Biliyin qiymətləndirilməsi meyarları



Yüklə 16,64 Kb.
tarix08.12.2019
ölçüsü16,64 Kb.
#29859
Biliyin qiymətləndirilməsi meyarları

Biliyin qiymətləndirilməsi meyarları
İstər kimya kursunun tədris olunduğu bütün siniflərdə apa­­rılan şifahi sorğunun və yoxlama yazı işlərinin bütün növləri, istərsə də buraxılış imtahanının nəticəsində şagirdlərin bilik və bacarığı 5 bal sistemi ilə qiymətləndirilir. Hazırda bir çox mək­təb­lərdə 10 bal sisteminə keçilmişdir.

Şagirdlərin kimyadan biliyinə düzgün qiymət verə bilmək üçün müvəffəqiyyətin 3 əsas göstəricisini nəzərə almaq lazımdır.

1. Biliyin və praktik bacarığın həcmi (əgər bu və ya digər təcrübəni nümayiş etdirilməsi və ya məsələ həlli şagirddən tələb olunursa).

2. Bilik və bacarığın keyfiyyəti.

3. Şagirdin öz bilik və bacarığını göstərə bilmək bacarığı
Biliyin və praktik bacarığın həcmi Təhsil nazirliyi tərə­fin­dən təsdiqlənmiş imtahan biletləri ilə müəyyən edilir. Biliyin keyfiyyətini isə müəllim cavabları nə dərəcədə elmi və düzgün ol­ması, dolğunluğu, əhatəliyi, sistemliliyi ilə müəyyən edir. Bun­lar­dan başqa cavabları sübut edə bilən, tənlikləri yazmaq, kimya istehsalatı və mühüm kimyəvi məhsulların tətbiqini əks etdirən sxemlər üzərində aydın izahat verə bilmək, dediklərini müvafiq təc­rübələr üzərində izah etmək, biliyin texnika və istehsalatda, eləcədə məişətdə aydınlaşdıra bilmək qabiliyyəti də nəzərə alın­malıdır. Bu zaman şagirdin kimya istehsalatının ümumi elm-tex­noloji və səmərəli təşkili prinsiplərini izah edə bilməsi də (bura­xılış imtahan zamanı) diqqət mərkəzində saxlanılır.

Şifahi sorğu zamanı hadisə və proseslərin kimyəvi mahiy­yətini əsaslı surətdə başa düşdüyünü nümayiş etdirən əsas, həm də əlavə materialı yaxşı bilən, kimyəvi anlayış, qanun və nəzəriy­yələri tərifini dəqiq söyləyən, keçilən materialın şüurlu və sis­tem­li şəkildə (surətdə) qavrayıb dolğun və ətraflı cavab verən, öz ifadəsini tamamilə düzgün quran, onu müvafiq təcrübələr və əya­ni vəsaitlə aydınlaşdıran maddələrin istehsalı, xassələri və tətbi­qi­ni bilən, kimyəvi formul və tənlikləri səliqəli və düzgün yaz­ma­ğı bacaran, onları həm keyfiyyət, həm də kəmiyyətcə düzgün izah edən və müəllimin əlavə suallarına düzgün cavab verən şa­gir­də ”5” (beş) qiymət verilir.

Materialı çox da ətraflı söyləməyən, lakin tamamilə düz­gün ifadə edən, kimyəvi anlayış, qanun və nəzəriyyənin izahında kiçik səhvlərə yol verən, lakin müəllimin ilk işarəsi ilə öz sərfini başa düşüb, onu asanlıqla həm də tez düzəldən və fikrini bəzən mü­əllimin azca köməyi ilə tamamlayan şagirdə “4” (dörd) qiy­mət verilir.
Materialın əsas hissəsini bilən, lakin kimyəvi anlayışların, nəzəriyyə və qanunların tərəfində dəqiqliyi pozan, əsas materi­alın üzərində izahat zamanı səhvə yol verəndə müəllimin köməyi ilə səhvini düzəldə, cavab verərkən təcrübəyə və əyani vəsaitə mü­raciət edən, lakin bu zaman nöqsana yol verən faktiki materi­alı kifayət qədər tam bilməyinə baxmayaraq, ümumiləşdirmələr aparmaqda və nəticələr çıxarmaqda çətinlik çəkən biliyini yalnız müəllimin köməyi ilə həyata tətbiq edə bilən öz fikrini müstəqil deyil yalnız müəllimin yönəldici sualları vasitəsilə ifadə edən, kim­yəvi formulların yazılışında, oxunuşunda həmçinin reaksiya tənliklərinin düzəldilməsində, onların keyfiyyət və kəmiyyətcə iza­hında bir-iki səhv buraxan şagirdə “3”(üç) qiymət verilir.

Əsas materialın bir hissəsini-əhəmiyyətli hissəsini bilmə­yən, onu başa düşməyən kimyəvi formulların yazılışında və tən­lik­lərin düzəldilməsində əsaslı səhvlərə yol verən və müəllimin kö­məyi ilə əsas nöqsanları düzəldə bilməyən şagirdə “2” (iki) qiy­mət verilir.

Proqram materialının əsas hissəsinin çoxunu bilməyən və kimya dili ilə əlaqədar kobud səhvlərə yol verən şagirdə təlimat üzrə “1” (bir) qiymət verilməlidir.
Kimyadan şagird nailiyyətlərinin qiymətləndirilməsi

Tədris prosesində şagirdlərin əldə etdikləri bilik və bacarıqların düzgün qiymətləndirilməsi təhsilin vacib tərkib hissələrindən hesab edilir. Ümumtəhsil məktəblərində təhsil alan yuxarı sinif şagirdlərinin Təhsil Nazirliyi tərəfindən biliklərinin yoxlanması bütün təhsil işçiləri kimi kimya müəllimi bilməlidir ki, şagird nailiyyətlərinin qiymətləndirilməsi ardıcıl və sistemli proses olub təlim fəalyyətinin ayrılmaz tərkib hissəsi kimi bilavasitə təhsilin keyfiyyətinin dəyərləndirilməsinə və nəticə etibarı ilə onun yüksəlməsinə xidmət edir.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədəuyğunluq, qarşılıqlı dəyərləndirmə, müvafiq, etibarlılıq, inkişafyönümlülük, şəffaflıq və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanır.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi məktəbdaxili, milli və beynəlxalq istiqamətdə aparılır. Məktəbdaxili qiymətləndirmə üç komponentdən ibarətdir:

-şagird irəliləyişlərinin monitorinqi ( məktəb səviyyəsində

məllimlər və məktəb rəhbərləri tərəfindən həyata keçirilir). Bu mərhələdə şagirdlərin cari fəaliyyəti formativ ( müntəzəm və davamlı ) biliyi qiymətləndirilir.

Şagird nailiyyətlərinin mikrosummativ (bəhs və bölmələr üzrə) və makrosummativ (yarımilliklər) formalarda yekun qiymətləndirilməsi. Məlumdur ki, summativ qiymətləndirmədə əsas məqsəd şagirdlərin tədris olunmuş materialın hansı hisssəsini bildikləri müəyyən edilir.

Təhsil pillələri (əsas və orta) üzrə summativ və ya yekun qiymətləndirmə şagirdlərin yarımillik nailiyyətlərini ümumiləşdirmək və kəmiyyətcə qiymətləndirmək məqsədi ilə aparılır, daha sonra isə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları formasında həyata keçirilir və müvafiq təhsil sənədi verilməsi ilə başa çatır.

Yuxarıda göstərilən qiymətləndirmə növlərindən istifadə etmək üçün qiymətləndirmə standartları (keçilmiş materialın məzmununu əhatə edən) və müvafiq test sualları olmalıdır. Bu, təhsildə şagirdlərin nailiyyət səviyyəsini müəyyən edən dövlət tələbi olub 4 səviyyədə hazırlanmalıdır.

4-ən yüksək, (istedadlı şagirdlər) 3-yüksək, 2-aşağı, 1-ən aşağı

Göstərilən səviyyələr üzrə qiymətləndirmə vasitələri aşağıdakı kimi müəyyənləşdirilir:

4-cu səviyyə üzrə suallar 20%



3-cu..................................30%

2-ci....................................30%

1-ci.....................................20%
Testlər hazırlanarkən tədris edilmiş materialın əsas məzmunu nəzərə alınmalıdır.

Milli qiymətləndirmə, bir qayda olaraq, 4-5 ildən bir təhsil prosesinin təşkili, planlaşdırması və aparıldığı şərait haqqında toplanmnış məlumatlar vasitəsi ilə və ümumi təhsil sistemində baş verən dəyişiklikləri dəyərləndirmək məqsədi ilə həyata keçirilir.

Beynəlxalq qiymətləndirmə, bir qayda olaraq hər üç ildən bir seçmə yolla şagirdlərin təlim göstəriciləri əsasında təhsilin vəziyyəti barədə təsəvvür əldə etmək, müvafiq məlumatları təhlil etməklə problemləri aşkara çıxarmaq və onların həlli yollarını müəyyənləşdirmək, perspektiv inkişaf istiqamətlərini proqnozlaşdırmaq və mövcud vəziyyəti digər ölkələrlə müqayisə etmək məqsədi ilə aparılır.

Təhsilin konsepsiyasında yuxarıda göstərilən şagirdlərin bilik, bacarıq və vərdişlərinin hesaba alınması tədris prosesinin tərkib hissəsidir. Vaxtı ilə kimya proqramlarında bölmələrdən birini şagirdlərin qazandıqları bilik, bacarıq və vərdişlərin hesaba alınması ilə bağlı bölmə təşkil edərdi.

Təcrübəli müəllimlərin qabaqçıl iş təcrübəsindən və apardığımız elmi-pedaqoji axtarışlardan məlumdur ki, şagirdlərin bilik, bacarıq və vərdişlərinin ardıcıl şəkildə yoxlanılması müəyyənləşdirici, öyrədici və tərbiyəedici məzmun daşıyır. Məlum məsələdir ki, şagirdlərin bilik, bacarıq və vərdişlərin hesaba alınması təlim prosesinin tərkib hissəsidir.

Hamımıza məlumdur ki, şagirdlərin biliyinin yoxlanılmasının məqsəd və vəzifələri kimya fənninin tədrisinə verilən məqsəd və vəzifələrdən irəli gəlir.

Yoxlama prosesi proqram materialının necə mənimsənildiyini, hansı materialın nə dərəcədə başa düşüldüyünü müəyyən edir, müəllimin sonrakı fəaliyyətinin məzmununu və formalarını konkretləşdirir. Müəllim şagirdləri bilik, bacarıq və vərdişlərini aşkara çıxarmaq üçün yoxlamanın aşağıdakı formalarından istifadə edir: a) təxmini yoxlama, b) cari yoxlama, v) dövri yoxlama, q) yekun yoxlama.

Bu yoxlama formalarının hər birində şifahi, yazılı və təcrübi üsullardan istifadə edilir.

Şifahi təxmini yoxlama yeni dərs ilinin ilk saatlarında aparılır və bir növ şagirdlərin keçən dərs ilində qazandıqları bilik və bacarıqların möhkəmliyini, dərinliyini aşkara çıxarmağa yönəldilir. Həmin kursdan yaxşı mənimsənilməmiş anlayışlar, qanun və nəzəriyyələr yeni dərs ili ərzində yeri gəldikçə tədris prosesində bir daha yada salınır, genişləndirilir və daha da möhkəmləndirilir.

Dərs ili müddətində ən çox cari yoxlamadan istifadə edilir. Bu, fərdi, frontal və qrup halında aparılır. Həm cari, həm də dövri yoxlama ( bəhs və ya rübün sonunda) kartoçka sistemi ilə aparılır. Bunun üçün ayrı-ayrı sinifləri əhatə edən kartoçkalarda suallar yazılıb hazırlanır. Kursu əhatə edən kartoçkalar siniflər üzrə ayrı-ayrı qutularda saxlanılır.

Onu da qeyd edək ki, şagirdlərin kimyadan ev tapşırığı dəftəri ilə yanaşı bilik, bacarıq və vərdişlərini müəyyən etmək üçün xüsusi yoxlama dəftərləri vardır. Onlar yazılı şəkildə olan sual-cavabları həmişə dəftərlərində qeyd edirlər.

Müəllimlərin çoxu gündəlik dərsin sorğusunu şifahi olaraq fərdi və frontal şəkildə aparır. Bu cür sorğu ilə keçilmiş materialın bütün şagirdlərin nə dərəcədə mənimsədiyini vaxt imkanı baxımından üzə çıxarmaq olmur. Məhz bu çətinliyi təcrübəli müəllim kartoçkalardan istifadə etmək və yazılı sorğu keçirməklə aradan qaldıra bilər. Bunun üçün sinifdəki şagirdlərin sayı qədər kartoçka hazırlanır. Bildirmək istərdim ki, respublikamızda təcrübəli müəllimlərin iş təcrübəsində şagirdlərlə sorğu keçirməkdə səmərəli iş nümunələri vardır. Bu məqsədlə məktəbdaxili sorğunun təşkilinə qabaqcadan hazırlıq işi aparılmalıdır. Bunun üçün gündəlik, bəhslər üzrə, rüblük, yarım illik və illik sorğu aparmaq üçün sorğu kartoçkaları, testlər ( bunlara qiymətləndirmə standartı da demək olar ) hazırlanır və zərflərdə saxlanılır. Zərflərin üzərində mövzu və sinif və məqsəd qeyd edilir. Müəllim istənilən vaxtı bu sorğu standartlarından istifadə edə bilər.



Şagirdlərin gündəlik bilik və bacarıqlarını müəyyən etmək üçün dərsin əvvəlində 10-15 şagirdə səviyyələrinə müvafiq 2-3 sual yazılmış kartoçka verilir. Bu zaman başqa şagirdlərlə də şifahi sorğu aparılır. Bir neçə şagirdlə lövhədə, qalanı ilə yerlərində. Ayrı-ayrı siniflər üzrə 4 kartoçka nümunəsi təqdim edirik:
Yüklə 16,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin