Mövzu 17. Beynəlxalq hava hüququ p L a n


Avropa mülki aviasiya konfransı (EKAK)



Yüklə 316,26 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix02.06.2023
ölçüsü316,26 Kb.
#123523
1   2   3   4   5   6   7   8   9   10
158 movzu 17. beynelxalq hava huququ

Avropa mülki aviasiya konfransı (EKAK) 1954-cü ildə təsis olunmuşdur. 
Qərbi Avropa ölkələrinin və Türkiyənin iştirak etdiyi bu təşkilat Avropa hava 
nəqliyyatının problemlərini öyrənir və iştirakçı dövlətlərin bu sahədə fəaliyyətini 


əlaqələndirir. Tövsiyə xarakterli qərarlar çıxarır. Beynəlxalq mülki aviasiya 
təşkilatı (İKAO) ilə sıx əlaqə saxlayır. Əsas orqanları Plenar komissiya (ali orqan) 
və Əlaqələndirmə komitəsidir (icra orqanı). 
Aeronaviqasiyanın təhlükəsizliyinin təmin edilməsi üzrə Avropa təşkilatı 
(Avronəzarət). 1960-cı ildə xüsusi konvensiya əsasına təsis olunmuşdur. Təşkilatın 
başlıca məqsədi mülki və hərbi hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin 
etməkdir. Ali orqanı Aeronaviqasiyanın təhlükəsizliyinin təmin edilməsi üzrə 
Daimi komissiyadır. İcra orqanı Aeronaviqasiyanın təhlükəsizliyi üzrə Agentlik 
adlanır; bu orqanda bütün üzv-dövlətlər (Almaniya, Belçika, Böyük Britaniya, 
Lüksemburq, Niderland və Fransa) təmsil olunmuşdur. Bundan əlavə, Avronəzarət 
çərçivəsində arbitraj məhkəməsi mövcuddur. Məhkəmə iştirakçı dövlətləri 
arasında, habelə dövlətlərlə Təşkilat arasında ortaya çıxan mübahisələri həll edir; 
məhkəmənin qərarları qətidir və onlardan şikayət verilə bilməz. 
Afrika mülki aviasiya komissiyası (AFKAK) 1969-cu ildə təsis olunmuşdur. 
Hazırda 32 üzvü vardır. Aşağıdakı məqsədləri vardır: 
- regional aeronaviqasiya xidməti planlarını hazırlamaq; 
- hava nəqliyyatı sahəsində üzv-dövlətlərin siyasətinin inteqrasiyasına dəstək 
vermək; 
- Beynəlxalq mülki aviasiya təşkilatının (İKAO) standart və tövsiyələrinin 
regionda tətbiqinə yardım etmək və s. 
Tövsiyə xarakterli qərarlar çıxarır. Əsas orqanları Plenar sessiya (ali orqan) və 
AFKAK-ın Bürosudur (icra orqanı). 
Afrikada və Madaqaskarda aeronaviqasiyanın təhlükəsizliyinin təmin edilməsi 
üzrə Agentlik (ASEKNA) 1959-cu ildə yaradılmışdır. Hazırda 12 üzvü vardır. 
Məqsədi üzv-dövlətlərin əraziləri üzərində müntəzəm və təhlükəsiz uçuşlar təmin 
etməkdən ibarətdir. Agentlik üzv-dövlətlərə zəruri məlumatlar verir, hava 
nəqliyyatına nəzarət edir, uçuşları idarə edir və s. Bu məqsədlə onun xidmətindən 
istifadə etməyə razı olan istənilən dövlətlə müvafiq sazişlər bağlaya bilər. Ali 
orqanı İnzibati şuradır. Şuranın qərarları qəbul edildiyi andan üzv-dövlətlər üçün 
məcburi qüvvəyə malikdir. 



Yüklə 316,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin