Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§  1.  Əqli  mülkiyyət hüququnun  anlayışı



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə11/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   54
§  1.  Əqli  mülkiyyət hüququnun  anlayışı, 

predmeti və  hüquqi tənzimetmə  mənbələri

Azərbaycan  Respublikasının  mülki  qanunvericiliyinə 

Əqli mülkiyyət 

görə  amiak  dəyəri  olan  qeyri-m addi  nem ətlər  mülki 

hüququ mülki 

hüquq  münasibətlərinin  obyektləri  sırasına  daxildir

hüququn 

(MM-in  4-cü  maddəsi).  Əmlak  dəyəri  olan  qeyri-maddi

yarımsahəsi kimi 

nemətlər  dedikdə,  yaradıcılıq  fə a liy y ə tin in   nəticələri 

(elm.  ədəbiyyat  və  incəsənət  əsərləri,  ixtiralar,  kəşflər,  seleksiya  nailiyyətləri 

və  başqaları)  başa  düşülür.  Yaradıcılıq  fəaliyyətinin  nəticələri  ilə  bağlı  olaraq 

müəyyən  növ  ictimai  münasibətlər  əmələ  gəlir.  Onlar  s iv ilis tik a   elm ində 

(doktrinasında)  və  m ülki  qanunvericilikdə  əm lak  m ün a sib ə tlə ri  ilə   bağlı 

olan  şəxsi  qeyri-əm lak  m ünasibətləri  adlanır.  Əmlak  münasibətləri  ilə  bağlı 

olan  şəxsi  qeyri-əmlak  münasibətləri  isə  mülki  hüququn  (mülki  qanunvericili­

yin)  predmet  komponentlərindən  biri  olub,  onun  nizamasalma  sferasına  daxil­

dir.  Bu  barədə  Mülki  Məcəllədə  birbaşa,  konkret  göstəriş  də  vardır:  mülki  qa­

nunvericilik  həm  də  əmlak  münasibətləri  ilə  bağlı  olan  şəxsi  qeyri-əmlak  mü­

nasibətlərini  tənzimləyir  (MM-in  2-ci  maddəsinin  2-ci  bəndi).  Məsələn,  müəllif 

yazdığı  elmi  əsəri  kitab  halında  nəşr  etdirir.  Həmin  kitabın  çoxsaylı  nüsxələri 

oxucu  auditoriyasına  satılır.  Başqa  bir misalda  mühəndis  ixtira  edir  (məsələn, 

yeni təyinatlı  paltaryuyan maşını və s.) və o, həmin  ixtiradan  istifadə  hüququnu 

istehsal müəssisəsinə satır.

Göstərilən və digər hallarda yaranan  münasibətlər,  yəni  əmlak münasibətləri 

ilə  bağlı  olan şəxsi  qeyri-əmlak  münasibətləri  mülki  hüquq  normaları  ilə  tənzim­

lənir. Həmin normaların məcmusu və sistemi əqli mülkiyyət hüququ adlanır.

Əqli  mülkiyyət hüququnun  hüquqi  məkanda  (hüquq  sistemində) tutduğu ye­

rə  gəldikdə  qeyd  edə  bilərik  ki,  o,  mülki  hüquq  sisteminin  struktur  hissələrin­

dən  biridir.  Mülki  hüquq  sistemi  isə  iki  əsas elementdən  ibarətdir:  hüquq  insti­

tutundan;  yarımsahədən.  Əqli  mülkiyyət  hüququ  mülki  hüquq  sisteminin  ele­

menti kimi hüquq institutu  hesab edilir, yoxsa yarımsahə?

Sovet  dövrünün  mülki  hüquq  elmində  ümumiyyətlə,  «əqli  mülkiyyət  hüqu­

qu»  adlı  anlayış  işlədilmirdi.  Yaradıcılıq  fəaliyyəti  nəticələrinin  yaradılması  və 

onlardan  istifadə olunması  ilə  bağlı olaraq  yaranan  ictimai  münasibətlər  müəl­

liflik  hüququ,  ixtira  hüququ  və  kəşf  hüququ  kimi  üç  mülki  hüquq  institutu  ilə 

tənzimlənirdi.  Tanınmış  sovet  alimləri  O.S.loffe1,  V.P.Qribanov2  və  başqaları

Иоффе O.C.  Советское гражданское право. Курс лекций.  Учебное пособие. Л..  I958, часть  I. 

с 26; Иоффе О.С. Советское гражданское право.  М.,  1967, с. 37.

'   Советское  гражданское  право.  Учебник.  Том  I/Пол  рсд.  В.П.Грибанова.  С.М.Корнеева.  М.. 

1979, с. 33.

112


müəlliflik  hüququnu,  kəşf hüququnu və ixtira hüququnu  mülki  hüququn institut­

ları  hesab  edirdilər.  Deməli,  sovet  dövrünün  hüquq  ədəbiyyatı  səhifələrində 

əqli  mülkiyyət hüququ  yarımsahə kimi yox, hüquq institutu kimi tanınırdı.

Keçən  yüzilliyin  80-ci  illərindən  etibarən  müəlliflik  hüququ,  kəşf hüququ,  ix­

tira  hüququ və  digər hüquq institutlarının  məcmusuna  mülki hüququn yarımsa- 

həsi  kimi  baxılmağa  başlandı'.  O,  şərti  olaraq  yaradıcılıq  hüququ  yarımsahəsi 

adlanırdı.

XX  əsrin  70-ci  illərindən  başlayaraq  planetimizdə  yaradıcılıq  fəaliyyətinin 

nəticələri  probleminə  xüsusi  diqqət yetirilir.  Bu  isə təsadüfi  deyildi.  Belə ki, ya­

radıcılıq  fəaliyyətinin  nəticələri  cəmiyyətin  formalaşmasına  təsir  göstərən  ən 

vacib  faktorlardan  biri  kimi  tanınmağa  başlayır.  Müasir informasiyalı cəmiyyət­

də  yaradıcılıq  fəaliyyətinin  müxtəlif növ  nəticələrinin  rolu  daha  da artır.  Dünya­

da  onlar  getdikcə  daha  böyük  əhəmiyyət  kəsb  edir.  Yaradıcılıq  fəaliyyəti  nəti­

cələrinə  olan  hüququn  xüsusi  çəkisi daxili  və  beynəlxalq  əmtəə  dövriyyəsində 

dayanmaq  bilmədən  artır.

Məhz  bu  cür  vəziyyət  yaradıcılıq  fəaliyyətinin  nəticələrinin  yaradılması  və 

onlardan  istifadə  edilməsi  ilə  bağlı  olaraq  əmələ  gələn  ictimai  münasibətləri 

tənzimləyən  normaların  mülki  hüquq tərkibində əqli  mülkiyyət hüququ  kimi ay­

rıca  yarımsahəyə  daxil  olunmasını  şərtləndirir.  Bunu  nəzərə  alaraq  müasir xa­

rici  müəlliflərin  demək  olar  ki,  hamısı  əqli  mülkiyyət  hüququna  mülki  hüqu­



qun  yarımsahələrindən  biri  kimi  baxırlar.  Doğrudur,  onlardan  bəziləri  «in­

tellektual  əqli  mülkiyyət»  termini1

 2,  bəziləri  «yaradıcılıq  fəaliyyəti  nəticəsinə 

olan  hüquq»  termini3  işlədirlər.  Hesab edirik ki,  onlar eynimənalı  (sinonim) ter­

minlər olub,  məsələnin  mahiyyətini dəyişdirmir.

Bununla  bərabər,  müasir  müəlliflərdən  eləsi  vardır  ki,  o,  əqli  mülkiyyət  hü­

ququnu  mülki  hüququn yarımsahəsi kimi tanımır. O. əqli  mülkiyyət  hüququ adlı 

yarımsahə  əvəzinə,  «müəlliflik  hüququ»  və ya  «ixtira  hüququ»  kimi  hüquq ins­

titutlarını ayırır4 5

.

Mülki hüquq tərkibində hər hansı yarımsahənin ayrılması üçün iki əsas me­



yarın  olması  tələb  edilir.  Birinci  meyar  ondan  ibarətdir  ki,  yarımsahənin  özü­

nün  ayrıca  nizamasalma  predmeti  olmalıdır.  Əqli  mülkiyyət  hüququnun  öz 

nizamasalma  predmeti  vardır.  Belə  ki,  yaradıcılıq  fəaliyyəti  nəticələrinin  yara­

dılması  və  onlardan  istifadə  edilməsi  prosesində  əmlak  münasibətləri  ilə  bağlı 

olan  şəxsi  qeyri-əmlak  münasibətləri  əmələ  gəlir.  Həmin  münasibətlər  başqa 

hüquq  sahəsinin  yox,  məhz  mülki  hüququn  nizamasalma  predmetinə  daxildir. 

Onlar  mülki  hüquq  normalarının  köməyi  ilə  tənzimlənir  ki,  həmin  normaların

1 Советское гражданское право. Учебник. Том  1/Под рсд. О.А.Красавчикова.  M .   1985, с. 38.

!  Mosolon.  bax:  Гражданское  право.  Учебник.  Часть З/Пол рсд.  А.П.Сергеева.  Ю.К.Толстого.

М.,  1998. с.  9; Мэггс П.Б.,  Сергеев А.П.  Интсдсктуальная собственность.  М..  2000. с.  17;  Сергеев



А.П.  Право  интеллектуальной  собственности  Российской  Федерации.  Учебник,  М.,  1999,  с.  20; 

Гуев А.И.  Граждаискос право. Учебник, Том  I , М., 2003, с.  17.

5  Mosolon.  bax:  Гражданское  право.  Учебник/Под  рсд.  С П  Гришаева.  М..  1999,  с.  16; 

Гражданское  право.  Учебник.  Часть  1/Под  рсд.  А.П.Сергеева.  Ю.К.Толстого  М „   1999.  с.  24; 

Гражданское  право  Учебник.  Часть  1/Под  рсд.  А.Г.Калиина.  А.И.Масляева.  М „   1999,  с.  23; 

Гражданское право. Учсбник/Под рсд. В В.Залесского  М.. 2002. с. 24.

' Гражданское право. Учебник. Часть  1/Под рсд.  Т.И.Илларионовой и др. М.,  1998, с. 25.

113


sistemi  əqli  mülkiyyət  hüququ  kimi  yarımsahəni  əmələ  gətirir.  Mülki  hüquq 

məhz bu yarımsahənin vasitəsilə  əmlak münasibətləri  ilə  bağlı  olan  şəxsi  qey- 

ri-əmlak  münasibətlərini  tənzimləyir.  Bu  münasibətlər  əqli  mülkiyyət  hüququ­

nun nizamasalma predmetini təşkil edir.

İkinci  meyar  isə  mülki  hüquq  yarımsahəsinin  öz  hüquqi  nizamasalm a 

metoduna  malik  olmasından  ibarətdir.  Əqli  mülkiyyət  hüququnun  ayrıca, 

özünəməxsus  metodu  vardır.  Belə  ki,  əqli  mülkiyyət  hüququnun  nizamasalma 

predmetinə həm şəxsi qeyri-əmlak münasibətləri (məsələn,  müəllifin əsər yaz­

ması ilə  yaranan  müəlliflik  münasibətləri  və ya  alimin  ixtira  etməsi  ilə  yaranan 

ixtira  münasibətləri  və s.),  həm  də  onlarla  bağlı  olan  iqtisadi  dövriyyə  münasi­

bətləri  (məsələn,  ixtiradan  istifadə  hüququnun  müqavilə  əsasında  başqa  şəx­

sə  verilməsi  və  s.)  daxildir.  Buna  görə  əqli  mülkiyyət  hüququ  kimi  yarımsahə- 

də  bir  tərəfdən  şəxsi  qeyri-əmlak  hüququnun,  digər tərəfdən  öhdəlik  hüququ­

nun metodu tətbiq edilir'.

Bunlardan  əlavə,  yarımsahənin  ayrılması  üçün  onun  özünəm əxsus  p rin ­

siplərə  (sahədaxili  prinsiplərə)  m alik  olm ası  tələb  edilir.  Əqli  mülkiyyət  hü­

ququnda  belə prinsiplər vardır.  Məsələn,  əqli mülkiyyətin  toxunulmazlığı prinsi­

pi  bu  prinsiplərdən  biridir.  Bundan əlavə,  müstəsnalıq  prinsipini,  əqli  mülkiyyət 

hüququnun  qorunması  prinsipini,  yaradıcılıq  azadlığı  prinsipini  və  digərlərini 

əqli  mülkiyyət  hüququna  yarımsahə  statusu  verilməsini  şərtləndirən  prinsiplər 

hesab etmək olar.

Dediklərimiz onu  sübut  edir ki,  əqli  mülkiyyət  hüququnu  mülki  hüququn  ya- 

rımsahələrdən  biri  kimi tanımaq üçün kifayət qədər tutarlı  əsaslar vardır.

................  

Mülkiyyəti şərti olaraq  iki yerə  bölmək olar:

Əqli mülkiyyət 

.   maddi (ə 

) mü|kjyyətə;

VƏƏhümu  U 

*  əqli  (4eyr,-maddi)  mülkiyyətə.

4  4 


Maddi  mülkiyyət və ya  sadəcə olaraq  mülkiyyət iqti­

sadi  kateqoriyadır.  O,  iqtisadi  məna  kəsb  edir.  İqtisadi  m ənada  m addi  m ül­

kiyyət  dedikdə,  əşyaya  sahiblik  edilməsi,  əşyadan  istifadə  olunması  və  əşya­

ya  sərəncam  verilməsi  ilə  bağlı  olaraq  yaranan  iqtisadi  (əmlak)  münasibətlər 

başa  düşülür.  Bunlara  iqtisadi  m ülkiyyət  m ünasibətləri  deyilir.

İqtisadi  mülkiyyət  münasibətləri  hüquq  normaları  ilə  tənzimlənir.  Bu  zaman 

həmin münasibətlər  m ülkiyyət hüquq  m ünasibətləri və ya  m ü lk iy y ə t  hüqu­

qu  kimi forma  alır.  Mülkiyyət hüququ  isə hüquqi  kateqoriya  olub,  hüquqi  məna 

kəsb  edir.  Mülkiyyət  hüququnun  obyekti  rolunda  isə  əşyalar  -   fiz ik i  (maddi) 

obyektlər çıxış edir.  Mülkiyyət hüququ yalnız əmlak münasibətləri  ilə  bağlıdır.

Əqli  (intellektual)  mülkiyyətə  gəldikdə  isə  qeyd  etmək  lazımdır  ki,  maddi 

mülkiyyətdən fərqli olaraq o, qeyri-iqtisadi anlayışdır.  Maddi  mülkiyyət  kimi əqli 

mülkiyyət də  ictimai  münasibət  deməkdir2.  Bu  münasibət  iqtisadi  məzmundan

'  Гражданское  право.  Учебник.  Часть 2/Пол рсл.  А.П.Сергеева.  Ю.К.Толстого.  М.,  1998, с.24; 

Гражданское право. Учсбник/Пол рсл.  В В.Залеского.  М., 2002, с. 15.

‘  Maddi  mülkiyyət  hor  hansı  oşya,  maddi  nemət  demək  olmadığı  kim i,  əqli  mülkiyyət  do  qeyri- 

maddi nemət sayılmır.  Buna görə də əqli mülkiyyəti qeyri-maddi nemət hesab edən Q.M. Velyamiııown 

söylədiyi  fikir  dəqiqlikdən  uzaqdır  (Вем'шминов  Г.М.  Международное  экономическое  право  и 

процесс. Учебник., М., 2004. с. 337).

114


məhrum  olub,  şəxsi  xarakterli  qeyri-əmlak  münasibətidir  (məsələn,  alimin 

əsər  yaratması  ilə  əmələ  gələn  müəlliflik  münasibəti  və  ya  mühəndisin  ixtira 

etməsi  ilə  yaranan  patent  münasibəti  və  s.)  Ona  qeyri-əmlak  xarakterli  eqli 

mülkiyyət  münasibəti  deyilir.  Lakin bu münasibətlər əmlak  münasibətləri ya­

ratmaq  xüsusiyyətinə malikdir.

Qeyri-əmlak xarakterli  əqli  mülkiyyət münasibətləri  hüquq  normaları ilə tən­

zimlənir.  Bu  zaman  həmin  münasibətlər hüquqi forma alır.  Həmin forma qeyri- 



əmlak  xarakterli  əqli  mülkiyyət  hüquq  münasibəti  və  ya  əqli  mülkiyyət 

hüququ  adlanır.

Əqli  mülkiyyət  hüququnun  obyekti  rolunda  isə fiziki  (maddi) obyekt çıxış et­

mir.  Qeyri-maddi  nemətlər (məsələn,  əsər,  ixtira  və  s.)  onun  obyektini  təşkil 

edir.


Əqli  mülkiyyət  hüququ  özündə  həm  əmlak  xarakterli,  həm  də  şəxsi  qeyri- 

əmlak  xarakterli  elementləri  birləşdirir’ .  Mülkiyyət  hüququna  isə  əmlak  ele­

mentləri  daxildir.  Digər tərəfdən  mülkiyyət  hüququndan  fərqli  olaraq  əqli  mül­

kiyyət  hüququ  ərazi  xarakterinə  malikdir.  Bu,  onun  əsas  və  başlıca  xüsusiy­

yətlərindən  biridir.  Ərazi  xarakteri  onu  ifadə  edir  ki,  əqli  mülkiyyət  hüququnun 

obyekti  olan  nemətlər (əsərlər,  ixtiralar,  əmtəə  nişanları  və  s.) yalnız yarandığı 

dövlətin  ərazisi  həddində  tanınır  və  qorunur,  başqa  dövlətin  ərazisində  isə 

yox,  yəni  onların  eksterritorial  qüvvəsi  yoxdur.  Mülkiyyət  hüququ  isə  əşyalann 

dövlət  sərhədini  keçməsindən  asılı  olmayaraq  saxlanılır,  qüvvədə  olur,  yəni 

onun eksterritorial qüvvəsi vardır.  Məsələn, əşyanı özü ilə xarici ölkəyə aparan 

şəxs  həmin  əşyaya  mülkiyyət  hüququnu  itirmir.  Lakin  həmin  şəxsin  yaratdığı 

əsər  onun  icazəsi  olmadan  və  ona  haqq  verilmədən  xaricdə  nəşr  oluna  və 

başqa  qaydada  istifadə oluna  bilər.

Əqli  mülkiyyət  hüququ  hüquqi  anlayışdır.  Hüquqi  baxımdan  o,  iki  mənada 

işlədilir:

•   obyektiv  mənada

•   subyektiv  mənada.

Obyektiv  mənada  əqli  mülkiyyət  hüququ  dedikdə,  yaradıcılıq  fəaliyyəti 

(əqli  fəaliyyət)  nəticələrinin  yaradılması,  onlardan  istifadə  olunması,  habelə 

hüquqi cəhətdən  onların  qorunması ilə  bağlı əmələ gələn  ictimai münasibətləri 

tənzimləyən  hüquq  normalarının sistemi başa düşülür.  Bu mənada əqli mülkiy­

yət  hüququ  mülki  hüququn  tərkib  hissəsi,  yəni  yarımsahəsi  kimi  çıxış 

edir.  Obyektiv  mənada  əqli  mülkiyyət  hüququnun  ibarət olduğu  hüquq norma­

ları  Mülki  Məcəllədə,  ayn-ayrı  xüsusi  qanunlarda  (məsələn,  müəlliflik  hüququ 

haqqında,  patent  barədə  və  digər qanunlarda)  ifadə olunmuşdur.  Bundan əla­

və,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  konvensiyalar  da 

(məsələn,  Bern  konvensiyasında,  Paris  konvensiyasında  və  s.)  nəzərdə  tutu­

lan  normalar da əqli  mülkiyyət hüququna daxildir.



Subyektiv  mənada  əqli  mülkiyyət  hüququ  dedikdə,  konkret şəxsin yara­

dıcılıq  fəaliyyətinin  müəyyən  nəticəsi  ilə  bağlı  şəxsi  qeyri-əmlak  və  ya  əmlak 1

Иоффе О.C. Советское гражданское право  Курс лекций. Часть  I. Л..  1958. с.  28; Иоффе О С 

Советское гражданское право.  М..  1967.

115


hüquqları  başa düşülür.  Bu  mənada  o,  subyektiv  mülki  hüququn  bir növü  kimi 

çıxış edir və «subyektiv əqli  m ülkiyyət hüququ»  anlayışı  ilə əhatə olunur.

Subyektiv əqli mülkiyyət hüququ özündə həm  şəxsi qeyri-əmlak hüquqlarını 

(məsələn,  əsərin  müəllifi  kimi  tanınmaq  hüququnu,  ad  hüququnu  və  s.),  həm 

də əmlak  hüquqlarını  (məsələn,  ixtiradan  istifadəyə görə  haqq  almaq  hüququ­

nu,  əsərdən  istifadəyə  müstəsna  hüququ  və  s.)  birləşdirir.  Subyektiv  mənada 

müəlliflik  hüququ  (subyektiv  müəlliflik  hüququ),  subyektiv  mənada  patent  hü­

ququ (subyektiv patent hüququ) və  başqaları  subyektiv əqli mülkiyyət hüququ­

nun ayrı-ayrı  növləri  sayılır.

Subyektiv  əqli  mülkiyyət  hüququnun  özündə  birləşdirdiyi  şəxsi  qeyri-əmlak 

və əmlak  hüquqları  müstəsna xarakterə  malikdir.  Buna  görə  də  su b ye ktiv əq­

li  m ülkiyyət hüququ  m üstəsna  hüquq  kateqoriyasına a iddir.

Müstəsnalıq  əlaməti  istənilən  subyektiv  əqli  mülkiyyət  hüququna  xas  olan 

cəhətdir.  Bu əlamət onun əsas və başlıca xüsusiyyətlərindən  biridir.

Müstəsnalıq  əlaməti,  yəni  subyektiv  əqli  mülkiyyət  hüququnun  müstəsna 

hüquq  sayılması  onu  ifadə  edir  ki,  yalnız  əqli  mülkiyyət  hüququna  malik  olan 

şəxslərin  (əqli  fəaliyyət  nəticəsini  yaradan  şəxslərin  və  ya  onların  hüquqi  va­

rislərinin) yaradıcılıq fəaliyyətinin  nəticəsindən  istifa d ə  etm əyə  m üstəsna  h ü ­

ququ  vardır.  Həmin  hüquq  başqa  hər  hansı  şəxsə  yox,  yalnız  onu  əldə  edən 

şəxsə  (yəni  əqli  mülkiyyət  hüququna  malik  olan  şəxsə)  məxsusdur;  yalnız  bu 

şəxs subyektiv əqli  mülkiyyət hüququnun  ibarət  olduğu  hüquq  imkanları  (səla­

hiyyətləri)  həyata  keçirə,  xüsusən  də  əqli  fəaliyyət  nəticələrindən  istifadə  edil­

məsi  ilə  bağlı  hüquqi  imkanı  (səlahiyyəti)  həyata  keçirmək  barədə  məsələni 

həll edə bilər.

Müstəsna  hüquq  konstruksiyası  hər şeydən  əvvəl,  bir  tərəfdən  əqli  mülkiy­

yət hüququna  malik olan  şəxsin əqli fəaliyyət nəticəsindən  (məsələn,  əsərdən, 

ixtiradan  və  s.)  istifadə  etmək  məsələsində  onun  inhisarçılığını  (yəni  əsərdən, 

ixtiradan və s. təkbaşına  istifadə etməsini)  bildirir.  Müstəsna  hüquq  konstruksi­

yası  ikinci  tərəfdən  əqli  mülkiyyət  hüququna  malik  olan  şəxsin  əqli  fəaliyyət 

nəticəsi  barədə  sərəncam  vermək məsələsində  onun  inhisarçılığını  (yəni  əsər, 

ixtira və  s.  barəsində  təkbaşına  sərəncam  verməsini)  ifadə  edir.  Elə  buradaca 

qeyd  etməliyik  ki,  bu,  leqal  (qanuni,  açıq)  inh isa rçılıq d ır.  Məhz  müstəsna 

hüquq  əqli  mülkiyyət  hüququnun  sahibi  olan  şəxsi  leqal  inhisarçılıqla  təmin 

edir.  Müstəsna  hüquq  in h isa r hüququ  dem əkdir.  Bu  hüquq eyni vaxtda  əqli 

mülkiyyət  hüququnun  sahibi  olan  şəxsə  səlahiyyət  verir ki,  o,  əqli  (yaradıcılıq) 

fəaliyyət nəticəsindən  bütün  digər şəxslərin  istifadə  etməsini  və  onun  barəsin­

də sərəncam verməsini qadağan etsin.

Buna görə  hüquq  ədəbiyyatı səhifələrində subyektiv əqli  mülkiyyət hüququ­

nu  müstəsna  hüquq  adlandırırlar’ .  Bu,  məsələyə  birtərəfli  və  qeyri-dəqiq  ya­

naşmadır.  Ona  görə  ki,  müstəsna  hüquq  kateqoriyasına  təkcə  subyektiv  əqli 

mülkiyyət  hüququ  aid  edilmir.  Mülkiyyət  hüququ  da  müstəsna  hüquq  sırasına

'  Гражданское право. Учебник. Том 2/Пол рсд. Е Л. Суханова.  М-.  1998, с. 623; Гугв А.П.  Грож- 

дамское право. Учебник. Том  3. М., 2003, с.  173.

116


şamil  edilən  hüquqdur1.  Bundan  əlavə,  subyektiv  mülki  hüquq  kimi  şəxsi qey- 

ri-əmlak  hüquqlarının  (məsələn,  yaşamaq  hüququ,  sağlamlığın  qorunması  hü­

ququ,  şərəf və  ləyaqət  hüququ və digər hüquqların) müstəsna  hüquq kateqori­

yasına aid etmək üçün kifayət qədər əsaslar vardır.

Deməli,  müstəsna  hüquq əqli mülkiyyət hüququndan daha geniş anlayışdır. 

Belə  ki,  o,  özündə  həm  əqli  mülkiyyət  hüququnu,  həm  mülkiyyət  hüququnu, 

həm  də  şəxsi  qeyri-əmlak  hüququnu  birləşdirir.  Buna  görə  əqli  mülkiyyət  hü­

ququnu  müstəsna  hüquq anlayışı ilə əhatə etmək olmaz.

Bəzi  xarici  ölkələrin  qanunvericiliyində,  (məsələn,  RF-in  MM-nin  128-ci 

maddəsində),  habelə  beynəlxalq  hüquqi  sənədlərdə  (məsələn,  Ümumdünya 

Əqli  Mülkiyyət  Təşkilatını  təsis  edən  konvensiyada)  «əqli  mülkiyyət (intellektu­

al  mülkiyyət)»  termini  işlədilir.  Hüquq  ədəbiyyatı  səhifələrində  də  həmin  ter­

mindən  istifadə  olunur1

 * 3.  Həmin termin altında yaradıcılıq  (əqli) fəaliyyətinin  nə­

ticələrinə  olan  subyektiv hüquqların  məcmusu  nəzərdə tutulur.  Bu  da  məsələ­

yə  qeyri-dəqiq,  qeyri-düzgün  yanaşmadır.  Ona  görə  ki,  əqli  mülkiyyət  dedik­

də.  yaradıcılıq  (əqli)  fəaliyyətin  nəticələrinin  yaradılması  və  onlardan  istifadə 

olunması  ilə  bağlı  yaranan  ictimai  münasibətlər başa  düşülür.  O,  hüquqi anla­

yış  deyildir.  Yaradıcılıq  (əqli)  fəaliyyət  nəticələrinə  olan  subyektiv  hüquqların 

məcmusu  əqli  mülkiyyət  hüququ  (subyektiv  əqli  mülkiyyət  hüququ)  deməkdir. 

Əqli mülkiyyət hüququ  isə hüquqi anlayışdır.

ö z   xarakterinə  və  tətbiqinə  görə  subyektiv  əqli  mülkiyyət  hüququ  mütləq 



hüquq  kateqoriyasına  aid  edilir.  Ona  görə  ki,  əqli  (yaradıcılıq)  fəaliyyət  nəti­

cəsini  (məsələn,  əsəri,  ixtiranı  və  s.)  yaradan  şəxsə  (o,  səlahiyyətli  şəxs sayı­

lır)  əhatə  dairəsi  məlum  olmayan,  qeyri-məhdud  saylı  borclu  şəxslər  durur. 

Borclu  şəxslərin  üzərinə  səlahiyyətli  şəxsin  əqli  mülkiyyət  hüququ  pozan  hər 

hansı  hərəkətdən  çəkinmək  vəzifəsi  (passiv vəzifə)  düşür.  Subyektiv əqli  mül­

kiyyət  hüququ  daha  sonra  qeyri-əmlak  hüququdur.  Lakin  onlar  əmlak  hü­

quqları  ilə  bağlıdır.  Bu  xüsusiyyəti  ilə  əqli  mülkiyyət  hüququ  şəxsi  qeyri-əmlak 

hüququndan  (məsələn,  yaşamaq  hüququndan, ad  hüququndan,  şərəf və ləya­

qət hüququndan və s.) fərqlənir.

Mülki  hüquqda  subyektiv  əqli  mülkiyyət  hüququ  şəxslərin  subyektiv  mülki 

hüquqlarından  biri  hesab olunur.  O,  subyektiv  mülki  hüququn  müstəqil  nö­

vüdür.

Subyektiv  əqli  mülkiyyət  hüququ  ümumiləşdirilmiş  anlayışdır.  O,  özündə 

sənaye-istehsal,  elmi,  ədəbi  və  bədii sahələrdə  əqli  (yaradıcılıq)  fəaliyyət nəti­

cələrinə  (əsərlərə,  ixtiralara,  elmi  kəşflərə,  sənaye  nümunələrinə  və  s.)  aid 

olan  hüquqları  birləşdirir.  Subyektiv əqli  mülkiyyət hüququna  daxil olan hüquq­

ların  dairəsi  Ümumdünya  Əqli  Mülkiyyət  Təşkilatını  təsis  edən  konvensiyanın

2-ci maddəsinin  8-ci  bəndi  ilə müəyyən edilir4.

1  Победоносцев.  Курс  гражданского право. Часть  I.  1896, с.  124: AllahverdiyevS.S.  Azorbaycan 

Respublikasının mülki hüququ.  Dorslik. I cild. II kitab.  Bakı.  2003. s. 26.

*  Гражданское право.  Учебник. Том  I/Под рсд. Е.А.Суханова.  М..  1998, с.  726.

1  Məsələn.  bax:  Мэгге П.Б..  Сергеев А П.  Интеллектуальная  собственность,  М..  2000;  Минкос 

А.М.  Международная охрана интеллектуальной собственности, М.. 2001. с.  14.

4 Konvensiyanın metni verilmişdir:  MASS-mcdia vo intellektual mülkiyyət.  Bakı,  1998, s.  101-115.

117


Subyektiv  əqli  mülkiyyət  hüququnun  məzmunu 

Subyektiv əqli 

Oç hüquqi imkandan  (səlahiyyətdən) ibarətdir’:

mülkiyyət hüququnun 

#  davranış səlahiyyətindən;

məzmunu 


#  tələb etmək səlahiyyətindən;

•   müdafiə səlahiyyətindən.

Davranış  səlahiyyəti  səlahiyyətli  şəxsin  (əqli  mülkiyyət  hüququna  malik 

olan  şəxsin)  özünün  əqli  (yaradıcılıq)  fəaliyyət  nəticələri  barəsində  fəal  hərə­

kətlər etmək  imkanıdır.  O,  özündə iki səlahiyyəti  (hüquqi  imkanı)  birləşdirir;  is­

tifadə  səlahiyyətini;  sərəncam  səlahiyyətini.  Bu  cəhəti  ilə  davranış  səlahiyyəti 

subyektiv  mülkiyyət  hüququnun  məzmununa  daxil  olan  davranış  səlahiyyətin­

dən  fərqlidir.  Belə  ki,  subyektiv  mülkiyyət  hüququnun  məzmununu  təşkil  edən 

davranış səlahiyyəti özündə həm  də sahiblik səlahiyyətini birləşdirir.

Subyektiv əqli  mülkiyyət  hüququnun  məzmununa  daxil  olan  davranış  səla­

hiyyəti  isə  sahiblik  səlahiyyətindən  məhrumdur.  Ona  görə  ki,  sahiblik  səlahiy­

yəti maddi nemətlərə (əşyalara) faktik yiyəlik etmək və onlar üzərində  fiziki  nə­

zarəti  həyata  keçirmək  imkanı  deməkdir.  Əqli  (yaradıcılıq)  fəaliyyət  nəticələri 

qeyri-maddi  xarakterə  malik  olub,  elmi-texniki  ideyalardan  və  ədəbi-bədii  ob­

razlardan  ibarətdir.  Qeyri-maddi  nemətlər  olan  elmi-texniki  ideyalara  və  ədəbi- 

bədii  obrazlara  fiziki  cəhətdən  yiyəlik  və  nəzarət  etmək  olmaz;  onlara  fiziki  cə­

hətdən  malik olmaq  qeyri-mümkündür.  Əqli  mülkiyyət  hüququnun  başlıca  xüsu­

siyyəti  ondan  ibarətdir  ki,  onun  strukturunda  (məzmununda)  mülkiyyət  hüququ 

üçün xarakterik olan  səlahiyyətlərdən  biri  (sahiblik səlahiyyəti) yoxdur.

İstifadə  səlahiyyəti  əqli  (yaradıcılıq)  fəaliyyət  nəticələrindən  istifadə  etmək 

hüququdur (imkanıdır).  Özü  də əqli  fəaliyyət  nəticələrindən  eyni  vaxtda  bir ne­

çə  (çoxsaylı)  subyekt  istifadə  edə  bilər.  Bu  cəhəti  ilə  istifadə  səlahiyyəti  sub­

yektiv  mülkiyyət  hüququnun  məzmununa  daxil  olan  istifadə  səlahiyyətindən 

fərqlənir: eyni bir əşyadan eyni vaxtda  bir neçə (çoxsaylı) subyektin  istifadə et­

məsi  mümkün  deyildir.  İstifadə  prosesində  əqli  fəaliyyət  nəticəsi  (məsələn, 

əsər,  ixtira  və  s.)  istehlak olunmur,  fiziki  cəhətdən  köhnəlmir.  Mülkiyyət  hüqu­

qunun  obyekti  olan  əşya  isə  istifadə  prosesində  istehlak  olunur,  köhnəlir 

(amortizasiya edir).

Sərəncam  səlahiyyəti  dedikdə,  əqli  (yaradıcılıq)  nəticələrdən  istifadə  hü­

ququnun özgəninkiləşdirilməsi  (başqa  şəxslərə verilməsi)  imkanı  (hüququ)  ba­

şa  düşülür. Özü də dərhal  qeyd edirik ki,  əqli  (yaradıcılıq)  fə a liyyə t  nə ticə lə ­

rinin  özü özgəninkiləşdirilə  bilməz.

Əqli  (yaradıcılıq)  fəaliyyət  nəticələrindən  istifadə  hüququ  m ülki-h ü q u q i 

müqavilə  əsasında  (müəlliflik  müqaviləsi  və  ya  lisenziya  müqaviləsi  əsasın­

da)  başqa  şəxsə  verilə  bilər.  Məsələn,  müəllif əsərin  nəşr  edilməsi  üçün  nəş­

riyyatla  müəlliflik müqaviləsi bağlayır.  Başqa  bir misalda  mühəndis etdiyi  ixtira­

dan  istifadə  hüququnu  lisenziya  müqaviləsi  əsasında  başqa  şəxsə  verir  (mə­

sələn, alim yeni tip kompüter ixtira edir və onun  istehsal olunub satılması  üçün 

istehsal  müəssisəsi  ilə  lisenziya  müqaviləsi  bağlayır).  Bu  zaman  əqli  fəaliyyət 1

1 Ənənəvi konsepsiyaya görə subyektiv mülki hüququn məzmunu (torkib hissəsi) göstərilən üç səla­

hiyyətdən  ibarətdir.  (Советское  гражданское  право.  Учебник.  Часть  1/Под  рсд.  В.Ф.Мааова, 

Л. А Пушкина.  Харков,  1993, с. 248).

118


nəticəsini yaradan şəxsin  (məsələn, əsərin müəllifi olan şəxsin, ixtiraçının) özü 

ondan  istifadəni  davam  etdirmək  hüququndan  məhrum  olmur.  Bunlardan əla­

və,  o,  analoji  istifadənin  üçüncü  şəxslərə  verilməsinə  öz  razılığını bildirə  bilər 

(yəni  icazə  verə  bilər)  Belə  xüsusiyyətdən  əlbəttə,  subyektiv  mülkiyyət  hüqu­

qunun  məzmununu təşkil edən sərəncam səlahiyyəti məhrumdur.

Tələb  etm ək  səlahiyyəti  dedikdə,  səlahiyyətli şəxsin  (əqli  mülkiyyət hüqu­

quna  malik  olan  şəxsin,  məsələn,  əsərin  müəllifinin,  ixtiraçının  və  s.)  borclu 

şəxslərdən  müəyyən  tərzdə və qaydada davranmağı tələb etmək hüququ (im­

kanı)  başa  düşülür.  Səlahiyyətli  şəxsin  hüququ  vardır  ki,  borclu  şəxslərdən 

onun  əqli  mülkiyyət  hüququnu  pozmaqdan  çəkinmələrini  tələb  etsin.  Borclu 

şəxslər  («hamı  və  hər  kəs»)  əhatə  dairəsi  bilinməyən  qeyri-məhdud  saylı 

şəxslərdir.

Səlahiyyətli şəxsin tələb etmək səlahiyyəti əqli fəaliyyət nəticəsi yarandıqda 

əmələ  gəlir.  Məsələn,  müəllif  əsəri  yazıb  qurtaran  kimi  onun  hamıdan  və  hər 

kəsdən  (borclu  şəxslərdən)  müəlliflik  hüququnu  pozan  hərəkətlərdən  çəkin­

məyi tələb etmək hüququ yaranır.

M üdafiə  sə la h iyyə ti  dedikdə,  əqli  mülkiyyət  hüququ  pozulduqda  səlahiy­

yətli  şəxsin  qanunda  müəyyən  edilən  müdafiə  üsullarına  əl  atmaq  hüququ ba­

şa  düşülür.  Səlahiyyətli  şəxsə  hüquq  verilir  ki,  əqli  mülkiyyət  hüququ  pozul­

duqda  (və  ya  onun  barəsində  mübahisə  edildikdə)  pozulmuş  hüququ  bərpa 

etmək  üçün (və ya  mübahisə edilən  hüququ tanıtdırmaq  üçün) hüquqqoruyu- 

cu  x a ra kte rli  tə d b irlə r görsün.  Məsələn,  müəyyən şəxs özünü əsərin  müəllifi 

kimi  qələmə  verir.  Bu  şəxslə  həqiqi  müəllif arasında  əsərə  kimin  müəlliflik  hü­

ququnun olması  barədə  mübahisə yaranır.  Həqiqi  müəllif məhkəməyə  müraci­

ət  edir.  Sübut  kimi  təqdim  olunan  əsərin  əlyazması  əsasında  məhkəmə  onun 

müəlliflik  hüququnun  tanınması  barədə  qərar  qəbul  edir.  Belə  halda  səlahiy­

yətli şəxs (əsərin  həqiqi  müəllifi) müdafiə səlahiyyətindən  istifadə etdi.

Subyektiv  əqli  mülkiyyət  hüququ  əqli  (yaradıcılıq)  fəaliyyət  nəticələrinin  ya­

radılması  və  onlardan  istifadə  olunması  ilə  bağlı  olaraq  əmələ  gələn  hüquq 

m ü n a sib ə tlə rinin   elem entidir.  Onlar əmlak  münasibətləri  ilə  bağlı  olan  şəxsi 

qeyri-əmlak  hüquq  münasibətləri  adlanır.  Həmin  münasibətlər  öz  quruluşuna 

görə  m ütləq  hüquq  m ünasibəti  kateqoriyasına  (növünə)  aid  edilir.  Belə  ki, 

bu  cür  hüquq  münasibətlərində  səlahiyyətli  şəxsə  əhatə  dairəsi  bilinməyən 

qeyri-məhdud  saylı  borclu  şəxslər  («hamı  və  hər  kəs»)  durur.  Borclu  şəxslər 

(«hamı  və  hər  kəs»)  belə  bir  passiv  vəzifə  daşıyırlar:  səlahiyyətli  şəxsin  əqli 

mülkiyyət hüququnu pozan  hərəkətlər etməkdən çəkinmək.




Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin