MÖVcud cəMİYYƏTLƏRDƏ NƏ baş veriR?


  Daha  böyük  şər  qüvvələri  insan  icmaları  daxilindədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/29
tarix28.03.2017
ölçüsü2,8 Kb.
#12720
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

4.  Daha  böyük  şər  qüvvələri  insan  icmaları  daxilindədir.  Bu    ailə, 
icma-  kənd  şəhər,  dövlət  idarə  strukturları,  elm,  istehsal  və  digər 
müəsisələr  kollektivlərində  özünü  göstərir.  Bu  şər  qüvvələrə 
hakimiyyət  və  vəzifə  postlarını  qeyri  -  əxlaqi  fırıldaq  yolu  ilə  ələ 
keçirmək, yaxşı öz ağlı ilə qabaqda olan adama badalaq gəlmək və onu 
geri  salmaq,  başqalarını  öz  nüfuzu  üçün  vasitə  seçmək    və  öz 
mənafeyinə  qurban  vermək,  siyasi  fırıldaqla  məşğul  olmaq,  həqiqqəti 
gizlətmək  və  yalanı  müdafiə  etmək  və  s.  davranşlar  aiddir.  Bir 
fırıldaqçı  bir  dövlət,  icma,  müəsisə  postunu  tutursa  o  öz  bütöv, 
yenilməz,  möhkəm  ierarxiyasını  qurur.  Daim  belə  olur,  düzgünlərə 
bunu  etmək  yolları  bağlıdır  və  çətindir.Şərə  xidmət  edənlər  asan  bir-
birlərini  tapır  və  birləşirlər,  xeyirxah  insanlar  isə  bu  məsələdə  geri 
qalırlar.  Bütün  ədalətlə  yaşayan  adamlar  ədalətsiz  yaşayan  adamlara 
nisbətən  az  əldə  edir,  daha  çox  əzab,  daha  çox  əmək  çəkir.  Bu 
gerçəklik belə deməyə əsas verir ki, deyək bu gün bəşəri dünyanı şər 
qüvvələr idarə edir. Şər qüvvələr daim qalibdirlər, məhkəmə və hüquq 
sistemi  onları  daha  yaxşı  müdafiə  edir.  Onlar  hiylə  gəlmək,  yalanı 

 
102 
həqiqət  kimi  qələmə  vermək,  yaxşını  məhv  etmək  üçün  ustadırlar, 
onların  qabağında  heç  kim  dura  bilmir.  Dini  terminlərlə  ifadə  etsək 
deməliyik  ki,  indi  bəşər  dünyasını,  ölkələri,  icmaları  “şeytan,  şeytani 
pislik  qüvvələri”  idarə  edir.  Nə  vaxtsa  xeyirxah  qüvvələr  onları 
üstələyəcəkdir, həmişə tarixdə olduğu kimi. Bəlkə də...  
 
6.  Dünyanın  sistem  quruluşu  bizə  yaxşı  cəmiyyətin  yaradılma 
üsulunu da göstərir  
 
Hər  bir  sistem  necə  qurulubsa,  onun  qurulma  qaydasını  onu  yaratma 
qaydası  qəbul  etmək  olar.  Başqa  sözlə    şeylərin  yaranmasının  və 
olmasının  ümumi  sistem  qanunları  elə  yeni  sistem  yaratmağın 
prinsipidir. 
       Bu gün bəşəriyyətin  tarix ərzində bu günə qədər topladığı bilik və 
təcrübə  onun  yaxşı  qurulması  və  xoşbəxt  olması  üçün  kifayətdir.  Nə 
yaxşıdır,  nə  pisdir,  necə  yaşamalı,  necə  təşkil  olunmalı,  necə  idarə 
olunmalı  sualları  haqda  kifayət  qədər  biliklər  vardır.  Böyük  müstəqil 
düşünən  intellektuallar  bir-birindən  asılı  olmadan  təqribən  eyni 
nəticəyə  gəlmişlər.  Hamısı  ağılla  yaşamaq,  ağılla  idarə  strukturunu 
müəyyən etmək, ağılla idarə olunmaq, gələcəyi hökmən nəzərə almaq, 
yəni  gələcəklə  idarə  olunmaq  və  ən  əsası  cəmiyyətin  ümumi 
mənafeyini  pozmadan  hər  bir  kəsin  normal  insan  kimi  yaşamaq 
haqqını  pozmadan  yaşamağı  qəbul  edir.  Məsələn,  Hindistan  folosofu 
Prabhat Ranjan Sarkar  deyir ki, “yaxşı sosial sistem  şəxsi azadlığın və 
kollektiv  məsuliyyətin,  xoşbəxtliyin  birliyini  əhatə  edir.  Bizi  istismar 
edən  deyil  bizə  qayğı  göstərən  liderlər  lazımdır.  Biz  yalanı  həqiqətlə, 
aldatmanı  etibarla,  yalan  vədləri  real  vədlərlə,  saxta  dəyərləri  real 
dəyərlərlə    əvəz  etməliyik.  Biz  şox  sahələrdə-elmdə  texnologiyada 
incəsənətdə  tərəqqi  əldə  etmişik  lsakin  biz  elə  bir  dünya  yarada 
bilməmişik  ki  o  bütün  insanları  eyni  ailə  üzvü  kimi  qəbul  etsin. 
 
(http://www.anandamarga.org).
  
       Lakin  əsas  məsələ    bu  bilikləri  necə  həyata  keçirməkdir.  Çünki 
məhz  bu  mərhələnin  qarşısında  böyük  maneyələr  vardır.  Bu  manelər 
məhz mövcud siyasi iqtisadi struktur liderləridir ki , onun dəyişməsinə, 
rasionallaşmasına  qarşı  dumuşdur.  Niyə,  nə  üçün?  Burada  mənafe 
səbəbi  var.  Onlar  ictimai  iqtisadi  idarə  sisteminin  rasionallaşmasını 
istəmirlər,  bu  halda  onlar  həmin  postları  tərk  edərlər  və  şəxsi  sui-
istifadədən məhrum olarlar. Məsələn, Azərbaycanda  bu belədir, bütün 
bu  dövlət  strukturu  işçiləri  istismar  etmək  ,  rüşvət  almaq  üçün  bu 
vəzifələri ələ keçirmişlər. 

 
103 
       Ən  yaxşı  sosial  konstruksiya  yaratma  nəzərədə  tutur  ki,  1)  nə 
yaratmaq, 
hansı  keyfiyyətdə  sosial  sistem  yaratmaq  bütün 
parametrlərilə,  rəqəmlərlə  ifadə  olunsun;  2)  tələb  olunan  məqsədi 
təmin  edəcək  elementlər  seçilsin  və  cüt-cüt  əks  mahiyyətdə  olaraq 
qruplaşdırılsın,  əksi  olmayanlara  əks  elementlər  daxil  edilsin;  3) 
təşkiledici  elementlər  necə  olmaq  istəyirlərsə  və  ya  necə  onlar  üçün 
yaxşıdırsa  bu  xassəni  saxlamaq  şərtilə    onlar  digər  tərkib    üzvlərilə 
əlaqələndirilsin;  4)  sistemdə  zəruri  yeniləşmə,  təmizlənmə,  sazlanma, 
əks  əlaqə  və  idarəetmə,  iş  şəraitini  təmin  etmə  xidmətləri  nəzərdə 
tutulsun. Bu bütün sistemlərin: cansız, süni, canlı, təşkilati sistemlərin 
konstruksiya  etmə  prinsipidir.  Bunu  mən  öz  konstruktor  keçmişimdə 
müəyyən etmişəm. Bütün konstruktorlar bu prinsiplə işləyir.Yəni insan 
insan  kimi  bütün  zəruri  şəraiti  olan  vəziyyətdə,  kənd,  şəhər  icması 
zəruri  icma  şəraiti    olan  və  insana  faydalı  olan  formada,  kompaniya 
zəruri  şərait  olan  formada,  inkişafına  mane  olmadan,  dövlət  tam  öz 
funksiyalarını  icra  etmək  formasında  yaşamaq  istəyir.  Məsələ  hər 
kəsin, hər firma və icmanın ən yaxşı seçdiyi formada yaşamağını təmin 
etməkdir. Gəlin sadə bir qurğuya, lap avtomobilə baxaq. Orada hər bir 
detal  onu  elə  qəbul  edilərək  formaya  salınmış  və  digəri  ilə 
əlaqələndirilmişdir. Yəni dəmirə dəmir kimi baxılmış onun üçün yaxşı 
olan  bir  rejim,  yer,  temperatur,  forma    əlaqədə  olan  element 
seçilmişdir, hər biri uyğun yerlərindən bir -birilə həmkardırlar. Əgər bu 
maşının  uzun  müddətli  etibarlı  işləməsini  istəyiriksə,  burada  heç  bir 
elementə  zorakılıq,  xoşuna  gəlməyən  forma  və  yer    vermək  olmaz, 
plasmastı  isti  yerə  qoya  bilmərik,      uyğun  olmayan  formada  bolt 
qaykanı birləşdirə bilmərik. Yəni hər bir elementi formaya salmaqla və 
onun təbii ola bilmək funksiyasını saxlamaqla və onun qabiliyyətindən 
uyğun rolda istifadə etməklə bu sistem qurulur. İnsan cəmiyyəti, dövlət 
də belədir, bu sosial sistem elə qurulmalıdır ki, hər bir insanın, ailənin, 
icma və kənd, şəhər, dövlətin təbii yaşaması üçün onların istədiyi, arzu 
etdiyi,  yaşaya  bildiyi  formada  birgə  işi  təşkil  edilsin.  Hindistan  və 
Konfuçi fəlsəfəsinin taralaşdırma–harmoniya prinsipi tamamilə texniki 
elmlər  tərəfdən  düzgün  hesab  edilir.  Yalnız  belə  olmalıdır.  Lakin 
gerçəkdə bu sadə görünən məsələ belə həll edilmir. Heç bir ölkə tam 
müvazinələşdirilmiş - harmoniyalaşdırılmış sosial sistemə malik deyil- 
hansı  qruplarsa  dikriminasiya  edilir,  hansılarsa  əzab  çəkir,  hansılarsa 
harın yaşayır, kimlərsə kimlərinsə hesabına yaşayır və s. Zorakılıq, bir 
iştirakçıya xoşuna gəlməyən yer ayrılması, digərinə üstünlük verilməsi, 
tiraniya,  diktatura,  kaprizlərlə  idarə,  səhv,  qəsdən  dağıdıcı,  insanları 
işsiz  qoyan  strategiyalar  seçimi  və  idarə  böyük  kütlələri  cəmiyyətdən 
uzaqlaşdırmaq, inkişafda iştirakdan məhrum etmək adi haldır. Bunların 

 
104 
arxasında  hökmən  dövlət  idarə  vəzifəlilərinin  şəxsi  mənafesi  durur. 
Bu,  mən  deyərdim  ki,  bəşəriyyətin  birinci  məsələsidir.  Bəşəriyyətin 
ümumi  və  ölkələrin  məxsusi  qeyri  rasional  –primitiv  konstruksiyası 
onların    problem  və  uğursuzluqlarının  səbəbidir.  Yaxşı  sosial 
konstruksiya olmadan ondan necə yaxşı iş tələb edə bilərsiniz.  Eynilə 
xarab köhnə maşından heç vaxt yaxşı iş tələb edə bilməzsiniz.  Bütün 
sosial  və  fəlsəfə  elmi  özünü  bu  işə  həsr  edib    dediyim  prinsipi  təmin 
edən yeni konstruksiyanı, həm müxtəlif cəmiyyətlər üçün, həm qlobal 
sistem üçün tapmalıdır. Lakin bu konstruksiyanı yaratmağa heç cəhdlər 
edilmir,  köhnə  yarasız  sistemin  ayrı-  ayrı  yerlərini  yamaq  vurmağa 
cəhd  edilir.  Təccüblüdür  ki,  çoxlu  ideyalar  içərisində    bu  əsas  ideya 
itir, onu görən, üzə çıxaran, gündəliyə salan olmur. Bu niyə  baş verir? 
Düşünürəm  ki,  bütün  keçmişin  və  indinin  hegemon  qüvvələri 
kamilliyə,  bəşəri  inkişafa,  sülhə    qarşıdır,  onlar  şəxsən  özlərinə  xoş 
olan  statuslarını  qoruyur,  ona  görə  onlar  qoymurlar  ictimai  sistemlər 
daha yaxşı qurulsun- onda onların gəliri azalacaq,  əmək təhlükəsizliyi 
və  təbiət  qorunacaq-  onlara  xərc  çəkmək  lazım  olacaq,  ədalətli 
normalar işə düşəcək, istismar azalacaq, ədalət artacaq, hamıya yemək 
düşəcək!    Məhz  onlar  bunu  istəmirlər.  Onlar  üçün  ictimai  ədalət 
anlayışı yoxdur; onlar üçün sinfi, sülalə ədalət anlayışı vardır ki, bu da 
belə  ifadə  olunur  :  “  mənim  varlanmağım  üçün  heç  bir  maneə 
olmamalıdır.  Onlar deyir:  “neçəyə aldada bilirəmsə qoyun  aldadım, 
öz  istədiyim  qiymətə  malımı,  xidmətimi  satım,  mənə  məhsul  istehsal 
edən  fəhləyə  aldada  bildiyim  qədər  az  əmək  haqqı  verim,  əməyini 
qorumayım”.  
         İqtisadiyyatda  ictimai    ədalətin  baza  prinsipini  K.  Marks  təklif 
etmişdi,  bu  normalaşdırlmılş  (~20-30%)  əlavə  dəyərin  qəbulu, 
qiymətlərin əməkdən  və maya dəyərindən asılı edilməsi idi. Qiymətdə 
həm işçi üçün əmək haqqı, həm maya dəyərinin ödənilməsi, həm ağılla 
təyin edilən ictimai –zəruri gəlir faizi iştirak edirdi.   
       Budur,  bir  fakt,  yeni  müstəqil  ex-sovet  respublikası,  məhsullara 
(dərman,  paltar,  ayaqqabı  və  digər)    50-200%  maya  dəyərindən  artıq 
qiymət qoyulur  və satılır, bazara giriş digər satıcılar üçün qadağandır, 
bu məhsullar dövlət məmurunun monopoliyasındadır. Açıq istismar və 
əhalinin kasıblaşması prosesi gedir. Bundan  başqa nə ola bilərdi. Nə 
üçün cəmiyyət belə açıq aldatma və istismar rejimi ilə razılaşmalıdır? 
Bu hadisə əksər   kapitalist dövlətləri üçün xarakterikdir. Sözdə liberal 
bazar  elan  edilir.  Lakin  reallıqda  bu  azad  bazar  yalnız  dövlət  məmur 
işbazları və dostları üçündür. Bu bazardan fayda görənlər başda dövlət 
məmurları  olmaqla  ona  daim  xüsusi  rüşvət  ödəyən  tacirlər,  istehsal 
mülkiyyətçiləri, 
dəllallardır. 
Ciblərdəki 
pulların 
bir 
çox 

 
105 
yerdəyişmələrdən  sonra  son  dayanacağı  ən  varlı  monopolist  sinifdir. 
Azərbaycanda  budur,  20  ildir  kapitalizm  qurulur.  Məgər  bu  iqtisadi 
sistemin  sosializmə  nisbətən  verdiyi  üstünlükdən  –  guya  azad  biznes 
mühitindən  istifadə  etməyə  mənim  ağlım  çatmır?  Ağlım  çatır,  lakin 
mən  nə  yer,  torpaq,  nə  kredit,  nə  məmurdan  lisensiya,  yaxud  lazımı 
sənədləri  böyük  rüşvət  vermədən  ala  bilmərəm.  Ala  bilsəm  də  mən 
daim  məmur  sinfinə  (vergi,  gömrük,  yerli  icra,  polis,  maliyyə  əmək, 
sosial fond, və digər idarələrə)  şəxsi vergi (rüşvət) verməliyəm və bu 
xərcləri ödəmək üçün mən saxtakarlıq etməyə məcbur olacağam. Digər 
tərəfdən  sosialist,  yəni  ictimai  istehsal  və  elmi  institutları  da  dövlət 
ləğv etmiş- əksəriyyəti dayandırlımış, məhv edilmişdir.  Belə şəraitdə “ 
hər kəs öz  başını saxlasın” prinsipilə yaşamaq tələb olunur. Əlbəttə ən 
sadəsi  dükan,  kafe,  kiçik  qəlyanaltı,  məsləhət  xidməti,  dil,  komputer, 
institutlara  hazırlıq,    təmir  kursları  və  xidməti    açmaq  olardı.  Lakin 
qarşıda dövlətin böyük  maneləri var: sən hökmən biznes üçün torpaq 
almaq, bina tikmək üçün,
 
qeydiyyata durmaq üçün, sonra işləmək üçün 
böyük  miqdarda  rüşvət  verməlisən.  Çünki  bütün  dövlət  qeydiyyat, 
nəzarət,  torpaq,  vergi,  yanğın,  sanitariya  orqanları  hamısı  rüşvət  üçün 
çalışırlar. Yalnız ərazi, yaxud yuxarı dövlət idarə, nəzarət orqanlarında 
işləyən  məmurlar  və  qohumları  sərbəst  biznesmen  ola  bilər,  bir  də 
rüşvət vermək bacarığı olan qanun pozanlar.    
         Əgər  hakimiyyəti  bazarın  əlinə  versək  dövləti  də  onun 
üzərində  oxrannik,  yəni    bazarı  cəmiyyətin  nəzarətindən, 
təsirindən  qoruyan  qoysaq  yalnız  belə  ola  bilər:  Bu  oxrannik 
tezliklə  bazarla  (istehsal,  xidmət  mülkiyyəçiləri,  banklar  və  tacirlərlə) 
birləşərək bir böyük və cəmiyyətin nəzarətindən kənar zorakı monstra 
çevriləcəkdir.  İstismar,  bazarın  mülkiyyətçi    iştirakçılarının 
varlanması,  vasitə  kimi  istifadə  edilənlərin,  yəni  istismar  edilənlərin 
kasıblaşması,  ədalətsizlik  baş  verəcəkdir;  pullar  daim  bütün  qeyri  - 
bazar  hakimiyyəti  –istehlakçilarin  cibindən  çixib  tacirlərin,  istehsalçı 
və xidmət mülkiyyətçilərinin, və dövlət məmur- biznesmenlərin  cibinə 
və daha az miqdarda dövlətin cibinə doğru hərəkət edəcəkdir. Nəticədə 
həmişəlik ehtiyac, yaşamaq uğrunda kəskin mübarizə, az əmək haqları, 
inflyasiya, böhranlar, qiymətlərin daim artmağa doğru hərəkəti, pulun 
qiymətdən  düşməsi-  bunu  ört  -basdır  etmək  üçün  devalvasiya    baş 
verəcəkdir. 
     Budur, təsvir edilən bazar prosesi nəticəsində dünya pulları 500 ən 
varlı  adamın  cibinə  toplanmışdır;  350  varlı  adamın  varı    3  milyard 
adamın malik olduğu  vara bərabərdir (15, 13) və onlar bu pullarla nə 
etməli  olduqlarını  bilmirlər,  hətta  bu  onlara  baş  ağrısı  da  gətirmişdir. 
Bu  hadisə  təqlid  etmək  üçün    yaxşı  nümunə  deyil,  mən  deyərdim  ki, 

 
106 
sadəcə axmaqlıqdır, özü də məcburi özü istəmədən axmaqlıqdır. Onları 
bunu  etməyə  kapitalist  iqtisadi  sistemi  məcbur  edir.  Məgər  bu  pulları 
elmi  gələcək  planlaşdırma  və  idarə  qrupu  insanların  həyatının 
yaxşılaşmasına  daha  yaxşı  tətbiq  edə  bilməzdimi?  Bu  daha  ağıllı 
olardı,  nəinki  pulların  kompetentsiz  adamların  əlində  olması.    Məhz 
bunu  sosialist  sistemi  nəzərdə  tuturdu.  Lakin  bu  məqsədin    ağıllı 
məqsədəuyğun işləyən mexanizmini tapa bilmədi.  
   
20-ci  əsrin  ikinci  yarısında  Roma  klubunun  alimləri,  Al  Qor  öz 
kitabında
 
və böyük miqdarda intellektuallar aşkar  etdilər ki, ABŞ- da 
və  Avropada  təşəkkül  tapmış    bazar-  istehlakçı  sivilizasiyası,  başqa 
sözlə  kapitalizm  özünü  sərf  edib  qurtarmışdır  ,  cəmiyyəti  tupikə 
gəlmişdir. O Yer planetini davamlı olaraq ölümə gətirir (19, səh 178). 
      Bu gün dünya inkişafı idarə olunan ağıllı bazara istiqamət götürür, 
yaxud  bunun  astanasındadır.  Məsələn,  Rusiyadan  olan  müəllif  yazır: 
”əgər  ABŞ  -da  və  Qərbdə  bazar  sosializmi  konsepsiyası  qəbul 
etmişlərsə  Rusiyada  hələ    də  bazar  kapitalizmi  konsepsiyasını  qəbul 
etmişlər.  Hələ  Rusiyada  bazar  formalaşınca  dünyada  nizamlanmayan 
bazarın  qalıqları  tam  yox  olacaqdır  və  Rusiya  iqtisadiyyatı 
deqradasiyaya və geriləməyə məhkum olacaqdır (10, səh194-195, 249)  
       Bu  günkü  bəşər  sisteminin  düşdüyü  vəziyyəti  araşdıraraq 
siyasətçilər,  sosiololar,  filosoflar  yenə  də  həqiqəti  düzgün  başa 
düşmürlər.  Onlar  keçmiş  baxışlarını  dəyişə  bilmirlər.  Onlar  dayanıqlı 
inkişaf  konsepsiyası  qəbul  edərək  ona  uyğun  planlar  qəbul  edirlər. 
Hazırda  bir  çox  dövlətlər  dayanıqlı  inkişaf  üzrə  strateji  planlar  qəbul 
etmişlər.  Lakin  bu  planlar  gözə  kül  üfürmək  rolunu  oynayır.  Və 
məsələni həll edə bilməz. Bu konsepsiylarda və onun icrasında həmişə 
olduğu kimi insan eqoizmi, konkret olaraq varlı hakim sinfin eqoizmi 
və şəxi milli üstün fayda almaq, başqalarını istismar etmək, dominantıq  
məqsədi özünü göstərir və bütün planların nəticəsini sıfıra yendirəcəyi 
əvvəldən  məlum  olur.    Məsələn,  ABŞ  dayanıqlı  inkişaf  üzrə 
prezident  şurasının    planı  10  milli  məqsəddən  ibarətdir  (10,    405-
419).  Bu  planda  9-cu  beynəlxalq  məsuliyyət  bölməsində  Amerikanın 
dünyada hegemon aparıcı rolunu təmin etmək məqsədi irəli sürülür. Bu 
məqsədin  özü  elə  bəşər  sisteminin  tarazlığını  və  opimal  inkişafını 
pozan    amildir.  Bu  günədək  işləyən  bu  məqsəd  dünyanın  tarazlığını 
pozmuş , çoxlu konliktlər, müharibələr törəmişdir.  
   İnsanlara imkan vermək lazımdır ki, öz həyatlarını özləri qura 
bilsinlər  və  cəmiyyətin  razı  olduğu  və  ona  zərərli  olmayan    həddə 
qədər  varlansınar.
 
Lakin  varlanmış  adama  –  kapital  sahibinə  imkan 
vermək lazım deyildir ki, bu ölkədə qazandığı pulları nasos kimi xarici 
başqa ölkəyə sorub vursunlar. Başqa sözlə, kapitalın dünyanı və ölkəni
 

 
107 
idarə etməyinə  yol vermək səhvdir.  Ölkələr arasında maliyyə kapitalı 
köçürmələri yalnız bərabərlik hədlərində yol verilə bilər. 
       Hazırda Qərb alimləri və siyasətçiləri keçmiş Sovet dövlətini, Çini 
mənfi mənada  totalitarian hesab edirlər.  lakin bütün qərb və ABŞ özü 
də belə xassələrə malikdir. Belə ki totalitarlıq dövlətin vacib xasəsidir - 
o  olmasa  dövlət  dövlət  kimi  qala  bilməz.  Lakin  həqiqətən  bunun 
optimal  formasını,  yerini,  nə  vaxt,  hansı  məsələdə  ola  bilməsini 
tapmaq lazımdır. 
       Bu  gün  bütün  demokratiyanın  texnologiyasını,  siyasi  sistemin 
kostruksiyasını  və  bütün  elementlərini,  seçkiləri,  partiyaları,  iqtisadi 
sosial, mədəni dəyərləri, adət və etalonları və prinsipləri hamısını varlı 
kapitalistlər yaratmışlar. Ona görə də bizim daxil olduğumuz bu mühit 
ədalətli  ola  bilməz.  Bunlar  hamısı  yalnız  onlara  faydalı  və  üstün 
imkanlar  vermək  üçün  yaradılmışdır.  Əgər  biz  bərabərlər  və    bütün 
xalqımıza  ədalətli  dövlət  quruluşu,  yaxud  bəşəriyyətə  faydalı  birlik 
istəyirikisə,  bu  institutların  hamısını,  bütün  prinsipləri,  dəyərləri, 
normaları ləğv edib hamımız birlikdə yenilərini  yaratmalıyıq. 
 
 
 
 
Mövcud cəmiyyətlər bölməsinin ümumi nəticələri. 
 
1.
 
İnsan öz vəhşi heyvan formasından insana çevrilmə prosesində 
özü ilə özünü yaşatma prinsipini də gətirdi. Əkinçilik, ovçuluq 
peşələrindən başlayaraq  o əmək alətləri və daha çox özünü və 
təbiəti  dəyişdirici,  səmərələşdirici  rolunu  oynayaraq  artıq 
məhsul  əldə  etməyə  nail  oldu.  Bu  andan  etibarən  qəbilələr 
böyüməyə,  şəxsi  mülkiyyət    yaranmağa,  kiçik  şəhər  - 
dövlətlərin  yaranması  başladı.  Varlılar,  güclülər  ayrılmağa  və 
hamıya  məxsus  torpaqları,  təbii  ehtiyatları  tutmağa  başladılar 
və  onlar  da  qəbilələrin,  icmaların,  dövlətin  başçıları  oldular. 
Ağılın  daim  artması  nəticəsində  hakimiyəti  tutmaq  üçün 
müxtəlif  hiyləgər  metodlar  tapıldı.  Dinlər  də  paralel  olaraq 
formalaşdı və hakimiyyətin müdafiəçisi rolunu oynadı və onun 
dəyişməz,  allahdan  verildiyini  elan  etdi,  onların  bütün 
istismarçı,  qəsbkar,  qaniçən,  hərəkətlərinə  xeyir  –dua  verdi. 
Bütün  dinlər  bəşəriyyətə  şeytani  xidmət  göstərərək  həyatı 
düzgün  dərk  etməyə  mane  oldu,  insanları  qoyun,  çarları  və 
peyğəmbərləri  çoban  –xristianlıqda;  insanları  müti  qul, 
peyğəmbəri  və  çarları  isə  allahın  nünayəndəsi  -islamda  elan 

 
108 
etdi; 
idarə 
olunanları  istismardan  və  hakimiyyətlərin 
zülmündən  xilas  olmağın  qarşısını  kəsdi;  insanlari  dövlətin, 
məmurların hər  cürə  zülmünə, istismara, ağılsızlığına dözməyi 
təqlid  etdi.  Insanları  bununla  öz  həyatını  yaxşılaşdırmaq  üçün 
ictimai  quruluşu  səmərələşdirməkdən  yayındırdı,  onları  qul,  
qapalı düşüncəli etdi, insanların ağlının heç bir rolu olmadığını, 
hər  şeyi  allah  etdiyini  elan  etdi,  ağıldan  istifadə  etməsinin 
qarşısını hər yolla kəsdi. Ağıl, dinlərin fikrincə, onların birinci 
düşməni və ifşaedicisidir. 
2.
 
Bəşəriyyət yalnız XVİ əsrdə Avropada başlayan reformasiya və 
maarifçilik hərəkatından sonra dinlərin, insanın, dövlətin həqiqi 
mahiyyətini  və  digər  həqiqətləri  dərk  etməyə  və  xilas  olmağa 
başladı.  Bu  hərəkatın  ideyaları  bütün  dünyaya  yayıldı. 
Baxmayaraq  ki  reformasiya  və  maarifçilik  ideyaları  daha 
qədimdə  və  əsasən      şərqdə  irəli  sürülmüşdü.  Lakin  orada  bu 
hərəkata çevrilə bilmədi, despotizm daha güclü çıxdı 
3.
 
Bəşəriyyət uzun tarixinin son 4  min ilində əldə etdiyi ən böyük 
nailiyyət  özünün  yaradıcı,  qurucu,  azad,  hamı  ilə  bərabər 
olmasını  dərk  etməsi  və  dövlətin  nə  olmasını  başa  düşməsi, 
onun  müqavilə,  ümumi  razılıq  dövləti  olmasını  və  dəyşdirilə, 
yenidən  qurula  bilməsini  və  hakimiyyətin  xalqın  xidmətçisi 
olmasını və onun həddini aşdıqda qovula bilməsini anlamasıdır. 
4.
 
Bəşəriyyətin  bu  günkü  həyatı  göstərir  ki,  nə  demokratiya,  nə 
liberalizm,  nə  kapitalizm  və  onun  istəniln  növü,  nə  sovet 
sosializmi,  nə  hakimiyətlərin  qollara  bölünməsi  optimal  və 
rasional  deyildir;  onlar  bəşəriyyətin  sülh  içində  hər  bir  şəxsin 
xoşbəxt ədalətlə yaşamasını təmin edə  bilməz və etməmişdir. 
5.
 
Biz  belə  nəticəyə  gəlirirk  ki  bəşəriyyətin  ümumi  təşkili  və 
ölkələrin  təşkili  təbii  tarixi  prosesdə-yəni  qüvvələrin  oyunu 
nəticəsində əsasən çox nadan qurulmuşdur. Buna səbəb insanın  
vəhşi tarixindən əldə etdiyi daha çox şey əldə etmək, daha çox 
istehlak  etmək,    daha  güclü  olmaq  instinktləri,  başqa  sözlə 
insanların öz şəxsi xassələridir. Bu quruluş insanın xassələrinə 
uyğundur.  Belə  quruluş  bəşəriyyəti  və  xalqları  məhvə  aparır. 
İnsanlar  hökmən  onların  xassələrinin  təbiətin  yaratdığını 
anlamalı,  təbiətin  belə  yaradıcılığına  son  qoymalı,  özləri 
özlərini  ağılla  yaratmalı,  yeni  insana  çevrilməlidirlər,  bunun 
üçün  lazımı  xüsusi  mühitlərini(rasional  ölkə  və  qlobal  təşkil) 
yaratmalı, yeni dəyərlər, yeni baxışlar qəbul etməlidirlər 
6.
 
Bəşəriyyətə  və  hər  bir  cəmiyyətə  hər  kəsin  arzuladığı  ədalətli 
həyata çatması üçün yeni təşkilati quruluş lazımdır. Bu quruluş 

 
109 
indiyədək  olduğu  kimi  təkcə  bir  qrupun,  sülalənin,  bir  sinfin 
deyil, hər bir kəsin xoşbəxt yaşamasını təmin etməlidir. 
7.
 
Partiyalar,  seçkilər,  parlamentlər,  təkbaşçı  vəzifələri  yararsız 
siyasi  sistemlərin  elementləri  kimi  ləğv  edilməlidir.  Hakim 
vəzifələr  ləğv  edilsə,  hakimiyyət  uğrunda  mübarizəyə  son 
qoyulacaqdır 
8.
 
Bəşəriyyət  XXİ  əsrə  “hər  kəs,  hər  millət,  hər  xalq  yalnız  özü 
üçün  -  təbiət  və  başqalarından  azad  istifadə  etməklə”  prinsipi 
ilə  keçmişdir.  Belə  prinsip  varlılar,  kasıblar,  oğrular, 
soyğunçular,  güclülərin  istismar  etməsini  və    zəiflərin  isə 
silahdan  və  terrordan  istifadəsini;  fırıldaqçılar  və  düzləri 
meydana  gətirmişdir;  bir  nəfərin,  bir  xalqın  daha  çox  torpaq, 
təbii ehtiyatlar, ərazi, böyük əksəriyyətin isə cüzi - ərazi, maddi 
nemətlər  ələ  keçirməsinə    səbəb  olmuşdur.  Bu  prinsipin  yeni 
sülh və xoşbəxtlik; gələcəyin zəruri nəzərə alınması ilə işləyən 
kollektiv ağıl dövrü üçün səhv olduğunu başa düşən ayrı- ayrı 
mütəfəkkirlərin,  təşkilatların  olmasına  baxmayaraq,  bu  fikir 
kütlələrin,  bütün  insanların  şüuruna  çevrilməmişdir.  Buna 
səbəb  ictimai  iqtisadi  quruluşun,  başqa  sözlə  kapitalist-
monoplist sinfin buna imkan verməməsidir.  
9.
 
XXİ  əsrdən  başlayan  yeni  erada  bəriyyətin  əsas  prinsipi 
“başqalarına  zərər  vermədən  və  istismar  etmədən  hamının 
həyata  təbii  və  kollektiv  yaradılan  nemətlərə  bərabər 
hüquqlarını etiraf etməklə  ədalətli həyat tərzi” olmalıdır. 
10.
 
Kapitalist  azad  bazar  sisteminin  sonu  çatmışdır.  Yeni  istisadi 
sistem  ictimai  və  şəxsi  fəaliyyətin  optimal  proporsiyasına 
əsaslanan  və  cəmiyyətin  hər  bir  üzvünün  mənafeyini  güdən 
sistem olmalıdır. 
11.
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin