MÖVcud cəMİYYƏTLƏRDƏ NƏ baş veriR?


Faydalı davranışlar haqda məsləhətlər. Necə yaşamalı?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/29
tarix28.03.2017
ölçüsü2,8 Kb.
#12720
1   ...   21   22   23   24   25   26   27   28   29

 
Faydalı davranışlar haqda məsləhətlər. Necə yaşamalı?  
 
 Kitabda biz dünyanın quruluşu, cəmiyyətlər  və onların əsas dəyərləri, 
məqsədləri,  arzuları  haqda  müəyyən  diskussiya  apardıq.  İndi  görək 
insan  bəşəriyyətin bü günə qədər əldə etdiyi biliklərdən və təcrübədən 
istifadə edərək necə yaşamalıdır. Hansı yaşayış tərzi, hansı, davranışlar 
yaxşıdır  və  uğura  qarantiya  verir.    Lakin  bütün  bizim  davranışlar 
hökmən ictimai sülhü,  yəni etikanı nəzərə almalıdır. Etika və ya əxlaqi 
normalar  insanlar  arası,  ailə  daxili,  insan  və  cəmiyyət  arası,  habelə 

 
252 
təşkilatlar,  idarələr,  kompaniyalar,  dövlətlər  arası  münasibətlərin 
optimal  sistemidir.  Hesab  edirəm  ki,  Etikanın  (əxlaqın)  məqsədi 
sülhdür,  sakit,  harmonik  dinc  həyatdır.  Etikanın  əsas    tələbi 
başqasına  zərər  vurmamaq,  narahat  etməmək,  yaşamasına  mane 
olmamaqla öz əməyi hesabına yaşamaqdır. 
Aşağıda    müəllifin  öz  həyatı  və  təcrübəsi  nəticəsində  müəyən  etdiyi 
müdrik kəlamlar verilir: 
1.
 
Ancaq  baxışlarına  və  xasiyyətinə  uyğun  adamla  dostluq  edə 
bilərsən,  ancaq  belə  qadınla  xoşbəxt  ola  bilərsən,  əgər  beləsi 
deyilsə boş yerə çalışma, uzaq ol. 
2.
 
Başqalarında eyib axtarma. 
3.
 
Səni  məhdudlaşdıran  -  malik  olduğun  mədəniyyət,  adətlər 
(patriarxiya; avtoritarizm; dinə uyğunluq - yəni qapalı düşüncə; 
yoldaşa  sadiqlik,  -  halbuki  yoldaş  sənə  sadiq  deyil,  səni  asan 
aldadır;  qonşular,  adamlar  nə  deyər?  –  baxışları;  hamının 
olduğu  kimi  olmaq)  səhv    və  yaxşı  dəyərlər,  ənənələr,  tipik 
davranışlardır ki, sən həmişə ona uyğun olmağa çalışırsan. Eyni 
zamanda  sənin  problemlərinin  də  səbəbi  onlardır.  Sən  onları 
pozub  yəni,  özünü  sındırıb,  sərhəddi  keçib,  yeni  düşüncə  və 
davranış    seçsən,  problemini  həll  edərsən.  Lakin  hansını 
pozmaq,  necə  pozmaq  problemilə  üzləşəcəksən,  bunu  da  həll 
et. 
4.
 
Yaxşılıq  et  -  daim  yaxınlarına,  yadlara;  dara  düşsən  yaxşılıq 
etdiklərin,  yaxınların  gələcək.  Yaxşılıq  edəndə,  yaxşılıq 
gözləmə.  Yaxşılıq  unudular,  sən  isə  yaxşılıq  gözləyib  əzab 
çəkərsən. 
5.
 
Qanmazı qandırmaq olmaz. Qanmaza qanmaz demə. 
6.
 
Özgəyə, öz atana, anana, qardaş, bacına da  ümid etmə. Hər kəs 
yalnız öz xeyrin, öz nüfuzun güdər, səni qurban verib öz adını, 
xeyrini  qoruyar. Ümumi xeyiri görməz və anlamaq da istəməz. 
Nadir  ailələr  var  ki,  qardaş,  bacı,  ata,  ana  öz  xeyirlərini  öz 
yaxınlarına qurban verər. 
7.
 
Lakin  etibar  etməsən,  inanmasan  da  yaşaya  bilməzsən.  Ona 
görə  işini  elə  etibarlı  formada  gör  ki,  aldansan  və  çox  ağır 
vəziyyətə düşsən, onlar öz borclarından imtina etsələr, xilas ola 
biləsən. 
8.
 
 Özünə  hökmən  həyatda  bir  ağıllı  ağsaqqal,  bilikli  məsləhətçi 
seç.  Onunla  nə  eləsən  məsləhətləş.  Bunu  etməsən,  tək  öz 
ağlınla çox səhv edərsən, sonra yanarsan.  
9.
 
 Etdiyin işin və etmədiyin işin təhlükələrini ilk növbədə araşdır- 
siyahılar tut və onlara qarşı tədbirlər hazırla. 

 
253 
10.
 
Gələcəyi  həmişə  düşün,  siyasət,  dəblər,  adətlər,  trendlər  hara 
aparır, nə yaxşı olacaq, nə pis olacaq, hansı imkanlar var, hansı 
imkanlar yoxdur. Bu imkanlar içindən özünün yaşama formanı 
və  fəaliyyətini,  nəyi  almalı,  nəyi  satmalı  olduğunu,  peşəni, 
lazımı bilik almaq ehtiyaclarını müəyyən et, plan qur və icra et. 
11.
 
 Son  güvəndiyin  yer  özünsən,  hamı  bir  bəhanə  ilə  köməkdən 
imtina  edəndə,  bu  an  həmişə  olacaq,  yenə  öz  ağlına  inan, 
ağlınla  yaşa.  O  adamlar  sənə  kömək  edər  ki,  sən  də  əvəzində 
onlara nədəsə kömək edəsən (əvəzin ödəyəsən) 
12.
 
 Əgər  öz  evində  arvadla  birlik  yoxdursa,  o  sənin  birinci 
düşmənindir, hər işdə səni  geri salacaq, sənin  əksinə gedəcək, 
onunla  heç  bir  məsələni  həll  edə  bilməzsən,  çətinlikdən  çıxa 
bilməzsən.  Bu  o  deməkdir  ki,  sənə  lazım  olan  arvadı 
almamısan. Hələ ki qocalmamısan - bu məsələni  təcili həll et, 
ayrıl  və  etibarlı  və  ağıllı    arvad  al.  Dözüb  qocalana  qədər  bu 
gün, sabah deyib,  gözləsən, vaxtın boş keçəcək,  o səni  axmaq 
yerinə qoyacaq, at kimi minib çapacaq, sən isə evdən, minimal 
şəraitdən  də  məhrum  olmaq  təhlükəsi  qarşısında  arvaddan 
ayrıla  bilməyəcəksən.  Qoca  vəziyyətdə  isə  heç  bir  dul  və  ya 
boşanmış arvada lazım deyilsən. 
13.
 
 Həyatının  qoca  vəziyyətinə  həmişə  hazırlaş.  O  zaman 
xəstəliklər  artacaq,  yaddaşın  zəifləyəcək,  rahat  həyat  lazım 
olacaq,  yaxşı  dost,  yaxşı  tərbiyəli  övlada  və  arvada  ehtiyacın 
olacaq.  Zəif  olduğun  üçün  güclü    ətraf  mühit  sənin  üzərində 
üstünlüyə malik olmağa çalışacaq, səndən sui - istifadə etməyə, 
malına  sahib  olmağa,  aldatmağa,  ələ  salmağa    çalışacaq  və 
bunu ilk imkanda edəcəklər. Vaxtında, ağlın başında olanda öz 
əmlakın  və  digər  məsələlər  barədə  vəsiyyətini  yaz.  Səndən 
sonra dalaşmağa, ədalətsizliyə səbəb qoyma. 
14.
 
 Dünya    onun  üzvlərinin    mübarizəsi,  əməkdaşlığı  və  yarışı   
nəticəsidir.  Başqa sözlə,  üzvlərin sevgi  və nifrəti və  ya mənfi 
və  müsbət  qüvvələrin  qarşılıqlı  əlaqələri  nəticəsidir.  Dünyada 
yaşamaq  çoxluq  içində  mübarizədən,  sıxlıqdan,  ətrafın  çoxlu 
təsiri altında sağ qalaraq sivişib  çıxmaq prosesidir. 
15.
 
 Ölkədə  narazılıqların,  dövlətlərin  bir  -  birini  əvəz  etməsinin, 
inqilabların  səbəbi  dövlətin  özüdür.  Onların  danqalıqlarının, 
ritmə,  ahəngə,  ictimai  ağıla  uyğun  dəyişmək  istəməməsinin, 
ədalətsizliyin  nəticəsidir. 
16.
 
 Fiziki  sistem  ritmik  olaraq  böyük  sistemlərin  ahənginə  uyğun 
eyni tempdə dəyişir, problemlər olmur. Lakin insan məhz ağıllı 
olduğu  üçün  inersiyaya  malikdir,  onun  öyrəndikləri  və 

 
254 
təcrübəsi yadında qalır, həmişə köhnə təcrübə və ağıl sayəsində 
və  onları  istifadə  edərək  yaşayır.  Ona  görə  də  təbii  ritmlərə, 
inkişafa eyni ritmdə dəyişmir (əvvəl  yenini anlamalıdır - buna 
çox  vaxt  lazımdır  və  köhnədən  də,  mövcud  statusundan, 
adətindən  də  imtina  etmək  istəmir),  nəticədə  konfliktlər, 
müharibələr,  inqilablar  yaranır  və  bundan  sonra  o,  ritmə, 
ümumi inkişafa uyğun dəyişməyə məcbur olur. 
17.
 
 Söz və əməl. İnsanların söz və əməlləri heç zaman düz gəlmir. 
İnsanlar  yalnız  real  münasibətlər  aləmində  və  onun  nəticəsi 
olaraq  yaşaya  bilirlər,  demək,  əməlləri  əvvəl  dedikləri  ilə  düz 
gəlməməsi təbiidir. 
18.
 
 Həqiqət  əbədi  və    keçici  (müvəqqəti)  olur  –  həqiqət  yalnız  
insanın yaratdığı anlayışdır. 
19.
 
 Həyatın    hər  bir  sahəsində  adətən  inkişaf  paralel  və  uyğun 
gedir (uyğun olmağa çalışır) bir  yerdə, məsələdə bir az geridə 
qalma  və  ya  irəli  qaçma  olduqda  digər  sahələr  tez 
müvazinətləşməyə,  bərabərləşməyə  başlayır.  Yəni  bir  işdə 
inkişaf  olduqda,  digərində  reqres  olur.  Ona  görə  də  diqqətlə 
hansı imkanların yaranması və özün də hansı imkanlara gücün 
çatmasını daim izlə və yeni imkanlardan istifadə et. Həyat məhz 
imkanlardan  istifadə  etməklə  baş  verir.  İmkanlar  tapmayanda 
canlılar imkana uyğunlaşmaqla onu əldə etməyə qabil olur və 
istifadə edir. 
20.
 
 Dünyada  hər  bir  şey,  hər  sistem,  hər  varlıq  yalnız  müəyyən 
hədlər  daxilində  mövcud  ola  bilər.  İnsanlar  yaratdıqları 
cəmiyyətə,  demokratiyaya,  sözə,  fikrə,  qidalanmağa,  adətlərə, 
mədəniyyətə    hədlər  qoymasalar,  bu  anormal  və  dayanıqsız 
olar, tez məhv olar. Məsələn, kapitalizmə  onun nəzəriyyəçiləri 
hədləri  olmayan  cəmiyyət  kimi  qələmə  verirlər  və  reallıqda 
bunu  həyata  keçirməyə  çalışırlar,  bu  isə  krizislərə,  zərərlərə 
gətirir.  
21.
 
 Arvad hədlərini bilməsə, onun davranışı səni çox narahat edər 
və ailən dağılar. Ailə qurarkən əvvəl arvada hədləri (elə)göstər 
ki, yadında qalsın, onu pozmağa ehtimalı, şübhəsi qalmasın.  
22.
 
 Qadın  ərə  gedəndə  bilsin  ki,  kişi  evin  böyüyü  və  son  söz 
kişinindir, çünki o məsuliyyət daşıyır, ona inansın, etibar etsin 
və  hörmət  etsin.  Əgər  inanmırsa,  hər  hərəkətinə  və  sözünə 
şübhə  edirsə,  özünü  ağıllı  sayırsa,  ona  hörmət  etməyə  özünü 
borclui  saymırsa  –  onda  ərə  getməsin,  otursun  evdə.  Birlik, 
hörmət olmayan yerdə ailə olmaz. Əgər arabaya qoşulan iki at 

 
255 
və  ya  öküz  hərəsi  bir  tərəfə  getsə  və  ya  biri  getmək  istəməsə, 
onda araba getməz. 
23.
 
  Evlənmək  və  daim  evlilikdə  yaşamaq  üçün  gənclikdə  çoxlu 
qızla  tanış  olmağa,  dostluq  etyməyə  çalış.  Hamısına  yaxşılıq 
elə  və  salam  ver,  bu  sənin  qız  seçməyinə  kömək  edər,  aldığın 
pis  çıxsa,  başqasını  seçməyə  və  ya  onlardan  kömək  almağa 
xeyri dəyər. Xüsuysilə yaşın 50-ni keçəndən sonra arvadın yaşı 
45-i keçəndən sonra onda sevgi itəcək, bu zaman sənə sevmək 
üçün  yeni  qadın  lazım  olacaq.  Çünki  sevgisiz  yaşamaq  çox 
çətindir.  Arvadı  boşamadan  da  sevgi  üçün  başqa  qadınla 
dostluq edə bilərsən, başqa rasional yol yoxdur. 
24.
 
 Evli  olduqda  da  başqa  qadınlardan  qaçma,  özünü  elə  aparma 
ki,  guya  onları  görmürsən.  Daim  onlarla  salamlaş. 
Problemlərini  həll  etməyə  çalış,  dərdlərinə  şərik  çıx,  onlara 
avtobusda, metroda  yer ver. Onların yadlarında qalmağa çalış, 
bu  sənə  sonra  çox  xeyirli  olacaq.  Həyatın  hamısını  əvvəldən 
bilmək olmaz, öz qadının qəfil ölə bilər, ayrıla bilər, xəstələnə 
bilər, sonsuz ola bilər- bu zaman tanış qızlar və qadınlar  lazım 
olar, kömək edər.   
25.
 
İnsanlar  arasında  haqq-  ədalət  axtarma,  tapmayacaqsan. 
İnsanlar  arasında  da,  fiziki  cisimlər  arasında  da  eyni  qanun 
işləyir:  Hər  adamın  və  ya  canlının,  fiziki  obyektin  vəziyyəti 
onların  yaşamaq  uğrunda  qarşılıqlı-  əlaqəli  çalışmaqları, 
mübarizəsi  və  əməkdaşlıqları  nəticəsidir.  Hər  birinin 
yaşamaqda istifadə etdiyi metod onun üçün haqq və ədalətdir
Hər şeyin və insanın birinci məqsədi özünü güdməkdir. 
26.
 
Zərdüşt  peyğəmbərin  məsləhət  gördüyü:  “Düz  fikir,  düz 
məqsəd,  düz əməl,” qaydasını öyrən və əməl et 
27.
 
 Eşitdiyin, gördüyün sözlərə, şeylərə əvvəl  şübhə et. Çünki hər 
şey nisbidir, hər şey dəyişiləndir, yəni eyni cür qalmır. Hər şey 
yalnız  həmin  baxılan  anda  elə  görünür,  başqa  anda  başqa  cür 
görünür.  Hər  şey  göründüyü  kimi  deyil.  İnsan  ancaq  şeylərin 
bir  hissəsini  -  gözü  qarşısında  olan  şeyləri  və  ya  görmək 
istədiyi şeyi görə bilər.   
28.
 
Uğurlu  yaşamaq  və  düzgün  məqsəd  seçmək  üçün  fasiləsiz 
özünü, ətraf mühiti - təbiəti, cəmiyyəti, ictimai sistemi  dərk et-
öyrən.  O  dəyişdikcə  sən  də  fikrini  ona  uyğun  dəyişdir.  Güclü 
və  zəif  cəhətlərini;  yaxşı  və  pis  cəhətlərini;  keçmiş  və  indini; 
düz və səhv hərəkətləri; hadisələri, gələcək təhlükələri araşdır. 
Və yaddaş üçün yaz, tez - tez yadına sal. Sənin üçün başqalarını 

 
256 
dərk  etmək  asandır,  nəinki  özünü.  Özün  haqda  başqalarının 
fikrini soruş. 
29.
 
Fəaliyyətini  planlaşdır,  uzun  dövr  və  yaxın  zaman  üçün 
məqsədlər  seç,  prioritet  məqsədləri–ən  vaciblərini  ayır  və 
siyahısını  tut.  Məqsədlərə  necə  çatmaq  üçün    plan  qur  və 
izahatla birlikdə yaz. 
30.
 
Elmləri  öyrən.  Xüsusilə  fəlsəfəni,  sosiologiya,  psixologiya, 
iqtisadi qanunları  və dəqiq elmləri. 
31.
 
Başqa insanlarla (işdə, bazarda, biznesdə, yaradıcılıqda, şərikli 
işdə)  münasibət  qurduqda  elə  et  ki,  üstün  maddi,  hüquqi, 
bacarıq  şansları,  vasitələri,  yaxşı  kartlar  sənin  əlində  olsun. 
Bunlar  olmasa  asılı  olacaqsan,  hara  sürsələr,  ora  getməyə 
məcbur olacaqsan. Yəni öz üstünlüyün olan məsələni, fəaliyyəti 
seç, onunla məşğul ol, ona güvən, onunla yaşa. 
32.
 
Gələcəyini yaxşı qurmaq üçün öz üstünlüklərinin siyahısını tut 
və  məhz  onlardan  istifadə  et.  Bunlar  cavanlıq,  evinin  olması, 
yaxşı  və  əlverişli  yerdə  torpağının  olması,  sağlamlığın,  işə 
yarayan  dostların,  qohumların,  ərazinin  əlverişliyi,  ailən, 
arvadın,  uşaqların,  bağın,  evinin  yeri,  savadın,  peşən,  əl 
qabiliyyətlərin,  ixtisasın,  yolun,    suya  yaxınlığın  və  sairədir. 
Elə bir üstünlyün, yəni yaxşı imkanların yoxdursa, onda onları 
yaratmağa çalış (öyrən, al, tik, qur, ağac ək, qohum ol, dost tap 
və s.) və sonra yaşa. 
33.
 
 Öz  eyib  cəhətlərinin  də  siyahısını  tut  və  bu  kağızı  göz 
qabağında  saxla,  ki  nəyi  edə  bilməzsən,  nəyi  necə  etməlisən. 
İnsanlarla münasibət qurduqda bu eyiblərini nəzərə al və səhv 
etmə.Yadında  saxla,  məhz  sənin  zəif  cəhətlərin  başqası  üçün 
səndən  yaxşı  sui-istifadə  imkanıdır.  Sözə  tez  inanmaq, 
tələsmək,  tez  reaksiya  vermək,  kəskin  hərəkət  göstərmək  , 
təmkinli  olmamaq,  nəyəsə-pula,  vəzifəyə,  maşına,  sevgiyə, 
yeməyə və s.  hərisliyin, özündən tez çıxmaq, müdrik olmamaq
kənar hədlərdə davranmaq sənin zəif cəhətlərindir. 
34.
 
 İnsanlar  arası  əlaqədə  elə  davran  ki,  həmişə  kiməsə  möhtac 
olmayasan  və  ya  asılı  olmayasan.  Onların  köməyinə,  müdafiə 
etməsinə, sənin mənafeni qoruyacaqlarına  ümid  olub arxayın 
olsan, onlar imtina etsələr, nə edəcəksən? 
35.
 
Sənin  hərəkətin  ətraf  mühitə  olan  reaksiyadır.  Sənin 
potensialın-gücün, ağlın, biliyin, pulun, sağlamlığın və s. artıq 
olsa  sən  tutduğun  məqsədi,    işi  edir,    potensialın  ətrafdan  zəif 
olsa    tabe  olursan,  ətraf  mühitin  səni  yönəltdiyi  –diqtə  etdiyi 
hərəkəti  edirsən.  Potensiyalını  artır.  Bilik,  qabiliyyət,  maddi 

 
257 
imkanlar,  sağlamliq  və  onun  istifadəsi  -  birlikdə  sənin 
potensialin deməkdir. 
36.
 
Hərəkət,  davranış  və  sözlərində  ədalətli  ol,  yanlışlığa  yol 
vermə, səhvini tez başa düşüb, tez düzəlt. 
37.
 
 Səhv  etdikdə  başqalarını  (həm  öz  ailə  üzvlərini,    həm 
özgələrini)  incitsən  və  ya  zərər  vursan  üzr  istə,  səhvini 
bağışlamağı  xahiş  et,  zərəri  ödə,  bu  ən  böyük  ləyaqətdir.  Düz 
söz  danışmaq  səhv  etmək  deyildir,  lakin  onu  yerində  de  və 
demək formasını diqqətlə seç. 
38.
 
Başqasında  səhv  tutmağa  çalışma,  bu  onun  xoşuna  gəlməz; 
adamlar  öz  səhvlərini  adətən  eşitmək  istəmirlər.  Səhvi  desən, 
xəlvətdə  və  elə  de  ki,  inciyən  olmasın.  Lakin    əgər  o  insan 
qanmazdırsa, ona heç vaxt səhvini  demə. 
39.
 
Danışanda ünsiyyət və nəzakət qaydalarına əməl et, dilini buna 
öyrət, nəzakətli sözləri tez - tez işlət (buyurun, sağ olun, salam, 
sabahınız  xeyir,  uğurlu  günlər,  zəhmət  olmasa,  dəyməz,  nə 
zəhmətdir,  çox  razıyam,  xeyirli  olsun,  salamat  qalın,  qadın  və 
qızlara  tərif  deməyi  unutma:  nə  gözəlsən,  qəşəng  paltarın  var, 
necə  ağıllısan,  əla  yemək  bişirirsən,  əla  zövqün  var,  işıq 
saçırsan,  nə  xoşdur  sizinlə  söhbət  etmək,  nə  gözəl  səsin  var, 
səsini unuda bilmirəm, görən bir dəfə də sizi görə bilərəm? Nə 
vaxt  səsini  yenə  eşidə  bilərəm?  Sözlərin  necə  gözəldir,  sənin 
kimi  gözəl,  ağıllı  görməmişəm,  lap  mələksən,  nayrahat 
olmayın,  qulluğunuzda  hazıram,  nə  kömək  desəniz  hazıram, 
dilini yeyim, canını yeyim, canım necəsən, şirinim,  dadlım  və 
digər təriflər yaradıb deməyi unutma). 
40.
 
Əgər  bir  şey  –  sosial,  texniki,  material,  obyekt  yaratmaq 
istəyirsənsə  bu  obyekti  yazılı,  rəqəmlərlə  və  müxtəlif 
xüsusiyyətlərlə  dəqiq  təsvir  et,  habelə  təsəvvür  et  və  şəklini 
çək. Başqa sözlə, son əldə etməli olduğun şeyin formasını , icra 
edəcəyi vəzifələri, miqdar və keyfiyyət ölçüləri ilə təyin et. Bu 
obyektin  vəzifəsini–funksiyalarını  xasiyyətlərini  formulə  et. 
Sonra düşün ki  əsas funksiya  necə əldə edilə bilərdi?  Cavab 
tapılmadısa  onda  bu  məqsədi,  obyekti  elementlərə  böl  və 
yenidən  hər  elementi  hissələrə-eleməntlərə  böl;  bu  yol  ilə  sən 
tələb  olunan  obyekti  təşkil  edəcək  bütün  şeyləri  ,  maddi 
vasitələri,  formaları,  hərəkətləri,  zaman  və  fəzada  yerləşmə 
qaydasını,    maddələrin  tərkibini  ,  sosial  sistem  axtarırsansa 
bunu  təşkil  edəcək  insanlar,  xarakterləri  ,  bilikləri,  qarşılıqlı 
əlaqələri və s. tapılacaq. 

 
258 
41.
 
Əgər bir şeyi dərk etmək istəyirsənsə, əvvəl məntiqdən istifadə 
et  və  bu  obyekti    təsvir  et  və  hansı  səbəbə  və  ya  nəyin 
nəticəsində  bu  ola  bilərdi  sualına  cavab  axtar.  Və  hər  tapdığın 
elementi  bir  -  birinə  bağla,  nəticə  alınmırsa,  demək,  onu  başa 
düşmək  sənin  keçmiş  biliklərinin,  düşünmə  tərzinin 
çərçivəsindən kənardadır. Ona görə də məntiqdən imtina et və 
hər  şeyin  hər  cürə  ola  biləcəyi  fikrini  qəbul  et  (ancaq 
müvəqqəti-həlli  tapmaq  üçün).  Yəni  “konkret  mühit  və 
zamanda  - dəqiq verilmiş parametrli funksiyanı təmin edən  – 
icra  edən  element  konkretdir  -  müəyyəndir  “  prinsipindən  
istifadə edərək sən həmin obyekti dərk edəcəksən. Yəni məntiqi 
pozaraq çatışmayan hissəni tapacaqsan. Qeyd: əslində hər şeyin 
hər  cürə  ola  biləcəyi  hər  hansı  baxılan  zaman  və  mühit  üçün 
düz  deyil.  Konkret  zaman  anında  və  mühütdə  ancaq  şey  bir 
forma-vəziyyətdə  və  bir  cürə    ola  bilər.  Şeyləri  başa  dışmək 
üçün  onları  gerçəkdən  və  ya  fikrində  böl.  Hər  birinin  digərilə 
əlaqəsini,    asılılığını  tap,  bəs  etmirsə,  yenidən  hər  bir  hissəni 
yeni  elementlərə  böl  ,  bunu  –  bölməni  tam  başa  düşənə  qədər 
et.  Hər  element  necə  yaşayır?  əlaqələri  necədir?  Axı  məhz 
əlaqələr vasitəsilə o həmin cürə yaşayır, həmin işi görür. Şeyin 
bütövlükdə  və  hissələrinin  yaşama  qanununu,  prinsipini  – 
üsulunu tap , yadında saxla, bunu  dəftərə qeyd et. Çox fikirləş, 
öyrəndiklərini  həmişə təkrar et 
42.
 
Gələcək  haqda  və  yeni  şeylər  yaratmaq  istədikdə  məntiqdən 
istifadə etmə, məntiq yeniliyə və yaratmağa mane olur. Məntiq 
yalnız  oturuşmuş sistemlər üçün yaxşı alətdir. 
43.
 
 Sən  cəmiyyət  piramidasının  yuxarısında  yer  tutmaq  üçün 
fasiləsiz öz potensialını artır və ağılla istifadə et. Lakin nə çox 
yuxarıda, nə də aşağıda yer seçmə. 
44.
 
Öz  qohumlarını,  yaxınlarıni  xüsüsilə  həkimlər  varsa  onları 
allah sayıb sözünə əməl etməyə çalışma. Məhz onlar sənin zəif 
cəhətlərini bildikləri üçün asanca sui - istifadə edərlər. Onlar öz 
mənafeləri,  nüfuzları    üçün  asancana  səni  qurban  verərlər, 
sonra  isə  heç  boyunlarına  da  almazlar.  Ən  yaxşısı  kənar 
obyektiv  mürəxəssislərdən  məsləhət  al.  Öz  taleyini, 
sağlamlığını obyektiv adamlardan məsləhət almaqla qur.  
45.
 
Statuslar,  ehtiyaclar  ierarxiyasını  və  ya  qradasiyasını      yarpaq 
modelinə  oxşatmaq  olar.  Yarpağın  başlanğıcı  və  sonu 
ərazisiində yer tutmaq məsləhət deyil. Bura etibarsızdır və rahat  
deyil,  burada  çox  dura  bilməzsən,  yarpağın  başlanğıcı 
dilənçilik,  nökərçilik,  qiymətləndirilməyən  istismar,  son 

 
259 
kasıblıqdır,  hansı  ki  əxlaq  pozğunluğu  yaradır.  Ən  son  hissəsi 
isə həddən artıq varlılıq, böyük ictimai status- hakimiyyətdir ki, 
insanı  bu  pul  və  hakimiyyət  qudurdur,  nəticədə  insan  öz 
yerindən  tez  məhrum  olur,  yarpağın  ortasına  düşür.  Demək, 
bütün fəaliyyətini əvvəldən elə planlaşdır ki, yarpağın ortasında 
olasan  
46.
 
  Müdriklərin dediyi kimi orta vəziyyəti seç. Nəyə görə? Çünki 
orta  vəziyyət  uzun  ömürlüdür,  müvazinətlidir,  rahatdır, 
etibarlıdır.  Orta  vəziyyət    hər  hansı  bir  maddi  hissi,  davranış, 
bilik sahəsində  iki son hədlər arasındakı ( kasıblıq – varlılıq “; 
tələsmək  -  gecikmək;  aclıq  –toxluq;  kəskinlik  –  yumşaqlıq;  
mehribanlıq  –  etinasızlıq,  sevgi-  nifrət    və  s.)  orta  vəziyyəti 
deməkdir.  Davranışda,  fəaliyyətdə,  idmanda  və  qidalanmaqda 
ortanı  deyil,  kənar  hədləri  seçənlərin  ömrü  qısa  olur, 
xəstələnirlər, tez uğursuzluğa düçar olurlar. 
47.
 
Öz  imkanlarına  görə  yaşa,  imkanlarından  artıq  işi,  vəzifəni 
öhdənə  götürmə.  Yeməkdə,  içməkdə,  idmanda  orta  vəziyyəti 
seç və hədləri keçmə. 
48.
 
Cəmiyyətlə,  ətraf  insanlarla,  ailənlə,  fasiləsiz  ünsiyyətdə  ol  və 
ünsiyyət  qaydalarına  ciddi  əməl  et.  Ünsiyyətdə  olmasan,  geri 
qalacaqsan,  yaddaşın  itəcək  və  özün  özünü  unudacaqsan,  tez 
öləcəksən. 
49.
 
Müdrikliyə çatandan sonra özün  xahiş edənlər üçün məsləhətçi 
ol,  onlara  düz  yol  göstər.  Düz  yol  seçə  bilmədiyinə  görə 
insanlar  həyatları  boyu    hədsiz  səhvlər  edirlər.  Ümumiyyətlə, 
məsləhət  xidməti  yarat.    İnsanlara    düz  məsləhət  vermək  ən 
düzgün davranış, ən böyük yaxşılıqdır 
50.
 
 İnsanların  başına  bütün  bəlalar  onların  öz  hərəkətlərindən  və 
ya  hərəkətsizliklərindən  gəlir.  Bu  onların  ağıl,  düşünclərinin 
nəticəsidir. Lakin onlar səhvlərini görə bilmirlər. Ona görə hər 
bir  məsələni  ağılla  gör  və  səhvlər  etməməyə  və  səhvini  tez 
görməyə  və düzəltməyə çalış. 
51.
 
 Səhvlərin  hamısını  insan  görməyə  qabil  deyil.  Bir  hissəsini 
insan daha tez görə bilər. Bir çox səhvləri çox qocalandan sonra 
(50 yaşdan sonra), bəzilərini heç ölənədək də görə bilməz. Ona 
görə  də  səhvlərini  tapmaq  üçün  insanlarla  ünsiyyətdə  ol,  düz 
strategiyalarla,  səmərəli  davranış  növləri  ilə  öz  hərəkətlərini 
müqayisə  et,  diqqətlə  sənə  deyilən  sözlərə  fikir  ver,  onların 
içərisində  bir  həqiqət  var.  İnsanların  əsasən  sənin  barəndə 
qəsdləri  yoxdur,  onlar  gördüklərini,  öz  şəxsi  müşahidələrini 
deyirlər. Bu yaxşı mənbədir. 

 
260 
52.
 
İnsanlar  mühitlərin  müxtəlifliyinə  görə  müxtəlif  növlərə, 
xarakterlərə, 
yaşamaq  üsuluna  malikdirlər-  aldatmaqla, 
hiləgərliklə, 
düzlüklə, 
xəbərçiliklə, 
ara-qızışdırmaqla, 
paxıllıqla,  xəyanətlə,  öz  əməyi  ilə  çalışmaqla.  Eyni  xarakterli 
xasiyyətlilər tez bir - birini tapır, cütlər, qruplar yaranır. Mənfi 
xarakterli belə qruplar  düz adamı tələyə salmaq, onun hesabına 
yaşamaq,  ona  mane  olmaq  istəyirlər.  Düz  adam  həmişə 
qorunmalıdır  ki,  onu  aldatmasınlar,  malını  oğurlamasınlar. 
Hiyləgər, əxlaqsız adamı incitməyə heç kəs cürət etmir.  
53.
 
 Mühit  yaxşılaşdıqca  yaxşı  xarakterli,  davranışlı,  əxlaqa  riayət 
edən adamlar, alicənab, xeyirxah, dostlar, əməkdaşlar meydana 
çıxır  və  çoxalır.  Mühit  pisləşdikcə  bütün  qolu  zorlular, 
qaniçənlər,  yalançılar,  istismarçılar,  rüşvətxorlar,  dələduzlar, 
xainlər meydana çıxır. Bu təbii qanundur. Bunları başa düşərək 
hər 
vicdanlı  adam  özünü  qorumalıdır  və    mühiti 
yaxşılaşdırmalıdır. 
54.
 
 Başqalarına  qiymət  verməyə  çalışma,  vəzifən  tələb  etmirsə. 
Onsuz  da  onlar  səndən  fərqlidir.  Onların  necə  olmasına  görə 
narahat  olma.  Sən,  özün  kimi  ol.  Sənin  öz  səbəbin,  onların  öz 
səbəbləri var. 
55.
 
Heç vaxt din adamlarını özünə ağsaqqal - məsləhətçi seçmə, o 
sənə  məsləhət  verməyə  qabil deyil ;   habelə  əxlaq və      etikanı 
gözləməyəni,  rüşvət  alanı,  həkimi,  alverçini,  aldatmaqla 
yaşayanı həyat məsələlərində özünə məsləhətçi seçmə. 
56.
 
Hər  peşənin,  hər  adamın  özünə  uyğun  peşəsinin,  yaşadığı 
mühitin  yaratdığı  fərqli  düşüncəsi,  dəyərləri,  əxlaqı  var. 
Adamlara münasibətdə bunu nəzərə al və düşünmə ki, onlar da 
sənin kimi düşünməli və sənin kimi olmalıdırlar. Bu ola bilməz
çünki siz müxtəlif mühitdə yaşamış və başqa peşəniz var. 
57.
 
Həyatda,  biznesdə  (  peşə,  iş,    pul  qazanmaqda  )  uğursuzluğa 
düçar olsan, bunun səbəbini öyrən və ruhdan düşmə, yenə çalış. 
Əgər  yenidən  uğursuzluğa  düşsən  bu  o  deməkdir  ki:  1.  Sənin 
həyatda  əldə  etdiyin  dəyərlər,  biliklər,    dünyagörüş  bu  işin 
uğuruna  gətirə  bilməz,  demək  onu  dəyişməlisən;  2.Və  ya 
tutduğun  məqsəd  sənin  qabiliyyət-potensialından  kənardadır, 
məqsədi  dəyiş;  3.  Və  ya  məqsədi  və  onu  əldə  etmək  planını 
səhv tutmusan,  planı dəyiş. Bu üç məsələnin bir - birinə uyğun 
olması və düzgün olması uğurun açarıdır.   Yadında saxla, hər 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin