Mövzu 17. Beynəlxalq hava hüququ p L a n


b) açıq hava məkanında uçuş azadlığı



Yüklə 316,26 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix02.06.2023
ölçüsü316,26 Kb.
#123523
1   2   3   4   5   6   7   8   9   10
158 movzu 17. beynelxalq hava huququ

b) açıq hava məkanında uçuş azadlığı. 
Beynəlxalq hava hüququnun ikinci əsas prinsipi beynəlxalq hava məkanında 
uçuşların azadlığı prinsipidir. Bu prinsipə görə, istənilən dövlətin uçuş aparatları açıq 
(beynəlxalq) hava məkanında müvafiq beynəlxalq-hüquqi normalara, xüsusilə 
Beynəlxalq mülki aviasiya təşkilatı (İKAO) tərəfindən müəyyən olunmuş standartlara 
əməl etmək şərtilə, maneəsiz uçuşlar həyata keçirmək hüququna malikdir. Beynəlxalq 
hava məkanında olduğu müddətdə bütün hava gəmiləri yalnız qeydiyyatda olduğu 
dövlətin yurisdiksiyasına tabe olur. Hər hansı başqa bir dövlətin hakimiyyəti bu hava 
gəmisinə şamil edilmir və onun uçuşuna müdaxilə edə bilməz. 
Müasir beynəlxalq hüququn müddəalarına müvafiq olaraq açıq dəniz və 
beynəlxalq dəniz boğazları üzərindəki hava məkanı bütün dövlətlərin hava gəmilərinin 
uçuşları üçün azaddır. Belə hava məkanına beynəlxalq hava məkanı kimi baxmalıdır. 
Beynəlxalq hava məkanının hüquqi rejiminin əsasını uçuşların azadlığı prinsipi təşkil 
edir.
Açıq dəniz üzərində uçuşların azadlığı dövlətlərin beynəlxalq müqaviləyə 
qoşulmuş və hamı tərəfindən qəbul edilmiş prinsiplərinin, yəni açıq dənizin 
azadlığı prinsipinin tərkib hissəsidir. 1958-ci ildə "Açıq dəniz barəsində" Cenevrə 
Konvensiyası müəyyən etdi ki, açıq dənizin azadlığı həmin dənizin üzərindəki 
hava məkanında uçuşların azadlığını özünə aid edir. Bütün dövlətlər açıq dəniz 


üzərindəki hava məkanında uçuş aparatlarının azad uçuşları həyata keçirmək 
hüququna malikdirlər. Lakin uçuşların azadlığı hədsiz deyil. Belə ki, dövlət açıq 
dəniz üzərindəki hava məkanında uçuşu həyata keçirərkən, ona başqa dövlətlərin 
həmin prinsip əsasında hüquqlarını, habelə beynəlxalq hüququn digər prinsiplərini 
pozmağa icazə verilmir. Açıq dəniz üzərindəki hava məkanı hər hansı bir dövlətin 
hakimiyyət dairəsinə daxil deyildir.
Açıq dəniz üzərindəki hava məkanından istifadə etmək üçün bütün dövlətlərin 
aşağıdakı hüquqları vardır.
1) mülki və hərbi uçuş aparatlarının uçuşlarını maneəsiz həyata keçirmək;
2) öz hava gəmisinə və onun ekipajına onlara məxsus olan yurisdiksiyanı 
həyata keçirmək;
3) təhlükəsizliyi təmin etmək məqsədilə hava gəmilərinin uçuşlarının idarə 
olunması və onlara nəzarət edilməsi üçün aeronaviqasiya vasitələrini tətbiq etmək;
4) dənizdəki şəraitə, yəni dənizdə üzən hərbi, elmi-tədqiqat və ticarət 
gəmilərinə onların öz mənafeləri üçün hava gəmilərindən nəzarət etmək;
5) beynəlxalq qaydaları və sahilboyu dövlətlərin qanunlarını pozmasına görə 
açıq dənizdə ticarət dəniz gəmisini təqib etmək;
6) dəniz quldurluğu ilə mübarizə aparmaq üçün başqa hava gəmilərini bu işə 
cəlb etmək;
7) dənizdə qanunsuz ticarət edənlərlə mübarizə aparmaq üçün hava gəmilərini 
bu işə cəlb etmək. Açıq dəniz üzərindəki hava məkanında uçuşları həyata keçirərkən
yuxarıda göstərilən hüquqları daxil olmaqla yanaşı, dövlətlərin üzərinə müəyyən 
vəzifələr də qoyulmuşdur.
Belə ki, açıq dəniz üzərində azad uçuşlardan istifadə edərkən dövlətlər 
aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar:
1) İKAO tərəfindən tövsiyyə edilmiş uçuş qaydalarına riayət etmək;
2) radioaktiv materialların tətbiq edilməsi nəticəsində açıq dəniz üzərindəki 
hava məkanının çirklənməsinin qarşısını almaq;
3) açıq dəniz üzərindəki hava məkanında hər cür münaqişələrin qarşısını 
almaq;


4) bədbəxt hadisələrə və təbii fəlakətə uğramış dəniz və hava gəmilərinə 
yardım göstərmək;
5) açıq dəniz üzərindəki hava məkanından hər hansı nüvə sınaqlarının 
keçirilməsi üçün istifadə etməmək;
6) öz hərbi və mülki hava gəmilərinin milli fərqləndirmə nişanları və 
qeydiyyat nömrəsi olmadan, onların uçuşlarına yol verməmək.
Açıq dəniz üzərində uçuşların azadlığının ayrılmaz hissəsi hava gəmilərinin 
beynəlxalq dəniz boğazları üzərində uçuşlarının azadlığıdır. Beynəlxalq hüququn hamı 
tərəfindən qəbul edilmiş prinsiplərinə və normalarına müvafiq olaraq beynəlxalq dəniz 
boğazları üzərindəki hava məkanı xarici hava gəmilərinin maneəsiz uçuşları üçün 
açıqdır.
Qeyd olunduğu kimi, beynəlxalq hava hüququ bütün dövlətlər tərəfindən 
tanınmış və qəbul olunmuş beynəlxalq hüquq normaları və prinsipləri əsasında dövlətlər 
tərəfindən bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr əsasında tənzimlənir. 

Yüklə 316,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin