MÖVcud cəMİYYƏTLƏRDƏ NƏ baş veriR?


 Bəşəriyyətin ümumi sistem qanunları



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/29
tarix28.03.2017
ölçüsü2,8 Kb.
#12720
1   2   3   4   5   6   7   8   9   ...   29

 
1.2. Bəşəriyyətin ümumi sistem qanunları  
 
Mövcud  bəşər  sistemini  ən  böyük  təşkilat  olan  BMT  təşkilatı  təmsil 
edir.  Bundan  əlavə  bəşər  sistemi  BMT-yə  daxil  olmadan  və  ya  onda 
nümayəndəliyi olan müxtəlif əməkdaşlıq-təhlükəsizlik, iqtisadi, ticarət, 
gömrük və s.  məsələləri üzrə daha kiçik dövlət birliklərindən ibarətdir. 
     Bizim  həyatımzın  nəticəsinin    birinci  müəyyən  edici  amili  öz  
fəaliyyətimizdir,  ikinci müəyyən edici amili isə ətraf  təbiət və dünya 

 
19 
bəşər  sistemidir.  Dünya  bəşər  sisteminin  keyfiyyətini      mənim 
fikrimcə, aşağıdakı xarakterik əlamətlərlə ifadə etmək olar:  
1.
 
Bəşər sistemi müxtəlif regional: Avropa Birliyi (EU), ASEAN, 
MDB,  Valyuta  Fondu(VF),  İslam  konfransı  təşkilatı  və  qlobal 
təşkilatlarda:  BMT,  Dünya  Ticarət  Təşkilatı  (DTT)  , 
Beynəlxalq Əmək təşkilatı(BƏT), birləşmişdir.  
2.
 
Bəşər  sistemi  strukturu  ierarxik    güclüdən  zəifə  qədər  pillərdə 
yerləşmiş  tetraedr  piramidası    formasında  müxtəlif  avtonom  ( 
regional)  birliklərdən  ibarətdir    ki,  onları    güclülər,  ortabablar 
və  zəiflər  qruplarına  bölmək  olar..  Bu  Amerikan  bloku. 
Avropa,  Rusiya  bloku,  Asean  bloku,  Afrika  Bloku,  İslam 
bloku,    Çin  -Hindistan  -Pakistan  bloku.  Hər  blokun  üzvləri 
digər bloklarda da təmsil  olunur.  Hər blok  iki  əsas  məqsədlər 
1)  hərbi  təhlükəsizlik,  2)  iqtisadi,  elmi  -texniki    əməkdaşlıq 
üzrə formalaşmışdır.  
3.
 
Bəşər  sistemi,  habelə  dünya  baxışları-  dinlər  üzrə  də  böyük 
bloklara  parçalanmışdır,  bu  müsəlman,  xristian:  provoslav, 
katolik  və  protestant  ;  taoist-  konfuçi,    buddist-  hinduist 
boklarıdır.  Bunların  hamısının  daxilində  elmi  dünyabaxışları 
qəbul  edən  və  dini  ehkamlara  etinasız  olan  böyük  hissələrdən 
ibarət    elmi  intellektual  baxışlı  qruplar  da  vardır  ki,  yeganə 
olaraq bu qrupları birləşdirə bilən fərqləri kənara qoya bilər və 
onlar dünya vətəndaşı statusu almağa birinci namizəddirlər. 
4.
 
Blokların  strukturunun  əsas  prinsipi  kiçiklərin,  zəiflərin 
böyüklərə  tabe  olması  və  könüllü  əməkdaşlığı-  hansı  ki 
böyükdən  müdafiə  və  əməkdaşlıq,  kömək  alır-  böyüklərin 
mənafeyinə zidd hərəkət etməməsidir. 
5.
 
Dünya  bəşər  sistemi  strukturunun  əsas  skeleti  müxtəlif 
bloklardan  ibarətdir.  Hər  bir  blok  bir  hegemon  və  onun 
ətrafında  müəyyən  ümumi  məqsədləri  birgə  həll  etmək  üçün 
olan  üzv  dövlətlərdən  ibarətdir.  Blok  sistemi  üzvləri  sistem 
daxilində  və  sistemlər(bloklar)  arası  sahədə  hər  biri  uyğun 
sahədə dominant olmağa çalışır və öz hegemonunu yetişdirir 
6.
 
 Tək- bloka qoşulmayan ölkənin forması və inkişaf strategiyası 
də  yalnız  qonşu  olan  bir  yaxud  iki    blokun  razılığı  ilə 
mümkündür.  
7.
 
Sistem  əməkdaşlıq,  rəqabət,  mübarizə  və  biri  digərindən 
istifadə  etməklə  yaşayış  prinsipini    seçərək  dominantların 
hakim,  müəyyən  edici,  idarəedici    statusu;    daha  aşağı 
səviyyəyə  getdikcə  zəiflərin  isə    daha  çox  istifadə  edilmək, 
idarə olunmaq statusu seçdiyi əsas prinsipi ilə yaşayır.  

 
20 
8.
 
Hər üst və alt sistem  öz həyatını yaşamaq və nizamlamaq üçün 
hüquq  -qaydalar,  müqavilələr  müəyyən  edir.  Lakin  bu  hüquqi 
normalar əsasən nisbi xarakter daşıyır və kifayət qədər deyildir. 
Digər  nizamlayıcı  normalar:  etika  və  əxlaq,  mədəniyyət,  adət 
və  dəblər    icmalar  arası  münasitlərdə  ötəri  rol  daşıyır. 
Hüquqların  üzvlərə  tətbiqi  və  tətbiq  edilməməsi  isə    qarşı-
qarşıya  duran  bloklara  üzvlükdən  asılı  olaraq  hər  blokun 
qarantı-hegemon başçısından asılıdır.  
9.
 
Hegemon  dövlət  və  təşkilatlar  öz  mənafeyini  güdmək  üçün 
bütün etik ya qeyri –etik üsullardan istifadə edir. 
10.
 
Beynəlxalq  etika,  ədalət,    demək  olar  ki,  yoxdur.  Bu  dəyərlər 
yalnız dövlətlər daxilində bəzi hallarda və qismən mövcud olur. 
Məhz  lazımı  etika  və  ədalətin  yaradılması  ilə  rasional  dünya 
birliyinin formalaşması gözlənilir.  
11.
 
Hər  dövlət  çalışır  ki,  digər  dövləti  istismar  etsin,  imkan  olsa 
işğal  etsin,  özünə  vasitə  etsin.  Yaşamaq  və  irəli  çıxmaq 
məqsədlərini  həyata  keçirmək  üçün  hər  bir  dövlət  müxtəlif 
daxili  idarələr  və  xarici  mühitdən  istifadə  üçün  kəşviyyat, 
iqtisadi  idarələr  yaradır.  Nəticədə  hər  dövlətdə  baş  verən 
hadisələrə    digər  maraqlı  dövlətlər  təsir  edir  və  onu  özünə 
faydalı istiqamətə yönəltməyə çalışır. 
12.
 
Müasir  dünyada  konkret  hegemonlar  ierarxiyası  müəyyən 
olunmuşdur  ki,  onların  içərisində  ən  böyüyü  Amerika(ABŞ) 
dövlətidir.  Bu  dövlət  öz  beynəlxalq  siyasətini    -  birinci  yerdə 
İngiltərənin sonrakı yerlərdə isə Avropa İttifaqının və rəhbərliyi 
ələ alınmış digər ölkələrin köməyi ilə həyata keçirir. Ona görə 
də  bu  əməkdaşlıq  dünyada  Amerikan  -  ingilis  imperializmi 
adlanır. 
 
Dünyanın  əsas  prinsiplərini  biləndən  sonra,  hər  bir  dövlət-millət 
bilməlidir  ki,    dünya  tərəfindən  ona  hansı  ssenari  yazılmışdır,  hansı 
rolları verilmişdir. Ağılla idarə edilən millətlər  öz avtonom mənafeləri 
olduğu  və  şüurlu  insan  olduğu  üçün  onlar  dünyanın  mənafe  və 
məqsədlərindən  istifadə  edərək    özləri  özlərinə    elə  ssenari  yazmalı-
düzgün  strategiyanı  müəyyən  etməlidir  ki,  bu,  ən  asan  olsun  və  ətraf 
dünyadan  öz  strategiyası  üçün    vasitələr  daxil  etsin.  Əgər  sən 
başqasından istifadə etməsən, səndən istifadə edəcəklər, və sən məcbur 
olub  yaşamaq  üçün  başqalarından  hökmən  istifadə  edəcəksən.  Əsas 
prinsiplər  içərisində  dövlətin  öz  mənafeyi  üçün  qonşu  və  digər 
dövlətlərdən istifadə  vacib yer tutur. Demək, ən yaxşı halda elə ssenari 
yazılmalıdır ki,  bir qrup dövlətlərin məxsusi inkişaf ssenarilələrinə və 

 
21 
strategiyalarına  zidd  olmadan  onlardan  istifadə  edərək    dövlət  öz 
mənafeyini    təmin  etsin    və  onların  köməyilə  düşmənləri  dəf  etsin.  
Əgər bir ölkənin inkişaf səviyyəsi zəifdirsə, ərazisi işğal olunubsa  bu, 
sadəcə  göstərir  ki,  o  düz  seçimlər  etməmişdir,  düzgün  idarə 
etməmişdir, 
problemin,  həllinə  gətirəcək  lazımı  partnyorlar 
seçməmişdir və siyasətlər qurmamışdır.  
        Bəşər  sisteminin  əsas  defekti  odur  ki,  burada  sistem  bərabər 
güclü  bloklardan  əmələ  gəlməmişdir,  ona  görə  də  sistem  ədalətsizlik, 
dikriminasiya  yaradır.  Bu  defekti  düzəltmək  üçün  BMT-  də  dövlətlər 
birbaşa üzv olmaqdan əvvəl  onlar bərabər güclü bloklarda birləşməli, 
sonra  bu  bloklar  BMT-ni  yaratmalıdırlar.  Bunun  adı  artıq  Birləşmiş 
Bloklar  Birliyi  olacaqdır.  Bu  bütün  canlı  və  cansız  dünyanın  olma 
qanunudur,  yəni  hər  şey  özü  kiçik  tərkib  hissələrdən  daha  böyük 
hissələrin,  onlardan  isə  daha  böyük  birliklərin  birləşməsilə  ierarxik 
birliklər formasaında birləşərək , həmin şeyi əmələ gətirir. Bu mənada 
hazırkı BMT-də dövlətlərin birbaşa üzv olması və səs vermə ilə nəyisə 
həll  etməsi  dünyanın  quruluş  prinsipinə  ziddir,  ona  görə  də  nəticə 
vermir. 
 
2.  YER  KÜRƏSI  VƏ  BƏŞƏRIYYƏTIN  HAZIRKİ    ÜMUMI 
VƏZIYYƏTININ TƏSVIRI 
 
BMT  və  bir  çox  elmi  tədqiaqt  institutları,  ölkələrdəki  sorğular 
dünyanın böyük problemlər içində olduğunu göstərir. Təbii sərvətlərin 
hədsiz  miqdarda  istismarı  və  istifadəsi  təbiətdə  böyük  mənfi 
dəyişiliklərərə  səbəb  olur.  Məsələn,  Millennium  project  qrupunun 
məlumatına  görə  hazırda  dünyada  15  ən  böyük  problem  vardır.  (  3  ) 
Dünya  reportları  müxtəlif  problemləri  göstərir:  yerin  istiləşməsi, 
səhralaşma,  təbii  ehtiyatların  sürətlə  sona  çatması,  su  çatışmazlığı, 
balıqların və bir çox növlərin məhv olması, demokratiyanın olmaması, 
aclıq,  qaçqınlıq,  konfliktlərin  daim  olması  və  yeni  müharibə 
ehtimalının qalması. 
 
Analiz . 
Tarix  göstərir  ki,  bütün  həyatı  dövründə  insanlar  müharibə  etmişlər. 
Yaşamaq  uğrunda  mübarizədə  daim  başqa  yerləri  tutmaq,  daha  çox 
təbii sərvətlər əldə etmək, daha çox yemək, geymək, daha çox nemətlər 
sərf  etmək  onların  genlərinə  həkk  olunmuşdur  və  təbii  instiktə 
çevrilmişdir. 
       Bütün  təbiətdə  və  canlılarda  ən  vacib  birinci    qanun  var  –  bu 
yaşamaq  uğrunda  çalışmaqdır;  bu,  yaşamaq  üçün  ətraf  mühitdən 

 
22 
istifadə etməklə əldə edilir. Bu mərhələdə sadəcə sağ qalmaq məsələsi 
həll edilir 
       Ictimai  sistemdə  ikinci  qanun  daha  çox  gücə,  vara,  üstünlüyə 
(dominantlığa)  malik  olmaq    adlanır.  Bu  qanun  birinci  qanunun 
nəticəsi  kimi  yaranır.  Bu  hətta  heyvanlarda  da  baş  verir.  Canavar, 
sürüyə soxulduqda özünə lazım olduğundan daha çox heyvanı öldürür. 
Mən  deyərdim  ki  hətta  bütün  dünyanın,  canlı  və  cansız,  insan  və 
cəmiyyətin,  makro  və  mikro  dünyanın  tarixini  dominantlıq  uğrunda 
tarix  adlandırmaq  tamamilə  düz  olardı.  Morgentau  daha  aydın  olaraq 
öz  tədqiqatlarında  aşkar  edir  ki  hətta  ailədə,  ictimai  təşkilatlarda, 
cəmiyyətdə,  iqtisadi  qurumlarda  və  icmalarda  ,  dövlətlərdə  və  onların 
idarələrində  -  öz  daxilində  və  bir  -  biri  ilə  münasibətlərdə  daim 
dominanlıq,  yəni  hakimiyyət-  üstünlük  uğrunda  mübarizə  prosesi 
gedir. (4, səh 39) 
      Bəşəriyyətin  ayrı-ayrı  dəstələri  meydana  çıxandan  sonra  elə  ki 
qonşuluq  yarandı,  birinci  qanuna  görə  bir  qonşu  digərini  özünün 
yaşamaq üçün vasitələri siyahısına əlavə etdi; ikinci qanuna görə icma 
yaşayışını təmin edəndən sonra iki icma arasında  dominantlıq uğründa 
mübarizə başlandı. 
      Budur, müharibə  gedir, bir xalq digərinin  yaşadığı torpağı tutmaq, 
insanları özünə qul etmək istəyir və yaxud bir xalqın yaşadığı ərazidə 
bir  qəbilə  -tayfa  digərlərini  özünə  tabe  etmək  onların  hesabına 
yaşamaq  istəyir.  Hər  iki  tərəf  amansızlıqla  döyüşür,  ölümlər,  yanğın, 
dağıntılar törəyir. Bu tarix hələ bu günə - 2011 ilə kimi dünyanın bu ya 
digər  yerində  davam  edir.  Böyük  müharibələrdən  sonra    zorakılığın  
sona çatdığı və yeni azad və dinc dövrün başlandığı güman olunsa da, 
nə vaxtsa yenidən müharibələr, konfiktlər başlayır. Bu tarixi  insanlığın 
vəhşi  tarixi  dövrü  adlandırmaq  düz  olardı.  Belə  arzuolunmaz  tarix  nə 
vaxtsa sona  çatacaqmı? Nə edilməlidir? 
       Lakin    artıq  görsənir  ki,  çox  insanlar  belə  dövrdən  bezmişlər, 
onların şüurları irəliyə getmiş, ağılları artmışdır. Onların ağlı bu həyatı 
yenidən  dərk  etməyə  səbəb  olmuşdur.  Onlar  başa  düşmüşlər  ki, 
insanları  konflikt  və  müharibələrə  sürükləyən  onların  təşkilati-idarə 
mexanizmidir,  yəni  ümumi  təşkilat  sistemidir.  Lakin  nadanlar  hələ  də 
qalmaqdadır,  zorakılıqla  onlar  gələcəyə  qarşı  durur,  keçmişin  
dəyərlərini-  daha  çox  torpaq  tutmaq,  varlanmaq,  daha  çox  istismar 
etmək daha çox insana əzab vermək yolunu davam etdirirlər. Məsələn, 
bəziləri-  Ermənistan  yenə  də  hansısa  əsrdə  zorla  aldıqları  qonşu 
torpaqları-dövlətləri  yenidən  öz  ərazisi  hesab  etməyə  cəhd  edir,  qəsb 
etmək  istəyirlər.  Halbuki  keçmiş  dəyərlər  artıq  öz  vacibliyini 
itirmişdir,  varlanmaq  üçün  artıq  çox  torpaq  tutmağa  ehtiyac  yoxdur. 

 
23 
Yaşamaq  üçün  də  bir  çox  yaxşı  ağıllı  idarə  olunan  ölkələr  vardır  ki, 
köçüb  yaşamaq  olar.  Müasir  münasibətlər-  azad  ticarət  və  biznes, 
texnologiya,  elm,  ağıl  keçmiş  qəsbkarlıq  mədəniyyətinə  ehtiyac 
qoymur.  Bəzi  dövlətlər    son  100-150  ildə  qəsb  etdiyi  torpaqları 
qaytarmaq  istəmir.  Hansı  ki  işğal  etdikləri  xalqın  yaşaması  üçün 
həlledici  əhəmiyyətə  malikdir.  Hansısa  etnik  qrup  daxil  olduğu 
dövlətdən  çıxmaq,  müstəqil  olmaq  istəyir.  Bir  tərəfdə  isə  ölkələr 
könüllü  suverenliyin  bir  hissəsindən  imtina  edib  birləşmişlər,  daha 
effektiv,  daha  çox  müdafiə  olunan,  təhlükəsiz  bir  kompleks  dövlət 
qurmuşlar Bu misallarda nə səbəbə sualını qoymaq lazımdır. 
      Bütün bunlar yaxşıdırmı?  Bunlar hamısı müasir dövrdə konflikt və 
müharibə mənbəyidir.  
 
Problemlərin köklərini fərdlərdə axtarmalı, yoxsa cəmiyyətdə
?  
 
Hindistan fəlsəfəsi bu problemin səbəbini fərdlərin qeyri -kamilliyində 
görür  və  deyir  ki,  fərdləri  kamilləşdirmək  lazımdır.  Doğrudanmı 
fərdlər  günahkardır?  Fərdlər  axı  anadan  olandan  sonra  hazır  tam 
xassəli  cəmiyyət  içinə  düşür,  cəmiyyətin  bütün  adətlərini,  dəyərlərini 
qəbul  edir,  o  cəmiyyətin  heç  bir  qaydasını  dəyişmir.  İnsan    ictimai 
sistem orqanlarının tələb etdiyini,  yazdığını edir, verdiyi  imkanlardan 
istifadə edib  yaşayır. Bu səbəbə  görə fərdlərin heç bir günahı  yoxdur. 
Ümumi  problemlərin  səbəbi  elə  onların  yaratdığı  və  ya  zorla  özünü 
cəmiyyətə  ağa  emiş  hökumətdir.  Elə  bir  optimal  bəşəri-qlobal  sistem 
və    onun  tərkib  hissələri  olacaq  optimal  ölkə  (ərazi-mədəni)  ictimai 
sistem layihələndirilə bilərmi ki, bu problemlər olmasın. Ərazinin kimə 
(hansı millətə, dövlətə) məxsusluğunun əhəmiyyəti olmasın. Hamı eyni 
bir  ailənin  üzvü  olsun.  Şuluq  eliyən  üzvün  hərəkətinin  qarşısı  alınsın. 
Daha yaxşı həll varmı? Şübhəsiz var. Dünyanın inkişaf trendi məhz o 
həllə  aparır.  Dünya  birliyinin  yaranması  və  ağılın  hakimliyi  bu 
həllərdən  biridir.  Deyə  bilərsiniz  ki,  indi  də  ağıl  insanları  və  ölkələri 
idarə  edir, lakin dünya və  ya milli  dövlətlərin daxili  həyatı  düzəlmir, 
pisləşmə  periodik  olaraq  davam  edir.  Səbəb  nədir?    Səbəb  odur  ki, 
dünyanı  və  ölkələri  idarə  edən  ağıl  bütün  üzvlərin  birgə  ağlı  deyil- 
hegemon  –  hakim  qrupların,  siniflərin  və  ya  hakim  sülalənin  ağlıdır. 
Digər tərəfdən bu ağıl daha optimal, gələcəklə işləyən, cəmiyyət üçün 
daha  qiymətli  dəyərlərlə  işləyən  ağıl  deyil.  Ona  görə  dünyamız 
problemlər,  bərabərsizlik,  ədalətsizlik  içindədir.  O  özü  özünü  həmin 
qrupların  əli    ilə  məhvə  -  xəstəliklərə,  yaşamaq  imkanlarının 
azalmasına,  insanların  daim  aclıq  və  əzab  cəkməsinə,  təbiətin 
korlanmasına  aparır.  Belə  baxış  məhz  nə  etməli  sualına  çox  aydın 

 
24 
cavab verir. Biz təcili transformasiya olunmalıyıq; öz strukturumuzu –
təşkilati  idarə  quruluşumuzu,  dəyərlərimizi,  fəaliyyət  prinsiplərimizi, 
iqtisadi  modelimizi  dəyişməliyik.  Sonrakı  fəsillərdə  və  hissədə  bunu 
necə etməli olduğumuz izah ediləcəkdir. 
      Gəlin  araşdıraq  görək  bu  müharibə  və  konfliktlərdə  nə  baş  verir, 
onların  mahiyyəti  necədir?    Burada  qəsbkarlıq  müharibəsində    əsas 
hərəkətverici    qüvvə  bu  döyüşü  aparan  tərəfin  başçısıdır.  Müxtəlif 
vədlərlə şirnikləndirici təkliflə o dəstə –qoşun toplayaraqmüasir dördə 
isə daimi orduya əmr verməklə  qəsbkarlıq edir. Döyüşçülər qənimətə, 
alacaqları  torpağa,  mükafata  ümid  edir,  yaxud  ideloji  təbliğata 
inanaraq  şərəfli  iş  gördüklərinə  inandırılırlar.  Müasir  müharibələr  də 
bu  sxem  üzrə  gedir-hər  hansı  bir  ölkənin  başçısı  öz  istəyinə  görə 
müxtəlif məqsədlərlə əvvəl hərbi qüvvələrin beynini yuyur orada olan 
əxlaqi etik prinsipləri silir. Yeni düşmən ideologiyası yaradır və onları 
buna  inandırır,  bütün  əhalinin  ağlını  oğurlayır,  təbliğatla  öz 
məqsədlərinin  düzlüyünə  şərəfli  olduğuna  inandırır,  sonra  qəsbkarlıq 
edir.  ABŞ  rəhbərliyi  Buş  ,  ardınca  Obama  məhz  bu  üsulla  İraqda, 
Əfqanıstanda  hazırda  müharibə  aparır.  İranı  və  Koreyanı  yeni 
müharibə  planlarına  daxil  edir.  Müxtəlif  provokasiya  ilə  Şimali  və 
Cənubi  Koreyanı  bir  -  birilə  müharibə  etməyə  yönəldir.  Əvvəlki 
prezidentlər  isə  Amerikaya  dəxli  olmayan  Vyetnamda,  Kambocada 
Koreyada  müharibə  aparmışlar.  Demək,  burada  təşkiledici,  idarəedici 
qüvvə başçıdır, başçının dayaqlarıdır,  döyüşçülər və adi əhali  sadəcə 
onun vasitələridir, alətləridir. 
       Digər  misal  .  Orta  əsr.  Ölkə  idarəsində  şah  və  ya  kral  dözülməz 
vergi,  rüsumlar  yükü  qoymuşdur  və  yeniləşməyə  isə  xeyli  manelər 
qoymuşdur, insanlar təzyiq altında pis yaşayırlar . Bütün yığılan pullar 
şahın  xəzinəsinə  gedir,  məmurlara  maaş  verilir.  Müəyyən  qoruyucu 
qalalar,  ictimai  binalar,  yollar  irriqasiya  qurğuları  və  s.  tikilir, 
döyüşçülərin təminatına, maaşına xərclənir. Tabe olanların heç bir sivil 
siyasi,  sosial,  iqtisadi,  mədəni  hüquqları  yoxdur.  Bütün    əhali  şahın  –
xanın mülkiyyətidir və döyüşçü, işləyən, məhsul yaradan, vergi verən 
funksiyalarını  icra  edirlər.  Bu  prosesdə  sistem  belə  işləyir:  -  həddən 
artıq  vergi  yükü  və  pulsuz  iş  mükəlləfiyyəti  altında  insanlar  dözə 
bilmir,  əzab  çəkir,  bəzən  üsyan  edirlər  və  bu    amansızlıqla  yatırılır. 
Daim bu şah digər şahlığa hücum edir və ya digər şahlar bura hücum 
edir.  Şahın  məqsədi  daha  böyük  ərazidə  daha  çox  insanlara  ağalıq 
etmək,  vergi  almaqdır-  varlanmaqdır-  güclənməkdir.  Onlar  başqa 
dəyərlər  görə  bilmirlər.  Vəhşi  heyvan  stadiyasından  bəzi  regionlarda  
insanlıq  təzəcə  ayrılmışdır,  ona  görə  elə  vəhşi  həyatın  prinsiplərilə 
yaşayır, ağılları hələ yaradıcı, istiqamətləndirici, optimal ictimai sistem 

 
25 
yaratmaq səviyyəsinə çatmamışdır. Onlar dinin təbliğatı və təlimlərinə 
əsasən həyatın elə belə allahdan qurulduğunu qəbul edir, onu dəyişməz 
hesab  edirlər,  əslində  heç  onu  dəyişmək  ağıllarına  gəlmir.    20-ci  əsrə 
qədər varlanmaq və güclənmək yarışı, ətraf mühitə aqressiv münasibət 
əsas dəyər olmuşdur.  “Artıq 19-cu əsrdə aristokratik dövlətlə cəmiyyət 
arasındakı  aralıq  məsafəsi  yaxınlaşır”,  zorakılıq və   müəyyən sosial 
tələbatları ödəməklə əvəz olunur (4 ) 
      Elə bir təşikati quruluş yaradıla bilərmi ki, varlanmaq, güclənmək, 
dominatlıq  trendi  təbii olaraq qalsın- bunlar olmasa cəmiyyət inkişaf 
stimulundan  məhrum  olar-  lakin  bu    zəruri  olaraq    məntiqi 
bərabərsizliyə, ədalətsizliyə, müharibələrə gətirməsin.  
      Elə  bir təşikati quruluş  yaradıla bilərmi  ki,    onun  yenə  də mənfi  - 
müsbət    və  ya  İn  -Yan  xarakteristikası  qalsın,  lakin  ümumi  nəticəsi 
insanlar üçün  irəliyə doğru inkişaf olsun. Axı quş da qanadı ilə  bir- 
birinin  əksinə  hava  çırpanda  irəliyə  gedir.  İnsan  cəmiyyətində  də  iki 
bərabər əks qüvvə layihələndirib işə salmaq olarmı ki, onların qarşılıqlı 
əlaqələri-  mübarizə  və  dialoqu  nəticəsində  hamı  üçün  yaxşı  həyat 
yaransın, cəmiyyət uğurla inkişaf etsin? 
       Bu ziddiyətli məsələni həll etmək lazımdır. Bunu həll etmək üçün 
texniki  ixtiraçılıq  metodları  həddən  artıq  həllər  verir.  Deyərdim  ki, 
həmin  varlanmaq,  güclənmək,  dominantlıq    dəyərlərinin  hansı 
dərəcədə, hansı məsələdə, hansı istiqamətdə, nədə? - sualları üzrə yeni 
mahiyyətini  tapmaqla  və  yeni  kombinasiyada  məsələ  həll  oluna  bilər. 
Lakin hər bir ərazidə məskunlaşmış məxsusi  cəmiyyət üçün müəyyən 
zamanda  yalnız  bir  həll  daha  optimal  düzgün  ola  bilər.  Ona  görə 
gələcək fəsillərdə məsələnin ümumi həllini təklif edərkən sizlərə onun 
spesifik ərazi milli xarakterə uyğun  yeni elementlərlə təchiz etmək və 
ya çıxarmaq  lazım gələcəkdir.    
       Bu iki misalda hər iki qanun: yaşamaq uğrunda mübarizə və onun 
ikinci  fazası  dominantlıq  özünü  göstərir.  Yəni  yaşamaq  üçün  zəruri 
səviyyə  əldə  edilir-  bu  adi  vasitələrlə  əsasən  dinc  edilir,  sonra 
yaşamağın hər bir sahəsində, bəndində daha yaxşı üstün mövqelər əldə 
etmək uğrunda mübarizə başlayır və şiddətlənir. Onun dalınca ərazidə 
regionda,  sonra  dünyada  hegemonluq  və  hegemonlar  içərisində  ən 
böyük tək hegemon olmaq  uğrunda mübarizə pillələri gəlir. 
 
2.1. Dövlət idarəetmə sisteminin evolyusiyası 
 
Dövlət,  nəzəiyyəcə    cəmiyyətin  yaratdığı  idarəetmə  təşkilatıdır. 
Dövlətin məqsədi həmi iqtisadiyyatı bu ya digər dərəcədə idarə etmək, 
nizamlamaq, cəmiyyəti idarə etmək, təhlükəsizliyi və asayişi qorumaq 

 
26 
və  müxtəlif  ictimai  –  sosial,  təhsil,  səhiyyə  və  s.  xidmətlər 
göstərməkdir.  Cəmiyyətin  ilk  təşkili  quruluşu  ibtidai  icma  –  qəbilə, 
tayfa  olmuşdur  ki,  burada  əvvəl    a)  ictimai  qərar  qəbulu  sonra  isə  b) 
qəbilə başçısının idarəsi - şamanın iştirakı və məsləhəti ilə - olmuşdur. 
Sonrakı  dövrdə  Təkbaşçı  idarə  böyümüş,  başçının  köməkçiləri, 
nəzarətçiləri,  hesablayıcılarıəlavə  edilmiş,  nəhayət,  bütöv  idarə 
bürokratiyasına  çevrilmişdir.  Idarəetmə  müxtəlif  böyük  funksiyaları 
ayrıca  başçılara  bölərək  bir  baş  kralın,  çarın,  şahın  rəhbərliyi  altında 
aparılmışdır.    Idarəetmə  spesifik  formalar  almışdır  :  Aristokratiya, 
monarxiya, oxlokratiya, oliqarxiya, demokratiya, tiraniya.   
        18  –ci  əsrdə  politologiya  -  siyasi  hiyləgərlik    elmi  yenidən 
meydana  çıxır  və  texniki  elmlərin,  fizikanın    bütün  yaradıcılıq  , 
rasionalizasiya metodlarını, texnikasını siyasətə gətirir, onları siyasətin 
alətləri  edir.  Qədim  yunan  “politika”  –sını  yazan  Aristotel-Polibiy 
siyasət  nəzəriyyəsi  yeni  həyat  əldə  edir.  Siyasət  ictimai  sistemlər 
(dövlətlər) arasında və daxilində dominantlıq haqda  nəzəri və praktiki 
fəaliyyətə  çevrilir  və  dövlətlərin  əsas  fəaliyyətinə  yeni  məna  qatır. 
Ağılın  artması  və  politologiyanın  aktiv  təbliğatı  və  öyrənilməsinin 
nəticələri  20-ci  əsrdə  özünü  göstərir;  18-19  –cu  əsrdəki    açıq  
qəsbkarlıq, qəddar müstəmləkəçilik siyasəti öz formasını dəyişir. 20 –
ci  əsrin  iki  dünya  müharibəsindən  sonra  rasional  politikanizm 
meydana gəlir. Bu termini mən irəli sürürəm və mənası dominantlıq və 
varlanma  uğrunda  mübarizənin  rasional  üsullarla  dinc,  könüllü,  üstü 
örtülü  davam  etdirilməsi  deməkdir.  Müstəmləkələrə  azadlıq  verilir. 
lakin  mahiyyət  dəyişmir,  dövlətlər  arası  münasibətlərdə  zorakılıqla 
tabeçlik 
ticarətlə, 
mədəniyyəti 
dəyişməklə 
və 
dominantın 
mədəniyyətini  ixrac  etməklə,  təbliğatla,  təbii  sərvətlər,  enerji  xətləri, 
çay, dəniz, körfəz, boğaz yolları siyasətbazlığı ilə  əvəz olunur. Məlum 
olur  ki,  zorakılıqla  deyil,  köhnə  üsula  nisbətən  könüllü  əməkdaşlıq, 
yəni  birinin  digərinə  könüllü  xidmətkarlığı  daha  faydalıdır.  Nə  şiş 
yanır,  nə  kabab.  Hər  şey  allahın  gözündə  ədalətli  obrazını  alır.  Ən 
optimal  əlaqələr,  ən  yüksək  dominantlıq  məhz  könüllü  əlaqələr- 
könüllü tabeçilik və diktatı könüllü qəbul etməklə  yaranır.           
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin