MÖVcud cəMİYYƏTLƏRDƏ NƏ baş veriR?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/29
tarix28.03.2017
ölçüsü2,8 Kb.
#12720
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

Dünya  hökuməti  -icra  orqanları  dünya  polisi,  məhkəməsi  və  silahlı 
qüvvələri,  sənaye,  təbiət,  istehsal,  elm,  texnika,  yeniləşmə,  qida, 
bitkilər, ekologiya və s. sahələrin idarəsi. 
        Xalqlar  palatasında  fikirlər  və  ideya  və  strategiyaların  irəli 
sürülməsi,  müzakirəsi    və  onlara    verilən  “hə  -  yox”  qiymətləri    hər 
ölkədən  birbaşa elektron sistemlə həyata keçirilir. O biri palatalar da 
belə  işləyə  bilər.  Xalqlar  palatası  iki  qrupu  əhatə  edir  intellekuallar-
civil  cəmiyyətləri  və  intellektual  sahədə  işləməyən  adi  əhalini.  
İntellektualların səsi həmin xalqın ümumi  fikrinin 50%  -  kimi  qəbul 
edilir . Qalan iştirak edən əhalinin 20- 30 % nin fikri bu fikirlə uyğun 
olduqda  qəbul  edilmiş  sayılır.  Belə  balans  ona  səbəb  olacaqdır  ki 
ölkələrdə  ağıl  və  elm  üstün  tətbiq  olunacaq  və  onun  sözü  həlledici, 
rəhbərlikedici olacaqdır  
       Lakin  bunlar  azdır.  Bəşəriyyətə  daim  nəzarət  postunda  duran 
həqiqi,  bəşəriyyətin  80-90%  -nin  mənafeyini  güdən,  korporasiyaların, 
dövlətlərin, avtoritar hökumətlərin  zidd fəaliyyətlərinin qarşısını alan  
qarant  -oxrannik  (guard)  lazımdır  ki,  onu  zidd  fəaliyyətlərini, 
qanunlarını,  müqavilələrini  qeyri-qanuni  elan  etsin  və  icrasının 
qarşısını alsın, daha optimal və faydalı təklif, layihə irəli sürsün.  Belə 
oxrannikə hər ölkədə və qlobal idarəetmədə ehtiyac vardır. Səbəb odur 
ki,  əsas  antihumanist,  antiekologiya  əksər  əhalinin  mənafeyinə,  təbii 
insan hüquqlarına, mədəni həyata  qarşı zərərli hərəkətlər və qanunlar, 
qərarlar  elə  dövlətlərin  özündə  baş  verir.  Ona  görə  ki  çox  asanlıqla 
tədqiqatla  müəyyən  etmək  olar  ki,  dövlətlərdə  30-60%  qanun  və 
qərarlar,  idarəetmə  rasional  deyil,    həmin  xalqların  ümumi 
maraqlarına, 
gələcəyinə  cavab  verimir.  Oradakı  siyasətlər 
korporasiyaların, kapitalist istismarçıların, hakim klanların mənafeyinə 
yönəlmişdir;  əksər  əhaliyə    və  gələcəyin  mənafeyinə  yönəlməmişdir, 
bəzən  də  zərərlidir.    Məsələn,  Qafqaz  və  bəzi    keçmiş  sovet 
respublikalarında  bu belədir.   
        Göstərilən bu böyük problemi həll etmək üçün düşünürəm ki,  
1.  elmi  dövlətin  nəzarətindən  çıxarıb  azad  etmək,  dövləti  elmə  tabe 
etmək  ;    2.  xalqların  idarəsini  onların  özünə  elmin  payının  qərar 
qəbulunda azı 50% olma şərtilə vermək lazımdır. Hazırda heç bir xalq 
özü -özünü idarə etmir - onları xalqdan ayrılmış xüsusi qruplar və ya 
sülalələr  idarə  edir.  Bu  iki  amil    çox  vacibdir.  Məsələn,  Sovet 
dövründə    texniki  elmlərə  azadlıq  verilsə  də  (nəticədə  onlar  böyük 

 
131 
uğurlar qazandılar), ictimai elmlər, gələcəyin araşdırlması, sosiologiya, 
psixologiya,  fəlsəfə,  tarix,  planlaşdırma,  idarəetmə  qadağan  və 
məhdudiyyətlər altında idi. Bu elmlər hakim partiyanın dediyini təkrar 
və  “sübut”  etməliydi.  Azad  tədqiqat  və  həqiqətin  tapılması  mümkün 
deyildi.  Elə  indi  də  bu  Azəbaycanda  belədir  –  bütün  bu  elmlər  rəsmi 
klan  hakimiyyətinin  siyasətinə  tabedir  və    məqsədi  onu  yalnız 
tərifləmək və əsaslandırmaqdır və həqiqətləri tədqiq edib tapmaq deyil, 
həqiqətləri  daha da gizlətmək, reallığı təhriflə əks etdirmək, cəmiyyət 
gözündə yalan illuziya yaratmaq, cəmiyyətin şüurunda hələ indiyədək 
olmamış  ulu  öndər,  xalq  lideri  anlayışlarını  yerləşdirmək  və  ona  və 
onun  prezident  oğluna  sitayişi  bərqərar  etməkdir.    Hələ  gələcək 
araşdırmaları  elmi  gəlib  bura  çıxmamışdır.  Dəfələrlə  cəhdlər  - 
məqalələr,    qəzetdə  çıxışlar,  dövlət  başçısına,  universitet  rəhbərlərinə 
məktublar  -  etsəm  də  ali  və  orta    məmur  şüuru  bu  ideyanı  başa 
düşməyə  və  qəbul  etməyə  qabil  deyil.  Onlara  xalq  əmlakını 
mənimsəməyə və rüşvət almağına mane olan və səhvlərini ifşa edən  
heç  bir  elm  lazım  deyil.  Düşünürəm  ki,  nadanlığın  dövlətin  adəti 
olduğu  hər yerdə əsasən belədir və yaxud buna yaxındır. 
        Elm  dövlətə  və  korporasiyalara  tabe  olaraq  onların  korporativ-
şəxsi  mənafelərinə  xidmət  edir;  elə  dünyada  problemlərin  də 
çoxalmasına,  ədalətsizliyə  səbəb  olur.  Demək,  əsas  məsələ  elmi 
dövlətin  və  korporasiyaların  hakimiyyətindən  və  asılılığından  çıxarıb  
həmin  alim  və  tədqiqatçıların  yaşadığı  ölkə  əhalisinin  obyektiv 
mənafeyinə  və  təbiətə,  habelə  qlobal  problemlərin  həllinə  və  ölkə  və 
qlobal  strategiyalaran  hazırlanmasına  xidmətə  çevirmək  vacib 
məsələdir.  Bunu  necə  etmək  olar?  Iqtisadi  müstəqil  olmadan 
cəmiyyətlə  əlaqə  və  cəmiyyətin  müdafiəsi  olmadan  bu  problem  necə 
həll oluna bilər?   
       Verilən  sual  onun  həllinə  də  işarə  vurur,  hansı  ki  aşağıda  geniş 
izah edilir.  
Tarixi analiz. Cəmiyyət milyonlarala üzvlərdən ibarət olduğu üçün və 
hər  insan  spesifik  fəaliyyətlə  məşğul  olduğu  üçün  üzvlər  həm  çəxsi 
məsələlər ilə, pul qazanmaqla, həm ictimai idarəetmə ilə eyni zamanda 
məşğul  ola  bilməmişdir.  Ona  görə  də  təbii  olaraq  tarix  ərzində  ya 
cəmiyyəti  ayrı  şəxslər-  kral,  şah,  xan,  prezident,  baş  nazirlər  idarə 
etmiş  yaxud  cəmiyyət  bir  müəyyən  elita  ilə  müqavilə  bağlamaqla 
idarəni  (qanun,  məhkəmə  və  icra)  ona  tapşırmışdır.    Daha  dəqiq,  
cəmiyyət  idarəni  ondan  ayrılmış,  feodallar,  sonra  isə  kapitalistlər 
sinfinin elit qrupuna tapşırmışdır (son dövrün seçki maşını vasitəsilə). 
Kapitalist  burjua  dövləti  isə  elmi,  texnologiyanı,  mülkiyyəti,  təbiəti,  
insanları  alət  kimi  istifadə  edərək  sosial  sistemin  birgə  fəaliyyətini 

 
132 
yaxşı  –pis  təmin  etmişdir.  Deməli,  eyni  qayda  ilə  yeni  müqavilə  və 
yeni  qruplaşma  yeni  münasibətlər  üsulu  ilə,  yəni  elm-  texnologiya 
mütəxəssisləri  –  alim  və  müəllimlər  mühəndislər  və  digər 
intellektuallar  bir  tərəfdə,  digər  tərəfdə  zəhmətkeş  cəmiyyət  yeni 
əməkdaşlıq quraraq bütün cəmiyyət üçün faydalı idarə qura bilərlər və 
bütün  problemləri  və  gələcək  optimal  strategiyaları  yarada  və  həyata 
keçirə  bilərlər.  Bu  bəşər  tarixində  yeni  epoxa,  yeni  keyfiyyət,  yeni 
mədəniyyət    ola  bilər.    Lakin  lazımdır  ki,  hər  bir  alim,  müəllim, 
mühəndis,  intellektual  əsas  işlərindən  ayrılmasınlar  və  burada  miqdar 
məhdudiyyəti  olmasın,  istənilən  qədər  adam  ictimai  idarədə  və 
qanunvericilikdə  iştirak  edə  bilsin.  Praktikada  bu  məsələ  elə  həyata 
keçirilməlidir  ki,  yeni  hökumət  namizədlərin  daha  çox  pula  malik 
olmasından asılı  olmasın.  Elmi  - texniki mütəxəssislər, elmi  ideyalar, 
proqramlar,  strategiyalar  geniş  təbliğ  olunsun.  Elm  və  texnologiya 
aparıcı,  istiqamətləndirici  mövqeyə  malik  olsun,  nəinki  şəxsi  qrup 
mənafeyini,  -varlanmağı  güdən  burjua  idarəsi.  Nəticədə  kapitalist 
ünsürlər  hökumətdən,  planlaşdırmadan,  qanunvericilikdən,  məhkəmə 
və arbitrajdan uzaqlaşdırılsın, onlara yalnız müşahidə, qiymətləndirmə, 
təkilf  vermə  hüquqları  verilsin.  Bu  ideya  yalnız  bir  variantdır.  Bu 
ideyanı  həyata  keçirmək  üçün  kapitalistlərin  istifadə  etdiyi  üsuldan 
partiya  yaratmaq  və  seçki  üsulundan  istifadə  edilməsi  faydalı  olardı. 
Yəni hər ölkədə elm- texnika partiyası yaratmaqla onların hakimiyyəti, 
qanunvericiliyi  və  idarəni  əlinə  keçirməsi  lazımdır.  Ondan  sonra 
rasional  cəmiyyət  nəzəriyyəsində  göstərildiyi  qaydada  yeni  kollektiv  
idarəetmə,  qanun  və  qərar  yaratma    qaydasına  keçmək  lazımdır  (bax 
səh 62). 
 
Növbəti mərhələ - Rasional  Sosializmə keçid
  
 
 
  500 ildir ki,  kapitalizm xeyli inkişaf etmişdir.  Lakin  nə qədər o qala 
bilər? Onun da getməsi üçün vaxt çatmışdır. Çünki o nə qədər manevr 
etsə    də,      sistemin  imkanlarından  artıq  nəticələr  göstərə  bilməz,  o 
kasıblıq və varlılıq, müharibələr, konfliktlər, işsizlik, böhranlar, insana 
qayğısızlıq, əxlaqsızlıq, korrupsiya, aldatma yaradır, təbiəti korlayır. 
      Marks  və  digər  mütəffəkkirlərin  tədqiqatlarının  nəticələrini  təsdiq 
edərək bu  gün də mənim  özüm  və  bütün  dünya  intellektualları  vahid 
fikirdədirlər ki, kapitalizmdən qurtarmaq lazımdır, müasir demokratiya 
formaları da göstərilən eyibləri ləğv etmir, yeni bir sistem hazırlamaq 
lazımdır.  Demokratiya  kapitalistin  fəaliyyətinə  və  hakimiyyəti  ələ 
keçirməsinə  xidmət edir. 

 
133 
     Thomas W. Pogge öz əsərində yazır : Bizim indiki qlobal  təşkilati 
sxemimiz ədalətsizdir... bu  ədalətsizliklərdə   biz kollektiv məsuliyyəti 
bölüşürük”  (  7,  s.  7).    Marks:  “burjua  qanunçuluğu  əslində  böyük 
qanunsuszluqdur. Hamı tərəfindən qəbul olunur ki, dünya və ölkələrin 
daha  güclü  əsasən  iqtisadi,  hərbi,  dini,  texnoloji    üzvləri  özlərinin 
xeyrinə  qaydalar  qoyur,  bu  istər-istəməz    cəmiyyətlərə,    bəşəriyyətə 
ədalətsiz  olur. Burada başqa izah yoxdur, istənilən nöqtədən aparılan 
analiz  bu  nəticəyə  gətirir.    Real  dövlət  orqanları    və  kompaniyalar 
tərəfindən  kənara  qoyulmuş  insanlar  işsizliyə,  kasıblığa  düçar  edilir, 
onların  yaşamaq  üçün  oğurluq  etmələri  qanunla  cəzalandırılır,  onlar 
məcbur  edilir  ki,  kasıb,  işsiz,  dilənçi  kökündə  yaşasınlar.  Marksın 
sözləri düz çıxır. 
      Venesuelanın  21əsrdə   kapitalizmdən imtina edib sosialist yolunu 
tutması    yeni  dövrdə  ilk  başlanğıcdır.  Onlar  böyük  perspektivlərin 
olduğunu aşkar edəcəklər. Nə üçün daha TV ekranlarından Venesuela 
qadınlarının  qaşıqla    qazanları    döyəcləyərək  iş,  çörək,  sosial  qayğı 
tələbi  ilə  nümayiş  etdiklərini  görmürük?  Çünki  sosializm  təkcə 
hiyləgər, smart, aldatmağa, istismar etməyə hazır fərdlərin deyil, hamı 
üçün  həyat, iş,  yaşamaq deməkdir.  Lakin onlar sovetlərin səhvlərini 
bilməli  və  bu  səhvləri  etməkdən  qorunmalıdırlar.  Venesuela  adi 
sosializmə    deyil,  rasional  sosializmə,  yəni  ağıllı,  effektiv,  optimal, 
müdrik  sosializmə  keçməlidir  və  bunun  konkret  formasını  müəyyən 
etməlidir.  
      Müasir  dövrdə  kapitalizmdən  daha  üstün  sistemə  -  rasional 
sosializmə keçmək üçün  aşağıdakı strategiyaları Venesuala misalında  
təklif edə bilərəm.   
1.
 
Böyük neft, qaz, energetika,  rabitə, böyük istehsalları və digər 
əgər xüsusi spesifik bir bitki ya məhsul istehsalı burada varsa, 
bu sahələri millişdirməli, yoxsa yenidən yaratmalı. 
2.
 
Qiymətlərə  nəzarət  edib  onları  ağılla  və  ictimai  mənafeyi 
nəzərə  almaqla  maya  dəyəri,  gəlir,  rentabellik,  satış  normaları 
əsasında  təyin  etməli,  dəyişmədən  qalmasını  təmin  etməli. 
Tələb- təklif prinsipini 2-ci plana keçirməli. 
3.
 
Əsas  malların  istehsalını,  yerləşdirilməsini  dəqiq  və  elm  ilə, 
ağılla planlaşdırmalı 
4.
 
İnsanlara pulsuz təhsil, səhiyyə, iş, texniki və bədii yaradıcılıq, 
mədəni  həyat    imkanlarını  qarantiya  verməli  və  bunu  əldə 
etmək üçün lazımı siyasətlər aparmalı. 
5.
 
Hamını  işlə  təmin  etmək  üçün  dövlət  neft  pulları  hesabına 
ictimai zavodlar, fabrik və s müəsələr tikməli- fərdi sahibkarları 

 
134 
gözləməməli.  Ictimai  istehsal  və  digər  müəsisələri  ümumi 
sayda 70%-ədək çoxaltmalı.  
6.
 
Ölkə  və  yerli  büdcələr  yalnız  əmək,  iş  vasitəsilə  şəxlərdən  və 
məhsullardan  tutulan  vergilər  hesabına  dolmalıdır.  Pensiya 
fondu da yenə də bu mənbədən işləyənlərdən və müəsisələrdən 
tutulan  ayırmalar  vasitəsilə  dolmalıdır.  Qəti  olaraq  neft 
pullarını  əmək  haqqı  və  pensiyalara  xərcləmək  olmaz,  onda 
inflyasiya  baş  verər,  neft  pulları  yalnız  inkişafa,  hərbi  işlərə, 
elmə  və  təhsilə,  səhiyyəyə,  vətəndsaşların  sağlamlığının 
təmininə  infrastuktur  və  ictimai  işlərə  və  gələcək  üçün 
toplanmağa sərf olunmalıdır. 
7.
 
 Ən  aşağı  qiymətlər  olan  ölkə  olmaq  lazımdır,  hər  kəsin  əmək 
haqqı  arasında  nisbət  max  1:  1,5    xüsusi  bilik,  bacarıq 
sahələrində  elm,  texnika  yaradıcıları  üçün  maksimum  3  ola 
bilər.  Əmək  haqları  səviyyəsi  normal  yaşamaq  üçün  bəs 
etməlidir. 
8.
 
Fərdi sahibkarlığı da müdafiə etməli, lakin onların ciddi olaraq 
qanunlar,  qiymətlər  və  dövlət  strategiyasına  uyğun  işləməsinə 
ciddi nəzarət etməli. 
9.
 
Dövlət  fərdi  sahibkarlığa  kömək  üçün  öz  institutlarında 
fasiləsiz elmi tədqiqat nəticəsində tələb olunan istehsal, xidmət 
və  s.  obyektlərin  layihəsini,  planını,  hazırlamalı,  ərazisini 
ayırmalı  və  istənilən  şəxsə  verməlidir.  İstəyən  sahibkar 
olmadıqda özü bunu etməlidir, ictimai müəsisə yaratmalıdır. 
10.
 
 Özü  çox  miqdarda  elmi,  texniki,  sosial  iqtisadi  və  gələcək 
araşdırmaları  tədqiqat  və  layihələndirmə  institutları  yaradıb 
bütün  məsələləri  burada  həll  etməli,  dövlət  nazirləri.  idarələri 
yalnız hazır layihə və proqramları icra etməlidir. 
11.
 
Ölkəni  strategiyalar  vasitəsilə  idarə  etməli;  strategiyaları, 
qanunlardan  üstün  status  verməli.  Qanunların  miqdarını  isə 
azaltmalıdır. 
12.
 
Bütün ərazidə kənd, qəsəbə, şəhərlərdə, hər bir bələdiyyədə və 
dövlət  idarəsində  ictimai  elmi  şuralar  yaratmalı-  onların 
məsləhəti  razılığı  ilə  əsaslandırması  ilə  qərarlar,  layihə  büdcə, 
proqram,  strategiyalar  qəbul  edilməlidir.  Bu  şuralarda  məhz 
daim  müzakirələr,  dialoq  təşkil  olunmalı,  problem  və  eyiblər 
aşkar  edilməlidir;  həlli  layihələri  institutlarla  birgə 
hazırlanmalıdır.  Şuralarda  həmişəlik  bir  neçə  üzvlər  və  kənar 
istənilən  qədər  arzu  edənlər  iştirak  edə  bilər;  bütün  iştirakçılar 
eyni mükafatlanmalıdır. Bütün şikayət və problemlər bu şura və 
institutlarda həll olunmalı, məhkəmələrin rolu azaldılmalıdır. 

 
135 
13.
 
Bütün məmurlar, nazirlər qulluqçular əhali tərəfindən müşahidə 
və  qiymətləndirilməlidir  və  buna  görə  lazımı  yeniləşmələr  baş 
verməlidir.  Bunu  qeyri-dövlət  təşkilatları  təşkil  edə  bilər. 
Gələcəkdə  seçkilərdən  imtina  etmək,  elm,  bilik  və  bacarıq 
yarışlarında  yaxşı  ideya  və  layihələrə,  proqramlara  görə 
insanlar vəzifələri tuta bilməlidir. 
14.
 
 İstehlakçılığı  deyil,  onu  əvəz  edən  dəyərləri;  individualizmi 
deyil,  ictimai    baxışları,  prinsipləri    daha  aktiv  təbliğ  etməli. 
İndividualizm,  şübhəsiz  kapitalizm  yarananda  meydana 
çıxmışdır  –  hər  şey  yalnız  özüm  üçün,  daha  çox  varlanmağı 
buna  lazım  olan  bütün  azadlıqları  –  aldatma,  istismar  və  s. 
nəzərdə tutur. Burada ailə, icma, cəmiyyət ikinci dərəcəli rolu , 
onlara  qayğı  vacib  olmayan  rolunu  alır.  Təkcə  baxış  və 
dəyərləri dəyişməklə ölkə xeyli irəli gedər, problemlərdən xilas 
olar.  Lakin  baxışlar  necə  dəyişə  bilər-bunun  üçün  maddi 
reallığı dəyişmək lazımdır. 
      Hazırda Venesuela sosializmə keçib qurtarmamışdır, yəni sürüşkən 
vəziyyətdədir.  Əgər  Cavez  səhnədən  bir  səbəblə  getsə,  yenə  böyük 
kapital öz istismar və bərabərsizlik, ədalətsizlik sistemini bərpa etməyə 
çalışacaq.  Bunun  qarşısını  əvvəldən  almaq  üçün  Rasional  sosializm, 
rasional  planlaşdirma  və  xalqin  idarədə  iştiraki  adlı  kitab  -  dərslik 
yazilib  orta və  ali məktəblərdə  bunu tədris  etmək, habelə   bütün  yaşlı 
əhali öyrənməlidir,   insanları  başa salmaq, şüur  yetişdirmək lazımdır. 
Xüsusi sosialist partiyası formalaşdırmaq və böyütmək lazımdır. Bütün 
məsələlər  daim  ictimai  elmi  şuralarda,    elmi  institutlarda  müzakirə 
edilib, həlli tapılmalı- insan -alilə -icma - kənd  şəhər cəmiyyət-dövlət 
münasibətləri  daim  balanslaşdırılmalı,  razılaşdırlmalıdır.  Bu  fikir 
demək olar ki,  Hindistan və Konfuçi düşüncəsindən meydana gələrək  
neorasionalist  fəlsəfənin  dünyanın  quruluşu  və  inkişafı  nəzəriyyəsilə 
də yenidən təsdiq olunur. 
      Çin  sosializmi,  hansı  ki  1978  –ci  ildən  açıq  qapılar,  aşkarlıq 
siyasəti  davam  etdirir,  düz  yoldadır.  Onlar  heç  zaman  kommunist 
partiyasının  aparıcı  rolunu  azaltmamalıdırlar  və  onun  sistemliyini,  
bütövlüyünü  qorumalı,  mənəvi  pozulması  qarşısını  almalı,  xüsusi 
nəzarət,  təhsil  ,  müzakirə,    yeniləşmə,  kamilləşmə  proqramı  vasitəsilə 
bunu  etməlidirlər.    Nəyə  görə?  Çünki  hər  bir  işin  arxasında  ehtiyat  
qoruyucu,  oxrannik  olmalıdır.  Məsələn,  müəsisələrin  oxrana  xidməti  
olmasa  hər  şey  dağılar,  oğurlanar.  Bu  partiya,  habelə  həmkarlar 
təşkilatı dövlətin uyğun idarələrinə əlavə olaraq, müstəqil , cəmiyyətin 
mənafelərini daim qoruyan,  problemləri müzakirə edən bütün tərəflər 
insan icmalar və dövlət orqanları arasında dialoq aparan, eyibləri aşkar 

 
136 
edən və düzəldilməsi üçün məsləhətlər verən rolu icra etməlidir.  Lakin 
bu  işdə  partiya  komitələrinin  şəxsi  əmrləri  və  şəxsi  düşüncələri 
həlledici  olmamalıdır  –  bu  diktatura  və  sovetlərdə  olduğu  kimi 
tərifçiliyə  və  özünü  aldatmağa  gətirə  bilər.  Onların  da  iştirakı  ilə  və 
digər  sayı  məhdudlaşdırlmayan  vətəndaşların,  intellektualların  sərbəst  
müzakirəsi və ümumi rəyi səlahiyyətli məsləhətə çevrilməlidir.  Onun 
bütün  məsləhət  və  təklifləri  sonradan  elmin  tətbiqi  ilə  yüksək 
səviyyədə həlli layihəsi hazırlanmalı və tətbiq edilməlidir.  Öz səadəti 
naminə  cəmiyyət  partiyanın  hegemonluğuna  dözməlidir.  Əgər  bu 
olmasa, onlar doğru düşünürlər ki Çin parçalanar, xaos olar. Lakin bu 
hegemonluq  əsla  diktaturaya,  katiblərin  rüşvət  almasına  və 
diskriminasiya  etməsinə  çevrilməməlidir.  Bu  diktatura  əmr  verici 
deyil,  təşkiledici,  müzakirə  edici  rolu  oynamalıdır.  Çin  kommunist 
partiyası  heç  bir  xarici  liberal  demokratiya,  azadlıq,  insan  hüququları 
tələblərinə  baxmamalıdır.  Onlar  cəmiyyətin  birliyi  və  inkişafı, 
habelə  fərdlərin  şəxsi  və  ağılla  sərhədlənmiş  xoşbəxt  həyatı  nə 
qədər  demokratiya  və  insan  hüquqları  tələb  edirsə,  o  hədlərdə  bu 
hüquqları  və  azadlıqları  onlara  verməlidir.  Əks  halda  tək-tək 
adamların    və  ya  qrupların  varlanması  (bunu  onlar  yalnız  başqalarını 
istismar  etmək,  şişirdilmiş  qiymətlərlə,  dövləti  və  alıcını  aldatmaqla  
edə bilərlər) naminə onlar 1, 5 milrd əhalini qurban verə bilməzlər. Çin 
dövləti  vacib  odur  ki,  bütün  arzu  edənlərin  idarədə  iştirakına, 
müzakirələr, təklif vermək, ümumi fikir formalaşdırma klubları, elmi –
ictimai  şuralar  təşkilatları  vasitəsilə  imkan  versin,  vəzifə  tutmaq 
istəyənlərə  isə  partiyaya  daxil  olandan  sonra  bunu  etmək  hüquqları 
versin;  dövlət  sektorunda  daha  çox  ictimai  istehsal  və  xidmətlər 
yaratsın-  hamını  işlə  təmin  etmək  üçün;  kapitalist  sektoruna  mane 
olmasın  –lakin  onların  bütün  əmək,  vergi,  təhlükəsizlik,  sosial  
qanunlara, qiymətlərə əməl etməsinə nəzarət etsin. Bu yəqin ki, indi də 
belədir- lakin bu düzdür. Böyük gələcək, birlik,  xalq xoşbəxtliyi, lakin 
ağılla  əsaslandırılmayan  istehlakçılığa,    fərdiyyətçiliyə,  varlanmaya  , 
kiçik  dəyərlərə qurban verilməməlidir.  
      Sovet  dövləti  niyə  dağıldı?  Ona  görə  ki  sosialist  ideyalarını 
qoruyan,  onu  düz  tətbiq  edən  və  təkmilləşdirən  və  dövləti  saxlayan 
təşkilat –partiya əvvəl daxilindən məhv edildi. Kommunist partiyası isə  
daimi  olaraq  öz  prinsiplərindən  uzaqlaşdığı  üçün  birinci  olaraq  bu 
partiyanın  rəhbər  orqanları  amerikan  kəşviyyatının  səyi  ilə  vuruldu- 
dağıdıldı,  gözdən  salındı,  ələ  alındı.    1988  –1993    illərdə  nə  üçün 
Ermənistan Azərbaycana hücum  edib  20 % torpaqları  tuta bildi  və  bu 
məhz SSRİ –nin dağılmasına  detonator oldu? Ona görə ki,  amerikan 
planı ilə  SSRİ- nin dağılma ssenarisində bu məsələ və digər konfliktlər  

 
137 
durmuşdu.  Qəfil    icra  edilən  ssenaridə  düşüncələr  elə  qarışdırıldı  ki, 
dövlət  orqanları  nə  etməli  olmalarını  müəyyən  edə  bilmədilər,  hansı 
istiqamətə  getməli  olmalarında  çaşdılar.  Və  ölkəni  qoruyan,  bütövlyü 
saxlayan orqan və  ya təşkilat ( oxrana- ağlı çaşmamış qurum) olmadı. 
Dağılma  ssenarisi    (1)  konfliktlərin  qızışdırlması  ;  (2)  Qiymətlərin 
qaldırılması (3) ağılların çaşdırılması (şübhə, səhv proqnoz, şayiə, xaos 
əkməklə,  demoralizasiya,  keçmiş  günahların  yada  salınması  -  əsas!); 
(4)  liderlərin ələ alınması  texnikaları ilə qurulmuşdu. Bu misallardan 
digər hələ  yaşayan sosialist  ölkələri –  Çin,  Venesuela dövləti, habelə 
sosial  demokratiya  ölkələri  və  kommmunist    partiyaları  düzgün 
nəticələr  çıxarmalıdır.  Görünür  ki,  onlar  düz  yoldadırlar.  Həmin 
ölkələr daim amerikan kəşviyyatının dağıdıcılıq fəaliyyətindən ehtiyat 
etməli,  onu  ifşa  etməlidir.  Kuba    sovet  sosialist  sistemininin  daha  pis  
kopiyasını  quraraq  çox  pis  vəziyyətə  düşmüşdür.  2008  -ci  ilin 
məlumatına görə o ərzaq tələbatının 84 % -ni ABŞ-dan alır, qəndi  də 
import edir ( 15, 15-16). Bu vəziyyətdən çıxmaq üçün o demokratiyanı 
tələb  olunan  səviyyədə  qaldırmalı,  partiya  diktaturasından  imtina 
etməli,  iqtisadi  azadlıq  verməli,  cəmiyyətin  idarəetmədə  iştirakına 
imkan  verməlidir,  ağılla  idarə  etməlidir.  Bu  fikirləri  mən  sovet 
quruluşunu  görmüş,  yaşamış  və  onu  analiz  etmiş  bir  tədqiqatçı, 
təcrübəli adam kimi deyirəm.  Bütün indiki sosialist ölkələri üçün əsas 
məsələ  odur  ki,  sovet  quruluşunun  etdiyi  partiya  diktaturasını,  səhv 
planlaşdırmanı və digər səhvləri təkrar etməsinlər, sosialist ideyalarına 
ehkam kimi baxmasınlar. Sosializmi müəyyən ağıllı hədlərdə iqtisadi, 
siyasi,  mədəni  azadlıqlarla    birləşdirsinlər.  Daim  sistem  daxili 
elementlərin  –  insanların  -  təşkilat  və  idarələrin,  ailənin    böyük 
balanslaşdırmasını  (harmoniyasını)  əldə  etsinlər.  Onların  qarşısında 
böyük  perspektivlər  vardır.  Onlar  əməklə,  hamının  işləməsini  təmin 
etməklə, ən yüksək həyat şəraiti olan inkişaf etmiş ölkə ola bilərlər. Və 
kapitalist  dövlətlərini  ötə  bilərlər.  Varlı  kapitalist  dövlətlərinin  varlı 
olmasının səbəbi – dünyanı bütün zəiflərini istismar etmələridir, onları 
zəif, asılı saxlamalarıdır. Sosialist dövlətləri də eyni strategiyanı tutub 
elə  kapitalist  dövlətlərini  istismar  etməli,    tərəfdaş  sosialist  dövlətlərə 
qiymətlərdə,  imkanlarda  güzəşt  etməlidirlər  ki,  iki  tərəfin  qlobal 
iqtisadi  mübarizəsində  qalib  gəlsinlər.  Və  sosialist  sistemini  yenidən 
bərpa etsinlər. Xalqların xoşbəxtliyi məhz rasional sosializmdədir
       Xalqlar  xoşbəxtlik,  bəşəriyyəti,  sülhü,  planeti  qoruyub  saxlamaq 
naminə dünya və  ölkələrdə  ağalıq  edən kapitalın  əlindən hakimiyyəti, 
qanunvericiliyi,  idarəetməni    öz  əlinə  alıb  özü  bu  işləri  görməlidir.  
Kapital sahiblərinə hakimiyyətə gəlmək üçün puldan istifadə imkanları 

 
138 
vermədən,  yalnız  ağıl  və  ideyalarla  cəmiyyətə  sübut  olunan  ideyaları  
seçməklə və onların müəlliflərini ictimai vəzifələrə  təyin etməklə.   
      Mənim  proqnozuma  görə  sosialist  ölkələrinin  -  Kuba,  Venesuela, 
Çin,  Şimali  Koreya  növbəti  yaxın  gələcək  inkişaf  mərhələsi  rasional 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin