Л/.Л/. 

Избранные трулы по гражданскому праву.  М., 2002, с.302.

Мапчт E.  Возмещение вреда, причиненного личности. М..  1964, с. 17-19. 21-22

6  Б. Утсвский  Возмещение  неимущественного  вреда  как  мера  социальной  зашиты 

Еженедельник  советской  юстиции.  1927  г.,  Л»  35.  с. 1083-1084;  И.А.Брауде.  Возмещение 

неимущественного  прела  //  Революционная  законность.  1927  г.,  №  9-10,  с. 12-14;  Агарков  М М  

Обязательства  из  причинения  вреда // В  книге:  Агарков Л/.Л/.  Избранные трулы  по гражданском) 

праву.  Том  I, М.. 2002, с.406.

7  Белявский  А.В.,  Придворов  Н.А.  Охрана  чести  и  достоинства  личности  в  СССР.  М.,  1971. 

с. 126.


103

məlumatların  yayılmasına  görə  pul  formasında  əvəz  ödəmə  (kompensasiya) 

nəzərdə tutur*.

Mənəvi  zərərin  kompensasiyası  şərəf,  ləyaqət  və  işgüzar  nüfuzun  pozul­

ması zamanı onların  müdafiə olunması  üçün istifadə olunan  ümumi  mülki-hü­

quqi  sanksiyadır, yəni  ümumi  xarakterli  mülki-hüquqi  müdafiə  üsuludur. 

O.  mülki  müdafiə  üsulunun  müdafiə  tədbiri  yox,  məsuliyyət  tədbiri  kimi  nö­

vünə aiddir.

Şərəf,  ləyaqət  və  işgüzar  nüfuzu  ləkələyən  məlumatların  yayılması  nəticə­

sində  vurulan  mənəvi  zərər çox  vaxt  əmlak  (maddi)  zərərinin  əvəzinin  ödənil­

məsi  ilə  bağlı  olur.  Belə  ki,  şərəf və  ləyaqətin  alçaldılması,  işgüzar  nüfuzu  lə­

kələmə  vətəndaşa  mənəvi  iztirab  verir,  yəni  ona  mənəvi  zərər  vurur.  Mənəvi 

zərər isə vətəndaşın xəstələnməsinə  (məsələn,  iflic olmasına,  infarkt  keçirmə­

sinə,  əsəb  xəstəliyinə  tutulmasına),  sağlamlığının  (səhhətinin)  digər  şəkildə 

pozulmasına  səbəb  ola  bilər.  Sağlamlığın  bərpa  olunmasına  müəyyən  maddi 

xərclər (müalicəyə,  dərman  alınmasına) çəkilməlidir.  Deməli,  zərərçəkənə,  yə­

ni  şərəfi,  ləyaqəti  və  işgüzar  nüfuzu  pozulmuş  şəxsə  əmlak  zərəri  vurulur.  Bu 

isə  onu  göstərir  ki,  şərəf,  ləyaqət  və  işgüzar  nüfuzun  ləkələnməsi  nəticəsində 

şəxsə vurulan  mənəvi  zərər anlayışına  həm  də  əmlak  zərəri  aiddir1



 2.  Məhz 

bu  səbəbdən  hələ  sovet  dövrünün  hüquq  ədəbiyyatı  səhifələrində  göstərilirdi 

ki,  özündə  əmlak  zərərini  birləşdirdiyinə  görə  «mənəvi  zərər»  termini  dəqiq 

deyil.  Təklif edilirdi  ki,  daha  dəqiq  olduğuna  görə  «qeyri-əmlak  zərəri»  termini 

tətbiq olunsun3.

Bizim  fikrimizcə,  şərəf,  ləyaqət  və  işgüzar  nüfuzun  pozulması  nəticəsində 

şəxsə  vurulmuş  mənəvi  zərər  (mənəvi  iztirablar,  mənəvi  sarsıntılar,  mənəvi 

yara,  ruhi  həyəcanlanma)  onun  xəstələnməsinə  və  səhhətinin  (sağlamlığının) 

pozulmasına  səbəb  olmazsa,  onda  söhbət  yalnız  məhdud  mənada  mənəvi 

zərərdən  gedə  bilər.  Bu  baxımdan  mənəvi  zərər qeyri-əmlak zərəridir.  Yox, 

əgər  mənəvi  zərər  şəxsin  xəstələnməsinə  və  sağlamlığının  pozulmasına  sə­

bəb  olarsa  və  sağlamlığın  bərpa  olunmasına  müvafiq  xərclər  çəkilərsə,  onda 

söhbət  geniş  mənada  mənəvi  zərərdən  gedə  bilər.  Bu  baxımdan  mənəvi 

zərər anlayışı  özündə  həm  də əmlak zərərini  birləşdirir.

Vətəndaşların  şərəfi,  ləyaqəti  və  işgüzar  nüfuzu  müdafiə  olunan  zaman 

mənəvi  zərərə  görə  ödənilməli  olan  kompensasiya  məbləği  (əvəz  ödəmənin 

miqdarı)  iki  əsas  məsələdən  asılı  olaraq  müəyyən  edilir:  birincisi,  iddiaçının 

(zərərçəkənin)  hüquq və  mənafelərinə toxunan  dərc olunmuş məlumatın  (dərc 

olunmuş materialın) xarakterindən  və  məzmunundan;  ikincisi,  doğru  olmayan, 

yalan  məlumatların yayılma  dərəcəsindən.

Məhkəmə  kompensasiya  məbləğini  müəyyənləşdirən  zaman  aydınlaşdır­

malıdır:  həqiqətə  uyğun olmayan  (yalan)  hansı  məlumatlar yayılmışdır;  bu  mə­

lumatlar  iddaçının  şərəfini,  ləyaqətini  və  işgüzar  nüfuzunu  hansı  dərəcədə  lə­

1  Bax:  §  824  Германского  гражданского  уложения  //  Германское  право.  Гражданское 

уложение. Часть  I, М.,  1996.

2 Малеин Е  Возмещение вреда, причиненного личности. М ,   1964, с.23, 29.

3  Белявский  А П..  Придвороо  Н А .  Охрана  чести  и  достоинства  личности  в  СССР.  М.,  1971, 

с. 122.

104


kələyir;  bu  məlumatların  yayılmasının  əhatə  dairəsi  necədir,  yəni  onlar  hansı 

şəxslərə  (kimlərə)  məlum  olmuşdur  (nəşr  hansı tirajda  çap  olunmuşdur,  onun 

yayılma  yeri,  televerilişin  və  auditoriyanın  xarakteri  necədir  və  s.);  bu,  nə  ilə 

nəticələnmişdir (xəstəlik,  işdən  azad  olma,  başqa  şəxslərin  iddiaçıya  etinasız­

lıq göstərməsi və onu saymaması və s.)'.

Hüquqi  şəxslərə onların  işgüzar nüfuzunu  ləkələyən  yalan  məlumatla­

rın  yayılması  nəticəsində  mənəvi  zərər vurulurmu  və  onlar  mənəvi  zərə­

rin  əvəzinin  ödənilməsini  (kompensasiyasını)  tələb  edə  bilərmi?  Bu, mül­

ki  hüquq elmində  mübahisə doğuran  məsələdir.  Belə ki,  bəzi müəlliflərin fikrin­

cə,  hüquqi  şəxslər onların işgüzar nüfuzu ləkələndikdə və pozulduqda, mənəvi 

zərərin əvəzinin ödənilməsini (kompensasiya edilməsini) tələb edə bilərlər.

RF  Ali  Məhkəməsinin  plenum  qərarında  da  məsələyə bu cür yanaşılır1

 2.  Hə­


min  qərarda  göstərilir  ki,  vətəndaşların  işgüzar  nüfuzunu  ləkələyən yalan  mə­

lumatların  yayılması  nəticəsində  vurulmuş  mənəvi  zərərə  görə  ödənilən  kom­

pensasiyanı  tənzimləyən  qaydalar,  belə  məlumatlar  hüquqi  şəxslər barəsində 

yayıldığı  hallarda  da  tətbiq  edilir.  Ali  Məhkəmə  öz  mövqeyini  qanunda  (RF 

MM-in  152-ci 

maddəsinin  7-ci  bəndində)  ifadə  olunan  belə  bir  göstərişlə 

əsaslandırır  ki,  MM-in  152-ci  maddəsinin fiziki  şəxsin  işgüzar  nüfuzunun  mü­

dafiəsinə  dair  qaydaları  müvafiq  olaraq  hüquqi  şəxsin  işgüzar  nüfuzunun  mü­

dafiəsinə  də  tətbiq  edilir  (AR  MM-in  23-cü  maddəsinin  6-cı  bəndində  də  eyni 

göstəriş ifadə olunmuşdur).

Bunun  tam  əksi  olan  mövqedə  duran  digər  müəlliflər  isə  göstərirlər ki,  hü­

quqi  şəxslərə  mənəvi  zərər vurula  bilməz və  buna  görə  də onların  mənəvi zə­

rərin əvəzinin ödənilməsini  (kompensasiyasını) tələb etmək hüququ yoxdur3.

Biz,  belə  hesab  edirik  ki,  axırıncı  qrup  alimlərin  söylədikləri  fikir  həqiqətə 

daha  yaxındır.  Belə  ki,  mənəvi  zərər  dedikdə,  mənəvi  və  ya  fiziki  iztirab  (sar­

sıntı)  vermə  (keçirmə)  başa  düşülür.  Aydın  məsələdir  ki,  mülki  hüququn  yal­



nız insan  cinsindən  olan,  canlı  bioloji  və  psixoloji varlıq  sayılan  subyekt­

lərinə  mənəvi  iztirab  və  ya  fiziki  iztirab verilə  bilər.  Ancaq  iradəyə,  şüura, 

düşüncəyə,  mənəvi  (daxili)  aləmə,  canlı  orqanizmə  və  fiziki  (cismani)  bədən 

quruluşuna  malik olan subyektlər mənəvi və ya fiziki  iztirab (sarsıntı) keçirə bi­

lərlər.  Məhz  fiziki  şəxslər  bu  cür  keyfiyyətlərə  və  xüsusiyyətlərə  malikdirlər. 

Deməli,  yalnız onlara  mənəvi zərər vurulması mümkündür.

Hüquqi  şəxslərə  gəldikdə  isə qeyd  etmək  lazımdır ki, onlar göstərilən xüsu­

siyyət  və  keyfiyyətlərdən  məhrum  olan  sosial  qurumdur.  Hüquqi  şəxsləri  nə 

canlı,  nə  psixoloji,  nə  də  bioloji  (fizioloji)  varlıq  hesab  etmək  olar.  Onlar  nə 

canlı  orqanlara,  nə  mənəviyyata,  nə  də  şüura  malikdir.  Buna  görə  də  hüquqi

1  Məsələn,  bax:  Гражданское  право  России.  Учебник.  Том  l /Под  рсл.  З.И.Цыбулснко.  М., 

I998.C.166.

2  Вах:  пункт 5  постановления К г  10  Пленума Верховного Суда РФ «Некоторые вопросы при­

менения  законодательства  о  компенсации  морального  вреда»  от  20 декабря  1994  r.''/Ъюллстснь 

Верховного Суда РФ,  1995, №3.

3  Комментарий  к  Гражданскому  кодексу  Российской  Федерации  части  псрвонОтв.  рсд. 



О-Н.Садиков.  М.,  1999,  с.337;  Гражданское  право.  Учебник.  Часть  l /Под  рсд.  А.П.Сергссса. 

Ю.К.Тоястого.  М.,  1998,  с.325;  Гражданское  право.  Учебник.  Том  l /Пол  ред.  Е.А.Суханоеа.  М.. 

1998, с.740.

105


şəxslərə  mənəvi  və  ya  fiziki  iztirab  verilm əsi  m üm kün  d e y ild ir  və  onlara 

işgüzar  nüfuzunun  ləkələnməsi  nəticəsində  mənəvi  zərər  vurulması  istisna 

edilir  Məhz  bu  səbəbdən  hüquqi  şəxslər  m ənəvi  zərərin  əvəzinin  ö d ə n il­

məsi  (kompensasiyası) barədə tələb irəli  sürə  bilm əzlər.

O ki qaldı  qanunun fiziki şəxsin  işgüzar nüfuzunun  müdafiəsinə dair qayda­

larının  müvafiq  olaraq  hüquqi  şəxsin  işgüzar  nüfuzunun  müdafiəsinə  tətbiq 

edilməsi  barədə  normasına,  bu  normanı  heç  də  h ə rfi  mənada  tə fs ir  etmək 

lazım  deyildir.  Həmin  norma  m əhdudlaşdırıcı  tə fs ir o lunm alıdır,  yəni  gös­

tərilən  norma  hüquqi  şəxsin  xeyrinə  m ənəvi  zərərə  görə  kom pensasiya 

ödənilməsinə  tətbiq  edilm əm əlidir.

Hüquqi  şəxslərin  işgüzar  nüfuzunu  ləkələyən  yalan  məlumatlar  yayıldığı 

hallarda  onlara  yalnız  əmlak  zərəri  vurula  bilər  ki,  hüquqi  şəxslərin  həmin  zə­

rərin  əvəzinin  ödənilməsini  tələb  etmək  hüququ  vardır.  Bundan  əlavə,  hüquqi 

şəxslər yayılmış  ləkələyici  məlumatların  təkzib  olunmasını,  əgər ləkələyici  mə­

lumatlar  rəsmi  sənədə  daxil  edilmişdirsə,  həmin  sənədin  dəyişdirilməsini  də 

tələb edə bilər.

Hüquqi  şəxslərin  həm  də  hüququ  vardır  ki,  yayılmış  məlumatların  həqiqətə 

uyğun olmaması faktının müəyyənləşdirilməsi,  habelə cavabı  dərc etdirmək ki­

mi  müdafiə üsullarından  (müdafiə tədbirlərindən) istifadə etsin.

Şərəf və  ləyaqət  həm  cinayət-hüquqi,  həm  də  mül­

ki-hüquqi qaydada  müdafiə oluna  bilər.  Lakin  şərəf 

və  ləyaqətin cinayət-hüquqi  müdafiəsi  ilə  mülki-hü­

quqi müdafiəsi arasında fərqli cəhətlər vardır.

B irin cisi,  onlar  özlərinin  qarşısına  qoyduqları 

m əqsədlərinə  görə  bir-birindən  fərqlənir.  C ina­

yət-hüquqi  m üdafiənin  m əqsədi  hər şeydən  əvvəl,  böhtan  və  təhqir  kimi  ci­

nayətləri törətmiş şəxsləri  dövlət adından cəzalandırmaqdan,  onları  mühakimə 

etməkdən  ibarətdir.  Böhtan  dedikdə,  yalan  olduğunu  bilə-bilə  hər  hansı  şəx­

sin  şərəf və ləyaqətini  ləkələyən  və ya  onu  nüfuzdan  salan  məlumatları  kütləvi 

çıxışlarda,  kütləvi nümayiş etdirilən əsərdə və ya  kütləvi  informasiya  vasitəsin­

də yayma  başa  düşülür  (CM-in  147-ci  maddəsi).  T ə h q ir  isə  kütləvi  çıxışlarda, 

kütləvi  nümayiş  etdirilən  əsərdə  və ya  kütləvi  informasiya  vasitəsində  şəxsiy­

yətin  şərəf  və  ləyaqətini  nalayiq  formada  qəsdən  alçaltmadır  (CM-nin  148-ci 

maddəsi).  Böhtan  atan  və  ya  təhqir edən  şəxsi  mühakimə  etmək  elə  zərərçə­

kəni təmizə çıxarmaq,  onun təmiz adını  bərpa  etmək deməkdir.

M ülki-hüquqi  m üdafiənin  m əqsədi  isə  pozulmuş  və  ləkələnmiş  şərəfi, 

ləyaqəti və  işgüzar nüfuzu  bərpa  etməkdən  ibarətdir.  Yalan  məlumatları təkzib 

etmə  kimi  müdafiə  üsulundan  istifadə  etməklə  zərərçəkən  şəxs  təmizə  çıxarı­

lır, onun təmiz adı  bərpa olunur.

İkincisi,  onlar  arasındakı  fərq  tə q s ir  m əsələsinə  aiddir.  Belə  ki,  əvvəldə 

qeyd  etdiyimiz  kimi,  şərəf və  ləyaqətin  mülki-hüquqi  müdafiəsi  ləkələyici  m ə­

lum atları  yayan  şəxsin  təqsirindən  asılı  deyildir.  Mülki-hüquqi  müdafiə 

üsullarını  tətbiq  etmək  üçün  həmin  şəxsin  tə q s irin in   və  tə q s ir  form asının 

hüquqi  əhəm iyyəti  yoxdur.  Zərərçəkənin  şərəf  və  ləyaqəti  ləkələyici  məlu­

matları yayan  şəxsin təqsirindən asılı olmayaraq  bərpa  edilir.

Şərəf və ləyaqətin 

mülki-hüquqi 

müdafiəsinin  onun 

cinayət hüququ  ilə 

müdafiəsindən fərqi

106


Şərəf və  ləyaqətin cinayət-hüquqi  müdafiəsinə gəldikdə isə qeyd etmək la­

zımdır ki, təqsirsiz cinayət məsuliyyəti yoxdur. Təhqir və böhtana görə şəx­

si  cinayət  məsuliyyətinə  cəlb  etmək  üçün  onun  (məlumat  yayan  şəxsin)  təq­

sirli  (daha  doğrusu,  təqsirin  qəsd  formasında)  hərəkətlər  etməsi  tələb 

olunur.  Təhqir  həmişə  yalnız qəsdlə  edilən cinayət  sayılır.  Böhtan  da qəsdlə 

törədilən  cinayət  hesab olunur.  Əgər təhqir və ya  böhtan təqsirin  qəsd forma­

sında  edilən  hərəkətlərdən  məhrum  olarsa,  onda  şərəf və  ləyaqətin  cinayət- 

hüquqi  müdafiəsindən söhbət gedə bilməz.



Üçüncüsü,  şərəf  və  ləyaqətin  mülki-hüquqi  müdafiəsi  üçün  belə  bir  hal 

hüquqi  əhəmiyyət  kəsb  etmir  ki,  məlumatları  yayan  şəxs  onların  yalan  ol­



masını  bilirmi.  Başqa  sözlə  desək,  şərəf və ləyaqətin  mülki-hüquqi  müdafiəsi 

belə  bir  haldan  asılı  deyildir:  məlumat yayan  şəxs  bilirmi  ki,  o,  həqiqəti  danış­

mır, yalan  informasiya verir?

Cinayət-hüquqi  müdafiə  isə  tələb  edir ki,  şərəf və  ləyaqəti  ləkələyən  mə­



lumatları  böhtan  atan  şəxs  onların  yalan  olduğunu  bilə-bilə yayır. Böhtan 

atan  şəxs  bilir  ki,  onun  yaydığı  məlumatlar  yalandır,  həqiqətə  uyğun  deyildir. 

O.  məlumatları onların yalan olduğunu bilə-bilə yayır.

Dördüncüsü,  cinayət-hüquqi  müdafiə  üsulu  ilə  (cinayət-hüquqi  sanksiya 

ilə) yalnız fiziki  şəxslərin  şərəf və  ləyaqəti  qorunur.  Böhtan və təhqirə görə 

yalnız fiziki  şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

Mülki-hüquqi  müdafiə  üsulları  ilə  (mülki-hüquqi  sanksiyaların  köməyi  ilə) 



həm  fiziki  şəxslərin  şərəf  və  ləyaqəti,  həm  də  hüquqi  şəxslərin  işgüzar 

nüfuzu  qorunur.

Beşincisi,  şərəf və  ləyaqətin mülki-hüquqi  müdafiəsi  cinayət-hüquqi  müda­

fiəyə  nisbətən  daha  genişdir.  Vətəndaşı  nüfuzdan,  etibardan  və gözdən salan 

məlumatları  yayan  şəxsin  necə  hərəkət  etməsindən  asılı  olmayaraq,  şərəf və 

ləyaqət bütün  hallarda  bərpa  olunmalıdır1.  Bu və ya digər səbəbdən  (məsələn, 

məlumatların  qəsd  olmadan  yayılmasına  görə,  yəni  təqsirin  qəsd  formasının 

olmamasına  görə  və  ya  məlumatı  yayarkən  şəxsin  onun  yalan  olduğunu  bil­

məməsinə görə,  yaxud şəxsin  təqsirinin sübut olunmamasına görə və s.) böh­

tan  və  təhqirə  görə  qaldırılmış  cinayət  işi  xitam  oluna  və  ya  böhtan  atan 

və  ya  təhqir  edən  şəxs  barəsində  bəraətverici  hökm  çıxarıla  bilər.  Belə 

hallarda  cinayət  hüququ  zərərçəkən  şəxsi  müdafiə  etməkdən  imtina  edir* 2. 

Onun  köməyinə  mülki  hüquq  gəlir.  Belə  ki,  zərərçəkən  şəxs şərəf və  ləyaqəti­

ni  müdafiə  etmək  üçün  mülki  qaydada  iddia  verə  bilər.  Cinayət  işi  qaldır­

maqdan  imtina  edilməsi,  cinayət  işinin  xitam  olunması  və  bəraətverici  hökm 

çıxarılması  həmin  şəxs  tərəfindən  şərəf  və  ləyaqətin  bərpa  olunması  barədə 

mülki  iddia verilməsinə mane ola  bilməz.  Göstərilən hallarda məsələ mülki-hü­

quqi qaydada  həll edilir.

Söz  yox  ki,  şərəf,  ləyaqət  və  işgüzar nüfuz  ləkələndikdə  hüququ  pozulmuş 

şəxs  mülki  qaydada  (mülki  məhkəmə  icraatı  qaydasında)  məhkəməyə  id­

dia  verir.  Məhkəmə  mülki  işə  baxan  zaman  müəyyən  edə  bilər ki,  hüquq  po­

'  Малеин Н С   Охрана прав личности советским законодательством. M.,  I9S5, с.41-42.

2  Агарков  Л/.Л/.  Предмет  и  система  советского  гражданского  праваГ/В  книге:  Агарное  Л/.А/. 

Избранные труды по гражданскому праву. М., 2002, с.302.

107


zuntusu  törədən  şəxs  (cavabdeh)  digər  şəxsin  şərəf  və  ləyaqətini  ləkələyən 

və  ya  onu  nüfuzdan  salan  məlumatları  onların  yalan  olduğunu  bilə-bilə  yay­

mışdır və həmin şəxsin  hərəkətində CM-in  147-ci maddəsində nəzərdə tutulan 

cinayət  tərkibinin  (böhtanın)  əlamətləri  vardır.  Belə  halda  zərərçəkən  şəxs 

böhtan  atan  şəxsin  cinayət  məsuliyyətinə  cəlb  edilməsi  barədə  ərizə  ilə  məh­

kəməyə müraciət etsə,  məhkəmə müvafiq qərar çıxararaq  cinayət  mühakimə 

icraatı  başlaya  bilər.

Digər  halda  isə  şərəf  və  ləyaqəti  alçaldılmış  və  ləkələnmiş,  nüfuzu  pozul­

muş  şəxs  böhtana  və  ya  təhqirə  görə  müvafiq  şəxs  barəsində  cinayət  işinin 

qaldırılması  barədə  ərizə  ilə  məhkəməyə  müraciət  edir.  Məhkəməyə  ərizəyə 

baxaraq  müəyyən  edir  ki,  şəxsin  hərəkətində  böhtan  və  ya  təhqir  cinayətinin 

əlamətləri  yoxdur.  Buna  görə  o,  cinayət  işi  qaldırmaqdan  imtina  edir.  Məhkə­

mə  belə  halda  ərizə verən  şəxsin,  yəni  şərəf və  ləyaqəti  ləkələnmiş  şəxsin  ra­

zılığı  ilə  işə  mülki-məhkəmə  icraatı  qaydasında  baxır,  yəni  yalan  məlumatın 

təkzib olunması  barədə  iddia qaldırılır.

Bəzən  şəxs  böhtana  görə,  yəni  yalan  olduğunu  bilə-bilə  digər  şəxsin  şərəf 

və  ləyaqətini  ləkələyən  və  ya  onu  nüfuzdan  salan  məlumatları  yaymağa  görə 

mühakimə  olunur.  Belə  halda  şərəf və  ləyaqəti  ləkələnmiş  şəxs  həmin  məlu­

matların yayılmasına görə  mülki  iddia verə bilərmi?

Müəlliflərdən  A.V.Belyavski  və  N.A.Pridvorov  bu  suala  cavab  verərək  gös­

tərirlər ki,  belə  halda  mülki  iddiaya  ehtiyac yoxdur.  Onlar öz  fikirlərini  bununla 

izah  edirlər ki,  böhtan  atan  şəxs  barəsində  ittiham  hökmü  çıxarmaqla  məhkə­

mə  həm  onu  mühakimə  edir,  həm  də  zərərçəkən  şəxsin  təm iz  adını  bərpa 

edir’.


Müəlliflərin  məsələyə  bu  cür yanaşmaları  ilə  çətin  razılaşmaq  olar.  Belə  ki, 

cinayət-hüquqi  müdafiə  yox,  mülki-hüquqi  müdafiə  pozulmuş  və  ləkələnmiş 

şərəfi,  ləyaqəti  və  nüfuzu  bərpa  etmək  məqsədi  güdür.  Yalnız  mülki-hüquqi 

müdafiə  üsulları  bərpa  etmək  funksiyasını  yerinə  yetirə  bilər.  Məsələ  bu­

rasındadır  ki,  pozulmuş  hüquqların  bərpa  edilməsi  prinsipi  mülki  hüququn 

əsas  prinsiplərindən  biridir.  Digər tərəfdən,  bərpa  etmək  mülki-hüququn  ye­

rinə yetirdiyi  vacib funksiyalardan  biridir.  Ona  görə də  şərəf və  ləyaqəti lə­

kələnmiş və  pozulmuş şəxs öz təmiz adını yalnız  mülki-hüquqi  müdafiə  üsulla­

rının  vasitəsi  ilə  bərpa  edə  bilər.  Bundan  ötrü,  o,  böhtan  atan  və  ya  təhqir 

edən  şəxsin  cinayət cəzası  ilə  cəzalandırılmasından  asılı  olmayaraq  mül­

ki  qaydada  iddia  verməlidir.  Yalnız  bircə  halda  bundan  istisnaya  yol  verilə 

bilər.  Əgər  böhtan  atan  şəxs  barəsində  çıxardılmış  ittiham  hökmündə  mülki- 

hüquqi  müdafiə  üsullannın  (təkzib etmə,  üzr istəmə,  məhkəmə  hökmünün  icti­

maiyyətə çatdırılması və s.) tətbiqi  nəzərdə tutularsa,  onda  mülki  məhkəmə  ic­

raatı qaydasında iddia verilməsi tələb edilmir.

Fikrimizi yekunlaşdıraraq qeyd edə  bilərik  ki,  aşağıdakı  hallar mülki  məhkə 

mə  icraatı  qaydasında  şərəf və  ləyaqətin  müdafiəsinə  mane  olmur və  onu  is 

tisna etmir:

C.I28

108


Придворов  И Л .  Белявский  А.В.  Охрана  чести  н  достоинства  личности  8  СССР.  М.,  1971

•   qəsdin  və  yalan  olduğunu  bilə-bilə  məlumatın yayılmasının  sübuta yetiril- 

məməsinə görə  bəraət hökmünün çıxarılması;

•   az əhəmiyyətli olduğuna görə cinayət işi qaldırmaqdan imtina olunması;

•   cinayət  hadisəsi  yox,  cinayət  tərkibi  olmadığına  görə  cinayət  işi  qaldır­

maqdan  imtina olunması;

•   cinayət işi  başlamağın  rədd edilməsi;

•   böhtan və təhqirə görə  hökm çıxarılması.

İddia  müddətinin 

QeYd  e,mək lazımdır ki,  mülki-hüquqi  məsuliyyət tədbi- 

şamil  edilməməsi 

ri  kimi  mənəvi  zərərin  kompensasiyası  fiziki  şəxslərin 

şəxsi  qeyri-əmlak  hüquqlarının  pozulması  nəticəsində 

tətbiq edilir.  Şərəf,  ləyaqət və  işgüzar nüfuz hüquqlan isə belə  hüquqlar sırası­

na  daxildir.  Digər tərəfdən  şərəf,  ləyaqət və işgüzar nüfuz qeyri-maddi  nemət­

dir.  Mülki  qanunvericilik  müəyyən  edir  ki,  şəxsi  qeyri-əmlak  hüquqlarının  və 

qeyri-maddi  nemətlərin  müdafiəsi  haqqında tələblərə  iddia  müddəti  şamil edil­

mir  (MM-in  384-cü  maddəsi).  Buna  görə  də  şərəf,  ləyaqət  və  işgüzar  nüfu­

zun  pozulm asına  görə  mənəvi  zərərin  kompensasiyası  barədə  tələbə  id­

dia  m üddəti  aid  edilm ir.

Şərəf,  ləyaqət və işgüzar nüfuzun  pozulması nəticəsində,  qeyd etdiyimiz ki­

mi,  şəxsə  həm  də  əmlak  (maddi)  zərəri  vurula  bilər.  Bu  zərərin  əvəzinin  ödə­

nilməsi  barədə  tələbə  iddia  müddəti  şamil  edilirmi?  Belə  tələbə  mülki  qanun­

vericilikdə  müəyyən  edilmiş  üm um i  iddia  m üddəti  şamil  o lu n u r1.  Ümumi  id­

dia  müddəti  isə on il təşkil edir (MM-in  373-cü maddəsi).

Diffamasiva 

®ir  slra  xar'c'  ° lkələr'n  qanunvericiliyinə  diffamasiya  (latın- 



'

 

ca  diffamo -   ləkələyirəm,  bədnam  edirəm) anlayışı məlum­



dur.  Bu  anlayışı  demək  olar  ki,  xarici  ölkələrin  çoxu  tanıyır.  Həmin  ölkələrdə 

diffamasiya  geniş yayılmışdır* 2.

D iffam asiya  dedikdə,  vətəndaşın  və  ya  hüquqi  şəxsin  şərəf və  ləyaqətini 

ləkələyən  həm  yalan  (doğru  olmayan),  həm də  həqiqətə  uyğun olan  məlumat­

ların yayılması  başa düşülür.

Diffamasiya  həm cinayət hüququnda,  həm də mülki  hüquqda  işlədilən  insti­

tutdur.  Cinayət  hüququnda  diffamasiya  dedikdə,  ləkələyici  məlumatların  yayıl­

ması  başa  düşülür.  Böhtandan  fərqli olaraq,  diffamasiya  zamanı yayılan məlu­

matlar ləkələyici xarakterli  olmaya  da  bilər.

Azərbaycan  Respublikasının  mülki  qanunvericiliyinə  diffamasiya  anlayışı 

məlum  deyildir.  Bu  anlayışı  sovet  dövrünün  mülki  hüququ  da  tanımırdı.  Sovet 

dövrünün  mülki  hüquq  doktrinasında  belə  bir  fikir  irəli sürürdülər  ki,  diffamasi­

ya  prinsip  etibarı  ilə,  ümumiyyətlə,  qanunvericiliklə  bir araya  sığmır3.  Bununla 

belə,  hüquq  ədəbiyyatında  təklif  olunur  ki,  güclü  mənəvi  iztiraba  və  ruhi  sar­

sıntıya  səbəb  olan  həqiqi  (doğru)  məlumatların  yayılması  (məsələn,  insan  im-

*  «Şərəf  və  ləyaqətin  müdafiəsi  barədə  qanunvericiliyin  məhkəmələr  tərəfindən  tətbiq 

edilm əsi  təcrübəsi  haqqında»  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun  14  may 

1999-cu il tarixli qərarının  15-ci bəndi.

2 Mətbuat qanunvericiliyi və təcrübə.  Bakı.  2001.

3  Еротснко  A.A.  Гражданско-правовая  зашита  чести  и  достоинства  лич

1

ЮСТи//Совстскос 



государство н право.  1980. №  10, с. 135.

109


mun  çatışmazlığı  sindromu  kimi  xəstəlik  barədə  məlumatın  yayılması  və  s.) 

birbaşa  qadağan  edilsin.'  Bu  təklifə  biz  də  qoşularaq  göstəririk  ki,  doğrudan 

da  şəxsin  barəsində  yayılan  bəzi  məlumatlar  həqiqətə  uyğun  olsa  (yalan  ol­

masa) da, onu gözdən salır,  bədnam edir və ləkələyir,  ona  mənəvi-ruhi sarsın­

tı  və  iztirab  verir.  Heç  kəsə  sirr  deyil  ki,  belə  məlumatların  yayılması  həmin 

şəxsin  ictimai  qiymətinə  qətiyyən  təsir  göstərmir  və  buna  görə  də  şərəf  kimi 

məsələ ilə bağlı olmur.

Sovet  dövrünün  kriminalistləri  göstərirdilər  ki,  diffamasiya  üçün  məsuliyyət 

sistemindən burjuaziya ölkələrində hakim sinfin  nümayəndələrini tənqiddən mü­

dafiə  etmək  üçün  mürtəce  məqsədlə  istifadə  edirlər.  Amma  indiki  dövrdə  diffa­

masiya  məsələsinə bu aspektdən  baxmaq olmaz.  Müasir şəraitdə sovet ideoloji 

prinsipi həmin məsələnin  mahiyyətini aydınlaşdırmaq üçün əsas ola bilməz.

Azərbaycan  Respublikasının  qanunvericiliyi  birbaşa  qadağan  etmir  ki,  doğru 

məlumatları  yaymaq  olmaz.  Əlbəttə,  istənilən  həqiqəti  danışmaq  olar.  Amma 

müəyyən şəxsi  mənəvi  cəhətdən yaralayan,  ona  ancaq  mənəvi zərbə vuran və 

ictimai  əhəmiyyəti  olmayan  doğru  məlumatlan  yaymağın  nə  mənası  var?  Bu, 

cəmiyyətə yalnız ziyan vurmurmu?  Məsələn,  doğrudan da fiziki  cəhətdən şikəst 

olan (xədim olan) şəxsin  övladı olmaması  barədə  həqiqətə  uyğun  məlumatların 

(və  ya  ayn-ayrı  şəxslərin  şəxsi  həyatının  intim  tərəflərinə  aid  doğru  məlumatla­

rın)  yayılmasının  ictimai  cəhətdən  nə  mənası vardır?  Hətta  doğru  olsa  da,  belə 

məlumatların  yayılması  şəxsi  yalnız  mənəvi  cəhətdən  zədələmirmi  və  ona  lazı­

mınca, kifayət dərəcədə  mənasız kədər-qüssə gətirmirmi? Şübhəsiz,  bu cür hə­

rəkətlər humanizm və əxlaq prinsipləri ilə bir araya  sığmır.  Buna  görə m ülki  hü­

quq  şəxsi  yalnız  mənəvi  cəhətdən  yaralayan  və  ona  m ənasız  kədər,  dərd, 

qəm-qüssə  gətirən,  ictim ai  əhəmiyyəti  olmayan  doğru  m əlum atların  yayıl­

masını  qadağan  edən  norma nəzərdə tutmalıdır.



Tövsiyə olunan  əlavə ədəbiyyat

Белявский А.  Закон  и совесть.  M.,  1964;

Белявский  A.B.,  П ридворов  Н.А.  Охрана  чести  и  достоинства  лич­

ности в СССР,  М.,  1971;

Белявский  А.В.  Судебная  защита  чести  и  достоинства  граждан.  М.,

1966;


Беляцкин  С.А.  Возмещение  морального  (неимущественного)  вреда.

М.,2005;


Гражданское  право.  Учебник.  Том  1  /  Под  ред.  Е.А.Суханова,  М.,

1998;


Гражданское  право.  Учебник.  Часть  1  /  Под  ред  З.И .Ц ыбуленко.  М „

1998 (гл.8, §3);

Гражданское  право.  Учебник.  Часть  1  / Под ред.  Т.И .И лларионовой  и 

др. М..  1998 (гл.9, § 4);

Гржаданское  право  России.  Курс лекций /  Под  ред.  О .Н.Садикова,  М.,

2001  (гл.10,  §5). 1

1  Гражданское право.  Учебник. Том  İ /Пол ред.  Е.А.Сухапоса.  М  ,  1998, с.736. 

110


Гражданское  право.  Учебник.  Часть  1  /   Под  ред. 

А.Сергеева, 

Ю.К.Толстого. 

М.,  1998;

Красавчикова Л.О. 

Гражданско-правовая  защита  чести  и  достоинст­

ва.  Екатеринбург.  1993;

Малеин Н.С. 

Гражданский закон  и права личности в СССР.  М.,  1981;

Малеин  Н.С. 

Охрана  прав  личности  советским  законодательством. 

М.,  1985;

Малеина  М.Н. 

Защита  личных  неимущественных  прав  советских 

граждан  М.,  1991;

Мархотин  В.И. 

Честь  и  достоинство  советского  гражданина.  Ростов 

на-Дону,  1978 (гл.1);

Малеин Н.С. 

Возмещение  вреда,  причиненного личности.  М.,  1965;

Менглиев Ш. 

Возмещение морального вреда.  М.,  1998;

Придворов  Н.А. 

Достоинство  личности  и  социалистическое  право. 

М „  1977;

Придворов  Н.А. 

Общая  и  социальная  гражданско-правовая  защита 

чести  и  достоинства  граждан  (автореферат дис.  канд.юрид.наук.  Харков. 

1967;

Пронина  М.Г. 



Защита  чести  и  достоинства  гражданина  (гражданско- 

правовые средства).  Минск.  1979;

Рафиева Л.

К.  Гражданско-правовая  защита  чести  и  достоинства  лич­

ности  в СССР  (автореферат канд.юрид.наук), Л.,  1966;

Сергеев А.П. 

Право на защиту репутации. 

М., 1989.

Флейщиц  Е.А. 

Личные  права  в  гражданском  праве  СССР  и  капита­

листических стран.  М.,  1941;

Чернышева С.А. 

Защита  чести  и достоинства граждан  М.,  1974;

Шиминова  М.Я. 

Имущественная  ответственность  за  моральный 

вред//Советское  государство и право.  1970;

Эрделевский  А.М. 

Компенсация  морального  вреда  в  России  и  зару- 

бежом.  М.,  1997;

Эрделевский А.М. 

Моральный  вред  и  компенсация  за  страдания.  М., 

1997;


Ярошенко К.Б. 

Жизинь и здоровья  под охраной закона.  М.,  1990.

111


Ill  FƏSİL

ƏQLİ  MÜLKİYYƏT  HÜQUQU


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin