MÖVcud cəMİYYƏTLƏRDƏ NƏ baş veriR?


Rasional Təhsil metodu və prinsipləri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/29
tarix28.03.2017
ölçüsü2,8 Kb.
#12720
1   ...   21   22   23   24   25   26   27   28   29

 
 Rasional Təhsil metodu və prinsipləri  
 
     Təhsilin məqsədi: - Insanın yaşından asılı olaraq ona dünyanı, ətraf 
mühiti dərk etmək; orada necə efektiv sağlam yaşamaq, onda yaranan 
suallara  cavab  olaraq  obyektiv  bilik  vermək,  insana  sərbəst  düşünmə 
qabiliyyəti vermək, hər bir texniki, sosial, bioloji, fiziki varlıq, əşyanın 
əmələ gəlmə səbəblərini, digər şeylərlə qarşılıqlı əlaqəsini, onun daxili 

 
229 
quruluşunu,    həyat  siklini  və  sonda  nə  olacağı  haqda  biliklər 
verməkdir. Təhsil 1) məcburi orta və peşə, 20 yaşa qədər ; 2) ali 17 –
25 yaşa qədər; 3) işləyənlər üçün  25-50  yaşa qədər 4) orta və ahıl 50-
65 yaşlılar üçün  olan növlərə bölünür. Beləliklə, bütün sağlam əmək 
qabiliyyətli  insanlar  yaşlarının    sosial  tələbatına  görə  təhsil 
proqramında  iştirak  edirlər.  Təhsilin  proqramı  cəmiyyətin  və    təhsil 
alanların  iştirakı  ilə  tərtib  olunur.  Təhsil  idarələri  –  məktəb  və 
institutlar  cəmiyyətə  və  tələbə  –  şagirdlərə  hesabat  verirlər  və 
qiymətləndirilirlər, həm idarə bütövlükdə, həm də müəlimlər bir- bir və 
zəruri  sanksiya  və  həvəsləndirmələr  və  kömək  əldə  edirlər.  Orta 
məktəb təhsili məcburi olmalıdır. Və ən azı bu fənnləri daxil etməlidir:  
Fizika , kimya,  biologiya, cəmiyyətin dövlət təşkilatı, hüquqlar,  əxlaq 
və  etika  ,  davranış,  tarix,  coğrafiya,  iqtisadiyyat,  mədəniyyət,  insan, 
ədəbiyyat,  musiqi,  əl  qabiliyyətləri,    fəlsəfi  qanunlar  və  dünyagörüş, 
tarixin  tərkibində  azı  5  din  haqda    bölmə    və  ona  elmi 
qiymətləndirmələr.Təhsil  alan  hökmən  ümumi  dünyagörşü,  əxlaq  və 
davranış  normalarını  və  xüsusi  peşə  biliklərini  bilməli  və  seçdiyi 
konkret    beynəlxalq  standart  peşə  və  ixtisası  həyata  keçirmək 
qabliyyətinə malik olmalı və sertifikat, diplom  almalıdır. Bu  sertifikat 
və diplomla  onun sahibi bütün ölkələrdə qəbul olunmalıdır. 
 
Təhsilin aşağıdakı vəzifələri müəyyən edilir: 
1.  İnsanlara elmi dünyagörüş formalaşdırmaq; 
2. Hər fənn  sistemik mövqedən  və üsulla izah edilməli, onun  tutduğu 
yer, digər     fənlərlə əlaqəsi və özünün tarixi evolyusiyası, keçmiş-
indi gələcək istiqamətində – təsvir edilməlidir
3.    Hər  fənn  kompleks  sistem  kimi  təsvir  edilməlidir,  əvvəl  böyük 
sistem sonra onun alt sistemləri - hissələri və qonşu sistemlər; 
4. Təhsil metodu kimi hər bir ibtidai və orta məktəbdə konkret maddi 
obyekt, maddi nemət nümunə kim seçilir, məsələn: kağız, dəmir, detal, 
maşın,  motor,  çörək,  buğda  ,  alma  ...  və  nəzəri  obyekt,  məsələn: 
hansısa  nəzəriyyə,  ictimai  quruluş    və  onların  quruluşu,  tərkibi  , 
elementləri asılılığı,  yaşama üsulu, olma mühiti, dəyişmə evolyusiyası 
və s. , tarixi , onunla əlaqəli bütün fənlər əlaqəli formada tədris edilir; 
bütün  suallara  cavablar  tapılır.  Hər  baxılan  nümunənin  daxil  olduğu 
böyük  qruplar,  növlər  araşdırılır.  Nəhayət,  dünya  və  yer  təbiəti 
elementlərinin hamısının (canlılarla bilikdə) bütövlük və qarşılıqlı asılı 
olması  göstərilir.  Tendensiyalar,  hər  şeyin,  obyektin,  gələcəklərinin 
nədən  asılılığı,  inkişaf  xətləri  müəyən  edilir.  Şagirdlərə  yeni  növlər, 
alət,  qurğu,  bina,  nəzəriyyə  ...  yaratmağın  metodları  göstərilir  və 
öyrədilir. Onlar, yeni şey yaratmaqla imtahan verirlər. 

 
230 
5.  Hər  fəndə  baxılan  varlıq  (obyekt)  material  nümunə    formasında 
sistem  kimi  göstərilməli,  bütün  vacib  hissələri,  xüsusiyyətləri    və 
həmin  şeyin  digər  sistemlərlə  əlaqəsi  təsvir  olunmalıdır.  Belə  ki
baxılan  obyekt  digər  sistemlərin  əhatəsində  və  onlarla  əlaqədə 
asılılıqda təsvir olunmalıdır. Obyektin aid olduğu qrupun tam siyahısı, 
cədvəl  formasında  təsvir  olunaraq  obyektin  yeri  orada  əks  olunmalı, 
sonra  daha hansı  obyektlərin  yaradıla bilinəcəyi  müəyyən edilməlidir. 
Göstərilməlidir  ki,  obyektin  parametrlərini  bir  -  bir  dəyişməklə    və 
ümumi mühütü saxlamaqla və sonra mühiti dəyişməklə nə qədər yeni 
obyektlər-ixtiralar  etmək  olar,  hansı  ki  konkret  mühitdə  konkretdir  – 
müəyyəndir  (sayılandır)  Bunu,  habelə  funksiyaları  dəyişməklə  də 
etmək  lazımdır.  Bu  qayda  ilə  şagirdlərdə  düşünmə  və  yaratma 
qabiliyyətləri  tərbiyə  olunur  və  onlar  obyektin  ,  hadisənin,  prosesin, 
gələcək vəziyyətini proqnoz etməyi öyrənirlər. 
6.  Göstərilməlidir  ki,  şeylər  nə  qədər  müxtəlif  ola  bilər  və  bunu 
naməlum qüvvə - Allah deyil, təbiətin özü və şüurlu insan yarada bilər. 
Misallarla    ümumi  mühitin  necə  yaradan  olması  göstərilməlidir. 
Mühitin ümumi qanunları izah edilməlidir.  
7.  Şeylərin  yaranması  və  müxtəlifliyinin  artması  yolları  konkret 
misallarla  göstərilməli  və  tələbələrə  imkan  verilməlidir  ki,  şeylərin 
yeni növlərini nəzəri yaratsınlar və əlamətlərini təsvir etsinlər. 
8.  Təhsil    elmə  əsaslanmalı,  onun  sübut  və  tapdığı  qanunların 
öyrədilməsinə xidmət  etməli və hər bir sübutu dinlərin uydurmalarını 
ifşa etmək üçün istifadə etməlidir. 
9.  Təhsil  sistemi  şagirdin  fərdi  maraq  və  qabiliyətlərini  aşkar  edib, 
məhz  onu  inkişaf  etdirməlidir.  Hər  tələbəyə  ümumi  və  öz  meyl  və 
qabiliyyətinin  tələb  etdiyi  xüsusi  –spesifik  təhsil  almağa  imkan 
verilməlidir.  Hər  bir  obyekti,  fənni,  qurğunu,  qanunu,  təbii  həyati, 
hadisəni elə analiz və təsvir etmək lazımdır  ki, şagird maraqlansın və 
özü bunların səbəbi haqda düşünsün,  müəyyən bilik və peşə sahəsinə 
maraq yaransın. 
10. Proqramın həcmi tələbə və şagirdin yorulmaması, optimal öyrənmə 
qabiliyyətinə  hesablanmalı  onun  işlətməyəcəyi  artıq  mövzularla 
doldurulmamalıdır. 
11.  Ali  məktəblərə  girmək  üçün  imtahan    tətbiqinin  əsası  yoxdur.  Ali 
və  orta  təhsil  imkanı  bütün  cəmiyyət  üzvlərinə  pulsuz  və  imtahansız 
bütün  orta  məktəb  attestatı  alanlara    verilir.  Lakin  biliyi  və  ağlı 
olmayaraq institut və peşə məktəblərinə formal  gedib sertifikat almaq 
istəyənlər daxil olandan sonra  müəyyənləşdirilib dərhal  azad edilirlər 
və lazımı təhsil xərcini ödəyirlər. Onlara sonra hansı peşəyə və ixtisasa 
uyğun olmaqlarını müəyyən edən məsləhət xidməti vasitəsilə  yenidən 

 
231 
zəruri  biliklərini  artırma  kurslarına  öz  pulları  ilə  daxil  olur  və  orada 
imtahan verərək institutlara, texnikumlara daxil olmaqa hazır olmaqları 
haqda sertifikat alırlar, sonra həmin yerlərə imtahansız girə bilərlər. 
12.  İbtidai,    orta  və  ali  təhsil  müəsisələrində  öyrəniləcək  bilik  və 
qabiliyyətlərin  həcmi,  seçilməsi  fərdi  olaraq  şagird,  tələbə,  təlim 
eksperti və valideyn iştirakı ilə birgə müəyyən edilməlidir. Bu şagirdin 
şəxsi  qabiliyyət  və  marağından,  səviyyəsindən  asılı  olaraq,  habelə 
standart ixtisasın tələbləri ilə müəyyən edilir 
     Rasional  təhsil ictimai  nəzarətlə  təmin edilir.  İctimai nəzarəti, belə 
işi  öhdəsinə  götürmüş  ictimai  təşkilat  və  eyni  zamanda  valideyn 
şurasının birlikdə və ya valideyinin təklikdə müşahidəsi və rəyi  həyata 
keçirir.  Məktəbin  binasında  təlim  aparmaq  hüququ  təkcə  orada  orta 
təhsili  idarə  edən  rəhbərliyə  və  kollekti  və  aid  deyil,  istənilən  təlim 
qrupunun,  müəllimin  təlim  aparması  mümkündür.  Bütün  təlimlərin 
ödənməsini  isə  dövlət  və  iqtisadi  qurumlar,  xeyriyyəçilər,  cəmiyyət 
hesabına  hədsiz  varlanmış  adamlar  aparır.  Burada  bərabər  hüquqlu 
təlim  vermə  prinsipi  qəbul  edilir.  Əgər  müəllimlər  çox  olduqda  onda  
valideyn  müşahidəsi  və  məktəb  şurasının  qiymətləndirməsi  ilə    dərsi 
demək qabiliyyəti  və şagirdin əldə etdiyi biliyi ölçməklə müəllimlərin 
seçilməsi  aparılır.  Direktor  isə  məhz  müəllim  və  şagird  kollektivinin 
kriteriyalara  görə  qiymətləndirməsi  nəticəsi  olaraq  təyin  edilir.  Lakin 
direktor  hər  yerdə  olduğu  kimi  ancaq  kollektiv  qərarların  icraçısıdır  - 
özünün qərar vermək ixtiyarı yoxdur. Direktor ümumi kollektiv qərarı 
texniki  müşahidəçi,  dipetçer  kimi  imzalayır.  Onun  funksiyalarına 
kollektiv  razı  olsa,  istənilən  funksiya  aid  edilə  bilər.  Məsələn, 
məktəbin təlim və tədris sahəsində məsləhətçi funksiyası ki, bu sahədə 
kimin  problemi  olsa, onunla məsləhətləşsin. Direktorun mövcud idarə 
sistemindəki kimi  müəllim təyin etmək və işdən çıxarmaq səlahiyyəti  
və    təzyiq  edərək  müəllim  və  tələbədən  rüşvət  almaq  imkanı  yoxdur. 
O,  müəllim  və  tələbə  kollektivinin  təyin  etdiyi  və  ictimai 
qiymətləndirmədən  keçən  adicə  bir  texniki  işçidir.  Onun  vəzifəsi 
işçilərin işə  gəlməsi  və  dərsləri deməsinin uçotunu aparmaq, jurnalda 
qeydlər  etmək,  təmir,  texniki    xidmətlərin  icrasıdır.  Dərslərin 
planlaşdırılmasını  –  elektron  proqram  icra  edir.    Direktorun  burada 
rolu yoxdur. İstənilən halda hansı müəllimə daha çox iş verilməsi və ya 
hansı  əlavə  vəzifə  tapşırılmasını  kollektiv  özü  və  özlərini  təklif  edən 
müəllimlər  müəyyən  edir.  Misal:  direktor  11  –ci  və  9-cu  sinifləri 
qurtaran  şagirddən    bir  aylıq  maaş  qədər  rüşvət  tələb  edir  və  ya 
müəllimi  işə  götürmək  üçün  bir  illik  maaş  miqdarında  və  nazir  isə 
direktoru işə götürmək üçün  5 illik maaş miqdarında rüşvət tələb edir. 
Rasional  cəmiyyət  sistemində  bunların  heç  biri  ola  bilməz.  Bu 

 
232 
məsələləri    ictimai  qərar  qəbulu  sistemi  ilə  prosedurlar  və  kriteriyalar 
əsasında kollektiv, cəmiyyət özü həll edir. 
Təhsilin  və təlimin aparıldığı  yerlər Təhsil  növlərinə görə 1) Orta 
və  peşə  məktəbləri,    2.  Ali  məktəblər:    institut  və  universitetlər,  (həm 
nəzəri bilik, həm praktiki bir-neçə  peşənin icraçısı sertifikatını verir), 
3) Əlavə təhsil və bilik, yaradıcılıq institutları, məktəbləri sarayları. 
    Bu  funksiyaları  icra  etmək  üçün  ictimai  qərar  qəbulu  metodu  ilə 
əhalinin  gələcək  50  illik  demoqrafik  dəyişiliklərini  nəzərə  alan    tələb   
miqdarında  və  layihədə  binalar  tikilir  və  aktiv  saxlanılır.  Orta  və  Ali 
məktəblərdə    rasional  tələblərə  uyğun  proqramlar  yaradılır  və  tədris 
olunur. 
Əlavə  təhsil,  bilik  və  yaradıcılıq  sarayları.    Bu  təhsil  binalarında 
şagird və tələbə dövrünü keçmiş adamlar  əlavə təhsil, təlim alır, yeni 
peşə,  qabiliyyətlər  öyrənirlər.    Bu  ictimai  binalar    hər  bir  icmada: 
məhəllədə  ,  kənddə,  şəhərdə  cəmiyyətin  (dövlətin)  gəliri  hesabına 
tikilır  və  insan  ehtiyaclarının  ödənməsi  prinsipi  ilə  birinci  dərəcəli 
təminat sayılır. Bu binalar, eynilə bütün ictimai təhsil müəsisələri tam 
cəmiyyətin –dövlətin hesabına saxlanılır. Burada  əlavə olaraq tələbata 
görə  müxtəlif  biliklər,  qabiliyyətlərin  öyrənilməsi  üzrə  kurslar 
yaradılır.  Bu  kursları  istənilən  adam  və  ya  müstəqil  maraqlar  üzrə 
vətəndaş birlikləri, müəllimlər, filosoflar  təşkil edirlər. Bu saraylarda, 
habelə istənilən yaradıcılıq sahəsində(texniki, mədəni, bədii, ekstrasens 
və  s.)  məşğul  olmaq  istəyən  adamlar  gəlib  sərbəst  məşğul  olurlar.  Bu 
saraylarda, habelə iclas, konset,  idman zalları olur ki, burada istənilən 
ictimai  tədbir  –iclas  ,  müzakirə,  mütaliə,  konsert  məhdudiyyət 
qoyulmadan təşkil edilir. Burada, habelə  ictimai  kitabxana, komputer, 
internet zal, məlumat mərkəzi  yerləşir. Hər bir icmada belə mərkəzlər 
İcma evi yaradılır. 
 
Yeniləşmələr, titullar, gələcəyə və mühitə münasibət, dünya rasional 
dövləti 
 
Yeniləşmələr. Məhz şüuru olduğuna görə insan fasiləsiz şüurunu təshih 
edərək  hərəkət  versiyaları  içindən  özünə  faydalısını  seçir.  Demək, 
özünə  faydalı  davranışın  seçildiyi  an,  bu  cəmiyyət  sistemi  daxilində 
olduğu  üçün    kiminsə  zərərinə  ola  bilər.  Məhz  buna  görə  cəmiyyət 
daxilində fəaliyyət  cəmiyyət üzvlərinin zərərinə  edilə bilməz. Burada 
hər hərəkətin nəticələri nəzərə alınaraq edilir. Bu o demək deyildir ki, 
cəmiyyət  yeniliyi,  səmərələşməni  qəbul  edə  bilməz,  çünki  bu  zaman 
kiminsə,  hansı  firmanınsa    mənafeyi  pozular.  Bu  problem  belə  həll 
olunur: 

 
233 
Hər  yenilik:  daha  effektiv  metod,  qurğu,  daha  yaxşı  təşkil  sistemi, 
sərbəst,  mane  olmadan  daxil  edilir.  Lakin  bu  zaman  köhnənin  də 
yeniləşməsi  layihələndidirlir,  onlara  yeni  imkanlar  yaradılır  -  bu 
hökmən vacib şərtdir. Hamının, hər fəaliyyət sahəsini birdən qəfildən 
yeniləşməsi 
mümkün 
olmadığı 
üçün 
köhnə 
ilə 
yeninin 
uyğunlaşdırılması  əməliyyatı  aparılır.  Belə  ki,  köhnə  qəfildən  ləğv 
edilmir  -  o  da  müəyyən  yerdə,  zamanda  hələ  lazımdır.  Nəticədə 
köhnəliyi  (quruluşu,  metodu,  üsulu,    ideyanı,  qurğuu)    daşıyan,  
müdafiə  edən  insanlar  yeni  ilə  mübarizə  etmir.  Digər  tərəfdən, 
yeniliklər  ediləndə  bu  elə  layihələndirilir  ki,  daha  böyük  bir  sahəni, 
növləri,  əlaqəli  elementləri  əhatə  etsin.  Bu  arqumentlərə  əsasən 
Rasional  cəmiyyətdə  hər  kəsin,  hər  kənd,  şəhər  və  icmanın,  biznesin 
yeniləşmə,  kamilləşmə  hüququnu  hamı  qəbul  edir,  lakin  heç  bi  icma, 
təşkilat zorla yeniləşdirilmir. Rasional dövlət isə yeniliklərə əlavə idarə 
və  planlaşdırma  təşkil  etməklə,  maliyyə  ayırmaqla  kömək  edir.  
Yeniləşmələri  digər  əlaqəli  sahələrlə  əlaqələndirir  və  onların  da 
yeniləşməsini  təşkil  edir.  İnancların,  mədəniyyətin,  düşüncələrin 
yeniləşməsinə  tam  imkan  verir.  Yeni  ilə  köhnənin  zorakılıqla  bir  -
birinə  mane  olmasına  imkan  vermir.  Yeni  ideyalar  yayanlara  köhnə 
inancları  müdafiə  edənlər    mane  ola  bilməz.  Qanun  heç  birinə  üstün 
hüquqlar  verə  bilməz.  Insanlara  tam  sərbəstlik    və  bərabər  imkanlar 
verilir  ki,  öz  ideya,  fikirlərini  yaysın,  təbliq  etsin.  Xüsusilə,  din 
dövlətin  və  ya  cəmiyyətin    dini  elan  edilə  bilməz,  ideyaların 
deyilməsinə qadağan qoyula bilməz. Digər tərəfdən dövlətin hər hansı 
bir  dini  dövlət  dini  elan  etmək  səlahiyətləri  yoxdur.  Şübhəsiz,  yeni 
ideya köhnə ideyanın əksinədir və onun eyiblərini açır, cəmiyyətə daha 
səmərəli  yol  göstərir, cəmiyyət  üzvləri isə  fərdi olaraq  könüllü qəbul 
edir, ya etmir.  
Gələcəyə  münasibət.  Rasional  cəmiyyət  gələcəyi  öyrənməklə, 
alternativ gələcəkləri müəyyən etməklə və ümumi gələcək strategiyası 
yaratmaqla  idarə  olunur.  Bu  hər  bir  fəaliyyət  sahəsinə  aiddir.  Bu 
strategiya  cəmiyyətin  sərbəst  iştirakı  ilə  elmi  institutlarda  müəyyən 
edilir. 
Rasional cəmiyyət  nəzəriyyəsi düzü səhvdən;  yaxşını pisdən seçməyi 
cəmiyyətin  özünə  tapşırır.  Bütün  qeyri  -  rasional  cəmiyyətlərdə  - 
dövlətlərdə  bu  işi    xüsusi  seçilmiş  adamlar  edir,  dini  diktatura 
dövlətlərində isə dini rəhbər edir.  
      Düz və səhv,  yaxşı  və pis  həmişə eyni  qalmadığına  görə  Rasional 
cəmiyyətdə  onu  fasiləsiz  və  hər  zaman  və  gələcək  üçün  yenidən 
müəyyən  edirlər.  Burada  bütün  anlayışlar,  bütün  nemətlər-onların 
keyfiyyət  və  əhəmiyyəti,  yeni  istifadə  imkanları,  bütün  materiallar, 

 
234 
metodlar,  analiz,  istifadə,  yaratma,  qurma  üsulları,  təbiət  və  onun 
dəyişilməsi  fasiləsiz  öyrənilir  və  bilik  bankı  yaradılır.  Hamı  oradan 
istədiyi məsələ haqda tam və son biliyi əldə edə bilər.  
     Rasional  cəmiyyət  hökmən    gələcək  alternativləri  –  a)  mümkün  , 
b)ehtimal olunan gələcəyi bilməklə və c)arzu edilən gələcəyi qurmaqla 
idarə  olunur.  Bunun  üçün  gələcək  araşdırmaları  vacib  iş  olaraq 
planlaşdırılır  və  onun  məsləhətləri  istifadə  ounur.  Cəmiyyət  gələcək 
nəsillərin  qayğısına  qalır,  elə  məqsəd  qoyur  və  elə  işlər  görür  ki, 
maddi, təbii ehtiyatları elə rasional istifadə edir ki, gələcək nəsillərə də 
qalsın, zərər çəkməsin, daha yaxşı yaşasın. 
Rasional  Cəmiyyətdə  titullar.  Rasional  cəmiyyətdə    hörmət  və 
mənəviliyə,  qabiliyyətlərə,  biliyə    görə  titullar  mövcuddur,  ən  yüksək 
hörmətli  titul  Müəllimdir. Müəllim titulu  o deməkdir ki,  hər bu titulu 
alan  adam  öz  peşəsində  kamilliyə  çatmış  və  bunu  başqasına  öyrədə 
biləcək  həddə  biliyə  malikdir  və  öyrədə  bilər.  Bu  titulu  almaq  üçün 
rəsmi  olaraq  müəllim  peşəsini  institutda  öyrənmək  tələb  olunmur.  Bu 
titulu  almış  adamlar  hər  yerdə  müəllim  işləyə  bilərlər.  Cəmiyyətdə  
insanların sosial statusu, pillələr üzrə tutulan vəzifələrin biri digərindən 
üstün  deyil.  Bu  vəzifələr  keçici  və  əbədi  uzun  müddətli  deyil.  Onlar 
dövlətdə  məsul icraçı, texniki mütəxəssis  vəzifələridir və  hamı üçün 
açıqdır, ildə iki dəfə o qiymətləndirilir - məsuliyyəti müəyyən etməklə 
və yenidən təyinat baş verir. Burada klanların, qrupların formalaşması 
və həmişəlik ictimai postları tutması qeyri - mümkündür.  
     Cəmiyyətdə  yalnız  bir  fərqlənmə  -  bilik,  mənəvi  davranış  və 
qabiliyətləri əks etdirən bilik , bacarıq əxlaqı birləşdirən  titullar üzrə - 
adlar verilir. Bu  yenə də ictimai qərar qəbulu üsulu ilə baş verir. Belə 
ki,  bu  keyfiyyətin  dərəcələrinə  görə  uyğun  gələnlər  müəllim 
kateqoriyası  üzrə  dərəcələr  alırlar.  Bu  keyfiyyət  dərəcələrinə  hələ 
cavab  verməyənlər  isə  şagird  və  ya  tələbə  kateqoriyası  üzrə  dərəcələr 
alırlar.  Beləliklə,  hər  bir  şəxs  bu  və  ya  digər  titula  malik  olur.  Bu 
məsələ avtomatik, heç kimin şəxsi istəyi və  ya mane olmasından asılı 
olmadan    edilir  və  hər  kəsin  həyat  tarixi  kitabçasında  –  elektron 
faylında qeyd edilir. Bu ona səbəb olur ki insanlar bilik, bacarıq, əxlaqi 
davranış  uğrunda  yarışmağa  başlayırlar.  Bu  titullar  əsas  peşəsindən, 
diplomundan asılı olmayaraq verilir. 
      Bu  ada  -  müəllimlik,  əxlaq  qabiliyyət    kriteriyalarına  cavab  verən 
məktəblərdə  universitetlərdə  dərs  deyən  müəllimlər;  bilik  və 
qabiliyyəti ilə ən gözəl insani keyfiyyətlərə malik  və biliyini öyrədən 
adamlar;  şəxsi  həyatı  ilə  tərbiyə  və  əxlaq  nümunəsi  olan  digər  peşə 
sahibləri cəmiyyətin qiymətləndirməsi ilə layiq görülür. Müəllimlər də 
kateqoriyaya  bölünür.    Bu  titulları  konkret  icma  iddiaçının  öz  təklifi 

 
235 
əsasında və  ya avtomatik seçim vasitəsilə  qərar qəbulu sistemi verir. 
Bunlar: 
1.
 
Bəşəriyyətin müəllimi 
2.
 
İnsanlığın müəllimi 
3.
 
Müəllimlər müəllimi 
4.
 
Elm müəllimi  
5.
 
Şagirdlərin müəllimi 
6.
 
Yaradıcılıq müəllimi  
7.
 
İdarəetmə ( iqtisadiyyat , biznes, sosial) müəllimi 
8.
 
Sənətkarlıq müəllimi 
9.
 
İncəsənət-( rəsm , şəkil, teatr, musiqi, heykəltəraşlıq ) müəllimi 
10.
 
 Yaşlı və qocalar müəllimi 
      Rasional  cəmiyyətdə  bu  titulları  aid  icma  verir,  rəsmi  dövlətin 
verdiyi  diplomlardan  fərqli  olaraq.  Əgər  müəllim  ixtisası  almış  adam 
müəllimlik  etdikdə  əxlaqı  hər  hansı  bir  şəkildə  pozarsa  və  ya  onun 
səlahiyyəti  olan    hər  hansı  bir  suala  cavab  verə  bilməzsə  və  ya  onun 
cavabını  öyrənməklə  tapa  bilməzsə    o  müəllim  hesab  olunmur,  
rasional icma ona belə titul vermir. 
 
Rasional  Cəmiyyət  (RC)  icmasının  başqa  ideya  ,  düşüncə  fikir 
sahiblərinə münasibəti. 
 Rasional cəmiyyət icma üzvü və baxışların müdafiəçisi digər baxışlara 
inanan adamlara , digər icma üzvlərinə adi dünya vətəndaşı kimi eyni 
insan  münasibəti  saxlayır  və  tamamilə  digər  adamın  nə  düşünməsi; 
nəyi  düz,  nəyi  səhv  hesab  etməsi;  Allaha  və  ya  hansı  peyğəmbərə 
inanması  və  inanmaması    onun  münasibətinə  dəxli  yoxdur.  Burada 
adamların  əməllərinin  və  ümumbəşəri  əxlaqa  əməl  etməsinin  
əhəmiyyəti  var.  Əgər  əksinə  dəlillər  yoxdursa,  hamı  hörmətli, 
ləyaqətli, etibarlı insan hesab olunur. Hətta səhv edənlərə də insan kimi 
baxılır, səhvin başa düşülməsi  və düzəldilməsi daha əhəmiyyətli hesab 
edilir. 
    Belə  ki,  icma  üzvü  və  icma  istəməzdi  ki,  onun  yaşama  hüquqlarını 
pozsunlar,  onu  səhv  idarə  etsinlər,  onun  həyatı  üçün  səhv  qanunlar 
yazıb, onu səhv qanunlarla yaşamağa məcbur etsinlər.  İcma və hər bir 
insan  istəyir  ki,  özü,  öz  təşkili,  həyat  və  inkişaf  qanunlarını  kollektiv 
şəkildə  yazsın və özü  idarə etsin. Rasional icma və ya belə icmanın 
üzvü  başqa    adamlara  öz  fikirlərini    zorla  qəbul    etdirmək  məqsədi 
yoxdur. Hər insan könüllü rasional baxışları qəbul edə və ya imtina edə 
bilər.  Başqa  insanlarla  əməkdaşlıq,  yalnız  əməl  birliyində  ola  bilər. 
Burada  bəşəri  əxlaqı  şəxsən  pozan,  zorakı  yolla    başqalarının 
torpaqlarını  tutan  və  tutmağa  həvəsləndirən,  zorakılıqla  insanlara 

 
236 
hansısa şəxsi fikirlərini qəbul etdirən, əməli və sözü uyğun gəlməyən 
şəxsiyyətlər,    müqəddəslər  etalon,  nümunə,  oxşamaq  üçün    qəbul 
olunmur.    Belə  adamlardan  və  səhv,  sübutsuz  ideyalardan  insanlar 
özlərini  bütün  bacardığı  üsulla  qorumalıdır.  İnsanların  müxtəlif  fikir, 
ideyalara  inanmağı  təbii  qəbul  edilir.  Hər  adama    həqiqəti  öz  ağlı, 
təcrübəsi  ilə  tapmağı  və  istədiyi  fikrə  inanmağı  məsləhət  görülür. 
Rasional  düşüncə  tələb  edir  ki,  insan  hər  eşitdiyinə  və  gördüyünə 
şübhə  etsin,  yalnız  onların  doğruluğunu  özü  sübutlar  yolu  ilə  dərk 
edəndən  sonra  həmin  bilikləri,  ideyaları,  gerçəkliyi  qəbul  etsin.  Əks 
halda ideya fanatikləri və dələduzlar onun bilməməyindən istifadə edib 
onu  qorxudaraq,  səhv  ideyalara  inanmağa  məcbur  edərlər,  sonra  isə 
onun davranışını idarə edərək onu qula çevirərlər.  
      RC nəzəriyyəsi həqiqəti tapmağın spesifik yolunu, rasional  fəlsəfi 
dünyagörüşü  ,  fikir  söyləmək  və  müzakirə,  qərar  qəbul  etmə 
prosedurlarını  və  meyarlarını  təklif  edir.  RC  fəlsəfi  dünyagörüşü 
dünyanın  və  şeylərin  quruluşu  və  dəyişməsi  qanunauyğunluqlarını 
aşkar  edir  və  hadisələri,  şeyləri  başa  düşmək  üçün  sistemik  yanaşma 
metodunu, səbəbiyyət prinsipini qəbul edir. 
Bu yol ilə hər məsələ  birlikdə iştirakla   tez həll olunur və nayrazılıq 
qalmır,  ədalət  bərqərar  olur.Təbiəti  öyrənməkdə  ,  elmdə  isə  
səmərələşdirilmış  dərk  etmə  və  yaradıcılıq  metodlarını  və  yaratmış 
olduğu qərar qəbulu, düşünmək,  analiz  metodunu, şeylərin quruluşu 
təlimini  təklif edir. 
     RC-də hesab olunur ki,  əgər nəzəriyyə, ideya, inam  və ya  ictimai 
quruluş  yarandıqdan  sonra  bəzi  adamların  ondan  istifadə  edərək 
insanlara  zülm  etməsinə  sui-istifadə  edib  özünün  varlanmasına, 
başqlarını  öldürməyə,  zorakiliqa  səbəb  olursa,  ona  düzgün    və  tam 
nəzəriyyə  demək  olmaz.  Yaranan  ictimai  nəzəriyyə  ondan  sui  - 
istifadələrin  də  qarşısını  alan  konstruksiyaya  malik  olmalıdır.  Başqa 
sözlə, nəzəriyyə  onun pozula bilməsini, ondan sui - istifadə halları və 
nəticələrini  əvvəldən  aşkar  etməlidir.  Kim  varis  ola  bilər  və  ya 
gələcəkdə  nəzəriyyə  necə  inkişaf  etdirilə  bilər?  sualına  cavab 
verilməlidir.  Əks  halda,  məlumdur  ki,  dələduz  və  şöhrətpərəstlər 
özlərini varis elan edə, ictimai quruluşu hər cürə öz xeyirlərinə dəyişə 
bilərlər. Həyat  belə  faktlarla doludur, həm  sosializm  nəzəriyyəsi,  həm 
azad  bazar  nəzəriyyəsi,  həm    bəzi  dini  inamlar    sonrakı  varislər 
tərəfindən  zülm  və  istismar  alətinə  çevrilmiş,  bəzi  konstitusiyalar    bir 
dələduzun    hakimiyyətə  gəlməsi    naminə  dəyişdirilmişdir  və    onun 
hakimiyəti üçün yazılmışdır.  
Rasional  cəmiyyət  sistemi  sahibkarın  əleyhinə  deyil;  o,  yalnız 
sahibkarın  əməyi  ədalətli  və  layiqi    qiymətləndirməsi  və  əməyə  görə 

 
237 
haqq  verməsini  və  özü  də  ümumi    gəlirdən    eyni  prinsiplə    xeyir 
almasını, xalis gəliri isə şəxsi və ictimai mənafeləri bərabər güdməklə 
bölməsini tələb edir. 
 
 
 
Rasional cəmiyyətin ətraf  təbii mühitə münasibəti 
  
     Hesab  edilir  ki,  təbii  mühit  insanın  həyatına,  dincəlməyinə,  bədii 
zövq almağına xidmət etməlidir. Cəmiyyət ətraf mühitin qorunması və 
daha  da  yaxşılaşdırılması  qayğısına  qalmalı,  onun  verəcəyi  faydaları 
artırmalıdır. Hesab edilir ki, mühit bir nəfərin və ya seçilmışlərin deyil 
hamının  mülkiyyətidir.  Hamının  ondan  bərabər  fayda  alması  hüququ 
var.  Başqa  sözlə,  mühitin  suyu,  torpağı,  havası,  təbii  sərvətləri  hər 
hansı bir şəxsin və ya sahibkarın deyil, o ərazidə yaşayanların bərabər 
faydasına sərf edilməlidir.. Bu prinsip məhz dövlətin və ya sahibkarın 
mühitin sərvətlərinə təkbaşına sahib çıxmasına və varlanmasına  və öz 
xeyrinə  istifadə  edilməsinə    qadağa  qoyur.  Və  mühitdən  əldə  edilən 
faydanın  həmin  mühitdə  yaşayanlara  bərabər  bölməni  tələb  edir.  Hər 
insan  ölkə  ərazisində  istifadəyə  yararlı  torpaqlardan  bir  adama  düşən 
paydan  artıq  torpağa  malik  ola  bilməz  və  onu  sata  bilməz,  gələcək 
varisinə verə bilər. 
       Rasional  cəmiyyət  vacib  mənəvi  şərt  kimi  tələb  edir  ki,  mühit  və 
onun  nemətləri  bütün  cəmiyyətin  olduğu  üçün  onun  xeyri  təkcə  ayr  - 
ayrı  adamlara  və  xüsusi  qruplara  verilə  bilməz-  bu  xeyir  hər  adama 
bərabər  çatmalıdır.  Bu  nemətlər  dövlətin  cəmiyyəti  və    şəxsləri  
istismar  etməsinə,    səhv  idarəsinin  zərərli  nəticələrini  ödəməyə, 
dövlətin    səhv  bölgü  aparmağına  ixtiyar  vermir.  Bu  səbəbə  görə  də 
dövlət tərəfindən və ya təbiəti istismar edənlər tərəfindən  heç bir insan 
pis  həyat  səviyyəsində,  müalicəsiz,  təhsilsiz,  qidasız,  evsiz,  işsiz 
qoyula bilməz. Belə hərəkət insana qarşı ən ağır cinayət hesab olunur. 
Məlumdur  ki,  kapitalist  dövləti  bu  ədalətin  əleyhinədir  və    qeyri  --
bərabərliyin,  sərbəst  istismarın  tərəfdarıdır  və  insanların  hamısının 
normal yaşaması qayğısına qalmır, seçilmişlər qrupundan başqa. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin