Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§ 6.  Subyektiv müəlliflik hüquqları



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə18/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   54
§ 6.  Subyektiv müəlliflik hüquqları 

və onların  qüvvədə olma müddəti

Subyektiv

m üəlliflik hüquqlarının 

anlayışı və əsas 

xüsusiyyətləri

Əsərin  yaradılma  faktı  ilə  mütləq  xarakterli  mü­

əlliflik  hüquq  münasibəti  əmələ  gəlir.  Əsər  bu 

m ünasibətin  obyektidir.  Əgər  obyekt  (əsər) 

yoxdursa,  onda  müəlliflik  hüquq  münasibəti  də 

yaranmır.  Məhz  əsər  müəlliflik  hüquq  normaları 

ilə qorunmanın  (mühafizənin) obyektidir.

Müəlliflik  hüquq  münasibəti  çərçivəsində  müəllif  əsər  barəsində,  onunla 

bağlı  olaraq  müəyyən  hüquqlar  əldə  edir.  Həmin  hüquqlar  əsərin  yaradılması 

nəticəsində  əmələ  gəlir.  Onlar  həm  şəxsi  qeyri-əmlak  xarakterli,  həm  də  əm­

lak  xarakterli  ola  bilər.  Bu  hüquqların  məcmusu  mülki  hüquq  elmində  (doktri­

nasında)  və  müəlliflik  qanunvericiliyində  subyektiv  müəlliflik  hüquqları  və  ya 

sadəcə olaraq  müəlliflik  hüquqları  adlanır.

Subyektiv  müəlliflik  hüquqları  və  ya  müəlliflik  hüquqları  hər  şeydən  əvvəl, 

müəllifə  məxsus olur.  Bununla  bərabər,  müəlliflik hüququnun  istənilən  subyek­

ti  də  müxtəlif hüquqi  faktlar əsasında  suybyektiv  müəlliflik  hüquqları əldə edə, 

həmin  hüquqların  daşıyıcısı  ola  bilər.  Belə  hüquqi  faktlara  hüquq  varisliyini 

(vərəsəliyi),  m ü ə llif m üqaviləsini  və  qanunda  ifadə edilən  göstərişi  aid et­

mək  olar.  Məsələn,  vərəsələr  müəllif  öldükdən  sonra  ona  məxsus  olan  sub­

yektiv  müəlliflik  hüquqlarını  əldə  edirlər.  Belə  halda  onlara  subyektiv  müəlliflik 

hüquqları  vərəsəlik  kimi  hüquqi  fakt  əsasında  məxsus  olur.  Başqa  bir misalda 

müəllif  əsərin  dərc  olunması  barədə  nəşriyyatla  müəllif  müqaviləsi  bağlayır. 

Belə  halda  nəşriyyat  müəllif  müqaviləsi  kimi  hüquqi  fakt  əsasında  subyektiv 

müəlliflik hüququ  əldə edir.

S ubyektiv  m ü ə lliflik   hüquqları  (və ya  m üəlliflik hüquqları) dedikdə,  hü­

quqi  m ühafizə  (qoruma)  obyekti  olan  əsər barəsində  m üəllifin  və müəllif-

« M ü ə lliflik   hüququ  vo o laqəli  hüquqlar haqqında» qanunun 27-ci  maddəsi.

193


lik  hüququnun  digər  subyektlərinin  malik  olduqları  şəxsi  qeyri-əm lak  və 

əmlak xarakterli  hüquqların  məcmusu  başa  düşülür.

Subyektiv müəlliflik hüquqları ilk növbədə,  m ütləq  xarakterli  m ü ə lliflik  hü­

quq  münasibəti  çərçivəsində  mövcud  olur.  Belə  ki,  məzmun  müəlliflik  hü­

quq  münasibətinin elementlərindən  biri olub,  özündə  subyektiv vəzifə  ilə birlik­

də  həmin münasibətin  iştirakçısına  məxsus olan  subyektiv müəlliflik  hüququnu 

da  birləşdirir.

Subyektiv müəlliflik  hüququ  digər tərəfdən  nisbi  (müqavilə)  xarakterli  m ü­

əlliflik  hüquq  m ünasibəti  çərçivəsində  də  mövcud  ola  bilər.  Bu  münasibət 

əsərdən  qanuni  (hüquqauyğun)  şəkildə,  müəllif  müqaviləsi  (bu  müqavilə  əsə­

rin  müəllifi  ilə  istifadəçi  arasında  bağlanılır)  əsasında  istifadə  hallarında  yara­

nır.  Nisbi  (müqavilə)  xarakterli  müəlliflik  hüquq  münasibətlərində  həm  müəllif, 

həm  də  istifadəçi  (müqaviləni  bağlayan  qarşı  tərəf)  müəyyən  subyektiv  müəl­

liflik  hüquqlarına  malik olur.

Subyektiv  müəlliflik  hüquqları  m ütləq  hüquqlardır.  Ona  görə  ki,  həmin  hü­

quqların daşıyıcısı  (sahibi) olan  müəllifə  (və  digər  şəxslərə)  qarşı  əhatə  dairəsi 

naməlum  olan  qeyri-məhdud  saylı  şəxslər  («hamı  və  hər  kəs»)  -   borclu  şəxs­

lər  durur.  Onların  yerinə  yetirdikləri  əsas  funksiya,  yəni  daşıdıqları  başlıca  və­

zifə  müəllifə  (subyektiv  müəlliflik  hüquqlarının  sahibi  və  daşıyıcısı  olan  şəxsə) 

öz  subyektiv  müəlliflik  hüquqlarını  həyata  keçirməyə  mane  olmaqdan  çəkin­

məkdən  ibarətdir.  Borclu  şəxslər  müəllifin  əsərinə  qəsd  edən  hər  hansı  hərə­

kəti  etməkdən  çəkinməlidirlər.

Subyektiv müəlliflik  hüquqları  digər tərəfdən  m üstəsna  h ü quqlardır.  Müəl­

liflik  hüququ  barədə  qanun  göstərir ki,  subyektiv  müəlliflik  hüquqları  müstəsna 

xarakterə  malikdir.  Düzdür,  qanunda  nəzərdə  tutulan  və  sadalanan  subyektiv 

müəlliflik  hüquqlarının  hamısı  birbaşa  müstəsna  hüquqlar  adlandırılmır.  Lakin 

buna  baxmayaraq,  bütün  subyektiv  müəlliflik  hüquqlarının  hamısı  müstəsna 

hüquqlar sayılır.  Bu,  həmin  hüquqların öz təbiətindən  və xarakterindən  irəli  gə­

lir və  buna görə də onların  başlıca əlamətlərindən hesab  edilir.

Subyektiv  müəlliflik  hüquqları  müstəsna  hüquqlardır,  ona  görə  ki,  yalnız 

subyektiv müəlliflik hüquqlarının daşıyıcısı (sahibi) olan  müəllif və  digər şəxslər 

əsərlə  bağlı yaranan  bütün  məsələləri,  ilk  növbədə,  əsərdən  istifa d ə   ilə  bağlı 

olan  məsələləri  həll  edə  bilərlər;  yalnız  müəllif,  qanunda  nəzərdə  tutulan 

hallarda  və  hədlərdə  isə  müəlliflik  hüququnun  digər  subyektləri  (məsələn,  öl­

müş  müəllifin  vərəsələri,  müəllif  müqaviləsi  əsasında  subyektiv  müəlliflik  hü­

quqlarını  əldə  edən  şəxslər  və  s.)  əsərə  sərəncam   verə  bilərlər;  subyektiv 

müəlliflik  hüquqları  hər  hansı  şəxsə  yox,  yalnız  həmin  hüquqları  əldə  edən 

şəxsə  (müəllifə  və  digər  şəxslərə)  məxsusdur;  yalnız  subyektiv  müəlliflik  hü­

quqlarının  daşıyıcısı  (sahibi) olan  şəxs (müəllif və  başqa  şəxslər) əsərdən  is ti­

fadəyə  leqal  surətdə  inhisar  hüququna  m alikdir;  qanunda  nəzərdə  tutulan 

hallar  istisna  edilməklə,  əsərdən  subyektiv  müəlliflik  hüquqlarının  daşıyıcısı 

(sahibi) olan  şəxsin  (müəllifin və digər şəxslərin)  razılığı olmadan  istifadəyə yol 

verilmir.  Müstəsna  hüquqlar  kimi  subyektiv  müəlliflik  hüquqlarını  məhz  bu  cür

194


xarakterizə etmək  lazımdır’ .

Müstəsna  xarakterli  subyektiv  müəlliflik  hüquqları  hər şeydən  əwəl.  əsərin 

yaradıcısı  olan  şəxsə  (müəllifə)  məxsusdur.  Bu  hüquqların  daşıyıcısı  rolunda 

ölümündən  sonra  müəllifin  vərəsələri  də çıxış  edə  bilərlər.  İşəgötürən  xidməti 

(qulluq) əsərdən,  nəşriyyat  (naşir)  kollektiv əsərlərdən  (ensiklopediya,  ensiklo­

pedik lüğət,  və dövri  nəşrlərdən) istifadəyə  müstəsna  hüquqa  malikdirlər.

Müstəsna  müəlliflik  hüquqları  müəllif müqaviləsi  əsasında  da  əldə oluna  bi­

lər.  Bunun  üçün  müəlliflə  istifadəçi  arasında  müstəsna  hüquqların  verilməsi 

barədə  m ü ə llif m üqaviləsinin  bağlanması tələb  olunur.  Əgər qeyri-müstəsna 

hüquqların  verilməsi  haqqında  müəllif  müqaviləsi  bağlanarsa,  onda  istifadəçi­

nin  müstəsna  müəlliflik hüquqları əldə etməsindən söhbət gedə bilməz.

_  , 


. .. 

Subyektiv  müəlliflik  hüquqlarının  əhatə  dairəsi  ki-

m üəlliflik  hüquqlarının 

,аУэ'  darəcədə  genişdir.  Müəlliflik  qanunvericiliyi 

növləri 

onların  tam  siyahısını  v e rir.  Lakin  onu  qəti  və

dəqiq  siyahı  hesab  etmək  olmaz.  Məsələ  bura­

sındadır  ki,  müəllifin  bəzi  hüquqları  (məsələn,  əsəri  dərc  etdirmək  hüququ, 

əsərdən  əmtəə  nişanı  qismində  istifadəyə  müəllifin  icazə  vermək  hüququ  və 

s.)  həmin  siyahıya  daxil  edilməmişdir.  Digər tərəfdən,  qanun  müəyyən  edir ki, 

müəllifin  və  əsərə  müəlliflik  hüququnun  digər  sahibinin  əsərdən  hər  hansı 

form ada  və  üsulla  istifadə  etməyə  müstəsna  hüququ  vardır3.  Bu  isə  onu 

ifadə  edir  ki,  əsərdən  istifadə  zamanı  qanunda  birbaşa  nəzərdə  tutulmayan 

huquqlar da  yarana  bilər.

Mülki  hüquq elmində  (doktrinasında) ənənəvi olaraq subyektiv müəlliflik hü­

quqlarının  iki  əsas  növü fərqləndirilir4:

•   şəxsi  qeyri-əmlak  xarakterli  müəlliflik  hüquqları  (m üəllifin  şəxsi  qeyri- 

əm lak  hüquqları);

•   əmlak xarakterli  müəlliflik  hüquqları  (müəllifin  əmlak  hüquqları).

Subyektiv  müəlliflik  hüquqları  özlərinin  malik  olduqları  məzmun  və  qiymət * 1

Müstəsna hüquqların  təb iə ti  m ü lki  lıiiquq elm ində (doktrinasında) mübahisə doğuran  məsələlərdən 



bırıdır,  Bu  m əsələ  hüquq  ədəbiyyatı  səhifələrində geniş  işıqlandırılm ışdır.  Məsələn,  bax: 

Шершеиевич 

Г.Ф.

  А вторское  право на литературное произведение.  Казань.  1891, с.  74; 



Канторович Я.А.

  Автор­


ское  право  на  литературные,  музыкальные,  художественные  и  фотографические  произведения 

Петроград.  1910.  с.  359; 



Шершеиевич  Г.Ф.

  Учебник  русского  гражданского  права.  М .,  1914,  с. 

452-455; 

Мартынов  П С.

  Право авторства  в 



СССР//Учсп.

  зап.  В И Ю Н   Вып.  X.  1947, с.  168; 



Анти­

монов П.С..  Ф.лейщиц Е.А.

  Авторское  право М .,  1957, с. 61, с.  59; 



Савельева И  В.

  Правовое регули­

рование  отнош ений  в  области  художественного  творчества.  М .,  1986,  с.  70; 

Серебровский  В.И. 

Вопросы  со ветского  авторского  права  М ..  1956, с.  24; 



Иоффе О С

  Советское  гражданское право 

К ур с  лекций.  Часть  3.  Л ..  1965.  с.  51-52; 

Сергеев А.П.

  Право  интеллектуальной  собственности  в 

Российской  Федерации.  У чебник.  М ..  1999, с.  191-193; 

Гаврилов Э.П.

  Комментарий  законы об ав­

торском  праве  и смежны х  правах.  М .,  1996, с.  87-88.

:  « M ü ə llifik   hüququ  və  ə laqəli  hüquqlar haqqında» qanunun  14-15-ci  maddələri.

•'  həm in qanunun  15-ci  maddəsi.

1  M əsələn,  bax: 



Иоффе О.C.

  Советское  гражданское  право.  Курс  лекций.  Часть  3.  Л .,  1965, с. 

37; 

Гаврилов  Э.П.

  Советское  авторское  право  М ..  1984,  с.  133;  Корецкий  В.И.  Авторское  право­

отношения  в  СССР.  Сталинабад.  1959.  с.  265;  Гражданское  право.  Учебник.  Том  1/Под  рсд. 

Е.А.Суханова.

  М .,  1998,  с.  654; 



Махагонова  И.В.

  Авторское  право.  М .,  2000,  с.  119; 



Гуев  А.И. 

Гражданское право.  У чебник.  Том  3.  М ., 2003.

195


kimi  əlamətə  (meyara) görə bu cür iki yerə  bölünür.  Məhz bu əlamət (meyar) 

müvafiq  hüququn  şəxsi  qeyri-əmlak  və  ya  əmlak  hüququ  olmasını  müəyyən­

ləşdirməyə  imkan  verir.  Bu,  alimlər  arasında  ən  geniş  yayılmış  təsnifdir.  De­

mək  olar  ki,  bəzi  istisnalarla,  alimlərin  hamısı  belə  təsnifə  üstünlük  verirlər. 

Məhz  müəlliflik  qanunvericiliyi  də  subyektiv  müəlliflik  hüquqlarını  şəxsi  qeyri- 

əmlak  hüquqları  və  əmlak  hüquqları  kimi  iki  yerə  bölür.  Bu  bölgünün  bir  sıra 

xarici  ölkələrin  qanunvericiliyi  da  tanıyır.  Məsələn,  ABŞ  qanunvericiliyinə  görə 

müəllifin  hüquqları  şəxsi  qeyri-əmlak  hüquqları  və  əmlak  hüquqları  adlı  iki  nö­

və  ayrılır.  Doğrudur,  burada  şəxsi  qeyri-əmlak  hüquqları  əvəzinə  «mənəvi  hü­

quqlar» anlayışından  istifadə edilir'.

Fransanın  müəlliflik  hüququ  müəllifə  məxsus  olan  əmlak  hüquqlarını  dəqiq 

surətdə onun  şəxsi  qeyri-əmlak  hüquqlarından  ayırır və  bununla  göstərdiyimiz 

təsnifi tanıyır2.

Şəxsi  qeyri-əm lak  xarakterli  m üə lliflik  hüquqları  dedikdə,  iqtisadi  qiy­

məti  və  əmlak  məzmunu  olmayan  hüquqlar  başa  düşülür.  Onlar  müəlliflik  hü­

ququ  barədə  qanunun  14-cü maddəsində  sadalanır.  Həmin  hüquqlara  aiddir:

•   müəlliflik hüququ;

•   ad hüququ;

•  öz ad-sanını  (şöhrətini)  müdafiə etmək hüququ;

•   açıqlamaq  hüququ;

•   imtina  hüququ.

Əmlak  xarakterli  m üə lliflik  hüquqları  dedikdə,  iqtisadi  qiyməti  və  əmlak 

məzmunu  olan  hüquqlar  başa  düşülür.  Bu  növ  müəlliflik  hüquqlarının  dairəsi 

müəlliflik  hüququ  barədə  qanunun  15-ci  maddəsi  ilə  müəyyən  edilir.  Onlara

aiddir:

•   surətçıxarma  hüququ;



•yaymaq  hüququ;

•   idxal hüququ;

•   kütləvi  nümayiş  hüququ;

•  kütləvi  ifa  hüququ;

•   kütləvi  bildiriş  hüququ;

•  efirlə  bildiriş  hüququ;

•   kütləyə çatdırmaq  üçün  kabellə kütləvi  bildiriş hüququ;

•   tərcümə  hüququ;

•   yenidən  işləmək  hüququ;

•izləmə  hüququ.

Əmlak  xarakterli  müəlliflik  hüquqları  Bern  konvensiyasında  da  nəzərdə  tu­

tulmuşdur.  Bunlar  müəllifə  birbaşa  müstəsna  hüquqlar  verir3.  Ümumdünya 

(Cenevrə)  konvensiyasında  isə xüsusi  olaraq  müəllifin  yalnız tərcümə  hüququ 

tənzimlənir.

'  Основные  институты  гражданского  нрава  зарубежных  стран  /П о д   рсд. 

В.В.Зожсского.

  N4., 


1999, с. 435.

‘ 

Дюма Р.

  Литературная и  художественная собственность.  Авторское право Ф ранции.  М .,  1989.



Богусловский  М М .

  Международное  частное  право.  У чеб ник.  М .,  2002,  с.  298; 

Минков  А. 

Международная охрана интеллектуальной собственности.  М ., 2001, с.  125.

196


Müəllifin  şəxsi  qeyri-əmlak  hüquqları  ilə əmlak  hüquqları  bir-birilə  sıx  surət­

də  bağlıdır.  Belə ki,  şəxsi  qeyri-əmlak hüquqlarında əmlak xarakterli elementə, 

əmlak  hüquqlarında  da  şəxsi  qeyri-əmlak  xarakterli  elementə  rast  gəlmək 

mümkündür.  Müəlliflik  hüquqlarının  əsas və  başlıca xüsusiyyəti  də  məhz bun­

dan  ibarətdir.  Məsələ  burasındadır  ki,  istənilən  m üəlliflik  hüququ  özündə 

həm  şəxsi  qeyri-əm lak  xarakterli,  həm  də  əmlak  xarakterli  elementləri 

b irlə şdirir.  Mehz  bu  səbəbdən  müəlliflik  hüquqları  içərisindən  «təmiz  və  xa­

lis»  əmlak  hüquqları  və  ya  şəxsi  qeyri-əmlak  hüquqları  ayırmaq  kifayət  dərə­

cədə  çətin  məsələdir.  Müəyyən  etmək  mümkün  olmur  ki,  hansı  müəlliflik  hü­

quqları  «təmiz  və  xalis  əmlak  hüquqları»,  hansı  müəlliflik  hüquqları  isə  «təmiz 

və xalis şəxsi  qeyri-əmlak  hüquqları»  sırasına aiddir.

Lakin  müəllifin  şəxsi  qeyri-əmlak  hüquqları  ilə  əmlak  hüquqları  arasında sıx 

bağlılığın  olması  ona  dəlalət etmir  ki,  göstərilən  təsnif tamamilə əsassız olub’ , 

şərti  xarakter  daşıyır1

 2.  Əksinə,  bu  cür  təsnif  praktiki  cəhətdən  böyük  əhəmiy­

yətə  malikdir.

Müəllifin  hüquqlarının  şəxsi  qeyri-əmlak  və  əmlak  hüquqlarına  bölünməsi 

onu  ifadə  edir ki,  bu  hüquqlardan  hər biri  üçün ayrıca,  xüsusi  hüquqi  mühafi­

zə  rejim i  müəyyən  edilir.  Belə  ki,  şəxsi  qeyri-əmlak  hüquqları  yalnız  müəllifə, 

yəni  əsərin  bilavasitə  yaradıcısı  olan  fiziki  şəxsə  məxsus  ola  bilər.  Həmin  hü­

quqlar  müəllifin  yaradıcı  xarakterli  əməyindən  irəli  gələrək  onun  şəxsiyyəti  ilə 

qırılmaz  surətdə  bağlıdır.  Buna  görə  də  onlar bölünməz olub,  özgəninkiləşdiril- 

mir,  bir  qayda  olaraq,  müəllif müqaviləsi  əsasında  başqa  şəxslərə verilmir.  Di­

gər  tərəfdən,  müəllifin  şəxsi  qeyri-əmlak  hüquqları  vərəsəlik  qaydasında  keç­

mir və  buna  görə  də vərəsəliyin obyekti  (predmeti) olmur.  Müəlliflik qanunveri­

ciliyi  birbaşa  müəyyən  edir  ki,  müəllifin  şəxsi  qeyri-əmlak  hüquqları  vərəsəlik 

üzrə keçmir3.

Amma  buna  baxmayaraq  müəllifin  vərəsələrinin  şəxsi  qeyri-əmlak  xarak­

terli  müəlliflik hüquqlarını  qorumaq  səlahiyyəti vardır.  Bu səlahiyyət müddətsiz- 

dir,  yəni  hər  hansı  müddətlə  məhdudlaşdırılmır.  Əgər  müəllifin  şəxsi  qeyri-əm­

lak  hüquqları  pozularsa  (məsələn,  firma  icazəsiz olaraq  məşhur olan  müəllifin 

adından  kommersiya  və  reklam  məqsədləri  üçün  istifadə  edir və  s.),  onda və­

rəsələr  onları  müdafiə  edirlər.  M üəllifin  şəxsi  qeyri-əmlak  hüquqlarının  qo­

runm ası  (m üdafiəsi)  m üddətsizdir.

O  ki  qaldı  müəllifin  əmlak  hüquqlarına,  onlar hüquqi  varislik  (vərəsəlik),  mü­

əllif  müqaviləsi  və  qanunda  ifadə  edilən  göstəriş  kimi  üç  hüquqi  fakt  əsasında 

başqa  şəxslərə  keçə  bilər.  Müəlliflik  hüququnun  istənilən  subyekti  həmin fakt­

ların  vasitəsi  ilə  əmlak xarakterli  müəlliflik  hüquqlarını  əldə  edə və onun sahibi 

ola  bilər.  Müəlliflik  qanunvericiliyi  müəyyən  edir ki,  m üəlliflik  hüquqları  müəl­

lif  m üqavilələri  üzrə  v e rilir  və  vərəsəlik  qaydasında  keçir4.  Əmlak  hüquq-

1  Sovet  dövrünün  a lim i  V.İ.Sercbrovski  göstərilən  (əsnifi  tamamilə  əsassız  hesab  edir  (

Сереброве- 

кии В.И.

  Вопросы  советского авторского права.  M.,  1956, с.  101).

:  Başqa  b ir  sovet  a lim i 

M. V.Qordon

  göstərilən  tosnifin  şorti  xarakter daşımasını  qeyd  edir (Г



ордой 

M.В.

  Советское авторское  право.  M .,  1955, с.  78).

1 « M ü ə lliflik   hüququ  və ə laqəli  hüquqlar haqqında» qanunun  29-cu maddəsi.

4  « M ü ə lliflik   hüquqları və ə laqəli hüquqlar haqqında» qanunun 28-ci  maddəsi.

197


larinin  başqa  şəxslərə  verilməsinə  baxmayaraq  şəxsi  qeyri-əmlak  xarakterli 

hüquqlar müəllifdə qalır.

Əmlak xarakterli  müəlliflik  hüquqları  yalnız  qanunda  nəzərdə  tutulan  müd­

dətdə  qüvvədə  olur,  yəni  müəyyən  müddətlə  məhdudlaşdırılır.  Əgər  həmin 

müddət  keçərsə  (ötərsə),  müəllifin  əmlak  hüquqları  hüquqi  mühafizə  ilə  təmin 

olunmur.  Deməli,  əmlak xarakterli  müəlliflik hüquqları  m üddətli  hü q uq la rd ır1.

Göstərilən  təsnif  praktiki  cəhətdən  həm  də  ona  görə  əhəmiyyət  kəsb  edir 

ki,  o,  müəlliflik  hüquqlarının  pozulmasına  görə  yaranmış  m ülki  hüquqi  m əsu­

liyyət  m əsələsini  düzgün  həll  etməyə  imkan  verir.  Əgər  müəllifin  əmlak  hü­

quqları  pozularsa,  onda əsasən  zərərin  əvəzini  ödəmə  kim i  m əsu liyyət təd­

biri  (müdafiə  üsulu)  tətbiq  edilir.  Şəxsi  qeyri-əmlak  xarakterli  müəlliflik  hüquq­

ları  pozulduqda  isə  hüquqların  pozulmasınadək  m övcud  olan  vəziyyətin 

bərpa  edilm əsi,  hüquqları  pozan  hərəkətlərin  qarşısının  alınm ası  və digər 

müdafiə üsullarından istifadə olunur.

Müəlliflik hüquqlarından  hər biri xüsusi  məzmuna  malikdir.  Gəlin,  onlara  ay­

rı-ayrılıqda  çox da geniş olmayan  mülki-hüquqi  xarakteristika  verək.



§ 7.  Müəllifin  şəxsi  qeyri-əmlak  hüquqları

.... 


Müəlliflik  hüququ  müəllifin  malik  olduğu  şəxsi  qeyri-əmlak

, uə  1  1 

hüquqlarından  biridir.  Ona  görə  də  şəxsi  qeyri-əmlak  hü- 

"   "  


quqlarını  xarakterizə  edən  əlamətlər  bu  hüquqa  da  aiddir. 

Belə  ki,  müəlliflik  hüququ  müəllifin  şəxsiyyətindən  ayrılmaz  olub,  özgəninkiləş- 

dirilmir.  O,  hər  hansı  hüquqi  fakt  əsasında,  o  cümlədən  müəlliflik  müqaviləsi 

və ya vərəsəlik əsasında  başqa  şəxslərə verilmir.

Mübahisəsiz  olaraq  göstərə  bilərik  ki,  müəlliflik  hüququ  müəllifin  vacib, 

əsas  və  başlıca  şəxsi  hüququ  sayılır.  Bu,  onunla  izah  edilir  ki,  müəllifin 

həm  şəxsi  qeyri-əmlak  xarakterli,  həm  də  əmlak  xarakterli  hüquqları  məhz 

müəlliflik  hüququndan  törəyir.  Şəxs  yalnız  əsərin  müəllifi  kimi  tanındıqda,  yəni 

əsərə  müəlliflik  hüququ  əldə  etdikdən  sonra  onun  üçün  şəxsi  qeyri-əmlak  və 

əmlak  hüquqları  yarana  bilər.  O,  əsərin  müəllifi  kimi  tanınmazsa,  həmin  hü­

quqların əmələ gəlməsini təsəvvür etmək qeyri-mümkündür.

M üəlliflik  hüququ  dedikdə,  şəxsin  öz  yaratdığı  əsərin  m üə llifi  kim i  ta ­

nınmaq  hüququ  (imkanı)  başa  düşülür.  Bu  hüquqa  əsasən  şəxs  yaratdığı 

əsərin  müəllifi  sayılır və  hesab edilir.

Müəlliflik  hüququ  belə  bir faktı  təsdiq  edir  ki,  müəyyən  şəxs  müvafiq  əsərin 

əsl  və  həqiqi  yaradıcısıdır.  Buna  görə  də  belə  şəxs  əsərin  müəllifi  adlanmaq 

hüququna  malikdir.

Əsərin  müəllifi  kimi  tanınmaq  hüququ  (müəlliflik  hüququ)  nə  vaxt  yaranır? 

Müəlliflik  qanunvericiliyi  bu  suala  dəqiq  cavab  verir2:  əsərin  m ü ə llifi  kim i  ta-

1  Hüquq  ədəbiyyatı so lıifəlo rind o   belə b ir  fik ro  rast  g ə lirik   k i,  m ü ə llifin  şəxsi  q eyri-əm lak  hüquqları 

müddotsiz  hüquqlardır  (Основные  институты  гражданского  права  зарубежных  стран.  М .,  1999,  с. 

430).  Söz  yox  ki.  bu.  düzgün  olmayan  fik ird ir.  M əsələ  burasındadır  k i,  şəxsi  q eyri-əm lak  hüquqları 

m ü ə llifin   ölümü  ilo  ləğv  e d ilir  və  vərəsəlik  qaydasında  keçmir.  M ü ə llifin   şəxsi  q eyri-əm lak  hüquqları 

yalnız müddətsiz olaraq qorunur.

*  « M ü ə lliflik  hüququ və əlaqəli hüquqlar haqqında» qanunun  25-ci  maddəsi.

198


nınmaq  hüququ  (m ü ə lliflik  hüququ)  əsərin  yaradılması  faktı  ilə  yaranır.

Əsər yaradıldığı  andan  dərhal  müəlliflik hüququ da əmələ gəlir.

Əsərin  müəllifi  kimi tanınmaq  hüququnun  (müəlliflik  hüququnun) yaranması 

üçün tələb edilmir ki,  əsər hər hansı  bir orqanda qeydə  alınsın və ya hər hansı 

başqa  üsullarla  rəsmiləşdirilsin.  Azərbaycan  Respublikasının  müəlliflik qanun­

vericiliyi  şəxsin  əsərin  qeydə  alınmasından  və  ya  digər  rəsmiləşdirilmə 

üsulundan  asılı  olm adan  m üə llif  kimi  tanınması  prinsipindən  çıxış  edir'. 

Fransanın  və  bir sıra  xarici  ölkələrin  müasir müəlliflik qanunvericiliyi  də analoji 

prinsipi  müəyyənləşdirir1

 2.  Amma  bəzi  ölkələrin  qanunvericiliyi  depozitə  qoy­

ma,  qeydiyyata  götürm ə,  m üə lliflik  hüququnu  qoruma  nişanından  istifa­

də  etm ək  kim i  rəsmiləşdirmə  üsullarının yerinə yetirilməsini tələb edir.

Əsərin  müəllifi  kimi  tanınmaq  hüququ  (müəlliflik  hüququ)  subyektiv  müəllif­

lik  hüquqlarından  (müəllifin  malik olduğu subyektiv hüquqlardan) biridir.  Əsərin 

yaradılması  faktı  ilə  müəlliflə  əhatə  dairəsi  bilinməyən  qeyri-məhdud  saylı 

şəxslər («hamı  və  hər kəs») arasında əsər barəsində m ütləq xarakterli müəl­

liflik   hüquq  m ünasibəti  əmələ  gəlir.  Subyektiv  müəlliflik  hüququ  həmin  mü­

nasibətin  elementlərindən  biri  olub,  özündə  bir  neçə  hüququ  (səlahiyyəti,  hü­

quqi  imkanı)  birləşdirir.  Bu  hüquqlar əsərin  müəllifi  kimi tanınmaq hüququ  (mü­

əlliflik  hüququ)  kimi  əsas  və  həlledici  səlahiyyətin  vasitəsi  ilə  «sementlənir»3. 

Mütləq  hüquq  münasibəti  çərçivəsində  mövcud  olduğuna  görə  əsərin  müəllifi 

kimi  tanınmaq  hüququ  (müəlliflik  hüququ)  mütləq  hüquqlar növünə aid edilir. 

Məhz  bu  səbəbdən  əhatə  dairəsi  bilinməyən  qeyri-məhdud  saylı  borclu  şəxs­

lər  (müəllifi  əhatə  edən  «hamı  və  hər  kəs»)  əsərin  müəllifi  kimi  tanınmaq  hü­

ququnu  pozan  hər  hansı  hərəkətdən  (o  cümlədən  plagiatlıqdan,  yəni  «ədəbi» 

oğurluqdan  və  özgə  müəllifliyini  mənimsəməkdən,  müəllifliyi  inkar  etməkdən 

və s.) çəkinməlidir (passiv funksiya,  passiv vəzifə).

Əsərin  müəllifi  kimi  tanınmaq  hüququ (müəlliflik hüququ) əsəri yaradan şəx­

sin  bütün  həyatı  (öm rü)  boyu  qüvvədə  olur.  Şəxsi  xarakterli  hüquq  olduğu­

na  görə  bu  hüquq  müəllifin  ölümündən  sonra  vərəsəlik  qaydasında  onun 

vərəsələrinə  ke çm ir və  buna  görə  də  ləğv  edilir.  Belə  ki,  əgər hüququn  daşı­

yıcısı  olan  şəxs  ölərsə  və  həmin  hüquq  vərəsəlik  üzrə  keçmirsə,  hökmən  ləğv 

edilməlidir.  Subyektsiz  hüququn  mövcudluğundan  danışmaq  sadəcə  olaraq 

məntiqsizlikdir.  Bu,  izaha  ehtiyacı  olmayan  məlum  məsələdir.  Buna  görə  hü­

quq  ədəbiyyatı  səhifələrində  söylənilən  belə bir fikir  həqiqətdən  uzaqdır ki,  gu­

ya  əsərin  müəllifi  kimi tanınmaq  hüququ  (müəlliflik  hüququ) müddətsizdir,  əbə­

di  və  həmişəlik  mövcud  olur,  hər  hansı  müddətlə  məhdudlaşdırılmır4.  Hesab 

edirik  ki,  həmin  fikri  söyləyən  müəlliflər  məsələnin  mahiyyətinə  varmayaraq 

onu  qarışdırırlar.  Məsələ  burasındadır ki,  əsərin  müəllifi  kimi tanınmaq  hüququ

1 « M ü ə lliflik   hüququ  və ə laqəli  hüquqlar haqqında» qanunun  l-c i  maddəsi.



Дюма  P.

  Литературная  и  художественная  собственность.  Авторское  право  Франции.  М.. 

1989, с.  10.



Иоффе ОС.

  Советское  гражданское право.  Курс лекций.  Часть 3. Л .,  1965, с.  37.

4  Основные  институты   гражданского  права  зарубежных  стран.  М .,  1999, с.  430. 



Камышев В.Г. 

Издательский  договор  на  литературное  произведение  М .,  1969,  с.  7; 



Никитина  М.И.

  Авторское 

право на  произведение н ауки, литературы  и искусства,  Казань,  1972, с.  64.

199


Müəllifin 

ad  hüququ

(müəlliflik  hüququ) yox.  hüquqi  fakt  kimi  m üə lliflik  m üddətlə  m əhdudlaşdı­

rılmır (yəni  müddətsizdir),  əbədi  olub,  həmişəlikdir.  Başqa  sözlə  desək,  müd- 

dətsiz, əbədi və  həmişəlik olan  belə  bir hüquqi faktdır ki,  əsərin yaradıcısı  olan 

şəxs  həmin  əsərin  müəllifidir.  Buna  görə  əsərə  müəlliflik  faktı  müəllifin  ölü­

mündən  sonra  da  mövcud  olmaqda  davam  edir.  Məhz  bu  səbəbdən  müasir 

dövrdə  böyük və ölməz  Nizaminin XII  əsrdə yaratdığı  əsərlərə  müəllifliyi  hüqu­

qi fakt kimi tanınır.  Müəlliflik  hüquq  doktrinasında  (elmində)  bir sıra  alimlər mə­

sələyə məhz bu cür yanaşırlar'.

Əsərin  müəllifi  kimi  tanınmaq  hüququ  (müəlliflik  hüququ)  yalnız  m üddətlə 

məhdudlaşdırılmadan  (müddətsiz)  qorunur.

Ad  hüququ  müəllifin  şəxsi  qeyri-əmlak  hüquqlarına  aid  olan 

hüquqdur.  Buna  görə  həmin  hüquq  müəllifin  şəxsiyyətindən 

ayrılmaz  olub,  özgəninkiləşdirilmir  və  hər  hansı  şəxsə  veril­

mir.  O,  nə  vərəsəliyin,  nə  də  m üə llif  m üqaviləsinin  predm eti  (obyekti)  ola 

bilər.  Həmin  hüquq  əsərin  özünün  yaranma  faktından  əmələ  gəlir,  müəllifin 

ömrü  (həyatı)  boyu  qüvvədə  olur,  müəllifin  ölümündən  sonra  isə  vərəsəliyin 

predmeti olmadığına  görə  ləğv edilir.

Müəllifin  ad  hüququ  müəlliflik  hüququ  (əsərin  müəllifi  kimi  tanınmaq  hüqu­

qu)  ilə  sıx  surətdə  bağlıdır).  Onlar qarşılıqlı  əlaqədə  olub,  bir-birinə  həddən  zi- 

yadə  «qohum»  sayılan  hüquqlardır.  Lakin  bunlara  baxmayaraq  müəllifin  ad 

hüququ  törəmə  yox,  m üstəqil  hüquqdur.  Bir-birinə  nə  qədər  yaxın  olsalar 

da, onlar arasında  fərqli  cəhət  də vardır.

Fərqli cəhət ondan  ibarətdir ki,  yaradıcı şəxs  həm  açıqlanmış,  həm  də açıq­

lanmamış  əsərin  müəllifi  kimi  tanınmaq  hüququna  malikdir.  Bu  isə  o  deməkdir 

ki,  həmin  hüquq  əsərin  açıqlanıb-açıqlanmamasından.  istifadə  olunub-olun­

mamasından  asılı  deyil.  Ad  hüququna  gəldikdə  isə  qeyd  edə  bilərik  ki.  bu  hü­

quq  əsərin  açıqlanmasından  və  istifadə  olunm asından  asılıdır.  Belə  ki. 

həmin  hüquq  əsər  yalnız  açıqlandığı  və  ondan  istifadə  olunduğu  hallarda  hə­

yata  keçirilə  bilər.  Nə  qədər ki,  əsər  açıqlanmamışdır,  müəllifin  ad  hüququnun 

həyata  keçirilməsindən  söhbət  gedə  bilməz.  Məlum  məsələdir  ki,  açıqlanana 

kimi  əsərə  auditoriyanın  necə  deyərlər,  «əli çatmır»  və  buna  görə əsərin  müəl­

lifinin adını  müəyyənləşdirmək  mümkün  olmur.  Yalnız əsər açıqlandıqdan  son­

ra onu yaradan şəxsin adı auditoriyaya  məlum  olur.

Digər tərəfdən,  ad  hüququnun  müəllifin  müstəqil  şəxsi  qeyri-əmlak  hüququ 

olması  həm  də  onunla  təsdiqlənir  ki,  bu  hüquq  əsərin  müəllifi  kimi  tanınmaq 

hüququnun  (müəlliflik  hüququnun)  pozulmasından  asılı  olmayaraq  pozula  bi­

lər.  Elə  hallar yaranır ki,  əsərin  müəllifi  kimi tanınmaq  hüququna  (müəlliflik  hü­

ququna)  toxunulmur,  amma  müəllifin  ad  hüququ  pozulur.  Məsələn,  nəşriyyat 

müəyyən  şəxsi  dərc  edilmiş  əsərin  müəllifi  kimi  tanıyır,  lakin  müəllifin  iradəsi 

ziddinə  olaraq  dərc  olunmuş  əsərdə  onun  əsl  və  həqiqi  adını  yox,  təxəllüsünü 

göstərir.  Başqa  bir  misalda  əsəri  yaradan  şəxsin  müəlliflik  hüququnu  tanıyan 

və  onu  inkar  etməyən  nəşriyyat  dərc  olunmuş  əsərdə  müəllifin  adını  (təxəllü- 1



Сергеев А.П.

  Право  интеллектуальной  собственности  в  Российской  Федерации.  У чеб ник  М .. 

1999, с. 201.

2 0 0


sünü) göstərmir.

Müəllifin  ad  hüququ  qeyri-əm lak  (qeyri-iqtisadi)  xarakterli  məzmuna

malikdir.  Onun  məzmunu  qanunda  birbaşa müəyyən edilir1.

M üəllifin  ad  hüququ  dedikdə,  yaratdığı  əsərdən  öz  adı  ilə,  təxəllüslə, 

yaxud  anonim   istifadə  etmək  və  ya  bu  cür  istifadəyə  icazə  vermək  səla­

hiyyəti  (hüquqi  im kanı)  başa  düşülür.

Qanunun  ad  hüququna  verdiyi  leqal  anlayışdan  müəyyən  olunur ki,  müəllif 

malik olduğu  ad  hüququnu  üç  üsulla  həyata  keçirə  bilər.  Həmin üsullara aid­

dir:

•   müəllifin  əsərdə  öz həqiqi  adını göstərməsi;



•  müəllifin  əsərdə təxəllüsünü  göstərməsi;

•   əsər müəllifinin  adının anonim saxlanılması.

Göstərilən  üsulların  hansından  istifadə  etmək  hüququ  yalnız  müəllifə  məx­

susdur.  Bu  məsələ  ancaq  müəllifin  iradəsi  ilə  həll  edilir.  Məsələn,  əsərdə  öz 

təxəllüsünü  göstərmək  niyyətində  olarsa,  müəllifi  məcbur  etmək  olmaz  ki,  o, 

əsərdə  öz  həqiqi  adını  göstərsin.  Əgər müəllif əsərdə  adını  göstərmək istəmə­

dikdə  onu  vadar etmək  olmaz  ki,  o,  əsəri  təxəllüsü  ilə və  ya  öz adı  ilə  dərc et­

dirsin.  Əgər müəllif əsərini öz adı ilə və ya təxəllüslə dərc etdirmək arzusunda- 

dırsa,  zorla  boynuna  qoymaq  olmaz  ki,  o,  əsəri  ad  göstərmədən  (adsız)  dərc 

etdirsin  və  s.

Əsərdə  öz  həqiqi  adını  göstərm ək  üsulunun  m ahiyyəti  ondan  ibarətdir 

ki.  müəllif bu  üsulla  əsərini  öz  adı  ilə  açıqlayır (dərc  etdirir,  kütləvi  nümayiş  et­

dirir,  efirə  verir,  kütləvi  ifa  olunur və  s.),  əsərdən  istifadə  edir və ya  bu  cür isti­

fadəyə  icazə  verir.  Məsələn,  müəllif nəşriyyata  icazə verir  ki,  o, əsəri müəllifin 

həqiqi  adını  göstərməklə  dərc  (nəşr)  etdirsin  və  s.  Həmin  üsulun  köməyi  və 

vasitəsi  ilə  müəllif  əsərə  olan  müəllifliyini  ifadə  etmiş  olur.  Belə  ifadə etmənin 

qaydasını  müəllif özü  müəyyənləşdirir.

Müəllif  hər  şeydən  əvvəl,  əsərə  olan  öz  müəllifliyini  tam  ifadə  edə  bilər. 

Tam  ifadə  etmə  dedikdə,  əsərdə  müəllifin  öz  xüsusi  mənada  adını  və  so­

yadını  göstərm əsi  başa  düşülür.  Məsələn,  İsayev Əli Cəfər oğlu və s.

Müəllif  öz  istəyi  ilə  əsərə  olan  müəllifliyini  qısaldılmış  şəkildə  də  ifadə  edə 

bilər.  Q ısaldılm ış  şəkildə  ifadə  etmə  dedikdə,  müəllifin  əsərdə yalnız öz so­

yadını  və  adını  göstərm əsi  başa düşülür.  Məsələn,  İsayev Əli və s.

Müəllifin  əsərə  olan  müəllifliyini  daha  qısaldılmış  şəkildə  ifadəsi  mümkün 

olan  məsələdir.  Müəlliflik  qanunvericiliyi  bu barədə  hər hansı  məhdudiyyət nə­

zərdə  tutmur.  Daha  qısaldılm ış şəkildə  ifadə  etmə  dedikdə,  müəllifin əsərdə 

yalnız  öz  soyadını  və  inisialını  (ad  və  ata  adının  baş  hərflərini)  göstərməsi  ba­

şa düşülür.  Məsələn,  İsayev Ə.C.  və s.

Müəllifin  adı  müəlliflik  prezumpsiyası  ilə  bağlıdır.  M üəlliflik  prezumpsiyası- 

na  görə,  əgər  digər  sübutlar  yoxdursa,  (yəni  əksi  sübut  edilənə  kimi),  əsərə 

müəlliflik  adı  altında  açıqlanmış  (göstərilmiş)  şəklə  məxsusdur2.  Əsərdə  adını 

göstərilmə  faktı  onu  ifadə  edir ki,  əksi  sübut  edilənə  kimi,  əsərə  m üəlliflik  hə- 1

1 « M ü ə lliflik   hüququ  və əlaqəli  hüquqlar haqqında» qanunun  14-cü maddəsinin «b»  bəndi.

:  « M ü ə lliflik   hüququ və əlaqəli  hüquqlar haqqında» qanunun  8-ci  maddəsinin  l-c i  bəndi.

2 0 1


min  əsərdə  adı  göstərilm iş  şəxsə  m əxsusdur.  Bu,  yəni  müəllifin  öz  adını 

göstərməsi  isə  mübahisə  hallarında  əsərə  müəllifliyi  müəyyənləşdirməyi  asan­

laşdırır.  Müəlliflik  prezumpsiyası  haqqında  qayda  ədəbi-bədii  əsərlərin  qorun­

ması  barədə  Bern  konvensiyasından  iqtibas  olunmuşdur'.  Bu  konvensiyanın 

15-ci maddəsinin  1-ci bəndi müəlliflik prezumpsiyasından çıxış edir.

Əsərdə  təxəllüsü  göstərm ək  üsulunun  m ahiyyəti  ondan  ibarətdir  ki,  bu 

üsulla  müəllif əsəri  açıqlayır,  əsərdən  istifadə  edir və  ya  bu  cür  istifadəyə  ica­

zə  verir.  Məsələn,  müəllif yazdığı  əsəri  təxəllüslə  dərc  etdirir və  s.  Təxəllüsün 

hər hansı orqanda  qeydiyyata alınması tələb edilmir.

Təxəllüs  dedikdə,  müəllifin  özünün  uydurduğu  şərti  ad  başa  düşülür.  Özü­

nə  təxəllüs  seçməklə  müəllif həqiqi  adını  saxlayır.  Müəllif sərbəst  və  müstəqil 

surətdə özünə təxəllüs seçə  bilər.  Bu, onun  hüququdur.

Müəllifin  hansı  səbəbə  görə  özünə  məhz  belə  təxəllüs  seçməsi  bir  sirr  və 

müəmma  olaraq  qala  bilər.  Təxəllüsün  arxasında  hansı  şəxsin  dayanması,  əl­

bəttə,  auditoriyaya  məlum  olmaya  da  bilər.  Bir sıra  görkəmli  şəxsiyyətlər tarix­

də  öz  təxəllüsləri  ilə  tanınmış  və  məşhur  olmuşlar.  Məsələn,  «Hophopnamə» 

M.Ə.Sabirin,  M.Qorki  A.M.Peşkovun,  Nizami  Gəncəvi  Qiyas  İlyas  oğlunun  və 

s.  təxəllüsü  olmuşdur.

Təxəllüslə  dərc  edilən  əsərə  müəllifliyin  müəyyən  edilməsi  barədə  mübahi­

sə yarana  bilər.  Müəllifin  təxəllüsünün onun  şəxsiyyətini  şübhə  altında  qoyma­

dığı  (onun  şəxsiyyətinə  şübhə yaratmadığı)  hallarda,  mübahisəli  məsələni  həll 

etmək  asan  olub,  hər  hansı  çətinlik  törətmir.  Müəllifin  tə xə llü sü nü n   onun 

şəxsiyyətini  şübhə  altına  qoymaması  dedikdə,  müəllifin  müntəzəm  surətdə 

hamılıqla tanınan  və  qəbul  edilən  eyni  bir təxəllüslə  çıxış  etməsi  başa  düşülür. 

Məsələ  burasındadır ki,  qanun  müəlliflik  prezumpsiyasını  bu  hala  da,  yəni  mü­

əllifin  təxəllüsünün  onun  şəxsiyyətini  şübhə  altına  qoymadığı  hala  da  şamil 

edir1

 2.  Analoji  mövqedən  Bern  konvensiyası  da  çıxış  edir3.  Bu  mövqeyə  görə, 



əgər digər sübutlar yoxdursa  (əksi sübut edilənə  kimi),  əsərə  müəlliflik təxəllü­

sü əsərdə göstərilmiş şəxsə  məxsusdur.

Əsərin  təxəllüslə  dərc edildiyi  digər hallarda  (belə  hallarda  müəllifin  təxəllü­

sü onun  şəxsiyyətini şübhə altına qoyur) isə əsərdə adı  göstərilən  naşir müəlli­

fin  nümayəndəsi  sayılır  və  qanuni  (m əcburi)  nüm ayəndəlik  əmələ  gəlir. 

Nümayəndə  kimi  o,  bir  tərəfdən  müəllifin  hüquqlarını  həyata  keçirir,  digər  tə­

rəfdən  həmin  hüquqları  qoruyur,  pozulduqda  isə  onları  müdafiə  edir.  Müəllif 

əgər  öz  şəxsiyyətini  açarsa  və  əsərə  müəllifliyini  auditoriyaya  bildirərsə  (elan 

edərsə),  onda qanuni  nümayəndəlik  ləğv edilir4.

Təxəllüslə  dərc  edilən  əsərə  müəlliflik  faktı  ilə  bağlı  olaraq  mübahisə  yara­

na  bilər.  Belə hallarda sübutların (şahid  ifadələrini,  əsərin  əlyazmasını və digər 

yazılı  sübutların)  təqdim  edilməsi  tələb  olunur.  İlk  növbədə,  nəşriyyatla  (naşir-

1  Международные  конвенции  об  авторском  праве.  Ком мснтарий/П од  рсд. 

Э.П.Гаврилова.

  М., 


1982. с.  108.

:  « M ü ə lliflik  hüququ  vo əlaqəli  hüquqlar haqqında» qanunun 8-ci  maddəsinin  3-cü  bəndi.

3  Международные  конвенции  об  авторском  праве.  К о м мснтарий/П од  рсд. 

Э.П.Гаврилова.

  М., 


1982, с.  109 (1 5 -ci  maddənin  l- c i  bəndi).

4 « M ü ə lliflik   hüququ və əlaqəli hüquqlar haqqında» qanunun  8-ci  maddəsinin  3-cü  bəndi.

2 0 2


lə) müəllif arasında  bağlanan  müəllif müqaviləsi təqdim edilməlidir. Məsələ bu­

rasındadır  ki.  əsər  təxəllüslə  dərc  edilsə  də,  müəllif  müqaviləsində  müəllifin 

həqiqi  (əsl) adı göstərilir.

T əxəllüs toxunulm azdır.  Müəllifin  razılığı olmadan ona  hər hansı dəyişiklik 

etmək  olmaz.  Digər tərəfdən təxəllüsün tə h rif olunmasına yol  verilmir.  Mü­

əllifin  razılığı  olmadan  həm  də təxəllüsü  açıqlamaq olmaz.  Təxəllüsün icazə­

siz  açıqlanması  xüsusi  xarakterli  hüquq  pozuntusunun  yaranmasına  səbəb 

olur.  Belə  hallarda  rəsmi  surətdə  üzr  istəmə,  mənəvi  zərərin  əvəzinin  ödənil­

məsi və digər müdafiə  üsullarından istifadə oluna bilər. Yalnız məhkəmənin tə­

ləbi  ilə  təxəllüsün  müəllifin  razılığı  olmadan  açıqlanması  mümkündür.  Belə  ki, 

hər  hansı  mətbuat orqanında  (qəzetdə, jurnalda  və s.) müəyyən şəxs  barəsin­

də  böhtan  və  ya  təhqir  xarakterli  məqalə  dərc  edilir.  Məqalə  ilə  bağlı  olaraq 

məhkəmədə  işə  baxılır.  Bu  işlə  əlaqədar  olaraq  məhkəmə  təxəllüsün  açıqlan­

masını  redaksiyadan tələb edə bilər.  Redaksiya isə müəllifin razılığı olmadan tə­

xəllüsü açıqlamalıdır. Qalan  digər hallarda isə o, bunu etməyə borclu deyildir.

Müəllif təxəllüsünü  dəyişə,  ondan  imtina və  əsəri  öz həqiqi  adı  ilə  dərc edə 

bilər.  Müəllifin  bunlara  hüququ vardır.

Təxəllüs yalnız əsərə  müəllifliyi  ifadə etmək üçün istifadə olunan şərti addır, 

habelə  əsərə  ad  hüququnu  həyata  keçirmək  məqsədi  ilə  tətbiq  olunan  üsul­

dur.  Məhz  bu  səbəbdən  müəllif  şəxsi,  əmək,  işgüzar,  ailə-məişət  və  hüquq 

münasibətlərində,  bir  sözlə,  bütün  ictimai  münasibətlərdə  təxəllüslə  yox,  öz 

həqiqi  adından  çıxış  edir.  Pretenziyalar,  iddia  ərizələri,  məhkəmə  sənədləri və 

digər rəsmi  sənədlər təxəllüslə yox,  müəllifin adı göstərilməklə tərtib edilir.

Əsər  m üə llifin in   anonim ’  saxlanılması  üsulunun  mahiyyəti  ondan  iba­

rətdir  ki,  müəllif  ad  və  təxəllüs  göstərilmədən  əsəri  açıqlayır,  əsərdən  istifadə 

edir  və  ya  bu  cür  istifadəyə  razılıq  verir.  Müəllifin  adı  və ya  təxəllüsü  göstəril­

məyən  əsər anonim   əsərdir.  Anonim əsərə misal  olaraq əsərdə yalnız müəlli­

fin  inisialı  göstərilən  (məsələn,  yuxarıdakı  misalda  Ə.C.) əsəri,  qəzet və jurnal­

ların  ön  (qabaq)  məqalələrini,  məlumat  kitablarındakı  məqalələri  və  s.  göstər­

mək  olar.  Bu  növ  əsərin  müəllifi  öz  həqiqi  adını  gizlədir,  xəlvətcə  (gizlincə) 

saxlayır,  yaratdığı əsəri öz adı  ilə  bağlamaq  istəmir.  Lakin  bu, o demək deyildir 

ki,  şəxs  əsərin  müəllifi  kimi  tanınmaq  hüququndan  (müəlliflik hüququndan)  im­

tina  edir,  müəlliflikdən  boyun  qaçırır.  Əksinə,  o,  bütün  müəlliflik  hüquqlarını,  o 

cümlədən  əsərin  müəllifi  kimi tanınmaq  hüququnu  saxlayır və onlardan  ümumi 

qaydada  istifadə edə  bilər.

Amma  əsas  və  başlıca  məsələ  müəllifin  hüquqlarının  həyata  keçirilməsin­

dən  və  qorunmasından,  dərc  olunmuş  anonim  əsərə  müəllifliyi  sübut  etmək­

dən  ibarətdir.  Bu  məsələ  qanuni  (məcburi)  nümayəndəlik  institutunun  va­

sitə  və  köməyi  ilə  həll  edilir.  Belə  ki,  əsəri  anonim  dərc  edən  naşir (nəşriyyat) 

müəllifin  qanuni  (m əcburi)  nümayəndəsi  kimi  çıxış  edir2.  Məhz  naşir müəlli­

fin  hüquqlarını  qoruyur və  həyata  keçirir.  Naşir  həm  də  dərc olunmuş  anonim 

əsərə  müəllifliyi  təsdiq  edir.  Belə  ki,  bir  qayda  olaraq,  əsərin  müəllifinin  həqiqi 1

1 A no n im  sözü yunanca «anonumos»  ifadəsindən o lub «adsız» mənasını  ifadə edir.

:  « M ü ə lliflik   hüququ  və ə laqəli hüquqlar haqqında» qanunun 8-ci  maddəsinin 3-cü bəndi

203


adı ona  məlum olur.

Naşir dərc olunmuş anonim  əsərin  müəllifinin  həqiqi adını  açıqlamağa  borc­

lu  deyildir.  Yalnız  o,  icraatında  böhtan  və  ya  təhqirə  aid  iş  olan  məhkəmənin 

tələbi  ilə  müəllifin  adını açıqlaya  bilər.

Hər şeydən  əvvəl,  qeyd edək  ki,  barəsində danışaca- 

Äd-sanmı 

ğımız  hüquq  Azərbaycan  Respublikasının  müəlliflik

(şöhrətini)  müdafiə 

qanunvericiliyində  düzgün  olmayaraq  «şöhrətinə  hör- 

uququ 


mət edilməsi  hüququ»  adı  altında1  nəzərdə  tutulur ki,

bu  ad  həmin  hüququn  mahiyyətini  və  məzmununu  dəqiq  əks  etdirmir.  Məsələ 

burasındadır ki,  Bern  konvensiyasında,  habelə bir sıra  Qərbi Avropa  dövlətləri­

nin  və  Rusiya  Federasiyasının  müəlliflik  qanunvericiliyində  göstərilən  hüquq 

«müəllifin  reputasiyasını  müdafiə  hüququ» termini  ilə əhatə olunur.  «Reputasi­

ya»  ifadəsi  isə Azərbaycan  dilinə  «ad-san»,  «şöhrət»  kimi  tərcümə  edilir1

 2.  Bu­

na  görə  göstərilən  hüququ  ifadə  etməyin  və  adlandırmağın  ən  düzgün  və  mü­

nasib  variantı  məhz  «müəllifin  ad-sanını  (şöhrətini)  müdafiə  hüququ»  anlayı­

şından  ibarətdir.  Bu anlayışdan  istifadə dəbdə olmasa  da,  hər halda  o, göstəri­

lən  hüququn  məna  və  məzmununu  daha  dəqiq  ifadə  edir.  Yeri  gəlmişkən 

qeyd  edək  ki,  sovet  dövrünün  mülki  qanunvericiliyində  göstərdiyimiz  hüquq 

əsərə  toxunulm azlıq  hüququ  adlanırdı.  Azərbaycan  SSR-in  1964-cü  il  Mülki 

Məcəlləsinin  477-ci  maddəsində  əsərə  toxunulmazlıq  hüququ  müəllifin  malik 

olduğu əsas hüquqlardan  biri kimi  nəzərdə tutulurdu.

Bəzi  müasir müəlliflər əsərə toxunulmazlıq  hüququ  anlayışından  istifadə et­

məyə  üstünlük  verirlər3.  Bu  anlayış  bir  sıra  xarici  ölkələrin,  məsələn,  Fransa­

nın da  müəlliflik  hüququnda  işlədilir4.

Ad-sanını  (şöhrətini)  m üdafiə  hüququ  m üəllifə  verilən  elə  b ir  hüquqi 

im kandır  ki,  bunun  nəticəsində  o,  öz  yaratdığı  əsəri  mənaca  dəyişm ək­

dən,  tə h rif olunmaqdan  və ya  hər hansı  digər form ada  yenidən  işlənm ək­

dən,  həmçinin  şərəf və  ləyaqətinə  zərər  vura  bilən  hər  hansı  hərəkətdən 

qoruyur.

Müəllifin  ad-sanını  (şöhrətini)  müdafiə  hüququ  iki  əsas  səlahiyyətdən  (hü­

quqi  imkandan)  ibarətdir.  Onlara  aiddir:

•   qadağan  etmək səlahiyyəti (neqativ hüquqi  imkanı),

•   icazə vermək səlahiyyəti  (pozitiv  hüquqi  imkanı).

Qadağan  etmək  səlahiyyətinin  mahiyyəti  ondan  ibarətdir ki,  müəllif əsərə 

kimsə  tərəfindən  hər  hansı  dəyişiklik  olunmasını  yasaq  etmək  hüququna  (im­

kanına)  malikdir.  Əsər  nəşr edildikdə  (dərc edildikdə),  kütlə  qarşısında  açıq  ifa 

olunduqda  və  ya  digər  üsulla  istifadə  edildikdə  həm  əsərin  özünə,  həm  də 

onun  adına  və  ya  müəllifin  adının  ifadə  olunmasına  hər  hansı  dəyişiklik  edil­

məsi  qadağan  edilir.  Heç  kəsin  ixtiyarı  çatmır  ki,  tamlığını  və  bütövlüyünü  po­

zaraq  əsərin  həcmini  qısaltsın,  onun  ayrı-ayrı  bölmə  və  fəsillərini  dəyişdirsin

1  « M ü ə lliflik   hüququ  və  əlaqəli  hüquqlar haqqında»  qanunun  14-cü  m addəsinin  l- c i  bəndinin 

« V » ) 


yarı m bond i.

'   llusca-azərbaycanca  lüğət (d ü zəld ilm iş və  artırılm ış  üçüncü nəşri).  III  cild .  Bakı,  1978, s.  88.

Гуев A.H.  Гражданское право.  Учебник. Том 3. M., 2003, с.  179.

4 Основные  институты  гражданского  права зарубежных  стран.  М .,  1999, с.  430.

204


və  ya  əvəz etsin və  s.  Dəyişiklik və əlavələr yüksək  peşəkar səviyyədə edilsə 

və əsərin  məziyyətini  (dəyərini) yaxşılaşdırsa (artırsa)  belə, heç kəsin belə hə­

rəkətlər etmək  hüququ yoxdur.

Bunlardan  əlavə,  əsər  nəşr  edilən  (dərc  olunan)  zaman  heç  kəsin  hüququ 

yoxdur ki, ona  illüstrasiyalar,  müqəddimələr, yəni ön sözlər,  proloq,  son sözlə­

ri  (epiloq),  kommentariya  (izah,  təfsir) və  ya  hər  hansı  izahlar  əlavə etsin.  Bu 

cür  hərəkətlər  qadağan  edilir1.  Müəllif  ithafını  (həsr  etməsini),  annotasiyanı, 

epiqrafı  və  digər  elementləri  əsərdən  çıxartmaq  və  ya  onları  dəyişdirmək  ol­

maz.  Bir  sözlə,  m üəllifin  qadağan  etmək  səlahiyyəti  əsərin  məzmununu 

təşkil  edən  bütün  elementlərə şamil  edilir.

icazə  verm ək  səlahiyyətinin  isə  mahiyyəti  ondan  ibarətdir  ki,  müəllifin 

razılığı  ilə  əsərə  istənilən  dəyişiklik və əlavələr edilə  bilər.  Əsər nəşr edildikdə, 

kütlə qarşısında  açıq  ifa  olunduqda və ya digər yolla  istifadə edildikdə müəllifin 

razılığı  ilə  həm  əsərin  özünə,  həm  də  onun  adına  və  ya  müəllifin  adının  ifadə 

olunmasına  (öz  həqiqi  adı  ilə  və ya təxəllüslə  və ya  adsız)  hər hansı dəyişiklik 

etmək  mümkündür.  Bunlardan  əlavə,  əsər  nəşr  edilərkən  əgər  müəllif  razılıq 

verərsə,  ona  illüstrasiyalar,  müqəddimələr,  son  sözlər,  təfsirlər  və  ya  hansı 

izahlar  əlavə  etmək  olar.  Hətta  redaktə  və  digər  düzəlişlərə,  redaksiya  kom- 

mentariyalarına,  habelə əsərin  əlyazmasına  edilən  dəyişikliklər yalnız müəllifin 

razılığı ilə yol verilə  bilər.

Əsər  həm  də  müəllifin  şərəf  və  ləyaqətinə  zərər  vura  bilən  digər  hərə­

kətlərdən  m üdafiə  e d ilm əlidir.  Bu  cür  hərəkətlər  hər  şeydən  əvvəl,  müəllifə 

qeyri-əmlak  (mənəvi) zərəri vurur və  onun  qeyri-maddi  sferasına toxunur.  Mə­

sələn,  şəxs  qəzetdə  dərc olunan  məqalədə ədəbsiz formada  göstərir ki,  müəl­

lif  guya  özgəsinin  müəllifliyini  mənimsəyərək  plagiatlığa  (ədəbi  oğruluğa)  yol 

vermişdir.  Başqa  bir  misalda  müəllifin  ayağına  yazırlar  ki,  guya  o,  əsəri  yarat­

maqla  bağlı olaraq  hər  hansı  çirkin  hərəkət etmişdir və s.  Müəllifin adından rek­

lam-kommersiya  məqsədləri  üçün  qadağan  olunmuş  (yol  verilməyən)  istifadə 

halı  da onun  şərəf və  ləyaqətinə zərər vura bilən hərəkətlərə  misal ola bilər.

Ad-sanını  (şöhrətini)  müdafiə  hüququ  müəllifin  malik  olduğu  şəxsi  qeyri-əm­

lak hüquqlarının  növlərindən  biridir.  Buna  görə də şəxsi qeyri-əmlak hüquqlarını 

xarakterizə  edən  əlamətlər  bu  hüquqa  da  aid  olunmalıdır.  Amma  məsələ  bura­

sındadır  ki,  müəllifin  ad-sanını  (şöhrətini)  müdafiə  hüququnun  (əsərinə toxunul­

mazlıq  hüququnun)  başqa  şəxslərə  verilib-verilməməsinə  müəlliflik  hüquq dokt­

rinasında  (elmində)  alimlərin  münasibəti  birmənalı  deyil.  Bu  məsələ  xeyli  müd­

dətdir ki,  mübahisə  predmetinə çevrilmişdir.  Belə  ki,  bir qrup alimin fikrinə görə, 

göstərilən  hüququn  başqa  şəxslərə  verilməsi  mümkündür.  Onlar  öz  fikirlərini 

bununla  əsaslandırırlar  ki,  göstərilən  hüquq  onun  başqa  şəxslərə  verilməsinə 

mane ola  biləcək qədər müəllifin  şəxsiyyəti ilə möhkəm  bağlı deyil.

İkinci  qrup  alimlər  isə  göstərirlər  ki,  həmin  hüquq  müəllifin  şəxsiyyətindən

Məmin  h oroko llo rin   qadağan  edilməsi  barədə  Azərbaycan  SSR-in  1964-cü  il  M ü lk i  Məcəlləsinin 



478-ci  maddəsində birbaşa göstəriş nəzərdə tutulmuşdu.



Каботов  В.А.

  Советское  авторское  право  на  произведения  изобразительного  искусства 

(авторсф.  кан.дис.).  М ..  1954,  с.  4; 



Никитина  М.И.

  Авторское  право  иа  произведения  науки, 

литературы  и  нсскуства.  Казань,  1982, с.  75.

205


ayrılmaz olub,  özgəninkiləşdirilmir və buna görə də o,  nə müqavilə,  nə vərəsə­

lik,  nə də başqa  hər hansı əsasa  görə verilir1.

Məhz  ikinci  qrup  alimlərin  mövqeyi  həqiqətə  daha  yaxındır.  Belə  ki.  müəlli­

fin  şəxsiyyətindən  ayrılmaz  olan  hüququ  vərəsəlik  qaydasında  vərəsələrə  ver­

mək  mümkün  deyil.  Düzdür,  vərəsələr müəllifin  ölümündən  sonra  əsərin  toxu­

nulmazlığını  qoruya,  əsərin  toxunulmazlığı  pozulduqda  isə  müdafiə  edə  bilər­

lər.  Qanun  onlara  belə  səlahiyyət  verir:  müəllifin  vərəsələri  onun  ölümündən 

sonra  şəxsi  qeyri-əmlak  hüquqlarının,  o  cümlədən  əsərə  toxunulmazlıq  hüqu­

qunun  qorunmasını  (müdafiəsini)  həyata  keçirə  bilərlər2.  Məhz vərəsələrə  mü­

əllifin  əsərinə  olan  toxunulm azlıq  hüququnun  (ad-sanını  m üdafiə  etmək 

hüququnun)  özü  yox,  həmin  hüquq  pozulduqda  m üdafiəni  (qorumağı) 

həyata  keçirmək səlahiyyəti  keçir.  Digər tərəfdən  müəllifin  şərəf və ləyaqəti­

nin  müdafiəsinə  onun  ölümündən  sonra  da  yol  verilir  (MM-in  23-cü  maddəsi­

nin  1-ci  bəndi).

Açıqlamaq 

Qanun  açıqlamaq  hüququnu  müəllifin  malik  olduğu  şəxsi 

hüququ 

qeyri-əmlak  hüquqları  növünə  aid  edir.  Bu  hüququn  əsas 



xüsusiyyəti  hüquq  ədəbiyyatında  haqlı  olaraq  göstərildiyi 

kimi,  özündə  həm  şəxsi  qeyri-əmlak,  həm  də  əm lak  elem entlərini  b irlə ş­

dirməkdən  ibarətdir.  Belə  ki,  açıqlamaq  hüququnun  nə  iqtisadi  qiyməti,  nə 

də  əmlak  məzmunu  vardır.  Bu  baxımdan  o,  müəllifin  şəxsi  qeyri-əmlak  hüqu­

qu  sayılır.  Digər  tərəfdən,  açıqlamaq  hüququ  birbaşa  müəllifin  əmlak  mənafe­

yinə  toxunur.  Belə  ki,  həmin  hüququn  həyata  keçirilməsi  nəticəsində  müəllif 

üçün  maddi  (əmlak)  fayda  əldə  oluna  bilər.  Bu  mənada  açıqlamaq  hüququ 

əmlak hüququ  hesab edilir.

Açıqlamaq  hüququ  qanunla  m üəllifə  verilən  elə  b ir  hü q uq i  im kandır 

ki,  bu  imkandan  istifadə  etməklə  m ü xtə lif üsullarla  (dərc  etməklə,  kütləvi 

nümayiş  etdirm əklə,  kütləvi  ifa  olunm aqla,  efirə  verm əklə  və  s.)  o,  yarat­

dığı  əsəri  ilk  dəfə  olaraq  kütləyə  çatdırır,  qeyri-m üəyyən  şə xslə r  d a irə si­

nə  b ild irir və  auditoriyaya  yayır.

Müəllif  açıqlamaq  hüququnu  müxtəlif  üsulların  (form aların)  vasitə  və  kö­

məyi  ilə  həyata  keçirə  bilər.  Həmin  üsullardan  hansından  istifadə  edilməsi  mə­

sələsini  yalnız  müəllifin  özü  həll edir.  Müəllif açıqlamaq  üsulunu  (formasını)  öz 

istək  və  mülahizəsi  ilə  seçir.  Bu,  həm  də  onun  yaratdığı  əsərin  növündən 

asılıdır.  Məsələn,  ədəbiyyat  əsərinin  müəllifi  dərc etmək  (nəşr  etmək),  kütləvi 

ifa  etmək,  efirə  vermək və  digər üsullarla  onu  açıqlaya  bilər.  Bunlardan  əlavə, 

əsərin  açıqlanma yeri və vaxtı  da müəllifin  özü tərəfindən  müəyyən  edir.

Bir qayda  olaraq,  yaratdığı  əsəri  müəllifin  özü  açıqlayır,  yəni  açıqlamaq  hü­

ququnu  müəllifin  özü  həyata  keçirir.  Bununla  belə,  bu  məsələ  müəllifin  razılığı 

ilə başqa  şəxs tərəfindən də  həll edə bilər.

Əsəri  açıqlamaq  iradəvi  aktdır.  Heç  kəs  iradəsi  ziddinə  olaraq  müəllifi  öz



Серебровский  В.И.

  Вопросы  авторского  права.  M .,  1956,  с.  226-230; 



Гордон  М.В.

  Советское 

авторское  право.  М .,  1955,  с.  125;  Комментарий  к  Гражданскому  Кодексу  РСФ СР/Под  рсд. 

С.НБратусья.  ОН.Собинова.

  М ..  1982,  с.  368;  Гражданское  право.  У чеб ник.  Том   1/Под  рсд.



Е.Л.Суханова.

  М .,  1998, с. 658.

'  « M ü ə lliflik   luiququ  vo əlaqəli  hüquqlar haqqında»  qanunun  29-cu m addəsinin  l- c i  bəndi.

206


yaratdığı  əsəri  açıqlamağa  məcbur  edə  bilməz.  Əsəri  açıqlamaq  məsələsini 

yalnız və  yalnız onun  özü  həll edə  bilər.  Xüsusilə  belə  bir  məsələnin  həlli  mü­

əllifin  müstəsna  hüququ sayılır ki,  qeyri-müəyyən şəxslər dairəsinə (auditoriya­

ya)  və  kütləyə  çatdırmaq  üçün  əsərin  hazır olması elan  edilsin.  Bir qayda ola­

raq,  tamamlanmış  (başa  çatdırılmış)  əsərlər açıqlanaraq  kütləyə  (auditoriyaya) 

çatdırılır.  Bununla  belə,  tamamlanmamış  (başa  çatdırılmamış)  əsərlərin  də 

açıqlanaraq  kütləyə  (auditoriyaya)  çatdırılması  mümkündür.  Məsələn,  tamam­

lanmamış dram əsəri  səhnədə tamaşaya qoyulur və ya rəssamın başa çatdırıl­

mamış rəsm əsəri  sərgidə nümayiş etdirilir və s.

Müəllifin  açıqlamaq  hüququ  başqa  şəxslərə  keçə  bilər.  Bu  cəhəti  ilə  o,  mü­

əllifin  şəxsi  qeyri-əmlak  hüquqlarından  fərqlənir.  Xüsusən  də  bu  hüquq  vərə­

səlik  qaydasında  keçir.

Əsəri  dərc 

Əvvəlki  qanunvericilik  (Azərbaycan  SSR-in  1964-cü  il

tdirm ak  h ii 

MM-İ)  müəllifin  əsəri  açıqlamaq  hüququnu  nəzərdə tut-

nuququ 

murdu  1964  ц  Mü|kj  Məcəlləsi  (477-ci  maddəsi) bu hü­



ququn  əvəzinə,  əsəri  dərc  etdirmək  hüququnu  müəllifin  malik  olduğu  hüquq­

lardan  biri  kimi  tanıyırdı.  Əsəri  dərc  etdirmək  hüququna  əsəri  buraxmaq  (çap 

etmək)  hüququ da deyilirdi.

Əsəri  buraxm aq  (çap  etmək)  hüququ  dedikdə  isə  əsəri  hər  hansı  üsulla 

(əsəri  nəşr  etdirməklə,  kütlə  qarşısında  ifa  etməklə,  kütləyə  göstərilməklə,  ra­

dio  və  ya  televiziya  ilə  verilməklə  və  digər  üsulla)  qeyri-müəyyən  şəxslər dai­

rəsinə  bildirmək  imkanı  başa  düşülürdü  (Azərbaycan  SSR-in  1964-cü  il  MM-in 

475-ci  maddəsi).  Bu  isə  onu  deməyə  əsas  verir  ki,  əvvəlki  qanunvericilik  mü­

əllifin  əsəri  açıqlama  hüququnu  «əsəri  dərc etdirmək  hüququ»  anlayışı  ilə əha­

tə etmişdi.  Çünki  məzmun  baxımından onlar təxmini olaraq  üst-üstə düşürlər.

Yeni  müəlliflik qanunvericiliyinə görə  isə müəllifin  əsəri dərc etdirmək hüqu­

qunun  məzmunu  xeyli  dərəcədə  dəyişmişdir.  Düzdür,  o,  əvvəlki  qanunverici­

likdən  fərqli  olaraq,  həmin  hüququn  adını  müəllifin  malik olduğu  hüquqlar sıra­

sında  çəkmir.  Müəlliflik  qanunvericiliyi  yalnız  əsərin  dərc  edilməsini  əsərin 

açıqlanm ası  üsullarından  (formalarından)  biri  kim i  nəzərdə  tutur.  Burdan 

belə  nəticə çıxarmaq  mümkündür ki,  müəllifin  əsəri  dərc etdirmək hüququ var­

dır.  Bu  hüquq  məzmunca  müəyyən  dərəcədə  dəyişilməsinə  (məhdudlaşdırıl- 

masına)  baxmayaraq,  müəllifin əsas və vacib şəxsi  qeyri-əmlak hüquqlarından 

biri  kimi  qalmaqda  davam  edir.

Əsəri  dərc  etdirm ək  hüququ  m üəllifə  verilən  elə  bir  hüquqi  imkandır 

ki,  bu  imkan  əsasında  o,  kütlənin  tələbatını  ödəmək  üçün  əsəri  dövriyyə­

yə  buraxır.  Əsəri  dərc etdirmək  hüququ  nəşr etdirmək  üsulu  ilə onu qeyri-mü­

əyyən  şəxslər  dairəsinə  (auditoriyaya)  bildirmək  imkanı  deməkdir.  Buna  görə 

müəllifin  yaratdığı  əsəri  öz  yaxın  qohumları  və tanışları  arasında  oxuması  əsə­

rin dərc edilməsi  hesab edilmir.  Məsələ  burasındadır ki,  belə şəraitdə əsər küt­

lənin  (auditoriyanın)  malı  olmur.  Əsər  oxucuların  tələbatını  ödəyən  çoxsaylı  ti­

rajla  nəşr  olunarsa,  onda  bu,  əsərin  dərc  edilməsi  deməkdir.  Belə  ki,  əsərin 

nüsxələri  kütlənin  (auditoriyanın)  istifadəsinə  verilir  və  onun  malı  olur.  Əsərin 

nüsxələri  isə  onun  maddi  daşıyıcılarıdır.  Buna  görə  də əsəri  dərc etdirmək hü­

ququnun  əsas  məzmunu  müəllifin  öz  yaratdığı  əsərin  maddi  daşıyıcısını  döv­

207


riyyəyə  buraxmaq  məsələsini  müstəqil surətdə  həll  etməkdən  ibarətdir.

Heç  kəsin  müəllifin  iradəsi  əleyhinə  olaraq  onun  yaratdığı  əsəri  dərc  etdir­

mək səlahiyyəti yoxdur.  Bu səlahiyyət yalnız müəllifə məxsusdur.

Müəllifin  əsəri  dərc  etdirmək  hüququ  əsasən  elm  və  ədəbiyyat  əsərlərinə

aiddir.



İmtina  hüququ  müəllifin  şəxsi  qeyri-əmlak  hüquqlarından  biridir.



İm  ina 

Əvvəlki  dövrün  qanunvericiliyinə  belə  hüquq  məlum  deyildi.  De-

ruququ 

т э ц  Ьи>  Azgrbaycan  Respublikasının  müəlliflik  qanunvericiliyində 



yeni  hüquqdur.  Belə  hal  isə xarici dövlətlərin  qanunvericilik təcrübəsinə  və ənə- 

nənəsinə  uyğundur.  İmtina  hüququnu  bir sıra  xarici  ölkələrin  (məsələn,  Fransa, 

İsveçrə,  Polşa, Almaniya və digər ölkələrin) müəlliflik hüququ  da tanıyır'.

İmtina  hüququ  dedikdə,  m üəllifə verilən  elə  b ir hüquqi  im kan  başa  d ü ­

şülür  ki,  bu  imkan  əsasında  o,  öz  yaratdığı  əsərin  açıqlanm ası  barədə 

əvvəllər çıxardığı  qərarı  ləğv edir.  İmtina  hüququ  müəllifin  öz əsərinin  yayıl­

masını  dayandırmaq  imkanı  deməkdir.

Müəllif  öz  yaratdığı  əsərin  açıqlanması  barədə  əvvəllər  qəbul  etdiyi  qərarı 

müxtəlif səbəblərə  görə  ləğv  edə  bilər.  Müəlliflik  qanunvericiliyi  həmin  səbəb­

ləri  göstərmir.  Amma  müəlliflik  hüquq  elmi  (doktrinası)  müəllifin  imtina  hüqu­

qunu  həyata  keçirməsinə  əsas  olan  bir  sıra  səbəblər  müəyyən  edir:  müəllifin 

öz əsərini  başqa  üsulla  açıqlamaq  arzusunda  olması;  müəllifin  baxışlarında  və 

dünyagörüşündə  köklü  dəyişikliklər  olması;  xarici  vəziyyətin  dəyişməsi  və  s2. 

Amma  bəzi  ölkələrin  məsələn,  Polşanın  müəlliflik  qanunvericiliyi  imtina  hüqu­

qunun  həyata  keçirilməsi  üçün  «ciddi  əsasların  olmasını»  tələb  edir3.  Bizim  öl­

kə qanunvericiliyi  isə belə tələb  nəzərdə tutmur.  Özü  də  müəllif əsərin  açıqlan­

masından  imtina  etməni  əsaslandırmağa  borclu  deyildir.  Bu  isə  o  deməkdir  ki, 

müəllifin  özünün  əvvəllər  çıxardığı  qərarını  ləğv  etməsinə  əsas  olan  səbəblər 

imtina  hüququnun  həyata  keçirilməsinin  məcburi  şərti  deyildir.

Yalnız  üç  tələb  müəllifin  imtina  hüququnu  həyata  keçirməsinin  m əcburi 

(labüd)  şərti  sayılır.  Bu  şərtlərə  əməl  olunduqda,  imtina  hüququ  həyata  keçi­

rilmiş  hesab edilir.

Birinci  şərt  ondan  ibarətdir  ki,  müəllif  istifadəçiyə  dəyən  zərərin  əvəzini 

əldən  çıxmış fayda  da  daxil  olm aqla  ödəm əlidir.  Belə  ki,  müəllifin  öz imtina 

hüququnu  həyata  keçirməsi  nəticəsində  əsərdən  istifadə  edən  şəxsin  (istifa­

dəçinin)  mənafeyinə  zərər  vurula  bilər.  Məlum  məsələdir  ki,  müəllif  vurulan 

həmin zərərin  əvəzini  ödəməlidir.

İkinci  şərtə  görə  isə  əgər  əsər  açıqlanmışdırsa,  müəllif  im tina  barədə  qə­

rarını  açıq  şəkildə  kütləyə  (auditoriyaya)  b ild irm ə lid ir.  Açıq  şəkildə  bildir­

mə  dedikdə,  mətbuat,  radio və  televiziya  və  digər KİV vasitəsi  ilə  kütlənin  (au­

ditoriyanın) xəbərdar edilməsi  başa düşülür.

Üçüncü  şərtə  görə  müəllif  əsərin  əvvəllər  (həm in  ana  qədər)  hazırlan­

mış  nüsxələrini  dövriyyədən  çıxartm alıdır,  yəni  götürməlidir.  Lakin  bu  iş

1 Основные институты  гражданского права зарубежных стран.  М ..  1999, с.  418.



Сергеев Л.П.

  Право  интеллектуальной собственности  в  Российской  Федерации.  У чебник.  М .. 

1999, с.  214.

Основные  инст итуты  гражданского  права зарубежных  стран.  N4.,  1999, с.  428.



208

müəllifin vəsaiti  hesabına görülməlidir.

Müəllifin  im tina  hüququ  bəzi  əsərlərin  maddi  daşıyıcılarına  şamil  edil­

mir.  Məsələ  burasındadır  ki,  həmin  daşıyıcılar  mülkiyyət  hüququ  əsasında 

başqa  şəxslərə  məxsus  olur.  Müəllif yox,  bu  şəxslər onların  mülkiyyətçisi  he­

sab  edilirlər.  Buna  görə  də  göstərilən  halda  imtina  hüququnun  həyata  keçiril­

məsi  mümkün  olmur.  Məsələn,  müəllif imtina  hüququna  istinad  edərək mülkiy­

yət  hüququ  əsasında  başqasının  sahibliyində olan  heykəltəraşlıq  əsərini, rəsm 

əsərini (portreti) və s.  geri  ala  bilməz.

Müəllifin  im tina  hüququ  həm  də xidm əti  (qulluq) əsərlərə şamil  edilmir. 

Belə  ki,  qanunda  ifadə  edilən  göstərişə  görə  bu  növ  əsərlərin  müəllifi  imtina 

hüququndan  istifadə etmirlər’ .

İmtina  hüququnun  həyata  keçirilməsi  müəyyən  hüquqi  nəticəyə  səbəb olur. 

Belə  ki,  əgər imtina  hüququ  açıqlanmış əsərə  münasibətdə  həyata  keçirilərsə, 

onda  əsərin  əvvəlki  açıqlanmamış əsər statusu  bərpa  edilir.  Belə  halda  əsərlə 

bağlı  olan  münasibətlərə  əvvəlki  kimi  açıqlanmamış  əsər  üçün  müəyyən 

edilən  hüquqi  rejim   tətbiq  edilir.  Yox,  əgər  imtina  hüququ  açıqlanmamış əsə­

rə  münasibətdə  həyata  keçirilərsə,  onda  əsər  açıqlanmamış  əsər  statusunda 

qalır.  Onunla  bağlı  yaranan  münasibətlərə  açıqlanmamış  əsər  üçün  müəyyən 

edilən  hüquqi  rejim  tətbiq edilir.

İmtina  hüququ  əsərin  müəllifi  kimi  tanınmaq  hüququndan  (müəlliflik  hüqu­

qundan)  boyun  qaçırmaq  demək  deyildir.  Məsələ  burasındadır  ki,  barəsində 

imtina  hüququ  həyata  keçirilmiş  əsər  yenidən  kütləyə  (auditoriyaya)  çatdırıla 

bilər.  Müəlliflik  hüququndan  imtina  edildikdə  isə  belə  hal  yaranmır.  Xüsusilə 

müəllifliyi  başqa  şəxsə  verməklə  müəlliflik  hüququndan  imtina  edilməsinə  yol 

verilmir.  Bununla  belə,  bəzi  xarici  ölkələrdə  müəlliflik  hüququna  geteronim 

(müəllifliyi  başqa şəxsə vermək)  kimi anlayış da  məlumdur.




Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin