Mövzu 17. Beynəlxalq hava hüququ p L a n


«Hava azadlıqları» (kommersiya hüquqları)



Yüklə 316,26 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix02.06.2023
ölçüsü316,26 Kb.
#123523
1   2   3   4   5   6   7   8   9   10
158 movzu 17. beynelxalq hava huququ

«Hava azadlıqları» (kommersiya hüquqları) 
Kommersiya xarakterli beynəlxalq hava uçuşları müəyyən hüquqlar əsasında 
həyatam keçirilir. Bu hüquqlar aşağıdakılardır: 
1. müəyyən dövlətin ərazisi üzərindən, onun razılığı əsasında tranzit (yerə 
enmədən) uçub keçmək hüququ; 
2. göstərilən tranzit uçuşu qeyri-kommersiya məqsədləri ilə yerə enməklə 
yerinə yetirmək hüququ (yanacaq doldurmaq, təmir və s. üçün); 
3. xarici dövlətin ərazisində sərnişinləri düşürmək və hava gəmisinin 
qeydiyyatda olduğu dövlətdə götürülmüş baqajı, yükləri və poçtu boşaltmaq 
hüququ; 
4. bundan əvvəlki «hava azadlığı»na oxşar olan, amma əks istiqamətdə (xarici 
dövlətin ərazisindən öz ərazisinə) həyata keçirilən hüquq


5. xarici dövlətin ərazisində sərnişinləri düşürmək, həmin dövlətin ərazisində 
yükləri və poçtu boşaltmaq və habelə, onqları istənilən üçüncü ölkədən və ya 
istənilən üçüncü ölkəyə daşımaq üçün götürmək hüququ. 
Yuxarıda göstərilənlərdən başqa, daha iki «hava azadlığı» mövcuddur: 
1. öz ərazisindən keçməklə, üçüncü ölkələr arasında hava daşımaları həyata 
keçirmək hüququ. 
2. öz ərazisindən keçməməklə, üçüncü ölkələr arasında hava daşımaları həyata 
keçirmək hüququ. 
3. MÜLKI AVIASIYA BEYNƏLXALQ TƏŞKILATLAR 
Beynəlxalq mülki aviasiya sahəsində ən nüfuzlu (beynəlxalq təşkilat 1947-ci 
ildən fəaliyyət göstərən və hazırda 160-dan çox üzvü olan Beynəlxalq mülki 
aviasiya təşkilatı – İKAO-dur. Yuxarıda qeyd edildiyi kimi, Beynəlxalq mülki 
aviasiya təşkilatı (İKAO) 1944-cü il Çikaqo Konvensiyasının II hissəsi əsasında 
yaradılmışdır. Onun başlıca məqsədi bütün dünyada beynəlxalq mülki aviasiyanın 
təhlükəsiz inkişafını təmin etmək, bütün bu məsələlərdə beynəlxalq əməkdaşlığı 
təşkil etmək və əlaqələndirməkdən ibarətdir.
Beynəlxalq mülki aviasiya təşkilatı (İKAO) aşağıdakı struktura malikdir: 
- Assambleya (bütün üzv-dövlətlərin təmsil olunduğu ali orqan; üç ildə bir 
dəfədən az olmayaraq toplanır); 
- Şura (Assambleya tərəfindən seçilən 33 dövlətin təmsil olunduğu daimi 
orqan; ona prezident rəhbərlik edir; sessiyaları, adətən, ildə üç dəfə keçirilir); 
- Aeronaviqasiya komissiyası; 
- avtonəqliyyat komitəsi; 
- Hüquqi komitə; 
- Katiblik (ona təşkilatın baş icraçı vəzifəli şəxsi olan Baş Katib rəhbərlik 
edir) və s. 

Yüklə 316,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin