Mövzu 17. Beynəlxalq hava hüququ p L a n


Latın Amerikası mülki aviasiya komissiyası (LAKAK)



Yüklə 316,26 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix02.06.2023
ölçüsü316,26 Kb.
#123523
1   2   3   4   5   6   7   8   9   10
158 movzu 17. beynelxalq hava huququ

Latın Amerikası mülki aviasiya komissiyası (LAKAK) 1973-cü ildə 
yaradılmışdır. Başlıca məqsədi üzv-dövlətlərin hava nəqliyyatının fəaliyyətini 
əlaqələndirməkdən ibarətdir. Ali orqanı Assambleyadır. Assambleyanın qətnamə 
və tövsiyələri üzv-dövlətlər tərəfindən bəyənildikdən sonra məcburi qüvvəyə malik 
olur. İcra komitəsi icra orqanı kimi Latın Amerikası mülki aviasiya komissiyasının 
(LAKAK) cari fəaliyyətini təmin edir. 
Aeronaviqasiya xidməti üzrə Mərkəzi Amerika korporasiyası 
(KOKESNA) 1960-cı ildə təsis olunmuşdur. Sözügedən sahədə yeganə beynəlxalq 
təşkilatdır ki, regionun dövlətlərinin əraziləri üzərində hava nəqliyyatının idarə 
edilməsini bilavasitə təmin edir. Öz xidmətlərini Təşkilat nəinki üzv-dövlətlərə
habelə müvafiq kontraktlar əsasında onların hüquqi və fiziki şəxslərinə də təklif 
edir. Təşkilatın verdiyi təlimatlar uçuş aparatlarının komandirləri üçün məcburidir. 
Ali orqanı üzv-dövlətlərin nümayəndələrindən ibarət İnzibati şuradır. Şuranın 
qərarları bilavasitə icra olunur. 
Ərəb dövlətlərinin mülki aviasiya şurasının (KAKAS) 1965-ci ildə əsası 
qoyulmuşdur. 20 üzvü vardır. İldə bir dəfə sessiyaları keçirilir. Başlıca fəaliyyəti 
əlaqələndirmə, təcrübə mübadiləsi, beynəlxalq standartların və Beynəlxalq mülki 
aviasiya təşkilatının (İKAO) təcrübəsinin öyrənilməsi, müvafiq elmi tədqiqatların 
təşkili ilə bağlıdır. Texniki və kadr hazırlığı sahələrində üzv-dövlətlərə yardım 
göstərir. Habelə, mülki aviasiyanın fəaliyyəti ilə bağlı əlaqədar üzv-dövlətlər 
arasında yaranan mübahisə və ixtilafları nizamlamaq hüququna malikdir. 


N Ə T İ C Ə 
Aviasiya sahəsi (hava daşımaları) beynəlxalq hava hüququ ilə tənzimlənərək, 
aşağıdakı münasibətlərdən ibarətdir:
1. Hava məkanlarının statusu ilə bağlı münasibətlər 
2. Beynəlxalq hava uçuşlarının təşkili ilə əlaqədar münasibətlər 
3. Beynəlxalq uçuşlarında ahva gəmilərinin təhlükəsizliyinin təımin edilməsi 
ilə əlaqədar münasibətlər 
BHH tətbiqi sahələri: 
- Suveren hava məkanları
- Açıq hava məkanı 
BHH prinsipləri: 1. Öz hava məkanı üzrəndə dövlətin tam və müstəsna suverenliyi; 
2. Açıq məkanlar üzərində uçuş azadlığı; 3. Beynəlxalq mülki aviasiyanın 
təhlükəsziliyin təmini. 

Yüklə 316,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin