MÖVcud cəMİYYƏTLƏRDƏ NƏ baş veriR?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/29
tarix28.03.2017
ölçüsü2,8 Kb.
#12720
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

fəaliyyət  qanunları,  instruksiyaları,  planlar,  layihələr  yaradılacaqdır.  
Qərar maşını 1, 3, 5, 10 50 illik strategiyaları hazırlayacaqdır. Əsas iş 
proqramı strategiyalar olacaq və bütün dövlətin və təşkilatların, iqtisadi 
idarələrin,  insanların  fəaliyyəti  yalnız  strategiyalarla  nizamlanacaq  və 
onlara uyğun iş, həyat tərzi, fəaliyyət, yaradıcılıq həyata keçiriləçəkdir.   
       Deyə bilərlər ki, çoxsaylı insanlar kollektivi  bir vahid qərara gələ 
bilməz  -  hər  kəsin  digərinin  qəbul  etmədiyi    öz  fikri  olacaqdır. 
Doğrudan da hazırda idarəetmədə (hökumətdə, parlamentlərdə, şəhər, 
kənd, bələdiyyə idarəsində) az miqdarda iştirakçı təyin edirlər ki, onlar 
tez  qərara  gələ  bilsinlər.  Bu  arqumentə  cavab  verirəm  ki,  müxtəlif 
fikirliyin səbəbi odur ki: 
 1) insanların öz şəxsi maddi, mənəvi,bilik, savad səviyyələri müxtəlif 
olduğuna    görə  onların  fikri  müxtəlifdir.  Buna  görə  onların  konkret 
mənafeləri  də  müxtəlifdir,  birinə  bir  şey  lazımdırsa,  digərinə  (həmin 
şeyə    artıq  malik  olduğuna  görə)  başqa  şey  lazımdır.  Ehtiyaclar  –
nemətlər (mənəvi, maddi həyat, təhsil, sağlamlıq, sosial, bədii, mədəni, 
əyləncə  və  s.)  piramidası  isə  hədsiz  böyük  və  çox  elementlidir.  Və 
onun təpəsi  heç vaxt görsənmir. İnsan ağlı daim yeni  -  yeni nemətlər 
yaradır.  
       Məsələ  necə  həll  edilə  bilər  ki,  çoxsaylı  insanlar  tez,  uzun 
mübahisə  etmədən  qısa  müddətə  avtomatik  ümumi  qərara  gələ 
bilsinlər?  Bəzi  keçmiş  tarixi  hadisələri  yada  salsaq,  şox  asan  bu 
məsələni  həll  edə  bilərik.  Məsələn,  1)  biz  aşkar  edirk  ki  kapitalizmin 

 
149 
meydana  gəlməsilə  yeni  burjuaziyanın  əsaslandığı-  tələb  etdiyi 
bərabərlik ideyası  fiaskoya uğradı, bu ideyadan hamı deyil, yalnız 20-
30  %  əhali  istfadə  edə  bildi  -  bütün  qapalı  sistemlərdə  bu  yalnız  belə 
ola  bilər.  Artığı  mümkün  deyildi,  hamı  istifadə  edə  bilsəydi,  onda 
durğunluq,  staqnasiyaya  uğrama  baş  verərdi,  ictimai  sistem  dağılardı. 
(Qeyd  edim  ki,  indi  bərabərlik  imkanlarından  istifadə  edənlərin 
miqdarı  artıq  olan  ölkələr  dağılmaqdan  ona  görə  xilas  olur  ki,  onlar 
beynəlxalq  ticarətin  və  xaricə  investisiya  qoymağın  vasitəsilə  sağ 
qalırlar.      Hamı  hamını  istismar  etməyəcəkdi  ki,  onda  kim  varlana 
bilərdi?;  2)  Çoxlu  müşahidələr  sübut  edir  ki,  insanların  savadı,  şüuru 
daha artıq olduqca onlar bir birlərini tez başa düşür və vahid qərara da 
tez  gələ  bilirlər.  Beləliklə,  bu  iki  amildən  istifadə  edərək  qoyulan 
məsələnini  belə  həllini  təklif  edirəm.  Demək,  insanların  tez  qərara 
gəlməsi  üçün:  1)  Onlar  qəbul  etməlidirlər  ki,  hamının  maddi,  mənəvi 
və mədəni nemətlərə, ehtiyaclara və təbii sərvətlərə, torpağa, yer altı və 
üstü ehtiyatlara eyni dərəcədə bərabər haqqı var. Heç kim heç kimdən 
üstün  deyil.  Bunların  siyahısı  tərtib  edilib  onlara  ailədə,  məktəbdə, 
praktiki təlimlərdə öyrədilməlidir. 2) onların savadları, bilikləri kifayət 
dərəcədə  artırılmalıdır.  Bunun  da  siyahısı  tərtib  edilib  öyrədilməlidir-
adət  etdirilməlidir.  3)  ümumi  biliklərdən  (dünyabaxış,  mədəniyyət, 
problem analizi, həlli axtarışı, sənədləşdirilməsi və s.) başqa insanlara 
gələcək haqda  əlavə biliklər öyrədilməlidir ki, onlar hansı addımların

qərarların,  davranışların  hansı  nəticə  verə  biləcəyini  hesablaya 
bilsinlər,  hər  məsələnin  strateji  həllni  elmi  yolla  tapa  bilsinlər;  4) 
onlara xüsusi prosedurlar, kriteriyalar, eyni terminlər öyrədlməlidir; 5) 
onlara qərar qəbulunun praktiki təşkili , icrası mexanizmi (metod, bina, 
komputer,  bilik  bazası,  ekspertlər,  izah  edicilər)  vermək  lazımdır  ki, 
onlar  bu  mexanizmdən,  prosedurlardan,  biliklərdən  istifadə  edərək 
qərarlar,  həllər  verə  bilsinlər.    Bu  təklif  edilən  prosesdə  əsas    şərt 
strategiyalardır ki, birinci növbədə onlar müəyyən edilməlidir, bunu da 
həmin (sayı qeyri məhdud olan) işirakçılar yaradırlar, fasiləsiz rejimdə. 
Sonrakı bütün qərarlar və idarə etmə  isə sadəcə strategiyaların icrasına 
aid olacaqdır. 
       Belə bir ümumi fikir vardır ki, insanlar bilmədən səhv edirlər, bu 
fikir  hələ  b.e.ə.  Sokratdan  gəlir.  Guya    siyasətçilər  bilmədən  səhv  
qanun,  strategiyala  yazır  və  ya  pozur,  hüquqlari  bilmədən  insanlar 
istismar  olunur,  aldadılır.    Mən  belə  müşahidə  edirəm  ki,    səhv 
etməkdə, səhv qərar qəbul etməkdə iki səbəb eyni dərəcədə doğrudur. 
Həm bilərəkdən səhv etmək, həm bilməyərəkdən. Əksər hallarda məhz 
hamı  bilə  -  bilə  pozur,  səhv  seçimlər  edir,  xüsusilə  dövlət  idarəsində 
bəzən  bilmədən  səhv  edirlər,  bəzən  qəsdən  bilərək  edirlər-  bu  zaman 

 
150 
səhvi səhv deyil, düzgün sayırlar.   Bu moment dövlət idarəsində səhvi 
və  düzü  fərqləndirə  bilən  xüsusi  elmi  ekspert  qrupu  yaratmağı  tələb 
edir  ki,  texniki  sistemlərdə  olduğu  kimi  filtr  rolunu  oynasın.  Burada 
habelə  impuls  verici,  nasazlıqları  aşkar  edici,  qeyd  edici,    təmizləyici 
və  yeniləşdirici vasitələri də    sosial  –siyasi  sistemə  daxil etmək lazım 
gəlir. 
     Yeni rasional həyat tərzi standartlarının zəruriliyi. Bəşəriyyət üzvü 
üçün optimal ağıllı həyat  tərzi standartları işləyib hazırlamaq və onu 
insanlara  öyrətmək  lazımdır.  Bu  standartda  hər  ailəyə  maksimum  1 
maşın  –  yalnız    onun  işi  tələb  etdikdə,  zərurət  olduqda,  ictimai 
nəqliyyat  olmadılqda;  yemək  hədləri,  ev  əşyaları,  mebelin  miqdarı, 
optimal  tikinti  materialları,  mənzil,  mədəniyyətdən  istifadə  növləri 
vaxtı  və  real  imkanları,  təhsil,  səhiyyə,  ünsiyyət  və  s.  tələbatların 
optimal ödənməsi nəzərdə tutulmalıdır.   Bu standartlar qeyri – optimal 
istehlakı  -  qidalanma,  geyinmə,  maşın  çoxluğu,  yaşayış  sahəsi,  bir 
ailənin özünün becərə biləcəyi torpaq sahəsi norması təyin edilməli və  
həddindən artıq miqdarda torpağa sahiblik  qadağan edilməlidir. Qalan 
bütün torpaqlar ictimai mülkiyyətdə qalaraq, ictimai istismar olunmalı 
və müəyyən bitki layihələri üçün (buğda, qarğıdalı əkmək, mal heyvan 
saxlamaq və s. cüzi qiymətlə arendaya verilməlidir.  
       Artıq pulların  istifadəsi. Mən oxuculara bir sual vermək istərdim. 
Onlar ictimai mülkiyyət olan istehsal və xidmət müəsisəsində işləmək 
istərdilər,  yoxsa  şəxsi  mülkiyyətə  aid  belə  obyektlərdə?  Bu  cavabın 
işçi üçün onun görmədiyi cox ciddi və fərqli nəticələri vardır. İctimai 
mülkiyət  müəsisəsində  işlədikdə  bütün  əlavə  dəyərlə  qazanılan  gəlir 
ictimai büdcəyə gedir və yenə də ictimai işlərə - təhsil, səhiyyə, sosial 
təminat - sərf olunur. Şəxsi mülkiyyətdə olan müəsisədə işləyərkən isə 
bütün  əlavə  dəyər  sahibkarın  cibinə  gedir.  Və  işçi  əlavə  heç  bir  şey 
almır. Buradan çox adi və vacib nəticə çıxır. İnsanlar çalışmalıdırlar ki, 
onların  ölkəsində  daha  çox  ictimai  müəsisə  olsun,  hətta  onları 
subsidiyalarla,  güzəştlərlə  sağ  saxlamaq  lazımdır.  Dövlət  üçün  əsas 
məsələ  daha çox pul qazanmaq olmamalıdır- əksinə daha çox adamın 
– hamının əmək hüququnu təmin etmək olmalıdır. 
      Kapitalist  prinsiplərilə  əllərə  çoxlu  pullar  toplanır.  Məsələn,  500 
adam  dünyanın  5  milyard  əhalisinin  malik  olduğu  sərvətə  malikdir.  
Bundan  da  əlavə  200  milyona  qədər  milyoner  vardır.    Bu  adamlar 
əlbəttə  özləri  istəmədən  bazar  sisteminin  nəticəsi  olaraq  həddən  artıq 
varlı  olmuşlar.  Və  öz  pullarını  nə  etməyi  də  bilmirlər.  Banklara 
qoyanda  periodik  böhranlar  nəticəsində  təqribən  pullarının  yarısını 
itirirlər.  Qızıl,  platın,  almaz  aldıqda  isə    bu  pullar  bəşəriyyətin 

 
151 
inkişafına  xərclənə  bimir,  yaradılmış  sərvət  dondurulub  dövriyyədən 
çıxarılır.  
      Ağıl  məsləhət  görür  ki,  məhz  insanlardan  toplanmış  bu  pul  şəxsi 
olsa da, ədalətsiz iqtisadi sistemin nəticəsi olsa da  yenə də aktiv olaraq 
xalqların  həyatının  yaxşılaşdırlmasına  sərf  olunsun.  Yox  ki  sadəcə 
kasıblara,  xəstələrə    paylansın,  xeyr,  ancaq  maddi  elmi  texniki  və 
istehsal  bazası  yaradılmasına  sərf  edilsin.      Eyni  zamanda  belə 
varlıların  hədsiz  istehlakını  qadağan  edən  qanunlar  verilsin,  məsələn, 
bahalı  şəkil  almaq,  təmtaraqlı  toy  etmək,  bahalı  restoranda  yemək 
yemək, bahalı hoteldə qalmaq, ən bahalı maşın almaq və s.  lakin daha 
yaxşı  üsul qadağanlar deyil,  gəlir alma prosesində  elə hədlər qoymaq 
lazımdır ki,  insan onun həyatını iki dəfə artıq təmin edən miqdardan 
artıq  gəlir  ala  bilməsin,  yaxud  aldıqda  bu  ictimai  inkişaf  fondunda 
toplansın,  həmin  adamın  adındakı  hesabda  olaraq.  Yalnız  lazımı 
müalicə,  şəxsi  və  ailənin  həyat  ehtiyacları  olduqda  ondan  şəxsən 
istifadə  hüququ  ona  verilsin    və  cəmiyyətin  inkişafına:  elmə,  yeni 
dərmanlar,  metodlar,  cihazlar,  qurğular,  ixtiralar,  istehsal  və  xidmət 
müsəsisələri yaradılmasına xərclənsin. Bu fondun idarə heyəti də məhz 
həmin  adamlar  olmalı  onlara  əlavə  ictimai  priveligiyalar  verilməlidir. 
Hətta müəyyən ölkələri , dövlətləri onlara idarəetməyə də vermək olar 
ki, onlar hər bir vətəndaşın işləməsi və xoşbəxt həyatını təmin etməyə 
qarantiya  versinlər,    bunun  üçün  öz  pullarından,  ağlından, 
ideyalarından  istifadə  etsinlər.  Uyğun  olmayan  qanunları  isə 
dəyişsinlər.  Onlara  həmin  ölkələrin  fəxri  kralı,  padşahı,  qrafı,  bəyi 
titulu da vermək olar. 
 
Ailə. Qadın, kişi,  uşaq  –vahid ailə münasibətlərinin ən yaxşı həlli  
tapılmalıdır. 
 
Bu gün elə bir ölkə yoxdur ki, bu münasibətlər yüksək səviyyədə tam 
həll olunsun. 
       Qadın kişi arasındakı münasibətlər optimal həll olunmadığına görə 
bir  çox  xəstəliklkər  yaranır  və  yayılır,  ailələr  dağılır,  uşaqlar  lazımı 
tərbiyəni  ala  bilmir,  nəticədə  cəmiyyət  yarımçıq  qeyri  -  mədəni,  bir 
yerdə  yaşamağa  hazır  olmayan  üzvlərdən  ibarət  olur.  Bu  vəziyyət 
ümumi inkişafı, maddi rifahı pisləşdirir, əxlaq nizamlayıcı rolunu icra 
edə  bilmir.  Müxtəlif  ölkələrdə  çox  müxtəlif  münasibətlər,  dəyərlər 
qəbul  olunmuşdur. Əgər müsəlman ailəsində əsas və  çox zaman  əməl 
edilən    dəyər  ailənin  zorakılıqla  və  bir  birinə  dözməklə  qoruyub 
saxlamaqdırsa, Qərbdə hər kəsin  şəxsi  azadlığı,  şəxsi  mənafeyi  daha 
böyük  dəyərə  malikdir.  Müsəlman  orta  Şərqində  çox  arvadlılıq 

 
152 
normaldırsa  digər  ölkələrdə  tək  arvadlılıq  normal  sayılır.  Çoxlu 
miqdarda boşanmalar, bir tərəfin ölümü ilə dullar və ya qəza, xəstəlik 
nəticəsində  ailə  qurmaqdan  və  cinsi  əlaqədən  məhrum  olmuş  kişi  və 
qadınlar    böyük  problemdir.  Cənubi  Şərqi  Asiyada  ailədə 
harmoniyanın  qorunması  Konfuçi  prinsipi  –  hər  ailə  üzvünün  öz 
vəzifəsini yerinə yetirməsi, böyüyə hörmət düşüncəsi mövcudur. İslam 
dünyasında  isə  qadının  kişiyə  tabe  olması,  xəyanət  etməməsi  prinsipi 
hakimdir.  Lakin    nəzəriyyə  başqa,  gerçəklik  başqadır.  Əgər  prinsiplər 
könüllü icra olunsaydı, daha nə var idi ki.  
      Ailədə  bütün  üzvlər  arası  münasibətlər  və  hər  birinin  şəxsi  həyatı  
necə    optimal  həll  edilə  bilər?  Bunun  üçün  ümumi  fəlsəfi  prinsipi  - 
harmoniyanın prinsipini müəyyən etməliyik. 
Ailədə harmoniya prinsipləri, düşünürəm ki, aşağıdakılar olmalıdır:  
1.
 
Hər  bir  genderin  yalnız  qohum  olmayan  və  əks  cinsdən  olan  və 
sağlam  insanla  cinsi  həyata  təbii  hüququ  olması,  bunun  ağıllı, 
zərərli  olmayan  formalarının  müəyyən  edilməsi  və  ictimai 
qanunların və mədəniyyətin buna hökmən yol verməsi –qanun və 
adətlərdə uyğun formulə edilməsi. 
2.
 
Ailənin  elə  qurulması  və  qarantiyaların  olması  ki,  uşaq  olduqda 
onu  tam  böyüyüyb  tərbiyə  alıb  ilk  maaş  alana  qədər  birgə  və  ya 
onlardan biri saxlaya bilsin. 
3.
 
Bir ailədə yaşayan hər bir üzvün digərinin şəxsi avtonom həyatına 
zərər  vurmaması,  zorla  qarşımaması,  başqa  cür  olmağı  tələb 
etməməsi. Bir- birinin xoşuna gəlməyən hərəkətlərin edilməməsi 
4.
 
Hər  ailədə  hər  bir  üzvün  eyni  zamanda  ümumi  razılaşmaya  görə 
ümumi  davranış  normalarının  olması,    ümumi  strategiyanın 
müdafiəsi  və  icrasında  iştirak  və  ailənin  nüfuzunu  qaldıran 
davranışların  olması,  ailənin  xarici  təsir  və  hücumlardan 
qorunmasında  söz və əməl birliyi, gücünə görə iştirak,  qarşılıqlı 
kömək və məsləhətləşmə və qarşılıqlı hörmət. 
 
Aşağıdakı  optimal  həlli  təklif  edirəm.  Qadın,  kişi  ,  uşaq  və  ailə 
münasibətlərini-  ailə    və  ya  dostluq  qurulması,  saxlanması  ,uşağın 
tərbiyə  və  problemləri  -  idarə  etmək  üçün  ictimai  xidmət  yaradılması  
lazımdır 
      Bu  xidmət  lazımı  bina,  avadanlıq  elmi  tədqiqat  psixoloji  və 
futuroloji yardım və məsləhət strukturundan ibarət olaraq vəzifəsi  həm 
təhsil, təlim aparmaq, kişi qadının psixi fiziki uyğunluğunu yoxlamaq, 
birgə  həyatına  müəyyən  ehtimalla  qarantiyanın  olmasını  müəyyən 
etmək,  ailə  qurulandan  sonra  isə  müşahidə  və  araşdırma  aparmaq    və 

 
153 
yönəltmək olmalıdır. Bu xidməti əlbəttə dövlət və ya şəxsi biznesmen 
yarada bilər. Bu yeni əsrdə yeni peşələr, yeni xidmət deməkdir. 
 
Üzvlərilə  və  təbiətlə  tam  əlaqələndirilmiş  və  müvazinətləşdirilmiş 
bütöv cəmiyyət (dövlət)  yaradılmalıdır. 
  
     Dövlətlə  cəmiyyət,  icma,  vətəndaş,  ailə,  uşaq,  qoca    arasındakı 
münasibətlər optimallaşdırılmalıdır . Cəmiyyət yalnız bütün üzvlərinin 
bir  -  birilə  və  dövlətlə  bağlanması,      qarşılıqlı  asılılıq,  hörmət  və 
ehtiyaclarının  ödənməsi  şərtində  dayanıqlı,  konfliktsiz,  problemsiz   
ola bilər. 
       Bütöv cəmiyyət belə ola bilər ki, onun bütün üzvləri aid olduqları 
icmalar  (ailə,  məktəb,  tayfa,  məhəllə,  kənd,  şəhər,  rayon,  ölkə 
cəmiyyəti,  ictimai  təşkilatlar,  vətəndaş  birlikləri  və  dövlət  idarə 
strukturları)    daxilində  öz  avtonom  mənafelərini  azad  təmin  edə 
bilsinlər və öz icmalarından da bunun üçün lazımı təsir, imkan, kömək 
alsınlar,  əvəzində  həmin  icmalara  da  öz  öhdəçiliklərini  (ümumi 
davranışlara əməl etmək, kömək etmək, imicinə və icmaya və üzvlərə 
zərər vurmamaq) yerinə yetirsinlər. Bu qayda üzrə, yəni təsir - əks təsir 
əlaqəsi ilə və ya insanlar və onların aid olduğu icmalarla belə bağları 
ilə    bütöv  müvazinətləşmiş  cəmiyyət  yarana  bilər.    Lakin  gerçəklik 
necədir? Dərin araşdırma göstərir ki, ən çox dövlət idarələri ilə insanlar 
arasındakı qeyd edilən zəruri bağlar- əlaqələr  könüllü, lazımı formada 
saxlanmır,  bir  tərəfli  qaydada  dövlət  tərəfindən  pozulur.  Bu  onda 
özünü  göstərir  ki,  dövlət  idarəsi  hamıya  yaşamağa  imkanlar  yaratmır 
və olan imkanlarda isə   ayrıseçkilik edir. Məmur, məhkəmə və hüquq 
sisteminin  və  bütün  dövlət  icra  aparatının    onun  tərəfində  olduğunu 
bilərərk  öz işini icra etmək üçün rüşvət tələb edir. Bunun əsas səbəbi 
odur ki, hələ indiyədək bəşəriyyətin inkişafında idarə sistemi yalnız 
bir  qrupun,  bir  adamın,  partiyanın,  kapitalist  sinfin  əlində  
qalmışdır.  Ona  görə  də  həmin  qrup  varlanmaq  və  daim  vəzifədə 
qalmaq məqsədilə özünə faydalı olan idarə sistemi, məhkəmə və dəqiq 
proporsiyaları  nəzərə  almaqla  parlamenti    təşkil  edir.  Qanunları  da 
özünə  uyğun  yazır.  Belə  bir  cəmiyyət  əlbəttə  bütöv,  müvazinətli 
cəmiyyət  sayıla  bilməz,  məhz  bu  səbəbə  görə  burada  inam  yoxdur, 
milli  xarakter  və  əxlaq  aşağı  səviyyədədir,  inkişaf  zəifdir,  xalq  daha 
kasıb  və  rəzildir.  Belə  cəmiyyət  çox  asanlıqla  dünya  hegemonlarının 
tələsinə  düşür,  onun  rəhbərləri  rüşvətlə  ələ  alınıb  xarici  dövlətin 
maraqlarına  xidmət  etməyə  cəlb  edilir-  onun  təbii  sərvətləri  xarici 
hegemonun  idarəsinə  keçir,  ərazisi  xarici  ölkə  üçün  satış  bazarına  və 
hərbi  bazaya  çevrilir,  ölkədə  istehsal,  elm,  texnika  qəsdən  aşağı 

 
154 
səviyyədə saxlanılır. Bəşəriyyətin inkişaf trendi məhz belə vəziyyətdən 
çıxmaq istiqamətindədir. Bir xalq tez çıxır, digəri bu bataqlıqda xeyli 
qalmalı  olur,  məhz  hakim  sinfin  yaratdığı  milli  xarakter  və  əxlaqa, 
düşüncə səbəbilə. Məhz belə hakim sinfə bu daha sərfəlidir. Ona görə 
də insanlar bilməlidirlər ki, hakimiyətə can atan onun uğrunda vuruşan 
insanlar  onlara  yaxşı  həyat  gətirmək  üçün  bunu  etmirlər,  yalnız  öz 
varlanması, hegemoniyası üçün edirlər. 
Ayrıca  ölkədə  və  dünyada  sülh  və  sabitlik,    hər  şəxsiyyətin 
xoşbəxtliyi  rasional  cəmiyyət  nəzəriyyəsində  necə  həll  edilir?  
Müharibə  və  inqilabların,  kasıblıq  və  aclığın,  terrorozmin,  geriliyin   
səbəbi  nədir?  Şübhəsiz,  bunların  ümumi  səbəbi  ölkə  və  dünya  bəşər 
sisteminin  idarəsinin,  həyat  tərzinin,  fəaliyyətin  düzgün  konstruksiya 
edilməməsidir.  Əlbəttə  dünya  inkişafı  rasionallıq  prinsipinin  tələbi  ilə 
öz  -  özünə  səhvlər  və  cəhdlər  metodu  ilə  yaxşılaşmağa 
(rasionallaşmağa) doğru gedir, bu ziq – zaq, qalxma - yenmə yolu ilə 
olsa  da.    Lakin  nə  üçün  biz  gözləməliyik  ki,  nə  vaxtsa  işlər  düzəlsin- 
biz  yüz  illərlə  gözləməli  olarıq.  İnsan  ağlı,  onun  yaratdığı  metodlar, 
Gələcək Araşdırmaları elmi  imkan verir ki, biz bu məsələləri özümüz 
konstruksiya  edək  və  onlar  tez  həll  olsun,  insan  iztirablarına  son 
qoyulsun.  Çünki  məqsədyönlü  fəaliyyət  daha  səmərəlidir.  Göstərilən 
sülh  və  insanın  xoşbəxtliyə  çatması  məsələsi  bu  tədqiqatda  texniki, 
siyasi,  sosial,  yaradıcılıq,  fəlsəfi  məsələ  kimi  irəli  sürülmüşdür. 
Rasional  Cəmiyyət  nəzəriyyəsi    bəşəriyyətdə  baş  verən  bəlaların, 
nayrazılıqların  aşağıdakı  səbəblər  nəticəsində  olduğunu  hesab  edir 
(10): 
1.  Bütövlükdə  bəşəriyyətin  və  tərkib  hissələrinin  -  ölkələrin 
düzgün  təşkil  quruluşuna  malik  olmaması  və  düzgün    idarə 
olunmaması.  Bu,  insanlara  münasibətdə,  hüquqlarda  diskriminasiya, 
səmərəsiz  qanunlar,  məsuliyyətsiz,  korrupsiyalı  idarə,  irrasional 
idarənin olması ilə xarakterizə olunur. 
2. Əməyin nəticələrinin düzgün bölünməməsi. Bu problemi həll 
etmək üçün, demək, düzgün idarəetmə konstruksiya edilməli və əməyə 
stimulu  azaltmadan,  onun  nəticələrinin  ədalət  prinisipinə  uyğun 
düzgün bölmə mexanizminin tapılmasından ibarət texniki məsələ həll 
olunmalıdır.    Bu  isə      düzgün  qərar  qəbuletmə  qaydalarının  və 
prinsiplərinin yaradılması deməkdir.  
3.  Hər  davranışın  ehtiyacdan  sonra  ikinci  əsası  olan  dünya, 
təbiət,  cəmiyyət,  insan  haqda  səhv  fəlsəfi    baxışların,  habelə  mif, 
paradigma,  adət,  etalon,  dəbin  səhv  olması  və  ya  bir  qrupun 
baxışlarının  ,  hansı  ki  yalnız  onların  mənafeyini  güdür,  bütün 
cəmiyyətə sırınması və cəmiyyətin baxışları kimi qələmə verilməsi. 

 
155 
Göstərilən məsələlər aşağıdakı kimi həll olunur. 
 
1. Təşkilatı quruluşun və idarənin səmərələşdirilməsi. 
Müşahidə  və  araşdıma  göstəmişdir  ki,  dövlət  idarəsinin  həyata 
keçirilməsi  və lazımı qanunların qəbulunun hakim - əsas cəmiyyətdən 
fərqli-  qrup  tərəfindən  edilməsi    nəticələr  üçün  əsas  müəyyənedici 
amildir.  Digər  amillər  isə:  a)  elmi  metodların  tətbiqi;  b)  gələcəyin 
düzgün təsəvvür edilməsi, c) məsələlərin düzgün formulə edilməsi və 
prioritetlərin seçilməsi; d) düzgün starategiya və  planlar qurulması; e) 
fəaliyyətin  koordinasiya  edilməsi    və  nəzarətdir.  Hər  hansı  qrup 
hakimiyyətdə olduqda, şübhəsiz, yalnız öz qrupunun üstün mənafeyini 
güdür  və  ona  görə  idarə  bütün  cəmiyyət  mənafeyi  üçün  səmərəli 
olmur.  Bu  problemi  həll  etmək  üçün  a)  birbaşa  demokratiya  - 
cəmiyyətin  hər  bir  üzvünün  qərar  qəbulu  və  qanunvericilikdə  iştirak 
etməsi  və  qrup  demokratiyasından  imtina;  b)  birbaşa  hər  kəsin 
idarənin  icrasında  iştirak  edə  bilməsi  təklif  olunur.    Bunun  üçün  c) 
məmurların illik qiymətləndirilməsi  və  yenidən postların  azad  bilik və 
bacarıq,  əxlaqi  davranış,  qərar  qəbuletmə,  strategiya  qurmaq  və 
planlaşdırmaq  bacarığı  yarışı  vasitəsilə  doldurulması  təklif  edilir. 
Belə formada  hər etnik qrup, kənd, şəhər, region üzrə hər bir vətəndaş 
iştirak etmiş olur. Bunu həyata keçirmək üçün rasional qərar qəbulu 
prosedurları  və  rasionallıq  prinsipləri    və  bunu  istifadə  edəcək 
xüsusi komputer proqramı və ictimai idarəetmə, məlumat və ekspertiza 
qərar qəbulu institutları  yaradılması təklif edilir. Məhz buraya gələrək 
və ya gəlmədən evində hər kəs istəsə qeyd olunaraq məlumat bazasına 
girərək ölkə, şəhər, region, qəsəbə, və kənd üzrə  qanun vericilikdə və 
strateji, idarə, büdcə qərarları və inkişaf layihələrində iştirak edə bilər. 
Hər kəsin iştirakı məhz qeyri - bərabərliyi, konfliktləri aradan qaldırar 
və    mənafelərin  bərabər  müdafiəsinə  və  rasional  qanun  və  qərar 
qəbuluna  səbəb  olar.  Məmurların  qiymətləndirilməsi  və  hər  kəsin 
idarədə  iştirak  imkanı  -  ali  rəhbərdən  tutmuş  aşağı  məmuradək- 
rüşvətxorluğun,  dələduz  adamların  idarədə  qalmasının,  pis  idarənin 
qarşısını alar. 
Kommunist  sosializmindən    fərqli  olaraq  rasional  cəmiyyətdə 
kommunist    diktatutrası  deyil,  lap  başlanğıcdan  kollektiv  qanun  və 
qərarvericiliyi və ictimai nəzarət olunan və qiymətləndirilən  icra tətbiq 
edilir. Digər tərəfdən, burada təkbaşçılıq deyil, yəni ”ağlım necə kəsir, 
elə  edirəm”  deyil,  kollektiv  ağılın  qoyduğu  formada  icra  həyata 
keçirilir. İcraçının ağlının, mənafeyinin rolu yoxdur. O yalnız kollektiv 
formada  hazırlanmış  hazır  qanun,  layihə  və  sərəncamları  icra  edir. 
Lakin  aşağı idarə səviyyələrində icraçının hər hansı bir qərar verməsi 

 
156 
ona həvalə edilmişsə o öz ağlı ilə deyil, yenə də kollektiv ağılla qəbul 
edilmiş  strategiyalarına,  rasionallıq,  təbii  insan,  həyat  hüquqlarına, 
zərər verməmək prinsiplərinə    uyğun qərar verə  bilər və  hər bir kəsin 
onun  səhv  etməsi  iddiası  ilə  onu  məhkəməyə,  və  ya  nəzarət,  ictimai 
qiymətləndirməyə  çəkmək  haqqı  var.  Təklif  olunan  sistemdə  məmur 
istədiyini  edə  bilməz:  diskriminasiya,  öz  qohumlarına  imkan  yaradıb, 
başqalarına  imkan  verməmək,  rüşvət  almaq,  istədiyi  yerdə  ictimai 
torpağı satmaq, şəhəri mağazaya çevirmək, ictimai əmlak olan ağacları 
qırıb  yerində  ev,  supermarket  tikdirmək,  öz  ailəsi  üçün  ictimai 
vasitələrdən  istifadə  etmək,  büdcəni  mənimsəmək,  xalqı  aldatmaq, 
infrastruktur 
tikinilərində 
50% 
vəsaiti 
mənimsəmək, 
seçkini 
saxtalaşdırmaq,  kiminsə  cibinə  narkotik,  qumbara  qoymaqla  həbs 
etmək, öz funksiyasını icra etməkdən imtina etmək və s.   
Rasional  cəmiyyətin  xarakterik  cəhətlərindən  biri  odur  ki,  bu 
cəmiyyət  bir  konkret  başçısı,  rəhbəri  olan  cəmiyyət  deyil,  tarixdən 
indiyədək olmuş ağa - qul sistemi cəmiyyətindən fərqli olaraq. Burada 
səlahiyyətli  başçı  yoxdur.  Yalnız  dövrü  olaraq  (həftədə,  ayda  və  s.) 
dəyişilən sistemə xidmət edən dispetçerlər var . Burada ierarxik tabeli 
məmurlar  pilləkəni  yoxdur.  Burada  avtonom  özünü  yalnız  ümumi 
qəbul  edilmiş  strategiyalara,  planlara,  prinsiplərə  uyğun  idarə  edən 
icmalar  var.  Fasiləsiz,  gecə  və  gündüz,  hədlər  qoyulmadan  qərar 
qəbulu,  elmi  araşdırma,  problem  həlli  prosesi  işləyir.  Dipetçer  onun 
nəticələrinin  aşkar  edilməsinə  və  elan  edilməsinə,  məlumatı  yaymağa 
xidmət  edir  (elektrik  stansiyası,  kimya  zavodu  dispetçeri  kimi),  təcili 
həlli  tələb  oluan  (göndərilən  təklifləri)  məsələləri  “qərar  maşınına” 
daxil  edir,  qərar  qəbulu  səlahiyyəti  olmadan.  Digər  nəzarət  dispetçeri 
isə  bu  prosesin  düzgn  getdiyini  müşahidə  edir.  Hər  icma  bilavasitə 
ümumi  icmanın  –dövlətin  üzvüdür.  Əvvəl  icmalar  ümumi  –  dövlət 
strategiyalarını, planlarını, prinsiplərini hazırlamaqda iştirak edir, sonra 
ümumi  hazır  strategiyalara  və  s.  uyğun  olaraq  icma  inkişafının 
strategiya  və  planlarını,  vəzifələrini  müəyyən  edirlər.  Idarəyə  nəzarəti 
icma elmi texniki şurası  rəsmən və hökmən və istəyən hamı  nəzarət 
edir  və  ümumi  qərarlar  hazırlanmasında  isə  istəyən  hamı  və  şura  - 
hökmən    iştirak  edir.  Yuxarı  pillə  -ümumi  dövlət  icraçıları    aşağıya 
vacib  göstərişlər  (nəyi  necə  etmək,  kimə  vəzifə  vermək)  verə 
bilməzlər-  yalnız  nəzarət  məlumatları,  hansı  ki  aşağı  icma  şurasında 
baxılır  və  hər  icma  icraçıları  öz  icma  şuraları  və  üzvlər  -  vətəndaşlar 
qarşısında (yalnız texniki işləri görmək üçün) məsuliyyət daşıyır. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin