Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§ 2. Vərəsəlik hüququnun  rəsmiləşdirilməsi



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə51/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   54
§ 2. Vərəsəlik hüququnun  rəsmiləşdirilməsi

Vərəsəlik hüququnun 

rəsmiiəşdirilməsinin 

anlayışı  və onun 

əhəmiyyəti

Miras  əmlakı  əldə  etmək  üçün,  daha  doğrusu,  mi­

ras  əmlaka  mülkiyyət hüququ  əldə  etmək  üçün  və­

rəsəliyə  çağırılmış  şəxslərin  təkcə  mirası  qəbul  et­

mək  aktı  kifayət  etmir.  Bunun  üçün  həm  də  mira­

sın  əldə  olunmasını  hüquqi  cəhətdən  rəsmiləş­

d irm ə k  lazımdır.  Bundan ötrü  miras əmlaka və ya onun  bir hissəsinə  olan hü­

ququ təsdiq  edən  (təsdiqedici) sənədin  alınması tələb olunur.  Bu  sənədin  alın­

ması vərəsəlik hüququnun  rəsmiləşdirilməsi adlanır.  Vərəsəlik hüququnun  rəs­

miləşdirilməsi  ilə  həmin  hüquq  həyata  keçirilmiş  sayılır.  Deməli,  vərəsəlik  hü­

ququnun  həyata  keçirilməsi  üçün  təkcə  miras  əmlakın  qəbul  edilməsi  yetərli 

deyildir.  Bunun  üçün  yuxanda  göstərdiyimiz  kimi,  həm  də  vərəsəlik  hüququ­

nun  rəsmiləşdirilməsi vacibdir.

V ərəsəlik  h ü q uq u n u n   rəsm iləşdirilm əsi  dedikdə,  vərəsənin  miras  əm­

laka və ya  onun  b ir h issəsinə olan  hüququnu  təsdiqləyən  elə  bir sənədin 

alınm ası  başa  d ü ş ü lü r  ki,  bu  sənəd  həmin  əmlakın  əldə  olunmasını  hü­

q uqi  cəhətdən  ifadə edir.

Vərəsənin  miras  əmlaka  və  ya  onun  bir hissəsinə  olan  hüququnu  təsdiqe­

dici  sənədi  notariat  kontoru  verir.  Buna  görə  vərəsəlik  hüququnun  rəsmiləşdi- 

rilməsinə  çox  vaxt  m irasın  əldə  edilm əsinin  notariat  qaydasında  rəsmiləş­

d irilm ə s i  də  deyilir.

Vərəsəlik  hüququnun  rəsmiləşdirilməsi  hüquqi  hərəkətdir.  Bu  hərəkət nə­

ticəsində  vərəsənin  payına  miras  əmlakdan  düşən  hissə  müəyyən  edilir,  o, 

həmin  hissəyə  sərəncam  vermək  hüququ  əldə  edir.  Həmin  hərəkət  vərəsənin 

mirası  əldə  etməsinin  qanuniliyini təsdiqləyir.

1  Azərbaycan  Respublikası  A li  M əhkəm əsi  Plenumunun  «M ə hkə m ə lə r  tərəfindən  vərəsəlik 

qanununun  tətbiq  edilm ə sinin  bəzi  m əsələləri  haqqında» 5 saylı  28 sentyabr  1979-cu il  tarixli qərarı.



Корнеева И.Л.

  Наследственное право Российской Федерации.  М ., 2002, с. 249.

665


Vərəsəlik  hüququnun  rəsmiləşdirilməsi  vərəsəlik  prosesinin  mühüm  əhə­

miyyətə  malik  olan  mərhələsidir.  Onun  əsas  və  başlıca  əhəmiyyəti  ondan  iba­

rətdir  ki,  vərəsəlik  hüququ  rəsmiləşdirilmədən  vərəsənin  daşınmaz  əmlaka 

(məsələn,  yaşayış  evinə  və  s.)  mülkiyyət  hüququ  dövlət  qeydiyyatına  alına  bil­

məz,  yəni  daşınmaz  əmlakın  dövlət  reyestrində  qeydə  alına  bilməz.  Əgər  və­

rəsəlik  hüququ  rəsmiləşdirilməzsə,  onda  minik  avtomobilinin  Dövlət  Yol  Polisi 

orqanında  qeydiyyat-texniki  uçota  götürülməsi  mümkün  deyildir.

Vərəsəlik  hüququ  rəsmiləşdirilməzsə,  vərəsənin  miras  əmlakı  alması  və 

ona  sərəncam  verməsi  istisna  edilir.  Məsələn,  vərəsəlik  hüququ  rəsmiləşdiril­

mədən,  vərəsə  kredit  təşkilatından  (bankdan)  əmanəti  ala  bilməz.  Vərəsəlik 

hüququ  rəsmiləşdirilmədən  vərəsəlik  qaydasında  keçən  müəlliflik  və  patent 

hüquqları  həyata  keçirilə  bilməz.  Beləliklə,  vərəsəlik  hüququnu  rəsmiləşdir­

məklə vərəsə  m iras  qoyanın  hüquqi  şə xs iy y ə tin i  davam   e td irir.

Vərəsəlik  hüququnun  rəsmiləşdirilməsi  miras qoyanın  borclu  və  kreditorları­

nın  mənafeləri  üçün  olduqca  vacibdir.  Belə  ki,  vərəsəlik  hüququnu  rəsmiləşdi­

rən  şəxs  miras  qoyanın  kreditorlarına  olan  borclarını  ödəyir,  habelə  miras  qo­

yanın  borclularından  onların  öhdəliyi  icra  etmələrini  tələb edir.

Vərəsəlik  hüququnun  rəsmiləşdirilməsinin  digər  əhəmiyyəti  ondan  ibarətdir 

ki,  o,  fiska l  m əqsədi  güdür.  Belə  ki,  vərəsəlik  hüququ  rəsmiləşdirilən  hallar­

da  dövlət  rüsumu  ödənilir.

Vərəsəlik 

Vərəsəlik  hüququ  müvafiq  sənədlə  rəsmiləşdirilir.  Hə-

səhadətnaməsi 

m'n  sənədə  mülki  qanunvericilikdə  vərəsəlik  şəhadətna­

məsi  deyilir.  Köhnə  qanunvericilikdə  bu  sənəd  «vərəsə­

lik  hüququ  haqqında  şəhadətnamə»  adı  ilə  nəzərdə  tutulmuşdu  (köhnə  1964- 

cü  il  MM-in  561-ci  maddəsi).  Hüquq  ədəbiyyatı  səhifələrində  həmin  adın  (ter­

minin)  dəqiq  olmaması  göstərilir’ .  Bu,  onunla  izah  edilir  ki,  vərəsəlik  hüququ­

nun  yaranması  üçün  şəhadətnamə  tələb  edilmir.  Belə  ki,  müəyyən  şəxsin  və­

rəsəlik  hüququ  şəhadətnamə  aldıqda  yox,  miras  açıldıqdan  sonra  vərəsəliyə 

çağırıldıqda  yaranır.  Elə  hesab  edirik  ki,  qanunverici  bu  fikri  nəzərə  alaraq 

Azərbaycan  Respublikasının  yeni  mülki  qanunvericiliyində  «vərəsəlik  hüququ 

haqqında  şəhadətnamə» terminindən  imtina  edərək,  «vərəsəlik şəhadətnamə­

si» termini  işlədir2.

Vərəsəlik  şəhadətnaməsi  əsas  vermir ki,  müəyyən  şəxs  vərəsə  statusu  al­

sın.  Əksinə,  yalnız  vərəsə  statusu  alan  şəxsə  vərəsəlik  şəhadətnaməsi  verilə 

bilər.  Buna  görə  də  doğrudan  «vərəsəlik  hüququ  haqqında  şəhadətnamə» 

münasib və düzgün olmayan termindir.

Vərəsəlik  şəhadətnaməsi  almaq  vərəsəliyə  çağırılmış  şəxsin  miras  əmlaka 

hüquq əldə etməsi  üçün  də vacib və məcburi  deyildir.  Ona  görə  ki,  həmin  şəx­

sin miras əmlaka  hüququ  mirası  qəbul  etmək aktı  ilə  əldə  olunur.

Dediklərimiz  bizə  belə  bir  nəticəyə  gəlmək  imkanı  verir  ki,  vərəsəlik  şəha­

dətnaməsi  müəyyən  şəxs  üçün  vərəsəlik  hüququ  yaratmır.  Deməli,  o,  hüquq- 

yaradıcı  (hüquqm üəyyənedici)  sənəd  d e y ild ir.  Məsələyə  diqqətlə  yanaş­

Гражданское право.  Учебник.  Часть 3 /  П од ред. 

А .П .С ерг еева,  Ю .К .Т о л с т о г о .

  М .,  1998, с. 559.

«Notariat  haqqında»  qanun  «vərəsə lik  hüququ  haqqında  şəhadətnamə»  te rm in in i  iş lə d ir  (maddə

57) // A R  Q K ,  I I I   kitab, s.  313.

666


saq  görərik  ki,  vərəsəlik  şəhadətnaməsi  kimi  sənədin  alınması  ilə  miras əmla­

kın  əldə  olunması  prosesi  başa  çatır,  daha  doğrusu,  miras  əmlakın  əldə 

olunm ası faktı  tə s d iq lə n ir'.  Deməli,  o, öz hüquqi təbiətinə  görə  hüquqtəsdi- 

qedici  sənəddir.  Bu  sənəd  dövlət orqanı -  mirasın açıldığı yerdəki notariat or­

qanı  tərəfindən verilir.

Vərəsəlik  şəhadətnam əsi  m irasın  açıldığı  yerdəki  notariat orqanı  tərə­

fin d ə n   verilən  elə  b ir  rəsm i  sənəddir ki,  bu  sənəd  mirasın  əldə  olunması 

faktını tə s d iq   edir.

Vərəsəlik  şəhadətnaməsini  hüququn  bir  şəxsdən  digərinə  keçməsini  şərt­

ləndirən  sənəd  hesab  etmək  olmaz.  Bu,  yalnız  müəyyən  şəxsin  vərəsəlik 

hüq uq u n u   tə s d iq   e d ir  ki,  bu  hüquq  miras açıldığı andan yaranmış hesab olu­

nur.  Bu  isə  onu  göstərir  ki,  vərəsəlik  şəhadətnaməsi  vərəsəlik  hüququnun 

əmələ  gəlmə  vaxtını  müəyyənləşdirən  sənəd  deyildir.  Bu  sənədi  vərəsə  alma­

ya  da  bilər.  Deməli,  o, fa k ü lta tiv  sənəddir.

Hansı  hallarda  vərəsəlik  şəhadətnaməsinin  alınması  məcburidir?  Bildiyimiz 

kimi,  elə  əmlak  növləri  (məsələn,  televizor,  soyuducu,  mebel,  xalça  və başqa­

ları)  vardır ki,  onların  qeydiyyata  alınması tələb edilmir.  Bu  əmlak  növləri vərə- 

səliyin  obyekti  olarsa,  vərəsəlik  hüququnun  notariat  qaydasında  rəsmiləşdiril­

məsi  tələb  olunmur.  Belə  ki,  həmin  əmlak  növlərinin əldə olunması  üçün onla­

rın faktiki  (fiziki) cəhətdən  vərəsəyə verilməsi kifayətdir.

Q eydiyyata  alınm ası  tələb  edilən  əmlak  vərəsəliyin  obyekti  olduğu 

hallarda  isə  məsələ  başqa  cür  olur.  Həm  daşınar,  həm  də  daşınmaz  əmlakın 

bəzi  növləri  (yaşayış  evi,  mənzil,  avtomobil,  torpaq  sahəsi,  tikililər və s.) xüsu­

si  olaraq  qeydiyyata  alınması  tələb  edilən  obyektlərdir.  Mülkiyyətçinin  yeni 

mülkiyyətçi  ilə  əvəz  olunması,  yeni  mülkiyyətçinin  həmin  əmlak  növləri  barə­

sində  sahiblik,  istifadə  və  sərəncam  səlahiyyətlərini  həyata  keçirməsi  mülkiy­

yət hüququ  qeydiyyata  alınmadan  mümkün  deyil.  Buna  görə  də göstərilən əm­

lak  növlərinə vərəsəlik  hüququnu  notariat qaydasında  rəsmiləşdirən  sənədin -  

və rə s ə lik  şəhadətnam əsinin  alınması tələb edilir.

V ə rə sə lik  şəhadətnam əsi  yalnız  müəyyən  faktı  yazılı  formada  təsbit 

edir,  qeydə a lır1

 2.  O,  özlüyündə  nə vərəsəlik hüququ  yaradır,  nə də bu  hüququ 

xitam  edir.  Buna  görə  də  vərəsəlik  şəhadətnaməsi  hüquqi  fakt  sayılmır  və 

hüquqyaradıcı  əhəm iyyət  kəsb e tm ir3.  O,  hüquqyaradıcı  və  ya  hüquqləğve- 

dici  sənəd  yox,  hüquqtəsdiqedici  sənəd  sayılır4.  Bu  sənədin  olmaması,  əgər 

vərəsə  miras  əmlakı  qanunda  nəzərdə  tutulan  qaydada  qəbul  etmişsə,  vərə­

səlik hüququnun  ləğv edilməsinə səbəb olmur.

Vərəsəlik  şəhadətnaməsi  vərəsənin  ərizəsi  əsasında  verilir.  O,  vərəsəlik



Иоффе O.C.

  Советское  гражданское  право.  К ур с лекций.  Часть 3.  Л.,  1965,  с. 336.



2 Эйдинова 

Э.Б.

  Наследование  по закону и по завещанию.  M ..  1984, с.  93.



3 Халфшт Р.О. 

Право  личной  собственности  граждан СССР.  M .,  I955, с.  115.

4  P .S .N ikityu k  g östə rir  k i,  və rə səlik  şəhadətnaməsi  hüquqtəsdiqedici,  hüquqyaradıcı  və  ya  hüquq- 

lə ğ vcd ici  sənəddir,  habelə  h üq uq i  faktd ır 



(Никитине П.С.

  Наследственное  право  и  наследственный 

процесс.  Киш инев.  I97 3 ,  с.202).  V .V .Q uşin  və  l.L .K o rn eye va   da  onu  hüqııqmüəyyəncdici  sənəd  he­

sab  e d irlə r  (



Гущин  В. В. 

Наследственное  право.  Учебное  пособие.  М .,  2003,  с.  69; 



Корнеева  И.Л. 

Наследственное  право  Российской  Федерации.  Учебное  пособие.  М .,  2003,  с.  247).  Bu  cür  fikirlə r 

zənn  edirik  k i, dəqiq söylən ilm əyib.

667


şəhadətnaməsinin  alınması  barədə  ərizə  adlanır  (MM-in  1267-ci  maddəsi). 

Ərizə  miras  açıldığı  yerin  notariat  orqanına  verilir  (MM-in  1321-ci  maddəsinin 

1-ci bəndi)'.  Özü  də ərizə yazılı form ada olmalıdır1

 2 *.


Vərəsə ərizəni  şəxsən  özü  verə  və  ya  poçtla  göndərə  bilər.  Əgər vərəsənin 

özü  gələrsə,  notarius  onun  sənədini  yoxlayır  və  şəxsiyyətini  müəyyənləşdirir. 

Əgər  ərizə  poçtla  göndərilərsə,  onda  vərəsənin  imzası  başqa  notariat  konto­

runda  notariat qaydasında  təsdiqlənməlidir.

Vərəsəlik  şəhadətnaməsini  almaq  üçün  vərəsənin  şəxsən  notariat  orqanı­

na  gəlməsi  məcburi  deyildir.  Vərəsənin  xahişi  ilə  o,  poçtla  da  göndərilə  bilər. 

Bu  xahiş  vərəsə  tərəfindən  ayrıca  olaraq  verilən  ərizədə  və  ya  mirasın  qəbul 

edilməsi  barədə  ərizədə  ifadə  oluna  b ilə r.

Vərəsəlik  şəhadətnaməsinin  nüm ayəndənin  v a s itə s ilə   də  alınması  müm­

kündür.  Bu  halda  nümayəndəyə etibarnamə verilir.

Vərəsəlik  şəhadətnam əsi  alm aq  vərəsənin  v ə zifə si  yox,  h ü q u q u d u r4. 

Vərəsələr  tərəfindən  onun  alınması  məcburi  deyildir.  Belə  ki,  onların  əldə  et­

dikləri  hüquqların  çoxu  vərəsəlik  şəhadətnaməsi  olmadan  həyata  keçirilir5. 

Amma  vərəsələrə  keçən  bəzi  hüquqların  həyata  keçirilməsi  üçün  (məsələn, 

bankdan  əmanəti  almaq  üçün,  lombardda  saxlanan  əmlakı  almaq  üçün  və  s.) 

vərəsəlik  şəhadətnaməsinin  təqdim  olunması  vacib  və  məcburidir.  Vərəsələr 

vərəsəlik  qaydasında  onlara  keçən  bəzi  əşya  və  hüquqlara  vərəsəlik  şəhadət­

naməsi  olmadan  sərəncam  verə  bilməzlər.  Beləliklə,  bir  sıra  hallarda,  daha 

doğrusu,  qanunda  nəzərdə  tutulan  hallarda  vərəsəlik  şəhadətnaməsinin  alın­

ması  məcburidir  (MM-in  1321-ci  maddəsinin  2-ci  bəndi)  və  bu,  vərəsənin  hü­

ququ  yox,  vəzifəsi  sayılır.

Vərəsəlik  şəhadətnaməsi  həm  qanun  üzrə  vərəsəlik,  həm  də  vəsiyyət  üzrə 

vərəsəlik  hallarında  verilir.  Vərəsəsiz əmlak  üzrə  vərəsəlik  zamanı  da  vərəsə­

lik  şəhadətnaməsi  verilir,  yəni  miras  əmlak  dövlətə  keçdikdə  də  vərəsəlik  şə­

hadətnaməsi  verilir6.  Onun  forması  Nazirlər  Kabinetinin  2000-ci  il  23  avqust 

tarixli  148  nömrəli  qərarı  ilə  təsdiq  edilmişdir7.  Həm  qanun  üzrə  vərəsələr, 

həm  də  vəsiyyət  üzrə  vərəsələr vərəsəlik  şəhadətnaməsinin  verilməsini  nota­

riat  kontorundan  xahiş  edirlər.  Dövlətin  isə  belə  xahiş  etməsi  tələb  olunmur. 

Belə  ki,  ümumi  qaydaya  görə,  vərəsəlik  şəhadətnaməsi  səlahiyyətli  dövlət  or­

V ə rə sə lik  şəhadətnaməsi  mirası  qəbul  etmiş  və rə sələ rin   ya zılı  ə rizə si  ilə   v e r ilir   («Notariat 



haqlında»  qanunun  58-ci  maddəsi / / A R  Q K ,  111  kitab, s.  313-314).

«Azərbaycan  Respublikasında  notariat h ə rə kə tlə rin in  aparılması  qaydaları  haqqında təlim atw ın 98- 

ci  bəndi // N otariat haqqında (sənədlər toplusu).  Bakı.  2002, s.  228.

Зайцева Т.И., Крашенинников П.В.

  Наследственное  право.  М ., 2003, с.  143.

Советское  гражданское  право.  У чеб ник.  Том  2 /  П од ред.  О .А .Кр а савчико ва.  М .,  1985,  с.  533; 

Власов  Ю Н .,  Калинин  В.В.

  Наследственное  право  Р оссийской  Ф едерации  (учебно-методическое 

пособие).  М .,  2002,  с.  127;  постановление Пленума  Верховного  Суда  Р оссийской  Федерации  от 23 

апреля  1991  г.  №  2  «О  некоторы х  вопросах  возникаю щ их  у   судов  по  делам  о  наследовании»  // 

Судебная  практика  по  гражданским делам.  М .,  2001, с.  261.

Иоффе ОС.

  Советское  гражданское  право.  К ур с лекций.  Часть 3.  Л .,  1965, с.336.

6  «Notariat  haqqında»  qanunun  57-ci  maddəsi  //  A R   Q K ,  I I I   kitab,  s.  313;  «Azərbaycan 

Respublikasında notariat h ə rə kə tlə rin in  aparılması  qaydaları  haqqında  təlim a t» ın   9 5-ci,  97-ci  b əndləri  // 

Notariat haqqında (sənədlər toplusu).  Bakı.  2002, s. 227-228.

7  «Notariat haqqında».  Bakı,  2002,  s.  141.

6 6 8


qanının xahişi ilə verilir.  Lakin notarius dövlət orqanından vərəsəlik şəhadətna­

məsi  verilməsi  barədə tələb  daxil  olmasından asılı  olmayaraq  belə şəhadətna­

mə  verməyə  borcludur’ .  Daha  doğrusu,  dövlət  özünün  müvafiq  orqanının  si­

masında  mirası  qəbul  etmək  və  ya  qəbul  etməmək  məsələsini  həll  edə  bil­

məz.  O,  labüd  olaraq,  məcburi  surətdə  mirası  qəbul  etməlidir.  Bu  baxımdan 

dövlət  məcburi  vərəsə  kimi  çıxış  edir.  Buna  görə  də  vərəsəlik  şəhadətnaməsi 

alınması  üçün  dövlət orqanının  ərizə verməsi tələb olunmur1

 2.


Vərəsəlik  şəhadətnaməsi  almaq  üçün  vərəsələr  notariusa  mirasa  olan  hü­

ququnu  təsdiqləyən  müvafiq  sübutlar təqdim  etməlidirlər.  Bu  məqsədlə qanun 

üzrə vərəsələr miras  qoyanla özlərinin  qohumluq  əlaqələri və ya digər vərəsə­

lik münasibətləri  barədə  sənədlər təqdim edirlər.  Həmin sənədlərə aiddir3:

•   miras  qoyanın  iş  yerindən  onun  ailə tərkibi  və  qohumlarının  dairəsi  barə­

də arayış;

•   miras  qoyanın  iş  yerində  tərtib  edilən  kadrların  uçotu  barədə  şəxsi  vərə­

qindən çıxarış;

•   miras qoyanın  hərbi  uçotda  olduğu  hərbi  komissarlıqdan arayış;

•   miras  qoyanın  pensiya  aldığı  sosial təminat şöbəsinin  verdiyi arayış;

•   mənzil-istismar sahəsinin  miras qoyanın  qohumları  barədə arayışı və s.;

•   W A D Q   şöbəsinin  verdiyi  şəhadətnamə;

•  yaş kağızı  kitabından çıxarış;

•   vərəsələrin  işlədiyi  idarələrin,  müəssisələrin  və  təşkilatların  (iş  yeri  üzrə 

müvafiq  təşkilat,  idarə  və  müəssisələrin) verdiyi  arayış;

•   vərəsələrin  yaşayış  yeri  üzrə  təşkilatların  (mənzil-istismar  sahələrinin, 

mənzil  kooperativinin  və s.) verdiyi arayış4.

Bəzən  vərəsələrin  miras  qoyanla  qohumluq  münasibətlərini  sübut  etmək 

mümkün  olmur.  Belə  halda  hüquqi  əhəmiyyəti  olan  fakt  kimi  qohum luq  mü­

n a sib ə tləri  m əhkəm ə  qaydasında  müəyyən  e d ilir5.  Qohumluq  münasibətlə­

ri  faktının  müəyyən  edilməsi  barədə  qanuni  qüvvəyə  minmiş  məhkəmə  qərarı 

sübut  kimi  qəbul  olunur.  Bu,  qohumluq  münasibətləri  faktının  müəyyən  edil­

məsinin  məhkəmə  yoludur.  Həmin  fakt  məhkəmədənkənar yolla  da  müəyyən­

ləşdirilə  bilər.

Məhkəmədənkənar  yolun  mahiyyəti  ondan  ibarətdir  ki,  bəzən  qanun  üzrə 

vərəsə  vərəsəliyə  çağırılmaq  üçün  əsasların  olmasını  təsdiq  edən  sənədləri

1  Серебровский  В. И. 

О черки  советского  наследственного  права.  M .,  1955,  с.  237.  Bəzi  m ü ə llif­

lə r  g ö s tə rirlə r  k i,  və rə sə lik  şəhadətnaməsi  yalnız  maraqlı  şəxslərin  xahişi  ilə   v e rilir 

{Б.Антимонов, 

С.Герзон, Б.Шлифер. 

Наследование и  нотариат.  1946.  М ., с.  71).



7 Гордон М.В.

  Наследование  по закону и по завещанию.  М .,  1967, с.  104.

3  Bu  sə nə dlər vasitəsilə  notarius  vərəsəlik  şəhadətnaməsi  verilm əsi  barədə ərizə  ilə  müraciət edən 

şəxslərin  qanun  üzrə  və rə səliyə  çağırılm aları  üçün əsasların  olmasını  yo xlayır («Notariat  haqqında»  qa­

nunun  59-cu maddəsi).

4  Никитюк  13. C. 

Наследственное  право  и  наследственный  процесс.  Кишинев.  1973,  с.  197; 

Зайцева Т.И.,  Крашенинников П.В.

  Наследственное  право.  М .,  2003,  с.141-142.  А ул-а ул  hallarda  iş 

və  ya  yaşayış  ye ri  üzrə  idarə  və  təşkilatlann  verdiyi  arayışların  qəbul  edilməsi  mümkündür («Azərbay­

can  Respublikasında notariat  hərəkə tlərin in  aparılması  qaydaları  haqqında təlim at»ın  102-ci  maddəsi).

5  A zərbaycan  Respublikasının  M ü lk i  -   Prosessual  M əcəlləsinin  307-ci  maddəsi  A R   Q K ,  I  xüsusi 

buraxılış, s.  455.

669


təqdim  etmək  imkanından  məhrum  olur.  Söhbət  qanun  üzrə  bir və  ya  bir neçs 

vərəsənin  miras  qoyanla  qohumluq  münasibətlərinə  dair  sübutlar  təqdim  et­

mək  imkanına  malik  olmamasından  gedir.  Bu  cür  halda  miras  qoyanla  q o ­

hum luq  m ünasibətlərinə  d a ir  sü b u tlar tə q dim   e tm iş  b ü tün   qalan  vərəsə­

lərin  hamısının  razılığı  ilə  o,  vərəsəlik  şəhadətnam əsinə  d a xil  edilə  bilər. 

Bir şərtlə  ki,  həmin vərəsələr mirası  qəbul etsinlər və  özlərinin  vərəsəliyə çağı­

rılmaq  üçün  əsasların  olmasını  təsdiq  edən  sənədləri  (miras  qoyanla  qohum­

luq,  nikah  və  ya  digər münasibətlərə  aid  sübutları) təqdim  etmiş  olsunlar.  On­

lar öz razılıqlarını yazılı formada  verməlidirlər’ .

Notarius  m əcburi  vərəsələrin  olub-olm am asını  y o x la y ır və  müəyyənləş­

dirir1

 2.  Əgər  notarius  sübutların  toplanması  prosesində  məcburi  vərəsələrin  ol­



masını  müəyyən  edərsə,  mirasın  açılması  barədə  onlara  xəbər  verir  (xəbər 

vermək vəzifəsi  vərəsələrə  də  həvalə  edilə  bilər).  Məcburi  vərəsələr mirasdan 

onların  payına  düşən  hissəni  almaq  istəsələr,  notarius  onları  vərəsələrin  sıra­

sına  daxil  edir  və  müvafiq  hissəni  ayırır.  Məcburi  vərəsələr  ümumi  əsaslarla 

vərəsəlik  şəhadətnaməsi  alırlar3.  Notarius  şəhadətnamədə  məcburi  vərəsələ­

rin  payını göstərməlidir.

Vəsiyyət  üzrə  vərəsələr  isə  onların  m iras  qoyanla  q o h u m lu q   əlaqələri 

barədə  sənədlər tə q dim   etməyə  b o rclu   de yillə r.  Belə  ki,  qohumluq  münasi­

bətləri  vəsiyyət  üzrə  vərəsənin  hüquqlarına  təsir  göstərmir.  Vəsiyyət  edən 

şəxslə  qohumluq  əlaqəsi  olmayan  şəxs  (kənar şəxs)  də vərəsə ola  bilər.  Əgər 

vəsiyyətnamədə  vəsiyyət edənlə  vərəsənin  qohumluq  və  ya  nikah  münasibət­

ləri  göstərilərsə,  lakin  bu  münasibətləri  təsdiqləyən  sənədlər olmazsa,  notariu­

sun  hüququ  çatır  ki,  qohumluq  dərəcəsini  və  ya  nikahı  göstərmədən  vərəsəlik 

şəhadətnaməsi  versin'1.  Vəsiyyət  üzrə  vərəsə  ya ln ız   və siy y ə tn a m ə n i  (və­

siyyətnam ənin  d u b lika tın ı)  və  öz  ş ə x s iy y ə tin i  tə s d iq   edən  sə nədləri  tə q ­

dim  etm əlidir.  Bundan  əlavə,  mirasın  açıldığı  yer və  vaxt  barədə,  mirasın  qə­

bul  edilməsi  haqqında  sübutlar (sənədlər) təqdim olunmalıdır.

Qeyd  etdik  ki,  vərəsəlik şəhadətnaməsini  almaq  mirası  qəbul  edən  vərəsə­

nin  vəzifəsi  yox,  hüququdur  və  buna  görə  də  məcburi  deyildir.  Məhz  bu  sə­

bəbdən  onu  almaq  üçün  müəyyən  müddət  nəzərdə tutulmur.  Mülki  qanunveri­

cilik  yalnız  göstərir  ki,  vərəsələrə  və rə sə lik  şəhadətnam əsi  m ira s  açıldığı 

gündən  altı  ay  keçdikdən  sonra  istənilən  va xt v e rilir.

Bəzi  hallarda  vərəsəyə  vərəsəlik  şəhadətnaməsi  miras  açıldığı  gündən  altı 

ay  keçənə  qədər verilə  bilər,  yəni  m iras  açıldığı  gün də n   altı  aydan  tez v e ri­

lə  bilər.  Bunun  üçün  vacibdir  ki,  notariat  kontorunda  şəhadətnamə  istəyən 

şəxslərdən  başqa,  digər  vərəsələrin  olmaması  barədə  məlumat  olsun  (MM-in 

1322-ci  maddəsi).  Adətən,  bu  cür  hallarda  notariusa  miras  qoyanın  iş  yeri  üz­

1  « N o t a r ia t   h a q q ı n d a »   q a n u n u n   5 9 - c u   m a d d ə s i 



II AR

  Q K ,   I I I   k i t a b ,   s .  3 1 4 .

2  « N o t a r ia t   h a q q ı n d a »   q a n u n u n   6 0 - c ı   m a d d ə s i  / /   A R   Q K ,   I I I   k i t a b ,   s .  3 1 4 ;   « A z ə r b a y c a n  

R e s p u b lik a s ın d a   n o t a r ia t   h ə r ə k ə t l ə r i n i n   a p a r ı lm a s ı   q a y d a la r ı   h a q q ı n d a   t ə li m a t » ı n   1 0 2 - c i  b ə n d i   / /  

N o t a r ia t   h a q q ı n d a   ( s ə n ə d lə r   t o p lu s u ) .   B a k ı .   2 0 0 2 ,   s .  2 3 0 .

3  M ə c b u r i   v ə r ə s ə lə r ə   v e r i l ə n   v ə r ə s ə l i k   ş ə h a d ə t n a m ə s in in   f o r m a s ı   N a z i r l ə r   K a b i n e t i n in   2 0 0 0 - c i  i l  

2 3   a v q u s t  t a r i x l i ,   1 4 8   № - l i   q ə r a r ı   i l ə   tə s d iq   e d i l m i ş d i r   ( 6 - x   n ö m r ə l i   f o r m a )   / /   N o t a r ia t   h a q q ı n d a  

( s ə n ə d lə r  t o p lu s u ) .   B a k ı .   2 0 0 2 ,   s .  1 3 9 .

Э

йдинова Э.Б.

  Н а с л е д о в а н и е   п о  з а к о н у   и   п о   з а в е щ а н и ю .   М . ,   1 9 8 4 ,  с .9 5 .

670


rə  kadrlar  şöbəsinin  onun  ailə  üzvləri  (ailə  tərkibi)  barədə  verdiyi  arayışı təq­

dim  etmək  lazımdır.  Ona  görə  ki,  bu  cür  arayışda  Mənzil-İstismar  Sahəsinin 

verdiyi  arayışa  nisbətən ailə üzvləri  barədə daha  dəqiq  məlumatlar əks olunur. 

Bununla  belə,  Mənzil-  İstismar Sahəsinin verdiyi arayış da  nəzərə alına  bilər.

Bəzən  vəsiyyət  edən  özünün  bütün  əmlakını  müəyyən  şəxsə  vəsiyyət edir. 

Bundan  əlavə,  müəyyən edilir ki, məcburi  payın ayrılmasını tələb edən digər və­

rəsələr  (məcburi  vərəsələr)  yoxdur.  Bu  cür  halda  notarius  vərəsəyə  vərəsəlik 

şəhadətnam əsini  m iras açıldığı  gündən altı ay keçənə qədər verə bilər.

Vərəsəlik şəhadətnaməsi  məcburi  rekvizitlərə  malikdir.  Bu  rekvizitlər Nazir­

lər Kabinetinin təsdiqlədiyi  formalarda  göstərilir1.  Onlara aiddir:

•   miras  qoyanın  adı,  atasının adı və familiyası,  yaşayış yeri,  onun  miras qo­

yanla  qohumluq  münasibəti;

•   vərəsənin  (vərəsələrin) adı,  atasının  adı və familiyası;

•   miras əmlakın tərkibi  və onun  qiyməti;

•   hər bir vərəsənin payına  düşən miras hissəsi;

•   ödənilmiş dövlət rüsumunun  məbləği;

•   reyestrdə  qeydiyyat  nömrəsi.

Vərəsəlik  şəhadətnaməsi  notarius tərəfindən  imzalanır və  oraya  gerbli  mö­

hür vurulur.  O,  notarius  tərəfindən  dəyişdirilə  və  ya  ləğv edilə  bilməz.  Vərəsə­

lik  şəhadətnaməsi  yalnız  məhkəmə  qaydasında  etibarsız  sayıla  bilər1

 2.  Plenum 

qərarında  göstərilir ki,  notarius tərəfindən  verilmiş vərəsəlik şəhadətnaməsinin 

ləğv  edilməsi  barədə  maraqlı  şəxsin  iddiasına  məhkəmədə  baxıla  bilər3.  Am­

ma  RF-in  MM-in  1155-ci  maddəsinin  2-ci  bəndinə görə,  notarius müəyyən hal­

da  vərəsəlik şəhadətnaməsini  ləğv edə bilər.  Bu  hal altı aylıq  müddəti ötürmüş 

vərəsənin,  mirası  qəbul  etmiş  bütün  vərəsələrin  yazılı  razılığı  ilə  mirası  qəbul 

etməsindən  ibarətdir.  Bu  cür  razılıq  notariusun  əvvəl  vermiş  olduğu  vərəsəlik 

şəhadətnaməsinin  ləğv edilməsi və yeni şəhadətnamə verilməsi  üçün əsasdır.

Vərəsəlik  şəhadətnaməsi  vermək  dövlət  notariusunun  apardığı  notariat  hə­

rəkətlərindən  biridir4.  Bununla  belə,  Azərbaycan  Respublikasının  konsul­

luqları  da  və rə sə lik  şəhadətnam əsi  verə  bilər5.  Konsulluqların  səlahiyyətli 

vəzifəli  şəxslərinə  bu  cür  notariat  hərəkət  yerinə  yetirməyə  hüquq  verilmişdir. 

Notariat  kontorları  olmayan  yaşayış  məntəqələrində  müvafiq  icra  hakimiyyət 

orqanları  isə  vərəsəlik  şəhadətnaməsi  vermək  hüququna  (baxmayaraq  ki,  on­

lara  bəzi  notariat hərəkətlər aparmaq  hüququ verilmişdir) malik deyil6.

X ü s u s i  və siyyətnam ələri  təsdiq  etmək  səlahiyyətinə  malik  olan  vəzifə­

1  N a z i r lə r   K a b i n e t i n in   2 0 0 0 - c i  i l   i l   2 3   a v q u s t  t a r i x l i ,   1 4 8   n ö m r ə li  q ə r a r ı  i l ə   t ə s d iq   e d ilm iş  2 - x ,   3 - x , 4 - x , 

5 - x ,  6 - x ,   7 - x   v ə   8 - x  n ö m r ə l i   f o r m a l a r / /  N o t a r ia t   h a q q ın d a  ( s ə n ə d lə r  t o p lu s u ) .  B a k ı.  2 0 0 2 , s.  1 3 1 -1 4 4 .

2  С о в е т с к а я   ю с т и ц и я .   1 9 6 2 .  №   1 7 ,  с .  3 1 ;  

Эйдинова  Э.Б.

  Н а с л е д о в а н и е   п о   з а к о н у   и   п о   з а в е щ а ­

н и ю .   М ,   1 9 8 4 ,  с .  9 6 .

3  A z ə r b a y c a n   R e s p u b lik a s ı   A l i   M ə h k ə m ə s i   P le n u m u n u n   « M ə h k ə m ə l ə r   t ə r ə f in d ə n   v ə r ə s ə lik   q a n u ­

n u n u n   t ə t b i q   e d i l m ə s in i n   b ə z i  m ə s ə lə l ə r i   h a q q ın d a »   5   s a y lı   2 8   s e n t y a b r   1 9 7 9 - c u   i l   t a r i x l i   q ə r a r ın ı n   8 - c i 

b ə n d i.

4  « N o t a r i a t   h a q q ı n d a »   q a n u n u n   1 7 - c i  m a d d ə s i  / / A R   Q K ,   I I I   k it a b ,  s .  3 0 6 .

5  « N o t a r i a t   h a q q ı n d a »   q a n u n u n   I 9 - c u   m a d d ə s i;  « A z ə r b a y c a n   R e s p u b lik a s ı n ı n   k o n s u l  n iz a m n a m ə ­

s i n i n   4 4 - c ü   m a d d ə s i  / /  A R   Q K ,   I I   k it a b ,   s.  14 3.

6  « N o t a r i a t   h a q q ı n d a »   q a n u n u n   18 - c i  m a d d ə s i / / A R   Q K ,   I I I   k it a b ,   s.  3 0 6 .

671


li  şəxslərin  (xəstəxananın  baş  həkimlərinin,  hərbi  hissə  komandirlərinin, 

azadlıqdan  məhrumetmə  yerlərinin  rəislərinin,  ekspedisiya  rəislərinin  və  s.) 

vərəsəlik şəhadətnam əsi  verm ək  hüququ  yoxdur.


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin