Mövzu 17. Beynəlxalq hava hüququ p L a n



Yüklə 316,26 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix02.06.2023
ölçüsü316,26 Kb.
#123523
1   2   3   4   5   6   7   8   9   10
158 movzu 17. beynelxalq hava huququ

 
 


2. BEYNƏLXALQ HAVA HÜQUQUNDA BEYNƏLXALQ UÇUŞLARIN 
HÜQUQI REJIMI. 
Mülki aviasiya bu gün beynəlxalq aləmdə təkcə sərnişin və yük daşima 
rolunu deyil, həm də dövlətlərarasi iqtisadi, mədəni, siyasi münasibətlərin 
möhkəmləndirilməsində müstəsna rol oynayir. Bu baximdan, beynəlxalq aləmdə mülki 
aviasiyanin daha intensiv inkişafi üçün hava məkaninin hüququ rejiminin aviasiya 
xidməti işinin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir.
Dövlətlərin ərazisi üzərində mövcud hava məkanindan beynəlxalq uçuşlarin 
nizama salinmasi, dövlətlərin qəbul etdikləri qanunvericiliklə, o cümlədən çoxtərəfli və 
ikitərəfli beynəlxalq müqavilələrlə hüququ qaydada tənzimlənir.
Hava gəmisi uçuşunun beynəlxalq uçuş kimi təsdiq edilməsi üçün vacib 
şərtlərdən biri də onun iki dövlətin hava məkanini kəsib keçməsidir. Bu vacib əlamət 
«beynəlxalq uçuş» anlayişinin əsasini təşkil edir. Öz-özlüyündə digər dövlətin hava 
məkanındakı uçuş beynəlxalq uçuş sayıla bilməz. Söhbət yalnız o uçuşdan gedə bilər ki, 
onun başlanması və ya başa çatması xarici dövlətin ərazisində baş verir. Uçuş 
bütövlükdə (onun bir mərhələsi yox) bir dövlətin içərisində planlaşdırılıbsa, bu, daxili 
uçuş hesab olunur. Ümumiyyətlə hava məkanındakı uçuşların aşağıdakı növləri vardır: 
1. Bir dövlətin ərazisindən başqa dövlətin ərazisinə. 
Bu uçuşlar da öz növbəsində bir neçə cür olur: 
a) iki dövlətin sərhədini ani kəsib keçməklə həmsərhəd dövlətə uçuşlar; 
b) açıq dəniz rayonunu kəsib keçməklə; 
c) üçüncü dövlətin ərazisindən tranzit (enmədən) uçub keçməklə; 
ç) beynəlxalq boğazlardan və ya arxipelaq sularından tranzit uçub keçməklə. 
2. Açıq dəniz rayonundan və ya Antarktikadan xarici dövlətin ərazisinə və 
geriyə; 
3. Açıq dənizin bir rayonundan və ya Antarktikadan açıq dənizin digər 
rayonuna, beynəlxalq boğazlardan və ya arxipelaq sularından tranzit uçub 
keçməklə; 
4. Açıq dəniz və ya Antarktika hüdudlarında, beynəlxalq boğazlardan və ya 
arxipelaq sularından tranzit uçub keçmədən; 


5. Hava gəmisinin qeydiyyatda olduğu (gəmini istismar edən) dövlətin 
ərazisindən açıq dənizə və ya Antarktikaya və geriyə (balıq ehtiyatlarının 
kəşfiyyatı, elmi tədqiqatlar aparılması məqsədilə və s.); 
6. Hava gəmisinin qeydiyyatda olduğu (gəmini istismar edən) dövlətin 
ərazisinin bir hissəsindən digər hissəsinə, xarici dövlətin ərazisini tranzit uçub 
keçməklə (məsələn, ABŞ-ın mərkəzi hissəsindən Kanadadan keçməklə 
Alyaskaya); 
7. Hava gəmisinin qeydiyyatda olduğu (gəmini istismar edən) dövlətin 
ərazisinin bir hissəsindən digər hissəsinə, beynəlxalq boğazlardan və ya arxipelaq 
sularından tranzit uçub keçməklə; 
8. Bir dövlətin hüdudlarında daxili uçuşlar (həmin ölkənin milli hüququnun 
məhdud məqsədlərlə həyata keçirilən uçuşlar). 
Beynəlxalq uçuşlar haqqinda dövlətlər öz hava məkaninda bu məkanin 
suverenlik prinsipi əsasinda xarici dövlətlərə mənsub olan hava gəmisinin dövlət 
sərhəddini keçməsi qaydasini mövcud olan prinsiplər əsasinda müəyyən edirlər. Habelə 
dövlətlər öz hava məkani hüdudunda bütün hava hərəkətlərini qüvvədə olan normalar 
əsasinda nizama salir və öz yurisdiksiyasini həyata keçirirlər. Xarici dövlətlərə mənsub 
olan hava gəmilərinin başqa dövlətin ərazisində olan zaman həmin dövlətin beynəlxalq 
uçuşlari tənzimləyən və qüvvədə olan bütün qanunlarina və qaydalarina tabe olmalari 
haqqinda prinsiplər beynəlxalq hava hüququnda hami tərəfindən qəbul edilmiş 
normalardir.
Hər hansi bir xarici dövlətə mənsub olan hava gəmisinin başqa dövlətin 
ərazisi üzərindən uçuşlari həmin dövlətin tam və müstəsna suveren hüququna aiddir. Bu 
o deməkdir ki, dövlətin yer və su ərazisi üzərində yerləşən hava məkanindan beynəlxalq 
uçuşlar üçün yalniz həmin dövlətin raziliği olduğu halda həyata keçirə bilər.
Beynəlxalq uçuşlar müntəzəm surətdə, yəni maraqli dövlətlər arasinda 
razilaşdirilmiş qaydalar üzrə və ya qeyri-müntəzəm, yəni cədvəldənkənar surətdə yerinə 
yetirilə bilər.


Qəbul olunmuş Çikaqo konvensiyasinin müddəalarinda nəzərdə tutulur ki, 
başqa dövlətlərin ərazisi üzərindən və ya ərazisinə həmin dövlətin xüsusi icazəsi 
olmadan müntəzəm uçuşlar həyata keçirilə bilməz.
Müntəzəm uçuşlarin həyata keçirilməsi, bir qayda olaraq, bu məqsədlə xüsusi 
təyin olunmuş aviasiya müəssisələri tərəfindən bağlanilan müqavilədə göstərilən hava 
xətləri üzrə yerinə yetirilir.
Praktiki olaraq, bağlanilan hər hansi ikitərəfli müqavilələrdə belə müddəa 
nəzərdə tutulur ki, raziliğa gələn hər bir tərəfin öz ərazisi üzərindən xarici dövlətlərə 
məxsus olan hava gəmilərinin uçuşlarinin marşrutlarini müəyyən etməyə səlahiyyətləri 
vardir.
Ikitərəfli müqavilələrdə hava xəttləri üzrə uçuşlarin təhlükəsizliyini təmin 
etməyə yönəlmiş bir sira qarşiliqli vəzifələr nəzərdə tutulur. Ilk əvvəl tərəflər təyin 
olunmuş aviasiya müəssisəsinin hava gəmilərinə hava xətlərinin istismarina zəruri olan 
yerüstü radio, işiq texnikasi və digər aeronaviqasiya avadanliği ilə təmin etməlidir.
Dövlətlər arasinda bağlanilan müqavilədə nəzərdə tutulan hava xətləri üzrə 
uçuşlarin təhlükəsizliyi, habelə dövlətlərin ərazisi üzərindən müəyyən edilmiş 
istiqamətlər üzrə xarici ölkəyə məxsus olan hava gəmisinin uçuşuna aid olan kompleks 
məsələlər dairəsi üzrə məlumatlarin vaxtinda və dəqiq verilməsindən asilidir. Bir çox 
ölkələrin bağladiqlari ikitərəfli müqavilələrdə nəzərdə tutulmuş elə müddəalar vardir ki, 
bağlanmiş müqavilənin iştirakçilari tərəfindən uçuşlar zamani hansi məlumatlarin 
verilməsi müqavilə şərtlərində öz əksini tapir.

Yüklə 316,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin