Mövzu 17. Beynəlxalq hava hüququ p L a n


Nəzərdə tutulmuş qaydada, adətən, raziliğa gələn müqavilə tərəfləri



Yüklə 316,26 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix02.06.2023
ölçüsü316,26 Kb.
#123523
1   2   3   4   5   6   7   8   9   10
158 movzu 17. beynelxalq hava huququ

Nəzərdə tutulmuş qaydada, adətən, raziliğa gələn müqavilə tərəfləri 
müqavilədə aşağidaki məzmunda verilən məlumatlari göstərməlidirlər.
-təyin olunmuş və ehtiyatdaki hava limanlari barədə bütün lazimi məlumatlar;
-hər bir dövlətin ərazisi hüdudunda uçuşlarin istinqamətləri haqqinda bütün zəruri 
məlumatlar;
-hava gəmiləri tərəfindən dispetçer xidmətinin proseduralarinin yerinə 
yetirilməsinə zəruri olan aeronaviqasiya vasitələri haqqinda məlumatlar;
-uçuşdan əvvəl və uçuş zamani hava xətləri üzrə meteroloji şərait barədə 
məlumatlar.


Açiq dəniz üzərində hava məkaninin beynəlxalq hüquqi rejiminin əsasinda 
«azad uçuş» prinsipi durmuşdur. Bu prinsipə müvafiq olaraq, bütün ölkələrin, o 
cümlədən sahilyani olan və olmayan ölkələrin hava gəmiləri açiq dəniz üzərindən azad 
uçuş həyata keçirə bilərlər. Dövlət ərazisi üzərindəki uçuşlardan fərqli olaraq açiq dəniz 
üzərindən uçuşlara heç bir aidiyyəti orqanlardan icazə almaq tələb olunmur.
Lakin azad uçuşlari həyata keçirərkən dövlətlər bir sira qüvvədə olan 
qaydalara əməl etməlidirlər. Ilk əvvəl dövlətlər nəzərə almalidirlar ki, onlara məxsus 
olan hava gəmiləri açiq dəniz üzərindən uçuşu həyata keçirən zaman nəzərdə tutulmuş 
beynəlxalq rayonda başqa dövlətə məxsus olan dəniz və hava gəmilərinə qarşi 
qanunazidd hərəkətlər etməsinlər.
Bu cür qanunazidd hərəkətlərə aşağidakilar aiddir: 1) az hündürlükdən xarici 
dəniz gəmilərinin üzərindən hərbi hava gəmiləri tərəfindən qəsdən və təhlükəli dövrə 
uçuşlari; 2)xarici hava gəmilərini sixma, onlara yolverilməz az hündürlükdən 
yaxinlaşma; 3)açiq dənizin hava məkaninda uçuşlarin təhlükəsizliyinə real təhlükə 
yaradan digər oxşar hərəkətlər.
Hava gəmisinin qeydə alindiği dövlət açiq dəniz üzərindən uçuşlar zamani 
həmin gəmi barəsində onun bütün uçuşu boyunca öz yurisdiksiyasini həyata keçirir. 
Açiq dəniz üzərindəki hava məkaninda olan hər hansi hava gəmisi qeydə alindiği 
dövlətdən savayi heç bir dövlətdən asili deyil və toxunulmazdir. Həmin hava gəmisi 
yalniz qeydə alindiği dövlətin qanunlarina tabedir. Bununla belə, başqa dövlətlərin hava 
gəmilərinin kursunun və marşrutlarinin dəyişməsini tələb etməyə, onlardan uçuşlari və 
yerəenmə məntəqələri barədə sorğular etməyə, habelə başqa dövlətə təhlükə yaradan və 
ya onun açiq dəniz üzərindən uçuş azadliğindan bərabər istifadə etmək hüquqlarini 
pozan hər hansi hərəkətlər etməyə hüququ yoxdur.
Açiq dəniz üzərindən uçan zaman hava gəmisinin qeydə alindiği dövlətin 
milli fərqlənmə nişanlari və qeydiyyat nömrəsi olmalidir. Hava gəmisinin qeydiyyat 
nömrəsi və fərqlənmə nişani olmadiği halda, həmin gəmi milli sayilmir və o, beynəlxalq 
hüquqi müdafiədən məhrum olur.
Açiq dənizin hava məkaninin müəyyən rayonlarinda hava hərəkətlərinə 
xidmət edilməsi üzrə dövlətlərin üzərinə müvafiq vəzifələr qoyulur və onlar müəyyən 


hüquqlari həyata keçirirlər. Bu məqsədlə, dövlətlər özlərinin və xarici hava gəmilərinin 
uçuşlarini idarə edirlər, uçuşlari planlaşdirir və uyğunlaşdirirlar. Bu hüquq və 
vəzifələrin əsasinda başqa ölkələrin raziliği ilə açiq dəniz üzərindən beynəlxalq uçuşlara 
xidmətetmə öhdəliyi götürülür. Adətən, belə öhdəlik maraqli dövlətlər arasinda olan 
razilaşma formasinda təsbit olunur.
Buna baxmayaraq, bu cür öhdəliklər hava hərəkətinə xidməti həyata keçirən 
dövlətlərə açiq dənizin hava məkanina müstəqil hüquqlar vermir.
1985-ci il «Açiq dəniz haqqinda» Cenevrə konvensiyasinin «tətbiq etmə» 
həddində müddəasina müvafiq olaraq, hərbi hava gəmiləri və ya dövlət xidmətində olan 
və bu işə müvəkkil olunmuş hava gəmiləri açiq dənizdə müəyyən məcburi tədbirlər, 
yəni qanun - qaydalari pozan xarici hava gəmiləri barəsində ciddi məhdudlaşdirma 
hərəkətləri üzrə tədbirlər görə bilərlər.
Sahilyani ölkələrin ərazi sulari üzərində arxasinda hava gəmilərini təqib 
etməyə o zaman yol verilir ki, sahilyani dövlətlərin səlahiyyətli orqanlarinda hava 
gəmilərinin həmin ölkənin qayda - qanunlarini pozmalari haqqinda kifayət qədər əsas 
olsun. Təqibetmə daxili sularda, ərazi sularinda və ya təqib edən dövlətin sərhəd 
zonasindan başlanmali və yalniz qaydani pozan gəmiyə dayanmasi barədə işarə 
veriləndən sonra başlana bilər. Təqib olunan gəmi öz ölkəsinin və ya üçüncü ölkənin 
ərazisinə daxil olan kimi təqib qurtarir.
1958-ci il Cenevrə konvensiyasi hərbi təyyarə tərəfindən dəniz gəmilərinin 
təqib edilməsini xüsusilə nizama salinmasi üçün əsas normativ aktdir.
Ərazidə qanun - qaydalari pozan dəniz gəmisinə dayanmasi barədə əmr verən 
və həmin gəmini özü saxlaya bilməyən hərbi təyyarə dəniz gəmisini o vaxta kimi təqib 
etməlidir ki, sahilyani ölkənin dəniz gəmisi və ya təyyarəsi onu dəyişməyə gəlsin.
1958-ci il Konvensiyasina görə açiq dənizdə hər hansi dəniz gəmisini uçuş 
aparati tərəfindən saxlanmasini əsaslandirmaq üçün yalniz uçuş aparati tərəfindən dəniz 
gəmisinin törətdiyi hüquqpozmanin müəyyən edilməsi kifayət deyil. Bunun üçün gərək, 
eyni zamanda, hüquq qaydasini pozan dəniz gəmisinə onun dayanmasi barədə tələb 
göndərilsin.


Əgər dəniz gəmisi kifayət qədər əsaslar olmadiği halda dayandirilibsa və ya 
saxlanilibsa, onda həmin dəniz gəmisinin sahibinə ona vurulan zərər ödənilməlidir.
1959-cu il Antarktika barəsində müqavilənin sahə təsiri şelf buzlaqlari daxil 
olmaqla, cənub en dairəsinin 60-ci parallelin daha cənub rayonu ilə müəyyən edilmişdir.
Antarktika barəsində müqavilə öz təsirini Antarktika materikinin özünə və 
yanindaki dəniz məkanina aid edir. Həmin müqavilənin əsas müddəalari Antarktika 
üzərindəki hava məkaninin rejimini və oradaki uçuşlar hüququnu müəyyən edirlər.
Antarktika üzərindəki hava məkani bütün dövlətlərin mülki hava gəmilərinin 
uçuşlari üçün azaddir. Burada hava gəmilərinin uçuşlari IKAO-nun standartlarina ciddi 
uyğun olaraq həyata keçirilir.
Hərbi hava gəmilərinin Antarktika üzərindəki hava məkaninda uçuşlari yalniz 
1959-cu ilin Müqaviləsinin məqsədlərinə görə, havadan Müqavilənin müddəalarina 
riayət edilməsinə nəzarət etmək üçün həyata keçirilə bilər.
Müqavilə iştirakçisi olan dövlətlər Antarktikaya göndərdikləri bütün 
ekspedisiyalar, habelə öz hava gəmilərinin həmin rayonda uçuşlari barədə əvvəlcədən 
bir-birinə məlumat verməyə borcludurlar.
1944-cü il Çikaqo konvensiyasinda nəzərdə tutulur ki, açiq dəniz üzərindəki 
hava məkaninda Konvensiyanin tələblərinə uyğun olaraq müəyyən edilmiş uçuş 
qaydalari qüvvədədir.
Açiq dəniz üzərindəki hava məkaninin səmərəli istifadə edilməsi məqsədilə, 
IKAO həmin məkanin rayonlara bölünməsi prinsiplərini hazirlamişdir. Bu rayonlarda 
müvafiq idarəetmə və məlumatlarla təminetmə vasitəsilə beynəlxalq uçuşlarin xidməti 
həyata keçirilir. Həmin rayonlar 4 əsas kateqoriyaya bölünürlər: 1)konsultativ, yəni 
məsləhətçi hava məkani; 2)nəzarət edilən hava məkani; 3)uçuşlar üçün təhlükəli 
zonalar; 4) məhdudlaşdirilmiş uçuşlar üçün rejim zonalari.
Bundan başqa, açiq dəniz üzərindəki hava məkaninda beynəlxalq uçuşlarin 
nizama salinmasi IKAO-nun regional konfranslarinda həyata keçirilir. Bu konfranslarda 
baxilan məsələlərin əsas dairəsi açiq dəniz rayonlari üzərində daha qənaətli beynəlxalq 
trasslarin seçilməsi, müəyyən edilmiş hava trasslari üzrə uçuşlarin idarə edilməsinin 
təşkili, rabitə və meteoroloji məlumatlarla təminetmə məsələləri ilə bağlidir.


Açiq dənizin azadliği prinsipinin ayrilmaz hissəsi olan beynəlxalq 
boğazlardan dəniz gəmilərinin seyrinin və boğazlar üzərindəki hava məkanindan hava 
gəmilərinin uçuşlarinin sərbəstliyidir.
Beynəlxalq boğazlari 2 hissəyə bölmək olar: 1)əsas beynəlxalq dünya su 
yollari olan boğazlar; 2)qapali dənizlərə aparan boğazlar;
Əsas dünya su yollari olan beynəlxalq boğazlar - açiq dəniz və okeanlari və ya 
açiq dənizin iki hissəsini birləşdirən boğazlardir və onlar uzun müddətdir ki, dəniz 
gəmilərinin beynəlxalq seyrinə istifadə olunan dünya su yollaridir. Bu cür boğazlara La-
Manş, Hibraltar, Magellan, Sinqapur, Pa-de-kale və başqalari aiddir.
Beynəlxalq hüququn hami tərəfindən qəbul edilmiş prinsip və normalarina 
müvafiq olaraq, əsas dünya su yollari olan beynəlxalq boğazlar, onlardan ticarət dəniz 
gəmilərinin və hərbi dəniz gəmilərinin maneəsiz keçmələri, habelə həmin boğazlarin 
üzərindəki hava məkanindan hava gəmilərinin maneəsiz uçuşlari üçün həmişə açiqdir.
Beynəlxalq boğazlar problemi BMT-nin dəniz hüququ üzrə III konfransinda 
(1974-cü il) mərkəzi yerlərdən birini tutmuşdu. Həmin konfransda müxtəlif dövlətlər 
beynəlxalq boğazlarin rejiminə aid layihələr təqdim etmişlər. Layihələr konfrans 
iştirakçilari tərəfindən baxildiqdan sonra «Müqavilələr üçün ümumi mətn» adli qərar 
qəbul olunmuşdur. Qərarin 34-cü maddəsi müəyyən edir ki, gəmilərin beynəlxalq 
seyrinə istifadə olunan beynəlxalq boğazlardan hərəkət rejimi bu cür boğazlari əmələ 
gətirən sularin statusuna və boğazlarla sərhədləri olan ölkələr tərəfindən onlarin belə 
sular üzərindəki hava məkanin öz yurisdiksiyasini həyata keçirməsinə toxunmur.
Əsas dünya su yollari olan beynəlxalq boğazlarda bütün dəniz və hava 
gəmiləri tranzitlə keçmək hüququna malikdirlər və onlara maneə törətmək olmaz.
Yalniz boğaz üzərindən tez və arasi kəsilmədən uçuşun və dəniz gəmisi 
seyrinin azad həyata keçirilməsi tranzit keçidini təmsil edir.
Ümumi müddəalarla yanaşi, «Ümumi mətn» beynəlxalq boğazlardan tranzitlə 
hərəkəti həyata keçirən dəniz gəmiləri və uçuş aparatlarinin konkret vəzifələrini 
müəyyən edir. Bu vəzifələr aşağidakilardan ibarətdir: 1)boğazlardan və ya onun 
üzərindəki hava məkanindan ləngitmədən keçmək; 2)boğazlarla sərhəddi olan 
dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə qarşi hədə gəlməkdən və güc tətbiq 


etməkdən çəkinmək; 3) ez və arasi kəsilmədən tranzitin adi qaydasina xas olan 
fəaliyyətdən başqa hər hansi digər fəaliyyətdən çəkinmək.
Tranzit uçuşlari zamani təyyarələr açiq dəniz üzərindən uçuşlarin 
təhlükəsizliyinə aid olan beynəlxalq qaydalara, üsullara, habelə IKAO tərəfindən 
müəyyən edilmiş naviqasiya qaydalarina riayət etməlidirlər.
«Ümumi mətndə» göstərilmişdir ki, boğazlarla sərhəddi olan dövlətlərə 
boğazlardan keçidə aid olan qanun - qaydalari qəbul etmək hüququ verilir. Lakin 
onlarin tətbiq edilməsi tranzit keçidini məhrum etməməli, pozmamali və ya tranzit 
keçidi hüququnu məhdudlaşdirmamalidir. Bu qanun - qaydalara bütün hava gəmiləri 
tərəfindən riayət edilməlidir.
Həmin qanun - qaydalari pozan dəniz və ya hava gəmisi boğazlarla sərhəddi 
olan dövlətlərə vurduğu hər hansi zərərə görə beynəlxalq məsuliyyət daşiyir.
Boğazlarla sərhəddi olan və boğazlardan istifadə edən dövlətlər öz 
aralarindaki razilaşma üzrə boğazlarda zəruri naviqasiya avadanliğinin və təhlükəsizlik 
vasitələrinin müəyyən edilməsi və saxlanilmasi işində əməkdaşliq etməlidirlər. 
Sahilyani ölkələr isə bundan başqa, boğazlarda dəniz gəmilərinin seyrinə və ya boğaz 
üzərindən hava gəmilərinin uçuşuna təhlükə barəsində müəyyən qaydada məlumat 
verməyə borcludurlar. 

Yüklə 316,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin