MÖVcud cəMİYYƏTLƏRDƏ NƏ baş veriR?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/29
tarix28.03.2017
ölçüsü2,8 Kb.
#12720
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

 
    Ünsiyyət ən azı iki adamın məqsədli məlumat verib almasına deyilir. 
Ünsiyyət  təsadüfi  olmur  həmişə  məqsədli  olur.  Ünsiyyətin    məqsədi: 
problemini  həll  etmək  üçün  yol  tapmaq,  təbii  psixi  vəziyyətin 
rahatlanması,  məlumat  yaymaq,  məlumat  almaq,  əməkdaşlıq  etmək, 
başqasına  pis  və  yaxşı    münasibətini    ifadə  etmək  ola  bilər.    İnsan 
icmada  ünsiyyət  vasitəsilə  özünə,  öz  vəziyyətinə  başqalarının 
vəziyyətini öyrənməklə  qiymət verir, geridirsə, stimul alır, yeni  yollar 
tapır; qabaqdadırsa, üstünlüyünü hiss edir, toxtaqlıq tapır, sevinir. 

 
212 
Aşağıdakı  müxtəlif  sahələrdə  müxtəlif  ünsiyyət  qaydaları  mövcuddur 
və yeniləri də yarana bilər: 
1.
 
İcma daxilində; ailədə ünsiyyət. 
2.
 
İş  yerində  -  biznesdə  ünsiyyət,  rəsmi  və  qeyri  -  formal 
məktublar. 
3.
 
Şifai müzakirələr;  yığıncaqlarda çıxışlar. 
4.
 
Ərizə, xahişlər. 
5.
 
Elmi məqalə, hesabat yazdıqda və s. 
6.
 
Qəzet  jurnal  məqaləsi,  şer,  povest  yazdıqda,    hadisələri    təsvir 
etdikdə. 
7.
 
Elmi  kəşv,  ixtira,  rasionallaşdırma  təklifinin  təsviri  və  onlar 
haqda məlumat tərtibi . 
8.
 
Ümumi  qaydalar,  qanunlar,  müqavilələr,  şərtlər,  anlayışlar 
tərtib edərkən. 
 
 İcma daxilində Rasional  ünsiyyətin ən ümumi qaydaları 
 
1.
 
Sözə, söhbətə, çıxışa başlayarkən hamıyla salamlaşmaq. 
2.
 
Ünsiyyətə  başlayarkən:  məsələ  barədə,  gördüyün  müəyyən 
etdiyin  təsviri,  öz  rəyini,  qiymətini  aydın  ver.    Nə  haqda 
danışacağın haqda  məlumat ver; fikrini aydın bildir. 
3.
 
Ailədə, iş  yerində, cəmiyyət  içərisində  bərkdən  danışıb gülmə,  
kobud hərəkətlər və zarafatlar etmə. 
4.
 
İnsanlarla danışdıqda düz danış, etdiyini boynuna al. 
5.
 
Ünsiyyət  zamanı  məsələnin  aid  olduğu  insanların  şəxsiyyətnə 
qiymət vermə; yalnız onun məhsulu, sözü haqda danış. 
6.
 
Nəzakət , davranış və ədəb  qaydalarına əməl etmək. 
7.
 
Dəqiq bilmədiyin məsələ haqda danışma və  ya danışsan  bunu 
qeyd et. 
8.
 
Periodik olaraq icma  üzvlərilə görüşüb ünsiyyətdə ol. 
9.
 
 Söhbət edərkən  axıra qədər dinlə, başa düş , sonra cavab ver. 
10.
 
Müzakirə  nəticəsində  nəyə  razı  olduğunu  və  nəyə  razı 
olmadığını de və səbəbini göstər. 
11.
 
Qaranlıq  məqamların  qalmasına  yol  verməmək,  bu  sonradan 
sizin əksinizə istifadə olunacaqdır. Bunun qarşısını almaq üçün  
nəyin,  nə  üçün,  necə,  nə  zaman,  harda  əldə  edilməsinə, 
olmasına  razılıq  yazılı  qeyd  olunmalı  və  hər  iki  tərəfdə 
saxlanmalıdır. 
12.
 
Müəyyən  hallarda  -  pul,  əmlak  borc  aldıqda,  verdikdə, 
saxlanmaya verildikdə, iş görüldükdə - ünsiyyətin sonunda əldə 
edilən son nəticə yazılmalı və imzalanmalıdır. 

 
213 
13.
 
Səmimilik  və    aldatmamaq,  səhv  etdikdə  üzr  istəyib  səhvi 
düzəltmək. 
14.
 
Fikir  bildirərkən  hər  kəs  özünü  başqası  ilə  bərabər  hüquqlu  
saymalıdır 
15.
 
Özünə xoş gəlməyən sözü  başqasına  demə. 
16.
 
Öz icmanda və yad yerdə kimdənsə söz soruşduqda üzr istə və 
icazə al..  
17.
 
Yalandan  söz  vermə,  bacara  bilməyəcəyin  vəzifəni  öhdənə 
alma. 
18.
 
Sözə başlayarkən icazə al. 
19.
 
Özün az danış və danışanları dinlə. 
20.
 
Öz sözünün qiymətini bil. 
21.
 
 Sənin səviyyəndə olmayanlarla mübahisəyə  girmə. 
22.
 
 Məntiqə əməl et, ziddiyyətli söz danışma . 
 
  Rasional nəzakət , davranış və ədəb qaydaları    
 
 Tarixi  olaraq  bu  qaydaları  cəmiyyət  siniflərə,  peşələrə,  təbəqələrə  
bölünəndən  sonra  varlı  -  hakim  siniflər  yaratmışdır  və  qoruyub 
təkmilləşdirmişdir.  Kasıb  icmalarda  da  təbii  olaraq  bu  qaydalara 
ehtiyac  olmuşdur,  lakin  orada  daha  az  və  əsasən  primitiv    qaydalar 
formalaşdırılmışdır. 
    Nəzakət    və  ədəb  qaydaları    əsasən  milli  qaydalardır  və  davranış 
stereotiplərini-  etalonlarını  əhatə  edir.  Beynəlxalq  əlaqələr  artdıqca 
onun icmalar - arası , millətlər- arası konstruksiyası meydana gəlir. Bu 
qaydalar  hədsiz  çoxdur  və  situasiyadan  ,  ünsiyyətdə  iştirak  edənlərin 
sosial  rollarından  asılı  olaraq    müxtəlif  tipik  davranışların    spesifik 
çoxluğu kimi qavrana bilər.  
    Hazır  tipik  davranış  növlərinin,  nümunə,  etalonların  olması  yeni 
ünsiyyət  prosesini  yaratmaqdan  azad  edir.  Bu  qaydalar  əsas  ünsyyət 
qaydalarına  əlavə  olaraq  onun  qurulmasına  xeyli  kömək  edə  və  ya 
məhv  edə  bilər.  Başqa  sözlə,  nəzakət  və  ədəb  qaydaları  ünsiyyətin  
aparılmasının xarici formasıdır və yaxud estetik, mədəni üsuludur.  
    Hər  bir  ünsiyyət  növündə-  qonaq  qəbulu  ,  elmi  çıxış,  avtobusda,  iş 
yerində,  kilsədə,  diplomatik  qəbulda  və  s.    nəzakət  və  ədəb 
qaydalarının  Etiket adlandırılan konkret tərkibi və icra olunması üsulu 
vardır.  Söhbət həmişə ünsiyyətə girənlərin birinin digərinin statusunu 
bilməklə  başlayır  və  ona  uyğun  nəzakət  elementləri  kombinasiyası  
seçilir.  Nəzakət  normaları  insanlar  arası  ünsiyyəti,  xüsusilə  bərabər 
olmayanlar  arasında  təmin  edən  vasitə  kimi  meydana  gəlmişdir. 
Nəzakət dostlar, tanışlar, sadə adamlar arasında sərbəst formada tətbiq 

 
214 
edilir.  Lakin  bayramlarda,  mərasimlərdə,  müxtəlif  insanlar  arasında 
daha ciddi istifadə edilir.        
    Nəzakət  əxlaq  normaları  və  dəyərlərlə  əlaqəlidir.  Nəzakət 
ümumbəşəri  dəyərlərin  -  Yaşlılara  valideynlərə,    qadınlara  hörmətlə 
yanaşma,  şərəf  və  ləyaqət,  təvözakarlıq,  dözümlülük,  xoşhallıq- 
xeyirxahlıq əsasında formalaşaraq -onların əməl edilməsi formasıdır. 
Müasir  nəzakət  və  ədəb  4  prinsipə  əməl  etməyi  nəzərdə  tutur 
(www.etiquette.ru): 
1.
 
Humanizm və insanilik . Bu prinsip ədəbli, mərifətli; nəzakətli, 
incə,  dəqiq,  başqalarını  incitmədən,  qanacaqlı,  gülərüzlü, 
iltifatlı,  mehriban,  lütfkar,  xoş,    təvəzökar,  utancaq,    özünü 
kiçik tutma,  sadə olmaq kimi davranış növlərndə əks olunur 
2.
 
 Hərəkətlərin  məqsədə  uyğunluğu  .  Bu  prinsip  insana  özünü 
ağıllı, sadə və rahat aparmağa imkan verir 
3.
 
Gözəllik və ya  davranışın estetik cəlbediciliyi 
4.
 
Olduğu ölkənin adət və ənənələrinə əməl etmək 
Etiketin  4 ifadə olunma forması vardır (www.etiquette.ru): 
-   nitqi  nəzakət vasitələri. Bu növə salamlaşma, tanışlıq, təbrik etmə, 
arzularını  bildirmək  ,  minnətdarlıq,    üzr  istəmək,  xahiş  etmək, 
dəvət  etmək,  məsləhət  vermə,  toxtaqlıq  vermə,  halına,  dərdinə 
yanma,  rəğbət  bəsləmə,  baş  sağlığı  vermə,    tərif  demək,    razılıq 
bildirmə  formullarını,  habelə    danışıq  manerası,    söhbət  aparmaq 
qabiliyyəti  aiddir; 
-      mimika  və  jestlər.  Həmsöhbətə  münasibət    mimika,  gülümsəmə  , 
baxışını  yönəltmə  ilə  ifadə  olunur  .  Bir  çox  xalqların  öz 
salamlaşmaq  ,  ayrılmaq  razılaşmaq,  inkar  etmək,  təccüblənmə 
jestləri vardır; 
-      ünsiyyətin  aparıldığı  yerin  təşkili  forması,  yəni  həmsöhbətlərin 
qarşılıqlı  və  necə    yerləşməsi,  məsafənin  seçilməsi,  onların  fiziki  
kontaktda    olub  olmamaları.  Bilinməlidir  ki,  hansı  yer  otaqda  
hörmətlidir, hansı pozalar ola bilər;  
-    nəzaktin atributları-paltar, bəzəklər, papaq, hədiyyələr, güllər, vizit 
kardları. 
Göründüyü kimi, hər bir situasiya üçün və bütün bəşəriyyət üçün eyni 
etiket və ya nəzakət qaydaları yoxdur. Lakin ümumi prinsipləri vardır. 
Bu mənada, etiket daha çox ümumiliyə malikdir.  Lakin dünya inkişafı 
mədəniyyətlərin  qovuşması  və  zənginləşməsi  tendensiyasına  uyğun  
olaraq  nəzakət  və  ədəb  qaydalarının  universallığına  aparır.  Qeyd 
edilməlidir  ki,  nəzakət  və  ədəb  qaydaları  kəskin  fərqlənmir,  nisbi 
xarakter  daşıyır.  Əgər  nəzakət    daha  vacib  və  hərəkətlərin 
normalarıdırsa,  ədəb  qaydaları  xarici  forma  və    və  situasiyanın  daha 

 
215 
kiçik  əlamətlərini  təsvir  edir.  Başqa  sözlə,  ədəbi    nəzakət  hərəkətinin 
izhar  forması  kimi  başa  düşmək  olar.  Məsələn,  əgər  qonaq  çağırmaq 
nəzakətdirsə,  ədəb  qonaqlıq  zamanı  qonağa  necə  qulluq  etmək,  onu 
razı salan  yemək, içmək vermək, lazımı mədəni  söhbət apara bilmək, 
onun  xətrinə  dəyməməkdir;  etiket    isə  qonaqlığı  necə  təşkil  etmək, 
stolu necə açmaq, necə geyinmək, necə rahatlıq yaratmaqdır. 
Hər  bir  situasiyanın  öz  qaydaları  vardır  və  zaman  keçdikcə  fasiləsiz 
yeni situasiyaların qaydaları yaradılır və keçmiş standart situasiyaların 
qaydaları  təkmilləşir,  yeniləşir.  Bu  qaydalar  toplanmalı  öyrənməli  və 
bütün insanlara təlim edilməlidir. Buni siz edə bilərsiniz. 
Aşağıda  bəzi vəziyyətlər üçün qısa Rasional nəzakət, davranış və ədəb 
qaydaları  nümunələri verilmişdir: 
1.  Evdə  və  qonaqlıqda.  Stolda  düz  oturmalı,  yeyərkən  danışmamalı, 
burnu  qurtlama,  ağzını  marçıldatma,  qabı  yalama,  çörəyə  əlini  silmə, 
qaşıq,  çəngəl  və  bıçağı  yerində  düz  işlət  ,  tez  -  tez  yemə,  qonaqlığa 
vaxtında  get,  gecikmə,  əlləri,  ağzı  əvvəl  və  sonra    yu,  stol  arxasında  
siqaret çəkmə,  nəfəsini başqasına vermə, çörəyi əl ilə kəsmə, qonağa 
çiy,  bişməmiş    və  soyuq  yemək,  acı  xiyar,  dəmlənməmiş  və  ya 
qaynamış çay, keyfiyyətsiz içki vermə  
2.  Ailədə.    Heç  kim  başqasını  nayrahat  etməməli  səs  salmamalıdır  . 
Evdə  siqaret çəkib tüstünü ailə üzvlərinə vermə, birlikdə yeməyə, çaya 
otur,  gecikmə,  hər  səhər  ailə  üzvlərilə  salamlaş  və  əhvalını  soruş  öz 
arzularını  bildir,  yatarkən  hamıya  xoş  yuxu  arzu  et,  danışarkən 
çığırma,  elə  danış  ki,  səsini  ancaq  həmin  adam  eşitsin,  təmizlik  və 
gigiyena  qaydalarına  əməl  et  səhərlər,  yeməkdən  əvvəl    axşam 
yatarkən yuyun, açzını, dişini yu , hər gün  səliqəli, təmiz geyin,  yerini 
özün yığ,  səliqə yarat, kitabları, qəzetləri öz yerinə qoy, ailə üzvünün 
zəhləsini tökmə. 
3. Ailədə, işdə, ictimai yerdə danışarkən.  Nəzakətli ol- yəni, buyurun, 
bəli  ,  xeyr  baş  üstə,  zəhmət  olmasa,  dəyməz,  eybi  yoxdur,  nayrahat 
olmayın, çox xoşdur kimi sözlərdən istifadə edin; danışarkən felin əmr 
formasından istifadə etməyin məsələn al, götür, ver, danış , cavab ver 
apar  və  s  sözlər  işlətmə  bu  sözləri  hökmən  nəzakətli  sözlərlə  birlikdə 
felin  cəm  formasında    işlət,  məsələn  zəhmət  olmasa  deyin  verin..; 
tanımadığın  adamlarla  sən  yox  siz  sözündən  istifadə  edin  ,  Üzünüzü 
turşutmayın,  həmişə  üzünüzdə  gülümsəmə  işarəsini  saxlayın,  pis 
bədbin emosiya yaradan sözlər işlətməyin məsələn “bu çox dəhşətdir , 
nə  pis  oldu,  vəziyyət  ağırdır”.  Qəti  qışqırma  .  səsini  qaldırma,  daha 
yavaşdan danış. 
4.  Sevdiyin  qıza  ,  qadına  münasibət.    Qadına  həmişə  şirin  sözlər  de, 
metaforalardan  (bənzətmə,  oxşatma)  istifadə  et,  oturarkən  ona  yer 

 
216 
göstər, stulu rahatla; evə girərkən , maşına minərkən düşərkən birinci 
onu qabağa burax, əlindən tut; bayramlarda birinci onu təbrik et; onun 
zövqünə  uyğun  lazımı  hədiyyələr  al,    ala  bilməsən  də  yenə  də  xoş 
sözlər  de;  nişanlı  olduqda  tez  tez  baş  çək,  hədiyyələr  al,  bir  yerdə 
səyahət et, dincəl, təbiətdə söhbət et. 
 
 Ümumbəşəri etik prinsiplər 
 
     Rasional  cəmiyyət  aşağıdakı  2005  və  2050  –ci  illər  üçün 
ümumbəşəri etik dəyərləri qəbul edir. Bu prinsiplər  Millenium project  
layihəsinin  2005  The  State  of  the  Future  hesabatının  179  ölkədə 
müəllifin də iştirak etdiyi 1983 intellektualın  apardığı  araşdırmaların 
nəticəsidir. 
1.   Həyat dəyişilməz hədiyyədir.* 
2.   Elmi araşdırmalar həqiqətə doğru  daha etibarlı yoldur, nəinki dini 
inam (vera) 
3.  Təbiətlə harmoniya daha əhəmiyyətlidir, nəinki iqtisadi tərəqqi** 
4.  Kollektiv  düşüncə  daha yaxşıdır, nəinki fərdi düşüncə. 
5.  Kollektiv təhlükəsizlik daha əhəmiyyətlidir, nəinki fərdi azadlıq. 
6.  İnsan  həyatı  –yaşaya  bilməsi,  bir  canlı  növü  kimi    ən  birinci 
prioritetdir. 
7. Ədalətli olmaq üçün dərin hissiyatlı- rəhmli olmaq lazımdır (özünü 
həmin varlığın yerində hiss etməlisən). 
8.  İnsanlar  öz  hərəkətləri  və  hərəkətsizlikləri  üçün  məsuliyyət 
daşımalıdır. 
9.  Gözəl həyat - ən uğurlu tədbirlərlə ola bilər. 
10. Dözümsüzlük nifrətə və ayrılmağa aparır. 
11.    Şüurlu  həyatın  hər  hansı  bir  süni  formasına  onun  tələb  etdiyi   
hüqugları verməli və onlarla da insan kimi davranmaq lazımdır **. 
12.  İnsan  hüquqları  başqa  canlı  və  cansızların  hüquqlarından  üstün 
olmalıdır.* 
13.  İnsanın  kosmik  məkanda  miqrasiyası  insan  təkamülünün  bir 
hissəsidir.** 
14.  Elə qərar qəbul et ki, o zərərləri azaltsın və ya zərər vurmasın 
15.  Genetik  evolyusiyanın  tələ  və  qəddarlığının  qarşısını  almaq  üçün  
cəmiyyət bu işə qarışmalıdır. 
16.    Elm  və  texnologiya,  biliklərin  artması  məqsədindən  daha  çox, 
cəmiyyətə xidmət  etməlidir.  
17. İnsan həyatının mənəvi tərəfi daha əhəmiyyətlidir, nəinki material 
tərəfi. 

 
217 
18. Gələcək nəsillərin qayğısı bu günki fəaliyyətlərin mərkəzində daha 
çox yer tutmalıdır. 
19. İqtisadi tərəqqi insan xoşbəxtliyinə aparan daha etibarlı yoldur.* 
20. Bərabərlik (yaradılmış yeni məhsulların  bölünməsi) prinsipi qərar-
qəbulunda vacibdir. 
21. Dünya mənafeyi  milli mənafedən üstün olmalıdır** 
22. Ailə hər bir forması ilə sosial dəyərlərin bünövrəsidir.* 
23.  Ətraf  mühiti  və  biomüxtəlifliyi  qorumaq    hər  bir  qərarda  nəzərə 
alınmalıdır.** 
24. Sağlam cəmiyyətdə Qadın və uşaqların hüquqlarının pozulmazlığı  
əsasdır. ** 
25. Təhsil almaq imkanı fundamental insan hüququdur 
26. Başqalar ilə elə rəftar et ki, sənə də elə rəftar etsinlər 
27.  Kollektiv ehtiyaclar- zərurətlər  fərdi rifahdan üstündür, elə iş gör 
ki, daha çox adama daha çox xeyir verəsən. 
28. Başqalarının əziyyətlərini azaltmaq insanların borcudur 
29.  Ənənələrə  əməl  etmək  və  ənənələri  pozmaq  da  eynilə  nəticələr 
üçün əhəmiyyətlidir. 
30.  Elə qərar ver ki, hər yerdə tətbiq oluna bilsin. 
Bu araşdırmalar göstərmişdir ki  * la işarələnmış dəyərlərin əhəmiyyəti 
2050  ilədək    azalacaq;  **  işarəsilə  işarələnən  dəyərlərin  əhəmiyyəti 
artacaq. 
 
Rasional  Ailənin qurulması. Qarşılıqlı davranış, əxlaq normaları və 
öhdəçiliklər 
    
        Ailə  hər  iki  kişi  və  qadının  tam  razılığı  və  sevgi  və  təbii  istək 
əsasında  qurulur.  Evlənənlər  həyatda  həmişə  əməkdaşlıq,  dostluq, 
anlamaq və dalaşmamaq, çətinlikləri və xoşbəxt anları birgə keçirmək 
və  xəyanət  etməyəcəkləri  və  bir-  birinə  xoş  gəlməyən  hərəkət 
etməyəcəkləri və bir –birinə dözəcəkləri haqda öhdəçilik qəbul edirlər. 
Habelə evlənənlər əvvəlcədən ailənin idarə olunmasında rolları - kimin 
pul  qazanmağı,  kimin  ev  işləri  görmək,  kimin  son  qərara  səlahiyyət 
statusu, kimin üstün qərarvermə hüququ olmasını  -  könüllü bölürlər.  
     Ailə  ancaq  qarşılıqlı  məhəbbət,  xasiyyətlərin    və  dəyərlərin 
uyğunluğu,  hər  bir  tərəfin    şüurunun  və    cinsi  sağlamlığının,  uşaq 
yaratma  qabiliyyətinin  olması  və  hər  tərəfin  digərinin  bütün 
sağlamlığını,  xəstəliklərini,  ailə  qurmaqda  məqsədini  tam  bilərək  və 
qəbul etdiyi halda qurula bilər. İnsanlara ailə qurmaqdan əvvəl  bir illik 
sınaq  və  tanışlıq  dövrünü  keçmələri  məsləhət  görülür.  Ailə  qurmaq 
istəyən hər adam  xüsusi təlim, imtahan və yoxlamadan keçir; tibbi və 

 
218 
psixoloji  vəziyyətini  ,  şəxsiyyətini,  bilik  və  qabiliyyətini,  gəlir 
mənbəyini əks etdirən serifikat alır. 
     Real həyat faktları:  İldə 30 % ailə dağılır. Böyük  miqdarda  kişi və 
qadın  öz  yoldaşını  xəstəlik,  qəzalar,  müharibələr    xasiyyətlərin 
müxəlifliyi nəticəsində boşanmaqla  itirir, tək  yaşamağa məcbur olur.  
Evlənənlərin  60%-i  sevgi  ilə  evlənmir,  sevgi  olacağına  ümid  edir  və  
sonra  sevgi  olmadığını  anlayır,  boşanmaq  isə  maddi  çətinliklər, 
psixoloji  əzab  yaradır;  bir  çox  qızlar  subay  qalır,  bəzi  insanların 
uşaqları  olmur  və  ya  hamısı  qız  olur,  bu  adamlar  öz  xoşbəxtliklərinə 
necə  çatsınlar?    Kortəbii,  hədləri  olmayan  xaotik  intim  əlaqələr  isə 
xəstəliklər, qısqanclıq, konfliktlər yaradır, ailələrin dağılmasına gətirir. 
     Belə  bir  reallığı  necə  həll  etməli?  İndiyərək  heç  bir  ictimai  sistem 
bu  problemin  həllini  vermir.    Və  susmaqla  bir  kişinin  eyni  zamanda 
çox  qadınla  və  ya  bir  qadınının  çox  kişi  ilə  intim  dostluğuna  razılıq 
verir. Bir kişinin bir arvadla ailə qurmasını düzgün hesab edir. Yalnız 
bəzi islam dövlətləri kişinin 4 arvad almaq hüququ verir, lakin bu çox 
varlılar  üçün  mümkündür,  bəs  digər  insanlar  necə  etsin?  Başqa 
dövlətlərdə ancaq bir qadınla evlənmə ola bilər. 
      Rasional  cəmiyyət  prinsipinə  görə  hər  bir  qadın  və  kişinin  insan 
kimi  –  qarşı  cinsə  olan  sevgi  ehtiyacını  ödəməklə  yaşamaq  və  uşaq 
yaratmaq və ya yaratmamaq  haqqı vardır
 Lakin  qeyri  -  rasional  cəmiyyətin  mövcud  qanunları  və  əxlaq 
prinsipləri  xeyli  köhnəlmiş  və  insanların  bu  haqlarını  reallaşdırmağa 
mane  olur,  insanları  əbədi,  tək  yaşamağa  məhkum  edir.  Lakin  insan 
dünyaya bir dəfə gəlir, cəmyyətin qəbul etdiyi hər hansı bir qanun və 
rasional    olmayan  əxlaq    norması  insanları  bədbəxtliyə  -  təkliyə 
məhkum etməyə haqqı yoxdur. Deməli, cəmiyyətin əxlaq normaları və 
qanunları  insanın  təbii  həyat  ehtiyaclarına  uyğun  olmalıdır.  Belə  ki, 
əksinə, insan öz təbii ehtiyacını və insan olmaq funksiyasını dəyişdirə 
bilməz. İnsan belə  yaranmışdır,  məhəbbətsiz, sevgisiz yaşaması onun 
üçün  əzabdır.  Eynilə,  heyvanlar  da  cüt  -  cüt  yaşayırlar.  Səhvən 
qoyulmuş normalar dəyişdirilməli, hər bir insanın xoşbəxtliyinə, təbii 
ehtiyaclarına olan manelər ləğv edilməlidir. 
      Rasional  cəmiyyət    təlimi  bu  təbii  insan  haqlarını  aşağıdakı 
formada həll etməyi təklif edir. Kişi və qadın  sevgi və uşaq yaratmaq 
haqlaını  evlənmək – ailə qurmaq formasında bir evdə yaşamaqla  və 
ya  evlənmədən  şəxsi  dostluq  haqda  razılıq  müqaviləsi  formasında 
həyata  keçirə  bilərlər.  Cəmiyyətin  və  digər  qohumların  bu  işə 
qarışmağa haqqı yoxdur. 
    Cəmiyyət  öz  daxilində  olan  hər  bir  ümumi  problemi  özü  həll 
etməlidir. Lakin şəxsi haqların icrasına mane ola  bilməz. Hər bir ailəli 

 
219 
insan nəzərə almalıdır ki,  o da subay, dul qala bilərdi və ya qala bilər,  
buna  görə  insanlar  maraqlı  olmalıdırlar  ki,  bu  problemi  həll  etsinlər. 
Ona görə rasional cəmiyyət qəbul edir ki, hər kişiyə  eyni zamanda iki  
qadınla  evlənməyə  və  ya  dostluq  etməyə    ixtiyar  verilsin,  hər  qadına 
isə  eyni  zamanda  ancaq  bir  kişi  ilə  ərdə  olmaq  və  ya  dostluq  etmək 
hüququ verilsin. Bu zaman: 
Bu məsələnin həllini maraqlı tərəflər könüllü özləri razılaşsınlar, lakin 
kişinin  digər  arvada  və  ya  dostuna  maddi  yardım  etməsi  və 
etməməsini,  yaşayış  yerini  və  tərzini;  özləri    yazılı  olaraq  könüllü 
razılaşsınlar.  Cəmiyyət  buna  qarışmasın.  Uşaqlar  haqda  isə 
öhdəçiliklər  saxlansın:  hər  ikisi  uşağın  sərbəst  işləməsinə  qədər  onu 
saxlamağa  borcludurlar.  Burada,  habelə  dini  qaydalar  qəbul  edilə 
bilməz.  
      Evlənmək  rəsmi  nigah  bağlamaqla  ,  habelə  bunsuz  da  həyata 
keçirilə bilər. Bu halda tərəflər  yazılı  müqavilə bağlayır və 3-5  yaxın 
adamların  iştirakı  ilə  onu  imzalayırlar.  Kişinin  nigah  bağladığı  və  ya 
bağlamadığı  arvadı  qarşısında  keçmiş  maddi  öhdəçilikləri  –  geyim, 
qida,  yaşayış  təminatı  ləğv  edilir  -  bu  məsələlərin  həllini    hər  ikisi 
əvvəldən  müqavilə  ilə  razılaşırlar.  Habelə  ayrıldıqda  əmlakın  yarı 
bölünməsi  ləğv  edilir-  hər  kəs  şəxsən  nə  almışsa  –  ona  sahibdir.  Bu 
tələb evləndikdə sui-istifadəni ləğv edir.          
      Evlənəndən  sonra  2  il  ərzində  sınaq  dövrü  təyin  edilir  ki,  bu 
müddətdə uşaq yaratmaq qadağandır, bu dövrdə əgər ər -arvad qərara 
gəlsələr  ki,  onlar  bir  yerdə  yaşaya  bilərlər  və  sevirlər,  hörmət  edirlər, 
onda ailə qurulmuş sayılır. Bu faktı onlar yazıb imzalayırlar. 
      Ər  və  arvad  könüllü  bir  -  birini  razı  salmadıqlarını  dərk  edərək   
psixoloqun bu barədə  məsləhəti olduqda  sakit və  mehribanca VVAQ 
şöbələrində boşanırlar- rəsmi nigahı, əgər varsa, ləğv edirlər. Xəyanət 
üstə  boşanmada  xəyanatkara  uşaq  və    zərərçəkənin  əmlakından  pay 
verilmir.  Ev,  maşın    yalnız  hər  iki  tərəfin  bərabər  pul  qoymaqla 
alınmışsa,  bərabər  bölünə  bilər.  Ailə  dövründə  kim  yaşayış  xərclərini 
bərabər çəkməklə əlavə  öz pulu ilə ev, maşın və s.  almışsa, o bölünə 
bilməz.  Lakin  bu  məsələni  yenə  də  özləri  könüllü  həll  edə  bilərlər. 
Xəyanət  kişi  və  ya  qadının  cinsi  funksiyasını  manesiz  tam  icra  etdiyi 
şəraitdə  dostunun  ona  baxmadan  başqası  ilə  (kişi  üçün  əlavə  dostu 
olduqda  –  üçüncü  ilə;  qadın  üçün  ikinci  kişi  ilə)  əlaqədə  olmasına 
deyilir.  Öz  cinsi  funksiyasını  itirən  başqasını  xəyanətkar  adlandıra 
bilməz. Bu halda onlar könüllü ayrıla bilərlər, lakin yenə özləri sərfəli 
variantı seçirlər. 
     Boşandıqda uşaqlar qarşısında öhdəçiliklər eynilə qalır, lakin uşağın 
sərbəst  yaşamaq anına qədər onun xərclərini valideinlər öz gəlirlərinə 

 
220 
mütənasib  olaraq  hər  ikisi  çəkirlər  -  çox  gəliri  olan  çox  hissəsini,  az 
gəliri olan az hissəsini. 
Dostluq  formasında  qurulan  birlik  bir  evdə  yaşamamağı  və  ya 
yaşamağı  nəzərdə  tutur  ki,  bu  evdə    ikinci  qadın  olmasın.  Bu  da 
müqavilə  ilə  uşaqlar  haqda    öhdəçiliyi  saxlamaqla  3-5  yaxın  adamın 
iştirakı  ilə  imzalanır.  Öhdəçiliklər  ola,  yaxud  olmaya  bilər,  lakin 
könüllü razılaşma ilə olur. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin