Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§ 4.  Vərəsəlik  hüququnun  qorunması



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə53/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   54
§ 4.  Vərəsəlik  hüququnun  qorunması

Fiziki  şəxsin  ölümü  onun  əmlakının  sahibsiz  əmlak  sayıl- 

Mirasın 

masına  dəlalət  etmir.  Onun  öldüyü  gündən,  yəni  mirasın 

^qorunması 

açıldığı  gündən  mirasın  qəbul  olunduğu  günə  kimə  müəy- 

uzrə  əd  irlər 

yƏn  rpQjyət  keçir.  Bu  müddət  ərzində  vərəsələrin  mirasın 

açılması  barədə  xəbəri  olmur  və  ya  kimin  vərəsəliyə  çağırılması  bilinmir  və  s. 

Lakin ölmüş fiziki  şəxsin  vərəsəlik  üzrə  keçə  bilən  hüquq  və vəzifələrini  həmin 

müddət  ərzində  subyektsiz  (yəni  heç  kimə  məxsus  olmayan  hüquq  və  vəzi­

fələr)  hesab  etmək olmaz.  Bu  hüquq və vəzifələrin  həmişə  subyekti vardır1.  Fi­

ziki  şəxs  ölən  andan  qanun  üzrə  vərəsələr,  vəsiyyət  üzrə  vərəsələr,  müəyyən 

hallarda  isə  dövlət  həmin  şəxsin  vərəsəlik  üzrə  keçən  hüquq  və  vəzifələrinin 

subyekti  olurlar.  Amma  müəyyən  müddətdən  müəyyən  müddətə  kimi  (yəni  mi­

ras  açıldığı  gündən  miras  qəbul  edilənə  kimi)  bu  hüquq  və  vəzifələrin  subyekti 

bəlli  olmur,  naməlum  olur2.  Digər  tərəfdən  miras  açıldığı  andan  miras  kütləsi­

nin  tərkibi  dəqiq  və  konkret olaraq  məlum olmur.

Belə  vəziyyətdə  ölmüş  şəxsin  əmlakı  oğurlana,  itə,  məhv  edilə,  korlana  və 

ya  xarab  oluna  bilər.  Bundan  əlavə,  mirasın  ayrı-ayrı  hissələrinin  normal  sax­

lanması  üçün  müəyyən  hərəkətlər edilməsinə,  onlara  qulluq  göstərilməsinə və 

onların  idarə  olunmasına  ehtiyac yarana  bilər.  Bütün  bunların  hamısı  şübhəsiz 

ki,  vərəsələrin  mənafeyinə,  əmlak  vərəsəsiz  olduğu  hallarda  isə  dövlətin  mə­

nafeyinə  təsir etməyə  bilməz.

Göstərilən  halda  mülki  qanunvericilik  açılmış  miras  barədə  iki  növ  tədbirin 

görülməsini  nəzərdə  tutur  (MM-in  73-cü  fəslinə  daxil  olan  1317-1320-ci  mad­

dələr);

•  mirasın  qorunmasına  yönələn tədbirlər;



•  mirasın  idarə olunmasına yönələn tədbirlər

1  A/


o

/

m



/

ic

 



О С

 С о в е т с к о е  г р а ж д а н с к о е   п р а в о .  К у р с  л е к ц и й .   Ч а с т ь   3  Л . ,   1 9 6 5 , с .  3 4 0 .



Никитюк  П.  С.

  Н а с л е д с т в е н н о е  

п р а в о   и   н а с л е д с т в е н н ы й   п р о ц е с с .   К и ш и н е в .   1 9 7 3 ,  с . 1 7 3 ; 

Иоффе О.С.

  С о в е т с к о е   г р а ж д а н с к о е   п р а в о ,  с .  3 3 8 .

680


Miras  qoyan  tərəfindən  vəsiyyətnamə  icraçısı  təyin  edilən  və  ya  vərəsələr 

miras  əmlaka  faktiki  sahiblik etməyə  başladığı hallarda',  onlar bütün  vərəsələ­

rin  hamısı  gələnə  kimi  mirasın  qorunmasını və  idarə olunmasını  həyata  keçirir­

lər1


 2.  Əgər  onlar  olmazsa  və  ya  onlar  tərəfindən  vərəsəliklə  bağlı  olan  bütün 

şəxslərin  mənafelərinin  lazımınca  qorunması təmin edilməzsə,  onda bu  məna­

felərin  mühafizə  olunması  üçün  dövlət  orqanları  tərəfindən  xüsusi  tədbirlərin 

görülməsinə  ehtiyac  yaranır.  Həmin  tədbirlərin  məcmusu  mülki  qanunvericilik­

də  «miras  əmlakın  qorunması»  və  ya  «miras  əmlakın  mühafizə  edilməsi»  ad­

lanır.  Miras  əmlakın  qorunması  vərəsəliklə  əlaqəli  olan  bütün  şəxslərin,  yəni 

vərəsələrin,  leqatarilərin  (vəsiyyət tapşırığı alanların)  kreditorların,  habelə  döv­

lətin  mənafeyi  üçün  həyata  keçirilir.  Onun  əsas  məqsədi  miras  əmlakın  sala­

mat  saxlanmasını  təmin  etməkdən  və  onun  oğurlanmasının,  itməsinin,  məhv 

olmasının,  xarab  edilməsinin,  sui-istifadə  olunmasının,  habelə  vərəsələr və ya 

kənar şəxslər tərəfindən  gizlədilməsinin qarşısını almaqdan  ibarətdir3.

M iras  əmlakın  qorunm ası  dedikdə,  miras  əmlakın  xarab  olmasının,  it­

m əsinin,  korlanm asının,  məhv edilm əsinin  və ya  oğurlanmasının  qarşısını 

alm aq  üçün  onun  salamat saxlanılmasının təmin edilməsi  başa düşülür.

Mirasın  qorunmasını  mirasın  açıldığı  yerdəki  notariat  orqanı  həyata  keçirir 

(MM-in  1317-ci  maddəsinin  1-ci  bəndi).  Üç  halda  o,  mirasın  qorunması  üçün 

tədbirlər görməlidir:

•   mirasın  qorunmasına  zərurət  yaranarsa  (məsələn,  ölən  şəxsin  əmlakının 

oğurlanmasını, gizlədilməsini, itirilməsini və s. güman etməyə əsas olarsa);

• vərəsə  məlum  olmazsa;

•  vərəsənin  mirası  qəbul  edib-etməməsi  bilinməzsə.

Bu  hallardan  biri  olarsa,  notariat  orqanı  mirasın  qəbul  edilməsinə  qədər mi­

rasın  qorunması  məsələsini  həll  edir.  Miras  qəbul  edildikdən  sonra  isə  mirasın 

bölüşdürülməsinə  qədər mirasın  qorunması  ilə  bağlı tədbirlər miras şəriklərinin 

razılığı  ilə  həyata  keçirilə  bilər.  Bununla  yanaşı,  belə  tədbirləri  hər  bir  vərəsə 

digər miras  şəriklərinin  razılığı olmadan  da görə  bilər (MM-in  1157-1  maddəsi).

Notariat  orqanının  həm  də  hüququ  vardır ki,  mirasın  qorunması  üçün  miräşı. 

siyahıya  alsın.  Bununla  bərabər,  o,  mirasın  açıldığı  yerdə  olmayan  vərəsələrin 

axtarılması  üçün tədbirlər görür.

Mülki  qanunvericilik  həm  də  miras  əmlakın  idarə  olunmasına  yönələn  təd­

birlər görülməsinin  mümkünlüyünü  nəzərdə tutur.  Belə  tədbirlərin  görülməsinə 

o  halda  ehtiyac  yarana  bilər  ki,  mirasın  tərkibində  həm  faktiki  hərəkətlər vasi­

təsilə,  həm  də  hüquqi  hərəkətlər vasitəsilə  idarə  edilməsi  tələb  olunan  müəy­

1  N o t a r iu s   a ta s ı  ö l d ü k d ə n   s o n r a   D - n i n   m ir a s   ə m la k ı n ı n   q o r u n m a s ı   ü ç ü n   t ə d b ir l ə r  g ö r ü lm ə s i  b a rə d ə  

x a h i ş i n d ə n   i t r n i n a   e t m i ş d ir .   N o t a r iu s   g ö s t ə r m iş d ir   k i ,   m ir a s   q o y a n la   b i r l i k d ə   y a ş a y a n   A   ( D - n in   q a rd a ş ı) 

ə m l a k a   s a h i b l i k   e t m i ş d ir   v ə   b u n a   g ö t ə   d ə   o n u n   q o r u n m a s ı  ü ç ü n   h ə r   h a n s ı  x ü s u s i  t ə d b ir in   g ö r ü lm ə s in ə  

p r a k t i k i   o la r a q   z ə r u r ə t   y o x d u r  ( « С о в е т с к а я   ю с т и ц и я » ,   1 9 6 2 ,   № 1 2 ,   s . 3 1 ) .

2  V ə s i y y ə t n a m ə   ic r a ç ı s ı n ı n   b o r c u d u r  k i ,   m ir a s   a ç ı ld ı ğ ı  a n d a n   m ir a s ı   q o r u m a ğ a   v ə   id a r ə  e t m ə y ə   b a ş ­

la s ın   ( M M - n i n   1 2 3 7 - c i  m a d d ə s i) .



Эйдинова Э.Б.

  Н а с л е д о в а н и е   п о   з а к о н у   и   з а в е щ а н и ю .  M . ,   I 9 8 4 ,   с . 8 5 ;  С о в е т с к о е   г р а ж д а н с к о е  

п р а в о .  У ч е б н и к .   Т о м   2   /   П о д   р с д . 



О.А.  Красавчикова.

  M . ,   I 9 8 5 ,   с .  8 5 ;  Г р а ж д а н с к о е   п р а в о .  У ч е б ­

н и к .   Т о м   I  /   П о д   р е д . 

Е.А.Суханова.

  М . ,   1 9 9 8 ,  с .5 5 3 : 



Зайцева  Т.И.,  Крашенинников  П.В

  Н а с л е д с ­

т в е н н о е   п р а в о .  М . ,   2 0 0 3 ,   с .  I 5 I .

681


yən əmlak olsun.  Məsələn, yaşayış evi,  həyətyanı təsərrüfat,  kənd təsərrüfatı tə­

yinatlı  torpaq,  müəssisə,  təsərrüfat  ortaqlıqları  və  ya  təsərrüfat  cəmiyyətlərinin 

nizamnamə  (şərikli)  kapitalındakı  pay,  qiymətli  kağızlar,  əqli  mülkiyyət  hüquqları 

(müstəsna hüquqlar),  mal-qara və s.  bu cür əmlak növlərinə  misal ola bilər.

Bir qayda  olaraq,  mirasın  bölüşdürülməsinə  qədər onu  miras  şərikləri  birgə 

idarə  edirlər.  İdarəçiliklə  bağlı  qərarlar vərəsələr tərəfindən  onların  miras  pay­

larına  mütənasib  surətdə  sadə  səs  çoxluğu  ilə  qəbul  edilir  (MM-in  1157-1-ci 

maddəsi).  Mirasın  idarə  olunması  ilə  bağlı  müəyyən  xərclər çəkilir  ki,  bu  xərc­

lərin  əvəzi  vərəsələr  tərəfindən  özlərinin  miras  paylarına  mütənasib  surətdə 

ödənilir.

Bununla  yanaşı,  mirasın  qorunması  və  idarə  olunması  ilə  bağlı  tədbirlərin 

həyata  keçirilməsi  üçün  notariat  orqanı  əmlak  idarəçisini  təyin  edə  bilər  (MM- 

in  1319-cu maddəsi).

Qeyd  etdik  ki,  miras  qoyanın  kreditorlara  olan  borcları 

əsasən  onun  ölməmişdən  əvvəl  iştirakçısı  olduğu  ayrı- 

ayrı  öhdəlik  hüquq  münasibətlərindən,  yəni  öhdəliklər­

dən  (alqı-satqı,  kirayə,  borc,  kredit  və  s.  öhdəliklərdən) 

yaranır.  Bu  borclar  m irası  y ü k lü   edən  b o rc la rın   b irin ­

ci  q rupunu  tə şkil  edir.

Mirası  yüklü  edən  ik in c i  qru p   b o rcla r  da  yarana  bilər.  Bunlara  miras  qo­

yanın  ölümü  ilə  bağlı  olaraq  əmələ  gələn  borclar deyilir.  Həmin  borclar  müxtə­

lif əsaslara  görə,  lakin  yalnız miras  qoyanın  ölümü  ilə  (məsələn,  miras  qoyanın 

dəfni  ilə  bağlı olaraq  yaranan  borclar və s.) yarana  bilər.

Beləliklə  dediklərimizdən  belə  nəticə  çıxara  bilərik  ki,  m irası  y ü k lü   edən 

b orclar iki  qrupa  b ö lü n ü r':

•  miras qoyanın  özünün borcları;

•  miras  qoyanın  ölümü  ilə bağlı olaraq  əmələ  gələn  borclar

Miras  qoyanın  özünün  bo rcla rı  və  həmin  borclara  görə  məsuliyyət  barə­

də bundan  əvvəlki yarımbaşlıqların  birində  danışmışıq.

M iras  qoyanın  ö lü m ü   ilə   bağlı  olaraq  əmələ  gələn  b o rc la rı  d ig ə r və rə ­

sələrin  gəlm əsini  gözləm əyən  və  m irasa  s a h ib lik   etm əyə  və  ya  onu  idarə 

etməyə  başlayan  vərəsə  ödəyir.  Söhbət  m iras  əm lakın  tə rk ib in d ə k i  pul 

m əbləğindən  m üvafiq  x ə rclərin   ödənilm əsindən  g e d ir.  Həm in  xərclərə 

aid d ir (MM-in  1249-cu  m addəsi):

• xəstəlik zamanı  miras qoyana  qulluq xərcləri;

•  miras qoyanın  müalicəsi  üçün çəkilən  xərclər;

•  miras qoyanın  dəfn  edilməsi xərcləri;

•  miras  qoyanın  öhdəsində  (himayəsində)  olmuş  şəxslərin 

saxlanması 

xərcləri;

• əmək haqqının ödənilməsi xərcləri;

•  mirasın  qorunması  və  idarə edilməsi  xərcləri

Miras qoyanın 

ölümü  ilə  bağlı 

olaraq xərclərin 

əvəzinin 

ödənilməsi

682


Серебровский В.И.

  О ч е р к и   с о в е т с к о г о   н а с л е д с т в е н н о г о   п р а в а .  М . ,   1 9 5 3 ,  с . 2 1 1 .



•  mirasın açılması barədə vərəsələrə məlumat verilməsi üzrə xərclər'.

G ö stərilən  xə rclə r  m iras  açıldığı  gündən  altı  ay  keçənədək  (MM-in 

1249-cu  m addəsi),  lakin  vərəsələr  mirası  qəbul  edənə  kim i1

 2  ödənilir.  Mi­

ras  qəbul  edilmədikdə  isə  dövlətə  vərəsəlik şəhadətnaməsi verilənə  kimi  hə­

min xərclər kompensasiya olunur.

Göstərilən  xərclərin  ödənilməsi  məsələsini  notarius da həll edə  bilər.  Nota­

rius bu  barədə  müvafiq sərəncam verir3.

Xərclər  mirasın  tərkibinə  daxil  olan  nağd  pul  hesabına  ödənilir.  Əgər 

nağd  pul  olmazsa,  onda  notarius xərclərin  bankdakı  hesab  və ya  bank əma­

nəti  hesabına,  ümumiyyətlə,  miras  qoyanın  adına  bankda  olan  istənilən  he­

sab  hesabına  ödənilməsi  barədə  sərəncam  verir.  Mirasın  tərkibində  pul  və 

bank  əmanəti  olmadığı  hallarda  xərclər  mirasa  daxil  olan  əşyalar hesabına 

ö d ə n ilir4.  Notarius  bu  barədə  müvafiq  sərəncam  verir.  Lakin  əşyanın  dəyəri 

çəkilmiş faktiki  xərclərin  məbləğinə  uyğun  olmalı,  həmin  məbləği  aşmamalıdır. 

Göstərilən  xərclərin  əsas cəhəti  ondan  ibarətdir  ki,  həmin  xərclər miras  pas­

siv in ə   d a xil  e d ilm ir5.  Digər  tərəfdən  bu  xərclər  miras  qoyandan  keçən  borc­

ların  ödənilməsini  ifadə  etmir.  Həmin  xərclərin  vərəsələrin  miras  qoyanın  kre­

ditorları  ilə  apardığı  hesablaşmaya  aidiyyəti  və  dəxii  yoxdur.  Onlar  kreditorlar 

qarşısında vərəsələrin  məsuliyyətinin  həcmini azaltmır.

X əstəlik  zamanı  m iras  qoyana  qulluq  xərcləri  miras  qoyanın  xəstəliyi 

dövründə  ona  qulluq  etməkdən  ötrü  (bilavasitə  qulluq,  ərzaq  məhsulları  al­

maq,  yemək  hazırlamaq,  paltarları  yumaq,  evi  yığışdırmaq və s.  ötrü6) çəkilmiş 

xərclərdir.  Bu  xərclər  müvafiq  sənədlə təsdiqlənməlidir.  Belə  sənədlər olmadı­

ğı  hallarda faktiki  xərclər barədə  məhkəmə  qərarını təqdim etmək  lazımdır7.

M iras  qoyanın  m üalicəsi  üçün  çəkilən  xərclər pəhriz qidalanma  üçün və 

dava-dərman  alınmasına verilən xərclərdən,  həkim  məsləhətinə,  həkim çağırıl­

masına  və  müalicə  müəssisəsinə  ödənilən  pul  məbləğindən,  müayinə  pulun­

dan  ve  tibbi  yardıma  görə  ödənişdən  (cərrahiyyə  əməliyyatı,  sarıma,  iynə vur­

maq və  digər tibbi  proseduradan)  ibarətdir8 9

.  Bu xərclər müalicə müəssisəsinin 

verdiyi  sənədlə  (arayışla) təsdiqlənir.

M iras  qoyanın  dəfn  edilm əsi  xərcləri  dedikdə,  miras  qoyanın  meyidinin 

(cəsədinin)  müəyyənləşdirilmiş qaydada  torpağa  basdırılması  ilə  bağlı sərf  et­

mələr  başa  düşülür3.  Həmin  xərclərə  aiddir:  tabut  almaq  üçün  çəkilən  xərc; 

ayin  (mərasim)  əşyalarının  alınmasına  çəkilən  xərc;  meyidin  yuyulmasına  çə­

kilən  xərc;  dəfn  yeri  alınması  üçün  çəkilən  xərc;  qəbir  qazmaq  üçün  çəkilən

B u   x ə r c   ( ə n   a x ı r ı n c ı   x ə r c )   M ü l k i   M ə c ə ll ə d ə  y o x ,   « N o t a r ia t   h a q q ın d a »   q a n u n u n   5 4 - c ü   m a d d ə s in d ə  



n ə z ə r d ə   t u t u l u r .

^ « N o t a r ia t   h a q q ı n d a »   q a n u n u n   5 4 - c ü   m a d d ə s i.

3  « N o t a r i a t   h a q q ı n d a »   q a n u n u n   5 4 - c ü   m a d d ə s in in   1 -c i  h is s ə s i.

4  « N o t a r i a t   h a q q ı n d a »   q a n u n u n   5 4 - c ü   m a d d ə s in in   2 - c i  h is s ə s i.

Антимонов Б.С.. Граве К.Л.

С о в е т с к о е   н а с л е д с т в е н н о е   п р а в о .  М . ,   1 9 5 5 ,  с .  2 4 8 .

Зайцева Т.И., П  В.Крашенинников. 

Н а с л е д с т в е н н о е   п р а в о .  М . ,   2 0 0 3 ,  с . 1 65.

Эйдинова Э.Б. 

Н а с л е д о в а н и е   п о   з а к о н у   и   з а в е щ а н и ю .  М . ,   1 9 8 4 ,  с .9 2 .

8

  Гущин  В.В. 



Н а с л е д с т в е н н о е   п р а в о .  М . ,   2 0 0 3 ,  с.  9 8 ; 

Зайцева  Т.И.,  Крашенинников П.В. 

Н а с ­


л е д с т в е н н о е   п р а в о .  М . ,   2 0 0 3 ,  с .  16 6 .

9  R S F S R   n o t a r i a t   p r a k t ik a s ı   b u   m ö v q e d ə n   ç ı x ı ş   e d ir d i.

683


xərc;  miras  qoyanın  meyidini  dəfn  yerinə  çatdırmaq  üçün  istifadə  olunan  nəq­

liyyat  vasitəsinə  görə  çəkilən  xərc  (nəqliyyat xərci)1.  Bir sözlə,  m iras  qoyanın 

dəfn  edilm əsi  xərcləri  ayin  (mərasim)  x id m ətlə rin ə   gö rə   çəkilən  x ə rc lə r­

dən  ibarətdir1

 2 *.

Dini  ayinlərin  icrasına,  ehsan-xeyrat  (ona  rus  dilində  «pominki»  deyilir)  ve­



rilməsinə,  mərhuma  xatirə-yadigar qoyulmasına  və  onun  çəpərlənməsinə  (qə- 

birüstünün  götürülməsinə)  çəkilən  xərclər  dəfn  xərclərinə  aid  və  daxildirmi? 

Müəlliflərdən  E.B.  Eydinova  70-80-cı  illərin  notariat  praktikasına  əsaslanaraq 

bu  suala  mənfi  cavab  verir*.  V.V.  Quşin  isə  göstərir ki,  ehsan-xeyrat  verilməsi 

həmin xərclərə  aiddir4.  Sovet dövründə ehsan-xeyrata,  habelə  dini  mərasimlə­

rin  icrasına  çəkilən  xərclərin  əvəzi  ödənilmirdi5,  yəni  həmin  xərclər  dəfn  xərc­

lərinə daxil  deyildi.

RF-in  məhkəmə  praktikasına  görə  dəfn  xərcləri  dedikdə,  dəfn  üçün  lazım 

olan  ləvazimatların  alınmasına,  nəqliyyat  vasitəsi  üçün,  dəfn  iştirakçılarının 

yerləşdirilməsi  üçün  çadırın  (palatkanın)  və  digər  predmetlərin  əldə  olunması­

na,  habelə  dini  ayin,  xidmət  və  adətlərin  həyata  keçirilməsinə  çəkilən  xərclər 

başa  düşülür6.  Məhkəmə  praktikasına  görə  ehsan-xeyrata  çəkilən  xərclər,  ha­

belə  məhruma  standart  xatirə-yadigar  qoyulmasına  (yəni  mərhumun  qəbrinin 

üstünün  götürülməsinə  və  qəbir  daşı  qoyulmasına)  və  onun  çəpərlənməsinə 

çəkilən  xərclər də  dəfn xərclərinə  daxildir.

Biz,  məhkəmə  praktikasının  mövqeyi  baxımından  çıxış  edərək  göstərilən 

xərcləri  dəfn  xərclərinə aid  edirik7.  Lakin  lazımdır ki,  dəfn  xərclərinin  çəkilməsi­

ni  təsdiqləyən  müvafiq  sübutlar  təqdim  olunsun.  Mal  (əmtəə)  və  kassa  çeki, 

miras  qoyanın  dəfnini  təşkil  edən  komissiyanın  aktı,  mağazadan  gətirilən  he- 

sab-faktura,  ayin xidmətləri  bürosunun  qəbzi8 və  s.  bu  cür sübutlara  misal  ola 

bilər.  Faktiki  dəfn  xərcləri  barədə  qanuni  qüvvəyə  minmiş  məhkəmə  qərarı  da 

sübutedici  əhəmiyyətə  malik  ola  bilər.  Belə  ki,  dəfn  xərcləri  barədə  müvafiq 

sənədlər  (sübutlar)  təqdim  etmək  mümkün  olmadıqda,  onda  dəfn  xərcləri 

məhkəmə qaydasında  müəyyənləşdirilir.

M iras  qoyanın  ö h d əsində  o lm uş  ş ə xslə rin   saxlanm ası  xə rc lə ri  miras 

qoyanın  himayəsində  olan  şəxslərin  saxlanmasına  çəkilən  xərclərdən  ibarət­

dir.  Yalnız  həmin  şəxslər  vərəsə  olduqda  və  onlara  miras  əmlakdan  pay  çat­

dıqda  müvafiq  xərclər (özü  də  həmin  pay  hesabına)  çəkilir9.  Söhbət  miras  qo-



Зайцева Т.И.,  Крашенинников П.В.

 

Н а с л е д с т в е н н о е   п р а в о ,   с .  1 6 5 ; 



Гущин В.В.

 

Н а с л е д с т в е н н о е  



п р а в о ,  с .9 8 .

2  A y i n   x i d m ə t lə r in i n   s iy a h ı s ı   b a r a d ə   b a x : 



Danilov  E.A. 

N a s l e d o v a n i e .   N o t a r i a t .   P o x o r o m   M . ,  

2 0 0 2 ,   s . 3 5 4 .

Эйдиноаа Э.Б. 

Н а с л е д о в а н и е   п о   з а к о н у   и   з а в е щ а н и ю .   М . ,   1 9 8 4 ,  с .9 1 .



Гущин В.В.

 

Н а с л е д с т в е н н о е   п р а в о .  У ч е б н о е   п о с о б и е .   М . ,   2 0 0 3 ,   с .  9 8 .



5  Б ю л л е т е н ь   В е р х о в н о г о   С у д а  С С С Р .   1 9 7 6 .  №   4 ,   с .3 9 .

П о с т а н о в л е н и е   П л е н у м а   В е р х о в н о г о   С у д а   Р Ф   о т   2 8   а п р е л я   1 9 9 4   г .   №   3   « О   с у д е б н о й   п р а к ­

т и к е   н о   д е л а м   о   в о з м е щ а и и и   в р е д а ,  п р и ч и н е н н о г о   п о в р е ж д е н и е м   з д о р о в ь я »   / /   Б ю л л е т е н ь   В е р х о в ­

н о г о   С у д а   Р Ф ,   1 9 9 4 ,  №   7 .



Allahverdiyev S.S.

  A z ə r b a y c a n   R e s p u b lik a s ı n ı n   m ü l k i   h ü q u q u .   D ə r s l ik .   I I   c i l d .   B a k ı ,   2 0 0 3 ,   s.  7 5 3 .



Полтавская

  / / . ,  



Кузнецов В.

 

Н о т а р и а т   ( к у р с   л е к ц и й ) .   М . ,   2 0 0 2 ,   с .  1 5 5 .



Эйдинова Э.Б.

  Н а с л е д о в а н и е   п о   з а к о н у   и   з а в е щ а н и ю .   М . ,   1 9 8 4 ,  с .  9 2 .

684


yanın  əmək  qabiliyyəti  olmayan  və  maddi  köməyə  ehtiyacı  olan  vərəsələrin­

dən  (miras  qoyanın  uşaqlarından,  valideynlərindən,  arvadından və  ya ərindən 

və  s.)  gedir.  Bundan  əlavə,  miras  qoyanın  himayəsində  olmuş  və  özlərini 

müstəqil  saxlaya bilməyən  əmək qabiliyyəti olmayan şəxslərə də ödənişlər ve­

rilə  bilər.  Axı,  həmin  şəxslərin  miras  əmlakdan  dolanacaq  təminatı  almaq  hü­

ququ vardır (MM-in  1161-ci maddəsi).

Əmək  haqqının  ödənilm əsi  xərcləri  tərdi  əmək  müqaviləsindən  (kontrak­

tından)  irəli  gəlir.  Belə  ki,  miras qoyan  işə götürən  (iş verən) rolunda çıxış edə­

rək  müəyyən  şəxsləri  sürücü,  katibə,  dayə,  bağban,  çoban  və  s.  vəzifəyə  işə 

qəbul  edə  bilər.  Əgər  həmin  kateqoriya  şəxslərə  əmək  haqqı  ödənilməmişsə, 

onların tələbləri  miras əmlak hesabına təmin edilir.

Vərəsəlik 

Mülki  hüquqlar pozulduğu  hallarda,  həmin  hüquqlar məhkəmə 

iddiası 


qaydasında  müdafiə  edilir.  Bu  sözləri  mülki  hüququn  bir növü 

olan  subyektiv vərəsəlik hüququ haqqında da  demək olar.

Subyektiv vərəsəlik hüququ  pozulan zaman  məhkəmə  iddiasının köməyi ilə 

müdafiə  olunur.  Həmin  iddia  vərəsəlik  iddiası  adlanır.  Bu  iddia  mübahisə  edi­

lən  vərəsəlik  hüququnun  müəyyənləşdirilməsinə  və  ya  pozulmuş  subyektiv 

vərəsəlik  hüququnun  qorunmasına yönəlir.

V ərəsəlik  iddiası  dedikdə,  m übahisə  edilən  vərəsəlik  hüququnun  mü­

ə yyə n lə ş d irilm ə s i  və  ya  pozulm uş  subyektiv  vərəsəlik  hüququnun  qo­

runm ası  barədə  iddia  başa  düşülür.

Vərəsəlik  iddiası  m ülki-h ü q u q i  iddiaların  b ir növüdür.  O,  nə əşya  iddiala­

rına  (vindikasiya  iddiasına,  neqator  iddiaya,  mülkiyyət  hüququnun  tanınması 

barədə  iddiaya),  nə  də  öhdəlik  iddialarına  (müqavilə  iddiasına,  delikt  iddiası­

na,  kondikasiya  iddiasına)  aid  olunur.  Biz,  vərəsəlik  iddiasını  mülki  iddiaların 

(mülki  müdafiə  üsullarının)  üçüncü  qrupuna  şamil  etmişik’ .  Amma  həmin 

id d ia  

tamamilə  müstəqildir1

 2.

Bəzən  praktikada  vərəsəlik  iddiasını  mülki  iddiaların  digər  növləri  ilə  qarışdı­



rırlar.  Bu  isə öz növbəsində  iddia  müddətinin  hesablanmasında  və bir sıra  konk­

ret məsələlərin  həllində  səhvə (yanlışlığa) səbəb olur.  Bu cür  hallara yol vermə­

mək  üçün  mülki  iddiaların ayrı-ayrı növlərini bir-birindən ayırmaq lazımdır.

Vərəsəlik  iddiasını  hər  şeydən  əvvəl,  vindikasiya  iddiasından  fərqləndir­

mək  lazımdır.  Bu  iddialar  arasında  həm  oxşar,  həm  də  fərqli  cəhətlər  vardır. 

Birinci  oxşar cəhət  ondan  ibarətdir ki,  hər  iki  iddia  cavabdehin  əmlakı  qaytar­

masına  (verməsinə)  yönəlir.  Buna  görə  də  həm  vərəsəlik  iddiası,  həm  də vin­

dikasiya  iddiası  əmlakın  ve rilm ə sin i  tələb  etmək  barədə  iddia  növünə  şa­

m il  ed ilir.

İkinci  oxşar  cəhət  onunla  bağlıdır  ki,  vərəsəlik  iddiası  mirası  qanunsuz ola­

raq  ələ  keçirən  hər bir  kəsə  verilə  bilər. Vindikasiya  iddiası  da  əmlakı  qanun­

suz olaraq  əldə  edən  istənilən  şəxsə  yönəlir.  Ona  görə  də  həm vərəsəlik iddi­

1  N ə zərin izə   çatdıraraq  xatırladırıq  k i,  bu  sətirlərin  m ü ə llifi  b irin ci  qrupa  əşya 

müdafiə  üsullarını 

(idd ia ların ı),  ik in c i  qrupa  ö h d ə lik   müdafiə  üsullarını  (iddialarını)  aid  edir 



{Allahverdiyev S.S.

 

Azərbay­

can  Respublikasının  m ü lk i  hüququ.  D ə rslik.  1  cild .  I  kitab.  Bakı, 2003, s. 281).

2 Иоффе O.C.

  Советское гражданское право. Курс лекций. Часть 3. Л.,  1965, с. 343.

685


ası,  həm  də vindikasiya  iddiası  mülki  iddianın  m ütləq  id d ia   nö vü nə  aid  edilir1.

Bununla  belə,  göstərilən  iddialar arasında  fərqli cəhətlər də vardır.  Birincisi, 

vindikasiya  iddiasının  o byekti  qism ində  yalnız  fə rd i  əla m ə tlə ri  ilə  m üəy­

yən  edilən  əşyalar  (məsələn,  yaşayış  evi,  minik  avtomobili  və  s.)  çıxış  edə 

bilər.  Düzdür,  cinsi  əlamətləri  ilə  müəyyənləşdirilən  əşyaların  da  vindikasiya 

edilməsi  istisna  olunmur,  bir şərtlə  ki,  həmin  əşyalar  bu  və  ya  digər  dərəcədə 

fərdiləşdirilsin  və  eyniləşdirilsin  (identifikasiya).  Məsələn,  kisədəki  kartofu,  va­

qondakı  buğdanı  və  s.  vindikasiya  etmək  olar.  Əgər  cavabdeh  qanunsuz  ola­

raq əldə  etdiyi  əşyaya  faktiki  sahiblik  etmirsə,  yəni  mülkiyyətçinin  əşyası  onun 

faktiki  sahibliyində  yoxdursa  (məsələn,  qanunsuz  sahib  əşyanı  üçüncü  şəxsə 

satır  və  s.),  onda  mülkiyyətçiyə  qaytarmağa  heç  nə  olmur.  Olmayan  əşyanın 

qaytarılmasını  hətta təsəvvürə  gətirmək  qeyri-mümkündür.  Belə  halda  vindika­

siya  iddiasına  yer  qalmır.  Ona  görə  ki,  həmin  iddia  əşyanın  yalnız  naturada 

qaytarılmasına  (əşyanın  özünün  qaytarılmasına)  yönəlir2.  Vindikasiya  iddiası­

nın  obyektini  eynicinsli  hər hansı əşya  ilə,  pulla  əvəz etmək,  onun  ekvivalentini 

mülkiyyətçiyə  qaytarmaq  qeyri-mümkündür.  Əgər  mülkiyyətçinin  əşyasını  qa­

nunsuz  olaraq  əldə  edən  şəxsin  (cavabdehin) faktiki  sahibliyində  həmin  əşya 

olmazsa,  onda  həmin  şəxsə  vindikasiya  iddiası  yox,  zərərin  əvəzinin  ödənil­

məsi  barədə  iddia  (öhdəlik  iddiası)  verilir.  Vindikasiya  iddiası  irəli  sürüldüyü 

halda  isə onu  təmin  etməkdən  imtina  olunur,  ya  da  vindikasiya  iddiası  zərərin 

əvəzinin  ödənilməsi  barədə  iddia  (öhdəlik  iddiası)  ilə  əvəz  olunur.  Beləliklə, 

hər hansı ekvivalent alınması  və  zərərin  əvəzinin  ödənilməsi  həmişə  vindikasi­

ya  iddiasının  çərçivəsindən  kənara  çıxır3.  V ə rə sə lik  id d ia sın ın   o b ye ktinə  

gəldikdə  isə  qeyd etm ək lazım dır ki,  həm in  id d ia n ın   o b y e k ti  q is m in d ə  m i­

ras  əmlak çıxış  edir.  M iras  əmlakın  tə rk ib in ə   isə  əşyalar,  əm lak  h ü q u q la ­

rı  (məsələn,  tələb  etmək,  yəni  ö h d əlik  h üquqları),  əm lak  (iq tis a d i)  m əz­

m unlu  m ü ə lliflik   hüquqları,  patent  hüquqları  və  s.  d a x ild ir.  Vərəsəlik  iddi­

ası  ilə  cavabdehdən  miras  əmlak  və  ya  onun  bir  hissəsinin  verilməsi  tələb 

olunur.  Əgər  mirasın  tərkibinə  daxil  olan  əşya  cavabdehin  faktiki  sahibliyində 

olmazsa,  iddiaçı  həmin  əşyanın  əvəzini  (ekvivalentini)  tələb  edə  bilər.  Bu  hal­

da  gördüyümüz  kimi,  əşya  naturada  qaytarılmır.  Əgər  əşyanı  naturada  q a y­

tarm aq  m üm kün  deyilsə,  onda  həm in  əşyanın  də yə rin ə   u yğ u n   pul  m əb­

ləği  ö dənilir.  Hətta  iddiaçı  vərəsəlik  iddiasının vasitəsilə  mirasa  daxil  olan  əş­

yanın  (məsələn,  yaşayış  evinin  və  s.)  satışından  əldə  edilən  pul  məbləğinin 

verilməsini  də tələb edə  bilər.  Bu  isə onu  göstərir ki,  və rə s ə lik   iddiası  u n iv e r­

sal  xarakterə  m alik  olub,  ekvivalent  alınm ası  kim i  p rin s ip i  tanıyır.  İkincisi, 

vindikasiya  iddiası  üzrə  iddiaçı  rolunda  mülkiyyətçi  çıxış  edir.  O,  əşyaya 

sahiblikdən  məhrum  olmuş,  ona  faktiki  yiyəliyi  itirmişdir.  İddiaçı  vindikasiya 

olunan  əşyaya  mülkiyyət hüququnun olmasını  sübut etməlidir.

Vərəsəlik  iddiası  üzrə  iddiaçı  qismində  özünü  vərəsə  sayan  istənilən

1  Гражданское  право.  У чеб ник.  Том  1  /   Под  рсд. 

Е.А.Сухапова.

  М .,  1998,  с.  6 1 1; 



Allahverdiyev 

5.5.  Azərbaycan  Respublikasının m ü lk i  hüququ.  D ə rslik.  I  c ild .  I I   kitab.  B akı, 2003,  s.  291.



Черепахин  Б.Б

  Виндикационные  иски  в  советском  праве  / /  



Черепахин  Б.Б.

  Т р уды   по  гр а ж ­

данскому  праву.  М ., 2001, с.  175.

Серебровский В.И.

  Очерки советского  наследственного  права.  М .,  1953, с.  228.

686


şəxs  çıxış  edə  bilər.  Bunun  üçün  həmin  şəxs  sübut  etməlidir  ki,  o,  həqiqətən 

vərəsədir.  Bununla  belə,  vərəsəlik iddiasını  ehtiyat vərəsə,  vərəsənin vərəsəsi 

(transmissiar,  yəni transmissiya üzrə vərəsə), habelə maliyyə və ya iqtisadi in­

kişaf orqanlarının  şəxsində  dövlət də verə bilər.

V in d ik a s iy a   iddiası  üzrə  cavabdeh  dedikdə,  əşyanı  qanunsuz  sahibi, 

mülkiyyətçi  olmayan  şəxs  başa  düşülür.  Vərəsəlik  iddiası  üzrə  cavabdeh 

qismində  isə  yalnız  özünü  vərəsə  sayaraq  miras əmlakı  ələ  keçirən  şəxs çıxış 

edə  bilər.

Üçüncüsü,  və rə sə lik  iddiası  həmişə vərəsəliklə  bağlıdır və  həmin  iddi­

anın  əmələ  gəlm əsinə  səbəb  olan  m übahisə vərəsəlik hüquq münasibət­

lərindən  kənara  çıxm ır.  Bu  sözləri vindikasiya  iddiası  barədə demək olmaz.

Müəyyən  şəxs  vərəsəlik  iddiasının  vasitəsilə  mirasın  (və  ya onun  müəyyən 

hissəsinin)  verilməsini  yalnız  ona  görə  tələb  edir  ki,  o,  vərəsədir.  Bununla ya­

naşı,  vərəsə  əşya  (vindikasiya)  və  öhdəlik  iddialarından  da  istifadə  edə  bilər. 

Belə  ki,  mirası  əldə  etməklə  vərəsə  ayrı-ayrı  əşyaların  mülkiyyətçisi olur.  Əgər 

həmin  əşya  özgənin  qanunsuz  sahibliyində  olarsa,  onda  vərəsə  vindikasiya 

iddiası  verməklə  həmin  əşyanın  geri  qaytarılmasını tələb edir1.  Belə  halda  iddi­

anın  əsas  məqsədi  vərəsəlik  hüququnun  həyata  keçirilməsi  nəticəsində əmələ 

gələn  mülki  hüququ  (səlahiyyəti) qorumaqdan  ibarətdir1

 2.  Vərəsəlik  iddiası  isə 

bundan  fə rq li  olaraq,  su byektiv  vərəsəlik  hüquqlarının  qorunmasına  yö­

nəlir.  Məsələn,  vərəsə  başqa  şəxslə  əmlaka  kimin  vərəsəlik  hüququ  olması 

barədə  mübahisə  edir.  Bu  halda  vərəsə  həmin  hüququ  müəyyənləşdirmək 

üçün vərəsəlik  iddiası verir.

Vərəsəlik  iddiasını  əşya  iddiasının digər növü olan  neqator  iddiadan  da  fərq­

ləndirmək  lazımdır.  Bəzən  mirasın  qorunması  məqsədi  ilə  miras əmlak siyahıya 

alınarkən  bu və ya  digər əmlak həmin siyahıya  daxil edilir.  Bu əmlakın siyahıdan 

çıxarılması  barədə  verilən  iddianı  vərəsəlik  iddiası  hesab  etmək  olmaz3.  Ona 

görə ki,  həmin  iddia  vərəsəlik  münasibətindən  kənara çıxır.  Göstərilən halda ne­

qator  iddia  verilir4.  Məsələn,  ər  ölür.  Miras  əmlak  siyahıya  alınarkən  onun  sağ 

qalan  arvadına  bağışlama  yolu  ilə  keçmiş  əmlak  səhvən  siyahıya  düşür.  Belə 

halda o, həmin  əmlakı  siyahıdan çıxarmaq  üçün neqator iddia verir.

Vərəsə  mirasın tərkibinə daxil olan  müqavilə öhdəliklərində  kreditor rolunda 

çıxış  etdiyi  hallarda  isə  ö hdəlik  (m üqavilə)  iddiası  verə  bilər.  Belə ki,  o,  şəxsi 

xarakterli  bəzi  öhdəliklər  istisna  olmaqla,  miras  qoyanı  müqavilə  öhdəliklərin­

də  əvəz  edir və  yeni  kreditor  kimi çıxış  edir;  bu  səbəbdən  miras  qoyanın tələb 

hüquqları  (öhdəlik  hüquqları)  ona  keçir.  Məsələn,  vətəndaş  öz  qonşusuna 

borc  pul  verir və  bununla  onlar arasında  borc  (müqavilə)  öhdəliyi  yaranır.  Və­



Серебровский  В.И.

  О черки  советского  наследственного  права.  М.,  1953,  s.233.  Başqa  Ыг 

yerdo  V .t.S crcb ro vski  bunun  əksi  olan  mövqedə  durur.  O,  göstərir  k i,  miras  əmlakı  qanun  üzrə  vərəsə 

və  ya  v ə siyyə t  üzrə  vərəsə  olm ayan  şəxslər  ələ  keçirdikdə,  vərəsəlik  iddiası  v e rilir 



(Серебровский 

В.И.

  О чер ки со ветского наследственного права.  М .,  1953, с. 226).



Барышев  А.И.

  Приобретение  наследства  в  СССР.  М .,  I960,  с.  78; 



Иоффе  О.С.

  Советское 

гражданское  право.  К у р с  лекций.  Часть 3.  Л.,  1965, с. 343.



Никитюк П.С.

  Наследственное  право  и  наследственный  процесс.  Кишинев.  1973, с. 215.



Allahverdiyev S.S.

  Azərbaycan  Respublikasının  m ülki  hüququ.  D ə rslik.  I c ild , 

i l  


kitab.  Bakı. 2003, 

s.  215.


687

təndaş öldükdən  sonra  onun  qonşudan  borc  pulun verilməsini tələb  etmək  hü­

ququ  vərəsəsinə  keçir.  Lakin  qonşu  borcu  qaytarmır.  Vərəsə  öhdəlik  (müqavi­

lə) iddiası verməklə  borcun  geri qaytarılmasını qonşudan  tələb edir.

Miras  əmlaka  zərər vurulduqda  isə  vərəsə  müqavilə  iddiası  yox,  d e lik t  id ­

diası  (delikt  iddiası  öhdəlik iddiasının  bir növüdür) verir.  Məsələn,  qonşu  miras 

əmlaka  daxil  olan  minik  avtomobilini  itələyir və  bunun  nəticəsində  o,  qarşıdakı 

binaya  dəyərək əzilir.  Vərəsə delikt iddiası  verməklə vurulmuş zərərin əvəzinin 

ödənilməsini tələb edir.

Vərəsə  kondikasiya  (əsassız  varlanm a)  iddiası  da  verə  bilər  (o,  öhdəlik 

iddiasının  bir  növüdür).  Bu  iddia  əsassız  varlanma  hallarında  verilir.  Məsələn, 

vərəsələrdən  biri  miras  qoyanın  kreditorlarına  olan  bütün  borcları  təkbaşına 

ödəyir.  Digər vərəsələr  öz  miras  paylarına  uyğun  olaraq  həmin  vərəsəyə  mü­

vafiq  pul  məbləği  ödəməlidirlər.  Lakin  onlar  bunu  etmirlər.  Bununla  əsassız 

varlanma  yaranır.  Vərəsə  qalan  vərəsələrə  ona  çatası  pul  məbləğini  almaq 

üçün  kondikasiya  iddiası verir.

Vərəsəlik  iddiası  iddiaçının  vərəsə  kimi  tanınması  barədə,  cavabdehin vərə­

sələr  sırasından  çıxarılması  və  ya  iddiaçının  (və  ya  cavabdehin)  vərəsəlik  hü­

ququnun  başqa  cür müəyyənləşdirilməsi  barədə  tələbdir.  O,  elə  bir  iddiadır ki, 

bu  iddianın  vasitəsilə  qanun  üzrə  və  ya  vəsiyyət  üzrə  vərəsələrin  dairəsi  mü­

əyyənləşdirilir,  habelə  həmin  vərəsələrin  vərəsəlikdə  iştirakının  xarakteri  (mi­

ras  payı) təyin edilir.

Vərəsəlik  iddiasının  irəli  sürülməsini  şərtləndirən  halların  dairəsi  kifayət  qə­

dər genişdir.  Buna  görə də öz konkret məzmununa  görə  bu  iddialar kifayət  qə­

dər  müxtəlifdir.  Məhz  bu  səbəbdən  hüquq  ədəbiyyatı  səhifələrində  vərəsəlik 

iddialarının  təsnifinin  verilməsinə  müəlliflər  xüsusi  diqqət  yetirirlər’ .  Müəlliflər­

dən  M.V.Qordon  vərəsəlik  iddialarını  predm et  tə rk ib in ə   görə  bir  neçə  yerə 

bölür1

 2:  mirasın  bölgüsü  barədə  mübahisələr;  vəsiyyətnamənin  etibarsız  sayıl­



ması  barədə  iddialar;  vərəsələrin  hüquqlarının  asılı  olduğu  ayrı-ayrı  halların 

müəyyən  edilməsi  barədə  işlər  (məsələn  mirasın  qəbul  edilməsi  və  mirasın 

açıldığı  yerin  müəyyənləşdirilməsi  barədə,  şəxslərin  qohumluq  əlaqələrinin 

müəyyənləşdirilməsi  barədə və  s.  işlər barədə);  vərəsənin  məsuliyyətinin ölçü­

sü  barədə  mübahisələr.  O.S.loffe  su b ye kt  tə rk ib in ə   g ö rə   vərəsəlik  iddiaları­

nın  təsnifini  verir3.  P.S.Nİkityuk  O.S.loffenin  təklif  etdiyi  təsnifi  uğurlu  hesab 

edir4.  Bizim  də  mövqeyimiz  belədir.

0 .  


5.10ffe  tərəfindən  təklif olunmuş  təsnifə  əsaslanaraq  vərəsəlik  haqqında 

iddiaları  altı qrupa  bölmək olar5.

1.  Qanun  üzrə  vərəsələr  arasında  m übahisələr.  Bu  qrup  mübahisələrə 

aiddir:




Барышев А.И.

  Приобретение наследства в СССР.  М .,  I96 0 , с.  79-87.



Гордон М.В.

  Наследование  по зако ну и  по завещанию,  1967,  с.  106-117.



Иоффе О.С.

  Советское  гражданское право.  К ур с лекций.  Часть 3.  Л .,  1965, с.343-344.



Никитюк П.С.

  Наследственное  право и  наследственный  процесс.  Киш ине в.  1973, с.216-217.

T.V .S alom atova  O.S.  io ffc n in   t ə k lif  e td iyi  təsnifata  əsaslansa  da  v ə rə sə lik  id diala rım   dörd  qrupa 

bölür.  Bunu  isə  ə ha təli  bölgü  hesab  etm ək  olm az 



{T.B.Саломатова.

  Наследование  по  завещанию  и 

по закону, с.  64-65).

688


•  

şəxsin

 

vərəsə  kimi tanınması  barədə  tələbi



 

(məsələn,  birinci  növbə vərə­

sələr  miras  əmlakı  bölüşdürərkən  övladlığa  götürülən  şəxsi  vərəsə  kimi 

nəzərə  almırlar.  Bu  halda  övladlığa  götürülən  şəxs  özünün  vərəsə  kimi 

tanınması  barədə vərəsəlik iddiası verir);

•  


vərəsəlik  hüququndan  mülki qanunvericilikdə  (MM-in  1137-1138-ci mad­

dələrində) nəzərdə tutulan əsaslara görə məhrum etmək barədə mübahi­

sələr

 

(məsələn,  vərəsələr  mirası  bölüşdürərkən  ləyaqətsiz  vərəsəyə  də 



miras  payı  ayırırlar.  Vərəsələrdən  biri  ləyaqətsiz  vərəsənin  qanun  üzrə 

vərəsələr sırasından  çıxarılması barədə vərəsəlik iddiası verir);

•  

şəxsin  vərəsəliyə  çağırılması  barədə  tələbi

 

(məsələn,  birinci  növbə vərə­



sələr mirası  qəbul etmirlər.  Bunu əldə əsas tutaraq ikinci növbə vərəsələr 

onların  vərəsəliyə  çağırılması  barədə  vərəsəlik  iddiası  verirlər.  Mahiyyət­

cə  belə  halda  mirasın  qəbul  edilməməsi faktı  barədə  birinci  növbə vərə­

sələrlə  ikinci  növbə vərəsələr arasında  mübahisə yaranır);

•  

vərəsənin  miras  əmlaka  daxil olan  bəzi əşyaları  almaqda  üstünlük hüqu­

qunun  tanınması  barədə

 

tələbi  (məsələn,  miras  açılanadək  üç  il  miras 



qoyanla  birlikdə  yaşamış  vərəsə  MM-in  1303-cu  maddəsinə  uyğun  ola­

raq  mirasdan  yaşayış  evini  almaqda  üstünlük  hüququnun  tanınması  ba­

rədə  məhkəməyə  iddia verir);

•  


şəxsin  miras  qoyanla  qohumluq  əlaqəsinin  tanınması  və onun  qanun  üz­

rə  vərəsələr sırasına  daxil edilməsi barədə  tələbi

 

(məsələn,  vətəndaş öl­



dükdən  sonra  onun  oğulları  özlərinin  tam  doğma  olmayan  bacısını vərə­

sə  hesab etmirlər.  O,  ölən  vətəndaşın  başqa  rəsmi  nikaha  girməsi və  hə­

min vətəndaşın  qızı  kimi tanınması  barədə  iddia verir).

2.  Q anun  üzrə  və  və siyyə t  üzrə  vərəsələr  arasında  mübahisələr.  Bu 

qrup  mübahisələrə daxildir:

•  


vəsiyyətnamənin bütövlükdə  tamamilə etibarsız sayılması  barədə iddialar 

(məsələn,  vətəndaş  nümayəndə  vasitəsilə  vəsiyyətnamə  tərtib  edir.  Hə­

min  vətəndaşın  qanun  üzrə  vərəsələri  vəsiyyətnamənin  etibarsız  sayıl­

masını  tələb  edirlər.  Başqa  bir misalda vətəndaş  anlaqsız vəziyyətdə,  yə­

ni  öz  hərəkətlərinin  mənasını  başa  düşmədiyi  və  ya  onlara  rəhbərlik edə 

bilmədiyi  vəziyyətdə  vəsiyyətnamə  tərtib  edir.  Qanun  üzrə  vərəsələr  bu 

vəsiyyətnamənin  etibarsız sayılması  barədə vərəsəlik iddiası verirlər);

•  


vəsiyyətnamənin  qismən  etibarsız  sayılması  barədə  iddialar

 

(məsələn, 



vəsiyyət üzrə vərəsələrlə  məcburi vərəsələr arasında mübahisə  yaranır. 

Məcburi  vərəsələr  onların  payına  miras  əmlakdan  düşən  hissənin  ayrıl­

ması  barədə  vərəsəlik  iddiası  verirlər.  Bu  halda  vəsiyyətnamə  tam  yox, 

qismən  etibarsız sayılır).

3.  M ü x tə lif  vəsiyyətnam ələr  ilə  təyin  edilən  vərəsələr  arasında  müba­

hisə  və  ya  eyni  b ir  vəsiyyətnam ədə  göstərilən  vərəsələr  arasında  müba­

hisə.  Bu  qrup mübahisələrə aiddir:

•  


sonradan  tərtib  edilmiş  vəsiyyətnamənin  etibarsız sayılması  və əvvəl tər­

tib  olunmuş  vəsiyyətnamənin  (hər iki  vəsiyyətnamə  eyni bir əmlaka  aid­

dir)  bərpa  edilməsi  barədə  tələb

 

(məsələn,  anlaqsız  vəziyyətdə  tərtib



689

edildiyinə  görə  sonradan  tərtib  olunmuş  vəsiyyətnamənin  etibarsız  sayıl­

ması barədə vərəsə  məhkəməyə  iddia verir);

• 

m i r a s a   d a x i l   o l a n   e y n i   b i r   ə m l a k   b a r ə s i n d ə   i k i   m ü x t ə l i f   v ə s i y y ə t n a m ə n i n  

b i r - b i r i n i   q a r ş ı l ı q l ı   s u r ə t d ə   t a m a m l a y a n   h i s s ə l ə r i n i n   e t i b a r l ı l ı ğ ı n ı n   m ü ə y ­

y ə n l ə ş d i r i l m ə s i   b a r ə d ə   i d d i a

  (məsələn,  vətəndaş  vəsiyyətnamə  ilə  evin

i   hissəni oğluna  vəsiyyət edir.  Bir ildən  sonra vətəndaş  ikinci vəsiyyətna­

mə tərtib  edərək evin  qalan  hissəsini öz qızına  vəsiyyət edir.  Vətəndaş öl­

dükdən  sonra  vərəsələr  arasında  mübahisə  yaranır.  Miras  qoyanın  oğlu 

vəsiyyətnamənin ona olan  hissəsinin etibarlı  sayılması  barədə  iddia verir);

• 

e y n i   b i r   v ə s i y y ə t n a m ə   i l ə   t ə y i n   e d i l ə n   m ə c b u r i   v ə r ə s ə y ə   n ə z ə r d ə   t u t u l a n ­

d a n   a z   p a y   a y r ı l m a s ı   b a r ə d ə   m ü b a h i s ə

  və  ya  vəsiyyət  tapşırığının  icra 

edilməməsi  ilə  bağlı olaraq  yaranan  mübahisə;

• 

e y n i   b i r   v ə s i y y ə t n a m ə   i l ə  



t ə y i n   e d i l ə n   v ə r ə s ə l ə r   a r a s ı n d a   m i r a s ı n   r e a l  

( n a t u r a d a )   b ö l g ü s ü   b a r ə d ə   m ü b a h i s ə .

4 .

  Dövlətlə  qanun  üzrə  və rəsələr və  ya  v ə s iy y ə t  üzrə  v ə rə s ə lə r a rasın­

dakı  m übahisələr.  Bu qrup mübahisələrə aiddir:

• 

q a n u n   ü z r ə   v ə r ə s ə l ə r   o l m a d ı ğ ı   h a l l a r d a   d ö v l ə t i n   v ə s i y y ə t n a m ə n i n   e t i b a r ­



s ı z   s a y ı l m a s ı   b a r ə d ə   i d d i a s r ,

• 

l ə y a q ə t s i z   v ə r ə s ə   o l d u ğ u n a   g ö r ə   q a n u n   ü z r ə   b ü t ü n   v ə r ə s ə l ə r i   v ə   y a   v ə ­



s i y y ə t   ü z r ə   v ə r ə s ə l ə r i   v ə r ə s ə l i k   h ü q u q u n d a n   m ə h r u m   e d i l m ə s i   b a r ə d ə   i d ­

d i a l a r .

5.  İstənilən  və rəsələr  arasındakı  m übahisələr.  Bu  qrup  mübahisələrə 

aiddir:

• 

v ə r ə s ə n i n   ö z   m i r a s   p a y ı n ı   f a k t i k i   o l a r a q   m i r a s   ə m l a k ı   ə l d ə   e d ə n   d i g ə r   v ə ­



r ə s ə l ə r d ə n   t ə l ə b   e t m ə k   b a r ə d ə   i d d i a s r ,

• 

v ə r ə s ə n i n   v ə r ə s ə l i k   h ü q u q u n u n   h ə c m i n i n   m ü ə y y ə n l ə ş d i r i l m ə s i   b a r ə d ə  



m ü b a h i s ə s i .

6



Vərəsələrlə  vərəsə  olm ayan  ş ə xslə r  arasında  yaranan  m üb a h isə ­

lə r1.  Bu  cür  mübahisələr  subyektiv vərəsəlik  hüququna  aid  olmalıdır.  Subyek­

tiv  vərəsəlik  hüququ  barəsində  olmayan  ixtilaflara  vərəsəlik  mübahisəsi  kimi 

baxmaq  olmaz.  Əgər  ixtilaf vərəsəlik  hüququnun  həyata  keçirilməsi  nəticəsin­

də  yaranan  hüquqa  (səlahiyyətə)  aid  olarsa,  məsələn,  mülkiyyət  hüququna 

aid  olarsa,  onda  vərəsəlik  mübahisəsi  əmələ  gəlmir və  buna  görə  də  mülki  id­

diaların  başqa  növündən  istifadə  edilir.  Göstərilən  vərəsəlik  mübahisəsinə  və­

siyyət üzrə  vərəsə  ilə  üçüncü  şəxs  (vərəsə  olmayan  şəxs),  yəni  xeyrinə vəsiy­

yət  sərəncamı  edilən  şəxs  arasında  bank  əmanəti  barəsində  əmələ  gələn 

mübahisəni  misal  göstərmək olar.

Bundan  əlavə,  digər  elə vərəsəlik  iddiaları  vardır  ki,  həmin  iddialar  həm  qa­

nun  üzrə vərəsələr,  həm də vəsiyyət  üzrə vərəsələr tərəfindən  verilə  bilər.  Biz, 

yuxarıda  onların  adını  çəkmədik.  Onlar vərəsəlik  iddialarının  göstərilən  qrupla-

р. S .N ikityu k  O .S .lo ffcn in   tə k lif e ld iy i  altıncı  qrup və rə sə lik  iddiası  ilə   razılaşmayaraq  g östə rir  ki, 

burada O .S .İo ffcn in  Vərəsəlik  iddiasının  m a h iyyəti  barədə  sö ylə d iyi  fik ir lə r lə   z id d iy y ə t v a rd ır (

Никит



io k



 

П С.

  Наследственное право и  наследственный  процесс.  Киш ине в.  1973, с.215).

690


rından  birinə  şamil edilə bilər.  Həmin  iddialara  aiddir:

•  mirasın qəbul  edilməsi barədə iddia;

• vərəsənin  ləyaqətsiz vərəsə hesab edilməsi  barədə iddia;

•  qanun  üzrə  vərəsələr  arasında  miras  əmlakın  naturada  bölüşdürülməsi 

barədə  iddia;

•  vərəsəlik  şəhadətnaməsinin  etibarsız sayılması  (tam və ya qismən etibar­

sız sayılma) barədə iddia;

•  mirası  qəbul etmə aktının  həyata keçirilməsi barədə iddia;

•  mirasdan  imtina  aktının  həyata  keçirilməsi  barədə iddia.

V ə rə sə lik  id d ia la rı  vərəsəlik  hüquq  m ünasibətlərindən  kənara  çıxma­

m alıdır.  Ona  görə  ki,  vərəsəlik  iddiasına  verdiyimiz  anlayışdan  göründüyü  ki­

mi,  həmin  iddia  subyektiv  vərəsəlik  hüququnun  mübahisə  edilməsi  və  ya  po­

zulması  ilə  bağlıdır.  Bu  iddianın  vasitəsilə  mübahisə edilən vərəsəlik  hüquqları 

müəyyənləşdirilir  və  ya  pozulmuş  subyektiv  vərəsəlik  hüquqları  bərpa  olunur. 

Subyektiv  vərəsəlik  hüququ  isə  vərəsəlik  hüquq  münasibəti  çərçivəsində  ya­

ranır.  Lakin  vərəsəlik  hüquq  münasibəti  ilə  bağlı olan  elə  iddialar var ki,  onlan 

vərəsəlik  iddiası  saymaq  olmaz.  Bu  iddialar  vərəsəlik  hüquq  münasibətlərin­

dən  irəli  gəlsə  də,  onların  vərəsəlik  varisliyinə  və  vərəsələr  arasındakı  qarşı­

lıqlı əlaqəyə  birbaşa  münasibəti  yoxdur.  Onları  «vərəsəlik  hüquq  münasibəti 

ilə  bağlı  olan  (vərəsəlik  iddiaları  ilə  eyni  sərhəddə  olan)1  iddia»  adlandır­

maq  olar.  Söhbət  mülki  iddiaların  vindikasiya  iddiası,  müqavilə  iddiası,  kondi- 

kasiya  iddiası və  s.  kimi  növlərindən gedir.  Biz,  bir az bundan əvvəl  bu  barədə 

danışmışıq.


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin