MÖVcud cəMİYYƏTLƏRDƏ NƏ baş veriR?


Qəbul edilməz  arqument və hərəkətlər



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/29
tarix28.03.2017
ölçüsü2,8 Kb.
#12720
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

 
Qəbul edilməz  arqument və hərəkətlər 
 
31.  Əxlaq  və  qanunun    icazə  vermədiyi  hərəkət  təklif  edilmir.  Bu, 
yalnız  məhdudlaşdırıcı  amillərin  (əxlaq  və  ya    üst  sistemlərin) 
dəyişilməsi haqda təklif verilib qəbul olunduqdan sonra mümkündür. 
32.  Dini  dünyabaxış  və  prinsiplər  və  andlar  sübut  kimi  istifadə  edilə 
bilməz. Fövqəltəbii,  cənnət, cəhənnəm , o biri dünya,  dini kitablardan   
göstərişlər və s. səbəblər   gətirilə  bilməz. 

 
195 
33.  İştirakçı    heç  bir  partiyanı,  milləti,  təşkilatı,  qrupu,  varlı  şəxsi, 
vəzifəni  təmsil  edə  bilməz,  heç  kimin  adından  danışa  bilməz.  Yalnız 
özünü təmsil edir.   
Mövcud  normalar,  ideyalar,  adətlər,  ənənələr,  siyasi  qərarlar, 
müzakirəyə  mane  ola  bilməz.  Hamının  əməl  etdiyi  adət  təklifi 
əsaslandıra bilməz. 
34. Təklif verən başqalarından artıq rifah tələb edə bilməz                                
35.Təklif başqalarının hüquqlarına, həyat şəraitinə, mənafesinə, təbiətə 
zərər 
vurmamalıdır                                                                                                               
36.  Vəzifələr,    varlı  ,    gözəl    olmaq,  bərkdən  qışqırmaq,  və  ya  özünü 
yazıq  göstərmək,  fiziki  və  ya  silah  gücü  heç  bir  üstünlük  hüququ 
vermir. 
37.  Qəsdən,  mənasız  və  zarafat  olmamalıdır,  başqalarını  alçaltmaq, 
istismar  etmək,  aldatmaq,  sionizmi,  antisemitizmi,  rasizmi,  faşizmi, 
hegemonizmi, terrorizmi müdafiə etməməlidir. 
38.  İiştirakçıların  qəsdən  sözləşməsi  və  elm  və  s.,  qanunlar  əleyhinə, 
idrakdan kənar təklif  və ya qərar layihəsi verməsinə  yol verilmir, azad 
iştirak nəticəsində bunun  qarşısı alınır. 
39.  Siyasi  discussiya  və  arqumentlər,    siyasi  metodlar,  texnologiyalar 
qəbul edilmir. 
40. Hamının icra etdiyi adətlər, qəbul etdiyi dünyagörüşlər məsələ irəli 
sürməyə və müzakirəsinə mane ola bilməz. 
41.  Xüsusi  müstəsnaların  yol  verizməzliyi.  Tək,  müstəsna,  xüsusi 
hallar,  yəni  daha  çox  qışqıran,  daha  çox  ağlayan,  xüsusi  imtiyazlar 
tələb  edən  hallar    baxıla  bilməz.  Xüsusi  hallar,  şəxsi  tələbatlar  və 
problemlər  ümumi məsələnin hissəsi kimi təklif və  həll olunmalıdır. 
Belə ehtiyacı olanların hamısının məsələsinin həlli təklif edilməlidir. 
 
Müzakirədə  hakimlik  rolu 
42.  Discussiya  –müzakirədə  hakim  rolu    elm,  texnika,  sosial,  ictimai  
və  təbiət  qanunları,  elmi  tədqiqatlar,  son  elmi  nailiyətlər, 
qanunauyğunluqlar,    bütün  tarixi  faktlar,  təcrübə,    rasionallıq 
prinsipləri, qərarın keyfiyyət kriteriyaları oynayır.  
Ideya,  qərar,  qiymət  və  fikirlərin  sübutu  isə  elmi  texniki  faktların  - 
biliklərin  sübutu prosedurlarına əsasən aparılır. 
Əgər iştirakçılardan bəziləri bunlara məhəl qoymayaraq razılaşmırlarsa 
və  burada  əsaslı    ehtimallar  varsa,  məsələ  müstəqil  ekspertlər,  elmi 
institutlar  tərəfindən  baxılır  və  qiymət  verilir.  Sonrakı    qərarla 
razılaşmayanlar  isə  qəsdən  müzakirəni  pozmağa  cəhd  etdikləri  üçün 
kənarlaşdırılırlar. Bilikləri zəyif olanlar elmi  texniki nümayəndə təyin 
edə bilərlər. Nümayəndə yalnız bir adamın nümayəndəsi ola bilər. 

 
196 
 
İİ. Hazırlanmış qərar və qanunların keyfiyyət meyarları: 
 
Rasionallıq Kriteriyaları  
43.  Məsələnin  həlli  üst  sistemə  uyğun  olmalıdır.  Fəaliyyət,  maddi 
resurlar  ayrılması,  təşkil  ,  şərait  yaradılması,  sistemin  ən  üst  
səviyyəsinə  -  tələblərinə,  məqsədinə,  mədəniyyətinə,  inkişaf 
istiqamətinə  uyğun olmalıdır.  
44.Ümumbəşəri  rasionallıq.  Bu  ümum  bəşəri  mənafe,  məqsəd, 
strategiyalara,  optimal  həyat  səviyyəsinə  uyğunluq;  habelə  Millətlər 
birliyinin  Konstitusiyasına, qəbul etdiyi məqsədlərə uyğunluq. 
45.  Ümummilli  İctimai  rasionallıq.    Ümummilli  mənafeyə,  rəsmi 
planlarda  konstitusiyada    qeyd  edilmiş  ümummilli  strategiyalara 
uyğun  olmalı.  Uzun  dövr  (  gələcək    üçün)  Strateji    məqsədlərə, 
fəaliyyət planına uyğun olması. 
Ümumbəşəri 
mənafe 
ilə 
uyğunsuzluq 
olduqda 
 
məsələ 
uyğunlaşdırılmalıdır (kompensasiya, forma və məzmunu, yeri, zamanı, 
icra qaydası dəyişdirilməklə). 
-  Konstitusiyaya  uyğunluq.  Konstitusiyaya,  qanunlara  uyğun  olması,   
zamanın seçilməsi , məkanın seçilməsi rasionallığı,                          
-  Elmi  qanunauyğunluq.  Obyektlərin,  hadisə  və  proseslərin  real 
xassələrinə və dəyişmə qanunlarına uyğunluqu, 
46. İctimai yerli ərazi rasionallığı. Məsələnin aid olduğu ərazidə qəbul 
olunmuş  strategiyaya,    həmin  insanların  ümumi  mənafeyinə  uyğun 
olmalıdır. 
Milli 
mənafeyə 
uyğunsuzluq 
olduqda, 
məsələ 
uyğunlaşdırılmalıdır (kompensasiya, forma və məzmunu, yeri, zamanı, 
icra qaydası dəyişdirlməklə) 
47.  Prioritetlərə uyğunluq .  Baxılan dövr üçün prioritetlər siyahısında 
olması . Təklif, ideya və məsələ həlli  zamanı 
-  daha effektiv olan sahəyə üstünlük  verilməlidir,       
   -   daha çox əziyyət çəkən insana üstünlük verilir -   cəmiyyətin ümumi 
mənafesinə  uyğunluq  yerli  qayda  və  sərəncamlardan  üstündür,                                                                                                                                                   
  daha  çox zərərli, təhlükəli məsələyə üstünlük verilməlidir, 
Bu  şərt  həmin  an  prioritet  olmayan,  lakin  zəruri  yaşama  haqqı  olan 
digər sahələrin və insanların vəziyyətini, inkişafını pisləşdirə bilməz. 
48. İqtisadi rasionallıq. Daha ucuz,  daha effektiv- miqdarca daha çox 
faydalı,  daha çox adama faydalı olma, az enerji, əmək, material ,vaxt  
tələb edən,  vurduğu zərəri  ödəyən,  daha az zərərsiz. İcra edilə bilmək 
qabiliyyəti.  

 
197 
49. Texniki rasionallıq. Daha sadə və asan icra edilə bilən,  təmir edilə 
bilən,  dəyişdirilə  bilən,  uyğunlaşdırıla  bilən,  daha  etibarlı,  yüksək 
texniki parametrli. 
50.  Gələcək  üçün  rasionallıq.  Təklif,  qərar  gələcək  zamanda,  gələcək 
nəsillər üçün rasional olmalıdır. Onlara problem yaratmamalıdır. 
51.  Ümumbəşəri  elmi  idraka  uyğunluq.    Təklif,  qərar-    ümumbəşəri 
idraka-  ağıla  uyğun  və  ondan  geri  qalmamaıdır.  Bəşəriyyətin  əldə 
etdiyi 
biliklər-layihələr, 
elmi 
əsərlər, 
 
qanunauyğunluqlar  
mövqeyindən  əsaslandırılmalıdır  və  onların  məsələnin  həllində 
tətbiqinin  real  nəticəsi  olmalıdır.  Elmi  –  texniki,    iqtisadi,  ictimai 
qanunlara uyğunluğu, inkişaf qanunlarına uyğunluq; 
52.  Ümumbəşəri  təcrübəyə  uyğunluq.  Ümumbəşəri  tərəqqinin  son 
nəticələrinə  -  nümunələrə,  modellərə,  metaforalara,  paradiqmalara  
uyğun və onlardan geri qalmamalıdır. 
53. Rasionallıq (optimallıq), cəmiyyətin bütövlükdə malik olduğu elmi 
-  texniki,  iqtisadi,  bilik  və  təcrübə  ilə  müqayisə  və  uyğunluq 
cərçivəsində  müəyyən  edilməlidir.  İştirakçının    biliklərdən  xəbəri 
olmaması üzürlü deyil. O bütün zəruri bilikləri tapmalıdır.          
 54.  Faydalılıq,  lazımlılıq  .  Fikir,  ideya  insana,  cəmiyyətə  və  təbiətə 
faydalı olmalıdır (əxlaqa  əməl etməklə).                                                                           
55.  Məqsədə  uyğunluq.  Ideya  və  təklif  ictimai    və  şəxsin  məqsədinə 
uyğun olmalıdır. 
56. İsrafçılıq və həddən artıq olmaması . Zəruri  insani tələbata uyğun 
olmalı  və  ölçülərin  gözlənilməsi.  Cəmiyyətin  ümumi  səviyyəsindən 
artıq  israf  edilməməsi  (bir  neçə  maşın,  hədsiz  nemətlər  toplanması, 
tələbatdan artıq təbii ehtiyatlar sərf olunması) 
57. İnsan hüquqları və sosial prinsiplərə uyğuluq.                                                                
-    Rasional  cəmiyyətin  iqtisadi,  sosial  prinsiplərinə  uyğunluq,  insan 
hüquqlarının təmini,                                                       
-  insanın  təməl  hüquqlarının  ödənməsi:  su,  sanitariya,  kanalızasiya, 
təhsil, sağlamlığın,  yaradıcılığın   təmini, mədəniyyətlə – ədəbiyyat, 
musiqi,  rəsm  ,  kitabxana,  ictimai  toplantı  binaları  və  s.  -    məşğul 
olmaq imkanı  və şəraiti,  sağlam həyat  şəraiti  -  yol,  kommunikasiya 
imkanı-telefon, poçt,və s. 
-      cəmiyyətin  ehtiyacı  olan  istənilən  biznes  və  məşğuliyətin    təmin 
edilməsi, 
-    rasional  cəmiyyətin iqtisadi   idarəetmə, təhsil, insana , ailəyə  şərait 
yaradılması  prinsiplərinə uyğunluq, 
-
 
əmək haqlarının maksimum və minimum hədləri arasında təmini, 
-
 
 bütün  işsizlərin,  əmək  qabiliyyətini  tam  və  qismən  itirmiş 
adamların,  uşaq  və  şagirdlərin  /tələbələrin  uyğun  olaraq  bütün 

 
198 
həyatı boyu işlə və ya maddi müavinətlə təmini və ya kifayət qədər 
təqaüd  verilməklə  yeni  peşə,  ixtisas,  əlavə  bilik,  ixtisasını  artırma 
təlimləri vermək, 
-
 
qiymətlərin  maya  dəyərindən  aşağı  olmaması  (zəruri  halda  dövlət 
kompensasiya  verir)  və  ümumi  mənafeyə  uyğun  -  minimal 
gəlir(rentabellik) və satış faizlərinin olması. 
 
  
Müzakirə və son qərarın qəbulu   
58. Rasionallıqın ölçülməsi və etiraf edilməsi.  
59. Təklif verən sübutun onun hazırladığı eksperimentin vasitəsilə  və 
ya  tədqiqatın  köməyilə  edilməsini  tələb  edə  bilər.  Habelə  müzakirədə 
belə  təklif  verilə  bilər.  Bu  halda  belə  tədqiqatı  və  eksperimentin 
aparılması  sözsüz  qəbul  edilir  və  icra  edilir.  Nəzəri  razılaşmayanlar 
eksperiment nəticələrini qəbul etməlidirlər. 
60.  Etiraz  və  əks  təkliflər,  arqumentlər  və  sübutlarla  düzgünlüyü 
əsaslandırılmalıdır  ki,  təklif  hansı  nəticələr    verəcək  və  bu  bütün 
kriteriyalar üzrə  qəbul edilirmi? 
61.Verilən  ideyalar,  təkliflər  bütün  iştirakçılar  tərəfindən  qəbul 
olunanadək  müzakirə  olunur  və  dəyişdirilir,  sonra    son  versiya  hamı 
tərəfindən tam razılaşmaqla qəbul olunur. 
62. Sübutsuz etiraz və ya razılaşmamaq  sayılmır. Əgər  iştirakçı  yox 
demək  üçün  əsas  göstərə  bilmirsə,  onun  baxılan  qərarla  razı  olduğu  
qəbul  edilir.  Habelə  etiraz  arqumenti  -  sosial,  iqtisadi,  təbiət 
qanunlarına,  rasionallığa,  həqiqətə,  keyfiyyət  kriteriyalarına  uyğun 
deyilsə - yenə sayılmır.    
63. Əgər iştirakçı  etirazını əsaslandıra bilmirsə, lakin  ideyanı, baxışı 
qəbul etmirsə, onda o iştirak etməmiş sayılır. 
64.  Əgər  ideyanın,  qərarın,  baxışın,  qiymətin  düzlüyü  müəyyən  edilə 
bilmirsə  nə  lehinə,  nə  əleyhinə  sübutlar    idraka  cavab  vermirsə  və 
kifayət  deyilsə,    onda  həmin  ideya,  baxış  fərziyyə  kimi  qəbul  edilir, 
lakin  həmişə  müzakirə  obyekti  kimi  qalır,  sübutlar  axtarışı  davam 
etdirilir.  
65. İdeya, baxışın, qərarın müzakirə və qəbulu üç roundda keçirilir, hər 
roundda qəbul edilmiş son versiyalar elan edilir; lakin istənilən zaman 
kimsə  digər  sübut  və  arqumentlər  tapsa,  məsələ  yenidən    yeni  
versiyada  müzakirəyə qoyulur. 
 
İİİ    Hazır  qanun  və  qərarların,  ideya  və  baxışların    əxlaq  və  etik  -
meyarları  
-
 
əxlaq və etik normalara uyğun olmalıdır, 

 
199 
-
 
rasionallıq meyarlarına cavab verməlidir
-
 
aid olduğu ərazi, dövr üçün universal olmalı, 
-
 
həqiqəti  əks  etdirməli  həmin  ərazi  və  insanlar  üçün  və  gələcək 
insanlar  üçün    daha  çox  rasional,  məqsədəuyğun,  təbiət,  ictimai, 
iqtisadi qanunlarla əsaslandırılmış  olmalıdır, 
-
 
digər insanların, qonşuların həyatının pisləşməsinə, işsizliyə səbəb 
olmamalıdır qərar nəticəsində insanların mənafeyinə  zərər  gəlirsə 
bu kompensasiya olunmalıdır, 
-
 
real  ehtiyacların  ödənməsinə,    problemlərin  universal  həllinə 
xidmət etməlidir, 
-
 
humanizm prinsiplərinə cavab verməli, 
-
 
 insan  və  ailə  həyatını  dağıtmağa  –  boşanmaya  səbəb  olmamalı  və  
uşaqların tərbiyəsini və həyatını pisləşdirməməlidir, 
-
 
 insanları  emiqrasiya  etməyə,  qaçqın  və  köçgün  olmağa    məcbur 
etməməlidir, 
-
 
insanın  həyatının  yaxşılaşdırılmasına,  probleminin  həllinə 
yönəlməsi, 
-
 
gələcək  nəsillərin  mənafeyinə,  inkişafına  zərər  vurulmaması  və 
onların daha yaxşı vəziyyətinə xidmət etməsi, 
-
 
təbiətə zərər vurulmaması və bərpası, 
-
 
bərabərlik  prinsipi  –  işlə  təminatda  maddi  rifahın  yaradılmasında, 
bizneslə  məşğul  olmaqda,  kredit  almaqda,  torpaq  ,  dövlət  yardımı 
almaqda  ,  eyni  işə,  vəzifələrə  eyni  əmək  haqqı  verilməsi  ,  eynu 
həyat şəraiti, təhsil, sağlamlıq təminində, mədəniyyətdən istifadədə 
və s., 
-
 
insanlara eyni kriteriyaların  tətbiqi ilə eyni mühakimə olunmaq  və  
qiymətləndirilmək imkanları  , 
-
 
insanların azadlığını məhdudlaşdırmamaq:  söz , mətbuat, yığıncaq 
etiraz nümayişləri , 
-
 
istənilən  adamın  qərar  və  qanun  qəbulunda  iştirak  imkanının  əldə 
edə bilməsi :- təhsil, məlumat, tədqiqat aparmaq, sorğu keçirmək, 
-
 
ictimai  qanun  və  qərarlar  insanları  müxtəlif  sənədlər,  məktublar, 
fikirlərini bildirməkdə formal tələblər qoyaraq çaşdırıb onları sosial 
yardım    və    dövlətin  öhdəçiliklərini  yerinə  yetirməkdən  məhrum 
edə bilməz., 
-
 
vətəndaşın  müraciət  etməməsi  və  ya  hansısa  məlumatı  veməməsi 
dövlətə öz borcunu sosial yardım etmək və  s. icra etməməsinə əsas 
vermir, 
-
 
dövlətin  vəsaitləri  dövlət  icraçılarının  təriflənməsi  üçün,  onlara  - 
kitab,  mahnı  şeir,    yazılması,  heykəl  qoyulması,  mətbuata  və 
nəşriyyatlara, şəxslərə mükafat kimi verilə bilməz., 

 
200 
-
 
xalqın  malı  və  əmlakı  ilə  hər  hansı  dövlət  xadiminin  adına  fond 
yaradıla bilməz, 
-
 
ölkədə  təhsil,  səhiyyə,  mənzil  imkanlarına  malik  olmayan 
insanların olması şəraitində hamıya minimal şəraitin yaradılmadığı 
halda    xalq  əmlakı  hesabına  böyük  əyləncələr,  yalnız  varlı  sinfə 
xidmət edəcək obyektlər tikilə və avadanlıqla təchiz edilə  bilməz. 
Bütün ictimai səhiyyə, mədəniyyət, idman, təhsil obyektləri kifayət 
qədər olmalı, hər bir kəs üçün azad olmalıdır. 
Qeyd  :  istənilən  konkret  şəxsə,  qrupa  aid  qərar  əksinin  sübutu 
olmadıqda, habelə belə hüququ olan başqalarına da bu imkanı vermirsə 
-  bu  diskriminasiya  sayılır  -  qəbul  edilə  bilməz.  Eyni  hüququ  olan 
başqalarının olmadığı sübut edilməlidir. 
 
Rasional həyat tərzi  
 
    Giriş. Rasional həyat tərzi ən ümumi təsvir etdikdə material həyatın 
və  psixi əhvalın rasional təmini prosesindən və fəaliyyətdən  ibarətdir   
İnsanın  həyatı    ritmik  dəyişilən  gecə  gündüz  zamanlarında  keçən  və 
Yer  kürəsinin  müxtəlif    coğrafi  ərazilərində  fərqli  olan  həyatdan 
ibarətdir.  
    Heyvan ehtiyac hiss etdiyi qədər yeyir və artıq yemir, artıq su içmir; 
istədikləri  zaman  erkək    və  dişilər  növün  təbii  qaydalarına  görə  cinsi 
əlaqədə olur; növünün adətinə görə müəyyən zamanda gecə ya gündüz 
yatır, müəyyən qayda ilə qida tapır.  
    Uşaqlar  da  doyduqdan  sonra  yemir,  artıq  su  içmir,  lakin  tam  şüuru 
yetişmiş  20  yaşı  keçmiş    insan  məhz  şüurlu  olduğu  üçün  özünə  ya  
məhdudiyyətlər qoyur, ya da tam azadlıq verir -  artıq yeyir, artıq içir, 
nəyi  nədən  sonra  yeməyi,  nəyi  içməyi,  nə  qədər  içməyə  əhəmiyyət 
vermir;  siqaret  çəkir,    narkotik,  alkoqol  qəbul  edir;  nə  vaxt  necə 
işləməyi,    nə  vaxt,  necə  dincəlməyə,    hansı  metodla  məsələni  həll 
etməyə  əhəmiyyət  vermir,  nəyi  etmək,  nəyi  etməmək  məsələsini  həll 
edə  bilmir.  Bütün  bunlar  insanın  xəstələnməsinə  ,  cəmiyyətdən 
uzaqlaşmasına,  əsəbi,  nayrahat  psixikaya  malik  olmasına,  ətraf  mühit 
və  ailəsində  problemlər  yaratmağa,  ailələrin  dağılmağına  səbəb  olur. 
Bir az utanıb səsini çıxarmayanın haqqı tapdanır, insan bəzən səhv ailə 
qurur  və  necə  davranmağı  bilmir,  nəticədə  ailə  dağılır.  Axı  bunları 
insan qəsdən bilə - bilə edir. Belə çıxır ki, ağıl nə qədər insana düz yol 
göstərirsə, o qədər də insana zərər vurur; insan nə qədər ağıllıdırsa, o 
qədər  də  axmaqdır,  başqa  sözlə,  ağıl  nə  qədər  yaxşıdırsa,  o  qədər  də  
bəladır. Burada dərin həqiqət var. Bu fikri daha ağlabatan formada belə 
demək lazımdır-insanın bir məsələdə - sahədə  nə qədər ağlı çoxdursa 

 
201 
(çoxalırsa),  digər  məsələdə  -sahədə  azdır  (azalır).  Görünür,  insanın 
aktiv  ağıl  həcminin  həddi  vardır  -  faktlar  da  bunu  sübut  edir  - 
idmançının ağlı az olur, alim başqa sahədə elə axmaq şeylər danışa  və 
edə bilər ki, heç dəlinin də ağlına gəlməz.  Toya gedən insan öz ağlına 
görə istədiyi qədər yeyir, istədiyi qədər içir və əvəzində dəhşətli gecə 
keçirir.  
    İnsanlara  elə  gəlir  ki,  nə  qədər  çox  yesən  və  ardıcıllığa,  zamana 
baxmadan hər şeyi  yesən (habelə istədiyini geysən), nə qədər çox mal 
alsan o xoşbəxtlikdir. Ancaq şüuru  yetişməmiş saydığımız uşaqlar və 
şüursuz saydığımız heyvanlar belə eləməzdilər. Əlbəttə, onlarda şüur, 
habelə idrak  var, olmasaydı, onlar yaşamağı öyrənə bilməzdilər.  
    İnsan  həmişə    keçmiş  ağlı,  hissləri  (meyli,  həvəsi)  və  reallığın 
imkanları,  təklifləri  arasında  qalır,  bu  üç  amil  içərisində  qərar  qəbul 
etməli  olur.  Hansına  üstünlük  veməli  -  sualı  yaranır.    Rasionallığın 
elementlərini  biz  uşaqlarda  və  heyvanlarda  görürük.      Rasio  latınca  
ağıl  –idrak  (разум)  deməkdir.  Rasional,  rasionallıq    rasionallaşdırma 
isə  -  idrakı-  ağıllı,  məqsədəuyğun  ,  effektiv,    daha  məntiqi  ,  daha  
xeyirli  və ən optimal variant deməkdir. 
     Rasional  həyat  tərzi  anlayışının  mənasını  açmaq  üçün  hökmən 
dünya  və  şeylərin  sistemik  quruluşu  nəzəriyyəsindən  istifadə 
etməliyik.  Nəzəriyyəyə  görə    heç  bir  şey  özbaşına  ətraf  mühitin 
şərtlərini ödəmədən, mühitin içində özünə layiq yer tutmadan və onun 
tələblərinə  əməl  etmədən  uzun  müddət  effektiv  yaşaya  bilməz.  Məhz 
ətraf  mühitlə  düzgün    əlaqədə  və  asılılıqda  insan  yaxşı  və  sağlam 
yaşaya  bilər.  O  mühitin  elementidir.  Təbii  evolyusiya  nəticəsində  və 
təbii  səbəblər  nəticəsində  insan  doğulan  andan,  onun  sağlamlığını 
(fiziki),  fəaliyyətini  (intellektual),  əhvalını  (hissi)  idarə  edən  bioloji 
ritmlər işə düşür. Fiziki ritm - 23 gün, intellektual ritm - 33 gün, hissi 
ritm – 28 gün sikli ilə təkrar olur. Doğulan da onlar sıfır vəziyyətində 
olur,  sonra  artma  istiqamətində  inkişaf  edir.  Ritmin  ortasında  ən 
yüksək həddə olur, sonra yenməyə başlayır, ritmin sonunda yenə sıfıra 
yaxınlaşır.  Ritmlə  qalxma  istiqamətində  artdıqca  insanın  psixi  halı, 
intellektual  qabiliyyəti-  özünü  idarəsi  və  fiziki  sağlamlığı  yaxşılaşır, 
azaldıqca isə pisləşir, ritm başa çatdıqdan sonra isə yenidən qalxma baş 
verir.  Bu  prinsipə  görə  hər  insanın  istənilən  zaman  ritmin  hansı 
hissəsində  olduğu  hesablanmaqla  tapıla  bilər  və  o  özünə  lazımı 
davranış seçə bilər. İnsan öz mühitini yaradır və orada yaşayır, habelə 
gələcəyi  də  nəzərə  almağa  məcburdur,  əks  halda  uzun  müddətə  yaxşı 
yaşaya  bilməz.    İnsan  yaşadığı  ərazinin  təbiətinin  ritminə  uyğun, 
verdiyi  qida  imkanlarına  uyğun,  təbii  ehtiyaclarını  təbiətin  qoyduğu 
tələblər,  imkanlar  çərçivəsində,  qaydada  ödəməlidir.    İnsan  üçün, 

 
202 
demək,  ən  optimal  yaşayış  vasitəsi    könüllü  olaraq  təbii  ərazinin 
yetişdirdiyi  bitki,  heyvan  və  balıqla  qidalanmaqdır.  Həmin  ərazinin 
gecəsində  yatmalı,  gündüzündə  işləməlidir.  Hər  adamın  həyatı  
planetin  həmin  ərazisinə  uyğun  olmalıdır.  Məsələn,  Hindusun  acı  və 
bibərli yeməyi həmin ərazi üçün rasionaldır, başqa ərazilərdə başqa cür 
qida rasionaldır. Təkcə qidalanmaq  deyil, iş və sosial həyatda iştirak, 
biliklər,  təhsil  prosesi,  yaradıcılıq  ,  mədəniyyət    həyatın  tərkib 
hissələridir.  İnsanın  yaxşı  sağlam  həyatı,  çox  yaşaması,  öz  nəslinə 
yaxşı miras qoyması üçün məhz insanın bütün həyat dövrü və müxtəlif 
fəaliyyətləri  rasional  -  ağıllı  olmalıdır.  Onun  bütün  fəaliyyətləri  –
qidalanmaq, yatmaq, idman, dincəlmək, işləmək, yaratmaq, oxumaq və 
s hamısı bir - biri ilə əlaqədardır və insanın  yaxşı  yaşamasına xidmət 
edir – hamısı insan həyatıdır. 
     Rasional  həyat  tərzi  insanın  olduğu  mühitlə  əlaqədə  və  onun 
şərtlərini ödəməklə daha ağıllı, daha optimal həyat  deməkdir. 
Nəticə:  
 Rasional  həyat  tərzi    təbiətin  ritminə  uyğun  olaraq  təbii  qidalarla 
qidalanmaq  və  su  içmək,  ehtiyaclarını    rasional  qayda  və  rejimlə 
ödəmək,  təbii  qocalma    və  orqanizmin  mənfi  dəyişiklərini    zəruri 
diaqnostika    vasitəsilə  aşkar  etmək  və  rasional    qidalanma  rejimi  və 
təbii bitkilərlə bərpa  etməklə  bədənin sağlamlığını saxlamaq, rasional 
iş  rejimi,  rasional  ünsiyyət,  rasional  idarə,  qanun  hazırlanması,  birgə 
əməkdaşlıq, yaradıcı effektiv həyat tərzidir. Dövlətin ilk vəzifəsi məhz 
hər  bir  insana  rasional  həyat    yaşamağa  imkanlar,  şərait  ,  azadlıq 
yaratmaqdır. 
Qeyd  edirəm  ki,  həyat  tərzi  bəzi  fəlsəfi  təlimlərə  görə  eyni  zamanda 
mədəniyyət anlayışını əks etdirir. Ona görə Rasional həyat tərzi, habelə 
Rasional  Mədəniyyət  adlandırıla  bilər.  Aşağıda  rasional  həyat  tərzi 
konsepsiyasının bütün elementləri təsvir olunur. 
  
 Rasional həyat tərzi, rasional mədəni həyat. Konsepsiya.  
 
Rasional həyat tərzi anlayışı aşağıdakı 12  həyat və fəaliyyət sahələrini 
əhatə edir: 
1. Rasional sağlam  həyat tərzi 
-
 
qidalanma , hərəkət,  idman. Rasional qayda və rejimlə təbiətin 
ritminə  və  insanın  bioloji  ritminə  uyğun  olaraq  təbii  qidalarla 
və  düzgün  qidalanmaq  və  təbii  təmiz  su  içmək.  Dini  tələbləri 
optimallıq  və  məqsədəuyğunluq  prinsipinə  uyğun  gəlmədiyi 
üçün rədd etmək 

 
203 
-
 
təbii  qocalma    və  orqanizmin  mənfi  dəyişiklərini    requlyar  
diaqnostika    ilə    rasional    qidalanma  rejimi  və  təbii  qidalarla  
bərpa  etmek.    
-
 
təbii  cinsi  ehtiyacların  düzgün  icrası  ,  bədənin  sağlamlığını 
saxlamaq, müalicə 
-
 
orqanizmin periodik təmizlənməsi. Sanitariya və gigiyena    
-
 
gecə yuxusu  
-
 
ruhun -psixikanın rahatlanmasının əldə edilməsi 
-
 
meditasiya,   özünü təlqin və inandırma  metodlarından istifadə
söz və fikir gücündən  özünü müalicə  və aktiv  sağlam əhvalın 
saxlanması  üçün  istifadə 
2.  Rasional  yaradıcı  həyat  tərzi.  Məşğul  olduğun  sahədə  və  ya  əlavə 
sevdiyin:  elm sahələrində (fəlsəfə,  bilogiya, zooloqiya, psixologiya..)  
və  tətbiqində,  texnikada,    peşə  və  bacarıqlar  sahəsində  yeni  kəşvlər, 
ixtiralar,  metodlar,  növlər,  üsullar,  biliklər,  modellər,  nümunələr, 
əsərlər  yaratmaq, ifa və icra etmək. 
3. Rasional  iş, əmək fəaliyyəti 
-
 
iş  rejimi  (  başlamaq  qaydası,  fasilələr,  yorğunlğu  azaltmaq,  
diqqətin  cəmlənməsi,  iş  fasilələrində  zəruri  idman  və  əyləncə 
oyunları), 
-
 
kollektivdə davranış və zəruri  xoş sosial mühit, 
-
 
peşə qabiliyyətinin  və biliklərinin artırılması, 
-
 
iş  funksiyasının  icrasında,  məsələ  həllində  rasional  metod  və 
prinsiplərdən istifadə, 
-
 
iş mədəniyyəti, işin rasional təşkili, 
-
 
iş  yerinin rasional təşkili, avadanlıq, rənglər, 
4.  Rasional  istirahət.  Dincəlməyin  rasional  forması  və  qaydalarını 
müəyyən edilir və buna uyğun olaraq iş qüvvəsi, həvəs, enerji , rahatlıq  
bərpa edilir. 
5. Rasional ünsiyyət 
6. İctimai – mədəni həyat, birgə edilən mərasimlər. İctimai tədbirlərın  
(iclaslar,  discussiyalar,  problem  həlli  iclasları  ,  ictimai  mərasimlər  – 
toy,  ad  günü,  qonaqlıq  ,    yas,    dəfn  və  yada  –  salma)    rasional   
prosedurları, ssenariləri, modelləri yaradılır və tədbilər bunlara uyğun 
aparılır.  
7. İctimai yerdə və fəaliyyətdə rasional əxlaq, nəzakət və davranış və 
etiket  tələblərinə  əməl  edilməsi.  Rasional  əxlaq,  davranış  nəzakət  və 
etiket qaydaları  yaradılır və əməl edilir: İş kollektivində,  qonaqlıqda, 
toy,  ad  günləri,  bayram,  iclas,  rəsmi  qəbul,    konsert,  idman  ,  oyun 
yarışı,   nəqliyyat,  küçədə, icma daxilində . 
8.  Rasional ailə qurmaq və rasional ailə həyatı. 

 
204 
9. Rasional özünü - tərbiyə və uşaq və gənclərin tərbiyəsi 
10.  İctimai  idarədə  iştirak.    Rasional  ictimai  qanun  və  qərar 
hazırlanması prosesində birgə iştirak və əməkdaşlıq 
-
 
prosesin  öyrənilməsi  (qərar  qəbulu  sistemi:  prosedurlar, 
kriteriyalar və iştirak mexanizmi,  
-
 
rasional idarə sistemi (dövlət) 
-
 
fikir, ideya təklif etmə qaydalarının öyrənilməsi 
-
 
iştirak prosesi 
11.  İctimai  İcraçıların  qiymətləndirilməsi.    İctimai  İcraçılara  (dövlət 
məmur  və  qulluqçularına)  İctimai  müşahidə  və  qiymət  verilməsi 
prosesində iştirak 
12. Həyat boyu  hər insanın  təlimi, təhsil prosesi:   
-  şəxsi  peşə  haqda    biliklərin  genişləndirilməsi,  yeni  bacarıqların 
öyrənilməsi 
-  ictimai  qanun  və  qərar  hazırlanmasında  iştirak  üçün  yeni    bilik  və 
bacarığın əldə edilməsi;  
- Rasional fəlsəfə, iqtisadiyyat, sosiologiya, psixologiya və idarə etmə 
elmlərini;  analiz,  qiymət  vermə  metodları,  və  yeni  texniki  vasitələri 
öyrənmək 
     Qeyd: Rasional həyat tərzi nümunələri, normaları məsələn, əxlaq və 
etik,  nəzakətli  davranış  normaları,    rasional  qərar  qəbul  etmə 
posedurları    və  s.  avtomatik  olaraq  insanların  onu  əməl  edəcəkləri 
demək deyil. Bilmək hələ əməl etmək deyil. İnsanlar öz davranışlarını 
çox  mürəkkəb  amillər  əsasında  öz  ağılları  çərçivəsində  bilik  və 
normaları, reallığı, gələcək nəticələri  nəzərə alaraq  seçməyə çalışırlar. 
Çalışırlar,  lakin  həmişə  az  ya  çox  dərəcədə  səhv  edirlər.  Yaşadıqca 
fasiləsiz öyrənirlər.  Onlar hər bir addımlarının rasional  formalarını  və  
üsullarını    bilməsələr,  habelə  hansı  addımı  atmağı  seçə  bilməsələr, 
daha çox səhv etmiş olardılar və bu onların şəxsi həyatını və insanlar 
arası münasibətləri daha çox pisləşdirərdi. Məhz bilməmək, həqiqətən, 
mövcud  problemlərin  -  bəşər  sisteminin,  müxtəlif  dövlətlərin  qeyri  - 
rasional  quruluşda  olması;,  müharibələrin,    kasıblıqdan,  xəstəlikdən, 
hüquqsuzluqdan  əzab  çəkməyin,  təbiətin  dağıdılması,  israfılığı,  
silahlanma və cinayətkarlığın - səbəblərindən biridir.  
     Problemlərin  digər  səbəbi  bilmək  istəməməkdir.  Özündə  yaxşı 
yaşamaq  üçün,    istəmək  həvəsi  yaratmaq  üçün    hər  insan  özünü  və 
mühitini dərk etməlidir. Ancaq bundan sonra o tapdığı problemləri həll 
etmək istəyəcəkdir, yəni rasional həllini bilmək istəyəcəkdir. Özündən 
asılı problemləri o, öz fəaliyyətilə həll etmək istəyəcək,  lakin ümumi 
mühitdən yaranan problemləri məhz ictimai mühiti səmərələşdirməkdə 
başqaları  ilə  birlikdə  iştirak  etməklə  həll  etmək  istəyəcəkdir.  Özü  - 

 
205 
özünü  və  mühiti  dərk  etmək    isə  həmişə  asan  deyi.  Bunu  hər  adam 
ekspertlə, mütəxəssislə məsləhətləşməklə asan edə bilər. 
     Bu  nöqteyi  nəzərdən    rasional:  həyat  tərzi,  qərar  və  qanun 
qəbuletmə  sistemi,  əxlaq,  rasionallıq    kriteriyaları,  idarədə  iştirak 
mexanizmi  və  s.  insanlara    daha  rasional  yaşamaq,  rasional  seçim 
etmək, problemlərini həll edəcək amil olacaqdır. Nəticədə ümumbəşəri 
problemlər  həll  ediləcək,  əbədi  sülh    yaranacaq,  konfliktlər  kəsiləcək, 
insanlar daha xoşbəxt yaşayacaqlar. 
 Rasional Həyat Tərzinin bəzi sahələrinin izahı. 
 
Bu sahələrin hər birinin rasional yaradılması, təsviri, istifadəsi, inkişafı 
sisteminin  hazırlanması  zəruri  məsələdir.  Lakin  mən  müəyyən 
imkanlar  məhdudiyyəti  çərçivəsində  yalnız  bəzi  sahələr  haqda,  bəzi 
tələblər haqda özümün düşündüyüm qısa izahatı verməyi qərara aldım. 
Gələcəkdə bu mövzunun tam işlənməsini və inkişafını sizin öhdəsinizə 
buraxıram. Yaddan çıxartmayaq ki,  ictimai ideya həm bütün cəmiyyət 
tərəfindən, həm də gələcək nəsillər tərəfindən, hər bir insan tərəfindən 
irəli sürülməli, dərk edilməli, müzakirə olunmalı və qəbul edilməlidir. 
Rasionallıq məhz bunu tələb edir. Heç bir ideya ehkam deyildir.  
Rasional  həyat  tərzinə  daxil  olan  ictimai  idarə  sistemi  və  onda  iştirak 
yuxarıda  təsvir  olunmuşdur.  Aşağıda  isə  digər  bəzi  elementlər  təsvir 
olunur.  
 
 Rasional həyat tərzində rasionallığın ən ümumi  tələbləri 
 
-  hər  bir  fəaliyətdə  ölçülərin  öyrənilməsi  və  ölçülərə-hədlərə  əməl 
edilməsi, 
-  hər  bir  hərəkətin  -  qidalanma,  iş,  dincəlmək,  təbii  və  gündəlik 
ritmlərlə, fəsillərlə  uyğun olması, 
- hər bir işi ehtiyaca görə icra etmək, 
-  ailənin  qurulmasında,  arzuların  icrasında,  qidalanmada  ,  işləməkdə  
zorakılığa yol  verilməməsi
-  hər  bir  işin  icrasında  onun  variantlarının    ən  optimalını  əxlaq 
normalarını pozmadan, seçmək, 
- başqaları ilə ünsiyyətdə aldatmağa cəhd etməmək, bu geci - tezi aşkar 
olacaqdır, 
-  başqaları  ilə  münasibətdə  rasional  əxlaq  və  davranış  qaydalarına, 
habelə , 
- ünsiyyət qaydalarına əməl etmək , 
- nayrahatçılıq yaradan hərəkət, davranış, sözlərin,  pis vərdişlərin ləğv    
edilməsi, 

 
206 
- nəzakətli davranış qaydalarına əməl etmək, 
- insanlar içində  üzündə xoş təbəssüm saxlamaq, 
-  insanlarla  münasibətdə  onun  pislik  etmək  barədə    ona  pislik  arzu 
etmək haqda düşünməmək, 
Bədənin uzun ömürlülüyünü və sağlamlığını üçün aşağıdakı həyat tərzi 
məsləhət görülür: 
-  təbii  həyat  tərzini  saxlamaq,  təbiətlə  yaxın  olmaq  və  onun 
görünüşünü hiss etmək və həz almaq, 
- ərazinin verdiyi təbii qidalarla qidalanmaq və təbii təmiz su içmək, 
-  gündəlik  hərəkətdə  olmaq,  fiziki  iş  olmadıqda  hər  səhər  və  iş  arası 
idman etmək, 
- düzgün və rasional qidalanma - orqanizmdə turşu və qələvi balansını 
saxlamaq,  maddələr  mübadiləsini  normal  getməsinə  nəzarət  etmək, 
qidaları müəyyən edilmiş qaydada, qarışdırmadan qəbul etmək, artıq 
yeməmək və artıq maye qəbul etməmək, 
- xəstələndikdə təbii üsullarla qida maddələrini və rejimini dəyişməklə 
və bitkilərlə, təbii müalicəvi sularla və maddələrlə müalicə olunmaq; 
bunlar bəs etmədikdə dərman və cərahiyyədən istifadə etmək, 
- qidanı ehtiyaca görə qəbul etmək 
- ildə bir dəfə tibbi yoxlamadan keçmək 
 
 Rasional əxlaq kodeksi 
 
    Əxlaq    insanların  cəmiyyət  daxilində  və  ya  cəmiyyətlərin  digər 
cəmiyyətlər  mühitində  optimal  davranış  tərzidir  ki,  bu  zaman  birinin  
hərəkəti  digərinin  yaşamaq  və  inkişaf  etmək  məqsədlərinə,  qəbul 
edilən  formada  icra  edilərək  mane  olmur  və  bütün  çoxluq    təkin 
fəaliyyətilə razılaşır. (Bax hissə 1)  
Əxlaq, davranışların amplitudasını - son hədləri  azaldır. Məlumdur ki, 
zaman  üzrə  davranışların  qrafikini  çəksək,  sinusoid  alarıq  (bax  
hissə1). Bu sinusoid düzgün sabit sinusoid deyil; yaşa görə, dövrə görə 
o çox qeyri - səlisdir;  yaşa dolduqca sinusoidin amplitudası və  dalğa 
uzunluğu azalır, o düzəlməyə çalışan xətt formasına düşür. Bu prinsip, 
habelə  xalqlara,  cəmiyyətlərə,  kollektivlərə  -  bütöv  bəşər  sisteminə 
aiddir.  İnsan  davranışında  getdikcə  kəskin  amplitudalar  (hədlər, 
sıçrayışlar)  –  azalır,  bu  xətt  düzəlməyə  başlayır,  şübhəsiz,  nə  vaxtsa 
yenidən  (mühitin  keçid  nöqtələrində)  artmağa  başlayır.  Bu  həyatdır. 
Bunu dərk etmək lazımdır və davranış hədlərinin “qızıl orta” ətrafında 
getməsinə  çalışmalıyıq.  Hər  insanda  bu  çox  fərqlidir.  Ona  görə  biz 
hamımız  könüllü  öz  səhvlərimizi  boynumuza  almalı,  insanilik 
göstərməli,  digər  adamda  görünən  səhvin  bizim  özümüzün  də  edə 

 
207 
biləcəyimizi  anlamalıyıq,  müqəddəslərin  olmadığını  anlamalıyıq. 
Oğurluq  və  qətlərin  siqaret,  narkotik  qəbulunun,  içginin,  cinayətlərin 
qarşısını  almaq  üçün  ailədə,  küçədə  ictimai  yerdə  necə  davranmaq, 
necə  yşamaq  haqda  məktəblərdə  təlim  verilməlidir.  Bunlar  hamısı 
konkret situasiyaların nəticəsidir ki, hamının başına gələ bilər  
     Zaman keçdikcə insanların biliyi və təcrübəsi – şüuru artır, nəticədə 
o, öz keçmiş həyatını qiymətləndimək üçün yeni mövqeyə malik olur. 
Bu zaman, insan hökmən hansısa səhvi etməsini aşkar edir. Bu səbəbə 
görə insan səhvsiz ola bilməz, həyatda həmişə onun yeni ağlı bu səhvi 
aşkar  edəcəkdir.  50  yaşdan  sonra,  adətən    insanın  özünü 
qiymətləndirməsi  dövrü  gəlir  -  peşmançılıq,    təssüf,  günahlarının, 
səhvlərin əzabını çəkmək, yaxşılıqlara aldığı pisliklərin  yada düşməsi-
psixi hayrahatçılıq dövrü başlayır
 . 
İnsan öyrənə - örənə yaşayır, yaşaya - yaşaya öyrənir.  
Səhvlərin  səbəbi  stereotip  düşüncə,  köhnə  yaddaş,  bir  hadisə  haqda 
biliyi başqalarına da aid etmək, səhv anlamaq, imkanları və gücü səhv 
hesablamaq,  psixi  emosiyalar,  şəxsi  meyl,  həvəslər,  yanılmaq, 
illuziyalar və sair ola bilər.  
       Qiymət verərkən isə əvvəl özümüzə qiymət verib, sonra başqasına 
qiymət verməliyik. Bu işdə bütün davranışları nəzərə alaraq qiymətini 
verməliyik,  əgər  bəzilərini  hesaba  almasaq,  bu  qiymət  səhv  olacaq. 
Nəticədə biz görəcəyik ki, insanın bütün davranışı(daha çox), mühitin 
onu idarə  etməsi,  mühitə  reaksiyadır.  Demək,  əxlaqi davranış  üçün a) 
mühiti dəyişmək və rasional etmək, b) əxlaqı və rasionallığı öyrənmək 
-  təkmilləşmək  lazımdır.  Bu  hər  iki  amilə  Rasional  cəmiyyət  ciddi 
əhəmiyyət verir. 
     Əxlaq iki formada özünü göstərir 1) hərəkətlə - buna davranış  və 2) 
fikir  bildirməklə  -  sözlə,  yazı,  mimika  ilə    -  buna  ünsiyyət  deyilir. 
Əxlaqın əsasında xeyirxahlıq, yaxud bədxahlıq; yaxşı – pis anlayışları 
durur.  Rasional əxlaq kodeksi əxlaqi davranış  normalarını əhatə edir. 
Bütün əxlaq normaları cəmiyyətin məhsuludur. Əxlaq normaları ayrı - 
ayrı  şəxslər  tərəfindən,  habelə  hakimiyyət  tərəfindən  fikir,  nümunə 
formasında  yaradılır,  cəmiyyət  isə  seçir-  ya  qəbul  edir,  yaşadır,  ya 
imtina  edir.  Bəzən,  cəmiyyət  ona  təlqin  edilən  istəmədiyi  əxlaq 
normasını  saxlayır,  çünki  hakimiyyət  və  ictimai  sistem  bunu  məcbur 
edir.  Aşağıda    insan  icmalarında  ancaq  özü  -  özünü  idarə  edən 
cəmiyyətin ən ümumi əxlaq normaları  verilir. Burada dövlət və  bazar 
iqtisadiyyatında iş verənlərin və dövlət  məmurlarının əxlaq normaları 
nəzərdə  tutulmur,  belə  ki,  onların  real  etik  prinsipləri  cəmiyyətdən 
funksiyalarının  müxtəlifliyinə  görə  fərqlidir.  Onlar  üçün  daha  geniş, 
əlavə normalar vardır. 

 
208 
       Burada,  habelə  təbiətə  münasibət,  həkimlik,  elmi,  bədii 
yaradıcılıq,  iqtisadi  idarəetmə,  dövlətlər  və  icmalar  arası  normalar 
verilmir. Bunlar ayrıca hazırlanmalıdır. 
      Hesab edilir ki, icma və  ya cəmiyyət müxtəlif əlaqələrlə, asılılıqla 
bağlı insan birlikləridir. İcma və cəmiyyətlər müxtəlif millətlərdən və 
dünyagörüşlü insanlardan, dini və ya qeyri - dini insanlardan ibarət ola 
bilər. Əxlaq normaları  ehkam  deyil, hər bir cəmiyyət  xüsusi normalar 
yarada  bilər  və  təkmilləşdirə  bilər.  Lakin  onlar  tezi  -  geci  inkişaf 
tendensiyasına  uyğun  olaraq  insanların  getdikcə  artan  əlaqələrini 
qaydaya salan yeni  rasional normalar qəbul etməli olacaqlar. 
         Rasional  cəmiyyətdə  əxlaq  kodeksi,  etik  davranışlar,  ünsiyyət 
qaydaları cəmiyyətin təşkili, sosial, iqtisadi  prinsipləri, qanun və qərar 
qəbulunda  iştirak  mexanizmi,  prosedurlar  və  kriterityalar,  rasional 
həyat  tərzi,  cəmiyyətin  ümumi  dəyərlərini  əks  etdirir.    Hər  bir  icma, 
cəmiyyət müstəqil olaraq özünə kodeks hazırlayır və qəbul edir 
 
Rasional  insanın    öz  icması    və  digər  icmaların    üzvlərinə 
münasibətdə  
qısa rasional əxlaq və etik dəyərlər kodeksi nümunəsi.  
 
1.
 
İcma  üzvlərinin  ailə  üzvləri  kimi  qarşılıqlı  münasibəti 
saxlaması;  hər  kəsin  digərinə  qayğı  göstərməsi,  probleminin 
həllinə yardım etməsi 
2.
 
Rasional  ünsiyyət  qaydalarına  əməl  et  (ümumi  və  hər  bir 
fəaliyyət sahəsinə aid) 
3.
 
Kömək et –kömək etsinlər  
4.
 
Tərbiyəli, ağıllı, əxlaqlı insan ən hörmətli varlıqdır. 
5.
 
Səmimilik  və    aldatmamaq,  səhv  etdikdə  üzr  istəyib  səhvi 
düzəltmək 
6.
 
Başqalarına özünə istədiyin kimi münasibət saxla 
7.
 
Yoldaşlara və qrup üzvlərinə inanmaq və etibar etmək 
8.
 
Eqoizm və paxıllıq hisslərini başqalarının zərəri hesabına təmin 
etmə  
9.
 
Başqalarına zərər vermə 
10.
 
Başqasına qarşı zorakılığa yol vermə, nəzakətlə davran 
11.
 
 Hər  kəs  cəmiyyətdə  özünü  başqası  ilə  bərabər  hüquqlu  
saymalıdır. 
12.
 
 Birgə  fəaliyyətdə  bərabər  iştirakdan  əldə  edilənləri  bölmək 
qərarı versəniz  bərabər bölgü prinsipinə əməl etməli. 
13.
 
Humanistlik.  İnsanlara  qarşı  rəhmdillik,  xeyirxahlıq,  çətinliyi 
olanlara kömək et, başqaların səhvlərini bağışla. 

 
209 
14.
 
 Ümumi əmlaka sərəncamı  rasionallıq kriteriyalarından istifadə 
etməklə vermək və birgə fəaliyyəti bərabər iştirakla icra etmək  
15.
 
Ümumi  əmlak  və  təbii  sərvətlərin  xeyri  bərabər  bölünməlidir, 
bir hissəsi isə  ümumi ehtiyaclara sərf edilməlidir. 
16.
 
 Kollektiv:  mənafe,  təhlükəsizlik,  həyat  vasitələri,  fərdi 
mənafedən üstün təmin olmalıdır. 
17.
 
 Özünə xoş gəlməyən hərəkəti başqasına qarşı etmə. 
18.
 
 Başqaları ilə elə rəftar et ki, sənə də elə rəftar etsinlər. 
19.
 
Səhv etdikdə onu anlayandan sonra  hərəkətini dayandır, etiraf 
et və üzr istə, vurduğun zərəri ödə. 
20.
 
 Fiziki çətinliyi olan adama hərəkət etməkdə kömək et. 
21.
 
 Başqa xalqları, etnosları, ölkələri qəsb etmək, öldürmək  üçün 
döyüşə getmə. 
22.
 
 Hər xalqın, millətin, etnosun  və insanın necə yaşamağı, hansı 
həyat tərzi seçməsi  konstitusiasını necə yazması və hansı dini 
qəbul etməsi və etməməsi öz işidir. Başqalarının bu məsələlərə 
zorla təsir etməsi və məcbur etməsi yolverilməzdir. 
23.
 
 Özündən zəyifləri sözlə aldadıb  özünə qulluqçu etmə, malını, 
pulunu alma.  
24.
 
Öz işini özün gör, başqasına buyurma . Öz əməyinlə yaşa. 
25.
 
Başqasını istismar etmə. İstismar əvəzi ödənilmədən və düzgün 
qiymətləndirilmədən işlətməkdir. 
26.
 
Yaxşılığın və xidmətin əvəzini yaxşılıqla ödə və unutma. 
27.
 
 İcma qarşısında hər kəs öz borcunu düzgün icra etməlidir. 
28.
 
Ümumi mənafeyə aid işləri birlikdə gör və bunu özün təşkil et, 
başqasını gözləmə. 
29.
 
 Oturmaq istədikdə yeri əvvəlcə özündən yaşlılara təklif et. 
30.
 
 Öz  yaşına  və  statusuna  uyğun  yüksək  ağıl  və  davranış 
nümunəsi ol. 
31.
 
 İnsanların  daha  rasional  davranması  yolunu,  probleminin 
həllini bilirsənsə de, gizlətmə. 
32.
 
 İcazə verilməyənədək başqasının əmlakından istifadə etmə. 
33.
 
 Bədbəxt  hadisə  və  ya  yas  olduqda  baş  çək,  mənəvi  yardım  et 
və imkana görə  yardım et . 
34.
 
Yanılan adamı başa salmaq insanlıq borcudur. 
35.
 
Qaytara bilməyəcəyin borcu alma. 
36.
 
 Heç kimə borclu qalma. 
37.
 
Yalandan  söz  vermə,  bacara  bilməyəcəyin  vəzifəni  öhdənə 
alma. 
38.
 
 Başqasının şəxsiyyətinə həmişə hörmət et və səhv etdikdə üzr 
istə. 

 
210 
39.
 
 Çalış  işi    məhkəməyə  çatdırmadan  anlaşma  ilə  və  haqları 
pozmadan həll et. 
40.
 
 Səni narahat edən insandan uzaq ol. 
41.
 
 Cəmiyyətin işinə yara, sənin də işinə yarasınlar. 
42.
 
 İcma  üzvləri  kimi  bir  -  birinə  qarşılıqlı  kömək  et:  işsiz 
olduqda,  xəstələndikdə,  çətinliyə  düşdükdə,  problem  olduqda, 
kömək istədikdə. 
43.
 
Toy və şənliklərə icma üzvlərini dəvət et.- onlardan pul alma 
44.
 
 Səhv  hərəkət  etmiş  insanı  qanun  və  əxlaq  mövqeyindən  başa 
sal və kömək et. 
45.
 
Əməkdaşlıq et,  bu  cəmiyyətdə ən vacibdir . 
46.
 
 İcma üzvlərini aldatma və yalan uydurmalarla iş görmə. 
47.
 
 Başqasının malını mənimsəmə. 
48.
 
Ədalətli ol.  
49.
 
 Dözümlü və özgələrin  həyat tərzinə təbii bax. 
50.
 
 Gələcək nəsillərin qayğısı indidən çəkilməlidir. 
51.
 
Təhsil almaq imkanı fundamental insan hüququdur. 
52.
 
 Başqalarının əziyyətlərini azaltmaq insanların borcudur. 
53.
 
 Qoy sizin faydalı biliklərinizi başqaları da  bilsin! 
54.
 
 Hər işini aid olan adamlarla əməkdaşlıq və razılaşma ilə gör. 
55.
 
 İnsan  digər    adamların  əmlakını  almaq  üçün    zorakılıq  edə 
bilməz.  
56.
 
 Səni sevəni sev; sevilmək üçün sev. 
57.
 
Başqa millətlərə və xalqlara öz icman kimi münasibət saxla. 
58.
 
Əxlaqla yaşamaq üçün öz yaşadığın dövləti, icmanı, kollektivi 
əxlaqi et. 
59.
 
Ölən – Əziyyət çəkən günahkardır. 
60.
 
Allah  təbiətdən  kənar  naməlum  varlıq  deyil.  Allah  -  olmağın 
təbii  qanunudur,  mühitdir,  əbədi  mövcudiyyət  -  davamiyyət, 
çevrilmə,  dəyişiliklər  qanunudur.  O  heç  kəsi  peyğəmbər 
seçmir, o danışmır. 
61.
 
Təbiət,  mühit  özü  –  özünü  yaradan,  əvvəlki  mühit  tərəfindən 
yaradılandır.  
62.
 
Allaha,  cinə,  şeytana,  mələklərə    inanmaq    və  inanmamaq  hər 
kəsin şəxsi  işidir. 
63.
 
Allahın  vəkili  yoxdur.  O  xüsusi  formalı  bir  varlıq  deyildir.  O 
heç  kəsi  peyğəmbər  seçmir,  heç  kəsə  üstünlük  vermir.  Onun 
daxilində hər kəs öz iştirakı ilə - potensialına görə ona ayrılmış 
yeri –statusu qəbul edir. 
64.
 
Allahın sitayişə, ibadətə ehtiyacı yoxdur. 
65.
 
Meditasiya insanlara ruhunu rahatlamaq üçün lazımdır. 

 
211 
66.
 
Allahı mistikləşdirənlər, onun vasitəsilə öz ciblərini,  nüfuz və 
hakimiyyət əldə etməyi güdürlər.  
67.
 
Cəmiyyətin  yaşadığı  ərazidə  bütün  təbii  sərvətlərdən    və  onun 
iştirakı ilə yaranan ümumi gəlir hamıya bərabər çatmalıdır. Bu 
gəlirin  bir  nəfər  və  qrup  tərəfindən  mənimsənilməsi  qeyri  – 
etikdir 
68.
 
Nəyə  və  necə  sitayiş  etmək  və  etməmək  hər  kəsin  şəxsi 
hüququdur, heç kəs buna qarışa və zor işlədə bilməz. 
69.
 
Öz taleyini özün müəyyən et, öz həyatını özün qur. 
70.
 
 Öz  ağlınla  yaşa.  Lakin  kollektiv  ağıldan  öz  ağlına  əlavə  et  - 
ağlını artır. 
71.
 
Başqasının  sənin  xeyrini  sən  istədiyin  kimi    güdəcəyinə 
inanma, şübhə et. 
72.
 
Təkmilləşmək  və  mühiti  yaxşlaşdırmaq  üçün  əməkdaşlıq  daha 
yaxşı vasitədir. 
73.
 
Əxlaq və mənəviyyatı unutma. 
74.
 
Deputata, prezidentə, nazirə  inanınıb gözləmə,  özünə güvən 
75.
 
Yaxşı  qurulmuş  maşından  yaxşı  iş  gözlə.  Yaxşı  qurulmuş 
cəmiyyətdən yaxşılıq, yaxşı iş, ədalət, əxlaq gözlə 
76.
 
Düz strategiyaların qurulması və səhvlərin, problemlərin tapılıb 
düzəldilməsi inkişaf yoludur. 
77.
 
Özün  düşün,  özün  qərar  ver,  özün  elə,  özün  nəzarət  elə,  özün 
məsul ol. 
78.
 
Düzgün  anla,  düzgün  fikirləş,  rasional  və  düzgün  fikir  söylə, 
düzgün davran (Zərdüşt təklif etmişdir).  
79.
 
Hər varlıq- cisim, canlı, hər hadisə 2 şərtin – (1)imkanların və 
şəraitin  həmin  (2)  hadisə  və  varlığın  potensialı  ilə  tam 
uyğunluğu  –  üst  üstə  düşdüyü  halda  ola  bilər  .Yəni  hər  şey 
bərabərlik  işarəsilə  birləşmiş  iki şərti  əks  etdidir. Bir tərəf-şərt 
mövcuddursa onun digər tərəfi də omalıdır.  
 
 Rasional ünsiyyət qaydaları  
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin