MÖVcud cəMİYYƏTLƏRDƏ NƏ baş veriR?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/29
tarix28.03.2017
ölçüsü2,8 Kb.
#12720
1   2   3   4   5   6   7   8   9   ...   29

 
İnsan anlayışı 
 
       İnsanın mahiyyəti və mənası haqda  konsepsiya   dünyanın system 
quruluşundan  alınır.  Bu  o  deməkdir  ki  hər  bir  şey  onun  elə  olmasını 
təmin edən  çoxluğun üzvüdür və bu üzv çoxluğa  münasibətdə çoxluq 
tərəfindən  tələb  edilən  xüsusi  öhdəçilik  və  vəzifələri  yerinə 
yetirməlidir.  Yəni  insan  yaşadığı  cəmiyyətsiz  insan  deyil.  İnsan  və 
cəmiyyət  bütöv  zəruri  əlaqəli  birlikdir.  Formaca  insana  oxşamaq  hələ 
bu varlığın insan olması demək deyildir, istər uşaq, istər böyük olsun, 
yalnız  o  cəmiyyətin  irəli  sürdüyü  tələblərə,  xassə  və  xasiyyətlərə, 
davranışlara  malik  olduqda  o  insan  hesab  oluna  bilər.    Vəkil  Şaiq 

 
11 
Paşayev,  Azərbaycan  humanistlər  birliyinin  aktivisti  1989-cu  ildə 
insanı  adamdan  fərqləndirməyi  təklif  etmişdir,  hansı  ki  mənim 
fikrimcə təqdirə layiqdir. (Qeyd edim ki, bu təşkilat digər maraqlı bir iş 
də  görmüşdür,  yəni  bütün  xalqların  əlifbasını  əvəz  edəcək  çox  sadə 
dünya  əlifbası  yaratmış  və  aparıcı  beynəlxalq  təşkilatlara  təklif 
etmişdir).  Onun  fikrincə  adam  insana  qədərki  pillə  hesab  edilməlidir, 
əgər  o  lazımı  insani  keyfiyyətlər  əldə  etsə  onda  adamı  insan 
adlandırmaq  olar. 
     Adamın  (man)  eləcədə    insanın  (human)    bioloji  bədəni  təbiətin 
məhsuludur,  adam  cəmiyyətdə  yetişərək,  tərbiyə  olunaraq  insana 
çevrilir  və  mahiyyətcə  ictimai  varlıq  (məhsul)  olur  və  insanın 
şəxsiyyəti  də  cəmiyyətin  məhsuludur,  yəni  insan,  şəxsiyyəti 
cəmiyyətdə  yaşayaraq  əldə  edir.  Bu  baxışla  cəmiyyətdə  yaşayanların 
hamısı  hələ  insan  deyil,  burada  yarımçıq,  yetişməmiş  və  insana 
çevrilməmiş  adamlar  və  yetişmiş  tam  insanlar  və  yetişməkdə  olan 
insanlar    var.  Burada  çox  zəruri  bir  ehtiyacla  qarşılaşırıq.  Bu  da 
insanlıq  kriteriyasıdır.  Yəni  hansı  parametrlərə,  xassələrə,  əxlaq  və 
davranışa  malik  adamları  insan  hesab  etməliyik?  Bundan  başqa  ilk 
insan 
pilləsindən 
kamil 
insana 
qədər 
olan 
dərəcələri 
və 
xarakteristikaları  da  müəyyən  etmək  lazımdır.  Bu  məsələləri  həll 
etməyi siz oxuculara həvalə edirəm.  
       İnsan  bioenergetik  sistemdir,  insan  informasiya  toplusudur,  insan 
maddi  dünya  ilə  5  hiss  üzvlərilə  əlaqədən  başqa,  görünməz  Surət  – 
forma-ruhlar  dünyası  ilə  də  (bax  hissə1),  hansı  ki    kosmosun  bir 
tərkib hissəsidir - əlaqədə ola bilir;  insan bioloji sistemlərin kompleks 
sistemidir. Demək, insan kosmosun, bioloji aləmin, cəmiyyətin, şüurlu 
(ruhi) aləmin (insan və sinir sisteminə malik  heyvanlar qrupunu əhatə 
edir) bir tərkib üzvüdür. Bu təriflər, şübhəsiz, düzdür və insanın məhz 
müxtəlif  sistemik  mövqedən  qiymətləndirilməsi  nəticəsidir.  Bundan 
başqa  da  çox  təriflər  vermək  olar.  İnsana  müxtəlif  tərif  vermək  ona 
görə  mümkündür  ki,  o  hər  bir  digər  şey  kimi  müxtəlif  sistemlərin 
iştirakçısı  və  məhsuludur,  özü  də  mürəkkəb  və  çox  sayda  bioloji 
sistemlərdən  ibarət kompleks sistemdir. Bundan sonra biz yetişməmiş, 
yarımçıq adamları deyil, yalnız insanları - minimum insani xassələrdən 
başlamış müdrikliyə, kamillik dərəcəsinə qədər -nəzərdə tutacayıq. 
      İnsanın  yaranması Çarlz Darvininin, Karl Linneyin,  İohan Mendel 
və  Fridrix  Engelsin    nəzəriyyələrində,  habelə  bu  nəzəriyyələrin 
əsasında  yaranmış  ən  son  nəzəriyyə  olan  Təkamülün  sintetik 
nəzəriyyəsi  ilə  izah  edilir  (1).    İnsanın  ümumi  dünyanın    təkamülü  
nəticəsi  olaraq    insanabənzər  meymunlardan  –  2-  5  milyon  il  ərzində 
yaranması  elmi  dəlillərlə  sübut  edilir.  Müasir  insan  Homo  sapiens  - 

 
12 
ağıllı insan növüdür, hansı ki 100 min il əvvəl Kromanyon insanından 
başlanğıcını almışdır. İnsanın digər növləri isə məhv olmuşdur. 
       İnsan  haqda    teist  dinlərinin  formalaşdırdığı  Kreasionizm 
nəzəriyyəsi   bütün  dünyanın,  habelə insanın  Allah tərəfindən qəfildən 
və heç nədən yaratmasını iddia edir. Həqiqətdə, bu nəzəriyyə sübut və 
faktlara  əsaslanmadığı  üçün  ciddi  sayıla  bilməz  və  səhvdir.  Dünyanın 
yaradıcı  ağıl    sistemik  nəzəriyyəsinə  görə  insan  və  cəmiyyət  dünya 
strukturunun  konkret,  müəyyən  bir  pilləsində  evolyusiyanın  zəruri 
yaranış  nəticəsidir.  Fövqəltəbii  allaha  əsaslanan  3  dinin  fikri-  allahın 
insanı gildən düzəltməsi və ona püləməklə yaratması uydurmadır.  Yer 
planetində  indi  insan  və  cəmiyyətlərin  zəruri  yeri  var  və  onlar  Yer 
planeti  sisteminin  elementi  rolunu  oynayır.  Onun  fəaliyyəti  Yer 
planetinə təsir edir və Yer planetindən istifadə etməklə yaşayır. 
       İndiyədək  elmdə  və  praktikada  insanın  və  cəmiyyətin  ona  layiq 
düzgün  anlayışı  verilməmişdir.  İnsan  idealist  mövqedən  əlahiddə 
götürülərək,  o,  ağılsız,  biliksiz,  biliyi  artmayan,  avam,  aldadıla  bilən,  
vasitə  kimi  istifadə oluna bilən, cəmiyyət  isə  belə  insanların  çoxluğu- 
kütlə  (sürü)  hesab  edilmişdir.  Yalnız  tək  -  nadir  insanların  ən  ağıllı 
lider  ola  biləcəyi  və  cəmiyyəti  idarə  edə  biləcəyi  düşüncəsi 
yaradılmışdır.    Müharibələr  və  diktatorluq  dövrlərində  (indiki 
dövrümüzə  qədər)  diktatorlar  tərəfindən  təbii  olaraq  belə    düşüncə  
yaradılmışdır ki, cəmiyyəti yalnız  ayrı - ayrı tarixi şəxsiyyətlər,  böyük 
siyasətçilər, böyük sərkərdələr idarə edə bilər və tarixin yaradıcıları da 
məhz  onlardır.  Belə  bir  nəzəriyyə  diktatorluğu  əsaslandırmaq  üçün 
düşünülmüşdü  və  səhvdir.  Yaradıcı  ağıl    fəlsəfəsi  isə  deyir:  -  Tək 
liderlər,  bəzi  peyğəmbərlər,  çarlar,  şahlar  və    tarixi  və  ictimai 
şəxsiyyətlərin  əksəriyyəti  öz  şəxsi  mənafeləri  və  hobbiləri  xeyrinə 
tarixi  yalnız  əymişlər,  onu optimal inkişaf  yolundan, kollektiv qərar 
qəbulu  yolundan  çıxarmış,  xalqlara  müharibələr,  zülm,  istismar, 
ədalətsizliyi  gətirmişlər,  idarə  etdikləri  əhalini  öz  məqsədləri, 
kaprizləri,  kal  baxışları,  hakimiyyətdə  qalması  üçün  vasitə  rolunda 
istifadə  etmişlər.  Hələ  indi  də  bəşər  tarixi  həmin  və  hətta  bu  gün  də 
mövcud  olan  yalançı  liderlərin  əkdiyi  düşmənçilikdən,  qapalı 
dünyagörüşdən, ağılsızlığından və kaprizlərindən əziyyət çəkir, ümumi 
dil  tapa  bilmir.  Bu  gün  də  biz  belə  axmaq  və  vicdansız  liderləri 
görürük,  onlar  nə  qədər  özlərini  maskalasalar  da.  Yalnız    tarixi 
liderlərin  yüzdən  biri  öz  xalqlarının  və  qonşuların  mənafelərini  düz 
anlayıb  xalqla  bir  olmuşsa,    öz  xalqlarına    xeyir  vermişlər.  Mən  qəti 
olara  əmin  olmuşam  ki,  insan  zəruri  olaraq  subyektiv,  fərdi  olduğu 
üçün ona təkbaşına ölkəni, icmanı idarə etməyə  icazə verilməməlidir. 
Sadəcə insan öz fərdiyyəti ilə buna qabil deyil. Hər insan sadəcə özünü 

 
13 
və  kiçik  ailəsini  idarə  etməyə  yararlıdır,  cəmiyyəti  idarə  etməyə  isə 
yox,  əks  halda  o  hökmən  ədalətsizlik  yaradacaqdır.  Bütün  həyat 
faktları hər gün və bütün tarix ərzində bu nəticəni sübut etmişdir. 
       Paretto  və  Sartori    cəmiyyəti  ağıllılara  və  səfehlərə,  tülkülərə  və 
şirlərə, qara kütləyə və elitaya (2, səh. 632-640); Nitşe  müxtəlif milli 
cəmiyyətləri  isə    ali  irq  və  aşağı  irqlərə,  ağa  irqinə  və  qul  irqinə 
bölmüşdür  (2,  səh.  513-520),  Ruhanilər,  peyğəmbərlər  isə  insanları 
özlərinə  (öz    dininə)  inananlara-  mömünlərə  və  kafirlərə  bölmüşdür. 
Kafirlərin  öldürülməsi,  torpaqlarının  qəsb  edilməsi,  daha  çox  vergi 
alınması, əzab verilməsi, zorla döndərilməsi  insanlığa düşmən dinlər 
tərəfindən  tələb  edilmişdir.  Nəticədə      səhv  –  qeyri  -  rasional  ictimai 
quruluş,  idarəetmə  sistemləri  və    qanunlar  yaradılmışdır.  Dinlərin 
nadan bölgüsünə  görə insanlar bir -birinə düşmən edilmişdir. Hazırda 
dinlərin  fikrincə  7  milyard  insandan  istənilən  insan  digəri  üçün 
kafirdir,  yəni  düşməndir.  Bu  quruluşlar  tək  hakimiyyətə  və  onu 
müdafiə 
edən, 
xüsusilə, 
hakimiyyət 
tərəfindən 
seçilən, 
qüvvətləndirilən,  varlandırılan,  qayğı  göstərilən  qrupun  müdafiəsinə 
əsaslanmışdır.  Bu  isə  dünyada  ümumi  ədalətsizlik  və  konfliktlərə, 
müharibələrə  gətirmiş,  insanların    varlı  və  kasıblar  qrupuna 
bölünməsinə səbəb olmuşdur.  Şübhəsiz,  idarə və qanunlar bütün əhali 
üçün  razılaşdırılmırdısa,  yalnız  xüsusi  qrupun  üstünlüyünə 
əsaslanırdısa, bu təbii, konfliktlərə,  üsyanlara gətirirdi. Elə indi də bu 
baş verir. 
     Yaradıcı ağıl  nəzəriyyə insanı şüurlu, ağlı artan, öyrənən  və ağlın 
imkan verdiyi hər bir qabiliyyəti, yaratmağı, idarə etməyi, yaxşı ilə pisi 
seçməyi bacaran, təkmilləşə bilən, öyrənməyi bacaran,  yaradıcı, aktiv 
hesab  edir.  İnsanda  yüksək  intellektual  potensial  və  ustalıq 
qabiliyyətləri  vardır.  İnsan  hər  bir  qabiliyyəti,  peşəni,  idarəni  öyrənə 
bilər,  lakin  hər  insana  spesifik  qabiliyyət  və  peşə  daha  çox  uyğundur 
və məhz onu müəyyən edib öyrənməlidir. Hər bir növ qabiliyyətə sahib 
insan  minlərcədir.  Tək  adamların  idarə  etməsinə,  seçilmiş    adamların 
qanun  yazmasına  ehtiyac  yoxdur  və  zərərlidir,  belə  qabiliyyəti  olan 
bütün  adamlara  imkan  verilməlidir  ki,  öz  qabiliyyətini  göstərsin  və 
əvvəl rasional strategiya yaradılsın, sonra isə onu həyata keçirən qanun 
yaradılsın   və rasional idarə həyata keçirilsin. 
       İnsan tam normal  funksiyalı insan kimi  yalnız  ailə, məktəb, icma, 
ictimai-  siyasi    quruluş  komponentlərindən  ibarət  cəmiyyətdə  insana 
çevrilir.  Cəmiyyətin  bu  komponentlərinin  hər  biri  insana  müəyyən 
miqdarda  xarakter,  qabiliyyət,  davranış,  baxışlar,  prinsiplər,  əxlaq 
verir.  Bu  tərkib  içində  iqtisadi  –  siyasi  qüuruluş  və  onun  fəaliyyəti 
(idarəetmə)  insan  xarakteri  və  davranışında  aparıcı,  müəyən  edici  rol 

 
14 
oynayır.  İqtisadi  –ictimai  quruluş  digər  komponentlərin    birgə 
yetişdirdiyi  insanı  tam  əxlaqsız,  rüşvətxor,  şəxsiyyətsiz,  mənasız  bir 
köləyə,  qula,  cinayətkara,  psixə  çevirə  bilər.  İdaəetmə  amili    habelə 
ailəni,  icmanı,  məktəbi,  öz  optimal  –  zəruri  funksiyasını  yerinə 
yetirməkdən  pis  istiqamətə  yönəldə  bilər;  onlara  pozğunluq, 
məsuliyyətsilik, etinasızlıq gətirə bilər. 
       Cəmiyyəti antropologiya, sosiologiya, psixolgiya, fəlsəfə , siyasət 
və digər elmlər öyrənir. Bu bölmədə cəmiyyətə  şəxsi mövqedən baxış 
izah  edilməklə  cəmiyyətin  az  işıqlandırılan  və  ya  diqqət  verilməyən  
aspektlərindən söhbət gedəcəkdir. 
       İnsanların  hər  yeni  anda  (cari)  xassələri-  xarakteri,  davranışları, 
mədəniyəti, 
düşüncə  tərzi  tamamilə  əsasən  cari  idarəetmə 
keyfiyyətindən  asılıdır.  Bundan  başqa  xarakter  coğrafi,  təbii  mühit, 
keçmiş tarixdən gələn adətlər, mədəniyyət, keçmiş milli xarakter, dinin 
dağıdıcı, yaxud birləşdirici təsiri  nəticəsində formalaşır.   
Cəmiyyət üzvü olan insanlarda belə  xassələr vardır: 
1)  Hər  insan  birinci  özünün,  sonra    yaxın  ailəsinin,  sonra  icmasının 
mənafelərini güdür. Cəmiyyət də fərdi insanın qismən oxşarıdır, 
2) Hər insan zəruri olaraq subyektivliyə malikdir, 
3) Hər insan özünü düz, daha ağıllı  başqalarını səhv sayır, 
4)  İnsan  öz  səhvini  daha  az,  başqalarının  səhvini  daha  çox  və  asan 
görməyə qabildir, 
5)  İnsan  başqalarından  üstünlüyə:  a)  əxlaqi  yolla  çalışmaqla  və 
b)başqalarına  mane  olmaqla  və  c)  rəqibləri    ləğv  etmə  və  d) 
rəqiblərdən istifadə etmək üsullarından birini seçməklə çalışır, 
6)  Başqalarının  uğuru,  əgər  bu  özgədirsə  paxıllıq,  yaxındırsa  sevinc  
yaradır, 
7) İnsan başqaları ilə ünsiyyətə girəndə öz simasını qoruyub saxlamağa 
çalışır;  xüsusi  maska  geyir,  başqasıın  fikrini,  ideyasını  gözdən 
salmağa, özünün fikrini isə üstün qələmə verməyə çalışır, 
8) Hər insan öz mühitində ondan gözlənilən davranışı etməyə çalışır - 
bu davranış uzun zaman adət və etalon davranış kimi formalaşır. Bunu 
o ya həqiqətən edir, yaxud görüntü üçün edir. 
9) Həqiqəti hər kəs qəbul etməyə hazır deyil. Hər kəs özünə və sonra  
qrupun  mənafeyinə  sərf  edən  uyğun  müəyyən  ideyaları,  baxışları 
düzgün, həqiqət  kimi  qəbul  edir, hansı  ki  yalan və səhv ola bilər. Bu 
ideya  və  inanclara  çox  aydın  və  real  əks  faktlar  olsa  da,    inamını 
dəyişmək  istəmir.  Mənafe  və  şəxsi  xeyir  yalan  və  səhv  ideyaları 
düzgün hesab etmək üçün əsas kriteriya olur. 
10)  Cəmiyyət  daxilində  hər  hansı  bir  insanın  fəaliyyəti:  işi,  sözü, 
davranışı  mütləq  reaksiya  yaratmalıdır-  yaxşı,  pis,  neytral,  dost, 

 
15 
düşmən, paxıllıq, pislik, xainlik; habelə sözlə, əməllə -maneçiliklə və 
ya  köməklə.  Ona  görə  hər  insanın  dostları,  düşmənləri,  paxılları, 
rəqibləri  -  açıq  və  gizli  formada  həmişə  var.  Bu,  insanların  həmişə 
maska 
geyməsinə, 
qarşılıqlı  münasibətlərdə  maska  dalından 
danışmasına,  həqiqəti  gizlətməyə,  susmağa,  həqiqəti  deyib  pis  adam 
olmamğa  vadar  edir.  Bəzilər  maska  geyə  bilmir.  Düzlər  hiyləgərlərin 
qurbanı olur. 
11)  İnsanlar  adətən  göründükləri  kimi  olmurlar.  Onlar  düşdükləri 
mühitin  tələbinə,  mahiyyətinə  uyğun  görsənməyə  çalışırlar.  Bu 
müxtəlif  dərəcələr  (maska)  formasında  olur.  Dərinlikdə  isə  onlar 
dəyişməyən xarakterə, xasiyyətə və digər əlamətlərə malik olurlar. 
12)  İnsanlar,  onları  bir  -  birindən  fərqləndirən    mənəviyyata  (  ağıl, 
iradə, dünyabaxış, şüur, əxlaq və davranış haqda ideyalara), xarakterə, 
şəxsiyyətə,  mədəniyyətə  malikdir.  Bunun  da  səbəbi  onların  yaşadığı 
mühitdir.  Mənəviyyat  (Moral,  morality,  духовность)  insanın  ruhi 
aləmi    mənasını  verir  və  insanda  mühitin  təsiri  və  yönətməsilə  
formalaşır.  Mənəviyyat,  hansı  ki  əxlaqı  və  psixi  vəziyyəti,  dəyərləri  
əks  etdirir,    ona  ən  böyük  təsir  edən  və  istiqamətləndirən  ictimai  –
iqtisadi quruluşdur və  o, idarə- etmənin konkret nəticəsidir. 
13)    İnsanlar  özünü  dərk  edən  və  uzaq  və  yaxın  məqsədləri  olan, 
gələcəyin  obrazını    təsəvvür  edərək  dəyərləri  çərçivəsində    qərar 
qəbulu  vasitəsilə  idarə  olunan,  gerçəkliyi  öyrənən  və  biliklərdən, 
məqsədlər, metodlar və davranışlar, fəaliyyətlər seçmək üçün  istifadə 
edən  varlıqdır;  Bütün  biliklər    dəyərlərin  müəyyən  edilməsilə 
nəticələnir;  və  insanlar  bu  dəyərlərə  uyğun  hərəkət  edirlər-  nəticədə 
müxtəlif  davranışlar  baş  verir.  Dəyərlərin  yaradılmasının  və 
seçilməsinin səmərələşdirilməsi  rasional insan  yetişdirməyə və insana 
yaxşı həyat yarada bilər. 
14) İnsanlar bütün həyatları boyu nə qədər çox öyrənsələr də, başqası 
ilə münasibətdə əsasən ağıla əsaslanmadan emosiyalarla özlərini idarə 
edirlər  və  təsirə  eyni  əks  təsirlə  cavab  verirlər:  şilləyə  -  şillə,  söyüşə- 
söyüş,  pisliyə  -pislik,  ittihama  -  əks  ittiham  və  s.  Bu  davranışın 
əsasında genlər, instinktlər, ictimai adətlər və emosiyaların praktikada 
ağıldan üstünlüyü durur. Onlar öyrəndiklərini unudur, daim buna görə 
hiss  etmədən  problemlərə  düşürlər  və  sonra  özlərini,  problemlərini 
yenidən dərk edirlər, yenidən özlərini ağılla korrektə edirlər. Ağıl insan 
şüurunun  daha  dərinliyindədir,  hisslər  isə  konkret  emosiyalar 
formasında insan şüurunun səthindədir və insanlar arası, ümumiyyətlə 
xarici  mühit  obyektlərilə  münasibətdə  birinci  özünü  göstərir  və  işə 
düşür.  Ona  görə  də  insanlar  münasibətdə  olarkən  ilkin  olaraq 

 
16 
emosiyalar meydana çıxır və idarəedici qərar verir.  Müdriklər əsasən 
emosiyalarla deyil, ağılla və intuisiya ilə işləyirlər. 
 
İnsanlardan əmələ gəlmiş icmalarda xassələr  
 
1.  Qeyri  -  rasional  cəmiyyətlərdə  (quldarlıq,  feodalizm,  kapitalizm, 
qlobal  imperializm)    yalnız  varlılar  -  böyük  sahibkarlar  hakimiyyətə 
sahib  ola  bilərlər.  Bunun  üçün  onlar  bütün  qanunları  elə  yazır  və 
idarəni elə edirlər ki, bu imkanı əldə etsinlər. 
     Varlılar hakimiyyət formalaşdırıb,  onu ortabab və kasıblara sırıyır, 
onların  yaşaması  üçün  qaydalar,  qanunlar  yazırlar,  özləri  üçünsə 
xüsusi,  üstün  həyatı  və  fəaliyyəti  təmin  edən  qanunlar  yazırlar. 
Cəmiyyətin inkişafı istiqaməti və dərəcəsi,  insanların maddi vəziyyəti  
məhz  varlı  qrupun  arzusunu,  mənafeyini,    iradəsini  əks  etdirir.  Digər 
qruplar isə  bundan zərər çəkir. 
      Obyektiv tədqiqatlar cəmiyyətdə varlıların miqdarının 20 %, qalan  
əhalinin  sayının  isə  80%  olmasını  müəyyən  etmişdir(3).  Bütün  əsas 
iqtisadiyyat  20%  varlı  qrupa  məxsus  olduğu  üçün  qalan  80  %  əhali 
varlıların  mənafeyi  üçün  işləyir.  Sahibkar  varlılar  işçilərə  minimum 
əmək  haqqı,  yəni  mövcud  olmaq  üçün  əmək  haqqı  verirlər.  Təbii 
olaraq varlı sinfin qəbul etdiyi iqtisadi prinsipin nəticəsi olaraq  işsizlik 
istənilən  cəmiyyətdə  5-  60%  arasında  olur.  Əxlaqa  xüsusi  əhəmiyyət 
verməyən əksər cəmiyyətlərdə varlıların hökuməti işsizlərə, kasıblara - 
hansı  ki  onların  /varlıların  fəaliyyəti  nəticəsidir  -  cüzi,  qısa  müddətli 
yardım edirlər. Nəticə olaraq, cəmiyyətdə kasıblar və varlılardan ibarət 
ədalətsiz  situasiya  bərqərar  olur.  80  %  əhalinin  yaratdığı  gəlirin  əsas 
hissəsi   varlıların cibinə gedir. 
2.  Cəmiyyətdə  eynilə  bioloji  sistemlər  üçün  Darvin  nəzəriyyəsi  – 
Güclülərin 
–uyğunlaşa 
bilənlərin 
yaşaması; 
zəiflərin 

uyğunlaşmayanların  məhv  olması,  əziyyət  çəkməsi,  geri  qalması-
qüvvədədir.  Lakin  eyni  bir  zonada  yaşayan  insanlar  təbiətə 
münasibətdə uyğunlaşmışlar, hamı bərabərdir. İqtisadi - siyasi sistemə 
münasibətdə cəmiyyət iki qrupa bölünür a)zirək – güclü, varlı, vəzifəli 
və b) zəiflər. Zəiflər - bütün kasıb və orta təbəqə güclülərin təsiri altına 
düşür,  onlara  tabe  olur,  onların  tərəfindən  təyin  edilən  qanun  və 
qaydalarla, normalarla, əmək haqqı ilə yaşamağa məhkum olur; onlara 
nökər  olurlar.  Güclülərin  tələb  etdiyi,  dəbə  çevirdiyi  əxlaq  və 
davranışla, həyat tərzi ilə yaşamağa məcbur olurlar. 
3.  Aclıq,  səfalət  cəmiyyət  üzvlərində  qeyri  -  əxlaqi    hərəkətləri 
qızışdırır,  əxlaqi  normalar,  azadlıq,  demokratiya  insanların  nə  vaxtsa 
eşitdikləri  mənasız  sözə  çevrilir;  orta  maddi  vəziyyət  (bərabər 

 
17 
vəziyyət) isə optimal əxlaqi hərəkətəri stimullaşdırır; maddi vəziyyətin 
optimal həddindən artıq vara sahib olmaq isə yenidən mənfi meylləri - 
xəyanəti, 
istismarı, 
aldatmağı, 
dələduzluğu, 
düşmənçiliyi, 
hegemonluğu,  harınlığı,  başqasına  aşağı  baxmağı  həvəsləndirir, 
vəhşi  preinsan  tarixində    olmuş  və  beyinin  xüsusi  bir  yerində 
formalaşmış vəhşi və qəddar xarakteri oyadır - insanı vəhşiyə çevirir. 
4.  Cəmiyyətin  həyatı  onun  (üzvlərinin,    birliklərinin,  təşkilatlarının) 
fəaliyyətlərinin,  qarşılıqlı  təsirlərinin  tarazlaşması  (razılaşdırılması) 
prosesidir.  Burada  hər  hansı  bir  elementin  üstün inkişafı  digər  sahədə 
tarazlığın  pozulması  ilə  nəticələnir.  Burada  fiziki,  riyazi  tarazlaşma 
deyil,  psixi-mənəvi  tarazlaşma  başa  düşülməlidir  ki  onun  da  əsasında 
maddi  nemətlərə,  inkişaf  imkanlarına  malik  olmaq  durur  .  Nəticədə 
varlı  özünün  varlı  olmasını  və  istismar  etməsini  təbii  (düzgün)  sayır; 
kasıb da kasıb olmasını, istismar olunmasını, nökərçiliyini təbii sayır; 
əzab  çəkənlər,  kənara  atılmışlar  da  öz  vəziyyətlərini  təbii,  düzgün 
sayır.  Bunu,  hegemon  idarə  şüurları  manipulyasiya  (süni  uydurma 
əxlaq, baxış, adət, mədəniyyət yaratmaqla) vasitəsilə əldə edir. 
5.  Cəmiyyətin  ümumi  mənafelərinin  təşkili  və  idarə  strukturunda 
çalışan  insanların  şəxsi  mənafe  güdməsi  səbəbilə  onların  sui  - 
istifadəsi, korrupsiya və rüşvərxorluqa imkanları açılır, bu, cəmiyyətin 
və  şəxsiyyətin  inkişafına  və  həyatına  çox  pis    təsir  edir.    Cəmiyyətin 
inkişafı tormozlanır, səhv və dağıdıcı idarə baş verir- idarə dələduzluğa 
çevrilir.  Buna  görə  cəmiyyət  həmişə  iki  əks  hissəyə  ayrılır  - 
hakimiyyət  və  onun  hesabına  yaşayanlar  və  qalan  əhali;  nəticədə 
toqquşmalar,    inqilablar  baş  verir.  Cəmiyyət  istənilən  zaman  bu  iki 
qüvvənin  tarazlaşması  prosesini  əks  etdirən  hadisələr  (təsir  və  əks 
reaksiyalar) içindədir. 
6.  Cəmiyyətdə  ideyalar,  davranış  modelləri,    həyat  tərzi,  danışıq, 
ifadələrin dəbdə olan komplekt etalonları  olur ki, bunların da konkret 
müəllifləri  olur  və  fasiləsiz  cəmiyyətin  fəaliyyətinə,  nitqinə  daxil 
edirlər.  Hər  konkret  zamanda  istifadə  edilən  üstün  ideyalar,  etalonlar, 
davranış tərzləri olur. Bir cəmiyyətdə yaradılmış mədəni məhsul, digər 
cəmiyyətlərə  də  yayılır.  Cəmiyyətlər  arasında  oxşamaq,  yaxşı  şeyləri 
qəbul  etmək,  tətbiq  etmək,    yamsılamaq  xassələri  vardır.  Bu    ağlı  az 
olanlar  üçün yaxşı yoldur. 
7.  Cəmiyyətin  inkişafı  sürəti  onun  biliyinə  uyğun    və  onun  nəticəsi 
olduqda  ən  böyük  razılıq  və  tarazlıq  yaranır.  Bu  uyğunluq  olmadıqda 
qeyri - stabillik, nayrazılıq yaranır. 
8.  Cəmiyyətdə  problemlərin  əsas  səbəbi  davranış  və  fəaliyyətlərin 
biliklərə və təcrübəyə və əxlaqa - rasionallığa uyğun olmamasıdır. Bu 
isə o zaman olur ki, cəmiyyətin idarəsində onun bütün üzvlərinin biliyi 

 
18 
və təcrübəsi istifadə olunmur. Bütün üzvlərin mənafeyi qorunmur. Bu 
o  zaman  olur  ki,  bir  qrup  üstün  hüquqlar  əldə  edərək  cəmiyyəti  öz 
mənafeyi üçün idarə edir. 
9.  Avtonomluq  prinsipi.  Bütün  bəşəriyyət    AVTONOM  (sərbəst, 
müəyən dövr bütöv  qala bilən) qruplardan  əmələ gəlmiş: ailə, qəbilə, 
icma, millət, etnik qrup (digər millətin içində), dövlət, dövlətlər birliyi 
-  dünya  bəşəri  birliyi  formasında    yaşayır,  bu  onun  ən  rasional 
formasıdır. Avtonom birliklər qaydasını heç bir insan və siyasi qurum 
pozmamalıdır.  Hər  avtonom  qrup  üst  avtonom  birliklərə  birləşməli, 
onlar  da,  nəhayət,  dünya  birliyində  birləşməlidir.  Bu  bütün  dünyanın, 
canlı,  cansız  aləmin  qanunudur.  Reallıqda  bir  çox  dövlətlər 
avtonomluq prinsipini  pozur, bu, nəticədə düzgün, harmonik inkişafa 
mane olur və qruplar arası gərginlik yaradır. 
10.  Siyasi  quruluşlarda    ən  hiyləgər,  ən  çox  yalan  danışan,  əxlaqı 
saymayan başçı olur. 
11.  Ayrılıqda  insanlar  əxlaqa,  humanizmə  müəyyən  qədər  və  yalnız 
müəyyən hallarda əməl etsələr də, onların dövlət idarələri əməl etmir, 
həm daxili, həm xarici siyasətdə. 
12.  İnsanın  əxlaqı  onun  yaşadığı  cəmiyyətdə  dövlətin  pis  ya 
yaxşıtəsirilə yaranır və işləyir; dövlətin əxlaqı isə ətraf mühit dövlətləri 
icmasında,  habelə  daxildə  insan  kütlələrinin  ümumi  xarakteri  ilə 
yaranır və işləyir; hər ikisi bir- birindən fərqlidir və öz təyinatı vardır. 
Lakin dölətin və fərdin əxlaqını bir –biri ilə qarışdırmaq, birinin yerinə 
digərini istifadə etmək yolverilməzdir, səhv hərəkətdir. 
Ictimai  sistemlərin    tərkib  elementləri.  Ictimai  sistemləri  aşağıdakı  4 
böyük  avtonom  sistemlərdən  ibarət  təsəvvür  edə  bilərik:  1)iqtisadi 
sistemdən,  2)  dövlət  –  idarəetmə  sistemindən,  3)  ərazi  çoğrafi  təbiət 
sistemi.  Ona  təbii  ərazi,  çaylar,  meşələr,  təbii  sərvətlər,  qlobusda 
yerləşməsi  yeri-  coğrafiyası,  təbiəti  aiddir  4)    əhali  və  mədəniyyət 
sistemi.  Onu  cəmiyyət,  ictimai  təşkilatlar,  mədəni  xarakter-  adət, 
ənənələr, etik yaşayış normaları təmsil edir. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin