MÖVcud cəMİYYƏTLƏRDƏ NƏ baş veriR?


Dövlət təşkilatının  həqiqi və əbədi xassələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/29
tarix28.03.2017
ölçüsü2,8 Kb.
#12720
1   2   3   4   5   6   7   8   9   ...   29

Dövlət təşkilatının  həqiqi və əbədi xassələri.  
Dövlətdə 
hakim 
sinfin 
və 
onun 
parlamentdə 
və 
icra 
hakimiyyətlərindəki  vəzifəli  şəxsləri  prezident,  nazirlər,  komitə 
sədrləri  və  s.  daim  vəzifələrindən  varlanmaq  üçün  istifadə  etmək 
marağı qalır və imkanlar düşən kimi bunu edirlər, imkanları da özləri 
yaradırlar. 

 
27 
1.
 
Xalqın mənafeyi və ölkənin inkişafı bütövlüyü daha az dəyərə 
malikdir,  nəinki  şəxsi  varlanma  və  vəzifədə  uzun  müddət 
qalmaq 
2.
 
Bütün    parlament  və  icra  aparatı  öz  mənafelərini  təmin  edən 
qanunlar yazır və icranın belə formasını həyata keçirirlər  
3.
 
Qanunlar,  bəyanatlar  və  ideologiyalar  hamısı  birinci  növbədə 
vəzifəlilərin  mənafeyinə  xidmət  etmək  üçün,  lakin  cəmiyyəti 
aldatmaq, həqiqəti bilməkdən yayındırmaq üçün  verilir. 
4.
 
Bütün  əhali,  dövlət  ərazisindəki    iqtisadi  qurumlar  öz 
mənafelərindən  başqa  eyni  zamanda    dövlət  strukturlarındakı 
vəzifəlilərin şəxsi mənafe məqsədlərinə xidmət edir. 
5.
 
Dövlət  öz  fəaliyyətində  daha  uzaq  və  abstrakt  formada  ifadə 
edilən  məqsədlər  elan  edir  və  insanların  başını  bu  gözləmə 
prosesilə qatır və öz davranışlarını bu ideya ilə üstünü örtür. Bu 
məqsədlər tamamilə şüurlu şəkildə əldə edilə də bilər edilməyə 
də  bilər.  Bu  məqsədlər  dövlətin  ideologiyası  olur.  Dini 
ideologiya-ədalətin 
bərqərar 
olması  yaxud  kommunist 
ideologiyası-  sinifsiz  bərabərlər  cəmiyyəti  qurmaq  ideyası  və 
ya  ABŞ-ın  dünyada  hegemon  olmaq  ideyologiyası  eyni 
xarakterli  alətlərdir  və  cəmiyyətin  başını  qatmaq,  bu  ideyalar 
altında  fəaliyyətini  gizlətməkdir.  Hər  dövləti  araşdırsaq  çox 
gülünc və uydurma ideyalar - maskalar tapa bilərik 
6.
 
Hakimiyyətlərin 3 qola bölünməsi tamamilə formaldır 
Bu  xassələr  dövlətin  təbii  tarixi  xassələridir,  hansı  ki  əhalinin  iştirakı 
və nəzarətinin  müxtəlif   dərəcələrində  azala, çoxala, dərində gizlədilə 
bilər.  
6-cı  xarakterə  əlavə  etmək  lazımdır  ki  ,  bütün  dövlətlər  ən  azı  yaxşı 
həyat  qurmağı  və  inkişafı    ən  çoxu  isə  müəyyən  sahədə  dominant 
olmağı vəd edir. Istənilən faşist, sosialist, teokratik, monarxik, tiranik 
dövlət  belə  etmişdir.  Aparılan  bütün  siyasətlər,  tədbirlər  həmin 
məqsədlərin adı altında edilir ki, cəmiyyətin gözlədiyi ilə uyğun gəlsin. 
Lakin  adətən  bu  məqsədlər  altında  tamamilə  ona  zidd,  onu  əldə  edə 
bilməyəcək  siyasətlər  qurulur  və  əsas  məqsəd  hakim  sinfin  maddi 
rifahı, iqtisadi və siyasi üstünlüyü olur.        
       Demək lazımdır ki, istər dövlətlər arası siyasət, istər dövlət daxili 
siyasət  hansı  ki  bir  ideologiya  altında  həyata  keçirilir,  əsas  məqsədi 
elan edilən məqsədi əldə etmək deyildir və yalnız hakim qrupun siyasi 
güc  əldə  etməsi  üçün  edilir.  Demokratiya,  yaxşı  həyat,  güclü  dövlət, 
azadlıq,  liberal  bazar  məqsədləri    hamısı  cəmiyyətin  başını 
aldatmaqdır. 

 
28 
      Evolyusiya  nəticəsində  dövlətlər  arası  münasibətlərdə  böyük 
dəyişiliklər  baş  verdiyi  kimi  məsələn,  qüvvələr  balansından  kollektiv 
təhlükəsizlik  sisteminə  keçid;    zorakılıqdan  mədəniyyət    və  ticarət 
vasitəsilə  digərini  istifadə  etmək,  ölkələrin  daxilində  də  böyük 
çevrilmə  baş  verir.  Lakin  orta  əsrlər  dövlətinin  həm  xarici  dövlətlərə 
münasibətdə  həm  daxili  əhaliyə  olan  münasibətdə  yırtıcı,  istismarçı, 
zorakı  mahiyyəti  itmir,  yeni  funksiyalar    və  ideologiya  ilə  dərində 
gizlədilir  və  istənilən  zaman  şərait  olsa  işə  salına  bilər.  Lakin  bu 
mahiyyət  geridə  qalmış  dövlətlərdə  -  monarxiyalarda,  formal 
respublikalarda özünü daha aşkar göstərir. Niyə?  Sonrakı bölmələrdə 
geniş  izah  edilən  bu  səbəb-  ümum  dünya  struktur  elementlərinin 
kombinasiyadan  (kombinasiyalar  ierarxiyasından)  ibarət  olmasıdır. 
Yəni  tarixi  evolyusiya  nəticəsində  tamamilə  harmoniya  yaradıcı 
qanunlara  görə    ictimai  sistemlərə  digər  yeni  elementlər  daxil  olur, 
yeni kombinasiya-struktur yaranır. Bu strukturun   əsas həlledici amili 
cəmiyyətlə    dövlətin  qarşılıqlı  təsir  nisbətləridir,  hansı  ki    nəticəsi 
mövcud  evolyusiya  məhsullarıdır-  dövlət  növləridir,  institutlar, 
hüquqlardır, vəzifələrdir, həyat tərzi və onun səviyyəsidir . 
      Məsələn,  dövlətin  həqiqi  sifətini  əks  etdirən  son  tarixi  hadisələrə 
baxaq.    Budur  1991-ci  il  6  Dekabr  SSRİ  ləğv  olunur  və  MDB 
yaradıldığı  elan  edilir.  Bu  dövlətlərin  çoxunda,  məsələn,  Qafqaz 
respublikalarında  hakimiyyət  cəmiyyəti  unudub  öz  varlanması  və 
kapitalistə çevrilməsi hayına qalır. Zavod və fabriklər xüsusi siyasətlə 
dayandırılır;  bunun  üçün  enerji,  su  tarifləri,  torpaq,  əmlak    və  gəlir 
vergiləri  həddən  artıq  qaldırılır  və  onlar  bankrot  edilir,  kredit 
verilmədən  imtina  edilir,  elmi  tədqiqat,  konstruktor,  layihə  insitutları 
dayandırılır.  İşçilər  kompensasiya,  yeni  iş  vermədən  bayıra  atılır.  
Səbəb  kimi  bunu  zavodların  köhnə  olması  və  xarici  əlaqələrin  
qırılması  ilə  izah  edirlər.  Lakin  bu  qədər  yalanı  və  nihilizmi  hələlik 
bəşəriyyət  görməmişdir. Zavodları bağlayaraq fəhlərləri toplaşıb birgə 
etiraz  etməkdən  məhrum  etmişlər.  Məqsəd  ictimai  istehsalı 
dayandırmaqla  məmurların  xaricdən  mal  gətirib  ticarət  etməsi  üçün 
şərait yaratmaqdır. Burada bütün 90 % əhali dövlət strukturuna qurban 
verilir. Xüsusi qanunlarla və  diskriminativ idarə ilə torpaqlar, əmlak, 
müəsisələr varlanmış dövlət məmurlarının və klanların  əlinə keçirilir. 
Etirazlar eşidilmir, zorakılıqla qarşısı alınır. Bu fakt bütün   dövlətlərin 
əsil  təbii  keyfiyyətlərini    sübut  edir.  O  həmişə    xalqı  əzməyə,  onu, 
torpağı,  milli  ehtiyatları, milli  əmlakı öz mənafeyinə  qurban verməyə 
hazırdır,  baxmyaraq  ki,  daim  xalqa  xidmət  etməsindən  danışır.  Məhz 
vacib məsələ dövlət rəsmilərinin bu imkanlarının qarşısını yeni ictimai 
sistem yaratmaqla almaqdır.  

 
29 
     Məsələn,  orta  əsrlər  dövləti  müəyyən  bir  kralın  adı  ilə  və  ya 
dinastiyanın  adl  ilə    adlanırdısa,  indi    xalq  dövləti,  milli  dövlət, 
respublika,  rifah  dövləti,  sosial  demokratiya  dövləti  adlanır.  Bu 
dövlətlər    nəzəriyyədə  cəmiyyətin  formalaşdırdığı  və  idarə  etdiyi 
dövlət  hesab  olunur.  Lakin  bir  çoxlarının  adı  xalq  və  ya  respublika 
dövləti olsa da əslində elə hər hansı bir tayfanın, klanın, kralın dövləti 
kimi qalmışdır. Onların da bəlası məhz elə budur. 
      Əgər  müstəmləkəçilik  dövründə  müqavimət,  narazılıq  olurdusa, 
millətlər  özlərinin  əzildiyini,  istismar  edildiyini  hiss  edirdisə,  indi 
keçmiş  müstəmləkələr  könüllü  yalvarıb  öz  iqtisadi  imkanlarını 
hegemona  bağışlayır  və  ya  ucuz  verir,  özləri  onların  gəlib  zavod, 
fabrik tikib, onları istismar etməsini, onlara məsləhət verməsini  xahiş 
edir. 
       Gördüyümüz  kimi  politologiya  bəşəriyyətə  müəyyən  dərəcədə 
dinc  dövr  gətirdi,  lakin  zəifləri  güclülərin  boyunduruğu  altına    zor 
işlətmədən,  könüllü    saldı.  Nəticədə  dünyanın  inkişaf  prinsipi 
dəyişmədi, hər iki qanun öz rolunu dəyişmədən bu günə qədər oynayır 
. Dinc könüllü istismar dövrü, faktlar göstərir ki, yenə də əsas problemi 
-sülh  içində  hər  bir  insanın  xoşbəxt  yaşamasını-həll  etmədi.    Bütün 
hegemonların  və  müstəmləkədən  azad  olmuşların  öz  aralarında 
razılaşmaları hər iki tərəfdən dövlət və təşkilatları varlı hakim məmur 
sinfinin mənafeyinə - hakimiyyətdə qalmasına və varlanmasına xidmət  
etməyə  başladı.  Zəhmətkeşlərin  mənafeyi  isə  ən  aşağı  hədlərdə 
saxlandı.  Demək, hər iki tərəfin-həm kolonistlərin, həm də azad olmuş 
keçmiş  koloniyaların  -  dövlət  aliləri,  liderləri  razıdır,  cəmiyyətlər  isə 
narazı-  istismar  olunan  vəziyyətdə  qaldı.  Qeyd  etməliyəm  ki,  istər 
dövləti və istər  istismar olunan,  kasıb və əzilən insanların səbəblərini 
araşdırsaq  onların  özlərinin,  kollektivinin,  ailəsinin  xeyli  günahkar 
olduqları  aşkara  çıxır.  Lakin  günahkar  konkret  olaraq  bu  insanların 
daşıdığı,  sitayiş  etdiyi    təşkil  sistemi  və  bu  konstruksiyanın    konkret 
şəxsləri,  konkret  münasibətləri,  baxışları,  dəyərləridir.  Əzilənin 
tamamilə günahkar olması - qədim ideya düz çıxır. Yəni ağılın olması 
hələ azdır, digər amillər də olmalıdır ki, inkişaf baş versin. Məhz digər 
amillər  ətraf  mühitdə  (sosial,  iqtisadi,  təbiət,  idarə  və  s  .)  yerləşir.  
Beləliklə, hər cəmiyyətin və insanın yaxşı həyatı əldə etməsi üçün  üç 
məsələ həll olunmalıdır:  
1) ümumi bəşər- təbiət sisteminin  yaxşı konstruksiya edilməsi və düz 
işləməsi  ;  2)  bəşəriyyəti    təşkil  edən  hər  dövlətin  ,  icma  və  ailənin 
,insanın    təkmilləşdirilməsi  və  rasional  həyat  tərzinin,  rasional 
inkişafın  əldə  edilməsi  və  3)  təbiətin  qorunub  saxlanması  və 
yaxşılaşdırılması,  tarix  ərzində  qırılmış  yaşıllıqların  bərpası,  habelə 

 
30 
Afrikada ağacları yeyən, qıran heyvanların: fillərin,  zürafələrin, vəhşi 
keçilərin sayının kəskin azaldılması.   
 
2.2. İqtisadi sistemin evolyusiyası   
 
Bu  bölmədə  qısa  qeyd  etməliyəm  ki,  ilk  insanlar  meydana  çıxanda 
əvvəl  onların  iqtisadiyyatı  ovçuluq  oldu,  sonra  əkinçilik,    ticarət, 
sənətkarlığı  əhatə  edən    quldarlıq  dövrü;  şəxsi  və  icma  mülkiyyəti  - 
torpaq  və  əkinçiliyə  əsaslanmış  feodalizm  dövrü;  sonra  sənətkarlığın 
mərkəzləşməsi  və  sexlərin  meydana  çıxması  və  texnoloji  inqilabların 
nəticəsi  olan  kapitalizm,  daha  sonra  ictimai  mülkiyyətə  əsaslanan 
sosializm    meydana  çıxır.    Burada  diqqətimizdə  əsas  kapitalizm  və 
ondan sonrakı mümkün iqtisadi modellər olacaqdır.   
Tamamilə  doğrudur  ki,  “liberalizm  sərvətləri    topladı,    müəyyən  az 
miqdarda  kapitalistlərin  gücünü  artırdı,  lakin  əhalinin  böyük  bir 
hissəsini və məhsul alətlərini mülkiyyətçilərindən asılı edərək sosial və 
iqtisadi  quldarlıq  yaratdı”  (5,  29).  Kapitalizmin  bu  ümumi 
xarakteristikası  indi  də  qalmışdır.  Lakin  o  bu  gün  müxtəlif  formalar, 
modellər  almışdır.  Məsələn,    a)  rasional  kapitalizm  (Almaniya, 
Skandinaviya ölkələri) var, hansı ki  b)rasional sosializmə yaxındır və 
ictimai  və  dövlət  nəzarəti, nizamlaması  altındadır,  c)  vəhşi  kapitalizm 
var,  hansı  ki  bazarın  hegemon  idarəsi  altındadır  (ABŞ,  Avstraliya, 
Cənubi  Koreya,  Türkiyə)    d)  məmur  kapitalizmi  var  (Azərbaycan, 
Ermənistan) - hansı ki bütün ticarət və istehsal  dövlət məmurlarının və 
sülalələrinin  əlindədir  və  ya  müəyyən  rüşvət  müqavibilndə  himayəsi 
altındadır.  Bazar  azad  deyil,  məmurun  şəxsi  xeyrinə  uyğun  işləyir. 
Dövlət  məmur-  kapitalistlərin  monopolist  statusunu  qoruyur  və 
korrupsiya, böyük bərabərsizlik, kasıblıq və s. pis nəticələr yaradır. 
      
Eyni 2 qanun - yaşamaq uğrunda mühitdən istifadə və dominantlıq 
uğründa mübarizə  eynilə icmalar, qruplar daxilində də fəaliyyətdədir
.
 
Ölkələr  daxilində  də  əvvəlki  zorakı  şah-kral  hakimiyyəti  və  insanları 
ən  az  dözülə  bilən  şəraitdə  istismar  rejimi    də  20-ci  əsrdə  böyük 
dəyişiliyə uğradı. 
   
   Karl  Marksın  və  Fridrix  Engelsin  son  ictimai  formasiya  olan 
kapitalizmin  tənqidindən  və  sosialist  nəzəriyyəsindən  sonra  aparıcı 
kapitalist  dövlətləri  öz  səhvlərini  anladılar  və  kapitalist  sistemini 
reformasiya  etdilər.  Fəhlə  və  kəndli-fermer  sinfinə  müəyyən  dözülə 
bilən  həyat  şəraiti  verərək  (bir  az  yaşamaq  imkanlarını  artıraraq) 
onları  inqilab  etməkdən  və  böyük  ixtişaş  törətməkdən  çəkindirdilər. 
Qismən müvazinətli cəmiyyət yarandı. 

 
31 
     Lakin  inkişaf  gedir,  şüurlar  biliklər  artır,  insanlar  öz  ağılları  ilə 
vəziyyətlərini,  yaxşı  yaşamaq  arzularını  və  dövlətin  onlara  verdiyi  
yaşamaq  imkanlarını  müqayisə  edirlər,  yenidən  böyük  çatışmazlıqlar 
olduğunu aşkar edirlər.  
Avropa və Şimali amerika qitəsindən, Çin, Avstraliya və Yaponiyadan 
başqa  bütün  ölkələrdə  yaşamaq,  yaratmaq,  işləmək  yaratmaq  və 
mədəniyyət  imkanlarının  hədsiz  bərabərsizliyi  mövcuddur.  Seçilən 
həmin  ölkələrdə  də  cənnət  deyil,  orada  da  ictimai  sistem  müxtəlif 
sosial, etik,  siyasi problemlərə səbəb olur.    
Bərabərləşməyə  doğru tarixi  trend  özünü zaman  –  zaman daha aşkar 
göstərməyə  başlayır.  Bəzən  gizli,  görünməz  olur.  Alimlər 
tədqiqatlarında müəyyən edirlər ki, orta hesabla dünyada və ya ölkələr 
üzrə  80%  milli  gəlir  20%  əhalinin  cibinə  toplanır  (3,  24  ).  İstismar, 
aldatma,  qeyri  -etik  prinsiplər  üzərində  qurulan  kapitalizm  öz  mənfi 
keyfiyyətlərini  getdikcə  daha  aşkar  göstərir.  Gerçəklik  məhz 
bəşəriyyəti  xoşbəxtliyə  çıxarmaq  və  yer  kürəsində  həyatı  xilas  etmək 
üçün yeni ictimai quruluşu layihələndirməyi, yeni prinsiplərə keçməyi 
tələb edir. 
      Yeni  ağıllanmış  bəşəriyyət  üçün  hansı  yeni  ictimai  quruluş  təklif 
oluna bilər. Şübhəsiz, bu yeni struktur yeni prinsiplərlə yaşayan, idarə 
edilən bir sistem-yeni sivilizasiya  olmalıdır. 
Yeni  ağıl  dövrü  –  rasional  cəmiyyət  tarixi  başlayır.    Bax:    rasional 
cəmiyyət nəzəriyyəsi və konstruksiyası 
 
2.3. Təfəkkürün evolyusiyası 
 
Təfəkkürün  evolyusiyası  bir  çox  mütəfəkkirlərin,  məsələn,  Oqust 
Kontun və Hegelin  əsərlərində məyyən dərəcədə işıqlandırılmışdır (6, 
səh.  356,  490).  Hegel  düşüncə  tarixini  şərq  -  burada  hamıda  qul 
psixologiyası  qüvvədədir,  insan  azad  deyil,  antik  –bəziləri  azaddır, 
çoxu  qul  düşüncəsinə  malikdir  və  alman  –  burada  hamı  azaddır  -
mərhələrinə  böldüyü  halda,  Kont    başqa    3  mərhələyə  bölür.  Teoloji-
insanlar  allahlara  və  ruhlara  inanır,  dini  avtoritetlərə  sitayiş  edir  və 
monarxiyanı  təbii  qəbul  edirlər;    metafizik  -  allah  deyil,  təbiət  ilk 
yaradıcı  hesab  edilir,    avtoritetə  inam  azalır,  monarxın  yerinə  xalq 
hakimiyyətini  qoymaq  istəyirlər,  düşüncə  azad  olmağa  başlayır  və 
pozitiv-  bu  dövrdə  elmin  üstünlüyü  başlayır  və  teologya  və 
metafizikadan  imtina  edilir.  Kontun  mövqeyi  daha  obyektiv  görünür. 
Təfəkkürün    evolyusiyasını  bütün  fəlsəfə  tarixi  və  qaydalar,  normalar 
tarixi  əks  etdirir.  Mən  bu  evolyusiyanın  bəzi  cəhətlərini  qeyd  etmək 
istərdim. Bu evolyusiyanı ağac formasında təsəvvür etsək, onun yalnız 

 
32 
ən  böyük  və  uzun  budağı  Kontun  təsvirinə  oxşayır.  Lakin  digər 
budaqları müxtəlif uzunluqda və yoğunluqda olaraq müxtəlif xalqlarda 
və coğrafi ərazilərdə olan evolyusiyanı təsvir edir, belə ki onlar bu və 
digər  səviyyəyə  hələ  gəlib  çatmamışlar.  Bəşər  inkişafı  ağacı 
gövdəsindən  çıxan  və  təfəkkürü  əks  etdirən  ən  uzun  budaq:  
başlanğıcda allahlara və ruhlara inanır, onlardan qorxur, sitayiş edir və 
kömək  istəyirlər.  Texniki  alətlərin,  istehsalın,  elmin  inkişafı  və  daha 
böyük  icmalaın  yaranmsı  ilə  insanlar  allahlar  aləminə  öz  icma 
quruluşlarını-  başçı  və  köməkçiləri,  idarə  edənlər,  cəza  verənlər  
sistemini  köçürürlər. Onlar içərisindən bir baş allah seçib onu ali idarə 
edən  qəbul  edir,  qalan  ilahilərə  isə  mələk  –  köməkçi  adı  verirlər.  Bu 
hadisə    Orta  şərqdə  başlayır;  əvvəl  zərdüştlüklə,  sonra  yəhudiliklə  və 
induizmlə daha sonra xristianlıqda. Bu prosesdə  ideyanı ilk söləyənlər 
özlərinə  peyğəmbər,  allahla  danışan,  xəbər  alan  statusu  verirlər  və 
icma  başçısı  olmağa  çalışırlar  və  bəzən  olurlar.  Icma  üzvləri  də 
qorxudan  və  avamlıqdan  və  ya  qılınc  gücünə  onlara  inanır  və  tabe 
olurlar,  kimi  tez,  kimi  gec.  Şərqdə  (Çində,  Hindistanda)  isə  belə 
adamlar  özlərinə  peyğəmbər  adı  vermirlər  və  hakimiyyəti  tutmağa 
çalışmırlar.  Onlar  insana  əzablardan  elə  bu  dünyada  xilas  olmağı 
öyrədirlər.  Paralel  olaraq  təbiəti  və  insanı  dərk  edən  müxtəlif 
nəzəriyyələr  qurulur.  Yeni  eranın  15  –ci  əsrindən  başlayan  intibah  və 
maarifçilik  dövrünə  qədər  insanlar  dövləti,  krallığı,  xanlığı  allahın 
yaratdığı  və  dəyişilə  bilməz  qəbul  edirlər.  Lakin  ilk  dəfə  intibah 
dövründə  qapalı  çüşüncələr  açılır,  insanlar  dövlətin  və  hər  şeyin 
dəyişilə  biləcəyini,  yeni  quruluş  qurmağın  mümkünlüyünü,  insanın 
təbii  hüquqlarını  və  dövlətin  mahiyyətini  başa  düşürlər.  İntibah  və 
maarifçilik  ideyaları  sonradan  müsəlman  dünyasına  da  yayılır  və 
islamın  da  reforma  olunması  ehtiyacını  mütəfəkkirlər  anlamağa 
başlayırlar. Katolik dinin insanlar və dövlət üzərində hakimiyətinə son 
qoyulur.  Avropada  bir    çox  xalqlar  öz  krallarını  edam  edirlər.  Lakin 
Avropada  16  -  18  əsr    reformasiya  və  maarifçilik  hərəkatının  əas 
ideyaları  daha  qədimdə  və  əsasən    Şərqdə  yaranmışdı.  Məsələn: 
dövlətin  müqavilə  əsasında  yaranması,  ali  hakimiyytin  xalqa  məxsus 
olması - Moç-çsı e.ə.V əsr, Çin; allahın ali şəxsiyyət olması və dünyanı 
idarə  etməsi  fikrinin  rədd  edilməsi,  insanın  taleyinin  öz  əlində  olması 
ideyası  –  Budda  e.ə.  Xİİİ  əsr  Hindistan  və  stoiklər  Yunanıstanda; 
Monarxın xeyrxah Hörmüzd tanrısının  qulluqçusu olması və şərə qarşı 
mübarizə  etməsi  və  ədaləti  qorumalı  olması;  insan  həyatının  etik 
əsasları:  necə  yaxşı  düşünmək,  necə  danışmaq,  necə  özünü  aparmaq- 
Zərdüşt-  e.ə.  Vİİİəsr;  İran-Azərbaycan;  hakimiyyətin  bölünməsi- 
Zenon  e.ə.  İİİ  əsr;  təbiət  allahlar  qarışmadan  inkişaf  edir-  Epikur  e.ə. 

 
33 
İİİəsr; quldarlığın, şəxsi mülkiyyətin, qeyri -bərabərliyin ləğv edilməsi 
ideyası–  ilk  xristianlar  və  İİ  əsr  xristian  eretikləri;  hakimiyyətin 
bölünməsi  ideysının  ilk  dəfə  Roma  respublikasında  reallaşdırılması; 
dövlət  rəhbəri  yalnız  seçilməlidir  və  o  tirana  çevrildikdə  xalq  onu 
taxtadan  sala  və    öldürə  bilər-  İslamın  Xaricilər  təriqəti  Vİİ  əsr; 
maariflənmiş  monarx-An-Nazzam  İX  əsr;  sosial  ədalətsizliyin  səbəbi 
əmlakın qeyri - bərabərliyidir – Məzdək, V əsr, İran; İnsanlar əmlak və 
sosial bərabərliyə malik olmalı, idarə edənlər və idarə olunanlar sinfinə 
bölünməməli,  dövlət  və  aparatı  ləğv  olunmalı,  insanların    hamısı 
birlikdə  işləyib  məhsulu  bərabər  bölməlidir,  dünya  dövləti, 
mərkəzləşdirilmiş  dövlət,  xalq  çardan  ağıllıdır  ideyaları  -  Nizami 
Gəncəvi,  Xİİ  əsr,  Azərbaycan  (6,  səh  22-120  və  7,  səh  61-70).  Lakin 
Şərqdə    bu  ideyalar    ictimai  şüura  keçə  bilmədi,  nəticədə  ictimai 
quruluşlar, dünyabaxışlar dəyişdirilmədi, despotizm  daha  güclü  çıxdı. 
Despotizmin  səbəbi  isə  bütün  şərqdə  əzəldən  tək  hakimiyyətin  dəb 
olması  idi,  burada  xalq  yığıncaqları  olmurdu.  Belə  ki  despotizm  
insanların şüurunun açılmasına, sərbəst düşünməyə, çara qarşı çıxmağa 
mane olurdu, insanlar özlərini çarın qulu hesab edirdilər, çarın hər bir 
hərəkətini    düz  sayır  və  qəbul  edirdilər,  onu  tənqid  etmək  ağıllarına 
gəlmirdi. Halbuki digər qeyri - şərq xalqlarında tarixən kollektiv idarə 
etmə,  ictimai  yığıncaqlar    adət  idi  və  düşüncələri  müəyən  qədər 
azadlığa  meylli  idi,  ona  görə  reformasiya  və  maarifçilk  ideyaları 
sürətlə  yayıldı  və  kütlələrin  əli  ilə  bir  çox  reformalar,  inqilablar  baş 
verdi.  
      Bu  hərəkat  nəticəsində    Azadlıq,  demokratiya,  bərabərlik,  şəxsi  
hüquqlar və şəxsi mülkiyyət hüquqları şüarları altında feodalizmə son 
qoyulur və kapitalizm cəmiyyəti və dövləti qurulur.  
İlk  baxışda  bu  hamıya  xoş  gəlir.  Lakin  tezliklə  bu  imkanlardan 
hamının  deyil,  yalnız  20-30  %  insanın  istifadə  edə  bilməsi  və  yeni 
istismarçı  və  ədalətsiz  bir  cəmiyyətin  yaranmasını  insanlar-  əzilənlər 
başa  düşməyə  başlayırlar.  Biri  ağa  olursa  beşi  ona  nökər  olur. 
Kommunistlərin  böyük  elmi  araşdırmaları,  təbliğatı  və  təşkilatı  işi 
nəticəsində,  nəhayət,  1917-ci  ildə  sosialist  inqilabı  baş  verir  və  SSRİ 
1922 ildə yaradılır və sosializm qurulur. Sonra bəşəri sistem 2 hissəyə 
ayrılır-  sosiaist  və  kapitalist.  Bu  hadisə  şüurlarda  böyük  inqilaba 
çevrilir.  Sosialist  təcrübəsini  öyrənən  kapitalist  dövlətlər  eynən  fəhlə 
və kəndlilərin sosial ehtiyaclarını ödəməklə inkişaflarını davam etdirir 
və aparıcı və hegemon kapitlist dövləti ABŞ sosializmin başında duran 
SSRİ-ni  məhv  etmək  üçün  planlar  qurur.  Allen  Dallas  1945  –ci  ildə 
SSRİ-ni  dağıtmaq  planında  bu  xalqların  mənəviyyatını  pozmaq  və 
ideyalarını,  inamlarını  sarsıtmaq  təklifini  verir.  Nəhayət,    1985  -ci 

 
34 
ildən  sonra  onun  zəif  yerini  və  yeni  ağılsız,  rüşvətxor  və  sosializm 
nəzəriyyəsini  anlamayan  və  buna  görə  də  hədsiz  səhvlər  edən 
rəhbərliyini ələ alaraq onun axırına çıxır  və SSRİ-nin parçalanmasına 
nail olurlar. 
      Lakin  bəşər  dünyasında  ağılın  xeyli  inkişafı  və  dərinləşməsi  indi 
həm  kapitalizmin,  həm   də xalis  sosializmin sovet  variantının  qüsurlu 
olmasını və yeni cəmiyyətin yaradılması axtarışlarına səbəb olur. 
      Hazırda  biz  bütün  keçmiş  və  yeni  mütəfəkkirlərin  Kontun, 
Marksın,  bütün  bəşəriyyətin  əbədi  arzusu  olan  ədalətli,  yaxşı 
cəmiyyətin    qurulması  astanasındayıq.  Müəllifin  bu  kitabı  məhz  bu 
cəmiyyətin  ümumi  fəlsəfi  baxışları,  onun  ictimai  quruluşu,  iqtisadi 
prinsipləri,  əxlaqı  və    idarə  edilməsi  mexanizmi  haqqındadır.  Bu 
cəmiyyətdə ölkə idarə edənlərə-dövlətə və idarə olunanlara - cəmyyətə 
bölünmür. İkisi də birləşmiş vahid idarə və həyat tərziilə yaşayırlar. Bu 
ictimai sistemdə siyasət ləğv edilib və heç kəs  dövləti heç nədə ittiham 
edə  bilməz,  çünki  özü  idarədə  iştirak  edir,  hər  kəs  dövlətin  və 
cəmiyyətin  bir  hissəsidir  və  hər  kəs  yaxşı  və  pis  nəticələrə  özü 
cavabdehdir. Artıq dövlət və cəmiyyət sözlərini eyni zamanda işlətmək 
yersizdir.  Yəni  cəmiyyət  elə  dövlətin  özüdür,  dövlət  isə  cəmiyyətin 
özüdür.  Bu  sözlərdən  hansısa  biri,  yəqin  ki,  dövlət  istifadədən 
çıxacaqdır. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin