Mövzu 17. Beynəlxalq hava hüququ p L a n



Yüklə 316,26 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix02.06.2023
ölçüsü316,26 Kb.
#123523
1   2   3   4   5   6   7   8   9   10
158 movzu 17. beynelxalq hava huququ

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


1. Beynəlxalq hava hüququnun anlayişi və mənbələri 
Beynəlxalq hava hüququ beynəlxalq hüququn aparıcı sahələrindən biridir. 
Beynəlxalq hava hüququ dövlətlər arasında mülki aviasiyanın fəaliyyətini və hava 
məkanından istifadəni beynəlxalq hüquq normaları və milli hüquq normaları 
əsasında tənzimləyir. 
Beynəlxalq hüququn bir sahəsi olub, hava məkaninin hüquqi statusunu 
və beynəlxalq uçuşlari və ondan istifadə recimi ilə bağli dövlətlərarasi 
münasibətləri nizama salan beynəlxalq-hüquqi normalarin məcmusuna 
deyilir. 
Beynəlxalq hava hüququnun tətbiq sahəsindən danışarkən nəzərə almaq 
lazımdır ki, hava məkanı (dünya okeanının səviyyəsindən kosmik fəzanın 
sərhədinə qədər olan sahə) iki növə – dövlətlərin quru və su ərazisi üzərində 
yerləşən suveren hava məkanına və dövlət sərhədlərinin hüdudlarından kənarda 
yerləşən açıq hava məkanına ayrılır. Dövlətlər BMT-nin və digər beynəlxalq 
təşkilatların bərabər hüquqlu üzvü olduğu səbəbdən mülki aviasiya sahəsində öz 
fəaliyyətini və hava məkanından istifadə qaydalarını beynəlxalq hüquq normaları 
və milli hüquq normaları əsasında həyata keçirir. Dövlətin hava məkanının hüquqi 
rejimi milli qanunvericiliklə nizamalayarkən , beynəlxalq hava əlaqələrinə aid olan 
öz beynəlxalq öhdəliklərini mütləq nəzərə almalıdır.
Buna əsasən 
 
beynəlxalq hava hüququnun predmetinə aşağidaki münasibətlər 
aid edilir: 
 Beynəlxalq hava uçuşlarının təşkili ilə əlaqədar münasibətlər; 
 Xarici hava nəqliyyat müəssisələrinin fəaliyyəti ilə əlaqədar 
münasibətlər; 
 Dövlətlərin hava gəmilərinin beynəlxalq uçuşlarında təhlükəsizliyin 
təmin edilməsi ilə əlaqədar münasibətlər.
Beynəlxalq hava hüququnun əsas mənbəyi beynəlxalq müqavilələrdir. Bu 
sahədə ilk çoxtərəfli müqavilə 1919-cu il Paris Konvensiyası olmuşdur. 
Konvensiyada dövlətlərin öz hava məkanı üzərində müstəsna suverenliyi birbaşa 
təsbit olunmuşdu. Eyni zamanda, Konvensiya əcnəbi hava gəmilərinin başqa 


dövlətlərin hava məkanından «dinc uçub keçməsini» nəzərdə tuturdu. 1929-cu ildə 
ikinci çoxtərəfli müqavilə – Beynəlxalq hava daşımalarına aid olan bəzi qaydaların 
unifikasiyası üzrə Varşava Konvensiyası bağlandı. 
Beynəlxalq hava hüququ sahəsində ən mühüm akt 1944-cü ildə imzalanmış 
Beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasıdır. Bu Konvensiyada 
dövlətin öz hava məkanı üzərində tam və müstəqil suverenliyi prinsipi birmənalı 
şəkildə təsbit olunmuşdur. Konvensiyada iştirakçı dövlətlərin ərazisi üzərindən 
uçuş qaydaları, mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblər 
öz əksini tapmışdır. Çikaqo Konvensiyasının ikinci hissəsində Beynəlxalq mülki 
aviasiya təşkilatının (İKAO) təşkili və fəaliyyətinin hüquqi əsasları müəyyən 
edilmişdir. Azərbaycan Respublikası bu Konvensiyanın iştirakçısıdır. 
Bunlardan əlavə, beynəlxalq mülki aviasiyanın fəaliyyətinə qeyri-qanuni 
müdaxilə aktları ilə mübarizə məsələlərinə həsr olunmuş konvensiyaları, habelə 
ikitərəfli sazişləri göstərmək olar (məsələn, Azərbaycan Respublikasının Rusiya 
Federasiyası ilə 1993-cü ildə bağladığı Hava əlaqəsi haqqında Saziş). 
Beynəlxalq hava hüququ sahəsində beynəlxalq adətlər öz əhəmiyyətini 
saxlayır. Çikaqo Konvensiyasında iştirak etməyən dövlətlər üçün bi sıra mühüm 
normalar, o cümlədən dövlətin öz hava məkanı üzərində suverenliyi prinsipi məhz 
adət «statusuna» malikdir. Bu sahədə digər adət normaları da mövcuddur: məsələn, 
dövlət, istənilən hava məkanında onun reyestrinə daxil edilmiş hər bir hava gəmisi 
üzərində öz yurisdiksiyasını saxlayır; fəlakət zamanı hava gəmisi icazə olmadan 
xarici dövlətin hava ərazisinə daxil ola bilər və s. 

Yüklə 316,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin