MÖVcud cəMİYYƏTLƏRDƏ NƏ baş veriR?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/29
tarix28.03.2017
ölçüsü2,8 Kb.
#12720
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

sosializmdir  ondan  sonra  isə  rasional  cəmiyyət  mərhələsi  gəlir  (bax 
rasional  cəmiyyət  konsepsiyası  bölməsinə).  Gələcək  məhz  bu  son 
ictimai  quruluşundur,  bütün  ölkələr-  həm  kapitalist  liberal,  həm 
sosialist, həm monarxiyalar, həm islam teokratiyaları və monarxiyaları 
bu  sistemə  keçəcəklər.  Rasional  sosializm  isə  öz  növbəsində 
iqtisadiyyatı əsas hissəsi ictimai olan lakin şəxsi biznesə imkan verən, 
istehsal  və  xidmətlərdir.  Ictimai  müəsisələr  isə  yeni  ağıla  əsaslanan 
kollektiv idarə mexanizmi ilə idarə olunur.  Qiymətlər tələb - təkliflə 
müəyyən  edilmir,  yalnız  maya  dəyəri  və  ağılla  ictimai  fayda  ilə 
əsaslandırlmış  gəlirlər  və  vergilər  əsasında  müəyyən  edilir.  Yalnız 
məhsulun  növü,  miqdarı,  forması,  keyfiyyəti,  istehsal  yeri    tələb  – 
təklif prinsipi ilə müəyyən edilir. 
 
Demokratiya,  aristokratiya  ,  monarxiya,  diktatura,  texnokratiya, 
naukokatiya? 
 
Qoyulan  sual  gələcək  optimal  cəmiyyət  konstruksiyası  üçün  xeyli 
vacibdir. Əgər 2400 il əvvəl Yunan mütəfəkkirləri öz müşahidələrində 
aristoktratiya,  demokratiya  və  monarxiyanın  birgə  kombinasiyasını 
düzgün  quruluş  hesab  edirdilərsə,    hansı  ki  elə  bu  günkü  dövlət 
qruluşları formaca, bəzən məzmunca da belə qurulmuşdur, yeni ağıl –
rasional  cəmiyyət  erası  üçün  bu  prinsip  yaxşı  deyil.  Müasir 
demokratikləşmə  çağırışları  da  heç  də  demokratikləşməni  nəzərdə 
tutmur. Əslində onların nəzərdə tutduğu demokratiya çox zərərlidir- o 
yalnız  hakimiyətə  gəlmək  vasitəsi  rolunu  oynayır,  hansı  ki  xalqların 
böyük əksəriyyətinin mənafeyinə ziddir. Xalqlara  kimin hakimiyyətdə 
olması  deyi,  normal  yaşayış,  iş,  təhlükəsizlik,  asayiş  lazımdır.    Yeni 
cəmiyyət  heç  bir  qrupun,  fərdin  üstünlüyü  olmayan  yalnız  zəruri 
ehtiyacı həll edən ideyanın hakimiyəti olmalıdır. Şübhəsiz, bu ideyanı 
insanlar  təklif  edib  müdafiə  etməlidirlər,  hansı  ki  onların  adları  vacib 
deyil  və  kodlaşdırılmalıdır.  Məhz  bu  zaman  obyektiv  qərarlar,  həllər 
layihələr  yarana  bilər.  Yeni  ağıllı  cəmiyyət  beləliklə  statuslara  görə 
deyil  gələcək  tələblər,  elmi  texniki  bilkilər,  real  zərurət,  effektiv 
qaydalar  və  həllər  metodları  ilə  işləməlidir.  Burada  monarxiya  qalığı- 
prezident  və  ya  baş  nazir  vəzifəsi,  şübhəsiz  bu  günkü  mahiyyətində 
ləğv  edilib  onun  yerinə  baş  dispetçer  və  ya  növbətçi  dispetçer 
olmalıdır. Aristokratiya – bu günkü varlılardan, xalqdan pul oğurlamış 

 
139 
sülalərdən,  korporasiya  nümayəndələrindən  olan  parlamentlər  ləğv 
edilib  onun  yerində  elmi  institutlar  -  həmişəlik  və  sayı 
məhdudlaşdırlmayan elmi texniki ekspertlər, alimlər, müstəqil və rəsmi 
tədqiqatçılar  qrupu  olacaqdır  ki,  bu  qruplar  gələcək  araşdırmaları, 
sosioloq,  iqtisadçı,  strategiyalar  və  s.  yarım  qruplarda  birləşəcəklər. 
Demokratiyanın  yerində  -  hansı  ki  yalnız  sadə  adamların  bəzən 
həqiqətən  seçkilərdə  iştirakını  nəzərdə  tuturdu,  əksər  halda  illuziya, 
maska idi- bütün xalq- statusundan asılı olmadan adi insanlar, müəllim, 
tələbə,  şagird,  fəhlə,  kəndli,  fermer,  alim,  mühəndis,  məmur-  daimi 
müzakirələrdə  iştirak  edərək,  təşəbbüs  və  təklif  irəli  sürərək,  tənqid 
edərək ilkin ideyaları elmi şuralarda baxmaq üçün  təşəbbüs edəcəklər. 
Beləliklə,  yeni  qərar  qəbulu  sistemi  keçmiş  baxışda  demokratiyanı,  
naukokratiyanı,  ekspertokratiyanı,  texnokratiyanı  futurologiyanı,  elmi 
idarəetməni əhatə edəcəkdir. Burada nə prezident- şah, nə zadəganlar, 
nə  də  hansısa  qrup,  sülalə  hakimiyyətə  sahib  olacaqdır.  Bütün 
hakimiyət  və  idarə  bütün  xalqa  məxsus  olacaqdır.  Siyasi  terminlərlə 
desək, suverenlik həm sözdə, həm işdə yalnız xalqa məxsus olacaqdır; 
bu suverenliyi zorla qəsb etmək üçün heç bir vəzifə yaradılmayacaqdır 
və ya heç bir vəzifə səlahiyyətləri  buna imkan verməyəcəkdir.
   
 
    
Elmin və ağılın idarəsi dövrü başlayır 
 
Elm və ağılın idarəsinin başlanması haqda bir çox proqnozlar vardır və 
real vəziyyət və şərait onu göstərir ki, artıq bu vaxt gəlmişdir.  Düzdür, 
cari  idarəetmə  də  guya  ağılla  və  elmlə  aparılır.  Lakin  nə  dərəcədə?  
Bəzi yerlərdə cəmiyyəti aldatmaq üçün görüntü yaradılır, bəzən başqa 
uydurulmuş    izahlar  ortaya  qoyulur,  lakin  baxırsan  ki,  elmdən  və 
ağıldan uzaq qanunlar verirlir və icra edilir. Heç nəyi ağıllı beyindən 
və  iti  gözdən  gizlətmək  olmur.  Yazılı  tarixin  başlanğıcından  bəri 
təqribən  7  min  ildir  ki,  insanlar  idarə  edənlər  tərəfindən  guya  həmişə 
düz  idarə  edilmələri  haqda  aldadılır.  Doğrudan  da  əgər  düz  olsaydı, 
heç  müharibələr,  ayrılmalar  olmazdı;  insanlıq  xeyli  inkişaf  tapardı. 
Idarəetmədə sistemik bölmə aparsaq,  hesab etmək olar ki, yalnız 25 % 
düz  idarə  olmuşdur,  ümumi  qərarların  75  %-i  irrasional,  keyfiyyətsiz 
olmuşdur.  Bu  günə  qədər  istifadə  edilən  elmi  biliklər  yalnız  hakim 
siniflərin  əsas  mənafeyini  üstün  təmin  etməyə,  qalan  80-90%  əhalini 
isə    aşağı  dözülə  bilən  səviyyədə,  inqilab  etmək  fikrinə  düşmədən 
yaşamağına  imkan  vermişdir.  İnqilablar  isə  dözülmə  sərhədləri 
keçildikdə olmuşdur. Dözüm hədləri isə müxtəlif xalqlarda müxəlifdir. 
Necə  mala,  qoyuna    qulluq  edilir,  yaşamaq  şəraiti  yaradılırsa,  o  çox 
süd,  yun  versin,    insana  da    pul  gətirən,  gəlir  gətirən,  nemət  yaradan  

 
140 
heyvan  kimi  baxılmışdır.  Lakin  heyvandan  daha  dözümlü,  daha  asan 
manipulyasiya  edilə  bilən,    çox  funksiyalı  obyekt  hesab  edilmişdir. 
Məsələn, ideoloji təbliğat  və  ya dini beyin  yuma  əməliyyatı ilə  insanı 
çox  asanlıqla  hakim  siniflərin,    ruhanilərin  nökərinə,  döyüşçüsünə 
çevirmək  olar.    Bu  gerçəklik  getdikcə  insanlara  daha  çox  aydın  olur. 
İnsanlar ayrıca hakim qrupların deyil, hamının mənafeyinə uyğun elm 
və texnologiyadan istifadə edilməsini tələb edirlər. Onlar günəş altında 
öz layiqli yerlərini tələb edirlər. 
Yeni  elm  və  ağıl  dövrünün  gəlməsini    hətta  dini  nəzəriyyələr  də, 
məsələn,    E.  Blavatskayanın  Teosofiya  nəzəriyyəsi  də  göstərir  (8). 
Orada inkişafı 7 pilləyə bölərək müəllif göstərir ki, artıq  5-ci mərhələ-
ağıl dövrü başlayır. Yəni indi yeni Buddaların,  Platonların  yaranması 
dövrüdür. 
      Mövcud  şərait  -  informasiya  texnologiyalarının  inkişafı  da  bu 
dövrün  real  olmasını  göstərir.  Çünki  bu  dövrü  həyata  keçirmək  üçün 
insanların  ağlını  toplamaq  və  ifadə  etmək,  ümumi  strategiyalar, 
planlar, qanunlar, prinsiplər, əxlaq və s. etalon davranışlar, mədəniyyət 
yaratmaq  lazımdır.  Məhz  informasiya  texnologiyası  bunu  etməyi  - 
fikirləri  toplamağı  müzakirə  etməyi,  ümumi  ağlın  formulə  edilməsini  
qərar  qəbulunu  asanlaşdıracaqdır.  Bu  proses  birbaşa  demokratiya  
deməkdir  və    bəşəriyyətin  əbədi  öz  həyatını  və  gələcəyini  özünün 
qurması  olan    arzusunu  yerinə  yetirəcəkdir.  İnsan  daha  heç  kimi 
günahlandıra bilməyəcəkdir, hansı ağıla malikdirsə, elə də yaşayacaq, 
ona  görə  ağıllanmağın  vacib  olduğunu  anlayacaq,  elm  öyrənməyi 
seçəcəkdir. 
     Teyyar  de  Shardinin  Noosfera  nəzəriyyəsi  də  ağıl  dövrünün 
başlanmasını göstərir. 
       Avropada  rasionalizm  və  gələcək  elminin  birləşdirilməsi  ilə 
aparılan  siyasətlər,    sənayeləşdirmə,  maksimum  iqtisadi  artım  indi 
Avropa  alimlərinin    fikrincə  tənqid  edilir.  Onlar  deyirlər  ki,  bu 
insanlığa  xeyir  vermədi,  əbədi  problemlər  qaldı,  təbiət  korlandı, 
dünyanın  mənfi  istiqamətdə  inkişaf  tendensiyası  artmaqdadır.  Lakin 
mənim  fikrimcə,  onlar  real  vəziyyətin  səbəblərini  düzgün  müəyyən 
etmirlər.  Səbəb  rasionalizm  və  gələcək  elmi,  elmi-  texniki  inqilablar, 
texniki yeniləşmə deyil.  Səbəb yuxarıda qeyd etdiyim kimi qrup, sinif 
hakimiyyəti,  yəni  qrupokratiya  –  qruplar  demokratiyası  və  liberal, 
idarə  edilməyən bazardır. Belə  ki,  hakim  qrup başqalarını bu idarə  və 
qanunvericilikdən  uzaqlaşdırır,  qərar  qəbuluna  yaxın  buraxmır. 
Demək,  sadə  dillə  desək  uğursuzluğun  əsas  səbəbi  siyasətdir 
(partiyalar siyasəti). 

 
141 
        Böyük  elm  və  texnika    mütəxəssiləri,  layihəçi  və  konstruktorlar,  
tədqiqatçı və müəllimlər bu dövrdə hansı formada cəmiyyətin və elmin 
idarəsində iştirak edə bilər? Bunun forması tapılmalıdır. Məlumdur ki 
mövcud  idarətmə  struktutu  və  prinsipləri,  hansı  ki  təkbaşçılığa 
əsaslanır,    yaramır.  Düşünürəm  ki,  burada    aşağıdakı  ilkin  prinsiplər 
daha yaxşıdır: 
1.
 
Əsas təkbaşçılıq deyil, kollektiv qərar qəbulu olmalıdır 
2.
 
Bütün iştirakçılar öz statuslarını dəyişməməlidir və əsas işində 
müəyyən vaxt, məsələn (gündə  1-2 saat ) ayrmalıdırlar . Sonra 
6 saat əsas iş, 3 saat ictimai qərar qəbulunda iş 
3.
 
Bilavasitə  həllə  qəbul  edilmiş  məsələnin  tədqiqatçıları  isə  -bu 
yalnız  qrup  formasında  ola  bilər  -  bütün  vaxtlarını  ona  həsr 
etməlidirlər. 
4.
 
Elektron  texnologiyasından  aktiv  istifadə  edilməlidir  -  xüsusi 
proqram və internet giriş olmalıdır. 
 Yaxın  gələcəkdə  gözlənilən  yeni  idarəetmə  inqilabına  indi 
hazırlaşmaq lazımdır, bunun aşağıdakı plan üzrə olması yaxşıdır. 
1.
 
Seçkilərdə  yeni  elm  və  texnika  sinfinin  nümayəndələrinin  aktiv 
iştirakı  və  deputat  və  dövlət  vəzifələrinə  seçilməsinin  təmini. 
Bunun  üçün  elm-intellektuallar  partiyası    yaratmaq  seçkilərdə 
təbliğat,  müdafiə  qrupları  yaratmaq    lazım  gələcəkdir.  Partiya 
üzvləri:  bütün  elmi  tədqiqatçılar,  müəllimlər  orta  və  ali  məktəb 
müəllimləri  və  tələbələri,  peşəkar  həkimlər  elmin  bütün 
sahələrindən  olan  işçilər,  mütəxəssilər,  mühəndislər,  texniklər 
yaradıcı insanlar 
2.
 
Yeni  qərar  qəbulu  sistemi  2  hissədən  olmalıdır.  1)  qərar  qəbulu 
bütün  problemlərin  həlli,  strategiyalar,  büdcə,  planlar,  layihə  və 
sərəncamlar.  Burada  bütün  arzu  edənlər  xüsisi  prosedur  və 
mexanizmlə  iştirak  edir  2)  xalis  icraçılıq-  qərar  qəbulu 
səlahiyyətləri  olmadan-  yalnız  hazır  layihə  və  proqramlar  icra 
edilir. 
3.
 
Elm  partiyası  hakimiyyəti  ələ  alandan  sonra    yeni  sistemi 
hazırlayıb  tətbiq  edir,  sonra  seçkiləri  ləğv  edir,  peşəkar 
siyasətçilərə,  deputatlara    seçilmiş  rəhbərlərə  son  qoyulur.  Bütün 
cəmiyyət  yeni  mexanizmdə  iştirak  imkanları  qazanır,  yalnız  arzu 
edənlər iştirak edir, heç kəs məcburən iştiraka dəvət olunmur.  
4.
 
Təkbaşçı  vəzifələr  ləğv  olunur,  onların  yerinə  sistem  nəzarətçisi, 
qərarları elan edən, məlumat yayan, məlumatla sistemi təchiz edən 
vəzifələri yaranır. 
 
 

 
142 
Xoşbəxt  gələcəyə salınan yollar  
 
        Ekonomist  Mark  Anielski    Həqiqi  zənginlik  və  xoşbəxtliyin 
iqtisadiyyatı  adlanan    yeni  iqtisadi  model  təklif  edir  (9).    Bu  model 
şəxsi və ev təsərrüfatını, biznesimizi və icma  rifahımızı , bizim həyat 
keyfiyyətimizi  müəyyən  edən  dəyərlərlə  uyğun    idarə  etməyi  təklif 
edir.Təbiət və sosial kapitalını sintez edərək bu system yeni mühasibati 
təklif edir ki, burada sosial, təbiət,  yaradılmış  və maliyyə kapitalı bir 
balans  vərəqində  birləşdirilir.  Belə  dayanıqlı  yaşayış  baxışı    qarşılıqlı 
gücləndirilmiş  və  birləşdirilmiş  effektivlik,  bərabərlik,  qarşılıqlıq 
prinsiplərinə    əsaslanır.
 
Müəllif  deyir  ki,  iqtisadiyyatda,  mühasibatda 
və bisnesdə  həqiqi renessans həqiqi rifah və xoşbəxtlik yarada bilər.  
      Müasir  elmi  və  fəlsəfi  düşüncə  isə  digər  yolları-  idarəetmədə 
aşkarlıq, demokratiya, hakimiyyətlərin məsuliyyəti və hesabat verməsi, 
elmin  idarəyə  tətbiqini,  kapitalist  sahibkarlar  isə  həmişə  olduğu  kimi 
təkcə onların varlanmasına kömək edən və böyük əksəriyyəti onlardan 
asılı və kasıb edən azad bazarı təklif edir. Çin təcrübəsi dövlətin bazarı 
nizamlamasını, əməyə, bazara, qiymətlərə, nəticələrə nəzarətini, dövlət 
idarəsinin üstün olmasını təklif edir. 
       Gələcəyə  getmək  üçün  yolların  müxtəlifliyi  yaxşı  əlamətdir.  
Hansı  məqsədləri  və  vəziyyəti  əldə  etmək  üçün  yol  axtarırıq  sualına 
cavab  vermək  lazımdır.  Çünki  hər  məqsədin  öz  yolu  var.  Şübhəsiz, 
bəşəriyyətin  ən  ümumi  bir  arzusu  var  ki,  o  da    hər  bir  insanın  sülhdə 
xoşbəxtliyi, insan kimi yaşaması və hörmət edilməsi, təhlükəsizliyidir. 
Qeyd  etdiyim  kimi  real  həyatda  məqsədlər  və  onlara  çatmaq  üçün 
tədbirlər daim bir birinə  zidd, biri digəri üçün daha çox maska rolunu 
oynayır.  Niyə?      Bunun  səbəbi  odur  ki,  obyektiv  olaraq  bir  konkret 
məqsədə  çatmaq  üçün  bir  yaxud  bir  neçə  alternativ  optimal  yol  var. 
lakin  bu  məqsədi  həyata  keçirən  iştirakçılar-  dövlət,  şəxsi  kompaniya 
və  fərdlər-  bu  yolu  fərdi  ağılları  ilə  görməli,  aşkar  etməli  və  onu  icra 
etməlidirlər.  Məhz  bu  stadiyada  bütün  uyğunsuzluqlar,  ağıldan  kənar 
idarə və s. baş verir. Bəzən bilmədən, bəzən bilərək. Məhz ağılın fərdi 
və  ya  kiçik  qrupa  aid  olması  bu  məsələnin  kökündədir.  Məhz  bu 
problemi  mən  ən  vacib  hesab  edirəm.  Təklif  etdiyim  ideya  məhz  bu 
problemi  həll  etmək  üçündür.  Düşünürəm  ki,  insanları  xoşbəxtliyə 
çıxarmaq  üçün  çox  gözəl  ideyalar  mövcuddur.  Lakin  onlar  siyasi 
quruluş  vasitəsilə  təhrif  olunaraq  yalnız  siyasi  sinfin-  partiyanın, 
qrupun,  planetin  əksər  əraziərində,  habelə  Qafqazda    hakim  sülalənin 
mənafeyini  yaxşılaşdırmaq  üçün  istifadə  olunur.  Demək,  bizə 
siyasətdən  xilas  olmaq  lazımdır.  İndiyədək  bəşəriyyəti  məhz,  qrup 

 
143 
mənafeləri  siyasət  əzmiş,  inkişafını  saxlamış  və  ya  səhv  istiqamətə 
yönəltmiş, insanlara əzab gətirmişdir.  
      Mən təklif edirəm ki, cəmiyyətin idarəedilməsi elə təşkil edilsin ki
hamı  iştirak  edə  bilsin,  təkbaşçılıq,  tək  hakimiyyət  vəzifələri  yox 
edilsin. İnsanlar o vəzifələri tutmağa deyil, ağılla idarədə birgə iştirak 
etməyə  həvəslənsinlər.    İdarənin  məqsədi  gələcək,  hər  kəsin 
xoşbəxtliyi,  təhlükəsizliyi,  bütün  cəmiyyət  üzvləri  və  dövlət  arasında 
harmoniya  yartatmaq  olsun  və  daim  saxlansın.  Bu  fikir  lap  qədimdən 
bəşəriyyətin  daim  arzu  etdiyidir.  Əgər  bu  məsələ  belə  həll  edilməsə 
bütün  digər  icra  edilən  və  təklif  edilən  gözəl  ideyalar  mövcud  dövlət 
idarəsi  tərəfindən şikəst  edilərək  gözdən salınacaq, cəmiyyət  iki:  varlı 
və  kasıb  qrupa  bölünməkdə  davam  edəcək,  insanlar  əbədi  əzab 
cəkəcək,  ədalətsiz,  istismarçı  idarə  quruluşu  davam  edəcəkdir.  Bu 
təklifin  bütün  əlamətlərinin  hamısı  rasional  cəmiyyət  konsepsiyasında 
əks olunmuşdur.   
Gələcək niyə və hansı formada baş verməlidir?  
Cavab.  Gələcək  zəruri  olaraq  indinin  davamı  və  yeni  forması  kimi 
gəlməli;  onun  forması  isə  baş  qalaktika,  planet,  ölkə  trendinin  və 
obyektin fərdi trendinin şərtini ödəyən formadır. 
Biz  haradan gəlmişik, haradayıq, hara gedirik? Hara getməliyik?  
Cavab. Biz yer planetində təbii evolyusiya nəticəsində əmələ gəlmişik. 
Planet sivilizasiyasının müxtəlif növləri və inkişaf səviyyəsində olaraq 
biz vəhşi heyvan həyatından insan həyatına keçmək prosesindəyik. Bu 
prosesdə  zorlular  xeyli  müharibələr  və  zorakılqlar  etmiş,  nəhayət  21 
əsrdə  əksər  xalqlar  dinc  yaşamaq  və  əməkdaşlıq  yolunu  tutmuşlar. 
Zorlunun idarəsi və zəifi istifadə etməsi -həyat prinsipi dəyişməmişdir, 
yalnız  maskası  dəyişmişdir.  Planet  sivilizasiyası  uşaqlıq  (vəhşi  dövr), 
yeniyetmə,  cavanlıq,  orta  yaş  və  qocalıq  ,  məhv  dövrü  siklində 
yaşayaraq hazırda orta  yaş dövründən qocalıq  və müdriklik  pilləsinə 
keçid 
prosesindədir. 
Biz 
bütövlükdə 
bütün 
bəşəriyyətin 
müvazinətləşməsi  və  sistem  halına  düşməsi,  yəni  yaxşılığa 
istiqamətində gedirik- bu ən qlobal trendir, əslində biz bunu bilavasitə 
hiss  etmirik.  Lakin  həyat  prinsipi  (zorlunun  idarəsi,  yalnız  özünü 
güdməsi)  idarə  edənlərin  şüurunda  dəyişmədiyi  və  əgər  indiki  idarə 
prinsipi  və  məqsədləri  dəyişməsə  biz  məhvə  gedirik.  Mahiyyətcə  bu 
fərdi(şəxsi,  sinfi,  qrup,  milli)  mənafelərin  ictimai  daha  ümumi 
bəşəriyyətin-  hamının    mənafeləri  ilə  düzgün  balansının  olmamasıdır. 
Bu balansı tapmağı və qurmağı  liberal bazar və mövcud sinfi (habelə 
sülalə, qrup) idarəetmə pozur.  Bunu bilərək biz planet vətəndaşları bu 
nəticyə  yol  verə  bilmərik.  Bəs  hara  getməliyik?  Biz  o  istiqamətə 
getməliyik  ki  cəmiyyət  özü  özünü idarə  etsin,  fərdi  və  ictimai,  qlobal 

 
144 
mənafelərin təminatında yeni ağıllı proporsiyalar qəbul olunsun, liberal 
bazar  və  sinfi  idarə  ləğv  edilsin.  Bu  bəşəriyyətin  xoşbəxtliyinin  və 
planetin qorunub saxlanmasının qarantı olacaqdır. Bu ideyaların icrası 
rasional cəmiyyət konstruksiyasında maddiləşmişdir (10 və 11).  
   
RASİONAL CƏMİYYƏT 
 
Ümumi mülahizələr. 
         Bütün insan tarixi ərzində əsas həlledici məsələ insanlara elə bir 
ictimai  qərar  qəbulu  mexanizmi  vermək  olmuşdur  ki,  onlar  birlikdə 
onun vasitəsilə iştirak edib bütün məsələləri ortaya qoysunlar və onun 
ən optimal həllini tapsınlar. Lakin bu 2008 –ci ilədək baş verməmişdir. 
Bu  ildə  müəllif  axtarılan  həlli  rasional  cəmiyyət  nəzəriyyəsi  haqda 
yazdığı    kitabı  hazırlayıb  nəşr  etdirmişdir.  Bu  işdə  marağı  olmayan 
avtoritar – diktatorlar və onların şaykası belə mexanizmin yaranmasına 
imkan  verməmişlər.  Özlərini  isə  allahdan    və  ya  cəmiyyət  tərəfindən 
təyin edilmiş ,“seçilmiş” şah, kral, xan, xəlifə, mer, baş nazir, prezident  
hesab  etmişlər.  Elə bu  gün də bu belədir.  İnsan cəmiyyətlərini varlı, 
hərbi,  dini  siniflər  idarə  edir  və  başqa    sinifləri  bu  işdən  uzaqlaşdırır. 
Dövlətlərdə  hakim  varlı  siniflər    demokratiya  pərdəsi  altında 
diktaturanı qururlar 
      İnsanlara  elə  bir  belə  mexanizm  lazımdır  ki,  bu  onların  yaxşı 
həyatını,    effektiv  işini,  təhlükəsizliyini,  yaradıcılığını  təmin  etsin; 
onların uşaqlarına, gələcəyinə yaxşı yaşamaq imkanları versin.  
      Cəmiyyətin birgə həyatı, fəaliyyəti  və inkişfı  yalnız etik problemi 
həll  edəndən  sonra  mümkündür.Yəni  bu  birgə  həyat  etik  dəyərləri 
yaratmalı  və  daim  istifadə  etməlidir  və  onları  pozmamalıdır. 
Bildiyimiz  kimi  etikanın  əsasında  bir  işi  gördükdə  onun  başqalarına 
zərər  verməməsi,  ümumi  gəlir  aldıqda  onun  bərabər  bölünməsi, 
bərabər iştirak, öz hərəkətini başqalarının mənafeyi ilə uyğunlaşdırmaq 
tələbləri durur. Etikanın əsas məsələsi birgə işi necə təşkil etməkdir 
     Ümuminin  mənafeyinə  yönəlmiş    iqtisadi  sistem  Marksın  təklif 
etdiyi  sosializm  olmuşdur.  Lakin  bu  sistem  böyük    nəzəri  defektləri 
olduğu  üçün  və  kommunistlər  tərəfindən  yaradıcı  yanaşılmadığı  - 
ehkam kimi qəbul edildiyi  üçün öz məqsədlərinə çata bilmədi.  Lakin 
onun  potensiyal  imkanları  var  idi.  Sosializm  insanlara  iş,  pulsuz  
müalicə, təhsil, sosial təminat verdi.   Mənə belə gəlir ki, kommunist 
rəhbərlər onun tezliklə ləğv olunmasına özləri çalışdılar, çünki rüşvətlə 
topladıqları  var  dövləti  istifadə  edə  bilmirdilər.  Sosializmin  eyibləri 
ləğv edilmiş yeni rasional sosializm növü də vardır ki, bu sistem insan 

 
145 
arzularına  cavab  verir.  Bu  sistemi  Çin  sosializmi  misalında    qismən 
oxşar olaraq təsəvvür etmək olar.  
     Rasional  sosializm    iqtisadiyyatın  əsas  hissəsi  ictimai  olan,  lakin 
şəxsi biznesə imkan verən, istehsal və xidmətlərdir. Ictimai müəsisələr 
isə  yeni  ağıla  əsaslanan  kollektiv  idarə  mexanizmi  ilə  idarə  olunur.  
Qiymətlər tələb təkliflə müəyyən edilmir, yalnız maya dəyəri və ağılla 
ictimai  fayda  ilə  əsaslandırlmış  gəlirlər  və  vergilər  əsasında  müəyyən 
edilir.  Pərakəndə  satış  qiymətləri  istehsal  qiymətinin-  maya  dəyərinin 
dəqiq  faizi  miqdarında  20-30%  təyin  edilir.Yalnız  məhsulun  növü, 
miqdarı,  forması,  keyfiyyəti  istehsal  yeri    tələb  –  təklif  prinsipi  ilə 
müəyyən  edilir.  Rasional  sosializmin  daha  yüksək  pilləsi  rasional 
cəmiyyət modelidir. 
       Eranın  başlanğıcında  İsus  Xristos  insanları  və  o  dövrkü  təsəvvür 
edilən cəmiyyətləri xilas etmək üçün yeni ideya - “hamını, düşmənləri 
də sev”- irəli sürdü. Bununla o bütün bəşəriyyəti xilas etmək istəyirdi. 
Bu  çox  yaxşı  ideya  idi.    Lakin  bu  ideya  ikinci  bir  ideyanın  da  zəruri 
olduğu halda işləyə bilərdi. Bu da insanların maddi nemətlərə az meyl 
salmaları,    varlıların  öz  gəlirlərini  kasıblarla  bölməsi,  yəni  orta 
vəziyyətdə  yaşamaq  ideyası    idi.  Bunu  da  İsa  məsləhət  görürdü. 
Reallıq  göstərir  ki,  insanlar  varlanmaqdan,  daha  çox  maddi 
nemətlərəldə  etmək  uğrunda  mübarizədən  əl  çəkə  bilmir,  çünki 
yaşamağın başqa üsulu yoxdur. Lakin qıtlıq, uduzmaq, kənara atılmaq 
qorxusu    qarşısında  onları  dəf  etmək  üçün  mübarizə,  yəni  rəqabət 
insana hamını  sevməyə mane olur. Demək olar ki, dünyanın hər yeri 
bu  situasiyadadır.  Kapitalist  –  istismarçı  sistemi  isə  hamını  sevməyin 
qarşısını kəsir, hər kəs yalnız öz hayındadır, yalnız öz cibini düşünür. 
İnsanlar  maddi  həyat  uğrunda  fəaliyyətdən  əl  çəkə  bilməz  və  hamını 
belə  şəraitdə  sevə  bilməz.  Bu  halda  o  yalniz  özünü,  ailəsini, 
qohumlarını,  dostlarını  sevə  bilər.  Hamını  sevmək  üçün  nemətlərin, 
imkanların  bolluğu,  asan  əldə  edilməsi  lazımdır.  İnsanın  insanı  qul, 
asılı etmək imkanları ləğv edilməlidir. İnsanın kələklə bütün nemətləri, 
pulu  öz  əlinə  toplaması,  başqalarını  isə  bundan  məhrum  etməsinə  
xidmət edən sosial mexanizmlər (dövlətlər, iqtisadi-hüquqi  sistemlər) 
ləğv edilməlidir. Bütün kapitalizm bu mexanizmdən ibarətdir. Demək, 
hamını sevmək necə reallaşa bilər? Bu məsələ həll edilməlidir. Əlbəttə 
böyük dühalar, Marks, Engels və digərləri bunun səbəbini tapmışdılar. 
Bu səbəb hamını sevməyin qarşısını  kəsən istismardır  -  başqalarından 
əvəzi  ödənilməyən  istifadədir,  yəni  gəlirin  onu  yaradanlar  arasında 
qeyri - bərabər bölünməsidir. Hamının hamını sevməsi yoxdursa, belə 
cəmiyyət  daim  müharibə,  konfliktlər,  narazılıq  içində,  dayanıqsız, 

 
146 
uğursuz olacaqdır. Bu problemin  həlli mənim irəli  sürdüyüm  rasional 
cəmiyyət nəzəriyyəsində tapılmışdır. Bunun üçün burada: 
1) Elə bir ictimai idarə sistemi qurulur ki, hamı iştirak edir, yəni bütün 
arzu  edənlər,  istəməyənlər  isə  iştirak  edənlərin  kollektiv  qərarı  ilə 
avtomaik  razıdırlar.  Belə  üsulla    nəticədə  optimal  qanun  və  qərarlar 
qəbul edilir. Nəticədə nemətlər, imkanlar  bolluğu və onların asan əldə 
edilməsi  meydana  çıxır  ki,  insanlar  yaşamaq  uğrunda  kəskin 
mübarizəyə qoşulmur, canavar olmağa ehtiyac qalmır. 
2)  hər  bir  nemətlərin  istehlakında,  əmək  haqlarında  rasional  hədlər, 
kəskin fərqlənməyən aşağı və yuxarı hədlər müəyyən edilir. 
3)  ictimai  gəlir  hesabına  zəruri  həyat  ehtiyacları:  mənzil,  təhsil, 
müalicə,  istirahət,  mədəniyyət  ödənir.  Bununla  insanın  yaşamasına 
təhlükə ləğv edilir. 
4)  hamıya iş  və bütün  növlərdən olan iş,  fəaliyyət,  yaradıcılıq  təmin 
edilir . 
5)  istismarın  qarşısı  maksimum  dərəcədə  alınır.  Qiymətlər  rasional 
saxlanılır, artması qadağan edilir. 
       Bütün  əlamətlərinə  görə  görünür  ki,  yeni  dövr  başlayır. 
Təkbaşçılıq  ləğv  edilib,  idarə    iki  qola  ayrılmalıdır:    1)qərarların 
hazırlanması  və  2)  onu  icra  edənlər  komandası.  Qərarlar  yalnız 
kollektiv  –  müdrik  adamlar  tərəfindən  hazırlanmalıdır  ki,  o  yüksək 
keyfiyyətə,  düzlüyə  ,  işləmə  qabiliyyətinə,  məsələni  tam  həll  etmə 
keyfiyyətinə  malik  olsun.  Müdriklik  isə  heç  bir  diplom  yaxud 
sertifikatla,  seçmə  ilə  müəyyən  edilmir.  Hər  kəs  özü-  özünü  heç 
olmasa bir məsələdə müdrik hesab edirsə, o iştirakçı olur. 
   
   
Məhz  dünyanın  əsas  problemi  odur  ki,  hər  şeyin  nəzəriyyədə, 
sözdə  optimal  həlli  az  -çox  tapılıb,  hər  şeyin,  münasibətin  optimal 
olmasa  da  babət    həlli  var,  lakin  praktikada  ona  insanlar  çox  hallarda 
əməl  etmirlər.  Nə  qanun,  nə  əxlaq  insanları  onu  pozmaqdan 
çəkindirmir.  Bu gün problem ondan ibarətdir ki, hər problemin tapılan 
–tətbiq edilən həlli hökmən  bir tərəfin zərər çəkməsi, dözməsi, digər 
tərəfin    isə  üstün  təmin  olmasını  nəzərdə  tutur.  Adətlər,  əxlaq  belə  
qurulub.  Əzənlər düşünür ki, onların əzməsi əxlaqidir; əzilənlər də elə 
düşünür  ki,  bu  əxlaqidir.  İnsanlar  bərabər  haqlar  haqda  nadir  halda 
düşünürlər.
 
Bərabərlik  anlayışının  adətə  keçməsi  üçün,  görünür,  xeyli 
maariflənmə,  təhsil,  təlim,  təbliğat,  təcrübə  tələb  olunur.  Bunların 
içərisində  məhz  təcrübə  ən  vacib  amildir,  belə  ki,  sözlər,  təbliğat 
insanlara  az  təsir  edir,  ümumiyyətlə  etmir,  yalnız  insan  öz 
təcrübəsində,  iştirakçı  oluqda,  öz  başına  gəldikdə  dərk  tdir,  bu  ona 
aydın olur və adətə çevrilir. Məsələn, demokratiya görməmiş adama və 
ya prezidentə nə qədər də onu təsvir etsəniz o başa düşməyəcəkdir və 

 
147 
demokratiya  görüntüsü  yaradıb  cəmiyyətin  gözünə  kül  üfürəcəkdir,  
yalnız  o  demokratiyanı  təcrübə  etsə  və  nəticəsini  görsə  onda 
inanacaqdır. 
       Digər  misal.  İnsanlar  belə  düşünməyə  adət  etmişlər  ki,  məhsul 
istehsalında    alınan  ümumi  gəlir,  vergilər  və  materiallar,  istehsal 
xərcləri  ödəndikdən  və  işçiyə  minimal  –  dözə  bildiyi,  sahibkarın 
aldada  bildiyi  maaş  verəndən  sonra  bütün  qalan  digər  hissəsi 
mülkiyyətçiyə  çatmalıdır.  Nə  üçün?  əgər  bütün  işçilər  iştirak  edərək 
kollektiv  əmək  nəticəsində  məhsul  iştirak  etmişlərsə,  niyə  bütün  gəlir 
(Marksın  əlavə  dəyəri)  sahibkarın  olmalıdır?  Məhz  bu  proses 
istismarın,  ədalətsizliyin  kökündə  dayanır.  Demək,  bu  düşüncə  də 
əvvəldən  qeyri  bərabərliyi  -  bir  qrup  insanların    az  xeyir  almasına, 
digər  qrup  adamların  çox  xeyir  almasına  hesablanmış  əxlaq,  adətdir, 
dəbdir.  
      Bəs  əgər  istehsal  bir  neçə  işçi  olmaqla  avtomatlaşdırılmış 
avadanılığın  hesabına  baş  verirsə  onda  bu  əlavə  dəyəri  kim 
götürməlidir?  
      Adamlara 
dövlət  vəzifələrini-  hakimiyyəti  ələ  keçirmək 
ehtiyaclarından və bunun üçün vuruşmaqdan, seçki kampaniyalarından 
xilas edib, onlara öz həyatlarını, ümumi idarəsini , gələcəyini qurmaq 
üçün  birgə  qərar  vermədə  iştirak  mexanizmi  vermək  lazımdır.  Bu 
bəşəriyyətin  bütövlükdə  və  hər  bir  cəmiyyətin  -  kənd,  şəhər,  region, 
ölkə-  birinci  məsələsi  olmalıdr.  Bu  böyük  məsələni  həll  etmək  üçün 
qərar qəbulu prosedurları, etik  rasionallıq prinsipləri, qərar qəbulunun 
ümumi    elektron  proqramı,    prosesin  tam  mərhələlərini  əks  etdirən 
mexanizmi, prosesi aparan institutlar yaratmaq lazımdır.  
      İcraçılar  da  eynilə  qərar  hazırlananda  onların  peşələri  və  işin 
növlərinə  görə  müəyyən  edilməli    və  xüsusi  müqavilələr 
hazırlanmalıdır.  Hər  icraçının  görəcəyi  iş  tam  təsvir  edilməli,  əlində 
konkret  layihə,  proqram,  plan  olmalıdır.  Məhz  bu  layihəni  yerinə 
yetirmək  üçün  vəzifəyə  təyinat  aparılmalıdır,  müqavilə  bağlanmalı, 
orada  habelə  işin  başlanğıcından  axırına  qədər  ictimai  müşahidə  və 
faktların  sənədləşdirilməsi,  məsuliyyət,  yoxlama,  qiymətləndirmə 
qaydası mükafat və cəza, zərəri ödəmək və s. tələblər göstərilməlidir.  
       İcraçıları  dövlətin  ən  böyük  vəzifə  postundan  tutmuş  ən  aşağı 
orqanlara  qədər  heç  birini  seçki,  səs  vermə  ilə  seçmək  olmaz.  Yəni 
prezidenti,  nazirləri,  deputatları,  heç  bir  ictimai  müdiri,  bələdiyyə 
sədrini  seçməyə  ehtiyac  yoxdur.    Bu  metod  yaramır.    Yeni  rasional 
cəmiyyətdə  ümumiyyətlə  belə  vəzifələr  yoxdur.  Demək,  bütün  lazım 
olan  qanunlar  və  qərarlar  yalnız  kollektiv  formada-  iştirakçılara 
məhdudiyyət  qoyulmadan-  aparılır.  Daha  xüsusi  deputata  ehtiyac 

 
148 
yoxdur,  habelə  mövcud  mənada  başa  düşülən  prezidentə  və  nazirlərə, 
idarə  rəhbərlərinə  ehtiyac  yoxdur.  Onları  adıcə  dispetçer  -  növbətçi 
əvəz edəcək, hansı ki keçmiş və yeni qəbul edilmiş qanun və qərarları 
elan  edəcək,  onların  icrasına  rəsmi  nəzarət  (əvvəldən  hazırlanmış 
prosedur və proqrama uyğun) edəcək. Daha doğrusu nəzarət maşınının 
dispetçeri olacaq, avtomatik göndərilən tələb və  xəbərdarlıqlara  əlavə 
olaraq  telefonla  da  bir  başa  ictraçı  ilə  danışacaq.  Hədlər,  normalar 
keçildikdə  təminat  və  məsuliyyət  prosesininin  avtomatik  işə 
salınmasından  başqa insani ünsiyyət prosesini də  işə salacaq. Xarici 
dövlətə  münasibətdə  prezident  ya  baş  nazir  yalnız  təmsilçi  olacaq 
aldığı  təklifləri  qərar  qəbulu  sisteminə  qoyacaq  -  qərar  hazırlama 
prosesinə  başlamaq  üçün.  Onun  xarici  əməkdaşa  təklif  edəcəyi 
təklifləri  və  mövqeyni  isə  yenə  də  əvvəldən  “qərar  maşını” 
hazırlayacaq-  hansı  ki  hər  kəs,  habelə  vəzifə  tutan  adamın  özü  də 
iştirak edə bilər. 
       Digər  tərəfdən  qanunların  miqdarı  azaldılacaq,  onlar  yalnız  uzun 
müddətli  dəyişməz  fundamental  qanunlardan  və  strategiyalardan 
ibarət  olacaqdır.  Strategiyaların  tələb  etdiyi  operativ    işlək-  inkişaf, 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin