MÖVcud cəMİYYƏTLƏRDƏ NƏ baş veriR?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/29
tarix28.03.2017
ölçüsü2,8 Kb.
#12720
1   ...   21   22   23   24   25   26   27   28   29

 Ən yaxşı həyat kişi və qadının ailə qurub  bir evdə  yaşamasıdır. 
      Kişinin  arvadı  qadınlıq  funksiyasını  itirdikdə  və  ya  qadınlıq 
etməkdən imtina etdikdə, kişi  arvadı ilə boşanmadan  da başqa subay 
qadınla dostluq edə bilər. Bunu hər iki qadın problemin həll edilməsi 
naminə  könüllü qəbul etməlidir. Bu halda kişi qadının qulu deyildir. 
Ailə qurmaq istəməyən  qadın istənilən baxılan zamanda yalnız bir əks 
cinsdən  olan    bir  evli  və  ya  subay  kişi  ilə  intim dostluq  edə  bilər.  Bu 
halda  uşaqların  taleyi  barədə  və  dostluğun  müddəti  və  şərti  barədə 
əvvəldən  əxlaq  çərçivəsində  yazılı  razılığa  gəlməlidirlər.  Cəmiyyət 
qadın  -  kişi  münasibətlərinə  qarışa  bilməz.  Hər  kəs  özü  -  özünə 
cavabdehdir. Heç bir qohum digərinin davranışına cavabdeh deyil. 
     Evlilik  qadın  və  ya kişi  üçün həbsxana deyil.  Hər bir  yeni  evlənən 
uyğunlaşma  dövrü,  tarazlaşma  və  stabil  evli  həyat  tərzi  dövrünü 
yaşayır.  Bu  dövrdə  psixoloq,  futuroloq  və  digər  müdriklərlə 
məsləhətləşmələr hökmən lazımdır. 
     Əxlaq çərçivəsində intim əlaqə yalnız əks cinslər arasında ola bilər. 
Eyni  cinslər  arasında  əlaqə  qadağandır  və  belə  meyilləri  cəmiyyətin 
sosial orqanları aşkar edib  məcburi müalicəyə cəlb etməlidir. 
     Ailə,  qadın,  kişi  və  uşaq  əlaqələrindən  yaranan  problemlərin 
yuxarıdakı  həlli  onları  tam  həll  etməyə  imkan  verəcəkdir.  Ailədə 
zorakılığın  kökü  kəsiləcək  və  ər  -  arvad  arasındakı  münasibətlər 
könüllülük prinsipilə həll olunacaqdır. Ər - arvad onları zorla bağlayan 
rəsmi  buxovlardan  azad  olaraq  bundan  sonra  daha  çox  həqiqətdə 
sevməklə  və  hörmət  etməklə  digərini  özünə  daha  bərk  bağlarla 
bağlamağa  çalışmaqla  münasibət  quracaqdır.  Evləndikdə  bir  -  birini 
aldatmağın,  evindən,  digər  əmlakından,  alimentdən  və  ya  uşaqdan 
istifadə  etməyin  əhəmiyyəti  olmayacaqdır,  onlar  öz  davranışına  ciddi 
fikir verəcəklər. 
 
Ailədə davranış və birgəyaşayış qaydaları 
 
 1)    Ailənin  uğurlu  yaşaması  üçün  onun  idarə  edilməsi  məsuliyyətini 
kişi daşıyır. Əgər qadın bunu ərə gələndən sonra qəbul etmirsə və özü 

 
221 
idarə etmək və məsuliyyətini çəkmək istəyirsə, lakin  kişi razı deyilsə, 
bu halda qoy onlar ayrılsınlar. 
2)  Ailənin  rasional  yaşaması  yolu  hər  bir  məsələdə  məsləhətləşmə, 
ağıl, elm, düzgün davranışlar və təcrübələrdən, düzgün ünsiyyətdən, 
problemlərin həllinin sınanmış üsullarından isifadə etməkdir. 
3)   Kişinin razılığı ilə qadın ailənin idarəsini öz üzərinə götürə bilər;  
4)   Ailədə kişi, qadın və uşaqlar hamı bir-birinə hörmət etməlidir.  
5)   Ailədə kişi və qadın arasında vəzifə bölgüsünü onlar şəxsi razılıq 
ilə özləri edir.   
6)  Ailədə heç bir üzv digərinə əziyyət (səs salmaq, bərkdən danışmaq, 
pintilik  etmək,  işinə,  şəxsi  məşquliyyətinə    mane  olmaq) 
verməməlidir. Kimin köməyə ehtiyacı varsa, ona kömək edilməlidir. 
7)    Ailədə  əsas  davranış  prinsipi  heç  kəsin  digərinə  zorakılıq,  xoşu 
gəlməyən  hərəkəti  etməməsi;  qəbul  edəcəyi  formada  davranması  və 
qalmaqal  etməməsi,  ümumi  razılaşmaya  görə  çılpaq  olmaması  və 
özlərinin razılaşdıqları hərəkətlər çərçivəsində yaşamasıdır. 
8)  Valideinlər  uşaqlarını  tam  böyüdüb  rasional  və  ümumbəşəri  əxlaqı 
və  davranış  qaydalarını  tərbiyə  etməli,  düzgün  nümunə  olmalı, 
oxutmalı və peşə qazanıb ilk əmək haqqı alana qədər saxlamalıdrlar.  
9) Ailənin funksiyası təkcə uşaqlar istehsal edib sərbəst yaşama halına 
çatdırmaq  deyil.  Ailənin  mahiyyəti  və  funksiyaları  habelə:  birgə 
yaşayış icmasıdır  ki, yaşama ehtiyac və problemlərinin həllində hər 
bir üzv gücünə görə iştirak etməli; əməkdaşlıq kollektivi olmaq, yəni 
ehtiyacların  ödənməsində  məsləhətləşib  birgə  iştirak  qaydalarını 
müəyyən etmək; xarici təhlükələrdən birgə qorunmaq; gələcək üçün  
birgə tədbirlər görməkdir. 
10)  Uşaqlar  ailənin  yaşama  ehtiyaclarının  ödənməsində  valideynlərə 
kömək  etməli,  hər  məsələdə  mümkün  iştirak  etməlidirlər.  Lakin 
uşağların təhsil və ixtisas, peşə öyrənməyi ailənin başqa ehtiyaclarına 
qurban verilə bilməz. 
11) Ailə üzvləri bütün həyatı boyu əlaqə saxlamalı və hər birinin yaxşı 
və çətin günlərində iştirak etməli və kömək etməlidir. 
12) Qadın özü kişiyə qarşı nəzakətli olmalı və uşaqları da belə tərbiyə 
etməli,  onların  yanında  kişinin  səhv  etdiyini,  qanmaz  olduğu, 
bilmədiyini deməməlidir. 
13)    Qadın  kişinin  evinə  ərə  getdiyi  və  kişi  evin  ümumi  rəhbəri 
məsuliyyət  daşıyanı  olduğu  üçün  kişinin  həmişə  əksinə  getməməli, 
hər  sözündə  özünün  düz  dediyini,  əks  fikir  söyləməyə  cəhd 
etməməlidir.  Əgər  edirsə,  demək  onlar  bir-  birini  tanımadan 
evlənərək  səhv  etmişlər.  Belə  əgər  davam  edərsə  və  bu  qadının 

 
222 
vərdişi  olarsa,  onlar  hökmən  ayrılmalıdırlar,  əks  halda  əzab 
çəkəcəklər. 
14)  Qadın  uşaqları  kişinin  əksinə  hərəkət  etməyə  həvəsləndirib  onu 
saymamağı,  onun  üstünə  qışqırmağı,  onu  ələ  salmağı  təbliq  edə 
bilməz,  uşaqla  kişinin  arasını  vuran  hərəkətlər  edə  və  söz  danışa 
bilməz. 
15) Kişi, qadın və uşaqlar onları narahat edən istədikləri məsələ barədə 
məsləhət etmələri lazımdır. 
16)  Valideinlər  zorakılıq  (cəza,  maddi  təsir,evdən,  mirasdan  məhrum 
etmə,  məlumat  almaqdan  məhdudlaşdırmaq)  yolu  ilə  uşaqları  razı 
olmadığı  işi  görməyə məcbur  etsələr, tam məsuliyyət  daşıyırlar.  Bu 
məsuliyyət  vurduğu  zərəri  ödəmək,  normal  vəziyyəti  bərpa  etmək, 
günahının bağışlanmasını xahiş etməkdir. 
17)  Ailədə  tabeçilik  prinsipi  qəbul  edilmir,  yəni  kiçik  uşaqlar 
böyüklərə, qızlar oğlanlara bütün uşaqlar isə valideynlərə tabe deyil. 
Burada  qul  -  ağa  münasibətləri-    böyüklərin  kiçiklərə  əmr  etməsi, 
kiçiklərin danışıqsız icra etməsi- qəbul edilmir. Kiçiklərin böyüklərə 
hörmət  etməsi  -  ünsiyyətdə,  davranışda;  məsləhət  alması;  səhvini 
tapmaqda  kömək  alması,  lazım  olsa  hər  bir  işində  kömək  etməsi. 
Böyüklərin  isə  kiçiklərə  öz  bildiyini,  anladığını  başa  salması, 
yaşamaq  üçün  öz  təcrübəsini,  biliyini  onunla  bölüşməsi,  Bütün  ailə 
üzvlərinin isə bir - birinə qayğı göstərməsi, bütün həyat boyu yaddan 
çıxarmaması –əlaqə saxlaması ünsiyyətdə olması  lazımdır. 
18) Uşaqlar valideynlərinin qulu deyil. 
19)  Ailədə  hər  bir  üzv  ümumi  yaşayış  və  ailə  daxili  hörmət,  davranış 
qaydalarına  əməl  etməlidirlər.  Razılıq  əldə  edənə  qədər  məsləhət 
edilməli və düzgün addım tapılmalıdır. Düzgün addımı tapmaq üçün 
çətinlik olsa, ailə  ictimai məsləhət xidmətindən  istifadə etməlidir və 
ya müdriklərlə məsləhətləşməlidir. 
20)  Valideinlər  uşaqların  peşə,  elm,  iş,  həyat  yoldaşı,  yaşamaq  tərzi, 
dünyagörüş  seçmək,  dinə  qulluq  etmək  və  ya    etməmək  
məsələlərində    zorakılıq  edə  bilməzlər,  ancaq  məsləhət  və  sübutlar 
yolu  ilə  uşaqlara  sərbəst  seçim  etməyə  imkan  yaratmalıdırlar.    Son 
seçimi isə uşaqlar özləri edir, validein isə bu seçim ilə razılaşmalı və 
hörmət etməlidir, və mane ola bilməz.  
21) Valideynlər uşaqlara hər hansı bir dini üstün olaraq təbliq və əməl 
etdirməyə 
haqları  yoxdur.  Bu  şəxsiyyətin  fomalaşmasında 
zorakılıqdır  və  sui  -  istifadədir.  Dinlər  haqda  və  yalnız  azı  10  din 
haqda  məlumatları  uşaqlar  18  yaşı  keçəndən  sonra  öyrənmələri 
məsləhətdir.  Gənclər  və  uşaqlar  üçün  ən  düzgün  həyat  yolu  dindən 
uzaq olub elmi rasional həyat tərzi seçmələridir. 

 
223 
22) Şübhəsiz, öz sərbəst seçimlərində uşaqlar özləri məsuliyyət daşıyır 
və valideynləri günahlandıra bilməzlər.  
23)  Valideinlər  qocalıb  əmək  qabiliyyətini  itirdikdə  uşaqlar  onların 
qayğısını  çəkir,  maddi  ehtiyaclarını  ödəyirlər,  öləndə  də  onu 
basırırlar.  Dəfn  mərasimini  hər  ailə  öz  ağlı  ilə,  lakin  digər  elmi 
tələblərə  əməl  etməklə  müəyyən  edir.  Dini  qaydalara  və  ya  adətə 
çevrilmiş  qaydalara  əməl  etmək  zəruri  deyil,  onlar  ağıl  və 
məqsəduyğunluğun nəticəsi deyil. 
24)  Əgər  validein  qocalıb  ağlını,  yaddaşını  itirsə,  onun  əxlaq  və 
etikaya,  gigiyena  və  sanitariya  zidd  hərəkətlərinin  ailə  üzvlərinin 
sağlamlığına  və  rahatlığına    zərərli  təsirini  ləğv  etmək  üçün    onu 
xüsusi  həkim  və  tibbi  nəzarət  olunan  daha  yaxşı  xidmət  və  şəraitlə 
təmin olunmuş evlərə, müəsisələrə verilməsi məsləhətdir.  
Qoy  hər  bir  insan  bunu  dərk  edib  öz  qocalığı  dövründə  belə 
vəziyyətə  düşəcəyi  hal  üçün  əvvəldən  -  qocalığı  gözləmədən  öz 
razılıq  öhdəçiliyini  və  tapşırığını    imzalayıb  uşaqlarına  versin.  Bu 
olmasa  da,  yaşlı  ailə  üzvü  belə  dözülməz  vəziyyətə  düşdükdə  ailə 
üzvləri  toplaşıb  qərar  verməlidirlər.  Başqa  cəmiyyət  üzvləri  bu  işə 
qarışa  bilməz.  Burada  əsas  prinsip:  sağlam  daha  cavan  ailə 
üzvlərinin  psixi  və  fiziki  sağlamlıqlarını  qorumaq  və  yaşlının  isə 
daha  yaxşı  təşkil  edilmiş  və  xidmət  göstərilən  şəraitdə  yaşaya 
bilməsidir. 
 
 Rasional insan haqda anlayış 
 
Düşünürəm ki, kamil insan yalnız kamil cəmiyyətin yaradacağı məhsul 
olacaqdır. Kamilliyin kriteriyası isə cəmiyyətin mövqeyindən cəmiyyət 
və  təbii  mühit  qarşısında  fərdi  rolunu  düzgün  icra  etmək  qabiliyyəti 
dərəcəsi olacaqdır.  
 
Rasional insan nə deməkdir? 
-    Rasional  insan  çox    idraklı,  yüksək  intellekti  ,  qabiliyyət  və  peşəsi 
olan,  yaxşı  və  pisi  tez  analiz  edə  bilən,  hadisələri  başa  düşmək  üçün 
düzgün başlanğıc, yanaşma seçən, təmkinli, fitri istedadları olan əxlaq 
və  ədalət  biliklərinə  malik  və  seçim  qarşısında  qaldıqda  əxlaq 
prinsiplərini pozmadan düzgün yolu seçən, rasional davranan, səhvini 
tapa  bilən  və  səhv  etdikdə  onu    etiraf  edən,  düzəldən,  üzr  istəyən  bir 
insandır. 
Rasional insanın bilik və qabiliyyətləri parametrləri : 
Rasional insan ümumi  biliklərərə və hər bir ixtisas və peşədə dərəcələr 
üzrə əlavə spesifik biliklərə və qabiliyyətlərə malik olmalıdır. Bu bilik 

 
224 
və  qabiliyyətləri  cəmiyyət,  elm  və  fəaliyyət  sahələri  mütəxəssisləri 
İQQS vasitəsilə fasiləsiz müəyyən edirlər. 
Rasional  insanın  ümumi  bilik  və  qabiliyyətləri,  psixoloji  xarakteri 
haqda parametrləri aşağıda  təklif edilir.(Bunların  konkret  cəmiyyətdə 
İGGS vasitəsilə  və prosedurlara uyğun müzakirədən və hazırlanmadan 
keçməsi lazımdır): 
1.
 
Xüsusi    analiz  və  yaradıcılıq  -  ixtiraçılıq,  rasionallaşdırma  
metodlarını bilmək. 
2.
 
Şəkil çəkmə, rəssamlıq, heykəl yonma, ağacdan incəsənət əsəri 
yaratma, bədii metal, plasmas tökmə, şer, povest yazma, musiqi 
alətində çalma (ən azı 2 qabiliyyət) 
3.
 
Mədəniyyətin səviyyəsini, nümunələrini bilmək. 
4.
 
Bir neçə idman və oyun növünü bilmək və bacarmaq. 
5.
 
Ən  azı  iki  xarici  dil  öyrənmə,  komputer  və  internet  biliklərini 
bilmək. 
6.
 
Rasional  Ictimai əxlaq və davranış qaydalarını bilmək və əməl 
etmək. 
7.
 
Rasional  ünsiyyət, etiket, nəzakət qaydalarını və nümunələrini 
bilmək və əməl etmək.  
8.
 
Rasional  həyat  tərzi  biliklərini  bilmək    və  həyatını  ona  uyğun 
qurmaq 
9.
 
Ailəsi  ,  icma,  ölkə,  millətlər  və  dünya  birliyi  haqda  –  tarixi, 
coğrafiyası,  iqtisadiyyatı,  idarə    strukturu    haqda    zəruri 
biliklərə  malik olmaq . 
10.
 
 Ən azı bir peşəni səlis bilmək və bacarmaq. 
11.
 
Cəmiyyətin idarə strukturu və qərar qəbul etmə sistemini, qərar 
qəbulu  prosedurları  və  əxlaqi  keyfiyyət  tələblərini,  əsas 
qanunları  bilmək. 
12.
 
 Rasional fəsəfi dünyagörüşləri bilmək və dərk etmək. 
13.
 
 İnsan və təbiət haqda bütün bilikləri yüksək ümumi  səviyyədə 
bilmək:  İnsan  psixologiyasını  ,  tərbiyə  metodlarını,  tarixi, 
coğrafiya , biologiya, anatomiya, riyaziyyatı, kimyanı , fizikanı. 
14.
 
 Ən azı 8 din haqda tam biliklərə malik olmaq. 
15.
 
 Elm  və  texnikanın,  mədəniyyətin,  ictimai  həyatın  son 
səviyyəsi haqda məlumatların olması. 
16.
 
 Rasionallıq meyarlarını. 
17.
 
 İnsan  və  xalqların  Əsas  hüquqları  və    zəruri  həyat    təmini 
səviyyəsini  bilmək. 
18.
 
Dünya birliyi sistemini. 
Nəticə.  

 
225 
     Rasional  insanı  xarakterizə  edən  amillər:  1)  rasional  həyat  tərzi 
yaşamalı,  hansı  ki  rasional  və  sağlam  həyat  qaydalarını,  yaradıcılığı;  
rasional  əxlaqa,  rasional  ictmai  davranış  normalarına  əməl  etməyi, 
ictimai  işdə  iştirakı  nəzərdə  tutur;  2)  rasional  insan  bilik  və 
qabiliyyətlərinə,  bacarıqlarına  və  peşə  -  bilik  və  bacarıqlarına    malik 
olmalı;  3) beyin  qabiliyətlərini inkişaf etdirməli, intuitiv  anlamağa və 
əvvəldən görmə intuisiyasına və bir elmi - əvvəldən görmə metoduna 
malik olmalıdır. 
Əxlaqi həyat,  rasionallığın   əlamətlərindən biridir.  Əxlaqi həyat  ən 
optimal  rasional həyatdır. Əxlaqla yaşamaq nə deməkdir? – bu ədalət 
deməkdir,  hər  kəsin  öz  layiq  olduğu    və  ya  hər  kəsə  çatası  maddi 
neməti  əldə  edə  bilməsidir.  Bu  konflikt  və  müharibə  etməməkdir. 
Əxlaq  öz  çörəyini  yeməkdir,  öz  yerində  durmaqdır.  Bu  zəifin  başını 
aldadıb  malını  almamaqdır  və  ya  istismar  etməməkdir.  Əxlaqa  hamı 
əməl  etsəydi,  dünyada  heç  bir  problem  olmazdı.    Əxlaqa  insanlar, 
dövlətlər əməl etmirlərsə, onda o nəyə lazımdır nə üçün onu öyrənmək 
lazımdır?  Əlbəttə  yaşlılar  artıq  bu  tələblərin  müəyyən  hissəsini    öz 
həyatlarında görmüş, hiss etmiş və dərk etmişlər, uşaq və gənclərin isə 
öyrənməyə sınaqdan çıxarmağa ehtiyacı var. 
      Müsəlman  dünyasında  12  –ci  əsrdən    20-ci  əsrin  ortalarına,  bəzi 
yerlərdə sonuna qədər, Avropada isə 16 – cı əsrə, böyük renesans, elmi 
texniki,  sosial  inqilablaradək  elm,  bilik  kütləvi  xarakter  almamışdı, 
insanların  bilik  səviyyəsi  çox  aşağı  idi,  ona  görə  insanların  şüuru 
üzərində  din  hakimlik  edirdi.  Dini  ruhanilər  insan  cəmiyyətlərinin 
özlərinin  həyat  təcrübəsi  ilə  yaratdığı  əxlaq  normalarının  üzərinə  
özünə  sərfəli  digər  normalar  qoyaraq    insanların  beyninə  Allahdan 
qorxu  -  cəhənnəmə  getmək  qorxuları    və  cənnətə  getmək  ümidi    ilə 
yeridirdi.    Əxlaq    insanlara  Allah  adından  təbliğ  edilirdi.  İnsan  ona 
görə  ruhaninin    sözünə  baxmalıydi  ki,  bunu  din  –  yəni  guya  Allah  
deyirdi.  Burada  insanın  idrakına  –  anlamasına,  rasionallığa  yer 
qoyulmurdu,  hər  kəs  dini  inamları  və  dini  xadimlərin  davranışını 
etalon  kimi  qəbul  etməliydi  -  o  düz  və  səhv  olsa  da.    Burada  dinin 
dediyinin  səhv  olması  sualı  qoyula  bilməzdi  (qoyulsaydı,  edam 
edilərdi).  İnsanlar  bu  əxlaqi  və  digər  dini  ehkamları  bilsələr  də, 
praktikada  az  əməl  edirdilər,  onlar  şəxsi  mənafenin  üstünlüyü 
prinsipilə  yaşayırdılar.  Lakin  yeni  eranın    3-cü  minilliyinin 
başlanğıcında  insanlar  daha  savadlıdır,  bu  dini  ehkamlara  ehtiyac 
yaratmır, onlar onsuz da xəyali qüvvələrdən qorxmular - bunu onların 
davranışı göstərir. Bir tərəfdən insanlar  təbii əxlaqi normaları və etik 
davranışları  bir  zərurət  kimi  anlayır  və  onun  hamı  tərəfindən  icra 
edilməsini  istəyirlər,  digər  tərəfdən  onu  pozmağı,    dinlər  nə  qədər 

 
226 
onları qorxutsalar da, onlar əldə edəcəkləri real xeyiri  o biri dünyada 
güman  edilən  cənnətdən  və  cəhənnəm  qorxusundan  üstün  tuturlar.  
Belə kütləvi düşüncələrə səbəb cəmiyyətdə bir neçə adamınvə ya idarə 
sisteminin    bu  normaları  pozmasıdır  ki,  bu  fakt  avtomatik  olaraq 
şüurlara  daxil  olur  və  əxlaqın  pozulmasınım  kütləviliyinə  səbəb  olur. 
Rasional  insan  isə  rasional  cəmiyyətin  zəruri  olmasını  tələb  edir  ki, 
yalnız  hər  ikisi  rasional  olduqda  onlar  nəinki  nəzəriyyədə  habelə 
praktikada  mövcud  ola  bilərlər.  Yəni  insanın  rasional  olmamasının 
səbəbi  elə  cəmiyyətin-onun  təşkili,  idarə  strukturunun  rasional 
olmamasıdır.  Əks  halda  korrupsiyalaşmış  cəmiyyət  (dövlət)  özü  kimi 
yarımçıq, dələduz insan yetişdirəcəkdir. 
 
 Rasional insanın yetişdirilməsi və tərbiyəsi 
 
     Təkcə  əxlaq  normaları  rasional  həyatı  –rasionallığı  əks  etdirmir, 
habelə  yuxarıda qeyd edilən 12 amil  rasional həyat tərzi , rasional iş, 
mədəniyyət  idarə,  metodlar,  prosedurlar,  kiteriyalar    nümunələr  və  s. 
rasionallığı əldə etmək vasitələridir. 
    Danışan insan tarixinin başlanğıcından əxlaq normaları az miqdarda 
meydana çıxır və zamanla getdikcə çoxalır, insan ailəsi çərçivəsindən  
çıxıb,  müxtəlif  sahələri,  qəbilə,  icmalar  arası,  millətlər  arası 
normalaradək genişlənir. 
Məhz buna görə rasional insan təlimində : 
1.  Bütöv  əxlaq  normaları  həm  universal,  həm    də  hər  bir  fəaliyyət 
sahəsi  üzrə  yenidən  tərtib  edilir.  Bunu  tək  -  tək  adamlar  yazıb 
başqalaına    sırımır,  məhz  insanlar  özləri  bunu  formulə  edib  təklif 
edərək, razılaşma yolu ilə qəbul edirlər. 
2.  Hər  bir  normanın  zəruriliyi    faktlar  və  real  həyat  sübutları  ilə  
əsaslandırılır  və  öyrədilir.  Artıq  cənnət  -  cəhənnəmə,  axirət 
məhkəməsinə  ehtiyac  yoxdur,  insan  uşaq  deyil,  uydurulmuş    qorxular 
ilə  tabe  edəsən.    İnsan  təlimlə  tam  dərk  edir  ki,  əxlaq  norması  ən 
rasional  həyat  üsuludur  və  onu    pozmaq    bu  dünyada  onun  üçün  və 
cəmiyyət üçün nə ilə nəticələnə bilər.  
3.  Təlimdə  insanlar  əxlaqın  bütün  ictimai  təşkil  sistemində, 
müqavilələrdə,  konstitusiyada,  qanunlarda,  davranışlarda  necə  əks 
etdirildiyini öyrənirlər. 
Təlimin  vəzifəsi  budur  ki,  insan  həyatda  seçim  qarşısında  qaldıqda, 
məhz  əxlaqi variantı özü könüllü dərk edərək, ən optimal, ən düzgün 
və zərurət kimi seçsin. 

 
227 
Rasional  insanın  hazırlanması  üç  istiqamətdən,  yəni  həm  materialist, 
həm idealist mövqeyindən, həm də əxlaqın nəzərə alınmasına, nəzarət - 
yönəltmə vasitəsilə birlikdə  aparılır. 
Birinci istiqamət – maddi - real gerçəkliyin  rasionallığının və deməli, 
əxlaqiliyin əldə edilməsi ilə.  Bu necə əldə edilə bilər? 
 A)  cəmiyyətin  ictimai,  sosial,  ekoloji,  iqtisadi  strukturunun  rasional   
layihələndirilməsi və qurulması. Rasional funksiyaların qəbulu.  
B)  fəaliyyət  üçün    yeni  rasional  iqtisadi,  sosial,  idarəetmə 
prinsiplərinin qəbulu.  
C) cəmyyət işlərində - qanun və qərar hazırlanması - qəbulunda hər bir 
insanın  iştirak  etmək  imkanı  və  arzu  edənlərin  iştirakının  təmini. 
Bunun üçün lazımi sistemin yaradılması. 
D) qanun və qərarlar üçün kriteriyaların, standartların qəbulu. 
İkinci  istiqamət  -  İdeyaların  səmərələşdirilməsi  -dəyişdirilməsi,  yəni 
yenidən  tərbiyə  vasitəsilə,  daha  dəqiqi,  obyektiv  fəlsəfi  baxışları, 
dünyagörüşləri, əxlaqi normaları  formalaşdırıb insanlara öyrətməklə. 
Üçüncü  istiqamət  –  əxlaqın  nəzərə  alınmasına  (icrasına)  nəzarət  –
yönəltmə  sistemi ilə edilir. Bu sistem  əxlaq pozanları aşkar etməklə,  
onları  yenidən  spesifik  sahə  üzrə  təlim-tərbiyə,  əmək,  bilik  və 
bacarıqlar,  peşə,  qabiliyyət  öyrətmək,  prokuror,  polis  və  məhkəmə 
elementlərini daxil edir. Burada tamamilə  yeni prinsip var.  Nəzarətin 
məqsədi  insanı  əxlaq  və  qanunu    pozmağa  qədər  gözləyərək,  onu 
cəzalandırmaq deyil - bu halda insan düzəlmir, daha da pisləşir - məhz  
son  həddə  qədər  gözləmədən  insanı  dəyişdirib  cəmiyyəti  razı  salacaq 
dərəcədə  kamil adam etməkdir. Buna, habelə birinci istiqamət- maddi 
ictimai sistemin təkmilləşdirilməsi zəruri olaraq kömək edir. 
    Rasional insan təlimi ibarətdir: 
1) Ümumi elmi savadlılıqın əldə edilməsi: Riyaziyyat , Fizika, Kimya , 
Biologiya  ,  Tarix,  İnsan  anatomiyası  və  fiziologiyası;  cəmiyyət  və 
insan  arasında    öhdəçilik  və  münasibətləri,  düzgün  qidalanma, 
sanitariya  -  gigiyena  təlimi,  idman  təlimi,  düşünmə,  ünsüyyət 
qaydaları,  yaradıcılıq    metodları  və  əl  və  ekstrasens  qabiliyyətlərinin 
inkişafı, mədəniyyətin öyrədilməsi.   
2)  Xüsusi  peşə  biliklərinin  və  təcrübəsinin  təlimi:  həkim,  mühəndis, 
konstruktor, iqtisadçı, musiqi, rəssam, rəqs, futuroloji biliklərin təlimi 
və s.  
Lakin  rasional  cəmiyyətdə  təlim  bununla  qurtarmır.  İnsanlar  ölənə 
qədər həyatı boyu təlim – tərbiyə ilə əhatə olunurlar. Bu təlim 1) həm 
əxlaq,  qanun  və  qərarların  öyrədilməsi,  2)  həm  yeni  biliklərin, 
qabiliyyətlərin, mədəniyyətin, bədii bilik qabiliyyətlərinin,  həm həyat, 

 
228 
ekoloji,  biznes,  hüquq,  turizm  və  s.  öyrədilməsini  əhatə  edir.  Bunun 
üçün əlavə məktəblər, mədəniyyət evləri, klublar tikilir. 
        Rasional  insanın  yetişdirilməsi  onu  yetişdirəcək  adamın 
tərbiyəsindən - hazırlanmasından başlayır. İnsan ailədə meydana gəlir, 
onu  qadın  doğur  və  qadının  xüsusi  instiktiv  xasiyyətinə  görə  yalnız 
qadın  uşağın  qayğısını  çəkir  və  onu  tərbiyə  edir.  Qadın  ona  ilk 
davranış qaydalarını öyrədir,  böyüdükcə  tərbiyəni davam etdirir və nə 
bilirsə,  hamısını  uşağın  beyninə  yığır.  Demək,  uşaq  ailədə  qadının 
məhsuludur, ondan gördükləini, eşitdiyini mənimsəyir. 
      Beləliklə, insan yetişdirmək üçün rasional cəmiyyətdə əvvəl qadını 
yetişdirmək  lazımdır.  Bu  qadın  intellektual,  əxlaq  və  etik  qaydalarını 
bilən,  rasional  tərbiyə  metodunu  bilən,  ailədə  davranış  və  üzvlərlə 
münasibət qaydalarını, hüquqları, qadınlıq funksiyasını icra edə bilən, 
ailəni  dağılmadan  qoruyub  saxlaya  bilən  olmalıdır.  Qadından  sonra 
məktəb və ictimai mühit tərbiyəçi rolunu oynayır. 
 
Aşağıdakı qadının hazırlanması proqramı məsləhət görülür: 
  ümumi orta təhsil 
-    orta məktəbdə tərbiyəçi müəllim  təlim dərsləri , 
-    evdarlıq işləri dərsləri
-    tərbiyə və təlimdə pedaqogika dərsləri , 
-        əxlaq  və  etika,  xüsusi  etiket  qaydaları,  bütün  yerlərdə  davranış 
qaydaları təlimi, 
-    cəmiyyətin quruluşu və qanunları və nəzarət sistemi  təlimi, 
-        ailə  və  onun  saxlanması  adlı  ictimai  institutlar  yaradılır  və  qızlar 
ərə getməzdən əvvəl  (habelə oğlanlar) burada təlim keçirlər. Ailə 
qurmağa səlahiyyətlilik  haqda sertifikat  alırlar.  Burada :  hər adam 
üçün  spesifik  yoldaş  seçmək  və  ailə  qurmaq  haqda  metod,  tibbi  , 
xarakter, dəyərlər  haqda məlumatlar, tərbiyəsi, əxlaqı, məqsədləri, 
qanunlar-məsuliyyətlər,  hansı  xarakterli  kişi  ilə  uyğunluq  təyini 
haqda  qiymətləndirmələri  göstərilir  (imtahan  və  yoxlamadan 
sonra), 
-    insanlar arası düzgün ünsiyyət təlimi 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin