MÖVcud cəMİYYƏTLƏRDƏ NƏ baş veriR?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/29
tarix28.03.2017
ölçüsü2,8 Kb.
#12720
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

Gələcəyin  proqnozu.  Tezliklə  insanlar  və  xalqlar  ərazilərin 
birləşdirilməsi,  hamının  istədiyi  yerdə  yaşamaq  hüququ  haqda 
düşünməyə  və  bunu  reallaşdırmağa  çalışacaqlar.  Hər  dövlətin 
zorakılıqla  tutduğu  ərazilərdən  və  ya  zorakılıq  nəticəsində 
azalmış ərazisindən  formalaşmış yer kürəsi ərazisinin xalqlara 
görə bölünməsi prinsipi ədalətsizdir və yeni insan sivilizasiyası 
üçün böyük maneədir. Bu prinsip ləğv edilməli, birləşdirmə və 
planetdən  bərabər  və  daha  effektiv  istifadə  prinsipi  ilə  əvəz 
olunmalıdır.  Bu  sərhəd  çəkməyə  və  qorumağa,  ərazi 
müharibələrinə    son  qoyacaqdır.  Elə  indi  də  ağıllı  dövlətlər 
ərazilərini birləşdirə, vətəndaşlara, firmalara azad yer seçməyə 
icazə  verə  bilərlər.  Dövlətlər  sevinməlidir  ki,  onların  yalnız 
vergi və qanunları üçün  sərhəddi  aktiv olan  ərazilərində  yeni 

 
110 
yaradıcı, qurucu, vergi verən işçi qüvvəsi və ya firma  yaşamaq 
istəyir. 
12.
 
Yeni  axşamadək telefonla oynayan, musiqi  ilə başını qatan və 
buna  görə  də  dünyanı  və  ətarf  mühiti  həyatı  dərk  etməkdən 
özünü  məhrum  edən  ağılsız  gənclik  yetişir.  Onlar  ona  görə 
dinin  qurduğu  tələlərə  düşür,  ictimai    iqtisadi  sistemi  anlamır 
və  gözü  bağlı  qul  insanlara  çevriləcəklər.  Onlar  heç  vaxt 
ictimai  sistemi  anlayacaq  səviyyədə  olmayacaqlar.  Bu  böyük 
təhlükədir. 
 
--------------------------------------- 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
111 
İstinad mənbələri 
1.
 
Большая  энциклопедия  Кирилла  и  Мефодия  2002  (БЭКМ-
2002) , Москва. www.km.ru 
2.
 
История  политических  и  правовых  учений.  Юридическая 
литература. Москва.718s. 
3.
 
State of the world future. AC/UNU. The Millenium project. By 
Jerome 
C.Glenn 
and 
Teodor 
J.Gordon. 
2005. 
www.stateofthefuture.org
 
4.
 
Morgentau  Hans  J.,  Thompson  Kenneth  W.  Politics  among 
nations. Kalyani publishers. New-Delhi-Ludhiana (1948) 1985. 
689 pages. 
5.
 
Our  responsibilities  towards  future  generations.  Foundations 
for  international  studies,  In  coperation  with  UNESCO.  Malta 
1990. 189 p. 
6.
 
Иовчук  М.Т.,  Ойзерман  Т.И.,  Щипнова.  Краткий  очерк 
философии . Москва. Мысль, .1981.  927s. 
7.
 
Rzayev  A.K.    Очерки  истории  политико  правовых  учений 
Азебайджана. Ваку. Азернешр 1983 
8.
 
Şükürov  Ağayar.  Fəlsəfə.  2-ci  nəşr.  Çıraq  nəşriyyatı.  Bakı. 
2008, 490 səh. 
9.
 
Piter  Draker.  Post  -  kapitalist  cəmiyyəti  (1993)  Nurlar,  Bakı. 
2007.398 səh. 
10.
 
Осипов  Г.В. Глобальныйi кризис западной цивилизации и 
Россия. Книжный дом либреком. Москва. 528 стр.   
11.
 
Хорев Б.  «Русская идея»  -это социализм. Правда. 1994. 29 
сентября 
12.
 
Jan-François  Seznec.  Market  economy  without  democracy  in 
the gulf (p20-22). EJournal  USA. Markets and Democracy v13 
n6 2008. pp 37. 
13.
 
Savas E.S. Privatization and public-private partnerships. Seven 
Bridges  Pres,  LLC.  New  –York  2000.  404  pages  (in  azeri 
translation). 
14.
 
Мокий  В.С.,  Шегай  О.Е.  2003.  Понятый  мир-  основа 
устойчивого  развития  .      О  мировоззрении  XXI  века. 
Экогеософский  альманах  вып.  4-5  Под  редакцией  В.А. 
Зубакова  Электронная  версия:  http://www.roerich.com/  
Санкт-Петербург – Донецк. 2003 Informological Institute AG 
15.
 
Soheil  Inayatullah.  2003a.  Lonq  view.  Civilization,  leadership 
and deep democracy. www.metafuture org 

 
112 
16.
 
Sohail İnayatullah. 2003b. Civilization, leadership and deep 
democracy. An article, E- mail 16.10.2003. 
www.metafuture.org 
17.
 
www.deliberative-democracy.net  
http://www.egs.edu/resources/habermas.html. 
18.
 
Mehdi  Tofiq.  Həqiqətə  Pəncərə.  Bakı:  Səda  nəşriyyatı,  2008, 
521 s. 
19.
 
Аль Гор. Земля на чаще весов М.1993  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
113 
 
 
 
 
 
 
 
 
 
============================================ 
 
 
HİSSƏ İV 
 
GƏLƏCƏYİN CƏMİYYƏTİ 
 
Yaradıcı ağıl fəlsəfəsinin  mövqeyindən 
 
 
Gələcək bizi çağırır  
Növbəti mərhələ - Rasional  Sosializmə keçid   
RASİONAL CƏMİYYƏT 
Rasional insan, dövlət, əxlaq, həyat 
Rasional cəmiyyəti necə qurmaq olar. Göstərişlər 
Necə yaşamalı? 
 
 
 
 
 
 
 
 
 
 
Rasional cəmiyyət uğrunda İctimai Birliyin nəşri. 2011 Mart 
 

 
114 
HİSSƏ İV. GƏLƏCƏYİN CƏMİYYƏTİ  
 
Kitabın tərkibi 
 
İV. Gələcək bizi çağırır ..................................................... 115 
Insanlığın məqsəd və arzuları .............................................. 119 
Gələcəyin arzu edilən yaxşı imici-obrazı ............................ 123 
Yaxşı gələcəyə getmək üçün haradan başlamalı? ................ 124 
Bəşəriyyətin inkişaf trendləri ............................................... 126 
Növbəti mərhələ -  
Rasional  Sosializmə keçid .................................................. 132
  
Demokratiya, aristokratiya, monarxiya
diktatura, texnokratiya, yoxsa naukokatiya? ....................... 138 
Elmin və ağılın idarəsi dövrü başlayır ................................. 139 
Xoşbəxt  gələcəyə salınan yollar ......................................... 142 
RASİONAL CƏMİYYƏT .................................................. 144 
Yeni ağılla qurulacaq cəmiyyətin nəzəri əsasları ................ 160 
Rasional Cəmiyyət –təbiət sistemi. Konsepsiya .................. 167 
Rasional cəmiyyətin konstitusiyası ..................................... 177 
İctimai qərar və qanun qəbulunun   prosedurları ................. 189 
Rasional həyat tərzi ............................................................. 200 
Rasional əxlaq kodeksi ........................................................ 206 
Rasional nəzakət , davranış və ədəb qaydaları .................... 213 
Rasional  ailənin qurulması ................................................. 217 
Rasional insan haqda anlayış ............................................... 223 
Gələcək Rasional dünya dövləti .......................................... 238 
Rasional cəmiyyət icmasının tipik nümunəsi. Göstərişlər... 243 
Faydalı davranışlar haqda məsləhətlər. Necə yaşamalı? ..... 251 
İstinad mənbələri ................................................................. 271 
 
 
 
 
 
 
 

 
115 
Gələcək bizi çağırır  
 
      Yeniləşməyə,  ağılla  yaşamağa,  xeyirxahlığa,  dünyanı  yenidən  düz 
anlamağa, gələcəyi əvvəldən görməyə,  xoşbəxt olmağa, yer planetini 
və  öz  yaşadığın  mühiti  qorumağa  və  yaxşılaşdırmağa  gələcək  bizi 
çağırır. 
      Bu  kitabda  bütün  fikirlər  yaradıcı  (kreativ)  neorasionalizm 
fəlsəfəsinin mövqeyindən    irəli sürülür. Bu fəlsəfi baxışları və ondan 
irəli gələn bütün törəmə nəzəriyyələri və aksiom və  prinsipləri  müəllif 
özü  öz  ağlı  ilə  yaratmış  və  formulə  etmişdir.  Müəllif  hesab  edir  ki, 
indiyədək  yaradılmış  fəlsəfələr    müəyən  dərəcədə  təsvir  edici, 
ümumiləşdirici, subyektiv qiymətləndirici və  əsasən siyasi  qüvvələrin 
mövqeyini əks etdirmiş və cəmiyyət üçün abstrakt dildə yaradılmışdır. 
Bu  fəlsəfələr  istifadə  üçün  yam  yararsızdır.  Onları  oxuyaraq  heç  nə 
yaratmaq və reallıq haqda obyektiv mülahizə söyləmək olmaz. Onların 
əksəriyyəti  söz  oyunudur  və  reallığı  maskalamaq  üçün  irəli 
sürülmüşdür.  Müəllif  gənc  intellektuallara  məhz  bu  yeni  fəlsəfə 
istiqamətində işləmələrini təklif edir. 
       Əksər  futuristlər  adətən  qəbul  edirlər  ki,  gələcək  qeyri  - 
müəyyəndir,    lakin  mən  futurist  kimi  belə  düşünmürəm,    deyrəm  ki, 
alma  toxumundan  almanın  bitəcəyi  kimi  dünyanın  da  gələcəyi  
müəyyəndir,  lakin  bizə  məlum  deyil,  bizim  vəzifəmiz  onu  bilməkdir. 
Əgər  onu  bilə  bilmiriksə  günah  özümüzdədir.  Burada  yadıma  İslam 
təlimi  düşür.  Orada  deyilir  ki,  və  bunu  bütün  müsəlmanlar  qəbul 
edirlər ki, gələcəyi allahdan başqa heç bir insan bilə bilməz. Belə baxış 
nəinki  insanın  öz  çəxsi  gələcək  həyatını,  habelə  ictimai  həyatı  yaxşı 
qura  bilmək  imkanlarından  yayındırır,  insanları  məsuliyyətsizliyə  və 
fəaliyyətsizliyə  sövq  edir,    dini  hakimi  eşiməyə  və  tabe  olmağa 
səsləyir. Dini hakimi isə məsuliyətdən azad edir, yəni dinin fikrincə o, 
səhvlər,    zülüm  və  tarixdə  tökdüyü  qanlar  üçün  günahkar  deyildir, 
bunlara səbəbkar allahdır.  
     Kütlələrin  gələcək  haqda    keçmiş  həyatın  və  dini  baxışların 
nəticəsində  formalaşmış  düşüncəsi  hesab  edir  ki,  “belə  olmuşsa,  belə 
də davam edəcək”. Belə baxış təsadüfi deyil, İnsanlar  daimi yaşamaq 
uğrunda mübarizə, bu günə qədər davam edən ağa- qul asılılğı, əməklə 
qazanılan ümumi nemətlərin ədalətsiz bölünməsi və bunun nəticəsində 
daim  ehtiyac  içində  olması,  daha  çox  işləməyə  -fiziki  əldən  düşməyə 
məhkum olmaqdan başqa nə görmüşlər ki, başqa cürə düşünsünlər. 
      Məmim məqsədim bu düşüncəni sındımaqdır və sübut etməkdir ki, 
“belə  olmuşsa,  bu  o  demək  deyildir  ki,  belə  də  olacaqdır;  əksinə, 
insanlar istəsələr, belə davam etməyəcəkdir” 

 
116 
      Biz  öz  araşdırmamızda  tapdıq  ki,  insanların  fərdi  həyat  səviyyəsi 
və  ictimai  həyat  səviyəsi,  ümumi  gücü    onların  yaratdığı  ictimai 
iqtisadi sistemlərdən asılıdır. 
İnsanlıq  haradadır,  hara  getməlidir?    Bu  suala  cavab  vermək  üçün 
insanlığı  müxtəlif  səviyyələrdə  olan  avtonom  hissələrə-  icmalara, 
cəmiyətlərə  bölüb  hər  birinə    ayrıca  cavab  verməliyik.  Eynilə  onların 
hər  birinin  bütün  varlıqların  həyat  siklinə  oxşar  həyat  sikli  olmasını 
qəbul etməliyik. Yəni doğulma - böyümə - pik inkişaf nöqtəsi -yenmə 
(zəifləmə) və məhv olma. Sonra yeni cəmiyyətin və  ya sivilizasiyanın 
doğulması, formalaşması. 
       Dünyanın  böyük  mütəffəkkirləri  bir  ağızdan  hesab  edirlər  ki, 
qlobalizasiya  kapitalizmin  son  stadiyasıdır.  Marksizmin  mövqeyi  ilə 
isə  qlobalizasiya  kapitalın  dünya  imperializmidir.    Maks  Veber  tarixi 
bir  adamın  digəri  üzərində  ağalıq  tarixi  hesab  edir  və  kapitalizmi  isə 
ağalığın ən mükəmməl forması  olduğunu qeyd edir (1,  383) . Lakin 
bu  günkü  həyat  Veberin  sözlərini  təsdiq  etmir.  Kim  üçün,  nə  vaxt 
kamildir  və  mükəmməllik    nəyə  deyirsiniz?-  suallarını  versək 
kapitalizmin  hamı  üçün,  bütün  bəşəriyyət  üçün  kamil  deyil,  cüzi 
miqdarda  insanlar  üçün  yaxşı  olub,  əksinə  əksər  bəşəriyyət  üçün 
nadan,  əlverişsiz  olduğunu  görərik.  Veberin  aşkar    etdiyi  ağa-  nökər 
sisteminin sonu gəlmişdir. Hələ 1917- ci ildə sosializm qurulanda ona 
son  qoyulmuşdu.  Sosializm  sübut  etdi  ki,  ağa  olmadan    da  insanlar 
özləri üçün işləyə bilərlər. 
       Dünyanın  digər  böyük  mtəfəkkirləri  kapitalizmi  kifayət  qədər 
tənqid  etmiş  və  onu  bəşəriyyətin  sonuna  gətirəcəyi  proqnozunu 
vermişlər.  Məsələn,  filosof  Fromm  Erix  hesab  edirdi  ki,  kapitalizm 
psixi cəhətdən xəstə, irrasional cəmiyyətdir (16, 458 ) 
       Kapitalizmdə  kapitalistlər  cəmiyyətdə  qəsdən  istehlakçılıq 
mədəniyyəti  yaradaraq,  əhalini  daha  çox  mal  almağa,  daha  çox 
yeməyə,  geyməyə,  maşına  və  digər  tələbatlara  pul  xərcləməyə 
həvəsləndirir,  dövlət  bunun  üçün  çoxlu  borclar  alır.  Məsələn,  ABŞ 
dövlət büdcəsinin  borcları 2010, may məlumatına görə 90 %-ə çatır. 
Bu  ölkələr  qazandığından  çox  xərcləyir.  Məhz  2008  dünya,  2010  il 
Yunanıstanda,  İspaniyada  maliyyə  böhranı  bu  prinsipin  nəticəsində 
oldu. Güman edirlər ki, bununla bazar aktivləşir, iş yerləri yaranır və s.  
lakin  bu  arzu  edilən  nəticələrə  gətirmir.  Daha  da    antoqonizmi 
kəskinləşdirir. Təbiətin ehtiyatları daha çox sərf olunur, tükənir, təbiət 
xarab  olur,  ağaclar  qırılır,  parnik  effekti  artır,  iqlim  dəyişir.  Bununla 
hər məhsulun istehsal - bazar çiklində kapitalist daha çox pul qazanır, 
cəmiyyət  isə  daha  çox  istismar  olunur,  elə  eyni  əmək  haqqı  alır, 
kasıblaşır.    Istehlakçılıq  dəyəri    daim  yeni  ölkələrə  ixrac  olunur.  Bir 

 
117 
futuristin  dediyi  kimi  “Cihada  qarşı  Makdonaldizasiya  siyasəti 
aparılır”  .  Bu  gün  intellektualların  ümumi  rəyi  belədir  ki,    ən  vacib 
məsələ  təbiət  ilə  insanlar  habelə  insan,  ailə,  icma,  dövlət  arasındakı 
müvazinəti  –harmoniyanı  yenidən  qurmaq  lazımdır.    Bu  ideyanın 
mənbəyi Cənubi Asiyadır (Hindistan, Çin, Malayziya, Sinqapur və s.). 
Belə  gözəl  təcrübədən  və  bilikdən  nə  üçün  imtina  edək?  Bu 
rasionallaşma yoludur-asan, zor olmadan, müzakirə və dialoq yolu ilə.  
      Kapitalizmin  digər  xarakterik  cəhəti  odur  ki  o  hökmən  ölkə 
sərhədlərini  aşıb  xarici  ticarətlə  məşğul  olmalıdır-  o  artıq  mallarını 
satmalı, pul gətirməlidir, əks halda daxili böhranlar kaptalist dövlətini 
dağıdar . Ona görə də kapitalizm aktiv olaraq WTO təşkilatını yaratmış 
və  hər  ölkəni  ona  cəlb  etməyə  çalışır.  O  habelə  vahid  pul  yaratmağa 
məcburdur,  hazırda  bu  ABŞ  dollarıdır.  Eynilə  kapitalizm  malların  və 
pulların  asan  dövriyyə  hərəkətini  təmin  etmək  üçün  lazımi 
mexanizmlər  yaratmağa  məcburdur.  Kapitalizmin,  konkret  olaraq 
kapitalist  monopoliyaların,  kompaniyaların  bu  fəaliyyəti  o  zamana 
qədər  davam  edəcəkdir  ki,  bütün  ölkələr  özləri  özlərinə  lazım  olan 
malları istehsal edəcəklər, texnologiya, istehsal vasitələri yaradacaqlar, 
əgər onların ağılları çatsa və bunu anlasalar. Buna yol verməmək üçün 
qabaqcı  kapitalist  dövlətlər  inkişaf  etməkdə  və  3-cü  ölkələrdə 
iqtisadiyyatın inkşaf  etməməsinə, istehsalın olmamasına,  yaxud az və 
keyfiyyətsiz  olmasına,  onlarda  ağıllıların  hakimiyyətə  gəlməməsinə 
çalışırlar.  Nəticədə Afrika, bir çox Asiya və keçmiş sosialist  ölkələri  
qafqaz  da  daxil  olmaqla  indiyədək  böyük  istehsaldan    qabaqcıl 
kapitalist dövlətlərinin məsləhəti, oyunları, dövlət başçılarının rüşvətlə 
ələ alınması nəticəsində  məhrumdurlar. Bu ölkələrin  çoxunda dövlət 
rəhbərləri  xarici  qəyyumların  əlində  kukladırlar.  Bu  kuklalar  öz  şəxsi 
hakimiyyətlərini  qorumağı  da  bu  xarici  siyasi  bosslara  tapşırır  və    bu 
işə  pul  ödəyirlər.    Əks  təqdirdə  cızığından  çıxan  olduqda  Ərəb 
ölkələrində 2011 Yanvar – Mart dövründəki olduğu kimi xalq etirazları 
nəticəsində  hakimiyyətdən    qovulurlar.  Səbəb  odur  ki,  bu  rəhbərləri 
xalq seçmir, onlar kələk yolu ilə, aldatmaqla, silah gücünə hakimiyyətə 
gəlib,  otururlar.  Xalqı  əzirlər,  qanın  içirlər,  nefti  –  qazı  da 
mənimsəyirlər,  xalqın  başını  da  cürbəcür  görüntülərlə  aldadırlar.  Neft 
–  qaz  insanların  həyatını,  təhsilini,  sağlamlığını,  işlə  təminatını 
yaxşılaşdırmır.  Bu  vəziyyəti  onların  xarici  ağaları  çox  yaxşı  bilirlər, 
belənçi  vicdanın  itirmiş  rəhbərlərdən  onlar  istifadə  edirlər,  vaxtı 
gələndə bir siqnal ilə onlara xalqın əlilə onlara “istefa ver” deyirlər. 
      Yenidən  lazımı  səviyyədə  istehsal  etmək,  elmi  –  texnologiya 
yaradıcılığını  bərpa etmək, təhsili və düşüncə tərzini yüksək səviyyəyə 
qaldırmaq  və  cəmiyyəti  işlə  təmin  etmək  üçün      onlara    böyük  ağıl, 

 
118 
düzgün effektiv idarəetmə lazımdır, hansı ki hələ də müşahidə edilmir. 
ABŞ  və  digər  22  qabaqcıl  ölkənin  idarə  etdiyi  beynəlxalq  valyuta 
fondu (BVF) və Dünya Bankının avanturist siyasətilə  keçmiş sosialist  
ölkələri  rəhbərləri  istehsal  zavod  və  fabriklərini,  elmi  tədqiqat  layihə 
institutlarını məhv etmiş və 22 ölkə üçün xammal və/ya satış bazarına 
çevrilmişlər. 
        Yaxşı arzu olunan gələcəyi qurmaq və effektiv qurmaq  lazımdır. 
Əlbəttə  məlum  səhv  mülahizələr  üzərində  qurulmuş  bəzi  dinlərin 
ruhaniləri  deyə bilər ki, bu allahın işidir, bu işə qarışmaq olmaz. Daim 
bəşəriyyət üçün şeytan funksiyasını oynayan, bəşəriyyəti parçalayan və 
milli  ziddiyətləri  kəskinləşdirən,  biliklərdən  və  ifşadan  qorxan    bu 
dinlər  qoy  desinlər.  Onlar  bəşəriyyətin  adından  qərar  verən 
səlahiyyətləri  yoxdur.  Dinlərlə  dövlətin  məqsədi  hamının  başına  çatı 
salıb  ucunu  da  öz  əllərində  saxlamaqdır,  yəni  azad  fikrin  qarşısnı 
almaqdır. Ona görə də onlar nə qədər özlərini sözdə ayrı elan etsələr də 
məqsəd  birliyinə  malikdirlər.  Din  insanların  mənəvi  şüurunu  istismar 
etmək  və  özü  və  dövlət  üçün  ağlı  əlindən  alınmış,  şüursuz,  həqiqəti 
anlamayan  və  bilmək  istəməyən,  başı  dinlə  qarışmış  vətəndaş 
yetişdirmək  üçün;  dövlət  insanların  fiziki  gücünü  və  ağlını  istismar 
etmək üçün. 
        Dünya  yaranandan  kainat  və  onun  dünyaları  və  cisimlər  4  fiziki 
təsir  xassələri,  Nyuton  və  Eynşteyn  qanunları  altında  və  nəticəsində 
formaya düşdü və strukuru yarandı. Onun fəaliyyət məqsədi yaşamaq, 
yaşamağın  prinsipi  isə  zəifin  güclüyə  tabe  olması,  güclünün  idarə 
etməsi  oldu.  Bioloji  aləmdə  də  oxşar  olaraq  güclünn  qalib  olması, 
zəiflərdən vasitə, yaşamaq üçün istifadə etməsi prinsipi meydana çıxdı. 
İnsan  cəmiyyəti də bioloji preinsan növlü varlıqlardan yarandığı üçün 
başlanğıcda belə bir prinsipi  varis olaraq qəbul etdilər, daha doğrusu 
bu əsasən onların keçmiş süurü tarixindən, genlərindən gəlirdi. İnsanın 
ağlı,  bilikləri  artdı  və  aşkar  etdi  ki  (utopik  sosialistlər  və  marksizm), 
onun  xoşbəxt  olması  üçün  minerallar  və  heyvanlar  aləmindən  keçib 
gəlmiş  güclü  qalib  gəlir,  istismar  edir,  idarə  edir  prinsipi  icmanın, 
cəmiyyətin  böyük  əksəriyyəti    üçün  yaramır.  Bu  bir    qrupun  digər 
böyük  qrupu  istismar  etməsinə,  az  miqdarda  adamın  varlanmasına, 
çoxun  isə  kasıblaşmasına,  müharibə  və  konfliktlərə,  təbii  mühitin 
pisləşməsinə  gətirir. 
 
Kamilləşməyin və ya rasionallaşmağın səbəbi nədir? 
Kamilləşməyin  səbəbi  daim  üst  sistemlərin  dəyişməsi  nəticəsində  alt 
sistemlərdə  ona  uyğun  dəyişilklərin  baş  verməsi  tələbidir,  məhz  yenə 
də  yaşamaq  və  yaxşı  yaşamaq  üçün    dəyişmək  ehtiyacıdır.  Hər  şey 

 
119 
həmişə  alt sistemdir və  üst  sistemin  idarəsi  altındadır və  onun şərtləri 
altında  mövcud  ola  bilər.  Məhz  şeylər  alt  sistem  olduğu  üçün  əsas 
dəyişdirici təsiri üst sistemlərdən alır. Üst təsirlər alt təsirlərə nisbətən 
daha  çox  müəyyən  edicidir.  Lakin  üst  və  alt  təsirlərin  az  və  çoxluğu 
proporsiyasını zamana  və yerə görə  ierarxik bütöv sistemdə müəyyən 
etmək  olar  .  Hər  canlı  (duyğu,  analiz  orqanlarına  malik)  alt  sistem 
dəyişdirici  təsirini,  habelə  gələcəkdən  (arzulardan,  qorxulardan, 
təhlükələrdən)  alır.  Cansız  aləmdə  də  daim  kamilləşmə  prosesi  gedir. 
Bu  proses  məlum  və  naməlum  fiziki  qüvvələrin  qanun  və 
qanunauyğunluqlarının  idarəsi  ,  təsiri  altında  baş  verir.  (Nyuton  , 
xüsusi  və  ümumi  nisbilik,  saxlanma,  müvazinət,  bütövlük    qanunları, 
iki kənar hədlər arasında siklik təsir edən qüvvələr və iki hədd arasında 
keçən həyat). Kamilləşmə - rasionallaşma  sadəcə üst sistemin şərti və 
tələbi, idarəsi altında optimal yaşamaq, olmaq  üçün  lazımdır. Demək, 
kamilləşmə  -  rasionallaşma  həyatın  formasıdır.  Təkcə  üst  sistemin 
siklik - iki əks mənalı təsiri kamilləşmə üçün kifayətdir - hərəkətverici 
qüvvədir.  Demək  olar  ki,  bütün  təsirlər  iki  hədd  arasında  dəyişən 
təsirlərdir. 
      Digər  baxışla  baxdıqda  biz  görürük  ki  şeyin,  canlının,  bitkinin  
fəaliyyəti  və  forma  alması  sadəcə  mühitin  (buraya  elə  alt  və  üst 
sistemlər  də  daxildir)  təsirinə  reaksiyadır  və  ən  optimal  və  az  enerji 
tələb  edən  reaksiyadır.  Yəni  səmərələşmə  və  kamilləşmə    təsir  -  əks 
təsir münasibələridir 
      Bütün  qalaktikalarda  onun  üzvü  və  o  üzvün  daxilində  bütün 
ierarxik  varlıqlar  daim  rasionallaşma  prosesindədir.  Yəni  səmərəli, 
yaxşı  ola  bilmək  (forma  almaq,uyğunlaşmaq,  hərəkət  yolu  seçmək, 
ətrafla  optimal  münasibətdə,  yerdə  olmaq)  prosesindədir.  İnsan 
cəmiyyətində  isə  bu,  insanın  (dövlətin,  təşkilatın,  icmanın)    daim 
mühiti    öyrənməyini,  onun  şərtləri  və  tələbləri  ilə  yaşamağını,  tədbir 
görməyini,  uyğun  forma,  fəaliyyət,  həyat  tərzi  seçməyini,  mühitlə 
optimal  münasibət  qurmağını  və  mümkün  olduqca  mühiti 
yaxşılaşdırmağı,  ondan  ağılla  səmərəli  istifadə  etməyi  tələb  edir.   
Daha  yaxşı  keyfiyyətli  rasional  insan  yaratmaq  üçün  üst  sistemi  – 
mühiti  (sosial,  siyasi,  iqtisadi,  tərbiyə,  mədəni)  dəyişdirmək,  yenidən 
qurmaq  lazımdır.  İnsan,  çünki  mühitin,  xüsusilə  idarə,  qanunlar, 
tərbiyə  mühitinin məhsuludur. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin